Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-148/2025 16.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X9, Müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə\D, Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 7-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə\D, Lökbatan qəsəbəsi, Sabir küçəsi ev 7-də qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi ilə bağlı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə “Whatsapp” proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb bu məqsədlə xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı ilə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarındakı rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşının istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 2 bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1055 qram və 1055 qram - ümumi təmiz çəkisi - 2110 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən "İbiza" restoranının yaxınlığındakı yaşayış olmayan fərdi evin həyətinə qoydurması, həmin narkotik vasitə qurudulmuş marixuananı götürdükdən sonra bildirəcəyi ünvanlara çatdırması və başqa şəxslərin götürməsi üçün həmin yerlərin fotoşəkilini çəkərək məkan yeri ilə birlikdə sonuncuya göndərməsi, bunun müqabilində sonuncunun onlar üçün əlavə qurudulmuş marixuana verəcəyi ilə bağlı razılığa gəldikdən sonra, həmin tarixdə axşam saatlarında Sumqayıt şəhərinə birlikdə gedərək İran İslam Respublikası vətəndaşının Təqsirləndirilən şəxs2 “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan və işarələnmiş fotoşəkillər əsasında Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən "İbiza" restoranının yaxınlığındakı yaşayış olmayan fərdi evin həyətini müəyyən edərək aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 küçədə gözləmiş, Təqsirləndirilən şəxs1 isə İran vətəndaşının həmin həyətdə qoydurduğu yerdən sözügedən narkotik vasitə qurudulmuş marixuananı götürərək İran İslam Respublikası vətəndaşının bildirəcəyi yerlərə çatdırmaları məqsədi ilə üzərində daşımaqla saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 23:10-da hər iki şəxs Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən "İbiza" restoranının yaxınlığında küçədə saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilmiş və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən hər iki əlində satış məqsədi ilə saxladığı, külli miqdarda, 2 bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1055 qram və 1055 qram - ümumi təmiz çəkisi - 2110 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə günü Bakı şəhərində Gənclik metrosunun yaxınlığında olmuş, Təqsirləndirilən şəxs2 ona zəng edib Lökbatana çağırmışdır. O da getmişdir. Rüfət ona qızlarla tanış olduğunu, qızlarla görüntülü danışdığını və həmin qızların marixuana istədiyini demişdir. Bundan başqa, Rüfət qızların ona bir səhifə adı dediyini, həmin səhifəyə daxil olub oradan yazışmaqla narkotik vasitənin yerini öyrənməyini və həmin narkotik vasitəni götürüb onlarla görüşməyini istədiklərini söyləmişdir. O özü narkotik vasitə istifadəçisi olmamışdır. Onlar qızların göndərdiyi səhifədə iranlı bir şəxslə danışmış, həmin şəxs onlara kim olduğunu deməmiş, iran ləhcəsi ilə danışmışdır. Onlar 2 qram narkotik vasitəyə görə 25 manata razılaşmış, Rüfət pulu köçürüb çekin şəklini də göndərmişdir. İranlı şəxs narkotik vasitəni Sumqayıtda “İbiza” restoranının yanında fərdi yaşayış evinə atacağını deyib konumu Rüfətə göndərmişdir. Rüfət taksi sifariş vermiş və həmin ünvana getmişlər. Taksidən düşən kimi polis əməkdaşları onları tutmuş, taksi şoferini tutmamışlar, daha sonra onları bölməyə gətirmişlər. Bölmədə onlara narkotik vasitəni göstərib boyunlarına almalı olduqlarını, əgər razılaşmasalar yaxşı olmayacağını demişlər. Onlar da qorxub razılaşmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, bölmədə ona fiziki təzyiq göstərilmiş, döyülmüşdür. Əvvəllər narkotik vasitə istifadə etməmişdir. O, ekspertizadan keçirilməmişdir. Rüfətlə çoxdan tanışdır, Rüfət məhəllə uşağıdır. Rüfət qızlarla sosial şəbəkədə tanış olub, o özü qızları tanımamışdır. İbtidai istintaq zamanı ifadə verərkən qızlarla bağlı heç nə deməmişdir, ilk dəfə məhkəmədə deyir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə narkotik vasitənin ona məxsus olmadığını bildirməmişdir. Səhifənin adını Rüfətə qızlar vermiş, onlar qızlara 2 qram narkotik vasitə təşkil etmək üçün həmin səhifədən iranlı şəxslə danışmışlar. Əvvəlcə Rüfət öz telefonunda internet olmadığı üçün onun telefonunda yazışmağını istəmiş, daha sonra Rüfət özü də danışmışdır. Onun nömrəsi ***- ***-**-** olmuşdur. İranlı şəxsə onlara 2 qram narkotik vasitə lazım olduğunu demiş, o da problem olmadığını və göndərəcəyini demişdir. İranlı şəxs narkotik vasitənin qarşılığında 25 manat göndərməklərini istəmiş, onlar da həmin pulu onun “M10” hesabına göndərmişlər. 25 manat Rüfətə məxsus pul olmuşdur. Pulu Lökbatan qəsəbəsində yerləşən “MilliÖn” aparatı vasitəsilə göndərmişlər. İranlı şəxslə 2 qram narkotik vasitəyə görə razılaşmış və həmin narkotik vasitəni götürməyə gedirmişlər, daha sonra iranlı şəxs onlara göndərdiyi konumda əlavə 2 kiloqram narkotik vasitə də olduğunu yazmış və götürmələrini istəmişdir. Onlar konuma gedəndə orada 2 kiloqram narkotik vasitə olduğunu bilmiş, lakin onu götürməyəcəklərmiş, 2 qram narkotik vasitənin dalınca getmişlər. Həm onun, həm də Rüfətin istifadəsində olan telefonla yazışma olub. Əvvəlcə, onun telefonunda yazışmış, daha sonra onun telefonunun şarjı (zaryatkası) bitdiyinə görə Rüfətin telefonu ilə yazışmışlar. Konumdan heç nə götürməmiş, taksidən düşüb 10 metr getdikdən sonra polis əməkdaşları onları tutmuşlar. Polis əməkdaşları 3-4 nəfər olmuşlar. Konumda göstərilən nöqtəni o tapmış, Rüfət də yanında dayanmışdır. İranlı şəxsə əvvəlcə 20 manat göndərmiş, daha sonra həmin şəxs 5 manat da istəmiş və onlar da göndərmişlər. 25 manat 2 qram narkotik vasitənin pulu olmuşdur. Əvvəllər iranlı şəxslə heç bir razılaşmaları olmamışdır. Konumda göstərilən nöqtəyə o getmiş, Rüfət gözləmişdir. Konumdan heç nə götürə bilməmişdir. Polis əməkdaşları əvvəlcə onu tutmuş, Rüfət qaçmış və bu zaman polis əməkdaşları güllə atmışlar. İranlı şəxslə yazışdıqları nömrələr iran nömrəsi olmuşdur. “M10” hesabı azərbaycan nömrəsi olmuşdur. Qızlarla Sumqayıtda görüşəcəklərmiş. O, Qaradağ rayonunda yaşayır. Narkotik vasitəni Sumqayıtdan götürüb qızlarla da Sumqayıtda görüşəcəklərmiş. Bölmədə onun üzünə və qarnına vurmuşlar. Üzərində xəsarət izləri qalmamışdır. 03 saylı İstintaq Təcridxanasında müayinə olunarkən üzərində xəsarət izləri qalmamışdır. Təcridxanada polis əməkdaşları tərəfindən döyüldüyünü deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə döyüldüyünü, narkotik vasitəni zorla boynuna qoyduqlarını deməmiş, hakim ona bu barədə sual verməmişdir. Onlar Sumqayıta çatdıqdan sonra iranlı şəxs göndərdiyi konumda əlavə bir şey də olduğunu yazmışdır. Taksi şoferini tanımamış, proqram vasitəsilə çağırmışlar. Polis əməkdaşları onları saxlayanda taksi şoferini saxlamamışlar. Həmin vaxt onlar maşından xeyli uzaqlaşmışlar, taksi şoferi görünmürmüş. Taksi şoferinin pulunu ödəmişlər. Ödənişi nağd formada əvvəlcədən etmişlər, taksi şoferi onları konumda göstərilən yerə aparacaqmış. Qızların yanına getmək üçün ayrıca taksi sifariş edəcəklərmiş. Polis əməkdaşları onları 28 iyun 2024-cü il tarixdə, saat 23:10-da saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, həmin ifadəni təzyiqə məruz qaldığı üçün vermişdir. İfadəni yazmışlar, o sadəcə imzalamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 7-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşamış, subaydır, əvvəllər məhkum olunmamışdır. Təxminən 1 ildir ki fasilələrlə ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. xx.xx.2023-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Lökbatan qəsəbəsində olan zaman öz istifadə eldiyi "Honor" markalı mobil telefonunda instaqram sosial şəbəkəsində İran İslam vətəndaşı ilə tanış olmuş, həmin şəxsdən adını soruşduqda adının anonim saxladığını bildirmiş və söhbət zamanı həmin şəxsə qurudulmuş marixuanadan istifadə etdiyini demişdir. Sonra bir-birlərinə WhatsApp nömrələrini vermiş və WhatsApp vasitəsilə əlaqə saxlamışlar. Həmin İİR vətəndaşının +**********74 nömrəsini öz mobil telefonunda "m" hərfi ilə qeyd etmişdir. Həmin İİR vətəndaşına öz istifadəsi üçün ona ucuz qiymətə qurudulmuş marixuana təşkil etməsini demiş, həmin İİR vətəndaşı 22 manat müqabilində 2 qram qurudulmuş marixuana təşkil edə biləcəyini və pulu ona göndərəcəyi hesaba yükləməyini demiş, həmin vaxtı onda pul olmadığından yanında olan Rüfətə həmin İİR vətəndaşının deyəcəyi hesaba 22 manat göndərməsini və əldə edəcəkləri qurudulmuş marixuananı birlikdə istifadə edəcəklərini demiş, Rüfət də onunla razılaşmışdır. O, da həmin İİR vətəndaşına hesab kartını və qurudulmuş marixuananın qoyduracağı yerin konumunu, yəni məkan yerini ona göndərməsini demişdir. Həmin vaxtı onun mobil telefonunun sarjı (zaryadkası) bitmək üzrə olduğundan Rüfətə İİR vətəndaşının nömrəsini öz mobil telefonuna qeyd etməsini demiş və Rüfətin WhatsAppı ilə də həmin İİR vətəndaşı ilə qarşılıqlı yazışıb səs göndərmişlər. Həmin İİR vətəndaşı qurudulmuş marixuananı Sumqayıt şəhərində qoydurduğunu, onların Sumqayıta yola düşmələrini, Sumqayıta çatdıqda onlara qurudulmuş marixuananın qoydurduğu yerin konumunu göndərəcəyini demişdir. Sonra həmin İİR vətəndaşı əlaqə saxladığı ***-***-**-** WhatsApp nömrəsinə M-10 tətbiqində ***-***-**-** nömrəsinin hesabın fotoşəklini göndərmiş, Rüfət də həmin hesaba Lökbatan qəsəbəsində "Million" ödəmə terminalı vasitəsilə 22 manat və əlavə də 5 manat göndərmişdir. Daha sonra qeydiyyat nişan nömrəsini və sürücüsünü xatırlamadığı rəqəm taksi sifariş etmişlər və Rüfətlə birlikdə Sumqayıt şəhərinə yola düşmüşlər. Yolda olan zaman həmin İİR vətəndaşı onunla və Rüfətlə də əlaqə saxlayaraq Sumqayıtda əlavə də 2 bağlamada ümumi 2 kq çəkidə qurudulmuş marixuana qoydurduğunu, həmin qurudulmuş marixuananı götürüb sonradan deyəcəyi 2 ünvana çatdırmalarını, bunun müqabilində onlara əlavə olaraq özləri üçün qurudulmuş marixuana verəcəyini dedikdə o və Rüfət razılaşmışlar, düşünmüşdür ki, özlərinə əlavə qurudulmuş marixuana qalacaq. Sumqayıt şəhərinə çatdıqdan sonra həmin İİR vətəndaşına bildirdikdə sonuncu Rüfətin mobil telefonuna qurudulmuş marixuananı qoydurduğu yerin fotoşəklini və konumunu (məkan yeri) göndərmişdir. Onlar həmin İİR vətəndaşından qoydurduğu yerdən qurudulmuş marixuananı götürdükdən sonra nə edəcəklərini soruşduqda, onlara götürdükdən sonra deyəcəyi yerə qoyub həmin yerin fotoşəklini və məkan yerini ona göndərmələrini başa salmışdır. Həmin İİR vətəndaşının onlara göndərdiyi məkan yeri ilə saat 23 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən "İbiza" restoranının yanına gəlib taksidən düşmüşlər və taksi çıxıb getmişdir. Həmin İİR vətəndaşı ilə əlaqə saxlayıb onlara göndərdiyi işarələnmiş foto və məkan yeri ilə yolun kənarında yerləşən darvazası olmayan təmirsiz evin həyətinin qarşısına gəlmişlər. Rüfət küçədə gözləmiş, o, da işarələnmiş fotolarla həyətə girib həyətdə olan kol ağacının altından qurudulmuş marixuananı qoyulduğu yeri tapmış və 1 ədəd qara rəngli selofan bağlamanı götürüb əli ilə toxunduqda içərisində 2 ədəd bağlama olduğunu bilmiş, həmin bağlamanı götürüb küçəyə çıxaraq bu barədə Rüfətə demiş və əlində saxladığı içərisində qurudulmuş marixuana olan bağlama ilə həmin yerdən uzaqlaşmaq istədikdə onlara bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxıqlaşıb özlərini təqdim edərək Sumqayıt Şəhər Polis İdarəsinin polis işçiləri olduqlarını bildirib onları saxlamışlar və onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərinə şəxsi axtarış keçirilməsi üçün polis idarəsinə dəvət etmişlər və birlikdə polis idarəsinə yola düşmüşlər. Yolda olan zaman düşünmüşdür ki, onsuzda ifşa olunmuşlar, ona görə də etiraf edərək əlində saxladığı bağlamada qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis idarəsində xidməti otaqda şübhəli şəxs qismində tutulmağı, bununla əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilərək ona vəkillərin siyahısı təqdim edilmiş, siyahıdan özünə X7 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, hər iki əli ilə saxladığı qara rəngli selofan bağlamanı və həmin bağlamanın içərisində olan daha 2 ədəd hər biri qara rəngli selofana bükülmüş və şəffav rəngli yapışqan lentlə bağlanmış vəziyyətdə olan bağlamanı təqdim edərək həmin bağlamaların içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bağlamaların içərisinə baxılanda hər birində qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra, üzərindən özünə məxsus "Honor" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra, üzərində keçirilən şəxsi axtarış zaman cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Bundan sonra, üzərindən aşkar olunmuş bağlamalar elektron tərəzidə çəkilmiş, 1-ci selofan bağlamada olan qurudulmuş marixuananın çəkisi olduğu selofanla birlikdə ИЗО qram, 2-ci selofan bağlamada olan qurudulmuş marixuananın çəkisi olduğu selofanla birlikdə 1119 qram, ümumi hər iksi isə 2248 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıb möhürlənmiş və tərəflərindən imzalanmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi ***-***-**-** votsap nömrəsi və ***-***-**-** nömrəli "Honor" markalı mobil telefonu təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər (cild 01, iş vər. 111-113). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, hazırda verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1la birlikdə 2 qram marixuana götürməyə getmişlər. 2 kiloqram 110 qram marixuana onlara aid olmamışdır. Polis əməkdaşları onları döyüb həmin narkotik vasitəni boyunlarına qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, tutulana qədər narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 onun məhəllədən dostu olmuşdur. Onunla birlikdə narkotik vasitə götürməyə gedirmişlər. Onlar 2 qram narkotik vasitəni Sumqayıt şəhərində yerləşən “İbiza” restoranının yanından götürəcəklərmiş. O, qızla tanış olmuş, qız ona marixuana lazım olduğunu və onlara marixuana aparmaları qarşılığında onlarla tanış olacaqlarını bildirmişdir. Onun istifadəsində ***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrə ilə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olub və həmin nömrə ilə narkotik vasitəni əldə etmək üçün iranlı şəxslə danışıb yazışmışdır. İranlı şəxsin adını bilmir, həmin şəxsi “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tapmışdır. Tanış olduğu qız onlara narkotik vasitəni əldə etmək üçün bir “İnstagram” səhifəsi olduğunu bildirmiş və ordan alıb gətirmələrini istəmişdir. Onun nömrəsinin sonu 56-10-dur. Narkotik vasitəni 25 manat qarşılığında danışmışlar və 25 manat ödəniş etmişlər. Pulu kart vasitəsi ilə deyil, “M10” tətbiqi vasitəsi ilə göndərmişlər. Narkotik vasitəni götürməyə qızlar getməmiş, onlar özləri getmişlər. Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitə istifadə edib-etməməsi ilə bağlı məlumatı yoxdur. Onlar saxlanıldıqdan sonra narkoloji ekspertizadan keçirilərkən onlardan qan analizi götürülməmiş, sadəcə onları danışdırmışlar. Narkotik vasitəni götürməmişlər. Onlar göndərilən konuma taksi ilə getmiş, taksidən düşmüş və taksi çıxıb getmişdir. Bundan sonra o gözləmiş, Zahid də narkotik vasitəni götürməyə getmişdir. Zahid narkotik vasitəni götürə bilməmiş, polislər onları saxlamışlar. O qaçmış, bu zaman polis əməkdaşları göyə atəş açmışlar və biraz irəlilədikdən sonra onu saxlamışlar. Polis əməkdaşları ona fiziki təzyiq göstərmiş, döymüşlər. Bununla bağlı heç bir yerə şikayət etməmişdir. Qorxduğu üçün şikayət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə 2 qram marixuananın arxasınca getdiyini, digər narkotik vasitənin onlara aid olmadığını deməmişdir. Çünki, onlara sual verməmişlər. Onlar qızlarla “Azar” proqramı vasitəsi ilə tanış olmuşlar. Qızlar onlarla marixuana qarşılığında görüşəcəklərini bildirmişlər. Qızlar onlardan 2 qram marixuana istəmişlər. Onlar 2 qram marixuana üçün getmiş, 2 kiloqram narkotik vasitə onlara aid olmamışdır. O qaçanda polis əməkdaşları 3 dəfə atəş açmışlar. Həmin vaxt xəsarət almamışdır. Hazırda səhhəti ilə bağlı problemləri var, özünü yaxşı hiss etmir. Konumda olan yerə gedib çatanda onlara orada 2 qramdan əlavə narkotik vasitə olması ilə bağlı SMS gəlmişdir. Onlarda xəsarətlər qalmasa da, polis əməkdaşları onları döymüşlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində faktiki olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişdir. İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayının 28-i gecə saat 22-23 radələrində təqsirləndirilən şəxslərin saxlanmasında iştirak etmişdir. Həmin şəxsləri Sumqayıt şəhərində “İbiza” restoranının yaxınlığında saxlayıb polis idarəsinə gətirmişlər. Daha sonra polis idarəsinin xidməti otaqlarının birində həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilmiş və onların üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, səhv etmirsə, əməliyyat qrupuna özü rəhbərlik etmiş, əməliyyat məlumatı ona daxil olmuşdur. Ona əməliyyat məlumatı hər iki təqsirləndirilən şəxs barəsində daxil olmuşdur. Həmin şəxsləri piyada vəziyyətdə saxlamışlar. Şəxslər saxlanılarkən onlara təzyiq göstərməmişlər. Əvvəlcə, Təqsirləndirilən şəxs1la bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxslərin Bakı şəhərində yaşaması barədə məlumatı olmuşdur. Bakı şəhərindən şəxslərin saxlandığı əraziyə təxminən 40 km məsafə olar. Səhv etmirsə, təqsirləndirilən şəxslər həmin əraziyə taksi ilə gəlmişlər. Əməliyyat qrupuna o, polis kapitanı Şahid2 və polis mayoru Şahid3 daxil olmuşdur. Onlar yalnız 3 nəfər olmuşlar. Şəxsləri polis idarəsinə hansı nəqliyyat vasitəsi ilə gətirdiklərini xatırlamır. Əməliyyat tədbirinə öz şəxsi avtomobilləri ilə getmişlər. Əməliyyat məlumatının ona dəqiq saat neçədə daxil olduğunu xatırlamır. Əməliyyat məlumatı ona həmin gün daxil olmuşdur. Səhv etmirsə, əməliyyat məlumatı ona həmin gün günorta radələrində daxil olmuşdur. Əməliyyat məlumatı barədə məruzə edib, qərar qəbul etmişlər. Təxirəsalınmaz əməliyyat tədbiri keçirmişlər. Əməliyyat tədbiri ilə bağlı məhkəməyə müraciət etməmişlər. O, halhazırda xidməti iş yerini dəyişmişdir. X3 işləyəndə elə gün olub ki, bir gündə ayrı-ayrı saatlarda 4 nəfəri tutmuşlar, buna görə də, təqsirləndirilən şəxslərin tutulması ilə bağlı ətraflı malumatları tam xatırlaya bilmir. O, vətəndaşların sorğusu əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul etmişdir. Bu növ əməliyyat-axtarış tədbirində məhkəməyə müraciət etməyə ehtiyac yoxdur. O, “M10” tətbiqindən istifadə edir. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olduğunu bilmir. Səhv etmirsə, Zahidin əlində torba olmuşdur. Digər şəxsin əlində heç nə olmamışdır. Təqsirləndirilən şəxslər birlikdə hərəkət edirmiş, həmin şəxləri saxlayan zaman onlara yaxınlaşıb özlərini təqdim etmiş, nə ilə bağlı saxladıqlarını bildirmiş və şəxslərin üzərilərində narkotik vasitənin olub-olmaması ilə bağlı sorğu-sual etmişlər. Təqsirləndirilən şəxslər onlara müqavimət göstərməmişlər. Şəxslər saxlanılanda atəş açılmamışdır. Zahidin əlindəki torbanın rəngini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ona şəxslərin narkotik vasitəni kiməsə satması ilə bağlı məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə həmin tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində “Zahid” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə\D, Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 7-də qeydiyyatda olmaqla, ünvan 1 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə həmin tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində “Rüfət” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə\D, Lökbatan qəsəbəsi, Sabir küçəsi ev 7-də qeydiyyatda olmaqla, ünvan 2 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04,10). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə\D, Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 7-də qeydiyyatda olmaqla, ünvan 1 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə\D, Lökbatan qəsəbəsi, Sabir küçəsi ev 7-də qeydiyyatda olmaqla, ünvan 2 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 həmin tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişlər (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçilərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs1 əlində saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etmiş, həmin torba açıldıqda içərisində daha 2 ədəd hər biri qara rəngli sellofana bükülmüş və hər biri şəffav yapışqan lentlə bağlanmış vəziyyətdə olan bağlamanın olduğu müəyyən edilmiş, həmin bağılamalar açıldıqda isə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş, hər bir kütlə elektron tərəzidə ayrıca çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, həmçinin şəxsin üzərindən aşkar olunan “Honor” markalı mobil telefon da müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 43-45). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçilərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarıış zamanı sonuncunun üzərindən 1 ədəd “İphone” markalı mobil telefon və 4 ədəd hər biri 1 manatlıq olmaqla 4 AZN kağız pul əskinası aşkar olunmuş və şəxsin üzərindən aşkar olunan “İphone” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 63-65). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 3-16-16/2-7/1073 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri yazılmış skoçla bağlanmış iki ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1055 qram və 2) 1055 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-2110 qramdır. Tədqiqata təqdim olunmuş iki ədəd qara rəngli polietilen bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 76-79). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 iyul 2024-cü il tarixli 10875 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 01, iş vər. 151-153). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 iyul 2024-cü il tarixli 10875 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 01, iş vər. 154-156). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 5271 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 202-203). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 5270 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 204-205). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş üzərində ***-***-**-** Whatsapp nömrəsi olan " Honor " markalı mobil telefona baxış keçirilmiş, telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsinin "m" hərfi ilə yaddaşa qeyd olunduğu müəyyən olunmuşdur. Mesaj qutusuna daxil olduqda orada "m" profil ilə - Təqsirləndirilən şəxs1 profili arasında olan danışıqları görünür. Qeyd olunan yazışmalara baxdıqda orada: xx.xx.2024-cü il tarixdə saat 20:07-də "Z" adlı şəxs "m" adlı şəxsə "səni dinlədiy 2 qram dedimaa onu verirsən yoxsa necə, gedəy götürək biz dostumnan» məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:15-də "m" adlı şəxs "Z" adlı şəxsə " Ay qardaş sifarişim varda setdə qal, setdən niyə çıxırsan" məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:34-də "Z" adlı şəxs "m" adlı şəxsə " internetim getdi, həmdə telefonum söndü» məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:44-də "Z" adlı şəxs "m" adlı şəxsə " konum at biz promoy oray gələy götürəy » məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:44-də "m" adlı şəxs "Z" adlı şəxsə «qardaşım çatdım mənə denən,atacam ora konum gəlir» məzmunlu mesaj göndərib xx.xx.2024-cü il tarixdə saat 20:45-də "Z" adlı şəxs "m" adlı şəxsə «yaxçı kart at» məzmunlu mesaj göndərib xx.xx.2024-cü il tarixdə saat 20:44-də "m" adlı şəxs "Z" adlı şəxsə «gözdə sən kart demişəm, kartı atsın yüklə ona» məzmunlu səsli mesaj göndərib və ardınca ********** nömrəsinin fotoşəkli və «tez elə biraz» məzmunlu sms, «Sumqayıta girdin bax bir nömrə setdə olsunaa mənə tez yazın» səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:45-də "Z" adlı şəxs "m" adlı şəxsə «narahat olma abi gedirəm indi vurmağa» məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:45-də "m" adlı şəxs "Z" adlı şəxsə « elə 25 manat vur düz olsun, 25 yükləyərsən, bir nömrə setdə olsun, bax mənə biri nömrədən nə edirsən edin yığın» məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:45-də "Z" adlı şəxs "m" adlı şəxsə « dostum göndərdim 21 manat və 1 manat faiz tutdu, sabaha həll edəriy də qaqa» məzmunlu səsli mesaj göndərib. Bundan başqa "Whatsapp" proqram təminatında zənglərə baxdıqda xx.xx.2024-cü il tarixdə «Z» adlı şəxsin «m» adlı şəxsə bir neçə dəfə zəng etməsi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin telefonda Whatsapp proqramında nömrəsi +98 ********** olan İran vətəndaşını “m” adı ilə qeyd etdiyini, həmin İran vətəndaşından narkotik vasitə əldə etmək mövzusunda aralarında mesajlaşma aparan şəxsin özü olduğunu bildirmişdir (cild 01, iş vər. 214-217). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və onun müqavilə əsasında müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş üzərində ***-***-**-** votsap nömrəsi olan " İphone 11" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsinin "m" hərfi ilə yaddaşa qeyd olunduğu müəyyən olunmuşdur. Mesaj qutusuna daxil olduqda orada "m" profil ilə - Təqsirləndirilən şəxs2 profili arasında olan danışıqlar, konum fotoları və səsli sms-lər görünür. Qeyd olunan yazışmalara baxdıqda orada: xx.xx.2024-cü il tarixdə saat 20:51 və 20:52-də "R" adlı şəxs "m" adlı şəxsə " Salam, bayaqkidi, pulu vururuq, hara gələk,bax bidənə mesaja» məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:52-də "m" adlı şəxs "R" adlı şəxsə " Abi çıx Sumqayıta, çatdın mənə denən" məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 20:52-də "R" adlı şəxs "m" adlı şəxsə ödəniş qəbzin fotoşəklini göndərir", ardınca «m» adlı şəxs «21 niye qardaşım» məzmunlu sms göndərib. xx.xx.2024-cü il tarixdə saat 21:01-də "R" adlı şəxs "m" adlı şəxsə " atdım qaqa dörddə attım, beş atdım naobarot » məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 21:02-də "m" adlı şəxs "R" adlı şəxsə «çekini(qebz) at» məzmunlu mesaj göndərib xx.xx.2024-cü il tarixdə saat 20:57-də "R" adlı şəxs "m" adlı şəxsə ödəniş qəbzin fotoşəklini göndərir", ardınca «m» adlı şəxs «oldu qardaş Allah bərəkət versin, Sumqayıta çatdın mənə denən, konuma da bax, görüntülü mənnən danışa danışa setdə qal, yəni başına dolanım bağışla məni pis başa düşmə, mənim orada malım var» məzmunlu sms göndərib. xx.xx.2024-cü il tarixdə saat 21:08-də "R" adlı şəxs "m" adlı şəxsə «narahat olma zəng vuracayıq» məzmunlu mesaj göndərib xx.xx.2024-cü il tarixdə saat 21:13-də "m" adlı şəxs "R" adlı şəxsə « qardaş nə qədər yolun var dəqiq mənə denən » məzmunl səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 21:13-də "R" adlı şəxs "m" adlı şəxsə «yarım saat», ardınca «m» adlı şəxs «hardasan» sualına «R» «gəlirəm 15 dəqiqəyə» məzmunlu sms göndərir. xx.xx.2024-cü il tarixdə saat 21:39-da "m" adlı şəxs "R" adlı şəxsə « çatdın mənə tez denən, temanı götür, hamısını götür çıx sənə deyəcəyəm tez, temanı yerində dəyişəcəyəm, ünvan eliyəcəm, hələ orda decəyəm qoyassan bir yerə, biraz tez elə» məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 21:39-də "R" adlı şəxs "m" adlı şəxsə Sumqayıt şəhərinin giriş fotosunu göndərir və «burdayam, hardasan » məzmunlu səsli mesaj göndərib, ardınca "m" adlı şəxs "R" adlı şəxsə « gözlə deyirəm, konum atır gözlə » məzmunl səsli mesaj, ardınca «dene beş dəqiqəyə atıram konumu» sms və ardınca «bax yazıb beş dəqiqəyə atıram, gözdə» məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 21:41 və 21:45-də "R" adlı şəxs "m" adlı şəxsə «yaxşı, gəlir konum?» məzmunlu sms göndərir. xx.xx.2024-cü il tarixdə saat 21:46-da "m" adlı şəxs "R" adlı şəxsə « adamı yollamışam mal olduğu yerdən konum dayana ata», ardınca «öz kuryerim deyil, biraz ona xatir gicdir...», ardınca «gözdə bax beş dəqiqəyə atıram» məzmunlu səsli mesaj göndərib. xx.xx.2024-cü il tarixdə saat 21:46-da "R" adlı şəxs "m" adlı şəxsə «Göyərçinə gedirəm» məzmunlu sms göndərir, ardınca «m» cavab olaraq «get atır» məzmunlu sms göndərir. xx.xx.2024-cü il tarixdə saat 21:49 və 21:53-də "R" adlı şəxs "m" adlı şəxsə «hara atır, nə oldu» məzmunlu sms göndərir. xx.xx.2024-cü il tarixdə saat 21:57-dən 21:59-dək "m" adlı şəxs "R" adlı şəxsə məkan yeri və fotolar göndərir, ardınca «setdən çıxma,başına dönərəm, setdə qal» səsli sms, ardınca «R»( Təqsirləndirilən şəxs1 səs göndərir) cavab olaraq «gəliriy indi biz götürməyə, oraya çatandam görüntülü zəng edəcəm, bidənə başa sal bizə» səsli sms, ardınca «m» cavab olaraq «yaxşı qadanalaram» səsli sms, ardınca «R» «atdı oraa?» səsli sms, ardınca «m» «ay qardaşım onun böyründədir, bax sən gedib ora çatdın, hamısını ordan götürüb oradan çıxacaqsan sən mənim sözümə bax ürəyim», «ordan çıxanda zibil atırsız, onun altına deyəcəm qoyacaqsan, o gəlib onu ordan götürəcək, öz adamım gəlir çatır», ardınca «R»(Təqsirləndirilən şəxs1 səs göndərir) cavab olaraq «hə heç bir şey ürəyim, gedib götürürüy indi, götürəndə də sənə deycəm görürdüy, sabah səninlə raşot olarıq, narahat olma» səsli sms göndərir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 22:21-dən 22:56-dək olan müddət ərzində «R» adlı şəxslə «m» adlı şəxs arasında votsap zəngi ilə danışıqları görünür, saat 22:44-də «R» adlı şəxsin «m» adlı şəxsə «çatıram» sms göndərir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin telefonda Whatsapp proqramında nömrəsi +98 ********** olan İran vətəndaşını “m” adı ilə qeyd etdiyini, həmin İran vətəndaşından narkotik vasitə əldə etmək mövzusunda özü və dostu Təqsirləndirilən şəxs1la birikdə aralarında danışıqlar apardığını bildirmişdir (cild 01, iş vər. 229-234). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətlərinin CMin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs1 emosionallıq, hirslilik, məsuliyyətsizlik, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs1 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs1 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyillik əlamətləri müəyyən edilməmişdir (cild 02, iş vər. 1-4). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2324 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hərəkətlərinin CMin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası Təqsirləndirilən şəxs2 nümayişkaranəlik, inadkarlıq, diqqət mərkəzində olmağa maraq göstərmək, qıcığa qarşı həssaslıq, laqeydlik və s. kimi fərdi-psixi xüsusiyyətlər müəyyən edilir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs2 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyillik əlamətləri aşkar edilməmişdir (cild 02, iş vər. 5-8). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli 58- 1-1/26406 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə narkotik maddələrin satış məqsədilə əldə etmələri, birlikdə qəbulu və satışı məşğul olmaları barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimlərə narkotik maddələr satması, narkotik maddələrin satışını həyata keçirməkdə kimlərlə əlbir olmaları tərəflərindən dəqiqləşdirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik maddəni əldə etdikləri İran vətəndaşının, həmçinin həmin maddənin əldə olunmasında onlara vasitəçilik edən şəxslərin kimliyini, narkotik maddələri qeyd olunan yerlərə kimlərin vasitəsilə qoydurduğunu, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdikləri İİR vətəndaşının pul köçürülməsi məqsədilə onlara göndərdiyi M-10 tətbiqində ***-***-**-** saylı nömrə istifadəçinin şəxsiyyətini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 206, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin narkotik vasitənin mənbəyinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 15-33). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri, Sahil küçəsində “Zahid” adlı şəxsin, o cümlədən “Rüfət” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə həmin şəxslərin xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə\D, Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 7-də qeydiyyatda olmaqla, ünvan 1 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə\D, Lökbatan qəsəbəsi, Sabir küçəsi ev 7-də qeydiyyatda olmaqla, ünvan 2 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərarlar qəbul olunaraq şəxslərin olduğu yer müəyyən olunmaqla həmin tarixdə saat 23:10-da saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə hər iki şəxsin üzərinə ayrı-ayrılıqda şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etmiş, həmin torba açıldıqda içərisində daha 2 ədəd hər biri qara rəngli sellofana bükülmüş və hər biri şəffaf yapışqan lentlə bağlanmış vəziyyətdə olan bağlamanın olduğu müəyyən edilmiş, həmin bağlamalar açıldıqda isə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş, hər bir kütlə elektron tərəzidə ayrıca çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri özlərinin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə həm şübhəli şəxs qismində saxlanılarkən və üzərilərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçiləri yanlarında olmuş, lakin bu barədə, yəni aşkar olunan külli miqdarda narkotik vasitənin onlara aid olmaması, döyülmələri və məcbur qalıb etirafedici ifadə vermələri barədə müdafiəçilərinə heç bir söz deməmiş, etirazlarını bildirməmiş, bundan əlavə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz söyləməmişlər. Təqsirləndirilən şəxslər bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişlər ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Digər tərəfdən, hər iki təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyüldüklərini, fiziki təsirə məruz qaldıqlarını bildirsələr də, iş materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə tibbi eklspertizalarının rəyindən müəyyən olunmuşdur ki, hər iki şəxs saxlanıldıqdan qısa müddət sonra müvafiq ekspertizadan keçirilmiş və həmin şəxslərin bədənində heç bir xəsarət izi aşkar olunmamışdır. Bundan əlavə, təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmədəki çıxışları zamanı narkotik vasitə əldə etmək üçün təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən (qızlar vasitəsi ilə) təhrik olunmaları ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı sərbəst ifadələrində qeyd etdikləri qızlar barədə iş materiallarında hər hansı bir məlumat mövcud deyil (təqsirləndirilən şəxslər özləri də belə bir məlumata sahib deyillər, özlərinin dediklərinə görə həmin qızlarla guya sosial şəbəkədə tanış olublar). Digər tərəfdən, lap qəbul olunsada ki, qızlar təqsirləndirilən şəxslərə onlar üçün narkotik vasitə tapmağı xahiş edib, sosial şəbəkədə narkotik vasitə satan şəxsləri tapmağın da yolları barədə onların həmin qızlar tərəfindən istiqamətləndirilərək həmin adamlara (istintaqın müəyyən edə bilmədiyi iran vətəndaşına və ya vətəndaşlarına) yönləndirildiyi heç bir sübutla təsdiq olunmur. Həmçinin, müdafiə tərəfi bu zaman təqsirləndirilən şəxslərin mobil telefonunda olan SMS yazışmalara istinad edərək orada yalnız 25 manat müqabilində narkotik vasitənin alqı-satqısından söhbət getdiyini, digər narkotik vasitənin (2 kq narkotik vasitə qurudulmuş marixuananın) onlara heç bir aidiyyətinin olmamasını bildirsə də, müdafiə tərəfi nəzərə almamışdır ki, məhz həmin şəxlərə məxsus mobil telefonlarda açıq şəkildə gedəcəkləri yerdə (konumda) başqa narkotik vasitələrin də olması, onların həmin yerdən götürülərək başqa yerə qoyulması ilə bağlı yazışmalar və səs yazılarını olması ibtidai istintaq zamanı müəyyən olunmuş və məhkəmə istintaqında tədqiq olunmuşdur. Habelə, təqsirləndirilən şəxslər özləri də məhkəmə istintaqı zamanı etiraf etmişlər ki, onlara gələn SMS yazışmalarda getdikləri yerdə başqa narkotik vasitənin olması barədə xəbərdarlıq olunmuşdur. Yəni özləri bilə-bilə ki, həmin yerdə başqa narkotik vasitə də var, həmin yerə öz istəkləri ilə getmişlər. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə hər iki təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçilərin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətə görə onlara narkotik vasitənin veriləcəyi və s. barədə verdikləri ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, onlara elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərin özlərini qismən (satış məqsədinin olmaması ilə bağlı) təqsirli bilmələrinə dair ifadələrinə münasibətdə qeyd edir ki, hər iki təqsirləndirilən şəxsin üzərindən aşkar olunan mobil telefonda narkotik vasitələrin qabaqcadan əlbir olan şəxslə razılaşmaqla əldə edilməsinə, o cümlədən aralarındakı razılaşmaya əsasən narkotik vasitənin müqabilində həmin narkotik vasitələrin müxtəlif yerlərə qoyulmasının təmin edilməsinə dəlalət edən məlumatların olması (foto şəkillər və s.), aşkar olunan narkotik vasitə qurudulmuş marixunanın miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan çox olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər sözügedən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş, həmçinin sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə (hazırki halda əldə olunan razılığa əsasən ibtidai istintaqla müəyyən edilməyən şəxsin göstərişi əsasında fərqli-fərqli məkanlara qoymaqla faktiki satışını həyata keçirmək üçün) əldə edərək saxlamışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 198-201). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzalarını yüngülləşdirən hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokollardan və Bakı şəhər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulsalar da, tutma protokolları xx.xx.2024-cü il tarixdə saat 01:10 və 02:12-də tərtib olunmuş, məhkəmə qıərarlarında da yanlış olaraq tutmanın əvvəli məhz xx.xx.2024-cü il tarixdən hesablanmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 34, 54, 145- 150). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər CM-in 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hər iki şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onların faktiki olaraq şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, hər iki şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2109,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk və 02 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalı, hökm qanuni qüvvəsini aldıqdan sonra isə 01 ədəd “Honor 10 Lite” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 və ya onun razılığı ilə yaxın qohumlarından birinə, 01 ədəd “İphone 11” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs2 və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 89 AZN (səksən doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 44,50 AZN (qırx dörd manat, əlli qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan: - 2109,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 02 ədəd DVD disk və 02 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın; - hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Honor 10 Lite” markalı telefon sahibi Təqsirləndirilən şəxs1 və ya onun razılığı ilə yaxın qohumlarından birinə, 01 ədəd “İphone 11” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2 və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 89 AZN (səksən doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 44,50 AZN (qırx dörd manat, əlli qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-148/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-148/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver