Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-149/2023 30.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həmyerlisi X3 məsləhəti ilə telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 22 yanvar 2022-ci il tarixdə axşam saatlarında bir qrup şəxs halında hesabına köçürəcəyi 90 manat müqabilində həmin naməlum şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsində avtobus dayanacağının arxasına qoyduğu sellofan bağlamada “2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan külli miqdarda 6,495 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil olan külli miqdarda 3,927 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq satmaq məqsədilə hissələrə bölüb ayrı-aynlıqda 1,126, qram, 0,520 qr, 0,415 qr, 0,430 qr, 2,437 qr, 0,204 qr, 0,091 qr, 0,073 qr, 0,108 qr, 0,104 qr, 0,066 qr, 0,074 qr, 0,101 qr, 0,072 qr, 0,075 qr, 0,076 qr, 0,090 qr, 0,091 qr, 0,053 qr, 0,052 qr, 0,030 qr, 0,103 qr, 0,051 qr, 0,053 qr çəkidə narkotik vasitə heroini və 0,443 qr, 1,555 qr, 0,538 qr, 0,071 qr, 0,098 qr, 0,087 qr, 0,083 qr, 0,096 qr, 0,112 qr, 0,109 qr, 0,144 qr, 0,103 qr, 0,101 qr, 0,033 qr, 0,062 qr, 0,064 qr, 0,102 qr, 0,068 qr, 0,068 qr, 0,058 qr psixotrop maddə metamfetamini üzərində saxlamış, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirilib bölmənin inzibati binasında olan otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin iç sol yan cibində qəhvəyi-qara rəngli taxta qabın içərisində bir ədəd, göy rəngli, kardon materiallı, üzərində “Skom” yazısı olan qutunun içərisində həmin 24 ədəd bükümdə ümumi 6,495 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 19 ədəd bükümdə 3,927 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, bir ədəd asılqanlı tərəzi, bir ədəd şrup və kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşya, 2 ədəd üzərlərində maddə izləri olan gümüşü rəngli falqa kəsikləri, müxtəlif ölçülü və formalı siqaret kağızı kəsikləri, üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd üzərində yaşıl rəngli izolyasiya lenti dolanmış kağız borucuq aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayında metamfetamin növündə psixotrop maddədən istifadə etməyə başlamışdır. 22 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixə keçən gecə saat 00:00-01:00 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində yerləşən 3 nömrəli evdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin tarixdə evində eyvanda uzanmışdır. Qəflətən polis əməkdaşları evə daxil olub baxış keçirmişlər və heç bir narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Təxminən gecə saat 00:55-də onu Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə gətirmişlər. Polis bölməsində olarkən onu həmin polis bölməsinin rəis müavininin yanına aparmışlar. Polis bölməsinin rəis müavini onun barəsində onlara əməliyyat məlumatı daxil olduğunu, lakin üzərində və evində heç bir qanunsuz vasitə olmadığını bildirdilər. Ondan 5000 manat məbləğində pul istəyib, həmin pul müqabilində onu buraxacaqlarını bildirmişdir. Əks halda onu tutacaqlarını demişlər. Daha sonra onu digər otağa aparmışlar və orada stolun üstünüə xeyli narkotik vasitə və psixotrop maddə qoymuşlar. Ondan həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etməyini tələb etmişlər. Bu təkliflə razılaşmadığı üçün onu həmin gecə saat 03:00-04:00 radələrinədək döymüşlər. Daha sonra ona həmin narkotik vasitələri və psixotrop maddələri evinə qoyacaqlarını bildirmişlər. Bu təzyiqlərdən sonra onlarla razılaşmışdır. Həmin gecə saat 04:00-05:00 radələrində müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərimdə şəxsi axtarış həyata keçirilmişdir. Daha sonra, təxminən saat 06:00 radələrində onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, həmçinin qeyd etmişdir ki, məktəb bitirmədiyi üçün oxuma qabiliyyəti yoxdur. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edildiyi ifadəsində görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metanfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində olarkən polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu saxlayıb narkotik vasitənin və psixotrop maddənin əldə etməkdə və gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nin Qobu polis bölməsinə dəvət etmişlər. Abşeron RPİ-nin Qobu polis bölməsində xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub- olmadığı soruşulmuşdur. O da əynində olan qara rəngli gödəkcəsinin içəri tərəfdən sol döş cibinə qoyduğu qəhvəyi-qara rəngli taxta qabının içərsində saxladığı bir ədəd, üzərində qəhvəyi və qara rənglər olan taxta materiallı qutunu bir ədəd, göy rəngli, kardon materiallı, üzərində “Skom” yazısı olan qutunu təqdim etmişdir. Baxış zamanı qəhvəyi-qara rəngli taxta qabın içərisində saxladığı 18 ədəd ağ rəngli siqaret kağızına bükülmüş, 18 bükümdən ibarət olan narkotik vasitə heroin, 1 ədəd siqaretin gümüşü cığalalı kağızına bükülmüş, 1 ədəd bükümdən ibarət narkotik vasitə heroin, 10 ədəd göy rəngli siqaret kağızma bükülü olan 10 ədəd bükümdən ibarət psixotrop maddə olan metamfetamin, 6 ədəd qara rəngli siqaret kağızna bükülü olan, 6 bükümdən ibarət psixotrop maddə metamfetamin, 2 ədəd şəffaf rəngli sellofana bükülü olan, 2 ədəd bükümdən ibarət psixotrop maddə olan metamfetamin, 1 ədəd yaşıl rəngli sellofana bükülü olan, 1 ədəd bükümdən ibarət psixotrop maddə metamfetamin, 4 ədəd şəfaf rəngli sellofana bükülü olan, 4 ədəd bükümdən ibarət narkotik vasitə heroin və 1 ədəd yaşıl rəngli sellofana bükülü olan, 1 ədəd bükümdən ibarət narkotik vasitə heroin aşkar olunmuşdur. Baxış zamanı bir ədəd, göy rənli, kardon materiallı, üzərində “Skom" yazısı olan qutunun içərisindən müxtəlif ölçü və formalı siqaretin cığalalı kağızları; 1 ədəd asılqanlı tərəzi və avadanlıqları (üzərində ölçülər yazılmış çəki daşlan); üst-üstə qoyularaq bir-birinə yaşıl rəngli, izolyasiya lenti ilə bağlanmış, bir tərəfnə “P”, digər tərəfinə “K” hərfləri yazılmış iki ədəd kibrit qutusu; bir ədəd şrup və kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşya və bir ədəd arasında hisli, yəni qara rəngli yandınlmış maddə qalıqlan olan gümüşü rəngli falqa aşkar olunmuşdur. Ümumi sayı 43ədəd təşkil edən kütlələrdən 24 ədəd bükümdən ibarət olan, qəhvəyi rəngli, toz formalı bükümlər narkotik vasitə olan heroin və 19 ədəd bükümdən ibarət olan, ağ rəngli, kristal formalı olan bükümlər isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, həmin kütlələri bir neçə ay əvvəl Abşeron rayonu, Hökməli kənd sakini, mərhum Cəmil adlı şəxsin vasitəsi ilə əlaqə qurduğu, özünün şəxsən tanımadığı şəxsdən 22 yanvar 2022-ci il tarixdə axşam saatlarında 90 manata almış və satmaq üçün üzərində saxlamışdır. Həmin şəxsdən əvvəllər də narkotik vasitə və psxiotrop maddə almışdır. Belə ki, həmin şəxs onun mobil telefonuna taksafon vasitəsi ilə zəng edib narkotik vasitəni və psixotrop maddələri əvvəlcədən təyin olunmuş vaxtda Hökməli qəsəbəsində yerləşən avtobus dayanacağının arxasına qoymuş, sonradan ona zəng edərək yerini demişdir. O, isə narkotik vasitələri və prsixotrop maddələri götürüb satdıqdan sonra pulunu həmin şəxsin kart hesabına köçürmüşdür. Asılqan tərəzini həmin narkotik vasitələri satarkən çəkisini müəyyən etmək üçün üzərində saxlamışdır. Aşkar olunmuş kibrit qutusunun üzərindəki “P” yazısı “Patı”, yəni metamfetamin; “K” yazısı “Kakos”, yəni heroin mənasını ifadə etmişdir. Qutuya narkotik vasitələri və psxitrop maddələri yazıya uyğun çeşidləyib yığmışdır. Bir ədəd şrup və kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşyadan isə narkotik vasitələri və psxitrop maddələri götürüb kağız və selofanlann arasına qoymaq üçün istifadə etmişdir. Bir ədəd arasında hisli yəni qara rəngli yandınlmış maddə qalıqları olan gümüşü rəngli falqanın içərisində olan kütlənin adını isə “Kola” kimi bilmişdir. (Cild 1, iş vərəqləri 226-228) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 23 yanvar 2022-ci il tarixdə saat 04:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində Təqsirləndirilən şəxs dayandığını görmüş, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə gəlmişdir. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs vəkilinin üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heroin növündə narkotik vasitə, metamfetamin növündə psixotrop maddə, asılqanlı tərəzi və onun avadanlıqları, kibrit qutusu, şrup və kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşya və bir ədəd arasında hisli, yəni qara rəngli yandırılmış maddə qalıqları olan gümüşü rəngli falqa təqdim etmişdir. Aşkar olunan qanunsuz vasitələrin miqdarını xatırlamasa da, təxminən 50 bükümdə fərqli narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirlən zaman müdafiəçinin iştirakı təmin edilmişdi. Onun saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Abşeron RPİ-nin Qobu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində digər Şahid1lə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 143-145) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin iç sol yan cibində qəhvəyi-qara rəngli taxta qabın içərisində bir ədəd, göy rəngli, kardon materiallı, üzərində “Skom” yazısı olan qutunun içərisində həmin 24 ədəd bükümdə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinə bənzər maddə və 19 ədəd bükümdə 3 ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd asılqanlı tərəzi, bir ədəd şrup və kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşya, 2 ədəd üzərlərində maddə izləri olan gümüşü rəngli falqa kəsikləri, müxtəlif ölçülü və formalı siqaret kağızı kəsikləri, üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd üzərində yaşıl rəngli izolyasiya lenti dolanmış kağız borucuq aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 216-219) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 yanvar 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 24 yanvar 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 33, 160-161) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022- ci il tarixli, 6/445 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqdim et (imza) Təqsirləndirilən şəxs “ sözləri olan zərfdəki iyirmi dörd ədəd bükümdə ayn-aynlıqda təmiz çəkiləri 1,126, qram, 0,520 qr, 0,415 qr, 0,430 qr, 2,437 qr, 0,204 qr, 0,091 qr, 0,073 qr, 0,108 qr, 0,104 qr, 0,066 qr, 0,074 qr, 0,101 qr, 0,072 qr, 0,075 qr, 0,076 qr, 0,090 qr, 0,091 qr, 0,053 qr, 0,052 qr, 0,030 qr, 0,103 qr, 0,051 qr, 0,053 qr, ümumi təmiz çəkisi 6,495 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 19 ədəd bükümdə aynaynlıqda təmiz çəkiləri 0,443 qr, 1,555 qr, 0,538 qr, 0,071 qr, 0,098 qr, 0,087 qr, 0,083 qr, 0,96 qr, 0,112 qr, 0,109 qr, 0,144 qr, 0,103 qr, 0,101 qr, 0,033 qr, 0,062 qr, 0,064 qr, 0,102 qr, 0,068 qr, 0,058 qr ümumi təmiz çəkisi 3,927 qram olan ağ rəngli krİstallİk hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 2 ədəd üzərilərində maddə izləri olan gümüşü rəngli folqa kəsikləri, müxtəlif ölçü və formalı siqaret kağızı kəsikləri, bir ədəd asılqanlı tərəzi, bir ədəd şrup və kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşya və bir ədəd üzərində yaşıl rəngli izolyasiya lenti dolanmış kağız borucuqda narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəciklər cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Üst-üstə qoyularaq birbirinə yaşıl rəngli, izolyasiya lenti ilə bağlanmış iki ədəd kibrit qutusunda narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 43-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 Publik Hüquqi şəxsin 28 yanvar 2022-ci il tarixli 153 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəq 154 Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2022-ci il tarixli 1174 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək opioidlərin və psixostimlyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 177-178) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 889 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqdidannda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 179-181) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 107) Cinayət işi materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(Cild 1, iş vərəqləri 211-212) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, ekspertizadan sonra 6,375 qram qalmış narkotik vasitə heroin, 3,737 qram psixotrop maddə metamfetamin, bir ədəd asılqanlı tərəzi, bir ədəd şrup, bir ədəd kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşya və bir ədəd üzərində yaşıl rəngli izolyasiya lenti dolanmış kağız borucuq maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir.Şəxsi axtarış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 200-208) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin həmin narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən, həmçinin külli miqdar daxil olmaqla aşağı həddindən böyük həcmdə olub artıq olması, narkotik vasitə və psixptrop maddənin xırda bükümlərə bölünməsi, eləcə də tərəzinin olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Bundan başqa, məhkəmədə təqsirləndirilən şəxsin istifadəsində olmuş telefon nömrələrinə dair mobil rabitə operatorundan alınmış antena, danışıq və “SMS” məlumatları tərəflərin iştirakları ilə tətqiq edilərkən Təqsirləndirilən şəxs narkotik vasitəsinin satışı ilə məşğul olmasına dair konkret “SMS” mətnləri müəyyən edilmiş, eyni zamanda onun saxlanılmasının vaxtı və yerinin mübahisələndirilməsi ilə bağlı məhkəmədə müdafiə tərəfinin gətirdiyi dəlillər danışıq və antena məlumatları ilə təkzib olunmuşdur. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin öz evində tutulması, üzərində və evdə heç bir qanunsuz əşya aşkar olunmaması, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün etirafedici ifadələr verməsi, ondan pul tətələb olunması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan sənədlərdən və elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxs evlidir, himayəsində 5 uşağı olmaqla onlardan 4 azyaşlıdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində dörd azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmaması, ilk dəfə cinayət törətməsi və evli olması da onun cəzasını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən təqsirləndirilən şəxsi səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət qanunun maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı hədlərdə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qəraı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin 18 may 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəq 30, 89-92, 167-170) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hesab edir ki, hazırkı iş üzrə Abşeron RPİ-də saxlanılan 01 ədəd asılqanlı tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertizadan sonra 6,375 qram qalmış narkotik vasitə heroin, 3,737 qram psixotrop maddə metamfetamin, bir ədəd şrup, bir ədəd kapron materialdan kustar üsulla hazırlanan qaşığa bənzəyən əşya və bir ədəd üzərində yaşıl rəngli izolyasiya lenti dolanmış kağız borucuq məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 6,375 qram çəkidə narkotik vasitə heroin, 3,737 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd şrup, bir ədəd qaşığa bənzəyən əşya və bir ədəd kağız borucuq məhv edilsin, İş materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. 01 ədəd asılqanlı tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-149/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-149/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver