Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-149/2024 29.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzv, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirlən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Qubadlı rayonu Tatar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu Tatar ərazi dairəsi Tatar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisində yerləşən 1 nömrəli internat məktəbin yataqxanasında məskunlaşaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 4,019 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, ümumilikdə 0,150 qaram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və ümumilikdə 5,45 qaram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ- nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 23 dekabr 2022-ci il tarixdə saat 19:25-də Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən 10 saylı binanın qarşısında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli gödəkcənin sağ cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 07 (yeddi) ədəd ağ rəngli kağız bükümdə və 08 (səkkiz) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 1,204 qram, 0,361 qram, 0,256 qram, 0,399 qram, 0,395 qram, 0,318 qram, 0,382 qram, 0,320 qram, 0,295 qram, 0,014 qram, 0,013 qram, 0,019 qram, 0,013 qram, 0,016 qram, 0,014 qram, ümumi təmiz çəkisi 4,019 qram olan qəhvəyi rəngli, toz şəkilli maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 (iki) ədəd gümüşü rəngli və 01 (bir) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,036 qram, 0,075 qram, ümumi təmiz çəkisi 0,150 qram ağ rəngli, kristallardan ibarət maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 07 (yeddi) ədəd kağız bükümdə, 01 (bir) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,18 qram, 0,18 qram, 0,20 qram, 0,19 qram, 0,18 qram, 0,22 qram, 4,07 qram, ümumi təmiz çəkisi 5,45 qram tərkibinə görə eyni, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2018-ci ildən tanıdığı Əjdər adlı oğlanın dəvəti ilə onun evində olmuş və həmin evdə narkotik vasitə istifadə etdikdən sonra yatmışdır. Onda olan narkotik vasitə heroinin miqdarı 0,3 qram olmuşdur. Narkotik vasitəni üzərinə götürsün deyə polis əməkdaşları tərəfindən təxminən yarım saat döyülmüşdür. Döyüldüyü üçün bədəninin yan hissəsi və qaşının üstü əzilmişdir. Seyid adlı şəxsin onun qonşusu olduğunu və Seyidlə narkotik vasitə ilə bağlı heç bir yazışması olmadığını bildirmişdir. Heroin istifadə etdiyini, yüngül iynə vurduğunu bildirmişdir. İranlının telefon nömrəsi onun telefonunda olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, narkotik tərkibli maddələrin aludəçisidir, uzun müddətdir səhhətində ağrıları olduğundan narkotik və psixotrop tərkibli maddələri qəbul etməyə başlamışdır. Qəbul etdiyi narkotik vasitəni və psixotrop maddəni isə müxtəlif, tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 19:25-də Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən 10 saylı binanın qarşısında tanışı Şahid5 və ad, soy adını və barəsində digər anket məlumatlarını sonradan öyrəndiyi, əvvəllər ancaq üzdən tanıdığı Şahid4lə birlikdə olan zaman onlara bir neçə mülki geyimli şəxslər yaxınlşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, saxlanıldığını elan etmişlər. Daha sonra həmin şəxslər saxlanılma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra isə onu və orda olan şəxsləri Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinin inzibati binasına daxil olduqdan sonra xidməti otaqlarından birinə dəvət edilmiş və orda narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini təkrar izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquqlarının müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi Şimal Vəkil Bürosunun vəkili X3 təqdim edilmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu, 01 ədəd göy rəngli “REDMİ” markalı mobil telefonu, həmin gödəkcənin sağ yan cibində saxlamış olduğu içərisində narkotik vasitə olan və nəşə adlandırılan marixuana olan 01 ədəd boz rəngli, başlıq hissəsi iplə bağlı parça materialdan hazırlanmış torbanı, içərilərində nəşə və kakos adlandırılan narkotik vasitə olan 02 ədəd sarı rəngli plastik qabları, içərisində kakos və şüşə adlandırılan, narkotik vasitə və psixotrop maddə olan 01 ədəd kibrit qutusunu, 01 ədəd xəstəliyi ilə əlaqədar istifadə etdiyi dərman preparatını, həmçinin əynimdəki qara rəngli idman şalvarımın sağ yan cibində saxlamış olduğu özümə məxsus 20 manat dəyərində pul əskinazlarını və 80 qəpik dəyərində xırda pulları təqdim etmişdir. Daha sonra təqdim etdiyi əşyalara baxış keçirildikdə bir ədəd kibrit qutusunun içərisindən 07 ədəd ağ rəngli kağıza bükülmüş, 01 ədəd göy rəngli şəffaf sellofan bükümdə, kakos adlandırılan və narkotik vasitə olan heroin, 02 ədəd gümüşü, 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümlərdə şüşə adlandırılan psixotrop maddə metamfetamin, bir ədəd boz rəngli başlıq hissəsi iplə bağlı olan parça torbanın içərisindən şəffaf rəngli sellofan bükümdə, nəşə adlandırılan narkotik vasitə marixuana, iki ədəd sarı rəngli plastik qablardan birincisinin içərisindən 07 ədəd şəffaf rəngli sellofan bükümlərdə kakos adlandırılan və narkotik vasitə olan heroin, ikincisinin içərisindən 07 ədəd ağ rəngli kağız bükümlərdə nəşə adlandırılan və narkotik vasitə olan marixuana aşkar edilmişdir. Ondan təqdim etdiyi bükümlərdəki maddə və bitki tərkibli kütlələrin nə olduğunu, hardan, nə vaxt, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda isə həmin bükümlərin içərisində kakos adlandırılan narkotik vasitə heroin, nəşə adlandırılan narkotik vasitə marixuana və şüşə adlandırılan psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitə və psixotrop maddələri saxlanılmamışdan iki gün əvvəl Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində özünü ona İran İslam Respublikası vətəndaşı Ramin adlı şəxs kimi təqdim edən, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 300 manat pul verərək, bir hissəsini şəxsi istifadəsi, bir hissəsini isə tanışı olan narkotik vasitə istifadəçilərinə satmaq üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bükümlər tərəziyə qoyulub çəkilən zaman içərisində qəhvəyi rəngli toz halında maddələr olan 07 ədəd şəffaf sellofanda olan bükümlərdən birinci bükümün çəkisinin 0.52 qram, ikinci bükümün çəkisinin 0.49 qram, üçüncü bükümün çəkisinin 0.47 qram, dördüncü bükümün çəkisinin 0.49 qram, beşinci bükümün çəkisinin 0.47 qram, altıncı bükümün çəkisinin 0.45 qram, yeddinci bükümün çəkisinin 0.46 qram, 01 ədəd göy rəngli sellofanda olan bükümün çəkisinin 1.53 qram, ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan 07 ədəd bükümlərdən birinci bükümün çəkisinin 0.06 qram, ikinci bükümün çəkisinin 0.07 qram, üçüncü bükümün çəkisinin 0.04 qram, dördüncü bükümün çəkisi ayrılıqda müəyyən edilmədiyindən beşinci bükümlə birlikdə çəkisinin 0.05 qram, altıncı bükümün çəkisinin 0.04 qram, yeddinci yeddinci bükümün çəkisinin 0.05 qram olduğu, ümumi çəkilərinin isə 5.23 qram olduğu müəyyən edilmişdir.Həmçinin içərisində ağ rəngli kristal şəklində maddələr olan 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdən birinci bükümün çəkisinin 0.07 qram, ikinci bükümün çəkisinin 0.11qram, 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümün çəkisinin isə 0.14 qram olduğu, qeyd olunan bükümlərin ümumi çəkisinin isə 0.32 qram olduğu müəyyən edilmişdir. Bundan başqa içərisində yaşıl rəngli ot kütləsi olan bükümlərdən 01 ədəd şəffaf sellofanda olan bükümün çəkisinin 4.92 qram, 07 ədəd ağ rəngli kağıza bükülmüş bükümlərdən birinci bükümün çəkisinin 0.31 qram, ikinci bükümün çəkisinin 0.32 qram, üçüncü bükümün çəkisinin 0.35 qram, dördüncü bükümün çəkisinin 0.35 qram, beşinci bükümün çəkisinin 0.29 qram, altıncı bükümün çəkisinin 0.30 qram, yeddinci bükümün çəkisinin 0.28 qram, qeyd olunan bükümlərin ümumi çəkisinin isə 7.10 qram olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin bükümlər çəkilərinin və tərkiblərinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi ona izah edildikdən sonra xüsusi qaydada qablaşdırılaraq üzərləri möhürlənmiş, sonra isə götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən başqa qanunla saxlanılması və ya daşınması qadağan edilmiş digər əşya və ya pridmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd xəstəliyi ilə əlaqədar istifadə etdiyi dərman preparatı, 20 manat dəyərində kağız pul əskinazları və 80 qəpik dəyərində xırda pul nominalları araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək özünə geri qaytarılmışdır. Bütün bunlardan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq imzası ilə təsdiq etmişdir. Saxlanılarkən, eləcədə sonradan polis idarəsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri bir qismini şəxsi istifadəsi üçün, bir qismini İsə narkotik vasitə istifadəçisi olan tanışlarına vermək üçün əldə edib üzərində saxlamış, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrdən hər hansı tanışına verməyə imkanı olmadan polis əməkdaşları onu saxlamışlar. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrdən bir qismini ancaq özü aldıqdan sonra istifadə etmişdir. Narkotik vasitələrin və ya psixotrop tərkibli maddələri ancaq tanıdığı narkotik vasitə aludəçisi olan şəxslərə müəyyən məbləğdə pul müqabilində satmış, digər tanımadığı şəxslərə narkotik vasitə və psixotrop maddə satmamışdır. Narkotik vasitə və psixotrop maddəni əldə etdiyi şəxsin adının Ramin və İran İslam Respublikası vətəndaşı olduğunu bilmiş, həmin şəxs barəsində başqa hər hansı məlumatı olmamış, onunla birlikdə saxlanılmış X7 və Şahid4 üzərində narkotik vasitə olmasından məlumatı olmuş, onunla birlikdə saxlanılmış Əcdərin narkotik vasitə istifadəçisi olmasından məlumatı olsada, Alaksandırın narkotik vasitə istifadə edib etmədiyini bilməmiş, əvvəllər bir neçə dəfə Əjdərə şəxsi istifadəsi üçün narkotik vasitə hədiyyə etmişdir. (cild 1, iş vərəqə 87-91) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 19 radələrində Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən 10 saylı binanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq onu və həmin vaxt onun yanında olan şəxsləri saxlamışlar. Daha sonra onlara özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduqlarından saxlanıldıqlarını izah edib, onlara birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirdikdə Təqsirləndirilən şəxs və yanındakı şəxslər etiraz etmədən onlarla birlikdə gedəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və yanındakı şəxsləri, yəni Şahid5 və Şahid4 Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində vəkilin iştirakı videocəkilişlə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdəo üzərində narkotik vasitə olduğunu təqsdiq edərək, bundan sonra xidməti otaqdakı masaya yaxınlaşaraq ilk əvvəl əynində olan gödəkçənin yan cibində saxladığı bir ədəd mobil telefonu, həmin gödəkcənin sağ cibində saxladığı bir ədəd torbanı, iki ədəd sarı rəngli plastik qabları, bir ədəd kibrit qutusunu, xırda pulları və bir ədəd dərman preparatını masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirildikdə onun təqdim etdiyi əşyaların arasında bir ədəd “Redmi” markalı mobil telefonun, bir ədəd dərman preparatının, bir ədəd kibrit qutusunda bir ədəd sellofan bükümün, on ədəd kağız bükümlərin, bir ədəd torbanın içərisində bir ədəd sellofan bükümdə yaşıl rəngli bitki tərkibli kütlənin, iki ədəd sarı rəngli plastik qabdan birincisinin içərisində yeddi ədəd bükümlərin, ikincisinin içərisində yeddi ədəd kağız bükümlərin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə və bitki tərkibli kütlələrin nə olmasını, hardan və nə məqsədlə əldə edərək üzərində saxladığını, onunla saxlanılmış şəxsləri tanıyıb tanımadığını soruşduqda isə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin narkotik və psixotrop tərkibli maddələr olduğunu, iki gün əvvəl şəxsi istifadəsi üçün Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində özünü ona İran İslam Respublikası vətəndaşı Ramin adlı şəxs kimi təqdim edən şəxsə üç yüz manat pul ödəyərək əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılarkən yanında olan şəxslərdən birini, yəni Əcdər adlı şəxsi tanıdığını, digərini tanımadığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili Şahid3 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid2 Varaşil oğlunun ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. (cild 1, iş vərəqə 123-126) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, milliyətçə rus olsa da Sumqayıt şəhərində doğulmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan dilində sərbəst danışmağı, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazmağı və oxumağı bacarmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, İlqarı tanışı Şahid5 tanımışdır. Əcdərlə əvvəllər eyni ərazidə qonşuluqda yaşamış, münasibətləri normal olmuşdur. Təxminən bir il əvvəl narkotik tərkibli maddələr qəbul etməyə başlamış, qəbul etdiyi narkotik vasitəni tanımadığı ayrı ayrı şəxslərdən alaraq istifadə etmişdir. Əcdərində narkotik vasitə qəbul etməsindən məlumatı olmuş, ancaq onun qəbul etdiyi narkotik vasitəni hardan əldə etməsindən məlumatsız olmuşdur. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə yenidən narkotik vasitə qəbul etmək fikrinə düşdüyündən ancaq qəbul etmək üçün narkotik vasitəsi olmadığından yaşadığı evdən çıxmış və bu məqsədlə əvvəllər yaşadığı Sumqayıt şəhəri 19-cu məhəllə ərazisinə gəlmişdir. Həmin ərazidə yaşadığı 10 saylı binanın qarşısında dayanmış Əcdəri gördükdə ona yaxınlaşaraq ondan qəbul etmək üçün ona narkotik vasitə verməsini xahiş etmiş, Əcdər isə özündə narkotik vasitə olmadığını, İlqar adlı tanışı ilə əlaqə saxladığını, İlqarın ona narkotik vasitə gətirəcəyinə söz verdiyini, binanın qarşısında həmin şəxsi gözlədiyini bildirib, həmçinin İlqar ona narkotik vasitə gətirərsə onada həmin narkotik vasitədən qəbul etmək üçün verəcəyinə söz vermişdir. Bundan sonra Əcdərlə birlikdə onun dediyi şəxsi, yəni İlqar adlı şəxsi gözləməyə başlamışlar, təxminən 10-15 dəqiqə gözlədikdən sonra İlqar adlı şəxs yanlarına gəlmiş, onunla görüşdükdən təxminən bir iki dəqiqə keçmiş onlara mülki geyimli şəxslər yaxınlaşaraq hər üçünü saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, hər üçünü polis idarəsinə dəvət etmişlər. Orda olan İlqar və Əcdərlə etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, bundan sonra polis idarəsində olarkən polis əməkdaşları üzərində narkotik vasitə və ya qanunla saxlanılması, daşınması qadağan edilmiş digər əşya, pridmet ola biləcəyindən şübhələndiklərindən üzərinə baxış keçirtmək istədiklərini bildirib, buna etirazının olub olmadığını soruşmuşlar. Üzərinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, üzərindən qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş əşyalara baxış keçirən polis əməkdaşları həmin əşyaların araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək özünə geri qaytarılmış, daha sonra isə hadisə ilə bağlı ona məlum olan hallar üzrə izahat vermiş, bundan sonra isə yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs heç vaxt qəbul etmək üçün narkotik vasitə və ya psixotrop maddə almamış, Təqsirləndirilən şəxs tanışı Əcdər tanımış, qəbul etmək üçün saxlanıldığı gün Əcdərdən narkotik vasitə istəmiş, o, isə özündə narkotik vasitə olmadığını, ancaq İlqar adlı tanışının ona qəbul etmək üçün narkotik vasitə gətirməyə söz verdiyini, bu məqsədlə yaşadığı binanın qarşısında onu gözlədiyini bildirib, birlikdə İlqarı gözləmələrini təklif etmiş, İlqar ona narkotik vasitə gətirərsə həmin narkotik vasitədən bir qisminidə istifadə etməsi üçün ona verməyə söz vermişdir. Bundan sonra onunla razılaşıb İlqarı gözləmiş, İlqar ora gəldikdən sonra isə polis əməkdaşları tərəfindən saxlanıldıqlarından nə Əcdərdən, nə də İlqardan narkotik vasitə ala bilməmişdir. Heç vaxt Şahid5 qəbul etmək üçün narkotik vasitə almamış, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı, eləcədə orda olan Əcdər və İlqara qarşı hər hansı formada fiziki zor tətbiq edilməmiş, başqa qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs və Şahid4 uzun müddət əvvəl tanımış, həm İlqarla, həmdə Aleksandrla münasibətləri əvvəllər normal olmuşdur. Təxminən bir il əvvəl narkotik tərkibli maddələr qəbul etməyə başlamış, qəbul etdiyi narkotik vasitəni tanımadığı ayrı ayrı şəxslərdən alaraq istifadə etmişdir. Aleksandr və İlqarın narkotik vasitə qəbul etməsindən məlumatı olmuş, əvvəllər qəbul etməyə narkotik vasitəsi olmayanda bir neçə dəfə pulunu ödəməklə İlqardan qəbul etmək üçün narkotik vasitə almışdır. Hətta narkotik vasitə almaq üçün pulu olmayanda bir neçə dəfə İlqar ona qəbul etmək üçün narkotik vasitəni hədiyyə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Aleksandır ona zəng edərək vəziyyətinin pis olduğunu, qəbul etmək üçün narkotik vasitə almaq istədiyini bildirmiş, ona narkotik vasitə tapmağında köməklik göstərməyini xahiş etmişdir. Özünədə narkotik vasitə lazım olduğundan İlqara zəng edərək onlara narkotik vasitə verə bilib bilmədiyini soruşmuş, aralarındakı telefon danışığı zamanı həmçinin İlqara narkotik vasitə amaq üçün özünün pulunun olmadığını, Aleksandrın isə pulunu ödəmək şərti ilə narkotik vasitə almaq istədiyini bildirmiş, aralarındakı telefon danışığı zamanı İlqar təxminən 15-20 dəqiqədən sonra yaşadığı evin qarşısına gələcəyini bildirib, orda görüşmələrini təklif etmişdir. Bundan sonra Aleksandra zəng edərək məlumat vermiş, daha sonra isə yaşadığı evin həyətinə düşərək orda binanın qarşısında Aleksandr və İlqarı gözləməyə başlamış, aradan bir qədər keçdikdən sonra olduğu yerə yəni, yaşadığı binanın qarşısına ilk əvvəl Aleksandr gəlmişdir. Bundan sonra birlikdə İlqarı gözləməyə başlamışlar, İlqar oraya gəldikdən sonra onun görüşmüşlər. Təxminən bir iki dəqiqə keçmiş onlara mülki geyimli şəxslər yaxınlaşaraq hər üçünü saxlamışlar. Daha sonra həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, həmçinin İlqarın narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, hər üçünü polis idarəsinə dəvət etmişlər. Orda olan İlqar və Aleksandrla etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Bundan sonra polis idarəsində olarkən polis əməkdaşları üzərində narkotik vasitə və ya qanunla saxlanılması, daşınması qadağan edilmiş digər əşya, pridmet ola biləcəyindən şübhələndiklərindən üzərinə baxış keçirtmək istədiklərini bildirib, buna etirazının olub olmadığını soruşmuşlar. Üzərinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, həmçinin ərizə ilə müraciət etmişdir. Bundan sonra üzərində olan əşyları təqdim etməyi təklif edildikdə əynində olan idman şalvarının sağ yan cibində saxladığı 39 manat məbləğində pul əskinazlarını çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşlarıda üzərinə baxış keçirtmiş, ancaq üzərindən digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş pul əskinazlarına baxış keçirən polis əməkdaşları həmin pul əskinazlarının araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi izah edilərək özünə geri qaytarmış, bundan sonra isə hadisə ilə bağlı ona məlum olan hallar üzrə izahat vermiş, bundan sonra isə yaşadığı evə qayıtmışdır. Əvvəllər qəbul etməyə narkotik vasitəsi olmayanda bir neçə dəfə pulunu ödəməklə İlqardan qəbul etmək üçün narkotik vasitə almış, hətta narkotik vasitə almaq üçün pulu olmayanda bir neçə dəfə İlqar ona qəbul etmək üçün narkotik vasitəni hədiyyə etmişdir. İlqardan narkotik vasitə aldığı tarixləri unutmuş, İlqardan aldığı narkotik vasitəni sonradan özü istifadə etmiş, başqa hər hansı şəxsə verməmiş və ya satmamışdır. Heç vaxt Aleksandrdan qəbul etmək üçün narkotik vasitə almamış, ona narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı, eləcədə orda olan Aleksandr və İlqara qarşı hər hansı formada fiziki zor tətbiq edilməmiş, başqa qeyri qanuni hərəkətlərə yol verilməmişdir. ( cild 1, iş vərəqə 159-162) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2022-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Qubadlı rayonu, Tatar kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, 1 saylı internat məktəbinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, üzərində gəzdirilməsi və satışı barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 01 ədəd göy rəngli “REDMİ” markalı mobil telefonu, sağ yan cibində saxlamış olduğu 01 ədəd boz rəngli başlıq hissəsi iplə bağlı olan parça torbanı, 02 ədəd sarı rəngli plastik qabı, 01 ədəd kibrit qutusunu, 01 ədəd xəstəliyi ilə əlaqədar istifadə etdiyi dərman aparatını, həmçinin qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 20 manat və 80 qəpik pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd kibrit qutusunun içərisində isə 07 ədəd ağ rəngli kağıza bükülmüş, 01 ədəd göy rəngli şəffaf sellofanda içərilərində qəhvəyi rəngli toz halında olan maddələrin və 02 ədəd gümüşü, 01 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə içərilərində ağ rəngli kristal şəklində maddələrin olduğu müəyyən edilmişdir. Bundan başqa 01 ədəd boz rəngli başlıq hissəsi iplə bağlı olan parça torba açılan zaman içərisində şəffaf sellofana bükülmüş və içərisində yaşıl rəngli ot kütləsi olan 01 ədəd bükümün olduğu müəyyən edilmişdir. Daha sonra 02 ədəd sarı rəngli plastik qablardan birinci plastik qabın içərisində şəffaf sellofana bükülmüş vəziyyətdə içərisində qəhvəyi rəngli toz halında maddə olan 07 ədəd bükümün, ikinci plastik qabın içərisində isə ağ rəngli kağıza bükülmüş vəziyyətdə içərisində yaşıl rəngli ot kütləsi olan 07 ədəd bükümün olduğu müəyyən edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs içərisində qəhvəyi rəngli toz halında maddələr olan bükümlərin "kakos”, ağ rəngli kristal şəklində maddə olan bükümlərin “şüşə” və yaşıl rəngli ot kütləsi olan bükümlərin isə "nəşə" olduğunu, həmin maddələri 2 gün bundan qabaq Bakı Şəhəri, Biləcəri qəsəbəsi ərazisində Ramin adlı İran vətəndaşından ümumilikdə 300 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. (cild 1, vərəqə 28-29) “Şəxsi axtarış və götürmə barədə” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mobil telefondan istifadə edən şəxsin “WhatsApp” sosial şəbəkəsində əlaqə saxladığı şəxslərin adlarının qeyd olunduğunun göründüyü, həmin adlar qeyd olunmuş əlaqələrə baxış keçirildikdə orda +994 55 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxsin adının “Seyid” kimi qeyd olunduğu, adı “Seyid” kimi qeyd edilmiş kontakta daxil olduqda, orda xx.xx.2022-ci il tarixdə göndərilmiş 06 saniyə davam edən “.... Seyid padyezi düzgün yazmamışdılar tapa bilmirdim” məzmununda, 04 saniyə davam edən “nətəri brat çıxmısan, ordan gəlirsən, yoxsa burdan ora gedirsən” məzmununda və 18 saniyə davam edən “ə yekə oğlansan bir telefonu aç bir söz denəndə ala, saat dördə işləyib evə getməliyəm, evə girib çıxmıyım deyə gözlüyürəm ki gələsən birdəfəlik götürüm səndən gedib girim evə acındanda ölürəm ay qardaşım bir dənə mənə xəbər elə gəlirsən, gəlmirsən” məzmununda səs yazılarının olduğu müəyyən edildi. Bundan başqa mobil telefona baxış keçirilməsi davam etdirildikdə orda +98 914 *** **** saylı mobil nömrədən istifadə edən şəxsin adının “Z...İ” kimi qeyd olunduğu, adı “Z...İ” kimi qeyd edilmiş kontakta daxil olduqda, orda xx.xx.2022-ci il tarixdə göndərilmiş 09 saniyə davam edən “bu nə sözdü qadan alım hər nədi görürsən bunların guşəsinə qoyub ki sağlam gedəsən atasan buyana dalınnan sağlam götürəsən” məzmununda, 22 saniyə davam edən “Mehdi sən gəlib evinizə çıxa bildin qaqahə Mehdi mən götürdüm qaqa, gecən xeyrə qalsın Mehdi, Mehdi düz saat yanmdı o... balasıdı oranı gəzirəm, bax and ola Allaha, bir saat yarımdı, bir saatdı.......oların .... salamatçılıqdı qaqa” məzmununda, 24 saniyə davam edən mənə axırıncı səsdə deyirsən heç nə tapa bilmədim ə hə, məndə burda tərəfli yapşmışam deyirəm ki ağa ünvanın boşdu, belədi elədi, mənim sənə milyin faiz, ömürlük sənə etibarım var, da bu söhbətlər nədi, ə dalı sıra götürdün bir səs atda, məni qardaşlaman niyə pis eliyirsən” məzmununda, 28 saniyə davam edən tapa bilmədim deyəndə o... balasıdı qoyub b.. şəkli çəkib, tapa bilmirəm ay Allah girmişəm o padyezə, bu padyezəburda ramont gedir, dövlət tərəfindən ramont eliyirlərdə padyezləri, axırıki axırıki tapa bildim, sən öl, həmdə səndən narahat idim Allah haqqı” məzmununda, 20 saniyyə davam edən “ə səndəndə narahat idim cavab vermirdin, quran haqqı dedim bu yetimi tutdular, nə oldu ə, o... balasıdı, özün mənə deyirsən, sən məndən beş betər ehtiyatlı oldavam sağ ol qaqa gecən xeyrə qalsın” məzmununda, 17 saniyyə davam edən “qardaşım sabahın xeyir olsun vəziyyətin zadm, salmatçılıqdı qaqa səndə”, 25 saniyyə davam edən “Ay Emin canıvı yeyərəm mənə nə olar ki, ....nə olar xahiş eliyirəm sən yaxışı qardaşsan, amma məni incidirsən, yaxşı yoldaşsan, öpürəm sizin hamınızı, soyuqlamışam bir az” məzmununda 07 ədəd səs yazılarının olduğu müəyyən edildi.Bundan başqa mobil telefona baxış keçirilməsi davam etdirildikdə orda +994 70 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxsin adının “Tt” kimi qeyd olunduğu, adı “Tt” kimi qeyd edilmiş kontakta daxil olduqda, orda xx.xx.2022-ci il tarixdə göndərilmiş 06 saniyyə davam edən “İlqar salam necəsən, nə var nə yox vəziyyət necədi neyniyə bildin işdərini həll eliyə bilmisən sən” məzmununda 01 ədəd səs yazısının olduğu müəyyən edildi. Bundan başqa mobil telefona baxış keçirilməsi davam etdirildikdə orda +994 55 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxsin adının “Əjder” kimi qeyd olunduğu, adı “Əjder” kimi qeyd edilmiş kontakta daxil olduqda, orda xx.xx.2022-ci il tarixdə göndərilmiş 01 saniyyə davam edən “İqi necəsən” məzmununda səs yazısının olduğu müəyyən olundu. Bundan başqa mobil telefona baxış keçirilməsi davam etdirildikdə ekranda görünən “Qalereya” işarəsini bildirən düyməyə toxunduqda mobil telefonun yaddaşında çoxlu sayda digər foto və video görüntülərlərlə bərabər, narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin, bunlarla yanaşı “MilliÖn” ödəniş terminalı vasitəsilə ödəniş edildiyini təsdiq edən 00706 nömrəli, 00134 nömrəli ödəniş qəbzinin foto şəkilləri olduğu mətnin olduğu müəyyən edildi. Qeyd edilən foto şəkillərdən 14 ədədinin surəti çıxarılaraq tərtib edilmiş protokola əlavə edildi.(cild 1 iş vərəqi 149-151) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/7148 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksi və “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza; X5 - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 15 (on beş) ədəd bükümlərdəki təmiz çəkiləri 1,204 qram, 0,361 qram, 0,256 qram, 0,399 qram, 0,395 qram, 0,318 qram, 0,382 qram, 0,320 qram, 0,295 qram, 0,014, 0,013 qram, 0,019 qram, 0,013 qram, 0,016 qram, 0,014 qram, ümumi təmiz çəkisi 4,019 qram olan qəhvəyi rəngli, toz şəkilli maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri 0,039 qram, 0,036 qram, 0,075 qram, ümumi təmiz çəkisi 0,150 qram olan ağ rəngli kristallardan ibarət maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildirlər. Qeyd: 1. Heroinlərin ümumi təmiz çəkisi - 4,019 qram, tədqiqata cəmi sərf edildi - 0,15 qram (0,01 qram), qalıq - 4,004 qram 2. Metamfetaminin ümumi təmiz çəkisi - 0,150 qram, tədqiqata cəmi sərf edildi - 0,05 qram (hər birindən - 0,01 qram), qalıq - 0,100 qram (cild 1, iş vərəqə 59-64) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 07 (yeddi) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,23 qram, 0,18 qram, 0,18 qram, 0,20 qram, 0,19 qram, 0,18 qram, 0,22 qram və 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 4,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ümumi çəkisi - 5,45 qramdır. Qeyd: Marixuananın ümumi çəkisi - 5,45 qram (l-8№ob), cəmi tədqiqata istifadə olundu - 0,24 qram (hər obyektdən 0,03 qram) qalıq - 5,21 qram (cild 1, iş vərəqə 65-67) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 450 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə 175- 176) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,004 qram narkotik vasitə heroin, 0,100 qram psixotrop maddə metamfetamin, 5,21 qram narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd mobil telefon maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmiş və 01 (bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 185-206) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 139-140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qubadlı rayon RİHB-nın Tatar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Fars-ingilis dili 1№-li internat məktəbində 7-8-12 məhəllə ünvanında müvəqqəti məskunlaşmışdır. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 146) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4 adlı 01 azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 197) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. (cild 1, iş vərəqə 146) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, onları bükümlərə ayırması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin qardaşının 1-ci Qarabağ müharibəsində şəhid olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,004 qram narkotik vasitə heroin, 0,100 qram psixotrop maddə metamfetamin, 5,21 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,004 qram narkotik vasitə heroin, 0,100 qram psixotrop maddə metamfetamin, 5,21 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 (bir) ədəd mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-149/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-149/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver