Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-149/2025 09.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1991 -ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, tutulana kimi ünvan 1-də pasport qeydiyyatında olmaqla yaşamış, 08 iyun 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasınin beş saylı məhkəmə iclas zalında keçirilən, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda əldə edilməsi, daşınması, saxlanması və satışı barədə razılaşdıqdan sonra həmin şəxsin ona 2000 manat verməsi müqabilində, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 1 kq, 267,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini üzərində, bir hissəsini avtomobilində, bir hissəsini də Quba rayonu Amsar kəndində kirayədə yaşadığı evdə saxlamış, 06 iyun 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Şuşa Qalası” adlanan restoranın yaxınlığında idarə etdiyi “Mitsubishi Lancer” markalı AZ **-LX-*** qeydiyyat nişanlı avtomobilini saxlayaraq onun üzərində şəxsi axtarış aparılarkən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 9,29 qram olan narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi avtomobildə baxış keçirilərkən 02 ədəd qara rəngli sellofan bükümlərdə ümumi çəkisi 7,77 qram olan narkotik vasitə qurudulmuş marixuana və 07 iyun 2024-cü il tarixdə saat 05 radələrində sonuncunun Quba rayonu Amsar kəndində kiraydə yaşadığı evdə baxış keçirilərkən 01 ədəd qara rəngli polietilen bağlama içərisində 02 ədəd qara rəngli sellofan bükümlərdə ümumi çəkisi 1 kq, 250 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, O, sanksiya məhkəməsində də narkotik vasitələrin istifadəçisi olduğunu demişdir. Onun üzərində olan narkotik vasitə deyildir. Onun şəxsi istifadəsi üçün üzərində 15-16 qram narkotik vasitə olmuşdur. 1 kiloqram 250 qram olan narkotik vasitəni onun boynuna qoymuşlar. Ona görə də özünü qismən təqsirli bilmişdir. İttiham aktında onun saxlanılması ayın altısında qeyd olunmuşdur. Xırdalan şəhərində yerləşən Şuşa qalası yaxınlığında onu saxlamışlar. Halbuki o, Binəqədi ərazisində mərkəz adlanan yerdə saxlanılmışdır. Onu avtomobilində olarkən saxlamışlar. O da avtomobilindən düşmüşdür. 5-6 nəfər polis əməkdaşı olmuş və ona yaxınlaşmışlar. Qoluna girərək onu Novxanı-Binəqədi yoluna gətirmişlər. Həmin vaxt onun yanında xanım olmuşdur. Onun həmin an xanımla görüşməyinə və danışmağına şərait yaratmamışlar. Üzərini axtardıqları zaman üzərində heç bir şey aşkarlanmamışdır. İttiham aktında narkotik vasitənin yarısının üzərində, geri qalan yarısının isə avtomobilində olduğu göstərilmişdir. Halbuki narkotik vasitəsinin hamısı onun avtomobilində olmuşdur. Avtomobilin sükan qapısında narkotiki gizlətmişdir. Üzərindən heç bir şey çıxmadığına görə onun avtomobilinə axtarış keçirmişlər. Ona “sənin üzərində və avtomobilində nə var de, onsuzda sənin üzərində nə olduğunu biz bilirik” demişlər. O da onlara üzərində heç bir şey olmadığını demişdir. O, üzərində nə olduğunu etiraf etməmişdir. Onu tutmaq üçün ənməliyyat qurduqlarını və narkotik almaq üçün iranlı ilə danışdığını ona demişlər. O da avtomobilində narkotik olduğunu demişdir. Onun yanına bir nəfəri qoşacaqlarını və ikisini birgə içəriyə göndərəcəklərini demişlər. Ondan avtomobilində başqa nə olduğu soruşulduqda, avtomobilində çanta olduğunu və çantanın içərisində pul olduğunu demişdir. Çantanın içərisində 3140 manat pulu olmuşdur. Ona generala məruzə etməli olduqlarını demişlər. Ona “sənin üzərində bu qədər narkotik vasitəsi olmalı idi. Narkotik vasitəsinin qalan hissəsinin haradadır” deyə sual vermişlər. Onlara başqa bir narkotikinin olmadığını, cəzası nədirsə çəkməyə hazır olduğunu demişdir. Öz telefonları ilə bilmədiyi, lakin İran vətəndaşı olduğunu güman etdiyi bir nəfərə zəng etmişlər. Telefondakı şəxsə Təqsirləndirilən şəxsı saxladıqlarını demişlər. 7 kiloqram narkotik vasitəsinin olduğunu demişdir. Halbuki onun nə iranlıdan, nə də 7 kiloqramlıq narkotik vasitəsindən xəbəri olmuşdur. Çantasının içərisini axtarmağa başlamış və heç bir şey aşkar edə bilməmişlər. O, ifadəsində onların dediklərini yazmışdır. Yanındakı xanımı və eyni zamanda balaca qardaşını ona qoşub cinayət məsuliyyətinə cəlb etməsinlər deyə onların dedikləri ilə razılaşmışdır. 30-40 dəqiqə Binəqədi-Novxanı yolunda dayanmışdır. Daha sonra onu Badamdara gətirmişlər. Onu gətirdiklərindən sonra müdafiəçi təyin etmişlər. Həmin müdafiəçi sadəcə yanında dayanmış və onu daha sonra görməmişdir. O, 15-16 qram narkotik vasitəsi ilə bir kiloqramlıq çəkidə olan narkotik vasitəsinin ittihamında belə fərqin olduğunu bilməmişdir. İbrahim adlı əməkdaş onu otağa salmışdır. Ona üzərində olan bu pulu videoda görsələr satışla məşğul olduğunu fikirləşəcəklərini demişlər. Ona “3140 manat pulun 500 manatlıq hissəsini gəl cibinə qoyaq” demişdir. Yerdə qalan pulun isə özündə saxlayaraq “narahat olma götürərsən” deyə bildirmişdir. O da problem olmadığını bildirmiş və “məni satışla təqsirləndirməyin” demişdir. Onlara “15-16 qramlıq narkotik vasitəsinin cəzası nədirsə problem yoxdur, cəzamı çəkərəm” demişdir. Videogörüntü zamanı ona sənə nə deyəcəyiksə onu da deməsini bildirmişlər. Ona birinci həmin narkotik vasitəni tapdığını, daha sonra isə İran vətəndaşından aldığını deməsini istəmişlər. Onlara əgər bu ittihamda heç bir dəyişiklik olmayacaqsa, dedikləri ilə razılaşdığını bildirmişdir. O, sanksiyadan sonra 3 saylı İstintaq Təcridxanasına gəldikdən sonra fərqi başa düşmüşdür. Halbuki ona “səni maksimum 3 ilə qədər iş gözləyir” demişlər. Ayın iyirmi üçündən iyirmi dördünə keçən gecə Qubaya getmişdir. Quba rayonunda istirahət etmək məqsədi ilə ev tutmuşdur. Ayın 24-ü Quba rayonunda qalmışdır. Ayın 25-i isə kənddə bir aylıq kirayə ev tutmuşdur. Bir aylıq ev üçün 800 manat pul vermişdir. Narkotik vasitəni gizlətməklə bağlı bir şey olmamışdır. İyirmi beşindən iyirmi altısına kimi Qubada qalmışdır. Polis əməkdaşları onu axtardıqlarını və harada olduğunu bilmədiklərini və əgər Qubada olduğunu bilsələrmiş Qubaya gələcəklərini bildirmişlər. O da onlara elə həmin vaxt da Quba rayonunda olduğunu demişdir. 15 gündür orada olduğunu bildirirək ora getməyi onlara təklif etmişdir. Onlar da elə senari qurmuşlar ki, guya narkotik vasitənin bir hissəsi onun üzərində, bir hissəsi avtomobilində, digər hissəsi isə Quba rayonunda kirayədə qaldığı evdə olmuşdur. Onu Quba rayonuna aparmışlar. Orada istədikləri kimi ifadə vermişdir. O, guya ki tanımadığı İran vətəndaşı olan Aram adlı şəxsdən narkotik vasitəni almışdır. Onun, ümumiyyətlə, “Facebook” sosial şəbəkəsi yoxdur. Tutulan vaxt üzərindəki mobil telefonda olan nömrəsi ittiham aktında yazılmışdır. Həmin nömrə ilə votsap sosial şəbəkəsində qeydiyatdan keçməmişdir. Ona “Quba rayonunda olan evdə olarkən şkafın içərisində narkotik vasitəni çıxaracağıq və mənimdir deyərsən” demişlər. Onlarla “səni iki kiloqrama qədər 234.1-ilə ittiham elan edəcəyik və 3 ilə qədər iş verəcəyik” dedikləri üçün razılaşmışdır. Onlara “narkotik vasitənin kütləsini nə üçün artırırsız” deyə sual verəndə ona iki kiloqrama qədər satışın olmadığını bildirmişlər. Ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, onlar tutmuşlarsa külli miqdar narkotik çıxaracaqlarını demişlər. Komputerdə yazarkən maddələrin adları yazılan zaman həmin maddələrin onda olmadığını bildirmişdir. Qubada olarkən onu Bakı şəhərinə gətirəcəklərini bildirmişlər. O da problem olmadığını demişdir. Daha sonra onu oldu ki, Qubaya təhvil verdikləri aydın olmuşdur. Sonuncu narkotik Quba rayonundan aşkar olunduğu üçün belə olmuşdur. Sonradan da istintaqı Quba rayon Polis İdarəsi aparmışdır. Sonrada müstəntiq müdafiəçinin iştirakını təmin etmişdir. Hadisəni baş verdiyi kimi müstəntiqə danışmışdır. Polis idarəsində işinə tez baxacaqlarını demişlər. Polis bölməsində onu dindirmişlər. Orada müstəntiqə hər şeyi danışmış və üzərində olan pulu, qızıl sepini götürdüklərini bildirmişdir. Həmin əşyaların heç birini onun valideynlərinə təqdim etməmişlər. Onun avtomobilini təhvil verməkləri üçün min manat pul almışlar. Bunların hər birini müstəntiqə demişdir. Üzərində olan narkotik vasitənin onun olduğunu, lakin yerdə qalan narkotik vasitəni isə ona olunan təzyiqlər nəticəsində boynuna götürdüyünü demişdir. 2023-cü ilin dekabrına qədər ayıq sürücü kimi işləmişdir. Avtomobildə olan pul onun şəxsi pulu olmuşdur. Pulun bir qismi taksidə qazandığı pul olmuşdur. Pulun digər bir qismini isə mərc oyunlarından qazandığı pul olmuşdur. Həmin hallar kart hesabında öz əksini tapmışdır. O, evli deyil və evli olmamışdır. O, sanksiya məhkəməsində istintaqın uzadılmasını xahiş etmişdir. Qubada müstəntiqə üzərindən aşkar olunan mobil telefon ona təqdim olunub-olunmamasını soruşduqda, müstəntiq ona telefonun təqdim edilmədiyini demişdir. Sürücülük vəsiqəsi ilə mobil telefonun Quba rayon Polis İdarəsində saxlanıldığı qeyd olunmuşdur. Polis əməkdaşları ona əl-qol atmamış və ona heç bir şey etməmişlər. Quba rayonunda qaldığı ev sahibinin də narkotiklə bağlı heç bir məlumatı olmamışdır. Çəkiliş zamanı vəkili görmüşdür. Vəkili yuxudan oyadıb gətirmişlər. Vəkil heç bir sual verməmişdir. O, on ildir narkotik vasitələr olan marixuanadan istifadə edir. İki gündən və ya üç gündən bir istifadə etmişdir. Narkotik vasitələrin aludəçisi olmamışdır. Həmin aldığı 15-16 qramlıq narkotik vasitəsini 200 manata almışdır. O, ayıq sürücü kimi axşam saat səkkizdən gecə saat birə və ya ikiyə kimi günü 25 manata işləmişdir. İstintaq zamanı onun bütün ifadələrini əl yazması ilə almışlar. Özü yazsa da həmin ifadələrin məzmununu ona müstəntiq demişdir. O, Quba rayonunda olan müstəntiqə təzyiq altında olduğunu və ifadəsini dəyişmək istədiyini bildirmişdir. Həmin müstəntiqdə ona çəkilişinin olduğunu və ifadəsini dəyişə bilməyəcəyini demişdir. Daha sonra ona Baş İdarədən zəng gəldiyini və işinin bağlanaraq məhkəməyə verilməli olduğunu demişdir. O, verdiyi ifadələrin heç birini qəbul etməmişdir. Şahid3 saxlayanların içərisində olmamışdır. Şəxsin dediyi kimi o saxlanılanda onun yanında xanım olmuşdur. İkisini bir yerdə saxlamışlar. Onun üzərində olan 16 qramlıq narkotik vasitə şəxsi istifadəsi məqsədi ilə olmuşdur. Onu saxlayandan sonra Novxanı- Binəqədi yoluna aparmışlar. Bir saat danışıqlar gedəndən sonra onu videoçəkilişdə iştirak etməyi üçün polis idarəsinə aparmışlar. Onu təxminən saat on bir və on iki radələrində saxlayıblar. Şahidin dediyi saatla düzgündür. O, bir aylıq qızla qalmaq üçün Qubada kirayədə qalmışdır. O, ayın 23-də Qubaya getmişdir. Ayın 24-də Qubada olmuşdur. Özünün də bir tərəfi Qubadandır. Qızla bir ay Qubada qalmaq üçün kirayə ev tutmuşdur. O, ayıq sürücü şirkətində işləyir. İbrahim adlı əməkdaş onu saxlayandan sonra onun telefonunu yoxlamış və həmin telefonda hər hansı bir narkotiklə bağlı konum olmadığını görmüşdür. Onu Gülnarın qardaşları ilə yox, öz qardaşları ilə hədələmişlər. İbrahim onu saxlayandan sonra telefonuna baxmışdır. Onun telefonunda, ümumiyyətlə, votsap sosial şəbəkəsi olmamışdır. Qardaşından onun telefonuna səs yazısı gəlmişdir. Həmin səs yazısı votsap programı vasitəsi ilə gəlmişdir. Telefonunda qeydiyyatda olan nömrədə votsap sosial şəbəkəsi olmamışdır. O, Quba rayonuna gedəndə özünə təzə sim nömrə almışdır. Onun köhnə nömrəsi şirkət nömrəsi olduğuna görə zənglər çox gəlmiş və bu səbəbdən yeni nömrə almışdır. Onların sifarişlərinə qanunsuz getdiyinə görə şirkət ondan nömrəsini dəyişməyini tələb etmişdir. Əməliyyatçı telefonuna baxanda səsi kimin göndərdiyini soruşmuşdur. O da qardaşı olduğunu bildirmişdir. Qardaşı ona “hamı səndən iş xahiş edir edirsən və mən səndən xahiş edirəm etmirsən” məzmununda səs göndərmişdir. Həmin səsi işlə əlaqədar göndərmişdir. Qardaşı ondan onu işə düzəltməyini xahiş etmişdir. Qardaşının sürücülük vəsiqəsi olmadığı üçün onu işə düzəldə bilməmişdir. Polis İdarəsində olarkən onun ifadəsini makina üsulu ilə almışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığından xx.xx.2024-cü il tarixli ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilir. Törətdiyi əməldən peşman olmuşdur. Onu bu işə İran İslam Respublikasının vətəndaşı “Aram” adlı şəxs cəlb etmişdir. Üzdən görmədiyi Aram adlı şəxslə 2024-cü ilin may ayının əvvəlllərində “Facebook” sosial şəbəkəsində tanış olmuşdur. Həmin şəxslə o, heç vaxt üzbəüz ünsiyyətdə olmamışdır. “Aram” adlı şəxs ona dediyi yerə narkotikləri götürüb qoyacağı təqdirdə 2000 manat pul verəcəyinə inandırmışdır. O, rəsmi olaraq evli olmasa da, qeyrirəsmi olaraq X7 ilə nikahdadır. Onun həmin qadınla nikahından bir uşağı vardır. Xəyalə ruhi xəstəlikdən əziyyət çəkdiyi üçün onun müalicəsi çoxlu pul tələb edir. Bu səbəbdən də “Aram” ona pul təklif edəndə onunla razılaşmışdır. O, 23 may 2024-cü il tarixdə “Aram”ın istəyi ilə Bakı şəhəri, Hökməli qəsəbəsinə getmişdir. O, həmin vaxtlarda ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmiş və “Aram”la da həmin nömrə ilə əlaqə saxlamışdır. “Aram” ona Hökməlidə konum olan yerin şəklini atmışdır. O, həmin yeri tapanda qara polietilen torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar etmişdir. “Aram” həmin narkotik vasitənin onda qalmasını və o dediyi zaman aparıb müəyyən edilmiş yerlərə qoymasını istəmişdir. “Aram” da onun gördüyü bu işin müqabilində onun kartına 2000 (iki min) manat pul yükləyəcəkmiş. Lakin “Aram”dan xəbər çıxmadığı üçün narkotik vasitələr onda qalmışdır. Onun özü “nəşə” adlanan narkotik vasitə istifadəçisidir. “Aram”a çatası narkotik vasitənin az hissəsini bir sellofan bükümdə istifadə etməsi üçün üstündə, iki sellefona bükümdə isə “Mitshubishi Lancer” markalı **-LX-*** nömrə nişanlı maşınında saxlamışdır. Bundan başqa yerdə qalan iki sellefona bükümlərdə olan marixuananı Quba rayonu, Amsar kəndində kirayə tutduğu evdə “Aram”dan xəbər gələndə onun dediyi yerlərə qoyması üçün saxlamışdır. O, həmin narkotik vasitələrdən heç kimə satmamış və verməmişdir. “Aram”ın kim olduğunu və ya indi yaşayıb-yaşamadığını halhazırda bilmir. Hazırda onun mobil nömrəsi də onda yoxdur. Onun vatsap və internet nömrələrini də yadından çıxartmışdır. Polislər onu tutanda evindən, üstündən və maşınından həmin narkotik vasitələr aşkar olunmuşdur. Əməlindən peşman olmuşdur. İfadəsini özü yazmış və doğruluğunu da imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığından xx.xx.2024-cü il tarixli ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulana kimi ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olsa da, Quba rayonu Amsar kəndində kirayədə yaşamışdır. 2024-cü ilin may ayında o, “Facebook” sosial şəbəkəsində adını bilmədiyi və üzdən görmədiyi tanımadığı İran İslam Respublikası vətəndaşı “Aram” adlı bir nəfər şəxslə tanış olaraq həmin şəxslə “WhatsApp” vasitəsilə ilə əlaqə saxlamağa başlamışdır. Söhbət əsasında sonuncu ona təklif etmişdir ki, narkotik vasitəni bir yerdən götürüb sonradan deyəcəyi başqa yerə aparıb daşımaqla “kuriyerlik” etdiyinə görə ona 2000 manat məbləğdə pul verə bilər. Əgər razılaşmış olarsa ona narkotik vasitənin götürəcəyini yerinin “məkan”ını “WhatsApp” vasitəsilə ona göndərəcəkdir. Onun xəstə arvadını müalicə etməyə görə pula ehtiyacı olduğundan həmin şəxsin təklifi ilə razılaşmışdır. 23 may 2024cü il tarixdə aralarındakı razılaşmaya görə o, Bakı şəhəri Hökməli qəsəbəsinə gedərək sosial şəbəkədə tanış olduğu həmin şəxsin atdığı “məkan”dan “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixunanı bir ədəd polietilen torbada götürmüşdür. Bir müddətdən sonra, “Aram” adlı şəxs ona həmin narkotiki qoyacağı yeri deməli və sonra ona “Aram”a atacağı pul kartına sonuncu 2000 manat pul yükləməli idi. Ancaq, həmin şəxsdən xəbər çıxmadığından əldə etdiyi polietilen torbadakı narkotik vasitə özündə qalmışdır. O, həmin torbadan şəxsi istifadəsi üçün qeyd olunan narkotik vasitənin bir hissəsini özündə və avtomobilində, yerdə qalan böyük hissəsini isə Quba rayonu Amsar kəndində kirayə tutduğu evində saxlamışdır. Bundan sonra, 06 iyun 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Şuşa Qalası” adlanan restoranın yaxınlığında idarə etdiyi “Mitsubishi Lancer” markalı AZ 99-LX- 668 qeydiyyat nişanlı avtomobili saxlayaraq üzərində şəxsi axtarış aparılarkən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 9,29 qram olan narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi avtomobildə baxış keçirilərkən 02 ədəd qara rəngli sellofan bükümlərdə ümumi çəkisi 7,77 qram olan narkotik vasitə qurudulmuş marixuana və daha sonra 07 iyun 2024-cü il tarixdə saat 05 radələrində Quba rayonu Amsar kəndində kiraydə yaşadığı evdə baxış keçirilərkən 01 ədəd qara rəngli polietilen bağlama içərisində 02 ədəd qara rəngli sellofan bükümlərdə ümumi çəkisi 1 kq, 250 qram narkotik vasitə qurudulmuş marixuananı aşkar edərək götürmüşlər. Həm üzərində aparılmış şəxsi axtarış, həm avtomobilində, həm də kirayə yaşadığı evdə keçirilmiş baxış video çəkilişlə aparılmışdır. Video çəkiliş başa çatandan sonra müvafiq protokollar tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, sosial şəbəkədə tanış olduğu şəxsdən başqa kimdənsə narkotik vasitə əldə etməmiş və kiməsə satmamışdır. O, sosial şəbəkədə tanış olub “WhatsApp” vasitəsilə danışdığı kim olduğunu və harada yaşadığını bilmir. O, tutulmazdan qabaq öz telefonundan sosial şəbəkədə tanıdığı şəxslə olan danışıqlarını sildiyindən onun hansı internet ünvanından və hansı “WhatsApp” nömrəsindən istifadə etdiyini xatırlamır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmişdir. O, həmin narkotik vasitələri satmaq niyyətilə götürməmiş, şəxsi istifadəsi üçün əldə etmişdir. Onun sosial şəbəkədə tanış olduğu şəxslə narkotik vasitələrin satışı barədə qabaqcadan əlbirliyi olmamışdır. Həmin şəxsin narkotik vasitələri hansı məqsədlə əldə etməsi və ona yerdəyişmə etməsi barədə heç bir məlumatı yoxdur. O, narkotik vasitlərin satışı ilə heç vaxt məşğul olmamışdır. Bu səbəbdən özünü ona elan edilmiş ittihamla qismən, yəni külli miqdarda çəkidə narkotik vasitələri əldə edib daşımağına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri deyil, həmin məcəllənin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. Baş İdarəyə daxil olmuş məlumat əsasında 6 iyun 2024-cü il tarixdə təxminən 23:00 radələrində Abşeron rayonu ərazisində yerləşən Təzə Yol adlanan ərazidə şəxs saxlanılmışdır. Şəxsi saxladıqdan sonra baş idarəyə dəvət etmişlər. Şəxsi saxlayanda ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmişdir. Bundan sonra İdarədə şəxsin üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı üzərində olan marixuanaya bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Avtomobilin qapısının saxlanc yerində olan narkotik vasitəsini şəxs yenə də könüllü şəkildə təqdim etmişdir. Bundan sonra ondan narkotiki haradan əldə etməsini soruşduqda, Quba rayonunda kirayə mənzil tutduğunu və həmin mənzildə də narkotik saxladığını etiraf etmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Quba rayonuna gedilmişdir. Təqsirləndirilən şəxs özü kirayələdiyi evi göstərmişdir. Evin açarı təqsirləndirilən şəxsin üzərində olmuş və evi özü açarla açmış və evdə olan bağlamadakı marixuananı şəxs özü bizə könüllü şəkildə təqdim etmişdir. Mənzildə eyni zamanda elektron tərəzi də olmuşdur. Daha sonra narkotik vasitə qablaşdırılmışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyata özü rəhbərlik etmişdir. Külli miqdar narkotik vasitəsini üzərində daşıması, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi saxlayarkən ona heç bir təzyiq göstərilməmişdir. Şəxsi Saray yolunda saxlamışlar. Şəxsin yanında bir xanım da olmuşdur. Onu da təqsirləndirilən şəxslə birlikdə polis idarəsinə dəvət etmişlər. Təhqiqatçı soruşanda Qubada kirayə götürdüyü evdə də narkotik vasitənin olduğunu demişdir. Şəxsi saxlayanda şəxs onlara hər hansı bir müqavimət göstərməmişdir. Şəxs əgər Bakı şəhərində olan mənzildə narkotik vasitəsini saxladığını desəydi, Quba rayonuna yox, Bakı şəhərində olan mənzilinə baxmaq üçün gedəcəkmişlər. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 2024-cu ilin iyun ayında Xırdalan şəhərində yerləşən Şuşa restoranın yaxınlığında şəxsi saxlamışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində təhqiqatçının və müdafiəçinin iştirakları ilə şəxsin üzərinə baxış keçirilmişdir. Şəxsin üzərindən marixuana aşkar olunmuşdur. Həmçinin şəxsin idarə etdiyi avtomobildə də marixuana aşkar olunmuşdur. Şəxs özü könüllü şəkildə Quba rayonunda kirayədə yaşadığı evdə də narkotik vasitəsinin olduğunu bildirmişdir. Təhqiqat çəkilişi ilə baxış keçirilməsi üçün şəxsin dediyi ünvana getmişlər. Həmin evdən də marixuana aşkar olunmuşdur. Çəkisini tam olaraq xatırlamamışdır. Təxminən bir kiloqram olmuşdur. Şəxsi ilk olaraq Xırdalan şəhərində saxlamışlar. Şuşa qalası restoranının yaxınlığında saxlamışlar. Şəxs barədə məlumat Şahid1 daxil olmuşdur. O da baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat qrupunda o, Şahid1 və Şahid2 olmaqla üç nəfərlik tərkibdə iştirak etmişlər. Şəxsi iyun ayında gecə saat on birdə saxlamışlar. Şəxsi saxlayarkən yanında bir xanım da olmuşdur. Onunla birlikdə polis idarəsinə dəvət etmişlər. Şəxsi saxlayarkən üzərinə axtarış və baxış keçirməmişlər. Polis İdarəsində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Onların saxladığı dövrdə hələ Ali Məhkəmənin bu məsələ ilə bağlı plenum qərarı olmamışdır. Plenum qərarından sonra plenum qərarının göstərişləri əsasında işləmişlər. Şəxsi saxlayandan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Şəxsi saxladıqları yerlə Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə arasında elə də çox məsafə olmadığına görə şəxsi birbaşa Abşeron rayon Polis İdarəsinə yox, Baş Narkotilərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə şəxsi axtarış əməliyyat tədbirini keçirməyə başlamazdan əvvəl dövlət hesabına təyin edilmiş müdafiəçi ilə təmin edilmişdir. İdarədə şəxsi axtarış əməliyyat tədbirini həyata keçiriləndə şəxs özü Qubada kirayə yaşadığı mənzildə də narkotik vasitəsinin olduğunu bildirmişdir. Ona görə də onlar Quba rayonuna getmişlər. Videoçəkilişdə iştirak edən müdafiəçinin iştirakı ilə Quba rayonuna yollanmışlar. Əməliyyat qrupunda üç nəfərdən ibarət tərkibdə iştirak etmişlər. Təhqiqatçı və vəkillə birlikdə videoçəkilişdə təqsirləndirilən şəxsdən başqa beş nəfər olmuşlar. Şəxs sərxoş olmamışdır. Hadisənin üzərindən bir müddət keçdiyinə görə narkotik vasitənin şəxsin hansı cibindən aşkar olunduğunu hazırda xatırlaya bilməmişdir. Şəxsi saxlayanların içərisində özü də olmuşdur. İdarədə olan videoçəkiliş zamanı da iştirak etmişdir. Şəxs onlara heç bir müqavimət göstərməmişdir. Könüllü şəkildə onlarla gəlmişdir. Evində olan narkotik vasitəsini şəxs onlara könüllü şəkildə təqdim etmişdir. İstintaqda verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə yalan danışır. Qubadakı kirayədə yaşadığı mənzildə aşkar olunan narkotik vasitə ona məxsus olmasa belə, şəxsin avtomobilində aşkar olunan narkotik vasitə onun məsuliyətə cəlb edilməsi üçün əsas olmuşdur. Şəxsin istifadəsində olan mobil telefonda iranlı ilə danışıqları vardır. Təqsirləndirilən şəxs Qubada olan evdə narkotik vasitəsinin olduğunu onlara deməsəydi, onlar haradan şəxsin Qubada kirayə ev tutduğunu bilməmişlər. Onlarda şəxsin Qubada kirayə ev tutması ilə bağlı məlumat olmamışdır. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Təqsirləndirilən şəxslə sevgi münasibətində olmuşdur. Binəqədi ərazində avtomobili vurmuşlar. Oğlundan konum gözləyə-gözləyə evə gedirmiş. Bu zaman kimsə avtomobili ilə onların avtomobilini arxa hissədən vurmuşdur. Təqsirləndirilən şəxs avtomobildən düşərək nə olduğuna baxmaq istəyəndə birdə Təqsirləndirilən şəxs olmadığını görmüşdür. Binəqədi ərazisində onları bir az gəzdirmişlər. Avtomobili və onun çantasını axtarmışlar. Bir saat onları gəzdirəndən sonra Baş Narkotiklərə Mübarizə İdarəsinə aparmışlar. Onun üzərinə baxış keçirməmişlər. Yolda olarkən avtomobilə baxış keçirmişlər. Avtomobildən nəsə balaca bir şey tapmışlar. Ondan sonra onları baş İdarəyə aparmışlar. Həqiqətən də, avtomobilin qapısında olan saxlanc hissəsindən nəsə tapılmışdır. Narkotik vasitəsinin olub-olmamasını bilməmişdir. Təqsirləndirilən şəxs onun yanında olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı onun yanında keçirməmişlər. Təqsirləndirilən şəxsı o, bir ildir ki, tanıyır. Sevgi münasibətləru altı ay olar ki, başlamışdır. Şamxal arada bir spirtli içki kimi pivədən istifadə etmişdir. Narkotik vasitələrindən istifadə etməsini görməmişdir. Sevgi münasibətində olduqları müddətdə onlar ayrı-ayrı yaşamışlar. Ona hər hansı bir təzyiq olunmamışdır. Binəqədi Mərkəz adlanan ərazidə Mədəniyyət evinin yaxınlığında onları saxlamışlar. Avtomobil vurulduqdan sonra mülki geyimdə olan iki nəfər polis əməkdaşı olduğunu bildirən şəxs gəlmişdir. Şamxalın avtomobilində Şamxalı arxada əyləşdirmişlər. Binəqədi ərazisində yolda avtomobili saxlayaraq içərisini axtarmışlar. Onda Şamxal başqa avtomobildə olmuşdur. Polisdən çıxmamışdan əvvəl ifadə vermişdir. Sərbəst şəkildə idadə vermişdir. Kimsə ona təzyiq etməmişdir. İfadəsini oxumuş və imza çəkmişdir. Onları axşam tərəfi doqquza işləmiş saxlamışlar. Onun verdiyi ifadə balaca həcmli olmuşdur. İfadəsini oxumamışdır. Ona yalan deməyəcəklərini düşündüyü üçün imza çəkmişdir. Daha doğrusu ifadəni yarıya qədər oxumuşdur. O, Bakı şəhərində yaşayır. Binəqədi ərazində kirayədə yaşayır. Ona ifadəsində harada saxladıqlarını yazdırmamışlar. İfadəsini özü əlllə yazmışdır. Polis əməkdaşları onlarla normal davranmışlar. Quba rayonundan onlar bir yerdə gəlmişlər. Quba rayonunda onlar 7-10 gün aralığında qalmışlar. “Səni də tutacağıq” sözünü polis əməkdaşları ona deməmişdir. Avtomobildə olanda onu bir az hədələmişlər. Onun iki qardaşı vardır. Şamxal onun qardaşlarını tanımır. Onun qardaşları ilə Şamxalın münasibəti yoxdur. O, istintaq zamanı verdiyi ifadəsini tam şəkildə təsdiq etməmişdir. Şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın tanışı olsa da, sonuncunun külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbəri olmamışdır. 06 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixə keçən gecə vaxtı o, Şamxalın idarə etdiyi avtomaşınında olarkən maşını saxlamış polis əməkdaşları onları DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, Şamxal üzərində, maşınında və evində narkotik vasitələr saxlamaqla məşğul olur. Onun Şamxalın cinayət əməllərinə heç bir aidiyyəti yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Qubadakı mənzili təqsirləndirilən şəxsə kirayə verən şəxsdir. Ona görə də mən təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımışdır. O, heç bir şey görməmiş və heç bir şeyin şahidi olmamışdır. O, mənzili təqsirlənirilən şəxsə 650 manatdan kirayə vermişdir. Şəxsin mənzildə narkotik saxladığından onun məlumatı olmamışdır. O, evi kirayə verməmişdən əvvəl mənzildə narkotik vasitə olmamışdır. Narkotik vasitəsi aşkar olunanda onu mənzilə çağırmamışlar. Şəxs saxlanılan gün polis əməkdaşları onunla əlaqə saxlamışdır. Mənzilin açarı onda olmamış, polisləri əvvəlcədən həmin mənzilə aparmamışdır. Şəxsin narkotik vasitələrindən istifadə etməsini, mənzildə saxlamasını və onların satışı ilə məşğul olmasını eşitməmişdir. O, şəxsin belə əməllərlə məşğul olmasını bilsəymiş, mənzili ona kirayə verməzmiş. Onun özü narkotik vasitəsinin iyisini bilməmiş və hətta onu mənzildə görsəymiş belə həmin vasitəni tanıya bilməzmiş. Mənzilin qapısı bağlı olmuş, mənzilin açarı təqsirləndirilən şəxsin özündə olmuşdur. O, bir dəfə təqsirləndirilən şəxs evdə olduğu zaman evə internət çəkdirmək lazım olan zaman getmişdir. Təqsirləndirilən şəxs evdə olmadığı müddətdə o, kirayələdiyi evə giriş etməmişdir. O, evi kirayə verəndə mənzilin bir açarı olmuş və həmin açar da ancaq təqsirləndirilən şəxsdə olmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 işin halları ilə bağlı digər Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması baradə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, həmin tarixdə, saat 23:05-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “”Şuşa Qalası” restoranının yaxınlığında idarə etdiyi “Mitshubishi Lancer” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmiş, avtomobil idarənin həyətinə yerləşdirilmiş, yanında olan X8 idarəyə dəvət edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 07 iyun 2024-cü il tarixli 3-16-16/2-7/929 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 9,29 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş və 02 ədəd qara rəngli sellofanda hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 2,43 qram və 5,34 qram olmaqla, ümumi çəkisi 7,77 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdidata təqdim edilmiş yaşadığı evindən aşkar edilərək götürülmüş və 02 ədəd qara rəngli polietilen bağlamada olan 02 ədəd sellofanda hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 980,0 qram və 270,0 qram olmaqla, ümumi çəkisi 1,250,0 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlanın içərisində olan 01 ədəd elektron tərəzinin üzərində cüzi miqdar marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edlmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın təmiz çəkisi 1267,06 qram təşkil edir, tədqiqata sərf edildi - 0,2 qram, qalıq isə 1266,86 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2024-cü il tarixli 4461 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur. Onun məcburi müalicəyə ehtiyacı vardır, Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərüfatı Departamenti 2 saylı Mənzil-Kommunal Təsərüfat Birliyinin Mənzil-Kommunal İstismar Sahəsindən alınmış 11 sentyabr 2024-cü il tarixli 472 №-li arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi ev 41, mənzil 113də qeydiyyatda olmaqla yaşamışdır. O, yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, avtomobilində və Quba rayonu Amsar kəndində kirayədə yaşadığı evdə baxış keçirilməsi barədə 07 iyun 2024-cü il tarixli protokollardan və ona əlavə edilmiş 03 ədəd DVD disklərdəki video görüntülərdən görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, həmin şalvarın sağ yan cibindən isə 01 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 01 (bir) ədəd sürücülük vəsiqəsi aşkar edilir. Həmin vaxtı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar edilmiş 01 (bir) ədəd bükümdəki kütlə barədə soruşulduqda sonuncu bu kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikasının vətəndaşı olan “Aram” adlı şəxsin vasitəsilə 23 may 2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən “Aram” adlı şəxsin göstərişi ilə əldə etdiyini, narkotik vasitələri sonradan deyiləcək ünvanlara qoymağına görə həmin şəxsin ona 2000 manat pul verəcəyini vəd etdiyini, “Aram” adlı şəxsi təxminən 01 (bir) ay olar ki, tanıdığını, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmçinin Quba rayonunda kirayə tutduğu evdə də narkotik maddə saxladığını bildirir. Daha sonra aşkar edilmiş qurudulmuş maruxuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə onun həcmi 11 qram təşkil edir. Həmin kütlə qablaşdırılaraq götürülüb möhürlənir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefon və sürücülük vəsiqəsi də götürülsə də, həmin vaxtı üzərindən aşkar olunmuş ev açarı, avtomobil açarı və 550 manat pul isə özünə qaytarılır. Daha sonra yazılı qeydiyyatda aparıldıqda sonra Təqsirləndirilən şəxs və tədbirin iştirakçıları öz imzalarını atırlar. Avtomobilə baxış zamanı aparılmış video çəkilişdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etiraz etmədikdən sonra, həmin baxış zamanı onun avtomobilinin qabaq sol qapısının saxlanc yerindən 02 (iki) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunur. Həmin kütlələr elektron tərəzidə çəkildikdə onların ümumi çəkisi 10 qram təşkil edir, qablaşdırılaraq götürülüb möhürlənir. Baxışın gedişində Təqsirləndirilən şəxs həmin kütlələrində özünə məxsus olduğunu, onların da “Aram” adlı şəxsin vasitəsilə 23 may 2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən “Aram” adlı şəxsin göstərişi ilə əldə etdiyini, narkotik vasitələri sonradan deyiləcək ünvanlara qoymağına görə həmin şəxsin ona 2000 manat pul verəcəyini vəd etdiyini etiraf edir. Daha sonra yazılı qeydiyyatda aparıldıqda sonra Təqsirləndirilən şəxs və tədbirin iştirakçıları öz imzalarını atırlar. Evə baxış zamanı aparılmış video çəkilişdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs öz razılığı ilə sonuncunun Quba rayonu Amsar kəndində kirayədə yaşadığı evdə video çəkilişlə baxış keçirilir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs özü evdəki yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 01 (bir) ədəd qırmızı rəngli çantadan 02 (iki) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələri və 01 (bir) ədəd elektron tərəzini təqdim edir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, onların ümumi çəkisi 1 (bir) kq, 345 qram təşkil etmiş və qablaşdırılaraq götürülüb möhürlənir. Baxışın gedişində Təqsirləndirilən şəxs həmin kütlələrin və tərəzinin də özünə məxsus olduğunu, onların da “Aram” adlı şəxsin vasitəsilə 23 may 2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən “Aram” adlı şəxsin göstərişi ilə əldə etdiyini, bu narkotik vasitələri sonradan deyiləcək ünvanlara qoymağına görə həmin şəxsin ona 2000 manat pul verəcəyinə vəd etdiyini etiraf edir. Daha sonra yazılı qeydiyyatda aparıldıqda sonra Təqsirləndirilən şəxs və tədbirin iştirakçıları öz imzalarını atırlar. “Şübhəli şəxsin tutulması haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü ildən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması baradə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış, avtomobilə və yaşayış yerinə video çəkilişlə baxış istintaq hərəkətləri keçirilmiş, şəxsi axtarış, avtomobilə və yaşayış yerinə baxış zamanı aşkar edilmiş narkotik vasitə və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, narkotik vasitə materialları məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə, avtomobilə və yaşadığı evə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi təsirə məruz qaldığı üçün küllü miqdarda narkotikin özünə məxsus olmasını boynuna götürdüyünü bildirsədə də qeyd etdiyi hal heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə bioloji ekspertizanın 929 saylı rəyinə əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan marixuanalar tərkibinə görə eynidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərindən aşakar edilmiş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitənin ayrı-ayrı bükümlərdə olmasını və aşkar edilmiş şəxsə aid olan elektron tərəzini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş narkotik vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın münasibətlərdə olduğu şəxsdir və onunla birlikdə saxlanılmış və sonradan buraxılmışdır. Məhkəmə həmin şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini məhkəmə istintaqı zamanı araşdırılımış sübutlarla qarşılıqlı şəkildə müqayisə edərək hesab edir ki, həmin şahid məhz təqsirləndirilən şəxsin yaxın münasibətdə olduğu şəxs olduğundan onun mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadə vermişdir. Çünki məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən şahidin ifadəsində göstərdikləri halların heç biri öz təsdiqini tapmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə təqsirli bilməsinə dair xx.xx.2024-cü il tarixli ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitəni əldə edildiyi mənbəni, o cümlədən “Aram” adlı İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Aram” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən Təqsirləndirilən şəxs “Aram” adlı şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə “Aram” adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi (xx.xx.2024-cü il tarixli ifadəsi) etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və yaşayış yerindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Quba RPŞnin maddi sübutların saxlanması otağına təhvil verilmiş 03 ədəd kağız paketdə qablaşdırılmış və ekspertizadan sonra ümumi təmiz çəkisi 1266,86 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefonu onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və yaşayış yerindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Quba RPŞnin maddi sübutların saxlanması otağına təhvil verilmiş 03 ədəd kağız paketdə qablaşdırılmış və ekspertizadan sonra ümumi təmiz çəkisi 1266,86 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi, 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefonu onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-149/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-149/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver