Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-15/2022 27.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi –Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1, xx.xx.1997-ci ildə Qobustan rayonu, Üzümçü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Qobustan rayonu Bədəlli kəndində qeydiyyatda olan və yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 08 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə külli miqdarda bir ədəd şəffav rəngli selofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 190,835 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib bir ədəd qara rəngli corabın içərisinə qoyaraq əynində olan qara-sarı rəngli idman gödəkçəsinin sağ yan cibinə qoyub Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsinə daşıyaraq üzərində saxlamış, 18 avqust 2020-ci il tarixdə 01:30 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara-sarı rəngli idman gödəkçəsinin sağ yan cibindən həmin bir ədəd qara rəngli corabın içərisindəki bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə təmiz çəkisi 190,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünün elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 14 avqust 2020-ci il tarixdə onunla birlikdə usta işləyən salyanlı oğlan Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları ilə əlbir olaraq onu tutdurmuşdur. O, iş yoldaşları ilə “Nissan Maxima” markalı avtomobildə oturmuşlar. Qəfildən avtomobilin qapıları açılmış və mülki geyimdə polis əməkdaşları arxa oturacağa onun yanına oturmuşlar. Onu döyüb üzərinə selofan paket atmışlar. Abşeron Rayon Polis idarəsində 3 gün zirzəmidə onu saxlamışlar. 18 avqust tarixində qardaşını polis idarəsinə çağırıb ondan pul tələb etmişlər. Qardaşı idarəyə gəlmiş, özünün şəxsi “MERCEDES” markalı ** FJ *** nömrəli avtomobilini satıb, pulunu İbrahim adlı polis əməkdaşına təqdim etmişdir. Onlar daha sonra atasından da pul tələb etmişlər. Onun qardaşı İİ Qarabağ müharibəsində şəhid olub və “Heydər Əliyev” fondu tərəfindən ailəsinə 10 min manat pul verilmişlər və həmin pulu da İbrahimə təqdim etmişlər. Toplam olaraq 26 min manat və 5 min ev dustaqlığına buraxılması üçün pul vermişlər. İbtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən fərdi evdə kirayədə yaşayır. Bakı şəhərində fəhləlik etmişdir. Təxminən bir ilə yaxındır ki, ara-sıra narkotik vasitə olan heroindən çəkmə yolu ilə istifadə etmişdir. 08 avqust 2020-ci il tarixdə işdən çıxıb kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən fərdi evə gedən zaman yolda yerdə ağ rəngli selafona bükülmüş əşyanın olduğunu görüb həmin əşyanı yerdən götürərək açıb içərisinə baxdıqda narkotik vasitə olan heroinə oxşar maddənin olduğunu görmüşdür. Həmin bükülünü özü ilə götürmüş və yaşadığı evə aparmışdır. O, həmin kütləni evdə gizlətmişdir. 18 avqust 2020-ci il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı evdən çıxmışdır ki, həmin tapdığı narkotik vasitəni Abşeron rayonu, Sulutəpə dairəsinin yaxınlığında yerləşən “Şamlıq” adlanan ərazidə bir yerdə yerə basdırıb gizlətsin. Ara-bir həmin yerdən götürüb üzü üçün istifadə etmişdir. O, 18 avqust 2020-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsi yaxınlığında olan zaman ona iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, narkotik vasitələrin daşınmasında şübhəli olduğunu bildirib polis idarəsinə getməsini bildirmişlər. O da buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Abşeron rayon polis İdarəsində ona hüquq və vəzifələri izah edilmişdir. Hüquqlarının müdafiəsi üçün dövlət hesabma vəkil dəvət olunmuşdur. Bundan sonra otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edərək onun üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, əynində olan qara-sarı rəngli idman gödəkçəsinin sağ yan cibində olan qara corabın içərisində bir ədəd şəffaf rəngli selafona bükülmüş formada olan kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Ondan bu barədə soruşulduqda bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini təxminən on gün bundan əvvəl yəni 08 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində olduğu zaman yerdən tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş kütlə ağ zərfə qoyulmuş, zərf onun iştirakı ilə qablaşdırılmış, bununla bağlı protokol tərtib olunmuş, o, protokolun doğruluğunu və zərfin tamlığını imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx xxxx 1997- ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, idarə rəisinə raportla müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı X5 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 18 avqust 2020-ci il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Sulutəpə dairəsi yaxınlığında məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxs onlarla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Abşeron RPİ-nin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, Təqsirləndirilən şəxs üçün üçün dövlət hesabına tutulmuş vəkilinin iştirakı ilə şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs tərəflərindən hüquq və vəzifələri izah olunmuş sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində qara-sarı rəngli idman jaketinin sağ yan cibindən bir ədəd qara rəngli corab çıxararaq təqdim etmişdir. Həmin qara rəngli corabın içərisinə baxdıqda həmin corabın içərisində bir ədəd şəffaf rəngli selofan torba aşkar olunmuşdur. Qara rəngli corabın içindəki selofan torbanın içərisinə baxdıqda həmin torbanın içərisində narkotik maddə olan heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş heroini 08 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yolda tapıb özü ilə yaşadığı evinə aparmış, 18 avqust 2020-ci il tarixdə də oradan götürüb özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsinə daşıyaraq üzərində saxlamışdır. Sonra bununla bağlı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Qobustan rayonu, Bədəlli kəndində yerləşən fərdi evində müstəntiq tərəfindən təxirə salınmadan axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili X10 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində didirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 16 avqust 2020-ci il tarixdə şərlənərək həbs edilmişdir. Oğlu heç bir zaman narkotik vasitə istifadə etməmiş və narkotik vasitə satışı ilə məşğul olmamışdır. Oğlu Fədanın həbs olunmasını 17 avqust 2020-ci il tarixdə öyrənmş, İlkin və İbrahim adlı polis əməkdaşları onlara pul verilməsi müqabilində Fədana qarşı təqibdə narkotik maddənin miqdarını azaldacaqlarını, həmçinin satış maddəsini çıxardacaqlarını söyləmişlər. 17 avqust 2020-ci il tarixdə müstəntiq onun 050-52-56-36 nömrəli mobil telefonuna zəng etmişdir. Şahid3 ifadəsində həmçinin göstərdi ki, kiçik oğlu Fədail Nadirov “Vətən müharibəsində” şəhid olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satışında şübhəli olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 18.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 22-23) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan “DVD” formatlı diskə baxış keçirilməsi haqqında 2404.2021-ci il tarixli protokoldan görünür ki, əynində qara-sarı rəngli üzərində türk bayrağı olan idman geyimi, ayağında yay ayaqqabısı, üzü saqqallı olan orta boylu cavan oğlan əynində olan əynində qara-sarı rəngli idman jaketinin sağ yan cibindən bir ədəd qara rəngli corab çıxararaq təqdim etdi. Həmin qara rəngli corabın içərisinə baxdıqda həmin corabın içərisində bir ədəd şəffav rəngli selofan torba aşkar olundu. Qara rəngli corabın içərisindəki selofan torbanın içərisinə baxdıqda həmin torbanın içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində qara-sarı rəngli üzərində türk bayrağı olan idman geyimi, ayağında yay ayaqqabısı, üzü saqqallı olan orta boulu cavan oğlan onun özüdür, əynində olan əynində qara-sarı rəngli idman jaketinin sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd qara rəngli corabın içindəki şəffav rəngli selofan tprbadakı narkotik maddə olan heroindir, 08.08.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yolda tapıb özü ilə yaşadığı evinə aparmış, 18.08.2020-ci il tarixdə də oradan götürüb özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsinə daşıyaraq üzərində saxlamışdır. ( cild 1, iş vərəqə 157-158) “Şəxsi axtarış və götürmə aparılması” barədə protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2020-ci il tarixli 6/1584 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş... sözləri qeyd olunan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 190,835 qram açıq qəhvəyi rəngli daşlaşmış vəziyyətdə maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş siyahıya əsasən heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir. (Siyahı 1).(cild 1, iş vərəqə 36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2020-ci il tarixli 2980 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində Asıllıq Sindromu NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, 1iş vərəqə 173-174) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 13.04.2021-ci il tarixli 775 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. (cild 1, iş vərəqə 170-172) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 20 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 190.685 qram qalmış narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pinin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 71-72) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi üzrə sübutların qiymtələndirilməsi və cinayət işindən yeni icraatın ayrılması barədə qərardan görünür ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 178-187) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Faiq Sultanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ğlunun ona qarşı Abşeron RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılıq və digər qanunsuzluqların edilməsi, habelə ondan Şahid1 tərəfindən 26000 manat məbləğində pulun alınması ilə bağlı göstərdiyi xüsusatlar araşdırma zamanı öz təsdiqini tapmadığından, cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 96) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayonu Bədəlli kəndində yaşadığı müddətdə özünü sakit və tərbiyəli, intizamlı bir vətəndaş kimi göstərmiş, həmişə kənd sakinləri ilə münasibətləri yaxşı olmuş, kəndind xeyir-şər işlərində yaxından iştirak etmiş, vətənpərvər əhval-ruhiyyədə olmuşdur. Onun haqqında nümayəndəliyə heç bir şikayət xarakterli məlumat və ərizə daxil olmamışdır. barəsində nümayəndəliyə yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası Şahid3, anası X6, qardaşı X9 və X3r. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsindən verilmiş 11 noyabr 2020-ci il tarixli 220 nömrəli arayışdan görünür ki, 23.07.1999-cu il təvəllüdlü X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, 27.10.2020-ci il tarixdə Qobustan rayon Bədəlli kənd qəbirstanlığından dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmiş, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şahid3 tərəfindən Abşeron rayon prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, oğlu X16 müharibəsində şəhid olmuşdur. Özünə və yoldaşına baxması üçün digər oğlu Təqsirləndirilən şəxs həbsdən azad olunmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ümumiyyətlə üzərində narkotik vasitənin olmaması, narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı X2 Vətən müharibəsində şəhid olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs qardaşı X2 44 günlük “Vətən Müharibəsi”ndə şəhid olması halı əsas verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını cəzaçəkmə müəssisəsində real çəkməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıq və şücaət göstərərək şəhid olmuş şəxsin ata və anasına mənəvi cəhətdən böyük zərbə olacaq, onların psixoloji reabilitasiyasına mane olaraq ahıl yaşda olan şəhid valideynlərini övlad qayğısından məhrum edəcəkdir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulması məqsədəmüvafiqdir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, vəzifəsi qoyulmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmışdır. Abşeron rayon Məhkəməsinin 29.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. ( iş vərəqə 16, 64-67) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs 18.08.2020-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbs və ev dustaqlığında olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində Asıllıq Sindromu NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan – 190,685 qram narkotik vasitə olan heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunmalı, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-cı il tarixli, 15 nömrəli qərarını, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 04 (dörd) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan – 190,685 qram narkotik vasitə olan heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Rəşad Əliyev Məruzəçi Hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(124)-15/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-15/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver