Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-15/2023 31.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər Regional Vəkil Bürosunun vəkili X1, xx xxxxxx 1993 cü il tarixdə Şabran rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 5,525 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, ümumi təmiz çəkisi 8.084 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 0,536 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və ümumi təmiz çəkisi 7,942 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı müvafiq olaraq bir qismini ünvan 2 ünvanında yerləşən evində gizlətməklə, bir qismini isə əynindəki gödəkçənin ciblərinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, 02 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı o, Şabran şəhəri Üzeyir Hacıbəyov küçəsində saxlanılmış, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əyinindəki qara rəneli gödəkçəsinin sol yan cibindən xırda hissələrə bölünüb siqaretin qara və gümüşü rəngli kağız, parçalarına qablaşdırılmış, ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,015 qram, 0,029, qram, 0,026 qram. 0,071 qram, 0,026 qram, 0,020 qram, 0,912 qram, 0,027 qram, 0,103 qram, 0,074 qram, ümumi təmiz çəkisi isə 1,303 qram təşkil edən 10 büküm heroin, gödəkçənin sağ yan cibindən xırda hissələrə bölünüb siqaretin qara rəngli kağız parçasına qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,077 qram. 0,030 qram, 0,104 qram, 0,030 qram ümumi təmiz çəkisi 0,241 qram təşkil edən 4 büküm psixotrop maddə melamfetamin, eləcə də yaşadığı evə keçirilən baxış zamanı yataq otağındakı paltar rəfdən asılmış mavi rəngli cins gödəkçəsinin sol cibindən xırda hissələrə bölünüb «Sobraniya» markalı siqaret qutusuna qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 2,777 qram, 0,388 qram, 0,311 qram, 2,781 qram 4 bükümdə ümumi təmiz çəkisi 3.744 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0,536 qram təşkil edən 1 büküm tiryək, ümumi təmiz çəkisi 7,843 qram təşkil edən 1 büküm psixotrop maddə metamfetamin, həmin mavi rəngli cins gödəkçənin sağ iç cibindən xırda hissələrə bölünüb qara rəngli “Kent” markalı siqaret qutusuna qablaşdırılmış ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 1,194 qram. 0,223 qram, 2,781 qram, 3 bükümdə ümumi təmiz çəkisi 4,198 qram narkotik vasitə qurudulmuş marixuana, otaqdakı pəncərənin alt hissəsindən xırda hissələrə bölünüb siqaretin gümüşü rəngli kağız parçalarına qablaşdırılmış ayrıayrılıqda çəkiləri müvafiq olaraq 3,613 qram, 0,500 qram, 0,007 qram, 0,102 qram ümumi təmiz çəkisi 4,222 qram təşkil edən 4 büküm heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o narkotik vasitələri aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Heroin, tiryək və metanfetamin almışdır. Üzərində ittiham aktında qeyd olunan miqdarda narkotik vasitə olmuşdur. Etibar onun qonşusudur. Etibarla birlikdə narkotik vasitə istifadə etmişdir. Etibar taxsı sürücüsü işləmişdir. Etibardan başqa heç kimə narkotik vasitə verməmişdir. Narkotik vasitələri bükümlərə bölünmüş şəkildə almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, lakin satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, o, Şabran şəhəri, X5 küçəsi, ev 19 ünvanında nənəsi Sinəvər Həkimova ilə birlikdə yaşayır, qardaşı Əhməd Həkimov orada qeydiyyatda olsa da, onlarla birlikdə yaşamır, evli olduğu üçün öz ailəsi ilə ayrıca kirayədə yaşayır. Şabran rayon Məhkəməsinin xx.xx.2021 - ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 - ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 02 oktyabr 2021-ci il tarixdə səhər təxminən 09 radələrində tanış olduğu Vüqar adlı şəxs onun evinə gələrək, müxtəlif bükümlərdə çoxlu sayda narkotik vasitə olan heroin və qurudulmuş marixuananı, psixotrop maddə olan “şüşə” adlanan metamfetamini ona verərək, həmin narkotik vasitələri satmasını, satdıqdan sonra pulunu gəlib ondan alacağını bildirmişdi. O, da həmin bükümləri Vüqardan götürüb, bir hissəsini yaşadığı evdə, öz otağında olan pallar şkafının içərisindəki qollu cins gödəkçənin ciblərinə qoymuşdur. Onların içərisindən 2 büküm heroini yatdığı çarpayının yorğanın altına, bir büküm heroini isə çarpayının böyründə olan daş kübiklə hörülmüş pəncərənin dibinə qoymuş. 10-11 ədəd folqaya bükülmüş heroini və 1 ədəd yerdən tapdığı “Kinder" şokoladının balaca sarı rəngli qutusuna 4 ədəd “şüşə", yəni psixilrop maddə hesab olunan metamfetaminin 4 bükümünü qoyaraq üzərində götürmüşdür O. həmin gün saat təxminən 15 radələrində nənəsinə dərman lazım olduğu üçün qonşu məhlədə yaşayan Şahid1 onu aptekə aparmasını xahiş etmişdir. Çünki Etibar "VAZ-210H” markalı avtomobili ilə Şabran şəhər ərazisində taksi kimi faəliyyət göstərir. Etibar onun yanına gələn zaman ondan bir büküm “şüşə" istəmiş, lakin pulu olmadığı üçün o. Etibara onu lazım olan aptekə aparmasını, qarşılığında isə taksi pulu əvəzinə ona 1 çet “şüşə” verəcəyini bildirmişdir. Şahid1 onunla razılaşmış və onlar Şabran şəhər avtovağzalında yerləşən aptekdən lazım olan dərmanı almışlar. Etibarın avtomobilinə əyləşərək geriyə qayıdan zaman saat təxminən 18 radələrində Şabran şəhəri Ü. Hacıbəyov küçəsində Etibar avtomobili yolun kənarında saxlamış və o, cibində saxlayaraq daşıdığı narkotik vasitələrdən cəmi 1 çeti, yəni 1 büküm şüşəni Etibara vermişdir. Bundan sonra onlar “şüşə” kimi tanınan narkotik vasitəsinə bir folqa parçasının üstündə yandırmış və o, 1 manatlıq pul əskinazın üzərinə selofan cığarasını çəkib trubka düzəltmiş, yanan zaman əmələ gəlmiş mayeni həmin trubkaya doldurub çəkməyə başlamışlar. Həmin narkotik vasitəni çəkən zaman 2 nəfər polis əməkdaşı onların olduqları avtomobilə yaxınlaşmışlar. Polis əməkdaşları avtomobilə yaxınlaşan zaman avtomobilin içərisindən, yanan zaman şüşə kimi tanınan narkotik vasitənin tüstüsünün olması və onların da açıq-aşkar narkotik vasitə təsiri altında olduqlarını görüb onları RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində aparılan şəxsi axtarış zamanı əyinindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 10 büküm heroin, gödəkçənin sağ yan cibindən 4 büküm psixotrop maddə metamfetamin, eləcə də yaşadığı evə keçirilən baxış zamanı yataq otağındakı paltar rəfdən asılmış mavi rəngli cins gödəkçəsinin sol iç cibindən «Sobraniya» markalı siqaret qutusuna qablaşdırılmış 4 büküm narkotik vasitə qurudulmuş marixuana, 1 büküm tiryək, 1 büküm psixotrop maddə metamfetamin, həmin mavi rəngli cins gödəkçənin sağ iç cibindən xırda hissələrə bölünüb qara rəngli “Kent” markalı siqaret qutusuna qablaşdırılmış 3 bükümdə qurudulmuş marixuana, otaqdakı pəncərənin alt hissəsindən xırda hissələrə bölünüb siqaretin gümüşü rəngli kağız parçalarına qablaşdırılmış 4 büküm heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. (cild 1, iş vərəqə 62-64) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, subaydır, ailəsinə köməklik göstərmək məqsədilə özünə məxsus etibarnamə əsasında idarə eldiyi “VAZ-21011” markah avtomobilini taksi kimi idarə edərək çörək pulu qazanır. Təxminən 2 ay olar ki, psixotrop maddə olan “şüşə” adlanan melamfelamini çəkmək yolu ilə qəbul edir. Həmin maddəni o, bir neçə dəfə qonşu məhəllədə yaşaxan tanışı Təqsirləndirilən şəxs 3 və ya 5 manata almışdır. 02 oktyabr 2021-ci il tarixdə saat 15-16 radələrində Əzəmət onun mobil telefonuna zəng edərək Şabran şəhər avtovağzalında yerləşən aptekə özünəməxsus avtomobil ilə aparmasını xahiş etmişdir. O da Təqsirləndirilən şəxs həmin aptekə avtomobili ilə aparmışdır. O, Təqsirləndirilən şəxs geri qaytaran zaman ondan bir çet narkotik vasitə hesab olunun “şüşə” verməsini xahiş elmişdir. Bu zaman Təqsirləndirilən şəxs taksi pulu qarşılığında ona 1 çet “şüşə” kimi tanınan narkotik vasitə verə biləcəyini bildirmişdir. Qarşılığında isə o, Təqsirləndirilən şəxs fikri ilə razılaşmış və Şabran şəhəri Ü.Hacıbəyov küçəsində avtomobilin içərisində əvvəlcə 1 manatlıq pul əskinazın üzərinə sellofan çığara çəkərək trubka düzəltmiş, folqa parçasının üstündə maddəni yandırıb turbakaya dolduraraq birlikdə çəkməyə başlamışlar. Bu zaman onların narkotik vasitə qəbul etdikləri avtomobilə iki nəfər polis əməkdaşı yaxınlaşmış və onların narkotik vasitə qəbul etdiklərini görərək RPŞ-nə dəvət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şabran RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, 02 oktyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində Şahid2 ilə birgə Şabran şəhəri Ü.Hacıbəyov küçəsində xidmət aparan zaman yolun kənarında ağ rəngli, vaz 21011 markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını görmüşlər. Bu zaman onlarda şübhə yarandığından sözügedən avtomobilə yaxınlaşmış və sükan arxasında əyləşən şəxslə onun yanında əyləşmiş şəxsin narkotik vasitə təsiri altında olmalarını, avtomobilin salon hissəsinin tüstü içərisində olduğunu görmüşlər. Bundan sonra Şahid2la o, həmin iki nəfər şəxsi RPŞ-nə dəvət etmiş və onlar da heç bir etiraz etmədən RPŞ-nə gəlmişlər. RPŞ-nə gəldikdən sonra həmin şəxlərin Şabran şəhər sakinləri Şahid1 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti aparılmış və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 10 büküm heroin, gödəkçənin sağ yan cibindən 4 büküm psixotrop maddə melamfetamin, eləcə də yaşadığı evə keçirilən baxış zamanı yataq otağındakı paltar rəfdən asılmış mavi rəngli cins gödəkçəsinin sol iç cibindən «Sobraniya» markalı siqaret qutusuna qablaşdırılmış 4 büküm narkotik vasitə qurudulmuş marixuana, 1 büküm tiryək, 1 büküm psixotrop maddə melamfetamin, həmin mavi rəngli cins gödəkçənin sağ iç cibindən xırda hissələrə bölünüb qara rəngli “Kent” markalı siqaret qutusuna qablaşdırılmış 3 bükümdə qurudulmuş marixuana, otaqdakı pəncərənin alt hissəsindən xırda hissələrə bölünüb siqaretin gümüşü rəngli kağız parçalarına qablaşdırılmış 4 büküm heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2, eyni məzmunlu ifadə verərək şahid polis serjantı Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 Bünyamin oğlunun ifadəsindən görünür ki, sonuncu məhkəmədə dindirilmiş polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindəki siqaretin qara və gümüşü rəngli kağız parçasına bükülmüş 10 ədəd toz şəkilində qəhvəyi rəngli heroinə bənzər kütlələr içərisində olan bükümlər sarı rəngli plastik qabda 4 ədəd bükümdə ağ rəngli kristal şəklilli psixotorop maddə metamfetaminə bənzər maddələr, gödəkçənin sağ yan cibindən bir ədəd boruşəkilli formada 1 manatlıq pul əskinazı aşkar edilərərk 2 ədəd kağız zərfdə qablaşdırılmış və polis möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs məxsus yataq otağında olan şifonerin paltar rəfindən 1 rulon falqa kağız, paltarlar asılan rəfdən mavi rəngli cins gödəkçənin sol iç cibindən “Sobraniya” markalı siqaret qutusu aşkar olunub. Siqaret qutusunun içinə baxıldıqda xırda hissələrə bölünüb, 4 bükümdə qablaşdırılmış toz şəkilində qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlələr, 1 bükümdə tiryəkə bənzər maddə, 1ədəd seelofan çığarada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər nisbətən iri kütlə aşkar olundu və 4 ədəd kağız bükümdə olan bitki mənşəlli yaşıl rəngli “Kent” markalı siqarettin içindən 3 kağız bükümlərdə bitki mənşəli nakotik vasitəqurudulmuş marixuanaya bənzər kütlələr də aşkar edilib qablaşdırılmışdır. Eyni zamanda cins gödəkçənin sağ iç cibində olan qızıl əşyaların çəkilərini ölçmək üçün nəzərdə tututlmuş tərəzi də aşkar edilərək götürüldü. (cild 1, iş vərəqə 19-20, 22-24) Şəxsi axtarış və baxış keçirilməsi keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının 7/1015 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 1 ədəd qara rəngli “Kent” siqaret qutusunda 3 ədəd kağız bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,194 qram. 0,223 qram, 2,781 qram, ümumi çəkisi – 4,198 qram və bir ədəd “Sobranie” siqaret qutusunda 4 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,777 qram, 0,388 qram, 0,311 qram, 0,268 qram, ümumi çəkisi 3,744 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. “Kent siqaret qutusundakı 3 ədəd kağız btıkumdə və “Sobranie" siqaret qutusunda 4 ədəd kağız bükümlər olan marixuanaların ümumi təmiz çəkisi 7,942 qramdır. (cild 1, iş vərəqə 34-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 03 oktyabr 2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının 6/4364 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,015 qram, 0,029 qram, 0,026 qram, 0,071 qram, 0,026 qram, 0,020 qram, 0,912 qram, 0,027 qram. 0,103 qram, 0,074 qram, ümumi təmiz çəkisi 1,303 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,077 qram, 0,030 qram, 0,104 qram, 0,030 qram, ümumi təmiz çəkisi 0,241 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,613 qram, 0,500 qram, 0,007 qram, 0,102 qram ümumi təmiz çəkisi 4,222 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,536 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə təmiz çəkisi 7,843 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 14 ədəd bükümdə heroinin ümumi təmiz çəkisi 5,525 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs götürülmüş və ümumilikdə 5 ədəd bükümdə metamfetaminin ümumi təmiz çəkisi 8,084 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Heroin, tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin", metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1 siyahısına daxildirlər. (cild 1, iş vərəqə 39-45) Cinayət işinin materiallarından görünür ki, ümumi təmiz çəkisi 5,525 qram olmaqla külli miqdar təşkil edən kustar usulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, ümumi təmiz çəkisi 8,084 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 0,536 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək və ümümi təmiz çəkisi 7,942 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və 1 ədəd gümüşü rəngli falqa rulonu 05 yanvar 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq, Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 123-125) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 5141 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “OPİOİDLƏRİN” və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 113-114) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin məhkumluq ödənilməmişdir. (cild 1, iş vərəqə: 96) İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(031)-64/2021 nömrəli qərarından görünür ki, Şabran rayon məhkəməsinin 7(031)- 64/2021 xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Qeyd edilənlərə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə sakinlərə hörmətlə yanaşmamışdır yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Ailəsinə, valideynlərinin öyüd və nəsihətlərinə əməl etməmişdir. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə: 112) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində və evində aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs “OPİOİDLƏRİN” və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi 5,325 qram narkotik vasitə heroin, qalıq çəkisi 7,984 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,436 qram narkotik vasitə tiryək və qalıq çəkisi 7,802 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və 1 ədəd gümüşü rəngli falqa rulon məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 180,46 (yüz səksən manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şabran rayon məhkəməsinin 7(031)-64/2021 xx.xx.2021-ci il tarixli hökmü təyin olunmuş və çəkilməmiş hissəsi 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün olan azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 7 il 6 ay (yeddi il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Şabran RPŞ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi 5,325 qram narkotik vasitə heroin, qalıq çəkisi 7,984 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,436 qram narkotik vasitə tiryək və qalıq çəkisi 7,802 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və 1 ədəd gümüşü rəngli falqa məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180,46 (yüz səksən manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-15/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-15/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver