Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-15/2024 06.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, subay, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,
2. xx xxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, işləməyən, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,
3. xx xxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, işləməyən, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroin əldə etmə, daşıma və saxlama cinayət əməlləriini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 16 fevral 2022-ci il tarixdə günorta saatlarında şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşının “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə ona mesaj yazaraq Quba rayonu, Almaz-Qazmalar kəndi ərazisində fəaliyyət göstərməyən kafenin həyətində satış məqsədilə əldə olunmuş külli miqdarda yəni 01 kiloqram narkotik vasitə heroin olduğunu, həmin heroinin 100 qramını ona verəcəyini bildirərək heroinin oradan götürülüb Bakı şəhərinə çatdırması barədə təklifini qəbul edib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib saxlamaq, daşımaq və göndərmək məqsədi ilə həmin gün saat 15 radələrində Quba rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarından yük daşıyan tanışı Təqsirləndirilən şəxs2 zəng vuraraq qeyd olunan külli miqdarda narkotik vasitə heroini götürüb Bakı şəhərinə çatdırmasını xahiş edib Təqsirləndirilən şəxs2 da cinayət əlaqəsinə cəlb etmiş, narkotik vasitənin yerini müəyyən etmək üçün İran İslam Respublikası vətəndaşının “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə onagöndərdiyi “məkan" və səsli mesajı sonuncuya göndərmiş, Təqsirləndirilən şəxs2 isə həmin gün saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs3 zəng vuraraq Quba rayonu, Almaz Qazmalar kəndi ərazisində olan külli miqdarda narkotik vasitə heroinin oradan götürülərək Bakı şəhərinə göndərilməsibarədə xahiş edildiyini, lakin işlədiyi şirkətə məxsus “Shaqman” markalı yük avtomobili ilə hərəkət reysindən kənarlaşa bilmədiyini deyərək narkotik vasitəni həmin yerdən götürüb onlara çatdırmasını xahiş etdikdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la razılaşıb qabaqcadan əlbir olan cinayətkar qrupa qoşularaq yaşadığı Siyəzən şəhərindən çıxıb taksi avomobili ilə Quba rayonuna yola düşmüş, saat 23 radələrində Quba rayonu Almaz-Qazmalar kəndinə çataraq Təqsirləndirilən şəxs2 “Whatsapp" ani mesajlaşma xidməti vasitəsilə ona göndərdiyi məkana, yəni həmin kənddə yolun kənarında yerləşən fəaliyyət göstərməyən kafeyə gedib həyətə daxil olaraq qamış və metal dam örtüyündən qurulmuş tikilinin arxasında yerə qoyulmuş bir ədəd sellofan bağlamada olan külli miqdarda yəni təmiz çəkisi 1.020 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək qanunsuz olaraq əldə edib saxlayıb, daşıyaraq kafenin həyətindən çıxmaq istəyərkən Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində orada saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən sol əlində olan 01 ədəd üzərində “Barutti” sözü yazılmış ağ rəngli sellofan torbanın içərisindən bir ədəd bağlamada külli miqdarda yəni təmiz çəkisi 1020.0 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və göndərmə cinayət əməllərini törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, polis əməkdaşları onu gecə saatlarında saxlamışlar. Evdə olarkən İran İslam Respublikasın kodlu mobil telefon nömrəsindən ona zəng gəlmişdir. Zəng edən şəxs özünü Əli adı ilə ona təqdim etmişdir. Onun mobil telefon nömrəsini Seyid adlı şəxsdən aldığını bildirmişdir. O, narkotik vasitə istifadəçisidir. Telefonda danışarkən onu tərifləməyə başlamışdır. O, yaşadığı rayonda yüksək nüfuza malik şəxs kimi tanınır. Ona bu işi yalnız onun bacara biləcəyini bildirmişdir. Daha sonra ona Quba rayonu ərazisindən narkotik vasitəni götürməyini, həmin narkotik vasitədən özünə lazımi qədərini istifadə etməyini, qalanını isə başqa yerə atmağını bildirmişdir. O, ona etdiyi təkliflə razılaşdığını bildirsə də, həmin şəxsə inanmamışdır. Yalan məlumata görə Quba rayonu ərazisinə getmək istəmirdi. Təqsirləndirilən şəxs2 yük avtomobili sürücüsü işləməsi ona məlum olduğu üçün narkotik vasitənin qoyulduğu ərazidən keçdiyini bilirdi. Bu səbəbdən ondan bağlamanı götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı ünvanda atası Sahib, qardaşları Elnur və Nuhbala ilə birlikdə yaşayır. X2 2014-cü ildə vəfat etmişdir. Subaydır, hazırda heç bir yerdə işləmir. Əvvəllər “Daevo" markalı AZ **- BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanıyır. Belə ki, o, onun yaşadığı Türkan qəsəbəsində yaşayır. Onunla aralarında normal mübasibətlər vardır. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 “Şaqman” markalı yük avtomobili idarə edir. Saxlanılmamışdan təxminən 2-3 gün əvvəl xatırlamadığı mobil telefon nömrəsindən əvvəllər heç vaxt ünsiyyətdə olmadığı, tanımadığı bir nəfər İran vətəndaşı ***-***-**-** mobil nömrəmə səs ataraq taksi kimi onun öz maşınında ona məxsus 01 ədəd ağ bağlamadaki narkotik vasitə heroini Quba rayonundan Bakı şəhərinə gətirməsini istəmişdir. Əvəzində isə həmin narkotik vasitənin 100 qram hissəsini özünə götürəcəyini demişdir. Eləcə də ona bildirmişdir ki, qalan narkotik vasitəni Bakı şəhərində müəyyən yerə tullayıb, yerini ona bildirər. O, da narkotik vasitəni həmin yerdən götürəcək. O, cavab səs ataraq Quba rayonuna gedəcəyini bildirsə də qorxmuşdur ki, tutular. Bu səbəbdən İran vətəndaşının gətirtdirmək istədiyi narkotikin dalınca getməmiş, yayınmışdır. Lakin iran vətəndaşı bir neçə dəfə onun mobil nömrəni yığıb “malım” gətirməsini soruşmuşdur. O, dəqiq xatırlamadığı ***-***-**-**, yaxud ***-***-**-** nömrəli mobil telefonu ilə mla Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsini görüntülü yığaraq onunla danışdıqda öyrənmişdir ki, o, həmin vaxtı Quba rayonundadır. O, Təqsirləndirilən şəxs2 İran vətəndaşının ona etdiyi təklifi danışmış, ona demişdir ki, o, hal hazırda Bakı şəhərindədir, İran vətəndaşının dediyi Quba rayonu, Almaz Qazmalar kənd yolunda yerləşən fəaliyyət göstərməyən restorana gedib orada yerdə olan içərisində narkotik vasitə olan bağlamanı götürsün. Buna görə də o, telefonuna vatsap yükləsin, həmin bağlamanın yerləşdiyi yerin şəkillərini ona göndərəcək. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin kimə məxsus olduğunu soruşduqda ona həmin narkotik vasitənin iran vətəndaşına məxsus olduğunu demişdir. Az sonra Təqsirləndirilən şəxs2 ona zəng vurub telefonuna vatsap proqramı yüklədiyini demişdir. O, İran vətəndaşının ona göndərdiyi içərisində narkotik vasitə olan ağ bağlamanın yerləşdiyi yerin şəkillərini göndərmişdir. Sonra Hüseyn onun mobil telefonuna zəng vurub demişdir ki, həmin bağlamanı götürməyə qorxur. Ona görə də yük avtomobilinin yanına qayıdır. O, Hüseynə demişdir ki, narahat olma get bağlamanı götür. Hüseyn ona demişdir ki, həmin bağlamanı götürməyə qorxur, ona görə də götürə bilməyəcək. Lakin bir nəfər tapıb həmin bağlamanı götürüb ona çatdıracaq. Sonradan Hüseyn öz nömrəsindən onun mobil nömrəsinə yığaraq narkotik vasitə arxasınca göndərdiyi şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O, Hüseynə oradan çıxıb getməsini demişdir. Sonradan 19 fevral 2020-ci il tarixdə o, yaşadığı evdə olarkən bir neçə polis əməkdaşı yaşadığı evə gəlib onu Quba rayon PŞ-nə dəvət etmişlər. O, onların dəvətini qəbul edib onlarla birlikdə PŞ-nə gəlmişdir. O, narkotik maddə qəbul edən olsa da, narkotiklerin daşınması və satışı ilə məşğul olmur. Həmin hadisədə telefonda sadəcə narkotik barədə danışmışdır. İranlı vətəndaşı üzdən görməmiş və tanmır. O, onunla telefonda İran azərbaycanlısı ləhcəsində danışdığı üçün onun iranlı olduğunu düşünür. O, heç vaxt narkotik vasitərlərin satışı ilə məşğul olmamışdır. Özünü İran vətəndaşı kimi tədim edən şəxsi tanımır. O, İran azərbaycanlısı ləhcəsində danışdığı üçün onun iran vətəndaşı olduğunu hesab edir. İran vətəndaşı narkotik vasitəni götürmək müqabilində həmin narkotik vasitədən 100 qram çəkidə olan hissəsini özünə götürəcəyini bildirmişdir. O, da fikirləşmişdir ki, həmin narkotik vasitədən özü istifadə edər. Həmin şəxs xatırlamadığı mobil nömrədən onun mobil telefonuna zəng etmişdir. O, bəzi xatırlamadığı tanışlarının xahişi ilə onlara əvəzsiz olaraq narkotik vasitələr və psixotrop maddə metamfetamin vermişdir. Lakin o, heç kəsə narkotik vasitə satmamışdır. **********46 nömrəni xatırlamır. Ona görə də həmin nömrənin sahibi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 ifadəsində yalandan göstərib. Belə ki, ona bağlamada narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin İran vətəndaşına məxsus olduğunu demişdir. O, Hüseynə narkotik vasitə götürmək müqabilində heç nə vəd etməmişdir. Onun narkotik vasitə əldə etmək məqsədini yalnız Təqsirləndirilən şəxs2 demişdir. Bu barədə başqa şəxslərə deməmişdir. O, ***-***-**-** nömrəli və ***-***-**-** mobil nömrələrdən istifadə etmişdir. (Cild 2, iş vərəqləri 126-128) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ona “Whatsapp” vasitəsilə zəng edərək, Quba rayonu ərazisindən bağlama götürməyini xahiş etmişdir. Lakin bağlamanın içərisində nə olduğunu bildirməmişdir. O, “Shacman” markalı yük avtomobili idarə edirdi. Bu avtomobil şirkətə məxsus olduğu və avtomobildə GPS olduğu üçün marşrutdan kənara çıxa bilmirdi. Bu səbəbdən o da Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 qeyd etdiyi bağlamanı götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 bağlamanın içərisində avtomobil ehtiyat hissələri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 həmin bağlamanı götürmək üçün ona bildirdiyi ünvana getmişdir. Təqsirləndirilən şəxs1 bağlamanı götürərək ona çatdırmağı müqabilində ona nəsə vəd verməmişdir. Az sonra polis əməkdaşları onu yolda saxlamışlar. Hadisə 16 fevral 2022-ci il tarixdə polis əməkdaşları onu saxlamışlar. Onu əvvəlcə yol polisi əməkdaşları saxlamışlar, bundan sonra post-patrul xidməti əməkdaşları gəlmişlər. O, əvvəllər marixuana növündə narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan isə o göstərmişdir ki, bir neçə dəfə qurudulmuş marixunadan çəkmə yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs3 5-6 aydır ki, tanıyır. Belə ki, o, özü Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən yük avtomobillərinin qarajından müxtəlif nömrə nişanlı Şaqman markalı yük avtomobillərini icarəyə götürüb Quba şəhərinə gəlib, oradan çınqıl yükləyib Bakı şəhərinə gətirib müxtəlif zavodlara təhvil verir. O, hər dəfə Quba rayonua getdikdə yolüstü Siyəzən şəhərində Beşbarmaq pirinin qarşısında kafedə çörək yemiş, həmin kafedə işləyən Təqsirləndirilən şəxs3la aralarında normal münasibətlər yaranmşdılr. Bundan başqa Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 onun yaşadığı Türkan qəsəbəsində yaşayır. Onunla aralarında normal münasibətlər vardır. 16 fevral 2022-ci il tarixdə səhər vaxtı o, idarə etdiyi Şaqman markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba rayonuna gəlmişdir ki, çınqıl yükləyib Bakı şəhərinə aparsın. O, çınqılı yükləyib Bakı şəhəri istiqamətində gəlməyə başlamışdır. O, Bakı şəhərinə gələrkən yolda Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsi İlə ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurub ona demişdir ki, Quba rayonu, Almaz-Qazmalar kənd yolunda fəaliyyət göstərməyən kafenin həyətində yerdə ağ sellofan torbasına bükülmüş bağlama var. Həmin bağlamada narkotik vasitə heroin vardır. O, hal hazırda Bakı şəhərində olduğu üçün Quba rayonuna gəlib bağlamanı götürə bilmir. Ona görə də o, həmin yerə gedib içərisində narkotik vasitə heroin olan həmin bağlamanı götürsün. Bunun üçün o, mobil telefonuna vatsap yükləsin. O, vatsap vasitəsi ilə ona içərisində narkotik vasitə olan bağlamanın ünvanının şəklini göndərəcək. O, Sahildən həmin narkotik vasitənin kimə məxsus olduğunu soruşmuşdur. Sahil ona həmin narkotik vasitənin İran vətəndaşına məxsus olduğunu demişdir. O, həmin vaxtı telefonuna vatsap yükləmişdir. Həmin vaxtı Sahil vatsap vasitəsi ilə onun telefonuna Quba rayonu, Almaz Qazmalar kənd yolunda yerləşən kafenin həyətində yerdə olan ağ sellofan bağlamanın şəkillərini göndərmişdir. O, yük avtomobilini Aygünlü kəndində yolun kənarında saxlamışdır. Orada tanımadığı taksi avtomobilinə minib Almaz Qazmalar kənd yolunda yerləşən işləməyən kafenin qarşısına gəlmişdir. O, avtomobildən düşüb əvvəlcə getmək istəsə də sonradan fikirləşmişdir ki, həmin narkotik vasitə olan bağlamanı götürsə ələ keçə bilər. Ona görə də Sahilin mobil telefonuna zəng vurub demişdir ki, o, həmin bağlamanı götürməyə qorxur. Ona görə də yük avtomobilinin yanına qayıdır. Sahil ona demişdir ki, narahat olma, get bağlamanı götür. O, Sahilə həmin bağlamanı götürməyə qorxduğunu, ona görə də götürə bilməyəcəyini demişdir. Lakin bir nəfər tapıb həmin bağlamanı götürtdürüb ona çatdıracaq. O, həmin taksi avtomobili İlə Aygünlü kəndində saxladığı yük avtomobilinin yanına gəlmişdir. Taksi sürücüsünə 10 manat pul verib yola salmışdır. Sonra avtomobilinə minib Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Yolla gələrkən Qəndob kəndini keçdikdən sonra Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurub demişdir ki, Quba rayonu, Almaz Qazmalar kənd yolunda kafenin həyətində yerdə ağ sellofan parçasına bükülümüş narkotik var, həmin bükülünü götürmək lazımdır. O, Bakı şəhəri istiqamətində avtomobili asta asta sürür. Yola çıxsın Quba rayonu istiqamətində gəlsin,görüşüb gedib həmin bağlamanı götürək. Təqsirləndirilən şəxs3 ona demişdir ki, sən narahat olma, o, özü gedib həmin bağlamanı götürəcək. Sonra arxasınca gəlib yolda həmin bağlamanı ona verəcək. O, Təqsirləndirilən şəxs3 mobil telefonuna vatsap vasitəsi ilə Sahilin ona atdığı bağlamanın yerləşdiyi Almaz Qazmalar kənd yolunun şəkillərini göndərmişdir. Eldar gedib həmin bağlamanı götürüb ona verəcəyini demişdir. O, Eldara demişdir ki, işi ilə bağlı Bakı şəhərinə gedir. Həmin bağlamanı götürdükdən sonra Bakı şəhərinə gəlib ona xəbər versin. O, ona deyəcək ki, bağlamanı kimə versin. Eldar onunla razılaşmışdır. Sonra o, Bakı şəhəri istiqamətində avtomobilini idarə edib gəlməyə başlamışdır. O, Beşbarmaq pirini keçdikdən sonra Eldarın mobil telefonuna zəng vurduqda onun telefonun sönülü olduğunu görmüşdür. 18 fevral 2022-ci il tarixdə Quba rayonunda o, yük avtomobili çınqılla yükləyib rayondan çıxıb getmək istəyərkən Bakı Quba yolunun kənarında bir neçə polis əməkdaşı onun avtomobilini saxlamışlar. Onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək Quba RPŞ-nə dəvət etmiş, o, onların dəvətini qəbul edib Quba RPŞ-nə gəlmişdir. O, heç vaxt narkotik vasitərlərin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 heç vaxt ona narkotik vasitələr satmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satması ilə əlaqədar onda heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs1 ona həmin narkotik vasitənin İran vətəndaşına məxsus olduğunu demişdir. Lakin həmin şəxsin adı və digər əlamətləri barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs1 ona həmin narkotik vasitəni Almaz Qazmalar kənd younda yerdən götürüb ona çatdırmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona içərisində narkotik olan bağlamanı götürmək üçün heç bir pul və digər maddi nemətlər təklif etməmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində yalandan göstərmiş, belə ki, ona həmin bağlamada narkotik vasitə olduğunu demişdir. O, ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. (Cild 1, iş vərəqləri 143-144) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılanadək Siyəzən rayonunda yerləşən Beşbarmaq adlanan ziyarətgahda olan restoranların birində kababçı kimi fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs2 müştəri kimi tanımışdır. Eyni zamanda taksi fəaliyyəti ilə də məşğul olurdu. Əvvəllər 1 dəfə narkotik vasitə istifadə etmişdir. Bir gün evdə olarkən Təqsirləndirilən şəxs2 gecə saat 02:00-03:00 radələrində ona zəng etmişdir. O da xəstə olduğu üçün yatmış və onun zənginə cavab verə bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ilə əlaqə saxladıqda ona taksi sürücüsü lazım olduğunu bildirmişdir. O da ona xəstə olduğunu demişdir. Lakin Təqsirləndirilən şəxs2 təkidlə ondan gəlməyi xahiş etmişdir. O da onunla razılaşmışdır. Təqsirləndirilən şəxs2 Quba rayonu, Vəlvələ kəndində olduğunu bildirmişdi. O da evdən çıxıb Quba rayonu, Vəlvələ kəndi istiqamətində getməzdən əvvəl Aqşin adlı dostunu görmüşdür. Ona Quba rayonuna getdiyini bildirərək, gəlməsini təklif etmişdir. Aqşin adlı dostu razılaşmış və birlikdə Quba rayonu, Vəlvələ kəndi istiqamətində getmişlər. Öz avtomobili nasaz olduğu üçün başqa avtomobil ilə getmişlər. Təqsirləndirilən şəxs2 şirkətdə işləyirdi və yük avtomobili idarə edirdi. Yolda olarkən Təqsirləndirilən şəxs2 idarə etdiyi yük avtomobilində GPS (X5) olduğu üçün onu yolda saxlaya bilmədiyini qeyd edərək, ona mobil telefon vasitəsilə ünvan göndərəcəyini və onun həmin ünvandan ehtiyat hissələrini götürməyini xahiş etmişdir. O da onun göndərdiyi ünvana doğru hərəkət etmişdir. “Quba Palace” Hotelə yaxın ərazidən dönərək, xeyli irəliləmişlər. 16 fevral 2022-ci ili tarixdə saat 18:00-19:00 radələrində Təqsirləndirilən şəxs2 ona göndərdiyi ünvana çatmışlar. Orada 2 ədəd kafe var idi. Onlardan biri işləyirdi, digəri isə işlək vəziyyətdə deyildi. O, həmin kafelərin yaxınlığında Təqsirləndirilən şəxs2 ona bildirdiyi ehtiyat hissələrini axtarırdı. Bu zaman o, telefon vasitəsilə Təqsirləndirilən şəxs2 ilə danışırdı. Həmin vaxt təxminən 20-30 nəfər polis əməkdaşı gəlmişlər və onları saxlamışar. Polis əməkdaşları ona təzyiq etmişlər. Həmin polis əməkdaşlarının rəisi Elvin adlı şəxs olmuşdur. Onu avtomobilə əyləşdirmişlər, polis şöbəsinə aparmamışlar. Təxminən 2-3 saat müddətində təzyiqlər etmişlər. Bu təzyiqlərdən sonra o videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Qonaqkənd polis bölməsinin rəisi Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Quba rayonu, Qımılqazma kəndində Təqsirləndirilən şəxs3 görmüş, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 əlində bir torba olmuşdur. Təqsirləndirilən şəxs3 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, ona görə də şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs3 saxladıqda, onun əlində torba olmuş, onları gördükdə qaçmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs3 16 fevral 2022-ci il tarixdə saxlamışlar. Hansı saatda saxladıqlarını tam xatırlamır. Sadəcə havanın qaranlıq olmasını xatırlayır. Digər təqsirləndirilən şəxslərin saxlanılması əməliyyatında o iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs3 qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Quba rayonu, Almaz Qazmalar kəndində saat 23:00-00:00 radələrində Təqsirləndirilən şəxs3 görmüş, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 əlində bir torba olmuşdur. Təqsirləndirilən şəxs3 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, ona görə də şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə şəxsi axtarışa başlamazdan öncə ona üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs3 əlində olan torbanı təqdim etmişdir və onun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Saxlanılması zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Qonaqkənd polis bölməsinin sahə polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Quba rayonu, Amsarqışlaq kəndi yaxınlığında yerləşən işləməyən restoranın qarşısında Təqsirləndirilən şəxs3 görmüş, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 əlində ağ rəngli torba olmuşdur. Təqsirləndirilən şəxs3 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, ona görə də şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə şəxsi axtarışa başlamazdan öncə ona üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs3 əlində olan torbanı təqdim etmişdir və onun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis şöbəsinin Qonaqkənd polis bölməsinin sahə polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs3 qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı X8 Kompleksi yaxınlığında Təqsirləndirilən şəxs3 gördük, yaxınlaşıb özlərini təqdim etmişlər. Onu saxladıqları kəndin adı yadımdan çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 əlində ağ rəngli torba olmuşdur. Təqsirləndirilən şəxs3 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, ona görə də şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə şəxsi axtarışa başlamazdan öncə ona üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs3 əlində olan torbanı təqdim etmişdir və onun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 saxlanılması əməliyyatı zamanı ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə keçirilən şəxsi axtarış zamanı ağ rəngli sellofan torbanın içərisində tünd qəhvəyi rəngli tozşəkilli kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəq 24) Şəxsi axtarışın keçirilməsi barədə” 16 fevral 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2022-ci il tarixli, 6/971 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №67" dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs3 şəxsi axtarış üzərindən sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd pakjetdə bir ədəd bağlamada təmiz çəkisi 1020 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 34-37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 2402 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 246-247) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 2413 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi malicəyə ehtiacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 248-249) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 may 2022-ci il tarixli 2623 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 250-251) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kompüter texniki ekspertizasının 05 avqust 2022-ci il tarixli, 5/825 saylı rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS" modelli, **********16355, **********16353” imei kodlu mobil smartafon hal-hazıradək işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A50” markalı, “SM-A505FN/DS” modelli mobil telefonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio faylllar, “WhatsApp(azerplus)", "Facebook/Messenger” proqram təminatları, “İnstaqram" sosial şəbəkə vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). (Cild 2, iş vərəqləri 92-95) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs3 mobil telefonuna baxış keçirilməsinə dair 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona narkotik vasitənin olduğu yerin geolokasiyası və şəkilləri göndərilmiş, eləcə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında narkotik vasitənin götürülməsi və yerinin müəyyən edilməsi ilə bağlı səs yazıları mövcud olmuşdur. (Cild 1, iş vərəqləri 186-190) Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan mobil rabitə operatorlarından götürülmüş təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefonlara gələn və gedən “sms” məlumatların təhlil edilməsi ilə bağlı tərtib edilmiş 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitənin götürülməsi ilə bağlı ilkin olaraq Təqsirləndirilən şəxs2 göstərişlər verilmiş, sonuncu tərəfindən isə Təqsirləndirilən şəxs3 bilavasitə narkotik vasitənin götürülməsinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən tutulmasından sonra isə Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 onun bu işə cəlb olunması ilə bağlı iradlar bildirilmişdir. (Cild 1, iş vərəqləri 234-243) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1019,95 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 104-114) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, bağlamanı götürmədən polis əməkdaşları tərəfindən saxlanılması, Quba rayonuna avtomobil ehtiyyat hissəsi götürməyə getməsi, Təqsirləndirilən şəxs2 da bağlamada narkotik vasitənin olmasından məlumatının olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətləri yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduğu cinayət əməlləri törətmələrini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndrilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların hər birinin cinayətin törədilməsində iştirakını, o cümlədən cinayətin planlaşdırmasını, göstərişlərin verilməsini, digər tərqsirləndirilən şəxslərin cəlb edilməsini, əldə ediləcək narkotik vasitənin yekun olaraq kimə çatmasını və satışın kimin tərəfindən həyata keçirilməsini, eləcə də işin obyektiv hallarından irəli gələn digər xüsusatları da nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, əməlinin ictimai təhlükəliliyinə görə Təqsirləndirilən şəxs1 daha ağır hədlərdə, sonuncuya münasibətdə Təqsirləndirilən şəxs2 daha az, digər iki təqsirləndirilən şəxsə münasibətdə isə Təqsirləndirilən şəxs3 daha yüngül hədlərdə cəza təyin edilmədir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 Xəzər rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müdətinə islah işləri cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 49.3-cü maddəsinə əsasən 02 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. 09 oktyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə başlayan cinayət işi üzrə icraata Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə xitam verilmişdir. (Cild 1, iş vərəqləri 201-204) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluğunun ödənildiyini vurğulamaqla yanaşı qeyd edir ki, ödənilmiş məhkumluq təqsirləndirilən şəxsə münasibətdə hər hansı bir hüquqi nəticə doğurmasa da, onun şəxsiyyətini xarakterizə edən hallar kimi məhkəmə tərəfindən nəzərdən keçirilməyə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmçinin digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Quba rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarları ilə onların barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 67-70, 158-166) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 barəsində 16 fevral 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində isə 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, eləc də hər üç təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, hazırkı iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 1019,95 qram heroin məhv edilməlidir. İş materiallarına əlavə edilmiş disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə 145 manat məbləğində mövcud olan ekspertiza xərci təqsirləndirilən şəxslər arasında bölünməklə Təqsirləndirilən şəxs1 48 manat 30 qəpik, Təqsirləndirilən şəxs2 48 manat 30 qəpik, Təqsirləndirilən şəxs3 48 manat 30 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs3 onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 48 manat 30 qəpik, Təqsirləndirilən şəxs2 48 manat 30 qəpik, Təqsirləndirilən şəxs3 48 manat 30 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 1019,95 qram heroin məhv edilsin. İş materiallarına əlavə edilmiş 05 ədə disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin