Məhkəmə qərarları › İş №1(124)-150/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-150/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-150/2024 22.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məid oğlu və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmaqla məhkumluğu ödənməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Siyəzən rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Siyəzən rayon məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1970-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Siyəzən rayon məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 01 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, işləməyən, ünvan 3 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1974-cü il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Şabran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, işləməyən, ünvan 4 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlamış və satmışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 0,315 qram, 0,429 qram, 0,406 qram, 0,407 qram, 0,323 qram, 0.06 qram, 0,1 qram olmaqla, ümumilikdə təmiz çəkisi 2,04 qram təşkil edən külli miqdar kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 7 bükümə bölüb həmin bükümləri, o cümlədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik vasitə hesab edilən metodonun təsir maddəsinin ümumi miqdarı 0,020 olan 1 ədəd 0,02 qram miqdarda F/M 40 həbini yaşadığı ünvan 5 ünvanında yerləşən evinin qonaq otağındakı televizorun alt hissəsindəki qara rəngli DVD-nin üzərində, həmin yerə qoyulmuş boşqabın içərisində və televizorun sağ tərəfində qara rəngli eynək qabının içərisində, habelə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,122 qram və 0,586 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,829 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 3 bükümə bölüb həmin bükümləri qeyd edilən evin qonaq otağındakı televizorun sağ hissəsində sarı qapaqlı plastik qabın içərisində qanunsuz olaraq saxlamış, 23 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində ayrı-ayrılıqda təmiz çəkiləri 0,06 və 0,1 qram olmaqla ümumi təmiz çəkisi 0,16 qram olan - narkotik vasitə hesab edilən heroinin 2 bükümünü 20 manat qarşılığında tanışı Təqsirləndirilən şəxs3 satmış, 23 oktyabr 2022-ci il tarixdə Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs3 ilə birgə saxlanılmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə cinayətdən xəbərsiz Siyəzən şəhər sakini Şahid7 sürücülük hüququ olmadan idarə etdiyi «ZAZ110307 Slavuta» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsindəki rezin ayaqaltının altında gizlətdikləri maye ilə qarışdırılmış, tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,06 qram və 0,1 qram olmaqla ümumi təmiz çəkisi 0,16 qram olan 2 ədəd birdəfəlik şpris, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanında yerləşən evinə keçirilmiş baxış zamanı televizorun alt hissəsindəki qara rəngli DVD-nin üzərində 4 ədəd büküm və həmin yerə qoyulmuş boşqabın içərisində 1 ədəd büküm olmaqla ümumilikdə 5 ədəd bükümdə ayrı-ayrılıqda müvafiq olaraq çəkiləri 0,315 qram, 0,429 qram, 0,406 qram, 0,407 qram, 0,323 qram ümumi təmiz çəkisi 1,880 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, televizorun sağ tərəfində qara rəngli eynək qabının içərisində, metodonun təsir maddəsinin ümumi miqdarı 0,020 qram təşkil edən F/M 40 həbi, televizorun sağ hissəsində sarı qapaqlı, plastik qabın içərisində isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,122 qram və 586 qram olmaqla ümumi təmiz çəkisi 0,829 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutumuş cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 birlikdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib, saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 2022-ci il 23 oktyabr tarixdə, saat 12 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərinin istifadə etmələri məqsədilə qəsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə olan heroin əldə etmək bərədə razılaşaraq həmin niyyətlə Təqsirləndirilən şəxs3 10 manat, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 isə hər biri 5 manat məbləğində pul qoymaqla ümumilikdə 20 manat pul düzəldərək cinayətdən xəbərsiz Siyəzən şəhər sakini Şahid7 sürücülük hüququ olmadan idarə etdiyi «ZAZ110307 Slavuta» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərindən ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Mehman oğlundan 2022-ci il 23 oktyabr tarixdə, saat -14 radələrində Təqsirləndirilən şəxs3 20 manat pulu Təqsirləndirilən şəxs2 verib həmin pulun müqabilində Şabran şəhəri Nizami küçəsində 2 (iki) bükümdə olmaqla narkotik vasitə hesab edilən heroini qəsdən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdikdən sonra istifadə etmək üçün birlikdə əldə edib saxladıqları ümumi təmiz çəkisi 0,16 qram şəxsi istehlak miqdarından artıq olan heroini Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 0,060 qram və 0,100 qram olmaqla, 2 ədəd ayrı-ayrı şiprislərə doldurub inyeksiya yolu ilə daxilə qəbul etməyə hazırlaşdıqları zaman polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb həmin şprisləri «ZAZ110307 Slavuta» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsindəki rezin ayaqaltının altında gizlətmişlər, həmin gün saat 14 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən dairənin yaxınlığında saxlanılmış, “ZAZ110307 Slavuta» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunun arxa hissəsindəki rezin ayaqaltının altında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladıqları içərisində maye ilə qarışdırılmış olan 2 ədəd şprislərdə, ümumi təmiz çəkisi 0,16 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməllərini törətmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində digər Təqsirləndirilən şəxs4 onun əmisi oğlu olduğunu, Şabran rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə aparıldığını bildirmişdir. Maşınla Təqsirləndirilən şəxs3 dostunun evinə getmiş, amma onun kim olduğunu bilməmişlər. Təqsirləndirilən şəxs3 narkotik vasitə alıb çıxdığını görməmişdir. Polis əməkdaşları onları maşında saxlamış, maşında 4 nəfər - Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, özü və taksi sürücüsü olmuşdur. Təqsirləndirilən şəxs3 sürücünün yanında əyləşmiş, o və Təqsirləndirilən şəxs4 isə arxa oturacaqda əyləşmişlər. Şprisə olan narkotik məhlulu arxa tərəfdə rezinin altında olmuş, şprisin biri ona, digəri də Təqsirləndirilən şəxs4 məxsus olmuşdur. Şprisə olan narkotik məhlulundan biri ona aid olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır. 2008-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra 2020-ci ilin yanvar ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs3 və və Təqsirləndirilən şəxs4 o, Siyəzən şəhər sakinləri kimi çoxdan tanıyır, onlar bir birləri ilə yaxın ərazidə yaşayırlar. Bu gün, yəni 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Siyəzən şəhərində "Ənsəroğlu” şirniyyat evinin yaxınlığında oln zaman təsadüfən Əlizaman və Anarla rastlaşmış, söhbət zamanı Əlizaman Şabran rayonundan olan, onunla birlikdə həbsxanada cəza çəkən zaman Umayev soyadı ilə bir tanışının olduğunu bildirmişdir. Bundan sonra o, həmin Umayev soyadlı tanışında “kakos” kimi tanınan narkotik vasitə - heroin olduğunu, istədikləri təqdirdə gedib Şabran rayonunda yaşayan Umayev soyadlı tanışından narkotik vasitə ala biləciyini bildirmişdir. O da, Əlizamana 5 manat pulu vermiş və Əlizaman ilə Anar birlikdə təxminən 20-25 manat pul düzəltmişlər. Anar və Əlizaman Siyəzən şəhərində özünün “Tavriya” markalı avtomobili ilə “taksi” kimi fəaliyyət göstərən Şahid7 onları Şabran şəhərinə aparması üçün zəng etmişlər. Onlar hər üçü Bəhramın idarə etdiyi “Tavriya " markalı avtomobil ilə Şabran şəhərinə saat 13-14 arası gəlib çatmış, Əlizaman avtomobili Umayev soyadlı həmin şəxsin evinə sürdürmüşdür. Təqsirləndirilən şəxs3 Umayev soyadlı tanışına zəng etdikdən sonra onunla görüşüb 2 bükümdə narkotik vasitə olan 'neroini alıb gəlmişdir. Bəhrama avtomobili hərəkət etdirməsini bildirdikdən sonra yolun kənarında avtomobili saxlamasını ondan xahiş etmişlər. Onlar həmin heroin məhlulunu hazırlamaq üçün özləri İlə birdəfəlik şprislər və ampulalar gətirmiş və hər üçü 2 bükümdən 3 şprisdə heroin məhlulunu hazırlamışlar. Əlizaman onlardan əvvəl həmin məhlulu iynə ilə damarına vurmuş və şprisi onların olduğu yerdən uzaqa tullamışdır. O isə Təqsirləndirilən şəxs4 ilə birgə öz şprislərində olan heroin məhlulunu damarlarına vurmağa başlayan zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Həmin vaxt onların hər ikisi içərisində narkotik vasitə hesab edilən heroin məhlulu olan iki ədəd şprisləri rezin ayaqaltının altında gizlətmişlər. Polis əməkdaşları onları və taksi sürücüsünü idarə etdiyi avtomobil ilə RPŞ-nə dəvət etmişlər. RPŞ-də müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparıldıqda heç bir narkotik və ya psixotrop maddə aşkar olunmamış, lakin avtomobilə keçirilən baxış zamanı polis əməkdaşları onun və Təqsirləndirilən şəxs4 arxa oturacağdakı rezin ayaqaltının altında gizlətdikləri içərisində heroin məhlulu olan 2 ədəd şprisiəri aşkar edib rəsmi protokolla sənədləşdirib qablaşdıraraq götürmüşlər İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində maşında 3 nəfər şəxs olduqlarını, yolda hərəkətdə olduqları zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını və polis bölməsinə aparıldıqlarını, aşkar olunan narkotik vasitənin özünə və Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə gedib-getmədiyini bilmədiyini, Əlizamanın onlara “biraz işim var” deyərək harasa gedib gəldiyini, onların narkotik vasitənin yox, birlikdə sadəcə taksinin pulunu verdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Siyəzən şəhərində yaşayır, bir-neçə dəfə məhkum olunmuş və sonuncu dəfə 2022-ci mart ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 o, Siyəzən şəhər sakinləri kimi çoxdan tanıyır. Bu gün, 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Siyəzən şəhərində "Ənsəroğlu" şirniyyat evinin yaxınlığında küçədə o, Əlizaman və Mikayılla rastlaşmışdır. Söhbət zamanı Əlizaman Şabran rayon sakini, birlikdə həbsxanada cəza çəkdiyi tanışı olduğunu, onda “kakos” kimi tanınan narkotik vasitə - heroin olmasını və həmin şəxsdən narkotik vasitə hesab edilən heroini alıb qəbul edə biləcəklərini bildirmişdir.O və Təqsirləndirilən şəxs1 Əlizamana ayrı-ayrılıqda 5 manat pul vermişlər. O, Siyəzən şəhərində özünün "Tavriya’' markalı avtomobili ilə “taksi” kimi fəaliyyət göstərən Şahid7la danışaraq, onları Şabran şəhərinə aparmasını və qarşılığında zəhmət haqqı kimi ona 8-9 manat pul verəcəklərini bildirmişdir. Onlar üçü Bəhramın idarə etdiyi 'Tavriya “ markalı avtomobil ilə Şabran şəhərinə saat 13-14 arası çatmışlar. Əlizaman avtomobili narkotiki alacağı həmin şəxsin evinə sürdürmüşdür. Əlizaman avtomobildən yerə enib həmin adama zəng etmiş və bir neçə dəqiqə sonra isə 2 çetdə narkotik vasitə olan "kakosu” - yəni heroini gətirib gəlmişdir. Bundan sonra onlar Bəhrama avtomobili yolun kənarında saxlamasını ondan xahiş etmişlər. Onlar 2 bükümdən 3 ədəd şprisdə heroin məhlulunu hazırlamışlar. Əlizaman onlardan əvvəl həmin məhlulu damarına vuraraq şprisi olduqları yerdən uzaqa tullamışdır. O, Təqsirləndirilən şəxs1la birgə öz şprislərində olan heroin məhlulunu damarlarına vuran zaman polis əməkdaşları onlara yaxınlaşmış və onlar 2 ədəd içərisində narkotik vasitə hesab edilən heroin məhlulu olan şprisləri rezin ayaqaltının altında gizlətmişlər. Bundan sonra polis əməkdaşları onları, eləcə də Şahid7 idarə etdiyi avtomobil ilə birgə RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparıldıqda heç bir narkotik və ya psixotrop maddə aşkar olunmamış, lakin avtomobilə keçirilən baxış zamanı polis əməkdaşları onun və Təqsirləndirilən şəxs1 arxa oturacağdakı rezin ayaqaltının altında gizlətdiyi içərisində heroin məhlulu olan 2 ədəd şprisiəri aşkar edib rəsmi protokolla sənədləşdirib qablaşdıraraq götürmüşlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs2 almadığını, özünə aid şprisdə olan narkotik vasitəni istifadə edib şprisi kənara atdığını, həmin narkotik vasitəni şəhərdən aldığını, daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq maşında şpris aşkar etdiklərini və polis şöbəsinə apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2lə görüşdüyünü, lakin ondan narkotik vasitə almadığını, Eldargilə getməmişdən qabaq narkotik vasitənin onda olduğunu, sadəcə olaraq, yanındakılara bu barədə heç nə demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Siyəzən şəhərində yaşayır, əvvəllər dəfələrlə məhkum olunmuş və sonuncu dəfə 2020-ci ilin yanvar ayında azadlığa buraxılmışdır. 2009-cu ildə də o, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən zaman Şabran şəhər sakini “ Zau?' ləqəbli Təqsirləndirilən şəxs2lə tanış olmuşdur. 17 saylı Cəzaçəkmə Müəssisəsində o həmin " Zaur” ləqəbli Təqsirləndirilən şəxs2lə təxminən 2 il ərzində birlikdə çəza çəkmiş, sonradan onları ayrı-ayrı cəzaçəkmə müəsisəsinə göndərmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 o, Siyəzən şəhər sakinləri kimi çoxdan tanıyır. Bu gün, 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Siyəzən şəhərində “Ənsəroğlu” şirniyyat evinin yaxınlığında olan zaman o, Mikayıl və Anarla rastlaşmışdır. Söhbət əsnasında onların hər üçü narkotik vasitə qəbul etmək istədiklərini və bunu kimdən ala biləcəkləri mövzüsunda söhbət etməyə başlamışlar. Həmin vaxt onun yadına "Zaur" ləqəbli Təqsirləndirilən şəxs2 düşmüşdür. Bu zaman o, öz istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 zəng etmişdir. O, Təqsirləndirilən şəxs2 kakos kimi tanınan narkotik vasitəni haradan ala biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs2 də ona " gəl, məndə var, özüm də istifadə edirəm deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Şahid7la danışaraq ondan onlan Şabran şəhərinə aparsını xahiş etmişlər. Bir neə dəqiqə sonra onların hər üçü Şahid7 idarə etdiyi "Tavriya “markalı avtomobili ilə Şabran şəhərinə yollanmışlar. Saat təxminən 13-14 arası radələrində onlar Şabran şəhərinə çatmış və o, avtomobili "Zaur ləqəbli Eldarın evinə sürdürmüşdür. Onlar üçü birlikdə 20 manat düzəltmiş və o da, Zaur ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs2 zəng edərək onu küçəyə çağırmışdır. Təqsirləndirilən şəxs2lə görüşərək ondan 20 manat pul qarşılığında, içərisində narkotik vasitə heab edilən heroin olan 2 ədəd büküm almışdır. O, həmin bükümləri götürərək Şahid7 idarə etdiyi Tavryiya markalı avtomobilə əyləşib ondan avtomobili bir qədər irəlidə yolun kənarında saxlamısını xahiş etmişdir. Onlar həmin heroin məhlulunu birdəfəlik şprislər və ampulalarda iynə vasitəsi ilə damara vurmaq üçün hazır vəziyyətə gətirmişlər. O, dərhal həmin məhlulu onlardan əwə sol qolunun əzələsinə vurmuş və şprisi onların olduqları yerdən uzağa atmışdır. Anarla Mikayıl öz şpislərində olan heroin məhlulunu vurmağa başalayan zaman polis əməkdaşlarının artıq onlara yaxınlaşdıqlarını görüb içərisində narkotik vasitə hesab edilən heroin məhlulu olan 2 ədəd şprisi avomobilin arxa hissəsindəki rezin ayaqaltının altında gizlətmişlər. Bundan sonra onları, eləcə də, Şahid7 idarə etdiyi Tavriya markalı avtomobil ilə birgə RPŞ-nə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparıİdıqda heç bir narkotik və ya psixotrop maddə aşkar olunmamış, lakin avtomobilə keçirilən baxış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 arxa oturacaq hissədəki rezin ayaqaltının altında gizlətdikləri içərisində heroin məhlulu olan 2 ədəd şprisləri aşkar edib rəsmi protokolla sənədləşdirib qablaşdıraraq götürmüşlər. O, həmin narkotik vasitə - hesab edilən heroinin iki bükümü (çeti) “Zaur" ləqəbli Təqsirləndirilən şəxs2 20 manata almasını səmimi olaraq etiraf etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində hadisə vaxtı evdə olmadığını, polis əməkdaşlarının onun mənzilindən bir büküm “kakos” aşkar etdiyini, ona qardaşı vasitəsilə məlumat verildiyini, özünün də könüllü olaraq gedib təslim olduğunu bildirmişdir. Polis bölməsində ona bir neçə nəfər şəxsin narkotik vasitəni ondan alması barədə məlumat verdiyini, o da narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq polis əməkdaşlarının yaşadığı mənzilə baxış keçirərkən Xaçmaz rayonunda digər təqsirləndirilən şəxslərdən Əlizamanı Mürsəlovu tanıdığını, 17 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiklərini, mənzilində bir büküm 1,02 qram narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu və qardaşı oğlundan aldığını, qardaşı oğlunun rəhmətə getdiyini bildirmişdir. X4 20 manat məbləğində narkotik vasitə satmadığını, onunla arasında hər hansı bir ədavət və ya düşmənçilik münasibəti olmadığını, iş üzrə digər təqsirləndirilən şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şabran RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 kənd sakini kimi tanıdığını, digər təqsirləndirilən şəxslərin isə onlar saxlanılan zamanı üzərlərindən narkotik vasitə aşkar olunduğunu göstərmişdir. Belə ki, əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, mənzilə daxil olarkən, Təqsirləndirilən şəxs2 onları görərək evin pəncərəsindən çölə qaçmışdır. Təqsirləndirilən şəxs2 məxsus narkotik vasitə heroin evindən aşkar olunaraq onun qardaşının iştirakı ilə sənədləşdirilib götürülmüşdür. Həmçinin digər təqsirləndirilən şəxslər aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldıqlarını bildirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 oktyabr 2022-ci il tarixdə RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz döviyyəsinə qarşı apardıqları mübarizə tədbirləri nəticəsində Siyəzən rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində, Siyəzən rayon sakini Şahid7 məxsus “Tavriya” markalı, **-BA-*** qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq RPŞ-nə gətirilmişlər. RPŞ-də hər üç şəxsin üzərində şəxsi axtarış aparılan zaman onların üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. Sözügedən avtomobilə baxış keçirilən zaman isə avtomobilin arxa oturacağının rezin ayaqaltısından 2 ədəd, birdəfəlik şprislərə doldurulmuş içərisində narkotik vasitə hesab edilən heroin məhlulu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə hesab edilən heroini 23 oktyabr 2023-cü il tarixdə Şabran şəhər sakini, “Zaur” ləqəbli Təqsirləndirilən şəxs2 20 manat pul qarşılığında almasını bildirmişdir. Bundan sonra, həmin şəxsin ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş və dərhal RPŞ-nin CABın rəisi, polis mayoru Şahid3la birgə həmin ünvana baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 evdə olmamış lakin qardaşı Şahid8 isə evdə olmuşdur. Şahid8 ərizə ilə müraciət edərək polis əməkdaşları tərəfindən evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra həmin evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 məxsus yataq otağında olan televizorun alt hisəsindən 4 ədəd işlənmiş birdəfəlik şpris, 5 ədəd dörd künc şəkildə kəsilmiş falqa parçaları, kağızın üzərində olan 4 ədəd sellofan cığarası bükümündə narkotik vasitə hesab edilən heroin, 1 ədəd boşqabın içərisində açıq toz şəkilində olan narkotik vasitə heroin, televizorun sağ tərəfində masanın üzərində qara rəngli eynək qabında olan 1 ədəd sellofan cığarasında, 1 ədəd gümüşü, 1 ədəd göy rəngli falqa, 3 ədəd bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuana, həmin eynək qabında 1 ədəd, yarım şəklində dərman həbi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, əməliyyat qrupu ilə bərabər Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə getdiklərini, Təqsirləndirilən şəxs2 onları görən kimi evin pəncərəsindən qaçmış, hətta pəncərənin kənarında ayaq izləri olmuşdur. Daha sonra onun qardaşı gəlmiş, qardaşının iştirakı ilə Təqsirləndirilən şəxs2 otağına baxış keçirmiş və narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığı məlum olmuşdur. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şabran RPŞ-nin PPXBnin manqa komandiri Şahid6 ifadəsində göstərmişdir ki, dörd nəfər xidmətdə olan zaman hal hazırda təqsirləndirilən 3 nəfər şəxsi bir yerdə saxlamış, həmin şəxslərin narkotik vasitələrin istifadəsi, alqı-satqısı ilə məşğul olduqları onlarda şübhə doğurduğu üçün onları şöbəyə aparmışlar. Baxış zamanı maşından da şprisin içərsində narkotikə bənzər məhlul aşkar olunmuşdur. Maşında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs1 olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şabran RPŞ-nin PPXBnin polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, Şabran rayonu, M.Ə.Rəsulzadə küşəsində xidmətdə olduğu zamanı dayanmış vəziyyətdə olan maşına yaxınlaşmış, yaxınlaşan zamanı Təqsirləndirilən şəxs1gilin davranışı onlarda şübhə doğurduğu üçün şöbəyə aparmış, maşına baxıldığı zamanı maşının içərisində ayaqaltı hissəsində rezinin altında şprisin içərisində dolu məhlul olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 da orada olmuşdur. Şabran RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, Şabran rayon polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində işləmişdir. 23 oktyabr 2022-ci il tarixdə PPXB-nün manqa komandiri Şahid6, polis serjantları Şahid4 və Şahid5 ilə birgə 1 saylı marşrutda xidmətdə olduqları zaman Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində “Tavriya” markalı, 53 – BA – 938 qeydiyyat nömrə nişanlı avtomobildə 4 nəfər tanımadıqları şəxslərin hərəkətləri onlarda şübhə doğurmuşdur. Bu səbəbdən də onlar həmin avtomobilə yaxınlaşan zaman həmin şəxslərdən iki nəfər şəxsin hərəsinin əlində 1 ədəd şpris olduğunu görmüşlər və bu zaman onlar həmin şprisləri avtomobildən çölə ata bilmədiklərinə görə şprisləri avtomobilin rezin materialdan hazırlanmış ayaqaltı hissəsinin altında gizlətmişlər. Şahid2, Şahid6, Şahid4 və Şahid5 onlara yaxınlaşaraq özlərini təqdim etmiş, sonra avtomobil ilə birgə onları RPŞ-nə gətirib N/H-yə təhvil vermişlər. Daha sonra həmin şəxslərin Siyəzən rayon sakinləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Şahid7 olması müəyyən edilmişdir. Şabran RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, o, Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, Siyəzən rayonu sakini və 2-ci qrup Qarabağ əlilidir. İş vaxtından kənarda taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Əvvəlcə 2 nəfər tanımadığı şəxs ona yaxınlaşıb onları Şabran rayonu ərazisinə aparmasını xahiş etmiş, o, cavabında apara bilməyəcəyini demiş, daha sonra Təqsirləndirilən şəxs3 ona yaxınlaşıb onu “Orden” adlı şirkətə aparmasını xahiş etmiş, o da Təqsirləndirilən şəxs3 onun dediyi yerə aparmış, həmin yerdə maşını saxlamış, Təqsirləndirilən şəxs3 idarəyə daxil olub nəysə söhbət edib geri qayıtmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 ona “Stansiya Sumqayıt ərazisndə olan dostunun yanına aparmasını xahiş etmiş, o da aparmışdır. Həmin şəxsin evinə çatmamış, 100-200 kilometr aralıqda məsafədə maşını saxlatdırıb və ona “məni burada gözləyin, gəlirəm” deyib getmişdir. Yarım saat keçməmiş geri qayıtmış, daha sonra Siyəzən rayon ərazisinə getdikləri vaxt yolda Şabran Rayon Polis şöbəsinin əməkdaşları onları saxlayıb şöbəyə aparmışlar. Şöbədə axtarış zamanı Təqsirləndirilən şəxs3 şprisdə narkotik vasitə aşkar olunmuşdur. Şahid dövlət ittihamçısının sualına cavab olaraq göstərmişdir ki, maşında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olmuş, Təqsirləndirilən şəxs3 20-30 dəqiqə müddətinə dostunun yanına gedib geri qayıtmışdır. Şahid8 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birgə yaşayır. Həmin həyətdə onunla birgə qardaşı Təqsirləndirilən şəxs2 da yaşayır. 23 oktyabr 2022-ci il tarixdə Polis əməkdaşları yaşadığı evə gələrək qardaşı Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxlamasında şübhəli olduğunu bildirərək yaşadığı evdə onaməxsus otağa baxış keçirməli olduğlarını bildirmişlər.O da, polis əməkdaşlarına özünün iştirakı ilə baxış keçirilməsini istəmişdir. Bundan sonra polis əməkdaşları onunla birgə qardaşı Təqsirləndirilən şəxs2 məxus otağa baxış keçirmiş və baxış zamanı televizorun alt hissəsində, televizorun sağ tərəfində, eynək qabının içərisində narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şabran rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri Şahid6 digər polis əməkdaşları ilə birlikdə 1 saylı marşurutda xidmətdə olduqları vaxt Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində “Tavriya” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə 4 nəfər şəxsin hərəkətləri onlara şübhəli gəlmiş, avtomobilə yaxınlaşan vaxt həmin şəxslərin əlində iki ədəd şpris görümş, onlar polis əməkdaşlarını gördükdən sonra həmin şprisləri avtomobilin ayaqaltı rezininə ataraq qaçmışlar. Həmin şəxslər narkotik vasitələrin istifadəsində şübhəli olduqları üçün həmin şəxsləri avtomobil ilə birlikdə RPŞ-nə gətirib NH təhvil vermişlər. Həmin şəxslər ünvan 9 ünvanında qeydiyyatda olan 22.08. 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, ünvan 10 ünvanında qeydiyyatda olan 14.01. 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs4, ünvan 11 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və Siyəzən şəhəri M.Müşviq küçəsi ev 18 də qeydiyyatda olmaqla yaşayan xx.xx.1975-ci il təvəllüdlü Şahid7 olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «baxış keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, 23 oktyabr 2022-ci il tarixdə Şahid7un idarə etdiyi "Zaz 110307 Slavuta” markalı **-BA-*** qeydiyyat nömrə nişanlı avtomovilə baxış keçirilmiş, baxış zamanı sözügedən avtomobilin salonunun arxa hissəsindəki oturacağın üzərində içərisində həll olmuş vəziyyətdə narkotik vasitə heroin olan 2 ədəd şpris və şəffaf sellofanda limon duzu aşkar edilərək götürülür. Bütün aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq möhürlənir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, ünvan 5 ünvanında yaşayan Şahid8 qardaşı Təqsirləndirilən şəxs2 onunla bir həyətdə öz evində yaşayır. Onun evinə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2022-ci il tarixli «baxış keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı otağa baxış keçirilmişdir. Baxış zamanı televizorun alt hissəsindəki qara rəngli DVD-nin üzərində ümumilikdə 5 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin, televizorun sağ tərəfində qara rəngli eynək qabının içərisində, F/M 40 həbi, televizorun sağ hissəsində sarı qapaqlı, plastik qabın içərisində isə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 6/6160 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “**-BA-*** qeydiyyat nömrə nişanlı avtomobilin” sözləri olan zərfdəki 1 ədəd narıncı qapaqlı birdəfəlik şprisdə 0,3 ml və bir ədəd birdəfəlik şprisdə 0,5 ml həcmində qəhvəyi rəngli məhlul narkotik vasitə-heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,060 qram və 0,100 qramdır. Bir ədəd bükümdə təmiz çəkisi 0,319 qram olan ağ rəngli maddə limon duzudur. Üzərində "Təqsirləndirilən şəxs2 evindən götürülmüş” sözləri olan 2 № li zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,315 qram, 0,429 qram, 0,406 qram, 0,407 qram, 0,323 qram, ümumi təmiz çəkisi 1,880 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd paketdə təmiz çəkisi 32,439 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə limon turşusudur.Bir ədəd bükümdə 2/1 hissə açıq-qəhvəyi rəngli F/M 40 həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 0,020 qram təşkil edir. 4 ədəd birdəfəlik şprisdə narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Üzərində Təqsirləndirilən şəxs2 evindən götürülmüş sözləri olan 3 №-li zərfdəki bir ədəd birdəfəlik şpris və bir ədəd sınıq ampula narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu İlə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr-in siyahısına daxildir. Metodon 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 oktyabr 2022-ci il tarixli məhkəmə-bioloji ekspertizasının 7/1212 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs2 evindən götürülmüş qurdulmuş marixuanaya bənzər yazısı imzalar olan bir ədəd kağız paketdəki 03 (üç) ədəd bükümlərdə ayr-ayrılıqda təmiz çəkiləri ,0,121 qram, 0,122 qram, 0,586 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,829 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6813 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6814 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7457 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1080 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, içərisində heroin məhlulu olan 2 ədəd şipris, qalıq 0,1 ml və 0,2 ml heroin məhlulu, Təqsirləndirilən şəxs2 evindən götürülmüş 5 ədəd bükümdə qalıq çəkisi 1,780 qram narkotik vasitə heroin, metodonun təsir maddəsinin ümumi miqdarı 0,020 qran təşkil edən F/M 40 həbinin qalıq ¼ hissəsi, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,769 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd istifadə edilməmiş şipris, ümumi çəkisi 32,558 qram qalıq limon turşusu, heroinə məxsus izlərin olduğu bir ədəd şipris və bir ədəd sınıq ampula maddi sübut kimi tanınaraq Şabran RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Siyəzən rayonu İcra hakimiyyətinin Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli arayış, həmin arayışa əlavə edilmiş xasiyyətnamə və “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Əlifov X5 şəhəri H.Əliyev prospekti ev 88 mənzil 71 ünvanında qeydiyyatda olmaqla yaşayır, evlidir. Onun barəsində MİS-ə hər hansı bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Siyəzən rayonu İcra hakimiyyətinin Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli arayış və həmin arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 12 ünvanında qeydiyyatda olmaqla yaşayır, subaydır. Onun barəsində MİS-ə hər hansı bir şikayət daxil olmamışdır. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon Bölməsindən verilmiş 27 oktyabr 2022-ci il tarixli 256 nömrəli arayışdan görünür ki, 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Müharibə veteranıdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Şabran rayonu İcra hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və həmin arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Umayev X9 şəhəri Nizami küçəsi ev 3 ünvanında qardaşları Cahur və Mehman Umayevlə birlikdə yaşamışdır, subaydır, onun barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil daxil olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Siyəzən rayonu İcra hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və həmin arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 11 ünvanında qeydiyyatda olmaqla arvadı Xurma Mürsəlova və oğlu Marif Mürsəlova ilə birlikdə həmin ünvanda yaşayır. Onun barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2ci maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayət törətməsi ilə bağlı yaranmış məhkumluğu ödənilməmiş yenidən az ağır cinayət törətmişdir. Odur ki, onun əməlində cinayətlərin residivi vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 sonuncu dəfə Siyəzən rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Siyəzən rayon məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan hallardan məlum olur ki, Təqsirləndirilən şəxs4 Siyəzən rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə cəzanın sonu ilə azad olunduqdan sonra məhkumluğu ödənilməmiş 23 oktyabr 2022-ci il tarixdə hazırki ittiham üzrə verilmiş cinayəti törətmiş və əməlində cinayətlərin residivi yaranmışdır. Həmçinin Siyəzən rayon məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, həmin hökm üzrə verilmiş ittihamda göstərilən cinayət əməlini hazırki hökm üzrə verilmiş ittihamda göstərilən cinayət hadisəsindən sonra, yəni 27 iyul 2023-cü il tarixdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə Siyəzən rayon məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü təyin edilmiş cəza hazırki hökm ilə təyin olunmuş cəza ilə toplanmaqla qəti cəza təyin edilməli, xx.xx.2021-ci il tarixli hökm üzrə verilmiş ittihama münasibətdə əməlində cinayətlərin residivi olması nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ödənilməmiş məhkumluğu yoxdur. Həmçinin Siyəzən rayon məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 01 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Şabran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixdə qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Azad olunduqdan sonra məhkumluğu ödənilməmiş 23 oktyabr 2022-ci il tarixdə hazırki ittiham üzrə verilmiş cinayəti törətmiş və əməlində cinayətlərin residivi yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X6 X14 Şəxsin 14 noyabr 2022-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda adı çəkilən xəstəxanada 1986-cı ildən “Eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixoaktiv maddələrin istifadə nəticəsində yaranan psixi və davranış pozğunluqları” diaqnozu ilə narkoloji xəstə kimi qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X6 X14 Şəxsin 14 noyabr 2022-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs3 yuxarıda adı çəkilən xəstəxanada 2010-cu ildən “Opioidlərin qəbulundan yaranan psixi və davranış pozğunluqları” diaqnozu ilə narkoloji xəstə kimi qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X6 X14 Şəxsin 14 noyabr 2022-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs4 yuxarıda adı çəkilən xəstəxanada 2010-cu ildən “Opioidlərin qəbulundan yaranan psixi və davranış pozğunluqları” diaqnozu ilə narkoloji xəstə kimi qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şabran rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxsindən verilmiş 09 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 “Opioidlərin qəbulu asılılıq sindromu” diaqnozu ilə narkoloji kabinetdə dispanser qeydiyyatındadır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 verilən ittihamla özlərini təqsirli bilib öz müdafiləri üçün hər hansı bir dəlil gətirməmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması və ittiham aktında göstərilən narkotik vasitənin ona məxsus olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməlləri törətməsi tam sübuta yetirildi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 müharibə veteranı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi və cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi və cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 isə CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs3 isə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs3 üzərinə saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, məhkəmə baxışı zamanı da barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da 23 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri”nin şərtlərini pozduğu üçün Təqsirləndirilən şəxs4 barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Siyəzən rayon məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, həmin iş üzrə də Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş və şəxs 27 iyul 2023-cü il tarixdən həbsdədir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edildiyindən cəza çəkmə müddətinin başlanğıcı da 27 iyul 2023-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə həbsdə saxlandığı 03 gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran Rayon Məhkəməsinin qərarı ilə əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da 27 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərin hər birində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı, onların ərazi narkoloji dispanserdə qeydiyyatda olmaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Şabran RPŞ-nin saxlanc anbarına təhvil verilmiş içərisində heroin məhlulu olan 2 ədəd şipris, qalıq 0,1 ml və 0,2 ml heroin məhlulu, Təqsirləndirilən şəxs2 evindən götürülmüş 5 ədəd bükümdə qalıq çəkisi 1,780 qram narkotik vasitə heroin, metodonun təsir maddəsinin ümuni miqdarı 0,020 qran təşkil edən F/M 40 həbinin qalıq ¼ hissəsi, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,769 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd istifadə edilməmiş şipris, 32,558 qram qalıq limon turşusu, heroinə məxsus izlərin olduğu bir ədəd şipris və bir ədəd sınıq ampula məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 159 (yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 20 manat 25 qəpik, Təqsirləndirilən şəxs4 20 manat 25 qəpik, Təqsirləndirilən şəxs3 20 manat 25 qəpik və Təqsirləndirilən şəxs2 98 manat 25 qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Siyəzən rayon məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 hazırki iş üzrə həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti cəza olaraq 2 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 27 iyul 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 6 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonu hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası X8 həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 27 dekabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şabran RPŞ-nin maddi-sübutlar otağına təhvil verilmiş **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş içərisində heroin məhlulu olan 2 ədəd şipris, qalıq 0,1 ml və 0,2 ml heroin məhlulu, Təqsirləndirilən şəxs2 evindən götürülmüş 5 ədəd bükümdə qalıq çəkisi 1,780 qram narkotik vasitə heroin, metodonun təsir maddəsinin ümumi miqdarı 0,020 qran təşkil edən F/M 40 həbinin qalıq ¼ hissəsi, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,769 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd istifadə edilməmiş şipris, 32,558 qram qalıq limon turşusu, heroinə məxsus izlərin olduğu bir ədəd şipris və bir ədəd sınıq ampula məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 159 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 20 manat 25 qəpik, Təqsirləndirilən şəxs4 20 manat 25 qəpik, Təqsirləndirilən şəxs3 20 manat 25 qəpik və Təqsirləndirilən şəxs2 98 manat 25 qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar