Məhkəmə qərarları › İş №1(124)-151/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-151/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-151/2022 20.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X1 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə ola heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, «Neapol» dairəsi ərazisində satış məqsədi ilə 170 manat müqabilində 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,990 qram, 0,995 qram, 0,322 qram, 0,403 qram, 0,370 qram, ümumi təmiz çəkisi 6,080 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd təmiz çəkisi 0,399 qram ağ rəngli kristallik formada küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Abşeron rayon Pİ-nin əməkdaşların keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində «Barkleys» sözləri yazılmış dəmir qutunun içərisində 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,990 qram, 0,995 qram, 0,322 qram, 0,403 qram, 0,370 qram, ümumi təmiz çəkisi 6,080 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,399 qram ağ rəngli kristallik formada küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2 ildir ki, narkotik vasitədən istifadə edir, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir, amma narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 29 may 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt üzərində narkotik vasitə, psixotrop maddə və tərəzi olmuşdur. O, üzərində olan narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün almış, həmin nakotik vasitəni hissələrə ayırmamış, onları satmaq fikri olmamışdır. Tərəzidən narkotik vasitədən qəbul edərkən onun miqdarını bilmək üçün istifadə etmişdir. Atası birinci Qarabağ müharibəsində iştirak etmiş, hazırda həbsdədir, azadlıqdan məhrumetmə növündə cəza çəkir. Anası xəstədir, onun yanına gedib-gəlməkdə çətinlik çəkir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Abşeron rayon Polis İdarəsində CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində satışı ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş, həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün 29 may 2021-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 29 may 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində keçirilmiş əməliyyat tədbirləri zamanı saat 12 radələrində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmiş, Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığı soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı üzərində «Barkleys» sözləri yazılmış dəmir qutunun içərisində 6 ədəd bükülünü çıxarıb təqdim etmiş və həmin bükülülərin 5 ədədinin içərisində narkotik vasitə heroin və bir ədədinin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra ona üzərində qanunla saxlanılması qadağan edilmiş başqa hər hansı əşya olub-olmadığı barədə soruşulmuş, Təqsirləndirilən şəxs da bu dəfə qara rəngli cins şalvarının körpüsündən asılmış elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs döyən, ona təsir və təzyiq edən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İşdə olan raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin CAŞ-nın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində saxlanılmaqla Abşeron RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qara rəngli cins şalvarının sağ yan cibindən üzərində “Barkleys” sözləri yazılmış dəmir qutunun içərisində olan 6 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm – həmin bükümlərdən 5 ədədinin içərisində narkotik vasitə olan heroin, digər bir ədədinin içərisində isə psixotrop maddə hesab olunan metamfetamin və qara rəngli cins şalvarının törpüsündən asılmış bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (i.v.3) İşdə olan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 29 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 və İTŞ-nin polis sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılması, onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi və saxlanılan zaman onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. (i.v. 5 ) İşdə olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tutulmuşdur. (i.v.21 ) İşdə olan qərarın surətindən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. (i.v. 65-68) İş materiallarında olan 29 may 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmiş və saat 14:30-dan saat 14:50-dək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində «Barkleys» sözləri yazılmış dəmir qutunun içərisində 5 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (i.v.28-30) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2161 nömrəli rəyindən görünür ki, «…. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş…..» sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,990 qram, 0,995 qram, 0,322 qram, 0,403 qram, 0,370 qram, ümumi təmiz çəkisi 6,080 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 1 ədəd bükümdə təmiz çəkisi 0,399 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (ekspertiza tədqiqatına heroinin sərf olunan miqdarı 0.25 qram, qalıq 5,830 qram, metamfetaminin tədqiqata sərf olunan miqdarı 0.05 qram, qalıq 0,349 qram təşkil edir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (i.v.37-39) İşə əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 08 sentybar 2021-ci il tarixli, 3325 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 127-128) İş materiallarında olan Bərdə şəhər poliklinikasının X2 verilən xx.xx.2021-ci il tarixli 796 nömrəli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. (i.v. 126) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 83) İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 6,080 qram olan heroin, ümumi çəkisi 0,399 qram metamfetamin və bir ədəd CD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 5,830 qram narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq qalmış 0,349 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 138-144) Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqi Emil Hüseynzadənin 17 may 2022-ci il tarixli, ********* saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi Abşeron rayon Pİ-nin “Maddi sübutların saxlanılması otağı”na təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 1110 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş, onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. (i.v 96) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında döyülməsi ilə bağlı verdiyi məlumat araşdırılması üçün Abşeron rayon prokurorluğuna göndərilmiş, Abşeron rayon prokurorluğunun müstəntiqi Bəxtiyar Göyüşovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 may 2022-ci il tarixli qərarı ilə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. İşdə əsas sübutlardan biri videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarətdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Polis İdarəsinə gətirilməsi və saat 14:30-dan saat 14:50-dək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində «Barkleys» sözləri yazılmış dəmir qutunun içərisində 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,990 qram, 0,995 qram, 0,322 qram, 0,403 qram, 0,370 qram, ümumi təmiz çəkisi 6,080 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və bir ədəd təmiz çəkisi 0,399 qram ağ rəngli kristallik formada küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzinin aşkar olunaraq götürülməsi təsdiq edilir. Bunu Təqsirləndirilən şəxs da qəbul edir və şəxsi istifadəsi üçün əldə etdiyini göstərir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilən zaman verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansısa qanunsuz hərəkətlərə məruz qalmamış, polislər tərəfindən onun üzərinə hər hansısa qanunsuz əşya qoyulmamış, şikayəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərindən ümumi təmiz çəkisi 6,080 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və bir ədəd təmiz çəkisi 0,399 qram ağ rəngli kristallik formada küstar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında tutularkən döyülməsi ilə bağlı göstərdikləri tam, obyektiv və hərtərəfli qaydada, digər sübutlarla müqayisə edilməklə araşdırılmış, amma təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra yoxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli rəyi ilə təsdiq edilmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs döyülməsi və ona xəsarət yetirilməsi ilə bağlı hallar Abşeron rayon prokurorluğunda ayrıca araşdırılmış, təsdiq edilməmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs atasının hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini, birinci Qarabağ müharibəsində iştirak etməsini, anasının xəstə olmasını göstərsə də bununla bağlı sənədlər təqdim edilməmişdir. Ona görə də, məhkəmə bunları iş üzrə yüngülləşdirici hal kimi yox, təqsirləndirilən şəxsin ailəsinin mövcud durumu kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 29 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,830 qram olan narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,349 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, işdəki sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd elektron tərəzi də götürülmüşdür, tərəzinin maddi sübut kimi tanınması barədə qərar qəbul edilməsə də Abşeron rayon Pİ-nin “Maddi sübutların saxlanılması otağı”na təhvil verilmişdir və orada saxlanılır, həmin elektron tərəzi də məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə vəkil Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 29 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin “Maddi sübutların saxlanılması otağı”na təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,830 qram olan narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,349 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-nin “Maddi sübutların saxlanılması otağı”nda saxlanılan bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Fikrət Əliyev Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar