Məhkəmə qərarları › İş №1(124)-152/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-152/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-152/2025 27.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 1, Binəqədi RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması, satışı və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 1060,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı və eləcə də 1005,0 qram olan tünd qəhvəyi rəngli, tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməyən narkotik vasitə tiryəkə bənzər maddəni Sumqayıt şəhəri, S.Vurğun küçəsində, Dalğa mehmanxanasının yaxınlığında gizlədərək həmin bükümlərin və yerin fotoşəkillərini onun istifadəsində olan “Samsung” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu İran İslam Respublikası vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitəni və narkotik vasitə tiryək hesab etdiyi maddəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün ona göndərilən ünvana gedərək qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə tiryək hesab etdiyi maddəni gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2024-cü il tarixdə, saat 21:50-də Sumqayıt şəhəri, S.Vurğun küçəsində, Dalğa mehmanxanasının yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, onun əlindəki sellofan torbada satış məqsədi ilə saxladığı l(bir) ədəd bükümdə təmiz çəkisi 1060,0 qram olan külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 1005,0 qram olan tünd qəhvəyi rəngli, tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməyən narkotik vasitə tiryəkə bənzər maddə kütləsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, tutulana qədər musiqiçi olmuş, ailə məclislərində iştirak etmişdir. Narkotik vasitələrdən qurudulmuş marixuananı 2021-ci ildən etibarən çox nadir hallarda istifadə edib tədbirlərə getmişdir. Onun narkotik vaistələri satmaq məqsədi olmamış, yalnız şəxsi istifadəsi üçün narkotik vasitəni əldə etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq əvvəllər psixotrop maddə metamfetamindən istifadə etdiyinə görə məhkumluğu olduğunu bildirmişdir. O, 02 qram qurudulmuş marixuana sifariş vermiş, qurudulmuş marixuana almaq üçün dostu vasitəsilə tanış olduğu İİR vətəndaşı ilə danışmış, lakin İİR vətəndaşına pul ödəməmiş, 02 qram qurudulmuş marixuananın müqabilində 50 manat məbləğində pulu sonradan göndərməsi şərtilə İİR vətəndaşı onunla razılaşmışdır. O, sifariş etdiyi qurudulmuş marixuananı götürə bilməmiş, narkotik vasitənin böyük sellofanda olduğunu görmüş, onu açmaq istəyəndə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu hadisələrlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə hakimə məlumat vermişdir. Bundan əlavə o, saxlanıldıqdan sonra döyülərək xəsarət almış, təzyiq altında qaldığı üçün hər şeyi qəbul etmişdir. Lakin döyülərək xəsarət alması ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə hakimə bildirməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq hadisə yerinə 02 qram qurudulmuş marixuana üçün gedəndə gördüyü narkotik vasitəni götürmədiyini, həmin sellofandakı narkotik vasitənin böyük bükümlərdə olduğunu, qeyd olunan bükümlərdə narkotik vasitəni gördükdən sonra qaçmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitəni Bakıdan tapa bilmədiyi üçün Sumqayıt şəhərindən şəxsi istifadəsi üçün sifariş etmiş, həmin vaxt İİR vətəndaşı qurudulmuş marixuananı ona pulsuz vermiş, əvvəlki məhkumluğunda da psixotrop maddəni İİR vətəndaşından sifariş etmişdir. Həmin İİR vətəndaşı ilə hal-hazırda Rusiyada yaşayan dostu Orxan vasitəsilə tanış olmuşdur. Birinci dəfə məhkumluğu olduqdan sonra İİR vətəndaşı ilə əlaqəsi kəsilmiş, sonra yenidən əlaqəsi yaranmışdır. Əvvəllər İİR vətəndaşından nə qədər çəkidə narkotik vasitə istəsə, o qədər də göndərdiyini, narkotik vasitəni “zakladka” üsulu ilə əldə etdiyini, İİR vətəndaşının göstərişi ilə heç bir ünvana narkotik vasitə qoymadığını, hadisə günü üzərində telefon olduğunu bildirmişdir. Qara rəngli bağlamanın içərisində marixunadan başqa tiryək də olmuş, lakin qurudulmuş marixuanadan başqa heç nə, həmçinin tiryək istifadə etməmiş, mütəmadi olaraq İİR vətəndaşı ilə telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 234.4.1, 29, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, 04.07 2024-cü il tarixdə təxminən saat 21:50 radələrində, tanışı Kənan Qurbanzadə ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Dalğa mehmanxanasının yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra, onu narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirib hər ikisini də Pİ-nə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. İdarədə xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil seçməsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X5 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Müdafiəçi təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü təqdim edib, sonra ondan da, özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin NMB-nin və 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirildiyini izah edib, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etmişdir. Şəxsi axtarışda iştirak edən polis əməkdaşları növbə ilə özlərini təqdim etdikdən sonra şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi ona təqdim edərək tanış olmasını xahiş etmişdir. O, bildirişlə tanış olduqdan sonra, təhqiqatçı, müdafiəçi X2 təqdim etmişdir. Sonra təhqiqatçı, onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək, şəxsi axtarış keçirilməzdən öncə onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşub, olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. O, öncə əynindəki şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Ardınca isə o, əlində saxladığı, içində narkotik vasitə bükümləri olan sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, ancaq onun üzərindən əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı, onun təqdim etdiyi torbaya baxış keçirdikdə, həmin torbanın içərisindən, 2 ədəd qara rəngli bağlama narkotik vasitə “tiryək”ə bənzər kütlə və narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təhqiqatçı həmin bağlamaların içərisində nə olduğunu soruşduqda, o “tiryək” və “nəşə” olduğunu bildirmişdir. Təhqiqatçı nisbətən böyük bağlamanı, yəni qurudulmuş marixuana bağlamasını açdıqda, həmin bağlamanın içərisində narkotik vasitə, qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Digər bağlama da təhqiqatçı tərəfindən açıldıqda həmin bağlamanın içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmişdir. Ardınca o, təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə bağlamalarını İran vətəndaşından alındığını, İran vətəndaşı ilə səhər saatlarında əlaqə saxladığını, İran vətəndaşının atdığı “konum” əsasında ünvana gedib narkotik vasitə bükümlərini götürdüyünü, həmin bükümləri İran vətəndaşının dediyi ünvanlara çatdırmalı olduğunu, bunun müqabilində İran vətəndaşının ona 5 qram “nəşə”, yəni qurudulmuş marixuana və 200 manat pul verəcəyini, həmin vaxt yanında olan Kənan adlı tanışına da “nəşə” verməyi söz verdiyini, ancaq narkotik vasitə bükümlərini götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, sözügedən İran vətəndaşını təxminən 1 il müddətdir ki tanıdığını, əvəllər də həmin şəxslə “alış-verişi” olduğunu bildirmişdir. Sonra təhqiqatçı aşkar olunaraq götürülmüş narkotik vasitə bükümlərini növbə ilə elektron tərəziyə qoyub çəkilərini ölçdükdə, qurudulmuş marixuana bükümünün çəkisinin 1139 qram, narkotik vasitə tiryəkə bənzər kütlə bükümünün çəkisinin isə 1029 qram olması müəyyən edilmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə bükümü və qurudulmuş marixuana kütləsi bükümü, təhqiqatçı tərəfindən qablaşdırılmış, həmçinin o, müdafiəçinin suallarını cavablandıraraq, şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını, narkotik vasitə aldığı İran vətəndaşı ilə “Whatsapp” mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış yekunlaşmış və videoçəkiliş dayandırılmışdır. Sonradan ekspertiza rəyləri ilə tanış olduqda ona məlum olmuşdur ki, üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlənin tərkibində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, iyul ayında axşam radələrində Səməd Vurğun küçəsində yerləşən “Dalğa” mehmanxanasının qarşısında Təqsirləndirilən şəxs əlində sellofan torba saxlayaraq hərəkət edən zaman tərəflərindən saxlanılaraq polis idarəsinə aparılmış, polis idarəsində xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbanın içərisindən 2 büküm narkotik vasitə — 1 büküm qurudulmuş marixuana və 1 büküm tiryək aşkar olunmuşdur. Hər bükümün çəkisi 1 kilodan çox olmuşdur. Onlar təqsirləndirilən şəxsi saxlayarkən yanında bir nəfər şəxs də olmuşdur. Təqsirləndirilən şəxs özü narkotik vastəni 1 ildən çox müddətdir ki, tanıdığı İİR vətəndaşının dediyi yerdən götürüb onun dediyi ünvana yerləşdirməli olduğunu, bunların müqabilində ona həm pul, həm də qurudulmuş marixuana verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış təhqiqatçının və vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə həyata keçirilmiş, onun üzərində heç nə olmamış, əlində saxladığı ağ rəngli torbanın içərisindən 2 büküm narkotik vasitə aşkar olunmuşdur. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və alqı-satqısı ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da əlavə edilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində “Dalğa” mehmanxanasının yaxınlığıda pusqu qurmuşlar. Saat 21:50-də Təqsirləndirilən şəxs, həmin vaxt yanında olan və adının X6 olduğunu sonradan öyrəndiyi şəxslə birlikdə sözügedən ərazidə saxlamışlar. Onlar özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi və alqı-satqısı ilə məşğul olması ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirib etirazının olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirərək, onlarla birlikdə Pİ-nə getmişdir. Həmçinin Təqsirləndirilən şəxs yanında olan şəxs Kənan Qurbanzadə də onlarla birlikdə Pİ-nə getmişdir. Sumqayıt şəhər Pİ-də, xidməti otaqlardan birində baş təhqiqatçı Elsevər Quliyev özünü təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində və alqı-satqısında şübhəli olduğu üçün saxlanıldığını, hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkillərinin adları olan siyahını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil Emil Mirzəyev təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev özünü təqdim edib, sonra saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin NMB-nin və 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirildiyini izah edib, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etmişdir. O və digər polis əməkdaşları növbə ilə özlərini təqdim etdikdən sonra, təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi Təqsirləndirilən şəxs təqdim edərək tanış olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra təhqiqatçı şübhəli şəxsin hüquqlarını müdafiə edən müdafiəçi X2 təqdim etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək, şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olubolmadığını soruşub, olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs öncə əynindəki cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd qara rəngli mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Ardınca isə əlində saxladığı, içi dolu olan ağ rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, ancaq sonuncunun üzərindən əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş torbaya baxış keçirdikdə, həmin torbanın içərisindən 2 ədəd qara rəngli bağlama aşkar edilmişdir. Təhqiqatçı həmin bağlamaların içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs “tiryək” və “nəşə” olduğunu bildirmişdir. Təhqiqatçı nisbətən böyük bağlamanı açdıqda, həmin bağlamanın içərisində narkotik vasitə, qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Digər bağlama təhqiqatçı tərəfindən açıldıqda həmin bağlamanın içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmişdir. Ardınca Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə bağlamalarını İran vətəndaşından alındığını, İran vətəndaşı ilə səhər saatlarında əlaqə saxladığını, İran vətəndaşının atdığı “konum” əsasında ünvana gedib narkotik vasitə bükümlərini götürdüyünü, İran vətəndaşının dediyi ünvanlara çatdırmalı olduğunu, bunun müqabilində İran vətəndaşının ona 5 qram nəşə və 200 manat pul verəcəyini, həmin vaxt onun yanında olan Kənan adlı tanışına da, nəşə verməyi söz verdiyini, ancaq narkotik vasitə bükümlərini götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, sözügedən İran vətəndaşını təxminən 1 il müddətdir ki tanıdığını, əvəllər də həmin şəxslə “alış-verişi” olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə bükümlərini növbə ilə elektron tərəziyə qoyub çəkilərini ölçdükdə qurudulmuş marixuanaya bənzər ot kütləsi bükümünün çəkisinin 1139 qram, narkotik vasitə tiryəkə bənzər kütlə bükümünün çəkisinin isə 1029 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə və qurudulmuş marixuanaya bənzər kütlə bükümləri, təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını, narkotik vasitə aldığı İran vətəndaşı ilə “Whatsapp” mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxladığını bildirmişdir. Ardınca təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülməli olduğunu qeyd edərək həmin telefonu zərfə qoyaraq qablaşdırmışdır. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, axşam saat 21-22 radələrində Səməd Vurğun küçəsində “Dalğa” mehmanxananın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, həmin vaxt təqsirləndirilən şəxsin əlində sellofan torba olmuş və yanında bir nəfər şəxs olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs polis idarəsinə aparılmış və idarədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlində saxladığı sellofan torbadan çox miqdarda narkotik vasitə kütlələri aşkar olunmuşdur. Şahid2 və Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 məhkəmə istintaqında elan edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs şalvarının sağ cibində saxlamış olduğu 1 ədəd qara rəngli mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Ardınca isə əlində saxladığı, içi dolu olan ağ rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə onun üzərindən əlavə heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş torbaya baxış keçirdikdə, həmin torbanın içərisindən 2 ədəd qara rəngli bağlama aşkar edilir. Nisbətən böyük bağlama açıldıqda həmin bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana, digər bağlamanın içərisindən isə qara rəngli kütlə aşkar edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə bağlamalarını İİR vətəndaşından aldığını, İİR vətəndaşı ilə səhər saatlarında əlaqə saxladığını, İİR vətəndaşının atdığı “konum” əsasında ünvana gedib narkotik vasitə bükümlərini götürdüyünü, İİR vətəndaşının dediyi ünvanlara çatdırmalı olduğunu, bunun müqabilində İİR vətəndaşının ona 5 qram nəşə və 200 manat pul verəcəyini, yanında olan Kənan adlı tanışına da, nəşə verməyi söz verdiyini, ancaq narkotik vasitə bükümlərini götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, sözügedən İİR vətəndaşını təxminən 1 il müddətdir ki, tanıdığını, əvəllər də həmin şəxslə “alış-verişi” olduğunu bildirir. Aşkar olunmuş kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “**********” saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı müəyyən edilmiş, diskə baxış zamanı ********** telefon nömrəsindən ********** nömrəsinə “ay keçmiş bariqa rəsul tezeden iwe bawlamaq ucun kenan yetimi verdin”, “kenan evde yatmıwdi yiqib uladin ki çoxdan tanidigin iranlidi evvelde iw gormusen. indi pulun yoxdu.” məzmunlu mesaj mətnlərinin göndərilməsi müəyyən edilir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əlavə məlumatlar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1098 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Saxlanılan şəxs ... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi-1060,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə — qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3469 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs ’’sözləri, soyadlar və imzalar qeyd edilmiş üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlamada təmiz çəkisi 1005,0 qram olan tünd qəhvəyi rəngli maddələrin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5134 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 iyul 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar və 05 oktyabr 2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1059,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1004,9 qram tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməyən kütlə maddi sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması istintaq hərkətinin video görüntüsü əks etdirilmiş 01 ədəd disk maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3 və 234.4.1-ci maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması, satışı və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Həmçinin o, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə 1005,0 qram olan tünd qəhvəyi rəngli, tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməyən narkotik vasitə tiryəkə bənzər maddəni satış məqsədilə Sumqayıt şəhəri, S.Vurğun küçəsində, Dalğa mehmanxanasının yaxınlığında gizlədildiyi yerdən götürməklə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və ya psixotrop maddəni əldə etməyə cəhd etmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsində İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. Təqirləndirilən şəxsin üzərinə baxış keçirilməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitə qurudulmuş marixuananı X4 vətəndaşının ona göndərdiyi ünvan vasitəsilə əldə etməsini göstərməsindən başqa cinayət işinin materiallarında təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olmuş bir qrup şəxs” halında hərəkət etməsini göstərən hər hansı bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində, Dalğa mehmanxanasının yaxınlığından götürdüyü bükümlərdən birinin, yəni çəkisi 1005,0 qram olan tünd qəhvəyi rəngli kütlənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməməsi səbəbindən onun əməli həmin hissədə başa çatmamış cinayət kimi CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı aşkar edilən kütlələrdən birinin qurudulmuş marixuana, digərinin isə tiryək olduğunu bildirmiş, iş materiallarında təqsirləndirilən şəxsin qeyd olunan ünvana həm də tiryək götürmək üçün getdiyini təsdiq edən başqa bir sübut növü əlavə edilməmişdir. Belə ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün ifadəsindən başqa digər sübutlarda tərkibində heç bir narkotik vasitə və psixotrop maddə aşkar edilməyən kütlənin təqsirləndirilən şəxs tərəfindən tiryək olması ehtimalı ilə götürüldüyünü təsdiq edən heç bir sübut yoxdur. Yəni, təqsirləndirilən şəxsin tərkibində narkotik vasitə və psixotrop maddə aşkar edilməyən kütləni əldə etməmişdən əvvəl tiryək əldə etmək niyyətində olması, həmçinin həmin tiryəkin hansı çəkidə olmalı olması barədə iş materiallarına hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman aşkar edilən kütlənin tiryək olması ehtimalı nəticəsinə istintaq orqanı yalnız təqsirləndirilən şəxsin sözləri ilə gəlmiş, saxlanılan şəxsin tiryək növündə narkotik vasitə əldə edəcəyinə dair əməliyyat orqanında əvvəlcədən məlumat olmamış, qeyd olunan “tiryək”-in təqsirləndirilən şəxsin niyyəti ilə əhatə olunması barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Nəticə etibarilə aşkar olunan narkotik vasitələrə aid olmayan kütlənin növü, aidiyyəti təqsirləndirilən şəxsin sözləri ilə “tiryək” hesab edilmiş, təqsirləndirilən şəxsin həmin kütləni başqa növ narkotik vasitə və ya psixotrop maddə adlandıracağı halda onun məhz “tiryək” əldə etmək niyyətində olmasını istintaq orqanı sübuta yetirilə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində əldə etdiyi narkotik vasitənin tiryək olduğunu bildirsə də, bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilməmiş, həmçinin, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə çəkisi 1005,0 qram olan tünd qəhvəyi rəngli maddələrin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin aşkar edilməməsi təsdiqlənmişdir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni və onun həqiqətən də narkotik vasitə tiryək əldə etmək üçün qabaqcadan razılaşdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Odur ki, istintaq orqanı təqsirləndirilən şəxsin həqiqətən də saxlanıldığı əraziyə narkotik vasitə tiryək götürməyə getməsini təsdiqləyən heç bir mötəbər sübutu, həmçinin bu məqsədlə əvvəlcədən kimləsə sövdələşməsini təsdiq edən mesaj mətnlərini, telefon danışıqlarını cinayət işi materiallarına əlavə etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən predmetin məhz narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə müvafiq olaraq şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid, biri digərinə kifayət qədər uyğun gələn, mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) .. məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3 və 234.4.1-ci maddələri ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri S.Vurğun küçəsində Dalğa mehmanxanasının yaxınlığında qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı gizlədilmiş yerdən satış məqsədilə götürüb daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2024-cü il tarixdə, saat 21:50-də Sumqayıt şəhəri, S.Vurğun küçəsində, Dalğa mehmanxanasının yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, onun əlindəki sellofan torbada satış məqsədi ilə saxladığı l(bir) ədəd bükümdə təmiz çəkisi 1060,0 qram olan külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 02 qram qurudulmuş marixuana götürmək üçün həmin əraziyə getməsi, polis əməkdaşları tərəfindən göstərilən fiziki və psixi təzyiq nəticəsində ittiham aktında qeyd olunan çəkidə narkotik vasitə qurudulmuş marixuananı götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqı zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 04 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə də, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını çəkdikdən sonra məhkumluğu ödənməmiş yenidən qəsdən ağır cinayət törətmiş, bu hal onun əməlində cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağında saxlanılan qalıq çəkiləri 1059,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1004,9 qram tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməyən kütlə məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağında saxlanılan qalıq çəkiləri 1059,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1004,9 qram tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməyən kütlə məhv edilsin, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar