Məhkəmə qərarları › İş №1(124)-153/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-153/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-153/2022 23.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxlər- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi– Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər İcra Hakimiyyəti, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məsləhətçi-mühəndis vəzifəsində işləmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 53, mənzil 37-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 6-cı mkr, ev 47, mənzil 66-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri ərazisində yerləşən Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətində olan 36 sot torpaq sahəsinə dair çıxarış verilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmaqla onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 15 iyul 2019-cu il tarixdə Sumqayıt şəhəri, 1 saylı Notariat kontorunda sonuncun oğlu Şahid1 Zərərçəkmiş şəxs1 məxsus 15000 (on beş min ) manat, 10 avqust 2019-cu il tarixdə Sumqayıt Asan xidmətində sonuncunun oğlu Şahid1 Zərərçəkmiş şəxs1 məxsus 15000 (on beş min ) manat, 2019-cu ilin sentyabr ayının əvvəllərində Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində yerləşən 36 sot torpaq sahəsinin həyətində 15000 (on beş min) manat və 20 sentyabr 2019-ci il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Çəllək Pub” kafesində 10000 (on min), ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 55000 (əlli beş min) manat pulunu ələ keçirib sonradan 9700 (doqquz min yeddi yüz) manat pulunu qaytarsa da, qalan 45300 (qırx beş min üç yüz) manat pulun qaytarılması və torpaq sahəsinə dair çıxarış verilməsi üçün heç bir tədbir görməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qohumu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq sonuncunun arvadı Şahid4 Sumqayıt şəhərindəki uşaq bağçalarından birinə işə düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmaqla 17 fevral 2021-ci il tarixdə saat 19:30da Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisindəki 47 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 6500(altı min beş yüz) manat pulunu ələ keçirib sonradan 500(beş yüz manat) pulunu qaytarsa da, qalan 6000 (altı min) manat pulun qaytarılması və Şahid4 işə düzəldilməsi üçün heç bir tədbir görməyərək dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O, Sumqayıt şəhər İcra Hakimiyyətində, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məsləhətçi mühəndis işləmişdir. Şahid1 30 min borc almış, amma qaytara bilməmişdir. Şahid1 borcunu qaytara bilmədiyinə görə, həmin borc müqabilində onun Stansiya Sumqayıt ərazisində olan 51 sot torpaq sahəsini özəlləşdirmək üçün köməklik göstərəcəyini vəd etmişdir. Həmin torpaq sahəsinə bir neçə dəfə Eminlə baxış keçirmişdir. Lakin müəyyən səbəblərdən problemlər yaranmışdır. Torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı bəzi qurumlara müraciət etmişdirlər. 2020-ci ildə torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı əlavə vəsait tələb olunduğunu bildirmiş, Emin ona əlavə pul vermişdir. Bu məsələ ilə bağlı iş uzandığına görə Emin pulu geri istəmişdir. O, Eminə bildirmişdir ki, əgər iş alınmasa ondan aldığı pulun hamısını qaytaracaqdır. O, vəsaitin bir hissəsini, 10 min manat pulu Eminə qaytarmışdır. Sonra müəyyən olunmuşdur ki, sənədləşmə işi düzgün aparılmamışdır. Həmin vaxt o, artıq işdən çıxmışdır. Torpaq sahəsinin çıxarışını o, düzəltdirməmişdir. Memarlıq idarəsində işləyən Aqil müəllimə bu barədə bildirmişdir. Fəzail müəllimdən torpağın sənədləşməsi üçün köməklik göstərməsini xahiş etmişdir. Sadiqlə isə qayınatasının yas mərasimində tanış olmuşdur. 2021-ci ildə Sadiq ona zəng vurub demişdir ki, yoldaşını işə düzəltmək istəyir. Həmin vaxt o, 8 ay idi ki, işdən çıxmışdır. Sadiqin yoldaşını bağçaya müəllim kimi işə düzəltmək barədə maraqlanmışdır. Sadiqdən 2 dəfə 3 min, yəni 6 min manat pul almışdır. O, pulu Sadiqə qaytara bilməmişdir. Pulu şəxsi problemləri üçün xərcləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Çingiz oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2014-cü ildən 2020ci ilin mart ayına qədər Sumqayıt şəhər İcra Hakimiyyətində, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məsləhətçi mühəndis işləmişdir. Təxminən 2 ildir ki, Şahid1 tanıyır. Eminlə onu İlqar adlı tanışı tanış etmişdir. Belə ki, İlqara məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 47, 66 saylı mənzildə kirayədə yaşamış, İlqar da Eminlə iş yoldaşı olmuşdur. Eminlə münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2017-ci ildə atası vəfat etdikdən sonra, həmin ildə ilk ailəsi də dağılmışdır. Atasının müalicə xərclərinə, daha sonra isə boşanma prosesində borca girməli olmuşdur. Xeyli borcu yaranmışdır. Məcbur olub Emindən borca pul istəmişdir. Emindən notarial qaydada təsdiqlənmiş 15000 manat pul almışdır. Lakin Emindən aldığı 15000 manat pul borclarını tam bağlamağa kifayət etməmişdir. Ona görə də Emindən yenidən 15000 manat borca pul istəmişdir. Həmin pulu da borc müqaviləsinə əsasən almışdır. Bu qaydada Eminə 30000 manat borcu yaranmışdır. Eminin həmin ərəfələrdə Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində Sumqayıt İmtahan-Qeydiyyat və X9 arxa hissəsində 36 sot torpaq sahəsini sənədləşdirmək istədiyini bilirmiş. Eminlə razılaşmışlar ki, Eminin ona verdiyi 30000 manat pulun müqabilində Eminə məxsus olan Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində Sumqayıt İmtahan-Qeydiyyat və X9 arxa hissəsində 36 sot torpaq sahəsini sənədləşmə işinə kömək edib çıxarış alsın. Lakin sənədləşmə işin üçün əlavə pul lazım olmuşdur. Bu barədə Eminə deyəndə Emin onunla razılaşmışdır. Eminin narahat qalmaması üçün ona özü tərəfimdən yazılmış iltizam vermişdir və iltizamda 36 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün Memarlıq İdarəsindən rəy alacağımı bildirmişdir. Sonradan 36 sot torpaq sahəsinə görə Eminə Sumqayıt İcra hakimiyyətindən sərəncam verilsə də, Emin bununla razılaşmamış və çıxarış istədiyini demişdir. Eminə sərəncamın ciddi bir şey olduğunu başa salmaq istəsə də, Emin başa düşmək istəməmişdir. Sənədləşmə işinə Emindən 2019-cu ilin sentyabr ayının əvvələrində Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində yerləşən 36 sot torpaq sahəsinin həyətində 15000 (on beş min) manat və 20 sentyabr 2019-ci il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Çəllək Pub” kafesində 10000 (on min) əlavə pul almışdır. Ümumilikdə Emindən 55000 manat pul almışdır. Torpağın sənədləşmə işi istiqamətində şifahi şəkildə bir neçə dəfə Sumqayıt şəhər İcra hakimiyəti başçısının müavini Fəzail müəllimə müraciət etməmişdir. Fəzail müəllim isə köməklik edəcəyini demişdir. O, da bununla bağlı bələdiyyə başçısına deməli imiş. Həmin ərəfələrdə Emindən aldığı puldan 15000 manatını öz təşəbbüsü ilə Sumqayıt şəhəri, Dənizkənarı park ərazisində tikilən “Muğam” evinin tikintisinə görə Sumqayıt icra Hakimiyyətində tikinti şöbəsinə vermişdir. Konkret olaraq kimə verməyi yadına gəlmir. Həmin pulu verməyi ilə bağlı hər hansı rəsmi sənəd olmasa da, faktiki olaraq pulu vermişdir. Məqsədi Eminə məxsus torpağın sənədləşmə işinə görə ağız açanda problem yaranmaması olmuşdur. Lakin bununla bağlı Emindən razılıq almamışdır. İşin həll edilməsinə az qalmış Emin ondan pulunu geri istməyə başlamışdır. Emin sərəncamın kifayət etmədiyini, çıxarış istədiyini bildirirmiş. Eminə çıxarış almaq üçün vaxt tələb olunduğunu desə də Emin razılaşmamış və ondan pulunu təkidlə geri tələb edirmiş. Məcbur olub ilkin olaraq Eminin 10000 manat pulunu geri qaytarmışdır. Eminin verdiyi qalan pulu isə qaytara bilməmişdir. Belə ki, işdən ayrılmış, bir müddət iş tapa bilməmişdir. Eminə vaxt verməsini xahiş etsə də, Emin razılaşmırmış. Hətta çıxarış işi həll olunanda Eminə demişdir ki, ona qaytardığı 10000 manat pulu versin, çıxarış işi həll olunur. Lakin Emin razılaşmamışdır. Eminin qalan 45000 manat pulunu qaytara bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2016-cı ildən tanıyır. Belə ki, Sadiq ona həyət yoldaşı tərəfdən qohumdur. Təxminən 2021-ci ilin əvvəllərində Sadiq ona müraciət edərək həyat yoldaşı Şəfayəti Sumqayıt şəhərində yerləşən uşaq bağçalarından birinə müəllimə kimi işə düzəltmək istədiyini bildirmiş və ondan köhnə icra hakimiyyətinin işçisi kimi ona köməklik etməsini xahiş etmişdir. İcra Hakimiyyətində işlədiyi üçün Sadiqə həyat yoldaşını bağçaya müəllimə kimi işə götürülməsinə köməklik edə biləcəyini düşünmüş və bu barədə Sadiqə bildirmişdir. Bundan başqa Sadiqə görəcəyi işin müqabilində ondan 6000 manat pul alacağını demişdir. Sadiq onunla razılaşmışdır. 2021-ci ilin fevral ayının ortalarında Sadiqlə onun yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 47 saylı binanın qarşısında görüşmüş və Sadiq ona 6000 manat pul vermişdir. Həmin ərəfə pula ehtiyacı olduğundan Sadiqdən aldığı 6000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Sadiqin həyat yoldaşı Şəfayəti Sumqayıt şəhər ərazisində yerləşən uşaq bağçalarından birinə müəllimə kimi işə düzəltmək üçün öz əlaqərindən istifadə etməyə başlamışdır. Lakin həmin vaxt heç bir bağçada müəllimə ştatı boş olmadığından Şəfayəti bağçaya ilkin əvvəl xadimə kimi işə düzəldib, daha sonra isə müəllimə ştatı boşalacağı təqdirdə onu müəllimə keçirə biləcəyini Sadiqə demişdir. Sadiq isə onun bu şərti ilə razı olmamış və ona verdiyi pulun qarşılığında ondan aylıq 1000 manat pul alacağını demişdir. Sadiqlə razılaşmış və təxminən 1 ay bundan əvvəl ona 650 manat pul vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, Sadıq Hacıyev onu aldadaraq 650 manat pulunu ələ keçirməyi ilə bağlı polisə şikayət etmişdir. Orxana verdiyi Memarlıq idarəsindən alınan ev tikintisi ilə bağlı rəsmi sənəd imiş. Həmin gələn 3 nəfər deyil, 1 nəfər şəxs də ev tikintisinə görə ölçü işləri aparırmış. Memarlıq sənədində təsdiq möhürü olmadığından Emin hesab edirmiş ki, sənəd rəsmi sənəd deyil. Təsdiq möhürünün olmama səbəbi də, torpağa görə çıxarışın olmaması imiş. Eminə verdiyi sənəd yalnız özündədir. Memarlıq idarəsinə və əmlak idarəsinə rəsmi müraciət etməmişdir. Həmin 1 nəfər şəxsin memarlıq idarəsində çalışdığını özü gəlib təsdiq edər. Nərimanın bu işdə heç bir rolu olmamış, Nəriman onun xahişinə görə Eminə köməklik etmək istəyirmiş. Ona heç bir məbləğdə pul verməmişdir. 15000 manat pulu öz təşəbbüsü ilə Sumqayıt şəhəri, Dənizkənarı park ərazisində tikilən “Muğam” evinin tikintisinə görə Sumqayıt icra Hakimiyyətində tikinti şöbəsinə vermişdir. Konkret olaraq kimə verməyi yadına gəlmir. O, pulu verəndə şöbədə Firidun, Rifat və Natiq olmuşdur. Onlar İcra hakimiyyəti nəzdində Tikinti şöbəsinin əməkdaşlarıdırlar. Həmin pulu verməyi ilə bağlı hər hansı rəsmi sənəd olmasa da, faktiki olaraq pulu vermişdir. Həmin pulu verməkdə məqsədi Eminə məxsus torpağın sənədləşmə işinin rahatlaşdırılması olmuşdur. İlkin izahatı verəndə səhvə yol vermiş, ona görə Emindən yalnız 30000 manat aldığını göstərmişdir. 2021-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs2 6000 manat pul alıb onun həyat yoldaşı Şəfayəti Sumqayıt şəhəri ərazisində yerləşən bağçalardan birinə müəllimə ki işə düzəldəcəyini bildirmişdir. Lakin, maddi sıxıntıları olduğundan Sadiqdən aldığı pulları öz ehtiyacları üçün xərcləmiş və Sadiqin həyat yoldaşını bağçaya müəllimə düzəldə bilməmişdir. Əvvəllər Sumqayıt şəhər İcra Hakimiyyətində işlədiyindən hesab edirmiş ki, orada işləyən tanışlarının vasitəsi ilə Şəfayəti işə düzəldə bilər. Belə ki, hesab edirmiş ki, həmin şəxslərdən xahiş etsə aralarındakı münasibətə görə Şəfayəti işə düzəldə bilər. Həmin şəxslərin kim olmasını hazırda xatırlamır. Sumqayıt şəhərindəki bağçaların vakansiyası ilə bağlı marağlansa da bununla bağlı konkret olaraq kiminləsə də danışmamışdır. Lakin, məlumat almışdır ki, bağçalarda vakansiya müəllimə yeri yoxdur. Onun niyyəti Şəfayəti işə düzəltməkdə köməklik etmək imiş. Zərərçəkmiş şəxs2 ona 6500 manat yox, 6000 manat pul verib. Həmçinin Zərərçəkmiş şəxs2 Şəfayətin şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini və “CV”-ni zərfdə ona versə də mən həmin sənədləri sonradan hara qoyduğunu dəqiq xatırlamır. Şahid1 tərəfindən təqdim edilən “eskiz layihə” Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən memar tərəfindən hazırlanmışdır. Həmin “eskiz lahiyə”nin heç bir hüquqi qiyməti yoxdur. (cild 2, iş vərəqə 143-149) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində Sumqayıt İmtahan- Qeydiyyat və X9 arxa hissəsində 36 sot torpaq sahəsinin içərisində ferması və həyət evi vardır. Həmin fermanın həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi qərarına gəlmişlər. Həmin ərəfələrdə oğlu Emin Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Orxan torpaq sahəsinə baxıb torpağın sənədləşmə işində onlara kömək edə biləcəyini, icra hakimiyyətində olan rəhbər işçilərin köməyi ilə sənədləşmə işini tez bir zamanda həll edəcəyini demişdir. Orxan torpaq sahəsində baxanda yanında qohumu kimi təqdim etdiyi Nəriman adlı şəxs də olmuşdur. Nəriman sonradan öyrəndiyinə görə və Orxanın da dediyinə görə Bakı şəhərində Dövlət Əmlak Komitəsində hansısa vəzifədə işləmişdir. Orxan Nərimanın da sənədləşmə işində onlara kömək edəcəyini demişdir. 36 sot torpaq sahəsini sənədləşdirmək üçün ondan 30 min manat pul istəmişdir. O, da həmin pulu notarius vasitəsi ilə oğlunun iştirakı ilə vermişdir. Daha sonra bildirmişdir ki, 25000 manat pul da Əmlak Komitəsinə verilməlidir. Həmin puluda verdikdən sonra sənədlərin düzəlmədiyini görüb polisə şikayət etmişdir. Orxana pulu verən zaman Nəriman adlı şəxs orada olmamışdır. İlk 30 min manatı Orxana verdikdən 1 ay sonra 25 min manat Orxana əlbəəl vermişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində Sumqayıt İmtahan- Qeydiyyat və X9 arxa hissəsində 36 sot torpaq sahəsinin içərisində ferması və həyət evi vardır. Həmin torpaq sahəsi 1997-ci ildən ona məxsus olmuşdur. Həmin torpaq sahəsini bələdiyyədən icarəyə götürməklə istifadə etmişdir. Həmin torpaq sahəsinin içərisində fermada iri buynuzlu mal-heyvan saxlayır. Sonradan həmin fermanın həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi qərarına gəlmişlər. Həmin ərəfələrdə oğlu Emin Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Orxan Eminin iş yoldaşı İlqarın Sumqayıt şəhərində yerləşən mənzilində kirayədə qalırmış. Emin də Sumqayıt şəhərində yaşadığından hər ay Orxandan kirayə ödənişini alıb İlqara verirmiş. Orxanla belə münasibəti yaranmışdır. Orxan Sumqayıt şəhəri İcra Hakimiyyətinin 2 saylı nümayəndəliyində baş məsləhətçi işləyirmiş. Orxanın icra hakimiyyətində işləməsi onlara ona qarşı etibar yaratmışdır. Emin Orxanı onunla da tanış etmiş və torpaq sahəsini ona göstərmişlər. Orxan torpaq sahəsinə baxıb torpağın sənədləşmə işində onlara kömək edə biləcəyini, icra hakimiyyətində olan rəhbər işçilərin köməyi ilə sənədləşmə işini tez bir zamanda həll edəcəyini demişdir. Orxan torpaq sahəsində baxanda yanında qohumu kimi təqdim etdiyi Nəriman adlı şəxs də olmuşdur. Nəriman sonradan öyrəndiyinə görə və Orxanın da dediyinə görə Bakı şəhərində Dövlət Əmlak Komitəsində hansısa vəzifədə işləyirmiş. Orxan Nərimanın da sənədləşmə işində onlara kömək edəcəyini demişdir. Hətta Nəriman da bunu təsdiq edirmiş. Bütün bu söhbətlər onların və Eminin dostu Anarın yanında baş vermişdir. Orxan söz vermişdir ki, Sumqayıtla bağlı işləri o, Bakı ilə bağlı işləri isə Nəriman həll edəcək. Daha sonra Orxan bildirmişdir ki, 36 sot torpaq sahəsini sənədləşdirmək üçün ilkin olaraq 15000 manat Bələdiyyədən qərar almaq üçün lazımdır. Daha sonra 15000 manat da Memarlıq idarəsindən rəy alınmalıdır. Daha sonra bildirmişdir ki, 25000 manat pul da Əmlak Komitəsinə verilməlidir. Bu söhbət 2019-cu ilin iyul ayında baş vermişdir. Orxan onları inandırmaq üçün təklif etmişdir ki, hər dəfə ona pul verəndə aralarında borc müqaviləsi bağlasınlar, Orxanın bu təklifi ilə də razılaşmışlar. Emin ondan 15000 manat pul alıb 15 iyul 2019-cu il tarixdə Sumqayıt şəhəri, 1 saylı Notariat kontoruna getmişdir. Orada Orxanla onun təkilifi ilə borc müqaviləsi bağlayaraq 15000 manat pulu notarius vasitəsi ilə vermişdir. Pulu aldıqdan təxminən 1 həftə sonra Orxan zəng edib bildirmişdir ki, Bələdiyyənin qərarı hazırdır və Memarlıq idarəsinə göndərildi ki, rəy alınsın. Orxan bildirmişdir ki, Memarlıqla da danışıb onun pulunu da çatdırmaq lazımdır. Emin də ondan 15000 manat alaraq 10 avqust 2019-cu il tarixdə Sumqayıt Asan xidmətinə gedib orada Orxanla onun təkilifi ilə borc müqaviləsi bağlayaraq 15000 manat pulu notarius vasitəsi ilə vermişdir. 2-3 gün sonra Orxan yanında 3 nəfər şəxslə torpaq sahəsinə gəlmiş və ərazidə, fermada, yaşayış evində ölçü işləri aparmışlar. Orxan yanındakı 3 nəfər şəxsin Memarlıq idarəsindən gəldiyini bildirmişdir. Təxminən 10 gün sonra Orxan bildirmişdir ki, Bələdiyyə qərarı və Memarlıq idarəsindən alınan rəy Bakı şəhəri dövlət Əmlak Komitəsinə göndərilmişdir. Sənədlərin Bakı şəhəri dövlət Əmlak Komitəsinə göndərilməsini isə Orxanın dediyinə görə Nəriman ona demişdir. Orxan yerdə qalan 25000 manat pulun artıq verilməli olduğunu Eminə demişdir. O, heyvanlarını satıb düzəldəcəyindən Orxana demişdir ki, 25000 manat pulu ona hissə-hissə verəcəklər. Orxan razılaşandan sonra heyvanlarının bir hissəsini satmışdır. Həmin pul 15000 manat təşkil etdiyindən ilkin olaraq Emin Orxana 15000 manat pulu 2019-cu ilin sentyabr ayının əvvələrində onun yaşadığı Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində yerləşən 36 sot torpaq sahəsinin həyətində onun yanında vermişdir. Heyvanlarının qalan hissəsini satdıqdan sonra qalan 10000 manat pulu Eminə vermişdir ki, aparıb Orxana versin. Emin də 20 sentyabr 2019-ci il tarixdə dostu Anarın yanında Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Çəllək Pub” kafesində həmin pulu Orxana vermişdir. X11 55000 manat pul vermişdir. Pulu aldıqdan sonra Orxan söz vermişdir ki, 2019-cu ilin noyabr ayının ortalarına torpaq sahəsinin sənədləşməsi ilə bağlı bütün qanuni sənədləri onlara təqdim edəcək. Lakin, 2019-ci ilin noyabr ayının sonlarına yaxın Orxanın onlara heç bir sənəd təqdim etmədiyini görüb Orxana zəng edib danışdıqdan sonra Eminlə Anar onunla görüşməyə getmişdir. Görüş zamanı sənədlər barədə maraqlandıqda Orxan Emindən onlara inanmağlarını xahiş etmişdir. Orxan onları inandırmaq üçün demişdir ki, 2-3 günə onlara memarlıqdan sənəd təqdim edəcək. 2-3 gün sonra X15 idarəsindən deyil, sadəcə adi memardan verilən sənəd təqdim etmişdir. Həmin sənədin də sonradan bildiyinə görə heç bir hüquqi əhəmiyyəti yox imiş. Bundan sonra Orxana olan inamı azalmışdır. Sonra isə Orxandan pulu geri istəməyə başlamışlar. Lakin, Orxan müxtəlif bəhanələr gətirməyə başlamışdır. Orxan 27 dekabr 2019-cu il tarixədək ona möhlət verməyini, onlara torpağın sənədlərini tam şəkildə təqdim edəcəyini bildirmişdir. Lakin deyilən vaxtda da sənədlər hazır olmamışdır. Bundan sonra Orxandan tələb aldığı pulu qaytarmasını tələb etmişlər. Orxan xahiş etmişdir ki, ona 20 yanvar 2020-ci il tarixədək möhlət versinlər, heç yerə şikayət etməsinlər, əgər dediyi müddətdə pulu verməsə ondan sonra şikayət edərlər. Onlar Orxana dediyi vaxta qədər möhlət versələr də yenə heç bir əhəmiyyəti olmamışdır. Daha sonra Orxan onlara özü tərəfindən yazılmış iltizam təqdim etmiş və bu dəfə 10 fevral 2020-ci il tarixədək vaxt istəmişdir. Lakin, yenə pulu qaytarmamışdır. Beləcə Orxan hər dəfə müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan yayınıb, vaxt udmaq istəyirmiş. 2020-ci ilin mart-aprel ayında Orxan onlara hissə-hissə 5000 manat, 2000 və 2700 manat pul qaytarmışdır. Cəmi onlara 9700 mant pul qaytarmışdır. Sonrakı müddətdə isə Orxan onlara ümumiyyətlə pul qaytarmamışdır. Hətta sonuncu dəfə 2021-ci ilin fevral ayında Orxan yenidən ondan 15000 manat pul istəmişdir ki, torpağın sənədləşmə işini həll etsin. Lakin o, razılaşmamışdır. Məcbur olub 13 mart 2021-ci il tarixdə Orxandan şikayət etmişlər. Orxana 55000 manat pulu Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində 36 sot torpaq sahəsini sənədləşdirməyi vəd etməsi müqabilində vermişdir. Nərimanı onlarla Orxan tanış etmişdir. Nəriman Orxanın qohumu imiş və Dövlət Əmlak Komitəsində işləyirmiş. Orxan onları tanış edərkən Nərimanın bu sahədə təcrübəsi olduğunu bildirib onunla da danışmaqlarını istəmişdir. Onlar da Nərimanla görüşüb söhbət edərkən Nəriman onlara bildirmişdir ki, Sumqayıt şəhərindəki müvafiq sənədləşməni Orxan həll etdikdən sonra Dövlət Əmlak Komitəsindən lazım olan sənədin alınmasında onlara köməklik edib istiqamət verəcək. Orxanın Nərimana pul verməsi barədə heç bir məlumatı yoxdur. (cild 2, iş vərəqə 18-21) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 6-7 ildir ki, tanıyır. Belə ki, Orxan onun atasının əmisi oğlu Taryelin qızının əridir. Uzaq qohum olmağına baxmayaraq Orxanla daima münasibəti yaxşı olmuşdur, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Orxan Sumqayıt Şəhər İcra Hakimiyyətində hasısa məsul vəzifədə çalışırmış və Sumqayıt şəhərindəki uşaq bağçalarına və orta məktəblərə nəzarət edirmiş, bu barədə Orxanın özündən eşitmişdir. Arvadı Şahid4 ali təhsillidir, yəni 2007-ci ildə Azərbaycan Dövlət Pedoqoji Unversitetinin metodika və pedotika, ibtidai müəllim ixtisası üzrə bitirib. Evliliyinin ilk illərində övladları körpə olduğundan Şəfayət işləmirmiş. Sonradan həm özünün maddi imkanı zəif olduğundan, həm də övladları böyüdüyündən Şəfayətin öz ixtisası üzrə müəllimə işləməsini istəyirmiş. 2021-ci ilin fevral ayının əvvəllərində uzaq qohumlarının yas mərasimində iştirak edərkən Orxanla qarşılaşmışdır. Orxanla söhbət əsnasında ailə üzvləri haqqında maraqlanmış, qohum olduqlarından Orxan onun arvadı Şəfayətin müəllimlik peşəsi üzrə ali təhsili olduğundan məlumatlı imiş. Orxan arvadı Şəfayətin işləyib-işləmədiyini soruşduqda arvadı Şəfayətin işləməsini istədiyini, lakin işə düzəldə bilmədiyini demişdir. Orxan isə Sumqayıt Şəhər İcra Hakimiyyətində işlədiyini və Sumqayıt şəhərindəki məktəb və bağçalara nəzarət etdiyini bildirərək Şəfayəti uşaq bağçasına müəllimə kimi işə düzəldə biləcəyini bildirmişdir. Orxan ona demişdir ki, Şəfayəti işə düzəltmək üçün ümumilikdə 8000 manata ehtiyac vardır. O, 8000 manat pulu olmadığını bildirdikdə Orxan qohum olduqlarına görə ona köməklik edib 6500 manata Şəfayəti uşaq bağçasına müəllimə kimi işə düzəldəciyini bildirmişdir. Həmçinin, Orxan ona demişdir ki, pulun 3000 manatını 2021-ci ilin fevral ayının 15-də ona verəcək, 28 fevral 2021-ci il tarixdə Şəfayəti Sumqayıt Şəhər İcra Hakimiyyətinə çağırıb işə təyin edəcəklər, 01 mart 2021-ci il tarixdən Şəfayət Sumqayıt şəhərindəki uşaq bağçalarından birində işə başlayacaq, Şəfayət işə başladıqdan sonra isə qalan 3500 manatı Orxana verəcək. Orxan inandırıcı danışıb Şəfayəti işə düzəldəcəyinə onu inandırmışdır. O da Orxanın ona verdiyi vədə inanıb onunla razılaşmış və bu barədə ailə üzvlərinə danışmışdır. Onun 6500 manatı düzəltməyə maddi imkanı olmadığından qaynanası Şahid5 Həmdi qızından və qardaşı Şahid6 xahiş etmişdir ki, ona maddi yardım göstərib Şəfayəti işə düzəltmək üçün Orxana verəcəyi 6500 manat pulu düzəltməkdə ona köməklik etsinlər. Onlar da onun xahişini nəzərə alıb ona köməklik edəcəklərini bildirmişlər. 15 fevral 2021-ci il tarixdə pulu düzəldə bilmədiyindən Orxanla onun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayıb pulu düzəltmək üçün 2021-ci ilin fevral ayının 17-dək vaxt istəmişdir. Orxan isə Şəfayətin işini danışaraq həll etdiyini bildirmiş və 2021-ci ilin fevral ayının 17-dək 6500 manat pulun hamısını, eləcə də Şəfayətin şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini və “CV”-ni ona verməyimi istəmişdir. O də Orxanla razılaşıb 2021-ci ilin fevral ayının 17-dək 6500 manat pulun hamısını ona verəcəyini bildirmişdir. Onun xahişindən sonra qaynanası Şahid5 Həmdi qızı 16 fevral 2021-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bank”ından 3800 manat kredit götürmüş, 200 manatda özündə olan pulu həmin pulun üstünə qoyub 16 fevral 2021-ci il tarixdə axşam saat 20 radələrində ümumilikdə 4000 manat pulu ona vermişdir. Həmin gün qardaşı Şahid6 də ona 2500 manat pul vermişdir. Qaynanası Elza və qardaşı Samirdən pulu aldıqdan sonra 17 fevral 2021-ci il tarixdə səhər saatlarına Orxanla əlaqə saxlayıb 6500 manat pulu düzəltdiyini bildirmişdir. Orxan isə işdə olduğunu, həmin gün saat 18 radələrində işdən çıxacağını və işdən çıxdıqdan sonra onunla görüşüb pulu ondan götürəcəyini bildirmişdir. Həmin gün, yəni 17 fevral 2021-ci il tarixdə saat 18 radələrində Orxan onunla əlaqə saxlayıb işdən çıxdığını bildirmiş və onu pulu vermək üçün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 47 saylı binanın qarşısına çağırmışdır. O isə özünə məxsus “Vaz 21099” markalı avtomobil ilə Orxanın dediyi yerə getmişdir. 17 fevral 2021-ci il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 47 saylı binanın qarşısında Orxanla görüşmüşdür. Orxanla görüşdükdə, Orxan ona bildirmişdir ki, özüdə qarşısında görüşdükləri binada qalır. O, 6500 manat pulu, Şəfayətin şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini və “CV”-ni zərfdə Orxana vermişdir. Orxan pulu ondan alıb adlarını dəqiq xatrılamadığı bir neçə nəfərin adını çəkib həmin şəxslərlə danışıb Şəfayətin işini həll etdiyini və 01 mart 2021-ci il tarixdən Şəfayətin işə çıxacağını bildirmişdir. Orxana etibar etdiyindən onun verdiyi vədlərə aldanıb Şəfayətin 01 mart 2021-ci il tarixdən Sumqayıt şəhərindəki uşaq bağçalarından birində işləyəcəyinə inanmışdır. Orxanla sağollaşıb yaşadığı evə gəlmişdir. Orxan ona demişdir ki, 28 fevral 2021-ci il tarixdə Şəfayəti Sumqayıt şəhər İcra Hakimiyyətinə çağıraraq işə təyin edəcəklər 01 mart 2021-cil tarixdən Sumqayıt şəhərindəki uşaq bağçalarından birində işə başlayacaq. 02 mart 2021-ci il tarixədək gözləsə də Şəfayəti heç bir yerə çağırmamışlar. Bundan sonra Orxanla əlaqə saxladıqda Orxan işə düzəldən adamın işdə olmadığını, 2021-ci ilin mart ayındakı Novruz Bayramından sonra işə gələcəyini və Şəfayətini işini həll edəcəyini bildirmişdir. O, yenə də Orxana inanıb 26 mart 2021-ci il tarixdək ondan xəbər gözləmişdir. Lakin, Orxandan heç bir xəbər olmadığını görüb 26 mart 2021-ci il tarixdə onunla əlaqə saxlamışdır. Orxan isə 01 aprel 2021-ci il tarixdə Şəfayətin şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini və “CV”-ni Sumayıt şəhər İcra Hakimiyyətinə aparmağını, orada bir nəfərin həmin sənədləri ondan götürüb işi həll edəcəyini bildirmişdir. O, da Orxanın dediyi kimi edib 01 aprel 2021-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə getmişdir. Lakin, Şəfayətin şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini və “CV”-ni ondan heç kim götürməmişdir. Bundan sonra aldadıldığını başa düşmüş və Sumqayıt şəhər İcra Hakimiyyətində Orxanı axtarmış, orada isə ona bildirmişlər ki, Orxan 2020-ci ilin sonlarında işdən azad edilib. Buna baxmayaraq Orxan 2021-ci ilin fevral ayında onu aldadıb Sumqayıt şəhər İcra Hakimiyyətində işlədiyini bildirmişdir. Bundan sonra Orxanla telefonla əlaqə saxlayıb ondan pulunu geri qaytarmasını istəmişdir. Orxan isə qısa müddətə, yəni 10 aprel 2021-ci il tarixədək pulunu geri qaytaracağını bildirmişdir. Lakin, Orxan həmin vaxtda pulunu qaytarmamışdır. Orxandan dəfələrlə pulunu istəsə də Orxan onun pulunu qaytarmamışdır. 15 may 2021-ci il tarixdə Orxan onunla Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 47 saylı binanın qarşısında görüşüb ona verdiyi puldan 300 manatını qaytarmış və qalan pulu da qısa müddətdə qaytaracağını bildirmişdir. Lakin, Orxan yenə də verdiyi sözə əməl etməyib ondan aldığı pulun qalan 6200 manatı ödəməmişdir. Orxanın onu aldatdığını görüb, pulunu qaytarmaq niyyətində olmadığını anlamış və onu barəsində polisə şikayət etmişdir. Polisə şikayət etdikdən sonra Orxan ondan aldığı pulun qalan 6200 manatından 200 manatını 2021-ci ilin iyun ayının 12də Sumqayıt şəhərində ona vermişdir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək Sumqayıt şəhər İcra Hakimiyyətində məsul işdə işlədiyini bildirib, ona arvadı Şahid4 Sumqayıt şəhərindəki uşaq bağçalarında işə düzəldəcəyini vəd verib 17 fevral 2021-ci il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 47 saylı binanın qarşısında ondan 6500 manat pul almışdır. Həmin pulun 500 manatını sonradan qaytarsa da qalan 6000 manat pulu hələ də qaytarmamışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyətində işlədiyini və orada yüksək vəzifədə işləyən tanışlarının olduğunu, ondan aldığı pulu onlara verib və onların vasitəsi ilə arvadı Şahid4 Sumqayıt şəhərindəki uşaq bağçalarında işə düzəldəciyini bildirsə də həmin tanışlarının hansı vəzifədə işləmələri və kim olmaları barədə dəqiq bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 əri Zərərçəkmiş şəxs2lə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində Sumqayıt İmtahan-Qeydiyyat və X9 arxa hissəsində 36 sot torpaq sahəsinin içərisində ferması vardır. Həmin torpaq sahəsi 1997-ci ildən atasına məxsus olmuşdur. Həmin fermada iri buynuzlu mal-heyvan saxlayırlar. Sonradan onlar həmin fermanın həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi qərarına gəlmişlər. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Orxan iş yoldaşı İlqarın Sumqayıt şəhərində yerləşən mənzilində kirayədə qalırmış. O da Sumqayıt şəhərində yaşadığından hər ay Orxandan kirayə ödənişini alıb İlqara verirmiş. Orxanla belə münasibəti yaranmışdır. Orxan Sumqayıt şəhəri İcra Hakimiyyətinin 2 saylı nümayəndəliyində baş məsləhətçi işləyirmiş. Orxanın icra hakimiyyətində işləməsi onda Orxana qarşı etibar yaratmışdır. Orxanı atası ilə də tanış etmiş, atasıyla Orxan danışdıqdan sonra torpaq sahəsinin ona göstərmişdir. Orxan torpaq sahəsinə baxıb torpağın sənədləşmə işində ona kömək edə biləcəyini, icra hakimiyyətində olan rəhbər işçilərin köməyi ilə sənədləşmə işini tez bir zamanda həll edəcəyini demişdir. Orxanla aralarında olan razılaşmaya əsasən torpaq sahəsi atasının adına sənədləşməliymiş. Orxan torpaq sahəsinə baxanda yanında qohumu kimi təqdim etdiyi Nəriman adlı şəxs də var imiş. Nəriman sonradan öyrəndiyinə görə və Orxanın da dediyinə görə Bakı şəhərində Dövlət Əmlak Komitəsində hansısa vəzifədə işləyirmiş. Orxan Nərimanın da sənədləşmə işində onlara kömək edəcəyini demişdir. Hətta Nəriman da bunu təsdiq edirmiş. Bütün bu söhbətlər atası Əbülfəzin və dostu Anarın yanında baş vermişdir. Orxan sənədləşmə işinə lazım olacaq pulun atası tərəfindən veriləcəyini bildiyindən atası Əbülfəzlə də bu barədə danışıb ona sənədləşmə prosedurası ilə bağlı izahlar verirmiş. Orxan söz vermişdir ki, Sumqayıtla bağlı işləri o, Bakı ilə bağlı işləri isə Nəriman həll edəcək. Daha sonra Orxan bildirmişdir ki, 36 sot torpaq sahəsini sənədləşdirmək üçün ilkin olaraq 15000 manat Bələdiyyədən qərar almaq üçün lazımdır. Daha sonra 15000 manat da Memarlıq idarəsindən rəy alınmasına lazım olacaq. Daha sonra da bildirmişdir ki, 25000 manat pul da Əmlak Komitəsinə verilməlidir. Bu söhbət 2019-cu ilin iyul ayında baş vermişdir. O, isə Orxana bildirdir ki, bu barədə atası Əbülfəzlə danışacaq, çünki pulu verən atası imiş. Atasıyla danışdıqda o, razılıq verdiyindən o, da Orxana razılıq vermişdir. Pulu necə və harda verəcəyi ilə bağlı Orxandan soruşduqda Orxan onu inandırmaq üçün təklif etmişdir ki, hər dəfə ona pul verəndə aralarında borc müqaviləsi bağlasınlar, Orxanın bu təklifi ilə də razılaşmışdır. Atası xəstə olduğundan Orxanla borc müqaviləsi bağlamaq üçün gedə bilmirmiş, ona gör də o, Orxanla borc müqaviləsi bağlamalı olmuşdur. Belə ki, 15 iyul 2019-cu il tarixdə atasından 15000 manat pul alıb Sumqayıt şəhəri, 1 saylı Notariat kontoruna getmişdir. Orxanla orada borc müqaviləsi bağlamaq üçün əvvəlcə notariusun ona verdiyi hesab nömrəsinə 15000 manat pul köçürmüşdür. Həmin hesab nömrəsi “Rabitə Banka” aid hesab nömrəsi olmuşdur. Pulu köçürdükdən sonra yenidən 1 saylı Notariat kontoruna gəlmiş və pulu köçürməyi ilə bağlı Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Rabitə Bank”dan ona verilən qəbzi notariusa təqdim etmişdir. Bundan sonra aralarında borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra notarius 15000 manat pulu alması ilə bağlı təsdiqedici sənədləri Orxana təqdim etmişdir. Orxan da həmin sənədlər əsasında pulu bankdan götürmüşdür. Orxan pulu götürərkən həmin pulun atasına məxsus olduğunu bilirmişdir. Pulu aldıqdan təxminən 1 həftə sonra Orxan ona zəng edib bildirmişdir ki, Bələdiyyənin qərarı hazırdır və Memarlıq idarəsinə göndərilmişdir ki, rəy alınsın. Orxan bildirmişdir ki, Memarlıqla da danışıb onun pulunu da çatdırmaq lazımdır. Onların razılaşmalarına uyğun olaraq 10 avqust 2019-cu il tarixdə atasından 15000 manat pul alıb Sumqayıt Asan xidmətinə gedib yenə Orxanın təklifi ilə borc müqaviləsi bağlamışlar. Yenə birinci dəfə olduğu kimi eyni prosedurla pulu bank hesab nömrəsinə köçürmüşdür. Müqavilə bağlandıqdan sonra yenə notarius 15000 manat pulu alması ilə bağlı təsdiqedici sənədləri Orxana təqdim etmişdir. Orxan da həmin sənədlər əsasında pulu bankdan götürmüşdür. Orxandan Bələdiyyə sənədlərini ona göstəməsini istəsə də, o, sənədləri göstərə bilməyəcəyini, sənədlərin poçtla birbaşa Memarlıq idarəsinə göndərildiyini bildirmişdir. Həmin vaxt Nəriman da Orxanın yanında olmuş və Orxanın dediklərini təsdiq edirmiş. 2-3 gün sonra Orxan yanında 3 nəfər şəxslə torpaq sahəsinə gəlmiş və ərazidə, fermada, yaşayış evində ölçü işləri aparmışlar. Həmin torpaq sahəsində hazırda atasının da evi vardır və atası orada yaşayır. Orxan yanındakı 3 nəfər şəxsin Memarlıq idarəsindən gəldiyini bildirmişdir. Həmin vaxt atası da orada imiş. Təxminən 10 gün sonra Orxan bildirmişdir ki, Bələdiyyə qərarı və Memarlıq idarəsindən alınan rəy Bakı şəhəri dövlət Əmlak Komitəsinə göndərilmişdir. Sənədlərin Bakı şəhəri dövlət Əmlak Komitəsinə göndərilməsini isə Orxanın dediyinə görə Nəriman ona demişdir. Orxan yerdə qalan 25000 manat pulun artıq verilməli olduğunu demişdir. Orxana demişdir ki, 25000 manat pulu ona hissə-hissə verəcək, çünki atası heyvanları satmalı imiş. Orxan razılaşandan sonra ilkin olaraq Orxana 15000 manat pulu 2019-cu ilin sentyabr ayının əvvələrində elə atasının yaşadığı Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində yerləşən 36 sot torpaq sahəsinin həyətində atası Əbülfəzin yanında vermişdir. Qalan 10000 manat pulu isə 20 sentyabr 2019-ci il tarixdə dostu Anarın yanında Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Çəllək Pub” kafesində vermişdir. Ümumilikdə Orxana 55000 manat pul vermişdir. Pulu aldıqdan sonra Orxan söz vermişdir ki, 2019-cu ilin noyabr ayının ortalarına torpaq sahəsinin sənədləşməsi ilə bağlı bütün qanuni sənədləri onlara təqdim edəcək. Lakin, 2019-ci ilin noyabr ayının sonlarına yaxın Orxanın onlara heç bir sənəd təqdim etmədiyini görüb Orxana zəng edib onunla görüşmüşdür. Görüş zamanı sənədlər barədə maraqlandıqda Orxan ondan Orxana inanmağını xahiş etmişdir. Nəriman da Orxanın yanında olmuşdur. O isə görüşə Anarla getmişdir. Orxan onları inandırmaq üçün demişdir ki, 2-3 günə onlara memarlıqdan sənəd təqdim edəcək. 2-3 gün sonra Orxan ona Memarlıq idarəsindən deyil, sadəcə adi memardan verilən sənəd təqdim etmişdir. Həmin sənədin də sonradan bildiyinə görə heç bir hüquqi əhəmiyyəti yox imiş. Bundan sonra onun Orxana olan inamı azalmışdır. Sonra isə Orxandan pulu geri istəməyə başlamışdır. Lakin Orxan müxtəlif bəhanələr gətirməyə başlamışdır. Orxan 27 dekabr 2019-cu il tarixədək ona möhlət verməyi, torpağın sənədlərini tam şəkildə təqdim edəcəyini bildirmişdir. Lakin deyilən vaxtda da sənədlər hazır olmamışdır. Bundan sonra Orxandan tələb edirmiş ki, pulu qaytarsın. Orxan xahiş etmişdir ki, ona 20 yanvar 2020-ci il tarixədək möhlət versinlər, heç yerə şikayət etməsinlər, əgər dediyi müddətdə pulu verməsə ondan sonra şikayət edərlər. Orxana dediyi vaxta qədər möhlət versələr də yenə heç bir əhəmiyyəti olmamışdır. Daha sonra Orxan onlara özü tərəfindən yazılmış iltizam təqdim etmiş və bu dəfə 10 fevral 2020-ci il tarixədək vaxt istəmişdir. Lakin yenə pulu qaytarmamışdır. Beləcə, Orxan hər dəfə müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan yayınmış, vaxt udmaq istəyirmiş. 2020-ci ilin mart-aprel ayında Orxan onlara hissə-hissə 5000 manat, 2000 və 2700 manat pul qaytarmışdır. Cəmi onlara 9700 mant pul qaytarmışdır. Həmin pulu da Orxan atası Əbülfəz Sumqayıt şəhər İcra Hakimiyyətinə şikayət edəndən sonra qaytarmışdır. Sonrakı müddətdə isə Orxan onlara ümumiyyətlə pul qaytarmamışdır. Hətta sonuncu dəfə 2021-ci ilin fevral ayında Orxan yenidən onlardan 15000 manat pul istəmişdir ki, torpağın sənədləşmə işini həll etsin. Lakin atası razılaşmamışdır. Orxan aldığı pulun qalan hissəsini qaytarmadığına görə məcbur olub 13 mart 2021-ci il tarixdə Orxandan şikayət etmişlər. Orxana 55000 manat pulu Sumqayıt şəhəri, Dəmir yolu Yük həyətinin ərazisində 36 sot torpaq sahəsini sənədləşdirməyi vəd etməsi müqabilində vermişdir. Nərimanı onlarla Orxan tanış etmişdir. Nəriman Orxanın qohumu olmuş və Dövlət Əmlak Komitəsində işləmişdir. Orxan onları tanış edərkən Nərimanın bu sahədə təcrübəsi olduğunu bildirib onunla da danışmağımızı istəmişdi. Nərimanla görüşüb söhbət edərkən Nəriman bildirmişdir ki, Sumqayıt şəhərindəki müvafiq sənədləşməni Orxan həll etdikdən sonra Dövlət Əmlak Komitəsindən lazım olan sənədin alınmasında köməklik edib istiqamət verəcək. Orxanın Nərimana pul verməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Əmlak Məsələləri dövlət xidmətində məsləhətçi işləyir. Təqsirləndirilən şəxs onun qohumudur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər icra hakimiyyətində işləymişdir. Şahid1 və onun atası Zərərçəkmiş şəxs1 Orxanın vasitəsi ilə tanımışdır. Belə ki, 2019-cu ilin xatırladığına görə iyul ayında Orxan ona bildirmişdir ki, bir nəfər Sumqayıt şəhər sakininin torpağına dair çıxarış almaq lazımdır. Ondan bu məsələdə köməklik etməyini və sənədləşmə ilə bağlı istiqamət verməyini istəmişdir. Orxan Sumqayıt şəhərinin müvafiq qurumlardan sənədləri aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidmətində həmin sənədləri çıxarışa çevirilməsinə köməklik edə biləcəyini bildirmişdir. Həmçinin Orxana bildirmişdir ki, sənədləşməli olan torpaq sahəsinə baxdıqdan sonra bu barədə dəqiq söz deyə bilər. Bundan sonra Orxanla birlikdə həmin torpaq sahəsinə baxmağa getmişlər. Orxan isə torpağı sənədləşdirmək istəyən sonradan adının Emin olduğunu bildiyi şəxsi də torpaq sahəsinin yerləşdiyi yerə çağırmışdır. Orxanla birlikdə həmin torpaq sahəsinə çatdıqda Emin də orada imiş. Torpaq sahəsi Dəmir yolu Yük həyətinin ərazisində, Sumqayıt İmtahan-Qeydiyyat və X9 arxa hissəsində yerləşirmiş və ümumi sahəsi təqribən 50 sot imiş. Torpağın yerləşdiyi yeri müəyyən etdikdən sonra iş günündə həmin torpaq sahəsinin kimə məxsus olmasını bazada yoxlamış və müəyyən etmişdir ki, həmin torpaq sahəsi heç kimə məxsus deyil və həmin torpağa dair heç kimin çıxarışı yoxdur. Bundan bir neçə gün sonra Orxan, Emin və Eminin dostu Anarla birlikdə oturub torpağın sənədləşdirilməsinə dair prossesi müzakirə etmişlər. Müzakirə zamanı Orxan torpağın sənədləşməsi ilə bağlı Sumqayıt şəhərində görülməli işləri öz üzərinə götürüb həll edəcəyini bildirmişdir. O, isə Sumqayıt şəhərindəki prosses başa çatdıqdan sonra müvafiq sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqda həmin torpaq sahəsinə dair çıxarışın alınmasında köməklik edəcəyini bildirmişdir. Orxanla Eminin arasındakı razılaşmadan, yəni Orxanın Sumqayıt şəhərindəki işləri hansı şərtlər daxilində həll edəcəyinə dair heç bir məlumatı olmamışdır. Dəqiq xatırlamadığı müddətdə Orxan ona bildirmişdir ki, yenidən həmin torpaq sahəsinin yerləşdiyi yerə getmək lazımdır. Orxandan bunun səbəbini soruşduqda Orxan ona bildirmişdir ki, Emin Orxanla danışıb ona izah etdiklərini Eminin atasına da izah etməklərini istəyib. O da Orxanla razılaşıb həmin gün axşam vaxtı Orxanla birlikdə həmin torpaq sahəsinin olduğu yerə getmişdir. Eminin atası Əbülfəz həmin torpaq sahəsində inşa etdiyi evdə yaşayırmış. Həmin evdə Emin və atası Əbülfəz ilə görüşmüşlər və torpaq sahəsinin sənədləşmə prosedurasına dair Eminin atası Əbülfəzə izahlar vermişlər. Əbülfəz ondan həmin torpaq sahəsinin hansı prosedura daxilində həll ediləcəyi ilə bağlı soruşduqda ona bildirmişdir ki, sənədləşmənin Sumqayıt şəhərindəki mərhələləri barədə ətraflı məlumatı yoxdur, həmin mərhələləri deməsinə görə Orxan həll edəcək, Sumqayıt şəhərindən lazım olan sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra o, lazımı köməkliyi göstərə biləcək. Bundan bir neçə gün sonra Orxan, Emin və Anar Sumqayıt şəhərində yerləşən təxmini xatırlamağına görə “Çəllək PUB” adlı piyvəxanada oturmuşlar və onu də həmin yerə çağırmışlar. Onların yanına getdikdə yenidən həmin torpaq sahəsinin sənədləşmə məsələlərini müzakirə etmişlər. Bundan sonra o, Eminlə, eləcə də onun tanışları ilə görüşməmişdir. Təqsirləndirilən şəxs Şahid1 55000 manat pul alması barədə heç bir məlumatı yoxdur. Həmin torpaq sahəsinin sənədləşməsinə dair hər hansı sənəd və ya müraciətin onun işlədiyi Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmasının şahidi olmamışdır. Şahidlər Şahid5 Həmdi qızının və Şahid6 məhkəmə istintaqında elan olunaraq araşdırılmış ifadələrindən görünür ki, sonuncular Zərərçəkmiş şəxs2lə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. (cild 1, iş vərəqə 215-222) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid1 təhqiqat araşdırması dövründəki izahatına əlavə etmiş olduğu xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və xx.xx.2019-cu il tarixdə reyestrdə 3M-337 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən Şahid1 Təqsirləndirilən şəxs 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borca vermiş, Təqsirləndirilən şəxs 6(altı) ay müddətində yəni xx.xx.2020-ci il tarixədək həmin pulu Şahid1 tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. (cild 1. i/v 164-166) Cinayət işinə əlavə edilmiş Şahid1 təhqiqat araşdırması dövründəki izahatına əlavə etmiş olduğu xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən və xx.xx.2019-cu il tarixdə reyestrdə 3M-864 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən Şahid1 Təqsirləndirilən şəxs 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borca vermiş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixədək həmin pulu Şahid1 tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. (cild 1. i/v 83) Cinayət işinə əlavə edilmiş Şahid1 təhqiqat araşdırması dövründəki izahatına əlavə etmiş olduğu bir vərəqədən ibarət əlyazmadan görünür ki, sonuncunun deməsinə görə Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş həmin əlyazmada aşağıdakı məzmunda yazı icra edilmişdir: “Sumqayıt şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin məsləhətçisi Təqsirləndirilən şəxs tərəfindən/ İzahat:/ Sumqayıt şəhəri Sumqayıt stansiyasında dəmiryol yük həyətinin yaxınlığında yerləşən torpaq sahəsinin (36 sot) özəlləşdirilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Bələdiyyə qərarı və Memarlıq idarəsinin Rəyinin alınmasını təmin edəcəm./ İzahatı özüm yazdım, düzgünlüyünü öz imzamla təsdiq edirəm./ İmza:/ Təqsirləndirilən şəxs/ imza edilmişdir/ xx.xx.2020 (cild 1. i/v 84) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin Aparatı tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 471 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2015-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi vəzifəsinə təyin olunmuş, 11 mart 2020-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. (cild 1. i/v 90) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid5 Həmdi qızının təqdim etdiyi “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən tərtib edilmiş kreditin və hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən Şahid5 Həmdi qızına 3800 manat kredit verilmişdir. (cild 1. i/v 223-225) Cinayət işi materiallarına əlavə edilmiş Şahid1 tərəfindən təqdim edilən 11 vərəqədən ibarət “Eskiz Layihəsi”ndən görünür ki, Sumqayıt şəhəri “Azərbaycan dəmir yolu yük həyəti” yaxınlığında Şahid1 aid inşası nəzərdə tutulan tikilinin X5 tərəfindən “Eskiz Layihəsi” hazırlanmışdır. (cild 2.i/v 230-242) Cinayət işi materiallarına əlavə edilmiş Şahid1 tərəfindən təqdim edilən 01 vərəqədən ibarət “Sahibkarlıq obyektinin tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında” sərəncamdan görünür ki, həmin sərəncamın tarixi və nömrəsi yoxdur, eləcə də hər hansı məsul şəxs tərəfindən imzalanmamış, sənədin quruluş və rekvizit əlamətlərindən onun hər hansı hüquqi əhəmiyyəti olmadığı anlaşılır. (cild 4 i/v.41-43) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi tərəfindən verilən məktubdan görünür ki, Sumqayıt şəhər Baş Dəmiryol stansiyasına gedən yolun solunda yerləşən ərazinin(Sumqayıt İmtahan Qeydiyyat və X9 arxa hissəsi) ayrılmasına dair Suqmayıt Bələdiyyəsinə müraciət daxil olmamış və eyni zamanda ərazi Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı fiziki və ya hüquqi şəxsə ayırlmamışdır. (cild 2 i/v 95) Cinayət işi materiallarına əlavə edilmiş “Səs yazılarına baxış keçirilməsi” haqqında protokoldan görünür ki, təqdim edilən səs yazıları aşağıdakı kimidir: «Qolos 3» adlı fayldakı səsli dialoq: Zərərçəkmiş şəxs1 deməsinə görə Əbülfəz: bu adam məni aldadıb, heyvanlarımı satmışam vermişəm buna, bu da mənə maşennikliy eliyir, dələduzluq edir mənə qarşı,indi deyir gedək flan yerə, o sənə söz versin, nə bilim nə Zərərçəkmiş şəxs1 deməsinə görə Orxan: Allaha and olsun mən artıq yorulmuşam Əbülfəz: sən əlli nəfər adamı yormusan Orxan: Elə yorulmamışame əmi, bilirsən, həyatda uje itirəcək heçnəyim yoxdur Əbülfəz: Hamımızın problemi var da Orxan: Həyətivizə niyə gəlmişəm? Vicdanım qəbul elemirdə yəni, yəni bu iş düzəlməlidi, indi danışmışam, narahat olma, Fəzail müəllim özü deyib ki, mən bu işi həll edəcəm Əbülfəz: Ay toba, Fəzailin heç xəbəri də yoxdu Orxan: Bax görürsən, əmi yaxşıda qurban olum, bax Allah haqq, Qurana and olsun deyirəm sənə, yəni mən(Əbülfəz onun sözünü kəsir) Əbülfəz: Bura gəlmişdiye, sənin yanında, Turan idi nə idi, maşennik onun yanına? Orxan: Maşennikliy söhbet getmir əmi, qulağ as mənə, bax mən gəlmişəm həyətivə, üzbə-üz sənnən, apar məni ver yaxşı, ya məni vur öldür, Əbülfəz: Mən səni niyə öldürürəm axı? Eminə deyəcəm deşikdə də olsan tapacağ səni Orxan: Emin məni hara tapır, mən gizlənmişəm ki, Emin məni tapa? Əbülfəz: Mən gedib şikayət edib deyəcəm budu budu, bu belədi o elədi, lazım olanda məni çağıracaqlar Orxan: Mən dedim Eminə ki, kiçiyindən tutmuş böyüyə kimi hamıya deyirəm, qələt eləmişəm, üzr istiyirəm,səf eləmişəm, mən bu günki gündə gedib qırağda oturub bu işə görə işdən də çıxartdılar (Əbülfəz onun sözünü kəsir) Əbülfəz: A kişinin oğlu 5 manatdı? 10 manatdı? (Orxan onun sözünü kəsir: sənin işinin qiyməti elə odu, buranın qiyməti odu), 100 manatdı? 200 manatdı? 1000 manatdı? 5000 manatdı? 10000 manatdı? 15-20 min manatdı mən keçim? Orxan: Buranın elə, bax elə inşallah təki Allah deyən olsun, düzələcəydə narahat olma,deyirəm sənə düzələcəydə, Fəzail müəllim razılıq veribsə, Əbülfəz: Ayə nə, Fəzail müəllim harda sənə razılıq verib, Fəzail müəllimin(Orxan onun sözünü kəsir: narahat olmada) çıxard videosun, kamerasın, səsini, deyim ki, Fəzail müəllimlə danışıb Orxan: Elə ona görə, bu günə gəlibdə, qatışdıra-qatışdıra, heç kim inanmırda,mənə yoxe tək, ümumiyyətlə heç yaxın duran yoxdu Əbülfəz: Mən sənə desəm ki, İsfahanda keçi ağaca çıxır, inanarsan mənə? deyərsən ağacıda göstər, keçini də görüm nətər çıxdı o Orxan: Düzələcəydə, dedim sənə düzələcəy, mən sənin həyətivə yenə də deyirəm gəlmişəm, deyirəm, bax açıq deyirəm əmi, cəzamı çəkməyə hazıram, nə hansı formada deyirsən,yəni bir var insan qorxa, qaça, çəkinə,fikirləşə ki, əşi nətər olacağ, ya kimlərəsə güvənə, qohumuna əqrəbəsinə ki, əşi neynillər eləsinlər, onsuzda qohum-əqrəbəm məni çıxardacağ. Mən ona görə gəlmişəm ki, həyətivə vicdan varda mən onnan çörəy kəsmişəm, bu günə kimi səfdi də səf eləmişəm, indi gəlmişəm həyətinə ki, səfimi düzəldim Əbülfəz: Yorma məni, Orxan: Qısa odur ki, indi görüşəcəklər, indi görüşəcəy, razılıq verilib, sənədləri düzəldəcəy Baxışda iştirak edən Əbülfəzin deməsinə görə yeznəsi Rauf: Qısası odur ki, təzədən bilmirəm 10 min 15 min pul istiyir ki, kimsə danışıb Fəzailnən, (orxana müraciət edərək: sənə zəng eliyibdə, zəng eliyib, Orxan: fərqi yoxdu, əsas odu razılıq verib, qutardı getdidə, əsas məsələ budu) sora başqa adam gedib danışıb Fəzailnən, Etibardı kimdi o danışıb guya, sən təzədən buna pul verək buda işi həll etsin Əbülfəz: Biz verək? Harda görünübe o? Orxan: Etibara vermiriye pulu, pulu elə deyilən yer haradı ora veririk, biz pulu Etibara vermirik Əbülfəz: Əşi sən sənədin üzünü göstər mənə, mən o sənədə baxım görüm, pul lazımdı tapım verimdə sənə, mən pul verməmiş sən mənə sənəd verərsən? Mən kişi sözü deyirəm sənə, gətir sənədi qoy, əgər özəlləşmə gedirsə verməsəm kişi deyiləm. Xeyir ola mənim pulum işdəndi, mənim işim həll edilmir? Orxan: O məsələni mən də həll eləmirəm də, yuxarıdan özü, Əbülfəz: Mən heç kimi tanımıram axı, sənə veriblər pulu Orxan: Hə də, bizdə çalışıb Əbülfəz: Nə çalışırsan? nə vaxtdan çalışırsan?(anlaşılmaz danışıqlar olur) Orxan: Hə indi, Emin sənin özünlə gedərik, özün görüş, sən özün mənimlə bir yerdə Baxışda iştirak edən Əbülfəzin deməsinə görə oğlu Emin: Orxan mən görüşüme, mən yenə pul vermiyəcəm, bildin necə, Əbülfəz: Sən məni çox yorursan, kankret mənim sənədimi ver məndə sənə pul verim, düz sənədimi. Orxan: Düz deyəndə, buranın sənədi bir qərardı, bir rəydi, qərarnanda rəy hazırlanıb verilib əmlaka, ən düz sənəd budu, onada bizim başçının müavini, Fəzail müəllim özü, deyib ki, indi orda elə şeylər var ki (əbülfəz onun sözün kəsib soruşur: üzbəüz söhbət eləməsin yoxsa nağıla qulaq asmısan?) yox, yox, nağılzad deyil, yəni nə var odu, mən indi həyətivə gəlmişəmsə deməli nəsə danışılığ olub ki gəlmişəmdə, dünən niyə gəlmirdim? 5 gün idi niyə gəlmirdim? Yəni Emin özü bilir neçə vaxtdı danışırıq, mən dedim qoy razılıq olsun desinlər də, bilək ki bu iş düzəlirdə yəni, bunu həll eliyirlərdə, da uje hamı boğaza yığılıb, bunu uje məsələni danışılıb, həll olunub, deyilib nədi nə deyil, hara nə veriləcək, onu düzəldib gətirirsən verilir hara, bələdiyəyə haqsab, sənədləridə verilir kişinin, qərarla rəyi Sumqayıt şəhərindən çıxarırıq, alırıq qərarla rəyi(Əbülfəz onun sözünü kəsir) Əbülfəz: A kişi başım çəkibdə, vermişəm əmələ gəlmiyib, indi yenə verim, yenə təzədən səni gözdiyim? Orxan: Əmi, sən təzədən heçnə vermirsən ki, danışılan nədirsə odu, təzədən artıq heçnə istənilmir, nə haqq hesab torpağın sənədləşməsi üçün danışılıbsa, nədi qiyməti, həmən pul verilir, ondan artıq 5 manat pul verilmir, orda elə şeylər var ki, heç kimdə istəmir məsələyə qarışsın, böyük bir summadı deyə heç kim məsələyə qarışmaq istəmir, bir kəlmə qısa konkret söhbət olub, mən bu 15 gün içində çalışdım, vicdanla da, biri var oturum qırağdan gözdüyüm görüm nə olacaq olur, eliyən eliyirdə onsuzda, biri də var mən özüm danışa danışa(Əbülfəz sözünü kəsir) Əbülfəz: Ayə sən mənim sənədimi verirsən vermirsən? Orxan: Əmi sən kankret nə deyirsən mən başa düşmürəm, nə deyirsən Əbülfəz: Mənim kankret sözüm sənədimi ver puluvu verim, kankret sözüm budu. Orxan: Mən sənəd verə bilmirəm yox, Əbülfəz: Verə bilmirsən qutardıda..... WhatsApp Audio 2021-11-13 at 13.16.26(1) adlı fayldakı səs yazısı aşağıdakı kimidir: Emin, mənnən olsa heç qardaşım, vallah natariusa getmərik axırıncı haq hesaba görə, prosta indi məndə bilirəm sən kişiyə görə edirsən. indi baxmada məndə məsuliyyətin daşıyıramda bu işin, o boyda yükün altına girirəm, yekunlaşdırın başa çatdırmalıyam, prosta indi məndə deyirəm əgər natariusa gedəsi olsaq 3 aylıq edərik ki, o birilərlə eyni vaxtda düşsün üsdə, yəni işin düzəlməyi ilə natariusun vaxtı eyni vaxta düşsün ki, uje sən sənədləri götürəndə bizim natariusda olan məsələmiz bağlansın həll olunsun. Baxış iştirakçısı Şahid1 bildirdi ki, həmin səs yazısı Təqsirləndirilən şəxs məxsusdur və “WhatsApp”vasitəsi ilə ona gönədirilmişdir. WhatsApp Audio 2021-11-13 at 13.16.26 adlı fayldakı səs yazısı aşağıdakı kimidir: Emin,Nicadnan danışdım dedim həmənki formada qalsın dəyişiklik eləmə, elə birinci çəkdiyin formada qalsın lahiyə, dedi ki, hələki içini işdiyirəm, deməli birinci günə sənədlər tam hazır verəcəm uje sənə. Biz belə edək də, işimizi möhkəm tutağ, mən birinci gün sənədlərlə lahiyəni göndərirəm əmlaka Allahın köməkliyi ilə. Yəqin ki, bizim bu 15000 hansı ki Əmlaka verəcəyimiz pulu yəqin yenə notarius qaydasında edəciyik də hər halda. İndi sən bax vəziyyətə gör imkan olsa biz altıncı ya bazar günü işdərimizi yekunlaşdıraq, mən birinci gün sənədləri göndərim Əmlaka, getsin Əmlakda da hazırlansın yəqin ki, artıq biz noyabrın sonuna kimi sənədlərimizi tam şəkildə hazır götürəcəyik Allahın köməkliyi ilə. Artıq bizim işimiz Sumqayıtda qalacaq.İndi işimizi möhkəm tutaq qardaş sən bidənə özün də bax götür qoy elə Allahın köməkliyi ilə birinci gün uje tam hazır şəkildə sənədləri göndəririk Bakıya.. Baxış iştirakçısı Şahid1 bildirdi ki, həmin səs yazısı Təqsirləndirilən şəxs məxsusdur və “WhatsApp”vasitəsi ilə ona gönədirilmişdir. WhatsApp Audio 2021-11-13 at 13.16.27 adlı fayldakı səs yazısı aşağıdakı kimidir: Salam, sabahın xeyir olsun Emin, necəsən qardaş? nə var nə yox? Gedirəm Memarlığa yoldayam zəng eləmişdilər sənədi götürməyə gedirəm, hazırdı kserokopiya edilib məni gözləyirlər,vaxt elə zəng elə mənə verim onu sənə. Oldu qardaş Baxış iştirakçısı Şahid1 bildirdi ki, həmin səs yazısı Təqsirləndirilən şəxs məxsusdur və “WhatsApp”vasitəsi ilə ona gönədirilmişdir. WhatsApp Audio 2021-11-13 at 13.19.27 adlı fayldakı səs yazısı aşağıdakı kimidir: Emin qardaşım, sənin verdiyin işin puluna aidiyyatı yox idiye bizim aramızda qalan min manat. Yəqin yadından çıxıb, yadındadı mən sənin üç min məsələndə mən özümdən qoydume pulu, yadıva düşür mən sənə dedime bankdan götürəcəm mən özüm düzəldib üstün verəcəm. Min manatda şeydən qaldı nədiye bu sənin obyektivin 2000 pulundan mən min manat götürdüme Natiq müəllimdən yadıva düşür qardaşım? O sənin 54000 verdiyin işə bu 1000 manatın aidiyyatı yoxdu. Sən bunu iş üçün vermirsən. Prosta həmən 54000də 3000 mən qoymuşdum özümdən, indi də elə vəziyyətdəyəm ki, qardaş sıxlığa görə sənə ağız açdım ki, yəni o sənə həmin hansı ki 1000 manat var idi mən özümdən 3000 qoydum 1000 manatın pulun dedim imkan varsa mənə köməklik elə işdə problemlər var. İnanırsan elə sıxırlar ki, Allahhaqqı çox pis vəziyyətdəyiye mənim özümdə də du dəqyqə işlə bağlı problemlər var. Yəni o bizim qalığ qalan borclarımızdı, hansı ki, materialzad götürmüşdük, indi üzə çıxan da yoxdu arada biz qalmışıq. Yəni o 1000 manatı mən görə dedim sənə, sənnən xahiş elədim ki, sənin işə qoyduğun pulun üstündən mənə 1000 manat borclu qalmışdın onu xahiş elədim ki sənnən işə görə, mənim öz problemlərimə görə qardaşım məni səf başa düşmə Baxış iştirakçısı Şahid1 bildirdi ki, həmin səs yazısı Təqsirləndirilən şəxs məxsusdur və “WhatsApp”vasitəsi ilə ona göndirilmişdir. (cild 2, iş vərəqə 75-79) Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və xx.xx.2019-cu il tarixdə reyestrdə 3M-337 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən və xx.xx.2019-cu il tarixdə reyestrdə 3M-864 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi, Şahid1 təhqiqat araşdırması dövründəki izahatına əlavə etmiş olduğu bir vərəqədən Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma, Şahid5 Həmdi qızının təqdim etdiyi 01 vərəqədə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən tərtib edilmiş kreditin və hesablanmış faizlərin ödəniş cədvəli, Şahid1 tərəfindən təqdim edilən 11 vərəqədən ibarət “Eskiz Layihəsi”, 01 vərəqədən ibarət “Sahibkarlıq obyektinin tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında” sərəncam və səsyazılarının əks olunduğu 01 ədəd yaddaş kartı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək və cinayət işinə əlavə edilmişdir. (cild 2, iş vərəqə 104-131) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1 i/v 38-39) Elektron məhkəmə sistemindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2014-cü il təvəllüdlü Polad Rəcəbov və xx.xx.2020-ci il təvəllüdlü Tamerlan Rəcəbov adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra hakimiyyəti Baçşısınnı Aparatı Təqsirləndirilən şəxs barəsində vermiş olduğu 02 aprel 2021-ci il tarixli 471 saylı xasiyyətnaməyə əsasən müsbət xarakterizə edilmişdir. (cild 4 i/v 71) Məhkəmə, Təqsirləndirilən şəxs 30000 manat pulu Zərərçəkmiş şəxs1 borc kimi alması, Zərərçəkmiş şəxs2 6500 manat deyil 6000 manat alması barədə məhkəmədə söylədiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ittihama uyğun qismən etirafedici ifadə vermiş, çıxarış düzəltmək üçün pul aldığını, həmin pulu xərclədiyini etiraf etmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, CM-nin 59.1.10-cu maddəsinə təqsirləndirilən şəxsin könüllü olaraq gəlib təqsirini boynuna alması, CM-nin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanı qismən ödəməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Bundan əlavə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, 13 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin MSY-ə yerləşdirilmiş, 15 avqust 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbirininin seçilməsi ilə bağlı Suqmayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilov tərəfindən qəbul edilmiş qərardan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya məhkəməsində baxılmış və Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild1 , iş vərəqə 130-134,152-157, 197-199, 206-208) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 avqust 2021-ci il tarixdən hesablanmalı, şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 4 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır . Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və xx.xx.2019-cu il tarixdə reyestrdə 3M-337 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən və xx.xx.2019-cu il tarixdə reyestrdə 3M-864 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi, Şahid1 təhqiqat araşdırması dövründəki izahatına əlavə etmiş olduğu bir vərəqədən Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma, Şahid5 Həmdi qızının təqdim etdiyi 01 vərəqədə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən tərtib edilmiş kreditin və hesablanmış faizlərin ödəniş cədvəli, Şahid1 tərəfindən təqdim edilən 11 vərəqədən ibarət “Eskiz Layihəsi”, 01 vərəqədən ibarət “Sahibkarlıq obyektinin tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında” sərəncam və səsyazılarının əks olunduğu 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il ( bir) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 il (altı) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək, 23 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 4 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 6 il 5 ay 26 gün (altı il beş ay iyirmi altı gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixdə reyestrdə 3M-337 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi, xx.xx.2019-cu il tarixdə reyestrdə 3M-864 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma, Şahid5 Həmdi qızının təqdim etdiyi 01 vərəqədə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən tərtib edilmiş kreditin və hesablanmış faizlərin ödəniş cədvəli, Şahid1 tərəfindən təqdim edilən 11 vərəqədən ibarət “Eskiz Layihəsi”, 01 vərəqədən ibarət “Sahibkarlıq obyektinin tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında” sərəncam və səsyazılarının əks olunduğu 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar