Məhkəmə qərarları › İş №1(124)-153/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-153/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-153/2023 22.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu, Hürüuşağı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə olan metadon həbini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 bacısı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 15,764 qram eynitərkibli psixotrop maddə olan metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 14,439 qram eynitərkibli narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə olan ümumi 230 ədəd eynitərkibli üzərində “F/M40” göstəricisi olan təsir dairəsi 9.2 qram təşkil edən metadon həbini əldə edib üzərlərində və yaşadığı ünvan 2 ünvanında gizlədərək saxlamış, 16 mart 2022-ci il tarixdə saat 21.34-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu Mikrorayon ərazisində yerləşən “Bravo” marketin qarşısında bacısı Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin sol yan cibindən 02 ədəd sellofan kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri, 2,996 qram, 1,910 qram ümumi təmiz çəkisi 4,906 qram kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamin, 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,945 qram, 4,852 qram, ümumi təmiz çəkisi 8,797 qram kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan heroin, üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 0,4 qram təşkil edən eynitəkibli 10 ədəd dərman həbləri, daha sonra həmin tarixdə saat 23:10-da bacısı Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol yan cibində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,747 qram kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,602 qram kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamin, gödəkcənin sağ yan cibindən üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 0,8 qram təşkil edən eynitəkibli 20 ədəd dərman həbləri, daha sonra həmin tarixdə saat 23:38-də yaşadıqları ünvan 2 ünvanına baxış keçirlən zaman dəhlizin sol tərəfində olan dolabdan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,256 qram kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,895 qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 8 qram təşkil edən eynitəkibli 200 ədəd dərman həbləri, 01 ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izi olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 bacısı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 15,764 qram eynitərkibli psixotrop maddə olan metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 14,439 qram eynitərkibli narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə olan ümumi 230 ədəd eynitərkibli üzərində “F/M40” göstəricisi olan təsir dairəsi 9.2 qram təşkil edən metadon həblərini əldə edib üzərlərində və yaşadığı ünvan 2 ünvanında gizlədərək saxlamış, 16 mart 2022-ci il tarixdə saat 21:34-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu Mikrorayon ərazisində yerləşən “Bravo” marketin qarşısında bacısı Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin sol yan cibindən 02 ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri, 2,996 qram, 1,910 qram ümumi təmiz çəkisi 4,906 qram kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamin, 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,945 qram, 4,852 qram, ümumi təmiz çəkisi 8,797 qram kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan heroin, üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 0,4 qram təşkil edən eynitəkibli 10 ədəd dərman həbləri, daha sonra həmin tarixdə saat 23:10-da onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol yan cibində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,747 qram kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,602 qram kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamin, gödəkcənin sağ yan cibindən üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 0,8 qram təşkil edən eynitəkibli 20 ədəd dərman həbləri, daha sonra həmin tarixdə saat 23:38-də yaşadıqları ünvan 2 ünvanına baxış keçirlən zaman dəhlizin sol tərəfində olan dolabdan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,256 qram kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,895 qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 8 qram təşkil edən eynitəkibli 200 ədəd dərman həbləri, 01 ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izi olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, onun əri narkotik vasitələrin istifadəçisi olmuşdur. Əri tutulduqdan sonra ərinin narkotik vasitələri aldığı şəxs onun nəyəsə ehtiyacının olduğunu soruşaraq onunla əlaqə saxlamışdır. Ona 50-70 manat civarında olmaqla, bir neçə dəfə də maddi köməklik göstərmişdir. Bir gün həmin şəxs ona zəng edərək ona işi düşdüyünü demişdir. Belə ki, çantası olduğunu və öz adamının yası düşdüyündən çantanı götürə bilməyəcəyini, onun həmin çantanı götürüb-götürməyəcəyini ondan soruşmuşdur. O, həmin şəxsə namaz qıldığını bildirərək yad kişilərdən əlbəəl heç nə almadığını söyləmişdir. Həmin şəxs ona bir ünvan söyləməyini, çantanın həmin ünvana qoyulacağını, onun da çantanı dediyi ünvandan götürməyini bildirmişdir. O, çantanın içərisində nə olduğunu soruşduqda sözügedən şəxs ona çantanın içərisindəkilərin dərman preparatları olduğunu, həmin dərmanların satışının “bizə” qadağan olunduğunu, lakin “onlara” həmin maddələrin dövriyyəsinin qadağan edilmədiyini, heç bir problem olmadığını, dərman preparatlarının da ağır xəstələr üçün olduğunu demişdir. Bundan sonra o qorxduğundan ona edilmiş bu təklifi rədd etmişidir. Lakin həmin şəxs heç bir problem olmayacağını, ona “bacı” deyərək xitab etdiyini, bu səbəbdən də heç bir zaman onun pisliyini istəməyəcəyini əsas göstərərək onu bu işə razı salmışdır. Həmin ərəfədə yaşadıqları evin yaxınlığında yerləşən 23 nömrəli məktəbdə təmir işləri getmiş, məktəb fəaliyyətdə olmamışdır. O da işlədiyi (süpürgəçi işlədiyi) və övladının yaşının az olduğunu qarşı tərəfə bildirərək evdən çox da uzaqlaşa bilməyəcəyini söyləyib günorta işə gedən zaman çantanı götürə biləcəyini qeyd etmişdir. Onlar razılaşdıqdan sonra o paketi gedib razılaşdıqları ünvandan götürmüş və yaşadığı evdə saxlamışdır. Ona paketi götürməyi tapşıran şəxslə əlaqə saxlayan zaman isə o, götürdüklərini hələlik yaşadığı evdə saxlamağını tapşırmaqla götürdüyü ünvanla eyni tipli bir əraziyə tapşırığı əsasında qoyacağını söyləmiş və buna görə də narahat olmamağını, onu heç kimin görməyəcəyini demişdir. Mobil telefonla əlaqə saxladığı şəxs ona gördüyü işin əvəzində “hörmət” edəcəyini də bildirmişdir. Həmin dövrdə də onun uşağının əməliyyat xərci ilə bağlı 300 manata ehtiyacı olmuş, 236 manat maaş almış, maddi çətinliyindən dolayı ona edilmiş bu təkliflə razılaşmışdır. Evə çantanı gətirib içinə baxdıqda isə çantanın içərisində təkcə dərman preparatları deyil, başqa şeylər də olduğunu görmüşdür. O, özünü inandırmaq üçün şəkil də çəkib ona tapşırıq verən şəxsə atmış və sonuncuya çantanın içərisində təkcə dərman preparatları olmadığını, başqa şeylər də olduğunu bildirmışdır. O da ona heç bir narahatçılıq olmadığını, götürdüyü kimi də həmin maddələri birlikdə başqa bir yerə qoyacağını bildirmışdır. Beləcə sözügedən şəxs 2-3 həftə onu yola vermiş, preparatlar da avtomatik olaraq onda qalmışdır. Tərəzi də şəxsi tərəzisi olmuşdur, 2016-cı il tarixdən pandemiyaya kimi gümüş alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, əri tutulduqdan sonra ona məxsus mobil telefon evdə olmuşdur. “Fərhad” adlı şəxslə şəxsi tanışlığı olmasa da, həmin şəxs ərinin mobil telefonu vasitəsilə onunla əlaqə saxlamış və əri barədə ondan soruşmuşdur. Həmin şəxs ilk əvvəllər ona yazaraq əri Raminin tutulması, barəsində aparılan cinayət işinin nə yerdə qaldığı barədə ondan məlumat almışdır. Beləcə bundan sonra da onunla yazışmalara davam etmişdir. Çantanı götürməyi ona tapşıran şəxs onu rahatladaraq çantanın içərisindəkilərin güclü ağrıkəsici dərman preparatları olduğunu, “bizə” həmin preparatların satışı qadağan olunsa da, “onlara” qadağan olunmadığını demişdir. O, da ona inanmışdır. O, tapşırıq əsasında həmin şəxsdən çantanı bir dəfə götürmüşdür. Çantanı götürməyə görə ona hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Çantanı götürməmişdən qabaq ona 50 manat, 70 manat civarlarında olmaqla müxtəlif məbləğlərdə pul vəsaitləri verməklə ona maddi cəhətdən köməklik edib və həmin pulları da maaş kartına atmışdır. Həmin şəxs ona çantanı və içərisindəkiləri bir yerə qoymağını, həmin ünvanın da fotoşəklini çəkib ona atmağını bildirmişdir. O, da ona övladı az yaşlı olduğundan çox da uzağa gedə bilməyəcəyini demişdir. O, götürdüyü maddələri harasa qoyacaq, fotoşəklini də çəkib ona tapşırıq verən şəxsə atacaqdır. Ona görəcəyi iş üçün 300 manat pul vəsaiti verəcəyini vəd etmişdir. O, çantanın içərisindəkilərin fotoşəklini çəkib sözügedən şəxsə atmış və çantanın içərisində təkcə dərman preparatlarının olmadığını qeyd etmişdir. Belə ki, çantanın içərisində dərman preparatlarından başqa bükülülər də olmuşdur. O, ərinə Fərhad adlı şəxslə əlaqə saxlamağı barədə məlumat verməmişdir. Bacısının bu işdən heç bir xəbəri olmamışdır. Sadəcə olaraq bacısının əynindəki gödəkçə ona məxsus olmuşdur. Saxlanılan zaman üzərində qeyd etdiyi dərman preparatları olmuşdur. Çantasını götürdüyü şəxs ona çantanın içərisindəki preparatların bir hissəsini götürüb atmağını, yerdə qalan preparatları da daha sonra müxtəlif ünvanlara atacağını söyləmişdir. O, günorta işə gedən zaman çantasını götürdüyü şəxsin tapşırığı əsasında çantadakıların müəyyən bir qismini əynindəki “kurtka”nın cibinə qoyub bir yerə atmalı olmuşdur. Lakin daha sonra tapşırıqlarını icra etdiyi şəxs fikrini dəyişərək günorta deyil, preparatları gecə atmağını söyləmişdir. Həmin gün də bacısı və oğlu gəzməyə getmişdir. Evə qayıdan zaman görmüşdür ki, çantasını götürdüyü şəxs mobil telefonuna “çıx, at” məzmunlu çoxsaylı mesajlar yazmışdır. Övladı mobil telefonla oynadığına görə “Fərhad” adlı şəxslə aralarındakı mesajlaşmaları silmişdir. Onları təxminən 16-17 nəfər əməliyyat müvəkkili tutmuşdur. 300 manata ehtiyacı olduğu üçün heç bir hüquq mühafizə orqanına çanta və içindəkilər barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, çantanı evə gətirməyi barədə bacısı Əntiqənin məlumatı olmamışdır. Ümumiyyətlə bacısının hadisə barədə heç nədən xəbəri olmamışdır. O, heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. Həmçinin bacısı da narkotik vasitə istifadəçisi deyildir. Tapşırıq əsasında götürdüyü çanta təxminən iki həftə onda qalmışdır. Həmin iki həftə ərzində çantadan nəyisə götürüb harasa qoymamışdır. Yalnız o, saxlanılan gün sözügedən şəxs ona çantadakıların müəyyən bir qismini götürüb hansısa ünvana qoymağını tapşırmışdır. Çantanı götürməmişdən qabaq çantanın sahibi ona 50 manat, 70 manat civarı məbləğlərdə pul vəsaiti vermişdir. 50-70 manat civarlarında pul vəsaitlərini uşağına görə ona göndərmiş, dolanışıqda maddi çətinlikləri olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman hava qaralmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə, “patı” kimi bilinən psixotrop maddə və dərman preparatları olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman evin açarını və pul qabını əlindən almışdırlar. Ondan yaşadığı ünvanı soruşduqda isə, o, anasi ilə birlikdə yaşadığıni demişdir. Polis əməkdaşları ilə qaldıqları ünvana gəlmiş və içəri daxil olmuşdurlar. Sakitcə çantanı polis əməkdaşlarına təqdim etmişdir. Video çəkiliş isə sonradan aparılmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ona çantadakı dərman preparatlarının dövriyyəsinin qadağan olunması barədə məlumat verilsə də, pula ehtiyacım olduğundan həmin çantanı götürməyə və başqa ünvana qoymağa razılıq vermişdir. Maddi ehtiyacı olduğu üçün “Fərhad” adlı şəxslə danışmışdır. O, saxlanılan zaman üzərində dərman preparatları da olmuşdur, “Fərhad” adlı şəxsin dediyi kimi dərmanları hazırlamışdır. Üzərindəki maddələrin dəqiq çəkisi yadında olmamışdır. Saxlanılan zaman üzərində dərman preparatlarından başqa, istintaqda materiallarında göstərilən maddələr də olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022ci il tarixdə, təxminən saat 21 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Bravo” marketin qarşısında bacısı Əntiqə ilə birlikdə olduğu zaman, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onları narkotik vasitələrin qəbulu və üzərlərində gözdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib hər ikisini polis idarəsinə dəvət etmişlər. İdarədə olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişlər. Həmin vaxt özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd samsunq markalı mobil telefonu, sol yan cibində saxlamış olduğu ev açarlarını, 2 ədəd rəngli kağız bükümləri təqdim etmiş, təqdim etdiyi rəngli kağız bükümlərinin birində metadon həblərinin, digərində isə şüşə və heroin olan maddələrin olduğunu bildirmiş, təqdim etdiyi birinci rəngli kağız büküm açılan zaman həmin bükümün içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümün, həmin sellofan bükümün içərisində 2 ədəd ayrı-ayrılıqda şəffaf rəngli sellofan bükümlərin, həmin sellofan bükümlərin birinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin, digərinin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin, 1 ədəd üzərində M-40 yazıları olan içərisində 10 ədəd həblərin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi bükümlərin birincisinin içərisində metadon dərmanlarının, ikincisinin içərisində heroin və şüşə adlanan narkotik vasitələrin olduğunu, həmin narkotik vasitələri 3-4 aydır ki, həyat yoldaşının mobil telefonundan əldə etdiyi Fərhad adlı özünü təqdim edən İran vətəndaşından aldığını, İran vətəndaşı Fərhad kimi özünü təqdim edən şəxsin narkotik vasitələri məktəbin həyətinə qoyduğunu, həmin narkotik vasitələri bacısı ilə birlikdə gedərək oradan götürdüyünü daha sonra narkotik vasitələri şəhər ərazisində İran vətəndaşı Fərhad kimi özünü təqdim edən şəxsin dediyi yerə atacağını, bu iş qarşılığında Fərhad adlı şəxsdən ayrı-ayrı vaxtlarda 50 manat, 70 manat pul aldıqlarını, Fərhad adlı şəxsin həmin pulu onun kart hesabınaa göndərdiyini, bundan sonra da kart hesabına 300 manat pul göndərəcəyini, üzərindən aşkar olunmuş narkotik vasitələrdən başqa yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş 1-ci rəngli kağız bükümdəki 1 ədəd şəffaf rəngli sellafona bükülmüş qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddə, şüşə onun iştirakı ilə elektron tərəziyə qoyularaq çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmiş, daha sonra polis əməkdaşları yaşadığı ünvana baxış keçirmişlər. Baxış zamanı özü yaşadığı ünvanda dəhlizin sol tərəfində olan dolabda olan qara rəngli üzərində “Chanel” yazıları olan paketi təqdim etmiş, həmin sellofan paket açılmış, sellofan paketin içərisində 20 ədəd dərman konvalidlərinin hər birinin içərisində 10 ədəd olmaqla üzərində M-40 yazıları olan, ümumilikdə 200 ədəd həblərin, iki ədəd ayrı ayrılıqda sellofan bükümlərinin birinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin, digərində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin, bir ədəd gümüşü rəngli markası olmayan işlək vəziyyətdə elektron tərəzinin olduğu aşkar edilmiş, sorğu zamanı təqdim etdiyi maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri bacısı Əntiqə ilə birlikdə Fərhad adlı İran vətəndaşından əldə etdiyini, belə ki, həmin narkotik vasitələrin İran vətəndaşının 23 saylı tam orta məktəbin həyətinə atdığını, oraya gedərək narkotik vasitələri götürdüklərini, həmin narkotik vasitələri sonradan İran vətəndaşının dediyi yerlərə atacaqlarını, qarşılığında 300 manat pul alacaqlarını bildirmişdir. Bundan sonra yaşadıqları ünvana baxış keçirilən zaman qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində aşkar edilmiş elektron tərəzinin ona məxsus olduğunu, məqsədinin İran vətəndaşından əldə etdiyi narkotik vasitələrin çəkisini müəyyən edib qablaşdırmaq olduğunu, Fərhad adlı şəxsi ərinin telefonun istifadə edən zaman tanış olduğunu, əri narkotik vasitələrdən istifadə etdiyinə görə hazırda məhkumluq həyatı yaşadığını, o, ərinin telefonun istifadə edən zaman təsadüfən həmin şəxsin “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazdığını, bundan sonra danışmağa başladığını, sonuncunun Sumqayıt şəhərində müxtəlif yerlərə narkotik vasitə qoyduracağını həmin yerdən həmin maddələri götürüb onun dediyi yerlərə qoymasını dediyini, onun da razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində Fərhadla danışandan sonra həmişə nömrəsini sildiyini, nömrəsi yadında qalmadığını, həmişə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışdığını və danışandan sonra həmişə iz qoymamaq üçün danışıqları və yazışmaları sildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, bulvardan gələndən sonra evdə çörək və anası üçün lazım olan dərman olmadığına görə marketə getməli olmuşdur. Şkafdan Pərvanənin “kurtka”sını götürüb əyninə geyinmişdir. Onlar aşağı düşüb “Bravo” marketin qarşısını keçdikdə polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Onlardan evin açarlarını alaraq “biz deyəni eləsəniz sizin üçün yaxşı olacaq” tipli ifadələr işlətmişdirlər. Polis əməkdaşlarının bəziləri bacısını götürüb yuxarı mənzilə qalxmışdırlar. O, isə avtomobilə əyləşmişdir. Hətta orada “Vüsal” adlı şəxs də olmuşdur. Vüsal adlı şəxs mütəmadi olaraq “biz deyənləri desəniz sizin üçünn yaxşı olacaq” demişdir. Lakin o həmin şəxsin nə demək istədiyini hələ də anlamamışdır. Yalnız Bakı şəhər Baş Polis İdarəsinə getdikdən sonra nə baş verdiyini anlamışdır. Bacısının çanta götürməsindən, çantanın içərisində dövriyyəsi qadağan edilmiş maddələr olmasından məlumatsız olmuşdur. Aşkar olunan da dərman olmuşdur, o, heç onun nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, saxlanılan gün heç yerdən heç nə götürməmişdir. O, dövriyyəsi qadağan olunmuş maddələrin satışı ilə məşğul olmamış, bu barədə hüquq mühafizə orqanlarının da əməkdaşlarına məlumat vermişdir. Heç istintaq materiallarında onunla bağlı yazılmış anket məlumatlarının da çox hissəsi yanlış olmuşdur. “Fərhad” adlı şəxsi də tanımamışdır. Barəsində istintaqı aparılmış cinayət işinin materialları ilə demək olar tanış ola bilməmiş və bu halla da bağlı kiməsə şikayət etməmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Pərvanənin “Fərhad” adlı şəxslə yazışması və ya çantanı evdə saxlaması barədə heç bir məlumatı olmamışdır. “Fərhad” adlı şəxsin bacısı Pərvanəyə 50-70 manat civarlarında pul vəsaitləri göndərməsindən də məlumatım olmamışdır. Onlar bir evdə yaşamışdırlar. Həm onun, həm də bacısının “kurtka”sının cibində dövriyyəsi qadağan olunmuş maddələr və dərman preparatları olmuşdur. Lakin kurtkanın cibində dövriyyəsi qadağan olunmuş maddələr və dərman preparatlarının olmasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, bacısı Pərvanənin kurtkasını geyindiyi üçün kurtkanın cibindən istintaq materiallarında əks olunmuş maddələr çıxmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022ci il tarixdə təxminən saat 21 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Bravo” marketin qarşısında bacısı Pərvanə ilə birlikdə olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qəbulu və üzərində gözdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib hər ikisini polis idarəsinə dəvət etmişlər, idarədə olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, həmin vaxt özü əynində olan göy rəngli gödəkçənin sağ yan cibində bir ədəd rəngli kağız bükümü, sol yan cibindən bir ədəd rəngli kağız bükümü təqdim etmişdir. Əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən təqdim etdiyi bir ədəd rəngli kağız bükümü açılan zaman həmin bükümün içərisindən iki ədəd dərman konvalidlərinin, hər birinin içərisində 10 ədəd olmaqla üzərində M-40 yazıları olan 20 ədəd həblərin olduğu müəyyən olunmuş, daha sonra əynində olan gödəkçənin sol yan cibindən təqdim etdiyi bir ədəd rəngli kağız büküm açılan zamanı həmin bükümün içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu aşkar edilmiş, sorğu zamanı təqdim etdiyi həblərin şəffaf rəngli sellofan bükümlərdə olan maddələrin narkotik vasitələr olduğunu, şəffaf rəngli sellofan bükümdəki ağ rəngli kristal şəkilli maddələrin şüşə, qəhvəyi rəngli maddənin heroin olduğunu, həmin maddələri təxminən 3 aydır ki, özünü İran vətəndaşı kimi təqdim edən Fərhad adlı şəxsdən bacısı Pərvanə ilə birlikdə aldığını, İran vətəndaşının narkotik vasitələrin bir qismini Sumqayıt şəhəri 23 saylı tam orta məktəbin həyətinə, digər qismini isə Sumqayıt şəhəri ərazisində yerləşən əyləncə mərkəzinin qarşısına atdığını, oraya bacısı Pərvanə ilə gedərək narkotik vasitələri götürdüyünü, daha sonra həmin narkotik vasitələri İran vətəndaşının dediyi yerlərə atacaqlarını, bu iş qarşılığında İran vətəndaşı Fərhaddan 70 manat, 100 manat, 50 manat pullar aldığını, yəni İran vətəndaşı həmin pulları kart hesabına yüklədiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə, psixotrop maddə olan metamfetaminə bənzər maddə onun iştirakı ilə elektron tərəziyə qoyularaq çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra üzərinə axtarış keçirilən zaman qanunla qadağan edilmiş əşya və maddə aşkar edilməmiş, daha sonra polis əməkdaşları yaşadığı ünvana baxış keçirmişlər. Baxış zamanı bacısı Pərvanə yaşadıqları ünvanda dəhlizin sol tərəfində olan dolabda olan qara rəngli üzərində “Chanel” yazıları olan paketi təqdim etmiş, həmin sellofan paket açılmış, sellofan paketin içərisində 20 ədəd dərman konvalidlərinin hər birinin içərisində 10 ədəd olmaqla üərində M-40 yazıları olan, ümumilikdə 200 ədəd həblərin, iki ədəd ayrı-ayrılıqda sellofan bükümlərinin birinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin, digərində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin, bir ədəd gümüşü rəngli markası olmayan işlək vəziyyətdə elektron tərəzinin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri bacısı Pərvanə ilə birlikdə Fərhad adlı İran vətəndaşından əldə etdiklərini, həmin narkotik vasitələrin İran vətəndaşının 23 saylı tam orta məktəbin həyətinə atdığını, oraya gedərək narkotik vasitələri götürdüklərini, həmin narkotik vasitələri sonradan İran vətəndaşının dediyi yerlərə atacaqlarını, qarşılığında 300 manat pul alacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində yaşadıqları ünvanda aşkar edilmiş elektron tərəzinin onlara məxsus olduğunu, məqsədinin İran vətəndaşından əldə etdikləri narkotik vasitələrin çəkisini müəyyən edib qablaşdırmaq olduğunu, Fərhad adlı şəxsi tanımadığını, sonuncu ilə bacısı Pərvanənin əlaqə saxladığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin rəis müavini Şahid2 ifadəsində göstərdi ki, 16 mart 2022-ci il tarixdə cinayət axtarış şöbəsinə iki nəfər qadının narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşları da hər iki şəxsi şübhəli şəxs qismində saxlamış, onları idarəyə dəvət etmişdirlər. Daha sonra təhqiqatçı tərəfindən kriminalist və bir nəfər də qadın polis əməkdaşının iştirakı ilə həmin şəxslərin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş və üzərilərindən narkotik vasitə, psixotrop maddə metamfetamin, bir də həblər aşkar olunmuşdur. Əsas məlumat başı bağlı qadın barəsində olmuşdur. Onlarda hər iki şəxsin də Heydər parkı ərazisinə narkotik vasitə qoymaları ilə bağlı video görüntülər də olmuşdur, həmin görüntüləri məhkəməyə təqdim edə bilər. Görüntülərdə hər iki şəxsin də narkotik vasitə atdığı görülür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ona iki qadın cinsindən olan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması, İran İslam Respublikasının vətəndaşı ilə əlbir olmaları barədə əməliyyat məlumatı daxil olmuş və 16 mart 2022-ci il tarixdə axşam saatlarında hər iki qadına yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Daha sonra hər iki şəxsi “Bravo” marketin qarşısından idarəyə aparmışdırlar. Orada hər iki qadının da üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş və hər ikisinin də üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra evdə də dövriyyəsi qadağan olunmuş maddələrin olduğunu bildirmiş və əməliyyat qrupu iştirakçıları, vəkil, təhqiqatçı, kriminalist-ekspert ilə birlikdə qadınların yaşadığı evə getmişdirlər. Evə baxış keçirilən zaman da evdən narkotik vasitələr aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, hər iki qadının külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə onlara daxi olmuş məlumat əsasında 16 mart 2022-ci il tarixdə axşam saatlarında əməliyyat tədbirləri həyata keçirildi və nəticədə hər iki qadın Sumqayıt şəhəri, 9-cu Mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında saxlanıldı. Saxlanılarkən hər iki şəxsin üzərində narkotik vasitələr aşkar olunmuşdur. Hər iki qadın idarəyə aparılıb sənədləşdirmə işləri həyata keçirildikdən sonra evlərinə baxış keçirilmiş və baxış keçirilən zaman evdə narkotik vasitə olduğunu bildirmişdirlər. Əntiqənin söylədikləri yalandır, hadisə onun göstərdiyi kimi olmuşdur. Onlar əvvəlcədən onların yaşadığı ünvana gəlib sonradan videoçəkiliş aparmamışdırlar. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin Əməliyyat-Rabitə qrupunun kiçik rabitə inspektoru vəzifəsində işləyir. 16 mart 2022-ci il tarixdə Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlətinə şəxsi axtarış keçirilməsi üçün dəvət olunmuşdur. İlk öncə Təqsirləndirilən şəxs1 üzərində müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun əynində olan gödəkcəsinin sol yan cibindən 02 ədəd kağız büküm aşkar edilmiş, həmin bükümlərin içərisində 04 ədəd sellofan bükümdə heroinə və metamfetaminə bənzər maddə, 10 ədəd üzərində M40 yazısı olan dərman həbi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı sonuncunun əynində olan gödəkcəsinin sol və sağ yan ciblərindən 02 ədəd kağız büküm aşkar edilmiş, həmin bükümlər açıldıqda içərisində 20 ədəd üzərində M40 yazısı olan dərman həbləri, 01 ədəd sellofan bükümdə heroinə bənzər maddənin, 01 ədəd sellofan bükümdə isə metamfetaminə bənzər maddəni olması müəyyən edilmişdir.Bundan sonra protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər məhkəməsinin qərarından görünür ki, 16 mart 2022ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi haqqında 17 mart 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-yə gətirilib üzərində axtarış aparılan zaman əynində olan gödəkcənin sol yan cibindən 02 ədəd sellofan bükümdə heroinə bənzər maddəni, 02 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni, 10 ədəd üzərində M40 yazısı olan dərman həbləri təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi haqqında 17 mart 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-yə gətirilib üzərində axtarış aparılan zaman əynində olan gödəkcənin sol və sağ yan cibindən 01 ədəd sellofan bükümdə heroinə bənzər maddəni, 01 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni, 20 ədəd üzərində M40 yazısı olan dərman həblərini təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş mənzilə baxış keçirilməsi haqqında 17 mart 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs1 özü dəhlizin sol tərəfində olan dolabda olan qara rəngli üzərində “Chanel” yazıları olan sellofan paketi təqdim edir. Həmin sellofan paket açıldı və 200 ədəd üzərində M40 yazısı olan dərman həbləri, 01 ədəd sellofan bükümdə heroinə bənzər maddə, 01 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2022-ci il tarixli, 6/1547 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksləri olan üç ədəd zərfdə üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri, soyad və ad imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzərində “F/M40” göstəricisi olan 10 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 0,4 qram təşkil edir, iki ədəd kağız kəsiyində 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,996 qram, 1,1910 qram, ümumi təmiz çəkisi 4,906 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,945 qram, 4,852 qram, ümumi təmiz çəkisi 8,797 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzərində “F/M40” göstəricisi olan 20 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 0,8 qram təşkil edir, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,602 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,747 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənzilindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində polietilen torbada olan üzərində “F/M40” göstəricisi olan 200 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 8 qram təşkil edir, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6,256 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,895 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompenentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 4(dörd) ədəd bükümlərdə olan heroinlər xarici görünüş və əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heorinə və psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş 230 ədəd həblər xarici görünür əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 4,906 qram, tədqiqat sərf edildi 0,100 qram, qalıq 4,806 qram. Metamfetaminin təmiz çəkisi 4,602 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 4,552 qram. Metamfetaminin təmiz çəkisi 6,256 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 6,206 qram. Heroinin ümumi təmiz çəkisi 8,797 qram, tədqiqta sərf edildi 0,100 qram, qalıq 8,697 qram. Heroinin təmiz çəkisi 4,697 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 4,747 qram. Heroinin təmiz çəkisi 0,895 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,845 qram, Metadon həblərin ümumi sayı 230 ədəd, tədqiqata sərf edildi 13 ədəd, qalıq 217 ədəd. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2022-ci il tarixli, 6/1543 №-li rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “X1 yaşadığı evin ona məxsus yataq otağında....” yazılar, imzalar olan paketdə 01 ədəd kibrit qutusunda 20 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.045 qram, 0.059 qram, 0.042 qram, 0.032 qram, 0.039 qram, 0.051 qram, 0.055 qram, 0.048 qram, 0.052 qram, 0.051 qram, 0.051 qram., 0.058 qram, 0.029 qram, 0.053 qram, 0.039 qram, 0.046 qram, 0.031 qram, 0.040 qram, 0.031 qram, 0.042 qram, 0.035 qram ümumi təmiz çəkiləri 0.0878 qram (1-20 N-li oby) qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, üzərində “X1 yaşadığı evin televizor altlığının üzərindən....” və.s yazılar, imzalar olan paketdəki “Kent” markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş şüşə flakonda, ülgücdə 2 ml-lik şprisdə və şprisə aid iynələrdə narkotik vasitə heroinin izləri aşkar edildi. Üzərində “X1 yaşadığı evin pəncərə kənarından....” və s. yazılar, imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.287 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə çəkisi 0.002 qram rəngli kütlənin tərkibində narkotik vasitələrə, psixotrop maddəllərə, güclü təsir edən və zəhərli maddələrə məxsus əlamətlər müəyyən edilmədi, 01 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində narkotik vasitə - heronin izləri müəyyən edildi. “Kent” markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş şüşə flakona, ülgücdə, 2 ml-lik şprisdə və şprisə aid iynələrdə, tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş 1 və 2 N-li kağız paketlərdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Ümumi 1.165 qram narkotik vasitə heroindən 0.24 qramı tədqiqata sərf edildi, qalıq 0.925 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3682 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3681 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 07 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 16 mart 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 4,906 qram heroin, psixotrop maddə olan ümumi təmiz çəkisi 8,797 qram metamfetamin, narkotik vasitə hesab edilən üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 0,4 qram olan 10 ədəd dərman həbləri, Mayıova Əntiqə Umudəli qızının üzərindən 16 mart 2022-ci il tarixdə aşkar edilmiş markotik vasitə hesab edilən ümumi təmiz çəkisi 4,747 qram heroin, psixotrop maddə hesab edilən təmiz çəkisi 4,602 qram metamfetamin, narkotik vasitə hesab edilən üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 0,8 qram olan 20 ədəd dərman həbləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2mın yaşadıqları evdən aşkar edilmiş narkotik vasitə hesab edilən təmiz çəkisi 0,895 qram heroin, psixotrop maddə hesab edilən təmiz çəkisi 6,256 qram metamfetamin, narkotik vasitə hesab edilən üzərində “F/M40” göstərcisi olan metadonun təsir dairəsi 8 qram olan 200 ədəd dərman həbləri, 01 ədəd elektron tərəzi və 03 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınanaraq saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 03 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdirlər. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinin narkotik vasitələrin satışı ilə məşğul olmamaları barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidirlər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxslərin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə olan metadon həbini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları əməlləri törətmələri tam sübuta yetirildi və onların əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən Sumqayıt şəhəri 9-cü mikrorayon, ev 73 A, mənzil 16-da yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 Saylı MKS-ə Təqsirləndirilən şəxs1 barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. “Elektron məhkəmə sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində olan uşağı X4 12 yanvar 2017-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayonu, Hürüuşağı kəndində qeydiyyatdadır və orda yaşamır. Yevlax RİHB-nın Tanrıqullar kəndi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs1 barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-сi il tarixli qərarı ilə həbs etmənin əvvəli 16 mart 2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-сi il tarixli qərarı ilə həbs etmənin əvvəli 16 mart 2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Sumqayıt şəhər polis idarəsinin saxlanc otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər polis idarəsinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonrakı çəkiləri 4,806 qram, 4,552 qram, 6,206 qram qalmış psixotrop maddə metamfetamin, 8,697 qram, 4,747 qram, 0,845 qram qalmış narkotik vasitə heroin, 217 ədəd narkotik vasitə hesab edilən dərman həbi məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 92 manat (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 46 (qırx altı) manat və Təqsirləndirilən şəxs2 46 (qırx altı) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər polis idarəsinin saxlanc otağında saxlanılan, 4,806 qram, 4,552 qram, 6,206 qram qalmış psixotrop maddə metamfetamin, 8,697 qram, 4,747 qram, 0,845 qram qalmış narkotik vasitə heroin, 217 ədəd narkotik vasitə hesab edilən dərman həbləri məhv edilsin, 01 ədəd elektron tərəzi müsadirə edilsin, 03 ədəd disk isə cinayət işinin materiallarında saxlansın. 92 manat (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 46 (qırx altı) manat və Təqsirləndirilən şəxs2 46 (qırx altı) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar