Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-153/2024 11.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - təmiz çəkisi 103,637 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 07 yanvar 2023-cü il tarixdə, saat 16:30-da Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən “Göyçay” marketin qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ sellofana bükülmüş 01 (bir) ədəd bükümdə həmin külli miqdarda - təmiz çəkisi 103,637 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərindən aşkar olunan narkotik vasitə olan heroin ona aid olmamış, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və təzyiqlərə məruz qaldığından, həmin narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Polis əməkdaşları tərəfindən döyülməsi və təsirə məruz qalması barədə heç bir quruma şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə hakimə heç nə bildirməmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı həmçinin sualları cavablandırarkən təqsirləndirilən şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, çünki həmin vaxt polis əməkdaşlarının təsiri altında olmuş, məcbur qalıb etirafedici ifadəni imzalamışdır. Həmin ifadənin məzmunundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bir müddət olar narkotik vasitə olan heroin qəbul edir. O, tutulmamışdan bir gün əvvəl Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən böyük "Araz" marketin arxasında olarkən bir nəfər tanımadığı şəxsin əlində olan ağ salafana bükülmüş bir bükümü marketin arxa hissəsində yerdə gizlətdiyini və uzaqlaşdığını görmüş, həmin bükümün içərisində nə olubolmaması ona maraqlı gəlmiş və həmin bükümü götürüb baxanda içərisində narkotik vasitə heroinin olduğunu aşkar etmiş, o, özü narkotik vasitə istifadə etdiyi üçün həmin bükümü götürüb başqa yerdə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində içərisində narkotik vasitə olan bir bükümü gizlətdiyi yerdən götürüb gödəkçəsinin cibinə qoymuş və üzərində gəzdirərək oradan uzaqlaşıb saat 16:30 radələrində Sumqayıt şəhəri 22-ci məhəllədə yerləşən "Göyçay" marketin qarşısına gələndə üç nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb onu saxlamışlar və polis əməkdaşları olduğunu bildirmişlər, sonra isə narkotik vasitələrin qanunsuz istifadə etməkdə, saxlamaqda və gəzdirməkdə şübhəli olduğu üçün onu saxladıqlarını, üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirəcəklərini bildirib polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getməli olacağını demişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. PB-nə gəldikdə bölmənin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarını müdafiə etmək üçün vəkillər siyahısından seçdiyi vəkil X5 təqdim olunmuş. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və o, etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ selofana bükülmüş 1 bükümün içərisində narkotik vasitə olan heroin, qara şalvarının sağ yan cibindən siqaret kötükləri və çərəz, şalvarının sol cibində isə 278 AZN pulu aşkar edilmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan və hansı məqsədlə əldə etməyini ondan soruşanda həmin narkotik vasitəni bir gün əvvəl Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən böyük "Araz" marketin arxasında bir nəfər şəxsin gizlədib uzaqlaşdıqdan sonra həmin narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün götürüb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı sənədləşdirmə aparmışlar və üzərindən narkotik vastənin aşkar edilməsi barədə tərtib edilən sənədləri imzalamışdır. Eyni zamanda ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə alqı satqısı ilə məşğul olmamış, Sumqayıt ŞPİ-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, o, üzərinizdən aşkar olunmuş narkotik vasitə olan heroini ifadəsində qeyd etdiyi ünvana qoyan şəxsi tanımadığını, həmin şəxs barədə heç bir məlumatı olmadığını və mobil telefon istifadə etmədiyini bildirmişdir (cild 01, iş vər. 131-133). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitənin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin gün saat 16:30-da Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən “Göyçay” marketin qarşısında saxlanılaraq, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişdir. İdarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd ağ sellofana bükülmüş kütləni təqdim etmiş, həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə olan heroin müəyyən olunmuş, sorğu zamanı Arzu üzərindən aşkar olunmuş heroini Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən böyük “Araz” marketin arxasında olarkən bir nəfər tanımadığı şəxsin gizlətdiyi və uzaqlaşdığını görəndən sonra şəxsi istifadəsi üçün götürdüyünü və üzərində saxladığını bildirmişdir. Həmin vaxt Arzunun üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, təxirəsalınmaz qaydada əməliyyat tədbiri keçirilmişdir. Şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmiş, ona qarşı heç bir zor tətbiq edilməmiş, habelə şəxs təsir və ya təzyiqə məruz qalmamışdır. Şəxsin üzərindən 100qrama yaxın narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Sumqayıt şəhəri ərazisində vətəndaşların sorğusu əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da Sumqayıt şəhəri 22-ci məhəllə ərazisində yerləşən “Göyçay” marketin qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş kütləni təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən olumuşdur. Sorğu zamanı Arzu üzərindən aşkar olunmuş kütlənin heroin olduğunu, həmin heroini Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən böyük “Araz” marketin arxasında tanımadığı şəxsin gizlətdiyini, həmin şəxs uzaqlaşdıqdan sonra ordan aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunan kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 27-28, 79-80). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 6/86 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən... “yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 103,637 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 34-37). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 372 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 100- 101). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 108- 115). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan gödəkcənin cibindən 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitənin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Eyni zamanda, məhkəmə kollegiyası o halı da qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın yekunlaşması ərəfəsində iş materialları ilə tanış olarkən narkotik vasitənin ona aid olmaması barədə heç bir söz deməmiş, əksinə faktiki olaraq narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş, sadəcə əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif olunmasını, həmin narkotik vasitəni üzərində şəxsi istifadəsi üçün saxladığını öz əl yazısı ilə qeyd etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs saxlanıldığı istintaq təcridxanasından heç bir təsir altında qalmadan şəxsi azad iradəsi ilə məhkəməyə ünvanladığı şikayət ərizəsində də narkotik vasitənin əldə edilməsi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun xüsusatları qeyd etmiş, üzərindən aşkar olunan narkotik vasitəni tapdığını bir daha qeyd etmiş və özünü narkotik vasitəni saxlamağa görə təqsirli bilərək həmin əməlin nəzərdə tutulduğu maddə ilə məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqının zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin (narkotik vasitənin əldəolunması və üzərində saxlaması ilə bağlı) işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə (təxminən 50 dəfə) çox olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(cild 01, iş vər. 96-97). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 18, 74-76). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 103,587 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 103,587 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-153/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-153/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver