Məhkəmə qərarları › İş №1(124)-153/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-153/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-153/2025 24.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 sayl Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. xx xxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 3, mənzil 54-də qeydiyyatda olan və yaşamış,barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə,

2. xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, yataqxana 5, Bakı küçəsi, məhəllə 41-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 85, otaq 86-da yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,286 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 29 may 2024-cü il tarixdə, saat 14:30-da Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Markova” geyim mağazasının qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümdə təmiz çəkisi 0,286 qram xeyli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-biri ilə tanışlıq münasibətlərində olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 04 iyun 2024-cü il tarixdə saat 02 radələrində aralarında yaranmış cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gələrsə məlumat verməsi üçün pusquda dayanmış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs Cəmaləddin oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin giriş qapısının açıq olmasından istifadə edərək evin həyətinə qanunsuz daxil olaraq oradan 01 (bir) ədəd 300 manat dəyərində, 28 ölçülü “Teta” markalı velosipedi gizli talayıb həyəti tərk etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 da fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan 01 (bir) ədəd 280 manat dəyərində 28 ölçülü “SPORT” markalı velosipedi gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 580 (beş yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,267 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 iyun 2024-cü il tarixdə, saat 02:35-də yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 1 nömrəli yaşayış binasının yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şortun sağ yan cibində saxladığı 01 (bir) ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,267 qram olan xeyli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə danışıqdan sonra aralarında yaranmış cinayətkar razılaşmaya uyğun olaraq İran İslam Respublikası vətəndaşı ümumilikdə 945 qram çəkidə külli miqdarda narkotik vasitə tiryəki və ümumilikdə 4025 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 02 (iki) ədəd göy rəngli sellofan torbada Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dalğa” mehmanxanasının yaxınlığındakı əraziyə istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyriləri vasitəsi ilə gizlədib yerləşdirərək, daha sonra həmin bükümlərin geolokasiya və fotoşəkillərini Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona göndərmiş, Təqsirləndirilən şəxs1 isə sonuncunun təlimatı əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün göndərilmiş külli miqdarda narkotik vasitə tiryək və qurudulmuş marixuananı satış məqsədi ilə qoyulduğu yerdən götürüb üzərində saxlamaqla daşıyarkən, 17 iyul 2024-cü il tarixdə saat 14:28-də Sumqayıt ŞPİ-nin NMB-si və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dalğa” mehmanxanasının yaxınlığında saxlanılıb polis idarəsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, sağ əlində saxlamış olduğu sellofan torbaların içərisində 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bükümdə təmiz çəkisi 945 qram külli miqdarda, tünd qəhvəyi rəngli kütlə, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 03 (üç) ədəd üzərləri yapışqan lentlə sarınmış sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2000 qram, 1115 qram, 910 qram, ümumi təmiz çəkiləri 4025 qram olan külli miqdarda, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə fərqli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2la Sumqayıt şəhərində tanış olmuş, daha sonra dost olmuşlar. Hadisə günü dostugilə qonaq getmişlər. Həyətdə velosiped olmuşdur. Üzərilərində yol pulu olmadığı üçün velosipedi sürüb aparmışlar. Lakin oğurluq niyyəti olmamışdır. Hadisə ötən ilin iyun aylarında baş vermişdir. Velosipedləri götürdükdən sonra səhərisi gün geri qaytarmışlar. Polis əməkdaşları tərəfindən narkotik vasitəsələrin qanunsuz dövriyyəsi səbəbindən tutulmuşdur. 2-3 ilə yaxındır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edirdi. 5-10 manat məbləğdə təxmini 0,2 qramlıq psixotrop maddə metamfetamin üzərində olmuşdur.Narkotik vasitə və psixotrop maddələri öz şəxsi istifadəsi üçün “twitter” sosial şəbəkəsində tanış olduğu İran İR-nın vətəndaşından almışdır. Həmin şəxslə sosial şəbəkədə tanış olmuşlar. Ödənişi isə narkotik vasitələri əldə etdikdən sonra iranlı özü ona bildirdikdə edəcəkdi. Bundan başqa narkotik vasitələrdən tiryək, marixuana və psixotrop maddə metamfetamin olmuşdur. Polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman əvvəllər tanımadığı, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi bir nəfər ona yaxınlaşaraq “patı” adlandırılan, psixotrop maddə istəyib-istəmədiyini sorumuş, istəsə ona “patı” təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxsdən 10 manata 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almış, həmin bükümü şəxsi istifadəsi üçün əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymaqla gün ərzində üzərində daşımışdır. Həmin gün günorta radələrində Sumqayıt şəhəri, 34-cü məhəlləərazisində yerləşən “Markova” geyim dükanının qarşısında olan zaman, saat 14:30-da bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxslər ad və soyadını soruşduqdan sonra narkotik vasitələrin qəbulunda və qanunsuz olaraq əldə edərək üzərində gəzdirilməsində şübhəli bilindiyindən saxlanıldığını izah edib, üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən, onlarla birlikdə Sumqayıt Şpi-nin 3-cü PB-nə gəlmiş, polis bölməsinin xidməti otaqlarının birində ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil. Bürosunun vəkili X5 təqdim edilmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə, əynindəki göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin bükümdəki maddənin nə olduğunu, nə vaxt, harda və kimdən əldə edib, nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda həmin bükümün içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olduğunu, psixotrop maddəni həmin gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, həmin bükümün ümumi çəkisinin 0,41 qaram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Psixotrop maddə metamfetamini saxlanıldığı gün yəni, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi, adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirmiş, narkotik vasitə və ya psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamış, saxlanılarkən üzərində mobil telefon olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs Cəmaləddin oğlunu əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs2 və X4 isə xeyli müddətdir tanıyır. Zamin və Ramillə aralarında dostluq münasibətləri olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində Zaminlə görüşmək üçün onun yaşadığı Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsi ərazisinə getmiş, ora gedəndə digər tanışı Ramilində orda olduğunu görmüş, görüşdükdən sonra bir qədər söhbət etmişlər. Sonra Zamin yaşadığı evə gedəcəyini bildirib çıxıb getmiş, Ramillə bundan sonra yaşadıqları Sumqayıt şəhərinə qayıtmaq qərarına gəlmişlər. Ancaq geri qayıtmaq üçün yol pulları olmamış, həmin vaxt Ramil Zaminin qonşuluğunda yaşayan şəxsin həyətində iki ədəd velosiped olduğunu gördüyünü, həmdə evin həyətinin giriş qapısının açıq olduğunu bildirmiş və velosipedləri oğurlayıb velosipedlə geri qayıtmlarım təklif etmişdir. Bundan sonra onunla razılaşmış, daha sonra ilk əvvəl Ramil evin açıq həyət qapısından içəri daxil olub velosipedlərdən birini götürüb həyətdən çıxmış, ondan sonra özüdə evin həyətinin açıq qapısından içəri daxil olaraq ikinci velosipedi həyətdən götürmüş və küçəyə çıxmışdır. Bundan sonra velosipedləri idarə edərək Ramilin yaşadığı evin yaxınlığına gəlmişlər. Yolda idarə etdiyi velosipedin təkəri boşaldığından velosipedi saxlaması üçün Ramilə təhfıl vermiş, Ramil isə velosipedləri sataraq ona çatacaq pulu verəcəyinə söz vermişdir. Bundan sonra yaşadığı evə qayıtmış, daha sonra olanlardan məlumatsız olmuş, izahatının alınması üçün polis bölməsinə dəvət edilərkən Ramilin narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması səbəbindən həbs edildiyini, həmçinin onunla birlikdə oğurladıqları velosipedləri polis əməkdaşlarına təhfıl verdiyini öyrənmişdir. Zamin Ağalarovun onun qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətindən velosipedləri oğurlamalarından hər hansı məluamtı olmamış, Zamin yanlarından getdikdən sonra Ramillə oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etməkdə məqsədi həmin velosipedləri satıb əldə etdiyi pulla şəxsi ehtiyaclarını ödəmək olmuş, Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin həyətinə oğurluq etmək üçün daxil olarkən, Ramilin həyətdən çıxana qədər kimsə gələrsə bu barədə Ramilə məlumat verməsi üçün kənarda dayanıb gözləmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl “İnstagram” sosial şəbəkəsində bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə aralarındakı yazışma zamanı o, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim etsədə, ancaq özü barəsində başqa məlumat verməmişdir. Daha sonra həmin şəxsə narkotik tərkibli və psixotrop maddələr qəbul etdiyini bildirdikdə o, Sumqayıt şəhəri ərazisində hansısa yerə yerləşdirilmiş içərisində narkotik vasitə olan bağlamanı qoyulduğu yerdən götürüb, sonradan onun deyəcəyi yerə qoyması müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə verə biləcəyini bildirmiş, onun təklifi ilə razılaşmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə həmin şəxslə istifadəsində olan mobil telefonun “WhatsApp” tətbiqi vasitəsi ilə yenidən əlaqə saxlamış, aralarındakı danışıq zamanı həmin şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dalğa” mehmanxanasının yaxınlığında yol kənarına iki ədəd göy rəngli sellofan torbada qoyulmuş narkotik vasitə qurudulmuş marixuana və tiryəki qoyulduğu yerdən götürüb sonradan deyiləcək yerə qoyması müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə verməsini təklif etmiş, həmin vaxt şəxsi istifadəsi üçün narkotik vasitəyə ehtiyacı olduğundan onun təklifi ilə razılaşmış, bundan sonra həmin şəxs narkotik vasitənin yerləşdirildiyi yerin konumunu istifadəsində olan mobil telefona göndərmişdir. Həmin konuma baxdıqdan sonra konumda göstərilən ünvana getmiş, ora çatanda yol kənarında iki ədəd göy rəngli sellofan bağlama gördükdə, həmin sellofan bağlamaları götürmüş, bundan sonra ordan uzaqlaşmaq istədikdə ona mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamışlar. Daha sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və şübhəli olduğunu deyib Sumqayıt ŞPİ-nin inzibati binasına aparmışlar. Orada vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynindəki şalvarın sol yan cibində saxladığı özümə məxsus “Samsung” markalı mobil telefonu və siqaret qutusunu, sol yan cibində saxladığı “Katel” markalı mobil telefonunu, əlində saxladığı içərisində narkotik vasitə olan iki ədəd göy rəngli sellofan torbaları təqdim etmiş, sellofan torbaların içərisində narkotik vasitə qurudulmuş marixuana və tiryək olduğu müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi sellofan torbaların içərisinə baxış keçirilmiş, hər bir sellofan torbanın içərisindən əlavə olaraq iki ədəd üzəri yapışqan lentlə sarınmış sellofan bağlamalar aşkar edilmişdir. Aşkar edilmiş sellofan bağlamaların içərisinə baxış keçirilərkən həmin sellofan bağlamalardan birinin içərisindən tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddə, digər üç ədəd sellofan bağlamanın içərisindən isə bitki tərkibli, yaşıl rəngli kütlə halında narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra isə bükümlərdi kütlələr elektron tərəzidə çəkilmiş, içərisində qəhvəyi rəngli maddə olan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 1009 qram, içərisində yaşıl rəngli, bitki tərkibli kütlə olan olan birinci büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 1195 qram, ikinci büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 957 qram, üçüncü büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 2052 qram olduğu müəyyən edilmiş, bundan sonra isə ona məxsus mobil telefonlarla birlikdə qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə təqdim etdiyi içərisində siqaret dənələri olan siqaret qutusu isə araşdırma üçün əməhiyyət kəsb etmədiyi izah edilməklə özünə qaytarılmışdır. Nə saxlanılarkən, nədə sonradan polis idarəsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Narkotik tərkibli maddələrdən istifadə etsədə, narkotik vasitələrin və ya psixotrop tərkibli maddələrin alqı satqısı ilə məşğul olmamış, ancaq sosial şəbəkədə tanış olduğu, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin dediyi yerdən narkotik maddələri götürərək, başqa bir yerə qoymaq müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək istəmişdir. Narkotik vasitəni qoyulduğu yerdən götürüb onun sonradan deyəcəyi yerə qoymasını tapşırmış şəxsin ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bilmiş, birdə ona məxsus mobil telefonunda həmin şəxsin əlaqə nömrəsi olmuşdur. (Cild 1, iş vərəqləri 71-75) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirərək ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən 1-2 ildir ki, istifadə edir. Təqsirləndirilən şəxs1isə əvvəldən tanıyır, onlar dost olmuşlar. Sumqayıt şəhərində olarkən həyətdən hərəsinə 1 ədəd velosiped götürmüşlər. Sürüb dostugilə getmişlər. Səhərisi gün ünvan 2 ünvanının qabağında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Velosipedləri geri qaytarmışlar. Velosipedləri satmaq niyyətləri olmamışdır. Polis əməkdaşları tərəfindən tutularkən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsi ərazisində yaşayan tanışı X6 ilə görüşmək üçün onun yaşadığı Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsi ərazisinə getmiş, ora gedəndə digər tanışı Cavidində orda olduğunu görmüş, görüşdükdən sonra bir qədər söhbət etmişlər. Sonra Zamin yaşadığı evə gedəcəyini bildirib çıxıb getmiş, Cavidlə bundan sonra yaşadıqları Sumqayıt şəhərinə qayıtmaq qərarına gəlmişlər. Ancaq geri qayıtmaq üçün yol pulları olmamışdır. Həmin vaxt Zaminin qonşuluğunda yaşayan şəxsin yaşadığı evin həyətinin giriş qapısı açıq olduğundan həyətə baxmış və həyətdə iki ədəd velosiped olduğunu görmüşdür. Bundan sonra Cavidə velosipedləri oğurlayıb velosipedlə geri qayıtmalarnı təklif etmişdir. Cavid onunla razılaşdığından ilk əvvəl o evin açıq həyət qapısından içəri daxil olub velosipedlərdən birini götürüb həyətdən çıxmış, ondan sonra isə Caviddə evin həyətinin açıq qapısından içəri daxil olaraq ikinci velosipedi həyətdən götürmüş və küçəyə çıxmışdır. Bundan sonra velosipedləri idarə edərək yaşadığı evin yaxınlığına gəlmişlər. Həmin vaxt Cavidin idarə etdiyi velosipedin təkəri boşaldığından Cavid velosipedi saxlaması üçün ona təhvil vermiş, bundan sonra velosipedlərdən birini yaşadığı binanın blokunda gizlətmişdir. Həmin gün saat təxminən 17 radələrində digər velosipedlə işlədiyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisinə getmiş, geri qayıdarkən isə velosipedin təkərləri boşladığından velosipedi yol kənarında qoyaraq yaşadığı evə qayıtmış, sonradan olanlardan məlumatsız olmuşdur. Bundan başqa təxminən beş il əvvəl narkotik tərkibli maddələr qəbul etməyə başlamış, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 02:35-də yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış binasının yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq onu saxlamış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək narkotik vasitələrin qəbulunda və qanunsuz olaraq əldə edərək üzərində gəzdirilməsində şübhəli bilindiyindən saxlanıldığını izah edib, üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şortun sağ yan cibində saxlamış olduğu bir ədəd qırmızı rəngli siqaret kağızma bükülmüş bükümdə olan narkotik vasitə olan heroini və bir ədəd yaşadığı mənzilin açarını çıxarıb təqdim etmişdir. Həmin bükümdəki maddənin nə olduğunu, nə vaxt, harda və kimdən əldə edib, nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” adlandırılan ərazidə olarkən təsadüfən qarşılaşdığı, adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, həmin bükümün ümumi çəkisinin 0,47 qaram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq götürülmüş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş yaşadığı mənzilin açarı isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək özünə geri qaytarılmışdır. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. (Cild 3, iş vərəqləri 51-53) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Cəmaləddin oğlu ifadəsində göstərdi ki, hadisə 4 iyun 2024-cü il tarixdə Sumqayıt qəsəbəsində baş vermişdir. Həmin gün sinif yoldaşları ilə qonaqlıqda olmuşdur. Axşam evə qayıdarkən həyətdəki velosipedlərin olmadığını görmüşdür. Həmin an polisə şikayət etməmişdir Səhərisi günü gözləmişdir. Bəlkə kim götürübsə gətirər deyə fikirləşmişdir. Lakin gələn gedən olmadığı üçün səhər saatlarında müşahidə kameralarına baxmışdır. Daha sonra artıq polis əməkdaşlarına məlumat vermiş, bununla bağlı ərizə yazmışdır. Velosipedlərdən biri 280 manat, digəri 300 manat olmaqla ümumi dəyəri 580 manat olmuşdur. Polisə şikayət etdikdən sonra velosipedlər qaytarılmışdır. Təqsirləndirilən şəxslərdən şikayəti yoxdur, onlarla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərdi ki, 29 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə bağlı olmuşdur.Əməliyyat qrupunda ondan başqa Şahid6 olmuşdur. Həmin gün 14:30 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Markova” geyim dükanının qarşısında Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılmışdır. Yaxınlaşıb özlərini təqdim etmişlər. Polis bölməsinə dəvət etmişlər. Üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Bu zaman psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 heç bir təzyiq göstərilməmişdir. Aparılan sorğu zamanı psixotrop maddəni 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CAŞ üzrə kiçik inspektoru, polis serjantı Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 29 may 2024-cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupuna Şahid5 rəhbərlik etmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, “Markova” geyim dükanının qarşısında saxlanılmışdır. Ona özlərini təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə dəvət etmişlər. Orada üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Bu zaman təqsirləndirilən şəxsin sağ yan cibindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 17 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, qəbulu və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Əməliyyat qrupunda o, Şahid1, Şahid2 və Şahid4 olmuşdur.Həmin gün 14:28 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dalğa” mehmanxanasının yaxınlığında Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Yaxınlaşıb özlərini təqdim etmişlər. Sumqayıt ŞPİ-ə dəvət etmişlər. Üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Əlində saxladığı 2 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Ayrı-ayrı bükümlərdə narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 05 iyun 2024-cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda ondan başqa Şahid8 olmuşdur. Həmin gün gecə saat 02:35 radələrində ünvan 3 ünvanında yerləşən evin yaxınlığında Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Yaxınlaşıb özlərini təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə dəvət etmişlər. Üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Üzərində 1 bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin CAŞ üzrə kiçik inspektoru, polis baş serjantı Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 05 iyun 2024-cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı Şahid7 daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmışdır. Həmin gün gecə saat 02:35 radələrində ünvan 3 ünvanında yerləşən evin yaxınlığında Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə dəvət etmişlər. Üzərinə baxış və şəxsi axtarış keçirilmiş və 1 bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müwəkkili vəzifəsində 2022-ci ildən xidmət etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nə Cavid adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı barədə əməliyyat məlumatı daxil olduğundan, Cavid adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cavid adlı şəxsin xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, yataqxana 5, Bakı küçəsi, məhəllə 41-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 85, otaq 86-da yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat- axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 14:28-də Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dalğa” mehmanxanasının yaxınlığında Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müwəkkili Şahid2, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 və həmin bölmənin cinayət axtarış üzrə kiçik inspektoru Şahid4la birlikdə yaxınlaşaraq Təqsirləndirilən şəxs1 saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs1 etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfıl vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müwəkkili Şahid2, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müwəkkili Şahid3 və həmin bölmənin cinayət axtarış üzrə kiçik inspektoru Şahid4, eləcədə Təqsirləndirilən şəxs1 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əwəl Təqsirləndirilən şəxs1 video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu təsdiq edərək ilk əvvəl əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefonu və bir ədəd siqaret qutusunu, əynindəki şalvarın sağ yan cibindən bir ədəd başqa bir mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş, sonra isə sağ əlində saxladığı iki ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsədə, onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş iki ədəd sellofan torbaların içərisinə baxış keçirilərkən, həmin sellofan torbaların hər birinin içərisindən üzəri yapışqan lentlə sarınmış iki ədəd qara rəngli sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilərkən isə ilk sellofan bükümün içərisindən yaşıl rəngli, bitki mənşəli kütlə, ikinci sellofan bükümün içərisindən qara rəngli kütlə, üçüncü bükümün içərisindən yaşıl rəngli, birki tərkibli kütlə və sonuncu bükümün içərisindəndə eyni ilə yaşıl rəngli, bitki tərkibli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bükümlərin içərisindəki yaşıl rəngli, bitki mənşəli və qara rəngli kütlələrin nə olduğunu, nə vaxt, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o, aşkar edilmiş bükümlərdəki bitki tərkibli kütlələrin narkotik vasitə vasitə olan qurudulmuş marixuna olduğunu, qara rəngli, bərk halda olan kütlənin isə narkotik vasitə olan tiryək olduğunu, narkotik vasitəni sosial şəbəkədə tanış olduğu, adını, soy adını, ata adını, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məkan yerinə, yəni Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dalğa” mehmanxanasının yaxınlığındakı əraziyə yaxınlşaraq, sonradan ona deyiləcək ünvana yerləşdirməsi üçün götürdüyünü və üzərində gəzdirdiyini, İran İslam Respublikası vətəndaşının narkotik vasitəni qoyulduğu yerdən götürərək sonradan ona deyiləcək yerə yerləşdirməsi müqabilində şəxsi istifadəsi üçün ona narkotik vasitə verəcəyinə söz verdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlərdəki kütlələr tərəzidə çəkilməklə çəkiləri müəyyən edilmiş, birinci içərisində qara rəngli, bərk halda kütlə olan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 1009 qram, ikinci içərisində yaşıl rəngli, bitki tərkibli kütlə olan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 1195 qram, üçüncü içərisində yaşıl rəngli, bitki tərkibli kütlə olan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 957 qram, dördüncü içərisində yaşıl rəngli, bitki tərkibli kütlə olan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 2052 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükümlər qablaşdırılaraq Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş mobil telefonlarla birlikdə götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş siqaret isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi izah edilərək onun özünə geri qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 153-156) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 və Şahid4 digər Şahid1la oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 2, iş vərəqləri 153- 160, 165-168) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 ədəd siqaret qutusu, sağ yan cibindən isə “Katel” markalı mobil telefon və sağ əlində saxlamış olduğu içərisində qara rəngli sellofan bükümlər olan 02 ədəd göy rəngli sellofan aşkar olunmuşdur. Daha sonra birinci göy rəngli sellofanın içərisində olan bükümlər açılan zaman birinci bükümün içərisində yaşıl rəngli ot kütləsinin, ikinci bükümün içərisində isə qara rəngli bərk halda olan maddənin olduğu müəyyən edilmişdir. İkinci göy rəngli sellofanın içərisində olan bükümlər açılan zaman hər iki bükümün içərisində yaşıl rəngli ot kütləsinin olduğu müəyyən edilmişdir.(Cild 1, iş vərəqləri 28-29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm aşkar edilmişdir.(Cild 1, iş vərəqləri 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi və götürmə barədə” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynində olan boz rəngli şortunun sağ yan cibindən qırmızı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə “kakos” a bənzər maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəq 224) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 17 iyul 2024-cü il tarixli və 29 may 2024-cü il tarixli protokollarda, o cümlədən Şəxsi və götürmə barədə” 05 iyun 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı üç ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqləri 30, 124, 225) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyavi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3692 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksləri, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 (imza)...” yazıları və imzalar olan bir ədəd qara rəngli sellofan bağlamanın içərisində qablaşdırılmış təmiz çəkisi 945 qram olan tünd qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (Cild 1, iş vərəqləri 48-52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1167 nömrəli rəyindən görünür ki, üzərində “Tədqiqata təqdim edilmiş üzərində şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 imza” yazılan birinci qara rəngli polietilen bağlamada təmiz çəkisi 2000 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 imza” yazılan ikinci qara rəngli polietilen bağlamanı açdıqda içərisində təmiz çəkisi 1115 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 imza” yazılan üçüncü qara rəngli polietilen bağlamanı açdıqda içərisində təmiz çəkisi 910 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 53-56) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 127” möhür əksi olan “Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,286 qram olan ağ rəngli kiristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (Cild 1, iş vərəqləri 135-138) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3116 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 242” dairəvi möhür əksləri olan “Şübhəli şəxs: “imza” İ.Ramil” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,267 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 233-236) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/6985/2024 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş velosipedlərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 580,00 manat müəyyən edilir. O cümlədən 01 ədəd “Teta” markalı 28 ölçülü velosiped - 300,00 manat; 01 ədəd “SPORT” markalı 28 ölçülü velosiped -280,00 manat. (Cild 2, iş vərəqləri 207-209) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 197-198) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5977 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 199-200) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 943 qram narkotik vasitə tiryək, 1999,95 qram marixuana, 1114,95 qram marixuana, 909,95 qram marixuana, 0,236 qram psixotrop maddə metamfetamin, 0,217 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 03 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2j oğurladıqları Zərərçəkmiş şəxs məxsus 01 ədəd 28 ölçülü “Teta” markalı və 01 ədəd 28 ölçülü “Sport” markalı velosipedlər maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə qaytarılmışdır. (Cild 1, iş vərəqləri 1-30) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin qeyd edilən maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmiş, məhkəmə isə işin həmin hallarına əhəmiyyət verməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitələri əldə edildiyi mənbəni, o cümlədən şəxsiyyəti bəlli olmayan İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrində velosipedləri oğurlamaq fikrində olmadıqlarını bildirmələri, həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlllərinin törədilməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, həmin Plenum Qərarının 12-ci bəndinə əsasən bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə portalından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağı vardır. Həmçinin zərərçəkmiş şəxs öz ifadəsində talanmış əmlakının qaytarılmasını, buna görə də, təqsirləndirilən şəxslərdən şikayətinin olmadığı və onlarla barışdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-ci maddələrinə əsasən, həmçinin Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkmə həmçinin qeyd edri ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən və məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 187-188, Cild 3, iş vərəqləri 136-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə edilmişdir. (Cild 2, iş vərəqləri 133-135) Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 29 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 may 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra 17 iyul 2024-cü il tarixdə tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 20-21, 86-88) Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 05 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 02 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 35-37, 112-116) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2024-cü il, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 05 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 943 qram narkotik vasitə tiryək, 4.024,85 qram marixuana, 0,236 qram psixotrop maddə metamfetamin, 0,217 qram narkotik vasitə heroin məhv edilməlidir. 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin törətdiyi əməllər mütanasib olaraq Təqsirləndirilən şəxs1 240 manat, Təqsirləndirilən şəxs2 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 01 (yeddi) il 03 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 07 (yeddi) il 06 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək tutulduğu, həmçinin əvvəlki hökm üzrə 04 gün müddət olmaqla ümumilikdə 06 gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 943 qram çəkidə narkotik vasitə tiryək, 4.024,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,236 qram çəkidə psixotrop maddə metamfetamin, 0,217 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 240 (iki yüz) manat məbləğində, Təqsirləndirilən şəxs2 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar