Məhkəmə qərarları › İş №1(124)-154/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-154/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-154/2022 06.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Saatlı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi - X3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin qəsəbənin C.Cabbarlı küçəsində yerləşən nömrəsiz fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, o, 04 aprel 2014-cü il tarixdən 03 fevral 2021-ci il tarixədək rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs2 Abşeron Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(012)-437/2021 saylı nikahın pozulması haqqında qətnaməsi ilə azyaşlı uşaqlarının, yəni xx.xx.2013-ci il təvəllüdlü Şahid1, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 Sultanovanın himayəsinə verildikdən sonra sonuncunun bir ana kimi öz öhdəliklərini yerinə yetirmədiyini və uşaqlarına lazımi qayğı göstərmədiyi qənaətinə gələrək dəfələrlə bu zəmində keçmiş arvadı ilə mübahisə etmiş, bu barədə növbəti dəfə iradlarını 24 avqust 2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 45 nömrəli evin yaxınlığında olarkən yenidən bildirdikdə Zərərçəkmiş şəxs2 ona aqressiv cavab verməsindən və ona qarşı təhqiredici ifadələr işlətməsindən əsəbləşərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs2 qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib həmin vaxt üzərində olan tiyəsinin uzunluğu 80 mm, dəstəyinin uzunluğu 110 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs2 ilkin olaraq ürək və qarın boşluğu nahiyələrinə zərbə vurduqdan sonra sonuncunun yıxılmasına, ətrafda olan şəxslərin müdaxiləsinə, Zərərçəkmiş şəxs2 yalvarışlarına, həmin vaxt yaxınlıqda olan azyaşlı uşaqlarının “ata eləmə” demələrinə məhəl qoymayıb sonuncunu qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədilə öz ictimai borcunu yerinə yetirib onun törətdiyi cinayət əməlinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 qəsdən itələyərək olduqları yerdən 1,9 metr aşağı saldıqdan sonra qaçaraq Zərərçəkmiş şəxs2 yenidən yanına gəlib yıxılmasından istifadə edərək müstəsna qəddarlıq nümayiş etdirərək, cinayətkar əməlini başa çatdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs2 azyaşlı övladlarının gözü qarşısında həm azyaşlı övladlarına, həm də zərərçəkmiş şəxsə xüsusi əzab verdiyini dərk edərək sonuncunun bədənin müxtəlif nahiyələrindən bıçaqla çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs2 həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, o cümlədən sağ süd vəzindən 2, döş qəfəsindən 10, sol süd vəzindən 1, sağ kürək nahiyəsindən 2, sağ kürəkaltı nahiyəsindən 1, qarın nahiyəsindən 2, bel nahiyəsindən 1, sol kürək nahiyəsindən 1, sağ bazu nahiyəsindən 2, sol bazu nahiyəsindən 1, sol bud nahiyəsindən 1, sol əlindən 1 dəfə olmaqla, çoxsaylı - ümumilikdə 25 bıçaq xəsarəti yetirərək, bədəninin çoxsaylı deşilmişkəsilmiş yaralarının daxilə nüfuz edərək hər iki ağciyərin köndələn çənbər bağırsaqların zədələnmələri ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmədən ölümünə səbəb olan sağ süd vəzinin yuxarı bayır kvadratının 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 1 ədəd, sol süd vəzinin bayır kvadratının 1 ədəd, sağ kürək nahiyəsinin 1 ədəd, sağ kürəkaltı nahiyənin 1 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin 3 ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının 1 ədəd, qarın nahiyəsinin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, həmçinin bel nahiyəsinin sağ yarısının 1 ədəd, sağ kürək nahiyəsinin 1 ədəd, sol kürək nahiyəsinin 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd, sağ süd vəzinin yuxarı bayır kvadratının 1 ədəd, qarın nahiyəsinin ön səthinin 1 ədəd, sağ bazu nahiyəsinin yuxarı 1/3 birinin bayır səthinin 1 ədəd, sağ bazunun yuxari 1/3 birinin 1 ədəd, sol bazunun orta 1/3 birinin 1 ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 1 ədəd, döş qəfəsinin sol yan səthinin 1 ədəd kəsilmiş deşilmiş yaraları kimi, habelə sol bud nahiyəsinin orta 1/3-nin 1 ədəd, sol əlin arxa səthinin 1 ədəd kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, keçmiş arvadı Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin qızının onun tərəfindən öldürülməsinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 1,9 metr hündürlükdən qəsdən itələyərək sonuncuya sol yanaq, sağ almacıq, sağ said, sol ayaq pəncəsinin sıyrıqları, sağ bazu, sol said nahiyəsinin qançırları, sağ ayağının iç topuğunun və pəncə nahiyələrinin aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik və İ bel fəqərəsinin kompression sınığı kimi sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 24 avqust saat 18 radələrində həyətdə işləyərkən uşaqların ağladığını eşidib evə yaxınlaşmışdır. Qapının bağlı olduğunu görmüşdür. Pəncərədən niyə ağladıqlarını soruşduqda analarının onları evdə qoyub getdiyini demişdlər. Axşam keçmiş arvadı Kəmalə evə gələndə ondan niyə uşaqları evdə qoyub getdiyini soruşmuş, o, isə cavabında söyüş söyməyə və mübahisə eləməyə başlamışdır. Kəmaləyə uşaqları evdə qoyub getməməyi demiş və pul lazım olduğu halda verəcəyini bildirmişdir. O, isə yenədə valideynlərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Hirslənərək onu bıçaqlamış, 2 bıçaq zərbəsi vurduğunu xatırlamışdır. Ondan sonra nə baş verməsini və Kəmalənin anası Qızxanıma da xəsarət yetirməsini xatırlamamışdır. Daha sonra verilən suallara cavab olaraq o, göstərdi ki, Kəmaləni bıçaqla vurarkən uşaqları evdə olmuş, qızı Leyla anasını bıçaqlayarkən onu görmüşdür. “ata etmə” qışqırmış və bundan sonra o, dayanmışdır. Neçə bıçaq zərbəsi vurmasını dəqiq xatırlamamışdır. Qızxanıma xəsarət yetirməyindən peşmandır. Bıçağı qonşuda işləyərkən şnur birləşdirərkən istifadə etmək üçün üzərində götürmüşdür. Kəmaləni öldürmək istəməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2012-ci il tarixdə Kəmalə (Dadaşova) Sultanova ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan üç övladı – 2013-cü il təvəllüdlü Şahid1, 2015-ci il təvəllüdlü Gülmirzə Sultanov, 2017-ci il təvəllüdlü Lalə Sultanova olmuşdur. O, fərdi qaydada usta kimi işləyərək ailəsinin dolanışığını təmin etmiş, arvadı Kəmalə isə evdar qadın olmuş, ailədə və evdə yalnız onun sözü keçmiş, arvadı Kəmaləyə çörək almaq üçün belə çölə çıxmağa icazə verməmişdir. 2020-ci ilin iyun ayında «Snapchat» mobil tətbiqində Kəmalənin tanımadığı şəxslərlə yazışması səbəbindən aralarında sözsöhbət olmuş, Kəmaləyə təkidlə bir daha belə hərəkətlərə yol verməməsini bildirmiş, analığı Qızxanıma da Kəmaləyə mobil telefon hədiyyə etdiyinə görə iradını bildirmişdir. Keçmiş arvadı Kəmalənin bioloji anası Şahid10 olmuş, lakin Kəmalə 10 aylığında əmisi arvadı Qızxanıma övladlığa verilmiş, Kəmalənin həm bioloji atası, həm də atalığı ölmüş, bioloji anası Məlahət isə oğlu ilə birlikdə Lökbatan qəsəbəsində yaşamışdır. Kəmalə ilə rəsmi qaydada 2021-ci ilin yanvar ayında boşandıqdan sonra sonuncu üç övladı ilə birlikdə analığı Qızxanımın yaşadığı evə köçmüş, boşandıqdan sonra məhkəmənin qərarı ilə hər həftənin 6-cı günü övladları onunla qalmalı olsa da, işləri çox olduğu ərəfələrdə övladlarını götürə bilməmiş, aradabir övladlarına pay-paltar göndərmişdir. Övladlarına görə hər ay 390 (üç yüz doxsan) manat aliment ödəməli olsa da, maddi vəziyyəti zəif olduğuna görə hər ay ödəyə bilməmiş, buna görə ona 10 gün inzibati həbs cəzası da verilmişdir. Kəmalə ilə aralarında mübahisələr olmuş, mübahisə zamanı Kəmalə onu nalayiq ifadələrlə təhqir etmişdir. 14 avqust 2021-ci il tarixdə o, övladlarını götürməyə Qızxanımın evinə getmiş, qapıda olan zaman Kəmaləyə uşaqların üçünü də evdən buraxmasına dair sms yazsa da, övladlarının ikisinin hazır olduğunu, lakin böyük qızı Leylanın hazır olmadığını görərək narazılığını bildirmiş, Kəmalə və onun analığı Qızxanım böyük qızının onunla görüşmək istəmədiyini deyəndən sonra o, Kəmalə ilə Qızxanımın övladlarını ona qarşı doldurduqlarını anlayaraq onlara əsəbiləşmişdir. Aralarında yaranmış mübahisə zamanı Qızxanım onun sol gözünü cırmaqlamış, Kəmalə isə evə keçərək onu nalayiq ifadələrlə təhqir etmiş, həmin vaxt hətta onu bıçaqla yüngül yaralamış, həmin vaxt o, əsəbindən Kəmaləgilin yaşadığı evin pəncərəsini sındırmış, bununla bağlı X15 etdiyi şikayət əsasında araşdırma aparılmışdır. 24 avqust 2021-ci il tarixdə o, qonşusu Xəqaninin evində usta kimi işləmiş, saat 17 radələrində işini bitirib küçəyə çıxanda Qızxanımın kiçik qızını bağçadan evə gətirdiyini, digər övladlarının da onun yanında olduqlarını görmüş, övladları ilə görüşmüş, ən kiçiyini isə öpüb-qucaqlamışdır. Qızxanıma «5 saatdır ki, uşaqlar evdə təkdir, qapını bağlayıb getmisiz» deyə iradını bildirəndə sonuncu onu nalayiq ifadələrlə təhqir etmiş, o da cavabında Qızxanıma qarşı nalayiq ifadələr işlətmiş, daha sonra o, usta kimi işlədiyi evə tərəf gedib çönüb arxaya baxdıqda Qızxanımın yenə əlini qaldırıb onu nalayiq ifadələrlə təhqir etdiyini müşahidə etmişdir. Həmin vaxt keçmiş arvadı Kəmalənin gəldiyini görüb ona yaxınlaşaraq «Hardasan bu vaxtacan, uşaqları tək qoyub getmisən?» deyə açıqlananda Kəmalə «uşaqlar mənimdi, nə istəyirəm edirəm» deyə cavab vermiş, Kəmalənin hardasa kompüter müəllimi kimi işlədiyini bildiyindən ona işləməsini istəmədiyini bildirib sağ əli ilə boğazından sıxmışdır. Daha sonra Qızxanım onların yanına gələrək onu nalayiq ifadələrlə təhqir etmiş, mübahisəni qonşuları Rahib və Rasim də görmüşdür. O, Kəmaləni itələyəndən sonra onun ayağı sürüşərək yerə yıxılmış, daha sonra ayağa qalxaraq Qızxanımın yanına getmiş, bundan sonra Qızxanım və Kəmalə onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişlər. O, dərhal Kəmaləyə tərəf qaçaraq özü ilə gətirdiyi bıçaqla 2 dəfə ürək nahiyyəsindən və qarın boşluğundan zərbə endirmiş, bu vaxt Rasım adlı qonşu ona yaxınlaşıb sakitləşdirməyə çalışsa da, o, Rasimi də əli ilə itələmiş və Rasim yerə yıxılmış, Rasimə «Kərbəlayı, çəkil qırağa, bu sənlik deyil» deyə acıqlanmışdır. Bunu görən Qızxanım əli ilə onu itələmiş və o, orada olan səkidən yerə yıxılmış, daha sonra yıxıldığı yerdən qalxaraq Kəmalənin yerdə qarnı üzərində uzanılıqlı vəziyyətdə və köynəyində qan ləkələrinin olduğunu görmüş, ona yaxınlaşaraq Kəmalənin kürək nahiyəsinə bıçaqla zərbələr endirməyə başlamışdır. Orada olan böyük qızı Leyla «bəs biz nə olacayıq, anamı vurma, anamı öldürmə» demiş, ortancıl oğlu Gülmirzə isə «ay ata eləmə» deyə təkrarlamışdır. Kəmalə yerdə olan zaman ona tərəf dönüb «Nurlan, məni balalarıma bağışla» deyə yalvarmış, cavabında isə ona “səni mən yox, Allah bağışlasın” deyib əlini ondan çəkərək işlədiyi evin həyətində əlinin və bıçağın qanını yumuşdur. Daha sonra yaşadığı evə gedərək anası Umleyla ilə vidalaşıb Kəmaləni bıçaqla vurduğunu bildirməklə qardaşı Anardan onu qəsəbədə olan X15 aparmasını xahiş etmiş, təxminən 10-15 dəqiqədən sonra o, X15 gələrək orada törətdiyi cinayəti etiraf etməklə könüllü təslim olaraq cinayət aləti olan bıçağı təhvil vermişdir. Hadisəni törətdikdən sonra oranı tərk etdiyi zaman Qızxanım yuxarıda səkidə ayaqüstə olmuşdur. Hadisə vaxtı küçədə qonşuları Rahib, Rasim, Qızxanım və onun üç azyaşlı övladı olmuşlar. Hadisə vaxtı Zərərçəkmiş şəxs2 bıçaqla ürək nahiyəsindən, qarın boşluğundan, kürəyindən çoxsaylı zərbələr vurmuş, zərbələrin dəqiq sayını bilməmiş, hadisə vaxtı istifadə etdiyi bıçaq dəstəyi palıdı, tiyəsi gümüşü olan, açılıb-bağlanan bıçaq olmuşdur. (Cild 1, iş vərəqləri 35-38, 105-108; Cild 2, iş vərəqləri 219-223) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də iş üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Bacısı Zərərçəkmiş şəxs1 övladlığa götürdüyü mərhum Zərərçəkmiş şəxs2 sakit təbiətli, mehriban, ailəsinə bağlı biri olmuş, 2012-ci ildə Kəmalə bildiyinə görə fərdi qaydada usta işləyən Təqsirləndirilən şəxsla ailə qurmuş və həmin evlilikdən üç övladı - 2013-cü il təvəllüdlü Şahid1, 2015-ci il təvəllüdlü Gülmirzə Sultanov, 2017-ci il təvəllüdlü Lalə Sultanova olmuş, 2021-ci ilin fevral ayında isə Kəmalə ilə Nurlan rəsmi qaydada boşanmış, onların boşanmalarına səbəb isə Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etməsi, sərxoş vəziyyətdə evə gələrək Kəmaləni döyməsi olmuşdur. Bir neçə dəfə mərhum Zərərçəkmiş şəxs2 yaşadığı evdən analığı Qızxanımın evinə geri qayıtmış, Nurlan hər dəfə içkili vəziyyətdə ora gələrək dava salıb onu ölümlə hədələmiş, Kəmalə də ailəsinin dağılmaması üçün hər dəfə spirtli içki və narkotik vasitələrin qəbulunu dayandıracağı şərti ilə Nurlanı bağışlamış, lakin Nurlan pis vərdişlərindən uzaqlaşmadığına və hər dəfə içkili vəziyytdə Kəmaləni azyaşlı övladlarının gözü qarşısında döyüb təhqir etdiyinə görə Kəmalə Nurlandan məhkəmə qaydasında boşanmışdır. 24 avqust 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində olmuş, saat təxminən 19 radələrində bacısı Zərərçəkmiş şəxs1 mobil telefonundan Kəmalənin böyük qızı Leyla zəng edərək ona «Aska dayı, tez bizə gəl» deyə bildirmiş, o, dərhal Qızxanımın yaşadığı evə getmiş, təxminən 2-3 dəqiqədən sonra vəziyyətin necə olduğunu öyrənmək üçün Qızxanımın telefonuna zəng edəndə telefonu yenə Kəmalənin böyük qızı Leyla açaraq «Atam anamı bıçaqladı» deyə bildirmişdir. Bir neçə dəqiqədən sonra o, bacısı Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə çatmış və həyətə daxil olduqda Qızxanımın həyətyanı sahədə yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüş, dərhal onun yanına çataraq yardım edib nə baş verdiyini öyrənməyə çalışmışdır. Yerdə uzanmış bacısı Qızxanım keçmiş kürəkəni Təqsirləndirilən şəxs onu həyətyanı sahədə yerləşən hündür səkidən aşağı itələdiyini və qızı Zərərçəkmiş şəxs2 azyaşlı övladlarının gözü önündə çoxsaylı bıçaq xəsarətləri yetirdiyini, qonşuluqda yaşayan İlkin və Qəhrəmanın Kəmaləni xəstəxanaya apardıqlarını bildirmişdir. Daha sonra yerdə köməksiz vəziyyətdə uzanan bacısı Qızxanımı öz avtomobili ilə xəsatəxanaya aparmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, uçaqlıqdan evladlığa götürdüyü Kəmalə ilə qonşuluqda yaçayan Təqsirləndirilən şəxs 2012-ci ildə ailə qurmuşlar, Nurlanın valideynləriinn yaşadığı evə gəlin köçmüş, həmin nikahdan onların üç övladı olmuşdur. 03 fevral 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə Nurlan və Kəmalə rəsmi qaydada boşanmış, lakin vaxtı-vaxtında aliment ödəməmişdir. Boşandıqdan sonra Nurlan dəfələrlə onların yaşadıqları evə gələrək dava-dalaş salıb onları təhgir etmiş, onun evində dəfələrlə qızı Kəmaləni döyüb xəsarətlər yetirmiş, qonşuları da dəfələrlə bunun şahidi olmuşdur. 24 avqust 2021-ci il tarixdə qızı Kəmalə evdən təxminən 12 radələrində çıxaraq bacısı qızı Günay Qaracayevagilə getmiş, ora getməkdə məqsədi noutbuku götürərək kursda verilən tapşırıqları həmin kompüterdə etmək olmuşdur. O, həmin gün saat 17 radələrində işlədiyi məktəbdən çıxaraq 2017-ci il təvəllüldü nəvəsi Laləni qəsəbədə yerləşən bağçadan götürərək evə gəlmiş, evin qarşısında olan hissədə nəvələri ilə axşam yeməyi yemiş, saat təxminən 19 radələrində böyük nəvəsi Leyla qorxaraq «atam gəlir» deyə bildirmiş, Nurlan gələn kimi yüksək səslə «qızın hanı, hara gedib, uşaqları niyə tək qoyub» deyə qışqırmağa başlamış, o, isə «sənin nə işinə mənim qızım hardadı, birazdan gələcək» deyə cavab vermişdir. Daha sonra Nurlan nalayiq ifadələr işlədərək evin həyətindən çıxıb getmiş, həmin vaxt Nurlanın içkili olduğu hiss olunmuş, Nurlanın qaçdığını görüb dərhal evin həyətyanı sahəsinə çıxanda qızı Kəmalənin gəldiyini görmüşdür. Nurlan həyətin yuxarı hissəsində qızı Kəmalənin qarşısını kəsib ona «hardasan ay qancıq» deyib onun boğazından əli ilə yapışıb yerə yıxaraq boğmağa çalışmış, həmin vaxt o, yüksək səslə qışqıraraq qonşuları köməyə çağırmış, tanımadığı iki şəxs onlara yaxınlaşaraq Nurlanı sakitləşdirmək məqsədilə Kəmalədən aralamış, Nurlan onları da nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt qızı Kəmalə yerdən qaıxaraq evə doğru getmiş, səsə digər qonşular da çölə çıxmış, onları görən Nurlan «nəyə baxırsız, nəyə tamaşa eliyirsiz» deyə acıqlanmışdır. Kəmalə Nurlana «nə edim, aliment ödəmirsən» deyəndə Nurlan qaçaraq Kəmaləyə yaxınlaşmış, onun yenidən qızını döyəcəyini fikirləşərək onlara tərəf qaçmış, onlara çatdıqda Nurlanın Kəmaləyə bıçaqla zərbə endirdiyini görüb bunun qarşısını almağa çaışmışdır. Həmin vaxt qızı Kəmalə aldığı bıçaq xəsarətlərindən yerə yıxılmış, o, isə arxa tərəfdən Nurlanın ayaqlarından yapışaraq qızından uzaqlaşdırmağa çalışmış, bu vaxt Nurlanın əlində olan bıçağın artıq qana bulaşdığını görmüş, Nurlanı aralayan zaman sonuncu səkidən aşağı yıxılmışdır. Kəmalənin qarın boşluğundan qan axdığını görmüş, həmin vaxt Kəmalə «ay mama, qanım axır» deyə bildirmişdir. Bundan sonra Nurlan əlində bıçaqla yenidən onlara tərəf qaçmış, yerdə uzanıqlı vəziyyətdə olmasına baxmayaraq dayanmadan Kəmalənin bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirmiş, müdaxilə etmək istəyəndə Nurlan sağ əli ilə onu itələmiş, nəticədə o, həmin səkidən arxa üstə yerə düşərək ağır xəsarət almış, düşdüyü yerdən qalxmaq istəsə də, qalxa bilməmişdir. Yerdə uzandığı zaman Nurlanın Kəmaləni dayanmadan bıçaqladığını görmüş, yüksək səslə qonşuları yardıma çağırmış, bu zaman Rasim adlı qonşusunun Kəmaləyə yardım etməyə çalışdığını görmüş və bundan sonra Nurlan oradan qaçmışdır. Bir müddət sonra ətrafda olan qonşuları Kəmalənin yerdə qan içində, onun isə səkinin aşağısında ağrılar içində hərəkətsiz vəziyyətdə olduğunu görərək yardım etmiş, Qəhrəman və İlkin adlı qonşuları Kəmaləni öz maşınlarına qoyaraq Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasına aparmış, o, isə böyük nəvəsi Leyladan qardaşı Asifə zənd edərək hadisə ilə bağlı məlumat verməsini xahiş etmiş, bir müddət sonra qardaşı Asif gələrək onu xəstəxanaya aparmışdır. Xəstəxanada onun belində sınıq və çatların olduğu deyilmiş, səhəri gün, yəni 25 avqust 2021-ci il tarixdə isə ona artıq qızı Kəmalənin öldüyünü bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Anası Zərərçəkmiş şəxs2, 2015-ci il təvəllüdlü Gülmirzə Sultanov adlı qardaşı və 2017-ci il təvəllüdü Lalə Sultanova adlı bacısı olmuş, anası ilə atası 2021ci ilin fevral ayında rəsmi qaydada boşanmış, həmin vaxtdan o, anası, qardaşı Gülmirzə və bacısı Lalə ilə birlikdə nənəsi Zərərçəkmiş şəxs1 evində yaşamışlar. Atası Təqsirləndirilən şəxs hələ birlikdə yaşadıqları dövrdə evdə dava salmış, anası Zərərçəkmiş şəxs2 döyüb təhqir etmiş, evə gec gəlmiş, gələndə də çox vaxt içkili olmuş, o, bacı və qardaşı hər dəfə həmin dava-dalaşın şahidi olmuş, lakin atası heç vaxt onları döyməmişdir. 24 avqust 2021-ci il tarixdə axşam saatlarında o, qardaşı, bacısı və nənəsi Qızxanım evin qarşısında çay içmiş, anası isə kompüter kursunda olmuş, həmin vaxt atası gəlib nənəsinə «uşaqları istəyirəm» deyəndə nənəsi «uşaqlarla görüşün vaxtı var» deyə bildirmişdir. Bundan sonra atası mübahisə yaratmadan çıxıb getmiş, təxminən bir dəqiqədən sonra o, anasını evin yanındakı dağdan düşən görmüş, anası evin yaxınlığına çatdıqda atası ona yaxınlaşmış və boğmağa başlamışdır. Nənəsı həmin vaxt köməyə adam çağırmış, elə bu zaman qonşuluqda yaşayan Rahib atasını və anasını bir-birindən aralamışdır. Bundan sonra anası evə tərəf gələndə atası Rahibin əlindən çıxandan sonra yenidən anasına tərəf gedərək onu itələmiş və nəticədə anası yerə yıxılmış, anası yıxıldıqdan sonra atası cibindən bıçaq çıxaraq sağ əlində tutub anasının kürəyinə bir neçə dəfə xəsarət yetirmişdir. Nənəsi anasına kömək etmək məqsədi ilə onlara yaxınlaşmış, atasını tutmaq istəyərkən atası onu sağ dirsəyi ilə vuraraq səki dedikləri hündür yerdən aşağı itələmiş, bundan sonra nənəsı yıxılaraq yerdə qalmış, nənəsini yıxıldıqdan sonra atası yenidən anasına yaxınlaşıb bıçaqla onun qabaq nahiyələrinə yenidən xəsarətlər yetirmişdir. O və Gülmirzə «ata eləmə, anamızı öldürmə» deyərək ağlamış, Lalə isə qorxduğundan evə getmiş, hadisəni o və Gülmirzə tam şəkildə görmüşlər. Atası anasını bıçaqladıqdan sonra səkidən tullanaraq qaçıb getmiş, hadisədən sonra qonşuların köməyi ilə nənəsi və anası xəstəxanaya aparılmış, həmin gün axşam o, polis əməkdaşlarından anasının öldüyünü öyrənmişdir. Nənəsi isə hazırda müalicə alır. Hadisədən sonra o, qardaşı və bacısı atasının valideynləri ilə birlikdə yaşayırlar. Məhkəmədə şahid qismində dindirilimiş Şahid6 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs2 və onun keçmiş əri Təqsirləndirilən şəxs qonşu kimi tanımış, onlar 2012-ci il də ailə qurmuş, həmin evlilikdən üç övladları olmuşdur. Zərərçəkmiş şəxs1 Kəmalənin doğma anası olmamış, o, onu rəsmi qaydada övladlığa öz qohumundan uşaq ikən götürmüşdür. Kəmalə rəsmi qaydada boşandıqdan sonra keçmiş əri Nurlan ara-sıra Zərərçəkmiş şəxs1 evinə gələrək dava salıb nalayiq ifadələr işlətmiş, o, bir qonşu kimi onların ailədaxili məsələsinə heç vaxt qarışmamış və onların davalarında iştirak etməmişdir. 24 avqust 2021-ci il tarixdə işlədiyi gecə növbəsindən evə gəlmiş, Nurlan artıq 3-4 gün idi onun evin ikinci mərtəbəsinin döşəməsini təmir etdiyi üçün saat 09 radlərəində onun evinə gəlib işə başlamış, Nurlana növbədən gəldiyi üçün yatıb dincəlməyə getdiyini bildirmiş, günorta təxminən saat 13 radələrində yuxudan oyanaraq Nurlana nahar yeməyi hazırlayıb yenidən yatmağa getmişdir. Təxminən saat 18-19 radələrində qonşusu Zərərçəkmiş şəxs1 qışqırıq səsinə yuxudan oyanmış, həmin vaxt Zərərçəkmiş şəxs1 «ay qonşular köməyə gəlin» deyə qışqırmış, dərhal çölə çıxanda qapıda qonşuluqda yaşayan atası Xəqaninin əmisi oğlu Şahid7lə rastlaşmışdır. Rahib Zərərçəkmiş şəxs1 ilə divar qonşusu olduğiu üçün onlar ilk növbədə digər qohumları Şahid8 evinə getmiş, Rahibin həyətinnə gedəndə sonuncunu öz həyətində yerə yıxıldığını görmüşlər. Onu yerdən qaldırdıqdan sonra nə baş verdiyini soruşmuş, Rahib halının pisləşdiyini və ayaqlarının tutulduğunu, Nurlanın keçmiş arvadı Kəmaləni bıçaqla vurduğunu bildirmişdir. Əmisi Şahid7 dərhal onların həyətinə keçmiş və Kəmalənin qan içində yerdə uzandığını görərək ona Şahid8 məxsus avtomobili evin həyətinə sürməyi bildirmiş, o, da Şahid8 məxsus avtomobili işə salaraq onların olduğu həyətə tərəf sürmüşdür. Əmisi Qəhrəman və qonşuluqda yaşayan Rasim Abasov əllərində Kəmaləni gətirərək avtomobilin arxa oturacaqlarına uzandırmış, o, Kəmalənin bədəninin qan içində olduğunu görmüş, həmin vaxt hadisəni törədən Təqsirləndirilən şəxs qardaşı arvadı Şahid3 da hadisə baş verən yerə gəlmiş və ağlaya-ağlaya avtomobilin arxa hissəsində olan Kəmalənin yanına oturaraq onlarla birlikdə xəstəxanaya getmişdir. Təxminən 30 dəqiqədən sonra onlar 1 saylı Respublika xəstəxanasına çatsalar da, həkimlər Kəmalənin artıq öldüyünü bildirmiş, bir müddət sonra xəstəxanaya hüquqmühafizə orqanlarının əməkdaşları gəlmişlər. Hadisə baş verəndən sonra Nurlanı görməmiş, bildiyinə görə Nurlan polis idarəsinə gedərək könüllü təslim olmuş, xəstəxanadan evə qayıtdıqdan sonra qonşulardan yaşadığı evə polislərin gəldiyini, hətta Kəmaləni bıçaqlayandan sonra Nurlanın onun evinə gedərək həyətdə olan əl-üz yumaq üçün nəzərdə tutulan yerdə paltarlarını və bıçağı yuduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilimiş Şahid9 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Mərhum Zərərçəkmiş şəxs2 onun qonşusu olmuşdur. Kəmalə anası Qızxanım və övladları ilə birlikdə yaşayırdı. Kəmalə təxminən 9-10 il əvvəl Qobu qəsəbə sakini Nurlanla ailə qurmuş və Nurlangilin Qobu qəsəbəsində yerləşən evinə gəlin köçmüş, həmin nikahdan onların 3 övladı olmuşdur. Nurlanla onun o qədər də yaxın münasibəti olmasa da onu mənfi xarakterizə olunacaq biri kimi tanımamış, Kəmalə isə qonşu kimi yaxşı biri olmuşdur. Təxminən 2 il əvvəl o, Nurlanla Kəmalənin ailəsində problemlərinin olduğunu eşitmiş, sonradan bildiyinə görə onlar bu problemlər səbəbindən rəsmi qaydada boşanmış, təxminən iki ildir ki, Kəmalə atası evində öz övladları və anası ilə birlikdə yaşamışdır. Kəmalə və Nurlan arasında olan problemlərinin nədən qaynaqlandığını bilməmiş, lakin Kəmalə və Nurlan arasında olan problemə görə sonuncu barəsində polis orqanında araşdırma aparılmışdır. 24 avqust 2021-ci il tarixdə saat 18 radələrində işdən evə gələndə yolda Nurlanın məhəllədə olan mağazanın qarşısında pivə içdiyini və təxminən 20 dəqiqədən sonra evdə olarkən küçədən səs eşidib nə baş verdiyini öyrənmək üçün küçəyə çıxanda isə Nurlanla Kəmalənin mübahisə etdiklərini görmüşdür. Xatırladığı qədər Kəmalə Nurlana «Sən bizə pul vermirsən» deyə bildirmiş, o, onların mübahisəsinin qızışmasının qarşısını almaq üçün Nurlana yaxınlaşıb arxadan onu qucaqlayaraq Kəmalədən aralamaq istəmiş, Kəmaləyə də evə getməsini deyəndə Nurlan ona «Kərbəlayi, sən qarışma» deyə bildirmişdir. Kəmalə onun sözlərindən sonra evinə getmək üçün onlardan aralanmış, Nurlan isə Kəmalənin arxasınca getmiş, onlar təxminən 20-30 metr aralandıqdan sonra Nurlanın əlində bıçaq görmüş və o, həmin bıçaqla Kəmaləyə dayanmadan zərbələr endirməyə başlamışdır. Qaçaraq onların yanına gedib Nurlanı Kəmalədən aralamağa çalışmış, Nurlanı tutub geri çəkmək istəyəndə sonuncu ona müqavimət göstərmiş və nəticədə o, da yerə yıxılmışdır. Həmin vaxt onun sağ qolu sıyrılmışdır. O, ayağa qalxıb Nurlanla Kəmaləni ayırmağa çalışsa, buna nail ola bilməmiş, Nurlan yenə də Kəmaləyə xəsarət yetirmişdir. O, vəziyyətin pis olduğunu görərək istifadəsində olan mobil nömrədən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermiş, telefonla danışdıqdan sonra Nurlanın qaçaraq hadisə yerindən uzaqlaşdığını görmüşdür. Hadisə vaxtı orada olan Kəmalənin anası Qızxanım da Kəmalə və Nurlanı aralaşdırmağa çalışmış, bu zaman Nurlan Qızxanımı itələmiş və sonuncu hündür yerdən yıxılaraq xəsarət almışdır. Qonşusu Qəhrəman qardaşı Rahibə məxsus avtomobil ilə hadisə yerinə gəlmiş və onlar köməkləşib Kəmaləni həmin avtomobilə mindirib xəstəxanaya yola salmış, Qızxanımı isə qardaşı Asif öz avtomobili ilə xəstəxanaya aparmışdır. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi zənglə əlaqədar polis əməkdaşlarının da ona zəng etdiklərindən o, hadisə yerində qalmışdır. Bir müddətdən sonra Kəmalənin öldüyünü öyrənmiş, daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid7 və Şahid6 ifadələrindən görünür ki, onlar da iş üzrə hadisənin törədilmə halları ilə bağlı şahidlər Şahid6 və Şahid9la oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Qaynı Nurlan 2012-ci ildə Qobu qəsəbə sakini X4 ilə ailə qurmuş və arvadı ilə birlikdə onlarla yaşamağa başlamış, həmin evlilikdən Nurlan və Kamələnin qız 3 övladı olmuşdur. 2020-ci ilin iyul ayında Nurlanla yaşadığı münaqişələr səbəbindən Kəmalə anasının evinə gedərək bir daha qayıtmamışdır. 2021-ci ilin fevral ayında Kəmalə və Nurlanın boşanmışlar. 24 avqust 2021-ci il tarixdə o, evdə olmuş, əri Anar təxminən saat 13 radələrində yük avtomobilində olan daşları lazımi ünvana çatdırdıqdan sonra saat 17 radələrində evə qayıtmış, həmin zaman evdə qayınanası Umleyla olmuş, qayınatası Nazim qəsəbə məscidində olmuş, Nurlan isə səhər saatlarından evdən çıxaraq qonşuluqda usta kimi işlədiyi evə getmişdir. Saat təxminən 19 radələrində əri Anara məxsus yük avtomobilin işə salındığını və Nurlanın həmin maşında sərnişin oturacağında olduğunu, qayınanası Umleylanın həyətdə olduğunu və halının pisləşdiyini görmüş, X10 bıçaqladığını və onunla vidalaşmaq üçün evə gəldiyini bildirmişdir. O, Umleyladan nə baş verdiyini soruşanda sonuncu «Nurlan Kəmaləni bıçaqlayıb indi gedir polisə, sən dur get onların evinə gör nə lazımdırsa edək, mənim ayaqlarım tutulub» deyə cavab vermiş, o da dərhal Kəmalənin yaşadığı evə gedəndə darvazanın yanında qonşuların Kəmaləni avtomobilin arxa oturacaqlarına uzadaraq xəstəxanaya apardıqlanını görmüş, o da İlkin və Qəhrəman adlı qonşularla birlikdə həmin avtomobilə əyləşmişdir. Kəmalənin bədəninin qan içində olduğunu görmüş, xəstəxanaya çatdıqda həkimlər Kəmalənin artıq öldüyünü bildirmişlər. Onlar 1 saylı Respublika xəstəxanasında olduğuqları zaman mərhum Kəmalənin dayısı Asif gələrək Zərərçəkmiş şəxs1 gətirdiyini və onun da həmin hadisədə xəsarət aldığını bildimiş, hətta Asif Kəmalənin öldüyünü bacısı Qızxanıma deməmələrini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 hadisənin birbaşa şahidi olmasalar da Şahid3 ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həyatyanı sahədə olan birmərtəbəli yaşayış evinin sağ tərəfində 13 metr məsafədə yerdə qanabənzər ləkələr, həmin ləkələrin ətrafında 2 cüt göy və qara rəngli qadın çəkələkləri aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 4-12) Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əyani olaraq hadisənin baş verdiyi və həmin vaxt uşaqlarının uşaqlarının dayandıqları yerləri, keçmiş arvadı Zərərçəkmiş şəxs2 bıçaqla necə xəsarət yetirdiyini, əlbəyaxa olmalarını, ətrafda olan şəxslərin müdaxilə etməsini göstərmişdir. (Cild 1, iş vərəqləri 145-148) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 25 avqust 2021-ci il tarixli 98 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində 23 ədəd deşilmiş-kəsilmiş və 2 ədəd kəsilmiş yara, 3 ədəd sıyrıq və 1 ədəd qançır aşkar edilmişdir. Meyitdə aşkar olunmuş xəsarətlər aşağıdakılardır: Daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaralar: 1. Sağ said vəzinin yuxarı bayır kvadratının deşilmiş-kəsilmiş yarası (1,4x0,4 sm ölçüdə). Yara İİİ-İV qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edərək ağ ciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 6 sm, istiqaməti öndən arxaya və sağdan sola doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 2. Döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (1,5x0,4 sm ölçüdə). Yara İİ-İİİ qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 6,5 sm, istiqaməti öndən arxaya, bir qədər aşağıdan yuxarı və sağdan sola doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 3. Döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (1,4x0,4 sm ölçüdə). Yara İİ-İİİ qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 6,7 sm, istiqaməti öndən arxaya, bir qədər yuxarıdan aşağı və soldan sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 4. Sol süd vəzinin bayır kvadratının deşilmiş-kəsilmiş yarası (1,4x0,4 sm ölçüdə). Yara İİİ-İV qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 6,5 sm, istiqaməti öndən arxaya, bir qədər yuxarıdan aşağı və soldan sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 5. Sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası (1,4x0,5 sm ölçüdə). Yara ayaq altından 126,5 sm yuxarıda yerləşir. Yara İİ-İİİ qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 7 sm, istiqaməti arxadan önə bir qədər sağdan sola və yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 6. Sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası (1,5x0,5 sm ölçüdə). Yara V-Vİ qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 6,5 sm, istiqaməti arxadan önə bir qədər sağdan sola və yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 7. Döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (1,3x0,4 sm ölçüdə). Yara Vİİ-Vİİİ qabırğaarası sahədə sağ plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 6,2 sm, istiqaməti arxadan önə, bir qədər sağdan sola və yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmaldır; 8. Döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (1,5x0,5 sm ölçüdə Vİİİ döş qəfəsi proyeksiyasında). Yara sağ plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 6,8 sm, istiqaməti arxadan önə, bir qədər sağdan sola və yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmaldır; 9. Döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmişkəsilmiş yarası (1,5x0,6 sm ölçüdə). Yara sağ plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 7,3 sm, istiqaməti arxadan önə, bir qədər sağdan sola və aşağıdan yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmaldır; 10. Döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (1,4x0,4 sm ölçüdə). Yara X-Xİ qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edərək ağciyəri zədələyir. Yara kanalının ümumi uzunluğu 6,4 sm, istiqaməti arxadan önə, bir qədər sağdan sola və aşağıdan yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmaldır; 11. Qarın nahiyəsinin ön səthinin deşilmiş-kəsilmiş yarası (1,4x0,5 sm ölçüdə). Yara qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı zədələyir. Yara kanalının ümumi uzunluğu 5,4 sm, istiqaməti öndən arxaya, bir qədər aşağıdan yuxarıya və sağdan sola doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmaldır; Daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar: 1. Bel nahiyəsinin sağ yarısının deşilmiş kəsilmiş yarası (1,6x0,5 sm ölçüdə). Yara kanalının ümumi uzunluğu 2 sm, istiqaməti arxadan önə, bir qədər aşağıdan yuxarıya və soldan sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır; 2. Sağ kürək nahiyəsinin deşilmiş kəsilmiş yarası (1,4x0,4 sm ölçüdə, İİİ-İV döş fəqərələri proyeksiyasında). Yara kanalının ümumi uzunluğu 2,5 sm-dir, istiqaməti soldan sağa, bir qədər arxadan önə və aşağıdan yuxarıya doğrudur. Yara kanalı boynca yumşaq toxumalar qansızmalıdır; 3. Sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası (1,4x0,5 sm ölçüdə, İİİ döş fəqərəsi proyeksiyasında). Yara kanalının ümumi uzunluğu 2,7 sm-dir, istiqaməti soldan sağa, bir qədər aşağıdan yuxarıya və öndən arxaya doğrudur; 4. Döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş kəsilmiş yarası (1,2x0,6 sm ölçüdə, ayaqlarından 125 sm yuxarıda yerləşir). Yara kanalının ümumi uzunluğu 2,5 sm-dir, istiqaməti soldan sağa, bir qədər aşağıdan yuxarıya və öndən arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır; 5. Döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş kəsilmiş yarası (3,2x1,5 sm ölçüdə, ayaqlarından 125,8 sm yuxarıda yerləşir). Yara kanalının dərinliyi 2,5 sm-dir, istiqaməti soldan sağa, bir qədər aşağıdan yuxarıya və öndən arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 6. Sağ süd vəzinin yuxarı bayır kvadratının deşilmiş kəsilmiş yarası (1,2x0,3 sm ölçüdə). Yara kanalının ümumi uzunluğu 2,5 sm-dir, istiqaməti sağdan sola, bir qədər aşağıdan yuxarıya və şndən arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalııdır; 7. Qarın nahiyəsinin ön səthinin deşilmişkəsilmiş yarası (0,7x0,3 sm ölçüdə). Yaranın dərinliyi 3,0 sm-dir, istiqaməti soldan sağa, bir qədər yuxarıdan aşağıya və öndən arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumaları qansızmalıdır; 8. Sağ bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin deşilmiş kəsilmiş yarası (1,1x0,5 sm ölçüdə). Yara kanalının dərinliyi 1,5 sm-dir, istiqaməti sağdan sola və bir qədər aşağıdan yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır; 9. Sağ bazunun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası (1,2x0,5 sm ölçüdə). Yara kanalının dərinliyi 2,5 sm-dir, istiqaməti sağdan sola və bir qədər aşağıdan yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 10. Sol bazunun orta 1/3-nin deşilmiş kəsilmiş yarası (1,2x0,% sm ölçüdə). Yara kanalının dərinliyi 2,2 sm-dir, istiqaməti soldan sağa və bir qədər yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 11. Döş qəfəsinin arxa səthinin sol yarısının deşilmiş kəsilmiş yarası (1,5x0,3 sm ölçüdə). Yara kanalının dərinliyi 2,0 sm-dir, istiqaməti arxadan önə, sağdan sola və bir qədər yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; 12. Döş qəfəsinin sol yan səthinin deşilmiş kəsilmiş yarası (1,4x0,4 sm ölçüdə). Yara kanalının dərinliyi 2,0 sm-dir, istiqaməti soldan sağa, bir qədər yuxarıdan aşağıya və öndən arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır; Kəsilmiş yaralar: 1. Sol bud nahiyəsinin orta 1/3-nin kəsilmiş yarası (7,0x1,5 sm ölçüdə). Yara köndələn çəpistiqamətdə yerləşmişdir, ən dərin yeri mərkəzdə olmaqla 1,2 sm-dir; 2. Sol əlin arxa səthinin kəsilmiş yarası (1,5x0,3 sm ölçüdə). Yara boylama və bir qədər çəp istiqamətdə yerləşmişdir, ən dərin yeri 1,0 sm-dir. Küt əşya təsirindən əmələ gəlmiş xəsarətlər: 1. Boyun nahiyəsinin 2 ədəd sıyrığı (0,9x0,2 və 1,3x0,3 sm ölçüdə); 2. Sağ bazu nahiyəsinin 2 ədəd sıyrığı (7x3 və 3,1 sm ölçüdə); 3. Sağ bud nahiyəsinin qançırı. Qeyd edilən xəsarətlər həyatidirlər, sağ said nahiyəsinin qançırından başqa digər xəsarətlər Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 24 avqust 2021-ci il tarixdə əmələ gəlmişlər. Bu xəsarətlərdən sağ said nahiyəsinin qançırı küm əşya təsirindən Zərərçəkmiş şəxs2 ölümündən 5-8 gün əvvəl əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş 23 ədəd deşilmiş kəsilmiş yara deşici kəsici əşyanın (alətin), 2 ədəd kəsilmiş yara iti kənarlı əşyanın (alətin) təsirindən, sıyrıqlar və qançır isə kün əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlərdən 11 ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, 12 ədəd daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaralar və 2 ədəd kəsilmiş yara hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Boyun, sağ bazu nahiyələrinin sıyrıqları və sağ said nahiyəsinin qançırı xəsarətləri isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb bədəninin çoxsaylı deşilmiş kəsilmiş yaralarının daxilə nüfuz edərək hər iki ağciyərin və köndələn çənbər bağırsaqların zədələnmələri ilə müşayiət olunan deşilmiş kəsilmiş yaralarının törətdiyi çoxlu qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsini və ölümün çoxlu qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (25 avqust 2020-ci il saat 10:00-da) 12-16 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş deşilmiş kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici kəsici əşyanın təsirindən əmələ gəlmişdir. 23 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraların xarakterini və ekspertizaya təqdim olunmuş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fematiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və silsilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan 2 ədəd yaxmanın və 2 ədəd tamponun məhkəmə tibbi tədqiqatı zamanı spermatazoidlər aşkar edilməmişdir. (Cild 2, iş vərəqləri 67-75) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 28 avqust 2021-ci il tarixli 2050 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş sol yanaq, sağ almacıq, sağ said, sol ayaq pəncəsinin sıyrıqları, sağ bazu, sol said nahiyəsinin qançırları, sağ ayağın iç topuğunun və pəncə nahiyələrinin aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, İ bel fəqərəsinin kompression sınığı xəsarətləri küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Respublika Neyrocərrahiyə Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 24 avqust 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə İ bel fəqərəsinin kompression sınığı sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya, sağ ayağın iç-topuq və pəncə nahiyələrinin aşıq-baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərdən İ bel fəqərəsinin kompression sınığı, sağ ayağın iç topuğu və pəncə nahiyələrinin qançır, şişkinliyi xəsarətlərinin qərarda göstərilən şəraitdə, yəni 1-2 metr hündürlükdə məsafədən yıxılması nəticəsində, digər xəsarətlərin isə müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissələrinin (əl, ayaq, dırnaq və s.) təsirindən əmələ gəlmələri mümkündür. (Cild 2, iş vərəqləri 63-64) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan materialların məhkəmə ekspertizasının 07 oktyabr 2021-ci il tarixli 6/4383 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən bir ədəd xalatın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd şalvarın səthi üzərindən aşkar edilmiş açıq qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən bir ədəd xalatın tərkib əlamətlərinə uyğun gəlirlər. (Cild 2, iş vərəqləri 89-94) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 734/2021 saylı rəyindən görünür ki, ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 qan qrupu B/İİİ/, Təqsirləndirilən şəxs qan qrupu A/İİ/-dir. Təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs2 məxsus şalvar, köynək, trusik, məmədan və çəkələk, Təqsirləndirilən şəxs məxsus köynək və şalvar, Zərərçəkmiş şəxs1 məxsus xalat və çəkələk üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə B/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir cüt corab və ayaqqabı üzərində isə qana şübhəli ləkə aşkar edilmədi. (Cild 2, iş vərəqləri 110- 117) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi kriminalisitk ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 608-MTKŞ/2021-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthində sağda 5 ədəd, ön səthində solda 5 ədəd, arxa səthində solda 5 ədəd, arxa səthində sağda 6 ədəd, sağ qolunda 2 ədəd, məmədanda 3 ədəd, şalvarda 1 ədəd dəlib keçən zədələr olub, küpü, kafi ititlikdə olan ülgücü və iti ucu olan yastı tiyə deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi. Təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthində sağda 5 ədəd, ön səthində solda 5 ədəd, arxa səthində solda 5 ədəd, arxa səthində sağda 6 ədəd, sağ qolunda 2 ədəd, məmədanda 3 ədəd, şalvarda 1 ədəd dəlib keçən zədələr təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus alt tumanda, Zərərçəkmiş şəxs1 məxsus xalatda zədə və zədə izləri aşkar edilmədi. Təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəkdə, şalvarda, məmədanda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr müxtəlif şəraitdə, o cümlədən kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi daha inandırıcıdır. Təqdim olunmuş bıçaq zavod üsuslu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 2, iş vərəqləri 119-124) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 noyabr 2021-ci il tarixli 2663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psizi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentizm, inadkarlıq, xarici qıcıqlara qarşı həssaslıq, tez özündən çıxmaq, emosional reaksiyalara meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən emosional vəziyyətində hirslilik, qəzəb, aqressivlik əmələ gəlmiş, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqləri 164-168) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə saat 21:30-da sərxoşluğun müəyyən edilməsi məqsədilə müayinələrdən keçirilərkən onda yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. (Cild 1, iş vərəqi 15) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" MMC-dən alınmış elektron məlumat daşıyıcısı olan 1 ədəd diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs adına qeyd alınmış 050 ***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs1 adına qeyd alınmış 050 ***-**-** və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş 077 ***-**-** saylı mobil nömrələrə sms vasitəsilə nalayiq ifadələr və söyüşlərin göndərildiyi müəyyən edilmişdir. (Cild 2, iş vərəqləri 52-54) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs1 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, “Watsapp” tətbiqi vasitəsilə 24 avqust 2021-ci il tarixdə o, qızı Zərərçəkmiş şəxs2 ilə saat 16:16-dan saat 18:13-dək olan müddətdə yazşıma aparmış, həmin yazışmalara əsasən Təqsirləndirilən şəxs iki uşağı qoyub hara getməsi barədə Zərərçəkmiş şəxs2 mesaj yazmış, sonuncu onun yazdıqlarına cavab verməmiş, həmçinin Zərərçəkmiş şəxs2 evdən çıxanda Təqsirləndirilən şəxs onu görə bilməsinin mümkün olduğunu yazmış, sonradan anası Zərərçəkmiş şəxs1 qızına Nurlanı nəzərdə tutaraq “tula güdür” deyə mesaj göndərmiş, qızı da ona Nurlanın çox güman ki gələcəyini deyib ondan əsəbiləşməməsini xahiş etmişdir. (Cild 1, iş vərəqləri 141-144) Cinayət işini materiallarında olan Abşeron rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı “nikahın pozulması və aliment tələbi” barədə iddiası təmin edilərək onların arasında bağlanmış nikah pozulmuş, övladları 2013-cü il təvəllüdlü Şahid1, 2015-ci il təvəllüdlü Gilmirzə Sultanovun və 2017-ci il təvəllüdlü Lalə Sultanovanın boşanmadan sonra iddiaçı Zərərçəkmiş şəxs2 ilə qalmaları və cavabdeh Təqsirləndirilən şəxs uşaqların yetkinlik yaşına çatmalaınadək hər birinə hər ay 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində aliment tutulıması qət edilmişdir. Abşeron rayon məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Təqsirləndirilən şəxs övladları Şahid1, Gülmirzə Sultanov və Lalə Sultanova ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək, eləcə də bayram günlərində bir gün görüş günlərinin müəyyən edilməsi, valideynlərin qarşılıqlı razılıqları əsasında bu qaydaların dəyişə bilməsinin mümkünlüyü qət edilmişdir. (Cild 2, iş vərəqləri 18-46) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqə 13) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin oğlunun zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, Həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələri düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla təsnifata görə müvafiq olaraq xüsusilə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan 24 avqust 2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü polisə gələrək təqsirini boynuna almış və cinayət törətdiyi bıçağı təhvil vermişdir. (Cild 1, iş vərəqi 3) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqləri 236-238) Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını və onun könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 114-117). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan: Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd tünd göy rəngli şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 cüt qara rəngli ayaqqabı və 01 cüt qara rəngli corab ona və ya yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olan olmuş 01 ədəd boz rəngli xələt və 01 cüt mavi rəngli çəkələk ona qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olan olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd büstqalter, 01 ədəd trusik və 01 cüt qara rəngli çəkələk yarasız hala düşdüyündən məhv edilməli, həmçinin cinayətin aləti olmuş 01 ədəd qatlanan tipli bıçaq məhv edilməli, "xxxx" MMCdən daxil olmuş 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən oğlundan 218 (iki yüz on səkkiz) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 127.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan: Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd tünd göy rəngli şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 cüt qara rəngli ayaqqabı və 01 cüt qara rəngli corab ona və ya yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olan olmuş 01 ədəd boz rəngli xələt və 01 cüt mavi rəngli çəkələk ona qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olan olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd büstqalter, 01 ədəd trusik və 01 cüt qara rəngli çəkələk yarasız hala düşdüyündən məhv edilsin, həmçinin cinayətin aləti olmuş 01 ədəd qatlanan tipli bıçaq məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 218 (iki yüz on səkkiz) manat 16 (on altı) qəpik qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar