Məhkəmə qərarları › İş №1(124)-154/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-154/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-154/2023 12.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, mənzil 9-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19C-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, «Xəzər bağları» yaşayış massivi, fərdi yaşayış evində yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə, xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyası, Samara vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 3, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 2ci mikrorayon, ev 25/63, mənzil 43-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Rafiq» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 5 (beş) manat müqabilində 2 (iki) ədəd qara rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,170 qram, ümumi təmiz çəkisi 0,217 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, habelə şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,076 qram, 0,052 qram ümumi təmiz çəkisi 0,170 qram, 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,175 qram, 0,092 qram, ümumi təmiz çəkisi 0,267 qram, 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,129 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,209 qram, 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,620 qram, ümumi təmiz çəkisi 4,483 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 70 (yetmiş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 4,103 qram, eləcə də 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 9,021 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 13,124 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə edib yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evinə daşıyaraq orada saxlayıb əldə etdiyi külli miqdarda narkotik vasitə heroindən vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 3 (üç) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,076 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,170 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evinin həyətində 15 (on beş) manat müqabilində Təqsirləndirilən şəxs2, bundan sonra 2 (iki) ədəd kağız bükümdə, ayrıayrılıqda təmiz çəkisi 0,175 qram, 0,092 qram, ümumi təmiz çəkisi 0,267 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini həmin ünvanda 10 (on) manat müqabilində Təqsirləndirilən şəxs3, daha sonra isə 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,129 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,209 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində həmin ünvanda 10 (on) manat müqabilində Təqsirləndirilən şəxs4 satmış və 15 oktyabr 2021-ci il tarixdə, saat 11:45-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilib orada üstlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi olmadan 15 (on beş) manat müqabilində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,076 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,170 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan 10 (on) manat müqabilində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı külli miqdarda 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,175 qram, 0,092 qram, ümumi təmiz çəkisi 0,267 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs4 əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan 10 (on) manat müqabilində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı külli miqdarda 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,129 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,209 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, bundan sonra, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 15 oktyabr 2021ci il tarixdə saat 17:35-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə şübhəli şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəxsiyyəti istintaqa məlum olmayan “Rafiq” adlı şəxsdən 5 (beş) manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlayaraq daşıdığı 2 (iki) ədəd qara rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,170 qram, ümumi təmiz çəkisi 0,217 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, habelə həmin gün saat 19:35-də yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,620 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 70 (yetmiş) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,089 qram, 0,053 qram, 0,091 qram, 0,057 qram, 0,022 qram, 0,067 qram, 0,059 qram, 0,084 qram, 0,067 qram, 0,061 qram, 0,068 qram, 0,054 qram, 0,072 qram, 0,055 qram, 0,052 qram, 0,061 qram, 0,070 qram, 0,084 qram, 0,044 qram, 0,052 qram, 0,061 qram, 0,044 qram, 0,045 qram, 0,018 qram, 0,092 qram, 0,047 qram, 0,039 qram, 0,056 qram, 0,059 qram, 0,047 qram, 0,083 qram, 0,080 qram, 0,056 qram, 0,028 qram, 0,056 qram, 0,051 qram, 0,071 qram, 0,042 qram, 0,038 qram, 0,014 qram, 0,041 qram, 0,085 qram, 0,073 qram, 0,042 qram, 0,054 qram, 0,057 qram, 0,085 qram, 0,015 qram, 0,063 qram, 0,065 qram, 0,056 qram, 0,056 qram, 0,062 qram, 0,072 qram, 0,073 qram, 0,091 qram, 0,066 qram, 0,050 qram, 0,076 qram, 0,065 qram, 0,015 qram, 0,040 qram, 0,063 qram, 0,082 qram, 0,061 qram, 0,075 qram, 0,032 qram, 0,080 qram, 0,042 qram, 0,077 qram olmaqla ümumi təmiz çəkisi 4,103 qram, eləcə də 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 9,021 qram olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan ümumi təmiz çəkisi 13,124 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 15 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evinin həyətində 15 (on beş) manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 3 (üç) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,076 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,170 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və həmin gün saat 11:45-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə şübhəli şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən satış məqsədi olmadan 15 (on beş) manat müqabilində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı 3 (üç) ədəd kağız bükümdə, ayrıayrılıqda təmiz çəkisi 0,042 qram, 0,076 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,170 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 noyabr 2021-ci il tarixdə gecə saat 23:30 radələrində Sumqayıt şəhəri, “Xəzər bağları” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi yaşayış evinə qapıdan qanunsuz daxil olub oradan bir ədəd 10 (on) manat dəyərində iki litrlik termos, bir ədəd 30 (otuz) manat dəyərində həvəydəstə və bir ədəd 180 (bir yüz səksən) manat dəyərində «Shivaki» markalı «32SH90G» modelli televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Sumqayıt şəhəri Xəzər bağlar massivində yerləşən 72 A saylı evin hasarından keçib qanunsuz həyətinə daxil olaraq evin yataq otağının plastik pəncərəsini dəmir parçasını sıxıb açmaqla içəriyə daxil olub oradan 90 manat dəyərində olan Rusiya istehsalı bir ədəd hidroforla birlikdə su motorunu, 150 manat dəyərində olan 01 ədəd «Bosh» markalı pereferatoru, 70 manat dəyərində Türkiyə istehsalı olan 01 top 4-lük mis kabeli, 01 topu 50 manat ikisi cəmi 100 manat dəyrəində olan Türkiyə istehsalı olan 2,5-lik miss kabeli, 80 manat dəyərində olan 01 ədəd «Bosh» markalı dreli, 40 manat dəyərində olan 01 ədəd «Makite» markalı dreli, 50 manat dəyərində olan 01 ədəd santexnika ütüsünü, 150 manat dəyərində olan 01 ədəd «LG» markalı maqnitofon kalonkasını, 05 manat dəyərində olan 01 ədəd çəkici, 05 manat dəyərində olan 01 ədəd səviyyə ölçən tərəzini, 08 manat dəyərində olan 01 ədəd əl mişarını, 25 manat dəyərində olan bir qutu tikintidə istifadə olunan əqrəbi, birinin dəyəri 4 manat 50 qəpik, 19 ədədinin cəmi dəyəri 85 manat 50 qəpik olan razetkaları, 25 manat dəyərində olan 01 ədəd tülpan krantı, 45 manat dəyərində olan 01 ədəd krantı, 30 manat dəyərində olan bir dəst simistiteli, 80 manat dəyərində olan smistitel ilə birlikdə duşu, hər birinin dəyəri 5 manat 10 ədədinin cəmi 50 manat olan arko krantı, 01 metri 90 qəpik 20 metri 18 manat olan Türkiyə istehsalı olan 6-lıq mis kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1106,50 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə 10 fevral 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, Qala dərəsi küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə hasardan keçib qanunsuz həyətə daxil olaraq evin həyətində olan qeyri-yaşayış sahəsi hesab olunan köməkçi tikilinin içərisindən 01 ədədi 120 manat 02 ədədi cəmi 240 manat dəyərində olan «Bosch» markalı böyük laqondanı, 01 ədədi 60 manat, 03 ədədi cəmi 180 manat dəyərində olan «Bosch» markalı balaca pereferatoru, 250 manat dəyərində olan 01 ədəd «Bosch» markalı böyük pereferatoru, 40 manat dəyərində olan 01 ədəd «Bosch» markalı balaca dreli,60 manat dəyərində olan 01 ədəd «Bosch» markalı böyük dreli, 01 ədədi 1 manat, 45 ədədi cəmi 45 manat dəyərində olan «Kripsal» markalı rezbanı, 85 manat dəyərində olan 01 top 4-lük ölçüdə mis elektrik naqili, bir topu 50 manat, ikisi cəmi 100 manat dəyərində olan 2,5-lik ölçüdə mis elektrik naqili, 01 ədədi 5 manat 05 ədədi cəmi 25 manat dəyərində olan qaz üçün vintili, 01 ədədi 5 manat, ikisi cəmi 10 manat dəyərində olan ütü qayçını, 01 qutu 6 manat, iki qutu cəmi 12 manat dəyərində olan 5-lik ölçüdə şrupu, 01 qutu 6 manat iki qutu cəmi 12 manat dəyərində olan 1-lik ölçüdə olan şrupu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1059 (bir min əlli doqquz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, 15 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evinin həyətində 10 (on) manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,175 qram, 0,092 qram, ümumi təmiz çəkisi 0,267 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və 15 oktyabr 2021-ci il tarixdə, saat 11:45-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə şübhəli şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sağ yan cibindən satış məqsədi olmadan 10 (on) manat müqabilində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,175 qram, 0,092 qram, ümumi təmiz çəkisi 0,267 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, 15 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evinin həyətində 10 (on) manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,129 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,209 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və 15 oktyabr 2021-ci il tarixdə, saat 11:45-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə şübhəli şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan 10 (on) manat müqabilində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı 2 (iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,129 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,209 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-ci Polis Bölməsinin əməkdaşları onu evdən aparmışdırlar. Nəsib müəllim və köməkçiləri onu evin içində tutmuşdurlar. Əhət, Ramiz və Möhübbətə pul əsasında narkotik vasitə verdiyini bildirmişdirlər. Onların heç birinə narkotik vasitə verməmişdir. Həmin gün Əhət onun evində qonaq olmuşdur. Gecə bir yerdə olmuşdurlar. Əhətlə və Ramizlə dost olmuşdur. Möhübbət də onun oğlu ilə bir yaşdadırlar, dostluq etmişdirlər. Tez-tez onlara gəlib oğlu ilə gəzməyə getmişdirlər. Elə oldu ki, bunlar qapıdan çıxanda tutulmuşdurlar. Bunların heç üstündə narkotik vasitə olmamışdır. Onların özlərini də döymüşdürlər ki, narkotik vasitə satmağı ilə bağlı onun üzünə dayansınlar. Onu üç gün bölmədə saxlamışdırlar. Ona iki bükümdə narkotik vasitə vermişdirlər ki, həmin bükümləri etiraf etsin, onu da 234.1-ci maddə ilə sənədləşdirsinlər. Narkotik vasitə istifadəçi olmuşdur. Ona demişdirlər ki, video çəkilişin sonu evdə bitməlidir. Ondan iki saat qabaq da onun evinə gəlmiş, oğlu evdə tək olmuşdur. Oğluna demişdirlər ki, həyətdə dursun, kameraya düşməsin, onu gətirib video çəkiliş edəcəklər. Daha sonra oğlundan hansı otaqda yatdığını soruşduqda oğlu da yatdığı otağı polis əməkdaşlarına göstərmişdir. Bir də onun iki-üç aylıq körpə uşağı olmuşdur. Onların hamısını həyətə çıxartmışdırlar. Daha sonra polis əməkdaşları içəri girib yatdığı otaqdakı dolabın üzərinə narkotik vasitəni qoymuş və bayıra çıxmışdırlar. Oğlu polis əməkdaşlarından onun harada olduğunu soruşduqda oğluna onu gətirmək üçün getdiklərini bildirmişdirlər. Polis əməkdaşları iki saat əvvəldən onun evinə gələcəklərini bilmiş olsaydı, heç video çəkilişə razılıq verməzdi. Düzdür, bundan qabaq həbsləri olub, üç dəfə həbsdə olmuşdur. Məktəb oxumasa da, azdan-çoxdan belə şeylərdən başı çıxır. Onu evə salıb otaqları gəzdirmişdirlər. Sonunda narkotik vasitəni çıxarıb onun qabağına qoymuş, tərəzidə çəkmiş, 13 qram gəlmişdir. Evdə onun üzərində mal tutmuşdularsa, onu elə birdəfəlik evindəki malla bölməyə aparardılar. Niyə onu bölməyə aparıb, daha sonra evinə gətirmişdirlər. İbtidai sitntaq zamanı Möhübbəti, Ramizi və Əhəti onunla üzləşdirməmişdirlər. Bunların heç biri heç onun üzünə də dayanmamışdır. Bunlar onun qapısından çıxarıb maşına otuzduranda maşının içərisində döyülmüşdürlər. Onların da cibinə narkotiki polislər özləri qoymuşdurlar. Heç kimə narkotik vasitə satmamışdır. Evindən narkotik vasitə aşkar edilməmişdir. Onun evində narkotik var idisə, onu narkotiklə bir yerdə aparardılar. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, il yarım olar ki, narkotik vasitə istifadə etməyə başlamışdır. O, “kakos” istifadə etmiş, metamfetamin istifadə etməmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Tutulmamışdan qabaq fərdi əməklə məşğul olmuşdur. Gündə 10 manat dəyərində olan narkotik vasitə qəbul etmişdir. Ramizlə ailəvi dostluğu olmuş, Möhübbət qonşu olmuş, Əhətlə də ki 7-8 il olar ki, dostluğu olmuşdur. Möhübbətin narkotik vasitə istifadəçisi olduğunu bilməmiş, Əhətlə elə bir-iki dəfə birlikdə narkotik vasitə qəbul etmiş, Ramizin də narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç nə olmamış, onu bölməyə aparıb orada iki gün saxlamışdırlar. İki gündən sonra video çəkiliş etmişdirlər. Bükümü də ona vermiş, vəkilin də iştirakı ilə video çəkiliş etmişdirlər. O, da razılaşmışdır. Ona görə razılaşmışdır ki, müalicə olunmaq istəmişdir. Saxlanılan zaman üzərində olan mobil nömrə yadında deyildir. Narkotik vasitə satışı ilə bağlı kimləsə istifadəsində olan mobil nömrəylə yazışmamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçilərin suallarına cavab olaraq bildirmişdir ki, onları döyən polis polis əməkdaşları çox olub, təxminən on səkkiz-on doqquz nəfər olmuşdurlar. Əhətlə dost olmuşsa da, ona narkotik vasitə satmamışdır. Əhətin üzərində də narkotik vasitə olmamış, üzərinə atmışdırlar. Ramizə narkotik vasitə satmamışdır. Ramizi 20 ilə yaxındır ki, tanımışdır. Ramizlə birlikdə narkotik vasitə qəbul etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, video çəkilişdə üzərindən aşkar olunan iki büküm narkotik vasitə vəkil Tahirin iştirakı ilə üzərinə qoyulmuşdur. Hətta evinə gələndə oğluna onun narkotik vasitə satışıyla məşğul olmağı ilə bağlı sənəd imzalatmaq istəmiş, oğlu qollarını doğramışdır, oğlunu elə orada qoyub getmişdirlər. İstintaqdakı yazı ona məxsus deyildir. Çəkilişlə iki büküm qabağına qoyulduqdan sonra, o, etiraf etmişdir ki, həmin bükümlər onundur. Həmin bükümlər onun deyil. Üzərindən çıxan da onun deyildir. Diskə baxış zamanı görüntüdəki şəxs özüdür. Latın qrafikalı əlifbanı oxuya bilmədiyi üçün video çəkiliş zamanı ona təqdim olunmuş hüquq və vəzifələrimlə bağlı bildirişi oxuya bilməmişdir. Video görüntüdəkilər narkotik vasitədir. Evə baxış zamanı evdə oğlu olmuşdur. Dolabın küncündə, güzgünün üzərində sellofan torbanı polis əməkdaşları özləri narkotik vasitənin onun içinə oraya qoymuşdurlar. Evi yalandan axtarmışdırlar. Üstündən çıxanları da polis əməkdaşları özləriona vermişdirlər. Onun üstündən ümumiyyətlə heç nə çıxmamışdır. O, saxlanıldıqdan iki gün sonra evinə baxış keçirmişdirlər. İki gün 2-ci PB-də saxlanılmışdır. Evə baxış o saxlanılan gün keçirilməmişdir. Şəxsi axtarışla bağlı video çəkilişi də saxlanılandan iki gün sonra ediblər. Bölmədə üzərinə video çəkilişlə baxış keçirmiş, iki saat sonra onu evə gətirmiş və video çəkiliş aparmışdırlar. Video görüntüdə görünən pul qabılarının heç biri onun deyildir. Video görüntüdə görünən saat da onun deyildir. Video görüntüdə göründüyü kimi, orada oğlu Eldarı çağırmışdır. Çünki görüntüdəki narkotik vasitələronun olmamışdır. Sonradan öyrənmişdir ki, evdəki video çəkilişdən qabaq polis əməkdaşları evinə gəlmiş və hazırkı görüntüdəki narkotik vasitəni evinə qoymuşdurlar. Oğlu “Ramiz”-in gətirdiyini bildirsə də, o, əslində polis əməkdaşı Ziyadı nəzərdə tutmuşdur. Sadəcə olaraq adı səhv salmışdır. Mətbəxdə polis əməkdaşı soyuducunun içərisinə baxan zaman o, polis əməkdaşının yanında idi. Evinə təxminən altı nəfər getmişdir. Oğlu Eldar qapını açmış, qaldı çöldə, onlar içəriyə girmişdirlər. Sonra Eldar gəlib zala girəndə sonuncunu həyətə çıxartmışdırlar. Polis əməkdaşları narkotiki evdən çıxaranda o, Eldarı çağırmışdır. Amma polis əməkdaşları qoymamışdırlar ki, Eldar onlara yaxın gəlsin. Oğlu Eldar demişdir ki, iki saat əvvəl polis əməkdaşları evə gəlmişdirlər. Onu evinə gətirəcəklərini oğluna bildirərək yatdığı otağı oğlundan soruşmuşdurlar. Polis əməkdaşları ona demişdirlər ki, sənədləşməni 234-cü maddənin 1-ci bəndi ilə edəcəklər. Sadəcə olaraq onu evdən tutduqları üçün görüntününün sonu evdə bitməlidir. O, razılıq vermişdir. Oğlu ona desəydi ki, video çəkilişdən əvvəl evə polislər gəlib, o, heç həyətə girməzdi. O, oğlundan evə narkotik vasitəni kimin gətirdiyini soruşub oğlu ona “Ramiz” dedikdə hazırkı iş üzrə təqsirləndirilən Ramizi nəzərdə tutmamış, polis əməkdaşı Ziyadı nəzərdə tutmuşdur. Ziyad da balacaboydur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş və göstərmişdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuşdur, heç bir psixi xəstəliyi yoxdur. Təxminən 10 ildən çoxdur ki narkotik aludəçisidir və ağrıları olduğundan mütamadi olaraq narkotik vasitə qəbul edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 17:35-də yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evin yaxınlığında olan zaman 3 nəfər mülki geyimli, bir nəfər polis formasında şəxs ona yaxınlaşaraq özlərinin 2-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qəbulunda, istifadəsində, satışında şübhəli olduğunu deyərək polis bölməsinə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində hüquq və vəzifələri barədə bildirişlə tanış edilmiş və hüquqlarını müdafiə edəcək vəkil Tahir Abbasov ona təqdim olunmuşdur. Bölmədə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış keçiriləcəyi deyilərək etirazı olub-olmadığını soruşmuşlar. Etiraz etməmiş və şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuşdur. Bu zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü, 3 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq kağız pul əskinasları, 3 ədəd 20 qəpiklik pulu çıxardaraq təqdim etmişdir. Bükümlər açıldıqda təhqiqatçı ondan bükümlərdə nə olduğunu soruşmuş, cavabında həmin bükümlərin narkotik vasitə olduğunu, bükümləri tutulduğu gündən 3 gün əvvəl narkotik vasitə satışı ilə məşğul olan Rafiq adlı şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını, lakin istifadə etmədiyindən üzərində qaldığını demişdir. Təhqiqatçı ondan Rafiq adlı şəxsi tanıyıb, tanımadığını, yaşayış yerini bilib-bilmədiyini soruşmuş, cavabında Rafiqin yaşadığı yeri bilmədiyini, özünü isə tam tanımadığımı, yalnız narkotik vasitə satdığını bildiyini, Rafiqlə telefon vasitəislə əlaqə saxladığını demişdir. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman birinci bükümün çəkisi 0,31 qram, ikincinin çəkisi 0,13 qram, ümumi çəkisi isə 0,44 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. 3 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq kağız pul əskinaslar, 3 ədəd 20 qəpiklik pullar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sonra ona yaşadığı evə baxış keçiriləcəyini bildirib buna etirazının olub-omadığını soruşmuşlar. Etiraz etməmiş və polis əməkdaşları, habelə vəkilin iştirakı ilə yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi evə getmişlər. Orada təhqiqatçı onun və vəkilin iştirakı ilə evə baxış keçirmişdir. Təhqiqatçı əvvəlcə evdə hər hansı qanunla qadağan olunmuş əşya olubolmadığını soruşmuş, cavabında evdə hər hansı qanunla qadağan olunmuş əşya olmadığını demişdir. Baxış zamanı yaşadığı evin yataq otağındakı ağ rəngli şifonerin üzərində göy rəngli sellofon aşkar olunmuşdur. Həmin paket açıldıqda içərisində iki ədəd qırmızı rəngli qadın pul qabı olduğu müəyyən edilmişdir. Birinci pul qabı açıldıqda içərisində 12 ədəd qara rəngli siqaret kağızına bükülmüş, 1 ədəd qara rəngli parçaya bükülmüş, 1 ədəd şəffaf rəngli sellofona bükülmüş bükümlər müəyyən olunmuşdur. Bükümlər açıldıqda onların içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. İkinci qırmızı pul qabı açıldıqda onun da içərsində 1 ədəd siqaret qutusu, həmin qutunun içərisində isə şəffaf rəngli sellofona bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Daha sonra həmin pul qabının içərisindən də 1 ədəd çəhrayı rəngli pul qabının olduğu müəyyən edilərək həmin pul qabı da açılmışdır. Onun da içərisindən 47 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlərin olduğu aşkar edilmişdir. Sonra ikinci qırmızı rəngli pul qabının içərisində göy rəngli başqa pul qabının da olduğu müəyyən edilmişdir. Həmin pul qabı açldıqda onun içərisindən 11 ədəd müxtəlif rəngli kağız bükümlər aşkar olunmuşdur. Daha sonra həmin siqaret kağızları da açılmış və onların da içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Təhqiqatçı ona həmin maddələrin nə olduğunu soruşduqda onların heç birinin ona aid olmadığını, necə evə qoyulduğundan xəbəri olmadığını demişdir. Daha sonra təhqiqatçı həmin bükümləri tərəziyə qoymuş və onların ayrı-ayrılıqda çəkilərinin 0,08, 0,10, 0,15, 0,12, 0,13, 0,09, 0,15, 0,09, 0,17, 0,15, 0,10, 0,13, 0,14, 0,11, 0,13, 0,14, 0,12, 0,16, 0,14, 0,13, 0,14, 0,14, 0,11, 0,13, 0,14, 0,15, 0,13, 0,10, 0,12, 0,12, 0,09, 0,13, 0,16, 0,13, 0,15, 0,16, 0,11, 0,12, 0,11, 0,11, 0,14, 0,13, 0,09, 0,11, 0,08, 0,11, 0,15, 0,14, 0,12, 0,10, 0,12, 0,10, 0,14, 0,11, 0,13, 0,12, 0,12, 0,15, 0,12, 0,14, 0,11, 0,10, 0,12, 0,15, 0,13, 0,16, 0,11, 0,12, 0,12, 0,08 qram olması müəyyən edilmişdir. Həmin bükümlərin də ümumi çəkisi 8,59 qram, aşkar edilmiş şəffaf rəngli sellofona bükülmüş qəhvəyi rəngli maddə tərəzidə çəkilən zaman çəkisinin 4,43 qram, aşkar edilmiş şəffaf rəngli sellofona bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəzidə çəkilən zaman çəkisinin 9,65 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Daha sonra evdən aşkar olunmuş 2 ədəd qırmızı, 1 ədəd çəhrayı, 1 ədəd göy rəngli pul kisələri, 1 ədəd üzərində saat olan qızılı rəngli alışqan, 1 ədəd «Rothmans» markalı içərisi boş siqaret qutusu, 1 ədəd «Milliön» aparatı çeki, 1 ədəd narkotik vasitə bükülmüş qara rəngli parça, 1 ədəd «Bakı kart»ı, 1 ədəd mağaza bonus kartı, 2 ədəd etiket də qablaşdırılaraq görürülmüşdür. Bölmədə şəxsi axtarış zamanı üzərindən aşkar bolunmuş iki büküm narkotik vasitə heroini tutulduğu gündən üç gün əvvəl Rafiq adlı şəxsdən 5 manata almışdır. Lakin evindən aşkar olunan narkotik vasitə və psixotrop maddələrdən xəbərsiz olmuşdur, həmin maddələr onun deyil. Tutularkən, bölməyə gətirilərkən, üzərində şəxsi axtarış aparılarkən, habelə evinə baxış keçirilən zaman ona qarşı heç bir zor tətbiq olunmamış və qanunsuz hərəkət edilməmişdir. Narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Telefondan istifadə etmir və mobil nömrəsi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, Elçingildə qonaq olmuş, üzərində heç nə olmamışdır. Elçingildə olanda oktyabrın on ikisi idi. Onları 2-ci polis bölməsinə aparmış və orada onlara təziq olunmuşdur. Təqsirləndirilən şəxs4 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Elçingildə o, Ramiz, Möhübbət olmuşdur. Elçingilə qonaq getmişdirlər. Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır. Narkotik vasitəni də ona təhqiqatçı İsmayıl vermişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 tanımamışdır. Möhübbət qonaqlıqda olmamışdır. Onunla Elçin orda olmuşdur. Təqsirləndirilən şəxs4 müdafiəçilərin suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. Amma saxlanılan zaman onun üzərindən heç nə çıxmamışdır. Təhqiqatçı İsmayıl, Ayaz onu narkotik vasitə ilə yükləmişdirlər. O, ibtidai istintaq zamanı da özünü təqsirli bilmədiyini bildirmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, hazırkı iş üzrə saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni üzərinə təhqiqatçı İsmayıl, Ayaz qoymuşdur. Ayaz da həmin bölmənin əməkdaşıdır. Təqsirləndirilən şəxs4 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, bölmədə olarkən Elçinin üzünə durmağını tələb etmişdirlər. Sonra da təzyiq gösytərməyə, vurmağa başlamışdırlar. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və göstərmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 25/63, mənzil 43-də qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Daimi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs3 tanıyır, onunla normal münasibəti vardır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır, onunla ədavət və düşmənçiliyi yoxdur. Narkotik vasitələrin istifadəçisidir, yəni xəstə olduğuna görə qəbul edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11 radələrində istifadə etmək üçün narkotik vasitə almaq məqsədi ilə narkotik vasitə satan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Gədəbəylilər” məhəlləsi kimi tanınan ərazidə yerləşən evinə getmişdir. Elçinin yaşadığı həyətə daxil olanda orada bir nəfər tanımadığı şəxslə Elçinin və Möhübbətin dayandıqlarını görmüşdür. Onlara yaxınlaşıb salamlaşandan sonra Elçin onun narkotik vasitə almaq üçün gəldiyini bilib onu həmin şəxslə tanış etmiş və onun adının Ramiz olduğunu bilmişdir. Sonra isə Elçin ona narahat olmamasını söyləyib açıq danışmasını təklif etmişdir. Elçinə 10 manat pul verərək ondan narkotik vasitə olan heroin istəmişdir. Elçin pulu alıb evə girmiş və bir neçə dəqiqə sonra həyətə düşərək ona 2 bükümdə narkotik vasitə heroin vermişdir. Həmin vaxt orada bilmişdir ki, Ramiz və Möhübbət də Elçindən narkotik vasitə almışlar. 1-2 dəqiqə söhbət etdikdən sonra Ramiz və Möhübbətlə oradan birlikdə çıxıb piyada gedə-gedə söhbət etməyə başlamışlar. Elçinin evindən təxminən 400-500 metr aralanandan sonra bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onları Sumqayıt ŞPİnin 2-ci polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 2-ci polis bölməsinə getmişlər. Bölmədə ona şübhəli şəxs qismində tutulacağı bildirildikdən sonra vəkillərin siyahısı təqdim olunmuşdur. Həmin siyahıdan vəkil Müdafiəçi3 Mcid oğlu tərəfindən hüquqlarının müdafiə edilməsini istəmiş və həmin müdafiəçi ona təqdim olunmuşdur. Sonra bölmədə xidməti otaqların birində videoçəkiliş aparılaraq onun, Möhübbətin və Ramizin üzərində şəxsi axatarış aparılacağı bildirilmişdir. O, Ramiz və Möhübbət üzərlərində şəxsi axtarış aparılmasına etiraz etməmişlər. Hüquq və vəzifələri izah edildikdən sonra əvvəlcə Ramizə təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya varsa təqdim etsin. Ramiz gödəkçəsinin sol yan cibindən 3 ədəd bükülü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı Ramizdən həmin bükülüdə nə olduğu, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsini soruşmuşdur. Ramiz həmin bükümlərdəki heroinləri saxlanılmazdan bir müddət əvvəl Elçindən öz istifadəsi üçün 15 manat pul verərək aldığını bildirmişdir. Bundan sonra Ramizin təqdim etmiş olduğu bükülülər açılmış və həmin bükülülərin içərisində heroin olduğunu görmüşdür. Həmin heroinlər elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Ramiz həmin zərfə imza etmişdir. Ramizin üzərində şəxsi axtarış aparıldıqdan sonra Möhübbətin üzərində şəxsi axtarış aparılmasına başlanılmış və təhqiqatçı tərəfindən ona da üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Möhübbət əynində olan gödəkçəsinin sağ yan cibindən 2 ədəd siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Möhübbətdən həmin bükülülərdə nə olduğu və kimdən əldə etdiyi soruşulduqda həmin bükülülərin içərisində narkotik vasitə olan heroin olduğunu və heroinləri Elçindən şəxsi istifadəsi üçün hər bükülüyə 5 manat, yəni ümumilikdə 10 manat pul verərək aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən həmin bükülülər elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq imzalanmışdır. Bundan sonra, eyni qaydada ona da üzərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Əynində olan gödəkcəsinin sağ yan cibindən Elçindən almış olduğu 2 büküm heroini çıxaraq təqdim etmişdir. Təhqiqtaçı ondan həmin bükülülərdə nə olduğunu və kimdən aldığını soruşanda, həmin bükülülərdə heroin olduğunu və şəxsi istifadəsi üçün Elçindən 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş heroinlər tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, həmin zərfin üzərinə imza etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 10-15 dəqiqə əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Gədəbəylilər” məhəlləsi adlanan məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 10 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Əvvəllər də Elçindən şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almışdır, ona görə də onun narkotik vasitə satdığını bilmişdir. Elçinin narkotik vasitə satdığını bildiyindən adətən ehtiyacı olduqda onun yaşadığı evə getmiş və orada Elçindən narkotik vasitə almışdır. Əvvəlcədən Elçində narkotik vasitə olduğunu bilməmiş, lakin Elçinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyindən ehtimal etmişdir ki, onda narkotik vasitə ola bilər və bu səbədən də ondan narkotik vasitə almağa getmişdir. Elçindən heroini yalnız öz istifadəsi üçün aldığından heroini Ramiz və Əhətlə bölüşmək fikri olmamışdır. Eləcə də həmin şəxslər ona belə bir təklif etməmişlər. Narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır və yalnız özü istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs4 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, heç ifadə verməmiş, elan olunmuş ifadə onun deyil, o ifadəni təsdiq etmir. Düzdür, üzərlərinə şəxsi axtarış keçirilmiş, amma heç nə çıxmamışdır. Şəxsi axtarış Elçingilin qapısında da olmuş, bölmədə də olmuşdur. Sadəcə olaraq üstündən heç nə çıxmamışdır. Ramizlə onun üzərində eyni vaxtda şəxsi axtarış aparılmışdır. Ramiz ondan bir az aralıda olmuşdur. Ramizin üzərindən nə aşkar olunduğuna fikir verməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqda yazılmış ifadənin deyil, hazırda verəcəyi ifadənin qeydə alınmasını xahiş edir. Elçingilə onun oğlu Eldarla dostluq etdiyinə görə getmişdir. O, oraya nəsə Elçinlə alış-veriş etməyə görə getməmişdir. Bölmədə adına qeyd olunanların hamısı əməliyyatçı İdris tərəfindən yazılmışdır. Onun özü orada ifadə verməmişdir. İkinci mərtəbədə İsmayıl müəllim narkotik vasitəni ona vermişdir. Çəkiliş zamanı da üzərindən narkotik vasitəni o çıxartmışdır. Elçinin oğlu Eldar onu qapıdan yola salan zaman Elçinin dostu Əhətgil də çıxırdı ki, onları orada polis əməkdaşları saxlamışdırlar. Onların üzərlərini yoxlayan zaman üzərlərindən heç nə aşkar olunmamışdır. Yalandan demişdirlər ki, bölmədə sizi buraxacağıq. Bölmədə onlara təzyiq göstərmişdirlər. Bölmədə özləri izahat yazıb imzaladaraq materialı baş idarəyə göndərmişdirlər. Elçinin üzünə durmaqlarını onlardan tələb etmişdirlər. Təqsirləndirilən şəxs3 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 2020-ci ildən narkotik vasitə istifadə edir. Narkotik vasitəni Bakıdan əldə etmişdir. Bakıda yaşamışdır. Narkotik vasitə alınacaq o qədər adam var ki, narkotik vasitəni onlardan almışdır. Elçini uşaqlıqdan tanımış, oğlu ilə dostluq etmişdir. O, Elçingildə qonaqlıqda olmamışdır. Məhəlləyə gəlmiş, Elçinin oğluyla görüşmüş, heç içəri girməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etdiyini bilməmişdir. O, on manata Elçindən narkoitk vasitə almamışdır. İbtidai istintaq zamanı təzyiq altında olduğu üçün on manata Elçindən narkotik vasitə aldığını bildirmişdir. Barəsində qətimkan tədbiri seçilən zaman məhkəməyə təzyiq altında olduğunu bildirməmişdir. O, müstəntiqə də demişdir ki, məhkəmədə istintaqı zamanı nə olubsa, onu danışacaqdır. Təqsirləndirilən şəxs3 müdafiəçilərin suallarına cavab olaraq bildirmişdir ki, bölmədə narkotik vasitəni ona verəndə orada polis əməkdaşları olmuşdur. Orada həmin vaxt Ayaz, İsmayıl müəllim, İdris olmuşdur. Onları bölməyə gətirən Ayaz olmuşdur. Bölmədə ikinci mərtəbədə bükümü cibinə qoymuşdurlar. Büküm iki dənə bağlı kağızda olmuş, içində də narkotik vasitrə heroin olmuşdur. Bükümü ona verib demişdirlər ki, video çəkiliş zamanı bükümün özünə məxsusluğunu bildirsin. O, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Əgər razılaşmasaydı, ona ittiham olunduğu maddənin dördüncü bəndi ilə ittiham veriləcəkdir. Ona işini 234.1-ci maddə ilə sənədləşdirəcəklərini bildirdikləri üçün polis əməkdaşlarının dediklərini qəbul etmişdir. Əhəti üzdən tanımışdır. Saxlanmamışdan qabaq Eldarı bir-iki dəfə evlərindən çağıran zaman Əhəti onlarda görmüşdür. Əhəti Elçingilin həyətində görmüşdür. Əhətdən narkotik vasitə alan şəxsi görməmişdir. Əhətin üzərindən narkotik vasitə aşkar olunmasını görməmişdir. Onlar Elçingilin qapısından çıxmışdırlar. Polis əməkdaşları onları evdən bir-iki addım atmağa belə imkan verməmişdirlər. Polis əməkdaşaları onları qapının ağzında saxlamış, orada da üzərlərinə şəxsi axtarış keçirmişdirlər. Həmin vaxt üzərlərindən heç nə aşkar olunmamışdır. Əhəti şəxsi axtarış zamanı görmüş, üzərindən heç nə çıxmamışdır. Ramizi qapının o tərəfində, Elçingilin həyətinin o üzündə yoxlamışdırlar. Onları avtomobilə əyləşdirmiş, 2-ci polis bölməsinə aparmışdırlar. Demişdilər, bölmədə izahat yazandan sonra onları buraxacaqlar. Əhətdə narkotik vasitə görməmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ifadəsində göstərmişdir ki, 2020-ci ildə Sumqayıt şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci mmaddələri ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Heç bir psixi xəstəlik keçirməmişdir. Daimi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs4 tanıyır, onunla normal münasibəti vardır. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır, onunla ədavət və düşmənçiliyi yoxdur. Bir neçə aydır ki, narkotik vasitə qəbul edir. Əsasən narkotik vasitənin “kakos” adı ilə tanınan heroin növündən istifadə edir. Narkotik vasitəni bəzən tanışı Təqsirləndirilən şəxs1, bəzən də tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11 radələrində istifadə etmək üçün narkotik vasitə almaq məqsədi ilə narkotik vasitə satan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Gədəbəylilər” məhəlləsi kimi tanınan ərazidə yerləşən evinə getmişdir. Elçinin yaşadığı həyətə daxil olan zaman orada sonradan tanıdığı Ramizi görmüş və həmin şəxslə salamlaşmışdır. Sonra Elçini çağırmış, Elçin yaşadığı evdən həyətə çıxaraq onunla görüşəndən sonra Ramiz Elçinlə birlikdə ondan 1-2 addım kənara çəkilmiş və Elçinin Ramizə nəsə verdiyini görmüşdür. X12 nə verdiyini dəqiq görə bilməmişdir. Elçin sonra ona yaxınlaşaraq onu Ramizlə tanış etmiş və ona Ramizin də ondan narkotik vasitə almaq üçün gəldiyini demişdir. Bundan sonra daha çəkinməyərək Elçinə 10 manat pul verib ona narkotik vasitə olan heroin gətirməsini söyləmişdir. Elçin pulu alıb yenidən evinə girmiş və bir neçə dəqiqə sonra evdən çıxaraq 2 bükümdə narkotik vasitə olan heroini ona vermişdir. Həmin vaxt Elçinin yaşadığı evin həyətinə Əhət daxil olmuş və Əhət onlarla görüşəndən sonra Elçin Əhəti də Ramizlə tanış etmiş və Əhətə narahat olmamasını, sözünü açıq deməsini təklif etmişdir. Əhət Elçinə pul verərək ondan narkotik vasitə heroin istəmişdir. Elçin pulu alıb yenidən evə girmiş və 1-2 dəqiqə sonra həyətə düşərək Əhətə bir neçə bükülü vermişdir. Bu zaman başa düşmüşdür ki, Elçin narkotik vasitəni yaşadığı evində saxlayır və oradan götürərək gətirib onlara verir. Elçin, Ramiz və Əhətdən pul alan zaman onların Elçinə hansı məbləğdə pul vermələrini, eləcə də Elçinin onlara dəqiq olaraq neçə büküm heroin verməsini görməmişdir. 1-2 dəqiqə söhbət etdikdən sonra o, Ramiz və Əhət oradan birlikdə çıxıb piyada gedə-gedə söhbət etməyə başlamışlar. Elçinin evindən təxminən 400-500 metr aralanandan sonra bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Sonra isə polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 2-ci polis bölməsinə getmişlər. Bölmədə ona şübhəli şəxs qismində tutulacağı bildirildikdən sonra vəkillərin siyahısı təqdim olunmuşdur. Həmin siyahıdan vəkil X4 tərəfinrdən hüquqlarının müdafiə edilməsini istəmiş və həmin müdafiəçi ona təqdim olunmuşdur. Sonra bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla onun, Əhətin və Ramizin üzərində şəxsi axatarış aparılacağı bildirilmişdir. O, Ramiz və Əhət üzərlərində şəxsi axtarış aparılmasına etiraz etməmişlər. Hüquq və vəzifələri izah edildikdən sonra əvvəlcə Ramizə təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya varsa, təqdim etsin. Ramiz gödəkçəsinin sol yan cibindən 3 ədəd bükülü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı Ramizdən həmin bükülüdə nə olduğu, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsini soruşduqda Ramiz həmin heroinləri saxlanılmazdan bir müddət əvvəl Elçindən öz istifadəsi üçün 15 manat pul verərək aldığını bildirmişdir. Bundan sonra Ramizin təqdim etmiş olduğu bükülülər açılmış və o, həmin bükülülərin içərisində heroin olduğunu görmüşdür. Sonra həmin heroinlər elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Ramiz də həmin zərfə imza etmişdir. Ramizin üzərində şəxsi axtarış aparıldıqdan sonra onun üzərində şəxsi axtarış aparılmasına başlanılmış və ona da üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Elçindən alaraq əynində olan gödəkcəsinin sağ yan cibinə qoymuş olduğu 2 ədəd siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Ondan həmin bükülülərdə nə olduğu və kimdən əldə etdiyi soruşulduqda həmin bükülülərin içərisində narkotik vasitə olan heroin olduğunu və heroinləri Elçindən şəxsi istifadəsi üçün hər bükülüyə 5 manat, yəni 10 manat pul verərək aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən həmin bükülülər elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və o, qablaşdırmanı imzalamışdır. Bundan sonra eyni qaydada Əhətə də üzərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Əhət əynində olan gödəkcəsinin sağ yan cibindən Elçindən almış olduğu 2 bükü heroini çıxaraq təqdim etmişdir. Təhqiqtçı Əhətdən həmin bükülülərdə nə olduğunu və kimdən aldığını soruşduqda, Əhət həmin bükülülərdə heroin olduğunu və şəxsi istifadəsi üçün Elçindən 10 manata aldığını bildirmişdir. Əhətin üzərindən aşkar olunaraq götürülmüş heroinlər tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Əhət həmin zərfin üzərinə imza etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 15-20 dəqiqə əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Gədəbəylilər” məhəlləsi adlanan məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 10 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Əvvəllər də Elçindən şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almış, buna görə də, onun narkotik vasitə satdığını bilmişdir. Elçinin narkotik vasitə satdığını bildiyindən adətən ehtiyacı olduqda onun yaşadığı evə getmiş və orada ondan narkotik vasitə almışdır. Əvvəlcədən Elçində narkotik vasitə olduğunu bilməmiş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyindən ehtimal etmişdir ki, onda narkotik vasitə ola bilər və bu səbədən də ondan narkotik vasitə almağa getmişdir. Elçindən heroini öz istifadəsi üçün aldığından heroini Ramiz və Əhətlə bölüşmək fikrim olmamışdır. Eləcə də Ramiz və Əhət ona belə bir təklif etməmişlər. Narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı yazılmış və hazırda elan olunan ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Elçingilə gələndə iki nəfər orda olmuşdur. Onun Elçingilə girib-çıxmağı heç beş dəqiqə çəkməmişdir. Çıxan kimi də onu tutmuşdurlar. O, Elçingilə əvvəllər də gedibgəlmiş, münasibətləri də olmuşdur. Ona verilən ittihamda qeyd olunan oğurluqları da o etməmiş, boynuna qoymuşdurlar. O, neçə ildir oğurluq hadisəsi olduğu bildirilən yerədə yaşayır, heç vaxt oğurluq etməmişdir. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 3-4 ildir ki, narkotik vasitə istifadə edir. Elçindən narkotik vasitə almamışdır. Elçinin narkotik vasitə istifadəçisi olduğunu sonradan bilmişdir. Tutulmamışdan beş-altı ay qabaq Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Oğurluqlarda onun əli olmamışdır. Təqsirləndirilən şəxs2 müdafiəçilərinin suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisi olmuşdur. Ona görə də oğurluqları onun üzərinə atmışdırlar. İbtidai istintaqda ağrı çəkdikdən sonra oğurluq törətdiyini bildirmişdir. Təzyiq altında olduğu üçün oğurluğu boynuna götürmüşdür. Bölmədə olarkən döyülmüşdür. Bölmədə döyülməyi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, əgər oğurluq hadisəsini onun törətdiyini bildirirlərsə, kimə satdığını da qeyd etsinlər. O, nəyisə oğurlayıb kiməsə satmamışdır. Qonşuları ilə də düşmənçilik və s. mənfi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər tanımamış, həmin şəxslərlə ədavət və düşmənçiliyi yoxdur. Təxminən 6 ay olar ki, narkotik vasitə qəbul edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 10- 11 radələrində istifadə etmək üçün narkotik vasitə almaq məqsədi ilə narkotik vasitə satan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Gədəbəylilər” məhəlləsi və ya “Gədəbəy” dayanacağı kimi tanınan ərazidə yerləşən evinə getmişdir. Elçinin yaşadığı həyətə daxil olaraq onu çölə çağırmış və Elçin həyətə düşmüşdür. Elçinlə söhbət edib ondan özü üçün istifadə etmək məqsədilə narkotik vasitə olan heroin istəmiş və Elçinə 15 (on beş) manat pul verərək həmin pulun dəyərində ona heroin verməsini demişdir. Elçin ona gözləməsini deyib yaşadığı evə girmişdir. Bu zaman Elçinin yaşadığı evin həyət qapısı açılmış və bir nəfər şəxs həyətə daxil olmuşdur. Həmin şəxs onunla salamlaşandan sonra Elçini çağırmış, bu zaman Elçin evdən çölə çıxıb həmin şəxslə görüşərək gözləməsini söyləmişdir. Bundan sonra Elçin onu 1-2 addım kənara çəkib 3 (üç) ədəd bükülü vermiş və həmin bükülülərin içərisində narkotik vasitə olan heroin olmasını demişdir. Elçindən həmin şəxsin kim olduğunu və nə üçün gəldiyini soruşduqda Elçin həmin şəxsin adının Möhübbət olduğunu və Möhübbətin də narkotik vasitə almaq üçün gəldiyini demişdir. Elçin heroinləri ona verən zaman Möhübbət ondan 1-2 addım kənarda olsa da, Elçinin ona bükülüləri verməsini görmüşdür. Elçin daha sonra Möhübbətə yaxınlaşaraq onları tanış etmiş və Möhübbətə onun da narkotik vasitə almaq üçün gəldiyini demişdir. Bundan sonra Möhübbət Elçinə pul verərək ona narkotik vasitə olan heroin gətirməsini söyləmişdir. Elçin pulu alıb yenidən evinə girmiş və bir neçə dəqiqə sonra evdən çıxaraq bir neçə bükümü Möhübbətə vermişdir. Həmin vaxt Elçinin yaşadığı evin həyətinə bir nəfər şəxs də daxil olmuş və həmin şəxs onlarla görüşəndən sonra həmin şəxsin adının Əhət olduğunu və X6 tanışı olduğunu öyrənmişdir. Elçin Əhəti də onunla tanış edəndən sonra Əhətə narahat olmamasını sözünü açıq deməsini təklif etmişdir. Əhət Elçinə pul verərək ondan narkotik vasitə heroin istəmişdir. Elçin pulu alıb yenidən evə girmiş və 1-2 dəqiqə sonra həyətə düşərək Əhətə bir neçə bükülü vermişdir. Elçin, Əhət və Möhübbətdən pul alan zaman onların Elçinə hansı məbləğdə pul vermələrini, eləcə də Elçinin onlara dəqiq olaraq neçə büküm heroin verməsini görməmişdir. 1-2 dəqiqə söhbət etdikdən sonra o, Möhübbət və Əhət oradan birlikdə çıxıb piyada gedə-gedə söhbət etməyə başlamışlar. Elçinin evindən təxminən 300-400 metr aralanandan sonra bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 2-ci polis bölməsinə getmişlər. Bölmədə ona şübhəli şəxs qismində tutulacağı bildirildikdən sonra vəkillərin siyahısı təqdim olunmuşdur. Həmin siyahıdan vəkil X9 tərəfindən hüquqlarının müdafiə edilməsini istəmiş və həmin müdafiəçi ona təqdim olunmuşdur. Sonra bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla onun və onunla birlikdə saxlanılan digər şəxslərin üzərində şəxsi axatarış aparılacağı bildirilmişdir. O, Möhübbət və Əhət üzərlərində şəxsi axtarış aparılmasına etiraz etməmişlər. Hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya varsa təqdim etsin. Elçindən alaraq gödəkcəsinin sol yan cibinə qoymuş olduğu 3 ədəd bükümdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülüdə nə olduğu, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi soruşulduqda həmin heroinləri saxlanılmazdan bir müddət əvvəl Elçindən öz istifadəsi üçün 15 manat pul verərək aldığını bildirmişdir. Bundan sonra təqdim etmiş olduğu bükülülər elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmin zərfə imza etmişdir. Onun üzərində şəxsi axtarış aparıldıqdan sonra Möhübbətin üzərində şəxsi axtarış aparılmağa başlanılmış və ona da üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Möhübbət əynində olan gödəkcəsinin sağ yan cibindən 2 ədəd siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Möhübbətdən həmin bükülülərdə nə olduğu və kimdən əldə etdiyi soruşulduqda Möhübbət həmin bükülülərin içərisində narkotik vasitə olan heroin olduğunu və heroinləri Elçindən şəxsi istifadəsi üçün hər bükülüyə 5 manat, yəni 10 manat pul verərək aldığını demişdir. Təhqiqatçı tərəfindən həmin bükülülər açıldıqda içərisində qəhvəyi əngli narkotik vasitə olan heroin olmasını görmüşdür. Sonra təhqiqatçı tərəfindən həmin bükülülər elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Möhübbət tərəfindən imzalanmışdır. Bundan sonra eyni qaydada Əhətə də üzərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Əhət əynində olan gödəkcəsinin sağ yan cibindən Elçindən almış olduğu 2 büküm heroini çıxaraq təqdim etmişdir. Təhqiqtçı Əhətdən həmin bükülülərdə nə olduğunu və kimdən aldığını soruşduqda, Əhət həmin bükülülərdə heroin olduğunu və şəxsi istifadəsi üçün Elçindən aldığını bildirmişdir. Əhətin üzərindən aşkar olunaraq götürülmüş heroinlər tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Əhət həmin zərfin üzərinə imza etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 15-20 dəqiqə əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Gədəbəylilər” məhəlləsi adlanan məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 15 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Əvvəllər 1-2 dəfə Elçindən şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. Elçinin narkotik vasitə satdığını bildiyindən ehtiyacı olduqda adətən Elçinin yaşadığı evə getmiş və orada ondan narkotik vasitə almışdır. Əvvəlcədən Elçində narkotik vasitə olduğunu bilməmiş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyindən ehtimal etmişdir ki, onda narkotik vasitə ola bilər və bu səbədən də ondan narkotik vasitə almağa getmişdir. Elçindən aldığı heroini öz istifadəsi üçün əldə etmiş, heroini Möhübbət və Əhətlə bölüşmək fikri olmamışdır. Eləcə də Möhübbət və Əhət ona belə bir təklif etməmişlər. Narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Bundan başqa, 2021-ci ilin noyabr ayının əvəllərində tanışı Şahid2 yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən fərdi yaşayış evində təmir işləri ilə məşğul olan zaman Tural söhbət əsnasında ona ucuz qiymətə ev əşyaları satan olarsa, ala biləcəyini demişdir. Pula ehtiyacı olduğundan elə Xəzər bağlarında Turalın evi ilə qonşuluqda yerləşən həyət evinə oğurluq məqsədilə daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 23.30 radələrində həmin həyətə yaxınlaşmış, ətrafa baxmış, evə gələn-gedən olmadığını, evin boş olduğunu yəqin etdikdən sonra təxminən 8-10 daş hündürlüyündə hasarı aşmaqla həyətə daxil olmuşdur. Həyətdə yerləşən bir mərtəbəli, köhnə evə yaxınlaşıb giriş qapısını yoxlamış, bu zaman boz rəngli dəmir qapının açıq olduğunu görüb qapıdan evə daxil olmuşdur. İki otaqdan ibarət həmin evə qapıdan girən kimi otaqda masanın üstündə «Shivaki» markalı, qara rəngli televizor olduğunu, televizorun qutusunun isə girəcəkdə şkafın yanında yerdə qoyulduğunu görmüşdür. Televizoru götürüb həmin qutuya qoymuş və elə həmin otaqda yerdə qoyulmuş vəziyyətdə bir ədəd üzəri qırmızı rəngdə olan termosu və bir ədəd dəmir materialdan sarımsaq əzəni də götürmüşdür. Həmin əşyaları evdən çıxarmış, yaxınlıqda sahibsiz bir həyətdə gizlətdikdən sonra yaşadığı evə çıxıb getmişdir. Səhəri gün Turalın evinə getmiş, söhbət əsasında Turala bir ədəd televizoru olduğunu və satmaq istədiyini bildirmişdir. Tural televizora baxmaq istədiyini bildirmiş, oğurladığı həmin televizoru gətirib Turala göstərmişdir. Tural sonra qiymətdə razılaşmağı təklif edib həmin televizoru ondan götürmüşdür. Televizorun oğurluq olmasını Turala deməmiş, Tural ondan şübhələnməmişdir. Oğurladığı termos və sarımsaq əzəni isə yaşadığı evə aparmış və evdə həmin əşyaları guya, Turalın ona verməsini bildirmişdir. Oğurluq etdiyi həmin evin sahibini tanımır, sadəcə Turalın evinə gəlib-gedəndə həmin evdə yaşayış olmadığını müşahidə etmiş və həmin evə oğurluq məqsədilə daxil olmuşdur. Hadisəni tək törətmiş, etdiyi oğurluq hadisəsi barədə heç kimə məlumat verməmişdir. Əməlindən səmimi peşmandır, oğurladığı əşyaları polisə təqdim etmişdir. İlkin izahatında yanlışlığa yol verərək Zərərçəkmiş şəxs2 evindən qeyd etdiyi əşyalardan başqa 01 ədəd geyinilmiş nimdaş kimi paltarlarını oğurladığını bildirmiş, əslində onun evindən heç bir paltar oğurlamamış, qeyd etdiyi əşyalardan savayı başqa heç nə oğurlamamışdır. Bundan başqa, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində evdən çıxaraq Sumqayıt şəhəri Xəzər bağlar massivinə getmiş, orada ilk rastına çıxan evin işıqlarının sönülü və içəridə, eləcə də ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra o hasardan evin həyətinə aşaraq evə yaxınlaşıb yataq otağının plastik pəncərəsini yerdən tapdığı dəmir parçası ilə sıxıb açmaqla içəriyə daxil olub oradan bir ədəd su motoru hidroforla birlikdə, bir ədəd «Bosh» markalı pereferator, bir top 4-lük mis kabeli, iki top 2,5-lik mis kabeli, bir ədəd «Bosh» markalı dreli, bir ədəd «Makite» markalı dreli, bir ədəd santexnika ütüsünü, bir ədəd «LG» markalı maqnitofon kalonkasını, bir ədəd çəkic, bir ədəd səviyyə ölçən tərəzi, bir ədəd mişar, 30 metr uzunluğunda mis kabeli, bir qutu tikintidə istifadə olunan əqrəbi, sayın dəqiq bilmədiyi razetkaları, bir ədəd tülpan krantı, bir ədəd krantı, bir dəst simistiteli, bir ədəd smistitel ilə birlikdə duşu, sayını bilmədiyi arko krantı, 6-lıq mis kabeli oğurlayaraq özü ilə gətirdiyi sellofan torbalara yığıb oradan uzaqlaşıb getmişdir. Oğurladığı əşyaları aparıb yaşadığı evin həyətində gizlətmişdir. Həmin əşyalardan dəqiq yadında deyil əksəriyyətini həmin gün saat 12 radələrində aparıb Sumqayıt şəhəri «Kolxoz» bazarı adlanan ərazidə yoldan keçən tanımadığı şəxsə 150 manata satmışdır. 01 ədəd krant (moydadır), 02 ədəd krant şlanqları, 3 paçka elektrik naqilinin skopu, 01 ədəd fun, 01 dəst hamam tujunu isə evdə saxlamışdır. Onları tanışı Şahid3 satarkən o qardaşı Zərərçəkmiş şəxs3 evindən oğurlanan həmin əşyaları tanıyaraq onları ondan götürmüşdür. O etdiyi hərəkətə görə ondan üzr istəyib peşiman olduğunu demişdir. Sözügedən oğurluq cinayətini özü tək törətmiş, əldə etdiyi pulu da özünə sərf etmişdir. Bundan başqa, pula ehtiyacı olduğu üçün o yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində o evdən çıxaraq qonşuluqda yaşayan Leyla adlı qadının evinə tərəf getmiş, ətrafa nəzər salıb heç kimin olmamasına tam əmin olduqdan sonra evin həyətinə daş hasarın üzərində aşaraq daxil olmuş, o evin həyətindən olan köməkçi tikiliyə yaxınlaşıb onun dəmir qapısını bağlı saxlayan taxtanı götürüb kənara qoyuş, qapı açılmış və o içəriyə daxil olub oradan 02 ədəd «Bosch» markalı böyük laqondanı, 03 ədəd «Bosch» markalı balaca pereferatoru, 01 ədəd «Bosch» markalı böyük pereferatoru, 01 ədəd «Bosch» markalı balaca dreli, 01 ədəd «Bosch» markalı böyük dreli, 45 ədəd «Kripsal» markalı rezbanı, 01 top 4-lük ölçüdə elektrik naqili, 2 top 2,5-lik ölçüdə elektrik naqili, 05 ədəd qaz üçün vintili, 02 ədəd ütü qayçını, 04 qutu şurupu özü ilə gətirdiyi selofanlara yığıb oradan uzaqlaşıb əşyaları aparıb dəniz kənarında qamışdıq sahədə gizlətmişdir. Həmin gün günorta saatlarında o sözügedən əşyaları orada götürüb Sumqayıt şəhəri «Kolxoz bazarı» adlanan ərazinin ətrafına gətirərək oradan hamısını tanımadığı şəxslərpə ucuz qiymətə satıb 50 manat pul əldə etmiş, həmin pulu da özünə sərf etmiş, sözügedən oğurluq cinayətini özü törətmiş, ona heç kimi kömək etməmiş, əldə etdiyi puldan da heç kimə verməmişdir. 07 may 2022-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə vermiş, orada oğurluğun tarixi və oğurlanan əşyaların dəqiq siyahısını demiş, indi bir az unutmuşdur. Evə elektrik çağırıb elektrik sistemini yığdırmışdır. Ramiz bütün enerji mənbələrini (rozetka) aparıb, kabelləri kəsib, su motoru, hidrofon, preparator, direl və s. oğurlamışdır. İbtidai istintaq zamanı hesablamış, ona ümumilikdə 1.350 (bir min üç yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Ramiz ona vurmuş olduğu maddi ziyandan heç nə ödəməmişdir. O, hazırda Ramizdən şikayətçidir, ona heç bir ziyan və s. ödənməyib, özü və ya ailəsi gəlib nəsə deməyib, ona görə də onu bağışlamır. 08 aprel 2022-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs olaraq oğurluq etmiş Təqsirləndirilən şəxs2 şikayətçi deyildir, onunla anasına və gəncliyinə xatir barışmışdır. Ümumilikdə, Ramizdən şikayətçi deyil, lakin ona vurulmuş ziyan ödənilməmişdir. 29 noyabr 2021-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğurluq zamanı kombi, televizor aparmışdırlar. Televizoru bərbad vəziyyətdə qaytarmışdırlar. Zərər ödənməyib, şikayəti var. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, onun Sumqayıt şəhəri, Xəzər bağları ərazisində fərdi həyət evi olsa da, orada yaşayış olmamış, hərdən gedib ora baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə həmin ünvana baş çəkmiş, hər bir əşyası qaydasında olmuşdur. xx.xx.2021-ci il tarixdə yenidən nəzarət məqsədilə həmin ünvana getdikdə görmüşdür ki, evin qapısı açıq vəziyyətdədir, evin içinə daxil olmuş, evdən bir neçə əşyasının oğurlandığını müşahidə etmişdir. Belə ki, evdən 4 ay əvvəl 300 manata aldığı bir ədəd 32 diaqonallı Şivaki markalı led televizor, bir ədəd üstü qırmızı rəngli 15 manat dəyərində iki litr tutumlu termos, bir ədəd 20 manat dəyərində dəmir materialdan sarımsaq əzən (həfəydəstə) oğurlanmışdır. Hadisə nəticəsində ona cəmi 335 manat maddi ziyan dəymişdir. İlkin izahatında o evdən həmçinin istifadə edilmiş yataq dəstləri, dəsmalları, bir ədəd kişi idman geyiminin oğurlandığını da bildirmiş, lakin sonradan evə nəzər yetirdikdə həmin əşyaları tapdığından, onun həmin əşyalarla bağlı heç kimə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bundan başqa, o xx.xx.2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərkən həyacanlı olduğu üçün şirəçəkən maşının da oğurlandığını səhvən bildirmiş, əslində evindən şirəçəkən maşın oğurlanmamışdır. Qeyd etdiyi 3 əşyadan savayı evindən başqa heç nə oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 göstərmişdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində hal-hazırda təqsirləndirilən şəxslər barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbiri keçirildikdən sonra şəxslər saxlanıldı və polis bölməsinə gətirildi. Orada üç nəfər şəxsdən narkotik vasitə aşkar olundu. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar olunmasını xatırlamır, ancaq yaşadığı evə baxış keçirildi. Evdən külli miqdrada narkotik vasitə, daha dəqiq desə “kokos” kimi bilinən narkotik vasitə heroin, psixotrop maddə metanfetamin aşkar olundu. Ümumilikdə 70-ə yaxın narkotik vasitə bükümü aşkar olundu. Möhübbət, Əhət və Ramiz adlı şəxs saxlanılıb polis bölməsinə gətirilmişdirlər. Şəxslərin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti polis bölməsində aparılmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə keçirilən baxışda o, da iştirak etmişdir. 70 büküm mənzildən aşkar olunmuşdur. Elçin onlar tərəfindən Kimyaçılar qəsəbəsində evinin yaxınlığında saxlanılmışdır. Onlara əməliyyat məlumatı daxil olmuşdu ki, Elçin narkotik vasitələrin satışı ilə məşğul olur. Video çəkilşdən də görünür ki, Elçin özü evində axtarış aparılmasına heç bir etiraz etməmişdir. Elçinin evinə baxış keçirilən zaman da pul qabılarının içərisindən müxtəlif dövriyyəsi qadağan edilmiş maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə “kokos” aşkar olunmuşdur. Üç nəfər şəxs ilk mərhələdə tutulmuş, daha sonra Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Ramizgildən bir büküm çıxanı da oldu, iki büküm çıxanı da oldu, detallar hazırda yadında deyildir. Hətta onlar orada ifadələrində də qeyd etdilər ki, üzərilərindən aşkar olunmuş maddələri Təqsirləndirilən şəxs1 alıblar. Təqsirləndirilən şəxs4 əvvəllər tanımamış, ancaq əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs4 saxlamışdırlar. Əhət, Ramiz və Möhübbətin üçünü bir saxlamışdırlar. Həmin o üç nəfər şəxs eyni vaxtda, eyni müddətdə və eyni yerdə saxlanılmışdırlar. Təbii ki, şəxslər polis bölməsinə gətirilib, orada vəkilin iştirakı ilə üzərilərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Onlar əvvəllər də hazırda təqsirləndirilən şəxslər barədə əməliyyat məlumatı əldə etmişdirlər. Bu səbəbdən də onları saxladıqdan sonra polis bölməsinə gətirmiş və orada şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Hətta şəxslər barəsində oğurluqla da bağlı əməliyyat məlumatı daxil olmuşdur. Hətta Elçinin yaşadığı ərazinin yaxınlığında üç dəfə avtomobildən ardıcıl şəkildə oğurluq olmuşdur. Təbii ki, bütün bunlarla bağlı məlumatlar üst-üstə yığılmış və əməliyyat tədbiri keçirilərək şəxslər saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs4 onlara hər hansı müqavimət göstərməmişdir. Həmçinin onların sayı da da onlardan çox olmuşdur. Əhət çöldə saxlanılmışdır. Təqsirləndirilən şəxs4 saxlanılan zaman da özünü qeyri-səmimi aparmışdır, amma narkotik vasitə üzərindən aşkar olunmuşdur. O, əməliyyat qrupunun rəhbəri olmuş və mütləq şəkildə əməliyyat tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxslər saxlanılan zaman narkotik vasitənin təsiri altında olmuşdurlar. Elçinin üzərindən polis bölməsində narkotik vasitə aşkar olunmadı. Daha sonra evinə baxış keçiriləndə evindən narkotik vasitə aşkar olundu. Video çəkiliş heç mobil telefon aparatı vasitəsilə aparılmır. Video çəkiliş ekspert-kriminalist tərəfindən aparılır. Qanun necə tələb edirsə, onlar o cür evə baxış keçirmişdirlər. Elçin video çəkiliş vaxtı bildirmişdir ki, evində axtarış aparılmasına etiraz etmir, bundan sonra onun yaşadığı mənzilə baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Əgər dediyi kimi evinə narkotik vasitə qoymuşdurlarsa, elə üzərindən də narkotik vasitə aşkar olunardı. Elçin saxlanılan zaman narkotik vasitəni təsiri altında olmuşdur. Elçinin yanında olan şəxslər də özlərini idarə edə bilmirdilər. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 15 oktyabr 2021-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, həmin şəxslərlə qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, eləcə də ədavət və ziddiyyət olmamışdır. 15 oktyabr 2021ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 25/63, mənzil 43-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs4, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19C-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, «Xəzər bağları» yaşayış massivi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs2 və Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 3, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə yaşayan narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs1 evinə narkotik vasitə almaq məqsədi ilə gəlmələri barədə Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin faktla əlaqədar müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair raportla rəhbərliyə məruzə edərək, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olduğu yer müəyyənləşdirilərək, onların saxlanılması məqsədi ilə rəhbərliyi altında Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid5, Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid6 və Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid7 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birlikdə 15 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə gətirilmişlər. Bölmədə həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirildikdən sonra müvafiq araşdırma aparılması üçün raportla rəhbərliyə məruzə etmişdir. Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov tərəfindən vəkillə təmin edilməklə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, Sumqayıt ŞPİ-nin kriminalistik tədqiqatlar bölməsinin inspektoru, polis kapitanı X3, 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid5, 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid6, 2-ci polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid7 və şübhəli şəxslərə təqdim olunmuş vəkillərin iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla ardıcıllıqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X7 tərəfindən şübhəli şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, eləcə də axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən, siqaret, alışqan və siqaret kağızından hazırlanmış 3 (üç) ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümlərdəki kütlənin narkomanlar arasında “kakos” kimi tanınan heroin olduğunu, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 15 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə yaşayan Elçin adlı şəxsdən ümumilikdə 15 (on beş) manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin bükümlərə baxış keçirilərkən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar olunmuş 3 (üç) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. X7 tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfi şəxsi axtarışda iştirak edən hər bir şəxs, həmçinin Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən də imzalanmışdır. Protokol tərtib edilərkən iştirakçılardan, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs2 heç bir şikayət daxil olmamışdır. Bundan sonra X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 əynindəki cins şalvarının cibindən manatlıq kağız pul, habelə qəpiklər, əynindəki gödəkcəsinin sağ yan cibindən siqaret kağızından hazırlanmış 2 (iki) ədəd büküm, gödəkcəsinin döş cibindən isə bir ədəd saç darağı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 2 (iki) ədəd bükümdəki kütlələr barədə soruşulduqda o, həmin bükümlərdəki kütlənin narkomanlar arasında “kakos” kimi tanınan heroin olduğunu, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 15 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə yaşayan Elçin adlı şəxsdən hər bükümün müqabilində 5 (beş) manat verməklə 10 (on) manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi həmin bükümlərə baxış keçirilərkən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 aşkar olunmuş 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. X7 tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərf şəxsi axtarışda iştirak edən hər bir şəxs, həmçinin Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi tərəfindən də imzalanmışdır. Protokol tərtib edilərkən iştirakçılardan, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs3 heç bir şikayət daxil olmamışdır. Daha sonra X7 tərəfindən digər şübhəli şəxs Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs4 əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən siqaret kağızından hazırlanmış 2 (iki) ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs4 təqdim etdiyi 2 (iki) ədəd bükümdəki kütlələr barədə soruşulduqda o, həmin bükümlərdəki kütlənin narkomanlar arasında “kakos” kimi tanınan heroin olduğunu, 15 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə yaşayan Elçin adlı şəxsdən hər bükümün müqabilində 5 (beş) manat verməklə 10 (on) manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs4 təqdim etdiyi həmin bükümlərə baxış keçirilərkən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs4 aşkar olunmuş 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. X7 tərəfindən bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərf şəxsi axtarışda iştirak edən hər bir şəxs, həmçinin Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi tərəfindən də imzalanmışdır. Protokol tərtib edilərkən iştirakçılardan, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs4 heç bir şikayət daxil olmamışdır. Həmin gün, yəni 15 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində keçirlmiş əməliyyat tədbirləri nəticəsində Elçin adlı şəxs, yəni Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq 2-ci polis bölməsinə gətirilmişdir. 2-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Mətləb Abbasov tərəfindən vəkillə təmin olunmaqla Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, Sumqayıt ŞPİ-nin kriminalistik tədqiqatlar bölməsinin inspektoru, polis kapitanı X3, 2-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid8, 2-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid9, 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid10 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X8 tərəfindən Təqsirləndirilən şəxs1, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 buna cavab olaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 2 (iki) ədəd qara rəngli kağız büküm çıxarıb təqdim edərək həmin bükümlərdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddələri saxlanılmazdan 3 (üç) gün əvvəl Rafiq adlı şəxsdən şəxsi istifadəsi üçün 5 (beş) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükümlərə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 aşkar olunmuş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bükümlər X8 tərəfindən elektron tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. X8 tərəfindən bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Tahir Abbasov da imza etmişdir. Protokol tərtib edilərkən iştirakçılardan, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs1 heç bir şikayət daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş 3 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq əskinaslar, habelə 3 ədəd 20 qəpikoik qəpiklik pul araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə yekunlaşdıqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs1 göstərməsinə əsasən onun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin ünvanda X8 tərəfindən onun, Sumqayıt ŞPİ-nin kriminalistik tədqiqatlar bölməsinin inspektoru, polis kapitanı X3, 2-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid8, 2-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid9, 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid10, vəkil Tahir Abbasovun və şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla sonuncunun yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl X8 tərəfindən Təqsirləndirilən şəxs1, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 evdə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, yaxud predmet varsa, təqdim etməsi təklif olunduqda o, yaşadığı ünvanda qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağındakı ağ rəngli şifonerin üzərindəki göy rəngli sellofan paketin içərisindən 2 (iki) ədəd qırmızı rəngli pulqabı aşkar olunaraq götürülmüşdür. Həmin pulqabılardan birindən 12 (on iki) ədəd qara rəngli kağız bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə, habelə 1 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Digər pulqabının içərisində isə bir ədəd siqaret qutusunda sellofan bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmçinin həmin pulqabının içərisindən aşkar olunmuş çəhrayı rəngli bir ədəd digər pulqabıda 47 (qırx yeddi) ədəd, göy rəngli başqa bir pulqabıda isə 11 (on bir) ədəd kağız bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bununla əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs1 ona ünvanlanan suallara cavab olaraq aşkar olunan maddələrin ona aid olmadığını, həmin maddələrin kim tərəfindən və hansı şəraitdə yaşadığı evə qoyulmasından məlumatsız olduğunu bildirmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 yaşadığı evdən başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. Evdən aşkar olunmuş maddələr X8 tərəfindən elektron tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. X8 tərəfindən bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Tahir Abbasov da imza etmişdir. Protokol tərtib edilərkən iştirakçılardan, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs1 heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid5 göstərmişdir ki, Elçingilin onlar tərəfindən saxlanmasının üzərindən uzun müddət keçmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilən narkotik vasitə bükümlərinin çox olması yadındadır. Əməliyyat məlumatı ona daxil olmamışdır. Əməliyyat məlumatı narkotik vasitələrlə bağlı olmuşdur. Hadisənin üzərindən uzun müdət keçdiyi üçün dəqiq olaraq kimlərin saxlanmasında iştirak etdiyini və əməliyyat tədbirinin nə zaman keçirildiyini dəqiq olaraq xatırlamır. Təqsirləndirilən şəxsləri əvvəlcədən tanımamışdır. Onların saxlandığı yer ümumiyyətlə onun inzibati ərazisi olmamışdır. Sadəcə olaraq əməliyyat tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 onlar tərəfindən “kimyaçılar” qəsəbəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs1 evinə baxış keçirmişdirlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 onlara müqavimət göstərməmişdir. Həm bölmədə xidməti otaqda, həm də Elçinin evində video çəkiliş aparılmışdır. Ramiz, Elçin və Möhübbəti xatırlamır. Əməliyyat tədbiri zamanı Elçin və Möhübbətdən başqa daha iki şəxs olmuşdur. Ancaq həmin iki şəxsin adını hazırda xatırlamır. Möhübbətin saxlanılmasında iştirak etmişdir. Özünü müdafiə etmək üçün ilk öncə onlar tərəfindən saxlanılarkən üzərindən heç nə aşkar olunmadığı demiş, sonradan polis bölməsində üzərindən narkotik vasitə aşkar olunmuşdur. Elə orada hamısı bildirirdi ki, narkotik vasitəni Elçindən alıblar. Hamısı da Elçinin evini yaxınlığında saxlanılmışdırlar. Ramizin üzərindən cüzi miqdarda da olsa narkotik vasitə aşkar olunmuşdur. Onların bölməsində belə tədbirlər az-az olur ki, çox bükümdə narkotik vasitə aşkar olunsun. Ona görə Elçin onun yadında qalıb ki, Elçinin evində pulqabında həddindən artıq narkotik vasitə bükümləri aşkar olunmuşdur. Digər yanında olanlar da etiraf etmişdirlər ki, narkotik vasitəni Təqsirləndirilən şəxs1 alıblar. Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid6 göstərmişdir ki, Möhübbət, Əhət, Ramiz Kimyaçılar qəsəbəsində, Elçinin evinin yaxınlığında saxlanılmışdırlar. Həmin şəxslər narkotik vasitələrin dövriyyəsində şübhəli bilindikləri üçün polis bölməsinə gətirilmişdirlər. Onları 2-ci PB-nə aparmışdırlar. Həmin şəxslərin üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxslərin üçü də bir vaxtda, bir yerdə saxlanımışdırlar. Hər üçündən də narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitələrin çəkisi yadında deyildir. Elçinin saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Ramiz üzərindən aşkar olunmuş narkotik vasitəni Elçin adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs4 da üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Əhət narkotik vasitəin şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Əhətin narkotik vasitəni neçəyə alması yadında deyildir. Möhübbətin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman o, da iştirak etmişdir. Şəxsi axtarış və götürmə protokolu təhqiqatçı tərəfindən tərtib olunmuşdur. Şəxsi axtarış və götürmədə vəkillər iştirak etmişdir. Polis əməkdaşlarından o, Ramin, Əlicəfər, Niyaz və digər polis əməkdaşları olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Ramizin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Əhətin də, Ramizin də, Möhübbətin də üzərindən narkotik vasitə aşkar olunmuşdur. Digər üç şəxs Elçinin evinin içində deyil, evinin yaxınlığında saxlanılmışdır. Elçinin evinin içindən adam götürməmişdirlər. Elçini döyməmişdir. Video çəkilişdən iki saat qabaq Elçinin evinə girib narkotik vasitə və s. qoymamışdır. Təqsirləndirilən şəxslərin onlar tərəfindən tam olaraq nə zaman saxlanıldığını bilməmiş, ancaq onu deyə bilərəm ki, şəxslər 2021-ci ildə saxlanılmışdırlar. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir. Şahid6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid8 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 15 oktyabr 2021-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, qeyd olunan şəxslərlə qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 15 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Gədəbəylilər məhəlləsi» kimi tanınan ərazidə şübhəli şəxs qismində saxlanılaraq 2-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bölmədə aparılmış şəxsi axtarış zamanı kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Şübhəli şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsi axtarış zamanı üzərlərindən aşkar olunmuş heroin bükümlərini həmin gün səhər saatlarında pul müqabilində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayan Elçin adlı şəxsdən alaraq əldə etdiklərini bildirdikləri üçün Elçin adlı şəxs, yəni Təqsirləndirilən şəxs1 15 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində keçirlmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq 2-ci polis bölməsinə gətirilmişdir. 2-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Mətləb Abbasov tərəfindən vəkillə təmin olunmaqla Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, Sumqayıt ŞPİ-nin kriminalistik tədqiqatlar bölməsinin inspektoru, polis kapitanı X3, 2-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid9, 2-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid10 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X8 tərəfindən Təqsirləndirilən şəxs1, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 bu zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 2 (iki) ədəd qara rəngli kağız büküm çıxarıb təqdim edərək həmin bükümlərdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddələri saxlanılmazdan 3 (üç) gün əvvəl Rafiq adlı şəxsdən şəxsi istifadəsi üçün 5 (beş) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükümlərə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 aşkar olunmuş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bükümlər X8 tərəfindən elektron tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. X8 tərəfindən bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Tahir Abbasov da imza etmişlər. Protokol tərtib edilərkən iştirakçılardan, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs1 heç bir şikayət daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş 3 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq əskinaslar, habelə 3 ədəd 20 qəpiklik pul araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Şəxsi axtarış və götürmə yekunlaşdıqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs1 göstərməsinə əsasən onun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin ünvanda X8 tərəfindən onun, Sumqayıt ŞPİ-nin kriminalistik tədqiqatlar bölməsinin inspektoru, polis kapitanı X3, 2-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid9, 2-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid10, vəkil Tahir Abbasovun və şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla sonuncunun yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl X8 tərəfindən Təqsirləndirilən şəxs1, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 evdə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, yaxud predmet varsa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağındakı ağ rəngli şifonerin üzərindəki göy rəngli sellofan paketin içərisindən 2 (iki) ədəd qırmızı rəngli pulqabı aşkar olunaraq götürülmüşdür. Həmin pulqabılardan birindən 12 (on iki) ədəd qara rəngli kağız bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə, habelə 1 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Digər pulqabının içərisində isə bir ədəd siqaret qutusunda sellofan bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmçinin həmin pulqabının içərisindən aşkar olunmuş çəhrayı rəngli bir ədəd digər pulqabıda 47 (qırx yeddi) ədəd, göy rəngli başqa bir pulqabıda isə 11 (on bir) ədəd kağız bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bununla əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunan maddələrin ona aid olmadığını, həmin maddələrin kim tərəfindən və hansı şəraitdə yaşadığı evə qoyulmasından məlumatsız olduğunu bildirmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 yaşadığı evdən başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. Evdən aşkar olunmuş maddələr X8 tərəfindən elektron tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. X8 tərəfindən bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Tahir Abbasov da imza etmişlər. Protokol tərtib edilərkən iştirakçılardan, həmçinin üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs1 heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid9 göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Sumqayıt şəhəri kimyaçılar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, satışı ilə məşğul olur və yaşadığı ünvanda saxlayır. Bununla bağlı rəhbərliyə məruzə olunub əməliyyat qrupu yaradıldı və Təqsirləndirilən şəxs1 onlar tərəfindən yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nə gətirilmişdir. Polis bölməsində Elçinin üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun üzərində narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir və evinə baxış keçirilməsinə də etiraz etməmişdir. Ona görə də onlar tərəfindən həmin şəxsin evinə baxış keçirilib və baxış zamanı evindən narkotik vasitə aşkar olunaraq götürülüb. Sonradan narkotik vasitə növü və çəkisi müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən və ya evindən aşkar olunan narkotik vasitə bükümlərinin sayı yadında deyildir. O yadındadır ki, həm narkotik vasitə heroin, həm də psixotrop maddə tərkibli metanfetamin aşkar olunmuşdur. Digər şəxslərin saxlanmasında iştirak edib-etməməyi yadında deyildir. Əməliyyat qrupunun rəhbəri Elsevər olmuşdur. Amma şəxsin evində baxış aparılan zaman qrupun rəhbəri təhqiqatçı olmuşdur. Səhv etmirsə, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin ona məxsusluğunu etiraf etməmişdir. Əhəti Elçindən narkotik vasitə alan şəxs kimi tanımışdır. Əhətin saxlanmasında iştirak edib-etmədiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman iştirak edib-etmədiyi yadında deyildir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman iştirak edib-etmədiyi yadında deyildir. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilən zaman iştirak etmişdir. Evə baxışda X8 olmuşdur. Evə baxış zamanı protokol tərtib olunması təhqiqatçının səlahiyyətindədir, hər halda tərtib etmişdir. Ramizin saxlanılmasında iştirak edib-etmədiyi yadında deyildir, bu səbəbdən də Ramizin üzərindən narkotik vasitə aşkar olunub-olunmaması barədə bir şey deyə bilməmişdir. Elçin bir dəfə saxlanıldığın üçün ola bilsin ki, saxlanmağı ilə bağlı xüsusatları hərtərəfli şəkildə yadında saxlayır. Amma onlar həftədə iki-üç tədbir keçirir ki, hazırkı iş üzrə də onların saxlanılmaqları ilə bağlı hər şeyi təfərrüfatlı şəkilədə yadda saxlamağı mümkün deyildir. Elçinin yaşadığı ünvandan narkotik vasitə aşkar olunmuşdur. Polis bölməsində Elçinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Elçinin üzərində narkotik vasitə aşkar olunmuşdur. Video çəkiliş zamanı evinə baxış keçirilməsinə etiraz etməmiş, bu səbəbdən də əməliyyat qrupu olaraq onun evinə təhqiqatçının və vəkilin də iştirakı ilə baxış keçirmişdirlər. Nəsib müəllimin onun damından düşməsinin şahidi olmamışdır. “Rafiq” adlı şəxsin adını Elçin çəkmişdir. Orada da qeyd olunmuşdur. Şahid9 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid8 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid7 göstərmişdir ki, təqsirləndirilən şəxslərdən üçünün saxlanmasında iştirak etmişdir. Gədəbəylilər məhəlləsi kimi tanınan küçədə şəxslər onlar tərəfindən saxlanılaraq 2-ci PBnə gətirilmişdirlər. Şəxsi axtarış zamanı şəxslərin üzərindən narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq ekspertizaya göndərilmişdir. Saxlanmasında iştirak etdiyi üç nəfər şəxsdən biri “malış” ləqəbli Möhübbət olmuşdur. Digər iki nəfərin adlarını da hadisədən uzun müddət keçdiyindən xatırlamır. Əməliyyat məlumatı təqsirləndirilən şəxslərin qeyd etdiyi küçədən narkotik vasitə almaları barədə olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs4 saxlanmasında iştirak etmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Elçinin üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə isintaq hərəkəti həyata keçirilən zaman iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq ekspertizaya göndərilmişdir.Demək olar hər gün müxtəlif əməliyyat tədbirlərində iştirak etdiyimdən və şəxslərin saxlanmalarının üzərindən uzun müddət keçdiyindən aşkar olunmuş narkotik vasitənin növünü xatırlamır. Möhübbət və digər iki şəxsin saxlanmasında iştirak etmişdir. Əməliyyat məlumatının konkret olaraq kimlə bağlı olduğunu bilməmişdir. Sadəcə olaraq o, əməliyyat tədbirində iştirak etmək üçün əməliyyat qrupuna qatılmışdır. Möhübbət tərəfindən saxlanıldıqdan sonra polis bölməsinə gətirilmişdir. Möhübbətgilin üzərində şəxsi axtarış aparılan zaman o da iştirak etmişdir. Ancaq şəxsi axtarış zamanı tərtib olunmuş protokolu imzalayıb-imzalamadığımhadisənin üzərindən uzun müddət keçdiyi üçün yadında deyildir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni də təsdiq edir. Əhətin üzərindən narkotik vasitə aşkar olunmuşdur. İbtidai istintaqda dindirilən zaman narkotik vasitəni aldıqları şəxs kimi “Elçin”-in adını onlar demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Ramiz qardaşı Ceyhunun Sumqayıt şəhəri, Xəzər Bağlarında yerləşən evindən oğurluq etmişdir. Ramiz qardaşı ilə qonşudur.Ramizgilə getmişdir. Görmüşdür ki, həqiqətən onlarınmallarını özlərinə satır. Onun hələ telefonda səs yazısı da var idi ki, bunu bu qiymətə verərəm və s. Polis əməkdaşlarına xəbər vermişdir. Ramiz qardaşının evindən elektrik mənbələrini (rozetka), direl, preparator, bir torba kartof, duş udilnitel və s. məişət təyinatlı əşyaları aparmışdır. Sonra polis əməkdşaları ilə birlikdə evinə gedib duşu və s. götürmüş, qalan şeylər isə tapılmamışdır. Ramiz onlara vurmuş olduğu maddi ziyana görə heç bir ödəniş etməmış, ondan şikayətçidirlər. Qardaşının dostuna direl lazım idi deyə birlikdə qardaşının evinə getmişdir. Elektrik mənbələrinə (rozetka) kimi kəsib götürdüklərini görmüşdür. Ramizlə düşmənçilikləri olmamışdır. Ramizin oğurladığı əşyalardan duş qayıdmışdır. Sahə rəisi dedi ki, o biri əşyaları aparıb satıb. Ramiz törətmiş olduğu oğurluq hadisəsi nəticəsində onlara təxminən 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid10 göstərmişdir ki, təqsirləndirilən şəxsləri təxminən iki il qabaq saxlamışdırlar. Həmin vaxt ikinci polis bölməsində sahə rəisi işləmişdir. Təqsirləndirilən şəxs1 evinə baxış keçirilən zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılmışdır. Elçinin evindən 50-60 narkotik vasitə bükümlərinin aşkar olunduğu yadındadır. Bükümlərin içərisində həm heroin, həm də metanfetamin var idi. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı var idi, onu da əməliyyat müvəkkilləri müəyyən etmişdir. Elçindən qabaq təxminən üç nəfər şəxs saxlanılmışdır. Digər üç nəfər şəxs təxminən iki il qabaq saxlanılıb, həmin şəxslərin saxlanmasında iştirak edib-etmədiyi yadında deyildir. Evə baxış keçirən zamanı Elçin müqavimət göstərməmişdir. Evə baxış keçirilməsinə Təqsirləndirilən şəxs1 özü könüllü şəkildə icazə vermişdir. Təkcə Elçinin evinə getməyi yadındadır, digər şəxsləri xatırlamır. Elçinin evində dolabın üstündə pul qabı var idi, onun içərəsindən 50-60 büküm dövriyyəsi qadağan edilmiş maddə bükümləri aşkar edilmişdir. Ramizgillə bağlı hissədə istintaqa vermiş olduğu ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslərdən dördünün də saxlanmasında iştirak etməmişdir. Şahid10 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid8 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, zərər çəkmiş şəxs Leyla onun anasıdır. Anası ona zəng edib demişdir ki, dükandan bəzi əşyalar oğurlanıb. O, da şikayət etmişdir. Preparator, laqunda və bu tipli əşyalar oğurlanmışdır. 5-6 aydan sonra polis əməkdaşı onlara zəng edib demişdirlər ki, oğrunu tutmuşdurlar. Onlar gedib Ramizin sənədləri polis əməkdaşlarının əllərində görmüşdürlər. Dedilər ki, bu adam oğurlayıb. Dövlətə güvəndiyi üçün oğurluq hadisəsini Ramizin törətdiyini bildirir. Amma konkret olaraq sırf Ramizin dükandan oğurluq etməsini bilmir. Oğurlanmış əşyalar onlara qaytarılmamışdır. Anasə hazırda ölkə sərhədlərini tərk edib, Türkiyə Cümhuriyyətindədir. Onlara dəymiş ziyan Ramiz tərəfindən ödənilməmişdir. Hazırda Ramizdən şikayətçi deyillər, barışmışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 göstərmişdir ki, Ramizi tanıyır, evində usta kimi işləmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir. Şahid12 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi nömrəsiz fərdi evdə yaşayır. Xəzər bağlarında yerləşən evində təmir tikinti işləri aparır, bununla əlaqədar evində iki-üç ildir tanıdığı Təqsirləndirilən şəxs2 usta kimi işlədir. Evə bir neçə əşya lazım olduğundan söhbət əsasında Ramizə ucuz ev əşyaları satan olarsa, almaq istədiyini bildirmişdir. Bir neçə gün sonra Ramiz ona özünə məxsus satılıq televizor olduğunu bildirmişdir.. Ramizə televizora baxmaq istədiyini söyləyib baxdıqdan sonra qiymət barədə razılaşmağı təklif etmişdir. Növbəti gün bir qutuda Ramiz ona bir ədəd “Shivaki” markalı televizor gətirmişdir. Televizora baxmış, normal vəziyyətdə və qutuda olduğunu görüb Ramizdən şübhələnməmişdir. Ramiz televizorun özünə məxsus olduğunu və satdığını bildirmişdir. Bir neçə gündən sonra polisə dəvət ediləndə Ramizin ona verdiyi “Shivaki” markalı televizoru Xəzər bağlarında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 evindən oğurladığını bilmişdir. Odur ki, həmin televizoru polisə təqdim etmişdir. Ramiz ona televizordan başqa hər hansı əşya verməmişdir. Ramizin oğurluq etməsindən xəbəri olmamışdır, onu bir neçə ildir tanıyır, ondan belə bir hərəkət görməmiş və eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Axundov Eldar Elçin oğlu göstərmişdir ki, hadisə vaxtı evdə olmuşdur. Atası polis bölməsində olmuşdur. Atasını evə gətirməmişdən təxminən bir saat qabaq ikinci polis bölməsinin dörd-beş nəfər əməkdaşı evə gəlmiş və onu çölə çıxarmışdırlar. Daha sonra onu evə salmış və polis əməkdaşları onun qabağına kağız ərizə qoyub imzalamağa məcbur etmişdirlər ki, bəs narkotik vasitə atanındır. O, da imzalamamaq üçün qollarını kəsmişdir, polis əməkdaşları da bundan sonra evdən çıxıb getmişdirlər. Atasının evdə narkotik vasitəsi olmamışdır. Narkotik vasitəni evə polis əməkdaşları qoymuşdurlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Sumqayıt şəhəri 2-ci mikrorayon, ev 25/63 mənzil 43-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4un, Sumqayıt şəhəri Nizami küçəsi 19 C məhəllə 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri Xəzər bağları, fərdi evdə yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və Bakı şəhəri Nərimanov rayonu, Şahin Mustafayev küçəsi ev 3, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik maddələrin qəbulu ilə məşğul olmaları, üzərlərində gəzdirmələri ilə bağlı Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə Sumqayıt şəhəri 2-ci mikrorayon, ev 25/63 mənzil 43-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4, Sumqayıt şəhəri Nizami küçəsi 19 C məhəllə 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri Xəzər bağları, fərdi evdə yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və Bakı şəhəri Nərimanov rayonu, Şahin Mustafayev küçəsi ev 3, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 narkotik vasitəni satan şəxsin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, mənzil 9-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Eldr oğlu olduğu müəyyən edilmiş, o, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisinə saxlanılaraq polis bölməsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən 2 (iki) ədəd qara kağız bükümdə olan narkotik vasitə heroini çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmir. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən evdə olan dolabın üzərində olan sellofan torba polis əməkdaşı tərəfindən götürülür. Həmin sellofan torba açılaraq içərisində olanlar ardıcıllıqla stolun üzərinə qoyulur, sellofan torbadan çıxan iki ədəd qırmızı pul qabının içərisinə baxış keçirilir. Birinci pul qabının içərisindən 12 ədəd qara rəngli kağız büküm, 1 ədəd sellofan büküm aşkar edilir. Həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğu müəyyən edilir. İkinci qırmızı rəngli pul qabının içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin, bir ədəd daha kiçik ölçüdə çəhrayı rəngli pul qabı və göy rəngli pul qabı aşkar olunur. Çəhrayı pul qabının içərisindən 47 ədəd kağız büküm, göy pul qabının içərisindən 11 ədəd kağız büküm aşkar edilir. Kağız bükümlərin hamısı açılır və içərisində psixatrop maddə metamfetamin olduğ müəyyən edilir. 70 (yetmiş) ədəd kağız büküm qablaşdırılaraq götürülür. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 15 oktyabr 2021-ci il protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs4 şəxsi axtarış zamanı əynindəki gödəkçənin cibindən 2 (iki) ədəd siqaret kağızı bükümünü çıxardaraq təqdim edir, həmin bükümlər açılaraq baxılır, içərisində narkotik vasitə heroin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs4 şifahi sorğu zamanı həmin bükümləri Elçin adlı şəxsdən aldığını bildirir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 15 oktyabr 2021-ci il protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sol yan cibindən 3 ədəd siqaret kağızı bükümünü çıxardaraq təqdim edir, həmin bükümlər açılaraq baxılır, içərisində narkotik vasitə heroin olduğu müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükümləri Elçin adlı şəxsdən aldığını bildirir. “Şəxsi axtarış və götürmə barədə” 15 oktyabr 2021-ci il protokolu və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs3 2 (iki) ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroin aşkar olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ətrafında əməliyyat tədbirləri keçirilməsi barədə 15 oktyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4605 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ....” 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.042 qr, 0.076 qr, 0.052 qr, ümumi təmiz çəkisi 0.170 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş ....” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.175 qram və 0.092 qram ümumi təmiz çəkisi 0.267 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş ....” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0.129 qram və 0.080 qram ümumi təmiz çəkisi 0.209 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərindən aşkar edilərək götürülmüş ümumilikdə 7 bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4606 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş iki büküm» yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd «qara» rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,047qr və 0,170 qr, ümumi təmiz çəkisi 0,217qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağından…aşkar edilmiş» yazısı və imzalar olan zərfdəki: 70 (yetmiş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 4,103qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,620qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 9,021qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 3,837 qarmdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş 70 ədəd kağız və bir ədəd şəffaf polietilen bükümlərdəki metamfetaminin ümumi təmiz çəkisi 13,124 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/283 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR ƏN MEM-nin «Tədqiqat Obyekti №59» ştamp əksi olan 4 (dörd) ədəd paketdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərindən aşkar edilərək götürülmüş ümumilikdə 7 (yeddi) ədəd bükümdə olan heroinlər Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumilikdə 3 (üç) ədəd bükümdə olan heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5127 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4879 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 751 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1484 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3069 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu hazırda kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvanın həyətində olan köməkçi tikilidən özünəməxsus təmir tikinti alətlərinin oğurlanması ilə əlaqədar olaraq Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə müraciət etmişdir. “Baxış keçirilməsi haqqında” 11 fevral 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəl məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 5 ünvanının həyətində olan köməkçi tikildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus Xəzər bağlar massivi fərdi evin qapısının açıq olmasından istifadə edən naməlum şəxs və şəxslərin evində olan 300 manata aldığı “ŞHİVAKİ”markalı televizorun oğurlanması ilə əlaqədar Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə müraciət etmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 noyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəl məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, hadisə yeri Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən fərdi evdir. “Könüllü təqdim etmə haqqında” 23 noyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 oğurlamış olduğu 1 ədəd termosu və 1 ədəd sarmsaq əzəni təqdim etmişdir. “Könüllü təqdim etmə haqqında” 24 noyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 oğurlamış olduğu “ŞHİVAKİ” markalı televizoru təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Şahid3 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq qardaşına məxsus evdən oğurluq olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış 20 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, oğurluq hadisəsi nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 17 yanvar 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəl məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, hadisə yeri Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində yerləşən yarım tikili fərdi evdir. Təqdim etmə və götürmə haqqında 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd maydadır, 2 ədəd krant şlakları, 3 paçka elektrik skopu, 1 paçka elektrik naqili skopu, 1 ədəd fun, 1 dəst hamam duşu Şahid3 təqdim edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə 10 iyun 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8663 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 220 manat müəyyən edilir. -10 manat dəyərində olan 01 ədəd iki litrlik termos; -30 manat dəyərində 01 ədəd həvəydəstə; -180 manat dəyərində 01 ədəd «Shivaki» markalı «32SH90G» mdelli 32 diaqonallı led televizor. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1318 nömrəli rəyindən görünür ki, 2022-ci ilin fevralına olan orta bazar qiməti ilə ümumi dəyəri təxminən 1059 manat müəyyən edilir: -01 ədədi 120 manat 02 ədədi cəmi 240 manat dəyərində olan «Bosch» markalı böyük laqonda; -01 ədədi 60 manat, 03 ədədi cəmi 180 manat dəyərində olan «Bosch» markalı balaca pereferator;-250 manat dəyərində olan 01 ədəd «Bosch» markalı böyük pereferator,-40 manat dəyərində olan 01 ədəd «Bosch» markalı balaca drel-60 manat dəyərində olan 01 ədəd «Bosch» markalı böyük drel-01 ədədi 1 manat, 45 ədədi cəmi 45 manat dəyərində olan «Kripsal» markalı rezba,-85 manat dəyərində olan 01 top 4-lük ölçüdə mis elektrik naqili,-Bir topu 50 manat, ikisi cəmi 100 manat dəyərində olan 2,5-lik ölçüdə mis elektrik naqil, -01 ədədi 5 manat 05 ədədi cəmi 25 manat dəyərində olan qaç üçün vintil,-01 ədədi 5 manat, ikisi cəmi 10 manat dəyərində olan ütü qayçı, -01 ədədi 6 manat, ikisi cəmi 12 manat dəyərində olan 5-lik ölçüdə şrup,-01 ədədi 6 manat ikisi cəmi 12 manat dəyərində olan 1-lik ölçüdə olan şrup. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/994 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatında təqdim olunmayan malların ümumilikdə 2022-ci ilin yanvar ayına nəzəri orta bazar qiyməti təxminən 206 manat müəyyən edilir. Digər modeli və texniki göstəriciləri məlum olmayan mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin əşyaların ayrı-ayrılıqda adlar və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. -70 manat dəyərində olan 01 top Türkiyə istehsalı olan 4-lük mis kabel;-01 topu 50 manat, ikisi cəmi 100 manat dəyərində olan Türkiyə istehsalı olan 2,5lik mis kabel;-05 manat dəyərində olan 01 ədəd çəkic;-05 manat dəyərində olan 01 ədəd səviyyə ölçən tərəzi;-08 manat dəyərində olan 01 ədəd əl mişarı;-01 metri 90 qəpik 20 metri 18 manat olan Türkiyə istehsalı olan 6-lıq mis kabel. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş 0,187 qram qalıq narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 0,05 qram qalıq narkotik vasitə heroin, Təqsirləndirilən şəxs4 aşkar olunaraq götürülmüş 0,129 qram qalıq narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 3,637qram qalıq narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 12,744 qram psixotrop maddə metamfetamin Sumqayıt ŞPİ-nin saxlanışa təhvil verilmiş, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd iki litrlik termos, bir ədəd sarımsaq əzən və bir ədəd «Shivaki» markalı «32SH90G» modelli televizor saxlanılması üçün Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd kran (moydadır), 02 ədəd krant şlanqları, 03 paçka elektrik naqilinin skopu, 01 paçka elektrik naqilinin skopu, 01 ədəd fun, 01 dəst hamam duşu saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu 2 (iki) ədəd CD disk, habelə sonuncunun yaşadığı ünvana baxış keçirilməsi prosesini əks etdirən videogörüntünün olduğu 1 (bir) ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xəzər Bağçılıq Cəmiyyətinin ərazisi üzrə 1 Saylı məhəllə komitəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əsədov X1, 5-ci məhəlləsi, 416 nömrəli bağ evində yaşamışdır. Onun barəsində Xəzər Bağçılıq Cəmiyyətinin ərazisi üzrə 1 Saylı məhəllə komitəsinə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 Saylı Mənzil- Kommunal sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi Yataqxana 10, mənzil 9-da yaşamışdır. Onun barəsində 1 saylı MKS-nə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs4 barəsində Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 Saylı Mənzil-Kommunal sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Sumqayıt şəhəri, 2 mikrorayon, ev 25/63-də yaşamışdır. Onun barəsində 6 Saylı Mənzil-Kommunal sahəsində hər hansı bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs3 barəsində Nərimanov rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 38 Saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ş.Mustafayev küçəsi, 3 nömrəli evin 3 nömrəli mənzilində qeydiyyatdadır. Barəsində 38 Saylı MKİS-ə hər hansı bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması və digər təqsirləndirilən şəxslərə narkotik vasitə satmaması, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar olunmuş narkotik vasitələrin onlara məxsus olmaması barədə məhkəmədə verdikləri ifadəsini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa Təqsirləndirilən şəxs1 əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, digər təqsirləndirilən şəxslərdən götürülmüş narkotik vasitələrin məhz Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə ilə eyni tərkib xüsusiyyətlərinə malik olması Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunun bilavasitə sübutudur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aiddirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 08 avqust 2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona dəymiş ziyan ödənmədiyi üçün Təqsirləndirilən şəxs2 şikayətçidir. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Süleyman oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Süleyman oğlunun məsuliyyətini ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Süleyman oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Süleyman oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 götürülməmiş və ya ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 götürülməmiş və ya ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 avqust 2023-cü il tarixdə cəzası başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 6 ay 19 gün müddət həbsdə saxlandığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 08 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsindən sorğuya cavabından görünür ki, Təqsirləndirilən şəxs3 cəzasının çəkilməmiş qalan hissəsi 01 il 08 ay 22 gün təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 17 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli qərarla barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 noyabr 2021-ci il tarixli qərarla barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilən qətimkan tədbirinin şərtlərini pozduğu və məhkəmənin hazırlıq iclaslarına gəlmədiyi üçün Sumqayıt ağır cinayətlər məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, o, 22 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 tutulduğu 15 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək və 23 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək olan müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəza çəkilməsinin əvvəli tutulduğu vaxtdan, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli qərarla barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 barəsində seçilən qətimkan tədbirinin şərtlərini pozduğu və istintaq orqanın çağırışlarına gəlmədiyi üçün 15 yanvar 2022-ci il tarixli qərar ilə onun barəsində axtarış elan edilmiş və 18 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə qərarı əsasında uzadılmış, 16 iyun 2022-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarla həmin tarixdən barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 həbsdə olduğu 15 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək və 18 yanvar 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək olan müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarını rəhbər tutaraq belə qərara gəlir ki, Təqsirləndirilən şəxs3 qəti cəza təyin edərkən ona Sumqayıt şəhər məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu üzrə qismən toplamaqla qəti cəza təyin etməli, Sumqayıt şəhər məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 6 ay 19 gün müddət və hazırki iş üzrə həbsdə olduğu 4 ay 29 gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 Süleyman oğlu 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ağır cinayətlər məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, onun ibtidai istintaq zamanı həbsdə saxlandığı 1 (bir) gün cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs4 Süleyman oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinə hesablanmaqla cəza çəkilmə müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarını rəhbər tutaraq belə qərara gəlir ki, Təqsirləndirilən şəxs4 Süleyman oğluna qəti cəza təyin edərkən ona Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu üzrə tam toplamaqla qəti cəza təyin etməli, birinci hökümlə çəkilmiş cəza müddəti cinayətlərin məcmusu üzrə təyin edilmiş cəza müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Süleyman oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 Süleyman oğlu narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,187qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,05qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs4 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,129qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 3,637qram narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 12,744qram psixotrop maddə metamfetamin məhv edilməli, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd termos, bir ədəd həvəydəstə və bir ədəd «Shivaki» markalı «32SH90G» modelli televizor saxlanılması üçün Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd kran (moydadır), 02 ədəd krant şlanqları, 03 paçka elektrik naqilinin skopu, 01 qutu elektrik naqilinin skopu, 01 ədəd fun, 01 dəst hamam duşunun saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalı, 3 (iki) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 492 manat (dörd yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 226 manat (iki yüz iyirmi altı) manat, Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs4 76 (yetmiş altı) manat, Təqsirləndirilən şəxs3 76 (yetmiş altı) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək və 23 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 3 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 (üç) il 11(on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəza çəkdiyi və həbsdə saxlandığı 1 (bir) il 6 (altı) ay 1(bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti cəza olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicə təyin olunsun, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 (bir) il 5 (beş) ay müddət azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs3 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 6 (altı) ay 19 (on doqquz) gün və hazırki iş üzrə həbsdə saxlandığı 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 4 (dörd) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,187qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,05qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs4 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,129qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 3,637qram narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 12,744qram psixotrop maddə metamfetamin məhv edilsin, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd iki litrlik termos, bir ədəd həvəydəstə və bir ədəd «Shivaki» markalı «32SH90G» modelli televizor saxlanılması üçün Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd kran (moydadır), 02 ədəd krant şlanqları, 03 paçka elektrik naqilinin skopu, 01 paçka elektrik naqilinin skopu, 01 ədəd fun, 01 dəst hamam tuju saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın, 3 (iki) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 592 manat (beş yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 326 manat (üç yüz iyirmi altı) manat, Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs4 76 (yetmiş altı) manat, Təqsirləndirilən şəxs3 76 (yetmiş altı) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 verildiyi) andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar