Məhkəmə qərarları › İş №1(124)-154/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-154/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-154/2024 27.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi Aslan oğlunun, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 Mahmudoviçin, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs1 əməkdaşı Günəş Yusif qızının və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 ünvanlı dövlət sosial yardım təyin edilməsində köməklik göstərməsi ilə bağlı 2021-ci ilin noyabr ayında özünə müraciət etmiş cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 Mahmudoviçə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək özü barədə geniş əlaqələrindən istifadə edərək Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı inam və etibardan suiistifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına 1.350 (bir min üç yüz əlli) manat vəsaitin verilməsinin zəruri olmasını 2021-ci ilin noyabr ayında aralarında olan telefon danışığı zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin noyabr ayında Şabran rayonuna, Rəhimli kəndində yerləşən adsız kafedə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la görüşüb sonuncuya məxsus 1.350 (bir min üç yüz əlli) manat məbləğində pulu şəxsən nağd qaydada Zərərçəkmiş şəxs3 aldıqdan sonra həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 1.350 (bir min üç yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 ünvanlı dövlət sosial yardımı düzəldilməsinə köməklik göstərməsi ilə bağlı 2022-ci ilin yanvar ayında özünə müraciət etmiş cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 Mahmudoviçə özünü təkrarən vəzifəli şəxs, yəni Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək özü barədə geniş əlaqələrindən istifadə edərək Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən şəxsə ünvanlı dövlət sosial yardımı təyin etdirmək imkanının olmasına dair formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına 600 (altı yüz) manat vəsaitin verilməsinin zəruri olmasını 2022-ci ilin yanvar ayında aralarında olan telefon danışığı zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs4 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs4 Şabran rayonu, Rəhimli kəndi ərazisində yerləşən “Baxçalı Market”-də quraşdırılmış “Expresspay" ödəmə terminalından istifadə etməklə istintaqla müəyyən edilməyən karta mədaxil etdiyi 600 (altı yüz) manat məbləğində pul vəsaitini həmin tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla əldə edib öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 600 (altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan əlavə, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 ünvanlı dövlət sosial yardımı düzəldilməsinə köməklik göstərməsi ilə bağlı 2022-ci ilin fevral ayında özünə müraciət etmiş cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 Mahmudoviçə özünü təkrarən vəzifəli şəxs, yəni Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək özü barədə geniş əlaqələrindən istifadə edərək Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən şəxsə ünvanlı dövlət sosial yardımı təyin etdirmək imkanının olmasına dair formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına 1.000 (bir min) manat vəsaitin verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında aralarında olan telefon danışığı zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs5 razılığını almaqla sövdələşib, 16 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 Şabran rayonu, Rəhimli kəndi ərazisində yerləşən “Baxçalı Market”-də quraşdırılmış “Expresspay” ödəmə terminalından istifadə etməklə cinayətdən xəbərsiz tanışı Şahid2 məxsus 4098 **** **** 7108 nömrəli karta mədaxil etdiyi 1.000 (bir min) manat məbləğində pul vəsaitini 16 mart 2022-ci il tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla əldə edərək öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ünvanlı dövlət sosial yardım düzəldilməsinə köməklik göstərməsi ilə bağlı 2022-ci ilin mart ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 Mahmudoviçə özünü təkrarən vəzifəli şəxs, yəni Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək özü barədə geniş əlaqələrindən istifadə edərək Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən şəxsə ünvanlı dövlət sosial yardımı təyin etdirmək imkanının olmasına dair formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına 1.300 (bir min üç yüz) manat vəsaitin verilməsinin zəruri olmasını 2022-ci ilin mart ayında telefon danışığı zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs2 razılığını almaqla sövdələşib, həmin niyyətlə 22 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Şabran rayonu, Rəhimli kəndi ərazisində yerləşən evində 1.300 (bir min üç yüz) manat məbləğində pulu şəxsən nağd qaydada aldıqdan sonra həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 1.300 (bir min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, yalnız Zərərçəkmiş şəxs2 tanıyır. Digər zərərçəkmiş şəxsləri tanımamışdır. Zərərçəkmiş şəxs2 Şahid1 vasitəsilə tanımışdır. Maddi vəziyyətim pis olduğu üçün Zərərçəkmiş şəxs2 borc olaraq pul istəmişdir. Zərərçəkmiş şəxs2 ona pul vermiş, sonra isə ünvanlı dövlət sosial yardım almağına köməklik etməsini istəmişdir. Ona kömək edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 ümumilikdə, 1000 manat və 600 manat olmaqla, 1600 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs2 həmin 600 manat məbləğində pulu bank kartı vasitəsilə göndərmişdir. Bundan başqa, verilən suallara cavab olaraq o, göstərmişdir ki, Zərərçəkmiş şəxs3 tanımamışdır. Zərərçəkmiş şəxs2 səhv etmirsə, Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsini ünvanlı dövlət sosial yardım almağa köməklik etmək üçün ona vermiş və öz qohumu kimi təqdim etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 özü üçün sosial yardım məsələsinin həlli yekunlaşmamışdır. Zərərçəkmiş şəxs3 üçün təmsilçi ərizəsi alınmalı idi, lakin alınmadı. O, həmçinin göstərmişdir ki, yalnız Zərərçəkmiş şəxs2 1600 manat məbləğində pul almışdır. Digər zərərçəkmiş şəxsləri tanımamış, zərərçəkmiş şəxslərin aralarında qohumluq münasibətlərinin olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs2 400 manat, 800 manat və 500 manat olmaqla, ümumilikdə 1700 manat məbləğində pul qaytarmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsinə əsasən o, Şabran rayonu, Rəhimli kənd sakini Zərərçəkmiş şəxs2 Mahmudoviçi 2021-ci ilin payız-qış aylarında tanışı Şahid1 vasitəsilə tanımışdır. 2021-ci ildə səhv etmirsə oktyabr ayında Şahid1 ona Şabran rayonunun Rəhimli kəndində ailəvi gediş-gəlişinin olduğu Zərərçəkmiş şəxs2 onu qonaq çağırdığını, vaxtı vardırsa onunla birlikdə həmin yerə getməsini xahiş etmişdir. O, Şahid1 təklifini qəbul etmiş və onlar birlikdə Şabran rayonu, Rəhimli kəndinə getmişlər. Şahid1 Zərərçəkmiş şəxs2 evini tanıdığından, yəni əvvəllər də onlarda olduğundan onlar birbaşa Zərərçəkmiş şəxs2 evinə getmişlər. Şahid1 yol boyu Zərərçəkmiş şəxs2 razılığını bildirib, sadə kəndli ailəsi olduğunu, sonuncunun anasının xəstə olduğunu, buna görə həmin ailəyə köməklik göstərdiyini bildirmişdir. O, həmin gündən sonra Zərərçəkmiş şəxs2 tanımış və münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs2la bir-birinin mobil telefon nömrələrini də götürüb arabir danışıb hal-əhval tuturmuşlar. O, Zərərçəkmiş şəxs2 evində cəmi bir dəfə həmin vaxt olmuşdur. Lakin onunla səhv etmirsə iki ya da üç dəfə görüşmüşdür. Zərərçəkmiş şəxs2la münasibətləri yaxşı olduğundan o, tez-tez “WhatsApp” mobil tətbiqi vasitəsilə sonuncu ilə əlaqə saxlamışdır. Həmin danışıqların birində o, maddi cəhətdən sıxıntıları olduğundan 2021 -ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 1.000 (bir min) manat borc pul istəmiş və sonuncu verə biləcəyini bildirmiş, lakin bunun müqabilində Zərərçəkmiş şəxs2 onun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsində köməklik göstərməsini xahiş etmişdir. O, bununla bağlı sonuncuya köməklik göstərəcəyini bildirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 tanışının olduğunu, ünvanlı sosial dövlət yardımı təyin etdirmək imkanının olduğunu demişdir. 2021 -ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə o, Zərərçəkmiş şəxs2 həmin 1.000 (bir min) manat pulu götürmək məqsədilə tək Şabran rayonu, Rəhimli kəndinə getmiş və Zərərçəkmiş şəxs2la kənddə olan kafe tipli yerdə görüşmüşdür. Zərərçəkmiş şəxs2 da tək olmuş və sonuncu ona həmin yerdə 1.000 (bir min) manat pulu vermiş və o da götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs2 özü haqqında məlumatları “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərmişdir. O, həmin pulu maddi sıxıntıları olduğundan öz ehtiyaclarına sərf etmişdir. Lakin həmin pulun müqabilində onun tanışı Ceyhun adlı şəxs vasitəsilə Zərərçəkmiş şəxs2 ailəsinə ünvanlı dövlət sosial yardımı düzəltmək fikri olmuşdur. O, Ceyhunu həmin zaman təxminən 2-3 ay olarmış ki, tanıyıb, onu Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi bilmişdir. Bunu Ceyhunun özü ona demişdir. Ceyhunun haqqında başqa heç bir məlumatı olmamışdır. Ceyhun təxminən 45-50 yaşlarında biri olmuşdur. Sonuncunun digər fərdi əlamətləri, mobil telefon nömrəsi və sair haqqında məlumatı olmamışdır. Daha sonra o, 2022-ci ilin yanvar-fevral ayları ərzində Zərərçəkmiş şəxs2 yenə borc məqsədilə əvvəlcə 1.000 (bir min) manat, bir müddət sonra isə 600 (altı yüz) manat borc pul istəmişdir. Zərərçəkmiş şəxs2 yenə də həmin pulu verə biləcəyini, lakin yeznəsinin ailəsinə də ünvanlı dövlət sosial yardımı təyin edilməsində köməklik göstərməsini xahiş etmişdir. O, köməklik göstərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 həm 1.000 (bir min) manatı, həm də 600 (altı yüz) manat pulu dəqiq xatırlamadığı ayrı-ayrı tarixlərdə onun telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərdiyi plastik karta göndərmişdir. O, həmin vəsaitləri karta mədaxil edildiyi tarixlərdə Bakı şəhərində yerləşən dəqiq ünvanını xatırlamadığı yerlərdə bankomatdan nağdlaşdırıb əldə etmişdir. Həmin pul vəsaitini də o, öz ehtiyaclarına sərf etmişdir. Sonradan isə xatırlamadığı tarixdə o, Ceyhun adlı şəxsin xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb onunla şəhər ərazisində dəqiq yadına gəlməyən yerdə görüşüb Zərərçəkmiş şəxs2 və onun yeznəsigilin ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsinə köməklik göstərməsini xahiş edib, bunun müqabilində ona 1.600 manat pul vermişdir. Lakin sonradan onunla əlaqəsi itmiş, eşitmişdir ki, həmin şəxs yalançı, dələduz adam olmuşdur. Bu səbəbdən Yaşa Fəxlilova verdiyi vədi icra edə bilməmişdir. Beləliklə o, Zərərçəkmiş şəxs2 ümumilikdə cəmi 2.600 (iki min altı yüz) manat pul vəsaiti almışdır. Həmin pul vəsaitini aldıqdan sonra yalnız öz ehtiyaclarına xərcləmiş, sonradan 1.600 manat pul düzəldib onu qeyd etdiyi Ceyhun adlı şəxsə təqdim etmişdir. O, Zərərçəkmiş şəxs2 qeyd etdiyindən başqa pul vəsaiti almamışdır. O, özünü heç vaxt Zərərçəkmiş şəxs2 və ya digər şəxsə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim etməmiş və ya başqa hansısa yerdə işləməyi barədə deməmişdir. Həmçinin kimin pensiya, müavinət, ünvanlı dövlət sosial yardımı almaq istəyi olsa köməklik edə biləcəyi kimi fikir də bildirməmişdir. Onun tərəfindən Zərərçəkmiş şəxs2 və ya onun digər hər hansı yaxınına ünvanlı dövlət sosial yardımı düzəlməsi ilə əlaqədar müvafiq dövlət qurumuna hansısa müraciət ünvanlandırılmamışdır. Həm 600 manat, həm də 1.000 manat pul vəsaiti Şahid2 kart hesabına mədaxil edilməsi yadında qalmışdır. Lakin ola bilsin ki, 600 manat göndərdiyi başqa karta mədaxil edilmiş olsun. Bu dəqiq yadında qalmamışdır. Lakin yadındadır ki, həm 600 manat, həm də 1.000 manatı o, Bakı şəhərində yerləşən xatırlamadığı ünvanlarda olan bankomatlardan nağdlaşdırmışdır. Şahid1 onun Zərərçəkmiş şəxs2 pul alması və ünvanlı dövlət sosial yardımı düzəlməyində köməklik etməyinə dair söz verməsindən məlumatı olmamışdır. (Cild 3, iş vərəqə 43-49) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı zərərçəkmiş şəxs və şahid ifadələrini sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şahid1 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim etmişdir. Digər zərərçəkmişlər də onun qohumlarımdırlar. Təqsirləndirilən şəxs onlara da ünvanlı dövlət sosial yardım düzəltməyi vəd etmişdi. Təqsirləndirilən şəxs ilə həmin zərərçəkmişlərdən sadəcə Zərərçəkmiş şəxs3 görüşmüşdür. Təqsirləndirilən şəxs, o və Zərərçəkmiş şəxs3 Şabran rayonu, Rəhimli kəndində görüşdük. Orada Təqsirləndirilən şəxs 1350 manat pul vermişlər. Təqsirləndirilən şəxs ümumilikdə, 4250 manat məbləğində pul verilmişdir. Belə ki, bu məbləğin 1300 manatı onun, 1350 manatı Zərərçəkmiş şəxs3, 1000 manatı Zərərçəkmiş şəxs5 və 600 manatı Zərərçəkmiş şəxs4 tərəfindən verilmişdir. Daha sonra, verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs göndərilmiş pullara dair qəbzləri istintaq orqanına təqdim edilmişdir. Təqsirləndirilən şəxs bank kartı vasitəsilə 1000 manat və 600 manat olmaqla, ümumilikdə, 1600 manat məbləğində pul verilmişdir. 1300 manat və 1350 manat olmaqla, ümumilikdə 2650 manat məbləğində pul isə əlbəəl verilmişdir. Təqsirləndirilən şəxs ona verilmiş pullardan 1200 manat və 500 manat olmaqla, ümumilikdə 1700 manat məbləğində pul qaytarmışdır. Təqsirləndirilən şəxs pullar ünvanlı dövlət sosial yardımı düzəltməsi üçün verilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ünvanlı dövlət sosial yardım düzəltdiyini bildirmişdir. Ailə üzvlərim üçün ünvanlı dövlət sosial yardım verilməsi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə kömək istəmişdir. Bankdan kredit əldə edib tələb olunan məbləği düzəltmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ilə birlikdə Şabran rayonu, Rəhimli kəndində olan kafelərin birində görüşmüşlər. Həmin kafedə Təqsirləndirilən şəxs 1350 manat məbləğində pul verilmişdir. Həmin məbləğdən Təqsirləndirilən şəxs 500 manatını geri qaytarmış, 850 manatı isə hələ geri qaytarmamışdır. Daha sonra verilən suallara cavab olaraq o, göstərmişdir ki, pulu Zərərçəkmiş şəxs2 vermiş o, Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pul ünvanlı dövlət sosial yardımı düzəltməsi üçün 2021-ci ilin noyabr ayında verilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ünvanlı dövlət sosial yardım düzəltdiyini bildirmişdir. Ailə üzvləri üçün ünvanlı dövlət sosial yardım verilməsi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs zəng edərək, bu barədə danışmışdır. Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim etmişdir. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs tərəfindən göndərilən bank kartına “Expresspay” ödəmə terminalı vasitəsilə 600 manat məbləğində pul köçürmüşdür. Təqsirləndirilən şəxs bu puldan 300 manatını geri qaytarmışdır. Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pulu ünvanlı dövlət sosial yardımı düzəltməsi üçün 2021-ci ilin noyabr ayında verilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ünvanlı dövlət sosial yardım düzəltdiyini ona demişdir. O da ailə üzvləri üçün ünvanlı dövlət sosial yardım verilməsi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə kömək istəmişdir. 1500 manat məbləğində pulu da Təqsirləndirilən şəxs verməsi üçün Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 “MilliÖn” ödəmə terminalı vasitəsilə həmin pulu Təqsirləndirilən şəxs göndərmişdir. 1500 manat məbləğində pul ona qaytarılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əsasən, təxminən 2021-ci ilin yay aylarında Qusar rayonundan Lida adlı tanışı ilə gələn zaman Şabran rayonunun magistral yol kənarından keçən hissəsində meyvə - tərəvəz almaq üçün dayanan vaxt satıcı Zərərçəkmiş şəxs2 və adını xatırlamadığı arvadını tanımışdır. Həmin vaxt onlar çay təklif etdiyindən oturub onlarla çay da içmişlər və münasibətləri yaranmışdır. O, həmin vaxtlar Abşeron rayonunun Xırdalan şəhərində yaşamışdır. Buna görə də Zərərçəkmiş şəxs2 ona anasının gözündə xəstəlik olduğundan Bakı şəhərində onu əməliyyat etdirmək fikrinin olduğunu, tanış həkim varsa köməklik göstərməsini ondan xahiş emişdir. O, Zərərçəkmiş şəxs2 bu barədə maraqlanacağını demiş və bir-birinin telefon nömrələrini götürmüşlər. Onların tanışlığı məhz bu cür yaranmışdır. O, Zərərçəkmiş şəxs2 sadə, kasıb bir kəndli ailəsi kimi tanımışdır. Daha sonra o, tanış həkim tapıb Zərərçəkmiş şəxs2 bunu bildirmişdir. Sonra sonuncu ona Bakı şəhərini tanımadığını, anasının səhhətinin yaxşı olmadığını bildirdiyindən o, tanışı X2 xahiş edib sonuncunu və anasını avtomobili ilə Bakı şəhərinə gətirmək üçün Şabran rayonu, Rəhimli kəndinə getmişlər. Bu səhv etmirsə 2021ci ilin qış aylarına təsadüf etmişdir. X6-Hökümət təşkilatlarının tədbirində iştirak edən zaman tanımışdır. O, Milli Qadın Komitəsinin üzvü olduğundan bu kimi tədbirlərdə dəfələrlə iştirak etmişdir. Qabil İsgəndərov həmin vaxtlar ona hansısa jurnalda işlədiyini bildirmişdir. O, X7 Faxlilovun anasını Bakı şəhərinə gətirib onu əvvəlcə müayinə, daha sonra əməliyyat etdirib sonra geri qaytarmışlar. Bunun müqabilində Zərərçəkmiş şəxs2 heç nə istəməmiş və almamışdır. Yadındadır ki, o, bir dəfə də Zərərçəkmiş şəxs2 anasına baş çəkmək üçün Təqsirləndirilən şəxs ilə onlara getmişdir. O, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildə tanışı vasitəsilə tanımışdır. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2gilə gedib sonuncunun anasına baş çəkib həmin gün geri qayıtmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs2la ancaq telefon əlaqəsi saxlayıb hal- əhval tutmuşdur. Onunla Zərərçəkmiş şəxs2 arasında hansısa ədavət və ya düşmənçilik olmamışdır. Onun Zərərçəkmiş şəxs2gilin yaşadığı evdə olma səbəbi yalnız Yaşanın yaşlı anasının səhhəti ilə əlaqədar olmuşdur. 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs ünvanlı sosial dövlət yardımı düzəltmək adı ilə onlardan pul aldığını, nə yardımı düzəltmədiyini, nə də pulu geri qaytarmadığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs özünün Dövlət Sosial Müdafiə Fondunda işlədiyini bildirdiyini demişdir. O, Zərərçəkmiş şəxs2 bunu niyə ona indiyədək demədiyini dedikdə sonuncunun Təqsirləndirilən şəxs özünün ona deməməsini xahiş etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir dövlət qurumunda işləmədiyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edib bunu maraqlandıqda o, həqiqətən ünvanlı sosial yardım düzəltmək adı ilə Zərərçəkmiş şəxs2 pul aldığını etiraf etmişdir. O, sonuncuya iradını bildirib, Zərərçəkmiş şəxs2 və digərlərinin pulunu geri qaytarmasını tələb etmiş və sonuncu qaytaracağını bildirmişdir. O, Zərərçəkmiş şəxs2 dediklərinə inanır, belə ki, Təqsirləndirilən şəxs yalana meyilli, dələduz tipli bir insandır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 özünün Dövlət Sosial Müdafiə Fondunda işləməsi barədə yalan məlumatı onun yanında deməmişdir. Həmçinin sonuncunun Zərərçəkmiş şəxs2 ünvanlı sosial yardım düzəltmək məqsədilə almış olduğu pul vəsaitini nə vaxt və harada alması barədə onun məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs2 və onun ailə üzvləri ilə Təqsirləndirilən şəxs tanış etmiş olsa da, sonuncunun qanunsuz əməllərindən onun məlumatı olmamış, bu barədə Zərərçəkmiş şəxs2 da ona vaxtında məlumat verməmişdir. (cild 2, iş vərəqləri 84-88) İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə əsasən, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, sonuncunun özünün icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qadın salonunda 20 dekabr 2021 -ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək saç ustası kimi işləmişdir. Təqsirləndirilən şəxsla aralarında hər hansı ədavətləri olmamışdır. O, həmin yerdən işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxsla əlaqəsi kəsilmişdir. Hazırda sonuncunun hansı işlə məşğul olmasını bilmir. Təqsirləndirilən şəxs arvadı Ceyran Şərifova da onun işlədiyi həmin salonda işləmişdir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs kiminsə ona borcunun olması, lakin plastik kartının olmadığını, belə ki, özünün ünvanlı sosial yardım alması səbəbindən kart hesabı açdıra bilmədiyini, buna görə Təqsirləndirilən şəxs olan borcun, yəni həmin pul vəsaitinin onun plastik kartına mədaxil etdirməsini xahiş etdirmişdir. O, Təqsirləndirilən şəxs inanıb bunda hər hansı qanunsuz halın olmadığını düşünüb plastik kartının şəklini “WhatsApp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Elə həmin ay, 16 mart 2022-ci il tarixdə onun hesabına hansı mənbədən və kimin tərəfindən göndərildiyini bilmədiyi 1.000 (bir min) manat pul mədaxil olmuşdur. O, həmin vəsait kartına köçürüldükdən sonra bunu Təqsirləndirilən şəxs arvadı Ceyran Şərifovaya bildirmişdir. Daha sonra kartını həmin vəsaitin çıxarılması üçün onlara vermişdir. Vəsaitin kimin tərəfindən və harada çıxarılmasını bilməmişdir. Həmin vəsait çıxarıldıqdan sonra onun kartını geri qaytarmışlar. Onun həmin pul vəsaitini kimin və hansı məqsədlə göndərməsindən məlumatı olmamışdır. O, həmçinin bildirmişdir ki, onun yalnız “Unibank”-a məxsus bir plastik kartının olduğunu, onun kartına mədaxil olunmuş qeyd etdiyi 1.000 (min) manat vəsaitdən əlavə 600 (altı yüz) manat pulun mədaxil olunması halı olmamışdır. (cild 2, iş vərəqləri 17-21) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil operatorundan daxil olmuş içərisində müvafiq məlumatların mövcud olduğu CD diskə baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Mahmudoviçin istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinin danışıq məlumatlarına əsasən onun Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri aralarında olan danışıqları olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs da Yaşa Faxilovla danışıqları olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, danışıqlar Şabran (Dəvəçi) rayonu ərazisində aparılmışdır. Bununla da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinin danışıq və GPRS məlumatlarına əsasən 18 sentyabr 2021-ci il, 16 noyabr 2021-ci il, 22 mart 2022-ci il tarixlərində Şabran (Dəvəçi) rayonu ərazisində mövcud olan anten dairələrinin əhatə dairəsinə düşmüşdür. (Cild 1, iş vərəqləri 138-146; Cild 2, iş vərəqləri 03-06) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Şahid2 “X5” ASCyə məxsus (Leobank) 4098 **** **** 7108 nömrəli kart hesabından görünür ki, 16 mart 2022-ci il tarixdə həmin hesaba “ExpressPay” ödəniş sistemi vasitəsilə 1.000 (bir min) manat məbləğində pul vəsaiti mədaxil edilmiş və həmin tarixdə məxaric edilmişdir. (Cild 2, iş vərəqləri 23-27) Cinayət işi materiallarına əlavə edilmiş “ExpressPay” ödəniş sisteminin 13654 saylı, 16 mart 2022-ci il tarixli qəbzindən görünür ki, həmin tarixdə Şabran rayonu, Rəhimli kəndi, “Baxçalı” marketdə quraşdırılmış ödəmə terminalından 1.000 (bir min) manat vəsait Şahid2 adlı şəxsin “X5” ASC-yə (Leobank) məxsus sonu 5868 7108 rəqəmləri ilə olan kart hesabına mədaxil edilmişdir. (Cild 2, iş vərəqi 38) Cinayət işi materiallarına əlavə edilmiş "Expressbank” ASC-nin 02 mart 2023-cü il tarixli, 001/007/1461/2023-cü il tarixli məktubundan görünür ki, 16 mart 2022-ci il tarixdə sorğuda qeyd edilən mədaxil əməliyyatı (Şabran rayonu, Rəhimli kəndi, “Baxçalı” marketdə quraşdırılmış ödəmə terminalından 1.000 manat vəsaitin Şahid2 adlı şəxsin “X5” ASC-yə (Leobank) məxsus sonu 5868 7108 olan kart hesabına mədaxil edilməsi) icra edilmişdir. (Cild 2, iş vərəqi 181) Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 22 fevral 2023-cü il tarixli, 3-17-1/2-34820/2023 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 Mahmudoviç, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hər hansı pensiya, sosial müavinət və təqaüd ödənişi təyin edilməmiş, sonuncuların ünvanlı dövlət sosial yardımı almaq üçün cinayət əməllərinin törədildiyi vaxta uyğun gələn tarixli müraciətləri olmamışdır. (Cild 2, iş vərəqləri 113-114) Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 21 fevral 2023-cü il tarixli, 3-17-1/2-34379/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Fondda işləmir. (Cild 2, iş vərəqi 111) Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Mahmudoviç 04 mart 2023-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanın 400 (dörd yüz) manatını geri qaytarması barədə məlumat verib nəzərə alınmasını xahiş etmişdir. (Cild 2, iş vərəqləri 133-134) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İbtidai istintaq orqanının 06 mart 2023-cü il tarixli qərarına əsasən özündə cinayətin əlamətlərini əks etdirdiyindən “Azercell Telecom" MMC-dən daxil olmuş 01 ədəd “CD” disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd "CD” disk, Şahid2 "X5” ASC-yə məxsus 4098 **** **** 7108 nömrəli ödəniş kartı üzrə çıxarış, “ExpressPay” ödəniş sisteminin 13654 saylı, 16 mart 2022-ci il tarixli qəbzi, “Expressbank" ASC-nin 02 mart 2023-cü il tarixli, 001/007/1461/2023-cü il nömrəli məktubu, Zərərçəkmiş şəxs1 21 fevral 2023-cü il tarixli, 3-17- 1/2-34379/2023 saylı məktubu, Zərərçəkmiş şəxs1 22 fevral 2023-cü il tarixli, 3-17-1/2-34820/2023 saylı məktubu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 182-214) Məhkəmə, təqsirləndirilən şəxsin özünü vəzifəli şəxs qismində təqdim etməməsi, Zərərçəkmiş şəxs2 Mahmudoviçdən ümumilikdə 2.600 (iki min altı yüz) manat pul vəsaiti almaması, həmin pul vəsaitini əvvəlcə borc kimi alması, lakin Zərərçəkmiş şəxs2 özünün və yeznəsinin ailəsinə ünvanlı sosial yardımı düzəltməsini ondan xahiş etdiyindən həmin pul vəsaitinin əvəzinə ona köməklik etməyə dair vəd verməsi, sonradan həmin pulun 1.600 (bir min altı yüz) manatını qeyd olunan şəxslərə ünvanlı dövlət sosial yardımı düzəltməsi üçün haqqında başqa məlumatlarını bilmədiyi Ceyhun adlı şəxsə verməsi ilə bağlı məhkəmədə və ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları, gətirdiyi dəlilləri və müdafiə tərəfinin irəli sürdüyü fikirləri, təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Yuxarıda qeyd olunan sübutların məcmusunə əsasən məhkəmə təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bununla da, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. O, bu əməlləri qəsdən törətmiş, Həmin cinayətlər başa çatmış cinayətlər olmaqla az ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada həmin maddələrinin sanksiyaları hədlərində azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməlidir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə də ittiham verilmişdir ki, o, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2 az yaşlı uşağı var, eləcə də o, vurulmuş maddi ziyanı qismən ödəmişdir. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması və dəymiş zərəri qismən ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlinin təkrar törədilməsi isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 229-231) Təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Cəza çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş mobil rabitə operatorlarından daxil olmuş 03 ədə "CD” formatlı disklərin disk, Şahid2 "X5” ASC-yə məxsus 4098 **** **** 7108 nömrəli ödəniş kartı üzrə çıxarışın, “ExpressPay” ödəniş sisteminin 13654 saylı, 16 mart 2022-ci il tarixli qəbzinin, “Expressbank" ASC-nin 02 mart 2023-cü il tarixli, 001/007/1461/2023-cü il nömrəli məktubun, Zərərçəkmiş şəxs1 21 fevral 2023-cü il tarixli, 3-17- 1/2-34379/2023 saylı məktubun, Zərərçəkmiş şəxs1 22 fevral 2023-cü il tarixli, 3-17-1/2-34820/2023 saylı məktubun cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından müdafiəçinin haqqı dövlət büdcəsi hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və onun digər iş üzrə də həbsdə olması nəzərə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 27 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut qismində tanınmaqla hökmün təsviri-əsaslandırıcı hissəsində şadlanan 03 ədəd CD formatlı diskin və sənədlərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar