Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-154/2025 29.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2007-ci ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tanışı Şahid7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 mart 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanında yerləşən yeni inşa edilmiş, hasarla əhatə olunmuş evinin qarşısına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla saxlanc yeri hesab edilən həyətyanı sahəyə qanunsuz daxil olaraq həmin həyətyanı sahədə yerləşən evin divarlarında quraşdırılmaqla sonuncunun mülkiyyətində olan 1100 metr uzunluğunda, diametri 4 mm olan, hər metrinin qiyməti 0,7 manat olmaqla, ümumilikdə 770 (yeddi yüz yetmiş) manat dəyərində mis tərkibli elektrik naqilindən ibarət əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışları Şahid7 və yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci il tarixdə anadan olmuş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2022-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs2 Xanməd oğlunun ünvan 3 ünvanında yerləşən, hasarla əhatə olunmuş, yeni inşa edilmiş evinin qarşısına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla saxlanc yeri hesab edilən həyətyanı sahəyə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən evin qapısının üzərindəki asma qıfılı sındırıb açmaqla daxil olaraq evdən sonuncunun mülkiyyətində olan 600 metr uzunluğunda, diametri 2 mm olan, hər metrinin qiyməti 0,4 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat, 600 metr uzunluğunda, diametri 4 mm olan, hər metrinin qiyməti 0,7 manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat dəyərində mis tərkibli elektrik naqilləri və 70 manat dəyərində 01 ədəd Rusiya istehsalı elektrikli dəmir kəsən alətindən (laqonda) ibarət ümumilikdə 730 (yeddi yüz otuz) manat dəyərində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Şahid7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 01 may 2022-ci il tarixdə saat 14:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs4 işlədiyi Xaçmaz şəhər mərkəzi bazarı ərazisində yerləşən piştaxtanın üstündən sonuncuya məxsus içərisində 09 dekabr 2015-ci il tarixdə Xaçmaz rayon X11 və X8 tərəfindən verilmiş AZE 15376607 nömrəli şəxsiyyət vəsiqəsi, 800 manat məbləğində nağd pul və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı tərəfindən verilmiş, ödənişsiz alınan və balansında pul vəsaiti olmayan 01 ədəd plastik pensiya kartı olan 7 manat dəyərində 01 ədəd pul kisəsini götürərək ümumilikdə 807,00 manat dəyərində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o təkrar, 17 iyun 2024-cü il tarixdə saat 22 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Bayraq Meydanının şimal hissəsində olan “Kombi Servis” mağazasından cənub istiqamətində 10 metr aralı məsafədə olmaqla Xaçmaz-Bakı avtomobil yolunun sağ tərəfindəki “piyada keçidi” nişanının yaxınlığındakı səkidə Zərərçəkmiş şəxs1 qarşısını kəsib saxladıqdan sonra cibində olan qatlanan cib bıçağını çıxarıb silah qismində tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib üzərində olan pul vəsaitlərini verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 özünə məxsus olan pul vəsaitini vermək istəmədiyini bildirdikdə o, Zərərçəkmiş şəxs1 hər iki əlini arxaya burub bir əli ilə saxlamış, digər əli ilə isə sonuncunun əynində olan şalvarın sol yan cibində olan 149 manat pulu ələ keçirməklə quldurluq etmiş, yəni o, təkrar, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, hadisə günü o, dostu və qardaşı ilə Xaçmaz rayonu, Çənlibel parkı, Bayraq meydanında olublar. O, orada Rauf Şıxəliyevin qabağını kəsməyib, onlar çöldə rastlaşıblar və bir yerdə kafeyə gediblər. Kafedə oturub su içiblər və sonra o, Raufdan pulu götürüb. O, Raufun üstünə bıçaq çıxartmayıb, Rauf ibtidai istintaq zamanı yalan ifadə verib, o Raufa qarşı zor tətbiq etməyib, pulu istəyib və Rauf da könüllü şəkildə pulu verib. Digər epizodlarla bağlı onu deyə bilər ki, saxlanıldıqları zaman onlarda laqonda və mis kabellər olub, onları da əməliyyatçılar götürüblər. Laqonda və mis kabelləri tanımadığı bir şəxsin evinə girib oradan götürüblər. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. İfadəsinə onun xəbəri olmadan dəyişikliklər edilib və həmin ifadəni müstəntiq ona oxutmadan, zor tətbiq edərək imzaladıb. Həmin an onun yanında qanuni nümayəndəsi olmayıb, həmçinin vəkil bürosundan vəkil də dəvət olunmayıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, orada 3 nəfər - Əlisəfa, Kənan və o olub. Zərərçəkmiş şəxs4 ancaq üzdən tanıyır, belə ki, o, bazarda alver ilə məşğul olur. Zərərçəkmiş şəxs4 qarşı edilən oğurluqda o, iştirak etməyib. Zərərçəkmiş şəxs3 tanımır. Rauf Şıxəliyevi tanıyır. O, Raufla hadisə günü tanış olub, Raufla Arzuman sonradan onların yanına gəliblər. Onlar yaxınlaşıb Raufla Arzumandan siqaret istəyiblər. Biraz söhbət etdikdən sonra o, su alıb içməyi təklif edib və onlar da razılaşıblar. Sonra onlar kafeyə gediblər, orada biraz söhbət edib içki içiblər. Bundan sonra onlar getmək istəyəndə Arzuman da onlarla bərabər durub ona Raufun pulunu götürməyini deyib. O, Raufdan 80 manat istəyib və o da pulu öz istəyi ilə verib. Belə hesab edir ki, o, fiziki cəhətdən Raufdan daha güclü olduğu üçün və Rauf ondan qorxduğu üçün pulu verib. Raufa hədə-qorxu gəlməyib, Raufda pulun olduğunu ona Arzuman deyib. Barışıq əldə olunmayıb. Oğurladıqları əşyaları əməliyyatçılar maddi sübut qismində götürüblər, onların sahiblərinə qaytarılıb-qaytarılmadığını bilmir. Polislər materialları satdıqları yerdən götürüblər. Sonra onları polis bölməsinə aparıblar, orada ona qarşı təzyiq, fiziki və psixoloji şiddət göstəriblər. Xəsarət alıb, 21 gün MSY-də saxlanılıb. 10 gündən sonra onu Bakı İstintaq Təcridxanasına aparıblar, xəsarətləri olduğu üçün onu orada qəbul etməyiblər və geri qaytarıblar. Bakı İstintaq Təcridxanasından qaytarıldıqdan 5 gün sonra atası prokurorluğa şikayət etdiyi üçün prokurorluq əməkdaşları onun yanına həkimlə birlikdə gəliblər və həkim öz rəyində heç bir xəsarəti olmadığını qeyd edib. Müstəntiqə verdiyi izahat zamanı ona zor tətbiq edərək və hədə-qorxu gələrək təsir ediblər. Arzuman özü ona deyib ki, “Raufun pulunu götür, gedək pivə içək”, o da ona görə Raufdan nə qədər pulu olduğunu soruşub. Rauf da 150 manatı oludğunu, 60 manatının telefonunun krediti olduğunu deyib. Sonra o, Arzumana Raufu çağırmasını deyib. Rauf gələndə o, Raufa yaxınlaşıb, əlini çiyninə qoyub və onlar söhbət edərək kabel evi tərəfə gediblər. Yolda o, Raufdan nə qədər pulu olduğunu soruşub, o da 100 manatının olduğunu deyib. O, Raufdan bu pulu nə edəcəyini soruşduqda, Rauf kreditin pulu olduğunu deyib. O Raufdan pulu istəyib, Rauf əvvəl razı olmasa da, sonradan pulu ona verib. O, Raufdan pulu səbəbsiz yerə istəyib, həmin vaxt daraq əlində yox, cibində olub, hazırda daraq Xaçmaz RPŞ-dədir. Həmin vaxt əlində bıçaq olmayıb, o Raufdan pulu istəyəndə Rauf ona 149 manat verib. daha sonra o, bayraq meydanına gedib, Rauf da onun arxasınca gələrək pulunu tələb edib, o da pulun 74 manatını götürüb və qalanını ona qaytarıb, o, pulu qaytarmaq istəməyib, yanında olan şəxslər dedikdən və Rauf pulun kredit pulu olduğunu dedikdən sonra pulun yarısını ona qaytarıb. O, pulu alanda Raufun gözləri dolub. O, həmin vaxt azyaşlı olduğu üçün öz əməlini tam dərk etməyib və ona görə də pulun tam hissəsini ona qaytarmayıb. Həmin vaxt temperaturu olmayıb və Raufdan gödəkcəsini istəməyib. Əlini Raufun çiyninə qoyduqda ona qarşı heç bir zorakılıq göstərməyib, müstəntiq onun ifadəsini qərəzli yazıb. Həmin gün gecə saat 23:00 radələri olub, yol işıqlı olub, Rauf əlində nəyinsə olduğunu görə bilərmiş. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2022-ci il mart ayının 5-də təzə tikilidən dəyəri usta pulu ilə birlikdə təxminən 1400 manat olan elektrik naqilləri oğurlanıb. Həmin elektrik naqillərinin kim tərəfindən oğurlandığını qonşuda olan kamera vasitəsiylə müəyyən edib, videogörüntüdə 2 nəfərin gediş-gəlişini tam açıq şəkildə görmək olur. Hadisə ilə bağlı bildikləri bu qədərdir. Zərərçəkmiş şəxs3 ona verilən suallara cavab olaraq bildirdi ki, elektrik naqillərini heç bir yerdə saxlamırmış, onlar yenicə çəkilibmiş. Usta pulunu çıxdıqda, elektrik naqillərinin dəyəri 1100-1170 manat olar. Ona dəyən ziyan ödənilməyib. Təqsirləndirilən şəxslə barışıb, ondan heç bir şikayəti və tələbi yoxdur. Hazırda həmin evdə yaşayış yoxdur. Evin həyəti hasarlıdır. Təqsirləndirilən şəxsi tanımır. Onu ilk dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində görüb. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Hadisə baş verən gün o, dostu Arzumanla Xaçmaz rayonunda yerləşən parkda gəzirmiş və parkda olanda Nadirlə qarşılaşıblar. Nadirin yanında 3-4 nəfər olub. Sonra onlarla birlikdə orada “Bizon” adlı içki içiblər. Məqsədi bir az gəzib kəndə qayıtmaq olub. Həmin gün üzərində təxminən 149 manat pul olub. Bir müddət sonra Nadir onu kənara çağırıb, bu zaman onları heç kim görmürmüş. Nadir ondan üzərində pul olub-olmadığını soruşub. O, kredit ödəmək üçün üzərində pul olduğunu deyib. Nadir bütün pulları çıxarıb ona verməyini tələb edib, o, etirazını bildirib. Nadir cibindən nəsə bir əşya çıxardıb və onu hədələyib. Hava qaranlıq olduğundan həmin əşyanın nə olduğunu görməyib, lakin həmin əşya ya bıçaq olub, ya da daraq. Sonra Nadir qollarını arxadan tutub və ona “səni bıçaqlayacam” deyib. O da qorxduğu üçün cibindəki pulu ona verib. Nadir pulu alıb qaçıb, sonra o, polisə zəng edib və bu barədə məlumat verib. Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, Nadirin onu çağırdığı ərazidə işıq olmayıb. Pulunun yarısını polis bölməsində qaytarıblar. Təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bazarda işləyib həmin 149 manat pulu qazanıb. O, Nadirə müqavimət göstərə bilməyib, dostunu köməyə çağırıb, lakin o qaçıb. Heç bir xəsarət almayıb. Nadir ona bıçaqla toxunmayıb. Ona yalnız hədə-qorxu gəlib. Nadir əlini ataraq cibindəki puldan 70-75 manatını götürüb, sonra ona 5 manat yol pulu qaytarıb.Həmin gün hər iki cibində pul olub, qorxduğu üçün hadisə yerində ağlayıb. Nadir hadisə günü ona pul qaytarmayıb. Üzərindən xeyli vaxt keçdiyi üçün baş verən hadisəni tam xatırlamır, lakin ibtidai istintaq zamanı ifadə verəndə hadisəni tam xatırlayırmış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi elan edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, Onlar Nadir və digərləri ilə sağollaşdıqdan sonra durub piyada getməyə başlamışlar, Nadir və yanında olan şəxslər onlardan 15-20 metr irəlidə hərəkət etmişlər. Həmin vaxt Arzuman kafedə oturduqları zaman hesabı ödədiyindən ondan 3 manat pul istəmişdir. O isə özünün ona “bizon” içkisi aldığını bildirərək 1 manat pul verməli olduğunu demişdir. O, Arzumandan ondan artıq pul istəməsi səbəbindən inciyərək qarşıda sürətlə hərəkət etməyə başlamışdır. Arzuman isə onun arxasınca qışqıraraq onu çağırmış və dayanmasını demişdir. O, Arzumandan ayrılaraq “Bayraq muzeyinin” qarşısında, Xaçmaz şəhəri, Bakı prospektinin, yəni avtomobil yolunun kənarına çatanda həmin an Nadir adlı şəxs sürətlə ona yaxınlaşıb qarşısını kəsərək onu dayandırıb əlini çiyninə qoyub haraya getdiyini soruşmuşdur. Həmin vaxt saat 22 radələri olmuşdur. O, əsəbi olmuş və gözləri dolmuşdur. Nadir onu geri qaytarmaq istəmişdir. O isə Arzumandan incidiyindən ağlamışdır. Nadir onun yanında olarkən bir əlini onun çiyninə qoyub bir əlini isə əynində olan şalvarın yan cibinə salıb cibindən qara rəngli qatlanan cib bıçağı çıxarıb açaraq bıçağı ona nümayiş etdirib cibində olan bütün pullarını verməsini, əks halda həmin qatlanan cib bıçağı ilə onu bıçaqlayacağını demişdir. O isə Nadirə pul verməyəcəyini dedikdə bu zaman Nadir əlində olan bıçağı qatlayıb cibinə qoyub onun arxasına keçib onun əllərini arxaya burub bel nahiyəsində bir əli ilə onun iki əlini sıxıb saxlayıb sol əlini onun əynində olan göy rəngli cins şalvarın sol yan cibinə salıb həmin cibində olan 149 manat pulunu çıxarıb götürmüşdür. Onun 149 manat pulunun çox hissəsi bir manatlıq əskinazlardan, qalan hissəsi də 5 və 10 manatlıq əskinazlar olduğundan pul qalın görünmüşdür və cibində pul olması kənardan bilinmişdir. Ona görə də Nadir birbaşa əlini cibinə salıb pulunu götürmüşdür. Nadir pulunu götürdükdən sonra o, Nadirə pulunu qaytarmasını demişdir. Bu zaman Nadir qolundan tutaraq onu Elnur və digər şəxslərin yanına aparmışdır. O isə Nadirdən təkidlə pullarını istəmişdir. Nadir isə pullarını verməmişdir. Nadir Elnurgilə bunun üzərindən çıxan pullara baxın demişdir. O isə yenidən pullarını istəmişdir. Bu zaman Elnur adlı şəxs ondan sənin kreditin 70 manat deyildi deyə soruşmuş, o isə “hə” dedikdə Elnur Nadirə onun pullarını qaytarmasını demişdir. Nadir isə Elnurun iradından sonra ona 70 manat kredit pulu kimi və əlavə 5 manat yol pulu kimi olmaqla ümumilikdə ona 75 manat pul geri qaytarmışdır. Bundan sonra Elnur adlı, Zaur adlı şəxslər həmçinin Nadirin kiçik qardaşı kimi tanıdığı şəxs özlərinin bu məsələ ilə əlaqələri olmamasını bildirərək oradan uzaqlaşmışlar, gedərkən isə bir daha Nadirə onun pulunu qaytarmasını demişlər və getmişlər, Nadir isə onların yanında qalmışdır. Elnur və digərləri getdikdən sonra o, Nadirdən digər pullarını da geri istəmişdir, lakin Nadir onu qorxutmaq üçün polisə zəng edəcəyini bildirmişdir. Lakin o, Nadirin pulunu geri qaytarmadığını görüb əsəbləşib oradan uzaqlaşmışdır. Bir qədər kənarlaşdıqdan sonra isə polisə bu barədə məlumat vermişdir. Nadir adlı şəxs onun ümumilikdə 74 manat pulunu ələ keçirmişdir. Hadisə zamanı o hər hansı bir xəsarət almamışdır. Nadir adlı şəxs onun pulunu alan zaman onları heç kim görməmişdir, lakin sonradan onun pullarının Nadirin əlində olmasını Nadirin yanında olan üç nəfər şəxs və dostu Arzuman görmüşdür. Zərərçəkmiş şəxs4 hüquqi varisi X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 anasıdır. Anasının danışdıqlarına əsasən onu bilir ki, bazarda yetkinlik yaşına çatmayan 2 oğlan anasının pul qabını oğurlayıblar. Anasının pul qabında 800 manat pul, şəxsiyyət vəsiqəsi və COVİD-19 sertifikatı olub. Anasının pul qabını oğurlayan şəxslərin adını bilmir. Həmin şəxsləri bazarda bir neçə dəfə görüb. Anasının dediyinə görə dəymiş ziyanın bir qismi ona ödənildiyindən o, şikayətini geri götürüb. Təqsriləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Ölmüş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda tək yaşayır və İİ qrup təqaüdçüdür. Hazırda Xaçmaz şəhər mərkəzi bazarında xırda alverlə məşğul olaraq özünü dolandırır. 01 may 2022-ci il tarixdə bazarın ərazisində yerləşən piştaxtanın arxasında oturub alver etdiyi zaman iki azyaşlı uşağın onun piştaxtasının ətrafında gəzişdiklərini görmüş və həmin uşaqlar özlərini şübhəli apardıqlarından hətta bir neçə dəfə onlara acıqlanıb piştaxtanın yanından qovmuşdur. Həmin gün təxminən saat 14 radələrində alver etdiyi piştaxtanın arxasında oturub tanışı Qəndab adlı qadınla söhbət etdiyi zaman piştaxtanın qarşısından keçib gedən tanımadığı bir şəxs ona satmaq üçün piştaxtanın üstünə qoyduğu çay qutularından bir ədədinin yerə düşdüyünü demiş və əyilib baxanda həqiqətən satdığı “Mahmudçay” çay qutularından bir ədədinin yerə düşdüyünü görmüşdür. Yanında olan Qəndab əyilib çay qutusunu yerdən götürərək ona vermiş və o, həmin çay qutusunu yerinə qoyanda piştaxtanın üstündən içərisində 6 ədəd 100 manatlıq, 3 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslardan, habelə bir neçə ədəd 1 manatlıq və xırda qəpiklərdən ibarət olmaqla ümumilikdə 800 manat məbləğində nağd pul, şəxsiyyət vəsiqəsi, Kapital bank tərəfindən verilmiş pensiya kartı, “Covid-19” pandemiyası ilə bağlı vaksin sənədi və gündəlik istifadə etdiyi dərmanlar olan pul kisəsinin yerində olmadığını görmüşdür. Piştaxtanın üstünü və ətrafı diqqətlə nəzərdən keçirsə də, pul kisəsini tapa bilməmiş, pul kisəsini kiminsə oğurladığını hiss etmiş və ona görə də dərhal bazar ərazisində xidmət aparan polis nəfəri Əkbərə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra hadisə ilə bağlı Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmiş, həmin gün polis əməkdaşları tərəfindən özünün iştirakı ilə hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən araşdırma aparılmağa başlanılmış, şikayəti ilə bağlı araşdırmanın səti aparıldığını görüb 04 may 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Azərbaycan Respublikası DİN-nə 102 Xidmətinə zəng edib məlumat vermişdir. Sonradan polis əməkdaşları tərəfindən ondan pul kisəsinin oğurlanması ilə bağlı şübhələndiyi şəxslərin olub-olmaması soruşulanda onlara hadisə baş verən gün bazar ərazisində valideynsiz gəzən iki azyaşlı uşağın mütəmadi olaraq alver etdiyi piştaxtanın ətrafında gəzişdiklərini, hətta bir neçə dəfə onları piştaxtanın yanından qovduğunu demiş və pul kisəsinin oğurlanmasında məhz həmin uşaqlardan şübhələndiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində piştaxtanın üzərindən pul kisəsinin hadisə baş verən gün bazar ərazisində gəzişən həmin iki azyaşlı uşaqlar tərəfindən oğurlanması müəyyən edilmiş, polis şöbəsində həmin uşaqları görən kimi tanımış və onlardan birinin adının Şahid7 olduğunu öyrənmişdir. Lakin şəxsən özü əvvəllər nə həmin uşaqları, nə də onların valideynlərini tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O, həmçinin göstərmişdir ki, oğurlanmış pensiya kartının hesabından aprel ayının pensiyasını çıxartdığından və may ayının pensiyası kartın hesabına köçürülmədiyindən kartda pul olmamış, buna baxmayaraq kart oğurlanandan sonra dərhal həmin kartın hesabını bağlatmış və ona görə də onun həmin pensiya kartından pul oğurlanmamışdır. Bundan əlavə pul kisəsində olan dərmanlar sadə ağrıkəsici dərmanlar olmuş, istifadə etdiyindən onlardan cəmi 1-2 ədəd həb qalmış və ona görə də həmin dərmanlar onun üçün elə də əhəmiyyət kəsb etməmişdir. Oğurlanmış həmin pensiya kartı bank tərəfindən ona pulsuz verilmiş, pul kisəsini isə mağazadan 7 manata almışdır. Məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 Xanməd oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Xaçmaz şəhəri Davud Hacıyev 47 ünvanında oğlu Fərhad Gəncəliyev üçün iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş, evin tikinti işləri tam başa çatdırılmış və hazırda evin daxilində təmir işləri aparılır. Sonuncu dəfə 2022-ci ilin mart ayının əvvəllərində hər metrinin qiyməti 1 manatdan olmaqla ümumilikdə 1200 manat dəyərində 1200 metr uzunluğunda 2 və 4 mm diametrli mis tərkibli elektrik naqili alıb evin işıq sistemini çəkdirtmişdir. Bundan əlavə evdə hər gün ustalar işləyir, evin içərisində suvaq, beton və s. işlər görür. 12 mart 2022-ci il tarixdə səhər saatlarında qeyd olunan evə baxmaq üçün gedəndə giriş üçün qoyduğu taxta qapının üzərindəki qıfılın sındırıldığını görmüş və evə kiminsə girdiyini hiss etmişdir. Buna görə də dərhal evə daxil olub otaqları nəzərdən keçirməyə başlamış və işıq üçün otaqlara çəkdirdiyi mis tərkibli elektrik naqillərinin yerindən çıxarılaraq oğurlandığını müəyyən etmişdir. Bundan başqa evin 2-ci mərtəbəsində hamam üçün nəzərdə tutulmuş otaqdan 01 ədəd 50 manat dəyərində Rusiya istehsallı işlənmiş elektrikli dəmir kəsən alətin də (laqondanın) yerində olmadığını, hətta bir gün əvvəl evdə işləyən ustalar tərəfindən evin birinci mərtəbəsində, girişdən sağ tərəfdə yerləşən otağın döşəməsinə döşənmiş beton örtük qurumadığından üzərində evə girmiş naməlum şəxsin çoxlu sayda eyni formalı ayaqqabı izlərinin qaldığını görmüşdür. Bundan sonra gecə saatlarında naməlum şəxs və ya şəxslərin evə daxil olub işıq üçün çəkilmiş elektrik naqillərini və 01 ədəd elektrikli dəmir kəsən aləti (laqondanı) oğurladığına tam əmin olmuş və ona görə də hadisə barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin gün polis əməkdaşları özünün iştirakı ilə evə baxış keçirib bu barədə fotoşəkillər çəkmiş və protokol tərtib etmişlər. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ona məxsus evin elektrik naqillərinin və 01 ədəd dəmir kəsən alətin (laqondanın) Xaçmaz şəhər sakinləri, yetkinlik yaşına çatmayanlar Şahid7, Təqsirləndirilən şəxs və Şahid4 tərəfindən oğurlanmasının müəyyən edildiyi sonradan məlum olmuş, habelə yetkinlik yaşına çatmayanlar Şahid7, Təqsirləndirilən şəxs və Şahid4 hadisə ilə bağlı polis şöbəsinə dəvət olunanda onların özlərinin də onun evindən elektrik naqillərini və dəmir kəsən aləti oğurladıqlarını etiraf etdiklərini bilmişdir. Lakin şəxsən o, özü nə yetkinlik yaşına çatmayanlar Şahid7, Təqsirləndirilən şəxs və Əlsafa Nəcəfovu, nə də ki, onların valideynlərini tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O, həmçinin göstərmişdir ki, evində baş vermiş həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1250 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o və dostu Şahid3 Xaçmaz rayonunda yerləşən “Çənlibel” parkında olublar. Sonradan qardaşı Nadir və dostu Elnur oraya gəliblər. Həmin vaxt parkda olan Raufgil ilə birlikdə orada görüşüb söhbət ediblər. Sonra o, su almaq üçün marketə gedib. Həmin vaxt Rauf, Nadir və Elnur orada qalıblar. O, geri qayıdanda Raufun ağladığını görüb. Raufdan nə üçün ağladığını soruşanda Rauf Nadirin onun pullarını götürdüyünü deyib. Həmin vaxt qardaşı Nadirin üzərində bıçaq olmayıb, göy rəngli açılıb-bağlanan daraq olub. Nadir götürdüyü pulun yarısını Raufa qaytarıb, sonra da Rauf ağlaya-ağlaya oradan uzaqlaşıb. O da qardaşı ilə evə gedib, gecə saat 02 radələrində polis əməkdaşları evlərinə gəliblər və qardaşını polis şöbəsinə aparıblar. Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, Raufu Xaçmaz rayonunda bir neçə dəfə görüb. Qardaşı tutulandan sonra o, Raufa qardaşından şikayətçi olmamasını, qalan pulunu da qaytaracağını bildirib. Qardaşı Nadir tutulana qədər velosiped mağazasında işləyib. Arzuman da həmin gün orada olub. Rauf üzərində 149 manat pulunun olduğunu və həmin pulla kreditini ödəyəcəyini Nadirə deyib. PŞ-də də Nadirin üzərindən göy rəngli daraq aşkar olunub. Nadir heç vaxt üzərində bıçaqla gəzməyib. Nadirin üzərində daraq olduğunu bilib. Həmin darağı Nadirə Zaur verib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, bu iş üzrə 3 dəfə oğurluq ediblər. Xaçmaz şəhəri, Topxana küçəsində yerləşən evlərin birindən, bazardan və köşklərdən Nadirlə birlikdə oğurluq ediblər. Həmin əmələ görə tutulublar və sonradan azad olunublar. İbtidai istintaqda bir neçə dəfə ifadə verib və ifadəsini xatırlamır. Şahid7 ona verilən suallara cavab olaraq bildirdi ki, H.Turabov və D.Hacıyev küçəsindən elektrik naqilləri götürüblər, həmin elektrik naqillərini satıblar. Bazarda bir nəfərin də pul qabını oğurlayıb, lakin həmin vaxt Nadir iştirak etməyib, o tək olub, polis şöbəsində izahat verəndə də bunu bildirib. Pul qabından pul və şəxsiyyət vəsiqəsi çıxıb. Nadirlə bilrikdə törətdikləri oğurluqlara o rəhbərlik edib. Birlikdə olduqları üçün qazandıqları pulları bölməyiblər. Pullar ya onda, ya da Nadirdə qalırmış, sonra birlikdə xərcləyirmışlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, həmin ifadəni oxumayıb. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasınd ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, Xaçmaz şəhər sakinləri, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs və Şahid4 tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşıdır və aralarında dostluq münasibətləri vardır. 05 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla yaşayış olmayan ev axtarıb tapmaq və oradan oğurluq etmək barədə danışıb razılaşmış və bu məqsədlə həmin gün saat 18 radələrində ikisi birlikdə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbin yaxınlığında yerləşən H.Turabov küçəsi ilə piyada getməyə başlamışlar. Qarşılarına adının X6 olduğu sonradan məlum olan şəxsə məxsus tikintisi davam edən və yaşayış olmayan bir ev çıxmışdır. Həmin evə girib oğurlamaq üçün nəsə olub-olmadığını yoxlamaq qərarına gəlmiş, Nadir birinci olaraq evə onun girməsini təklif etmiş və arxasınca özünün də gələcəyini demişdir. O, etiraz etməmiş və daş hasardan aşaraq evin həyətinə keçmişdir. Evin qapısı olmadığından rahatlıqla içəri daxil olmuş və evin otaqlarına içərisi misdən olan təzə elektrik naqillərinin çəkildiyini görmüşdür. Bundan sonra Nadiri içəri çağırmış, Nadir gələndən sonra ikisi birlikdə evin otaqlarına çəkilmiş elektrik naqillərini söküb yerlərindən çıxartmış, daha sonra həyətdən götürdükləri nərdivanı evin arxa tərəfindəki hasara söykəyib oğurladıqları elektrik naqillərini topa halda büküb götürərək hasarlanmamış və açıq vəziyyətdə olan qonşu həyətə keçmişlər. Oğurladıqları elektrik naqillərini qonşu həyətdəki kolluq hissədə gizlədib təxminən yarım saat orada gözləmiş və sakitlik olduğuna əmin olandan sonra oğurladıqları naqilləri götürüb oradan çıxıb getmişlər. Bundan sonra Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən avtobaza adlanın yerdə oğurladıqları naqilləri yandırıb onların içərisindən 15 kq çəkidə mis əldə etmiş, əldə etdikləri misin 3 kq-nı 05 mart 2022ci il tarixdə saat 20 radələrində Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən metal qəbulu məntəqəsinə 30 manata, qalan 12 kq çəkidə misi isə Xaçmaz-Quba yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə 120 manata satmışlar. Əldə etdikləri ümumilikdə 150 manat pulu Nadirlə öz aralarında bölmüş və həmin oğurluqdan hərəsinin payına 75 manat məbləğində pul düşmüşdür. Bundan başqa 11 mart 2022-ci il tarixdə səhər saatlarında Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsində Əlsafa Nəcəfovla görüşmüş və onunla birlikdə şəhərdə gəzərkən Xaçmaz mərkəzi bazarının yaxınlığında Təqsirləndirilən şəxsla rastlaşmışlar. Bundan sonra üçü birlikdə şəhər ərazisində gəzməyə başlamış, Xaçmaz şəhəri D.Hacıyev küçəsi ilə keçib gedərkən adının Zərərçəkmiş şəxs2 Xanməd oğlu olduğu sonradan məlum olan şəxsə məxsus yeni tikilən evin olduğunu və orada ustaların işlədiklərini görmüşlər. Küçədən baxanda həmin evin içərisindəki elektrik naqilləri diqqətlərini cəlb etmiş, Nadir, Əlsafa və o, özü ustalar işlərini qurtarıb gedəndən sonra həmin evə daxil olub elektrik naqillərini oğurlamaq və içərisindəki misi çıxarıb metal qəbulu məntəqəsinə sataraq pul əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar vaxtı keçirmək üçün həmin gün axşam saatlarına kimi şəhər ərazisində gəzmiş, hava qaralandan sonra, təxminən saat 22 radələrində həmin küçəyə getmiş və ətrafda heç kimin olmadığına əmin olandan sonra hər üçü hasardan tullanaraq evin həyətinə keçmişlər. Evə giriş üçün qoyulmuş taxta qapının üzərində olan asma qıfılı həyətdən götürdükləri armatur parçası ilə sındıraraq evin içərisinə daxil olmuş, bundan sonra evin birinci və ikinci mərtəbəsinin otaqlarına işıq üçün çəkilmiş içərisi misdən olan elektrik naqillərini kəsib çıxartmışlar. Daha sonra həmin naqilləri evin içərisindən tapıb götürdükləri torbanın içərisinə yığmış, elektrik naqillərindən əlavə Nadir evin ikinci mərtəbəsindəki otaqların birindən elektriklə işləyən dəmir kəsən aləti (laqondanı) da götürmüşdür. Qeyd etdiyi kimi həmin evdə ustalar işlədiyindən evin birinci mərtəbəsində girişdən sağ tərəfdə yerləşən otağın döşəməsinə təzə beton döşənmiş, beton qurumadığından həmin otağa keçəndə betonun üzərində onların, əsasən də onun ayaqqabı izləri qalmış, buna baxmayaraq onlar oğurladıqları elektrik naqillərini və 01 ədəd laqondanı götürüb evdən çıxmış və oradan birbaşa Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən köhnə avtobazanın həyətinə gəlmişlər. Orada oğurladıqları elektrik naqillərini yandırıb içərilərindən ümumilikdə 7 kq çəkidə mis əldə etmiş, Nadir evdən oğurladığı laqondanı avtobazanın həyətindəki dəmir çənin altında gizlədəndən sonra əldə etdikləri misi götürüb Xaçmaz şəhəri R.Behbudov küçəsində Şahin və Emin adlı şəxslərə məxsus metal qəbulu məntəqəsinə getmişlər. Məntəqənin işçisi Ruslan adlı şəxs misi tərəzidə ölçüb qəbul edəndən sonra onlara 70 manat məbləğində pul vermişdir. Onlar əldə etdikləri pulu üçünün arasında bölmüş və bundan sonra ayrılıb hərə öz evinə getmişdir. Lakin sonradan onlar Nadirin oğurladıqları laqondanı gizlətdiyi həmin yerə gedib baxanda laqondanın orada olmadığını görmüş, Nadirin gizlətdiyi yerdən laqondanı kimin götürdüyünü bilmir və bu barədə heç bir məlumatı yoxdur. Bundan başqa 01 may 2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxsla birlikdə Xaçmaz şəhər mərkəzi bazarına gəlmiş, bazara gələndə göyərti satanların yanında müxtəlif adda ərzaq və təmizlik məhsulları satan adının X9 olduğu sonradan məlum olan qadının piştaxtasının üstündə pul kisəsinin olduğunu görmüşdür. Bu barədə Nadirə məlumat vermiş və bundan sonra Nadirlə birlikdə həmin pul kisəsini oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə piştaxtanın həndəvərində gəzişməyə başlamış və hətta həmin qadın onların üstünə qışqıraraq piştaxtanın ətrafından qovmuşdur. İkinci dəfə həmin piştaxtaya yaxınlaşanda satıcı Zərərçəkmiş şəxs4 başının yanında olan qadınla söhbətə qarışdığını görmüş və həmin məqamdan istifadə edib əlini uzadaraq piştaxtanın üstündən pul kisəsini oğurlamış və dərhal oradan aralanmışdır. Nadir də arxasınca gəlmiş və onlar birlikdə bazarın arxa tərəfində yerləşən köhnə avtobazanın həyətinə getmişlər. Orada pul kisəsini açıb baxanda içərisində pul, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartı, “Covid-19”-a aid vaksin sənədi və bir neçə ədəd dərman olduğunu görmüşdür. Nadir pulları saymaq üçün pul qabını ona verməsini deyəndə etiraz etməyib pul qabını Nadirə vermiş, Nadir pul kisəsindəki pulları çıxarıb saymış və 800 manat olduğunu demişdir. O, həmin puldan 400 manatını ona verib qalan pulları götürüb öz cibinə qoymuş, bundan sonra o, Nadirə pul kisəsini və sənədləri tullamasını demişdir. Lakin Nadir pul kisəsini və sənədləri həmin yerə atmamağı, çünki gəlib həmin yerin axtarıla biləcəyini demiş və taksi tutub “İzmaylovka” adlanan yaşayış massivinə getməyi və pul kisəsi ilə sənədləri orada atmağı təklif etmişdir.O, etiraz etməmiş və öz növbəsində Xaçmaz dəmir yolu vağzalının ərazisində yerləşən internet kluba gedib orada əylənməyi Nadirə təklif etmişdir.Bundan sonra Nadirlə birlikdə köhnə avtobaza adlanan ərazidən çıxıb Nadirin tutduğu tanımadığı şəxsin idarə etdiyi taksiyə oturmuş, Nadir taksi sürücüsünə “İzmaylovkaya” sürməyi demiş və yolu uzatmaq məqsədi ilə maşını dəmir yolu keçidindən keçməklə Xaçmaz şəhəri Alı Mustafayev küçəsi ilə sürdürmüşdür. Taksi ilə gedəndə yolda Nadir birinci olaraq pul kisəsini tullamış, dəmir yolunun aşağı tərəfi ilə hərəkət edib yanğın mühafizə vaqonunun dayandığı yerə çatanda Nadir taksini saxlatmış və sürücüyə 5 manat pul vermişdir. Taksi çıxıb gedəndən sonra Nadirlə o, piyada dəmir yolunu keçmiş, dəmir yolu xətlərini keçəndə Nadir pul kisəsini oğurladıqları qadına məxsus şəxsiyyət vəsiqəsini tullamışdır. Bundan sonra onlar birlikdə dəmir yolu vağzalının ərazisində yerləşən internet kluba gəlib bir qədər orada əylənmiş və sonra ayrılıb hərə öz evinə getmişdir. Səhəri gün Nadir Bakı şəhərinə getmiş, o, isə Nadirin qardaşı Fəridlə birlikdə Xaçmaz şəhəri 20 Yanvar küçəsində yerləşən “İstambul” mağazasına gəlib oğurladığı puldan 185 manatına özü üçün paltar almışdır. Evdə anası Mehriban bilməsin deyə paltarları aparıb Nadirgilin evlərində saxlamış və qalan pulları isə bir neçə gün ərzində xərcləməklə istifadə etmişdir. O, həmçinin göstərmişdir ki, oğurluq etdikləri evlərin sahibləri X10, X3, Zərərçəkmiş şəxs2 Xanməd oğlunu və pul kisəsini oğurladıqları Zərərçəkmiş şəxs4, habelə alüminium materialdan olan qapılarını oğurladığı obyektin sahibi X1 əvvəllər tanımamış və adları çəkilən şəxslərlə onun arasında heç bir münasibət olmamışdır. Oğurladıqları elektrik naqillərindən əldə etdikləri misləri satdıqları məntəqələrin yerləri yadındadır. Lakin həmin məntəqələrdən yalnız Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən məntəqənin Şahin və Emin adlı şəxslərə məxsus olduğunu və həmin məntəqədə işləyən şəxsin adının Ruslan olduğunu bilir. Buna baxmayaraq nə Şahin, nə Emin, nə də ki, onlara məxsus məntəqədə işləyən Ruslan adlı şəxslə onun arasında heç bir münasibət olmamış, mis satdıqları digər məntəqələrin kimlərə məxsus olmasını və orada işləyən şəxslərin adlarını bilmir. Qeyd olunan evlərdən həqiqətən mis tərkibli elektrik naqilləri oğurlamış və həmin naqilləri yandırmaqla içərilərində olan misi çıxarıb metal qəbulu məntəqələrinə satmaqla pul əldə etmiş, lakin həmin evlərdən oğurladıqları elektrik naqillərini ölçmədiklərindən onların ölçüləri və digər parametrləri barədə dəqiq heç nə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, bu hadisələrin üzərindən uzun müddət keçdiyi üçün tam xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur. Həmin vaxt Xaçmaz şəhərində metal qəbulu məntəqəsində işləyib, Nadir və Kənan oraya mis gətiriblər, o da onların gətirdiyi misi alıb. Həmin misin oğurluq olduğunu bilməyib, sonradan məlum olub ki, hansısa evdən götürüblər. Şahid5 ona verilən suallara cavab olaraq bildirdi ki, həm Nadiri, həm də Kənanı tanıyır. Onlar əvvəllər də 1-2 dəfə metal gətiriblər. Misi gətirən Kənan olub, Nadirin orada olub-olmamağı yadında deyil. Onların gətirdikləri mis yandırılmış vəziyyətdə olub. Kənan misi gətirəndə elə bilib ki, onu valideyni göndərib. Misi bazar qiymətinə alıb, həmin mis standart ölçüdə və məişətdə istifadə olunan vəziyyətdə olub. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, metal qəbulu məntəqəsində işləyib, Kənandan metal alıb. Kənan oraya gələndə atasının onu göndərdiyini deyib. Şəxsiyyət vəsiqəsini təqdim edib, metalı götürüb pulunu verdikdən sonra onu yola salıb. Hadisə ilə bağlı bildiyi bu qədərdir. O, Nadirdən mis almayıb. Misi gətirən Kənan olub, Nadir sinif yoldaşının oğludur. Nadiri rayon sakini kimi tanıyıb. Onlardan aldığı mis mallar yandırılmış vəziyyətdə olub. Məhkəmədə iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq və onun məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmədə iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o həmin ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Manafoba kəndində yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək pul qazanmış, lakin hazırda heç bir yerdə işləmir, çünki bir neçə gün sonra hərbi xidmətə gedəcəkdir. Hərbi xidmətini harada edəcəyi barədə hər hansı bir məlumatı yoxdur. 17 iyun 2024-cü il tarixdə saat 18 radələrində həmkəndlisi və dostu olan Zərərçəkmiş şəxs1 ilə Xaçmaz şəhərinə parka gəzmək məqsədilə taksi ilə gəlmişlər. Onlar Xaçmaz şəhəri N.Nərimanov küçəsinin baş tərəfində, yəni Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil dairəsinin yanında taksidən düşdükdən sonra piyada Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Çənlibel” parkına getmişlər. Onlar birlikdə parkda olan “əjdaha” adlı önə-arxaya hərəkət edən əyləncə alətinin yaxınlığına getmişlər. O, həmin alətə minsə də Rauf minməmişdir. Bundan sonra həmin parkın baş hissəsində yerləşən, “Bayraq muzeyinin” qarşısında olan bayraq meydanına piyada hərəkət etmişlər. Bayraq meydanında olan oturacaqların birində birlikdə əyləşmişlər. Özləri üçün “Bizon” adlı içki alıb içməyə başlamışlar. Bir qədər bayraq meydanında gəzməyə başlamışlar. O, özünə məxsus olan siqaret qutusunu çıxararaq siqaret çəkmişdir. Bu zaman bir nəfər təxminən 17 yaşlı adının sonradan Nadir olmasını bildiyi oğlan onlara yaxınlaşıb ondan siqaret istəmişdir. O, həmin şəxsə siqareti verdikdən bir qədər sonra isə onunla birlikdə olan digər 3 nəfər şəxs də siqaret istəmişlər. O, həmin şəxslərə də siqaret vermişdir. Bundan sonra onlar yenidən bayraq meydanında olan digər oturacaqda əyləşmişlər. Bir neçə dəqiqə sonra yenidən həmin şəxslərdən 2 nəfər adı Nadir olan və sonradan onun kiçik qardaşı olmasını bildiyi təxminən 15 yaşlı şəxs onlara yaxınlaşmışdır. Nadir adlı şəxs onun əlində olan Raufa məxsus telefona baxmaq istəmişdir. O, həmin telefonu verdikdən sonra Nadir onun şalvarının cibində də telefon olmasını hiss edib telefon olub-olmamasını soruşmuşdur. O, telefon olmasını bildirərək hər iki telefonun özünə məxsus olmasını demişdir. Nadir adlı şəxs isə çox pul qazanırsan deyərək sual verdikdə o, özünə görə canlı kazino oyunlarından pul qazandığını bildirmişdir. Bu anda adının sonradan Elnur olmasını bildiyi, “əxi” kimi çağırılan, təxminən 22 yaşlarında digər oturacaqda əyləşmiş şəxs Nadirə onlarla birlikdə yanına getmələrini bildirmişdir. Onlar birlikdə Elnur və digərlərinin əyləşdiyi oturacağa yaxınlaşmışlar. Orada bir qədər oturub söhbət etdikdən sonra Elnur adlı şəxs onlar üçün “Cola”, yəni “Coca-cola” içkisi almalarını istəmişdir. Onlar həmin vaxt razılaşdıqda Elnur parkda olan kafedə əyləşsinlər yoxsa alıb oturduqları yerdə içsinlər deyə soruşmuş, onlar isə kafedə əyləşmələrini bildirmişdir. Bundan sonra hamısı, yəni, Nadir adlı şəxs, onun kiçik qardaşı, Elnur adlı şəxs, onlarla birlikdə olan sonradan adının Zaur olmasını bildikləri 17 yaşlarında olan şəxs və onlar ikisi həmin parkda olan “Çənlibel” ailəvi məkan kafesinə getmişlər. Orada Nadir və digərləri onların razılığı ilə 2 litrlik “Fanta” və 1 ədəd cipsi sifariş etmişlər. Onlar hamısı birlikdə içib cipsidən yemişlər. Bir qədər sonra isə onların istəklərinə uyğun olaraq günəbaxan tumu almışlar. Bir qədər də oturduqdan sonra o, 8 manat hesabı vermiş, sonra da onlar hamısı durub kafedən çıxmışlar. Onlar Nadir və onun yanında olan şəxslərlə sağollaşdıqdan sonra yenidən Nadir adlı şəxs və onun qardaşı kimi tanıdıqları şəxs onlara yaxınlaşmışlar. Həmin vaxt onlara “əxinin”, yəni Elnurun onları bayraq meydanına çağırmasını bildirmişlər. Onlar yenidən Nadir və qardaşının dedikləri yerə getmişlər. Onlar birlikdə oturub söhbət etməyə başlamışlar, söhbət əsnasında Nadir Raufdan gödəkçəsini istəmişdir. Lakin Rauf ona gödəkçəsini verməkdən imtina etmişdir. Nadir və digərləri onlarla özlərinin deməsi ilə “vor”, “mujik” söhbətləri etməyə başlamışlar. Elnur adlı şəxs özünün 2 adam öldürməsini, özünün “mujik” olmasını, “türmədə yatıb” çıxmasını bildirmişdir. Həmin söhbət əsnasında Raufun cibində olan pullar qalın olduğundan Nadirin diqqətini çəkmişdir. Nadir Raufun cibində siqaret olmasını düşünərək ona bəs sən siqaret çəkmirdin deyə sual vermiş, həmin vaxt Rauf cibindəkinin siqaret olmamasını, pul olmasını bildirmişdir. Sonra isə Nadir ona su istədiyini, onun üçün almasını bildirmişdir. O, Nadirlə razılaşaraq su almaq üçün digərlərindən ayrılmışdır. Onlar təxminən 100 metr kənarda səyyar su satılan yerə yaxınlaşdıqda Nadir özünün qızdırması olmasını, bu səbəbdən su istəmədiyini, lakin ona siqaret almasını istəmişdir. O da Nadirə razılıq verərək həmin siqaret dənəsini almışdır. Onlar geri qayıdan zaman Nadir ondan Raufun üzərində nə qədər pulun olmasını soruşmuşdur. O isə bildiyi qədərilə 100 manat pulun olmasını demişdir. Lakin Nadirdən hansı səbəbə bununla maraqlanmasını soruşmamışdır. Onlar digərlərinin yanına gəldikdən sonra Nadir qızdırmasının olmasını bildirərək yenidən təkidlə Raufun gödəkçəsini istəmişdir. Rauf artıq Nadirin təkidlərindən bezərək gödəkçəsini ona vermişdir. Onlar yenidən eyni söhbətləri etməyə başlamışlar. Bir qədər sonra isə Raufun gödəkçəsini Nadir geri qaytarmışdır. Onlar Nadir və digərləri ilə sağollaşdıqdan sonra sonuncular onlardan 15-20 metr irəlidə hərəkət etmişlər. Həmin vaxt o, kafedə oturduqları zaman hesabı ödədiyindən Raufdan 3 manat pul istəmişdir. Rauf isə özünün ona bizon içkisi aldığını bildirərək ona 1 manat verməli olduğunu demişdir. Sonra isə artıq pul istəməyini bildirib ondan inciyərək qarşıda sürətlə hərəkət etməyə başlamışdır. O isə Raufun arxasınca qışqıraraq çağırmışdır. Rauf Bakı prospektinin kənarında olan piyada keçidinin yanında, yəni səkidə olan zaman həmin an Nadir adlı şəxs sürətlə Raufa tərəf qaçmışdır. O isə Nadir və Raufdan kənarda qalmış, hava da qaranlıq olduğuna görə onları tam görə bilməmişdir. Bir qədər irəlilədikdən sonra Nadirin Raufla birlikdə gəlməsini, Raufun ağlayaraq Nadirə “pulumu geri qaytar” deməsini görmüşdür. Elnur və digər şəxslər də həmin vaxt onların yanına gəlmişlər. Rauf Nadirdən pullarını istəsə də o Raufun pullarını geri qaytarmamışdır. X15 üzərindən çıxan pullara baxın demişdir. Elnur adlı şəxs Raufa sənin kreditin 70 manat deyildi deyə soruşdu. Rauf isə hə deyib təsdiqləmişdir. Çünki kafedə olan zaman Rauf kreditə mobil telefon aldığını, həmin mobil telefona görə hər ay 70 manat kredit ödədiyini demişdir. Rauf kreditinin 70 manat olmasını deyəndə Elnur Nadirə pulu qaytarmasını demiş, Nadir isə pulu qaytarmaq istəmədiyini deyəndə, bu zaman Elnur Nadirə demişdir ki, heç olmasa 70 manat pulu geri qaytarsın. Nadir Raufa 70 manat kredit pulu kimi və əlavə 5 manat yol pulu kimi öz pulunu geri qaytarmışdır. Bundan sonra Elnur adlı, Zaur adlı şəxslər həmçinin Nadirin kiçik qardaşı kimi tanıdıqları şəxs özlərinin bu məsələ ilə əlaqələri olmamasını bildirərək oradan uzaqlaşıb çıxıb getmişlər. Həqiqətən də onların Nadirin əməli ilə heç bir əlaqələri olmamış, pulu tək Nadir özü almışdır, onlar Nadirə irad bildirib pulu qaytarmasını desələr də Nadir onların sözünə qulaq asmamışdır. Onlar getdikdən sonra Rauf Nadirdən digər pullarını da geri istəmiş, lakin Nadir onu qorxutmaq üçün polisə zəng edəcəyini bildirmişdir. O da öz növbəsində Nadirə Raufun əziyyətlə həmin pulu qazanmasını, onun pulunu geri qaytarmasını bildirmişdir. X21 pulunu geri qaytarmamışdır. O yenidən Nadirdən Raufa vermək məqsədilə pul almaq üçün yol pulu verməsini dedikdə Nadir ona 2 manat pul vermişdir. Rauf isə Nadirin pulunu geri qaytarmamasını görüb oradan qaçaraq uzaqlaşmışdır. Rauf heç onu da gözləməmişdir, o da oradan uzaqlaşmışdır. Hadisə zamanı hava qaranlıq olmuşdur deyə o, Nadirin Raufdan pulu hansı şəraitdə almasını görməmişdir. Ancaq sonradan görmüşdür ki, Rauf ağlayaraq Nadirin arxası ilə gəlmiş və Nadirdən pulunu tələb etmişdir. O, Nadirin üzərində hər hansı bıçaq görməmişdir, ancaq Nadirin şalvarının bel hissəsində üzərində barbi şəkli olan daraq olmuşdur. Məhkəmədə iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o həmin ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda valideynləri ilə birlikdə yaşayır və Xaçmaz şəhəri 6 nömrəli tam orta məktəbin 8-ci sinfində oxuyur. ünvan 8 ünvanında yaşamaqla yetkinlik yaşına çatmayan Şahid7 və ünvan 1 ünvanında yaşamaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşıdır və aralarında dostluq münasibətləri vardır. 11 mart 2022-ci il tarixdə səhər saatlarında evdə olduğu zaman Şahid7 gəlib onu çağırmış, onunla görüşəndən sonra ikisi birlikdə gəzə-gəzə Xaçmaz şəhəri mərkəzi bazarının ərazisinə gəlmiş və orada Təqsirləndirilən şəxsla rastlaşıblar. Bundan sonra üçü birlikdə şəhər ərazisində gəzməyə başlamış, Xaçmaz şəhəri Davud Hacıyev küçəsi ilə keçib gedərkən adının Zərərçəkmiş şəxs2 Xanməd oğlu olduğu sonradan ona məlum olan şəxsə məxsus yeni tikilən evin olduğunu və orada ustaların işlədiyini görmüşlər. Küçədən baxanda həmin evin içərisindəki elektrik naqilləri diqqətlərini cəlb etmiş, Kənan, Nadir və o, ustalar işlərini qurtarıb gedəndən sonra həmin evə daxil olub elektrik naqillərini oğurlamaq və içərisindəki misi çıxarıb metal qəbulu məntəqəsinə sataraq pul əldə etmək qərarına gəlmişlər. Bundan sonra vaxtı keçirmək üçün həmin gün axşam saatlarına kimi şəhər ərazisində gəzmiş və hava qaralandan sonra, təxminən saat 22 radələrində həmin küçəyə getmişlər. Onlar ora gedəndə oğurluq etmək istədikləri evdə işləyən ustaların artıq çıxıb getdiklərini görmüş və ətrafda heç kimin olmadığına əmin olandan sonra hər üçü hasardan tullanaraq evin həyətinə keçmişlər. Evə giriş üçün qoyulmuş taxta qapının üzərində asma qıfıl olduğundan həyətdən götürdükləri armatur parçası ilə qıfılı sındıraraq açmış və evin içərisinə daxil olmuşlar. Bundan sonra evin birinci və ikinci mərtəbəsinin otaqlarına işıq üçün çəkilmiş içərisi misdən olan elektrik naqillərini kəsib çıxartmış, daha sonra həmin naqilləri evin içərisindən tapıb götürdükləri torbanın içərisinə yığmış, elektrik naqillərindən əlavə Nadir evin ikinci mərtəbəsindəki otaqların birindən elektriklə işləyən 01 ədəd dəmir kəsən aləti (laqondanı) da götürmüşdür. Ustalar evin birinci mərtəbəsində girişdən sağ tərəfdə yerləşən otağın döşəməsinə təzə beton döşəndiklərindən və beton hələ qurumadığından həmin otağa keçəndə betonun üzərində onların, əsasən də Kənanın və Nadirin ayaqqabı izləri qalmışdır. Buna baxmayaraq oğurladıqları elektrik naqillərini və 01 ədəd laqondanı götürüb evdən çıxmış və birbaşa Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən köhnə avtobazanın həyətinə getmişlər. Orada oğurladıqları elektrik naqillərini yandırıb içərilərindən ümumilikdə 7 kq çəkidə mis əldə etmiş, Nadir evdən oğurladığı laqondanı avtobazanın həyətindəki dəmir çənin altında gizlədəndən sonra əldə etdikləri misi götürüb Xaçmaz şəhəri R.Behbudov küçəsində Şahin və Emin adlı şəxslərə məxsus metal qəbulu məntəqəsinə getmişlər. Məntəqənin işçisi Ruslan adlı şəxs misi tərəzidə ölçüb qəbul edəndən sonra onlara 70 manat məbləğində pul vermiş, əldə etdikləri pulu üçünün arasında bölmüş və bundan sonra ayrılıb hərə öz evinə getmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmə iclasında dindirilmiş Şahid6 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, zərərçəkmiş şəxs X12 Azərbaycan Respublikası DİN-nin “102” zəng xidmətinə zəng edərək Xaçmaz şəhəri, “Çənlibel” parkında bıçaqla hədələnərək pulunun alındığı barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə quldurluq yolu ilə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini ələ keçirdiyi yer Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Bayraq Meydanının şimal hissəsində olan “Kombi Servis” mağazasından cənub istiqamətində 10 metr aralı məsafədə olmaqla Xaçmaz-Bakı avtomobil yolunun sağ tərəfindəki “piyada keçidi” nişanının yaxınlığındakı səkidir. Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “evə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən evin birinci mərtəbəsində yerləşən otaqdakı televizorun altından Təqsirləndirilən şəxs quldurluq yolu ilə 17 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 ələ keçirdiyi 74 manat pulun 40 manatı, yəni A29634473, A04387677, A29430728 və A23142040 seriya və nömrəli dörd ədəd 10 manatlıq əskinazlar aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “üzləşdirmə keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı da onun üzünə demişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeyd olunan tarixdə X4 məxsus ünvan 10 ünvanında yerləşməklə mişar daşından inşa edilmiş, bir mərtəbədən ibarət və tikinti işləri davam edən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evə giriş qapısının olmaması, evin otaqlarına çəkilmiş elektrik naqillərinin yerlərində çıxarılması, yəni kəsilərək oğurlanması müəyyən edilmişdir. Baxışda iştirak edən ev sahibi Elşən Ağasıyev 05 mart 2022-ci il tarixdə saat 17 radələrindən 06 mart 2022-ci il tarixdə saat 16 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən evindən ümumilikdə 1100 manat dəyərində 1100 metr ölçüdə mis tərkibli elektrik naqillərinin oğurlandığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeyd olunan tarixdə Zərərçəkmiş şəxs2 Xanməd oğluna məxsus ünvan 11 ünvanında yerləşməklə mişar daşından inşa edilmiş, iki mərtəbədən ibarət və təmirsiz vəziyyətdə olan fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin taxta materialından olan giriş qapısının üzərindəki kilid hissəsinin qırılmış vəziyyətdə olması, evin birinci mərtəbəsindəki otaqda yeni döşənmiş betonun üzərində eyni quruluşa malik çoxsaylı ayaq izlərinin olması və otaqların divarlarına çəkilmiş elektrik naqillərinin yerlərində çıxarılması, yəni kəsilərək oğurlanması müəyyən edilmişdir. Baxışda iştirak edən ev sahibi Zərərçəkmiş şəxs2 otaqlara çəkilmiş elektrik naqillərinin kəsilib çıxarıldığı yerləri göstərərək 11 mart 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən həmin elektrik naqillərinin oğurlandığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeyd olunan tarixdə Zərərçəkmiş şəxs4 alver etdiyi Xaçmaz şəhər mərkəzi bazarının meyvə-tərəvəz satılan hissəsində yerləşən piştaxtaya baxış keçirilmiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs4 naməlum şəxs və ya şəxslər tərəfindən piştaxtanın üzərindən ona məxsus pul kisəsinin oğurlandığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 9/5661 nömrəli rəyinə əsasən aşağıda adları qeyd olunan malların 2022-ci ilin mart-aprel aylarına orta bazar qiyməti nəzəri qaydada - 1 metr ölçüdə 2 mm diametrli mis tərkibli elektrik naqili - 0,40 manat, 1 metr ölçüdə 4 mm diametrli mis tərkibli elektrik naqilinin - 0,70 manat, 1 ədəd istifadə olunmuş Rusiya istehsallı elektrikli dəmir kəsən alət (laqonda) - 70,00 manat, 1 ədəd 2,05 x 1,4 metr ölçüdə alüminium materialdan hazırlanmış qapı - 150,00 manat müəyyən edilir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.10.23-cü il tarixli hökmündən görünür ki, Şahid7 hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü madələri ilə təqsirləndirildiyi əməllərə görə 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz RPŞ-nin İB-də icraatda olmuş ********* və ********* nömrəli cinayət işləri baxılması üçün xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin hökmü Təqsirləndirilən şəxs dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçildiyindən Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza çəkilməmişdir. xx.xx.2024-cü il tarixli “Maddi sübutun tanınması barədə” qərardan görünür ki, A29634473, A04387677, A29430728 və A23142040 seriya və nömrəli dörd ədəd 10 manatlıq əskinazlar maddi sübut hesab edilərək saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlancı anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmin Qərarın 11-ci bəndinə əsasən, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Həmin qərarın 18-ci bəndinə əsasən, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin qərarda göstərilmişdir ki, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 23-cü bəndində göstərilir ki, CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin qərarın 25-ci bəndində göstərilmişdi ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların – ekspert rəylərinin, zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə iclas protokollarının və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmiş, habelə, təkrar, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə quldurluq etmiş və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından, həmçinin zərərçəkmiş şəxsin hüquq-mühafizə orqanlarına ilkin müraciətindən, hadisə baş verdikdən qısa müddət sonra verdiyi ifadəsindən və şahid ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq etməklə həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə zərərçəkmiş şəxsdən pul tələb etmiş və zərərçəkmiş şəxs qorxaraq ona üstündəki pulu vermişdir. Bundan başqa təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs4 pul qabısının oğurlanmasında iştirak etməməsinə münasibətdə isə qeyd edilməlidir ki, istinad edilən Plenum qərarından da göründüyü kimi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirmiş olsun, odur ki, həmin epizod üzrə cinayətin obyektiv cəhətinin birbaşa Şahid7 tərəfindən icra edilməsi Təqsirləndirilən şəxs həmin epizod üzrə cinayət məsuliyyətini istisna etmir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Həmçinin Şahid7 ifadəsinə münasibətdə qeyd edilir ki, şahid məhkəmə iclasında təqsirləndirilən şəxsin xeyrinə ifadə verərək onu müdafiə etmiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisələri təfsilatı ilə danışmışdır, odur ki, məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut qismində qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələr ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır (CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü madddələri) və ağır (CM-nin 181.2.2 və 181.2.5-ci madddələri) cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda yetkinlik yaşına çatmış olsa da, ona istinad edilən cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamışdır. CM-nin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər. CM-nin 85-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Həmin Plenum qərarının 12-ci bəndinə əsasən, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilən cəzanın müddəti və miqdarı da CM-in 85-ci maddəsində nəzərdə tutulan hədlərdən yuxarı, o cümlədən azadlıqdan məhrum etmə cəzasının müddəti on ildən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətdiyindən onun yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hüquqi varisi ilə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4) CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu üzrə) cəza təyin edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü CM-nin 66.5-ci maddəsi ilə nəzərə alınmaqla, həmçinin CMnin 85.5-ci maddəsinin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 19 iyun 2024cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 iyun 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ibtidai istintaq müddəti ərzində həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmış və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 40 manat pul, yəni 04 ədəd 10 manatlıq əskinazlar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi materiallarında görünür ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə yaranmış 100 manat ekspertiza xərcinin 50 manatı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Şahid7 tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 100 (yüz) manat məbləğində məhkəmə xərcinin qalan 50 (əlli) manatı Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 40 manat pul, yəni 04 ədəd 10 manatlıq əskinazlar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-154/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-154/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver