Məhkəmə qərarları › İş №1(124)-156/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-156/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-156/2023 12.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Əli adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin ona öz istifadəsi üçün veriləcək müəyyən miqdarda narkotik vasitə müqabilində Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Əli adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Abşeron rayonu, Novxanı kəndində qoyduğu şəffaf sellofan paketdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 3,270 qram, 25,0 qram, 45,0 qram, ümümi təmiz çəkisi 73,27 qram külli miqdarda kustar üsülla hazırlanmış narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 3 ədəd bükümdə ayrıayrılıqda 5,824 qram, 20,0 qram, 43,0 qram, ümumi çəkisi 68,824 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 8, mənzil 7-yə daşıyıb, 5,824 qram çəkidə psixotrop maddə metamfetamini və 3,270 qram çəkidə narkotik vasitə heroini üzərində, iki ədəd bükümdə ayrı-ayrılıqda 20,0 qram və 43,0 qram çəkidə psixotrop maddə metamfetamini və iki ədəd bükümdə ayrı-ayrılıqda 25,0 qram və 45,0 qram çəkidə narkotik vasitə heroini yaşadığı həmin mənzildə saxlamış, 03 noyabr 2021-ci il tarixdə saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb Abşeron RPİyə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə 5,824 qram çəkidə ağ rəngli kristallik maddə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 3,270 qram çəkidə qəhvəyi rəngli narkotik vasitə heroin, əməliyyat tədbirinin davamı kimi Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri Qalubiyyə küçəsi, ev 8, mənzil 7-yə baxış keçirilən zaman evin giriş qapısı ilə üzbəüz otaqda olan plasmas konstruksiyalı dolabın siyirməsindən 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 20,0 qram, 43,0 qram, ümumi təmiz çəkisi 63,0 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 25,0 qram, 45,0 qram, ümumi təmiz çəkisi 70,0 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərlərində heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə qaynı evdən çıxdıqdan sonra çantasını unutduğu üçün evə geri qayıtdığında 10 nəfər şəxs də onun arxasınca evə girmiş, həmin şəxslər mülki geyimdə olmuşlar. Onlar evə baxış keçirərkən onun qarşısında 1,5 qram narkotik vasitə olmuş, baxış keçirildikdən sonra həmin şəxslər evində olan 21.000 manatı götürmüş və həmin məbləğin üzərindən 4.000 manatı arvadı Jaləyə vermiş, qalan 17.000 manatı isə arvadının onunla cinayət işində əlbir olaraq təqsirləndirilməməsi qarşılığında özləri ilə aparmışdırlar. Şəxsi istifadəsi üçün narkotik vasitə aldığı Tural adlı şəxs onun tutulmağına səbəb olmuş, tutulduğu gün həmin şəxsin anası ona zəng edərək harada olduğunu soruşmuş, polislər ilk əvvəl Turalı tutmuş, daha sonra isə Turalı buraxaraq onu saxlamışlar. Polis əməkdaşları ona onların dedikləri ilə razı olmağını söyləmiş, onun da bu barədə anlayışı olmadığı üçün deyilənlərlə razılaşmış və təqdim edilən sənədləri oxumadan imzalamışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulmağından üç ay əvvəl falqada çəkmək yolu ilə narkotik vasitə istifadə etməyə başlamış, həm heroin, həm də metamfetamin istifadə etmiş, saxlanıldığı gün də narkotik vasitə qəbul etmişdir. O, 1.5 qram narkotik vasitəni Turaldan almışdır. “312 12 14” və “526 26 29” mobil nömrələrindən istifadə etmiş, telefonunda narkotik vasitənin alqı-satqısı ilə bağlı yazışmalar olmamış, Əli adlı şəxsi tanımamış, onunla heç bir danışığı olmamış, narakotik vasitəni harasa qoymaq üçün kimləsə razılaşmamışdır. Polis əməkdaşları evə təxminən saat 13-14 radələrində gəlmiş, onlar gəldikləri zaman arvadı və qaynı evdə olmuş, qaynı ilə birlikdə polis əməkdaşları evə daxil olmuş, daha sonra onlar qaynını buraxmışlar. O, uşaq otağında oturduğu zaman iki nəfər gəlmiş və yataq otağından çıxan böyük bükümlərin ona aid olduğunu söyləmiş, daha sonra isə “Bu bükümlər sənlik deyil, idarəyə gedək, səni buraxacağıq” demişlər. Onlar ilk əvvəl evdə video çəkiliş aparmış, daha sonra isə onun üzərinə balaca bükümlər qoyaraq idarədə video çəkiliş etmişlər. Onlar “Sənin işini miqdarı az olanla həll edək ki, sonra da çıxıb gedəsən” dediklərinə görə o, ikinci video çəkilişin keçirilməsi ilə razılaşmış, ona dediklərini çəkiliş zamanı söyləməyini bildirmişlər. Belə ki, narkotik vasitəni Əli adlı şəxsdən əldə etdiyini söyləməyini istəmiş, o da polis əməkdaşları ilə razılaşmışdır. Orada olan polis əməkdaşlarının adlarını dəqiq xatırlamamış, lakin onlardan birilərinin adları Elşad və Rəmiş olmuş, barəsində həbs qətimkan tədbiri seçilərkən baş verənləri hakimə demişdir. Plastik kartlar evində, pul kisəsinin içərisində olmuş, polis əməkdaşları onun pul kisəsini götürmüş, həmin kartlardan biri anasına, digəri isə özünə məxsus olmuş, üçüncü kartın isə kimə aid olduğunu bilməmişdir. Narkotik vasitənin bir qramını 25 manata almış, gündəlik olaraq bir qram narkotik vasitə istifadə etmiş, müfəttiş texnik olaraq çalışmış, aylıq 860 manat maaş almışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ev almağı üçün anası ona 21.000 manat vermiş, yaşadığı ev isə kirayə olmuş, 2019-cu ildə iki dəfə İran İslam Respublikasına getmiş, belə ki, telefon almaq üçün oraya yollanmışdır. Ona məxsus olan pulların evdən polis əməkdaşları tərəfindən götürülməsi ilə bağlı isə Abşeron rayon prokurorluğuna müraciət etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara gödəkçənin sol yan cibindən bir bükümdə heroini və bir bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən iki ədəd içərisində 055 ***-**-** və 070 ***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefonlar, bir ədəd açar, həmin şalvarının sol yan cibindən 80 manat pul, arxa cibindən ona məxsus xarici pasport, şəxsiyyət və sürücülük vəsiqəsi, **********694276, **********851402, **********866775 nömrəli plastik kartları və şəffaf sellofanın içərisində tərkibi bilinməyən “yarpaq” aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin kütləsi elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 3,8 qram, psixotrop maddə metamfetaminin çəkisi 6,8 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 ədəd “Samsung” markalı mobil telefon, xarici pasportu, şəxsiyyət və sürücülük vəsiqəsi, **********694276, **********851402, **********866775 nömrəli plastik kartlar bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Bir ədəd açar və 80 manat pul isə özünə qaytarılmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri “üç” gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsilə Abşeron rayonu, Novxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünavnalara qoymağının qarşılığında özü narkotik vasitə istifadçisi olduğundan “Əli” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, Abşeron rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. O, mənzilin giriş qapısı ilə üzbəüz otağa keçərək plastmas konstruksiyalı dolabın siyirməsindən “Avromed” yazılmış sellofan torbanın içərisində 2 ədəd bükümdə heroini, 2 ədəd bükümdə metamfetamini və 2 ədəd elektron tərəzini təqdim edərək stolun üstünə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinin ümumilikdə 79 qram və metamfetaminin ümumilikdə 64 qram çəkisi olmuşdur. Daha sonra kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ona daxil olan əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs saxlanılmış və Abşeron rayon polis idarəsində üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərindən 3 qram heroin və 6-7 qram metamfetamin aşkar edilmişdir. O, Əli adlı İran İslam Respublikasının vətəndaşından narkotik vasitəni götürdüyünü və deyilən ərazilərə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmiş, onun evinə müdafiəçinin iştirakı ilə gedilmiş, evə getdikləri zaman evdə heç kim olmamış, təqsirləndirilən şəxs evində saxlanılmamış, evindən pul götürülməmişdir. Evə o, Şahid6, Şahid4, müdafiəçi və Təqsirləndirilən şəxs getmiş, Təqsirləndirilən şəxs dəfələrlə onlardan kömək etməklərini xahiş etmiş, bir daha belə bir əməl etməyəcəyini söyləmişdir. Mənzilin giriş qapısı ilə üzbəüz otaqda 2 ədəd bükümdə heroinə bəznər kütlə, 2 ədəd bükümdə metamfetaminə bənzər kütlə, həmçinin iki ədəd tərəzi aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmış, Abşeron rayon polis idarəsində müdafiəçinin və təhqiqatçının iştirakı ilə, video-çəkiliş müşayiətində onun üzərinə baxış keçirilmiş və üzərindən heroin və metamfetamin aşkar edilmişdir. O, yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirmiş, evə keçirilən baxış zamanı heroin və metamfetamin aşkar edilərək sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikası ilə əlaqələri olduğunu, narkotik vasitəni oradan aldığını söyləmişdir. Polis əməkdaşları Ruslan və Anar orada olmamış, Ruslan onun telefonu ilə danışaraq Təqsirləndirilən şəxs pul istəməmişdir. Təqsirləndirilən şəxsin üzərindən və evindən heroin, metamfetamin aşkar edilmiş, onun üzərində, ümumillikdə, təxminən 5-6 qram, evində isə 200 qrama yaxın narkotik vasitə olmuşdur. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. Təqsirləndirilən şəxs Xırdalan şəhəri ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar BNMİ-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid5 raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o və əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid5 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı idarə rəhbərliyi tərəfindən qərar qəbul edilmiş və onlar birlikdə əməliyyat tədbirləri keçirmişlər. 03 noyabr 2021-ci il tarixdə axşam saatlarında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, narkotik vasitələrin satışı və üstündə gəzdirməsində şübhəli olduğunu bilidirib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Abşeron RPİ-nin inzibati binasında otaqların birində videoçəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütələni və 1 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 2 ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan «Samsung» markalı mobil telefonlar, 1 ədəd açar, həmin şalvarın sol yan cibindən 80 manat pul, arxa cibindən xarici pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 3 ədəd plastik kartlar və şəffaf selofanın içərisində tərkibi bilinməyən yarpaq aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 3 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi isə 6,8 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və tərkibi bilinməyən yarpaq tərkibinin müəyyən edilməsi üçün içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri üç gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Novxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, Əli adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara çatdırması qarşılığında, özü narkotik vasitələrin istifadəçisi olduğundan, sonuncunun ona istifadə üçün narkotik vasitə verəcəyini, həmçinin Xırdalan şəhərində yaşadığı mənzildə narkotik maddə olduğunu və həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xırdalan şəhəri, Qalubiyyə küçəsi, bina 8-də yerləşən 72 saylı mənzilə getmişlər və baxış keçirməyə başlamışlar. Baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin giriş qapısı ilə üzbəüz otağa keçərək orada plastmas konstruksiyalı dolabın siyirməsindən üzərinə «Avromed» yazılmış sellofan torbanın içərisində 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bəznər kütləni, 2 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyət kəsb edən əşyalar və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, aşkar olunmuş kütlələrin və 2 ədəd elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri üç gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Novxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini və adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara çatdırmanın qarşılığında şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Qismət.Sadıqov əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni saxlanıldığı gündən 3 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Novxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini və adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara çatdırmanın qarşılığında sonuncunun ona şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Narkotik maddələrin hanısı mənbədən alınmasının müəyyən edilməsi ilə bağlı onlar tərəfindən əməliyyat tədbirləri davam etdirilir. Onlar tərəfindən alınmış əməliyyat məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələr qəbul etməklə bərabər alqı-satqısı ilə məşğul olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri hansı mənbədən əldə edib kimlərə satması barədə hər hansı məlumat yoxdur, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə olunarsa istintaq orqanına məlumat veriləcəkdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində bir neçə nəfər polis əməkdaşlarının onun yaşadığı Xırdalan şəhəri, Qalubiyə küçəsində ev 8-də yerləşən 72 nömrəli mənzilə gəlmələri, evindən ona məxsus olmayan külli miqdarda narkoktik vasitə və psixotrop maddə çıxarmaları, həmin narkotik vasitənin və psixotrop maddənin onun özünə məxsus olmasını etiraf etməsini tələb etmələri barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır. Belə ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri əldə etmə və saxlamasında şübhəli bilindiyi üçün saxlanılmış və Abşeron RPİ-nin inzibati binsaında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinəbənzər kütələni və 1 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminəbənzər kütləni təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 8-də yaşadığı 72 nömrəli mənzildə narkotik vasitə və psixotrop maddə olduğunu və mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs mənzilin giriş qapısı ilə üzbəüz otağa keçərək orada plastmas konstruksiyalı dolabın siyirməsindən üzərinə «Avromed» yazılmış sellofan torbanın içərisində 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bəznər kütləni, 2 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs mənzilinə baxışda Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları olan Anar və Ruslan iştirak etməmişlər. Mənzilə baxışda o, BNMİ-nin əməkdaşı Şahid5, BNMİ-nin təhqiqatçısı Şahid4 və müdafiəçi iştirak etmişlər. Təqsirləndirilən şəxs evində arvadı Jalə və ya başqa heç kim olmamışdır, həmçinin onlar tərəfindən Təqsirləndirilən şəxs mənzilindən pul və ya iş üçün əhəmiyyət kəsb etməyən digər əşya götürülməmişdir. Abşeron RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra o, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 8-də yerləşən yaşadığı 72 nömrəli mənzildə narkotik olduğunu və evə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü mənzilin giriş qapısı ilə üzbəüz otağa keçərək orada plastmas konstruksiyalı dolabın siyirməsindən üzərinə «Avromed» yazılmış sellofan torbanın içərisində 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinəbəznər kütləni, 2 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminəbənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Azərbaycan Respublikası DİN-nin BNMİ-də Ramin və Pərviz adlı polis əməkdaşları işləmir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun telefonu ilə Ruslan adlı polis əməkdaşı və ya başqa kiminləsə danışmamış, yuxarıda da qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs mənzilinə keçirilmiş baxış zamanı mənzildə pul aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün xx.xx.2021-ci il tarixdə Xırdalan şəhəri, Qalubiyyə küçəsi, bina 8 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Abşeron RPİ-nin inizibati binasına gətirilməsi barədə raport daxil olmuşdur. Raport əsasında Təqsirləndirilən şəxs tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin və əməliyat müvəkkiləri Şahid5 və Şahid6 iştirakları ilə üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə 3 qram heroinə bənzər kütləni və 1 ədəd bükümdə, 6,8 qram metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 2 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd açar, həmin şalvarın sol yan cibindən 80 manat pul, arxa cibindən xarici pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 3 ədəd plastik kart və şəffaf selofanın yarpaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, onları üç gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Novxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, Əli adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara çatdırmanın qarşılığında, Əli adlı şəxsin ona istifadə üçün narkotik vasitə verəcəyini bildirmişdir. O, həmçinin Xırdalan şəhərində yaşadığı mənzildə narkotik maddə olduğunu söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə yaşadığı mənzilə getmişlər. Baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif edilmiş, o, mənzilin giriş qapısı ilə üzbəüz otağa keçərək orada olan dolabın siyirməsindən üzərində sellofan torbanın içərisində 2 ədəd bükümdə heroinə bəznər kütləni, 2 ədəd bükümdə metamfetaminə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. O, aşkar olunmuş kütlələrin və 2 ədəd elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evində arvadı Jalə və ya başqa heç kim olmamış, onlar tərəfindən Təqsirləndirilən şəxs mənzilindən pul və ya iş üçün əhəmiyyət kəsb etməyən digər əşya götürülməmiş və Təqsirləndirilən şəxs küçədə tutulmasında özü iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, yaxud da ona məxsus pulu götürməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, həmçinin Tural adlı şəxsi də tanımır, Şahid1 isə əvvəllər görməmişdir. O, hadisə günü əməliyyat tədbirinin keçirildiyi Xırdalan şəhərinə gəlmiş, daha sonra çıxıb getmişdir. Lakin orada olarkən Təqsirləndirilən şəxs görməmiş, Əzizin harada tutulduğunu bilməmişdir. O, Əzizin evində olmamış, orada olmadığı üçün Təqsirləndirilən şəxs qaynını da görməmişdir. Onun hər hansı məbləğdə pul vəsaitindən xəbəri olmamışdır. Şahid7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-in Baş narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsində işləyir, polis polkovnikleytenantıdır. xx.xx.2021-ci il tarixdə Xırdalan şəhəri, Qalubiyyə küçəsində keçirilmiş əməliyyat-axtarış tədbiri BNMİ-nin əməkdaşları Şahid5 və Şahid6 tərəfindən keçirilmişdir. O, həmin tədbirdə iştirak etməmiş, lakin şöbə rəisi kimi həmin tədbirin keçirilməsindən məlumatı olmuşdur. Həmçinin BNMİ-nin mühüm işlər üzrə baş əməliyyat müvəkili Şahid8 da həmin tədbirdə iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 03 noyabr 2022-ci il tarixdə günorta saatlarında qardaşı və əmisioğlunun rayona qayıtması üçün taksi çağırmış, təkasi gəldikdən sonra onlar aşağıya düşmüş, lakin çantalarından biri unudulduğu üçün qardaşı yenidən evə qayıtmışdır. Qardaşı ona zəng edərək hazırda liftdə olduğunu, çantasının evdə qaldığı üçün yenidən evə qayıtdığını, buna görə də qapını açmağını söyləmiş, qapını açdığı zaman təmir işləri aparılan və qapısı açıq olan yanaşı evdən 7-8 nəfər çıxmış, qardaşını yerə yıxmış, onun əlindən isə telefonunu almışlar. Daha sonra Əzizin olduğu otağa basqın etmiş, qardaşının üzərini yoxladıqdan, telefonuna baxış keçirdikdən 15-20 dəqiqə sonra onu evdən göndərmişlər. Onlar Əzizi ayrı otaqda saxlamış, qollarını bağlayaraq evin hər yerinə tək-tək baxmışlar. Əziz daha sonradan “Məni sənlə hədələdilər” deyə ona söyləmiş, hətta onlar Əzizə sillə belə vurmuş, evdə olan pulları götürmüş və həmin puldan 4.000 manatı ona vermişlər. Onlar Əzizə “Yoldaşını razı sal getsin, yoxsa onu da sənlə aparacayıq” demiş, o da Əziz dediyinə görə evdən getməyə razı olmuşdur. Onlar hətta pul kisəsində olan pulları belə götürmüş, mən yol pulu istədikdə isə ona “Verdiyimiz pulun üstündən götürərsən” demişlər. O, Əzizin narkotik vasitədən istifadə etdiyini hiss etmiş, lakin gözü ilə görməmiş, evdəki stolun üzərində narkotik vasitə olduğunu bilməmişdir. Polis əməkdaşlarının evdən pulları götürməsi ilə bağlı heç bir idarəyə müraciət etməmiş, vəkil və müstəntiq evə gəlmədən axtarış aparılmışdır. Əzizin Tural adlı dostu onların evinə tez-tez gəlib-getmiş, polislər evə gəlməzdən əvvəl Turalın anası Əzizə zəng edərək harada olduğunu soruşmuş, onunla görüşmək istədiyini bildirmiş, Əziz Xırdalan şəhərindəki evdə olduğunu söyləmiş və bundan iki dəqiqə sonra polislər evə basqın etmiş, Əzizin tutulmasına səbəb Tural olmuşdur. Əziz iki telefondan istifadə etmi, telefonunda narkotik vasitə ilə bağlı yazışmalar görməmiş, onun istifadə etdiyi telefon nömrələrini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Əziz evləndikdən sonra ayrı evdə yaşamaq istədiyini, ipoteka ilə ev götürəcəyini bildirərək ona maddi dəstək olmağını xahiş etmiş, o da gəlininin ailəsi ilə birlikdə Əzizgilə pul vermişdir. Hadisə günü axşam saatlarında gəlini Jalə ona zəng edərək evə basqın olunduğunu, Əzizin tutulduğunu, evdəki pulların götürüldüyünü demiş, bundan sonra Jalə 4.000 manat ilə evə gələrək baş verənləri danışmışdır. O, pensiya pulunu “Kapital Bank”dan almış və həmin kart özündə olmuş, Mən oğluna bir ədəd kartını vermiş, hazırda həmin kart onda olmamışdır. Oğlunun narkotik vasitədən istifadə etdiyini bilməmiş, oğlu tutulduqdan sonra onun narkotik vasitədən istifadə etdiyini öyrənmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun bacısıdır. Jalə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, onlar Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 8, mənzil 72-də kirayədə yaşamışlar. xx.xx.2021-ci il tarixdə o, bacısı Jaləgilə qonaq getmiş, həmin gün onların evində gecələmiş, xx.xx.2021-ci il tarixdə saat saat 17 radələrində Şabran rayonuna evinə qayıtmaq üçün Jaləgildən çıxmış, evdən çıxan zaman liftin qarşısında dörd-beş nəfər şəxsin dayandığını görmüş, çantasını evdə unutduğundan yenidən Jaləgilə qayıdarkən həmin şəxslər hələ də liftin qarşısında dayanmışlar. O, çantasını götürüb mənzildən çıxan zaman liftin qarşısında dayanmış şəxslər onu itələyib mənzilə daxil olmuşlar və onlardan biri onu yerə yıxmış, ikisi isə Əzizin qollarını tutub qandal vurmuşlar. O, həmin şəxslərin polis əməkdaşları olduqlarını anlamışdır. Polis əməkdaşlarından biri onu otağa salıb kim olduğunu soruşub üst-başını yoxlamış, digərləri isə başqa otaqda Əzizlə söhbət etmişlər. Təxminən yarım saatdan sonra həmin şəxslər onu yola salıb heç kimə heçnə deməməsini tapşırmışlar. Şahid2 əlavə olaraq göstərmişdir ki, o, Əzizgilin evlərində narkotik vasitə görməmiş və onların evlərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Həmçinin polis əməkdaşlarının evdən pul götürmələrini görməmiş, bu barədə ona sonradan bacısı Jalə bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və ya psixotrop maddə metamfetamindən istifadə etməsi və ya satışı ilə məşğul olması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisidə dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli «mənzilə baxış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 mənzil 72-dir. Təqsirləndirilən şəxs mənzilin giriş qapısı ilə üzbəüz otağa keçərək dolabın siyirməsindən sellofan torbanın içərisində iki ədəd bükümdə narkotik vasitə olan heroini və iki ədəd bükümdə psixotrop maddə olan metamfetamini, həmçinin iki ədəd elektron tərəzini çıxardaraq təqdim etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4890 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən …..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 5,824 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,270 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən….» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 20,0 qram, 43,0 qram ümumi təmiz çəkisi 63,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 25,0 qram, 45,0 qram ümumi təmiz çəkisi 70,0 qra olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyəyn etmək mümkün olmadı və üç ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş 3 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»-in siyahısına daxildir (Siyahı İ) Metamfetamin 2005-ci il 28 iyun tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»-na daxildir (Siyahı İ) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2012-ci il tarixli 151 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 41 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Nizam oğlunda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri müəyəyn edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd disk və həmin disklərə baxış keçirilməsi barədə protokollar məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** və 070 ***-**-** nömrələrinə narkotik vasitələrin satışını ehtiva edən müxtəlif məzmunlu və çoxsaylı mesajlar gəlmişdir. İş materiallarına əlavə edilmiş, DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 73,12 qram çəkidə olan narkotik vasitə heroin, 68,674 qram olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, saxlamış və daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X2 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi – 73,12 qram olan narkotik vasitə heroin, 68,674 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. 02 (iki) ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. 02 (iki) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 153,70 (yüz əlli üç manat yetiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 ( səkkiz ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi – 73,12 qram çəkidə olan narkotik vasitə heroin, 68,674 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. 02 (iki) ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. 02 (iki) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar