Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-156/2024 03.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri- X5 və Nümayəndə2, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1954-cü il Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil kommunal istismar sahəsində rəis vəzifəsində işləmiş, hazırda işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4,312.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin 06 iyun 2016-cı il tarixli 49K nömrəli əmrinə əsasən həmin Birliyin 5 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində təyin edilməklə 09 iyun 2022-ci il tarixədək olan dövrdə həmin vəzifədə işləyərkən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi tərəfindən təsdiq edilmiş “Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil-Kommunal İstismar Sahəsi rəisinin vəzifə təlimatı”na və Sumqayıt şəhər İcra Hakimiyyəti, İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (İcraçı) və DOST İŞ Mərkəzi MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”ə əsasən xidmət etdiyi ərazidə yaşayış binalarının qorunub saxlanmasına, onlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, sahənin idarəçiliyində ümumi rəhbərliyi həyata keçirmək, xidmət etdiyi ərazidə əsaslı və cari təmirə ehtiyacı olan obyektləri müəyyənləşdirib, onların təmir edilməsi üçün tədbirlər görmək, tabeliyində olan fəhlə və qulluqçuların səlahiyyət dairəsini təyin etmək, onların vəzifələrini yerinə yetirmələrinə şərait yaratmaq, ərazidə yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət etmək, vətəndaşların ərizə və şikayətlərinə vaxtında, düzgün baxılmasını təmin etmək, vətəndaşlara lazım olan hüquqi sənədlərin hazırlanıb verilməsinə sərəncam vermək, xidmət etdiyi ərazinin təmiz saxlanmasını, məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinə nəzarət etmək, tabeliyində olan qrup və bölmələrin qarşılıqlı, effektli işləmələrini təmin etmək, işləyən kadrların ixtisaslarını, peşəustalıqlarının artırılmasının qayğısına qalmaq, ştat intizamına riayət edilməsinə nəzarət etmək, mühasibat hesablarının vaxtında verilməsini təmin etmək, tabeliyində olan işçilərin maddi rifah halının yaxşılaşdırılmasının qayğısına qalmaq, tabeliyində olan işçilərin vəzifə borclarını layiqincə yerinə yetirilməsini tələb etmək, iş funksiyasını yerinə yetirməyən işçilərin haqqında onların işdən azad olunmalarına qədər intizam tənbehi verilməsini tələb etmək, əməkdə fərqlənənlərə mükafat verilməsi barədə vəsatət qaldırmaq, xidmət etdiyi ərazini ustaların, dalandarların arasında konkret ərazilərə bölmək, tabeliyində olan işçilərin iş planlarının tərtib olunmasını tələb etmək, onların iş planlarını təsdiq etmək, Zərərçəkmiş şəxs2 MMC tərəfindən işə götürülməklə rəhbərlik etdiyi MKİS-ə təhkim edilmiş işçilərin əmək nizam-intizamına və gündəlik fəaliyyətinə nəzarət etmək kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni 16 may 2016-cı il tarixdən 27 dekabr 2018-ci il tarixədək həmin MKİS-də bağban vəzifəsində, 01 fevral 2019-cu il tarixdən eyni MKİS-də dalandar vəzifəsində işləyən Şahid1 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, eləcə də vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilməsi üçün tədbirlərin görülməməsi müqabilində 2016-cı ilin iyun ayında Sumqayıt şəhəri, İ mkr, Cəfər Cabbarlı küçəsində yerləşən 5 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin inzibati binasında maddi nemət olan əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 50 (əlli) manatını özü üçün dolayı yolla şəxsən rüşvət qismində istəyib, həmin niyyətlə 2016-cı ilin iyul ayından 2019cu ilin aprel ayına qədər olan müddətdə hər ayın müvafiq günündə Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid1 hər dəfə 50 (əlli) manat olmaqla 32 dəfəyə maddi nemət olan cəmi 1.600 (bir min altı yüz) manat məbləğində pul vəsaitini özü üçün dolayı yolla şəxsən vahid niyyətlə rüşvət qismində aldıqdan sonra, cinayət əməllərini davam etdirərək vahid niyyətlə 2019-cu ilin mart ayında aylıq əməkhaqqının artırılması ilə bağlı yenidən Şahid1 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, eləcədə vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilməsi üçün tədbirlərin görülməməsi müqabilində 2017-ci ilin iyul ayında Sumqayıt şəhəri, İ mkr ərazisində əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 100 (bir yüz) manatını özü üçün dolayı yolla şəxsən rüşvət qismində istəyib, həmin niyyətlə 2019cu ilin mart ayından 2022-ci ilin aprel ayına qədər olan müddətdə hər ayın müvafiq günündə, Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid1 hər dəfə 100 manat olmaqla 37 dəfəyə cəmi 3.700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitini almaqla özünün şəxsi ehtiyaclarına sərf edərək, 2016-cı ilin iyul ayından 2022-ci ilin aprel ayınadək olan müddətdə ümumilikdə qeyd edilən qaydada Şahid1 Sumqayıt şəhəri, İ mkr ərazisində cəmi külli miqdar təşkil edən 5.300 (beş min üç yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün dolayı yolla şəxsən vahid niyyətlə hədə-qorxu tətbiq etməklə rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni 01 may 2016-cı il tarixdən 31 may 2019-cu il tarixədək həmin MKİS-də dalandar vəzifəsində işləmiş, habelə 04 iyun 2019-cu il tarixdən etibarən Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid2 sonuncunun vəzifə funksiyalarını icra etdiyi dislokasiyada yerləşən mağazalardan birində nahar fasiləsi zamanı təmizlik işləri aparması səbəbindən vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədə-qorxu gəlməklə, Şahid2 qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilməsi üçün tədbirlərin görülməməsi müqabilində 2016-cı ilin iyun ayında Sumqayıt şəhəri, İ mkr ərazisində 5 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin inzibati binasında maddi nemət olan əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 50 (əlli) manatını özü üçün dolayı yolla şəxsən təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2016-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə hər ayın müvafiq günündə Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid2 hər dəfə 50 (əlli) manat olmaqla 72 dəfəyə maddi nemət olan cəmi 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitini almaqla özünün şəxsi ehtiyaclarına sərf edərək, 2016-cı ilin iyun ayından 2022-ci ilin iyun ayınadək olan müddətdə ümumilikdə qeyd edilən qaydada Şahid2 Sumqayıt şəhəri, İ mkr ərazisində cəmi 3.600 (üç min altı yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün dolayı yolla şəxsən vahid niyyətlə hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 30 mart 2005-ci il tarixdən həmin MKİSdə dalandar kimi rəsmiləşdirilmiş Şahid3 06 iyun 2016-cı il tarixdən 2019-cu ilin noyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib verdiyi qanunsuz göstərişə əsasən həmin MKİS-də dalandar vəzifəsində işləyən cinayətdən xəbərsiz X16 və həmin MKİS-də mühasib vəzifəsində işləyən Həsən-zadə Ülfət Müzəffər qızı vasitəsilə Şahid3 davamlı olaraq guya işə gəlməklə vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə 2016-cı ilin iyun ayından 2019-cu ilin fevral ayınadək olan müddətdə tərtib edilmiş, rəsmi sənəd hesab olunan 2016-cı ilin iyun-yanvar ayları üzrə 7 ay, 2017-ci ilin yanvar-sentyabr ayları üzrə 9, həmin ilin noyabr-dekabr ayları üzrə 2, 2018-ci il üzrə 12, 2019-cu il üzrə 10 ay da daxil olmaqla, ümumilikdə 40 ay üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil- Kommunal İstismar Sahəsi üzrə iş vaxtının uçotu tabellərini vahid tamah niyyətilə 5 nömrəli MKİS-in inzibati binasında özünə təhkim edilmiş həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla, eləcə də verdiyi məlumatlar və göstərişi əsasında cinayətdən xəbərsiz Sima Cahangirova vasitəsilə Şahid3 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş 2017-ci ilin oktyabr ayı üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi üzrə iş vaxtının uçotu tabelinin həmin MKİS-də mühəndis vəzifəsində işləyən cinayətdən xəbərsiz X1 tərəfindən imzalanmasına nail olub həmin tabeli MKİS-in möhürü ilə təsdiq edib Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə göndərməklə Şahid3 "xxxx" ASC-dən verilmiş 416974*******4738 nömrəli plastik əməkhaqqı kartını sonuncunun həmin MKİS-də dalandar vəzifəsində işləyən bacısı Şahid5 alıb özündə saxlamaqla həmin karta 2016-ci ilin iyul ayından 08 noyabr 2019-cu il tarixədək əməkhaqqı qismində köçülmüş 6.062,17 (altı min altmış iki manat on yeddi qəpik) manat məbləğində pul vəsaitini Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 7 noyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri, Cəfər Cabbarlı 1 ünvanında yerləşən "xxxx" ASC-nin Sumqayıt filialında quraşdırılmış həmin banka aid bankomatdan çıxarılmasına və digər şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, öz qulluq mövqeyindən istifadə edərək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus olmaqla, ona etibar edilmiş cəmi 6.062,17 (altı min altmış iki manat on yeddi qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, yəni 21 iyul 2004-cü il tarixdən həmin MKİS-də dalandar vəzifəsində işləyən Şahid4 14 oktyabr 2014cü il tarixdə 5 nömrəli MKİS-də dalandar kimi rəsmiləşdirilmiş, işə gəlməməklə heç bir əmək funskiyası yerinə yetirməyən X4 vəzifə funksiyalarını yerinə yetirməklə sonuncunun plastik əməkhaqqı kartını özündə saxlayıb həmin karta köçürülən vəsaiti də alaraq ehtiyaclarına sərf etməsi müqabilində 2016-cı ilin iyun ayında 5 nömrəli MKİS-in inzibati binasında maddi nemət olan əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 100 (bir yüz) manatını özü üçün dolayı yolla şəxsən təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2016-cı ilin iyul ayından 2017-ci ilin yanvar ayına qədər olan müddətdə hər ayın müvafiq günündə Sumqayıt şəhəri, İ mkr ərazisində Şahid4 hər dəfə 100 (bir yüz) manat olmaqla 6 dəfəyə maddi nemət olan cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitini özü üçün dolayı yolla şəxsən, vahid niyyətlə təkrarən rüşvət qismində almış, həmin rüşvət müqabilində edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar Validə Ağayevanın 2016-cı ilin iyun ayından 08 yanvar 2017-ci il tarixədək işə çıxmamaqla heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda sonuncunun işə çıxmama hallarını rəsmiləşdirməyib verdiyi məlumatlar və göstəriş əsasında həmin MKİS-də mənzil fondunun istismarı üzrə usta vəzifəsində işləyən cinayətdən xəbərsiz X9 vasitəsilə Validə Ağayevanın davamlı olaraq guya işə gəlməklə vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş, rəsmi sənəd hesab olunan 2016-ci ilin iyun-dekabr ayları üzrə 7 ay, habelə 2017-ci ilin yanvar ayı da daxil olmaqla ümumilikdə 8 ay üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi üzrə iş vaxtının uçotu tabellərini 2016-cı ilin iyun ayından 2017-ci ilin fevral ayınadək olan müddətdə vahid tamah niyyətilə 5 nömrəli MKİS-in inzibati binasında özünə təhkim edilmiş həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla təkrarən vəzifə saxtakarlığı törətmiş, Validə Ağayevaya "xxxx" ASC-dən verilmiş plastik əməkhaqqı kartına 2016-cı ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan müddətdə əməkhaqqı köçürülməsinə nail olmuşdur. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd edilən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını təkrarən mənimsəmə yolu ilə talamaq məqsədilə 21 oktyabr 2010-cu il tarixdən həmin MKİS-də dalandar kimi rəsmiləşdirilmiş Şahid5 2016-cı ilin avqust ayından 2017-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib verdiyi qanunsuz göstərişə əsasən həmin MKİS-də dalandar vəzifəsində işləyən cinayətdən xəbərsiz X16 vasitəsilə Şahid5 davamlı olaraq guya işə gəlməklə vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş, rəsmi sənəd hesab olunan 2016-cı ilin avqustdekabr ayları üzrə 5 ay, 2017-ci ilin dekabr-avqust ayları üzrə 8 da daxil olmaqla, ümumilikdə 13 ay üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi üzrə iş vaxtının uçotu tabellərini 2016-cı ilin iyun ayından 2017-ci ilin sentyabr ayına qədər olan müddətdə vahid tamah niyyətilə 5 nömrəli MKİS-in inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla, təkrarən vəzifə saxtakarlığı törədib Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə göndərməklə Şahid5 "xxxx" ASC-dən verilmiş 510307*******7194 nömrəli plastik əməkhaqqı kartını sonuncudan alıb özündə saxlamaqla, 2016-cı ilin sentyabr ayından 09 sentyabr 2017-ci il tarixədək əməkhaqqı qismində köçülmüş 1.701 (bir min yeddi yüz bir) manat məbləğində pul vəsaitini Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 08 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri, Cəfər Cabbarlı 1 ünvanında yerləşən "xxxx" ASC-nin Sumqayıt filialında quraşdırılmış həmin banka aid bankomatdan çıxarılmasına nail olub öz qulluq mövqeyindən istifadə edərək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus olmaqla, ona etibar edilmiş 1.701 (bir min yeddi yüz bir) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən mənimsəməklə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni 01 yanvar 2017ci il tarixdən 03 yanvar 2019-cu il tarixədək 5 nömrəli MKİS-də bağban vəzifəsində işləmiş, bundan əlavə 23 yanvar 2019-cu il tarixdən etibarən Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid6 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı və vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilməsi üçün tədbirlərin görülməməsi müqabilində 5 nömrəli MKİS-in inzibati binasında maddi nemət olan əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 50 (əlli) manatını özü üçün dolayı yolla şəxsən, təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2017-ci ilin mart ayından 19 mart 2019-cu il tarixədək olan müddətdə hər ayın müvafiq günündə Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid6 hər dəfə 50 (əlli) manat olmaqla 25 dəfəyə maddi nemət olan cəmi 1.250 (bir min iki yüz əlli) manat məbləğində pul vəsaitini özü üçün dolayı yolla şəxsən, vahid niyyətlə hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində aldıqdan sonra, cinayət əməllərini davam etdirərək vahid niyyətlə 2019-cu ilin mart ayında aylıq əməkhaqqının artırılması ilə bağlı yenidən Şahid6 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, eləcədə vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilməsi üçün tədbirlərin görülməməsi müqabilində Sumqayıt şəhəri, İ mkr ərazisində əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 100 (bir yüz) manatını özü üçün dolayı yolla şəxsən təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin mart ayından 2022-ci ilin aprel ayına qədər olan müddətdə hər ayın müvafiq günündə, Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid6 hər dəfə 100 manat olmaqla 37 dəfəyə özü üçün dolayı yolla şəxsən vahid niyyətlə maddi nemət olan cəmi 3.700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitini almaqla özünün şəxsi ehtiyaclarına sərf edərək, 2017-ci ilin mart ayından 2022-ci ilin aprel ayınadək olan müddətdə ümumilikdə qeyd edilən qaydada Şahid6 Sumqayıt şəhəri, İ mkr ərazisində cəmi 4.950 (dörd min doqquz yüz əlli) manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün dolayı yolla şəxsən vahid niyyətlə hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 11 iyun 2020-ci il tarixli müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid8 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı və vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilməsi üçün tədbirlərin görülməməsi müqabilində 2020-ci ilin iyun ayında 5 nömrəli MKİS-in inzibati binasında maddi nemət olan 100 (bir yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən hədə qorxu tətbiq etməklə təkrarən rüşvət qismində istəməklə təkrarən aldıqdan sonra, cinayət əməllərini davam etdirərək vahid niyyətlə 2020ci ilin iyul ayında yenidən Şahid8 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı və vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədəqorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilməsi üçün tədbirlərin görülməməsi müqabilində Sumqayıt şəhəri, İ mkr ərazisində cari ay üzrə əməkhaqqı qismində plastik bank kartına köçürülmüş vəsaitin 80 (səksən) manatını, növbəti aylardan isə əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 70 (yetmiş) manatını özü üçün, dolayı yolla şəxsən, hədə qorxu tətbiq etməklə, təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda 2020-ci ilin iyul ayının müvafiq günündə 80 (səksən) manat, 2020-ci ilin avqust ayından 2022-ci ilin mart ayına qədər olan müddətdə hər ayın müvafiq günündə 70 (yetmiş) manat, olmaqla 19 dəfəyə özü üçün dolayı yolla şəxsən vahid niyyətlə maddi nemət olan cəmi 1.410 (bir min dörd yüz on) manat məbləğində pul vəsaitini almaqla özünün şəxsi ehtiyaclarına sərf edərək, 2017-ci ilin iyun ayından 2022-ci ilin mart ayınadək olan müddətdə ümumilikdə qeyd edilən qaydada Şahid8 Sumqayıt şəhəri, İ mkr ərazisində cəmi 1.510 (bir min beş yüz on) manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün dolayı yolla şəxsən vahid niyyətlə hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, yəni Sumqayıt şəhər İcra Hakimiyyəti, yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (İcraçı) və DOST İş Mərkəzi MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in 4.4-cü bəndinə əsasən mərkəzin rəsmi işçisi hesab olunmalarına baxmayaraq, əmək və icra intizamına nəzarətin icraçı tərəfindən həyata keçirilməli olması barədə tələbləri pozaraq "xxxx" Mənzil Tikinti Kooperativində mühasib-xəzinədar vəzifəsində işləmiş Şahid10 həmin MTK-nın ünvan 6 ünvanında yerləşən V, Q, B, D saylı 10 mərtəbəli, ümumilikdə 10 bloklu yaşayış binalarının daxilində ümumi istifadədə olan hissələrin, eləcə də həmin yaşayış binalarının həyətinin Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 11 iyun 2020-ci il tarixli müqavilə əsasında işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid8 və Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 24 yanvar 2019-cu il tarixli müqavilə əsasında işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid9 tərəfindən gündəlik olaraq məişət tullantılarından təmizlənməsi və digər təmizlik işlərinin aparılması müqabilində 2020-ci ilin iyul ayında Sumqayıt şəhəri, İ mkr ərazisində aylıq 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəyib Şahid10 razılığını aldıqdan sonra, həmin niyyətlə 2020-ci ilin avqust ayında Sumqayıt şəhəri, İ mkr ərazisində Şahid10 100 (bir yüz) manat, eyni niyyətlə həmin ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək olan müddətdə Sumqayıt şəhəri, İ mkr ərazisində sonuncudan hər ay mütəmadi olaraq 200 manat olmaqla 22 dəfəyə 4.400 manat, ümumilikdə, 2020-ci ilin avqust ayından 2022-ci ilin iyul ayınadək olan müddətdə Sumqayıt şəhəri, İ mkr ərazisində özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə maddi nemət olan 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almış, həmin rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar Şahid8 və Şahid9 2020-ci ilin iyul ayından qanuni əsaslarla təhkim edilmiş iş yerinə çıxmamaqla heç bir əmək funksiyasını yerinə yetirmədikləri halda sonuncuların işə çıxmama hallarını rəsmiləşdirməyib verdiyi məlumatlar və göstəriş əsasında həmin MKİS-də hesabdar vəzifəsində işləyən X10 vasitəsilə Şahid8 və Şahid9 davamlı olaraq guya işə gəlməklə vəzifə funksiyalarını yerinə yetirmələri barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş, 2020-ci ilin iyul ayından 2022-ci ilin may ayına qədər rəsmi sənəd hesab olunan 2020-ci ilin iyul-dekabr ayları üzrə 6 ay, 2021-ci ilin yanvar-iyun, avqust-oktyabr və dekabr ayları üzrə 10 ay, 2022-ci il üzrə 4 ay da daxil olmaqla, ümumilikdə 20 ay üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi üzrə iş vaxtının uçotu tabellərini vahid tamah niyyətilə 5 nömrəli MKİS-in inzibati binasında özünə təhkim edilmiş həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla, eləcə də verdiyi məlumatlar və göstərişi əsasında cinayətdən xəbərsiz Aygün Abdullayeva vasitəsilə Şahid8 və Şahid9 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş 2021-ci ilin iyul və noyabr ayları üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyini 5 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi üzrə iş vaxtının uçotu tabellərinin həmin MKİS-də mühəndis vəzifəsində işləyən cinayətdən xəbərsiz X11 tərəfindən imzalanmasına nail olduqdan sonra həmin MKİS-in möhürü ilə təsdiq etməklə vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 23 yanvar 2020-ci il müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid7 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyi və dislokasiyasını daha ağır əmək şəraitli yerlə əvəz edəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması, işdən azad edilməsi üçün tədbirlərin görülməməsi və dislokasiyasının dəyişdirilməməsi müqabilində 2020-ci ilin yanvar ayında 5 nömrəli MKİS-in inzibati binasında maddi nemət olan əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 100 (bir yüz) manatını özü üçün, dolayı yolla, hədə qorxu tətbiq etməklə, təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2020-ci ilin fevral ayından 2022-ci ilin mart ayına qədər olan müddətdə hər ayın müvafiq günündə Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid7 hər dəfə 100 (bir yüz) manat olmaqla 25 dəfəyə maddi nemət olan cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün şəxsən dolayı yolla, vahid niyyətlə hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 22 aprel 2020-ci il müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid13 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı və vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilməsi üçün tədbirlərin görülməməsi müqabilində 2020-ci ilin aprel-may aylarında 5 nömrəli MKİS-in inzibati binasında maddi nemət olan əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 100 (bir yüz) manatını özü üçün şəxsən dolayı yolla, vahid niyyətlə, hədə qorxu tətbiq etməklə təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2020-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə hər ayın müvafiq günündə Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid13 hər dəfə 100 (bir yüz) manat olmaqla 24 dəfəyə maddi nemət olan cəmi 2.400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini özü üçün şəxsən dolayı yolla, vahid niyyətlə hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 11 iyun 2020-ci il müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid12 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyi və dislokasiyasını daha ağır şəraitli yerlə əvəz edəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması, işdən azad edilməsi üçün tədbirlərin görülməməsi və dislokasiyasının dəyişdirilməməsi müqabilində 2020-ci ilin iyun ayında 5 nömrəli MKİS-in inzibati binasında maddi nemət olan əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 50 (əlli) manatını özü üçün, şəxsən, dolayı yolla, hədə qorxu tətbiq etməklə, təkrarən, rüşvət qismində istəyib, həmin niyyətlə 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan müddətdə hər ayın müvafiq günündə Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid12 hər dəfə 50 (əlli) manat olmaqla 7 dəfəyə maddi nemət olan cəmi 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitini özü üçün şəxsən dolayı yolla vahid niyyətlə, hədə qorxu tətbiq etməklə təkrarən rüşvət qismində aldıqdan sonra, cinayət əməllərini davam etdirərək vahid niyyətlə 2021-ci ilin mart ayında iş şəraitinin daha yüngül olmasını əsas gətirərək yenidən Şahid12 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyi və dislokasiyasını daha ağır şəraitli yerlə əvəz edəcəyini bildirib hədəqorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması, işdən azad edilməsi üçün tədbirlərin görülməməsi və dislokasiyasının dəyişdirilməməsi müqabilində 2021-ci mart ayında Sumqayıt şəhəri, İ mkr ərazisində əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 75 (yetmiş beş) manatını özü üçün, şəxsən, dolayı yolla vahid niyyətlə, hədə qorxu tətbiq etməklə təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2021ci ilin mart ayından həmin ilin oktyabr ayına qədər olan müddətdə hər ayın müvafiq günündə, Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid12 hər dəfə 75 manat olmaqla 7 dəfəyə özü üçün şəxsən dolayı yolla vahid niyyətlə, hədə qorxu tətbiq etməklə, maddi nemət olan cəmi 525 (beş yüz iyirmi beş) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində aldıqdan sonra, cinayət əməllərini davam etdirərək vahid niyyətlə 2021-ci ilin oktyabr ayında iş şəraitinin daha yüngül olmasını əsas gətirərək yenidən Şahid12 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyi və dislokasiyasını daha ağır şəraitli yerlə əvəz edəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması, işdən azad edilməsi üçün tədbirlərin görülməməsi və dislokasiyasının dəyişdirilməməsi müqabilində Sumqayıt şəhəri, İ mkr ərazisində əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 100 (bir yüz) manatını özü üçün şəxsən dolayı yolla təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan müddətdə hər ayın müvafiq günündə, Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid12 hər dəfə 100 manat olmaqla 4 dəfəyə özü üçün şəxsən dolayı yolla, vahid niyyətlə, hədə qorxu tətbiq etməklə maddi nemət olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində aldıqdan sonra, cinayət əməllərini davam etdirərək vahid niyyətlə 2022-ci ilin yanvar ayında yenidən iş şəraitinin daha yüngül olmasını və əməkhaqqlarının artırılmasını əsas gətirərək Şahid12 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı, vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyi və dislokasiyasını daha ağır şəraitli yerlə əvəz edəcəyini bildirib hədə-qorxu gəlməklə, sonuncudan qeyd edilən maneələrin yaradılmaması, işdən azad edilməsi üçün tədbirlərin görülməməsi və dislokasiyasının dəyişdirilməməsi müqabilində Sumqayıt şəhəri, İ mkr ərazisində əməkhaqqı qismində plastik bank kartına hər ay köçürüləcək vəsaitin 140 (bir yüz qırx) manatını özü üçün, şəxsən, dolayı yolla, hədə qorxu tətbiq etməklə, təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2022-ci ilin fevral ayından 2022-ci ilin aprel ayına qədər olan müddətdə hər ayın müvafiq günündə, Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid12 hər dəfə 140 manat olmaqla 3 dəfəyə özü üçün şəxsən dolayı yolla vahid niyyətlə maddi nemət olan cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaitini almaqla özünün şəxsi ehtiyaclarına sərf edərək, 2020-ci ilin iyul ayından 2022-ci ilin aprel ayınadək olan müddətdə Sumqayıt şəhəri, İ mkr ərazisində özü üçün, şəxsən dolayı yolla, vahid niyyətlə, maddi nemət olan 1.695 (bir min altı yüz doxsan beş) manat məbləğində pul vəsaitini hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində Şahid12 almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 04 sentyabr 2020-ci il müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid11 özünün və DOST İş Mərkəzi” MMC ilə bağlanmış 21 oktyabr 2020-ci il müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş gəlini X2 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı və vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədəqorxu gəlməklə, Şahid11 onların hər ikisinə qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilmələri üçün tədbirlərin görülməməsi müqabilində 2020-ci ilin oktyabr ayında 5 nömrəli MKİS-in inzibati binasında maddi nemət olan əməkhaqqı qismində onların plastik bank kartlarına hər ay köçürüləcək vəsaitin 120 (bir yüz iyirmi) manatını özü üçün, şəxsən, dolayı yolla, vahid niyyətlə, hədə qorxu tətbiq etməklə, təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2020-ci ilin noyabr və dekabr aylarının müvafiq günündə Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid11 hər dəfə 120 (bir yüz iyirmi) manat olmaqla 2 dəfəyə maddi nemət olan cəmi 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitini özü üçün, şəxsən dolayı yolla, vahid niyyətlə hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətsizlik, yəni Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 04 sentyabr 2020-ci il müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş Şahid11 özünün və Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış 10 fevral 2021-ci il tarixli müqavilə əsasında sosial işçi kimi işə götürülməklə həmin MKİS-ə təhkim edilmiş gəlini X2 vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi üçün maneələr yaradacağı və vəzifədən azad edilməsi üçün tədbirlər görəcəyini bildirib hədəqorxu gəlməklə, Şahid11 onların hər ikisinə qeyd edilən maneələrin yaradılmaması və işdən azad edilmələri üçün tədbirlərin görülməməsi müqabilində 2021-ci ilin fevral ayında 5 nömrəli MKİS-in inzibati binasında maddi nemət olan əməkhaqqı qismində onların plastik bank kartlarına hər ay köçürüləcək vəsaitin 120 (bir yüz iyirmi) manatını özü üçün, şəxsən, dolayı yolla, vahid niyyətlə, hədə qorxu tətbiq etməklə, təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayınadək Sumqayıt şəhəri, İ mkr ərazisində müxtəlif ünvanlarda Şahid11 hər dəfə 120 (bir yüz iyirmi) manat olmaqla 11 dəfəyə maddi nemət olan cəmi 1.320 (bir min üç yüz iyirmi) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində aldıqdan sonra, cinayət əməllərini davam etdirərək vahid niyyətlə 2022-ci ilin yanvar ayında əməkhaqqlarının artırılmasını əsas gətirərək Şahid11 özünün və gəlini Nazilə İsmayılovanın vəzifələrində qalıb fəaliyyətlərini davam etdirmələri üçün maneələr yaradacağı, vəzifədən azad edilmələri üçün tədbirlər görəcəyi və dislokasiyasını daha ağır şəraitli yerlə əvəz edəcəyini bildirib hədə-qorxu gəlməklə, Şahid11 qeyd edilən maneələrin yaradılmaması, işdən azad edilmələri üçün tədbirlərin görülməməsi və dislokasiyalarının dəyişdirilməməsi müqabilində Sumqayıt şəhəri, İ mkr ərazisində əməkhaqqı qismində plastik bank kartlarına hər ay köçürüləcək vəsaitin 200 (iki yüz) manatını özü üçün, şəxsən, dolayı yolla, hədə qorxu tətbiq etməklə, təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2022-ci ilin mart ayı ərzində Sumqayıt şəhəri, İ mkr ərazisində Şahid11 bir dəfəyə maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini almaqla özünün şəxsi ehtiyaclarına sərf edərək, 2021-ci ilin mart ayından 2022-ci ilin aprel ayınadək olan müddətdə Sumqayıt şəhəri, İ mkr ərazisində özü üçün, şəxsən dolayı yolla, vahid niyyətlə, maddi nemət olan 1.920 (bir min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaitini Şahid11 hədə-qorxu tətbiq etməklə təkrarən rüşvət qismində almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, şikayətçilərdən biri olan Xavər 30-cu məhəllədə yaşamış və 1-ci mkr-da təhsil şöbəsinin arxasını süpürmüşdür. O, hər gün səhər tezdən ərazini gəzərək işçilərin işə davamiyyətini və ərazinin təmizliyini yoxlamışdır. Xavəri yeri təmiz olsa da, özünü 5-6 gün işdə görmədiyini, sahə ustasının və süpürgəçilərin də onu görmədiklərini söyləmişdir. O da öz növbəsində işdən yayınmasının qarşısını almaq üçün Xavərin yerini Xatirə adlı işçi ilə dəyişmişdir. Xavərdən pul almamışdır. Onun Xavərin iş yerini dəyişdiyi günün səhəri Xavər İH-da və kadrlar şöbəsinin rəisi Orxanın yanında olmuş və ona Rzaqulu müəllim də Orxan da zəng vuraraq Xavərin yerini niyə dəyişdiyini soruşmuş, o da öz növbəsində “işdən yayındığına görə” cavabını vermiş və bununla da söhbət bağlanmışdır. Süpürdüyü yeri dəyişdiyinə görə ondan İH-nın başçısının qəbuluna şikayətə gedən və kadrlar şöbəsinin rəisinin yanında olan Xavərin ona illər boyu pul verməsi məsələsi məntiqsizdir. O, Xavərin təxminən 10-12 gün olardı ki, MKS-in qabağını süpürərkən axsadığını görmüş, işçilərdən soruşduqdan sonra onun barmaqlarında qanqrena olduğunu və onun barmaqlarının kəsiləcəyini öyrənmişdir. Xavəri 30-cu məhəllədə Zinyət adlı bir qıçı şikəst işçinin yanına verərək iki nəfərə bir yeri süpürməyi tapşırmış, lakin Xavər buna etiraz edərək onu ələ saldığını və onun qızına gələcək elçilərin Xavərin süpürgəçi olduğunu öyrənməsi üçün onu Zinyətin yanına verdiyini söyləmişdir. Xavər Zinyətlə ikisinə bir yer süpürməkdən imtina etmişdir. Xavər otaqdan çıxarkən ona bu gündən onunla düşmən olduğunu və o tutulana qədər əl çəkməyəcəyini söyləmişdir. O, Tahirəyə yerlərini dəyişməsini söyləyəndə Tahirə ona cavabında heç yerə çıxmayacaqlarını söyləmiş və otağı dəyişməmək üçün onunla bağlı şikayətə getmişlər. İşçilər getmək istəməyəndə isə Tahirə söyüş söymüşdür. İşçilər birlikdə baş idarəyə getmişlər. Baş idarədə Xavər, Aidə, Tahirə pul məsələsin atıblar ortalığa atmış, lakin Arzu, Güldəstə, Xanım, Sahilə, Elnarə adlı işçilər bu məsələyə öz narazılıqlarını bildirmişlər. Bu hadisədən sonra baş idarə onu ərizəsi olmadan məzuniyyətə çıxartmışdır. Təxminən 4-5 gündən sonra Zəhra və Fatma bacıları və Sürəyya da Aidə, Tahirə və Xavərə qoşulmuşlar. 6-7 gün sonra isə onlar korrupsiya idarəsinə şikayət etmişlər. O, Aidənin korrupsiya idarəsinin müstəntiqi Elçin Baxşəliyevin bağ evində təmizlik işləri apardığını hətta o işdən çıxandan sonra, bağ evində təmizlik işi aparmaq üçün bir neçə dəfə əmək haqqı saxlanılmaqla Aidənin icazəsini onun yerində işləyən Rəfaildən almışdır. Korrupsiya idarəsinə şikayət edən kimi onu məzuniyyətdən geri çağırıb işdən azad etmişlər. O, işdən çıxandan 9 ay sonra istintaq işi ilə əlaqədar, müstəntiq bütün işçilərdən izahat alan zaman qalan digər işçilər də bu dəstəyə qoşulmuşdur. Sürəyya ona Fatma bacılarının panika yayaraq Nizaminin pul paylayacağını onların da hamısının tamah məqsədilə qoşulduğunu demişdir. Bundan sonra o, Sürəyyaya onun niyə digərlərinə qoşulduğunu soruşmuş o da cavabında pul paylanacağını eşitmiş və buna görə qoşulduğunu demişdir. Məhkəmədə dindirilən ilk şahid olan Zöhrə 2 dəfə yalan danışmışdır. İlk olaraq sosial işçi kimi işə düzəldiyini sonra ona 200 manat verərək ştat işə keçdiyini söyləmişdir. Sonra isə Zöhrə bildirmişdir ki, onun bacısı olan Fatmanı Nizami işdən çıxarmışdır. O isə Zöhrədən 20 gün sonra işə girdiyini və Zöhrənin bacısı Fatmanın o işdən çıxarılandan sonra azad edildiyini bildirərək Zöhrənin dediklərini təkzib etmişdir. O, Fatmanın onunla əlaqədar səs yazısı barədə bildirmişdir ki, işçilərinin müəyyən bir qismi ayın axırına yaxın kassadan borc pul götürmüşlər. O, bir dəfə Nicat adlı işçinin borc pul alaraq qaytarmadığına görə məcbur olub həmin pulu özü ödəmiş, bu hadisədən sonra kim borc pul istəyibsə, onun kartını alıb seyfdə saxlamışdır. O, Zöhrə 1-ci mkr yaşadığından və hər gün onların evinin yanından keçdiyindən Zöhrənin və bacısı Fatmanın kartlarını götürməmişdir. Axırıncı dəfə Fatma ona 240 manat borclu olmuş, onun 70 manatını qaytarmış, qalan 170 manatını isə hələ də qaytarmamışdır. İşçilərin ona pul verməsələr onları daha ağır işlərdə işlədəcəyi ilə bağlı sözlərinə işçilər dedikləri ağır işlərə dair heç bir nümunə gətirə bilməmişlər. Eyni zamanda həmin işçilər rüşvətin müqabilində verilən imtiyazlar və ya güzəştlər ilə bağlı müstəntiqə verdikləri izahatlarda və məhkəmədəki ifadələrdə heç bir sübut və ya nümunə göstərə bilməmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2016-ci ilin iyun ayından 09 iyun 2022-ci il tarixədək o, Sumqayıt şəhər MKTİB-nin 5 nömrəli MKlS-nin rəisi vəzifəsində işləmişdir. Şahid7, Şahid2, Şahid6, Şahid13, Şahid11, X6, Şahid12, Məmmədova llhamə Arif qızı, X12, Şahid4 adlı şəxslər 5 nömrəli MKlS-in rəisi işlədiyi dövrdə həmin MKlS-də işləmişdirlər. İşlədiyi dövrdə onlardan bu və ya digər məbləğdə pul vəsaiti istəməmiş və almamış, bundan başqa bu barədə təklifi və ya vədi qəbul etməmişdir. Həmin şəxslərin ifadələrində göstərdikləri yalandır. Şahid5 və sonuncunun bacısı Şahid3 hər ikisi 5 nömrəli MKlS-də rəis işlədiyi dövrdə həmin MKlS-də dalandar vəzifəsində işləmişdirlər. Həmin şəxslərin ifadələrində göstərdikləri yalandır. O, sonuncuların kartlarını nə zamansa özündə saxlamamış, həmin MKlS-ə rəhbərlik etdiyi dövrdə bir və ya iki gün istisna olmaqla həmin şəxslər mütəmadi qaydada işə çıxmaqla öz əmək funksiyalarını yerinə yetirmiş, işdən qalmamışdırlar. Nəinki həmin şəxslərin ümumiyyətlə heç bir işçinin kartı onda olmamışdır. Bundan başqa verilən suallara cavab olaraq bildirmişdir ki, Məmmədova llhamə Arif qızı və Şahid9 yalan danışırlar. O, həmin iki sosial işçini ünvan 6 ünvanında yerləşən 10 mərtəbə və 10 bloklu yaşayış binasını təmizləmək üçün göndərməmiş, bunun müqabilində kimdənsə pul və sair maddi nemət almamışdır. Bildirmişdir ki, həmin binanın həyəti MKlS-in ərazisi olmasa da ətrafı MKİS-in əməkdaşları tərəfindən təmizlənmişdir. Doğrudur bir neçə dəfə həmin binanın komendantı kimi fəaliyyət göstərən Dilarə adlı qadın işçi çatışmazlığı olduğundan ondan binanın həyətini süpürmək üçün iki işçi istəmiş, o da təmənnasız qaydada llhamə və Məlahəti həmin binanın həyətini süpürmək üçün göndərmişdir. Lakin həmin iki işçini daimi işlərindən ayırmamış, mütamədi həmin yerdə işlətməmişdir. Bundan başqa llhamə və Məlahətin həmin binanın daxilində onun tapşırığı ilə mütəmadi təmizlik aparmaları barədə göstərdikləri yalandır. Bundan başqa Şahid10 göstərdiklərinin də yalan olmasını, sonuncudan həmin İki işçini qeyd edilən binada işlətmək müqabilində pul vəsaiti almadığını bildirmişdir. Sosial işçilərin işlədiyi MKlS-ə təhkim edilmə mexanizmi barədə verilən suala cavab olaraq bildirmişdir ki, vətəndaşlar əvvəlcə Məşğulluq Mərkəzinə iş üçün müraciət edirlər, Məşğulluq Mərkəzinin göndərişi əsasında həmin şəxslərlə “DOST İş Mərkəzi" MMC arasında əmək müqaviləsi bağlanılır, sonradan həmin şəxslərin siyahısı MKTİB-yə göndərilir, MKTİB tərəfindən isə işçilər MKİS-İər arasında bölüşdürülür. MKİS rəisi kimi sosial işçilərin əmək və icra intizamına nəzarət etməklə onların iş vaxtının uçotunu aparmış, bu barədə hər ayın 3-cü ongünlüyü ərzində müvafiq cədvəl tərtib etməklə MKTİB-yə təqdim edmişdir ki, həmin məlumatlar əsasında işçilərə MMC tərəfindən əməkhaqqı ödənilmişdir. Bundan başqa bildirmişdir ki, 5 nömrəli MKlS-in rəisi vəzifəsində işlədiyi dövrdə həm MKlS-in ştat üzrə işçilərinin, həm də sosial işçilərinin ayrıayrılıqda hər ayın sonuncu ongünlüyü ərzində iş vaxtının uçotu tabelləri onun verdiyi məlumatlar əsasında, əsasən MKlS-in əməkdaşları tərəfindən hazırlanmış, daha sonra onun tərəfindən imzalanmaqla MKlS-in möhürü ilə təsdiq edilib MKlS-ə göndərilmişdir. İşlədiyi dövrdə tərtib edilmiş tabel cədvəllərində adı qarşısındakı imza ona məxsusdur. MKlS-in rəisi vəzifəsində işlədiyi dövrdə işçilərin işə davamiyyətinin yoxlanılması üçün hər hansı tabel jurnalına imza edilməsi qaydası olmamış, işçilərin işə davamiyyətinə sahə ustaları vasitəsilə, eləcə də özü bilavasitə gündəlik ərazini gəzməklə nəzarət etmişdir. Bundan başqa hazırda ona təqdim edilən Şahid6 tərəfindən qeydə alınması bildirilən səs yazısı ilə bağlı bildirmişdir ki, səs yazısındakı kişi səsləri ona, qadın səsi İsə Fatmaya aiddir. Həmin səs yazısının montaj edilməsi barədə heç bir iradı yoxdur. Lakin danışıqların konkret olaraq nə zaman Fatma ilə onun arasında aparılmasını xatırlamır.(cild 5, iş vərəqə 6-11; cild 6 iş vərəqəsi 147-150) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2016-cı ilin may ayından hazırkı vaxtadək Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-də dalandar vəzifəsində işləyir. 2016-cı ilin iyun ayında Təqsirləndirilən şəxs rəis vəzifəsinə təyin edilənə qədər hər hansı problem, ondan pul tələb edilib alınması halları olmamışdır. 2016-cı ilin iyun ayında Təqsirləndirilən şəxs vəzifəsinin icrasına başladıqdan bir neçə gün sonra MKlS-in işçilərinin ümumi iclasını toplayıb onlara zəruri tapşırıqları vermiş, iclasdan çıxanda onu, həmin MKlS-in digər əməkdaşı Şahid4 və bir neçə adını xatırlamadığı işçiləri saxlayıb ümumi şəkildə hər ay özünə əməkhaqlarından 50 manat pul verməli olduqlarını, əks halda onlara işləməyə imkan verməyəcəyini bildirmişdir. Onlar səbəbini soruşanda Təqsirləndirilən şəxs köhnə işçilərlə işləmək istəmədiyini, çoxlu sayda işə girmək istəyən yeni şəxslər olduğunu, aylıq 50 manatı verməyəcəkləri halda onları işdən çıxaracağını, bundan sonra guya heç bir MKlS-də işə girə bilməyəcəklərini demiş, onlar da maddi vəziyyətləri çox ağır olduğundan sonuncunun hədə-qorxuları qarşısında işlərini itirməmək üçün məcbur qalıb dedikləri ilə razılaşmışlar. Qeyd etmişdir ki, həmin vaxt MKlS-də işləməsə də onun yanında olan bacısı Şahid6 da bu danışığın şahidi olmuşdur. 2016-cı ilin iyun ayından başlayaraq 2019-cu ilin mart ayına, yəni əməkhaqqı 145 manatdan 180 manata qaldırılana qədər hər ayın ilk ongünlüyündə hazırda dəqiq xatırlamadığı tarixlərdə əməkhaqqını plastik bank kartından çıxardıqdan bir və ya iki gün sonra Nizami müəllimlə ya xidməti otağında, ya işlədiyi ərazidə görüşüb hər bir halda sonuncuya 50 manat məbləğində pul vermişdir. Əlavə etmişdir ki, bacısı Şahid6 2017-ci ilin yanvar ayında həmin MKİS-də işə qəbul edilib onunla yanaşı ərazilərdə işləməyə başlamış, sonuncu işə başlayandan onun kimi Nizaminin tələbi ilə sonuncuya ilkin mərhələdə 50 manat vermiş, bacısı işə girəndən sonra sonuncu ilə birgə hər ayın müvafiq günü əməkhaqlarını plastik bank kartından çıxardıqdan bir və ya iki gün sonra Nizami müəllimlə ya xidməti otağında, ya işlədikləri ərazidə görüşüb sonuncuya hər biri 50 manat pul vermişlər. 2019-cu ilin mart ayında Nizami onunla bacısı Fatmanı xidməti otağına çağırıb onlara artıq cari aydan etibarən maaşlarının artıb 180 manat olacağını, buna görə də özünə artıq 50 deyil hər ay 100 manat verməli olduqlarını bildirmişdir. Onlar bacısı Fatma ilə etiraz etməyə çalışsalar da Nizami yenidən onları işdən azad edilmələri üçün tədbir görəcəyi ilə hədələdiyindən onlar məcbur qalıb razılaşmışdırlar. 2019-cu ilin mart ayının müvafiq günündə maaş artımla, yəni 180 manat olaraq kartlarına köçürüldükdən sonra ilk dəfə artımla verilmiş maaşı kartdan nağdlaşdırdıqdan sonra o və bacısı Fatma ilk dəfə artımla Nizamiyə ya xidməti otağında, ya işlədikləri ərazidə görüşüb hərəsi 100 manat vermişlər. Həmin vaxtdan etibarən 2022-ci ilin mart ayı da daxil olmaqla hər ayın ilk ongünlüyündə maaş alıb pulu kartdan nağdlaşdıran gün və ya bir gün sonra o və bacısı Fatma Nizami ilə ya xidməti otağında, ya işlədikləri ərazidə görüşüb sonuncuya hərəsi 100 manat vermişlər. 2022-ci ilin aprel ayında maaş aldıqdan sonra maddi vəziyyətləri acınacaqlı olduğundan bacısı ilə birgə sonuncuya 100 manatı verməməyi qərara almışlar. Həmin dövrdə Nizami ilə rastlaşanda o və bacısı Nizamiyə maddi vəziyyətlərinin acınacaqlı olmasını bildirib pulu verə bilməyəcəklərini desələr də Nizami onlara acıqlanıb yenidən işdən çıxarmaqla hədəlməyə başlamış, lakin hər ikisi sonuncuya bir daha pul verməyəcəklərini qəti şəkildə bildirmişdirlər. Bundan bir və ya iki gün sonra Nizami onların ikisini də xidməti otağına çağırtdırmış, sonuncunun otağına girməzdən əvvəl bacısı Fatma özünə məxsus “Samsung” markalı mobil telefonun səsyazma funksiyasını aktivləşdirib danışığı qeydə almağa nail olmuşdur. Həmin danışıq zamanı Nizami onlardan əvvəl 50 manat, maaş artandan sonra 100 manat tələb edib almasını etiraf etmişdir. Bundan başqa danışıq zamanı Nizami bir daha onlardan aylıq 100 manatı verməyi tələb etsə də verməkdən imtina etdiklərindən yaxın vaxtlarda işdən azad ediləcəklərini bildirib onları yola salmışdır. Bundan təxminən bir ay sonra, Nizami hələ də onlara işləməyə imkan vermədiyindən bacısı baş verənlər barədə KQMBl-nin “161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət edib bunlar barədə məlumat verdmişdir. Onu da əlavə etmişdir ki, sonuncu dəfə onunla bacısı Fatma 2022-ci ilin mart ayının maaşını aldıqdan bir və iki gün sonra Nizamiyə hərəsi 100 manat pulu 1-ci mikrorayon ərazisində vermişlər. Sonrakı aylarda isə sonuncuya hər hansı məbləğdə vəsait verməmişdirlər. 5 nömrəli MKlS-də işlədiyi dövrdə daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmtşdır. Bundan başqa ona aylar üzrə plastik bank kartından pul vəsaitlərini nağdlaşdıran şəxslərin fotoşəkilləri təqdim edildikdə bildirmişdir ki, həmin fotoşəkillər ona və ailə üzvlərinə aiddir. Hər bir halda plastik bank kartı özündə olmuşdur. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, həqiqətən də əməkhaqqı artırılan ay, hələ artımla əməkhaqqı kartına köçürülməmiş, lakin artımsız qaydada son əməkhaqqını aldıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs bacısından və ondan növbəti aydan maaşlarının artırılması ilə bağlı artıq ona 100 manat vermələrini tələb etmiş, onlar da məcbur qalıb Nizami ilə razılaşmışdırlar. Bundan başqa əməkhaqqından tutulmalarla bağlı verilən suala cavab olaraq göstərmişdir ki, 2018-ci ildə bankdan kredit götürmüş, ödəyə bilmədiyindən 2019- 2022-ci illərdə həmin vəsait hissə-hissə kartından tutulmuşdur. Həqiqətən də tutulmalar olan aylarda kartına aylıq 150 manat civarında vəsait köçürülməsinə baxmayaraq o, həqiqətən də əməkhaqqı artımla verilən ilk aydan 2022-ci ilin aprel ayına qədər neçə dəfə maaş almışdırsa hər dəfə aylıq maaşını alıb ondan 100 manatı Təqsirləndirilən şəxs vermişdir. Təbii ki, bu onun özünün və ailəsinin maddi vəziyyətinə ciddi təsir etsə də işdən çıxacağı halda kredit borcunu da ödəyə bilməyəcəyindən məcbur olub həmin vəziyyətə dözərək ailə üzvlərinin maddi dəstəyi ilə dolanışığını təmin etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayına qədər Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-də dalandar vəzifəsində işləmiş, 2019-cu ilin yanvar ayından hazırkı vaxtadək isə “DOST İş Mərkəzi" MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi işə götürülməklə 5 nömrəli MKlS-nə təhkim edilmişdir. Bacısı Şahid1 ilə əkiz olduqlarından əksər vaxtlar birlikdə olurlar. 2016-cı ilin iyun ayında bacısı Zöhrə idarələrinə yeni rəis təyin edilməsini, iclas keçirildiyini bildirib ona da özü ilə birgə MKlS-ə getməyi təklif etdiyindən bacısı ilə birgə iclasa getmişdir. İclasdan çıxanda rəis Təqsirləndirilən şəxs bacısı Zöhrəyə, həmin MKlS-də işləyən Şahid4 və adlarını xatırlamadığı bir neçə digər əməkdaşlarının yanında ümumi şəkildə bildirmişdir ki, hər ay özünə əməkhaqqından 50 manat pul verməlidir, əks halda ona işləməyə imkan verməyəcəkdir. X19 səbəbini soruşanda Nizami köhnə işçilərlə işləmək istəmədiyini, çoxlu sayda işə girmək istəyən yeni şəxslər olduğunu, aylıq 50 manatı verməyəcəyi halda işdən çıxarılması üçün tədbir görəcəyini, bundan sonra guya heç bir MKlS-də işə girə bilməyəcəyini demiş, Zöhrə də məcbur qalıb razılaşmışdır. Həmin söhbətdə o da olmuş, baş verənləri eşitmişdir. Sonradan ona məlum olmuşdur ki, bacısı Zöhrə hər ay öz maaşından Nizamiyə sonuncunun tələbi ilə 50 manat pul verir. Bunu ona bacısı bildirmişdir. İş yeri evlərinin yanı olduğundan, habelə maddi ehtiyac ucbatından o da həmin MKlS-də işə girmək üçün 2017ci ilin yanvar ayında müraciət etmiş, müraciəti əsasında Sumqayıt şəhər İH yanında MKTİB tərəfindən işə qəbul edilmişdir. İşə başladıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs onu xidməti otağına çağırıb hər ay özünə 50 manat pul verməli olmasını, əks halda ona işləməyə imkan verməyəcəyini, işdən azad edilməsi üçün tədbir görəcəyini bildirmiş, iş yeri evinin qarşısı olduğundan, habelə maddi ehtiyac ucbatından etiraz etməyib hər ay Nizamiyə 50 manat verəcəyini demişdir. Qeyd etmişdir ki, bacısı Zöhrə Nizamiyə hər ay 50 manat verdiyindən və işə girəndə sonuncunun ondan 50 manat istəyəcəyini bildiyindən bu tələb ona təəccüblü gəlməmişdir. Beləliklə 2017-ci ilin fevral ayından 2019-cu ilin mart ayının müvafiq gününə, yəni əməkhaqqı 145 manatdan 180 manata qaldırılana qədər hər ayın ilk ongünlüyündə hazırda dəqiq xatırlamadığı tarixlərdə əməkhaqqını plastik bank kartından çıxardıqdan bir və ya iki gün sonra Nizami müəllimlə ya xidməti otağında, ya işlədikləri ərazidə görüşüb hər bir halda bacısı Şahid1 yanında Nizamiyə 50 manat pul vermişdir. 2019-cu ilin mart ayının müvafiq günündə Nizami onunla bacısı Zöhrəni xidməti otağına çağırıb onlara artıq cari aydan etibarən maaşın artıb 180 manat olacağını, buna görə də özünə 50 manat deyil, hər ay 100 manat verməli olduqlarını demiş, onlar bacısı Zöhrə ilə etiraz etməyə çalışsalar da Nizami yenidən onlara işləməyə imkan verməyəcəyini, işdən azad edilmələri üçün tədbir görəcəyini bildirməklə hədələdiyindən hər ikisi məcbur qalıb razılaşmışdırlar. Dəqiq ayı xatırlamasa da maaş artımla, yəni 180 manat civarında olmaqla kartlarına köçürülən ay, yəni maaş ilk dəfə artımla ödənildikdən sonra pulu kartdan nağdlaşdıran gün və ya bir gün sonra o və bacısı Zöhrə ilk dəfə artımla Nizamiyə ya xidməti otağında, ya işlədikləri ərazidə görüşüb hərəsi 100 manat vermişlər. Həmin vaxtdan başlayaraq 2022-ci ilin mart ayı da daxil olmaqla hər ayın ilk ongünlüyündə maaş alıb pulu kartdan nağdlaşdıran gün və ya bir gün sonra o və bacısı Zöhrə Nizami ilə ya xidməti otağında, ya işlədikləri ərazidə görüşüb sonuncuya hərəsi 100 manat vermişlər. 2022-ci ilin aprel ayında maaş aldıqdan sonra maddi vəziyyətləri acınacaqlı olduğundan bacısı ilə birgə sonuncuya 100 manatı verməməyi qərara almışlar. Həmin dövrdə Nizami ilə rastlaşanda o və bacısı Nizamiyə maddi vəziyyətlərinin acınacaqlı olmasını bildirib pulu verə bilməyəcəklərini dedikdə Nizami də onlara acıqlanıb yenidən işdən çıxarılmaları üçün tədbir görəcəyi ilə hədəlməyə başlasa da hər ikisi sonuncuya bir daha pul verməyəcəklərini qəti şəkildə bildirmişdirlər. Bundan bir və ya iki gün sonra Nizami onların ikisini də xidməti otağına çağırtdırmış, sonuncunun otağına girməzdən əvvəl o, özünə məxsus “Samsung" markalı mobil telefonun səsyazma funksiyasını aktivləşdirib danışığı qeydə almağa nail olmuşdur. Həmin danışıq zamanı Nizami onlardan əvvəl 50 manat, maaş artandan sonra 100 manat tələb edib almasını etiraf etmişdir. İlkin araşdırma zamanı həmin səs yazısını KQMBİ- nin əməkdaşına təqdim etmişdir. Bundan başqa danışıq zamanı Nizami bir daha onlardan aylıq 100 manatı verməyi tələb etsə də verməkdən imtina etdiklərindən yaxın vaxtlarda işdən azad ediləcəklərini bildirib onları yola salmışdır. Həmin səs yazısını o, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs xidməti otağında, Nizami bacısı ilə onu qəbul edərkən qeydə almışdır. Səsyazısındakı kişi səsi Təqsirləndirilən şəxs, qadın səsi isə özünə aiddir. Bundan təxminən bir ay sonra, Nizami hələ də onların işləməsinə süni maneələr yaratdığından, habelə işdən çıxarılmaları üçün tədbir görəcəyi ilə onları hədələdiyindən o, baş verənlər barədə KQMBl-nin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edib məlumat vermişdir. Onu da əlavə etmişdir ki, sonuncu dəfə onunla bacısı Zöhrə 2022-ci ilin mart ayının maaşını aldıqdan bir və iki gün sonra Nizamiyə hərəsi 100 manat pulu 1-ci mikrorayon ərazisində vermişlər. Sonrakı aylarda isə sonuncuya hər hansı məbləğdə vəsait verməmişlər. 5 nömrəli MKİS-də işlədiyi dövrdə daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmişdir. Bundan başqa həqiqətən də əməkhaqqı artırılan ay, hələ artımla əməkhaqqı kartına köçürülməmiş, lakin artımsız qaydada son əməkhaqqlarını aldıqları ayda Təqsirləndirilən şəxs bacısından və ondan növbəti aydan maaşılarının artırılması ilə bağlı artıq ona 100 manat vermələrini tələb etmiş, onlar da məcbur qalıb onunla razılaşmışdırlar. Onu da əlavə etmişdir ki, maaş artımı deyəndə maaşın tutulmalarsız 180 manat olmasını nəzərdə tutmuşdur. Çünki Nizami onlardan aylıq 100 manat tələb edəndə maaşın 180 manat olacağını deməsini xatırlayır. Maaş 180 manat olmazdan bir ay öncə bir qədər artırılsa da həmin ay Nizamiyə hələ 50 manat vermişdirlər. Tutulmalara gəlincə isə, həqiqətən də 2018-ci ildə bankdan kredit götürmüş, ödəyə bilmədiyindən 2019-2022-ci illərdə həmin vəsait hissə-hissə kartından tutulmuşdur. Tutulmalar olan aylarda kartına aylıq 120 manat civarında vəsait köçürülməsinə baxmayaraq o, həqiqətən də əməkhaqqı artımla verilən ilk aydan 2022-ci ilin aprel ayına qədər neçə dəfə maaş almışdırsa hər dəfə aylıq maaşımı alıb ondan 100 manatı Təqsirləndirilən şəxs vermişdir. Təbii ki, bu onun və ailəsinin maddi vəziyyətinə ciddi təsir etsə də işdən çıxacağı halda kredit borcunu da ödəyə bilməyəcəyindən məcbur olub həmin vəziyyətə dözməklə ailə üzvlərinin maddi dəstəyi ilə dolanışığını təmin etmişdir. Nizami işə başladığı vaxtdan maaş artana qədər ona hər ay 50, maaş artımla verilən ilk aydan 2022-ci ilin aprel ayına qədər isə hər dəfə maaşı alıb bacısı Zöhrə ilə hər biri Nizamiyə 100 manat pul vermişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2012-ci ildən hazırkı vaxtadək 5 nömrəli MKİS- də(MlS) müxtəlif vəzifələrdə İşləmişdir. Belə ki, 2012-ci ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər Mənzil Təsərrüfatı İstismarı İdarəsinin 5 nömrəli MİS-də dalandar, 2016-cı ilin yanvar ayından 2019-cu ilin iyun ayına qədər Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-də dalandar vəzifəsində işləmiş, 2019-cu ilin iyun ayından isə Zərərçəkmiş şəxs2 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi işə götürülməklə Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-nə təhkim edilmişdir. Əmək funksiyası Sumqayıt şəhəri İ mkr ərazisində ona ayrılmış ərazini məişət tullantılarından təmizləməkdən (süpürmək) ibarətdir. Qeyd etmişdir ki, 2016cı ilin iyun ayında Təqsirləndirilən şəxs 5 nömrəli MKİS-ə rəis təyin edilənə qədər hər hansı neqativ halla rastlaşmamışdır. Təqsirləndirilən şəxs vəzifəsinin icrasına başladıqdan sonra ona ayrılmış ərazi 5 nömrəli MKlS-in inzibati binasının qarşısı olduğundan Təqsirləndirilən şəxs onun nahar fasiləsində həmin yerdə olan ərzaq məhsulları satılan mağazanı təmizləməsini müşahidə etmiş, daha sonra onu yanına çağırıb bu barədə soruşanda o, Nizamiyə həmin mağazanın sahibi ilə şifahi qaydada razılaşmaqla nahar fasiləsində mağazanı təmizlədiyini, buna görə mağaza sahibinin ona aylıq 150 manat pul verməsini demiş, Nizami bundan sonra ona mağazada işləməyin qanunsuz olmasını, buna görə də onun işdən azad edilməsi üçün tədbir görməli olduğunu bildirmişdir. O, həmin mağazanı təmizləməyə nahar fasiləsi zamanı getməsini, bu halın onun əmək funksiyalarının icrasına mane olmadığını izah etsə də Təqsirləndirilən şəxs hər ay aylıq əməkhaqqından özünə 50 manat verməyəcəyi halda onun işdən azad edilməsi üçün tədbir görəcəyini bildirmiş, işdən çıxarılacağı halda maddi vəziyyətinin ağır olacağını başa düşüb Təqsirləndirilən şəxs bu tələbi ilə razılaşmışdır. Bu söhbət 2016-cı ilin iyun ayının müvafiq günündə 5 nömrəli MKlS-in inzibati binasında Nizami müəllimlə onun arasında baş tutmuşdur. Qeyd etmişdir ki, 2016-cı ilin iyun ayından etibarən 2022-ci ilin may ayı da daxil olmaqla hər ayın ilk ongünlüyündə əməkhaqqını plastik bank kartından özü və ya ailə üzvləri vasitəsilə nağdlaşdırıb həmin puldan 50 manatı Sumqayıt şəhəri İ mikrorayon ərazisində müxtəlif yerlərdə Nizami ilə təklikdə görüşüb özünə vermişdir. İstər MKlS-in ştat üzrə işçisi olduğu, istərsə də Zərərçəkmiş şəxs2 MMC-nin sosial işçisi kimi həmin MKlS-ə təhkim edildiyi dövrdə daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmışdır. Əməkhaqqı qismində kartından çıxarılan puldan isə hər ayın ilk ongünlüyündə əməkhaqqını alıb 50 manatı özü şəxsən Nizamiyə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2010-cu ildən hazırkı vaxtadək Sumqayıt şəhər 5 nömrəli MKlS-də dalandar vəzifəsində işləyir. Hazırki vaxtadək iş yerinin adı bir neçə dəfə dəyişilsə də iş yeri və gördüyü işin mahiyyəti heç vaxt dəyişilməmişdir, özü 2010-cu ildən 2016-cı ilin avqust ayına qədər mütəmadi olaraq işə çıxmış, öz əmək funksiyalarını icra etmiş, yəni Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində ona təhkim edilən ərazini təmizləmişdir. Qeyd etmişdir ki, 2005-ci ildə bacısı Şahid3 həmin MKlS-də işə düzəlmiş, bir neçə ay işləsə də azyaşlı övladlarına qulluqla bağlı işə çıxa bilmədiyindən ona özünün əvəzinə işləyib maaşını almağını təklif etmiş, o da razılaşmışdır. Bundan sonra bacısı həmin vaxt rəis vəzifəsində işləmiş Məhəmməd Fərəcova müraciət edib bu barədə bildirəndə Məhəmməd müəllim bacısının yerinə onun işləməyinə görə Yasəmənə etiraz etməmiş, 2005-ci ilin müvafiq ayından 2010- cu ilin oktyabr ayına qədər bacısının yerinə, 2010-cu ilin oktyabr ayından etibarən özü də həmin MKİS-də işə başladıqdan sonra həm özünün, həm də bacısının yerinə işləməklə maaş nağd qaydada veriləndə bacısının yerinə imza etməklə maaşı nağd almış, maaş kartla veriləndə bacısının kartını özündə saxlamaqla karta köçürülən vəsaiti çıxarıb öz ehtiyaclarına sərf etmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs vəzifəyə təyin edilənə qədər heç kimə həm öz, həm də bacısının yerinə işləyib bacısına verilən maaşı da almağına görə hər hansı miqdarda pul verməmişdir. 2016- cı ilin iyun ayında Təqsirləndirilən şəxs vəzifəyə təyin ediləndən sonra, konkret olaraq 2016-cı ilin iyun ayının müvafiq günündə onu xidməti otağına dəvət edib bacısı Yasəmənin kartının onda olmasını, bacısının işə çıxmadığını, sonuncunun görməli olduğu işi onun gördüyünü, Yasəmənin əməkhaqqını da onun aldığını bildiyini demiş, kartı özünə verməyini, əks halda bacısı Şahid3 işdən azad edilməsi barədə tədbir görəcəyini deməklə, bundan sonra da yalnız öz yerinə işləməyini tələb etdiyindən Təqsirləndirilən şəxs tələbi ilə xidməti otağında bacısı Yasəmənin kartını ona vermişdir. Habelə bildirmişdir ki, bacısı Şahid3 2019-cu ilin noyabr ayında özü işləməyə başlamış, həmin vaxtdan kartını Nizamidən almış, mütəmadi özü işə çıxmış, öz əməkhaqqını özü almışdır. Bundan başqa Nizami rəis kimi işə başladıqdan bir müddət sonra, konkret olaraq 2016-cı ilin iyul ayının sonlarında onun anadangəlmə böyrək çatışmazlığı olduğundan müalicə zərurəti ilə bağlı bülletenə çıxmaq üçün Nizamiyə müraciət edəndə sonuncu bülletenə çıxamağa ehtiyac olmadığını deyib ondan işdə olmadığı dövrdə kartını özünə verməyini tələb etmiş, o da Nizaminin tələbi ilə kartını avqust ayının əvvəllərində iyul ayı üçün verilən maaşı kartından nağdlaşdırdıqdan sonra sonuncuya vermişdir. 2016-cı ilin avqust-sentyabr aylarında respublika ərazisində olan tibb müəssisələrində müalicə almış, 2016-cı ilin oktyabr ayının sonlarında işə qayıtmaq üçün yenidən Nizami müəllimə müraciət etmiş, Nizaminin qəbulunda olanda sonuncuya işə qayıtmaq istədiyini bildirmiş, Nizami də İşə qayıtmağa ehtiyac olmadığını deyib ona istirahət etməyi məsləhət görmüş, o, işləmək istədiyini bildirsə də Nizami işə çıxmaq lazım olmadığını deməklə israr etmiş, adının işçi siyahısında qalacağını, lakin maaş kartının özündə qalacağını bildirmiş, Nizami israr etdiyindən o da məcbur qalıb həmin vaxtdan işə çıxmamışdır. 2017-ci ilin sentyabr ayına qədər işə çıxmasa da sentyabr ayının ilk günlərində Nizaminin iş yerinə gedib maddi vəziyyətinin ağır olmasını deyib maaş kartını özünə qaytarmasını xahiş etmiş, işə çıxacağını demiş, təkid etdiyindən Nizami maaş kartını özünə qaytarmışdır. Bildirmişdir ki, 2017-ci ilin sentyabr ayından etibarən mütamadi olaraq işə çıxmış, əmək funksiyalarını yerinə yetirmiş, işdən qalmamışdır. 2016-cı ilin avqust ayından 2017-ci ilin sentyabr ayına qədər onun kartı Nizamidə olmuş, sentyabr ayında avqust ayı üçün ödənilən vəsaiti o, kartı Nizamidən götürəndə artıq Nizami kartdan nağdlaşdırmış olmuş, o, sentyabr ayının əməkhaqqını oktyabr ayının əvvəllərində almışdır. Qeyd edilən fasilə istisna olmaqla digər müddətlərdə kartı özündə olmuşdur. Bundan başqa ona təqdim edilən aylar üzrə plastik bank kartından pul vəsaitlərini nağdlaşdıran şəxslərin fotoşəkilləri barədə göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə kartından pul vəsaitini çıxaran Təqsirləndirilən şəxsdur. Fotoşəkildəki şəxsin baş quruluşuna, üz cizgilərinə və geyiminə əsasən fotoşəkillərin Nizamiyə aid olmasını düşünür. Digər fotoşəkillər onun ailə üzvlərinə və özünə aiddir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2005-ci ildə Sumqayıt şəhər 5 nömrəli MKİS-ə müraciət edib işə düzəlmişdir. Bir neçə ay işləsə də sonradan azyaşlı övladlarına baxmaqla əlaqədar işə çıxa bilmədiyini görüb həmin vaxt rəis vəzifəsində işləmiş Məhəmməd Fərəcova müraciət edib işə çıxa bilmədiyini, lakin bacısı Şahid5 onun yerinə mütəmadi olaraq işə çıxa biləcəyini, sonuncunun ona tapşırılan işi görməyə razı olmasını demiş, onun əvəzinə bacısının işləyib, əməkhaqqını da bacısının almasını xahiş etmiş, Məhəmmməd müəllim də buna etiraz etməmişdir. 2005-ci ildən 2019-cu ilin noyabr ayına qədər işə çıxmamış, heç bir əmək funksiyası yerinə yetirməmiş, əməkhaqqı almamışdır. Lakin bildirmişdir ki, 2006-ci ildən 2016-cı ilin iyun ayına, yəni Təqsirləndirilən şəxs vəzifəyə təyin edilənə qədər onun görməli olduğu işi bacısı görmüş, özünün və onun yerinə işləmiş, işdən qalmamış, əməkhaqqı nağd formada veriləndə onun əvəzinə imza etməklə əməkhaqqını almış, kartla verilən dövrdə isə onun plastik bank kartını özündə saxlamaqla onun da maaşını almışdır. Bacısının dediklərindən ona məlumdur ki, 2016-cı ilin iyun ayında Təqsirləndirilən şəxs vəzifəsinin icrasına başladıqdan sonra Şahid5 xidməti otağına çağırıb onun adının işçi siyahısında getməsi, lakin işə çıxmadığını, ona aid işi Çiçəyin gördüyünü, kartının da sonuncuda olmasını bilməsini demiş, onun kartını bacısı Çiçəkdən tələb etmiş, bacısına artıq iki nəfərin deyil yalnız öz işini görməsini tapşırmış, kartın özündə qalacağını demiş, əks halda onun işdən azad edilməsi üçün tədbir görəcəyini bildirdiyindən bacısı da Nizami ilə razılaşmışdır. Qeyd etmişdir ki, 2017-ci ilin hazırda xatırlamadığı tarixində bacısı Çiçək vasitəsilə Nizami ona xəbər göndərib ki, kartın müddətinin bitməsi ilə bağlı yeni kartını "xxxx" ASC-nin Sumqayıt şəhər filialından götürməli olmasını demiş, o da bacısı ilə birgə bank filialına gedib kartı təhvil alıb elə filialın həyətində Nizamiyə vermişdir. 2019-cu ilin noyabr ayına qədər işə çıxmamış, heç bir əmək funksiyası yerinə yetirməmişdir. 2019-cu ilin noyabr ayında ərinin onkoloji xəstəliyə yoluxması, maddi vəziyyətlərinin ağır olması ilə bağlı işə çıxmaq, işləmək qərarına gəlib bu barədə əvvəlcə bacısı Çiçəyə, daha sonra iş yerinə gedib Nizami müəllimə məlumat verdikdə, sonuncu buna etiraz etməyib kartını ona qaytarmış, növbəti gündən etibarən Nizaminin təhkim etdiyi ərazidə işə çıxmaqla əmək funksiyalarını yerinə yetirmiş, işdən qalmamışdır. Onu da qeyd etmişdir ki, hər ayın ilk ongünlüyündə əməkhaqqı verildiyindən o, Nizami ilə bu söhbəti edəndə 2019-cu ilin oktyabr ayının maaşını artıq Nizami kartdan çıxarmış olmuşdur. Çünki o, Nizamiyə müraciət edəndə 2019-cu ilin noyabr ayının əvvəlləri olsa da kartı yoxladıqda maaşın çıxarılmasını bilmişdir. 2019-cu ilin noyabr ayından etibarən MKİS- də daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. 2019-cu ilin noyabr ayından etibarən işlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmışdır. Bundan başqa ona aylar üzrə plastik bank kartından pul vəsaitlərini nağdlaşdıran şəxslərin fotoşəkilləri təqdim edildikdə, həmin fotoşəkillərlə bağlı bildirmişdir ki, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə kartından pul vəsaitini çıxaran Təqsirləndirilən şəxsdur. Fotoşəkildəki şəxsin baş quruluşuna, üz cizgilərinə əsasən fotoşəkillərin Nizamiyə aid olmasını düşünür. Digər fotoşəkillər onun ailə üzvlərinə aiddir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2011-ci ilin may ayından 2016-cı ilin yanvar ayına qədər Sumqayıt şəhər MTll-də dalandar, 2016-cı ilin yanvar ayından isə hazırkı vaxtadək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MKTİB-nin 5 nömrəli MKİS-də dalandar vəzifəsində işləyir. 2014-2016-cı illərdə 5 nömrəli MKlS-in rəisi vəzifəsində Asəf adlı şəxs işləmişdir. Asəf müəllim işdən çıxarılmazdan təxminən bir il əvvəl sonuncuya müraciət edib maddi vəziyyətinin ağır olmasını, iki nəfərin yerinə işləməyə hazır olduğunu, əgər işləmək istəməyən şəxs olarsa onun da maaşını almaq şərti ilə sonuncuya aid işləri görə biləcəyini demiş, Asəf müəllim maddi vəziyyətinin ağır olmasını bildiyindən belə bir şəxs olarsa ona kömək edəcəyini demişdir. Bundan bir neçə gün sonra Asəf müəllim onu xidməti otağına çağırıb ona bir ədəd plastik bank kartı vermiş, danışıq zamanı həmin kartın onların MKİS-də həmin vaxt işləyən Atamoğlan adlı şəxsin adını bilmədiyi bacısına aid olması məlum olmuşdur. Asəf müəllim həmin qadının işləmək istəmədiyini, kartı özündə saxlamaqla həm qeyd edilən şəxsin, həm də özünün yerinə işləyib iki kartdan maaş çıxarıb istifadə edə biləciyini bildirmişdir. Buna görə Asəf müəllim ondan hər hansı məbləğdə pul və sair maddi nemət istəməmiş, o da birgə işlədikləri dövr ərzində sonuncuya hər hansı miqdarda pul və sair maddi nemət verməmişdir. Bundan başqa həmin kartın sahibinin Atamoğlan adlı şəxsin bacısı olmasından başqa kart sahibinin digər məlumatlarını xatırlamadığını bildirmişdir. Asəf müəllim 2016-cı ilin iyun ayında vəzifədən azad edilənə qədər qeyd edilən qaydada iki nəfərin yerinə işləmiş, həm özünün, həm də həmin şəxsin kartını özündə saxlamaqla həmin kartlardan pul vəsaitlərini hər ayın müvafiq günü nağdlaşdırıb öz ehtiyaclarına sərf etmiş, həmin vəsaitlərdən heç kimə verməmişdir. 2016-cı ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs vəzifəyə təyin ediləndən qısa müddət sonra sonuncu onu yanına çağırıb onda iki ədəd kart olmasından məlumatı olduğunu, hər iki kartı özündə saxlamaqla iki nəfərin yerinə işləməyə davam etmək istədiyi təqdirdə ona aylıq 100 manat verməli olduğunu, əks halda işdən azad edilməsi üçün tədbir görəcəyini bildirmişdir. Bu söhbət zamanı MKlS-in digər əməkdaşı Çiçək də yanında olmuş, Nizami ona dediyi sözü başqa formada Çiçəyə də demişdir. Çünki Çiçək də işə gəlməyən bacısı Yasəmənin kartını özündə saxlamaqla iki nəfərin yerinə işləyib iki əməkhaqqı alırmış. Beləliklə o, məcburiyyət qarşısında qalıb Təqsirləndirilən şəxs razı olduğunu bildirmişdir. 2016-cı ilin iyul ayının ilk ongünlüyündə maaşını alıb sonuncuya ya xidməti otağında, ya da ərazidə olduqları zaman 100 manat pulu şəxsən vermiş, bundan başqa 2016-cı ilin iyul ayından başlayaraq 2017-ci ilin yanvar ayına qədər hər ay eyni qaydada və yerlərdə (ya xidməti otağında, ya da 1-ci mkr ərazisində işlədiyi yerdə) Nizamiyə 100 manat vermişdir. 2017-ci ilin yanvar ayında o, Nizaminin xidməti otağına gedib aylıq 100 manatı verməyə imkanı olmadığını bildirəndə sonuncu, həmin ikinci kartı geri verməyini tələb etmiş, yerinə işlədiyi həmin şəxsin dərhal işdən uzaqlaşdıracağını demiş, onda olan məlumata görə elə həmin ay da Atamoğlan adlı şəxsin bacısını işdən uzaqlaşdırmışdır. Dəqiq tarixi xatırlamasa da Atamoğlan adlı şəxsin bacısı işdən çıxarılan tarixədək əməkhaqqı kartına tam həcmdə əməkhaqqı hansı tarixdə köçürülmüşdürsə ondan bir və ya iki gün sonra kartından pulu çıxarıb Nizamiyə vermiş, bu, onun sonuncuya verdiyi son məbləğ olmuşdur. Həmin kartı geri qaytardıqdan sonra adi qaydada öz yerinə işləyib öz əməkhaqqını almışdır. Bundan başqa ona təqdim edilən aylar üzrə plastik bank kartından pul vəsaitlərini nağdlaşdıran şəxslərin fotoşəkilləri ilə bağı göstərmişdir ki, fotoşəkillərdəki şəxslərin bəziləri onun iş yoldaşları, bəziləri isə ailə üzvləridir. Belə ki, özü kartdan pul nağdılaşdıra bilmədiyindən bankomatdan pul çıxarmağa gedəndə yanında olan iş yoldaşlarından kartından pul çıxarmalarını xahiş edirmiş, əksər hallarda isə kartını ailə üvlərinə kartından pul çıxarmaları üçün vermişdir. Lakin heç bir halda onun kartı kənar şəxslərdə o cümlədən, Təqsirləndirilən şəxs olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında Sumqayıt Məşğulluq Mərkəzinin göndərişi əsasında Zərərçəkmiş şəxs2 MMC tərəfindən təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi işə götürülmüş, həmin vaxtdan Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKİS-nə təhkim edilmişdir. Qeyd etmişdir ki, işə başladığı gün, yəni 2020-ci ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onu otağına çağırtdırıb otaqda ikisi təklikdə olarkən işə başladığına görə ona 100 manat pul verməli olduğunu bildirmiş, o, pulu hansı səbəbdən verməli olduğunu soruşanda Təqsirləndirilən şəxs həmin pulu işə başladığına görə verməli olduğunu, verməzsə ona işləməyə imkan verməyəcəyini bildirmişdir. Qeyd etmişdir ki, həmin gündən bir neçə gün əvvəl o, pensiya aldığından üzərində 100 manat pul var olmuş, yeni iş yerində rəisin ona problem yaratmaması üçün cibindən çıxarıb həmin 100 manatı Nizamiyə vermişdir. Bundan sonra o, normal qaydada işləməyə davam etmişdir. 2020-ci ilin iyul ayının ilk ongünlüyü ərzində maaşını aldıqdan bir və ya iki gün sonra, hazırda dəqiq xatırlamadığı tarixdə yenidən Nizami onu otağına çağırtdırıb özünə cari ay 80 manat, növbəti aydan isə etibarən isə hər ay 70 manat verməli olduğunu demiş, o, maddi vəziyyətinin ağır olmasını, həmin pulu verməyə maddi imkanının olmamasını bildirsə də Nizami pulu verməyəcəyi halda işləməyə imkan verməyəcəyini, onun işdən azad edilməsi üçün tədbir görəcəyini bildirmiş, buna görə də həmin vaxt məcbur qalıb üzərində olan puldan 80 manatı xidməti otağında Nizamiyə vermiş, növbəti aydan etibarən də hər ay ona 70 manat verməyə razı olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra, Sumqayıt şəhəri, 30- cu məhəllə ərazisində ona tapşırılan ərazini süpürdüyü müddətdə Nizami ona yaxınlaşıb 10 bloklu, 10 mərtəbəli yenitikilmiş bina olduğunu, orada gündəlik təmizlik işləri aparmaq lazım olduğunu, onu hazırda yerinə yetirdiyi işlərdən azad edəcəyini və həmin binada 5 bloku onun 5 bloku isə Məlahət adlı digər sosial işçinin təmizləyəcəyini bildirmiş, bundan əlavə ona həmin işin guya açıq havada deyil qapalı şəraitdə və daha az fiziki əmək tələb edən, yəni yüngül iş olduğunu bildirmiş, o, ilk öncə etiraz etsə də Nizami onu işdən çıxarmaqla hədələdiyindən məcbur qalıb razılaşmışdır. 2020-ci ilin iyul ayının ortalarından Nizaminin göstərişi ilə ünvan 7 ünvanında yerləşən 10 bloklu, 10 mərtəbəli yenitikilinin 1-5-ci bloklarının təmizliyinə başlamışdır. Onunla eyni gündə MKlS-də sosial işçi işləyən Məlahət adlı qadın da işə başlamışdır. Sonuncu ilə Nizami arasındakı danışığın məzmunu ona məlum olmasa da Məlahət binanın 6-10-cu bloklarının təmizliyini aparmışdır. Onlar həftənin 7 günü səhər saat 08:00-dan etibarən binanın daxilində ümumi istifadədə olan bütün yerlərin təmizliyi ilə məşğul olub, hər gün 13:00-da işlərini bitirib oradan getmişdirlər. Qeyd etmişdir ki, binanın daxilində təmizlik işlərini icra etmə keyfiyyətinə MTK-da hansısa vəzifədə işləyən Dilarə adlı qadın nəzarət etmişdir. Bina rəhbərliyi onlara hər hansı miqdarda pul verməmişdir, lakin onda olan məlumata görə Nizami həmin binanın rəhbərliyi ilə danışıb həmin şəxslərdən aylıq pul almış, onları isə həmin binada qanunsuz işlətmişdir. Qeyd etmişdir ki, 2020-ci ilin iyul ayında həmin binada işləməyə başlamış, növbəti aydan başlayaraq 19 ay müddətinə, 19 dəfə yəni 2022-ci ilin yanvar ayı da daxil olmaqla hər ayın ilk ongünlüyündə hazırda dəqiq xatırlamadığı tarixlərdə əməkhaqqını plastik bank kartından çıxardıqdan bir və ya iki gün sonra Nizami müəllimlə ya xidməti otağında, ya işlədiyi binanın yanında görüşüb sonuncuya təklikdə 70 manat pul vermişdir. 2022-ci ilin fevral ayının ilk günlərində sonuncu dəfə Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayı üçün ödənilən vəsaiti kartından nağdlaşdırıb 1-ci mkr ərazisində vermiş, sonradan maddi vəziyyəti pisləşdiyindən, pula özünün də ehtiyacı olduğundan fevral ayının xatırlamadığı günü Nizamiyə artıq pulu verə bilməyəcəyini demiş, sonuncu onu işdən çıxarmaqla hədələsə də pulunun olmadığını bildirdiyindən Nizami ondan əl çəkmişdir. Sonuncu dəfə Nizamiyə 2022-ci ilin yanvar maaşını fevral ayının əvvəllərində aldıqdan sonra 70 manat vermiş, sonrakı aydan sonuncuya pul verməsə də Nizami işdən çıxarılan günə qədər həmin yenitikilidə işləmiş, Nizami işdən çıxdıqdan sonra isə yeni rəhbərlik tərəfindən 1-ci mikrorayon ərazisində ona ərazi təhkim edilməklə həmin yerin gündəlik təmizlənməsi tapşırılmışdır. Qeyd etmişdir ki, ümumilikdə Nizamiyə 1.510 manat pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, həmin binada işləməyini bina sakinləri, komendant Vahid adlı şəxs, habelə Dilarə adlı inzibatçı təsdiq edə bilərlər. Onu da bildirmişdir ki, həmin binada işləməyə cəlb edilənə qədər ona 30-cu məhəllə ərazisində təhkim olunan ərazini süpürmüşdür. Zərərçəkmiş şəxs2 MMC-nin sosial işçisi kimi həmin MKlS-ə təhkim edildiyi dövrdə daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdınimişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2016-cı ilin aprel ayından 2019-cu ilin yanvar ayınadək Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-də bağban vəzifəsində işləmişdir. 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs2 MMC tərəfindən təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi işə götürülməklə həmin vaxtdan 5 nömrəli MKlS-nə təhkim edilmişdir və hazırki vaxtadək həmin vəzifədə işləyir. Qeyd etmişdir ki, 2020-ci ilin iyul ayına qədər daima 30-cu məhəllədə ona ayrılmış ərazinin məişət tullantılarından təmizlənməsi işini görmüşdür. 2020-ci ilin iyul ayının ortalarında, hazırda dəqiq xatırlamadığı tarixdə ərazidə işləyərkən Nizami ona yaxınlaşıb 10 bloklu, 10 mərtəbəli yenitikilmiş bina olduğunu, orada gündəlik təmizlik işləri aparmaq lazım olduğunu, onu hazırda yerinə yetirdiyi işlərdən azad edəcəyini və həmin binada 5 bloku onun, 5 bloku isə ilhamə adlı digər sosial işçinin təmizləyəcəyini bildirmiş, bundan əlavə ona həmin işin guya açıq havada deyil qapalı şəraitdə və daha az fiziki əmək tələb edən, yəni yüngül iş olmasını demiş, razı olubolmadığını soruşanda o, razı olduğunu bildirmişdir. Bu danışıqdan bir neçə gün sonra Nizaminin göstərişi ilə ünvan 7 ünvanında yerləşən 10 bloklu, 10 mərtəbəli yenitikilinin 6- 10-cu bloklarının təmizliyinə başlamışdır. Onunla eyni gündə MKlS-də sosial işçi işləyən İlhamə adlı qadın da həmin binada işə başlamışdır. Sonuncu ilə Nizami arasındakı danışığın məzmunu ona məlum olmasa da İlhamə binanın 1-5-ci bloklarının təmizliyini aparmışdır. Onlar həftənin 7 günü səhər 08:00-da binaya gedib, binanın daxilində ümumi istifadədə olan bütün yerlərin təmizliyi ilə məşğul olmuş, hər gün 13:00-da işlərini bitirib oradan getmişdirlər. Qeyd etmişdir ki, binanın daxilində təmizlik işlərini icra etmə keyfiyyətinə MTK-da hansısa vəzifədə işləyən Dilarə adlı qadın nəzarət etmişdir. Bina rəhbərliyi onlara hər hansı miqdarda pul verməmişdir, lakin onda olan məlumata görə Nizami həmin binanın rəhbərliyi ilə danışıb həmin şəxslərdən aylıq pul almış, onları isə binada qanunsuz işlətmişdir. 2020-ci ilin iyul ayında həmin binada işləməyə başlamış, 2022-ci ilin may ayı daxil olmaqla, iyun ayınadək həmin binada təmizlik işlərini görmüş, sonradan Nizami vəzifədən uzaqlaşdırıldığından həmin binaya getməmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin sosial işçisi kimi həmin MKlS-ə təhkim edildiyi dövrdə daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmışdır. Bundan başqa ona təqdim edilən, aylar üzrə plastik bank kartından pul vəsaitlərini nağdlaşdıran şəxslərin fotoşəkilləri barədə bildirmişdir ki, həmin fotoşəkillər onun ailə üzvləri və qohumlarına aiddir, belə ki, pul vəsaitlərini özü nağdılaşdıra bilmədiyindən yaxın adamlarına verməklə onlar vasitəsilə kartdan nağdlaşdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2018-ci ilin aprel ayında "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X17 tərəfindən həmin MTK-nın balansında olan ünvan 6 ünvanında yerləşən V, Q, B, D saylı 10 mərtəbəli, ümumilikdə 10 bloklu yaşayış binalarına mühasib-xəzinədar vəzifəsinə işə qəbul edilmiş, 2021-ci ilin aprel ayında vəzifədən azad edilmişdir. Qeyd etmişdir ki, 2019-cu ilin aprel ayında MTK rəhbərliyi təşkilati- hüquqi formanı dəyişib MTK-nı MMC etmək qərarına gəlmiş, bununla bağlı müvafiq sənədlər Dövlət Vergi Xidmətinin 2 saylı Sumqayıt Ərazi Vergilər İdarəsinə təqdim edilmiş, 2021-ci ilin aprel ayında MTK ləğv edilmiş, lakin hazırki vaxtadək MMC dövlət qeydiyyatına alınmamışdır. MTK-nın MMC ilə əvəz etmək MTK kimi daha artıq vergi -ödənilməsi ilə bağlı olmuş, bu qərar eyni zamanda bina sakinlərinin ümumi yığıncağında qəbul edilmişdir. Qeyd etmişdir ki, həqiqətən də 2020-ci ilin iyul ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-in rəisi kimi tanıdığı Təqsirləndirilən şəxs onların binasına gəlib onunla ' söhbət əsnasında həmin binada mühasib vəzifəsində işlədiyini, kommunal xidmət haqlarını topladığını, bir sözlə təşkilati işlərin onun tərəfindən görülməsini öyrəndikdən sonra rəisi olduğu MKlS-in bir neçə işçisini həmin MTK-nın qeyd edilən ünvanda yerləşən 10 bloklu binalarına təmizlik aparmaq üçün ayıra biləcəyini bildirmişdir. Qeyd etmişdir ki, Nizaminin həmin təklifi etməsinin səbəbi barədə sonralar düşünəndə belə qənaətə gəlmişdir ki, həmin dövrdə MTK-nın ləğvi ilə bağlı artıq dövlət orqanlarına müraciət etdiklərindən rəsmi işçi işə götürə bilmədiklərindən gündəlik olaraq tanımadığı şəxslərdən pul müqabilində binada təmizlik işləri görmələrini xahiş edirmiş. Bu da hər bir halda mümkün olmamış, binada antisanitariya yaranmağa başlamışdır. Bununla bağlı bina sakinləri ilə həmin dövrdə dəfələrlə söhbətlər etmişdir. Düşünür ki, bina sakinlərindən kimsə Nizamiyə bu barədə məlumat vermiş, sonuncu da bu səbəbdən ona həmin təkliflə müraciət etmişdir. Nizaminin təklifi ona maraqlı və sərfəli göründüyündən sonuncuya 10 blokun gündəlik daxilinin təmizlənməsi üçün iki işçiyə ehtiyac olduğunu bildirmiş, Nizami də heç bir problem olmadığını deməklə həmin işçilərin gündəlik olaraq bloklarda təmizlik işləri aparmalarına görə aylıq 200 manat verməsini tələb etmiş, o da razılaşmışdır. Qeyd etmişdir ki, MTK-nın sədri Ramazan müəllim olsa da sonuncu təşkilati işlərlə məşğul olmamış, bütün işləri şifahi tapşırıqla ona həvalə etmişdir. Buna görə də həmin vaxt bu sərfəli təklifi sonuncu ilə razılaşdırmadan qəbul etmişdir. Bundan bir neçə gün sonra Nizami özü ilə iki qadın gətirmiş, həmin qadınların bundan sonra həmin 10 blokun daxili təmizliyi ilə məşğul olacaqlarını bildirmişdir. Sonradan qadınlardan birinin Məmmədova llhamə, digərinin Şahid9 olmasını bilmişdir. Həmin qadınlar həqiqətən də 2020-ci ilin iyul ayının ortalarından 2022-ci ilin may ayı da daxil olmaqla iyun ayınadək binadakı 10 blokun daxilini təmizləmişdirlər. Onlardan llhamə 1-5-ci blokları, Məlahət isə 6-10-cu blokları təmizləmişdirlər. O, həmin qadınların özlərinə hər hansı məbiəğdə vəsait verməmişdir. Təqsirləndirilən şəxs isə hər bir ay üzrə ödəniş növbəti ayın 10-na qədər edilmişdir. İlk ay, yəni 2020-ci ilin iyul ayının ortasından işçiləri Nizami həmin yerə gətirdiyindən ilk dəfə avqust ayının ilk ongünlüyündə öz iş yerində Nizamiyə 100 manat vermiş, bundan sonra 2022-ci ilin iyun ayınadək 22 dəfə Nizamiyə 200 manat pulu hər ayın ilk ongünlüyündə öz iş yerində şəxsən vermişdir. Beləliklə 2020-ci ilin iyul ayından 2022-ci ilin iyun ayının 10dək o, Nizamiyə qeyd edilən məqasədlə cəmi 4.500 manat pul vermişdir. Pul vəsaitlərini Nizamiyə verdiyi əksər vaxtlarda tək olmuş, yanında kənar şəxs olmamışdır. Həmin pulu bina sakinlərindən yığılan kommunal xidmət haqqları hesabına vermişdir. 2022-ci ilin iyun ayının ilk ongünlüyündə Nizamiyə sonuncu dəfə 200 manat vermiş, bir müddət sonra sonuncunun vəzifəsindən uzaqlaşdırılmasını bilmişdir, Nizami vəzifədən uzaqlaşdırılandan sonra llhamə və Maləhət binaya gəlməmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt Məşğulluq Mərkəzinin göndərişi əsasında Zərərçəkmiş şəxs2 MMC tərəfindən təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi işə götürülməklə Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKİS-nə təhkim edilmiş, müqavilə bağlandıqdan bir gün sonra işə çıxmışdır. İşə başladığı gün Təqsirləndirilən şəxs onu xidməti otağına çağırıb hər ay özünə əməkhaqqından 100 manat pul verməli olduğunu, əks halda ona işləməyə imkan verməyəcəyini, işdən azad edilməsi üçün tədbirlər görəcəyini bildirmişdir. O, səbəbini soruşanda Nizami onun işləyən adama oxşamadığını, onun kimi işçinin özünə lazım olmadığını, aylıq 100 manatı verməyəcəyi halda onu işdən çıxaracağını, bundan sonra guya heç bir MKlS-də işə girə bilməyəcəyini demiş, o da maddi vəziyyəti çox ağır olduğundan Nizaminin hədə-qorxuları qarşısında işini itirməmək üçün məcbur qalıb dedikləri ilə razılaşmışdır. 2020-ci ilin fevral ayından başlayaraq 2022-ci ilin fevral ayı da daxil olmaqla ümumilikdə 25 dəfə yəni hər ayın ilk ongünlüyündə hazırda dəqiq xatırlamadığı tarixlərdə əməkhaqqını plastik bank kartından çıxardıqdan bir və ya iki gün sonra Nizami müəllimlə ya xidməti otağında, ya işlədiyi ərazidə görüşüb sonuncuya təklikdə 100 manat pul vermişdir. İlkin izahatında Nizamiyə sonuncu dəfə 100 manatı 2021-ci ilin dekabr ayında verdiyini göstərsə də əslində yanlışlığa yol vermişdir. Dəqiq bilir ki, Nizamiyə cəmi 2500 manat pul vermişdir, ilk dəfə Nizamiyə işə girdiyi aydan sonrakı ay, yəni fevral ayının əvvəllərində 10 gün üçün ödənilən 80 manatın üzərinə 20 manat qoymaqla 100 manatı iş otağında vermişdir. Bundan sonra 24 dəfə olmaqla sonuncu dəfə 2022-ci ilin fevral ayında 100 manat pulu Nizamiyə vermişdir. 2022-ci ilin mart ayında maddi vəziyyəti çox ağır olduğundan Nizamiyə müraciət edib aylıq 100 manatı verməyə imkanı çatmadığını dedikdə, Nizami pul verməyəcəyi halda işdən azad edilməsi üçün tədbir görəcəyi ilə onu hədələmiş, pulunun olmadığını, övladlarına ərzaq ala bilmədiyini deyib pul verməkdən imtina etdiyindən 2022-ci ilin mart ayında şifahi tapşırıqla onu yaşayış yerinin yanındakı ərazidən uzaqlaşdırıb 1-ci mikrorayonda, evindən xeyli uzaqda bir əraziyə təhkim etmişdir. “DOST İş Mərkəzi" MMCnin sosial işçisi kimi həmin MKlS-ə təhkim edildiyi dövrdə daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmışdır. Bundan başqa ona təqdim edilən aylar üzrə plastik bank kartından pul vəsaitlərini nağdlaşdıran şəxslərin fotoşəkilləri ilə bağlı bildirmişdir ki, həmin fotoşəkillər ona və ailə üzvlərinə aiddir. Hər bir halda plastik bank kartı özündə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayının sonlarında Sumqayıt Məşğulluq Mərkəzinin göndərişi əsasında "DOST İş Mərkəzi” MMC tərəfindən təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi işə götürülməklə Sumqayıt şəhəri MKTİB-nin 5 nömrəli MKlS-nə təhkim edilmiş, müqavilə bağlandıqdan bir gün sonra işə çıxmışdır. İşə başladıqdan təxminən 10 gün sonra Təqsirləndirilən şəxs onu xidməti otağına çağırıb hər ay özünə əməkhaqqından 100 manat pul verməli olduğunu, əks halda ona işləməyə imkan verməyəcəyini, işdən azad edilməsi üçün tədbirlər görəcəyini bildirmişdir. O, səbəbini soruşanda Nizami onun işləyən adama oxşamadığını, onun kimi işçinin özünə lazım olmadığını demiş, aylıq 100 manatı verməyəcəyi halda onun işdən çıxarılması üçün tədbir görəcəyini, bundan sonra guya heç bir MKlS-də işə girə bilməyəcəyini demiş, o da maddi vəziyyəti çox ağır olduğundan Nizaminin hədə-qorxuları qarşısında işini itirməmək üçün məcbur qalıb Nizaminin dedikləri ilə razılaşmışdır. 2020-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin may ayı da daxil olmaqla ümumilikdə 24 dəfə yəni hər ayın ilk ongünlüyündə hazırda dəqiq xatırlamadığı tarixlərdə əməkhaqqını plastik bank kartından çıxardıqdan bir və ya iki gün sonra Təqsirləndirilən şəxsla ya xidməti otağında, ya işlədiyi ərazidə görüşüb sonuncuya təklikdə 100 manat pul vermişdir. 2022-ci ilin iyun ayında Fatma adlı iş yoldaşları KQMBİ-yə Nizaminin qanunsuz hərəkətləri barədə məlumat vermiş, bununla bağlı araşdırma aparılmasına başlanıldığından Nizami pul tələb etməmiş, qısa müddət sonra məzuniyyətə buraxılmış, daha sonra işdən çıxarılmışdır. Son dəfə 2022-ci ilin may ayında Nizamiyə 100 manat vermiş, sonradan qeyd etdiyi səbəblərə görə sonuncuya daha pul verməmişdir. Onu da əlavə etmişdir ki, Nizamiyə 100 manat verdiyi həmin 24 ay ərzində dəfələrlə özünün maddi vəziyyəti ağır olduğundan Nizamidən həmin ay ondan pul almamasını xahiş etsə də Nizami ona məhəl qoymamış, pul verməsə onun işdən çıxarılması üçün tədbir görəcəyini bildirmiş, o da məcbur qalıb aylıq 100 manat pulu Nizamiyə verməyə davam etmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin sosial işçisi kimi həmin MKİS-ə təhkim edildiyi dövrdə daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında Sumqayıt Məşğulluq Mərkəzinin göndərişi əsasında Zərərçəkmiş şəxs2 MMC tərəfindən sosial işçi kimi işə götürülməklə Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-nə təhkim edilmiş, müqavilə rəsmiləşdirilən gündən işə çıxmışdır. İşə başladıqdan bir neçə gün sonra MKlS-in rəisi Təqsirləndirilən şəxs onu həmin vaxt onunla eyni vaxtda işə qəbul edilən Leyla Acalova adlı şəxslə birgə xidməti otağına çağırıb, onlara hər ay özünə əməkhaqqlanndan 50 (əlli) manat pul verməli olduqlarını, əks halda onlara işləməyə imkan verməyəcəyini, işdən azad edilmələri üçün tədbir görəcəyini bildirmişdir. Onlar səbəbini soruşanda Nizami köhnə işçilərlə işləmək istəmədiyini, çoxlu sayda işə girmək istəyən yeni şəxslər olduğunu, aylıq 50 (əlli) manatı verməyəcəkləri halda onların işdən azad edilmələri üçün tədbir görəcəyini, bundan sonra guya heç bir MKlS-də işə girə bilməyəcəklərini demiş, onlar da maddi vəziyyətləri çox ağır olduğundan Nizaminin hədəqorxuları qarşısında işlərini itirməmək üçün məcbur qalıb dedikləri ilə razılaşmışlar. Həmin vaxt otaqda o, Leyla və Nizami olmuşdur. 2020-ci ilin iyul ayının maaşını aldıqdan bir neçə gün sonra Leyla ilə birgə Nizaminin xidməti otağına gedib hər ikisi sonuncuya 50 (əlli) manat pul vermişdirlər. Həmin vaxtdan 2021-ci ilin fevral ayı da daxil olmaqla mart ayına qədər hər bir halda Leyla ilə birgə Nizamiyə xidməti otağında 50 (əlli) manat pul vermişlər. 2021-ci ilin mart ayının ilk günlərində Nizami onu xidməti otağına çağırıb təklikdə ona bundan sonra özünə aylıq 75 (yetmiş beş) manat verməli olmasını bildirmiş, o, səbəbini soruşanda Nizami guya iş şəraitinin daha yüngül olmasını, bağban işi gördüyündən digərlərindən 1 və ya 2 saat daha tez işdən çıxmasını, buna görə aylıq 75 (yetmiş beş) manat verməli olmasını, demiş, o, Təqsirləndirilən şəxs saat 17-də işdən çıxmağa razı olduğunu bildirsə də sonuncu hər bir halda 75 (yetmiş beş) manatı verməli olduğunu, əks halda onun işdən çıxarılması üçün tədbir görəcəyini və ya zibilxana təmizləməyə göndərəcəyini bildirmiş, o da məcbur qalıb Nizaminin dedikləri ilə razılaşmışdır. Danışıq zamanı Nizami bildirmişdir ki, Leyla da onun kimi 75 (yetmiş beş) manat verməlidir, həmin vaxt Leyla xəstəxanada olduğundan sonradan bilmişdir ki, Leylanı da ayrıca çağırıb sonuncuya da 75 (yetmiş beş) manat verməli olmasını demişdir. Belə ki, danışıq zamanı Leyla özü ona bunu bildirmişdir. Beləliklə, 2021-ci ilin mart ayından sentyabr ayı da daxil olmaqla 7 ay ərzində o, hər dəfə əməkhaqqını ayın ilk ongünlüyündə alıb ya xidməti otağında, ya da işlədiyi ərazidə Nizami ilə rastlaşıb sonuncuya həmin puldan 75 (yetmiş beş) manat vermişdir. Əlavə etmişdir ki, 2021-ci ilin may ayının müvafiq günündə o, əməkhaqqı aldıqdan sonra öz maddi ehtiyacının olması ilə bağlı 75 manatı Nizamiyə verməyi bir qədər gecikdirmiş, Nizami bir neçə dəfə xəbər göndərsə də pulu olmadığından ləngitmiş, həmin günlərdə Leyla ilə görüşəndə Leyla pulu verməyəcəyi halda Nizaminin barəsində təhqiredici hərəkətlər edəcəyini əxlaqsız sözlərlə ona bildirmiş, bununla bağlı aralarında söz mübahisəsi yaranmış, həmin vaxtdan L.Acalova ilə münasibbətləri pozulmuşdur. Buna görə 2021- ci ilin may ayından sonra Leylanın Nizamiyə hansı miqdarda pul verməsini bilməmiş, lakin özü 2021-ci ilin mart-sentyabr aylarında Nizamiyə 7 ay 75 (yetmiş beş) manat pul vermişdir. 2021-ci ilin oktyabr ayının ilk günlərində Nizami onu xidməti otağına çağırıb təklikdə ona bundan sonra aylıq özünə 100 (bir yüz) manat verməli olmasını bildirmiş, o, səbəbini soruşanda digər işçilərin saat 17-də işdən çıxdığı halda onun bağban olduğundan daha tez, yəni 15-16 radələrində işdən çıxmasını, buna görə 100 manat verməli olmasını bildirmiş, tələb edilən 100 manatı verməsə onun işdən azad edilməsi üçün tədbir görəcəyini və ya zibilxana təmizləməyə göndərəcəyini demiş, o da məcbur qalıb Nizaminin dedikləri ilə razılaşmışdır. Sonuncuya etiraz etməyin mənası olmadığından söhbəti uzatmamışdır. 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında əməkhaqqı aldıqdan sonra adi qaydada ya iş otağında, ya ərazidə Nizamiyə yaxınlaşıb sonuncuya 100 manat pulu vermişdir. Onu da əlavə etmişdir ki, onlara dekabr ayında iki dəfə, ayın əvvəlində noyabr ayının maaşı, sonunda isə bayramla bağlı dekabr ayının maaşı verildiyindən dekabr ayında iki dəfə əməkhaqqı karta köçdükdən bir ya iki sonra Nizamiyə kartdan çıxardığı puldan 100 manat, beləliklə oktyabr-dekabr ayları ərzində 4 dəfə 100, cəmi 400 (dörd yüz) manat pul vermişdir. Bundan başqa 2022-ci ilin yanvar ayının müvafiq günündə Nizami onu otağına çağırıb yanvar ayından etibarən əməkhaqqının 283 (iki yüz səksən üç) manat olacağını bildirməklə bundan sonra 140 manat pul verməli olmasını demiş, tələb edilən pulu verməyəcəyi halda onun işdən çıxarılması üçün tədbir görəcəyini və ya ağır İşlərə göndərəcəyini bildirdiyindən, o da məcbur qalıb Nizaminin dedikləri ilə razılaşmışdır. 2022-ci ilin yanvar ayının maaşı 2022-ci ilin fevral ayında, verilmiş, fevral ayının maaşı mart ayının əvvəllərində, mart ayının maaşı isə Novruz bayramı ilə bağlı bayramdan bir-iki gün əvvəl verilmiş, o hər üç ayın maaşını kartdan çıxarıb bir və ya iki gün sonra hər bir halda 1 -ci mkr ərazisində, ya xidməti otağında, ya da işlədiyi yerdə Nizami ilə rastlaşıb sonuncuya vermişdir. Beləliklə Nizamiyə cəmi 3 dəfə 140 manat vermişdir. 2022-ci ilin aprel ayında isə iş yoldaşları Xavər sonradan Fatma Nizami barəsində müxtəlif dövlət orqanlarına şikayət etməyə başladıqlarından o, heç bir ödəniş etməmişdir. Beləliklə, 2020-ci ilin iyul ayından 2021-ci ilin fevral ayı da daxil olmaqla mart ayınadək o, Nizamiyə 8 dəfə aylıq 50 manat, cəmi 400 manat vermişdir, 2021-ci ilin mart ayından 2021-ci ilin sentyabr ayı daxil olmaqla oktyabr ayınadək 7 dəfə aylıq 75 manat, cəmi 525 manat Nizamiyə vermişdir, 2021-ci ilin oktyabr-dekabr ayları ərzində 4 dəfə 100 manat, cəmi 400 manat Nizamiyə vermişdir, 2022-ci ilin yanvar- mart ayları ərzində 3 dəfə 140 manat, cəmi 420 manat pulu Nizamiyə vermiş, qeyd etdiyi qaydada Nizamiyə verdiyi pul vəsaitlərinin cəmi 1745 manat təşkil etmişdir. 5 nömrəli MKİS-də işlədiyi dövrdə daima işə çıxmaqla öz əmək funksiyalarını mütəmadi yerinə yetirmiş, işdən qalmamışdır. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayında Sumqayıt Məşğulluq Mərkəzinin göndərişi əsasında Zərərçəkmiş şəxs2 MMC tərəfindən sosial işçi kimi işə götürülməklə Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-nə təhkim edilmiş, müqavilə rəsmiləşdirilən gündən işə çıxmışdır. Təxminən ondan 1-2 ay sonra gəlini X6 onun kimi, Sumqayıt Məşğulluq Mərkəzinin göndərişi əsasında Zərərçəkmiş şəxs2 MMC tərəfindən sosial işçi kimi işə götürülməklə təsadüf nəticəsində Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-nə təhkim edilmiş, ilk iş günü tanışlıq üçün gəlini ilə birgə Təqsirləndirilən şəxs qəbuluna getmiş, Nəzilənin gəlini olmasını bildirmiş, Nizami gəlininin yanında ona bir evdən iki nəfər işlədiklərinə görə aylıq özünə 120 manat pul verməli olduğunu bildirmiş, o, etiraz etməyə çalışsa da Nizami pulu verməyəcəyi halda nə ona, nə də gəlininə işləməyə imkan verməyəcəyini bildirdiyindən məcbur qalıb Nizaminin dedikləri ilə razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, gəlini "xxxx" MMC tərəfindən 2 aylıq müqavilə əsasında işə götürüldüyündən 2020-ci ilin dekabr ayının sonlarında gəlininin əmək müqaviləsinə xitam verilmişdir. Gəlini noyabr və dekabr aylarında həmin MKİS-də işləmiş, noyabr ayının maaşını dekabr ayının əvvəlində, dekabr ayının maaşını isə dekabr ayının sonlarında gəlininin kartından çıxarıb həmin puldan 120 manatı 2 dəfə, yəni cəmi 240 manatı Nizaminin tələbi ilə sonuncuya öz otağında təklikdə vermişdir. 2021-ci ilin yanvar ayında gəlini yenidən Sumqayıt Məşğulluq Mərkəzinin göndərişi əsasında Zərərçəkmiş şəxs2 MMC tərəfindən sosial işçi kimi işə götürüldükdən sonra, gəlininin onunla eyni MKİS-də işləməsini istədiyindən özü Təqsirləndirilən şəxs qəbuluna getmiş, sonuncudan gəlini Nazilə İsmayılovanın 5 nömrəli MKlS-ə təhkim edilməsinə köməklik göstərməsini xahiş etmiş, Təqsirləndirilən şəxs da buna görə MKTİBdə kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Orxan adlı şəxsə 200 manat vermək lazım olduğunu, həmin şəxsə 200 manat verərsə gəlininin 5 nömrəli MKlS-ə təhkim edilməsinə nail olacağını bildirmiş, o da məcbur qalıb razılaşmışdır. Bundan bir neçə gün sonra həmin 200 manatı düzəldib yenidən Nizaminin iş otağına getmiş, həmin vaxt Orxanın orada olmasını görmüş, Nizami otaqdan çıxıb dəhlizdə ona “görürsən gəlib oturub 200 manatı ver ki, işini düzəldim” demişdir. Bundan sonra o, Nizamiyə 200 manatı verib oradan getmişdir. Bir neçə gün sonra Nizami ona gəlininin 5 nömrəli MKlS-ə təhkim edilməsini bildirmişdir. Gəlini işə çıxamağa başladıqdan bir neçə gün sonra, yəni yanvar ayının müvafiq günündə yenidən hər ikisini Nizami otağına çağırmış, ona bir evdən ikisi işlədiyindən özünə hər ay 120 manat pul verməli olduqlarını, verməyəcəklər! təqdirdə onlara işləməyə imkan verməməklə, işdən çıxarılmaları üçün tədbir görəcəyini bildirmiş, belə olan halda o da həmin pulu verəcəklərini demişdir. Beləliklə 2021-ci ilin mart-dekabr ayları ərzində 11 dəfə 120 manat pulu hər dəfə əməkhaqqı karta köçürüldükdən bir və ya iki gün sonra kartdan çıxarıb ya xidməti otağında, ya da ərazidə sonuncunu görəndə özünə vermişdir. Bəzi hallarda pulu verəndə gəlini də yanında olmuşdur. Bundan başqa bildirmişdir ki, dekabr ayında iki dəfə, həm noyabr həm də dekabr ayının əməkhaqqı köçürüldüyündən sonuncuya dekabr ayında iki dəfə 120 manat pul vermişdir. Bundan başqa 2022-ci ilin yanvar ayının müvafiq günündə Nizami onu otağına çağırıb yanvar ayından etibarən əməkhaqqının 283 manat olacağını, buna görə 200 manat pul verməli olmasını, verməsə onun və gəlininin işdən çıxarılması üçün tədbir görəcəyini və ya onları ağır işlərə göndərəcəyini bildirdiyindən, o da məcbur qalıb Nizaminin dedikləri ilə razılaşmışdır. Yanvar və fevral ayları ərzində maddi vəziyyəti ağır olduğundan ödəniş edə bilməsə də 2022-ci ilin fevral ayında dəfələrlə Nizami 3 ayın pulunu yəni 600 manatı verməyini tələb etdiyindən mart ayında həm fevral həm də mart ayının maaşını özünün və gəlininin kartından nağdlaşdırdıqdan sonra 600 manat pulu Nizamiyə xidməti otağında vermişdir. 2022-ci ilin aprel ayında isə iş yoldaşları Xavər sonradan Fatma Nizaminin barəsində müxtəlif dövlət orqanlarına şikayət etməyə başladıqlarından, həm də maddi vəziyyətləri çox ağır olduğundan o, heç bir ödəniş etməmişdir. Beləliklə, yuxarıda qeyd etdiyi qaydada Nizamiyə cəmi 2.360 manat pul vermişdir. Heç bir halda həmin pulu Nizami ondan işə çıxmamaq, öz vəzifə funksiyalarını yerinə yetirməmək müqabilində almamış, daima işdən çıxarılamaları üçün tədbir görəcəyi və ağır işlərə göndərəcəyi hədəsi ilə həmin vəsaiti tələb edib almışdır. Bundan başqa bildirmişdir ki, həm özü, həm də gəlini 5 nömrəli MKİS-də işlədikləri bütün müddət ərzində öz vəzifə funksiyalarını layiqincə yerinə yetirmiş, daima işə çıxmış, işdən qalmamışlar. İşlədiyi müddətdə daima əməkhaqqı kartı özündə olmuş, özü və ailə üzvləri tərəfindən kartına köçürülən vəsait kartdan nağdlaşdırılmışdır Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə portret ekspertizasına dair 16 mart 2023-cü il tarixli 3/461 nömrəli rəyin nəticə hissəsindən görünür ki, AJtədqiqata təqdim edilmiş “CD-R" tipli diskin daxilində "xx.xx.2019 Şahid3” adlı qovluqda olan fotoşəkillərdəki şəxsin siluet formasında əks olunması müşahidə edilir. Şəxsin xarici görünüşünün anatomik elementləri (sifət cizgiləri, alnı, qaşları, gözləri, göz qapaqları, qulaq seyvanı, sifətin ümumi konfiqurasiyası, dodaqları, ağzı, burnu, burun-dodaq süzgəci, çənəsi, burun sonluğu, burun əsası, burunüstü hissəsi, yanaqları) əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır B) Tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdə olan “xx.xx.2019 Şahid3” adlı qovluğun daxilindəki fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin tam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Qismən əks olunmuş element və əlamətlərin məcmusu eyniləşdirmə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir. Tədqiqata təqdim edilmiş “CD-R" tipli diskdə olan “xx.xx.2019 X13" adlı qovluğun daxilindəki fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş “CD-R” tipli diskdə olan “Təqsirləndirilən şəxs eksperimental foto və video” adlı qovluğun daxilindəki fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna olunmur. C) tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdə olan “xx.xx.2017 Şahid5” adlı qovluğun daxilindəki fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş, "CD-R" tipli diskdə olan “Təqsirləndirilən şəxs eksperimental foto və video" adlı qovluğun daxilindəki fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. ( cild 5, iş vərəqə 157-175) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasına dair 15 mart 2023-cü il tarixli 4/405-4/412 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim" markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim" markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda bir nəfər kişi və bir nəfər qadın cinsinə məxsus diktor iştirak etmişdir. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim" markalı CD- R diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində K1 kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, Q1 kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki - Şahid6 məxsusdur. 4.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosianal vəziyyətinin ve sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnal kimi montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin olubolmamasını müəyyən etmək mümkün olmadı. ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu aşağıdakı kimidir: Q1-Sonra ...Çıxdı uşağa. Ki-Yox, qulaq as, qulaq as. Q1- Dedin ki, düzəlir sənin kartıvı verirəm K1-Düzdü? Ql-Bəli K1-Sənin kartıvı mən istəsəydim heç zad eləməzdim özüm götürərdim də. Elə döyül? Q1-Yox,verdiz... K1-Yox, qulaq as da gör nə deyirəm. Mən istəseydim məndə xeyli sayda kart varıydı. Bunu sən bilirsəndə. Q1-Bəli K1-0 cümlədən ... da kartı məndə varıydı. Q1-BƏİİ. K1-Düzdü,düz deyil? Q1-Bəli. ... K1-Mən istəsəydim sənin kartını sənə verməzdim. Q1-Əlbət ki. K1-Heç, heç sən də işə gəlməzdin və puluvu bütöv alardım. Düzdü, düz döyül? Q1- Əlbətdə ki, özüm... K1 - Mən amma istəmədim, dedim bunlar mən nəzərdə tutdum ki, elə sən gəlirsən bura bacıvın evi, sənin evin fərqi yoxdu gəlirsən elə nəzərə aldım ki, dedim ... vaxti 50 man verirdim, maaşlar artannan sonra dedim 100 manat, 140-ı da qadı sənin... ( cild 5, iş vərəqə 150-156) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-282/2023 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 16 may 2016-cı il tarixli, 30 nömrəli əmrlə Şahid1 5 nömrəli MKlS-ə “bağban” vəzifəsinə işə qəbul edilmiş, bundan başqa 31 dekabr 2016-cı il tarixli, 87 nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı həmin müqaviləyə xitam verilmiş, 06 yanvar 2017-ci il tarixli 02 nömrəli əmrlə Şahid1 yenidən 5 nömrəli MKlS-ə “bağban” vəzifəsinə işə qəbul edilmiş, 25 dekabr 2017-ci il tarixli 138 nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar Şahid1 əmək müqaviləsinə xitam verilmiş, 04 yanvar 2018-ci il tarixli 01 nömrəli əmrlə sonuncu yenidən 5 nömrəli MKlS-də “bağban” vəzifəsinə işə qəbul edilmiş, 27 dekabr 2018-ci il tarixli, 192 nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar Şahid1 əmək müqaviləsinə xitam verilmiş və 01 fevral 2019-cu il tarixli 22-K nömrəli əmrlə sonuncu 5 nömrəli MKlS-in dalandarı vəzifəsinə işə qəbul edilməklə, hazırkı vaxtadək həmin vəzifədə işləyir. (cild 5, iş vərəqəsi 197-203) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə"xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid1 həmin bankdan verilmiş, 416974******9774, 416974******2108 və 510307******4743 nömrəli plastik əməkhaqqı kartlarının çıxarışlarından görünür ki, 2016-cı ilin iyul ayından 2018-ci ilin yanvar ayına qədər hər ayın müvafiq günündə qeyd edilən karta 121,55 manat, 2018-ci ilin fevral ayından 2019-cu ilin yanvar ayına qədər hər ayın müvafiq günündə qeyd edilən karta 125,45 manat, 06 mart 2019-cu il tarixdə bir dəfə karta 140.7 manat əməkhaqqı köçürülmüş, növbəti dəfədən, yəni xx.xx.2019-cu il tarixdən isə əməkhaqqı artırılmaqla karta 184,15 manat məbləğində pul vəsaiti əməkhaqqı qismində köçürülməyə başlanmış, sonrakı dövrlərdə əməkhaqqı qismində karta ödənilən məbləğ 245,45 manata çatdırılmışdır. 2016-cı ilin iyul ayından 07 mart 2019-cu il tarixə, yəni əməkhaqqı artırılana qədər Şahid1 plastik əməkhaqqı kartlarına 32 dəfə, xx.xx.2019- cu il tarixdən 2022-ci ilin aprel ayına qədər isə sonuncunun plastik əməkhaqqı kartlarına 37 dəfə əməkhaqqı qismində pul vəsaitləri köçürülmüşdür. Bundan başqa Şahid1 plastik əməkhaqqı kartlarının çıxarışları ilə müəyyən edilmişdir ki, 2019-cu ilin noyabr ayından etibarən 2022-ci ilin avqust ayına qədər aylıq əməkhaqqının yarısından çox olmayaraq Şahid1 kredit borcu üzrə əməkhaqqıdan icra tutulmaları olmuşdur. (cild 4, iş vərəqəsi, 121- 142, 248-251) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-282/2023 nömrəli məktuba əlavə edilmiş əmrlərin çıxarışlarından görünür ki, Sumqayıt şəhər İH yanında MKTİB üzrə verilmiş 05 yanvar 2016-cı il tarixli, 04-K nömrəli əmrlə Şahid2 5 nömrəli MKlS-ə “dalandar” vəzifəsinə işə qəbul edilmiş, bundan başqa 31 dekabr 2019-cu il tarixli, 102-K nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı həmin müqaviləyə xitam verilmişdir. (cild 5, iş vərəqəsi, 185-186) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid2 sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu "DOST İş Mərkəzi” MMC ilə bağlanmış 04 iyun 2019-cu il tarixli əmək müqaviləsi əsasında “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsi üzrə işə götürülməklə Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-nə təhkim edilmişdir. (cild 5, iş vərəqəsi, 47-49) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kapital Bank” ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid2 "xxxx" ASC-dən verilmiş, 416974******7128 və 416974******0919 nömrəli plastik əməkhaqqı kartlarının çıxarışlarından görünür ki, həmin plastik əməkhaqqı kartlarına 2016-cı ilin iyun ayından 2022-ci ilin iyun ayına qədər cəmi 72 dəfə əməkhaqqı qismində pul vəsaitləri köçürülmüşdür. (cild 4, iş vərəqəsi, 143-157) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 30 mart 2005-ci il tarixli, 26-K nömrəli əmrin çıxarışından görünür ki, Şahid3 Mülkah qızı həmin tarixdə 5 nömrəli MKİS-ə “dalandar” vəzifəsi üzrə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 104) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid3 Mülkah qızının "xxxx" ASC-dən verilmiş, 416974******4738 nömrəli plastik əməkhaqqı kartının çıxarışından görünür ki, həmin plastik əməkhaqqı kartlarına 2016-ci ilin iyul ayından 08 noyabr 2019-cu il tarixədək əməkhaqqı qismində köçülmüş 6.062,17 (altı min altmış iki manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 7 noyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri, Cəfər Cabbarlı 1 ünvanında yerləşən "xxxx" ASC-nin Sumqayıt filialında quraşdırılmış həmin banka aid bankomatdan nağdlaşdırılılmışdır. (cild İV, i.v. 158-170) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olan diskdə olan müvafiq fayida Şahid3 Mülkah qızına məxsus plastik bank kartından 13 müxtəlif tarixlərdə pul vəsaitlərinin nağdlaşdırılması barədə fotoşəkillər vardır. Həmin fotoşəkillərdən on biri 2022-ci ilə, ikisi isə 2019-cu ilə aiddir. İstintaq zamanı Şahid5 və Şahid3 ifadələrində sonuncunun plastik əməkhaqqı kartının 2016-cı ilin iyun ayından 2019-cu ilin noyabr ayına qədər Təqsirləndirilən şəxs olmasını göstərmişdirlər. Bütün fayllardakı fotoşəkillərə baxış keçirilsə də onlardan yalnız “xx.xx.2019" və “xx.xx.2019” adlı fayllarda olan fotoşəkillərə baxış zamanı pul vəsaitlərinin Təqsirləndirilən şəxs tərəfindən kartdan nağdlaşdırılması müəyyən edilmişdir. Belə ki, “xx.xx.2019” adlı faylda olan fotoşəkillərə baxış zamanı Şahid3 416974******4738 nömrəli plastik əməkhaqqı kartından 184 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən 07 may 2019-cu il tarixdə “Kapital Bank" ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən filialında quraşdırılmış bankomatdan nağdlaşdırılması müəyyən edilmişdir. Bundan başqa “xx.xx.2019” adlı faylda olan fotoşəkillərə baxış zamanı Şahid3 416974******4738 nömrəli plastik əməkhaqqı kartından 178 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən 05 iyun 2019-cu il tarixdə "xxxx" ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən filialında quraşdırılmış bankomatdan nağdlaşdırılması müəyyən edilmişdir. (cild 4, iş vərəqəsi 114- 117) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-103/2023 nömrəli məktuba əlavə edilmiş 5 nömrəli MKİS-in ştat üzrə işçilərinin 2016-cı ilin iyun ayından 2019-cu ilin noyabr ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərindən görünür ki, həmin 41 ədəd tabellərdə Şahid3 mütəmadi olaraq işə çıxması barədə qeydlər edilmişdir. Bundan başqa qeyd edilən tabellərin məzmunundan görünür ki, həmin tabellərdən 40 tabeldə, tabeli tərtib edən qrafasında Həsən-zadə Ülfət Müzəffər qızının, 2016-cı ilin oktyabr ayının tabelində isə Lalə Qarayevanın adı qeyd edilmiş, bəzi aylar üzrə tabellərə Ülfət Həsən-zadə tərəfindən imza da edilmişdir. Bundan başqa 41 tabeldən 2017-ci ilin oktyabr ayının tabelinin həmin vaxt 5 nömrəli MKlS-də mühəndis vəzifəsində işləmiş X1 tərəfindən imzalanması, digər 40 tabelin hər bir halda Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmaqla bütün tabellərin 5 nömrəli MKlS-in dairəvi möhürü ilə təsdiq edilməsi müəyyən edilmişdir. (cild 2, i.v. 207-237, cild 3, i.v. 1-9) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 01 mart 2016-cı il tarixli, 24-K nömrəli əmrin çıxarışından görünür ki, Ülfət Həsənzadə həmin tarixdə 5 nömrəli MKlS-ə “mənzil fondunun istismarı üzrə usta” vəzifəsinə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 117) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 01 avqust 2018-ci il tarixli, 83-K nömrəli əmrin çıxarışından görünür ki, X11 həmin tarixdə 5 nömrəli MKİS-ə "mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 118) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 06 noyabr 2001-ci il tarixli, 141-K nömrəli əmrin çıxarışından görünür ki, X20 həmin tarixdə 5 nömrəli MKİS-ə “mənzil fondunun istismarı üzrə usta” vəzifəsinə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 112) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 08 may 2013-cü il tarixli, 36-K nömrəli əmrin çıxarışından görünür ki, X16 həmin tarixdə 5 nömrəli MKlS-ə “dalandar” vəzifəsinə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 105) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İH yanında MKTİB üzrə verilmiş 21 iyul 2004-cü il tarixli, 90-K nömrəli əmrin çıxarışından görünür ki, Şahid4 həmin tarixdə 5 nömrəli MKİS-ə “dalandar” vəzifəsinə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 106) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-282/2023 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstismarı İdarəsi üzrə verilmiş 14 oktyabr 2014-cü il tarixli, 131-K nömrəli əmrlə həmin tarixdə X14 5 nömrəli MİS-ə “dalandar” vəzifəsinə işə qəbul edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 05 yanvar 2017-ci il tarixli, 1-K nömrəli əmrlə həmin tarixdə sonuncu qeyd edilən vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.(cild 5 iş vərəqəsi 193-194) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid4 "xxxx" ASC-dən verilmiş, 510307******0986 nömrəli plastik əməkhaqqı kartının çıxarışından görünür ki, həmin plastik əməkhaqqı kartına 2016-ci ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək cəmi 6 dəfə əməkhaqqı köçürülmüşdür. (cild 4, iş vərəqəsi 171-186) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-103/2023 nömrəli məktuba əlavə edilmiş 5 nömrəli MKİS-in 2016-cı ilin iyun ayından 2017-ci ilin yanvar ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərindən görünür ki, həmin dövrdə qeyd edilən 7 ədəd tabellərdə Validə Ağayevanın mütəmadi olaraq işə çıxması barədə qeydlər edilmişdir. Bundan başqa qeyd edilən tabellərin məzmunundan görünür ki, həmin tabellərdən 6 tabeldə, tabeli tərtib edən qrafasında Həsən-zadə Ülfət Müzəffər qızının, 2016-cı ilin oktyabr ayının tabelində isə Lalə Qarayevanın adı qeyd edilmiş, bəzi aylar üzrə tabellərə Ülfət Həsən-zadə tərəfindən imza da edilmişdir. Bundan başqa 7 tabelin hər biri Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmaqla bütün tabellərin 5 nömrəli MKİS-in dairəvi möhürü ilə təsdiq edilməsi müəyyən edilmişdir. (cild 2, iş vərəqəsi 207-213) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 21 oktyabr 2010-cu il tarixli, 97-K nömrəli əmrin çıxarışından görünür ki, Şahid5 həmin tarixdə 5 nömrəli MKİS-ə “dalandar” vəzifəsi üzrə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 107) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kapital Bank” ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid5 "xxxx" ASC-dən verilmiş, 510307******7194 nömrəli plastik əməkhaqqı kartının çıxarışından görünür ki, həmin plastik əməkhaqqı kartına 2016-cı ilin sentyabr ayından 09 sentyabr 2017-ci il tarixədək əməkhaqqı qismində köçülmüş 1.701 (bir min yeddi yüz bir) manat məbləğində pul vəsaiti Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 08 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri, Cəfər Cabbarlı 1 ünvanında yerləşən “Kapital Bank" ASC-nin Sumqayıt filialında quraşdırılmış həmin banka aid bankomatdan nağdlaşdırılılmışdır. (cild 1, iş vərəqəsi 187-200) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Kapital Bank” ASC-dən daxil olan diskdə olan müvafiq faylda Şahid5 məxsus plastik bank kartından 21 müxtəlif tarixlərdə pul vəsaitlərinin nağdlaşdırılması barədə fotoşəkillər vardır. Həmin fotoşəkillərdən 18-İ 2022-ci ilə, biri 2021, biri 2020, bir fayl isə 2017-ci ilə aiddir. Şahid5 ifadəsində plastik əməkhaqqı kartının 2016-cı ilin avqust ayından 2017-ci ilin sentyabr ayına qədər Təqsirləndirilən şəxs olmasını göstərmişdir. Bütün fayllardakı fotoşəkillərə baxış keçirilsə də onlardan yalnız “xx.xx.2017” adlı faylda olan fotoşəkillərə baxış zamanı xx.xx.2017-ci il tarixdə Şahid5 510307******7194 nömrəli plastik əməkhaqqı kartından 262 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən filialında quraşdırılmış bankomatdan nağdlaşdırılması müəyyən edilmişdir. (cild 4, iş vərəqəsi 114- 117) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-103/2023 nömrəli məktuba əlavə edilmiş 5 nömrəli ştat işçilərinin MKİS-in 2016-cı ilin avqust ayından 2017-ci ilin sentyabr ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərindən görünür ki, həmin dövrdə 5 nömrəli MKİS-in 13 ədəd iş vaxtının uçotu tabellərində Şahid5 mütəmadi olaraq işə çıxması barədə qeydlər edilmişdir. Bundan başqa qeyd edilən tabellərin məzmunundan görünür ki, həmin tabellərdən 12 tabeldə, tabeli tərtib edən qrafasında Həsən-zadə Ülfət Müzəffər qızının, 2016-cı ilin oktyabr ayının tabelində isə Lalə Qarayevanın adı qeyd edilmiş, bəzi aylar üzrə tabellərə Ülfət Həsən-zadə tərəfindən imza da edilmişdir. Bundan başqa 13 tabel Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmaqla, bütün tabellərin 5 nömrəli MKİS-in dairəvi möhürü ilə təsdiq edilməsi müəyyən edilmişdir. (cild 2, iş vərəqəsi 209-221) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-282/2023 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 06 yanvar 2017-ci il tarixli, 02 nömrəli əmrlə Şahid6 5 nömrəli MKİS-ə “bağban” vəzifəsinə işə qəbul edilmiş, 25 dekabr 2017-ci il tarixli, 138 nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı həmin müqaviləyə xitam verilmiş, 04 yanvar 2018-ci il tarixli 01 nömrəli əmrlə Şahid6 yenidən 5 nömrəli MKİS-ə “bağban” vəzifəsinə işə qəbul edilmiş, 27 dekabr 2018-ci il tarixli 192 nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar Şahid6 əmək müqaviləsinə xitam verilmişdir. (cild 2, iş vərəqəsi 179-182) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid6 sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu ilə “DOST İş Mərkəzi" MMC arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli müqavilə əsasında o, sosial işçi kimi işə götürülərək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli MKlS-nə təhkim edilməklə hazırkı vaxtadək həmin MKlS-də işləyir. (cild 5, iş vərəqəsi 59-61) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid6 "xxxx" ASC-dən verilmiş, 416974******9055, 510307******9171 və 416974******8897 nömrəli plastik əməkhaqqı kartlarının çıxarışlarından görünür ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayına qədər hər ayın müvafiq günündə qeyd edilən karta 121,55 manat, 2018-ci ilin fevral ayından 2019-cu ilin yanvar ayına qədər hər ayın müvafiq günündə qeyd edilən karta 125,45 manat, 04 mart 2019-cu il tarixdə bir dəfə karta 60,99 manat, 06 mart 2019-cu il tarixdə bir dəfə karta 60,19 manat əməkhaqqı köçürülmüş, növbəti dəfədən, yəni xx.xx.2019-cu il tarixdən isə əməkhaqqı artırılmaqla karta 173,70 manat məbləğində pul vəsaiti əməkhaqqı qismində köçürülməyə başlanmışdır. Bundan başqa qeyd edilən plastik bank kartlarının çıxarışlarından görünür ki, Şahid6 5 nömrəli MKlS-də işləməyə başladığı vaxtdan etibarən əməkhaqqı artımla ödənilən tarixə, yəni 19 mart 2019-cu il tarixədək sonuncunun plastik bank kartında 25 dəfə əməkhaqqı qismində pul vəsaitləri köçürülmüşdür. Bundan başqa müəyyən edilmişdir ki, əməkhaqqı artımla ödənilməyə başladıqdan sonra, 19 mart 2019-cu il tarixdən 2022-cİ ilin aprel ayinədək Şahid6 plastik əməkhaqqı kartına əməkhaqqı qismində 37 dəfə pul vəsaitləri köçürülmüşdür. (cild 4, iş vərəqəsi 201-219) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 MMC-dən daxil olan Şahid6 əməkhaqqı cədvəlindən görünür ki, sonuncuya 2019-cu ilin yanvar ayı üçün 61,02 manat, fevral ayı üçün 160,19 manat, martiyul ayları ərzində hər ay 173,70 manat hesablanıb ödənilmişdir. Həmin cədvəldən o da görünür ki, Şahid6 2019-cu ilin mart-avqust aylarında tutulmasız vəzifə maaşı 180 manat, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin yanvar ayınadək tutulmalarsız vəzifə maaşı 250 manat, 2022-ci ilin yanvar ayından isə 2022- ci İlin aprel ayınadək 300 manat olmuşdur. Həmin cədvələ əsasən həmçinin müəyyən edilmişdir ki, 2019-cu ilin avqust ayından 2020ci ilin iyun ayına, habelə 2021-ci ilin may ayından həmin ilin dekabr ayına qədər əməkhaqqının yarısından çox olmamaq şərtilə ilə maaşdan icra tutulmaları olmuşdur. (cild 4, iş vərəqəsi 43) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid6 tərəfindən təqdim edilmiş sonuncununun özü tərəfindən Təqsirləndirilən şəxsla aralarında baş tutmuş görüş zamanı qeydə alınmış səs yazısı olan 01 ədəd “CD” diskə Şahid6 iştirakı ilə baxış keçirilməsi haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqdim edilən diskdə 01 ədəd səs faylı vardır. Səs faylı 52 saniyədən ibarət olmaqla baxış zamanı aşağıdakı məzmunda danışıqlar aparılması müəyyən edilmişdir.-Təqsirləndirilən şəxs: “Qulaq as, qulaq as. Sənin kartıvı heç istəsə idim, zad eləməzdim də deyərdim ki, kartıvı ver. Yox qulas as da mən istəsə idim mən də xeyli kart var da bilirsən. Mən istəsə idim sənin kartıvı sənə verməzdim, heç sən də işə gəlməzdin və puluvu bütöv alardım. Mən amma istəmədim, dedim bunlar, mən nəzərdə tutdum ki, sən gəlirsən bura, bacıvın evi, sənin evin fərqi yoxdu, elə nəzərə aldım ki, qabaq vaxtı 50 manat verirdin, maaşlar artandan sonra dedim 100 manat, 140-da qaldı sənin.” Bundan başqa Şahid6 bildirmişdir ki, həmin danışıq zamanı bir neçə dəfə Təqsirləndirilən şəxs dediklərinə müdaxilə etmək istəsə də sonuncu onun sözünü kəsməklə ona danışmağa imkan verməmişdir. Diskə baxış zamanı qeyd edilənlərdən başqa əhəmiyyət kəsb edən xüsusat müəyyən edilməmişdir. (cild 1, iş vərəqəsi 164-165) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş llhamə Məmmədovanın sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu ilə Zərərçəkmiş şəxs2 MMC arasında bağlanmış 11 iyun 2020-ci il tarixli müqavilə əsasında o, "təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi" vəzifəsi üzrə işə götürülərək Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-nə təhkim edilməklə hazırkı vaxtadək həmin MKlS-də işləyir. (cild 5, iş vərəqəsi 62-63) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid9 sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu ilə "DOST İş Mərkəzi” MMC arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli müqavilə əsasında o, “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsi üzrə işə götürülərək Sumqayıt şəhər İH yanında MKTİB-nin 5 nömrəli MKlS-nə təhkim edilməklə hazırkı vaxtadək həmin MKİS-də işləyir. (cild 5, iş vərəqəsi 76-78) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid8 həmin bankdan verilmiş, 416974******0375 nömrəli plastik əməkhaqqı kartının çıxarışından görünür ki, 2020-ci ilin iyul ayından 04 fevral 2022-ci il tarixədək əməkhaqqı qismində sonuncunun plastik bank kartına 19 dəfə pul vəsaiti köçürülmüşdür ki, 19-cu dəfə köçürülmüş vəsait 2022-ci ilin yanvar ayı üçün ödənilən vəsait olmuşdur. (cild 1, iş vərəqəsi 220-229) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-103/2023 nömrəli məktuba əlavə edilmiş 5 nömrəli MKİS-in sosial işçilərinin 2020-ci ilin iyul ayından 2022-ci ilin may ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərindən görünür ki, həmin 22 ədəd tabellərdə Şahid8 və Şahid9 mütəmadi olaraq işə çıxması barədə qeydlər edilmişdir. Bundan başqa qeyd edilən tabellərin məzmunundan görünür ki, bütün tabellər 5 nömrəli MKİS-in möhürü ilə təsdiq edilmişdir. Tabellərdən ikisi-2021-ci ilin iyul və noyabr aylarının tabelləri həmin MKİS- də mühəndis vəzifəsində işləyən X11 tərəfindən, digər 20 ayın tabelləri hər bir halda Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (cild 3, iş vərəqəsi 11-100) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 01 avqust 2018-ci il tarixli, 83-K nömrəli əmrin çıxarışından görünür ki, X11 həmin tarixdə 5 nömrəli MKlS-ə “mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 118) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə verilmiş 18 fevral 2020-ci il tarixli, 22-K nömrəli əmrin çıxarışından görünür ki, X15 həmin tarixdə 5 nömrəli MKlS-ə "hesabdar” vəzifəsinə işə qəbul edilmişdir. (cild 1, iş vərəqəsi 114) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid7 sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu "xxxx" MMC arasında bağlanmış 23 yanvar 2020-ci il tarixli müqavilə əsasında “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsi üzrə işə götürülərək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli MKlS-nə təhkim edilməklə hazırkı vaxtadək həmin MKlS-də işləyir. (cild 5, iş vərəqəsi 64-66) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid7 həmin bankdan verilmiş, 416974******5998 nömrəli plastik əməkhaqqı kartının çıxarışından görünür ki, 2020-ci ilin fevral ayından 04 fevral 2022-ci il tarixədək sonuncunun əməkhaqqı kartına 25 dəfə əməkhaqqı qismində pul vəsaitləri köçürülmüşdür. (cild 4, iş vərəqəsi 230-235) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid13 sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu Zərərçəkmiş şəxs2 MMC arasında bağlanmış 22 aprel 2020-ci il tarixli müqavilə əsasında “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsi üzrə işə götürülərək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli MKlS-nə təhkim edilməklə hazırkı vaxtadək həmin MKİS-də işləyir. (cild 5, iş vərəqəsi 67-69) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid13 həmin bankdan verilmiş, 416974******7064 nömrəli plastik əməkhaqqı kartının çıxarışından görünür ki, 2020-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə sonuncunun əməkhaqqı kartına 24 dəfə əməkhaqqı qismində pul vəsaitləri köçürülmüşdür. (cild 4, iş vərəqəsi 236-243) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid12 sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu Zərərçəkmiş şəxs2 MMC arasında bağlanmış 11 iyun 2020-ci il tarixli müqavilə əsasında “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsi üzrə işə götürülərək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli MKlS-nə təhkim edilməklə hazırkı vaxtadək həmin MKİS-də işləyir. (cild 1, iş vərəqəsi 70-72) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kapital Bank” ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd diskə, beləliklə "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd diskə əlaqəli şəkildə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokola əlavə edilmiş Şahid12 "xxxx" ASC-dən verilmiş, 416974******5402 nömrəli plastik əməkhaqqı kartının çıxarışından görünür ki, ilk dəfə həmin karta 2020-ci ilin iyul ayında deyil avqust ayında əməkhaqqı köçürülməyə başlanılmış, 2021-ci ilin mart ayınadək karta cəmi 7 dəfə əməkhaqqı qismində aylıq 241,25 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Bundan başqa 2021-ci ilin mart-sentyabr ayları ərzində karta 7 dəfə, 2021-ci ilin oktyabr-dekabr ayları ərzində karta 4 dəfə əməkhaqqı köçürülmüşdür. Bundan başqa 2022-ci ilin yanvar ayında əməkhaqqı artırılaraq 283,5 manat olmaqla həmin ilin aprel ayınadək cəmi 3 dəfə əməkhaqqı kartına köçürülmüş, beləliklə Tahirə Quliyevə işə başladığı vaxtdan etibarən 2022-ci ilin aprel ayınadək əməkhaqqı kartına cəmi 22 dəfə əməkhaqqı köçürülmüşdür. (cild 4, iş vərəqəsi 243-247) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid11 sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu "DOST İş Mərkəzi” MMC arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli müqavilə əsasında “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsi üzrə işə götürülərək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli MKlS-nə təhkim edilməklə hazırkı vaxtadək həmin MKlS-də işləyir. (cild 1, iş vərəqəsi 73-75) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Nazilə İsmayılovanın sosial arayışı və digər sənədlərdən görünür ki, sonuncu Zərərçəkmiş şəxs2 MMC arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli müqavilə əsasında "təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsi üzrə işə götürülərək Sumqayıt şəhər İH yanında MKTİN-nin 5 nömrəli MKlS-nə təhkim edilməklə 28 dekabr 2020-ci il tarixədək həmin MKlS-də işləmiş, sonuncu tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa Nazilə İsmayılova DOST İş Mərkəzi” MMC arasında bağlanmış 10 fevral 2021-ci il tarixli müqavilə əsasında “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsi üzrə işə götürülərək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli MKlS-nə təhkim edilməklə 13 iyun 2022-ci il tarixədək həmin MKlS-də işləmiş, sonuncu tarixdə əmək müqaviləsinə xitam verilmişdir. (cild 1, iş vərəqəsi 85-88) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi tərəfindən təsdiq edilmiş “Sumqayıt şəhər İH yanında MKTİB-nin Mənzil-Kommunal İstismar Sahəsi rəisinin vəzifə təlimatı”ndan görünür ki, 5 nömrəli MKlS-in rəisi kimi Təqsirləndirilən şəxs xidmət etdiyi ərazidə yaşayış binalarının qorunub saxlanmasına, onlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, sahənin idarəçiliyində ümumi rəhbərliyi həyata keçirmək, xidmət etdiyi ərazidə əsaslı və cari təmirə ehtiyacı olan obyektləri müəyyənləşdirib, onların təmir edilməsi üçün tədbirlər görmək, tabeliyində olan fəhlə və qulluqçuların səlahiyyət dairəsini təyin etmək, onların vəzifələrini yerinə yetirmələrinə şərait yaratmaq, ərazidə yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət etmək, vətəndaşların ərizə və şikayətlərinə vaxtında, düzgün baxılmasını təmin etmək, vətəndaşlara lazım olan hüquqi sənədlərin hazırlanıb verilməsinə sərəncam vermək, xidmət etdiyi ərazinin təmiz saxlanmasını, məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinə nəzarət etmək, tabeliyində olan qrup və bölmələrin qarşılıqlı, effektli işləmələrini təmin etmək, işləyən kadrların ixtisaslarını, peşəustalıqlarının artırılmasının qayğısına qalmaq, ştat intizamına riayət edilməsinə nəzarət etmək, mühasibat hesablarının vaxtında verilməsini təmin etmək, tabeliyində olan işçilərin maddi rifah halının yaxşılaşdırılmasının qayğısına qalmaq, tabeliyində olan işçilərin vəzifə borclarını layiqincə yerinə yetirilməsini tələb etmək, iş funksiyasını yerinə yetirməyən işçilərin haqqında onların işdən azad olunmalarına qədər intizam tənbehi verilməsini tələb etmək, əməkdə fərqlənənlərə mükafat verilməsi barədə vəsatət qaldırmaq, xidmət etdiyi ərazini ustaların, dalandarların arasında konkret ərazilərə bölmək, tabeliyində olan işçilərin iş planlarının tərtib olunmasını tələb etmək, onların iş planlarını təsdiq etmək kimi vəzifə funksiyaları olmuşdur. (cild 1, iş vərəqəsi 122-124) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 MMC-dən daxil olan xx.xx.2023- cü il tarixli, 3-17-7/2-10830/2023 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti, İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi (İcraçı) və DOST İŞ Mərkəzi MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”-dən görünür ki, həmin sazişin 4.4-cü bəndindən görünür ki, işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab edilməsinə baxmayaraq, onların əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. X23 adlı birinci maddəsində “lcraçı"ya verilən anlayışdan görünür ki, icraçı dedikdə Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən olunan, ictimai işləri birbaşa icra edən və işçilərə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan tədbirləri təmin edən dövlət orqanı və təşkilatı, hüquqi və fiziki şəxslər nəzərdə tutulur. (cild 4, iş vərəqəsi 104-111) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin 06 iyun 2016-cı il tarixli 49-K nömrəli əmrinin çıxarışından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. (cild 1, iş vərəqəsi 120) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 296 nömrəli məktuba əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin 09 iyun 2022-ci il tarixli 77-K nömrəli əmrinin çıxarışından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsindən azad edilmişdir. (cild 1, iş vərəqəsi 121) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, o, əvvəllər məhkum edilməmişdir. (cild 1, iş vərəqəsi 76-77) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron RİH-in Masazır KİƏD üzrə nümayəndəliyindən daxil olan A/1652 nömrəli, 27 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır kəndi ərazisində qeydiyyatdadır. Onun ailəsi özü ilə arvadı X7 ibarətdir. Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. (cild 6, i.v. 196, 197) Cinayət işi materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş Şahid11, Şahid5, Şahid4, Şahid3, Şahid13, Şahid2, Şahid8,Şahid12, Şahid1 Şahid6 ərizələrindən görünür Təqsirləndirilən şəxs ilə barışmışlar, ona tərəfindən dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün heç bir şikayət, iddia və tələbləri yoxdur. Cinayət işi üzrə qəbul edilmiş xx.xx.2023-ci il tarixli qərara əsasən, "xxxx" ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/2-5527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/26074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disi, "xxxx" ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd disklər, bundan başqa Şahid6 tərəfindən təqdim edilmiş sonuncununun özü tərəfindən Təqsirləndirilən şəxsla aralarında baş tutmuş görüş zamanı qeydə alınmış səs yazısı olan 01 ədəd disk, bundan başqa Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-103/2023 nömrəli məktuba əlavə edilmiş 5 nömrəli MKlS-in ştat üzrə işçilərinin 2016-cı ilin iyun ayından 2019-cu ilin noyabr ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərinin əsilləri, həmin məktubla təqdim edilmiş 5 nömrəli MKlS-in sosial işçilərinin 2020-ci ilin iyul ayından 2022ci ilin may ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərinin əsilləri maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 6, iş vərəqəsi 1-84) Məhkəmədə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qeyd olunan cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4, və 313-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 308.1 və 32.4,312.1-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid tamah niyyəti ilə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş və vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 32.4, 312.1-ci maddələri ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 32.4,312.1-ci maddələri ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddələr ilə aparılan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4, və 313-cü maddələri ilə maddələri ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4, və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər kateqoriyasına aid edilirlər. CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına, CM-nin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ağır cinayətlər kateqoriyasına, CM-nin 313-cü maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Bundan başqa, zərərçəkmiş şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş arayışlardan görünür ki, təqsirləndirilən şəxs Birliyə dəymiş 7763,17 manat ziyanı tam olaraq ödəmiş, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir tələb yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi Kapital Bank ASC xx.xx.2024-cü il tarixli 7313 nömrəli ödəniş qəbzindən görünür ki, ona verilmiş ittihama münasibətdə cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi məbləğində, 1941 manat pul dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələr ilə cinayət məsuliyyətindən azad olunmaqla onun barəsində həmin maddələr ilə cinayət təqibinə xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, həmin maddə ilə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs vəzifə saxtakarlığı cinayətini sonuncu dəfə 2022-ci ilin may ayında törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Qanunla müəyyən edilmiş qaydada, təqsirləndirilən şəxsə qeyd olunan cinayətlər üzrə azadlıqdan məhrumetmə növündə əsas cəza, həmçinin əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələrinin sanksiyalarında əlavə cəza nəzərdə tutulmasa da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, onun təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X21rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X36 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X34rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışması, ona dəymiş ziyanı tam olaraq ödəməsi, 70 yaşında ahıl olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs 70 yaşlı ahıl şəxs olması, onun barəsində şikayət etmiş bütün şəxslərlə barışmasını, verilmiş ittihamda cinayət nəticəsində şikayət vermiş şəxslərdən aldığı bütün pulları geri qaytarması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək eyni tarixli qərarla barəsində Binəqdəi rayon məhkəməsinin qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı dövründə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə 03 iyun 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Kapital Bank” ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/2-5527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disl, "xxxx" ASCdən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd disklər, bundan başqa Şahid6 tərəfindən təqdim edilmiş sonuncununun özü tərəfindən Təqsirləndirilən şəxsla aralarında baş tutmuş görüş zamanı qeydə alınmış səs yazısı olan 01 ədəd disk, bundan başqa Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-103/2023 nömrəli məktuba əlavə edilmiş 5 nömrəli MKİS-in ştat üzrə işçilərinin 2016-cı ilin iyun ayından 2019-cu ilin noyabr ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərinin əsilləri, həmin məktubla təqdim edilmiş 5 nömrəli MKİS-in sosial işçilərinin 2020-ci ilin iyul ayından 2022-ci ilin may ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərinin əsilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4, və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 32.4, 312.1-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə həmin Məcəllənin 73.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Kapital Bank” ASC-dən daxil olmuş, 30 noyabr 2022-ci il tarixli, 157000/25527 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, 28 dekabr 2022-ci il tarixli, 157000/2-6074 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk, 23 yanvar 2023-cü il tarixli, 2023/20300/264 nömrəli məktuba əlavə edilmiş 02 ədəd disk, "Kapital Bank” ASC-dən ayrı-ayrı vaxtlarda daxil olmuş cəmi 05 ədəd disklər, bundan başqa Şahid6 tərəfindən təqdim edilmiş sonuncununun özü tərəfindən Təqsirləndirilən şəxsla aralarında baş tutmuş görüş zamanı qeydə alınmış səs yazısı olan 01 ədəd disk, bundan başqa Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-6-7/2-103/2023 nömrəli məktuba əlavə edilmiş 5 nömrəli MKlS-in ştat üzrə işçilərinin 2016-cı ilin iyun ayından 2019-cu ilin noyabr ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərinin əsilləri, həmin məktubla təqdim edilmiş 5 nömrəli MKlS-in sosial işçilərinin 2020-ci ilin iyul ayından 2022-ci ilin may ayına qədər olan dövrə aid iş vaxtının uçotu tabellərinin əsilləri cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 378 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-156/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-156/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver