Məhkəmə qərarları › İş №1(124)-156/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-156/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-156/2025 24.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhər 37 saylı Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağstafa rayonu, Xətai kəndi anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olan və Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs internet sosial şəbəkəsinin “İnstaqram” səhifəsində tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, «Aydın» adlı İran İslam Respublikası vətəndaşı ilə qabacadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, “Aydın” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə xx.xx.2024-cü il tarixdə “Whatsap” sosial şəbəkəsi ilə əlaqə saxlayaraq, 5000 manat pul müqabilində ona göndəriləcək xüsusilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni ona verərək tapşırıq əsasında ayrı-ayrı hissələrə bölüb və müxtəlif ünvanlarda gizlətməsi barədə razılığa gəlmiş, bu məqsədlə həmin tarixdə “Aydın” adlı şəxsin bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu ərazisinə qoyduğu xüsusilə külli miqdarda 2841,416 qram çəkidə narkotik vasitə heroini və xüsusilə külli miqdarda 2014,456 qram çəkidə psixotrop maddə metamfetamini götürüb əldə edərək yaşadığı Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evə daşıyıb hissələrə ayıraraq 26,416 qram çəkidə narkotik vasitə heroini və 29,456 qram çəkidə psixotrop maddə metamfetamini əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində, 04 ədəd sellofan bağlamada ayrıayrılıqda 840 qram, 875 qram, 880 qram və 220 qram olmaqla ümumi 2815 qram çəkidə narkotik vasitə heroini və 02 ədəd sellofan bağlamada ayrı-ayrılıqda 985 qram və 1000 qram olmaqla ümumilikdə 1985 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı evin qonaq otağında saxlamış. 06 aprel 2024-cü il tarixdə, saat 14:35 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, M.Əsədov küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və orada həmin gün saat 16:10-dan 16:20-yə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə 26,416 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə 29,456 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 17:45-dən 18:01-ə kimi onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evə keçirilən baxış zamanı evin qonaq otağından 04 ədəd sellofan bağlamada ayrı-ayrılıqda çəkiləri 840 qram, 875 qram, 880 qram və 220 qram olmaqla ümumi 2815 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd sellofan bağlamada ayrı-ayrılıqda 985 qram, 1000 qram olmaqla, ümumilikdə 1985 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, dördüncü ayın altısı evdən çıxmışdır. Həmin vaxt çörək almağa gedirmiş. O çörək almağa gedəndə qapının girişində Baş İdarənin əməkdaşları onu içəriyə salmışlar. Həmin əməkdaşların içərisində İbrahim adlı şəxsi tanıyırmış. Başqa şəxsləri tanımırmış. Həyətdə olarkən ona hədə-qorxu gəlmişlər. İbrahim adlı şəxsin onlarda videosu olmuşdur. Yoldaşıyla onun arasında pul haqq-hesabı olan videosu olmuşdur. Videoçəkilişi istəmişlər. Onu saxladıqlarından bir müddət əvvəl onu döyməkləri ilə əlaqədar şikayət etmişdir. Yoldaşını tutanda onu da aparmışlar və onu döymüşlər. Həmin vaxt hamilə olmuşdur. Uşağı itirmişdir. Onun evindən telefonları da götürmüşlər. Şahid2 onun övladının yanında qalmışdır. Onu idarəyə aparmışlar. Telefonunu da “uçuş rejiminə” qoymuşlar. İdarədə olarkən ona “elə etmə ki, səni keçən dəfəkindən də pis günə qoyaq” demişlər. Keçən dəfə onu döydüklərinə görə hər yerə şikayət etmişdir. Həmin şikayətinə baxan olmamışdır. Ekspertizadan da keçmiş, amma şikayətinə baxan olmamışdır. Övladına görə polis əməkdaşları ona nə demişsə onlarla razılaşmışdır. Çəkilişdə də narkotik vasitələrin ona aid olduğunu demişdir. Çəkilişdən sonra da Şahid2 övladının yanında qalmışdır. Günorta saat 12:00-13:00 arası olmuşdur. 6 aprel tarixdə saxlanılmışdır. O saxlanılanda saat on iki-bir arası olmuşdur. Günorta saatları olmuşdur. 2019-cu ildə ailə həyatı qurmuşdur. Yoldaşı onun ikinci evliliyidir. Qeyri-rəsmi nikah münasibətindədirlər. Həmin şəxslə birgə nikahdan övladı yoxdur. O, narkotik vasitələrin heç bir növündən istifadə etməmişdir. İttiham aktında yazılan ünvan düzgündür. Həyət evində yaşayırmış. Yaşadığı mənzilin ayrı qapısı vardır. Övladının həmin vaxt doqquz yaşı olmuşdur. Həmin gün çörək almağa gedirmiş. Birinci onu saxladıqdan sonra həyətə salmış və ona hədə gəlmişlər. Daha sonra evdən telefonunu götürmüşlər. Eyni zamanda şəxsiyyət vəsiqəsini götürmüşlər. İki telefon olmuşdur. Birini övladı istifadə edirmiş. Övladının istifadə etdiyi telefonun kodunu ancaq övladı bilirmiş. Kodunu o bilməmişdir. O, polis əməkdaşlarına telefonun kodunu bilmədiyini demişdir. Yəqin ki, telefonda olan mesajlara baxmışlar. Həmin telefonun içərisindəkiləri daha ona göstərməmişlər. Onun heç bir yazışması yoxdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir yazışma aparılmamışdır. Kimsənin ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazdığını görməmişdir. Telefonun sensor hissəsinə onun barmaq izini də yoxlamışlar. Amma telefona baxa bilməmişlər. Daha sonra isə baxıb baxmadıqlarını bilməmişdir. Aydın adlı şəxsi tanımır. O, qorxusundan imza çəkmişdir. Onların dedikləri ilə razılaşmış və çəkilişdən əvvəl onların hər dediklərini demişdir. Daha sonra müstəntiq onun yanına gələrək “imza çək” demişdir. “İmza çək və get” deməyinə baxmayaraq ona inanmamış və imza çəkməmişdir. Əvvəllər onun 181-ci maddə ilə məhkumluğu olmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar onun əvvəllər məhkumluğu olmamışdır. Onu saxlayan şəxslərin ümumi sayı 4-5 nəfər olmuşdur. O, həmin şəxslərin içərisində Şahid2 tanıyır. Onu saxladıqları zaman üzərində və evində narkotik vasitənin olub-olmamasını soruşmamışlar. O işlə məşğul olmamışdır. Onu saxladıqdan sonra mənzilə girib baxmışlar. Şahid2 onun övladının yanında qalmışdır. Onun evində heç bir şey olmamışdır. Telefonunu, şəxsiyyət vəsiqəsini götürmüşlər. Eyni zamanda evdən 6500 manat pulunu götürmüşlər. Şahid2 götürmüşdür. Həmin pul şkafın içərisində olmuşdur. Qardaşının avtomobilinin pulu olmuşdur. Onun əşyalarını götürdüklərində hər hansı bir protokol tərtib etməmişlər. Telefonunu uçuş rejiminə qoymuş və onu idarəyə aparmışlar. İdarədə olarkən bir nəfər xanımı çağırmışlar. Xanım heç onu yoxlamamışdır. Çəkilişdən əvvəl ona hədə gəlmişlər. Videogörüntüdə əynindəki gödəkçənin cibindən şəxsiyyət vəsiqəsini və iki ədəd bükümü çıxardıb təhvil vermişdir. Özlərinin dedikləri kimi olmuşdur. Üzərinə şəxsi axtarış aparılan zaman videoçəkiliş olmuşdur. Çəkiliş zamanı Şahid2 orada olmamışdır. Övladının yanında qalmışdır. Videoçəkiliş zamanı isə guya çəkilişin Şahid2 tərəfindən aparıldığını deyirlər. O, videonu kimin çəkdiyini bilməmişdir. Həmin şəxs mülki geyimdə olmuşdur. Sənədləri özünün vəkili olduğuna görə imzalamamışdır. Müstəntiqin də onlarla əlbir olduğunu düşündüyü üçün sənədləri imzalamamışdır. Müstəntiqin yanında ona hədə gəlirmişlər. Guya ki, çəkiliş zamanı Şahid2 onu ifşa etmişdir. Hər hansı çəkilişdə onlar üzləşdirilməmişlər. Onlarla arasında üzləşdirilmə olmamışdır. O, həmin vaxt MSY-də olmuşdur. O, təkcə izahatında etiraf etmişdir. Başqa ifadələrdə o, etiraf etməmişdir. O, polis əməkdaşlarından şikayət etmişdir və eyni zamanda Şahid2 onda diski vardır. Yoldaşıyla arasında pul məsələsi olması ilə bağlı videogörüntü vardır. Yoldaşının işində Şahid2 olmadığına görə həmin diski məhkəməyə təqdim etməmişdir. Diski Şahid2 vermədiyinə görə onun üzərinə narkotik qoymuşlar. Ona hədə gələndən sonra yenə də diski verməmişdir. O, mənzilinə bu qədər narkotik qoyulacağını fikirləşməmişdir. Videoçəkilişdə dedikləri kimi narkotiki cibindən çıxardıb təqdim etmişdir. Ondan bir neçə saat sonra onu evə gətirmişlər. Evə narkotikləri düzmüşlər. Övladının gözünün qarşısında narkotiki düzmüşlər. O, indiyə qədər onlardan çox şikayət etmişdir. Amma onun şikayətlərinə baxmamışlar. İş Baş İdarədən çıxdığına görə artıq kimsə ona təzyiq etməmişdir. Həmin an onun qarşısına yüz kiloqram da narkotik qoysaymışlar, yenə də onlarla razılaşarmış. 6 aprel tarixdə izahat vermişdir. 7 aprel tarixdə ona təzyiq olmadığına görə ifadə verməkdən imtina etmişdir. Hədə gəlmələrinə baxmayaraq ifadəyə imza çəkmədiyinə görə ifadədən imtina kimi qiymətləndirilmişdir. O saxlandığı günü Şahid2 ondan videonu istəmişdir. Videonu onlara verdikdən sonra gedib-getməyəcəklərini bilməmişdir. Çəkilən video onun yaşadığı mənzildə olmamışdır. Şahid2 ondan videonu istəyəndə onda videonun olmadığını demişdir. Daha sonra da bu məsələ ilə bağlı dəfələrlə şikayət etmişdir. İstintaq Təcridxanasında olarkən də video barədə yazmışdır. Sanksiya məhkəməsində olarkən qorxusundan elə bir izahat verdiyini demişdir. Ona fiziki xəsarət olmamışdır. Ona “səni keçən dəfəkindən pis günə qoyarıq” deyə hədə-qorxu gəlirmişlər. Çəkilişdən mənzilin qapısının açıq olduğu görünür. Övladını da ayrı bir otağa salmışlar. Yanında da bir nəfər dayanmışdır. Onun yoldaşı tutulan zamana aid videogörüntüdür. Yoldaşının işində yoldaşı özü videogörünütünü çıxarmağını istəməmişdir. 2019-cu ildən ailə qurmuşdur. 2019-cü ilə qədər anasıyla Ağstafa rayonunda yaşamışdır. Onun yoldaşı tutulandan sonra narkotik istifadə etməsini bilmişdir. Həbs qətimkan təbdiri zamanı narkotiklərin ona məxsus olmaması ilə bağlı cavab vermiş, amma protokolda öz əksini tapmamışdır. Telefonun şifrəsini baş idarəyə vermişdir. Övladının telefonu onunla birlikdə Baş İdarəyə getmiş, amma geri qayıtmasını bilməmişdir. Övladının telefonunda iki nömrə olmuşdur. ***-**-** nömrəsini övladı istifadə edirmiş. Digər nömrəni isə özü istifadə edirmiş. Övladının indiki telefonu Oppo markalı telefondur. Həmin ərəfədə isə Redmi markalı mobil telefondan istifadə edirmiş. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində vermiş olduğu izahatında göstərmişdir ki, 06 aprel 2024-cü il tarixdə saat 14:35 radələrində yaşadığı Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən evindən çıxıb piyada hərəkət edərkən ikir nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşmış və özlərini təddik edərək narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının olduğunu, üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmaması barədə soruşulduqda o, etiraf edib üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığı üçün BNMİnə dəvət edilmiş, o, buna etiraz etməmiş və BNMİ-nə gətirilmişdir. Baş İdarənin inzibati binasında xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı Anar Aslanov tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, sonra onun üzərində şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. O, üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı o, üstündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi sellofan bükümlərin içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş, sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 42 manat pul və yaşadığı evin açarı aşkar edilmişdir. Daha sonra onun təqdim etdiyi 02 ədəd sellofan büküm açıldıqda birinci sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə və ikinci sellofan bükümün içərisindən isə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Onun üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılıb möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Onun üstündən aşkar edilmiş 01 ədəd mənzil açarı və 42 manat pul özünə qaytarılmış, aşkar edilmiş “Samsung” və “Redmi” markalı mobil telefonlar və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddənin və psixotrop maddə metamfetaminə oxşar maddənin özünə məxsus olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı olan “Aydın” adlı şəxs tərəfindən ona göndərildiyini, narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkilini və konumunu “Aydın” adlı şəxsə göndərməsi müqabilində həmin şəxsin ona 5.000 manat pul verəcəyini, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrdən başqa hazırda Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən yaşadığı evdə əlavə olaraq narkotik maddələr və psixotrop maddələr gizlədib saxladığını bildirib, həmin ünvana gedəcəkləri təqdirdə həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onun yaşadığı ünvana baxış keçirilməsi məqsədi ilə 06 aprel 2024-cü il tarixdə saat 17:45 radələrində onun yaşadığı evinin qarşısına gəlmiş, onun yaşadığı ünvana özünün icazəsi və razılıq ərizəsi əsasında videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış prosesinin keçirilməsi onun özünün və müdafiəçisinin iştirakı ilə aparılmış, baxış zamanı ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və maddə vardırsa özü təqdim etsin. Bu təklifdən sonra o. yaşadığı evin qonaq otağında stolun üzərində olan 02 ədəd qara rəngli sellofan torbalarda olan ümumilikdə 06 ədəd sellofan bağlamanı götürüb təqdim edərək, həmin sellofan bağlamaların içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin və “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra X14 tərəfindən onun tərəfindən təqdim edilmiş sellofan bağlamalara iştirakçıların şahidliyi ilə baxış keçirilən zaman 04 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə heroinə oxşar maddələr və 02 ədəd şəffaf sellofan bağlamanın içərisindən isə psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Baxış zamanı onun yaşadığı evin qonaq otağında stolun üzərindən 02 ədəd elektron tərəzi aşkar olunub götürülmüş, onun təqdim etdiyi həmin maddələr təhqiqatçı tərəfindən tərəzidə çəkilmiş, heroinin çəkisinin 3 kiloqram 250 qram və metamfetaminin çəkisinin 2 kiloqram 50 qram olduğu müəyyən edilmiş, həmin vasitələr 01 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş, üzərində qeydiyyat aparılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr ona məxsus deyil. İstintaqa əvvəl ifadə verməməsinə səbəb ona qaprşı polis əməkdaşları tərəfinndən qanunsuz hərəkətlərin olması və ona aidiyyatı olmayan narkotik vasitə və psixotrop maddələrin guya onun üzərindən və yaşadığı evdən aşkar edilməsi barədə saxta sənədləşmə aparıldığı barədə ifadə verməmiş və digər prosessual sənədləri imzalamamışdır. Belə ki, 06 aprel 2024-cü il tarixdə günorta radələrində yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşlən evindən çıxıb mağazaya gedən zaman çöldə evin qapısının yanında dayanan 3-4 nəfər mülki geyimdə olan şəxs onu saxlamış və yaşadığı evin həyətinə girmişlər. Həmin şəxslər özlərini Baş Narkotiklərlə mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş, həmin şəxslərdən əməliyyat müvəkkili Şahid2 tanımış, belə ki, bir il əvvəl həyat yoldaşı Ramin Əhmədov həbs olunmuş və həmin vaxtdan da Şahid2 tanımışdır. Həyat yoldaşı tutulan zaman polis BNMİ-nin əməkdaşları onu idarəyə aparıb orada döymüş, həmin vaxtı hamilə olduğundan hamiləliyi pozulmuş, həmin faktla bağlı araşdırma aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona həyat yoldaşı ilə bağh etdiyi şikayətləri dayandırmağı, əks təqdirdə onu da narkotik vasitə ilə sənədləşdirib həbs edəcəklərini bildirmiş, o, isə heç kimin özbaşına olmadığını, onun narkotik vasitə istifadəçisi olmadığını və onun satışı ilə məşğul olmadığını bildirmişdir. Polis əməkdaşları onun bu sözündən sonra ona qarşı acıqlı düşmüş və evin içinə daxil olub mobil telefonunu və şəxsiyyət vəsiqəsini götürmüş, həmin vaxtı 9 yaşlı oğlu Tunar evdə yatdığı üçün onu oyatmamışlar. Polis əməkdaşı Şahid2 onun evində uşağının yanında qalmış, o, BNMİ-nə gətirilib onunla söhbətlər aparılmış, ona narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilmiş və narkotik vasitələri təqdim etməsi bildirilmiş, o, yalvarıb onda narkotik vasitə olmadığını bildirmiş, lakin polis əməkdaşları onunla kobud davranaraq narkotik vasitələri təqdim etməsi bildirilmişdir. Sonra ona övladı ilə bağlı hədə qorxu gəlib həyat yoldaşı tutularkən döyüldüyü vəziyyətdən ağır vəziyyə salacaqları ilə hədələnmiş və bu hərəkətləri övladının gözü qarşısında edəcəkləri bildirilmişdir. Belə olan halda o, psixoloji təsir altına düşmüş, polis əməkdaşları onu narkotik vasitə ilə sənrədləşdirəcəklərini bildirdikləri üçün o, razılaşmışdır. O, övladma qarşı həssas olduğu üçün qorxub polislərin iradəsinin əksinə heç nə edə bilməmiş, bundan sonra onun barəsində sənədləşmə aparılmış, polis əməkdaşları tərəfindən onun gödəkçəsinin cibinə sonradan adlarını bildiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyulmuş, o. videoçəkiliş zamanı həmin narkotik vasitəni və psixotrop maddəni təqdim edib həmin vasitələrin ona məxsus olduğunu bildirmişdir. Çəkiliş başa çatdıqdan sonra polis əməkdaşları onu yaşadığı evə gətirmiş və qonaq otağının üzərində selofon bükümlərdə narkotik vasitə və psixotrop maddə, həmçinin iki ədəd eletron tərəzi qoyub çəkiliş aparmışlar. O, polis əməkdaşlarının təzyiqlərindən qorxub evinə qoyulmuş narkotik vasitə və psixotrop maddənin, həmçinin eletron tərəzinin ona məxsus olduğunu bildirmiş, sonradan dolabdan onun mobil telefonları və sənədi götürülmüşdür. Əgər onun evində narkotik vasitə və psixotrop maddə olmuşdursa, polis əməkdaşları onun evinə daxil olarkən həmin vasitələri götürə bilərdilər. Evdə çəkiliş aparılan zaman oğlu Tunar evdə yatmış olmuş, çəkiliş zamanı bir nəfər polis əməkdaşı uşağın yanında qalmışdır. Bundan sonra oğlu yuxudan oyanmış və onunla birlikdə BNMİ-nə gətirilmiş, bir saatdan artıq onun yanında qalmış, sonra onun barəsində cinayət işi başlanraraq tutulmuşdur. Göstərmişdir ki, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə, həmçinin elektron tərəzilər ona məxsus deyil, həmin vasitələri polis əməkdaşları tərəfindən üzərinə və evinə qoyulmuş, həmin vaxtı polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qaldığı üçün həmin narkotik vasitə və psixotrop maddənin, elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışında qanuni nümayəndə və psixoloqun iştitakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış şahid X3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, bura gəlməmişdən əvvəl anası ona hara gedəcəklərini demişdir. Anası ona “nə bilirsən danış” demişdir. Anası ona “bu məsələni de, o biri məsələni demə” deyə bir təlimat verməmişdir. O, həmin gün yatmış və anasının ağlamasına oyanmışdır. Oyananda evdə dörd və ya beş nəfər polis əməkdaşlarını görmüşdür. Polislərin əlində anasının şəxsiyyət vəsiqəsi və telefonları olmuşdur. Həmçinin də onun telefonu polislərin əlində olmuşdur. O, “Oppo” markalı mobil telefondan istifadə edirmiş. Polis əməkdaşları mənzilin hər bir yerini axtarmışlar. O, polis əməkdaşlarının nə axtardıqlarını bilməmişdir. Sonradan onun anasını aparmışlar. Bir nəfər polis əməkdaşı isə onunla birgə evdə qalmışdır. Onun anasını apardıqlarında o onların polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşları ona qarşı heç bir kobudluq etməmişlər. Polisdə verdiyi ifadəni təsdiq edir. Mənzildən heç bir şey tapmamışlar. Mənzildə nə axtardıqlarını bilməmişdir. Anasının şəxsiyyət vəsiqəsi ilə telefonları aparmışlar. Anasının üstünə qışqırırmışlar. Səsləri eşidirmiş, amma başa düşmürmüş. Polislər formada deyilmişlər. Polis əməkdaşlarını ayrı bir yerdə görməmişdir. Bir ya da iki saat sonra anasını gətirmişlər. Polis əməkdaşları onun evdə tək qalmağına icazə verməmişlər. Polis əməkdaşı ilə evdə qalmışdır. Həmin müddət ərzində kimsə evə gəlməmişdir. Polis bölməsində üç və ya dörd saat qalmışdır. Daha sonra xalasıgilə getmişdir. Mənzilə baxmaq üçün üç və ya dörd polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları gələndə evdə anasıyla olmuşdur. Polis əməkdaşları evə gələndə əllərində bir şey olmamışdır. Polis əməkdaşı anasına “sən dediyin yox mən dediyim olacaq” demişdir. Onunla evdə qalan polis əməkdaşının əlində qara sellofan olmuşdur. Bir nəfər polis əməkdaşı tək onunla qalmışdır. Onunla evdə qalan çölə çıxmışdır. Gələndə qara sellofan gətirmişdir. İki dəqiqə sonra yanına qayıtmışdır. Həmin polis əməkdaşı ilə təxminən bir saat yarım bir yerdə qalmışlar. Təxminən bir saat sonra anasıyla gəlmişlər. Sellofanı stolun üstünə qoymuşdur. Sellefonun içərisində nə olduğunu görməmişdir. Anası o biri polislərlə evə qayıtmışdır. Orta boylu polis əməkdaşları olmuşlar. Bir polis əməkdaşının adı İbrahim olmuşdur. Anası evdən gedəndə oyaq olmuşdur. O, polis əməkdaşları ilə danışmırmış. Eyni zamanda onlar ondan heç bir şey soruşmamışlar. O, anasıyla bir otaqda yatırmış. O hətta həmin gün bir və ya iki saat televizora baxmışdır. Polis əməkdaşı çölə çıxmış və daha sonra evə qara sellofan gətirmişdir. Onun olduğu otaqdan evin çölü görünürmüş. O, rahat formada görürmüş. O, qorxduğuna görə qışqırıb kimisə çağırmamışdır. Polis əməkdaşları ona hədə gəlməmişlər. Onun telefonunu apardıqlarına görə kiməsə məlumat verməmişdir. Polis əməkdaşı ondan “anan nə işlə məşğul olur” deyə sual soruşmamışdır. Bakı şəhərində məktəbə getməmişdir. O, çox vaxt kənddə olurmuş. Həmin ərəfələrdə Bakı şəhərinə tətilə gəlmişdir. Təxminən 1 və ya 2 ay anasıyla olmuşdur. Polisdə verdiyi ifadəni xatırlamışdır. Onun yatdığı otaqda saat olmamışdır. Zaman anlayışını başa düşür. Onun anasını polisə aparmaqları barədə kiməsə məlumat vermək imkanı olmamışdır. Anası işləməmiş və işə getməmişdir. Anası masanın üzərindəkiləri görəndə “bunları bura kim düzüb” deyərək xəbərinin olmadığını bildirmişdir. Mənzilə girdikdən sonra qonaq otağından sonra yataq otağı gəlmişdir. Yatdığı yerdən mənzilin çölü görünürmüş. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Ona daxil olmuş məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Massivi adlana ərazidə küçədə piyada hərəkət edən zaman təqsirləndirilən şəxs saxlanılmışdır. Şəxsi saxladıqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin idarənin inzibati otaqlarının birində iştirakçılarla birlikdə Maya adlı şəxsə təhqiqatçı tərəfindən suallar verilərək üzərində qeyri-qanuni əşya və predmet varsa, təqdim edilməsi təklif edilmişdir. Üzərində olan və narkotik hesab edilən metamfetaminə bənzər kütlələri üzərindən çıxardaraq təqdim etmişdir. Daha sonra şəxsin yaşadığı mənzilə yollanmışlar. Şəxsin özü evində narkotik olduğunu bildirmişdir. Mənzilində olarkən narkotik vasitələri özü təqdim etmiş və masanın üzərinə qoymuşdur. Bir gün əvvəl Suraxanı rayonunun ərazisindən götürdüyünü bildirmişdir. Həmin narkotikləri isə İran vətəndaşı olan Aydın adlı şəxsdən götürdüyünü demişdir. İranlının dediyi yerlərə ataraq qarşılığında isə 5 min manat pul alacağını bildirmişdir. Əməliyyat qrupuna iki nəfər özü və Şahid2 daxil olmuşdur. X11 saxlamışlar. Şəxsin üzərinə şəxsi axtarışı baş idarədə keçirmişlər. Daha sonra şəxsin evinə gəlmişlər. Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitəsi olmuşdur. Təqsirləndirilən şəxsin övladı orada olmamışdır. Şəxs özü narkotiki təqdim etmişdir. Onlara verdiyiniz suallara cavab olaraq həmin narkotikləri Aydın adlı şəxsdən aldığını bildirmişdir. Maya adlı şəxsdən 5 kiloqramdan artıq narkotik aşkar edilmişdir. Metamfetamin və heroin olmuşdur. Əməliyyat məlumatının nə vaxt daxil olduğunu xatırlamır. Şəxsə təzyiq edilməmişdir. Şəxs könüllü danışmışdır. O, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Raportu o yazmışdır. Məlumatın daxil olduğu tarixi xatırlamır. Təxminən bir gün əvvəl daxil olmuşdur. Daha dəqiq xatırlamır. Əməliyyat qrupuna o və Şahid2 daxil olmuşdur. Başqa kimsə iştirak etməmişdir. Onlar ikisi olmuşlar. Təqsirləndirilən şəxsin dediyi kimi dörd və ya beş nəfər olmamışlar. Təxminən saat iki və üç arası saxlamışlar. Yaşadığı mənzili sonradan bilmişdir. Təqsirləndirilən şəxs əvvəldən tanımırmış. Şahid2 onu tanıyıb-tanımadığını bilməmişdir. Bu barədə onlarla aralarında söhbət olmamışdır. Şəxsi onlar təxminən yaşadığı mənzilə yaxın küçədə saxlamışlar. Şəxsin şəxsiyyətini portal vasitəsi ilə müəyyənləşdirmişlər. Şəxsin onlarda şəkli olmuşdur. Məlumatı verən şəxs onun şəklini göstərmişdir. Şəxsə özlərini təqdim etmişlər. Şəxs onların vəsiqələrinə baxmışdır. Daxil olmuş məlumat əsasında Baş İdarəyə dəvət olunduğunu bildirmişlər. Onlar dəvət edəndə onlarla getməyə etiraz etməmişdir. Onlardan heç bir şey soruşmamışdır. Baş İdarənin əməkdaşları olduqları üçün ora aparmışlar. Şəxsi saxlayandan sonra rəhbərliyə məruzə etmişlər. Rəhbərlik belə məsləhət bilmişdir. Baş İdarəyə gedib çatmaqları ilə bağlı təxminən bir saatlıq yol olmuşdur. Birinci şəxsi növbətçiyə təhvil vermişlər. Daha sonra təhqiqatçının otağına getmişlər. Ondan sonra xanım olduğuna görə şəxsi axtarışın aparılması üçün xanım əməkdaş və vəkil dəvət olunmuşdur. Şəxsi idarəyə gətirdikdən neçə saat sonra üzərinə baxış keçirdiklərini xatırlamır. Videoçəkilişdə iştirak etmişdir. X14 iştirak etmişdir. Çəkilişi Şahid2 aparmışdır. O özü iştirak etmişdir. Şəxsi axtarışı isə bir nəfər xanım aparmışdır. Şəxsi axtarış aparılan şəxsin üzərindən metamfetamin və heroin aşkar olunmuşdur. Videoçəkilişdə özü mənzilində də narkotik olduğunu bildirmişdir. İnzibati otaqda olarkən bildirmişdir. Aydın adlı şəxs vasitəsi ilə əldə etdiyini bildirmişdir. Telefonunda da nömrələr aşkar olunmuşdur. Yazışmalar da vardır. Mənzilində axtarış aparılarkən əməliyyatçılardan başqa kimsə olmamışdır. Kimdənsə narkotik vasitəsi alması ilə bağlı konkret fakt olmamışdır. Daha doğrusu xatırlamır. Təxirə salınmaz tədbir kimi keçirmişlər. Əməliyyat qrupuna rəhbərlik etmişdir. Şəxsi saxlayarkən hər hansı zor tədbiq etmə halı olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, 2023-cü ildən Baş İdarədə işləyir. O, yanvar ayından etibarən işləyir. Onlar əməliyyat tədbirini keçirməyə gedəndə Şahid2lə aralarında Təqsirləndirilən şəxs haqqında söhbət olmamışdır. Təqsirləndirilən şəxs özü də çox yaxşı bilir ki, o haqqına tutulmuşdur. Hadisənin üzərindən bir xeyli müddət keçmişdir. Yəqin ki, təqsirləndirilən şəxs barəsində bir gün əvvəl deyil, elə həmin gün daxil olmuşdur. İstintaqa verdiyi ifadəni təsdiq edir. İstintaq zamanı təqsirləndirilən şəxslə üzləşdirmə keçirilmişdir. O, dəqiq xatırlamır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. 6 aprel tarixdə şəxsi Xırdalan şəhərində saxlamışlar. Şahid1lə birlikdə şəxsi saxlamışlar. Məlumat Şahid1 daxil olmuşdur. Rəhbərliyi Emin edirmiş. Daha sonra tərəflərindən baş idarəyə dəvət edilmişdir. Baş İdarənin inzibati binasında təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Üzərindən heroinə və metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Daha doğrusu özü könüllü qaydada təqdim etmişdir. Ondan sonra kütlələri İran vətəndaşı Aydın adlı şəxsdən əldə etdiyini bildirmişdir. Narkotik vasitənin qalan hissəsini mənzilində gizlətdiyini demişdir. Bundan sonra yaşadığı mənzilə baxış zamanı da digər kütlələri təqdim etmişdir. Həmin kütlələr heroin və metamfetamindən ibarət olmuşdur. Təxminən 3 kiloqramdan artıq heroinə bənzər kütlə olmuşdur. 2 kiloqramdan artıq metamfetamin olmuşdur. Həmin narkotik vasitələrin ölçülərini müəyyən etmək məqsədi ilə istifadə edilən elektron tərəzi aşkar edilmiş və götürülmüşdür. Şəxs özü saxlandığı gündən bir və ya bir neçə gün əvvəl İran vətəndaşı Aydın adlı şəxsdən əldə etdiyini demişdir. Aydın adlı şəxsin dediyi ünvanlara qoyacağı təqdirdə 5 min manat pul veriləcəyi ona vəd edilmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Abşeronda işlədiyinə görə onu ünvana göndərmişlər. Şəxsin saxlanılması zamanı orada olmuşdur. X17 deyilən yerdə saxlamışlar. Şəxsi yaşadığı mənzilin yaxınlığında saxlamışlar. Şəxsi axtarışı idarədə keçirmişlər. Birinci şəxs İdarəyə aparılmış, daha sonra evinə baxış keçirilmişdir. Şəxsin evində kimsə olmamışdır. Sonradan məlum olmuşdur ki, şəxsin evində azyaşlı olmuş və yatmış vəziyyət olmuşdur. Mobil telefonu üzərində olmuşdur. Onun istifadəsində bir ədəd nömrə vardır. Şəxsin yoldaşının tutulduğu vaxt onun tədbirində iştirak etməmişdir. Yoldaşının kim olduğunu bilməmişdir. Məsələnin ona aidiyyatı yoxdur. Onun yoldaşı baş idarənin əməkdaşları tərəfindən tutulmuşdur. O, həmin dövrdə Abşeron rayonunda işləyirmiş. Əraziyə əvvəllər nəzarət edən zaman bir dəfə Maya xanım Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Əvvəllər də narkomaniyanın qrup rəhbəri vəzifəsində işləmişdir. Hər bir əməliyyatçı öz ərazisinin narkotiklərdən azad olunmasını istəyər. Maya xanımın yoldaşı da baş idarənin əməkdaşları tərəfindən tutulmuşdur. Hətta onlar elə bilirmişlər ki, Maya xanımın yoldaşını Abşeron rayon Polis İdarəsi tutmuşdur. Ona görə də əvvəlcə Abşeron rayon Polis İdarəsinə gəlmişlər. Onun sonradan xidmət yeri dəyişdikdən sonra, ümumiyyətlə, rəhbərlik ona “get filankəsə kömək et” demişdir. O, əraziyə getmişdir. Həmin ərazidə doğma qardaşın belə saxlanılsa, o öz vəzifəsini icra etməlidir. Təqsirləndirilən şəxsin övladı evdə elə bir formada yatmışdır ki, onun varlığı ilə yoxluğu hiss olunmurmuş. Təqsirləndirilən şəxsin öz dediyinə əsasən onun övladı dərman qəbul edirmiş. Onun övladı azyaşlı olmuşdur. Şəxsi axtarışı idarədə keçirdikdən sonra hər biri şəxsin yaşadığı mənzilə getmişlər. Mənzilin açarı Maya xanımın özündə olmuşdur. Şəxsin ailə üzvlərindən başqa kimisə tanımır. Baş İdarə tərəfindən onun yoldaşı tutulandan sonra tanımışdır. Abşeron rayon Polis İdarəsindən 2023-cü ilin iyulun 6-sından getmişdir. 2019-2023-cü illərdə Abşeron rayon Polis İdarəsində işləmişdir. Abşeronda sonuncu dəfə Baş Əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Əvvəllər isə cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Şəxsin evində əvvəllər olmamışdır. Şəxsin yoldaşını əvvəllər tanımamışdır. O, kömək məqsədi ilə Şahid1lə getmişdir. Əməliyyat qrupunda o və Şahid1 olmuşdur. Şəxsi evinin qarşısında saxlamışlar. Şəxsi saxlayan zaman nəyə görə saxlanıldığını bildirmişlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Şahid1 birinci şəxsə yaxınlaşmışdır. Tədbir sahibi odur. Şahid1 özünü təqdim etmişdir. Şəxs onsuz da onu əvvəldən tanıyırmış. Şəxs özü üzərində narkotik vasitənin olduğunu demişdir. Təhqiqatçı videoçəkilişdə sorğu sual edən zaman vəkilin iştirakı ilə evində də narkotik vasitənin olduğunu demişdir. Şəxsi saxlayan zaman evində narkotik vasitənin olduğunu deməmişdir. Birinci üzərində narkotik vasitənin olduğunu demişdir. Baş İdarədə evində narkotik vasitənin olduğunu demişdir. Xanım olduğuna görə yerində deyil, baş idarədə üzərinə baxış keçirilmişdir. Şəxsin üzərinə saxlanılan zaman baxış keçirmək şəraiti olmamışdır. Şəxsi polis idarəsinə dəvət etmişlər. Şəxs polis idarəsində olarkən könüllü şəkildə özü təqdim etmişdir. Şəxsin üzərindən 30 qram heroin və 30 qram metamfetamin aşkar olunmuşdur. Şəxsin üzərində axtarış aparılan zaman iştirak etmişdir. Xanım olduğuna görə üzərinə şəxsi axtarışın aparılması üçün xanım əməkdaş dəvət olunmuşdur. Onlar, yəni Şahid1 və o sadəcə durub prosesləri izləmişlər. Prosesin necə davam etdirilməsinə təhqiqatçı qərar vermişdir. O, şəxsin azyaşlı övladı ilə birlikdə onun evində qalmamışdır. O, şəxsin evindən 6500 manat pul götürməmişdir. Həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitəsi satması ilə bağlı onlarda sübut olmamışdır. Şəxsi saxlayan zaman onun evinə baxış keçirməmişlər. Birinci idarəyə aparmışlar. Şəxsin telefonlarını və şəxsiyyət vəsiqəsini onlar götürməmişlər. Şəxsin saxlanılmasında iştirak etmişdir. Əməliyyatda iki nəfər olmuşlar. Təqsirləndirilən şəxsin yoldaşı ilə görüşməmiş və qapısında danışmamışdır. O, özü Xırdalanda yaşayır. Heç qonşusunu tanımır. Hər hansı bir şəxs ona salam verəndə onun salamını alır. Adicə şəxsdən salam almışdır. İfadəsində qeyd etdiyi saatda və gündə təqsirləndirilən şəxsi saxlamışdır. Sakit formada onlarla getmişdir. Onlar şəxsi saxladıqları zaman şəxs üzərindəkini etiraf etmişdir. Təhqiqatçı tərəfindən verilən suallar zamanı evində narkotik vasitənin olduğunu etiraf etmişdir. Şəxsin üzərinə saxlanılan zaman baxış keçirməmişlər. Həmin dövrün göstərişinə əsasən şəxsi idarəyə gətirmiş və üzərinə axtarış keçirmişlər. Dərhal şəxsin üzərinə baxış keçirilmişdir. Xüsusi bir gecikmə olmamışdır. Hətta yolda olarkən təhqiqatçıya gəldiklərini demişlər. Müdafiəçinin iştirakı təmin edilmişdir. O, şəxsi axtarışda iştirak etmiş, protokolu isə prosessual şəxs tərtib etmişdir. Şəxsi axtarışda iştirakçı olmuşdur. Əvvəlki məhkəmə iclasında onun iştirakı ilə videoya baxılmış və onun orada olmağı, video çəkilişi aparmağı təsdiqlənmişdir. Videogörüntüdə təhqiqatçı sonda onu elan edir. Onun istifadəsində çox mobil nömrə olmuşdur. İttiham aktında göstərdikləri nömrə həmin vaxt üzərində olmuşdur. O, Xırdalanda yaşayır. Həmin vaxt onu köməyə çağırmışlar. O, kömək üçün getmişdir. Onun telefonu avtomobilinin içərisində qalmışdır. Onun nömrələrini bütün yoldaşları bilir. ******* nömrəsini istifadə etmişdir. Avtomobili ara küçələrin birində qalmışdır. İdarədən qayıdandan sonra avtomobilini saxladığı yerdən götürmüşdür. İstintaqa verdiyi ifadəni təsdiq edir. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ildə Ağstafa şəhərində anadan olmuş, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1986-cı ildə Ağstafa şəhərində anadan olmuş, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ildə Ağstafa şəhərində anadan olmuş, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, həmin tarixdə saat 14:35-də Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə DİN-in BNMİ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Quşçuluq massivində saxlanılaraq Baş İdarəyə gətirilmiş, onun üzərinə şəxsi axtarış, eləcə də yaşadığı ünvana baxış keçirilən zaman ondan xüsusilə külli miqdarda 2841,416 qram çəkidə narkotik vasitə heroin və 2014,456 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16/16/2- 6/1909 nömrəli materialların məhkəmə ekspertizasının rəyinə əsasən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən..» yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 26,416 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 29,456 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, üzərində «....Təqsirləndirilən şəxs evindən..» sözləri yazılmış kağız yapışdırılmış bağlamadakı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 985 qr., 1000 qr., ümumi təmiz çəkisi 1985 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, dörd ədəd bükümdə ayrılıqda təmiz çəkiləri 840qr., 875qr., 880qr., 220qr., ümumi təmiz çəkisi 2815 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Kağız paketdəki və bağlamadakı narkotik vasitə heroinlər kimyavi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 2741,416 qramdır, kağız paketdəki və bağlamadakı psixotrop maddə metamfetaminlər kimyavi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 2014,456 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli «3234» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamtələri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. MTE və PA X18 şəxsin xx.xx.2024-cü il tarixli, 209/MEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət və onun izi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrindən saat 16:20 radələrindək olan müddət ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 14:35 dəqiqədə Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 16:10-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə saat 17:45 radələrindən saat 18:01 radələrindək olan müddət ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin qonaq otağından onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 04 ədəd sellofan bağlamada narkotik vasitə heroin, 02 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki. Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 14:35 dəqiqədə Abşeron rayonu. Quşçuluq massivi. M.Əsədov küçəsində saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli «evə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin qonaq otağından 04 ədəd sellofan bağlamada narkotik vasitə heroin, 02 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş bir ədəd «Redmi» markalı, bir ədəd «Xiaomi» markalı və bir ədəd «Samsunq» markah mobil telefonlara baxış keçirilmiş, bir ədəd «Redmi» markah, bir ədəd «Xiaomi» markah mobil telefonlara baxış zamanı xüsusi koddan açılmış və telefonun yaddaş qurğusunda olan WhatsApp hissəsinin olduğu müəyyən edildi, lakin proqramın söhbətlər bölməsinə daxil olmaq üçün təyin edilmiş şifrə verilmədiyi üçün həmin bölümə daxil olmaq mümkün olmadı. Bir ədəd «Samsunq» markah mobil telefona baxış zamanı xüsusi koddan açılmış və telefonun yaddaş qurğusunda və profildə iş üçün əhəmiyyətli olan hər hansı mobil nömrə və yaxud adlı şifrə qeydə alınmadığı müəyyən edildi. Mobil telefonun SMS böməsinə baxış keçirilmiş və SMS bölməsində iş üçün əhəmiyyətlə olan hər hansı SMS yazışması müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma ilə bağlı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma ilə bağlı Təqsirləndirilən şəxs qarşı xx.xx.2023cü il tarixdə polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X12 adlı bir azyaşlı övladı vardır. Abşeron Rayon Məhkəməsinin 5(012)-424/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, sənədlər natamam olduğu üçün əməliyyat-axtarış fəaliyyəti barədə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuniliyi və əsaslılığı yoxlanılmadan geri qaytarılmışdır. Təqsirləndirilən şəxs cinayət işi üzrə Şahid2 barəsində təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş və iş üzrə əhəmiyyətli hər hansı bir hala rast gəlinməmişdir. "xxxx" MMC-dən Şahid2 istifadəsində olmuş ********** saylı nömrənin anten məlumatlarına dair diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən müddət ərzində sözügedən nömrənin anteni təqsirləndirilən şəxsin yaşadığı ünvana yaxın ərazidə müəyyən olunur. Lakin təqsirləndirilən şəxsin baş idarədə olduğu müddət ərzində şahidin istifadəsində olan nömrədən hər hansı bir danışığın aparılması müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsii barədə diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ona qarşı verilmiş ittihamı qəbul etmədiyi müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2007-ci ildə Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 66.3-cü maddələri xaric edilmiş və cəzası 6 ilə endirimişdir. xx.xx.2011-ci ildə Xətai rayon Məhkəməsinin qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, həmçinin evinə daxil olmaqla baxış, götürmə aparılmışdır. Şəxsi axtarış və evinə baxış zamanı üzərindən və evindən nakotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitə və psixotrop maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və evinə baxış və götürmə keçirilərək narkotik vasitələrin, psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ilkin izahatını verərkən psixi təsirə məruz qaldığını, aşkar redilmiş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmadığını bildirmiş və polis əməkdaşlarının onunla qərəzli olduğunu qeyd etmişdir. Cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə etiraf xarakterli izahat vermişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində , xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərəkən ona qarşı verilmiş ittihamı qəbul etməmişdir. Həmçinin barəsində qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə olunarkən ona qarşı verilmiş ittihamı qəbul etməmişdir. Qeyd olunanlardan aşkar şəkildə görünür ki təqsirləndirilən şəxs barəsində istintaq aparılarkən sərbəst şəkildə öz iradəsini ifadə etmək imkanına malik olmuşdur. Heç də özünün bildirdiyi kimi psixi təsirə məruz qalmamışdır. Əks halda psixi təsir nəticəsində təqsirləndirilən şəxsdən etirafedici izahat almış şəxslərin eyni uğurla şübhəli və təqsirləndirilən şəxs qismində ifadə alarkən etiraf ifadəsi almamaları ağlabatan və məntiqə uyğun deyildir. Həmçinin təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasının video görüntüsündən təqsirləndirilən Təqsirləndirilən şəxs sərbəst şəkildə ifadə verdiyi, öz mövqeyini müdafiə etdiyi və həyəcan, qorxu, narahatçılıq kimi hisslər keçirdiyi, hər hansı bir təzyiq altında olması müşahidə edilmir. Bundan başqa təqsirləndirilən şəxs polis əməkdaşlarından ərinin cinayət işi üzrə dəfələrlə şikayət eydiyi üçün polislərin ona qaşı qərəzli olduğunu bildirmişdir. Məhkəmə bu hala dair qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs müraciəti əsasında ərinin barəsində olan cinayət işi üzrə bildirdiyi hallar araşdırılmış xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünündə bildirdiyi kimi onun şikayəti heç bir nəticə verməmişdir. Həmin hadisələrin üzərindən isə Təqsirləndirilən şəxs tutulduğu vaxtadək bir ilə yaxın bir müddət keçmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları barədə etdiyi şikayətlərə hüquqi qiymət verilmiş və polis əmədaşlarının hər hansı bir qanunsuz əməlinin olması müəyyən edilməmiş və nəticədə təqsirləndirilən şəxsin polislər barədə etdiyi şikayətlərin onlara üçün xoş olmayacaq bir nəticəsi olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polislərin ona qarşı qərəzli olması ilə əlaqədar qeyd etdikləri həqiqəti əks etdirmir. Bundan başqa təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əməliyyat müvəkkili Şahid2 onun evində olduğunu və üzərinə şəxsi axtarış aparılarkən iştirak etmədiyini qeyd etmişdir. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın keçirilməsi barədə video çəkilişə baxarkən təhqiqatçının şəxsi axtarış prosesində iştirak edən şəxsləri çəkilişin sonunda elan etməsi aydın görünür. Lakin təqsirləndirilən Təqsirləndirilən şəxs təqhqiqatçıya etiraz etməsi çəkiliş aparan şəxsin əməliyyat müvəkkili Şahid2 olmamasını bildirməsi görünmür. Bundan başqa məhkəmə istintaqı zamanı əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş telefonun anten məlumatlarının təqsirləndirilən şəxsin yaşadığı ünvana yaxın bir yeri göstərdiyi müəyyən olunur . Lakin bu xüsusat üzrə ifadə vermiş Şahid2 qeyd olunan halı ağlabatan şəkildə izah edərək, Xırdalan ərazisində yaşadığını, ona məxsus telefonun əməliyyatın keçirildiyi yerə gələndən sonra öz avtomobilində qaldığını, avtomobilinin isə əməliyyatın keçirildiyi əraziya yaxın yerdə məhlə arasında saxladığını qeyd etmişdir. Həmçinin sözü gedən anten məlumatları araşdırılarkən şahidin telefonunun təqsirləndirilən şəxsin ünvanına yaxın ərazini göstərdiyi vaxt ərzində, mobil telefon vasitəsilə hər hansı bir danışıq aparılmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin oğlu X8 bildirdikləri ilə əlaqədar olaraq qeyd edir ki, yetkinlik yaşına çatmamış şahid təqsirləndirilən şəxsin doğma oğludur və təqsirləndirilən şəxsin anasının yəni nənəsinin yanında yaşayır. Qeyd olunan xüsusatı nəzərə alan məhkəmə hesab edir ki, şahid Tunar Məmmədov anasının mövqeyini müdafiə etmək, onu qorumaq məqsədilə bu cür ifadə vermişdir. Həmçinin həmin şahidin ifadələrində göstərdikləri hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Bundan başqa məhkəmə müdafiə tərəfinin, təqsirləndirilən şəxsin cinayət işinin materiallarındakı sənədlərə əsasən göstərilmiş vaxtdan bir neçə saat əvvəl saxlanılması ilə əlaqədar olaraq qeyd edir ki, müdafiə tərəfinin göstərdiyi xüsusat heç bir sübuta əsaslanmır, həmçinin təqsirləndirilən şəxsin saxlanılması, üzərinə şəxsi axtarış və baxışın keçirilməsi ilə əlaqədar toplanmış sənədləri şübhə altına salan hər hansı bir hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə müdafiə tərəfinin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılsada məhkəməyə yoxlanılması üçün göndərilməməsi əsası ilə həmin istintaq hərəkətinin etibarsız hesab olunması barədə mövqeyinə dair qeyd edir ki, müdafiə tərəfinin göstərdiyi əsasla istintaq hərəkətinin etibarsız sayılması mümkün deyil. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 8 nömrəli qərarının 31-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 445.1 və 445.2-ci maddələrinin və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarından, eləcə də CPM-in məhkəmə nəzarətinin həyata keçirilməsini tənzimləyən Lİİ fəslinin digər normalarından göründüyü kimi, məhkəmə nəzarəti yalnız Azərbaycan Respublikası CPM-in 445.1-ci maddəsində və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İİİ hissəsində dəqiq müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq - müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə - həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir. Həmin bəndə əsasən «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində təsbit edilən digər əməliyyat-axtarış tədbirlərinə münasibətdə CPM-in Lİİ fəslində nəzərdə tutulmuş prosedurda məhkəmə nəzarəti həyata keçirilməməli, o cümlədən əməliyyataxtarış fəaliyyətinin subyektləri və prokurorlar tərəfindən belə tədbirlərlə əlaqədar vəsatət və təqdimatlar verilməməli və yaxud bu cür tədbirlərin keçirilməsindən sonra onların keçirilməsinə dair qərar və əlaqəli materiallar məhkəməyə göndərilməməli, məhkəmələr isə daxil olmuş belə materiallar üzrə məhkəmələrin səlahiyyətləri daxilində işlərə, digər materiallara baxmalı olduqlarını müəyyən edən cinayət mühakimə icraatının ümumi prinsiplərinə, o cümlədən CPM-in 23.1-ci maddəsinə və digər əlaqəli normalarına əsaslanmaqla onların baxılmadan geri qaytarılması haqqında qərar qəbul etməlidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair”, “əməliyyat qrupunun yaradılması barədə” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, xx.xx.1986-cı ildə Ağstafa şəhərində anadan olmuş, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Quşçuluq massivi, M.Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, BNMİ-nin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupunun yaradılması və həmin şəxs müəyyən olunan zaman müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Bununla da müəyyən olunur ki, həyata keçirilmiş tətbir məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olan və Azərbaycan Respublikası CPM-in 445.1-ci maddəsində və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İİİ hissəsində müəyyən olunmuş əməliyyat-axtarış tədbirindən ibarət olmamışdır. Bundan başqa məhkəmə müdafiə tərəfinin, təqsirləndirilən şəxsin evinə baxış və götürmə istintaq hərəkəti aparılsada məhkəməyə yoxlanılması üçün göndərilməməsi barədə mövqeyinə fikir bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Rspublikası Cinayət Prossesual Məcəlləsinin 177.3.1-cü maddəsində qeyd edilmişdir ki, yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmçinin həmin məcəllənin 177.6-cı maddəsində göstərilmişdir yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi barədə razılıq ərizəsinin (İ cild, səhifə 34) olmasını nəzərə alaraq hesab edir ki, hazırkı halda məhkəmə qərarının alınmasına ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışında zamanı verdiyi ifadələri təhlil edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici izahatı, “şəxsi axtarış və götürmə aparılması” haqqında video çəkiliş, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri (vəsatət əsasında dindirilmiş əlavə şahidin ifadəsini nəzərə almadan), mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 06 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut qismində tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 2841,316 qram heroin, 2014,356 qram metamfetamin, 02 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd “Redmi” markalı, 01 ədəd “Xiaomi” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonlar sahibinə (və ya yaxın qohumlarına) qaytarılmalı və 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət - 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1 verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 2841,316 qram heroin, 2014,356 qram metamfetamin, 02 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd “Redmi” markalı, 01 ədəd “Xiaomi” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonlar sahibinə (və ya yaxın qohumlarına) qaytarılsın və 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar