Məhkəmə qərarları › İş №1(124)-157/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-157/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-157/2022 23.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi hakim) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərərçəkmiş şəxsin hüquqi varisi- X5, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olub məhkumluğu ödənilmiş, Bakı şəhəri. Ə.Cavad küçəsi, ev 98, mənzil 3 üvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri. MD-23 ünvanda nömrəsiz fərdi evdə yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ərzaq məhsullarının pərakəndə satışı üzrə ixtisaslaşmış ticarət obyektlərinə, o cümlədən "xxxx" MMC-nin Mega Siti Ticarət Mərkəzinə məxsus Xırdalan şəhərinin Qalubiyyə küçəsində yerləşən “Təzə bazar”na kənd məhsullarının daşınması və satışı ilə məşğul olarkən, 2021-ci ilin əvvəllərində Baki şəhəri, Yasamal rayonu, 158 nömrəli orta məktəbdə onunla təhsil almış. qeyd edilən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Zərərçəkmiş şəxs görüb sonuncunun hələ məktəb illərində onun haqqında «cinsi azlıq»lara mənsub olması barədə şəxsiyyətini aşağlayan şayiələr yaydığını, son bir neçə ayda bazara gəlib-gedərkən sonuncunun yenidən onun barəsində eyni şayiələri yaymasına dair tutarlı dəlili və əsası olmadan bunu bəhanə edərək 30 may 2021-ci il tarixdə saat 19 radələrindən Zərərçəkmiş şəxs satış həyata keçirtdiyi Təzə bazarın ətrafına gələrək onun iş sahəsindən kənarlaşmasını gözləyib saat 21 radələrində sonuncu təbii ehtiyaclarını ödəmək üçün bazarın ərazisində yerləşən (ayaq yoluna) “tualetə” daxil olduqda özünün şəxsiyyətini zərərçəkmişin və ətrafdaki şəxslərin fövgündə qoyaraq istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirib, insanlar arasında bərqərar olmuş birqəraryaşayış və əxlaq normalarını kobud surətdə pozaraq sonuncunun üzərinə hücum edib, istintaqla müəyyən edilməyən mənbədən qanunsuz olaraq əldə olunub üzərində qəzdirdiyi zavod üsulu ilə hazırlanmış,( Kalaşnikov) konstruksiyalı avtomat silahlar üçün nəzərdə tutulmuş uzunluğu 204 mm, eni 40 mmqədər, qalınlığı 11 mm-dən 23-mm-dək olan hərbi təyinatlı soyuq silah hesab edilən süngü bıçaqla vurub ona sağ çiyin qurşağı nahiyəsinin 01(bir) ədəd, sağ körpücükaltı nahiyənin 01(bir) ədəd, onurğa sütunun döş şöbəsi nahiyəsinin 01(bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları və sol çənə bucağı nahiyəsinin 01(bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağdlamlığa YÜNGÜL zərər vuran, kəskin qanitirmə ilə müşayiət olunan sağ xarici yuxu arteriyası, sağ ağciyəri, böyük piyliyi və mədəni yaralayan; boyun nahiyəsinin ön səthinin aşağı 1/3-nin 01(bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 01 (bir) ədəd, döş qəfəsinin sol yan səthinin 01 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları kimi həm ayrı -ayrılıqda həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürüb, həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs məktəb vaxtından tanımasına baxmayaraq onunla heç bir səmiyyəti olmamışdır. Belə ki, məktəbdə oxuduğu dövrdə Sərdar onun şərəf və ləyaqətini alçaldacaq şayiələr yayaraq onun cinsi azlığın nümayəndəsi olduğumu söyləmişdir. Sərdarın haqqında yaydığı bu şayiələrə görə onunla söhbət etmək istəsə də, Sərdar ondan qaçmışdır. Həmin hadisənin üzərindən 35 il keçdikdən sonra o, Sərdarla “Xırdalan bazarı” adlanan yerdə rastlaşmış, ilk rastlaşdıqları vaxt onu tam olaraq tanıya bilməmişdir. Sərdar məktəb dövründə onun barəsində dediklərini 35 il keçməsinə baxmayaraq hələ də etməyə davam etmişdir. Sərdar, içkili olduğu zamanlar onu söyür, haqqında yenə eyni şayiələri yaymışdır. Hadisə günü o, evdən bıçaq götürərək çıxmışdır. Son zamanlar Sərda yanında 2-4 adamla birlikdə olduğu üçün onların ona hücum edəcəklərindən qorxaraq özünü qorumaq məqsədilə hadisə günü evdən çıxarkən özü ilə bıçaq götürmüşdür. Evdən çıxdıqdan sonra “Xırdalan bazarı”na getmiş, belə ki, Sərdarın işdən çıxdığı zaman onunla baş verənlər barədə söhbət etmək istəmişdir. Sərdarın işdən çıxmasını orada gözləmiş, lakin 1-1,5 saat keçdikdən sonra Sərdarın artıq evə getdiyini düşünmüş, yaşadığı evlə “Xırdalan bazarı” arasında 40 dəqiqəlik məsafə olduğu üçün o, bazarda yerləşən ayaqyoluna getməli olmuşdur. Ayaqyolundan çıxmaq üzrə olduğu vaxt qapıda Sərdarla üzbəüz gələrək rastlaşmışdır. O, həmin vaxt tibbi maskada olduğu üçün maskanı aşağı salaraq “Məni tanıdın?” deyə soruşmuş, bu zaman Sərdar qışqırmağa başladır. Daha sonra Sərdar əlini cibinə atmaq istədiyi zaman o, onun sağ əlini tutub və özündə olan bıçağı çıxartmışdır. Sərdar əlini cibinə atmaq istədikdə o, Sərdarında da onu vurmaq istəməsindən şübhələnmişdir. Daha sonra Sərdar onu söydüyünə, qışqırdığına görə əsəblərini cilovlaya bilməyərək bıçaqla onu vurmuşdur. Bundan başqa təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Sərdarın onu söydüyünü şəxsən eşitmiş, hadisə günündən təxminən 1 ay öncə o Sərdarın etdikləri ilə bağlı olaraq tanımadığı ətrafdakı şəxslərin içərisində ona iradını bildirmişdir. Hadisə günü onun “Xırdalan bazarı”na getməkdə əsas niyyəti Sərdarla aralarında olan söhbəti bitirmək olmuş, o, Sərdarın ona etdiklərinə görə üzr istəməsini gözləmişdir. Hadisə yerinə getdiyi zaman Sərdarı öldürmək niyyəti olmamış, özündən asılı olmayaraq ona bıçaq xəsarətləri yetirmişdir. Sərdarın onun 158 nömrəli məktəbdə oxuduğu vaxtlardan qonşuları və məktəb yoldaşları Fəxi adlı şəxsin onun cinsi azlığın nümayəndəsi olmağı barədə şaiyələr yaydığını söyləmişdirlər. Onların bu sözlərindən sonra Fəxini tapıb saxlamış, ona şillə vurub qorxutduqdan sonra o, onun barəsində olan şayiələri Sərdar adlı dostunun yaydığını söyləyərək Sərdarın kim olduğunu ona göstərmişdir. Ardınca o, Sərdarı oxuduqları məktəbdə tapmış və onunla söhbət etmək üçün çağırmağına baxmayaraq Sərdar ondan qaçmışdır. Həmin şaiyələr ona çox pis təsir etsə də vaxt keçdikcə haqqında söylənilənləri unutmağa başlamışdır. Lakin 35 il keçdikdən sonra Sərdarla rastlaşdığı zaman o, yenidən eyni hərəkətləri etməyə davam etmişdir. Sərdar, ümumillikdə, sakit insan olmasına baxmayaraq içki içdiyi zamanlar onun ünvanına söyüşlər söyüb insanlar arasında təhqir etmişdir. Sərdarı bıçaqladıqdan sonra o, bulağa gedərək əl-üzünü, istifadə etdiyi bıçağı yumuşdur. Ardınca isə təslim olmaq üçün Abşeron rayon polis idarəsinə getmişdir. İstintaqa verdiyi ifadəsini təsdiq edərək, zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etmək üçün çalışmaqlarına baxmayaraq hələ ki barışıq olmamışdır. Törətmiş olduğu əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində əri Zərərçəkmiş şəxs müdiri Nəsimi evə gələrək ondan Sərdarın şəxsiyyət vəsiqəsini istəmişdir. O, ondan nə baş verdiyini soruşduqda Nəsimi Sərdarın bıçaqla qətlə yetirildiyini söyləyərək onun da onunla birgə gəlməli olduğunu bildirmişdir. Belə ki, Sərdarı qətlə yetirən şəxsin kameralarda qeydiyyata düşdüyü üçün onun həmin şəxsi tanıyıb-tanımadığını müəyyənləşdirmək üçün onlar ilk olaraq hadisə yerinə getmişlər. O, video-görüntülərə baxdığı zaman bu əməli törədən Təqsirləndirilən şəxs tanıya bilməmiş, həmçinin Sərdar da daha öncədən ona həmin şəxslə münaqişə, mübahisə və ya düşmənçiliyi barədə heç nə deməmişdir. Lakin o, bu qətlin sifarişlə yerinə yetirildiyini düşünməkdədir. Belə ki, Vüsalın qaynı olan Azər adlı şəxs Sərdarı faizə salmış, hətta həmin faizi ödəmək üçün onlar evlərini belə satmalı olmuşlar. Bundan başqa zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sərdar Yasamal rayonunda anadan olmuş və orada uzun müddət yaşamışdır. Sərdarın faizi borcu ilə bağlı problemi təxminən 2 il bundan əvvəl olmuşdur. Nəsimi Anar adlı şəxsi Sərdarla tanış edərək Anarın faizi dondura biləcəyini söyləmiş, hadisədən bir neçə gün əvvəl Sərdarın faizə borclu olduğu Eldəniz adlı şəxs bazara gedərək Sərdarla görüşmüş, Anarla əlaqə saxlaya bilmədiyini ona söyləmişdir. Faizdən yığılan pulun Anara verilməsinə baxmayaraq Anar həmin pulu Eldənizə verməmişdir. O, Azərlə Vüsalın qohum olduqlarını hadisə baş verdikdən sonra müstəntiqdən öyrənmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq yoxdur, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməlidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 31 may 2021-ci il tarixdə, təxminən günorta saatlarında qaynı Şahid2 onun müvəqqəti olaraq bacısıgildə qaldığını bildiyi üçün oraya gələrək əri Təqsirləndirilən şəxs “Xırdalan bazarı”nın içərisində yerləşən ayaqyolunda əvvəllər tanıdığı, bazarda alver edən Zərərçəkmiş şəxs bıçaqla öldürdüyünü bildirmişdir. Vüsalın hansı səbəbə görə bu cinayəti törətdiyini bilməmiş, Sərdan Həsənovu əvvəldən tanımamışdır. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün o işdən gəldikdən sonra evdə heç kimin olmadığını görmüş. Daha sonra xalasıgilə gedərək, evdəkilərin harada olduğunu soruşmuşdur. Xalası onu qorxutmamaq üçün atası Zərərçəkmiş şəxs qolunun çıxdığını söyləmişdir. Bu sözlərdən sonra o, atasının çalışdığı “Xırdalan bazarı”na getmiş və orada olan mühafizəyə yaxınlaşmışdır. Həmin vaxt mühafizə işçisi ona atasının bıçaqlanaraq qətlə yetirildiyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs məktəb vaxtından tanımasına baxmayaraq onunla heç bir münasibəti olmamışdır. Hadisənin baş verdiyi gündən bir gün sonra, təxminən günorta saatlarında baş verən hadisə ilə bağlı qeyri-dəqiq məlumatlar eşitmiş, lakin sonradan qardaşı Təqsirləndirilən şəxs Sərdan Həsənovu bıçaqla öldürdüyünü öyrənmişdir. Daha sonra o, Vüsalın arvadı Şahid1 da evdən götürərək prokurorluğa getmişdir. Zərərçəkmiş şəxs onlara yaxın məsafədə yaşamış və o, 158 nömrəli məktəbdə oxumuşdur. Sərdarla Vüsal arasında baş verən ədavətdən hadisə baş verdikdən sonra xəbəri olmuşdur. Belə ki, həmin hadisədən sonra o, Fəxini axtararaq evini tapmış və hazırda onun Rusiya Federasiyasında yaşadığını, aradabir Azərbaycan Respublikasına gəldiyini öyrənmişdir. Hadisə ilə bağlı ilkin, qeyri-dəqiq məlumatı qohumu Azərdən öyrənmiş. Belə ki, o, Xırdalan bazarında adam öldürüldüyünü söyləyərək, bu əməli Vüsalın törədə biləcəyindən şübhələndiyini bildirmişdir. O, ilk başda Vüsalın bu əməli törədə biləcəyinə inanmmamış. Lakin nigaran qaldığı üçün Vüsala dəfələrlə zəng etmiş, o, isə onun zənglərinə cavab verməmişdir. Vüsalın arvadı Günel axşam saatlarında ona zəng edərək prokurorluqdan çağırıldığını söyləmişdir. Prokurorluqda olduğu zaman işə baxan müstəntiq bir neçə şəxsin adını söyləyərək ondan həmin şəxsləri tanıyıb-tanımadığını soruşmuşdur. O, ilk başda Sərdarın adını eşitsə də tanımamış, ikinci ifadəsini verdiyi zaman isə müstəntiqin ona zərərçəkmiş şəxsin şəklini göstərmiş və o, bu dəfə onu tanımışdır. O, Sərdarla Vüsal arasında 1980-ci ildə yaşanan mübahisədən o zamanlar xəbəri olmadığını, qətl hadisəsi baş verdikdən sonra o həmin mübahisədən xəbəri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, onun bu iş ilə bağlı hər hansı bir məlumatı olmamış, sadəcə olaraq hadisə ilə bağlı ona edilən telefon zəngi nəticəsində qardaşı Sərdarın bazarda öldürüldüyünü öyrənmişdir. Qardaşı Sərdarın bazarda kimləsə dava-dalaşı və ya mübahisəsi olması barədə məlumatım olmamışdır. Əvvəllər Bakı şəhəri, Yasamal rayonunda yaşamış,158 №li orta məktəbdə təhsil almışdır. X7 adında şəxsi tanımadığını, həmçinin Yasamal rayonundan 2000-ci ildə köçmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, bu hadisənin necə baş verdiyindən xəbəri olmamışdır. O, əvvəllər Sərdarla bir yerdə işləmişdir. Hadisədən 15 gün əvvəl Sərdar ona evə gedərkən “Nəsimi, evdə vəziyyət pisdi, işsizəm, yanında iş varsa işləmək olarmı” demiş, o, isə ona “Mənim də vəziyyətim pisdi, amma istəsən gəl orda gündəlik işlə, evinə çörək pulu apara biləsən” söyləmişdir. Bundan sonra Sərdar bazarda işləməyə başlamışdır. Hadisə axşam baş verdiyindən, o bazarda olmamışdır. Vüsalı təxminən 2-3 il olar ki tanımışdır. Həmçinin bazarda göy-göyərti satan Azər ilə yeznə-qayın olduğunu bilmişdir. Vüsalı maksimum 10 dəfə görmüş. Sərdarla münasibəti yaxşı olmuş, Sərdar ona Vüsal barəsində heç bir söz deməmişdir. Vüsalın cinsi azlığın nümayəndəsi olması haqqında Sərdarın kiməsə bir söz deməsini də eşitməmişdir. Vüsalın Sərdarı nə üçün öldürdüyünü bilmir. Sərdarın borc götürdüyü amma sonra evini satıb pulu geri vermişdir. Sərdar borc pulu Eldənizdən götürmüşdür. Sərdar pulu götürəndən sonra onunla ilə az müddət işləmiş. Pul söhbəti təxminən 3 il bundan əvvəl olmuşdur. Azərin həmin pula aidiyyatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Mais oğlu ifadəsində göstərdi ki, hadisə baş verən ərəfələrdə o, bazarda mühafizəçi işləmişdir. İşə yeni gəldiyindən, hadisə yerindən təxminən 60-70 metr uzaqda olmuşdur. Hər kəsin bazarda sanitar qovşağı tərəfə toplaşdığını görmüş və oraya getmişdir. İçəri girdiyində mərhumun yerdə uzandığını görmüşdür. Mərhumun üzərində qan izlərinin olduğunu görmüşdür.Hadisəni gördüyü dəqiq saatı xatırlamadığını və həmin vaxt bazarda səs-küy olmamışdır.Polis əməkdaşları bazara gəlib kameralara baxmış, lakin o baxmamışdır. O, içəri-sanitar qovşağa girəndə zərər çəkmiş şəx sağ imiş. Zərər çəkmiş şəxs yerdə uzanmış, nəfəs almağa çalışırdı. Orda olanlardan kimsə X24 zəng etmişdir. İbtidai istintaqa verdiyi ifadəsində mərhumun üzərində çoxsaylı xəsarət izərinin olmasını hansı səbəbdən deməsini xatırlmadığını, mərhumun köynəyinin qan içində olduğunu görmüşdür. Şahid7 Mais oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, əvvəllər müxtəlif sahələrdə, 2021-ci ilin mart ayından iyul ayının əvvəllərinədək Xırdalan şəhərində «Təzə bazar»da mühafizəçi işləmiş,«Təzə bazar»da iş saat 07 radələrində başlayıb saat 19-20 radələrində bitmiş,onun işi isə saat 19-da başlayıb səhər saat 09-da tamamlanmışdır, bazar bağlandıqdan sonra satıcılar alver etdikləri piştaxtadakı məhsulları yığıb işlədiyi yerdə səliqə-səhman yaradıb, bəzən gələn yeni məhsulu yerləşdirib saat 21-22 radələrində getmişlər. Bazarın sahəsi böyük olmaqla hasar daxilində yerləşmiş, iki girişindən biri şəhərin Qalibiyyə küçəsindən olmuş və hər girişdə 6-7 otaqlı pullu xidmət göstərən tualet yerləşmiş, bazar bağlandıqda tualetin bir otağı mühafizəçi və bazarda qalan işçilər üçün açıq saxlanmış, bazarın ətrafına quraşdırılmış təhlükəsizlik kameraları daim işlək vəziyyətdə olmuşdur. İşə gələrkən bazarda yalnız bazarın işçiləri və satıcılar olduğundan onların hər birini tanımış, bazarın Qalibiyyə küçəsinə baxan çıxış hissəsində yerləşən piştaxtaların birində Nəsimi adlı şəxs meyvə-tərəvəz alveri, ondan 60- 70 metr kənarda Azər adlı şəxs göyərti alveri ilə məşğul olmuş, bildiyinə görə onlar arasında münasibət normal olmuş, Nəsimiyə dayısı oğlu Elvin kömək etmiş, hadisəni törətmiş Təqsirləndirilən şəxs hadisə törədilən tarixədək tanımamış, bacısı əri Azərin yanına bazara gəldiyini görməmişdir. Hadisədən təxminən 20 gün əvvəl Nəsiminin işçisi Elvinin yanında Zərərçəkmiş şəxs kömək etdiyini görmüş, sonra söhbətlərdən eşitmişdir ki, Sərdar əvvəllər bazarda Nəsimi ilə işləyib nəticədə ziyan etdiyindən 2020-ci ilin əvvəllərində həmin işdən uzaqlaşmış hazırda maddi vəziyyəti ağır olduğu üçün Nəsiminin yanına qayıdıb günəmuzd işləmişdir. Sərdarı sakit, heç kimlə işi olmayan şəxs kimi tanımış,onun hər hansı şəxs və ya Təqsirləndirilən şəxs barəsində fikir söylədiyini eşidib görməmişdir. 30 may 2021-ci il tarixdə saat 19 radələrində işə gəlmiş ona təhkim edilmiş sahəni mühafizəsinə qəbul edib ərazini gəzərkən həmin vaxt Sərdar Elvinlə birliklə işlədikləri piştaxtanın mallarını toplayıb səliqə-səhman yaratmaqla piştaxtanın ətrafını süpürmüşlər. O saat 21:30 radədələrində bazarın Qalibiyyə küçəsinə çıxan qapısına doğru gedib ətrafa nəzər salarkən bu vaxt Sərdarın həmin girişdə yerləşən ayaqyoluna daxil olduğunu görmüş,buna əhəmiyyət verməmiş, 1-2 dəqiqə sonra Sərdarın getdiyi istiqamətdə məzmunu seçilməyən danışıq və qışqırıq səsi eşitmiş, həmin səsin kənardan gəldiyini güman edib yenə əhəmiyyət verməmiş, həmin yerdən bir qədər uzaqlaşdıqda səsin daha vahiməli çıxdığını eşidib ayaqyoluna doğru qaçdıqda, artıq səs kəsilmiş, içəri boylanarkən tualet otağının döşəməsində qan içərisində bədənində çoxsaylı xəsarətlər olub xırıldayan Sərdarı görmüş,hadisə barədə dərhal müdiriyyətə və müvafiq orqanlara məlumat vermiş,az sonra səsə Elvin daha sonra hüquq mühafizə orqanı əməkdaşları və TTYX-nın həkim briqadası gəlmiş, bazarın ətrafında quraşdırılmış təhlükəsizlik kameralarına baxarkən görüntülərə əsasən Zərərçəkmiş şəxs bazarda göyərti satan Azərin qaynı Təqsirləndirilən şəxs qətlə yetirdiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 245- 248) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 8-10 ildir ki, bazarda işləyir. Vüsal ilə Sərdar arasında düşmənçilik olduğunu bilməmişdir. Hadisənin səhəri günü o, Sərdarın öldürüldüyünü öyrənmişdir. Bazar adamı kimi onun Sərdarla salam-sağolu olmuşdur. Bazarda Vüsal haqqında heç bir şayiə olmamışdır. Vüsalın cinsi azlığın nümayəndəsi olması barədə Sərdarın şayiə yaydığını eşitməmişdir. Vüsal hadisədən bir gün qabaq yanına gəlmiş, onlar oturub birlikdə çay içmiş, sonra da sağollaşmışlar. Vüsal bazara nəsə satmaq üçün gəlməmiş, rayondan yumurta gələndə Vüsal yumurtaları bazardakılara satması üçün vermişdir. Bazarda Vüsal barədə şayiələr olsaydı, onun da bu barədə məlumatı olardı. Pul söhbəti ilə baş verən ölüm hadisə arasında heç bir əlaqə olmamışdır. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2003cü ildə X15 ilə ailə qurmuş, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arvadı Aygünün qardaşı olmaqla onun qayınıdır, Vüsalla münasibətləri normal olmuş, qaynı dindar o isə spirtli içki qəbul etdiyindən araları bir qədər sərin olmuşdur. 2012-ci ildən o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Təzə Bazar”ın meyvə-tərəvəz bölməsində göyərti satır, qaynı Vüsal son 3-4 ayda onun işlətdiyi piştaxtaya yumurta gətirmiş, o da yumurtanı satıb pulunu ona vermiş, Vüsalın gətirdiyi yumurtanın qiyməti bazarda satılan digər yumurtanın qiymətindən 5 qəpik baha olduğu üçün,alıcılar qiyməti ucuz olan yumurtaya üstünlük vermişlər,ona görə Vüsal satmağa həftədə 1-2 dəfə təxminən 4-5 kaset yumurta gətirə bilmiş,bir müddətdən sonra yumurtaların çətin satıldığını görüb artıq gətirməməyə başlamışdır.O Vüsal ilə bir araya gəlməmiş,demək olar ki,1-2 saatdan artıq bir yerdə ola bilməmişlər. Mərhum Zərərçəkmiş şəxs təxminən 2(iki) olar ki, bazarda işləyən satıcı kimi tanımış, bəzən 20-30 gün görməmişdir, təxminən 1 il əvvəl Nəsimi Sərdar ilə ona yaxınlaşaraq borc pul verə biləcək tanışının olub-olmadığını soruşub, sonra Sərdarın evini girov qoyub müqabilində ona 15.000 (on beş min) manat borc pul verilməsini xahiş etmiş və demişdir ki, bir neçə Banka müraciət etsələrdə kredit ala bilməmişlər.O, Nəsimiyə biriki nəfər çörək kəsdiyi yoldaşlarından bu barədə maraqlanacağını vədd etmişdir.Bu söhbətdən sonra münasibətləri yaxın olan Tapdıqla şam edərkən Nəsiminin ondan etdiyi xahişi nəzərinə çatdırıb Sərdarın evini girov qoyaraq 15.000 manat borc pul istədiyini demişdir. Tapdıq Nəsimini onun yanına bazara gəlib-getdiyindən tanısada,Sərdarı tanımadığını söyləmiş, həmin söhbəti apararkən Nəsimi və Sərdarda yanında olduğundan söhbəti açandan sonra qalan söhbətləri Tapdıq,Nəsimi və Sərdarla özü aparmış, daha sonra adlarını bilmədiyi başqa kimlərsə Eldəniz adlı şəxsi tapmışlar və onun əli ilə bildiyinə görə pul məsələsini həll etmişlər.Əvvəllər Eldənizi tanımamış, onların arasında verilən 15.000 manat borca görə hər ay 1000( min) manat faiz veriləcəyi, ümumi borcun 10 ay müddətində tam qaytarılacağı ilə razılaşmışlar.Həmin pul Nəsimigil tərəfindən götürüldükdə ona vasitəçiliyinə göbrə 1000( min) manat verilmişdir. Pul götürdükdən sonra Nəsimi ilə Sərdar gizlənib borcu qaytarmamışlar, Sərdar həmin pulun bir hissəsini Nabranda mərkəzində xərcləmişdir. Nəsimi və Sərdarın bu kimi hörəkətlərinə görə onlarla münasibətini kəsmişdir.Bildiyi görə alınan borcdan 1000-2000 min faiz ödənişi etmişlər.Qaynı Təqsirləndirilən şəxs ilə hadisədən bir gün əvvəl bazarda görüşüb bazarın çayxanasında çay içib sağollaşmışlar. Görüşmələrinə hər hansı səbəb olmamış, Vüsal bazara evinə bazarlıq etməyə gəldiyini demişdir. xx.xx.2021-ci il tarixdə daim olduğu kimi iş günün sonunda piştaxtanı bağlayıb bazarın yaxınlığında olan “Nuş olsun” kafesində şam yeməyə oturmuş, saat 22 radələrində yeməkxanada olanlardan tanımadığı şəxs bazarda ayaq yolunda adam öldürüldüyünü demişdir. Şam edib spirtli içki gəbul etdiyindən söhbəti tam qavramayıb evə getmiş, bundan sonra hadisənin qaynı Vüsal tərəfindən törədildiyini eşidib bilmişdir. (cild 1, iş vərəqə 207-212) Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Xırdalan şəhərinin Qalibiyyə küçəsində yerləşən Təzə bazarda bir nəfərin bıçaqlandığını eşidib və hadisə yerinə getmişdir. Hadisə yerində Zərərçəkmiş şəxs bədənində çoxsaylı xəsarətlərlə al qanın içərisində olduğunu görmüşdür. Hadisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Hadisə yerində təqsirləndirilən şəxsi görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, dostu Tapdıq vasitəsi ilə Sərdarı və Nəsimini tanımışdır. Bir gün Tapdıq ona yaxınlaşdı ki, o, Sərdar, Nəsimi və Azərlə birlikdə mal daşıyacaq. Dostu Tapdığın da yük maçını var idi. Tapdıq ona bildirdi ki, Qubada alma gətirib bazarda satacaqlarmış. Bu səbəbdən ona pul lazım olduğunu bildirmişdir. Sonra o, Sərdar və Nəsimiyə Kamran adlı şəxsdən 15 min pul almaqda vasitəçi olmuşdur. Təqsirləndirilən şəxs tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Vüsalı və Sərdarı uşaqlıqdan tanımış, amma münasibətləri olmamışdır. 1990-cı illərdə yaşadıqları binanın yanında stadion olmuş, stadion tərəfə gələndə, Vüsal Fəxinin üstünə qışqırdığını görmüşdür. Onlardan yaşda balaca olmuş, nə olduğunu öyrənmək üçün onlara yaxınlaşmışdır. Vüsal ona demişdir ki, “çəkil burdan, yanımızda dayanma”. Oradan uzaqlaşdığı zaman eşitmişdir ki, Fəxi and içir ki, “mən deməmişəm filankəs deyib”. Əvvəl yadımda qalmamışdır Fəxi kimi deyir, amma Vüsalın Sərdarı öldürməsini eşidəndən sonra bilmişdir ki, Sərdarı deyirmiş. Vüsal Fəxiyə demişdir ki, “mən bilirəm bunu sən də demisən”. Fəxi bir neçə dəfə and içəndən sonra Vüsal Fəxiyə demişdir ki, “yaxşı səni buraxıram, amma onu tapanda sən onun üzünə bu sözü deyəcəksən”, Fəxi razılaşmışdır. Vüsal Fəxiyə dedi ki, get otur evdə axşama qədər mən onu tapıb gələcəm. Şahid11 ifadəsində həmçinin göstərdi ki, mübahisənin yarısına gəldiyi üçün səbəbinin bilməmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, hamının Nəsimi kimi tanıdığı bibisi oğlu Babayev X9 şəhərində «Təzə-bazar» da kənd məhsullarının alveri ilə məşğul olur, əvvəllər ona şəriki Zərərçəkmiş şəxs kömək etmiş, sonuncu işdən gedəndən sonra Nəsimi onu yanına işə dəvət etmiş, 2020-ci ilin əvvəllərindən balıq, isti aylarda məyvə-tərəvəz alverində ona kömək etmişdir. Bazar saat 07 radələrində açılıb saat 20-21 radələrində bağlanmış,bazar bağlandıqdan sonra satıcılar alver etdikləri piştaxtanın məhsulunu yığışdırıb malları qablaşdıraraq ətrafı səliqəyə salıb bəzən gələn malları qəbul edib evə gedirlər.Bazar hasar daxilində yerləşməklə iki girişi var,ikinci giriş şəhərin Qalibiyyə küçəsindəndir,hər girişdə tualet-ayaqyolu yerləşir,tualet 6-7 otaqdan ibarət olub xidməti pulludur, bazar bağlandıqda tualetin yalnız bir otağı mühafizə işçiləri və bazarda qalan işçilər üçün açıq saxlanır.Bazarın ətrafına təhlükəsizlik kamerası quraşdırlımış və həmin kameralar işlək vəziyyətdə olmuşdur.Onunla eyni bazarda göyərti alveri edən X19 tanımış, onunla münasibətləri normal olmuş, Azərlə onun piştaxtası arasında məsafə olmuş və piştaxtaları bazarın Qalibiyyə küçəsinə baxan çıxış hissəsində yerləşir.Hadisədən təxminən 20 gün əvvəl Nəsimi Zərərçəkmiş şəxs günü 20 manata yanında işləyib alverdə ona kömək edəcəyini demiş, səhər Sərdar bazara gəlib onunla işə başlamış, Sərdarı sakit, kimsə ilə işi olmayan,mübahisə və dava-dalaşdan qaçan şəxs kimi tanımış,hadisə baş verən tarixədək Təqsirləndirilən şəxs tanımamış,bazara gəlib-getdiyini görməmiş, Sərdarın hər hansı şəxs və ya Təqsirləndirilən şəxs barəsində fikir söylədiyini eşitməmişdir. 30 may 2021-ci il tarixdə səhər tezdən Sərdarla işə başlamış, Sərdarın əhvalı normal olmuş, heç kimlə söhbəti,mübahisəsi və ya dava-dalaşı olmamış,saat 20 radələrində bazar bağlanmış, o Sərdarla piştaxtada olan malları qablaşdırmış,saat 21:30 radələrində Sərdar ayaqyoluna dəyib evə gedəcəyini bildirib ondan ayrılıb bazarın çıxışında Qalibiyyə küsəsinə baxan hissəsində yerləşən ayaqyoluna getmiş.onların işlətdiyi piştaxtası ilə ayaqyolunun arasında təxminən 60-70 metr məsafə olmuş, 1-2 dəqiqdən sonra həmin istiqamətdən qışqırıq səsləri gəlsədə tualetin pəncərəsi yaşayış binasına doğru olduğundan əvvəl həmin səsin həmin binalarının həyətindən gəldiyini düşünmüş, səs çoxalıb diqqət etdikdə səsin tualetdən gəldiyini və bazarda mühafizəçi işləyən Qənbərin həmin istiqamətdə qaçdığını görüb o da tualetə doğru qaçmış, həmin yerə çatarkən tualetin otağında döşəmədə al qan içərisində bədənində çoxsaylı xəsarətlər olub xırıldayan Sərdarı görmüş,dərhal Nəsimiyə zəng edib hadisə barədə məlumat vermiş, az sonra hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları, daha sonra Nəsimi gəlmiş, bazarın ətrafında quraşdırılmış təhlükəsizlik kameralarına baxarkən görüntülərə əsasən Zərərçəkmiş şəxs bazarda göyərti satan Azərin qaynı Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla bir məktəbdə oxuyub-oxumadığını bilməmiş, Sərdar son bir il ərzində bazarda işləməmiş, hadisədən cəmi 20 gün əvvəl bazarda təkrar işə başlamış,bu müddət ərzində Zərərçəkmiş şəxs bazarda heç bir satıcı ilə hər hansı məsələ ilə əlaqədar danışmamış,hər hansı məsələni müzakirə etməmiş, onun faizlə kimdənsə borc pul aldığını, onu qaytarıb-qaytarmadığını eşitməmiş və bilməmiş, Sərdarın onun yanında işlədiyi müddət ərzində Sərdarın yanına gələn,tələb irəli sürən,narazılıq və ya dava-dalaş edən olmamışdır.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə üçün öldürdüyünü bilmir. (cild 1. i/v .234-238) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri "xxxx" MMC-nin «Siti Ticarət Mərkəzi»nə məxsus Xırdalan şəhərinin Qalubiyyə küçəsində yerləşən “Təzə bazar»ın sanitar qovşağı olan tualet olmuşdur. (cild 1, iş vərəqə 2-12) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə tibb ekspertizasının Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xx.xx.2021-ci il tarixli 1122 nömrəli rəyinə əsasən onun bədəni üzərində xəsarət və xəsarətin obyektiv əlaməti aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 249) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının mərhum Zərərçəkmiş şəxs barəsində vermiş olduğu xx.xx.2021-ci il tarixli 52 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir- kəskin qan itirmə ilə müşayət olunan sağ xarici yuxu arteriyası, sağ ağciyəri,böyük piyliyi və mədəni yaralayan, boyun nahiyəsinin ön səthinin aşağı 1/3nin 01 (bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 01(bir) ədəd, döş qəfəsinin sol yan səthinin 01(bir) ədəd daxilə nüfuz edən,sağ çiyin qurşağı nahiyəsinin 01( bir) ədəd, sağ körpücükaltı nahiyənin 01 (bir) ədəd, onurğa sütunun döş söbəsi nahiyəsinin 01 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları və sol çənə bucağı nahiyəsinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası. Bu xəsarətlər birlikdə həyatidirlər,ölümündən az əvvəl ülgücə və küpə malik yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin (alətlərin) yuxud əşyanın təsirindən törənmişdir.Dərəcəsinə görə sağ xarici yuxu arteriyası, sağ ağciyəri, böyük piyliyi və mədənin yaralanmaları ilə müşayət olunan boyun nahiyəsinin ön səthinin sol yan səthinin aşağı 1/3-nin 01 (bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 01(bir) ədəd, döş qəfəsinin sol yan səthinin 01(bir) ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaralarıhəm ayrı-ayrılıqda həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər,ölümü ilə bir başa səbəbli əlaqəsi vardır.Sağ çiyin qurşağı nahiyəsinin 01(bir) ədəd,sağ körpücükaltı nahiyənin 01 (bir) ədəd,onurğa sütunun döş şöbəsi nahiyəsinin 01(bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları və sol çənə bucağı nahiyəsinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası,sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb:-sağ xarici yuxu arteriyası,sağ ağciyərin yaralanmaları ilə müşayət olunan boyun nahiyəsinin ön səthinin aşağı 1\3-nin,doş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edən və kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaralar olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2021-ci il tarixdə saat 00:20) təxminən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşməsinə görə demək olar ki, həmin xəsarətləri alarkən ayaqüstü, yarıoturaq və ya ona yaxın vəziyyətdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və ya narkotik maddələr aşkar edilməmişdir. (cild 1, iş vərəqə 250-256) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli 7/338 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından gödəkcənin ön səthinin sol yarısının aşağı hissəsində 03 (üç) ədəd, yuxarı hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində 01(bir) ədəd, yuxarı hissəsində 01(bir) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01(bir) ədəd, sağ qolun arxa səthində isə 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ucu,iti ülgüclü küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirdən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01(bir) ədəd, yuxarı hissəsində 01 (bir)ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində 01(bir) ədəd, arxa səthinin sol aşağı hissəsində 02 (iki) ədəd, sağ qolun arxa səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır.Bu zədələr iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirdən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yarısının aşağı hissəsində 01(bir) ədəd,ön səthinin sağ yarısının yuxarı hissəsində 01(bir) ədəd və arxa səthinin sol yarısının orta hissəsində 01(bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirdən əmələ gəlmişdir. Bundan əlavə, gödəkcənin arxa səthinin yuxarı hissəsində 01 (bir) ədəd küt yaranma mexanizminə malik olan və gödəkcənin arxa səthinin kəskin dartılaraq cırılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd cırılma zədəsi vardır. Bu zədənin müxtəlif şəraitdə,o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi istisna olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə, köynək və mayka üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsini istisna etmək olmaz. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə, köynək, mayka və şalvarın bütün səthi üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthi ilə) geniş statik konktakt və az dinamik kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxunma daxilinə hopmuşdur, bir cüt ayaqqabının bütün səthi kif qatı ilə örtüldüyündən ayaqqabı tayları üzərində aşkar edilən qan ləkələrinin əmələ gəlmə mexanizmi barədə fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs məxsus bir cüt corabın üzərində qana şübhəli ləkələr nəzərə çarpmır. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın ayaqlarının ön səthinin dizlik nahiyəsində küt yaranma mexanizminə malik, şalvarın müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik olan 02(iki) iki ədəd sökülmə zədələri vardır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01(bir) ədəd gödəkcə,01(bir) ədəd köynək və 01 (bir) cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.Təqsirləndirilən şəxs məxsus gödəkcənin ön səthinin sol yarasının yuxarı hissəsi,döş səthində və sol qolunun ön səthində olan qan ləkələri yaxma xarakterlidir, qan mənbəyi ilə (qanlı səthə) dinamik kontakt nəticəsində yaranmağa uyğun gəlir.Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayaqlığının ön səthinin dizlik nahiyəsində olan ləkələr qan mənbəyindən (qanlı səthində) az hündürlükdən,bəzisi bucaq altında olmaqla düşən damcılar,bəzi ləkələr isə qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə ginetik impuls verməklə düşən « sıçrantı» xarakterli ləkələrdir. Təqsirləndirilən şəxs məxsus köynəyin və bir 01(bir) cüt ayaqqabıların üzərində qana şübhəli ləkələr nəzərə çarpmır.Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlaşmış «Kalaşnikov» konstruksiyalı avtomat silahları üçün nəzərdə tutulmuş hərbi təyinatlı süngü bıçağıdır və kəsici-deşici-qırxıcı xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild 2, iş vərəqə 60-78) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 9/820 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-O alfabeta /İ/. Təqsirləndirilən şəxs məxsus gödəkcə, şalvar üzərində insan qanı ləkələri aşkar olundu.Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni Zərərçəkmiş şəxs məxsus alt mayka və köynək üzərində ki ləkələrdə həmçinin alfa,beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.Tədqiq olunan S.S. Həsənova məxsus 01(bir) cüt corab, Təqsirləndirilən şəxs məxsus kofta və 01(bir) cüt idman ayaqqabısı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. (cild 2, iş vərəqə 53-59) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə material-maddə və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizasının 16 iyul 20210-ci il tarixli 6/2478 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 (bir) ədəd şalvarın,01(bir) ədəd alt tumanın,01(bir) ədəd maykanın,01(bir)ədəd köynəyin,01 (bir) ədəd gödəkcənin,01(bir) ədəd corabın, 01(bir) cüt idman ayaqqabısının, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 (bir) ədəd gödəkcənin, 01(bir) ədəd şalvarın,01(bir) ədəd köynəyin, 01(bir) ədəd maykanın, 01(bir) ədəd alt tumanın, 01 cüt corabın səthləri üzərində kənar lif mikrohissəcikləri vardar, tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 (bir) ədəd şalvarın səthi üzərində aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01(bir) ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd süngü bucağın üzərində kənar lif mikrohissəcikləri, həmçinin Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01(bir) ədəd şalvarın, 01(bir) ədəd köynəyin,01(bir) ədəd maykanın, 01(bir) ədəd alt tumanın 01 (bir) cüt corabın tərkib lifləri yoxdur. (cild 2, iş vərəqə 22-29) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 142 nömrəli xx.xx.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman və ondan əvvəl hər hansı xroniki, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur Təqsirləndirilən şəxs hal- hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemasional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (affekt,kəskin stress,güclü ruhi həyəcan,psixi-emosional gərginlik və s.) yaranmamışdr. Cinayət əməlini törətməsinin psixoloji motivi fərdi-psixi xüsusiyyətləri (kinlilik, inadkarlıq,şübhəlilik, özünə qarşı həddən artıq hörmət tələb etmək, xarici qıcıqlara qarşı həssaslıq, eqosentrizm və s.)fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. (cild 1, iş vərəqə 167-174) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qatlanmayan,tiyə, dəstək və qından ibarət umumi uzunluğu 327 mm,qınsız uzunluğu 262 mm,tiyəsi gümüşü rəngli parıltılı metal materialdan hazırlanmış, tiyənin uzunluğu 137 mm,eni əsasında 30 mm, ortada 26 mm, ucunda 1mm olan, dəstəyin sol yan səthində «33-2» rəqəmləri «ulduz və çevrə» təsviri olan bıçaq oxşar əlamətlərə malik digər bıçaqlar arasında təqdim edilmiş,tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən 04 ədəd baçağı- nəzərdən keçirib göstərmişdi ki,“3” nörmə altında nömrələnmiş bıçağın dəstəyinin fərdi əlamətinə, dəstəyin sol yan səthində «33-2» rəqəmləri, «ulduz və çevrə» təsvirinə,bıçağın uzun illər onda olmasına və həmin bıçaqla Zərərçəkmiş şəxs qətlə yetirməsinə görə tanıyır. (cild 2, iş vərəqə 182-185) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş paltarlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,hadisə baş verərkən mərhum Zərərçəkmiş şəxs əynində olmuş və meyit müayinə edilərkən götürülmüş 01(bir) ədəd gödəkcə, 01(bir) ədəd köynək, 01(bir) ədəd mayka, 01(bir) ədəd şalvar,01(bir) cüt corab və 01(bir)cüt ayaqqabıya baxış keçirərkən gödəkcə, köynək, mayka üzərində dəlib keçən zədələr və qanabənzər ləkələr aşkar edilmiş. Şalvar, corab və ayaqqabı uzərində zədə (lər ) aşkar edilməsədə qana bənzər ləkələr olmuşdur. (cild 1, iş vərəqə 20-27) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş paltarlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X3 istintaqa könüllü təqdim etdiyi cinayət hadisəsi törədərkən əynində olmuş 01(bir) ədəd gödəkcə, 01(bir) ədəd köynək, 01(bir) ədəd şalvar,01(bir) cüt ayaqqabı və 01(bir) ədəd süngi tipli bıçağa baxış keçirərkən müəyyən edilmişdir ki, gödəkcə, köynək, şalvar, ayaqqabı və süngi tipli bıçaq üzərində zədələr aşkar edilməsədə gödəkcənin ön səthinin yuxarı sol döş səthində, şalvarın sol ayaqlığının ön səthinin dizlik nahiyəsində qana şübhəli ləkələr olmuşdur. (cild 1, iş vərəqə 76-84) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri «Təzə bazar» ətrafında quraşdırılmış təhlükəsizlik kamerasının xx.xx.2021-ci il tarixli video qeydiyyatın görüntülərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində «Təzə bazarın»ın Qalibiyyə küçəsinə olan çıxışında xeyli gözləyib sonra cibindən telefon çıxararaq saata baxıb telefonu cibinə qoyaraq saat 20:43-də asta addımlarla bazarın həmin küçəyə çıxışında yerləşən tualetə doğru gedərək tualetə daxil olur, az sonra bazardan çıxan Zərərçəkmiş şəxs həmin tualetə daxil olur, 5 dəqiqədən sonra Təqsirləndirilən şəxs tualetdən çıxıb bazarın qarşısındakı yola doğru sakit adamlarla keçib oradan qaçaraq hadisə yerini tərk edir. (cild 1, iş vərəqə 156-159) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinə əlavə edilmiş Abşeron rayon 1 saylı notariat kontorunun borc verən X20 ilə borc alan Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Tapdıq Əliyev borc alan Zərərçəkmiş şəxs 10500 ( on min beş yüz) manat məbləğində pul borc verməyi, borc alan Zərərçəkmiş şəxs krediti xx.xx.2019-cu il tarixədək borc verən Tapdıq Əliyevə qaytarmağı öhdəsinə götürmüş və tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. (cild 1, iş vərəqə 42) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş daşınmaz Əmlakın AN№ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, mərhum Həsənov X11 şəhəri Firidun bəy Köçərli küçəsi ev 8 ünvanda yerləşən ümumi sahəsi 65,7 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə alıcı X1. (cild 1, iş vərəqə 175-182) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İ №019244 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünr ki, Təqsirləndirilən şəxs ailəli olmaqla xx.xx.2009-cu il tarixdən X8 ilə rəsmi nikahdadır. (cild 1, iş vərəqə 167) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA ******* nömrəli və AZE « 11643478 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxs Vusal Dünyamalıyevin himayəsində xx.xx.2006-cı il təvəllüdlü Fatimə,xx.xx.2003-cü il təvəllüdlü Məryəm adlı uşaqları vardır. (cild 1, iş vərəqə 164-165) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Vusal Dünyamalıyev Bakı şəhər Yasamal rayon xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin keçmiş 143-cü maddəsinin 4-cü hissəsi, 208ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə və 02 il sürücülük hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olmuşdur. Bakı şəhər Nərimanov rayon xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəsin əsasən 01 il 09 ay 11 gün şərti azad olunub xx.xx.1994-cü ildə tam cəzası bitdiyi üçün azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin keçmiş 143-cü maddəsinin 2-ci hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Bundan başqa,Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin keçmiş 143-cü madəsinin 2-ci hissəsi, 213-cü maddənin 1 hissəsi və 208-ci maddənin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Milli xx.xx.1996-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə barəsində olan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. (cild 1, iş vərəqə 197-201) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİİTS-nin xx.xx.2021-ci il tarixli 1250 saylı arayışa əsasən Təqsirləndirilən şəxs ailə üzvü 1980-cı il təvəllüdlü arvadı Şahid1, xx.xx.2003-cü il təvəllüdlü Məryəm Vüsal qızı və xx.xx.2006-cı il təvəllüdlü X2 ibarətdir. (cild 1, iş vərəqə 162) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİİTS-nin xx.xx.2021-ci il tarixli 57 saylı və xx.xx.2021-ci il tarixli 1242 saylı arayışına əsasən Təqsirləndirilən şəxs Xırdalan şəhəri MD-23 qəsəbəsi, Şamaxı şössesində qeydiyyatsız evdə yaşamaqla yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. (cild 1, iş vərəqə 163) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayonu Xırdalan şəhəri 4 nömrəli MTİİTS-nin xx.xx.2021-ci il tarixli 1725 saylı arayışına əsasən zərərçəkmiş şəxs mərhum Həsənov X13 rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, küçə 2, döngə 2 ev 28 ünvanda yaşamışdır. (cild 1, iş vərəqə 176) İş materiallarına əlavə edilmiş Abşeron rayonu Xırdalan şəhəri 4 nömrəli MTİİTS-nin vermiş olduğu xx.xx.2021-ci il tarixli 2528 saylı xasiyyətnamədən görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs yaşadığı yerindən müsbət xarakterizə olunmuşdur. (cild 1, iş vərəqə 176) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirli «Respublika Psixiatriya Xətəxanası» X27 təqdim etdiyi 5844 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə almamışdır. (cild 1, iş vərəqə 242) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirli «Respublika Narkoloji Mərkəzin» X27 araşdırmaya təqdim etdiyi xx/xx-7251 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicə almamış və qeydiyyatda yoxdur. (cild 2, iş vərəqə 2) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürməməsi, zərərçəkmiş şəxsin onun barəsində şayiələr yayması, hadisə günü zərərçəkmiş şəxslə yalnız söhbət etmək istəməsi, zərərçəkmiş şəxsin əlini cibinə aparaq guya bıçaq çıxara bilməsi və bu səbəbdən onun özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyi süngi bıçağa əl atması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs satış həyata keçirtdiyi Təzə bazarın ətrafına gələrək onun iş sahəsindən kənarlaşmasını gözləyib saat 21 radələrində sonuncu təbii ehtiyaclarını ödəmək üçün bazarın ərazisində yerləşən (ayaq yoluna) “tualetə” daxil olduqda özünün şəxsiyyətini zərərçəkmişin və ətrafdaki şəxslərin fövgündə qoyaraq istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirib, insanlar arasında bərqərar olmuş birqəraryaşayış və əxlaq normalarını kobud surətdə pozaraq sonuncunun üzərinə hücum edib, istintaqla müəyyən edilməyən mənbədən qanunsuz olaraq əldə olunub üzərində qəzdirdiyi zavod üsulu ilə hazırlanmış süngi bıçaqla vurması təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən hadisədən sonra könüllü Abşeron RPİ-nə gəlib təqsirini boynuna alması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından, o, 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyun 2021-ci il tarixdə barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.( cild 1, iş vərəqə 11-12, 51, 133-136). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 may 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon prokurorluğunda saxlanılan – mərhum Zərərçəkmiş şəxs qətlə yetirilərkən əynində olmuş 01 (bir) ədəd gödəkcə, 01(bir) ədəd saroçka -köynək, 01(bir) ədəd mayka, 01 (bir) ədəd şalvar, 01(bir) cüt corab, 01(bir) ədəd ayaqqabı zərrəçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs qətli törədərkən əynində olmuş 01 (bir) ədəd tünd göy rəngli gödəkcə, 01 (bir) ədəd açıq və tünd göy rəngli köynək, 01(bir) ədəd idman tipli şalvar, 01(bir) cüt idman tipli açıq bej rəngində süni materialdan ayaqqabı yaxınlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməli və 01(bir) ədəd hərbi təyinatlı süngi bıçaq məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154,16 manat (yüz əlli dörd manat on altı qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 120.2.2-cü maddəsi ilə 16 (on altı) il müddətinə, CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd gödəkcə, 01(bir) ədəd köynək, 01(bir) ədəd mayka, 01 (bir) ədəd şalvar, 01(bir) cüt corab ,01(bir) ayaqqabı zərrəçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd gödəkcə, 01 (bir) ədəd köynək, 01(bir) ədəd şalvar, 01(bir) cüt ayaqqabı yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin və 01(bir) ədəd hərbi təyinatlı süngi bıçaq məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 154,16 manat (yüz əlli dörd manat on altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar