Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-157/2023 22.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Şahid1 və Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Yusif Məmmədəliyev küçəsində bacısı Şahid4 ilə qeyri rəsmi nikahda yaşayan Zərərçəkmiş şəxs ilə arasında ailə məişət zəminində yaranmış mübahisədən sonra, bacısını yaşadıqları evə geri qaytarmasına icazə verilməməsini bəhanə edib ətrafda olan insanlara qarşı laqeyidlik və etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, sonradan üzərində heç bir düzəliş edilməmiş, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, soyuq silah hesab olunmayan mətbəx bıçağını silah qismində istifadə edib tətbiq etməklə ilk əvvəl qəsdən Zərərçəkmiş şəxs döş qəfəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının boşluğa keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemotoraks, döş qəfəsinin böyük ölçülü emfizeması kimi yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra həmin bıçaqla qəsdən üzərinə gələn Şahid1 da qarın nahiyəsindən bir dəfə vuraraq ona qarnın ön divarının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsaq müsariqəsinin, köndələn çənbər bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayət olunan qarnın ön divarının sol hissəsinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası, hemoperitoneum kimi yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, zərər çəkmiş şəxslərin ifadələridə söylədikləri bəzi xüsusatlar həqiqəti əks etdirməmişdir. Onun valideynləri xəstədir, özü də əsəbi adamdır. Qarşı tərəfin ifadələrində bildirdikləri yanlış xüsusatlardan biri də guya hadisə zamanı onun bacısının boğazını bıçaqla kəsmək istəməyi olmuşdur. Əslində o hadisə günü Xəyalgilə atasının tapşırığı əsasında bacısını götürmək üçün getmişdir. Xəyalgili Elman adlı tanışı vasitəsi ilə tanımışdır. Xəyal Elmanın iş yoldaşı olmuş, sonuncu Xəyalın ona uşaq evində böyüdüyü, Gəncədə evi olan və subay şəxs kimi təqdim etmişdir. Xəyal da onların evinə gələn zaman işini bildiyindən vəsiqəsini gətirməmiş və beləcə onlar da Xəyalın əslində evli olduğunu bilməmişdirlər. Atası da ona söyləmişdir ki, Xəyal evlidir, ailəsi var, vəsiqəsini gətirmir, Xəyalın bacısını kəbinə aparmasına razılıq verməsin. Ancaq o, Xəyala inanmış, izdivaclarına razılıq vermiş, sonrasında bu qədər hadisə olacağını da düşünməmişdir. Lakin bir müddət sonra öyrənmişdir ki, həqiqətən də Xəyal evli olmuş və iki övladı da var. Xəyal bacısı ilə ailə qurmuş və birlikdə Gəncəyə getmişdirlər. Xəyalın iki qardaşı olması barədə məlumatları olmamışdır. Xəyalgil Sumqayıta Kotecə gəldikdən sonra sonuncunun iki qardaşı olduğunu öyrənmişdirlər. Münaqişə ərəfəsində bacısı Xəyaldan işləməməsinə görə şikayətlənərək Xəyalın işləmədiyini bildirmişdir. Atası da ona Xəyaldan gözünün su içmdiyini söyləyərək bacısını evlərinə gətirməyi tapşırmışdır. Bacısı ilə Xəyalın arasdında da mübahisə bacısının işləməyinə görə yaranmışdır. Belə ki, evlərinin yanındakı obyektdə bacısı günə beş manatdan işləmək istədikdə Xəyal buna qarşı çıxmışdır. O, yuxarıda göstərdiyi hallara və atasının da tapşırığına görə bacısını götürməyə getmişdir. Xəyalgilin üç qardaş olduğunu və onu döyəcəklərini nəzərə alaraq Xəyalgilə gedərkən üzərində bıçaq götürmüşdür. Xəyalgilin ünvanının yaxınlığına gəldikdə bir nəfər şəxsin kənarda dayandığını görmüş və həmin şəxsə yaxınlaşmışdır. Yaxınlaşdıqda sözügedən şəxsin Xəyalın qardaşı olduğunu, bununla yanaşı qardaşının arvadı Səriyyə və bacısının da orada olduğunu, birlikdə marketə getdiklərini görmüşdür. Bacısını bir qədər kənara çəkmiş və qulağına atasının onu evə aparmağını tapşırdığını söyləmişdir. Sanki bu ifadədən sonra bacısı bir qədər ruhlanmışdır. Elə bacısının qulağına söz demişdir ki, Xəyalın qardaşı onun üzərinə gəlmiş və ona bir dəfə yumruq vurmuşdur. Zərbə nəticəsində burnu qanamışdır. Özünü müdafiə etmək məqsədi ilə əlini üzərindəki bıçağa atmışdır. Əlini bıçağa atarkən Xəyalla Tural da evdən çıxmışdır. Xəyalgil də evdən çıxdıqdan sonra onun üzərinə üç nəfər gəlmişdir. Onun üzərinə gələn zaman bacısı da araya girib onları aralamaq istəmişdir. Bundan sonra həmin şəxslərin üzərinə gəldiyini görüb əlindəki bıçaqla Xəyala xəsarət yetirmişdir. Bundan sonra Turalın evlərinin qapısının qarşısında bacısının saçından tutub ona əziyyət verdiyini görmüşdür. O, da buna göz yuma bilməmiş və Turalı qorxutmaq niyyətilə bir qədər bıçağı ona batırmışdır. Xəyalgil ifadələrində bildirdilər ki, guya münaqişə zamanı onun niyyəti bacısını öldürmək olmuşdur. Lakin hal-hazırda söylədiklərindən də göründüyü kimi, onun niyyəti bacısını Xəyalgilin yaşadığı evdən götürüb evlərinə gətirmək olmuşdur. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, münaqişə zamanı onu ilk öncə Xəyalın qardaşı Şahid2 vurmuşdur. Ramin üz nahiyəsinə zərbə endirərək burnunu partlatmışdır. Hadisədən iki gün sonra Raminin onu vurmuş olduğu xəsarətlə bağlı tibbi ekspertizadan keçmiş, lakin Xəyalgilin xəsarəti barədə polis daha tez məlumatlı olmuşdur. Belə ki, Xəyalgil bıçaqlandığı üçün təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım xidmətinin əməkdaşları da hadisəni öyrəndikdən sonra dərhal polis əməkdaşlarına məlumat vermişdirlər. Zərərçəkmiş şəxslərdən Tural ona demişdir ki, vurmuş olduğu zərəri ödəsin. Onun özünün altı-yeddi minlik tövləsi var. Sadəcə adam yoxdur ki, satıb tövlənin pulundan dörd-beş min zərər çəkmiş şəxslərə versin. Hadisə zamanı hadisə yerində zərər çəkmiş şəxslər, qardaşları Ramin, sonuncunun arvadı Səriyyə, anası, bacısı və özü olmuşdur. Hadisə Kotecdəki evin bir dayanacaq yaxınlığında olmuşdur. O, Xəyalgilin üç qardaş olub üzərinə gələcəklərini bildiyi üçün üzərində bıçaq götürmüşdür. Onun niyyəti Xəyalgilə xəsarət yetirmək olmamış, özünü müdafiə etmək olmuşdur. O, zərərçəkmiş şəxslərin hər hansı xəstəxana və ya müalicə xərclərini ödəməmişdir. Ana və atası xəstə olduqlarından tövləni sata bilməmişdirlər. Özü də ki, həbs olunduğundan heç nə edə bilməmişdir. Zərər çəkmiş şəxslər barışıq versələr, tövləni satdırıb onlara dəymiş ziyanı ödəyə bilər. Müdafiə tərəfinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bıçağı evdən götürmüşdür. Ona ilk öncə Şahid2 xəsarət yetirmişdir. Ramin ona xəsarət yetirərkən o, bıçaq çıxarmamışdır. Bıçaq zərbəsinin birini Xəyala vurmuşdur. Bacısının saçını yolduğu üçün Turala xəsarət yetirmişdir. Bıçaq zərbəsindən sonra Tural evə qaçmış, Xəyal yerə yıxılmışdır. Törətmiş olduğu əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 19 yanvar 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, qardaşı ilə evdə olmuşdur. Digər qardaşı ilə də yoldaşı mağazaya getmişdirlər. Onlar marketə gedən zaman Yadigarın da bacısı onlarla birlikdə getmişdir. İlk öncə Yadigarın bacısı kiminləsə mobil telefonla danışaraq çölə çıxmışdır. O çölə çıxan zaman görmüşdür ki, digər qardaşının arvadı marketə gedib. Həmin vaxt Yadigar da bıçaq götürüb anasıyla birlikdə onlara gəlmişdir. O, bayıra çıxdıqda görmüşdür ki, bayırda davadır və Yadigar bıçaqla bacısının üzərinə hücum edir. O, bıçağı Yadigarın əlindən almaq istəyən zaman Yadigar ona bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onlara dəymiş ziyan heç bir şəkildə ödənməmişdir. Heç xəstəxanada olarkən də onlara maddi cəhətdən yardım göstərməmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, onun Yadigarla heç bir qohumluq münasibəti olmamışdır. Onları bir-biri ilə tanış eləyən Elman adlı şəxs olmuşdur. Münaqişə Yadigarın “yaxşı eləyirəm, nə istəsəm onu da edərəm” tipli ifadələr işlətməsi səbəbindən baş vermişdir. Yadigarın bacısı Fazilənin onunla münasibətini davam etdirmək istəməməsi və evlərinə qayıtması səbəbindən Yadigargillə münasibətləri pisləşmişdir. O, Yadigara heç nə söyləməmiş, özü bıçaq götürüb üzərlərinə gəlmişdir. Anası Yadigarı götürüb üstlərinə gətirmişdir ki, gəlib onları bıçaqlasın. Yadigar Elmangilin yanında, Kotecdə qalmışdır. O, həmin vaxt kirayə qalan qardaşıgildə qalmışdır. Hadisə vaxtı hava qaranlıq olduğundan, dəqiq olaraq kimlərin üstlərinə gəldiyini xatırlamamışdır. Yadigar öz bacısını, yəni onun yoldaşını bıçaqla vurmaq istəmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir mübahisə ərəfəsində onun arvadı ila münasibətləri normal olmuşdur. Onun Yadigarın bacısıyla olan qeyri-rəsmi nikahından uşağı olmamışdır. Yadigarın anası “oğlumu gətirəcəm, bıçaqlasın sizi” demişdir. Hava qaranlıq olmuş, o, yaxına gedən zaman Yadigar onu bıçaqlamış, o, özündən getmişdir. O, çölə çıxan kimi bıçağı görmüş və Yadigarın aravadına bıçaqla xəsarət yetirmək istədiyini başa düşmüşdür. Yadigar Fazilənin üzərinə bıçaqla getmişdir. O, araya girən zaman Yadigar onu bıçaqlamışdır. Müdafiə tərəfinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, münaqişə zamanı o evdə, qardaşı isə çöldə olmuşdur. Yadigar ona bir dəfə, ürəyinin altından bıçaqla xəsarət yetirmişdir. Bıçaqlandıqdan sonra özündə olmadığından Yadigarın yenidən ona bıçaqla xəsarət yetirmək imkanının olub-olmadığını bilməmişdir. Yadigarın qardaşını bıçaqlamasının şahidi olmamışdır. 19 yanvar 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Kotec qəsəbəsində kirayə yaşamışdırlar. Onda heç Xəyalın qız qaçırdığını bilməmişdirlər. Daha sonra anası gəlmiş, anasından sonra da Xəyal Fazilə ilə birlikdə Yadigargilə qonaq getmişlər. Yadigarın anası, atası və özü evdə olmuşdur. Hər şey yaxşı keçmişdir. Bundan iki gün sonra Yadigarın bacısı arxa otaqda telefonla danışmışdır. Telefonla Fazilə danışan zaman digər qardaşının arvadı mağazaya getmişdir. Bu zaman Fazilə də onunla birlikdə getmək istədiyini bildirmişdir. Elə Fazilə bayıra çıxan zaman Yadigar və anası Fazilənin önünü kəsmişdirlər. Həmin vaxt Yadigargillə hündür, qırmızı köynəkli oğlan da gəlmiş, lakin o bir qədər uzaqda dayanmışdır. Yadigar bacısını aparmaq istəyən zaman, o biri qardaşı və arvadı buna icazə verməmişdir. Beləcə, onlar arasında münaqişə yaranmışdır. Yadigar bacısının baş nahiyəsindən tutub bıçaqla boğaz nahiyəsinə xəsarət yetirmək istəyən zaman qardaşı buna imkan verməmişdir. Yadigar qardaşının arvadını vurmaq istəmiş, qarşısına o, çıxmış, bıçaq da da ona dəymişdir. Yadigar birinci qardaşına, daha sonra ona bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onlara dəymiş ziyanı heç bir şəkildə ödənməmişdir. Heç xəstəxanada olarkən onlara maddi cəhətdən yardım göstərməmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq zərərçəkmiş şəxs Şahid1 bildirmişdir ki, hadisə küçədə - qapının ağzında baş vermişdir. Qardaşının arvadı qabaqda, o, isə arxada olmuşdur. Yadigar onu vurmaq istəyəndə o, qabağa keçmiş, bıçaq da ona dəymişdir. Ətrafda onlardan başqa təkcə kirayə qaldıqları evin sahibi olmuşdur. Təqsirləndirilən şəxslə barışmamışdır. Müdafiə tərəfinin suallarına cavab olaraq zərərçəkmiş şəxs Şahid1 bildirmişdir ki, Yadigar ona bir dəfə bıçaq xəsarəti yetirmişdir. Bıçaq bədəninə 05 sm dərinlikdə girmişdir. Yadigar ona göbək nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. Yadigar ilk öncə Xəyala, daha sonra isə ona bıçaqla xəsarət yetirmişdir. Münaqişə axşam saat 22-23 radələrində baş vermişdir. Təqsirləndirilən şəxsdən tələbi ondan ibarətdir ki, ona dəymiş ziyanı ödənilsin. İki ildir ki, işləyə bilmir. Zərərçəkmiş şəxs Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri kimyaçılar qəsəbəsi ərazisində yerləşən mənzildə qardaşları Şahid2, Zərərçəkmiş şəxs və qardaşının həyat yoldaşı Şahid3 Kərəm qızı ilə birlikdə yaşamış, qardaşı Zərərçəkmiş şəxs təxminən 7 il öncə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki övladı olmuş, daha sonra ailədaxili narazılıqlarla bağlı onlar boşanmaq üçün Kəpəz rayon məhkəməsinə müraciət etmişlər. Əvvəllər qardaşları Xəyal, Ramin və qardaşının həyat yoldaşı Səriyyə ilə birgə Gəncə şəhərində yaşamış, daha sonra böyük qardaşı Ramin moykada işləyib günlük gəlir əldə etmək üçün Sumqayıt şəhərinə köçdüyündən və Sumqayıt şəhərində mənzil kirayə tutub orada yaşamağa davam etdiyindən, bundan sonra Ramin və ailə üzvüləri ilə birlikdə yaşamaq üçün Sumqayıt şəhərinə köçmüş, Xəyal isə Gəncə şəhərində qalmış, daha sonra Xəyala dövlət tərəfindən sığınacaq kimi yaşamağa mənzil verilmişdir. 2021-ci ilin dekabr ayının sonlarında qardaşı ilə əlaqə saxladığı zaman qardaşı Xəyalın Sumqayıt şəhərində yaşayan Elman və sonuncunun arvadı Nahidə adlı şəxslərin vasitəsilə tanış olduğu Fazilə adlı qadınla danışıb rəsmi qeydiyyata düşməsə də evlənmək qərarı aldığını, onu Gəncə şəhərindəki yaşadığı evinə apardığını, lakin sonradan Fazilənin əvvəllər də evli olmasını, övladı olmadığını öyrəndiyini, Fazilənin ondan yaşadıqları evi satmağı və onu övladı olmaması səbəbindən müalicə etdirməyi tələb etdiyini öyrənmişdir. Göstərilən səbəbdən qardaşı Xəyal onunla yola gedə bilməyəcəyini bildirmiş, bu səbəbdən böyük qardaşı Ramin Xəyal və Faziləni evinə qonaq dəvət etmiş, birlikdə oturub söhbət edərək mübahisəinin səbəbini aydınlaşdırmaq istəmişdir. 2021-ci ilin dekabr ayının son günlərində qardaşı Xəyal arvadı Fazilə ilə birgə yaşadıqları evə qonaq gəlmiş, Fazilə ilə söhbətləri zamanı o qardaşı Yadigarın onu hər gün döydüyünü, qardaşından bezdiyi üçün Xəyal ilə evlənmək qərarına gəldiyini, Xəyaldan evi satmasını tələb etdiyini, evi satdıqdan sonra isə övladının olmaması səbəbindən müalicə alacağını bildirmiş, bundan sonra ona həmin evin dövət balansında olduğunu, bu səbəbdəndə evi sata biləməyəcəklərini demişlər, Fazilə bundan sonra əvvəlki iş yerinə qayıtmaq istədiyini bildirmiş, lakin Xəyal onunla razılaşmamış, Ramin isə Xəyalı Sumqayıt şəhərində inşa edilən stadionun tikintisində işə cəlb etməsini, Xəyalın hər gün oradan 25 manat əmək haqqı alacağını və onların ailə xərclərini ödəyəcəyini demişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yaşadıqları evdə olarkən Xəyal və Fazilə arasında yenidən Fazilənin işləmək istəməsi səbəbindən mübahisə yaranmış, qardaşı Xəyal isə bundan sonra Fazilənin anasını evlərinə dəvət etmiş, Fazilənin anası Arifə yaşadıqları evə gəldikdən sonra isə ondan Faziləni götürüb apamasını tələb etdikdə Fazilə anası ilə birlikdə getməkdən imtina etmiş, həmin gün saat təxminən 21 radələrində qardaşı Ramin arvadı Səriyyə və gəlinləri Fazilə ilə birlikdə mağazaya getmiş, aradan bir müddət keçdikdən sonra qardaşının həyat yoldaşı Səriyyə Xəyalı çağırıb Fazilənin qardaşı Yadigarın oraya gəldiyini və qardaşı Raminlə əlbəyaxa olduqlarını bildirmiş, bundan dərhal sonra Xəyal, ondan bir qədər sonra isə özü küçəyə çıxmış, həmin vaxt Yadigarla Raminin əlbəyaxa olduqlarını, Xəyalın ürək nahiyəsini tutaraq yerə yıxıldığını görmüş, həmin vaxt həmçinin Yadigarın Ramindən ayrılıb gəlinləri Səriyyənin üstünə getdiyini gördükdə onun qarşısına keçib ona mane olmaq istədikdə o, əli ilə qarın nahiyəsinə bir zərbə vurmuş, bundan sonra əlini həmin nahiyəsinə apardıqda qarın nahiyəsinn qanadığını və daxili orqanlarının bir hissəsinin çölə çıxdığını gördükdə Yadigarın onu bıçaqla vurduğunu başa düşmüş və yaşadıqları evin həyətinə qayıdaraq masaya oturub qışqıraraq kömək istəmiş, daha sonra hadisə yerinə gəlmiş TTYX-nə məxsus avtomobillə qardaşı Xəyalla birlikdə xəstəxanaya aparılmış, Yadigarın hadisə zamanı ona xəsarət yetirdiyi bıçağı görməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı ona zərbə vurduqdan sonra qaçıb çıxıb getmiş, ona təkrar zərbə vurmağa cəhd etməmiş, Təqsirləndirilən şəxs qardaşı Xəyalı niyə vurduğunu bilməsə də, Yadigarın gəlinləri Səriyyənin üstünə gedərkən ona mane olmaq istəməsi səbəbindən Yadigar onu vurub bədən xəsarəti yetirmiş, hadisə yerində ailə üzvülərindən və Yadigarın anası Arifədən başqa kənar şəxs olmamış, mübahisə ümumilikdə təxminən 5-6 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əvvəldən Xəyalgili tanımamışdır. Xəyalgil evlərinin içinə gedib-gəldikdən sonra qonşu Elman vasitəsilə tanımışdır. O, Xəyalın əvvəllər başqa biri ilə nikahda olduğundan məlumatlı olmuş, eyni zamanda ona Xəyalın həmin arvadından tam ayrıldığını söyləmişdirlər. Lakin sonradan öyrənmişdir ki, nəinki Xəyal nikahdan çıxmamış, hətta onun övladları da vardır. Faktiki nikaha daxil olduqdan sonra Xəyal onu Gəncəyə aparmışdır. Orada bir müddət ona zülm vermişdir. Bir müddət sonra onlar Sumqayıta, Xəyalın qardaşının kirayə yaşadığı evə gəlmişdirlər. Sumqayıta gəldikdən sonra onların aralarında problem olmuş və bunu qardaşı Yadigar da öyrənmişdir. Bundan sonra qardaşı Yadigar gəlib onu götürmək istəmiş, çünki Xəyalgil onu qanunsuz yollarla Türkiyəyə aparmaq istəmişdirlər. Bunları öyrənən qardaşı Yadigar onu Xəyalgilin yanından aparmaq istəyən zaman Xəyal və qardaşları Yadigarın üzərinə hücum etmişdirlər. Yadigar da özünü müdafiə etmək məqsədilə üzərindən bıçaq çıxarmış və Xəyalla qardaşını bıçaqlamışdır. Yadigar ilk öncə ərinə, daha sonra qaynına bıçaqla bədən xəsarətləri yetirmişdir. Turala Yadigar ona görə bıçaqla xəsarət yetirmişdir ki, Tural da qardaşının üzərinə hücum etmişdir. Qardaşı özünü müdafiə etmək məqsədilə Xəyala bıçaqla xəsarət yetirmişdir. Hadisə günü qardaşını ilk görən zaman onun əlində bıçaq və ya hər hansı kəsici alət görməmişdir. O cümlədən qardaşının hadisə yerinə bıçaqla gəlməsi barədə də heç bir məlumatı olmamışdır. Hazırda Xəyalla birlikdə yaşamır. Hadisə zamanı o qədər də səs-küy olmamışdır. Münaqişə baş verən zaman o, tərəfləri sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 İskəndər qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anasıdr. Hadisə Xəyalgilin təşəbbüsü ilə baş vermişdir. Onun oğlu Xəyalgilə bıçaqla bədən xəsarəti yetirmişsə də, elə Xəyalgil də onun oğlunun üzərinə hücum etmiş və hadisə də bu səbəbdən baş vermişdir. Oğlunun üzərində bıçaq olmasından onun məlumatı olmamışdır. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs təxminən 7 il öncə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladı olmuş, daha sonra ailə daxili narazılıqlarla bağlı onlar boşanmaq üçün Kəpəz rayon məhkəməsinə müraciət etmiş, əvvəllər qardaşları Xəyal, Tural və arvadı Səriyyə ilə birgə Gəncə şəhərində yaşamış, daha sonra moykada işləyib günlük gəlir əldə etmək üçün Sumqayıt şəhərinə gəlmiş və hazırda yuxarıda göstərilən ünvanı kirayə tutub orada yaşamağa davam etmiş, Xəyal isə Gəncə şəhərində qalmış, daha sonra Xəyala dövlət tərəfindən sığınacaq kimi yaşamağa mənzil verilmiş, 2021-ci ilin dekabr ayının sonlarında qardaşı ilə əlaqə saxladığı zamanı qardaşı Xəyal Sumqayıt şəhərində yaşayan Elman və sonuncunun arvadı Nahidə adlı şəxslərin vasitəsilə tanış olduğu Fazilə adlı qadınla danışıb rəsmi qeydiyyata düşməsədə evlənmək qərarı aldığını, onu Gəncə şəhərindəki yaşadığı evinə gətirdiyini, lakin sonradan Fazilənin əvvəllərdə evli olmasını, övladı olmadığını öyrəndiyini, Fazilənin ondan yaşadıqları evi satmağını və onu müalicə etdirməyini tələb etdiyini bildirmiş, göstərilən səbəbdən qardaşı Xəyal onunla yola gedə bilməyəcəyinidə bildirmiş, bundan sonra onu evinə qonaq dəvət edib birgə oturub söhbət etmələrini təklif etmiş, 2021-ci ilin dekabr ayının son günlərində qardaşı arvadı Fazilə ilə birgə yaşadığı evə qonaq gəlmiş, Fazilə ilə söhbətləri zamanı o qardaşı Yadigarın onu hər gün döydüyünü, qardaşından bezdiyi üçün Xəyal ilə evlənmək qərarın gəldiyini, Xəyaldan evi satmasını tələb etdiyini, evi satdıqdan sonra isə övladı olması üçün müalicə alacağını bildirmiş, bundan sonra ona həmin evin dövət balansında olduğunu, bu səbəbdən evi sata biləməyəcəklərini demiş, Fazilə isə bundan sonra əvvəlki iş yerinə qayıtmaq istədiyini bildirmiş, lakin Xəyal onunla razılaşmamış, bu səbəbdən onlara Sumqayıt şəhərində inşa olunan stadionun tiktisində Xəyalı işə cəlb etməsini, Xəyalın hər gün oradan 25 manat əmək haqqı alması müqabilində gündəlik ailə xərclərini ödəmələrini təklif etmiş, bundan sonra xx.xx.2021-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evə gəldikdə, həmin gün yenidən eyni narazılıqlarla bağlı Xəyal və Fazilə arasında sözlü mabahisə olduğunu, qardaşı Xəyalın Fazilənin anasını evlərinə dəvət etdiyini, ondan qızını evlərinə apamasını tələb etdiyini, lakin Fazilənin anası Arifənin Xəyalla razılaşmayıb Faziləni aparmaqdan imtina etdiyini öyrənmiş, özüdə Xəyala qızı göndərməməsini məsləhət görmüş, həmin gün saat 21 radələrində arvadı Səriyyə və gəlinləri Faziləyə dükana getmələrini təklif etmiş, onlar razılaşmış, bundan sonra yaşadıqları evin darvazından çıxan kimi qarşıda Arifə, Yadigar və adını bilmədəyi bir nəfər uzun boylu oğlan olduğunu görmüş, onları evə qonaq dəvət etsədə, lakin Yadigar bacısı ilə işi olduğunu bildirmiş, buna etiraz etməmiş, həmin vaxt Yadigar Fazilənin qoluna girib onu bir iki addım kənara çəkmiş, sonra isə gödəkçəsinin ön tərəfni açdığını və döş cibindən bir ədəd göy dəstəkli uzun bıçaq çıxartdığını görmüş, həmin vaxt Yadigarın Faziləni vuracağından ehtiyyatlanıb cəld onlar tərəf getmək istəyəndə adını bilmədiyi Yadigarla gələn hündür boylu şəxs onu arxa tərəfdən iki əli qucaqlayıb saxlamış, həmin şəxsdən onu buraxmasını tələb etsə də, o Yadigarın Faziləni vurmayacağını demiş, Yadıgarın əlində bıçağı görən arvadı Səriyyə qışqıraraq Xəyal və Turalı ora çağırmış, Xəyal və Turalı ora çağırması ilə bağlı Yadigar Faziləni buraxıb onun üstünə getmiş, həmin vaxt hadisə yerinə çatan Xəyal Yadigara “ayə, şərəfsiz sən niyə bacıvın üstünə bıçaq çıxardırsan, gəl gedək mənimlə kənarda söhbət edək” deyərək irad bildirmiş, bu vaxt Yadigar heç bir söz demədən sağ əlində tutduğu bıçaqla qardaşı Xəyalın döş qəfəsinin sol tərəfinə, qolunun altına bıçaqla bir zərbə vurmuş, zərbənin təsirindən qardaşı Xəyal yerə yıxılmış, həmin vaxt Tural Yadigarın üstünə cummuş, onu tutub saxlayan uzun boylu oğlan isə onu buraxıb hadisə yerindən qaçmış, bundan sonra dərhal Xəyal tərəfə qaçmış, Yadigar isə sağ əlində tutduğu bıçaqla üstünə gedən Turalın qarın-göbək nahiyəsinə bir zərbə vurmuş, zərbədən Turalda yerə yıxılmış, həmin vaxt Arifə ilə Fazilə Yadigarın qarşısına keçərək onu saxlamış, bundan sonra dərhal tibbi yardım xidmətinə, ardı ilə isə DİN 102 xidmətinə zəng edərək hadisə barədə məluamt vermiş, Arifə ilə Fazilə Yadigarı oradan uzaqlaşdırmış, hadisə vaxtı kimsəyə fiziki qüvvə tətbiq etməmiş, eləcə də ona kimsə fiziki qüvvə tətbiq etməmiş, heç bir bədən xəsarəti almamışdır. Yadigarın hadisə yerinə bıçaqla gələcəyini əvvəlcədən bilməmiş, Yadigarın hadisə zamanı istifadə etdiyi bıçaq 25-30 sm ölçüdə, göy rəngli dəstəkli, mətbəxtdə istifadə olunan bıçaq olmuş, Yadigar qardaşları Xəyal və Turala bıçaqla zərbə vurduqdan sonra hərəkətlərini dayandırmış, o Xəyal və Turala təkrar zərbə vurmaq üçün hər hansı bir hərəkət etməmiş, Yadigar qardaşı Xəyalı bacısı Faziləni arvadı kimi saxlamaqdan imtina etdiyi üçün, Xəyalı bıçaqla vurduqdan sonra üstünə getdiyi üçün isə digər qardaşı Turalı bıçaqla vurub xəsarət yetirmiş, hadisə yerində hadisədən sonra oraya gəlmiş yaşadığı evin sahibini görmüş, mübahisə ümumilikdə təxminən 5-6 dəqiqə davam etmiş, hadisə yerinə Yadigarla gəlmiş uzun boylu şəxsi tanımamış, həmin şəxs Yadigar bıçaqla Xəyalı vuran anda isə hadisə yerindən qaçmış, həmin şəxs təxminən 180 sm boyunda, arıq bədən quruluşlu, sarışın olmuş, onun başında papaq, üzündə isə tibbi maska olmuş, hadisə zamanı nə özü, nə qardaşı Xəyal, nədə ki Tural Yadigarı vurmamış, onu döyməmişlər, Yadigar özünü müdafiə etmək üçün döyülməsi barədə onların üstünə şər atmışdır. Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşamr məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Şahid6 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yadigar oğlu və onun ailə üzvülərini uzun müddət əvvəl tanımış, onlarla qonşuluqda yaşamış, münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamış, Zərərçəkmiş şəxs ilə isə təxminən 2021-ci ilin noyabr dekabr aylarında Samux rayonu ərazisində komendant işlədiyi şəhid ailələri, müharibə veteranları üçün inşa edilmiş binada işləyərkən tanış olmuş, Xəyalda dövlət tərəfindən həmin binada mənzillə təmin olunmuş, Xəyalla tanış olduqdan sonra Xəyal təxminən 2021-ci ilin dekabr ayının əvvələrində Sumqayıt şəhərinə gəldiyindən, Sumqayıt şəhərində yerləşən yaşadığı evə qonaq gəlmiş, Xəyal evinə qonaq gələrkən onunla qonşuluqda yaşayan Yadigarın bacısı Faziləni görüb bəyənmiş, onunla ailə həyatı qurmaq qərarına gəlmiş, bu barədə Xəyal ona dedikdə həyat yoldaşı Nahidə ilə birlikdə Fazilənin yaşadığı evə elçiliyə getmiş, onun valideyinlərinin razılığını aldıqdan sonra isə Xəyal və Fazilə ailə qurmaq qərarına gəldiklərindən Xəyalın yaşadığı evə köçüb bir müddət orda yaşamış, bundan sonradan xəbər tutmuş, daha sonralar isə Xəyal və Fazilə Sumqayıt şəhərinə köçərək orda Xəyalın qardaşının kirayəşin yaşadığı evdə yaşamağa başlamışlar, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ona zəng edən şəxs özünü təqdim edərək Xəyalın qardaşı Ramin olduğunu və Yadigarın bıçaqla onun qardaşları Xəyal və Turalı vuraraq onlara bədən xəsarəti yetirdiyini bildirmiş, bundan dərhal sonra həyat yoldaşı Nahidə ilə birlikdə onun dediyi hadisə yerinə getdikdə Xəyalın sinə nahiyəsindən xəsarət aldığını, onun təcili tibbi yardım avtomobilinə yerləşdirildiyini, orda başqa bir təcili tibbi yardım avtomobilinində olduğunu, həmin avtomobildə isə Xəyalın qardaşı Turalın yerləşdirildiyini, Turalın isə qarın nahiyəsindən xəsarət aldığını görmüş, hadisə yerinə gəldikdən bir neçə dəqiqə sonra Tural və Xəyal onlara tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmış, hadisə yerində Xəyalın qardaşı Ramini gördükdə ondan nə baş verməsi ilə maraqlanmış, Ramin isə Yadigarın anası ilə oraya gəldiyini, küçədə Yadigar və anası ilə qarşılaşdıqda Yadigarın bıçaq çıxardığını və Faziləni yanına çağırdığını, onun bacısını bıçaqla vuracağını fikirləşərək ona mane olmaq istədikdə Yadigarın bıçaqla üstünə gəlib onu vurmağa cəhd etdiyini, sonradan isə hadisə yerinə gəlmiş qardaşı Xəyala sinə nahiyəsindən, digər qardaşı Turala isə qarın nahiyəsindən vuraraq onlara xəsarət yetirdiyini, sonra isə hadisə yerindən qaçıb getdiyini bildirmiş, bundan sonra xəstəxanaya getmiş, orda Tural və Xəyalın səhhəti ilə maraqlandıqda onların cərrahiyə əməliyyatı olduğunu öyrənmiş, daha sonra olanlardan isə məlumatsız olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 04 yanvar 2022-ci il tarilxi raportdan görünür ki, özünü təqdim etməyən şəxs Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, İmam Sadiq məscidinin yanında 2 nəfər şəxsin bıçaqlandığı və vəziyyətlərinin pis olması barədə məlumat vermişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “baxış keçirilməsi və götürmə haqqında” 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış ünvan 5 ünvanında ev sahibi Şahid5 könüllü razılığı əsasında keçirilmişdir. Baxış iştirakçısı Şahid4 qardaşı Təqsirləndirilən şəxs mətbəxtdəki şkafın alt hissəsində gizlətdiyi 01 ədəd bıçağı istintaqa təqdim etmişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “baxış və götürmə haqqında” 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, TTY stansiyasında işləyən tibb bacısı X1 Tural Vidadi oğluna məxsus bir ədəd mayka, bir ədəd köynək və bir ədəd papaqlı idman gödəkcəsini, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd papaqlı idman gödəkçəsini istintaqa təqdim etmişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “baxış və götürmə haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Yusif Məmmədəliyev küçəsində baş vermişdir. Baxış keçirilən zaman hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən iz, məlumat, əşya aşkar edilməmişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, Şahid4 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “Sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası”. Qeyd olunan xəsarət iti kənara və uca malik olan əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilər, öz-özünə yetirməsi istisna edilir və həm ayrı-ayrılıqda, eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 95 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “Döş qəfəsinin sol yarısının boşluğa keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemotoraks. Döş qəsəsinin böyük ölçülü emfizeması”. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYXna qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətin onun özü-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi istisna edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 109 nömrəli rəyindən görünür ki, Şahid1 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “Qarnın ön divarının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsaq müsariqəsinin, köndələn çənbər bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayət olunan qarnın ön divarının sol hissəsinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası, hemoperitoneum. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aiddir. Şahid1 bədəni üzərində olan xəsarətin onun özüözünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi istisna edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının xx.xx.2022-ci il tarixli 16-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Şahid1 məxsus mayka, köynək və gödəkcənin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus puloverin və gödəkcənin arxa səthinin sol yarısının yuxarı hissəsində, sol qolaltı nahiyəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Şahid1 məxsus mayka, köynək və gödəkcənin, Zərərçəkmiş şəxs məxsus pulover və gödəkcənin üzərində olan deşilmiş-kəsilmiş zədələrin eyni bir alətlə (əşya ilə) törənməsinin mümkünlüyü istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Şahid1 məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli hər hansı alətin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli hər hansı alətin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə bioloji ekspertizasının 01 fevral 2022-ci il tarixli 21/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. Şahid1 ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. Ekspertizaya təqdim edilən Şahid1 məxsus idman gödəkcəsi, mayka, Zərərçəkmiş şəxs məxsus idman gödəkcəsi, sviter və bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Şahid1 və eyni qruplu şəxs Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilən Şahid1 məxsus köynək üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1293 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətin qarşıq tip pozuntusu əlamətləri aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri – özünü əsəbi şəxs kimi xarakterizə edərək əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, bununla əlaqədar Sumqayıt Psixiatiriya Xəstəxanasında müalicə olması, Sumqayıt Tibb Mərkəzi X7 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin psixiatrik kabinetində “Şəxsiyyətin qarışıq tip pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatda olması, hazırki müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional qeyri-sabitliyi və.s təsdiq edir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs şəxsiyyətin qarşıq tip pozuntusu əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövürdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından olmuşdur. Buna görəd də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan 08 iyun 2022-ci il tarixli “ Cinayət işi üzrə sübutların qiymətləndiriləməsi və əməlin tövsif edilməsi haqqında ” qərardan görünür ki, cinayət işinin istintaqı zamanı götürülmüş üzərlərində insan qanı ləkələri olan, Şahid1 məxsus ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmiş deşilmiş-kəsilmiş zədə olan 01 (bir) ədəd mayka, 01 (bir) ədəd köynək və 01 (bir) ədəd gödəkcə, Zərərçəkmiş şəxs məxsus arxa səthinin sol yarısının yuxarı hissəsində, sol qolaltı nahiyəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd kafi itilikli ülgücü, kafi itilikli ucu və zəif dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmiş deşilmişkəsilmiş zədə olan 01 (bir) ədəd pulover və 01 (bir) ədəd gödəkcə, 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab olunmayan, üzərində sonradan heç bir düzəliş edilməmiş bıçağının cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə istinad edilməklə 07 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində isə göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə istinad edilməklə 07 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılsa da, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə 1 Saylı Məhəllə Komitəsindən alınmış arayışdan və Sumqayıt şəhər İHB-nın 1 Saylı MKS-dən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kimyaçılar qəsəbəsində qeydiyyatsız yaşamışdır. Kimyaçılar qəsəbəsində yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 221.3-cü maddəsi ilə əhatə olunan ittihamını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından da şərh etməyi və həmin qərarlara əsasən qiymətləndirməyi əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsləri vuraraq onlara xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının CPM-in 10.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Buna görə də, məhkəmə CM-in 221.3-cü maddəsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi təfsirlərində göstərilənləri rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 126.2.1, 126.2.4 və 221.3-cü maddələrinin tərkib əlamətləri vardır. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-in 126.2.1, 126.2.4 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxsin sağlamlığına ağır bədən xəsarəti yetirməsini zərərçəkmiş şəxslərin hərəkətləri ilə əlaqələndirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla törədilmiş cinayətə görə təyin ediləcək cəzanın yüngülləşdirilməsinə yönələn cəhddir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan zərərçəkmiş şəxslərin ərzilərindən və məhkəmədə verdikləri ifadələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs şikayətçidirlər və onlara dəymiş ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan: üzərlərində insan qanı ləkələri olan, Şahid1 məxsus 01 (bir) ədəd mayka, 01 (bir) ədəd köynək və 01 (bir) ədəd gödəkcə, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd pulover və 01 (bir) ədəd gödəkcə sahibə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab olunmayan, üzərində sonradan heç bir düzəliş edilməmiş bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc yerinə verilmiş Şahid1 məxsus 01 (bir) ədəd mayka, 01 (bir) ədəd köynək və 01 (bir) ədəd gödəkcə, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd pulover və 01 (bir) ədəd gödəkcə sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab olunmayan, üzərində sonradan heç bir düzəliş edilməmiş bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-157/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-157/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver