Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-157/2024 06.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu vəkili Müdafiəçi, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi- X2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə məhkəmə istintaqı başlanmış, məhkəmə baxışının ilk iclasında müəyyən edilmişdir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, cinayət işi üzrə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdən 19 may 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin Şimal bölgəsi üzrə satış meneceri vəzifəsində işləyərkən həmin Cəmiyyətlə aralarında bağlanmış 01 yanvar 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, əmək müqaviləsinə əsasən işəgötürən tərəfindən ona etibar edilərək təhvil verilən malların pərakəndə və ya topdan satış yerlərində nağd və nisyə satış dövriyyəsini təhlil etmək, nağd və nisyə satışın mütənasibliyini qoruyub saxlamaq, yerlərdə malların satışından əldə olunan pul vəsaitləri barəsində dərhal texniki vasitələr (mobil telefon və s. qurğular) vasitəsi ilə və ya kağız daşıyıcıda (çek, faktura) müvafiq qeydlərin aparılması ilə işəgötürəni məlumatlandırmaq və pul vəsaitlərinin əldə olunduğu gündən etibarən ən son növbəti iş gününün ən son iş saatınadək şirkətin xəzinəsinə mədaxil etmək, şirkətə vurulan maddi və mənəvi zərərə görə məsuliyyət daşımaq, satış yerlərində mal qalıqlarına ciddi nəzarət etmək və digər səlahiyyətlərə malik tam məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə ona təhkim olunmuş 114 nömrəli terminal ilə yazdığı 01 mart 2021-ci il tarixli 1371 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 324 manat, 01 mart 2021-ci il tarixli 1372 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 5122,0 manat, 01 mart 2021-ci il tarixli 1373 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 720 manat, 01 mart 2021-ci il tarixli 1374 nömrəli «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 200 manat, 01 mart 2021-ci il tarixli 1375 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1376 nömrəli faktura əsasında «Şahmar Dəvəçi-Şabran» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1377 nömrəli faktura əsasında «Şahmar Dəvəçi-Şabran» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1378 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 1665 manat, 02 mart 2021-ci il tarixli 1379 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 953,90 manat, 02 mart 2021-ci il tarixli 1380 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 126 manat, 02 mart 2021-ci il tarixli 1381 nömrəli faktura əsasında «Xeyyam-Quba» satış nöqtəsinə 1854 manat, 08 mart 2021-ci il tarixli 1382 nömrəli faktura əsasında «İbrahim Quba vitrin» satış nöqtəsinə 1052 manat, 08 mart 2021- ci il tarixli 1383 nömrəli faktura əsasında «İmam-Xaçmaz vitrin» satış nöqtəsinə 650 manat, 08 mart 2021-ci il tarixli 1384 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 672 manat, 08 mart 2021-ci il tarixli 1385 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 697 manat, 09 mart 2021-ci il tarixli 1386 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 1547 manat, 09 mart 2021-ci il tarixli 1387 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 344 manat, 09 mart 2021-ci il tarixli 1388 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 135 manat, 09 mart 2021-ci il tarixli 1389 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 64 manat, 09 mart 2021-ci il tarixli 1390 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 1094 manat, 09 mart 2021-ci il tarixli 1391 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 784 manat, 09 mart 2021-ci il tarixli 1392 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 168 manat, 09 mart 2021-ci il tarixli 1393 nömrəli faktura əsasında «Yalçın-Quba vitrin» satış nöqtəsinə 250 manat, 10 mart 2021-ci il tarixli 1394 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 404 manat, 10 mart 2021-ci il tarixli 1395 nömrəli faktura əsasında «X5» satış nöqtəsinə 94 manat, 10 mart 2021-ci il tarixli 1396 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 1116,80 manat, 11 mart 2021-ci il tarixli 1397 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 240 manat, 11 mart 2021-ci il tarixli 1398 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 375 manat, 11 mart 2021-ci il tarixli 1399 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 504 manat, 11 mart 2021ci il tarixli 1400 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 206,40 manat, 12 mart 2021-ci il tarixli 1401 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 320 manat, 12 mart 2021-ci il tarixli 1402 nömrəli faktura əsasında «Əzizağa- Xaçmaz vitrin» satış nöqtəsinə 260 manat, 15 mart 2021-ci il tarixli 1403 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 180 manat, 16 mart 2021-ci il tarixli 1404 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 560 manat, 16 mart 2021-ci il tarixli 1405 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 512 manat, 17 mart 2021-ci il tarixli 1406 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 1870 manat, 17 mart 2021-ci il tarixli 1407 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 3384,40 manat, 17 mart 2021-ci il tarixli 1408 nömrəli faktura əsasında «Oktay- Quba vitrin» satış nöqtəsinə 230 manat, 17 mart 2021-ci il tarixli 1409 nömrəli faktura əsasında «Mirseyid Quba» satış nöqtəsinə 69,60 manat, 17 mart 2021-ci il tarixli 1410 nömrəli faktura əsasında «Şahmar Dəvəçi-Şabran» satış nöqtəsinə 120 manat, 18 mart 2021-ci il tarixli 1411 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 2376 manat, 18 mart 2021-ci il tarixli 1412 nömrəli faktura əsasında «Xeyyam-Quba» satış nöqtəsinə 23,50 manat, 19 mart 2021-ci il tarixli 1413 nömrəli faktura əsasında «Ferid Devechİ vitrin» satış nöqtəsinə 208 manat, 19 mart 2021-ci il tarixli 1414 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 743 manat, 19 mart 2021-ci il tarixli 1415 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 368 manat, 19 mart 2021-ci il tarixli 1416 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 940 manat, 22 mart 2021-ci il tarixli 1417 nömrəli faktura əsasında «Ceyhun-Qala» satış nöqtəsinə 49 manat və digər fakturalar əsasında ümumilikdə 1006858,68 (bir milyon altı min səkkiz yüz əlli səkkiz manat altımış səkkiz qəpik) manat məbləğində satış üçün müxtəlif növ avtomobil ehtiyat hissələrini şəxsən sifariş verərək nəticədə sifariş verilən mallar üzrə onların satışından əldə etməli olduğu 1006858,68 (bir milyon altı min səkkiz yüz əlli səkkiz manat altımış səkkiz qəpik) manat məbləğindən 146843,10 (yüz qırx altı min səkkiz yüz qırx üç manat on qəpik) manat dəyərində malı geri qaytarmaqla 696329,00 (altı yüz doxsan altı min üç yüz iyirmi doqquz) manat məbləğdə pul vəsaitini xəzinəyə mədaxil etdikdən sonra nəticədə satış nöqtələrində və ona təhkim olunmuş yük avtomobilində olmaqla öhdəsində olan 163686,58 (yüz altmış üç min altı yüz səksən altı manat əlli səkkiz qəpik) manat məbləğində mallardan 21-27 may 2022-ci il tarixli inventarizasİya zamanı satış nöqtələrində və ona təhkim olunmuş yük avtomobilində 110394,88 (yüz on min üç yüz doxsan dörd manat səksən səkkiz qəpik) manat faktiki mal qalığının olmasını nəzərə alındıqda "xxxx" MMC-nin 06 yanvar 2020-ci il tarixli P0xx/xx/2020 nömrəli partnyorluq müqaviləsi əsasında birgə fəaliyyət göstərdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 53291,7 (əlli üç min iki yüz doxsan bir manat yetmiş qəpik) manat məbləğində pulu Zərərçəkmiş şəxs MMC-nin kassasına təhvil verməyərək ona etibar edilmiş külli miqdarda Zərərçəkmiş şəxs MMC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə baxışının ilk iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, bir ildən çox müddət ərzində “Razin”-də malı şirkətdən götürüb şimal bölgəsində satış etmiş, şirkətin satışını da birə-beş artırmışdır. Əmək müqaviləsi əsasında 2021-2022-ci illər arası şirkətdə işləmiş, 2022-ci ildə də işdən çıxmışdır. Ən çox 700-800 manat əmək haqqı almışdır. Onun əsas işi satış etmək, yəni avtomobil ehtiyyat hissələrini, məsələn, avtomobil yağları, akkumulyator, təkər və s. alıb satışını təşkil etməkdən ibarət olmuşdur. Həmin o malları Bakıda Zərərçəkmiş şəxs MMC-dən, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən götürmüş və şimal bölgəsinə aparmışdır. Malları daşımaq üçün yol vərəqəsi əsasında şirkətə məxsus “Atego” markalı yük avtomobilini idarə etmişdir. Malları şimal bölgəsinə aparmış, Bakıda heç vaxt harasa mal satmamışdır. Malları apardıqdan sonra ödənişini götürmüş, depozitini lazım olan müştəriyə vermiş, ödənişini də gətirib şirkətin kassasına vermişdir. Şirkətin kassasına verdiyi ödənişlər və geri qaytarmaların hamısı dəqiqliklə göstərilmiş və imzası vardır. Ona anbardan mal götürməkdə limit qoyulmamış, satışı ərazidə dəqiqləşdirdikdən sonra ona uyğun mal götürmüşdür. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq qaimə əsasında malları şirkətin anbarından götürdüyünü, qaimənin üç nüsxədə tərtib olunduğunu, birinin özündə, birinin anbardarda, digərinin də malı təhvil verdiyi müştəridə qaldığını göstərmişdir. Malları anbardan şəxsən özü götürmüş, malların geri qaytarılması zamanı həmin müştərinin adına geri qaytarma qaiməsi tərtib olunmuş, bir nüsxə müştəriyə və bir nüsxə də şirkətə verilmişdir. İmza atmadan heç kim heç kimə mal verməmiş, ümumiyyətlə, şirkətdə də imza atmadan heç bir əməliyyat icra etmək mümkün olmamışdır. Onda ümumiyyətlə çatışmazlıq olmamış, yanvar ayında onda təmiz sıfırlama olmuşdur. Fevral ayında da bir dəfə audit yoxlama gəlmiş, audit yoxlamadan sonra 70.000 (yetmiş min) manat guya əksikliyi olmuş, indi də təxminən 53.000 (əlli üç min) manata düşmüşdür. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs hüquqi ünvanının Goranboy rayonu Dəli Məmmədli qəsəbəsində olduğunu, ancaq şirkətin anbarının Sabunçu rayonu ərazisində yerləşdiyini, "xxxx" MMC-nin hüquqi ünvanının Sumqayıt şəhərində olduğunu, hazırda həmin ünvanda heç kimin olmadığını bildirmişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, nümayəndəsi olduğu hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin rəsmi hüquqi ünvanı Goranboy rayonu, Dəli Məmmədli qəsəbəsi, Sarovlu kəndidir. Anbarı Sabunçu rayonu, Bəşir Bünyadzadə küçəsi 5Q ünvanında yerləşir. Şirkətin partnyor olduğu "xxxx" MMC-nin hüquqi ünvanı Sumqayıt şəhərindədir, lakin filialları ofis kimi Bakı şəhərində, eyni ünvanda ünvan 5ixli partnyorluq müqaviləsinə əsasən, "xxxx" MMC öz işçiləri vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin əmlaklarının satışını həyata keçirir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi müdafiəçinin sualına cavab olaraq "xxxx" MMC-nin öz işçiləri vasitəsilə Zərərçəkmiş şəxs MMC-yə məxsus olan malların satışını həyata keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Müdafiəçi vəsatət verərək göstərmişdir ki, məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrindən zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin hüquqi ünvanının ünvan 7abunçu rayonu Bəşir Bünyadzadə küçəsi 5Q ünvanında yerləşdiyi müəyyən edilmişdir. Ona görə də hazırkı işin bu məhkəməyə aidiyyatı olmadığını, işi aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, ona öz qulluq mövqeyindən istifadə edib etibar edilmiş zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus olan əmlakı vahid qəsdlə külli miqdarda mənimsəməklə bağlı ittiham verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 4cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Baxılan cinayət işindən görünür ki, təqsirləndirilən şəxs ona etibar edilmiş əmlakı hüquqi şəxsin yerləşdiyi ünvan 8 ünvanında yerləşən anbardan təhvil aldığı andan etibarən həmin “əmlak” onun sahibliyinə və sərəncamına keçməklə, “əmlak”ı təhvil aldığı andan onun üzərində sərəncam vermək imkanı yaranmışdır. Odur ki, məhkəmə Ali Məhkəmənin dələduzluq cinayətlərinə münasibətdə olan mövqeyinə əsaslanmaqla belə qənaətə gəlir ki, cinayətin törədilmə yeri Zərərçəkmiş şəxs MMC-yə məxsus olan “əmlak”ın Təqsirləndirilən şəxs sərəncamına keçdiyi ünvan 8 ünvanıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət hadisəsinin törədilmə yeri Bakı şəhərinin ərazisi olmaqla məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər məhkəməsinə aiddir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(124)-157/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-157/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver