Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-158/2023 02.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Lənkəran rayonu, Seperadi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Seperadi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumilikdə 4,256 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini və ümumilikdə 0,634 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 01:40-da Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 17/31A nömrəli yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən satış məqsədilə əldə edib daşıyaraq sol ayağına geyindiyi qara rəngli corabın boğaz hissəsində saxladığı ağ rəngli salfetə bükülmüş 01 (bir) ədəd sarı, 01 (bir) ədəd yaşıl rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 3,926 qram, 0,330 qram, ümumi təmiz çəkisi 4,256 qram, külli miqdarda kimyəvi komponent tərkiblərinə görə eyni psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə və 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 0,414 qram, 0,220 qram, ümumi təmiz çəkisi 0,634 qram, şəxsi istehlak miqdarından artıq miqdarda kimyəvi komponent tərkiblərinə görə eyni narkotik vasitə olan heroin, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 (bir) ədəd şüşə materialından hazırlanmış borucuq, 01 (bir) ədəd plastik materialından hazırlanmış boru, əynində olan şalvarın bel hissəsindən 01 (bir) ədəd səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan “AOSAİ” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, binanın üçüncü mərtəbəsində tutulmuş, binanın qarşısında saxlanılmamışdır. Onu saxlayan polis əməkdaşları başqa şəxs üçün oraya gəlmiş, lakin həmin şəxs evdə olmamışdır. Özü oraya narkotik vasitə almaq üçün getmiş, belə ki, narkotik vasitə istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, 3 ildir ki narkotik vasitədən istifadə etmiş, heroin və metamfetamin istifadəçisi olmuş, nəfəsə çəkmək yolu ilə narkotik vasitəni qəbul etmişdir. Yarım qram narkotik vasitənin 15- 20 gün ona kifayət etdiyini, işləmədiyini, ailəsinin siqaret almaq üçün verdiyi pulları narkotik vasitə almaq üçün istifadə etdiyini, həmçinin özünün də aradabir işlədiyini bildirmişdir. Saxlanılan zaman üzərində heroin və metamfetamin olmuş, aşkar edilən narkotik vasitəni “online” qaydada əldə etmiş, həmin narkotik vasitə üçün 150 manat ödəmiş və bükümlərə özü ayırmışdır. ********** mobil nömrəsindən istifadə etmiş, başqa mobil nömrəsi olmamışdır. Həmçinin saxlanılan vaxt polis əməkdaşları tərəfindən döyülmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə almaq üçün Orxan adlı şəxsin mənzilinə qalxmış, narkotik vasitə onun üzərindən çıxmışdır. Orxanın mənzilindən xeyli miqdarda mal çıxdığını, 4.5 qram metamfetaminin, 0.8 qram heroinin öz üzərində olduğunu, metamfetaminin cibindən, heroinin isə corabının içərisindən aşkar edildiyini, narkotik vasitəni online qaydada əldə etdiyini şəxsin İran İslam Respublikasının vətəndaşı olub-olmadığını bilmədiyini, video çəkiliş zamanı narkotik vasitənin təsiri altında olduğunu və istifadə etdiyi mobil nömrə vasitəsilə yazışdığı nömrələrin kimə aid olduğunu xatırlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, video çəkiliş zamanı üzərindən aşkar edilən narkotik vasitə ona məxsus olmuş, narkotik vasitəni almaqda məqsədi dostları ilə aralarında bölüşdürmək olmuş, narkotik vasitəni Bakı şəhəri, “Neftçilər” deyilən ərazidən götürmüş və həmin narkotik vasitənin pulunu dostları ilə birlikdə toplamışdır. Narkotik vasitə aldığı şəxslə “whatsapp” vasitəsilə əlaqə saxlamış, pulu ödəyib narkotik vasitənin atıldığı yerdən götürmüşdür. Aşkar edilən tərəzi Orxana aid olmuş, narkotik vasitəni dostları ilə aralarında bölüşdürmək üçün tərəzini götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrin aludəçisidir. Təxminən üç il əvvəl narkotik vasitələri və psixotrop maddələri qəbul etməyə başlamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 01:40 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 17/31A nömrəli yaşayış binasının qarşısında olarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin, eləcə də psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, üzərində saxlanılmasında, qəbulunda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər, polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə etiraz etmədən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmiş, polis bölməsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcə də istifadə etməkdə şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmiş, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkiliş də aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt şəhər İ Saylı Vəkil Bürosundan vəkil Mehdi Cəlalzadədə dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə ağ rəngli salfetə bükərək sol ayağına geyindiyi corabın boğaz hissəsində gizlətdiyi bir ədəd qara rəngli sellofan bükümün içərisində bir ədəd sarı, bir ədəd yaşıl rəngli sellofan bükümlərdə metamfetamini, bir ədəd şəffaf rəngli sellofan bükmdə və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən narkotik vasitə və psixotrop maddə qəbul edərkən istifadə etdiyi bir ədəd şüşə materialından hazırlanmış borucuğu, bir ədəd plastik materialından hazırlanmış borunu, qəbul etdiyi narkotik vasitə və psixotrop maddələri qablaşdırmaq üçün istifadə etdiyi rəngli sellofan kəsiklərini, istifadə etdiyi “NOKİA” markalı mobil telefonu, 25 manat məbləğində pul əskinaslarını, əynində olan şalvarın bel hissəsində saxladığı qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyi elektron tərəzini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi bükümlərin içərisinə baxış keçirdikdə təqdim etdiyi ağ rəngli salfetə bükülmüş qara rəngli sellofanın içərisindəki bir ədəd sarı və bir ədəd yaşıl rəngli sellofan bükümlərdəki psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf rəngli sellofan bükmdə və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, polis əməkdaşları ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğunu, harda, kimdən, neçəyə və nə məqsədlə əldə etdiyini soruşduqda isə təqdim etdiyi bir ədəd sarı, bir ədəd yaşıl rəngli sellofan bükümlərdəki ağ rəngli maddələrin metamfetamin olduğunu, bir ədəd şəffaf rəngli sellofan bükmdə və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki qəhvəyi rəngli maddələrin heroin olduğunu, bir ədəd şüşə materialından hazırlanmış borucuğu və bir ədəd plastik materialından hazırlanmış borunu narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün istifadə etdiyini, elektron tərəzini isə qəbul etdiyim narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini, narkotik vasitə və psixotrop maddəni saxlanılmamışdan bir neçə gün əvvəl sosial şəbəkədə tanış olduğu, adını, soy adını, eləcə də barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən aralarında yaranmış şifahi razılaşmaya uyğun olaraq onun verdiyi bank hesab nömrəsinə elektron ödəniş terminalı vasitəsilə 150 manat pul göndərdikdən sonra aldığını, narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşının dediyi yerdən yəni, Bakı şəhəri ərazisində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığındakı zibil qutularının yanından götürdüyünü, bundan sonra həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini şəxsi istifadəsi üçün, bir hissəsini isə satmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ağ rəngli salfetə bükdüyü, bir ədəd qara rəngli sellofan bükümün içərisindəki bir ədəd sarı, bir ədəd yaşıl rəngli sellofan bükümlərdəki psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf rəngli sellofan bükümdə və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki, “narkotik vasitə olan heroin, narkotik vasitə və psixotrop maddə qəbul edərkən istifadə etdiyi bir ədəd şüşə materialından hazırlanmış borucuq, bir ədəd plastik materialından hazırlanmış boru, qəbul etdiyi narkotik vasitə və psixotrop maddələri qablaşdırmaq üçün istifadə etdiyi rəngli sellofan kəsikləri, istifadə etdiyi “NOKİA” markalı mobil telefon, 25 manat məbləğində pul əskinasları, qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyi elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə narkotik vasitə və psixotrop maddə qəbul edən tanışlarına satmaq üçün əldə edib üzərində gəzdirmiş, ancaq hər hansı tanışına narkotik vasitə və psixotrop verməyə imkan tapmadan polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 hadisə günü Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şübhəli şəxs qismində saxladıqlarını, Təqsirləndirilən şəxs bloka girən zaman ona yaxınlaşıb özlərini təqdim etdiklərini, polis bölməsində olarkən Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni çıxartdığını, onun üzərindən miqdarını və növünü xatırlamadığı narkotik vasitə və tərəzi aşkar edildiyini bildirmişdir. Əməliyyat qrupuna Şahid1 başçılıq etmiş, saxlanılan zaman Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, onlar da həmçinin Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etməmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə yəni Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməlliyyat müvəkkili vəzifəsində isə 2019-cu ildən xidmət aparır. Hadisə ilə əlaqədar isə bildirmişdir ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Elvin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı vardır. Ona görə də Elvin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcə də satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədirlərinin keçirilməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Elvin adlı şəxs xx.xx.1996-cı ildə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 6-cı mikrorayon ev 7A mənzil 100-də yaşayan Təqsirləndirilən şəxsdur. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 01:40-da Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 17/31A nömrəli yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs baş əməliyyat müvvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcə də satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, əməliyyat müvəkkili Şahid1, müdafiəçi X1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda eləcə də satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu təsdiq edərək ilk əvvəl sol əlini əynində olan gödəkcənin sol yan cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu, bir ədəd şüşə materialından hazırlanmış borucuğu, bir ədəd plastik materialından hazırlanmış borunu, rəngli sellofan kəsiklərini, pul əskinaslarını çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra isə sol ayağına geyindiyi corabın boğaz hissəsində saxladığı ağ rəngli salfetə bükülmüş bükümləri, sonda isə əynində olan şalvarın bel hissəsindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ağ rəngli salfetə bükülmüş bükümün içərisinə baxış keçirildikdə ordan bir ədəd sarı, bir ədəd yaşıl, bir ədəd şəffaf rəngli sellofan bükümlər, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm aşkar edilmişdir. Bundan sonra sarı və yaşıl rəngli sellofan bükümlərin içərisinə baxış keçirildikdə həmin bükümlərin içərisindən ağ rəngli, kristal şəkilli, ilk baxışdan psixitrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Həmin bükümlərdəki aşkar edilmiş maddələr elektron tərəzidə çəkildikdə isə sarı rəngli sellofan bükümdəki maddənin çəkisinin 4,17 qram, yaşıl rəngli sellofan bükümdəki maddənin çəkisinin 0,35 qram təşkil etdiyi müyyən edilmişdir. Bundan sonra gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün və şəffaf rəngli sellofana bükülmüş bükümün içərisinə baxış keçirildikdə həmin bükümlərin içərisindən qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmiş və həmin bükümlərdə aşkar edilmiş maddələr elektron tərəzidə çəkildikdə gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki maddənin çəkisinin 0,28 qram, şəffaf rəngli sellofan bükümdəki maddənin çəkisinin 0,49 qram təşkil etdiyi müyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş sarı və yaşıl rəngli sellofan bükümlərdəki maddələr birlikdə elektron tərəzidə çəkilmişdir. Həmin maddələrin ümumi miqdarının 4,51 qram olması, şəffaf rəngli sellofan bükümdəki və gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki maddə birlikdə elektron tərəzidə çəkildikdə isə həmin maddələrin ümumi miqdarının 0,75 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin nə olduğunu, nə vaxt, hardan, kimdən, neçəyə, nə nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda isə o təqdim etdiyi içərisində ağ rəngli kristal şəkilli maddələr aşkar edilmiş bükümlərin içərisindəki maddənin “patı” adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu, içərisində qəhvəyi rəngli maddələr aşkar edilmiş bükümlərin içərisindəki maddənin narkotik vasitə olan və “kakos” adlandırılan heroin olduğunu, narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu, barəsində hər hansı anket məlumatlarını bilmədiyi, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən “zakladka” yolu ilə yəni, alacağı narkotik vasitə və psixotrop maddənin pulunu ona verilmiş bank kartının hesabına elektron ödəniş terminalı vasitəsilə ödədikdən sonra narkotik vasitə və psixotrop maddənin hansısa əraziyə atıldığını, bundan sonra narkotik vasitə və psixotrop maddəni atıldığı ərazidən götürdüyünü, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün təxminən on gün əvvəl elektron ödəniş terminalı vasitəsilə ona verilmiş bank hesabına 150 manat pul ödəyərək Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metro satnsiyasının yaxınlığındakı zibil qutularının yaxınlığında qoyulduğu yerdən götürərək əldə etdiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə yəni Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməlliyyat müvəkkili vəzifəsində isə 2017-ci ildən xidmət aparmağa başlamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Elvin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Elvin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcə də satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin adlı şəxsin xx.xx.1996-cı ildə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 6-cı mikrorayon ev 7A mənzil 100-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyataxtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 01:40-da Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən 17/31A nömrəli yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcə də satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər, bundan sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili Şahid2, eləcə də müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda eləcə də satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu təsdiq edərək ilk əvvəl sol əlini əynində olan gödəkcənin sol yan cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu, bir ədəd şüşə materialından hazırlanmış borucuğu, bir ədəd plastik materialından hazırlanmış borunu, rəngli sellofan kəsiklərini, pul əskinaslarını çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş, daha sonra isə sol ayağına geyindiyi corabın boğaz hissəsində saxladığı ağ rəngli salfetə bükülmüş bükümləri, sonda isə əynində olan şalvarın bel hissəsindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ağ rəngli salfetə bükülmüş bükümün içərisinə baxış keçirildikdə ordan bir ədəd sarı, bir ədəd yaşıl, bir ədəd şəffaf rəngli sellofan bükümlər, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm aşkar edilmiş, bundan sonra sarı və yaşıl rəngli sellofan bükümlərin içərisinə baxış keçirildikdə, həmin bükümlərin içərisindən ağ rəngli, kristal şəkilli, ilk baxışdan psixitrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmiş, həmin bükümlərdəki aşkar edilmiş maddələr elektron tərəzidə çəkildikdə isə sarı rəngli sellofan bükümdəki maddənin çəkisinin 4,17 qram, yaşıl rəngli sellofan bükümdəki maddənin çəkisinin 0,35 qram təşkil etdiyi müyyən edilmiş, bundan sonra gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün və şəffaf rəngli sellofana bükülmüş bükümün içərisinə baxış keçirildikdə həmin bükümlərin içərisindən qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmiş və həmin bükümlərdə aşkar edilmiş maddələr elektron tərəzidə çəkildikdə gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki maddənin çəkisinin 0,28 qram, şəffaf rəngli sellofan bükümdəki maddənin çəkisinin 0,49 qram təşkil etdiyi müyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu, barəsində hər hansı anket məlumatlarını bilmədiyi, özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən “zakladka” yolu ilə yəni, alacağı narkotik vasitə və psixotrop maddənin pulunu ona verilmiş bank kartının hesabına elektron ödəniş terminalı vasitəsilə ödədikdən sonra narkotik vasitə və psixotrop maddənin hansısa əraziyə atıldığını, bundan sonra narkotik vasitə və psixotrop maddəni atıldığı ərazidən götürdüyünü, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün təxminən on gün əvvəl elektron ödəniş terminalı vasitəsilə ona verilmiş bank hesabına 150 manat pul ödəyərək Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metro satnsiyasının yaxınlığındakı zibil qutularının yaxınlığında qoyulduğu yerdən götürərək əldə etdiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 06 aprel 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri 6-cı mikrorayon ev 7A mənzil 100-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 06 aprel 2022-ci il protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs sol əlini əynində olan qara rəngli gödəkcənin sol yan cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu, bir ədəd şüşə materialından hazırlanmış borucuğu, bir ədəd plastik materialından hazırlanmış borunu, rəngli sellofan kəsiklərini, pul əskinaslarını, daha sonra sol ayağına geyindiyi qara rəngli corabın boğaz hissəsində saxladığı ağ rəngli salfetə bükülmüş bükümləri, sonda isə əynində olan şalvarın bel hissəsindən bir ədəd elektron tərəzini çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ağ rəngli salfetə bükülmüş bükümlərin içərisinə baxış keçirildikdə ordan bir ədəd sarı, bir ədəd yaşıl, bir ədəd şəffaf rəngli sellofan bükümlərin, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm aşkar edilir, sarı rəngli sellofan bükümün və yaşıl rəngli sellofan bükümün içərisinə baxış keçirildikdə həmin bükümlərin içərisindən psixatrop maddə olan metamfetamin aşkar edilir. Gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün və şəffaf rəngli sellofana bükülmüş bükümün içərisinə baxış keçirildikdə isə həmin bükümlərin içərisindən narkotik vasitə olan heroin aşkar edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1845 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,926 qram, 0,330 qram, ümumi təmiz çəkisi 4,256 qram olan ağ rəngli kiristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,414 qram, 0,220 qram, ümumi təmiz çəkisi 0,634 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd şüşə borucuq, 1 ədəd plastik boru, bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3094 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 23 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,534 qram olan qəhvəyii rəngli, kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4,156 qram olan ağ kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd şüşə borucuq, bir ədəd plastik boru və bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhəri "xxxx" MTK-dan verilmiş arayışla müəyyən olunur ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, H.Salayev küçəsində yerləşən "xxxx"-ə məxsus bina 14, mənzil 40-da yaşamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlama cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 01 (bir) ədəd qara rəngli, ön yuxarı və arxa yuxarı hissəsində “NOKİA” markalanma yazısı olan mobil telefon, 04 (dörd) ədəd beş manatlıq, 05 (beş) ədəd bir manatlıq ümumilikdə 25 (iyrimi beş) manat məbləğində pul əskinasları sahibinə qaytarılmalı, rəngli sellofan kəsikləri, səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd şüşə borucuq, 1 ədəd plastik boru, 4,156 qram qalıq çəkisi qalmış psixotrop maddə metamfetamin, 0,534 qram qalıq çəkisi qalmış narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalı,. 03 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, 01 (bir) ədəd qara rəngli, ön yuxarı və arxa yuxarı hissəsində “NOKİA” markalanma yazısı olan mobil telefon, 04 (dörd) ədəd beş manatlıq, 05 (beş) ədəd bir manatlıq ümumilikdə 25 (iyrimi beş) manat məbləğində pul əskinasları sahibinə qaytarılsın. Rəngli sellofan kəsikləri, səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd şüşə borucuq, 1 ədəd plastik boru, 4,156 qram qalıq çəkisi qalmış psixotrop maddə metamfetamin, 0,534 qram qalıq çəkisi qalmış narkotik vasitə heroin məhv edilsin. 01 (bir) ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. 03 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-158/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-158/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver