Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-158/2024 12.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X13 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Zərqava kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi 03 ədəd bükümlərdə ümumi təmiz çəkisi 890,564 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış öz aralarında tərkib komponentlərinə görə eyni olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 09 ədəd bükümlərdə ümumi təmiz çəkisi 122,643 qram qəhvəyi rəngli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 08 ədəd bükümlərdə ümumi təmiz çəkisi 122,158 qram ağ rəngli, kristall şəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamini və səthində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzini daşıyaraq üzərində və yaşadığı evdə gizlətməklə saxlamış, 31 oktyabr 2022-ci il tarixdə saat 17:13-də Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısında saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,162 qram ağ rəngli, kristall şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, daha sonra həmin tarixdə saat 18:33-də Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, Azkompozit zavodunun binasında yaşadığı mənzilə baxış keçirilərkən mənzilin mətbəx otağında olan masanın altında gizlətdiyi 1 ədəd ağ rəngli sellofan paketin içərisində ümumi təmiz çəkisi 890 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin masanın altındakı göy rəngli sellofan paketdə olan qara rəngli çantanın içərisindən ümumilikdə 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 11,982 qram, 19,738 qram, 53,673 qram, 14,285 qram, 9,142 qram, 12,731 qram, ümumi təmiz çəkisi 121,996 qram ağ rəngli, kristall şəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin, ümumilikdə 9 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,277 qram, 0,161 qram, 3,863 qram, 0,391 qram, 28,724 qram, 0,683 qram, 88,291 qram, 0,138 qram,ümumi təmiz çəkisi 122,643 qram qəhvəyi rəngli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 02 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,308 qram, 0,256 qram, ümumilikdə 0,564 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış öz aralarında tərkib komponentlərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və səthində narkotik vasitə heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, polislər tərəfindən saxlanıldığı gün evdən ailəsi ilə bərabər çıxıb Karvan Ticarət mərkəzinə getmişlər. Ticarət mərkəzinin qarşısında polis ona yaxınlaşmış və ailəsi ilə birlikdə polis bölməsinə aparmışlar. Polis bölməsində üzərinə baxış keçirmişlər və bu zaman bir büküm tapmışlar. Sonra onunla pul qarşılığında buraxacaqları barədə razılığa gəlmişlər. Lakin sonra evə baxış keçirmək istədiklərini, buna görə də ona ailəsi hadə-qorxu gəldiklərini bildirmişdir. Evə baxış keçirmək üçün 02 (iki) dəfə getmişlər. Saat 19:00-20:00 radələrində evə getmişlər. Sonra polislər ikinci dəfə getmiş və bu zaman çəkiliş etdiklərini, bundan sonra isə onu buraxacaqlarını bildirmişlər. Birinci dəfə evə baxış keçirilərkən yanlarında müdafiəçi olmamışdır və bu zaman evdən heç nə aşkar edilməmişdir. İkinci dəfə müdafiəçi ilə Təqsirləndirilən şəxs 30 dəqiqə qədər gözləmiş, sonra evə daxil olmuşlar. Bu zaman isə artıq polislər mətbəxə narkotik vasitə qoymuşlar və sonra isə çəkiliş etmişlər. Təqsirləndirilən şəxs məhkumluğu olduğunu, hadisə baş verən zaman qandalı olduğunu, bu hadisədən iki həftə əvvəl maşın alveri ilə məşğul olduğu üçün müstəntiqin onu çağıraraq 20000 (iyirmi min) manat pul istədiyini, o isə pul verməydiyini bildirdi. Puldan öncə ondan BMW X5 markalı maşınını istəmişlər. Maddi sübut kimi tanınmış telefonla bağlı isə telefonun ona məxsus olmadığını, həmçinin polislər tərəfindən ona fiziki təzyiq göstərilmədiyini bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyindən ifadəsi elan olunmaqla araşdırılmış və o ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 hün müddətinə azadlığın məhdudlaşdırılmadı cəzasına məhkum olunmuş, hal hazırda çəzasını çəkib qurtarmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmuş, həmçinin özü də narkotik vasitə istifadəçisi olmuşdur. O, artıq 2-3 aydır ki, narkotik vasitə satışı ilə məşğul olmuş, satdığı narkotik vasitələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Veysəl adlı şəxsdən almışdır. O, ondan narkotik vasitə heroin, qurudumuş marixuana və psixotrop maddə olan metamfetmain alıb satmış, onunla yalnız telefon vasitəsi ilə danışıb əlaqə saxlamış, onunla canlı görüşməmişdir. O onunla “Vatsap’ sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış, ona öncədən göndərəciyi narkotik vasitənin pulunun onun ona göndərdiyi hesab nömrəsinə vurduqdan sonra o, narkotik vasitəni konkret ünvana qoydurub ona həmin ünvanın anten konumunu atmış, o da narkotik vasitələri həmin ünvandan götürmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o Veysəlin ona göndərdiyi hesaba 1000 manat pul vurmuşdur ki, ona 50 qram narkotik vasitə olan heroin atsın. Lakin o, ondan pulu alsa da ona malı hələ atmamışdır. Lakin onun evində satış üçün saxladığı kifayət qədər narkotik vasitəsi olmuşdur. Həmin narkotik vasitələri o müxtəlif vaxtlarda onun göndərdiyi hesablara pul vurub onun qoydurduğu ünvandan götürmüş, onun özünə məxsus İphone 7 markalı mobil telefonu olmuş, həmin telefonda ***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, vatsap nömrəsi də həmin nömrə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 17:13 radələrində o həyat yoldaşı Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt onun üzərində bir büküm psixotrop maddə olan metamfetamin olmuş, o həmin malı öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra onlar onu narkotik vasitələrin qəbulu, satışı və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Pi-nə dəvət etmişlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması,əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, sol yan cibimdə saxlamış olduğu 01 ədəd yaşadığı evin açarını və əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli “İPHONE” markalı mobil telefonu təqdim etmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm açılan zaman içərisində ağ rəngli kristal şəklində maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o aşkar olunan maddənin “şüşə” olduğunu, həmin maddəni 4-5 gün bundan qabaq tanımadığı İran vətəndaşından qramını 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin sorğu zamanı o yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin ağ rəngli kağızla birlikdə 0.24 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin o həyat yoldaşı Şahid4 onun narkotik vasitə qəbul etməsindən, həmçinin yaşadıqları evdə narkotik vasitə olduğundan məlumatlı olduğunu bildirmişdir. Daha sonra ona yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək bununla bağlı olaraq hər hansı bir etirazı olub-olmadığı sual olunmuş, o isə bu barədə heç bir etiraz və vəsatəti olmadığını qeyd etmiş, daha sonra ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu zaman o yaşadığı evin mətbəx hissəsində stolun altında olan 01 ədəd ağ rəngli böyük sellofan bükümdə içərisində yaşıl rəngli ot kütləsi olan bükümü, həmçinin göy rəngli sellofanın içərisində olan qara rəngli çantanın içərisində olan 01 ədəd elektron tərəzini, 05 ədəd ağ rəngli, 02 ədəd göy rəngli və 03 ədəd sarı rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində olan bükümləri, 07 ədəd ağ rəngli və 02 ədəd qırmızı rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan bükümləri, həmçinin 02 ədəd ağ rəngli kağıza bükülmüş içərisində yaşıl rəngli ot kütləsi olan bükümləri təqdim etmişdir. Sorğu zamanı o yaşadığı ünvandan aşkar olunan ağ rəngli kristal şəkilli maddələrin “şüşə”, qəhvəyi rəngli maddələrin “kakos", yaşıl rəngli ot kütləsinin isə “nəşə” olduğunu, aşkar olunmuş həmin maddələri də üzərimdən aşkar olunmuş maddə ilə birlikdə qramını 25 manatdan olmaqla 4-5 gün bundan qabaq tanımadığı İran vətəndaşından şəxsi istifadəsi üçün ümumilikdə 1000 manata aldığını, həmin maddələri Sumqayıt şəhərinin girişində yol kənarından götürdüyünü bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 01 ədəd ağ rəngli böyük sellofan bükümdə içərisində yaşıl rəngli ot kütləsi olan büküm tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1 kiloqram, ağ rəngli kristal şəkilli maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin birinci bükümdə çəkisinin 151.97 qram, ikinci bükümdə 54.26 qram, üçüncü bükümdə 54,75 qram, dördüncü bükümdə 20.08 qram, beşinci bükümdə 15.60 qram, altıcı bükümdə 16.21 qram, yeddinci bükümdə 15.15 qram, səkkizinci bükümdə 10.37 qram, doqquzuncu bükümdə 0.50 qram, onuncu bükümdə 0,30 qram, qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin birinci bükümdə çəkisinin 92.58 qram, ikinci bükümdə 29.62 qram, üçüncü bükümdə 11.80 qram, dördüncü bükümdə 1.40 qram, beşinci bükümdə 1.07 qram, altıcı bükümdə 4 qram, yeddinci bükümdə 0.59 qram, səkkizinci bükümdə 0.28 qram, doqquzuncu bükümdə 0.29 qram, yaşıl rəngli ot kütləsi olan bükümlər tərəziyə çəkilib qoyulan zaman birinci bükümün çəkisinin 0.48 qram, ikinci bükümün çəkisinin isə 0.42 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan RespublikasıƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə və evə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o da həmin protokolla tanış olub digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onun pula ehtiyacı olduğu üçün narkotik vasitə satışı ilə məşğul olmuş, aldığı narkotik vasitələr və psixotrop maddələrin pulunu Veysəl adlı şəxsin ona atdığı hesab nömrəsinə vururmuş, lakin hesab nömrəsini xatırlamırmış, onun mobil telefonuna +994 55 *** ** ** saylı mobil nömrədən mesaj gələrək ondan 100 manata “tema" istəməsi barədə mesaj yazması ilə bağlı bildirmişdir ki, o, polis əməkdaşları ilə idarəyə gələndə, həmin nömrə ona whatsaappla zəng edirmiş, o, da həmin nömrəyə odboy verirmiş, həmin şəxs də ona “sözüm var cavab ver” məzmununda mesaj yazmış, o da cavab olaraq “yaz” sözü yazmış, ondan həmin vaxt tema istəyirmiş, lakin o, həmin nömrənin kimə məxsus olduğunu bilmədiyini, +994 55 *** ** ** saylı mobil nömrənin sahibi X8 tanımadığını qeyd etmişdir. Telefona baxış keçirilən zaman telefonun foto qovluğunda narkotik vasitəyə bənzər heroin və psixotrop maddəyə bənzər metamfetamin olan fotoşəkiilərin olması ilə bağlı bildirmişdir ki, həmin fotoşəkillər onun telefonunda olmuş, o, həmin şəkilləri silmiş, lakin silinənlər papkasından təmizləmək yadından çıxmış, həmin fotoşəkilləri o, öz yaşadığı evdə baxış zamanı evdən aşkar olunan tərəzi ilə çəkib şəkillərini çəkmişdir. Sumqayıt ŞPİ-də təhqiqatçı tərəfindən üzərindəşəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. O polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Həyat yoldaşı Gülnar onun evdə narkotik vasitə saxladığını bilirmiş, lakin onun onunla heç bir əlaqəsi olmamış, özü tək narkotik vasitə satışı ilə məşğul olmuş, Gülnar narkotik vasitənin satışı və istifadəsi ilə məşğul olmamış, evi balaca olduğu üçün o narkotik vasitəni mətbəxdə saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə verdiyi əlavə ifadəsində , ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, o, yoldaşı və uşağı ilə bazara plitka almağa getmiş, yoldaşı və uşağı maşında qalmış, o, isə peç almaq üçün maşından düşmüş, polis əməkdaşları da ona yaxınlaşmışlar, onu polis bölməsinə aparmışlar, polis bölməsində görmüş ki, yoldaşı ilə uşağı da bölmədədirlər. Onun üzərində şəxsi axtarış zamanı 1 büküm şüşə olmuş, çəkiliş etmişlər, daha sonra isə evinə getmişlər, bir neçə saat sonra onunla birlikdə evə getmişlər, evdən çıxanlardan xəbəri olmamış, sadəcə azyaşlı uşağı və arvadı polis bölməsində olduğu üçün və oan olan təziqə görə deyilənlərlə razılaşdığını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o ilkin ifadəsini polis əməkdaşlarından qorxduğunudan və polis əməkdaşlarının ona onun arvadının da onunla birlikdə sənədləşdircəklərini dedikləri üçün etirafedici məzmunda demiş, ilkin ifadəsi zamanı müstəntiq tərəfindən ona heç bir təziq olmamış, təhqiqat zamanı ilkin izahatında dediklərini təsdiq etmiş, onun evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin onun evindən necə aşkar olunduğunu, konkret olaraq kimin tərəfindən qoyulduğunu bilmədiyini, bölmədə olduğunu bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirildikdən 2-3 saat sonra onu saxlayan polis əməkdaşları kiməsə zəng edib onun yaşadığı ünvana getmələrini demiş, bundan sonra o, da polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmiş, mənzilinin mətbəxində narkotik vasitələr və psixotrop maddələr olduğunu görmüş, sonra yenidən idarəyə qayıdıb çəkilişlə evə qayıtmışlar və çəkiliş edib həmin maddələrin ona məxsus olduğunu etiraf etmişdir. Onun nə səbəbə hazırki ifadəsində qeyd etdiklərini istintaqın 3 aylıq gedişatında bildirməməsi sualına cavab olaraq bildirmişdir ki, o, düşünürmüş ki, o bu barədə desə yoldaşı Gülnarı da onunla birlikdə əlbir sənədləşdirəcəklər və düşünürmüş ki, işin gedişatında ona köməklik edib maddəsini yüngülləşdirəcəklər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, 31 oktyabr 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxsla birlikdə Karvan Ticarət Mərkəzinə istilik peçi almaq üçün getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildən düşmüş və o isə övladı ilə birlikdə avtomobildə oturmuşdur. Bu zaman tanımadığı dörd nəfər avtomobilə yaxınlaşmışdır. Onlar avtomobilə əyləşmiş və avtomobilin qapılarını içərdən bağlamışlar. Avtomobilin açarını onun əlindən almışlar. Şəxslərdən biri onun əlini tutmuşdur. Daha sonra avtomobilin saxlanc bölümünü və onun üzərini axtarmışlar. Onun üzərində heç bir şey aşkar olunmamışdır. O şəxslərin kim olduqlarını soruşmuş, amma heç bir şəxs onun sualını cavablandırmamışdır. Şəxslər ona avtomobili onların dedikləri yerə sürməyi tapşırmış, o isə buna əməl edərək avtomobili idarə etməklə onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getmişdir. O əri Təqsirləndirilən şəxs harada olduğunu soruşmuş, onu otaqların birində gördüyünü bildirmişdir. Onu uşaqla bir otağa salmışlar. Bura gətirilmə səbəbini öyrənmək istədikdə isə ona nə deyilirsə eynisini söyləmək deyilmişdir. Ondan Orxanın (əri) narkotik vasitələrdən istifadə etdiyini deməsi istənmişdir. O isə bunu etmək istəməmiş, qarşılığında isə ona uşağı ilə hədə-qorxu gəlinmiş, onu da narkotiklə qeydiyyatda alacaqlarını bildirərək qorxutmuşlar. Daha sonra rəis deyilən şəxsin yanına onu aparmış, rəis də eyni şeyləri təkrar etmiş və hətta idmançı görünüşlü bir nəfəri ona təqdim edərək ərini döymək üçün Bakı şəhərindən dəvət etdiklərini bildirmişlər. Gülnar Abulova bütün bu hədə-qorxulara dözməyərək onların dedikləri ilə razılaşmışdır. Videoçəkiliş aparılmış və əvvəlcədən ona deyəcəkləri hər şei təsdiq etməli olduğu bildirilmişdir. Bu zaman üç nəfər solunda və üç nəfər sağında olmaqla onu müşayiət etmiş, uşağı ondan uzaqlaşdırılmışdır. Hətta başqa bir insana zəng olunmuş, uşağın aparılması və ananın da narkotiklə qeydiyyata alınması tapşırılmışdır. Çəkiliş zamanı ona ərinin narkotik vasitələri paltar şkafında saxlaması və onların alqı-satqısı ilə məşğul olmasını deyilməsi bildirilmişdir. Onlar ona sual vermiş, o isə bunları cavablandırmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abulova Gülnar Malik qızının 04 aprel 2023-cü il tarixdə ibtidai istintaqı zamanı verdiyi ifadəsinə uyğun ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 xx.xx.2022-ci il tarixdə ibtidai istinitaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan qeyd olunan ifadə elan olunmaqla araşdırılmışdır. Şahid4 xx.xx.2022-ci il tarixdə ibtidai istintaqa zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:13 radələrində o əri Orxanla birlikdə Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzinin yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, yoldaşı Orxanın narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxladıqlarını bildirib onları Pİ-nə dəvət etmişlər. O özü narkotik vasitələrin istifadəçisi olmamış, saxlanılan zaman üzərində hər hansı qanunla qadağan olunmuş əşya, predmet, vasitə olmamışdır. Pİ-də olan zaman zərurət yarandığı üçün polis əməkdaşları onun da üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər, o buna etiraz etməyib bu barədə ərizə də yazmışdır. Pi-də xidməti otaqların birində onun üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, bu zaman o üzərində hər hansı qanunla qadağan olunmuş əşya, predmet olmadığını bildirmişdir. Daha sonra qadın polis əməkdaşı özü də onun üzərinə şəxsi axtarış keçirmiş, hər hansı qanunla qadağan olunmuş əşya, predmet, maddə aşkar olunmamışdır. Həmçinin o sorğu zamanı yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu bildiyini, onunla olan zaman onun üzərində və yaşadıqları mənzildə narkotik vasitə olduğundan xəbərdar olduğunu bildirmişdir. Onun araşdırma ilə əlaqədar olaraq heç bir şikayət və tələbi olmamışdır. Pİ-də olan zaman, habelə Pİ-nə gətirilərkən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətə məruz qalmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Təqsirləndirilən şəxs onun doğma bacısı Gülnarın əridir. Onlar birlikdə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, Azkompozit zavodunun inzibati binasının ərazisində yerləşən fərdi evdə yaşayırlar. Onların evə girişi eyni dəmir qapıdandır, lakin hərənin ayrıca otaqları var. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18-19 radələrində o, yaşadığı evdə olarkən qapı döyülmüş və o, qapını açmış, çöldə təxminən 3-4 nəfər mülki geyimdə şəxslər var imiş, onlar özlərinin polis olduqlarını demişlər və həmin şəxslərdən ikisi içəri daxil olub ondan Orxanın yaşadığı yeri soruşmuşlar, o da həmin şəxslərə Orxangilin otağını göstərmişdir. Həmin iki nəfər şəxslərdən birinin əlində ağ rəngli paket olmuş və həmin əlində paket olan şəxs içəri otağa daxil olduqdan sonra mətbəxə keçmiş, digər şəxs isə obiri otağa keçmişir. Onlar təxminən 10 dəqiqə sonra içəridən çıxmışlar və əlində paket olan şəxsin əlində heçnə olmamışdır. Onlar otaqdan çıxandan sonra ona demişlər ki, onlar çıxan otaqlara keçməsin, gəlib otaqdan əl izləri götürüləcək. O, da öz otağına keçmişdir. Əlində ağ paket olan şəxsin girdiyi mətbəx onların bacısı ilə birgə istifadə etdikləri mətbəxdir. Onlar getdikdən sonra o, çöl qapını bağlayıb öz otağına keçmiş, o, həmin vaxt bacısına öz mobil nömrəsindən onun ***-***-**-** saylı mobil nömrəsinə 2-3 dəfə zəng vurmuş, lakin bacısı zəngə cavab verməmişdir. Təxminən 2 saat keçdikdən sonra yenə evin qapısı döyülmüş, o, kim olduğunu soruşduqda Orxan qapını açmağı demiş, o, qapını açmış, həmin vaxt Orxanın yanında 8-9 nəfər adam mülki geyimdə olan şəxslər olmuş, onlardan bir nəfər polis formasında olmuş, birinci dəfə gələn 4 nəfər polis əməkdaşları da həmin şəxslərin arasında olmuş, onlar Orxanla birlikdə Orxangilin otağına keçmişlər və orta qapını bağlamışlar. O, isə bacısı Gülnarı axtarmaq üçün çölə çıxmış və bacısının çöldə olmadığını görüb içəri qayıtmış. O, qayıdandan sonra onlar orta qapını açmışlar və ona demişlər ki, o, içəri öz otağına keçib qapını da bağlasın. O, da içəri keçib qapını bağlamış. Lakin onların və Orxanın danışıqları eşidilirmiş, orada o, eşitmiş ki, eyni şəxs "Kənan sən orada dur, Samir sən qapını belə açarsan, Elnur biz belə girərik, guya biz onu iş başında yaxalayaq” deyir. Təxminən 20-25 dəqiqədən sonra onlar otaqdan çıxanda Orxan demiş ki, Elşən qaqa, siz dediyiniz hər şeylə razılaşdım, bəs ailə uşağımı buraxarsız. Sonra hamı çıxıb getmiş, onlar Orxanı gətirəndə Orxanın əli qandallı olmuş. Birinci dəfə polis əməkdaşları evə gəldikdə Orxangilə olan orta giriş qapısı açıq imiş, onlarda Orxanın yataq otağının açarları olmuş, mətbəx otağının isə ümumiyyətlə qapısı olmadığını bildirmişdir, yoxdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əlində ağ paket olan şəxsin konkret olaraq mətbəxə, digər şəxsin isə başqa otağa girdiyini görmüş, çünki girdikləri orta qapı açıq olmuş, əlində ağ paket olan mətbəxə girən şəxsin mətbəxdə nə etdiyini görməmişdir. Çöldə olan digər polis əməkdaşları ona demişlər ki, o, öz otağına keçsin, onluq bir şey yoxdur, o, da qorxub öz otağına keçmiş, onlar çıxanda onun otağının qapısını döyüb onu çağırmışlar, o, da həmin 2 nəfər şəxsin Orxangilin orta qapısından çıxdığını görmüş, olar ona qapını bağlamağını və obiri otaqlara keçməməyini, qayıdıb əl barmaq izi götürəcəklərini demişlər və çıxıb getmişlər. Ona əlində ağ paket olan şəxsin içəriyə mətbəxə daxil olub və çıxdıqda onun əlində artıq heçnə olmaması, mətbəxə əlindəki ağ paketi qoyduğu və gedəndə artıq əlində heçnə olmadığı halda sizə həmin şəxsin mətbəxə nə qoyduğu ona heç bir maraq doğurmamış və polis əməkdaşlarının gedişi və gəlişi arasında 2 saat ərzində mətbəxə keçməmişdir, o, qeyd olunan 2 saat ərzində heç kəsə evə polis əməkdaşlarının gəlib mətbəxə ağ paket qoyub getdikləri barədə deməmiş, o, ağ paketin içərisində nə olduğunu görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs işini baş müstəntiq kimi o araşdırmışdır. Məhkəmə iclasında müdafiəçi tərəfindən təqdim edilərək ona göstərilən sənədlərdən birinin qərar, digər isə əmr olduğunu və cinayət işinin materiallarında onların tarixinin 31 oktyabr olduğunu və bunların sənədlərin əsli deyil, surətləri olduğunu bildirmişdir. Sənədlərin əslinin cinayət işinin materiallarında olduğunu və bu təqdim edilən surətlərin heç nəyi əks etdirmədiyini bildirmişdir. Cinayət işinin matriallarında olan qərarda olan qeydiyyat nömrəsi istintaq zamanı da qərarların qeydiyyat kitabında qeydiyyata alındığını söyləmişdir. Müdafiə tərəfin qərarın dəyişməsi ilə bağlı fikrinə münasibətdə isə qərarda dəyişiklik olsa belə onun qeydiyyat nörməsinin dəyişməyəcəyini bildirmişdir. Təqdim olunan surətdən təqsirləndirilən şəxsə yeni ittihamın elan olunduğunu, lakin cinayətin işinin materiallarında isə belə halın olmadığını deyərək, belə hal olacağı təqdirdə onun halını daha da ağırlaşdıracağının vurğulayaraq mövcud sənədlərin həqiqəti əks etdirmədiyini bildirmişdir. Protokolda olan səhvin texniki səhv olduğunu, şəxsin 2022-ci ilin oktyabr ayında tutulduğunu, telefona baxış keçirilən zaman hal şahidlərinin iştirak etdiyini bildirmişdir. Telefonun maddi sübut kimi tanındığını, telefona heç bir müdaxilə edilmədiyini və protokola isə heç bir qeyd verilmədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Zellabdin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Orxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 17:13-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs arvadı Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzinin qarşısında saxlanılaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyatı üzrə polis idarəsinə dəvət etmişlər. O da etiraz etmədən arvadı Şahid4 ilə birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir, idarəyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı Elnur Feyzullayev ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl baş təhqiqatçı Elnur Feyzullayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X6 təqdim olunmuş, o bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Orxan Məhərəmova üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, sol yan cibində saxlamış olduğu 01 ədəd yaşadığı evin açarını və əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli “İPHONE" markalı mobil telefonu təqdim etmişdir. Orxanın üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm açılan zaman içərisində psixotrop maddə olan metamfetaminin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Orxan həmin maddəni 4-5 gün bundan qabaq tanımadığı İran vətəndaşından qramını 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Orxanın üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin ağ rəngli kağızla birlikdə 0.24 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin Orxan arvadı Şahid4 onun narkotik vasitə qəbul etməsindən, həmçinin yaşadıqları evdə narkotik vasitə olduğundan məlumatlı olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılaraq onlar Orxanın yaşadığı Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi Azkompozit zavodunun inzibati binasının ərazisində yerləşən fərdi yaşayış evinin yanına getmişlər. Orada videoçəkiliş davam etdirilərək Orxana yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək bununla bağlı olaraq hər hansı bir etirazının olub-olmadığı sual olunmuş, o isə bu barədə heç bir etiraz və vəsatəti olmadığını qeyd etmişdir. Sonra onun yaşadığı ünvana daxil olmuşlar, orada Orxana yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuşəşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu zaman Orxan yaşadığı evin mətbəx hissəsində stolun altında olan 01 ədəd ağ rəngli böyük sellofan bükümdə içərisində yaşıl rəngli ot kütləsi olan bükümü, həmçinin göy rəngli sellofanın içərisində olan qara rəngli çantanın içərisində olan 01 ədəd elektron tərəzini, 05 ədəd ağ rəngli, 02 ədəd göy rəngli və 03 ədəd sarı rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində olan bükümləri, 07 ədəd ağ rəngli və 02 ədəd qırmızı rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan bükümləri, həmçinin 02 ədəd ağ rəngli kağıza bükülmüş içərisində yaşıl rəngli ot kütləsi olan bükümləri təqdim etmişdir. Sorğu zamanı Orxan yaşadığı ünvandan aşkar olunan ağ rəngli kristal şəkilli maddələrin “şüşə”, qəhvəyi rəngli maddələrin “kakos”, yaşıl rəngli ot kütləsinin isə “nəşə” olduğunu, aşkar olunmuş həmin maddələri dəüzərindən aşkar olunmuş maddə ilə birlikdə qramını 25 manatdan olmaqla 4- 5 gün bundan qabaq tanımadığıiran vətəndaşından şəxsi istifadəsi üçün ümumilikdə 1000 manata aldığını, həmin maddələri Sumqayıt şəhərinin girişində yol kənarından götürdüyünü bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 01 ədəd ağ rəngli böyük sellofan bükümdə içərisində yaşıl rəngli ot kütləsi olan büküm tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1 kiloqram, ağ rəngli kristal şəkilli maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin birinci bükümdəçəkisinin 151.97 qram, ikinci bükümdə 54.26 qram, üçüncü bükümdə 54.75 qram, dördüncü bükümdə 20.08 qram, beşinci bükümdə 15.60 qram, altıcı bükümdə 16.21 qram, yeddinci bükümdə 15.15 qram, səkkizinci bükümdə 10.37 qram, doqquzuncu bükümdə 0.50 qram, onuncu bükümdə 0.30 qram, qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin birinci bükümdə çəkisinin 92.58 qram, ikinci bükümdə 29.62 qram, üçüncü bükümdə 11.80 qram, dördüncü bükümdə 1.40 qram, beşinci bükümdə 1.07 qram, altıcı bükümdə 4 qram, yeddinci bükümdə 0.59 qram, səkkizinci bükümdə 0.28 qram, doqquzuncu bükümdə 0.29 qram, yaşıl rəngli ot kütləsi olan bükümlər tərəziyəçəkilib qoyulan zaman birinci bükümün çəkisinin 0.48 qram, ikinci bükümün çəkisinin isə 0.42 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra yenidən idarəyə qayıdaraq, otaqda Orxanın üzərində şəxsi axtarış keçirilməsi barədə və evə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o da həmin protokolla tanış olub həmin protokolu imzalamışdır. Bundan başqa, Orxanla birlikdə saxlanılaraq idarəyə gətirilmiş arvadı Şahid4 ərizə yazaraq üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirdiyi üçün idarədə xidməti otaqların birində onun da üzərinə videçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmaqla baş təhqiqatçı Elnur Feyzullayev ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmiş, Şahid4 da özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Gülnar Abudovanın üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Şahid4 isə üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı bir sübut əhəmiyyəti kəsb edən qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut aşkar olunmamışdır. Sorğu zamanı Şahid4 narkotik vasitələrin istifadəçisi olmadığını, saxlanılan zaman üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə olmadığını, əri Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu bildiyini, onunla olan zaman Orxanın üzərində və yaşadıqları mənzildə narkotik vasitə olduğundan xədərdar olduğunu bildirmişdir. Daha sonra yenidən idarəyə qayıdaraq, otaqda Orxanın üzərində şəxsi axtarış keçirilməsi barədə və evə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o da həmin protokolla tanış olub həmin protokolu imzalamışdır. Daha sonra yenidən Gülnarın üzərindəşəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da həmin protokolla tanış olub həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs və onun arvadı Şahid4 saxlanılarkən onlara qarşı təziq göstərilməmişdir, Orxan könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı məşğul olması ilə bağlı bizə məlumat daxil olmuşdur, lakin Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onda əməliyyat məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X10, Şahid2 və Şahid6 işin halları ilə bağlı Şahid1 eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-na xx.xx.1989-cu ildə anadan olan, Sumqayıt şəhəri, Nizami küçəsi 19c, məhəllə 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, istifadəsi, evində və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki xx.xx.1989-cu ildə anadan olan, Sumqayıt şəhəri, Nizami küçəsi 19c, məhəllə 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-na Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitələrin satışı, istifadəsi, evində və üzərində gəzdriməsində şübhəli bilinən Təqsirləndirilən şəxs və Şahid4 Sumqayıt şəhəri Karvan Ticarət Mrəkəzinin yaxınlığında saat 17:13-də saxlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPİ-yə gətirilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli,7/1257 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs...» yazıları və imzalar olan sellofan bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamanın içərisində təmiz çəkisi - 890 qram və üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs...» yazıları və imzaları olan kağız paketdəki 02 ədəd (qırmızı və gümüşü rəngli) kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri:0,308 qram, 0,256 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 890,564 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6334 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərfləri üçün 124 sayılı dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində “(imza) saxlanılan şəxs Təqsirləndirilən şəxs ...."sözləri,imzalar qeyd edilmiş zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0, 162 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi və üzərində “...(imza) saxlanılan şəxs Təqsirləndirilən şəxs..." sözləri, imzalar olan zərfdə yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,445 qram, 11,982 qram, 19,738 qram, 53,673 qram , 14,285 qram,9,142 qram, 12,731 qram, ümumi təmiz çəkisi 121,996 qram ağ rəngli kristalşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -üzərində”..(imza) saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözləri, imzalar olan 09 (doqquz) bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram, 0,277 qram, 0,161 qram,3,863 qram, 0,391 qram, 28,724 qram, 0,683 qram, 88,291 qram, 0,138 qram ümumi təmiz çəkisi 122,643 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Təqdim olunmuş bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildən aşkar olunmuş ümumillikdə səkkiz ədəd bükümdə olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 122,158 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7416 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Orxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:13-də Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılır. Belə ki, xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı X14 Məhərrəmova özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl baş təhqiqatçı Elnur Feyzullayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X6 təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiraz etmir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Orxan Məhərəmova üzərinəşəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuşəşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilir. O da əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, sol yan cibində saxlamış olduğu 01 ədəd yaşadığı evin açarını və əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli “İPFİONE” markalımobil telefonu təqdim edir. Orxanın üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm açılan zaman içərisində psixotrop maddə olan metamfetaminin olduğu müəyyən edilir. Sorğu zamanı Orxan həmin maddəni 4-5 gün bundan qabaq tanımadığı iran vətəndaşından qramını 25 manata aldığını vəşəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirir. Daha sonra Orxanın üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin ağ rəngli kağızla birlikdə 0.24 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan RespublikasıƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Həmçinin Orxan arvadı Şahid4 onun narkotik vasitə qəbul etməsindən, həmçinin yaşadıqları evdə narkotik vasitə olduğundan məlumatlı olduğunu bildirir. Evə baxış və diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Orxanın yaşadığı Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi Azkompozit zavodunun inzibati binasının ərazisində yerləşən fərdi yaşayış evinin yanına gedilir. Orada videoçəkiliş davam etdirilərək Orxana yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək bununla bağlı olaraq hər hansı bir etirazının olub-olmadığı sual olunur, o isə bu barədə heç bir etiraz və vəsatəti olmadığını qeyd edir. Sonra onun yaşadığı ünvana daxil olurlar, orada Orxana yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilir. Bu zaman Orxan yaşadığı evin mətbəx hissəsində stolun altında olan 01 ədəd ağ rəngli böyük sellofan bükümdə içərisində yaşıl rəngli ot kütləsi olan bükümü, həmçinin göy rəngli sellofanın içərisində olan qara rəngli çantanın içərisində olan 01 ədəd elektron tərəzini, 05 ədəd ağ rəngli, 02 ədəd göy rəngli və 03 ədəd sarı rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində olan bükümləri, 07 ədəd ağ rəngli və 02 ədəd qırmızı rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan bükümləri, həmçinin 02 ədəd ağ rəngli kağıza bükülmüş içərisində yaşıl rəngli ot kütləsi olan bükümləri təqdim edir, Sorğu zamanı Orxan yaşadığıünvandan aşkar olunan ağ rəngli kristal şəkilli maddələrin “şüşə”, qəhvəyi rəngli maddələrin "kakos”, yaşıl rəngli ot kütləsinin isə “nəşə”olduğunu, aşkar olunmuş həmin maddələri dəüzərindən aşkar olunmuş maddə ilə birlikdə qramını 25 manatdan olmaqla 4-5 gün bundan qabaq tammadığıiran vətəndaşından şəxsi istifadəsi üçün ümumilikdə 1000 manata aldığını, həmin maddələri Sumqayıt şəhərinin girişində yol kənarından götürdüyünü bildirir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 01 ədəd ağ rəngli böyük sellofan bükümdə içərisində yaşıl rəngli ot kütləsi olan büküm tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1 kiloqram, ağ rəngli kristal şəkilli maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin birinci bükümdə çəkisinin 151.97 qram, ikinci bükümdə 54.26 qram, üçüncü bükümdə 54.75 qram, dördüncü bükümdə 20.08 qram, beşinci bükümdə 15.60 qram, altıcı bükümdə 16.21 qram, yeddinci bükümdə 15.15 qram, səkkizinci bükümdə 10.37 qram, doqquzuncu bükümdə 0.50 qram, onuncu bükümdə 0.30 qram, qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin birinci bükümdə çəkisinin 92.58 qram, ikinci bükümdə 29.62 qram, üçüncü bükümdə 11.80 qram, dördüncü bükümdə 1.40 qram, beşinci bükümdə 1.07 qram, altıcı bükümdə 4 qram, yeddinci bükümdə 0.59 qram, səkkizinci bükümdə 0.28 qram, doqquzuncu bükümdə 0.29 qram, yaşıl rəngli ot kütləsi olan bükümlər tərəziyəçəkilib qoyulan zaman birinci bükümün çəkisinin 0.48 qram, ikinci bükümün çəkisinin isə 0.42 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin maddələr Azərbaycan RespublikasıƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Bundan sonra videoçəkiliş dayandırılır. "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin üzərində zavod üzsulu ilə “nar” və üzərində qələmlə yazılmış “220730800” yazıları olan bir ədəd kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə diskin yaddaşında "Zenglerin Detallasmasi **********3340 ********* 4” kimi qeyd olunmuş 275 KB və “X3 **********3635 ********* NAR4" kimi qeyd olunmuş 64.8 KB həcmində PDF formatlı faylların olması aşkar olundu. “X3 **********3635 70-300-35-50 NAR4” kimi qeyd olunmuş fayla baxış keçirilərkən ********* saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına sənədləşdirildiyi müəyyən olundu. Həmin fayla baxış zamanı istintaq üçün əhəmiyyət kəsb hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Bundan sonra “Zenglerin Detallasmasi **********3340 ********* 4” kimi qeyd olunmuş faylda olan məlumatlara baxış keçirilən zaman faylın yaddaşında xx/xx/2022 00:24:56 tarixdən xx/xx/2022 23:59:11 tarixədək Təqsirləndirilən şəxs məxsus 70-300-35-50 saylı nömrəyə daxil və xaric olan zənglər, zənglərin tarixi və müddəti, smslər, zəng olunan vaxt nömrənin anten məlumatları olması və həmin məlumatların "xxxx" MMC tərəfindən tərtib olunmuş siyahıda 34 səhifədə olması müəyyən olundu. Həmin məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs sonuncu dəfə tutulmamışdan öncə, yəni xx.xx.2022- ci il tarixdə saat 16:53:09-da öz adına olan ***-***-**-** saylı mobil nömrə ilə 24 saniyə danışmış, onunla danışarkən isə Sumqayıt şəhəri, Metallurq küçəsi ərazisində yerləşən “UABS6141C/UABS6141 X20/ "Sumqayıt şəhəri, Metallurq küçəsi T’/Sumgayit” antennasından istifadə olunduğu görünür. İstintaq zamanı müəyyən edilmişdir ki, həmin onun adına olsa da qeyri rəsmi nikahda olduğu Şahid4 məxsusdur. Tutulduqdan sonra isə heç kəslə əlaqə saxlanılmamış, ancaq internet trafikindən, yəni GPRS-dən istifadə olumuşdur. Sumqayıt Probasiya şöbəsindən daxil olmuş məktuba əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 08 ay 1 günü çəkilməmiş cəzası qalmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Milli Hemotologiya və Transfuziologiya mərkəzindən daxil olmuş sənədlərə əsasən müəyyən olunur ki, təqsirləndirilənTəqsirləndirilən şəxs övladı X11 idiopatik trombositopenik purpura xəstəliyindən əziyyət çəkir DİN-in BƏSll-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs məhkum olan hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki xx.xx.2022-ci il tarixdə , Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-na xx.xx.1989-cu ildə anadan olan, Sumqayıt şəhəri, Nizami küçəsi 19c, məhəllə 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, istifadəsi, evində və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə və evinə video çəkilişlə şəxsi axtarış və baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə və baxış zamanı evindən narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək psixotrop maddənin, baxış keçirilərək narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin növ müxtəlifliyini, aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olmasını, evində narkotik vasitənin hazırlanması üçün tərəzinin aşkar olunmasını və həmin vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair mövqeyinə fikir bildirməyi məhkəmə vacib hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olduğunu lakin evindən aşkar edilmiş nakotik vasitələrin və psixotrop maddənin ona məxsus olmadığını bildirir. Qeyd olunan halla əlaqədar məhkəmə şahidləri dindirmiş və işin bütün halları hərtərəfli araşdırılmışıdır. Belə ki cinayət işinin materiallarında təqsirləndirilən şəxsin xx.xx.2022-cü il tarixli izahatından, xx.xx.2022-cü il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsindən və xx.xx.2022-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən müəyyən olunur ki, həmin ifadələrdə təqsirləndirilən Təqsirləndirilən şəxs etirafedici ifadə vermişdir. Lakin təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə vəkillə müqavilə bağladıqdan sonra xx.xx.2023-cü il tarixdə əvvəl verdiyi etirafedici ifadələrindən fərqli ifadə vermiş və üzərindən aşkar olunan metanfetamindən başqa heç nəyi olmadığını və bütün qalan narkotiklərin polis əməkdaşlarının ona qərəzli yanaşması nəticəsində onlar tərəfindən evinə qoyulduğunu, buna qədər vermiş olduğu etiraf edici ifadələrini isə ona ailəsi ilə təzyiq olunduğuna görə verdiyini bildirmişdir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs, şahid Gülnar Abulovanın və Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs evinə baxış keçirildikdən sonra onun ailəsi sərbəst buraxılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs dediklərini həqiqət kimi qəbul etdikdə belə bir sual yaranır bəs nəyə görə o, 01.11.22-cü il və xx.xx.2022-cü il tarixdə verdiyi ifadələrində özünü təqsirli bilərək etirafedici ifadə vermişdir. Axı təqsirləndirilən şəxsin özünündə bildirdiyinə görə həmin vaxt artıq onun ailəsi sərbəst olmuş və elə təqsirləndirilən Təqsirləndirilən şəxs dediyinə əsasən ona heç bir fiziki təsir göstərilməmişdir. Deməli təqsirləndirilən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən üzərində nə fiziki nə də ki psixoloji təzyiq və təsir olmamışdır. Buna baxmayaraq təqsirləndirilən Orxan Məhrrəmov etirafedici ifadə vermişdir Bundan başqa iş materiallaındakı məcburi narkoloji ekspertizanın rəyinə əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və o öz vəziyyətinə tənqidi yanaşır. Qeyd olunan ekspertiza rəyini nəzərə aldıqda təqsirləndirilən Təqsirləndirilən şəxs özünündə sona qədər etiraf etdiyi üzərindən aşkar edilmiş metanfetamini şəxsi istehlak məqsədilə üzərində saxlamaq niyyəti ağlabatan deyildir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitələrin yaxşılarını istifadə etdiyini bəzilərinin yaxşı olmadığını bildirməsini təqsirləndirilən şəxsin səmimi səsləndirdiyi fikir kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin iddia etdiyi kimi evinə polis əməkdaşları tərəfindən qoyulmuş nakotik vasitə barədə bu cür fikirlər səsləndirməsi onun heç də həmin narkotik vasitələrdən məlumatsız olmasına deyil, əksinə həmin narkotik vasitə barədə məlumatlı olmasına və onu tanımasına dəlalət edir. Qeyd olnanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadələri müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Bundan başqa məhkəmə şahid Gülnar Abulovanın məhkəmə istintaqı zamanı və xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsini də araşdırmışdır. Şahid Gülnar Abulova xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsinin təsdiq etməyərək həmin ifadələri təzyiq altında verdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, şahid Gülnar Abulova təqsirləndirilən Təqsirləndirilən şəxs həbs olunduqdan sonra ifadə vermişdir. Şahid Gülnar Abulovanın ifadə verdiyi tarixə baxdıqda müəyyən olunur ki, o təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu tarixdən 4 gün sonra verilmişdir. Lakin buna baxmayaraq şahid Gülnar Abulova xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə verdiyi izahatına uyğun ifadə vermişdir. Şahid həmin ifadəsini təzyiq və təsir altında verdiyini onun özünündə nakotiklə təqsirləndirilən cinayət məsuliyyətinə cəlb olunmaqla hədələndiyini göstərməklə həmin ifadəsini təsdiq etməmişdir. Cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə şahidin izahatını verdiyi tarixdən artıq 4 gün keçmişdir. Yəni şahidin bildirdiyi kimi təzyiq və təsirə mətuz qalan şəxsin sərbəst buraxıldıqdan 4 gün sonra yenidən istintaq orqanına gəlib təzyiq altında verdiyini iddia etdiyi izahatına uyğun ifadə verməsi inandırıcı deyil. Çünki şahid Gülnarə Abulovanın göstərdiyi şəkildə qanunsuzluğa məruz qalmış şəxsin sərbəst buraxıldıqdan sonra etməli olduğu ilk iş müvafiq qurumlara məlumat verib baş vermiş hadisələri onların diqqətinə çatdırmaq olmalıdır ki, bu qeyd olunan davranış gözlənilən və ağlabatandır. Amma şahidin sərgilədiyi davranış isə təzyiq və təsirə məruz qaldığını iddi etdiyi hüquq mühafizə orqanına yenidən gəlib izahatına uyğun ifadə vermək olmuşdur. Hətta xx.xx.2022-ci il tarixdə ifadə verdikdən sonra belə şahid Gülnarə Abulovanın heç bir rəsmi dövlət qurumuna müraciəti olmamışdır. Yalnlz təqsirləndirilən Təqsirləndirilən şəxs öz hesabına vəkillə müqavilə bağladıqdan sonra həm təasirləndirilən şəxsin, həm onun vətəndaş nikahında yaşadığı şahid Gülnar Abulovanın və sonuncunun bacısının ifadələrində qeyd etdikləri faktlar səsləndirilməyə başlanılmışdır. Bundan başqa təqsirləndirilən şəxsin evindən aşkar edilmiş nakotik vasitələrlə əlaqədar onun vətəndaş nikahında yaşadığı şəxsin bacısının səsləndirdiyi fikirlər məhkəmə istintaqı zamanı araşdırılmışdır. Belə ki, Şahid3 təqsirləndirilən Təqsirləndirilən şəxs evə baxışa gətirilənə qədər həmin evə əlində salafan olan polis əməkdaşlarının gəldiyini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı şahid nəyə görə polis əməkdaşları onun bacısının evinə daxil olduqdan sonra həmin otağa daxil olub ən azından vizual olaraq bir baxış etmədiyini, nəyə görə polisə 102 xidmətinə məlumat vermədiyini, şahidin bildirdiyinə görə bacısı hadisə günü gec saatlarda evə gəldiyi halda nəyə görə polisə şikayət etmədiyini, qeyd etdiyi kimi vacib bir halın şahidi olduğu halda hadisə baş verən gündən 6 ay sonra yalnız ifadə verməklə kifayətləndiyini ağlabatan cavabla izah edə bilməmişdir. Qeyd olunanlara əsaəsn məhkəmə hesab edir ki, şahid Gülnar Abulovanın məhkəmə istintaqı zamanı və xx.xx.2023-cü il tarixdə verdiyi ifadələr və Şahid3 verdikləri ifadələr birinin birgə yaşadığı şəxs, digərini isə bacısının həyat yoldaşı olduğu üçün müdafiə xarakterli verilmiş ifadələrdir. Bundan başqa müdafiə tərəfi cinayət işinin materiallarında olan (2-ci cild səhifə 87) müstəntiqin Sumqayıt şəhər prokuroruna ünvanladığı məktuba istinad edərək belə bir nəticə çıxarmışdır əslində təqsirləndirilən şəxsə qarşı 234.4.3-cü maddəsindən əlavə 234.4.1,234.4.2, 234.4.4 və 206-cı maddələri ilə də ittiham irəli sürülmüşdür. Qeyd olunan halla əlaqədar məhkəmə bildirir ki, sübutların qiymətləndirilməsi barədə qərarın nəticəvi hissəsinin 3-cü bəndinə əsasən müəyyən olunr ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1,234.4.2, 234.4.4 və 206-cı maddələrinin tərkib əlamətləri olmadığından, barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə materialın saxlanılması üçün Sumqayıt şəhər prokuroruna göndərilməsi qərara alınmışıdır. Beləliklə göndərilən məktubun məzmunundan və əsasından müəyyən olunduğu kimi, qeyd olunan məktub hər hansı bir başlanılmış cinayət təqibini deyil, ümumiyyətlə həmin maddələrlə cinayət təqibinin başlanılmaması fikrini izah edir. Həmçinin məhkəmə müdafiə tərəfinin “Əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarın və xx.xx.2022-ci il tarixli 2581-123-22 saylı Əmrin sübut kimi yolverilməz olmaqla xaric edilməsi barədə vəsatətəinə fikir bildirməyi vacib hesab edir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, “Əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərar qanun vericiliyin tələbinə uğun tərtib edilməklə iş materiallarında olan heç bir sənədlə ziddiyyət təşkil etmir. Həmçinin müdafiə tərəfi 2581-123-22 saylı Əmrin xx.xx.2022-ci il tarixdə tərtib edilməsini bildirsədə məhkəmə qeyd edir ki, iş materiallarında olan həmin sənədə əsasən 31 oktyabr 2022-ci il tarixdə tərtib edilməsi müəyyən olunur. Məhəkəmə qeyd olunanlara əsasən hesab edir ki, həmin sənədlərin sübut kimi yolverilməzliyinə dəlalət edən heç bir hall müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirmiş və buna dair əldə edilən məlumatları ittiham aktına əlavə etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən təqsirləndirilən şəxsə məxsus mobil telefona məhkəmə istintaqı zamanı baxış keçirilmiş və telefona baxış protokolunda göstərilən məlumatlar həmin cihazda aşkar edilməmişdir. Məhkəmə qeyd edilən halı nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın qiymətləndirilməsi üçün kifayət qədər sübut toplanılmışdır və ona görə də telefona baxış keçirilməsi haqqında protokolu ittihamın əsasına qoyulmadanda məhkəmənin hazırki iş üzrə qənaətə gəlməsi üçün kifayət qədər sübutlar mövcuddur. Odur ki məhkəmə qeyd olunan sübutu istinad etmədən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qiymətləndirməyi əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini və şahid Abulova Gülnar Malik qızının ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsini işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı övladının olmasını ( CM 59.1.4) ,övladının xəstə olmasını (CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur və cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 01 (bir) gün hissəsi qalmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin olunarkən ona Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 133 (yüz otuz üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 890,264 qram narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra qalıq qalmış 122,373 qram narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq qalmış 121,918 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 01 ədəd “İphone 7" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-cü il tarixli hökmünə əsasən təyin olunan qəti 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 01 (bir) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 10 (on) ay azadlıqdan məhrum etmə kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 10 (on) ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 133 (yüz otuz üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 890,264 qram narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra qalıq qalmış 122,373 qram narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq qalmış 121,918 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, 01 ədəd “İphone 7" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-158/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-158/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver