Məhkəmə qərarları › İş №1(124)-158/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-158/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-158/2025 13.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X12 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi- X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1978-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-372/2014 nömrəli, 12 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 ay 10 gün vaxtından əvvəl şərti olaraq cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bərdə şəhəri, Nəsimi küçəsi, ev 3/2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Nəsiri X8 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməklə azadlığa buraxılmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,387 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 24-cü kilometrliyinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə, saat 17:25-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 1aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə həmin tarixdə saat 19:55-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 5,387 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bacısıgilə getmiş, qəssaba ət almaq üçün getmiş, qəssabdan çıxmış, yol polisləri arxasınca gəlmiş və onu polis postuna aparmışlar. Postda onu “banditizmin” işçilərinə təhvil vermişlər. Onlardan nə üçün onu saxladıqlarını soruşduğu zaman, ona “bölməyə gedək aydınlaşdıracayıq” demişlər. Yolda üstünü yoxlamış, üstündən pul, telefon və açar çıxmışdır. Onun heç bir günahı olmamış, ona polis bölməsində hədə-qorxu gəlmiş, bacısının evinə narkotik vasitə qoyacaqlarını bildirmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, ittiham aktında qeyd olunan ünvanda saxlanılmış, lakin onu yol polisi tutub banditizmin işçilərinə təhvil vermişdir. O, saxlanıldığı gün 20 Yanvar ərazisində olmamış, ona hədə-qorxu gəlinmiş, fiziki təzyiq göstərmişlər. Ailəsi döyülməyi ilə bağlı şikayətlər etmiş, araşdırma aparılmış, prokurorluğun işçisi də ondan izahat almışdır. Barəsində qətimkan tədbiri seçilərkən ona hədə-qorxu gəlindiyi üçün baş verənləri danışmamış, saxlanıldığı zaman Alimin avtomobilindən düşüb qəssaba ət almaq üçün getmiş, avtomobildə yanında Rəyasət olmuşdur. Həmin şəxslər onu yol polislərinin aparmağını görmüş, maşında onun üstünü axtarmışlar və üstündən telefon, pul və açar çıxmışdır. Həmin telefon və açarı da qaytarmamışlar. Müstəntiq ifadəsini alanda yanında vəkil olmamış, o, saxlanılarkən maşında olan şəxslər Alim, Rəşadət olmuşdur, saxlanılan zaman onlar heç nə etməmişlər. O, saxlanıldığı zaman üstündə 050 961 66 55 mobil nömrəli telefon nömrəsi olmuşdur. Onu saxladıqları zaman əyləşdirdikləri maşın polis maşını olmamış, 4 nəfər polis əməkdaşı olmuşdur. Bölmədə onu döydükləri zaman o belindən xəsarət almış, o vəkil gələnədək 2 saat BMCMİ-nin binasında olmuşdur. Vəkil ilə konfidensial görüş etməklərinə şərait yaradılmamış, ibtidai istintaq zamanı vəkili bir dəfə görmüşdür. Vəkilin iştirakı ilə dindirilməmiş, vəkili sadəcə video-çəkiliş zamanı görmüşdür. O, 23 aprel 2024-cü ildə, günorta radələrində saxlanılmışdır. O, Müşfiqabad qəsəbəsi ərazisində 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, o, düşdüyü maşında olan şəxslər onun saxlanılmağını görmüşlər. Alim və Rəyasət adlı şəxslər olmuşlar. Onu saxlayan polis əməkdaşları mülki geyimdə olmuşlar. BMCMİ-nə 1-2 saata çatmışlar. Maşında onun üstünə baxış keçirilmişdir. Həmin maddəni 20 Yanvar ərazisindən tapdığını demişdir. Ona hədə-qorxu gəlindiyi üçün ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə vermiş, istintaq təcridxanasına aparılan zaman xəsarəti olmuş və o zaman qeyd olunmuşdur. O, analizin nəticələrindən də göründüyü kimi narkotik vasitə istifadə etməmişdir. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini göstərərək ifadəsində qeyd etmişdir ki, 1999-2000-ci illərdə hərbi xidmətdə olmuşdur. İşsizdir. Psixi xəstəliyi vardır və buna görə də müalicə almışdır. Təxminən 2-3 ildir ki, “nəşə” kimi tanıdığı nakrotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 23 aprel 2024-cü il tarixdə Bakı şəhərində, “20 Yanvar” metrostansiyası yaxınlığında piyada hərəkət edən zaman yolun kənarında balaca bir bükümün olduğunu görmüş və həmin büküm diqqətini çəkmişdir. Bükümün içərisinə nəzər salan zaman orada “patı” kimi tanıdığı metamfetamin olduğunu müəyyən etmişdir. Həmin bükümü zərərsizləşdirmək məqsədilə cibinə qoymuşdur. 23 aprel 2024-cü il tarixdə saat 17:25-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsində Bakı- Şamaxı yolunun 24-cü kilometrliyində olan zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə kimi bildiyi maddə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən 01 ədəd alışqanı, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən müxtəlif əskinaslardan ibarət ümumilikdə 462 manat pulu və həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisindəki maddəni “narkotik vasitə” kimi tanıdığını söyləmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üstünə şəxsi axtarış keçirilsə də üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Üstündən aşkar edilmiş ümumilikdə 462 manat pul və 01 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 23 aprel 2024-cü il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığından tapdığını, həmin maddəni zərərsizləşdirmək üçün götürüb üzərində gəzdirməklə saxladığını, əvvəllər də narkotik vasitə “nəşə”dən istifadə etdiyini, həmin aşkar olunmuş psixotrop maddə metamfetamindən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddəni təsadüfən yerdən tapmışdır və zərərsizləşdirmək üçün özündə saxlamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Bu işi görməsindən heç kimin, eləcə də ailə üzvlərinin xəbəri olmamışdır. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edir. Üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Hərbi xidmətdə olduğu zaman əməliyyat olunduğu üçün sol ayağında yara izləri vardır. Bundan başqa uzun müddət bundan əvvəl şəxsi problemləri olduğu üçün sol qoluna özü xəsarət yetirmişdir və buna görə də sol qolunun dirsəkdən biləyə qədər olan hissəsində çoxlu kəsik izləri vardır. (iş vərəqi 32-33, 54-57, 70-73) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, şəxslə bağlı daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş, əməliyyat qrupu yaradılmış, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu BMCMİ-nə dəvət etmişlər. Orada üzərinə baxış keçilən zaman şəxs özü üzərində olan metamfetamini masaya doğru təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, ondan başqa əməliyyat qrupuna Fərid Kazımlı, Vilayət Hüseynov daxil olmuş, şəxsi konkret olaraq Bakı-Şamaxı yolu, 24-cü kilometr, ətrafda polis postu olan yerdə saxlamışlar. Şəxsi saxlayıb idarəyə aparmış, polis postuna daxil olma baş verməmişdir, şəxsin üstündən pul və alışqan da aşkar olunmuşdur. Şəxs saat 17-18 radələrində saxlanılmışdır. Polis postu ilə hansı məsafədə olduqlarını xatırlamamışdır. Şəxsi BMCMİ inzibati binasına apararkən qeyri-adi hal baş verməmişdir. Şəxsin üzərinə nə qədər sonra baxış keçirildiyini xatırlamamışdır. Şəxsin üzərinə baxışın 2 saat qədər gec keçirilməsinin səbəbini xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, hadisədə sadəcə 3 dəqiqə iştirak etmiş, Müşfiqabad qəsəbəsində işi bitdikdən sonra Alim adlı taksi sürücüsünün maşınına əyləşmiş, həmin zaman Elxan da maşında olmuş, qabaq oturacaqda əyləşmişdir. Polis postuna yaxınlaşdıqları vaxt orada maşınların qabağını kəsdiklərini, bir-bir buraxdıqlarını görmüşlər. Onların maşınını isə saxlatdırmışlar. O, Alimin maşını saxlayacağını zənn etmiş, lakin maşını saxlamamışdır. Alim həmin vaxt demişdir ki, “arxamızca gəlirlər”. Polis əməkdaşlarının arxalarınca gəldiklərini görmüş, düz getməli olsalar da sürücü maşını Müşfiqabad qəsəbəsinə doğru sürməyə başlamış, o da, Elxan da sürücüyə saxlamalı olduğunu, onsuz da gəldiklərini bildirmiş, Elxan isə demişdir ki, “saxla, mən düşüm”. Elxan maşından düşdükdən sonra Alim maşını sürmüş, lakin arxadan Elxanı 3 nəfər yol polisi əməkdaşının saxladığını görmüşlər. Verilən suallara cavab olaraq bildirdi ki, onların əyləşdikləri maşın ilə yol polisi əməkdaşlarının maşını arasında 150 metr məsafə olmuş, arxalarınca bir yol polisi maşını gəlmişdir. Alim maşını saxlamamaq səbəbinə “axşam içmişəm” demiş, hazırda Alim avtobus sürücüsüdür. Saat təxminən 14-15 radələri olmuşdur. Həmin vaxt istifadəsində 070 *** ** ** mobil nömrəsi olmuşdur. Elxanın saxlanıldığı yerdə üzərinə şəxsi baxış keçirilməsini görməmiş, sadəcə saxlanılaraq maşını otuzdurulduğunu görmüşdür. O, həmin maşına taksi olduğu üçün təsadüfən əyləşmişdir. Yol polisi əməkdaşları təxminən 300-400 metr onları təqib etmişlər. Sadəcə Elxanı tutmuşlar, onlarla işləri olmamışdır. Düz yol ilə Bakıya getməli imişlər, lakin Alim qəsəbəyə dönmüş, həmin zaman tində Elxan maşından düşmüşdür. Cinayət işinin materiallarında olan: -23 aprel 2024-cü il tarixli “Raport”dan görünür ki, AR DİN BMCMİ-nə dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatda “Elxan” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Elxan” adlı şəxsin xx.xx.1978-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 04). -23 aprel 2024-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(005)- 1146/2024 nömrəli qərarı ilə əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 23 aprel 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir.(iş vərəqi 114) - 23 aprel 2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Nəsiri X10 rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 24-cü kilometrliyində polis əməkdaşları tərəfindən saxlanılaraq AR DİN BMCMİ-nə (Baş İdarəyə) gətirilmişdir (cild 01, iş vər. 09). - 23 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:25-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 24-cü kilometrliyində olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sol yan cibindən 462 manat pulu və əynində olan gödəkcəsinin sol yan cibindən 01 ədəd alışqanı təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümdə olan maddə qablaşdırılaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd alışqan və 462 manat pul ona geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 23 aprel 2024-cü il tarixdə saat 19:55-də başlamış və həmin tarixdə saat 20:12-də bitmişdir.(iş vərəqi 27-29) - 04 iyul 2024-cü il tarixli “CD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 04 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cavanşir Mansirov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X16, X17 və müdafiəçi X7 iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd alışqanı, əynində olan şalvarının sol yan cibindən ümumilikdə 462 manat pulu və həmin şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 23 aprel 2024-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığından tapdığını, həmin maddəni zərərsizləşdirmək üçün götürüb üzərində gəzdirməklə saxladığını, əvvəllər də narkotik vasitə “nəşə” adı ilə tanıdığı marixuanadan istifadə etdiyini, üstündən aşkar olunmuş psixotrop maddə metamfetamindən heç kimin məlumatının olmadığını, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd alışqan və 462 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. (iş vərəqi 147) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 24 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2225 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs o.” yazısı və imzalar olan paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,387 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: Metamfetaminin təmiz çəkisi - 5,387 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 5,287 qr.(iş vərəqi 41-44) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X18 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 may 2024-cü il tarixli 2953 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir.(iş vərəqi 148-149) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X18 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 25 aprel 2024-cü il tarixli 235/MEŞ nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Təqsirləndirilən şəxs bədən səthində aşkar edilən xəsarətlər- sol dirsək oynağı nahiyəsinin və sol saidin sıyrıqları, sağ çiyin nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişlər, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müxtəlif nahiyələrinin küt əşyalara çarpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bilərdilər, dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. (iş vərəqi 151-153) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X18 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 10 may 2024-cü il tarixli 1524/K nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edilmişdir.(iş vərəqi 154-157) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsindən daxil olmuş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 may 2024-cü il tarixli 1350 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs qismində cəlb edildiyi təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.(iş vərəqi 158-160) - 17 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs ailə üzvlərinin və digər yaxın qohumlarının barələrində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,287 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır.( iş vər. 161-174). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X18 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 may 2024-cü il tarixli 2953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup ümumi xəstəliyi-İİİ dərəcəli əlilliyi vardır.( iş vərəqi 148-149) İş materiallarından görünür ki, 23 aprel 2024-cü il tarixli “Raport”dan görünür ki, AR DİN BMCMİ-nə dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatda “Elxan” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Elxan” adlı şəxsin xx.xx.1978-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla AR DİN BMCMİ-nə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sol yan cibindən 462 manat pulu və əynində olan gödəkcəsinin sol yan cibindən 01 ədəd alışqanı təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümdə olan maddə qablaşdırılaraq götürülmüş və götürülmüş maddə məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 23 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 5,387 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən telefon məlumatlarında narkotik vasitənin satışına dair SMS-lərin olmaması, aşkar olunan kütlənin 01 ədəd bükümdə olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 5,387 qram çəkidə psixotrop maddə metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 3-13-6/2-4597/24 nömrəli əməliyyat tapşırığının cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri və psixotrop maddə satması ilə bağlı məlumat daxil olsa da, psixotrop maddələri aldığı və satdığı şəxslərin dairəsi məlum olmamış, onun sonradan psixotrop maddələri kiməsə satması ilə bağlı məlumat əldə oluna bilinməmişdir. (iş vərəqi 131) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırma mərhələsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, bununla bağlı qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həm saxlanılan zaman, həm də polis idarəsində olduğu zaman polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə, döyülməyə məruz qaldığını, həmçinin ona edilmiş psixoloji təzyiq nəticəsində məcbur qalıb ona aid olmayan psixotrop maddəni boynuna götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq onun əleyhinə toplanılan sübutların ona qarşı zor tətbiq etməklə əldə edildiyinə istinad etdiyindən, məhkəmə kollegiyası bu məsələyə xüsusi həssaslıqla yanaşaraq qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Qeyd olunan səbəbdəndir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da sözügedən məsələyə diqqət yetirilmiş və həmin qərarın 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixlıi Plenum qərarının 26-cı bəndində də göstərilmişdir ki, CPM-in 125.8ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı hər nə qədər saxlanıldığı zaman, eyni zamanda polis idarəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, təzyiq və təsirlərə, işgəncəyə məruz qaldığını, xəsarət aldığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yer almamış, o cümlədən müdafiə tərəfindən belə bir sübut növü (hər hansı bir məhkəmə tibbi ekspertizasının rəyi, xəsarətlərə dair akt və s.) məhkəməyə təqdim olunmamışdır, hazırki iş üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı hüquqlarının ibtidai istintaq orqanı tərəfindən pozulubpozulmamasının müəyyən edilməsi üçün məhkəmə öz təşəbbüsü ilə sorğu vermiş və qeyd olunan pozuntu hallarının baş verməsini təkzib edən - “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərar cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılması, orada tanımadığı polis əməkdaşları tərəfindən döyülməsi, işgəncələrə məruz qalması, psixotrop maddəni boynuna götürməsinə məcbur edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsinin göndərdiyi məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və 04 noyabr 2024-cü il tarixdə həmin məlumat əsasında toplanılmış 1915-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun üzərində psixotrop maddə metamfetaminin olmaması, həmin metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, bacısının evinə narkotik vasitə qoyacaqları ilə bağlı polis əməkdaşları tərəfindən ona hədə-qorxu edildiyi, bir sözlə psixi təsirə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadə verməsi barədə göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən bildirilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamış, həmin hallar müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətində olmaqla əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan satış məqsədi olmadan psixotrop maddəni əldə etməsi ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, məhkəmə ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Məhkəmə həmçinin təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ibtidai istintaq zamanı müdafiəçini sadəcə bir dəfə video-çəkilişlə şəxsi axtarış aparılan zamanı görməsi, onun müdafiəçinin iştirakı olmadan dindirilməsi ilə bağlı verdiyi ifadələrinə də tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixli izahatından, 24 aprel 2024-cü il tarixli “şübhəli şəxsin dindirilməsi” və 24 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı izahat verərkən, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçinin iştirakı təmin edilmiş, həm Təqsirləndirilən şəxs, həm də müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X7 qeyd olunan protokolları imzaları ilə təsdiq etmişlər. (iş vərəqi 32-33, 54-57, 70-73) Məhkəmə həmçinin təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən döyülməsi, bunun nəticəsində xəsarətlər alması barədə verdiyi ifadəsinə münasibətdə bildirir ki, məhkəmə-tibbi ekspertizasının 08 may 2024-cü il tarixli 235/MEŞ nömrəli rəyi ilə onun bu məzmunda söylədiyi xüsusatlar təkzib olunur. Belə ki, həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişlər, həmin xəsarətlər dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. Ekspert rəyindən də göründüyü kimi şəxsin müayinəsinə 25 aprel 2024-cü il tarixdə başlanılmış, 3-4 gün əvvəlki tarix isə 21-22 aprel 2024-cü il tarixlərinə təsadüf edir, lakin Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ekspert rəyində qeyd olunan müddət və şəxsin tutulduğu tarix arasındakı vaxt uyğunsuzluğu şəxsə həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi ehtimalını şübhə altına alır. Şəxsin rəydə də qeyd olunduğu kimi xəsarətləri müxtəlif şəraitlərdə ala bilərdi, şəxsin sərbəst yıxılması, bədəninin müxtəlif nahiyələrinin küt əşyalara çarpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində də yarana bilməsi ehtimalı istisna olunmur. Məhkəmə həmçinin təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitə istifadə etmədiyi barədə verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar cinayət işinin materiallarında olan ekspert rəyi ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X18 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 may 2024-cü il tarixli 2953 nömrəli rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin onun İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmamış, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüş, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlama zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir.(iş vərəqi 148-149) Həmçinin təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də 2-3 ildir ki, “nəşə” kimi tanıdığı natkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini boynuna almışdır. (iş vərəqi 32-33, 54-57, 70-73) Ekspert rəyindən də göründüyü kimi şəxs nəinki narkotik vasitədən istifadə etmiş, hətta onda narkomaniya xəstəliyi yaradacaq qədər narkotik vasitə istifadəçisi olmuş, həmçinin məhkəmə-kimyəvi ekspertizasının 10 may 2024-cü il tarixli 1524/K nömrəli rəyindən görünür ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əksini iddia etsə də Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edilmişdir.(iş vərəqi 154-157) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən X3 ifadəsində “yol polisi əməkdaşlarının onları- Alim adlı sürücünün, Təqsirləndirilən şəxs və onun olduğu avtomobili təxminən 300-400 metr təqib etmələri, Elxanın avtomobildən düşməsi və düşdükdən sonra 3 nəfər yol polisi əməkdaşı tərəfindən saxlanılaraq maşına mindirildiyi ilə bağlı” bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs təqsirləndirilən şəxsin tanışı olduğundan təkcə bu hal belə həmin şəxsin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və onunla razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, şahidin bu formada ifadə verməsi əvvəlcədən hazırlanmış müdafiə taktikasıdır. Ona görə də, məhkəmə həmin ifadələri həqiqəti əks etdirən obyektiv sübut kimi qəbul etmir və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz onun və digər şahidin ibtidai istintaq zamanı heç bir təsir altında qalmadan verdikləri ifadələrini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, bundan başqa Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə həmin Məcəllənin 307.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 02 ay, 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 ay 10 gün vaxtından əvvəl şərti olaraq cəzasından azad edilmişdir.(iş vərəqi 116-130) Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 18.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs vaxtından əvvəl cəzasından şərti olaraq azad edildiyi vaxtdan (08 fevral 2022-ci il ) cinayət əməlini törətdiyi vaxtadək (23 aprel 2024-cü il) Məcəllənin tələbi ilə müəyyən edilmiş müddət (altı il) keçmədiyindən CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və Azərbaycan Respublikasının CM-nin 18.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Təqsirləndirilən şəxs İİİ qrup ümumi xəstəliyinin - İİİ qrup əlilliyinin olması CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini,(əməlində cinayətlərin təhlükəli residivinin olmasını) təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 23 aprel 2024-cü il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 18-19, 60-61, 95-98). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 23 aprel 2024-cü il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilən qalıq çəkisi 5,287 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 114 AZN (yüz on dörd) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilən qalıq çəkisi 5,287 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 114 AZN (yüz on dörd) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar