Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-159/2022 28.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev-57, mənzil 175-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina-19, mənzil 85-də yaşayan, barəsində “h ə b s” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan «Davud» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədi ilə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin qoyulduğu yerdən götürməsi və digər əraziyə daşıyıb apararaq qoymaqla və əvəzində 200 manat pul qazanc edərək Azərbaycan Respublikası ərazisində satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, 31 may 2021-cı il tarixdə «Davud» adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ondan gizli keçirməyə köməkçilik edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətdiyi, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 02 büküm, ümumi təmiz çəkisi 72,169 qram olan külli miqdarda narkotik vasitə heroini, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 02 büküm, ümumi təmiz çəkisi 166,912 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edib, daşıyaraq 1 ədəd bükümdə 3,075 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və 1 ədəd bükümdə 2,988 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini əynindəki ağ rəngli şalvarın sağ yan cibində, qalan 1 ədəd bükümdə 69,094 qram təmiz çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, həmçinin xarici əlamətlərinə, kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan, 1 ədəd bükümdə 163,914 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 19-da yerləşən 85 nömrəli mənzilində gizlədərək qanunsuz saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 may 2021-cı il tarixdə saat 13:30 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi-4 ünvanındakı evin yaxınlığında saxlanılıb, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına aparılıb, üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq, satış məqsədi ilə əldə edib, üstündə saxlamaqla daşıdığı 1 ədəd bükümdə 3,075 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və 1 ədəd bükümdə 2,988 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, habelə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 19-da yerləşən 85 nömrəli mənzilinə keçirilən baxış zamanı onun qanunsuz olaraq, satış məqsədi ilə əldə edib, qonaq otağındakı divanın arxasında saxladığı, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan, 1 ədəd bükümdə 69,094 qram təmiz çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, həmçinin xarici əlamətlərinə, kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan, 1 ədəd bükümdə 163,914 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 1 ədəd elektron tərəzini aşkar edərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2018-ci ildən başlayaraq narkotik vasitə olan heroindən istifadə etmişdir. 31 may 2021-ci il tarixdə övladını sünnət etdirmək üçün K. Fərəcova adına X1 aparmış, xəstəxananın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə gətirilmişdir. Polis əməkdaşları onu ailəsi ilə təhdid etdiklərinə və ona zor tətbiq etdiklərinə görə məcburi qaydada narkotik vasitələri üzərinə götürmüşdür. Nə üzərində, nə də ki, evində narkotik vasitə olmamışdır. O tutulduqdan 2 ay sonra anası, yoldaşı və qardaşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuşlar. Davud adlı şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, bir neçə il olar ki, narkotik maddələrdən istifadə edir. 31 may 2021-ci il tarixdə axşam saat 13:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda piyada gedərkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını söyləyib, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçimin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları vardırsa, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki ağ rəngli şalvarının sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini, bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd, “Samsung” markalı mobil telefon, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, narkotik maddələrin satışında istifadə etdiyi **********287793, **********829427, **********723453 nömrəli plastik bank kartları, 38 manat pul, bir ədəd açar, həmin şalvarın sol arxa cibindən içərsində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Sonra bir büküm metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3,56 qram olmuşdur. Sonra bir bükümdə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3,69 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış imzalanaraq götürülmuşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd, “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, 3 ədəd plastik bank kartları götürülmüş, 38 manat pul, bir ədəd açar, içərisində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan özünə qaytarılmışdır. Sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Davud adlı şəxin vasitəsi ilə əldə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik maddə saxladığını və mənzilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bununla bağlı ərizəsi alındıqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 19-da yerləşən 85 nömrəli mənzilə baxış keçirilməsi üçün getmiş və həmin mənzilin girişindən sol tərəfdə olan qonaq otağındaki divanın arxasında saxladığı, bir ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, bir ədəd bükümdə kristalşəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuş, sonra heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 71 qram olduğu müəyyən edilmiş, daha sonra metamfetamin elektron tərəzidə çəkildikdə çəkisinin 175 qram olduğu müəyyən edilmiş, daha sonra aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzi qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra evin digər otağlarına və hissələrində axtarış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və maddə aşkar olunmamışdır. Göstərmişdir ki, həmin narkotik maddələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda gizlədilən yerdən götürmüş, onların həmin yerə kim tərəfindən qoyulmasından məlumatı yoxdur. Göstərmişdir ki, həmin narkotik maddələri 6-7 ay əvvəl internet sosial şəbəkəsinin “İnstiqram” səhifəsində tanış olduğu Davud adlı İran İslam Respublikası vətəndaşının həmin saytda ona bildirdiyi yerdən, yəni Bakı şəhəri, Qaradağ rayonu ərazisindən bir torbada qablaşdırılmış halda götürmüş, aralarındakı razılaşmaya əsasən sonra həmin torbanı onun göstərdiyi yerə qoymalı olmuş, əvvəllər də 3 dəfə Davudun göstərişi ilə ona dediyi yerdən narkotik maddələri və psixotrop maddələri götürüb başqa dediyi yerə qoymuş, sonuncu da ona hər dəfə bank kartına göndərməklə 200 manat pul vermişdir. Davudla 6-7 ay əvvəl internet sosial şəbəkəsinin “İnstiqram” səhifəsində tanış olmuş, tanış olduqdan sonra mütəmadi olaraq internet sosial şəbəkəsində əlaqə saxlamış, Davudu görməmiş, onun barəsində başqa məlumatı yoxdur. (cild 1, iş vərəqə 154-155) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuş, həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2021-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 31 may 2021-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd, “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, narkotik maddələrin satışında istifadə etdiyi **********287793, **********829427, **********723453 nömrəli plastik bank kartları, 38 manat pul, bir ədəd açar, həmin şalvarın sol arxa cibindən içərsində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olununmuşdur. Sonra bir büküm metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3,56 qram oldmuş, sonra bir bükümdə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3,69 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Davud adlı şəxin vasitəsi ilə əldə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs ərizəsi alındıqdan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 19-da yerləşən yaşadığı 85 nömrəli mənzilə baxış keçirilməsi üçün gedilmiş, həmin ünvana daxil olduqda Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə olan qonaq otağındaki divanın arxasında saxladığı, bir ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, bir ədəd bükümdə kristalşəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuş, heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 71 qram olmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 175 qram olmuşdur. Daha sonra aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzi qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində əməliyyat müvəkkili Şahid2 Norvuz oğlunun dediklərini təsdiq etmiş və onunla analoji ifadə vermişdir. Şahid3 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, həyat yoldaşı Həzrət əvvəllər Bakı Nəqliyyat Agentliyində avtobus sürücüsü işləmişdir. Təxminən 1 il əvvəl işdən çıxıb fərdi qaydada icarəyə götürdüyü minik maşını ilə taksi fəaliyyəti göstərmiş, təxminən 1 ay olar ki, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina-19, mənzil 85-də kirayədə yaşayırıq. Həzrət “Bolt” taksi xidməti ilə işlədiyinə görə sifarişlə müştəri daşımışdır. Son 4-5 gün ərzində demək olar ki, çox vaxt evdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində azyaşlı oğlunu sünnət etdirmək üçün Bakı şəhərində “OMEDE” adlanan xəstəxananın qarşısında olduğu vaxtı pulu olmadığına görə Həzrət bank kartı ilə pul çıxarmaq lazım olduğunu deyib, onu həkimin yanına göndərmiş və pulu çıxarıb arxası ilə gələcəyini bildirmişdir. Sonra xəstəxanaya getmiş, təxminən 30- 40 dəqiqədən sonra Həzrət ona zəng edib polis əməkdaşlarının onu tutduqlarını söyləyib, qaynanası Mahirəni onun arxasınca xəstəxanaya göndərəcəyini deyib gözləməyi xahiş etmişdir. O da gözləmiş, bir neçə dəqiqədən sonra qaynanası gəlib onu taksi ilə evə aparmış, onlar evə çatdıqdan bir neçə dəqiqə sonra Həzrət mülki geyimdə olan bir neçə tanımadığı polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı evə gəlmiş, polis əməkdaşları onu və qaynanası Mahirəni çölə çıxarıb Həzrətlə birlikdə mənzildə qalmış, təxminən 10-15 dəqiqədən sonra həmin polislər Həzrətin üstündən və kirayə yaşadığı evdən narkotik maddələr və elektron tərəzi aşkar etdiklərini bildirib, Həzrəti də götürüb onunla birlikdə maşına minib getmişlər. (cild 1, iş vərəqə 84-85) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəxsi axtarış keçirilməsi barədə və Diskə baxış keçirilməsi barədə protokollardan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrindən saat 15:11 radələrindək olan müddət ərzində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd CD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 31 may 2021-cı il tarixdə saat 13:30 radələrində keçirdikləri əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi-4 ünvanındakı evin yaxınlığında piyada hərəkət edən zaman saxlayaraq, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin Bakı şəhəri, A.Abbaszadə küçəsi-17 ünvanında yerləşən inzibati binasına aparıb, üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq, satış məqsədi ilə əldə edib, üstündə saxlamaqla daşıdığı 1 ədəd bükümdə 3,075 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və 1 ədəd bükümdə 2,988 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edərək götürülmüşdür. (cild 1, iş vərəqə 136) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Mənzilə baxış keçirilməsi və Diskə baxış keçirilməsi barədə protokollardan görünür ki, xx.xx.2021ci il tarixdə saat 16:30 radələrindən saat 16:40 radələrindək olan müddət ərzində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 19da yerləşən 85 nömrəli mənzilinə keşirilən baxış zamanı qanunsuz olaraq, satış məqsədi ilə əldə edib, qonaq otağındakı divanın arxasında saxladığı, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan, 1 ədəd bükümdə 69,094 qram təmiz çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, həmçinin xarici əlamətlərinə, kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan, 1 ədəd bükümdə 163,914 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və üzərində heroin izləri olan 1 ədəd elektron tərəzini aşkar edərək götürülmüşdür. (cild 1, iş vərəqə 137) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2189 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…..» sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3,075 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir dəd bükümdə təmiz çəkisi 2,988 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş….» yazısı olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 69,094 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 163,914 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd arxa tərəfdə «MAX 500g» yazısı olan elektron tərəzinin üzərində heroinin izləri yoxdur. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 72,169 qramdır və həmin heroinlər kimyavi komponent tərkiblərinə və xüsusi əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 166,912 qramdır və həmin metamfetaminlər kimyavi komponent tərkiblərinə və xüsusi əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyavi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildirlər. (cild 1, iş vərəqə 43-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3343 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 139-140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsdən alınmış xx.xx.2021-ci il tarixli 1125 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar edilmədi. (cild 1, iş vərəqə 138) Ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 72,169 qram narkotik vasitə heroin, 166,912 qram psixotrop maddə metamfetamin, bir ədəd, “Samsung” markalı mobil telefon, 3 ədəd plastik bank kartı, «MAX 500g» yazısı olan elektron tərəzi, 2 ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 72,069 qram heroinin, 166,812 qram metamfetaminin, bir ədəd, “Samsung” markalı mobil telefonun, 3 ədəd plastik bank kartının, «MAX 500g» yazısı olan elektron tərəzinin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilməsi və 2 ədəd CD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (cild 1, iş vərəqə 171) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 99-100) Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il təvəllüdlü Hüseyn Xudaverdiyev, 2015-ci il təvəllüdlü Yusif Xudaverdiyev, 2019-cu il təvəllüdlü İbrahim Xudaverdiyev adlı 3 övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon prokuroroluğunun 06 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğu zaman qanunsuzluqlar edilməsi təsdiq olunmadığından, həmin xüsusar üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələrin və psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər, CM-nin 206.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X11 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən 3 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 17, 71-74) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşerin RPİ-də saxlanılan –Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 72,069 qram heroinin, 166,812 qram metamfetamin «MAX 500g» yazısı olan elektron tərəzi məhv edilməli, bir ədəd, “Samsung” markalı mobil telefonun, 3 ədəd plastik bank kartı təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarına qaytarılmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il 6 ay (yeddi il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 il (doqquz) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut Abşerin RPİ-də saxlanılan – ekspertiza tədqiqatından sonra qalıq qalmış 72,069 qram heroinin, 166,812 qram metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin, bir ədəd, “Samsung” markalı mobil telefon, 3 ədəd plastik bank kartı təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarına qaytarılsın, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat (yüz on dörd) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-159/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-159/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver