Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-159/2023 26.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi3, Sumqayıt Regional vəkil bürosunun vəkilləri Müdafiəçi2ov Allahverən oğlu və Müdafiəçi6, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba şəhəri, 32- 33-cü məhəllədə qeydiyyatda olmaqla yaşamış, barəsində Quba rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, hal hazırda 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.4.1-ci maddəsi, xx.xx.2000-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba şəhəri N.Nərimanov küçəsi ev 27-də qeydiyyatda olan və Quba şəhəri Qəçrəş yolu yaşayış massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi, xx.xx.1979-cu il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz şəhəri R.İmamverdiyev küçəsi ev 13-də qeydiyyatda olmaqla, Xaçmaz şəhəri A.Hüseynzadə küçəsi ev 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi, xx.xx.1997-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba şəhəri 32-33-cü məhəllədə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, 21 dekabr 2021-ci il tarixdə, saat 15:30 radələrində Şahid1 zəng vurub ondan narkotik vasitə marixuana istəməsini Təqsirləndirilən şəxs2 bildirərək narkotik vasitə marixuana təşkil etməsini xahiş etmiş, sonuncunun Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs4 ilə telefonla danışıb bir ədəd kibrit qutusunda marixuananın qiymətinin 60 manat olduğunu öyrənərək ona deməsindən sonra Şahid1la danışıb marixuananı 90 manata təklif edərək sonuncunun həmin qiymətlə razılaşmasından sonra narkotik vasitəni əldə edib satmaq barədə Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, “köhnə avtovağzal dairəsi”nin yaxınlığına gedərək Şahid1la görüşüb 20 manatını sonra verəcəyi barədə razılaşaraq sonuncudan 70 manat pul alıb Quba şəhərindən Xaçmaz şəhərinə gedərək “stansiya” adlanan əraziyə çatdıqda Təqsirləndirilən şəxs2 avtomobilə yaxınlaşan Təqsirləndirilən şəxs4 bir ədəd kibrit qutusunda 5,128 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuananı 60 manat müqabilində alaraq avtomobildə əyləşən Təqsirləndirilən şəxs3, sonuncu isə hər üçünün birlikdə istifadə etməsi üçün narkotik vasitənin üzərindən bir qədər götürüb qalan hissəsini ona verməsindən sonra yenidən birlikdə Quba rayonuna qayıtmış, həmin gün, saat 20 radələrində Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “480 klub” çay evinin qarşısında 5,128 qram çəkidə narkotik vasitə marixuananı Şahid1 çatdırmış, bununla da o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlayaraq daşımış və satmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, o, 21 dekabr 2021-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs1 ona müraciət edərək Elşad adlı tanışına narkotik vasitə marixuana təşkil etməsi barədə xahişinə əsasən Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs4 ilə telefonla danışıb bir ədəd kibrit qutusunda marixuananın qiymətinin 60 manat olduğunu öyrənərək Təqsirləndirilən şəxs1 demiş, sonuncu Şahid1 ilə danışıb marixuananı 90 manata təklif edib, Şahid1 da həmin qiymətlə razılaşmasından sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuananı sataraq mənfəət əldə edəcəyini dərk edib onun mənafeyinə uyğun hərəkət etməklə, yəni Xaçmaz şəhərinə aparıb narkotik vasitə təşkil edəcəyi barədə Təqsirləndirilən şəxs1la danışıb razılaşaraq sonuncu və Təqsirləndirilən şəxs3 ilə birlikdə idarə etdiyi Mercedes markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, “köhnə avtovağzal dairəsi”nin yaxınlığına getmiş, Təqsirləndirilən şəxs1 Şahid1la görüşüb 20 manatını sonra verəcəyi barədə razılaşaraq sonuncudan 70 manat pul aldıqdan sonra onlar Quba şəhərindən Xaçmaz şəhərinə gedərək “stansiya” adlanan ərazidə Təqsirləndirilən şəxs4 ilə görüşmüş, o Təqsirləndirilən şəxs4 bir ədəd kibrit qutusunda 5,128 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuananı 60 manat müqabilində alıb avtomobilində əyləşən Təqsirləndirilən şəxs3, sonuncunun isə hər üçünün birlikdə istifadə etməsi üçün narkotik vasitənin üzərindən bir qədər götürüb qalan hissəsini Təqsirləndirilən şəxs1 verməsindən sonra yenidən birlikdə Quba rayonuna qayıtmış, həmin gün, saat 20 radələrində Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “480 klub” çay evinin qarşısında Təqsirləndirilən şəxs1 5,128 qram çəkidə narkotik vasitə marixuananı Şahid1 çatdırmış, bununla da o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlayaraq daşımış və satmışdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 5,128 qramdan artıq çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 21 dekabr 2021-ci il tarixdə bir ədəd kibrit qutusunda 5,128 qramdan artıq çəkidə olan həmin marixuananı tanışı Təqsirləndirilən şəxs2 60 manata satmışdır. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 6,654 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana və dörd ədəd bükümdə, ümumi təmiz çəkisi 0,326 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 12 yanvar 2022-ci il tarixdə saat 23-də şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman bir ədəd Magna markalı siqaret qutusunun içərisində saxladığı dörd ədəd bükümdə, ümumi təmiz çəkisi 0,326 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 6,654 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, o, oğlu 21 dekabr 2021-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib satmaqdan ötrü Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərinə gedərkən onlarla birlikdə getmiş, Xaçmaz şəhəri stansiya adlanan ərazidə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 ilə görüşüb 60 manat müqabilində 5,128 qram çəkidən artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı alıb ona təqdim etdikdə, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 5,128 qramdan artıq çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamış, birgə istifadə etmələri üçün üzərindən bir qədər götürdükdən sonra qalan 5,128 qram marixuananı avtomobildə arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs1 vermişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, moykada işləmişdir. Hadisə günü qonşusu Elşad moykada olmuş, Səbuhi də həmin moykaya gəlmiş, avtomobilini təmizlətdirmiş, Elşadla nəsə danışdıqdan sonra çıxıb getmişdir. Bir az sonra isə Əli gəlmiş, Səbuhi onlardan nəşə çəkmək istəyib istəmədiklərini soruşmuş, Xaçmaza getdiyini, onunla birgə gedərək qayıdanda nəşə çəkməyi təklif etmişdir. Birlikdə Quba avtovağzalına getmiş, maşını Səbuhi sürmüş, Əli qabaq sərnişin oturacağında, o isə arxada otumuşdur. Elşad ona “üzərimdə 40 manat pul var, nəşə almaq üçün kifayət eləmir. Quba bazarında olan yeznəmin tanışından 30 manat borc götürdükdən sonra gedib nəşəni alın, mən Qubada işlədiyim kafeyə gedim, Qubaya qayıdanda kafedə mənə verərsiz” demişdir. Onlar Quba bazarına getmiş, Elşadın yeznəsi gedib kimdənsə 30 manat pul alıb gətirib Elşada vermiş, Elşad da üzərində olan 40 manatı onun üzərinə əlavə edib Səbuhiyə vermişdir. Səbuhi də pulu götürdükdən sonra onlar Xaçmaza getmiş, Səbuhi kiminləsə telefonla danışdıqdan sonra həmin adam gətirib Səbuhiyə bir kibrit qutusunda nəşə, yəni marixuana vermişdir. Səbuhi nəşəni siqaretə doldurub çəkmiş, sonra biz Qubaya qayıtmışlar. Qubada kafeyə çatanda Səbuhi ondan siqaretə doldurulmuş nəşəni düşüb kafedə işləyən adama verməyi xahiş etmiş, oda düşüb nəşəni həmin şəxsə vermişdir. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bir ildir marixuanadan istifadə etdiyini, marixuananı Səbuhidən aldığını, yəni 5 manat o, 5 manat da Səbuhinin verdiyini, alıb birlikdə istifadə etdiklərini, onun marixuananı hardan əldə etdiyini bilmədiyini bildirmişdir. Elşad ona mesaj yazaraq 1 kibrit qutusu marixuana lazım olduğunu demiş, lakin o Elşada cavabında həmin marixuananı hardan əldə edə biləcəyini bilmədiyini yazmış. Səbuhiyə nəşə tapmağa kömək etməsini deməmişdir. Elşad özü moykanın qarşısına Səbuhi ilə danışmışıdır. Səbuhi özü onlardan nəşə çəkmək istəyib istəmədiklərini soruşmuş, Səbuhinin marixuananı kimdən neçəyə aldığını bilməmişdir. Elşad 70 manatı Səbuhiyə vermiş, Xaçmaza birlikdə getmiş, həmin vaxt o, maşının arxa oturacağında oturmuş, maşının pəncərələri qara plyonkalı olduğu üçün çöl görünməmiş, kimsə Səbuhiyə kibrit qutusunda marixuananı verib çıxıb getmişdir. Polis əməkdaşları onu moykada olanda saxlamışlar. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq Elşadın narkotik almaq üçün verdiyi puldan ona çatmadığını, Elşaddan pulu Səbuhinin aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, iki ilə yaxın müddətdir ki, narkotik vasitə olan marixuanadan ara-sıra istifadə edir. Quba şəhərində yerləşən Lider avtoyuma məntəqəsində işləyir. Şahid1 uzun illərdir ki, tanıyır, onunla qonşuluqda yaşayır. 21 dekabr 2021-ci il tarixdə Şahid1 ona mesaj yazıb bir qutu marixuana lazım olduğunu bildirmişdir. O da Elşada əgər tapa bilsə, xəbər verəcəyini bildirmişdir. Sonra yaxınlıqdakı avtoyuma məntəqəsində işləyən tanışı Əliyə bu barədə demişdir. Əli də dostu Səbuhiyə zəng etmiş, Səbuhi idarə etdiyi Mercedes markalı avtomobillə avtoyuma məntəqəsinə gəlmişdir. Onlar Səbuhidən marixuana tapmasını istəmişlər. Səbuhinin Xaçmaz şəhərində bir tanışı var və həmin şəxsdən bir neçə dəfə narkotik vasitə olan marixuana alaraq üçü birlikdə marixuanadan istifadə etmişlər. Səbuhi ona tutula biləcəyindən qorxduğu üçün marixuana almaq istəmədiyini bildirmiş, o isə Səbuhiyə Elşadın tutulsa belə onları satmayacağını demişdir. Səbuhi tanışı ilə danışmış və həmin şəxs marixuana olduğunu, bir kibrit qutusu marixuananı 60 manata verəcəyini bildirmişdir. Elşada zəng vurmuş, onun üçün marixuana tapdığını, qiymətinin 90 manat olduğunu demiş və harada olduğunu soruşmuşdur. Elşad isə köhnə avtovağzal dairəsində olduğunu bildirmişdir. Onlar da Səbuhinin avtomobilinə əyləşib birlikdə Elşadla görüşmək üçün köhnə avtovağzal dairəsinə getmişlər. Avtomobili Səbuhi idarə edirmiş, öndə Əli, arxada isə o əyləşmişdir. Elşad görüşə adını sonradan bildiyi yeznəsi Ruslanla birlikdə gəlmişdir. Elşad və yeznəsi avtomobilə minərək hər ikisi onun yanında əyləşmişdir. Elşadın yeznəsi avtomobili birja adlanan yerə sürməyi bildirmiş, qeyd edilən yerə çatdıqda avtomobildən yerə düşmüş, bir qədər sonra avtomobilə qayıdıb 70 manat pulu Elşada vermiş və avtomobilə əyləşmişdir. Elşad da 70 manat pulu ona verərək qalan 20 manat pulu da həmin gün axşam verəcəyini bildirmişdir. Onlar bir qədər irəliyə doğru hərəkət etmiş və birjanın giriş qapısının önündə Elşad və yeznəsi avtomobildən düşüb onlardan xəbər gözlədiklərini bildirmişlər. O 60 manat pulu Səbuhiyə vermiş, 10 manat pulu isə cibində özü üçün saxlamışdır. Onlar birlikdə Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhərində dəmiryolu adlanan ərazidə Səbuhinin tanışı olan şəxs avtomobilə yaxınlaşıb 60 manat pulu ondan almış və həmin şəxs içərisində marixuana olan bir ədəd kibrit qutusunu verib getmişdir. Səbuhi qutunu Əliyə vermiş, Əli isə qutunu açaraq içindəki marixuananın üzərindən bir qədər özləri istifadə etmək üçün götürmüş, qalanını isə kibrit qutusunda ona vermişdir. Onlar elə Səbuhinin maşınında kibrit qutusundan götürdükləri marixuananı siqaretə dolduraraq çəkmişdirlər. Onlar Quba şəhərinə qayıdan zaman Elşad ona vatsap vasitəsilə mesaj yazıb harada olduğunu soruşmuş, o da Elşada yolda olduqlarını demişdir. Elşad onu 480 adlı kafenin qarşısında gözlədiyini, biraz tez gəlməsini xahiş etmişdir. Onlar qeyd olunan kafenin önünə çatdıqda o maşından düşmüş və bir kibrit qutusu marixuananı Elşada vermişdir. Elşad isə ona hazırda pulu olmadığını və 20 manatı daha sonra verəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir. O Elşada marixuananın qiymətinin 90 manat olduğunu özünə 30 manat xeyir qalması üçün demişdir. Lakin, Elşad ona 90 manat deyil, 70 manat pul vermiş və 20 manat borclu qalmışdır. Elşadın ona verdiyi 70 manat puldan artıq qalan 10 manat pulu o öz şəxsi xərcləri üçün istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1, 07 aprel və 26 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Elşada narkotik vasitə tapacağına dair heç bir söz deməmiş, Elşada narkotik vasitə verəcəyi müqabilində 90 manat pul tələb etməmiş və Elşaddan buna görə 70 manat pul almamışdır. Elşad bu barədə Səbuhi ilə razılığa gəlmiş, 70 manat pulu da köhnə avtovağzal dairəsində Səbuhinin idarə etdiyi avtomobilin içərisində Səbuhinin özünə vermişdir. Səbuhi də həmin pulu özünə götürmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Mətləblə moykadan tanışdır, Əlini isə uzun müddətdir ki tanıyır. Hadisə günü günorta saat 13-14 radələrində evdən çıxıb maşının sığorta pulunu almaq üçün Xaçmaza getmiş, yolda olanda Əli ona zəng vurub harada olduğunu soruşmuş, o, Əliyə köhnə avtovağzal yaxınlığında olduğunu demişdir. Əli ondan moykaya gəlməyini xahiş etmiş, o, da razı olub moykaya getmiş, orda onunla görüşmüşdür. Əli ona “Mətləb deyir onun bir tanışı var, onun bacısının toyudur, nəşə tapmaq lazımdır” demiş, o da daha öncə Əli və Mətləblə birlikdə bir neçə dəfə yanına gedib-gəldiyi tanışından soruşub 60 manat olduğunu Əliyə demiş, o da razılaşmışdır. Sonra Əli və Mətləb paltarını dəyişməyə getmiş, o da moykada maşınının təkərlərini qaraltmışdır. Sonra maşına minib köhnə avtovağzala getmiş, Mətləb maşından düşüb, iki dəqiqə sonra Elşad və yeznəsi ilə birlikdə gəlib maşına oturmuş, Mətləb maşını birja tərəfə sürməyimi demiş, Elşad maşından düşüb 10 dəqiqə sonra maşına qayıtmış, univermaq ərazisində Elşadla yeznəsi maşından düşüb getmiş, onlar da Xaçmaza getmişlər. Yolda olarkən Mətləb ona 60 manat vermiş, o da həmin pulu maşının istilik arakəsməsinə qoymuşdur. Əvvəlcə Atasığortada işini həll etmiş, sonra Xaçmazda olan Cəlala zəng etmişdir. Cəlal da həmişəki yerdə olduğunu demişdir. O, yanına gedib Cəlala 60 manat verib ondan 1 qutu marixuana götürmüşdür. Nəşəni gətirib Əliyə vermiş, Əli nəşənin üzərindən götürüb Mətləbə vermişdir. Əlinin götürdüyü nəşədən yolda istifadə etmiş, Qubaya çatanda 404 sisha-nın qabağında saxlamışdır. Əli ilə o maşında oturmuş, Mətləb isə “Nəşəni Elşada verib gəlirəm” demişdir. Mətləb nəşəni Elşada verib gəlmiş, sonra maşını yeni avtovağzal ərazisinə sürmüşdür. Orda Mətəbgil maşından düşmüş, o isə evinə getmişdir. O, Mətləbin dediyi kimi moykada olmamışam, səhər saat 8 dən evdən çıxıb saat 13-ə kimi Siyəzəndə işdə olmuş, həmin hal ibtidai istintaq orqanı tərəfindən yoxlanılmış, onun həqiətən də həmin gün səhər Siyəzəndə olduğu bilinmişdir. O, Elşadı tanımamış, onunla heç bir tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq tutulmamışdan 3 ay əvvəl arixuana istifadə etməyə başladığını, yalnız marixuanadan istifad etdiyini, marixuananı Cəlaldan aldığını, hmişə bükümdə aldığını, birinci dəfə idi ki, kibrit qutusunda aldığını, Cəlalən bükümün birini 10 manata aldığını, ümumilikdə Cəlaldan bir neçə dəfə marixuana aldığını və onunla telefon vasitəsilə əlaqə saxladığını demiş, Əli və Mətləbin həmişə narkotik almaq üçün ona müraciət etdiklərini bildirmişdir. Cəlal ona həmin narkotikin 60 manat olduğunu demiş, Mətləbin Elşaddan həmin narkotikə görə 90 manat almağından, Elşadın verdiyi puldan Mətləbə pul qalmağından xəbəri olmamışdır. O, naroktik vasitələrin satışı ilə məşğul olmamış, 1000 manata yaxın əmək haqqı almışdır. Maşında olarkən həmin marixuananın üzərindən Əli “1 çet” doldurmuş, üçü birlikdə istifadə etmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq Mətləbin Elşadla olan razılaşmasından xəbərinin olmadığını, Mətləbin Elşaddan nə qədər pul aldığını bilmədiyini, narkotik vasitə istifadə etmək məqsədilə marixuana almaq üçün getməyə razı olduğunu, Mətləbin Elşaddan pul almağını birbaşa görmədiyini demişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, iki ilə yaxın müddətdir ki, narkotik vasitə olan marixuanadan ara-sıra istifadə edir. 2020-ci ilin sentyabr ayından Savuşkin produkt MMC-də ekspeditor vəzifəsində çalışır. Mercedes E 190 markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Mətləb və Əlini bir ilə yaxın müddətdir ki, tanıyır. Hər ikisinin narkotik vasitədən istifadə etməsindən məlumatı olmuşdur. 21 dekabr 2021-ci il tarixdə günorta saatlarında Əli ona zəng edib avtoyuma məntəqəsində Mətləblə birlikdə olduğunu və görüşmək istədiyini bildirmişdir. O da idarə etdiyi Mercedes markalı avtomobillə avtoyuma məntəqəsinə getmişdir. Mətləb ona tanışı Elşad adlı şəxsin ondan bir qutu marixuana istədiyini, həmin şəxs üçün narkotik vasitə tapmaq lazım olduğunu bildirmişdir. O Mətləbə tutula biləcəyindən qorxduğu üçün marixuana almaq istəmədiyini bildirmişdir. Lakin, Mətləb ona Elşadın tutulsa belə onları satmayacağını bildirmişdir. Onun Xaçmaz şəhərində Cəlal adlı tanışı var və o da Cəlalın narkotik vasitə satmasını bilir. Bu səbəbdən də o Cəlal adlı tanışına zəng vurub marixuana olub-olmamasını soruşmuşdur. Cəlal da ona marixuana olmasını, bir kibrit qutu marixuanani 60 manata satdığını bildirmişdir. O da bu barədə Mətləbə dedikdən sonra Mətləb Elşada zəng etmiş, Elşad üçün marixuana tapdığını, qiymətinin 90 manat olduğunu deyərək harada olduğunu soruşmuşdur. Elşad Mətləbə köhnə avtovağzal dairəsinin yaxınlığında olduğunu bildirmişdir. Onlar da onun idarə etdiyi avtomobilə əyləşib birlikdə Elşadla görüşmək üçün köhnə avtovağzal dairəsinə getmişdir. Avtomobildə öndə Əli, arxada isə Mətləb əyləşmişdir. Elşad görüşə adını sonradan bildiyi yeznəsi Ruslanla birlikdə gəlmişdir. Elşad və yeznəsi avtomobilə minərək hər ikisi Mətləbin yanında əyləşmişdir. Elşadın yeznəsi avtomobili birja adlanan yerə sürməyini bildirmişdir. Onlar qeyd edilən yerə çatdıqda Ruslan avtomobildən yerə düşərək getmiş və bir qədər sonra qayıdıb avtomobilə əyləşərək 70 manat pulu Elşada vermişdir. Elşad da pulu Mətləbə verərək, 20 manat borclu qaldığını və axşama çatdıracağını bildirmişdir. Onlar bir qədər irəliyə doğru hərəkət etmiş və birjanın giriş qapısının önündə Elşad və Ruslan avtomobildən düşüb onlardan xəbər gözlədiklərini bildirmişdirlər. Mətləb 60 manat pulu ona vermiş, 10 manat pul isə Mətləbdə qalmışdır. Onlar birlikdə Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhərində stansiya adlanan ərazidə Cəlal avtomobilə yaxınlaşıb 60 manat pulu ondan almış və içərisində marixuana olan bir ədəd kibrit qutusunu ona verib getmişdir. O da qutunu Əliyə uzatmışdır, Əli də qutunun içindəki marixuananin üzərindən bir qədər özlərinin istifadəsi üçün götürdükdən sonra, qutuda qalanını Mətləbə vermişdir. Onlar Əlinin qutunun içərisindən götürdüyü marixuanani elə maşında siqaretə dolduraraq çəkmişdirlər. Quba şəhərinə qayıdan zaman Mətləb Elşada zəng etdikdə Elşad 480 adlı kafenin qarşısında gözlədiyini demişdir. Onlar qeyd olunan kafenin önünə çatdıqda o avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Həmin kafe yolun sol tərəfində yerləşirmiş. Mətləb avtomobildən düşüb Elşadın yanına gedərək bir kibrit qutusu marixuanani Elşada vermiş və geri qayıdıb avtomobilə əyləşdikdən sonra onlar oradan ayrılmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, sadəcə özü aradabir istifadə edir. Təqsirləndirilən şəxs1 tanışı Şahid1 üçün Xaçmaz şəhərindən narkotik vasitə marixuananı 60 manat müqabilində alacaqlarını bildiyi təqdirdə, marixuananin qiymətinin 90 manat olmasını özünə də xeyir qalması üçün tələb etmişdir. Belə ki, Elşad Mətləbə 90 manat deyil, 70 manat pul vermişdir. Artıq qalan 10 manat pulu da Mətləb öz cibinə qoymuşdur. O əvvəllər Cəlal adlı şəxsdən narkotik vasitə almamış, sadəcə Cəlalın narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmuşdur. Buna görə də o 21 dekabr 2021-ci il tarixdə Mətləbin xahişi ilə Cəlala zəng edib Cəlaldan narkotik vasitə marixuana almışdır. Daha sonra Təqsirləndirilən şəxs2, 07 aprel və 06 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Mətləbin Elşada narkotik vasitəni 60 manata alıb 90 manata satmağı barədə danışığından və razılaşmasından məlumatım olmadığını, ilkin ifadə verən zaman, müstəntiq tərəfindən ona “Elşad və Mətləbin ifadələri ilə, sənin ifadən düz gəlmir, ona görə də, Mətləb və Elşadın verdiyi ifadəyə uyğun ifadə ver” deyə bildirməsi səbəbindən belə ifadə verdiyini, həmçinin ilkin ifadəsində Quba şəhəri Köhnə avtovağzal dairəsində Elşad və yeznəsi ilə görüşən zaman, Elşadın yeznəsi Ruslanın Elşada 70 manat pul verdiyini, Elşadın da avtomobildə həmin pulu Mətləbə verdiyini, 60 manat pulu Mətləbin ona ötürdüyünü, qalan 10 manat pulu isə özündə saxladığını da müstəntiqin təklifi ilə belə ifadə verməsini qeyd etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ifadəsində göstərmişdir ki, nə Məltəbi, nə də ki Əlini tanımır. Səbuhini isə keçən ilin yay ayından tanıyır, onunla bərbərxanada tanış olmuşdur. Bərbərxanada olarkən Səbuhinin nəşə çəkən olduğunu təxmin etmişdir, özü də 2-3 ildir ki nəşə istifadə edir. Onun Səbuhi ilə arasında narkotik vasitə alqı-satqısı olmayıb. Xaçmaz rayonu Nərəkan adlı kəndində belə hadisələr məşhurdur. O, Səbuhinin həmin kəndlə əlaqəsi olduğunu, ordan nəşə aldığını bilmişdir. O, Səbuhi ilə bir yerdə narkotik istifadə etmiş, lakin aralarında narkotik alqısatqısı olmamışdır. Saxlanılanda üstündə narkotik vasitə olmamış, üzərində 1050 manat pul olmuşdur. Təqsirləndirilən şəxs4 dövlət ittihamçısının suallarına cavab olaraq 3 ildir ki marixuanadan istifadə etdiyini, marixuananı Xaçmazdan aldığını, özünün çətənə bitkisi əkmədiyini, saxlanılan zaman üzərində metamfetamin və marixuana olmadığını, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını, Səbuhinin 21 dekabrda ona zəng etdiyini və görüşdüklərini, lakin ona 60 manata narkotik satmadığını, Səbuhi təzyiq edildiyi üçün onun əleyhinə ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq Səbuhi ilə gündüz saatlarında Xaçmazda görüşdüklərini, ona 50 manat borcu olduğunu, aralarında narkotik vasitələrin alqı-satqısına dair danışıq olmadığını, Səbuhidən kreditə vermək üçün 50 manat borc aldığını bildirmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır və münasibətləri normal olmuşdur, Səbuhi ilə bir neçə dəfə Xaçmaz şəhərində görüşmüş və birlikdə narkotik vasitə marixuanadan istifadə etmişdir. Görüşlərin birində o Səbuhiyə onda bir ədəd marixuana kolu olduğunu bildirmiş, Səbuhi də ona həmin kolu yarı bölməyi təklif etmişdir. O isə bununla razılaşmamışdır. 21 dekabr 2021-ci il tarixdə Səbuhi ona zəng edib bir qutu marixuana olub-olmadığını soruşmuşdur. O da Səbuhiyə onda bir qutu marixuana olduğunu, qiymətinin 60 manat olduğunu bildirmişdir. Səbuhi Xaçmaza gələndə ona xəbər edəcəyini bildirmişdir. Saat təxminən 19 radələrində onlar stansiya adlanan ərazidə görüşmüş, Səbuhi görüş yerinə idarə etdiyi Mercedes markalı avtomobillə gəlmişdir, avtomobildə ondan başqa tanımadığı bir nəfər şəxs də var imiş. O avtomobilə sürücü tərəfdən yaxınlaşmış və üzərində olan bir qutu narkotik vasitə marixuananı Səbuhiyə verərək Səbuhidən 60 manat pulu almışdır. Daha sonra isə dərhal oradan kənarlaşmışdır. 12 yanvar 2022-ci il tarixdə Quba rayon polis əməkdaşları onu Xaçmaz şəhərində olarkən yaxınlaşıb narkotik vasitələrin satışında şübhəli olduğundan polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində ona nə üçün şübhəli şəxs qismində tutulduğu izah edilmişdir, tutulma zamanı o dövlət vəsaiti hesabına vəkil tərəfindən hüquqlarının müdafiə olunmasını xahiş etmiş və Quba rayon Vəkil bürosunun vəkili Abusalat Şahmirzəyev ona təqdim olunmuşdur. Müstəntiq ondan üzərində narkotik vasitə olub-olmadığını soruşduqda o müstəntiqə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bununla bağlı üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o da buna etiraz etməmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş və o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, şalvarın sağ arxa cibindən 1050 manat pulu, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd Magna markalı siqareti və bir ədəd alışqanı, gödəkçənin sol qoltuq cibindən bir ədəd Magna markalı siqaret qutusunun içərisində saxladığı 4 ədəd qara rəngli siqaret kağızına bükülmüş şüşə adlanan psixotrop maddə metamfetamini və bir ədəd ağ rəngli kağıza bükülmüş marixuana adlanan qurudulmuş marixuananı, gödəkçənin sağ yan cibindən bir cüt iş əlcəyini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi içərisində marixuana olan kağız bükülü elektron tərəzidə çəkilmiş, çəkisi 8,8 qram gəlmişdir, həmçinin 4 ədəd qara rəngli siqaret kağızına bükülmüş şüşə adlı maddə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,7 qram gəlmişdir. Bir ədəd kağız bükülüdə olan marixuana və 4 ədəd bükülüdə olan şüşə ayrı-ayrılıqda zərfə qoyulub qablaşdırdıqdan sonra o və vəkili imzalamışdır. Bu barədə protokol tərtib olunaraq bütün iştirakçılara oxunmuş və heç bir etiraz daxil olmadığı üçün bütün iştirakçılar, həmçinin o və müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, Mətləb ilə bir sinifdə oxumuş, onunla dost olmuş, Səbuhini 1- 2 ildir ki tanıyır, Cəlalı isə ümumiyyətlə tanımır. Mətləblə üzbəüz moykada işləmişdir. Hadisə günü Mətləb ona “Elşadın bacısının toyudur, Elşad marixuana istəyir” demiş, o da Səbuhi ilə əlaqə saxlayıb ondan moykaya gəlib-gəlməyəcəyini soruşmuşdur. Sonra Səbuhi moykaya gəlmiş, görüşüb danışmışlar. Mətləbin yanına gedib marixuanadan danışmışlar. Mətləb maşından düşüb Elşadla aşağıda görüşmüş, sonra Elşad, onun yeznəsi və Məltəb maşına minib birlikdə yarmarka deyilən yerə getmişlər. Elşadın yeznəsi pul üçün maşından düşüb getmiş, sonra geri gəlmişdir. Birjanın qabağına getmiş, orada Elşadla yeznəsi maşından düşmüş, üçü Xaçmaza getmişdir. Səbuhi tanımadığı şəxsdən narkotik vasitəni götürmüş, o, həmin narkotikin üzərindən bir az götürmüş və maşında həmin narkotikdən istifadə etmişlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitənin qiyməti barədə məlumatı olmadığını, narkotik vasitədən istifadə eləmək üçün Xaçmaza getdiklərini, narkotik vasitənin üzərindən “1 çet” götürüb istifadə etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq Mətləbin və ya Elşadın Səbuhiyə pul verməsini görmədiyini, Xaçmaza sığorta ödənişi üçün getdiklərini, Səbuhinin narkotik vasitəni kimdən aldığını görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 digər Təqsirləndirilən şəxs2 sualına cavab olaraq həmişə narkotiki götürməyə gedəndə maşında oturub gözlədiyini, Səbuhinin isə narkotiki götürdüyünü demişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, iki ilə yaxın müddətdir ki, narkotik vasitə olan marixuanadan ara-sıra istifadə edir. Quba şəhərində yerləşən “Mübariz Petrol”un yaxınlığındakı avtoyuma məntəqəsində işləyir. İşlədiyi avtoyuma məntəqəsi ilə üzbəüz “Lider” avtoyuma məntəqəsində işləyən Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır, orta məktəbdə eyni sinifdə təhsil almışdırlar, həmçinin eyni məhəllədə yaşayırlar, Mətləblə dostluq münasibətləri vardır. Şahid1 da uzun illərdir ki, tanıyır, Elşadla da eyni məktbdə təhsil almışdırlar, həmçinin Elşad da onunla qonşuluqda yaşayır, lakin Elşadla hər hansı bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs1la ortaq dostları olan Təqsirləndirilən şəxs2 da iki ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Səbuhi ilə işlədiyi avtoyuma məntəqəsində idarə etdiyi avtomobili yumaq üçün gətirdiyi zaman tanış olmuşdur. O, Mətləb və Səbuhi bir neçə dəfə birlikdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Belə ki, Səbuhinin Xaçmaz şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan Cəlal adlı tanışı var və onlar da Səbuhinin idarə etdiyi Mercedes markalı avtomobillə bir neçə dəfə Xaçmaz şəhərinə gedərək Cəlaldan narkotik vasitə alıb hər üçü istifadə etmişdir. 21 dekabr 2021-ci il avtoyuma məntəqəsində olduğu zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb tanışı Şahid1 bir qutu marixuana istədiyini bildirmişdir. O da Mətləbə onun narkotik vasitə almaq üçün nə tanışı, nə də imkanı olmadığını, həmçinin Elşadı da yaxından tanımadığını, buna görə də Mətləbə də Elşad üçün narkotik vasitə almağı məsləhət görmədiyini bildirmişdir. Lakin Mətləb ona Elşadı tanıdığını, heç bir problem olmayacağını bildirmişdir. O isə Mətləbə “özün bilərsən” deyə bildirib sadəcə birlikdə narkotik vasitə alıb çəkmək mümkün olsa gedib narkotik vasitə alıb çəkmək istəyi olduğunu bildirmişdir. Təxminən 1-2 saat sonra Səbuhinin Mətləbin işlədiyi avtoyuma məntəqəsinə gəldiyini görmüşdür. O da bundan sonra Mətləblə Səbuhiyə doğru yaxınlaşmışdır. Bu zaman Mətləb Səbuhiyə tanışı, Xaçmaz rayon sakini, narkotik vasitə satan Cəlala zəng edib onda narkotik vasitə olub-olmamsını, bir qutu marixuananin qiymətinin neçəyə olduğunu öyrənməsini bildirmişdir. Səbuhi də Cəlala zəng edib bu barədə soruşduqda, Cəlal narkotik vasitə olduğunu və bir kibrit qutusu marixuananin qiymətinin 60 manat olduğunu bildirmişdir. Bundan sonra Mətləb tanışı Elşada zəng vurub Elşad üçün marixuana tapdığını, qiymətinin 90 manat olduğunu demiş və harada olduğunu soruşmuşdur. Elşad da Köhnə avtovağzal dairəsində olduğunu bildirmişdir. Onlar da Səbuhinin idarə etdiyi Mercedes markalı avtomobillə hər üçü birlikdə Elşadla görüşmək üçün Köhnə avtovağzal dairəsinə getmişdir. Avtomobili Səbuhi idarə edirmiş, öndə o, arxada isə Mətləb əyləşmişdir. Elşad görüşə adını sonradan bildiyi yeznəsi Ruslanla birlikdə gəlmişdir. Elşad və yeznəsi avtomobilə minərək hər ikisi arxada Mətləbin yanında əyləşmişdirlər. Elşadın yeznəsi avtomobili birja adlanan yerə sürməyi bildirmiş, qeyd edilən yerə çatdıqda avtomobildən yerə düşmüş, bir qədər sonra avtomobilə qayıdıb 30 manat pulu Elşada vermiş və avtomobilə əyləşmişdir. Elşad da 70 manat pulu Mətləbə verərək qalan 20 manat pulu da həmin gün axşam verəcəyini bildirmişdir. Onlar bir qədər irəliyə doğru hərəkət etmiş və birjanın giriş qapısının önündə Elşad və yeznəsi avtomobildən düşüb onlardan xəbər gözlədiklərini bildirmişdir. Mətləb 60 manat pulu Səbuhiyə vermiş, 10 manat pulu isə özündə saxlamışdır, Səbuhi də 60 manat pulu avtomobilin kondisionerinə keçirmişdir. Onlar narkotik vasitə almaq üçün birlikdə Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhərinə çatdıqda Səbuhi Cəlala zəng edib harada olduğunu soruşmuş, Cəlal da görüş yerini bildirdikdən sonra Səbuhi avtomobili həmin yerə sürmüşdür. Cəlal avtomobilə sürücü tərəfdən yaxınlaşıb 60 manat pulu Səbuhidən almış və içərisində marixuana olan bir ədəd kibrit qutusunu Səbuhiyə verib getmişdir. Səbuhi qutunu ona vermiş, o da qutunu açaraq içindəki marixuananin üzərindən bir qədər özü istifadə etmək üçün götürmüşdür, qalanını isə kibrit qutusunda arxada əyləşən Mətləbə vermişdir. O elə Səbuhinin maşınında Quba şəhərinə qayıdarkən yolda kibrit qutusundan bir qədər götürdüyü marixuanani siqaretə doldurmuş və hər üçü həmin narkotik vasitədən istifadə etmişdir. Onlar Quba şəhərinə qayıdan zaman Elşad artıq Mətləbin telefonuna teztez zəng vurub harada olduqlarını soruşmuş, Mətləb də Elşada yolda olduqlarını, çatana yaxın Elşada özü xəbər edəcəyini bildirmişdir. Elşad Mətləbə 480 adlı kafenin qarşısında gözlədiyini demişdir. O bir daha Mətləbə aldıqları narkotik vasitəni Elşada verməməsini, özlərinə problem yaranacağını bildirsə də, Mətləb ona qulaq asmamış və heç bir şey olmayacağını demişdir. Onlar qeyd olunan kafenin önünə çatdıqda o Səbuhidən ehtiyat üçün avtomobili kafedən bir qədər aralıda saxlamasını xahiş etmişdir. Mətləb maşından düşmüş və bir kibrit qutusu marixuanani kafenin önündə olan Elşada vermişdir. Mətləb geri qayıdıb avtomobilə əyləşmişdir. Səbuhi avtomobili Vaqif küçəsi istiqamətinə yaşadıqları evin yaxınlığına sürmüşdür. Orada o və Mətləb avtomobildən düşmüş, Səbuhi də çıxıb getmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, sadəcə özü aradabir istifadə edir. Təqsirləndirilən şəxs1 tanışı Şahid1 üçün Xaçmaz şəhərindən narkotik vasitə marixuananı 60 manat müqabilində alacaqlarını bildiyi təqdirdə, marixuananin qiymətinin 90 manat olmasını özünə də xeyir qalması üçün tələb etmişdir. Belə ki, Elşad Mətləbə 90 manat deyil, 70 manat pul vermişdir. Artıq qalan 10 manat pulu isə yolda Mətləb xərcləmişdir, həmin puldan Səbuhinin avtomobilinə yol üzərində yanacaqdoldurma məntəqəsindən 5 manatlıq benzin vurmuşdur. Bundan başqa Mətləb qalan pula da mağazadan siqaret və hər üçü üçün su almışdır. Mətləb ona tanışı Elşadın Mətləbdən narkotik vasitə istəməsini bidlirdikdə o Mətləbə Elşadı tanımadığını, həmçinin narkotik vasitə almaq imkanı olmadığını bildirmişdir. Bu barədə də Səbuhiyə zəng vurub heç bir söz deməmişdir. Mətləb onunla söhbət etdikdən 1-2 saat sonra Səbuhi Mətləbin işlədiyi avtoyuma məntəqəsinə gəlmişdir. Ola bilsin ki, Mətləb özü Səbuhiyə zəng vurub bu barədə məlumat vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 zəng edərək narkotik vasitə istəməyi barədə məlumat vermiş, daha sonra onunla görüşmüş və həmin görüş zamanı ona ot tərkibli narkotik vasitə lazım olduğunu bildirmişdir. O da “problem yoxdur, həll edərik” deyə cavab vermişdir. Həmin gün Mətləbdən uzaqlaşmış, səhəri gün də Mətləbə zəng etmişdir. Yenidən Mətləbdən narkotik vasitə məsələsini həll edib-etməməyin mümkünlüyünü soruşduqda, o axşamüstü Xaçmaza gedəcəyini və məsələni həll edəcəyini demişdir. Ondan qiymət soruşduqda narkotik vasitənin 90 (doxsan) manata olacağını demiş, o da razılaşmışdır. Ona 70 (yetmiş) manatı hazır şəkildə ödəyəcəyini, qalan 20 (iyirmi) manatı da ya həmin gün axşamüstü, ya da səhərisi gün verəcəyini demişdir. Mətləb də ona heç bir problem olmadığını söyləmişdir. Daha sonra çayxanada oturan zaman Mətləb ona zəng edərək gəldiyini, qapıya çıxmağını demiş, o, qapıya çıxaraq Mətləblə görüşmüşdür. İlk olaraq onun 40 (qırx) manatı çatmamış, yeznəsinə zəng etmiş, yeznəsi onun üçün 40 manatı gətirmişdir. Yeznəsi 40 (qırx) manatı borc alıb ona vermiş, həmin vaxt o, Mətləblə birlikdə avtomobilə əyləşib yeznəsini gözləmiş, yeznəsi pulu gətirmiş, pulu Mətləbin özünə vermişdir. Mətləbə qalan 20 (iyirmi) manatı da ya həmin gün axşama, ya da səhəri günə çatdıracağını demişdir. Təxminən bir saat keçdikdən sonra Mətləbə zəng edərək sonuncudan çatıb-çatmadıqlarını soruşmuş, Mətləb də ona çatdıqlarını, bir adamı gözlədiklərini demiş, təxminən yarım saat sonra yenidən Mətləbə zəng etmiş, gəlibgəlmədiklərini soruşmuş, Mətləb də “malı” alıb gəldiklərini, heç bir problem olmadığını söyləmişdir. Mətləblə danışdıqdan yarım saat-bir saat sonra yenidən sonuncu ilə əlaqə saxlamış, həmin vaxt Mətləb ona “whatsapp” proqramından mesaj yazaaq Quba rayonundakı beş ulduzlu marketin qabağına çatdıqlarını bildirmişdir. Klubdan çıxıb “malı” Mətləbdən götürüb onlardan uzaqlaşmış, təxminən on dəqiqə sonra Quba rayonunun polis əməkdaşları onu saxlamışdır. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq arabir narkotik vasitə marixuanadan istifadə etdiyini, Mətləbdən təxminən iki-üç dəfə narkotik vasitə aldığını, axırıncı dəfə aldığı marixuananın çəkisinin təxminən 5,2 qram olduğunu bildirmişdir. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq Mətləbə hadisədən bir gün əvvəl yaxınlaşdığını, səhəri günü zəng etdiyini, Mətləbə 20 (iyirmi) manatı ya axşamüstü, ya da sabah səhər verəcəyini dediyini bildirmişdir. Narkotik vasitəni götürəndə 20 (iyirmi) manatı verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 şəxsən tanımadığını, avtomobilə əyləşəndə Səbuhini orda gördüyünü, narkotik vasitə üçün pulu Mətləbə verəndə danışığın yalnız Mətləblə olduğunu demişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq Mətləblə söhbətinin avtomobildə olduğunu, özünün Mətləblə arxada əyləşdiyini, Səbuhinin sürücü oturacağında və Əlinin də onun yanında əyləşdiyini, Mətləblə yavaş-yavaş danışdığını, Səbuhi və Əlinin onların söhbətini eşidib eşitmədiyini bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qaynı Elşad ondan borc pul istəmiş, o da pulu vermişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq Elşadın narkotik vasitə istifadəçisi olduğunu ona pul verən zaman bilmədiyini, Elşadın pulu nə üçün istədiyini demədiyini, həmişə ondan borc aldığını, Elşad saxlanılan zaman yanında olmadığını bildirmişdir. Müdafiə tərəfinin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs4 tanımadığını, pulu Elşada tanımadığı bir şəxsin avtomobilinin yanında verdiyini, avtomobilin içərisinə əyləşmədiyini, pulu Elşada narkotik vasitəyə görə verdiyini sonuncu polis əməkdaşları tərəfindən saxlanandan sonra bildiyini göstərmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid1 onun qaynıdır, 3 aya yaxın müddətdir ki, Elşadı tanıyır. Elşadın narkotik vasitə istifadəçisi olduğundan məlumatı olmuşdur, belə ki, Elşadla etdiyi söhbətlərin birində ona narkotik vasitə olan qurudulmuş marixuana çəkdiyini bildirmişdir. 21 dekabr 2021-ci il tarixdə saat 12 radələrində onlar Quba şəhəri köhnə avtovağzal adlanan ərazidə kafelərin birində əyləşmişdir. Elşad ona birja adlanan ərazidə olan paltar dükanına borcu olduğunu, buna görə də ondan 100 manat borc pul tapmasını istəmişdir. O isə Elşada üzərində 40 manat pulu olmasını, qalan pulu da tapmağa çalışacağını bildirmişdir. Daha sonra Elşad köhnə avtovağzal dairəsinə dostlarının gəldiyini, onlarla görüşməyə getməli olduğunu demişdir. O da Elşadla birlikdə köhnə avtovağzal dairəsinə getmişdir. Görüş yerinə qara rəngli, “Mercedes” markalı avtomobil yaxınlaşmışdır. Elşad da ona dostlarının həmin avtomobildə olduğunu bildirmiş və onlar avtomobilə tərəf getmişdir. Avtomobildə üç nəfər şəxs əyləşmişdir, həmin şəxslərin heç birini tanımamışdır. Elşad avtomobilin arxa qapısını açaraq əyləşmiş və o da Elşadla avtomobilə əyləşmişdir. Həmin vaxt Elşad ondan üzərində olan 40 manat pulu verməsini bildirmişdir, o da həmin pulu Elşada vermişdir. Daha sonra Elşad ona 50 manat da pul lazım olduğunu bildirmişdir. Bu zaman o Birja adlanan əraziyə gedib orada tanışından borc pul götürməyə çalışacağını demişdir. O birja adlanan ərazidə maşından düşmüş, əvvəlcədən Elşada istədiyi məbləğin onda olmadığını bildirdiyindən tanışından borc almağa çalışacağını bildirmişdir. Lakin birja adlanan ərazidə idarə etdiyi QAZ 53 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin günlüyündə 30 manat pul olmuş, həmin pulu da götürüb geri qayıtmış və Elşada pulu verib avtomobilə əyləşmişdir. Ümumilikdə 70 manat pulu Elşad adını sonradan bildiyi Mətləb adlı dostuna vermişdir. Elşad bu zaman Mətləbə qalan 20 manatı axşam verəcəyini, axşam Quba rayonu, Timiryazev qəsəbəsində işlədiyi “480” klub adlı kafenin önündə olacağını, marixuanani gətirəndə Elşada xəbər verməsini bildirmişdir. Artıq o bu zaman Elşadın pulu marixuana alması üçün Mətləbə verdiyini başa düşmüşdür. Onlar bir qədər irəliyə doğru hərəkət etmiş və birjanın giriş qapısının önündə Elşad və o avtomobildən düşmüşdür. Daha sonra o Elşadla ayrılıb yaşadığı evə getmişdir. Həmin gün axşam radələrində o Elşadın polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. O narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. Elşaddan qonşusu Tural adlı şəxs üçün narkotik vasitə tapmasını istəməmiş, ondan belə bir istəyi olmamış, ümumiyyətlə onun Tural adlı qonşusu ya da tanışı yoxdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021ci ilin dekabr ayının 21-i axşam saat 8 radələrində Quba rayonu ərazisində “480 klub” adlanan yerin yaxınlığında Şahid1 adlı şəxsi saxladıqlarını, onun üzərindən bir qutu narkotik vasitə marixuana aşkar olunduğunu, Elşadın üzərindən aşkar olunmuş maddə təhqiqatçının və müdafiəçinin iştirakı ilə sənədləşdirildiyini göstərmiş, daha sonra Elşad üzərindən aşkar olunmuş narkotik vasitəni Mətləb adlı şəxsdən aldığını bildirmişdir. Yanvar ayının 12-i keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılmış, Mətləb bu işdə Səbuhi və Əli adlı şəxslərlə birlikdə hərəkət etdiyini, narkotik vasitəni X9 adlı şəxsdən aldığını bildirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq Elşad, Mətləb və Cəlalın saxlanmasında iştirak etdiyini, əməliyyat məlumatının Şahid1 narkotik vasitə istifadə edərək üzərində gəzdirməsi ilə bağlı olduğunu bildirmişdir. Şahid müdafiə tərəfinin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs4 saxlanmasında iştirak etdiyini, saxlanılan zaman onun üzərindən narkotik vasitə marixuana və psixotrop maddə metanfetamin aşkar olunduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Elşad adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 21 dekabr 2021-ci il tarixdə Elşadın Quba rayonu ərazisində “480 klub” adlanan yerin qarşısında saxlanmasında iştirak etmişdir. Daha sonra təhqiqatçı və vəkil çağırılmış, video çəkiliş vasitəsilə Elşadın üzərində “şəxsi axtarış və götürmə” həyata keçirilmişdir. Nəticədə Elşadın şalvarının sağ yan cibindən kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra da müvafiq qaydada sənədləşdirmə işləri aparılmışdır. Sorğu-sual zamanı Elşad üzərindən aşkar olunmuş narkotik vasitəni Mətləbdən götürdüyünü bildirmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq video çəkilişimiz zamanı narkotik vasitənin çəkisinin qabı ilə birlikdə 7.5 qram olduğunu, Elşad narkotik vasitəni 70 (yetmiş) manata aldığını bildirmişdir. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Quba şəhər sakini Şahid1 narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 21 dekabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində Quba rayonu Timiryazev qəsəbəsində “480” adlı kafenin önündə saxlanılmışdır. Hadisə yerində olan təhqiqatçı Cəlal Sultanov əməliyyat qrupunun üzvlərini Elşada təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. Şahid1 hüquqları və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili X1 Məmmədova təqdim edilmiş və videoçəkilişlə Şahid1 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmağa başlanmazdan əvvəl üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Bu zaman Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Şifahi sorğu-sual zamanı həmin narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 70 manata aldığını demişdir. Şahid1 təqdim etdiyi içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkisi 7.5 qram gəlmişdir. Kibrit qutusu təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırdıqdan sonra Elşad və vəkili imzalamışdır. Bundan başqa Şahid1 üzərindən bir ədəd siqaret qutusu, üç ədəd alışqan, içi boş pul qabı, tetraskilin adlı dərman, üstündəki nömrə yerləri pozulmuş bir ədəd “Qızıl” adlı lotereya bileti, bir ədəd Samsung J2 markalı mobil telefon aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə və mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür, qalan əşyaları isə Elşada qaytarılmışdır. Daha sonra təhqiqatçı tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Şahid1 prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir. Şahid1 üzərində şəxsi axtarış keçirilməsi Quba RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov tərəfindən videokamera ilə qeydə alınmışdır. Həmin tədbirin davamı olaraq Şahid1 narkotik vasitə aldığını bildirdiyi Təqsirləndirilən şəxs1 və onunla birlikdə olan tanışları Səbuhi və Əli adlı şəxslərin müəyyən edilərək istintaqa gətirilməsi məqsədilə əməliyyat tapşırığı verilmişdir. 12 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq Quba RPŞ-nə gətirilmiş və istintaqa təhvil verilmişdir. Həmçinin Səbuhi adlı şəxsin Quba şəhər sakini Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş, sonuncu saxlanılaraq 12 yanvar 2022-ci il tarixdə polis şöbəsinə gətirilmiş və istintaqa təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 bir kibrit qutusu marixuananı Xaçmaz şəhərində tanışı Cəlal adlı şəxsdən aldığı məlum olmuş, bununla əlaqədar Cəlal adlı şəxsin müəyyən edilərək istintaqa gətirilməsi məqsədilə əməliyyat tapşırığı verilmişdir. Cəlal adlı şəxsin Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs4 olduğu müəyyən edilmiş, sonuncu 12 yanvar 2022-ci il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmiş və istintaqa təhvil verilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs4 üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o da buna etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs4 üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Bu zaman Cəlal üzərində olan bir ədəd Samsung markalı mobil telefonu, 1050 manat pulu, bir ədəd Magna markalı siqareti və bir ədəd alışqanı, bir ədəd Magna markalı siqaret qutusunun içərisində saxladığı 4 ədəd qara rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetamini və bir ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuananı, bir cüt iş əlcəyini təqdim etmişdir. Təqdim olunmuş içərisində qurudulmuş marixuana olan kağız bükülü elektron tərəzidə çəkilmiş, çəkisi 8,8 qram gəlmişdir, həmçinin 4 ədəd qara rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetamin birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,7 qram gəlmişdir. Bir ədəd kağız bükülüdə olan qurudulmuş marixuana və 4 ədəd bükülüdə olan psixotrop maddə metamfetamin ayrı-ayrılıqda zərfə qoyulub qablaşdırıldıqdan sonra Cəlal və vəkili imzalamışdır. Təqsirləndirilən şəxs4 üzərində başqa qanunusuz saxlanılan əşya, predmet və ya vasitə aşkar edilməmişdir. Vəkil Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş narkotik vasitənin Cəlala məxsus olub-olmamasını soruşduqda Cəlal üzərindən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu qeyd etmişdir. Müstəntiq Təqsirləndirilən şəxs4 istintaqı aparılan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 bir kibrit qutusu marixuananı Cəlaldan aldığını ifadəsində qeyd etdiyini bildirərək bu barədə Cəlaldan soruşduqda, Təqsirləndirilən şəxs4 bir kibrit qutusu qurudulmuş marixuananı 60 manata Xaçmaz şəhəri ərazisində Səbuhiyə satdığını bildirmişdir. Bununla da axtarış başa çatmışdır. Daha sonra müstəntiq tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarışın aparılması Quba RPŞ-nin KTQnin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov tərəfindən videokamera ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 verilmiş əməliyyat tapşırığı əsasında Quba Rayon Polis Şöbəsinə gətirilib Quba RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılmasında iştirak etdiyini, Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılan zaman dörd bükümdə metanfetamin və bir bükümdə, təxminən 08 (səkkiz) qrama yaxın qurudulmuş marixuana aşkar edilmiş, müstəntiq Cəlala Təqsirləndirilən şəxs2 narkotik vasitəni ondan alması barədə məlumat verdikdə, Cəlal törətmiş olduğu əməli etiraf edərək narkotik vasitəni Xaçmaz şəhərində 60 (altmış) manata satmasını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid1 saxlanmasında iştirak etmiş, Elşad saxlandıqdan sonra üzərindəki narkotik vasitəni təqdim edərək həmin narkotik vasitəni Mətləbdən aldığını bildirmişdir. Elşadın üzərindən kibrit qutusunda narkotik vasitə marixuana aşkar olunmuşdur. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 21 dekabr 2021-ci il tarixli qərar və eyni tarixli protokoldan görünür ki, Şahid1 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Quba rayon məhkəməsinin “əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” 24 dekabr 2021-ci il tarixli qərarı ilə əməliyyat müvəkkili Şahid3 21 dekabr 2021-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyataxtarış tədbiri qanuna uyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan 21 dekabr 2021-ci il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Şahid1 şəxsi axtarış zamanı əynindəki şalvarın sağ cibindən göy rəngdə tibbi maskaya bükülmüş halda olan bir ədəd kibrit qutusunun içində narkotik vasitə marixuananı çıxardaraq təqdim edir. Həmin narkotik vasitə çəkilir, qablaşdırılaraq möhürlənir və götürülür. Cinayət işinin materiallarında olan vəməhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/1309 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 üzərindən” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,128 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan 12 yanvar 2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 şəxsi axtarış zamanı dəri gödəkcəsinin sol qoltuq cibindən bir ədəd “Magna” markalı siqaret qutusunu çıxardaraq təqdim edir. Həmin siqaret qutusunun içərisinə baxdıqda dörd ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə qurudulmuş marixuana aşkar olunur. Həmin narkotik vasitə çəkilir, qablaşdırılaraq möhürlənir və götürülür. Cinayət işinin materiallarında olan vəməhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/35 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış keçirilən zaman aşkar olunmuş...” yazıları və imzalar olan kağız zərfdə 01(bir) ədəd kağız bükülüdə təmiz çəkisi 6,654 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs4 üzərindən götürülmüş bir ədəd kağız bükülüdə olan marixuana ilə Şahid1 üzərindən götürülmüş bir ədəd kibrit qutusunda olan marixuana bir-birindən fərqlənir. Cinayət işinin materiallarında olan vəməhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/229 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Nº67" dairəvi möhür əksi olan, "... tarixdə Təqsirləndirilən şəxs4 üzərində şəxsi..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,069 qram, 0,067 qram, 0,094 qram və 0,096 qram, ümumi təmiz çəkisi 0,326 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx.xx.2022-ci il tarixli 680 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx.xx.2022-ci il tarixli 934 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx.xx.2022-ci il tarixli 940 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx.xx.2022-ci il tarixli 2751 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübutun tanınması haqqında” 30 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 5,108 qram qalıq marixuana maddi sübut kimi tanınmış, saxlanması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. 20 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş 0.246 qram qalıq metamfetamin və 6.634 qram qalıq marixuana maddi sübut kimi tanınmış, saxlanması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC daxil olan CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 stifadəsində olan (070) *** ** ** saylı nömrədən Şahid1 məxsus (050) *** ** ** nömrəsinə xx.xx.2021-ci il tarixdə zəg edilmiş, zəng olunan vaxtda Şahid1 və Təqsirləndirilən şəxs1 Quba şəhəri mərkəzi bazar ərazisində olmuşlar. Həmçinin “Zənglərin_Məxsusluq_Tarixçələri__**********4755___703693000__NAR” qovluğu tədqiq edilərkən məlum olur ki, “703693000” Təqsirləndirilən şəxs1 məxsusdur. Qeyd olunan nömrədən 07 dekabr 2021-ci il tarixdə “**********58” nömrəsinə «Emi oxsan Mene 1 vpdan yaz Meni telimi kimse qowub Meni izdiyira Hopustop elyecegler Meni» məzmunlu mesaj göndərilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 məxsus (070) *** ** ** mobil nömrəsindən Təqsirləndirilən şəxs3 məxsus (077) *** ** ** və 077 *** ** ** nömrələri və Təqsirləndirilən şəxs2 məxsus (070) *** ** ** nömrələri arasında müxtəlif vaxtlarda zənglər olmuş, həmçinin xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan 055) *** ** ** nömrə ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan (070) *** ** ** nömrəsi arasında müxtəlif saatlarda danışıqlar aparılmış, bu zaman anten dairəsi Xaçmaz şəhəri ərazisini göstərmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışı və ona əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs1 Quba şəhəri, 32-33-cü məhəllədə qeydiyyatdadır və yaşayır. Quba şəhəri ərazisində yaşadığı müddət ərzində Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışı və ona əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs2 barəsində olan xasiyyətnamədən görünür ki, Quba şəhəri ərazisində yaşadığı müddət ərzində Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışı və ona əlavə edilmiş “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs3 Quba şəhəri, 32-33-cü məhəllədə qeydiyyatdadır. Quba şəhəri ərazisində yaşadığı müddət ərzində Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Abasov X8 şəhəri, R.İmamverdiyev küçəsi ev 13-də qeydiyyatdadır, Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsi ev 5-də yaşayır, ailə tərkibi həyat yoldaşı X7, oğlu - 2011-ci il təvəllüdlü X10, oğlu - 2013-cü il təvəllüdlü X4 ibarətdir. Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs4 barəsində olan xasiyyətnamədən görünür ki, Xaçmaz şəhəri ərazisində yaşadığı müddət ərzində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2n və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan arayış və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 uşaqları xx.xx.2011 və xx.xx.2013-cü il təvəllüdlü olmaqla azyaşlıdırlar. Təqsirləndirilən şəxs4 himayəsində azyaşlı uşaqlarının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Cinayət işinin materiallarında olan sənədlərin tədqiq edilməsi zamanı aydın olur ki, Təqsirləndirilən şəxs3 Vətən Müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs3 Vətən Müharibəsində iştirak edərək medalla təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 234.4.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Quba rayon məhkəməsinin qərarı ilə əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 14 yanvar 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri saxlanmış, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkanı seçilmişdir. Odur ki, onun ev dustaqlığında saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə hesablanmaqla nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o məhkəmə iclas zalından dərhal həbs edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin başlanğıcı həbs olunduğu vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Quba rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmışdır. 12 iyun 2022-ci il tarixdən etibarən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, həbsdə olduğu müddət ona təyin ediləcək cəza müddətinə hesablanmaqla nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o məhkəmə iclas zalından dərhal həbs edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin başlanğıcı həbs olunduğu vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 13 may 2022-ci il tarixdən 15 may 2022-ci tarixədək müddətdə həbsdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılmalı üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan 0,246 qram metamfetamin, qalıq çəkisi 6,634 qram olan marixuana məhv edilməli, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 5,108 qram qalıq marixuananın sonuncunun təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 131 manat 46 qəpik (yüz otuz bir manat qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ev dustaqlığında olduğu 5 (beş) ay 24 (iyirmi dörd) gün müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay 6 (altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 3 (üç) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) gün müddətinə bərabər tutulmaqla təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3n ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 həbsdə saxlandığı 5 (beş) ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 5 (beş) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınıb Quba RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan 0,246 qram qalıq metamfetamin, 6,634 qram qalıq marixuana məhv edilsin, 5,108 qram qalıq marixuananın Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs4 131 manat 46 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-159/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-159/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver