Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-16/2024 31.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər –Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1985-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Xaçmaz rayon Məhkəsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Xəzər» otelində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, xx xxxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 25 aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində Xaçmaz şəhəri İ.Rəsulov küçəsində tanışı Təqsirləndirilən şəxs1 20 manata şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,755 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 25 aprel 2022-ci il tarixdə gecə saat 04:20-də Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri A.Mustafayev küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və Xaçmaz şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 05:5506:10 müddətində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd «Sobranie» markalı siqaret qutusunun içərisindən 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,664 qram və 0,091 qram olmaqla ümumilikdə 0,755 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, yəni 831,969 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, həmin narkotik vasitədən 0,755 qram çəkidə heroini 25 aprel 2022-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı Xaçmaz şəhəri İ.Rəsulov küçəsində yerləşən 28 sayh evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 20 manata satmış, qalan 831,214 qram çəkidə heroini isə üzərində daşımaqla yaşadığı evdə saxlamış, bu fakt 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri Vağzal küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və Xaçmaz şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 08:30-08:45 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd «Argo» markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə 1,612 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitə müqabilində əldə etdiyi 01 ədəd A78396317 nömrəli 20 manatlıq pul əskinası aşkar edilərək götürülmüş, bundan sonra qeyd olunan tarixdə saat 10:30-11:20 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən evə baxış keçirilən zaman 01 ədəd bükümdə 829,5 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd 1 ml-lik şprisdəki 0,3 ml həcmində məhlulun tərkibində təmiz çəkisi 0,102 qram olan narkotik vasitə heroin, üzərlərində narkotik vasitə heroin izləri olan 03 ədəd boş ampula, 06 ədəd 1 ml-lik, 01 ədəd 2 ml-lik boş şpris və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımış, habelə satmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu bölməyə aparmışlar, üzərindən heç nə çıxmamışdır. Ona 20 manat pul verərək gedib Kamildən narkotik vasitəni alıb onlara təhvil verməsini, bununla da onu buraxacaqlarını bildirmişlər. Kamil 20 manata narkotik vasitəni ona satmışdır. O, dəfələrlə Kamildən narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda yaşayır, hazırda rəsmi olaraq heç bir yerdə işləmir və təxminən bir ildir ki, narkotik vasitə heroindən istifadə edir. 24 aprel 2022-ci il tarixdə narkotik vasitədən istifadə etmək üçün əvvələr bir neçə dəfə narkotik vasitə heroin aldığı Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsilə əlaqə saxlamış, telefon əlaqəsindən sonra yaşadığı Xaçmaz şəhəri “İzmaylovka” adlanan əraziyə getmiş və orada Təqsirləndirilən şəxs1la görüşərək ondan iki çet, yəni iki büküm narkotik vasitə heroin almış və həmin bükümlərin müqabilində ona ümumilikdə 20 manat pul vermişdir. 25 aprel 2022-ci il tarixdə gecə saat 04 radələrində Xaçmaz şəhəri ərazisində olarkən Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitə üzərində olmuş və bu zaman olduğu küçədə polis avtomobilinin keçdiyini görmüş və dərhal hərəkət istiqamətini dəyişmişdir. Lakin polis əməkdaşları onun özünü şübhəli aparmasından şübhələnərək onu saxlamış və Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, polis şöbəsində təqdim olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzəridən içərilərində Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitə heroin olan 02 ədəd bükülü aşkar edilərək götürülmüş və sorğu zamanı o, həmin narkotik vasitə bükümlərini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmaqla təsdiq olunmuşdur.( cild 1, iş vərəqə 131-132) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ittihamda qeyd olunmuşdur ki, onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Lakin onun üzərində narkotik vasitə olmamışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Təzyiq altında ittihamı qəbul edərək boynuna götürmüşdür. Elvinə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailəsi ilə bilrikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 tanıyır və bir- birinin narkotitk vasitələrdən istifadə etdiklərini bilirlər. Təqsirləndirilən şəxs2la münasibəti normaldır, aralarında hər hansı bir qərəzli münasibət və ədavət yoxdur. 2022-ci ilin aprel ayının ortalarında yaşadığı Xaçmaz şəhəri İ.Rəsulov küçəsində olduğu zaman yolun kənarında qara rəngli paket diqqətini çəkmiş, içərisində nə olmasına baxmaq məqsədi ilə həmin kağız paketi götürüb açdıqda onun içərisində narkotik vasitə heroin olduğunu görmüş və onu götürüb özündə saxlamışdır. 24 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamış və onda narkotik vasitə olub-olmamasını soruşmuşdur. Taparaq evdə saxladığı narkotik vasitə heroindən Elvinə satmaq qərarına gəlmiş və ona narkotik vasitə olduğunu bildirmişdir. Bu məqsədlə yaşadığı evin yaxınlığında Elvinlə görüşmüş və ona özündə olan narkotik vasitə heroindən iki «çet» yəni iki büküm heroin satmışdır. Elvinin ona 10 manat pul borcu olduğundan o, narkotik vasitəni alandan sonra 10 manat borcuna görə, 10 manat isə narkotik vasitəyə görə olmaqla ümumilikdə 20 manat məbləğində pul vermiş və bundan sonra onlar ayrılmışlar. 25 aprel 2022- ci il tarixdə saat 07 radələrində tanışı X3 ilə birlikdə Xaçmaz şəhəri dəmir yolu vağzalının yaxınlığında olduqları zaman polis əməkdaşları onlara yaxınlaşıb onun narkotik vasitə satması barədə şübhələr olduğunu bildirmiş və onu Mustafa Kamranla birlikdə Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin vaxt üzərində bir büküm narkotik vasitə heroin olmuş, lakin polis əməkdaşları yanında olduğundan narkotik vasitəni üzərindən ata bilməmişdir. Polis şöbəsində təqdim olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə özünün razılığına əsasən videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən içərisində narkotik vasitə heroin olan 01 ədəd bükülü aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldığını bilmiş və polis əməkdaşları tərəfindən verilən suala cavab olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını və müqabilində ondan 20 manat pul aldığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən həmin 20 manat pul, mobil telefonu və üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükülü müvafiq qaydada götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı müvafiq suala cavab olaraq narkotik vasitə tapdığını və yaşadığı evdə saxladığını bildirmişdir. Bundan bir qədər sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə yaşadığı ünvan 3 ünvanına gedilmiş, orada özünün razılığına əsasən videoçəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçirilmişdir. Yaşdığı evin həyətində olan yarımtikilidəki otağını polis əməkdaşlarına təqdim etmiş, baxış zamanı onun otağından bir ədəd qara rəngli paketdə tapdığı narkotik vasitə heroin, 08 ədəd şüşə ampul, 10 ədəd şpris, 02 ədəd limon duzu paketi, 02 ədəd tərəzi, habelə narkotik vasitə heroin bükdüyü kağız kəsikləri və 01 rulon falqa aşkar edilərək götürülmüşdür. Qeyd olunanlar ayrı-ayrılıqda 03 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri iştirakçılar və onun özü tərəfindən imzalanaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. ( cild 1, iş vərəqə 108-110) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin PPXB-nün manqa komandiri, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, 25 aprel 2022-ci il tarixdə gecə saat 04 radələrində Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri, polis sıravisi Şahid2 ilə Xaçmaz şəhəri Alı Mustafayev küçəsində xidmətdə olduqları zaman bir şəxsin özünü şübhəli apardığını və onları görən kimi qaçıb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə yaxınlaşıb onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və o, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Bundan sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş və onun Təqsirləndirilən şəxs2 olması məlum olmuşdur. Xidməti otaqların birində Təqsirləndirilən şəxs2 videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 üstünə axtarış keçirilməsinə etiraz etməmiş, ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar olub-olmaması soruşulmuş və üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki şalvarın arxa sağ cibindən 01 ədəd, arxa sol cibindən isə 01 ədəd olmaqla 02 ədəd pul qabı, həmin şalvarın sağ yan cibindən 01 ədəd alışqan, sol yan cibindən isə 01 ədəd siqaret qutusu və 01 ədəd mobil telefon çıxarıb masanın üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üstü axtarılmış, lakin onun üstündən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret qutusu açıldıqda onun içərisində 01 ədəd qırmızı rəngli kağız bükülü, həmin kağız bükülü açıldıqda isə içərisində 02 ədəd bükülü olması aşkar olunmuşdur. Həmin kağız bükülülər açıldıqda onların hər ikisinin içərisində narkotik vasitə heroinə bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu və üstündən aşkar edilmiş həmin kütlələrin həqiqətən narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda o, həmin narkotik vasitəni bir gün əvvəl Xaçmaz şəhəri «İzmaylovka» adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülülər ekspertizaya göndərilməsi üçün yenidən bükülərək kağız zərfə qoyulmuş və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri, polis sıravisi Şahid2 məhkəmədə ifadəsi alınmış şahid polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, 25 aprel 2022-ci il tarixdə gecə saat 05 radələrində sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs2 Xaçmaz şəhəri Alı Mustafayev küçəsində özünü şübhəli apardığına görə həmin küçədə xidmətdə olan Xaçmaz RPŞ-nin PPXB-nün manqa komandiri, polis serjantı Şahid1 və polis nəfəri, polis sıravisi Şahid2 tərəfindən şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə olması ehtimalı olduğundan üstünə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs2 üstünə axtarış keçirilməsinə etiraz etməmiş, ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar olub-olmaması soruşulmuş və üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarın arxa cibindən cibindən 01 ədəd «Sobranie» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi «Sobranie» markalı siqaret qutusu açıldıqda onun içərisində 01 ədəd qırmızı rəngli kağız bükülü, həmin kağız bükülü açıldıqda isə içərisində 02 ədəd bükülü olması aşkar olunmuşdur. Həmin kağız bükülülər açıldıqda onların hər ikisinin içərisində narkotik vasitə heroinə bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu və üstündən aşkar edilmiş həmin kütlələrin həqiqətən narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda o, həmin narkotik vasitəni bir gün əvvəl Xaçmaz şəhəri «İzmaylovka» adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Xaçmaz şəhəri «İzmaylovka» adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs1 şəxsiyyəti müəyyən edilmiş və onun Xaçmaz şəhəri sakini Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 aprel 2022-ci il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs1 Xaçmaz şəhər sakini X3 ilə birlikdə Xaçmaz şəhəri Vağzal küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli olduğuna görə Xaçmaz RPŞ-nə gətirildiyi, videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 üstünə axtarış keçirilməsinə etiraz etməmiş, ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar olub-olmaması soruşulmuş və üzərindəki əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin cibindən 01 ədəd «Argo» markalı siqaret qutusu, şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi siqaret qutusu açıldıqda onun içərisindən 01 ədəd gümüşü rəngli bükülü aşkar edilmişdir. Bükülü açıldıqda içərisindən 01 ədəd qırmızı rəngli bükülü, həmin bükülü açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu və üstündən aşkar edilmiş həmin kütlənin «kakos», yəni narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs1 bir qədər əvvəl Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirildiyi və onun üstündən narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğu, Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş həmin maddənin heroin olduğunu və 20 manat pul müqabilində ondan, yəni Təqsirləndirilən şəxs1 aldığını dediyi bildirilmiş və bununla bağlı nə deyə biləcəyi soruşulmuşdur. Təqsirləndirilən şəxs1 həqiqətən Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində narkotik vasitə satdığını, üstündən aşkar edilmiş pul əskinaslarından 01 ədəd 20 manatlıq əskinasın narkotik vasitə alarkən Təqsirləndirilən şəxs2 tərəfindən ona verildiyini, lakin əvvəlcədən Elvinin ona 10 manat pul borclu olduğunu, həmin 20 manat pulun 10 manatını borcunun əvəzinə, 10 manatını isə aldığı narkotik vasitəyə görə verdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda və ya başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamaması soruşulmuşdur. O, yaşadığı evdə bir müddət əvvəl küçədən tapdığı narkotik vasitənin olduğunu demişdir. Bundan sonra qeyd olunan tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvanında yerləşən evə baxış keçirilməsindən ötrü qeyd olunan ünvana getmişlər. Həyətə giriş darvazasının qarşısında Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və satmaqda şübhəli olduğuna görə yaşadığı evə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmiş, ondan yaşadığı evdə narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar olub-olmaması soruşulmuş və əgər varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə olduğunu bildirmiş və onları evin həyətinə dəvət edərək evin qarşısında, sol tərəfdə yerləşən yarımtikiliyə aparmışdır. Həmin otaqdakı güzgülü termonun qarşısında müxtəlif ölçülü qırmızı, göy, gümüşü və ağ rəngli kağız kəsikləri, istifadə olunmuş şprislər, gümüşü rəngli falqa kağız rulonu, şüşə ampulalar olmuşdur. Təqsirləndirilən şəxs1 həmin güzgülü termonun aşağı hissəsindəki qapağı açaraq oradan plastik qabın içərisindən 01 ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim etmiş və həmin torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Onun təqdim etdiyi qara rəngli sellofan torba açıldıqda içərisində daha bir ədəd qara rəngli sellofan torba olduğu, həmin torba açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Bundan başqa güzgülü termonun üzərindən və aşağı hissəsindəki gözdən ümumilikdə 08 ədəd şüşə ampula, 10 ədəd şpris, 02 ədəd elektron tərəzi, üzərlərində «limon duzu» yazılmış və içərilərində ağ rəngli maddə olan 02 ədəd paket, qırmızı, göy, gümüşü və ağ rəngli müxtəlif ölçülü kağız kəsikləri, 01 rulon gümüşü rəngli falqa kağız aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş qara rəngli sellofan torbanın içərisindəki kütlənin narkotik vasitə olduğunu, onu yaşadığı küçədən tapdığını və özünün istifadəsi üçün öz otağında saxladığını, kağız kəsiklərinə və gümüşü rəngli falqa kağızından isə narkotik vasitə bükmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid5 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid4 Məzahir oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid5 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 186-189) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi barədə” 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin inzibati binasında ünvan 9 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Xəzər» otelində yaşayan Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd «Sobranie» markalı siqaret qutusunun içərisində 02 ədəd kağız kəsiyi bükümlərində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 21-22) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilməsinin və onun əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində 01 ədəd, arxa sol cibində 01 ədəd olmaqla 02 ədəd pul qabı, həmin şalvarın sağ yan cibində 01 ədəd alışqan, sol yan cibində 01 ədəd «Sobranie» markalı siqaret qutusu və 01 ədəd «KGTEL» markalı mobil telefon, pul qablarının birinin içərisində 06 ədəd günəbaxan toxumlarının uduş kuponu, digərinin içərisində 01 ədəd 5 manatlıq pul əskinası, 01 ədəd plastik kart, 01 ədəd mobil telefon nömrəsinin plastik kart hissəsi, 01 ədəd kağız parçası, «Sobranie» markalı siqaret qutusunun içərisində 01 ədəd qırmızı rəngli kağız bükülü, həmin kağız bükülünün içərisində isə 02 ədəd kağız kəsiyi bükümlərində narkotik vasitə heroin olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 25 aprel 2022-ci il tarixdə gecə saat 04 radələrində polis əməkdaşları tərəfindən Xaçmaz şəhəri ərazisində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildiyini və üstünə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı 24 aprel 2022-ci il tarixdə gecə saatlarında Xaçmaz şəhəri «İzmaylovka» adlanan ərazidə Təqsirləndirilən şəxs1 adlı şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün əynindəki şalvarının cibindəki «Sobranie» markalı sitqaret qutusunun içərisində saxladığı 02 büküm narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir. ( cild 1 , iş vərəqə 140-141) Şəxsi axtarış keçirilməsi barədə, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi barədə” 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 10 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd «Argo» markalı siqaret qutusunun içərisində 01 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə narkotik vasitə heroin, habelə qara rəngli cins şalvarın sol arxa cibindən narkotik vasitənin satışından əldə edilmiş 01 ədəd A 78396317 nömrəli 20 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür.(Cild 1, iş vərəqləri 45-46) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş olunmuş “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirilməsinin və onun əynindəki qara rəngli gödəkçənin sol yan cibində 01 ədəd «Argo» markalı siqaret qutusu, qara rəngli cins şalvarın sağ yan cibində 01 ədəd «Micromax» markalı mobil telefon, arxa sol cibində 01 ədəd 20, 01 ədəd 5 və 07 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 32 manat məbləğində pul, «Argo» markalı siqaret qutusunda 03 ədəd siqaret dənəsi və 01 ədəd gümüşü rəngli bükülü, həmin bükülünün içərisində isə 01 ədəd qırmızı rəngli bükülüdə narkotik vasitə heroin olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 25 aprel 2022-ci il tarixdə gecə saat 07 radələrində polis əməkdaşları tərəfindən Xaçmaz şəhəri dəmir yolu vağzalının yaxınlığında saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirildiyini və üstünə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı 2022-ci ilin aprel ayının ortalarında yaşadığı Xaçmaz şəhəri İsmət Rəsulov küçəsində, yerdən tapdığı narkotik vasitədən götürüb şəxsi istifadəsi üçün əynində olan gödəkçəsinin cibindəki «Argo» markalı siqaret qutusunun içərisində saxladığı 01 büküm narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitə satıb-satmadığı soruşulduqda Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində 02 büküm narkotik vasitə heroin satdığını, narkotik vasitənin satışından əldə etdiyi 20 manatlıq pul əskinasını polis əməkdaşlarına təqdim etdiyini, habelə yaşadığı evdə narokotik vasitə saxladığını bildirdiyini etiraf etmişdir. ( cild 1, iş vərəqə 96-97) Şəxsi axtarış keçirilməsi barədə, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi haqqında” 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyatda olmaqla faktiki olaraq yaşadığı ünvan 8 ünvanında yerləşən evin həyətindəki otaqdan 01 ədəd qara rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin, habelə 08 ədəd şüşə ampula, 10 ədəd şpris, 02 ədəd elektron tərəzi, üzərlərində «limon duzu» yazılmış və içərilərində ağ rəngli maddə olan 02 ədəd paket, 23 ədəd qırmızı, göy, gümüşü və ağ rəngli müxtəlif ölçülü kağız kəsikləri və 01 rulon gümüşü rəngli falqa kağızı aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 75-76) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş olunmuş “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvanında yerləşən evin həyətindəki otağa baxış keçirilməsinin və otaqdakı güzgülü termonun aşağı hissəsində olan sarı rəngli plastik qabda 01 ədəd qara rəngli sellofan torbanın içərisində narkotik vasittə heroin, habelə termonun üzərində və aşağı hissəsindəki gözdə ümumilikdə 08 ədəd şüşə ampula, 10 ədəd şpris, 02 ədəd elektron tərəzi, üzərlərində «limon duzu» yazılmış və içərilərində ağ rəngli maddə olan 02 ədəd paket, 23 ədəd qırmızı, göy, gümüşü və ağ rəngli müxtəlif ölçülü kağız kəsikləri və 01 rulon gümüşü rəngli falqa kağızı olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 25 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı ünvan 8 ünvanında yerləşən evə baxış keçirildiyini, baxış zamanı 2022-ci ilin aprel ayının ortalarında yaşadığı Xaçmaz şəhəri İsmət Rəsulov küçəsində, yerdən tapdığı və şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığı qara rəngli sellofan torbada olan narkotik vasitəni polits əməkdaşlarına təqdim etdiyini, bundan əlavə polis əməkdaşları tərəfindən yaşadığı evdən istifadə olunmuş 08 ədəd şüşə ampula, 10 ədəd şpris, habelə 02 ədəd elektron tərəzi, 02 paket limon duzu, 23 ədəd qırmızı, göy, gümüşü və ağ rəngli müxtəlif ölçülü kağız kəsikləri və 01 rulon gümüşü rəngli falqa kağız götürüldüyünü etiraf etmişdir. ( cild 1, iş vərəqə 98-99) Baxış keçirilməsi haqqında, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 26 aprel 2022-ci il tarixli, 6/2383 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində «Nİ Təqsirləndirilən şəxs2 (imza)» yazısı və imzalar olan paketdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,664 qr və 0,091 qr, ümumi təmiz çəkisi 0,755 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (paket N1).Tədqiqata təqdim edilmiş, üzərində «N2 Təqsirləndirilən şəxs1 (imza)» yazısı və imzalar olan paketdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 1,612 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (paketN2).Tədqiqata təqdim edilmiş, üzərində «N3 Təqsirləndirilən şəxs1 (imza)» yazısı və imzalar olan paketdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 829,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (paket N3).Tədqiqata təqdim edilmiş, üzərində «N4 Təqsirləndirilən şəxs1 (imza)» yazısı və imzalar olan paketdəki üzərində «voda dlya inyeksiy» yazısı olan 3(üç) ədəd boş ampulda, 6(altı) ədəd 1 ml-lik və l(bir) ədəd 2 ml-lik boş şprisdə və 2(iki) ədəd gümüşü rəngli elektron tərəzinin üzərndə heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir.Digər 5(beş) ədəd ampulda və 2(iki) ədəd paketdəki ağ rəngli xırda kristallardan ibarət maddələr narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. Həmin paketdə olan l(bir) ədəd 1 ml-lik şprisdəki 0,3 ml həcmində tünd qəhvəyi rəngli qatılaşmış maddə heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,102 qramdır. Vət.Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 831,214 qram təşkil edir. Bükümlərdə olan heroinlər kimyəvi komponent və xarici əlamətlərinə görə eynidirlər. Şprisdəki heroin məhlul şəklində olduğu üçün bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Vət.Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bükümlərdəki heroinlər vət.Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (cild, iş vərəqə: 86-91) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 08 iyun 2022-ci il tarixli, 3082 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (1 cild, iş vərəqə: 194-195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 07 iyul 2022-ci il tarixli, 3707 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(1 cild, iş vərəqə: 200-201) Cinayət işinin materiallarından görününr ki, 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 götürülmüş 0,755 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş 831,112 qram çəkidə narkotik vasitə heroin, 0,3 ml heroin məhlulu, üzərlərində heroin izləri olan 03(üç) ədəd boş ampula, 06(altı) ədəd 1 ml-lik, 01 (bir) ədəd 2 ml-lik boş şpris, 02(iki) ədəd elektron tərəzi, habelə Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi, Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilməsinə dair görüntülər köçürülmüş 03 (üç) ədəd CD formatlı disk 27 aprel 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs2 götürülmüş heroinin ümumilikdə 0,07 qramının (hər obyektdən 0,05 və 0,02 qram olmaqla), Təqsirləndirilən şəxs1 götürülmüş heroinin ümumilikdə 0,25 qramının (hər obyektdən 0,2 və 0,5 qram olmaqla), 0,3 ml heroin məhlulunun 0,1 ml-nin təhqiqatlara sərf edilməklə istifadə olunması nəzərə alınmaqla, habelə 03 ədəd CD formatlı diskin cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitədən qalan 0,685 qram çəkidə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitədən qalan 830,862 qram çəkidə heroin, 0,2 ml heroin məhlulu, üzərlərində heroin izləri olan 03(üç) ədəd boş ampula, 06(altı) ədəd 1 ml-lik, 01 (bir) ədəd 2 ml-lik boş şpris, 02(iki) ədəd elektron tərəzi, habelə maddi sübut hesab edilməyən 05(beş) ədəd ampula, 02(iki) ədəd (1 ml və 3 ml) boş şprislər, içərisində 0,2 ml məhlul olan 01 (bir) ədəd 1 ml-lik şpris, içərilərində ağ rəngli xırda kristallardan ibarət maddələr olan 02(iki) ədəd paket, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman götürülmüş 23 (iyirmi üç) ədəd qırmızı, göy, gümüşü və ağ rəngli müxtəlif ölçülü kağız kəsikləri və 01 rulon gümüşü rəngli falqa kağızı ayrı- ayrılıqda 02 ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, maddi sübut hesab edilməyən 25 aprel 2022-ci il tarixdə X2 üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd «KGTEL» markah və Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd «Micromax» markah mobil telefonlar maddi sübut kimi əhəmiyyət kəsb etmədiyindən onların özlərinə qaytarılmışdır. Bundan başqa 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış zamanı onun üstündən qeyd olunan tarixdə Təqsirləndirilən şəxs2 satdığı 02 büküm narkotik vasitə heroinin müqabilində əldə etdiyi 01 ədəd A78396317 nömrəli 20 manatlıq pul əskinası 27 aprel 2022-ci il tarixdə iş üzrə maddə sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. ( cild 1, iş vərəqə: l49-151;153-156) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. ( cild 1, iş vərəqə 169) Elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan və iş materiallarına əlavə edilmiş məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Məhkəsinin xx.xx.2023-cü il tarixli, 1(067)-163/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmış və onun üzərinə qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, habelə Xaçmaz rayon Məhkəməsindən alınmış 27 iyul 2022-ci il tarixli, 1(067)-63/2022 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02(iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğu götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəmə hökmü onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə tutulduğu vaxtdan, yəni 25 aprel 2022-ci il tarixdən sonra çıxarılmış, ona görə də qeyd olunan məhkəmə hökmünədək o, məhkumluğu olmayan şəxs hesab edilir, habelə əməlində cinayətlərin residivi yoxdur. ( cild 1, iş vərəqə 219, 221-225) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(179-180) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(173-174) Elektron məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı 02 azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 tutularkən üzərində narkotik vasitə olmaması, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs2 ona polis əməkdaşları tərəfindən ona pul verilərək Təqsirləndirilən şəxs1 narkotik vasitə almağa göndərildiyini bildirsə də, ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ilkin ifadəsi və iş üzrə dindirilən şahidlərin ifadələri ilə həmin fakt öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində narkotik vasitə olmaması, narkotik vasitə satmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 02 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tutulmadan azad edilmişdir. 27 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 5-6, 84, 120-121) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə 25 aprel 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Həmçinin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək qeyd olunan digər iş üzrə tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Elektron məhkəmə sistemindən əldə olunmuş hökmün surətindən göründüyü kimi Xaçmaz rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökm ilə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanmışdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 24 iyun 2023-cü il tarixdən başlanmalı, barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxsin digər iş üzrə həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2022-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqə 29-30;41-42, 101-102;l 16-118) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon Məhkəməsindən alınmış 27 iyul 2022-ci il tarixli, 1(067)-63/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla, həmin cəza çəkildiyindən tam çıxılmalı və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək digər iş üzrə tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 25 aprel 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitədən qalan 0,685 qram çəkidə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitədən qalan 830,862 qram çəkidə heroin, 0,2 ml heroin məhlulu, üzərlərində heroin izləri olan 03(üç) ədəd boş ampula, 06(altı) ədəd 1 ml-lik, 01 (bir) ədəd 2 ml-lik boş şpris, 02(iki) ədəd elektron tərəzi məhv edilməli, iş materiallarına əlavə olunmuş 01 ədəd A78396317 nömrəli 20 manatlıq pul əskinası məcburi qayadada dövlət nəfinə müsadirə olunmalı, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər birindən ayrı-ayrılıqda 57 (əlli yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-163/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla o, qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 03 (üç) gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 digər iş üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)-63/2022-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası tam toplanılmaqla, həmin cəza çəkildiyindən tam çıxılsın və o, qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 08 il (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitədən qalan 0,685 qram çəkidə heroin, Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitədən qalan 830,862 qram çəkidə heroin, 0,2 ml heroin məhlulu, üzərlərində heroin izləri olan 03 (üç) ədəd boş ampula, 06 (altı) ədəd 1 ml-lik, 01 (bir) ədəd 2 ml-lik boş şpris, 02(iki) ədəd elektron tərəzi məhv edilsin, iş materiallarına əlavə olunmuş 01 ədəd A78396317 nömrəli 20 manatlıq pul əskinası məcburi qayadada dövlət nəfinə müsadirə olunsun, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərin hər birindən ayrıayrılıqda 57 (əlli yeddi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-16/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-16/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver