Məhkəmə qərarları › İş №1(124)-16/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-16/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-16/2025 19.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X42 (sədrlik edən), X18 və X19 ibarət tərkibdə, məhkəmə iclasının katibi X49 katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs5 nümayəndəsi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3, müdafiəçi – “Müdafiəçi və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Beyləqan rayonu, Gödəklər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC və "xxxx" MTK-nın sədri vəzifəsində işləmiş, Beyləqan rayonu, Gödəklər kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A olan "HAYAN-E” MMC-nin (xx.xx.2016-cı il tarixli Nizamnamə əsasında "xxxx" MTK adı ilə qeydiyyata alınan, VÖEN №**********) təsisçilərinin yığıncağının xx.xx.2011-ci il tarixli, 10 nömrəli əmri ilə direktor vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, Cəmiyyətin Əsasnaməsinə əsasən, cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 96 m2 olan, 2 otaqlı 24 nömrəli mənzilin xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən Zərərçəkmiş şəxs14 satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Zərərçəkmiş şəxs14 məxsus olduğunu bildiyi halda göstərilən mənzili almaq üçün 2013-cü ilin iyun ayında "xxxx" MMCnin satış ofisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 gizlətməklə, sonuncuya həmin mənzilin 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə sonuncudan xx.xx.2013-cü il tarixdə MMC-nin ünvan 3 ünvanında yerləşən ofisində 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MMC-nin 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 96 m2 olan, 2 otaqlı 24 nömrəli mənzilin Zərərçəkmiş şəxs2 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2013-cü il tarixli “Alqı-satqı” müqaviləsinə daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədi imzalayıb MMC-nin möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədi Zərərçəkmiş şəxs2 təqdim etdikdən sonra, sonuncuya məxsus 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində, ümumi sahəsi 88,8 m2 olan, 2 otaqlı 26 nömrəli mənzilin xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən Zərərçəkmiş şəxs16 Müseyib oğluna satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Məzahir Mustafeyevə məxsus olduğunu bildiyi halda göstərilən mənzili almaq üçün 2014cü ilin aprel ayında "xxxx" MMC-nin satış ofisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 gizlətməklə, sonuncuya həmin mənzilin 28.771 (iyirmi səkkiz min yeddi yüz yetmiş bir) manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə sonuncudan xx.xx.2014-cü il tarixdə MMC-nin ünvan 3 ünvanında yerləşən ofisində 28.771 (iyirmi səkkiz min yeddi yüz yetmiş bir) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MMC-nin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88,8 m2 olan, 2 otaqlı 26 nömrəli mənzilin Zərərçəkmiş şəxs4 öz istəyi ilə sonuncunun qohumu X28 28.771 (iyirmi səkkiz min yeddi yüz yetmiş bir) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2014-cü il tarixli, 626 nömrəli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MMC-nin möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs4 təqdim etdikdən sonra, sonuncuya məxsus 28.771 (iyimi səkkiz min yeddi yüz yetmiş bir) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 m2 olan, 3 otaqlı 11 nömrəli mənzilin "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs17 və qeyd edilən mənzilin xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs5 5.220 (beş min iki yüz iyirmi) manat ilkin ödənişlə satılmasını bildiyi halda, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün bu barədə məlumatı Zərərçəkmiş şəxs5 gizlətməklə, sonuncuya binanın tikintisinin başa çatdırılması adı ilə 17.124 (on yeddi min bir yüz iyirmi dörd) əlavə ödəniş edəcəyi təqdirdə mənzilin onun mülkiyyətinə veriləcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs5 razılığını alıb, həmin niyyətlə sonuncudan xx.xx.2014-cü il tarixdə MMC-nin ünvan 3 ünvanında yerləşən ofisində 17.124 (on yeddi min bir yüz iyirmi dörd) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MMC-nin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 m2 olan, 3 otaqlı 11 nömrəli mənzilin Zərərçəkmiş şəxs5 37.584 (otuz yeddi min beş yüz səksən dörd) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2014-cü il tarixli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MMC-nin möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs5 təqdim etdikdən sonra, sonuncuya məxsus 17.124 (on yeddi min bir yüz iyirmi dörd) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133,8 m2 olan, 4 otaqlı 24 nömrəli mənzilin xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən Zərərçəkmiş şəxs18 satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Zərərçəkmiş şəxs18 məxsus olduğunu bildiyi halda göstərilən mənzili almaq üçün 2014-cü ilin may ayında "xxxx" MMC-nin satış ofisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs6 gizlətməklə, sonuncuya həmin mənzilin 56.913 (əlli altı min doqquz yüz on üç) manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə sonuncudan xx.xx.2014-cü il tarixdə MMC-nin ünvan 3 ünvanında yerləşən ofisində 56.913 (əlli altı min doqquz yüz on üç) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MMC-nin 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133,8 m2 olan, 4 otaqlı 24 nömrəli mənzilin Zərərçəkmiş şəxs6 56.913 (əlli altı min doqquz yüz on üç) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2014-cü il tarixli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MMC-nin möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs6 təqdim etdikdən sonra, sonuncuya məxsus 56.913 (əlli altı min doqquz yüz on üç) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,1 m2 olan, 2 otaqlı 17 nömrəli mənzilin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, özü tərəfindən X2 baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün bu barədə məlumatı Zərərçəkmiş şəxs3 gizlətmək üçün sonuncuya binanın tikintisinin başa çatdırılması adı ilə əlavə ödəniş edəcəyi təqdirdə mənzilin onun mülkiyyətinə veriləcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs3 razılığını alıb, həmin niyyətlə sonuncudan xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətdə MMC-nin ünvan 3 ünvanında yerləşən ofisində hissə-hissə olmaqla ümumilikdə 3.000 (üç min) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 4-cü blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,1 m2 olan, 2 otaqlı 17 nömrəli mənzilin Zərərçəkmiş şəxs3 34.546 (otuz dörd min beş yüz qırx altı) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2016-cı il tarixli “Alqı-satqı” müqaviləsinə daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs3 təqdim etdikdən sonra, sonuncuya məxsus 3.000 (üç min) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 5-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 59,66 m2 olan, 1 otaqlı 28 nömrəli mənzilin "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs19 14.445 (on dörd min dörd yüz qırx beş) manata və xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X30 7.850 (yeddi min səkkiz yüz əlli) manat ilkin ödənişlə satılmasını bildiyi halda, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün bu barədə məlumatı X15 gizlətməklə, sonuncuya binanın tikintisinin başa çatdırılması adı ilə 7.883 (yeddi min səkkiz yüz səksən üç) manat əlavə ödəniş edəcəyi təqdirdə mənzilin onun mülkiyyətinə veriləcəyini xx.xx.2015-ci il tarixdə yalandan vəd verib, həmin əsasla Hökümə Mirzəyevanın razılığını alaraq, həmin niyyətlə sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs7 xx.xx.2015-ci il tarixdən xx.xx.2017ci il tarixədək müddətdə hissə-hissə olmaqla MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində ümumilikdə 4.250 (dörd min iki yüz əlli) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 5-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 59,66 m2 olan, 1 otaqlı 28 nömrəli mənzilin X30 10.850 (on min səkkiz yüz əlli) manat müqabilində satılması haqqında məlumatı xx.xx.2016-cı il tarixli, 156 nömrəli alqı-satqı müqaviləsinə daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri X30 təqdim etdikdən sonra, sonuncuya məxsus 4.250 (dörd min iki yüz əlli) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 88,8 m2 olan, 2 otaqlı 21 nömrəli mənzilin "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 30.902 (otuz min doqquz yüz iki) manata satılmasını bildiyi halda, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün bu barədə məlumatı Zərərçəkmiş şəxs1 gizlətməklə, sonuncuya binanın tikintisinin başa çatdırılması və yeni mənzillə təmin ediləcəyi adı ilə 14.000 (on dörd min) manat əlavə ödəniş edəcəyi təqdirdə mənzilin onun mülkiyyətinə veriləcəyini 2016-cı ilin iyun ayında yalandan vəd verib Zərərçəkmiş şəxs1 razılığını alıb, həmin niyyətlə sonuncudan xx.xx.2016-cı il tarixdə MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində ümumilikdə 14.000 (on dörd min) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 3-cü blok, 4-cü mərtəbəsində, ümumi sahəsi 88,8 m2 olan, 2 otaqlı 21 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 44.040 (qırx dörd min qırx) manat müqabilində satılması haqqında məlumatı gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2016-cı il tarixli, 107 nömrəli “Alqı-satqı” müqaviləsinə və xx.xx.2017-ci il tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs1 təqdim etdikdən sonra, sonuncuya məxsus 14.000 (on dörd min) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 m2 olan, 3 otaqlı 55 nömrəli mənzilin xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, özü tərəfindən X3 baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Ələkbər Əliyevə məxsus olduğunu bildiyi halda göstərilən mənzili almaq üçün 2017-ci ilin yanvar ayında "xxxx" MTK-nın satış ofisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs8 gizlətməklə, sonuncuya həmin mənzilin 61.440 (altmış bir min dörd yüz qırx) manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə sonuncudan xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində 61.440 (altmış bir min dörd yüz qırx) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 m2 olan, 3 otaqlı 55 nömrəli mənzilin Zərərçəkmiş şəxs8 61.440 (altmış bir min dörd yüz qırx) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2017-ci il tarixli, 203 nömrəli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs8 təqdim etdikdən sonra, sonuncuya məxsus 61.440 (altmış bir min dörd yüz qırx) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "Hayan-E” MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 75,1 m2 olan, 2 otaqlı 56 nömrəli mənzilin xx.xx.2012-ci il tarixli müqavilə əsasında özü tərəfindən X4 baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Orxan Xanəliyevə məxsus olduğunu bildiyi halda göstərilən mənzili almaq üçün 2017-ci ilin iyun ayında "xxxx" MTK-nın satış ofisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs9 gizlətməklə, sonuncuya həmin mənzilin 48.815 (qırx səkkiz min səkkiz yüz on beş) manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə sonuncudan xx.xx.2017-ci il tarixdə “PROGRESS- 2016" MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində 48.815 (qırx səkkiz min səkkiz yüz on beş) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 75,1 m2 olan, 2 otaqlı 56 nömrəli mənzilin Zərərçəkmiş şəxs9 48.815 (qırx səkkiz min səkkiz yüz on beş) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2017-ci il tarixli, 255 nömrəli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs9 təqdim etdikdən sonra, sonuncuya məxsus 48.815 (qırx səkkiz min səkkiz yüz on beş) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 75,1 m2 olan, 2 otaqlı 56 nömrəli mənzilin xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, özü tərəfindən X4 baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Orxan Xanəliyevə məxsus olduğunu bildiyi halda göstərilən mənzili almaq üçün 2017-ci ilin yanvar ayında "xxxx" MTK-nın satış ofisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs8 gizlətməklə, sonuncuya həmin mənzilin 48.064 (qırx səkkiz min altmış dörd) manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə Zərərçəkmiş şəxs8 xx.xx.2017-ci il tarixdə MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində 48.064 (qırx səkkiz min altmış dörd) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 2-ci blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 75,1 m2 olan, 2 otaqlı 56 nömrəli mənzilinin Zərərçəkmiş şəxs8 48.064 (qırx səkkiz min altmış dörd) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2017-ci il tarixli, 203 nömrəli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs8 təqdim etdikdən sonra, sonuncuya məxsus 48.064 (qırx səkkiz min altmış dörd) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu “Hayan-E" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 71,2 m2 olan, 2 otaqlı 35 nömrəli mənzilin "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X38 və qeyd edilən mənzilin xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs11 20.480 (iyirmi min dörd yüz səksən) manat ilkin ödənişlə satılmasını bildiyi halda, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün bu barədə məlumatı göstərilən mənzili almaq üçün 2018-ci ilin sentyabr ayında “PROGRESS-2016" MTK-nın satış ofisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs11 gizlətməklə, sonuncuya binanın tikintisinin başa çatdırılması adı ilə 7.120 (yeddi min bir yüz iyirmi) manat əlavə ödəniş edəcəyi təqdirdə mənzilin onun mülkiyyətinə veriləcəyini, 2018-ci ilin sentyabr ayında yalandan vəd verib Zərərçəkmiş şəxs11 razılığını alıb, həmin niyyətlə sonuncudan xx.xx.2018-ci il tarixdə MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində 7.120 (yeddi min bir yüz iyirmi) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 3-cü blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 71,2 m2 olan, 2 otaqlı 35 nömrəli mənzilin Zərərçəkmiş şəxs11 27.600 (iyirmi yeddi min altı yüz) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli, 300 nömrəli “Alqı-satqı” müqaviləsi və xx.xx.2018-ci il tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTKnın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs11 təqdim etdikdən sonra, sonuncuya məxsus 7.120 (yeddi min bir yüz iyirmi) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 101.6 m2 olan, 3 otaqlı 50 nömrəli mənzilin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, özü tərəfindən X1 baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Qasım Rüstəmova məxsus olduğunu bildiyi halda göstərilən mənzili almaq üçün 2018-ci ilin yanvar ayında "xxxx" MTK-nın satış ofisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs12 gizlətməklə, sonuncuya həmin mənzilin 65.880 (altmış beş min səkkiz yüz səksən) manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə Zərərçəkmiş şəxs12 xx.xx.2018-ci il tarixdə MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində dəyəri 55.880 (əlli beş min səkkiz yüz səksən) manata razılaşdırılmış “Mercedes Benz” markalı, “Sprinter" modelli avtomobili və əlavə olaraq 10.000 (on min) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 101.6 m2 olan, 3 otaqlı 50 nömrəli mənzilin Zərərçəkmiş şəxs12 55.880 (əlli beş min səkkiz yüz səksən) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli “Alqı-satqı” müqaviləsi və həmin tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs12 təqdim etdikdən sonra, sonuncuya məxsus 65.880 (altmış beş min səkkiz yüz səksən) manat məbləğində, eyni niyyətlə, direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 m2 olan, 3 otaqlı 55 nömrəli mənzilin xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, özü tərəfindən X31, bundan başqa xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, özü tərəfindən Zərərçəkmiş şəxs8 satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək üçün mənzilin Ələkbər Əliyevə məxsus olduğunu bildiyi halda göstərilən mənzili almaq üçün 2018-ci ilin may ayında "xxxx" MTK-nın satış ofisində özünə müraciət etmiş X33 gizlətməklə, sonuncuya həmin mənzilin 62.790 (altmış iki min yeddi yüz doxsan) manat müqabilində satılmasını razılaşdırıb, həmin niyyətlə sonuncudan xx.xx.2018-ci il tarixdə "xxxx" MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində 62.790 (altmış iki min yeddi yüz doxsan) manat pul vəsaitini aldıqdan sonra həmin ofisdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni "xxxx" MTK-nın 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.6 m2 olan, 3 otaqlı 55 nömrəli mənzilin X43 62.790 (altmış iki min yeddi yüz doxsan) manat müqabilində satılması haqqında məlumatları gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli “Alqı-satqı" müqaviləsinə və həmin tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri X43 təqdim etdikdən sonra, sonuncuya məxsus 62.790 (altmış iki min yeddi yüz doxsan) manat məbləğində olmaqla, ümumilikdə qeyd edilən qaydada 12 şəxsə - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X44, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, X56, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 məxsus cəmi 466.455 (dörd yüz altmış altı min dörd yüz əlli beş) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə mənzilin qanuni əsaslarla satıldığı 12 şəxsi - X21, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15. Zərərçəkmiş şəxs16 Müseyib oğlu, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, X45, X46, Zərərçəkmiş şəxs22, X39 və X40 qeyd olunan mənzilə faktiki sahib olmaq hüququndan məhrum etməklə onların hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən, həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq əmlak hüquqları əldə etməsinin təmin olunmasına nail olmaq məqsədilə X9 mənzillə təmin edilməsi üçün 2014cü ilin oktyabr ayında MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən ofisində özünə müraciəti ilə əlaqədar "HAYAN-E” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 43.6 m2 olan, 1 otaqdan ibarət 62 nömrəli mənzilin 14 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən Zərərçəkmiş şəxs27 12.933 (on iki min doqquz yüz otuz üç) manata satılmasından və mənzilin sonuncunun adına rəsmiləşdirilməsindən məlumatlı olmasına baxmayaraq, göstərilən halı X6 gizlətməklə, həmin niyyətlə Şamama Mustafayeva qarşısında özünü nüfuzlu və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə xx.xx.2014-cü il tarixdə MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın satış ofisində mənzilin satılmasına qanuni görüntü yaratmaq məqsədilə, sair niyyətlə bilə-bilə yalan, yəni Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 43.6 m2 olan 1 otaqdan ibarət 62 nömrəli mənzilin X10 12.000 (on iki min) manat müqabilində satılması haqqında gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2014-cü il tarixli “Alqı-satqı” müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb özündə saxladığı MMC-nin möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri X10 təqdim etməklə, eyni niyyəltə, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq əmlak hüquqları əldə etməsinin təmin olunmasına nail olmaq məqsədilə Zərərçəkmiş şəxs26 mənzillə təmin edilməsi üçün 2016-cı ilin aprel ayında MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən ofisində özünə müraciəti ilə əlaqədar "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 m2 olan, 2 otaqdan ibarət 30 nömrəli mənzilin 01 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, özü tərəfindən Zərərçəkmiş şəxs28 adına rəsmiləşdirilməsindən məlumatlı olmasına baxmayaraq, göstərilən halı Zərərçəkmiş şəxs26 gizlətməklə, həmin niyyətlə Zərərçəkmiş şəxs26 qarşısında özünü nüfuzlu və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə xx.xx.2016-cı il tarixdə MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın satış ofisində mənzilin satılmasına qanuni görüntü yaratmaq məqsədilə, sair niyyətlə bilə-bilə yalan, yəni Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 m2 olan 2 otaqdan ibarət 30 nömrəli mənzilin Zərərçəkmiş şəxs26 Əşrif oğluna 29.940 (iyirmi doqquz min doqquz yüz qırx) manat ilkin ödəniş müqabilində satılması haqqında gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2016-cı il tarixli “Alqı-satqı” müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb özündə saxladığı MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri mənzilin Zərərçəkmiş şəxs26 Əşrif oğluna təqdim etməklə, eyni niyyətlə, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq əmlak hüquqları əldə etməsinin təmin olunmasına nail olmaq məqsədilə Zərərçəkmiş şəxs24 mənzillə təmin edilməsi üçün 2017-ci ilin aprel ayında MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən ofisində özünə müraciəti ilə əlaqədar "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133 m2 olan 4 otaqdan ibarət 72 nömrəli mənzilin 10 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X27 tərəfindən X7 13.100 (on üç min bir yüz) manata satılmasından və mənzilin sonuncunun adına rəsmiləşdirilməsindən məlumatlı olmasına baxmayaraq, göstərilən halı Zərərçəkmiş şəxs24 gizlətməklə, həmin niyyətlə Zərərçəkmiş şəxs24 qarşısında özünü nüfuzlu və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə xx.xx.2017-ci il tarixdə MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın satış ofisində mənzilin satılmasına qanuni görüntü yaratmaq məqsədilə, sair niyyətlə bilə-bilə yalan, yəni Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133 m2 olan 4 otaqdan ibarət 72 nömrəli mənzilin Zərərçəkmiş şəxs24 42.560 manat müqabilində satılması haqqında gələcəkdə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək hüququ verməklə rəsmi sənəd hesab edilən xx.xx.2017-ci il tarixli “Alqı-satqı" müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışına daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta sənədləri imzalayıb özündə saxladığı MTK-nın möhür əksi ilə möhürləməklə bilə-bilə müvafiq saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs24 təqdim etməklə, mənzilin qanuni əsaslarla satıldığı şəxsləri - Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28 və X8 qeyd olunan mənzilə faktiki sahib olmaq hüququndan məhrum etməklə onların hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi şəxsi niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Elman Tağıyev onun uzaq qohumudur. Elman Tağıyev, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC adlı cəmiyyətlərin təsisçisi olmuşdur. 2011-ci il tarixdə Elman Tağıyev tutulandan sonra Elmanın qardaşı Rafiq onu rayondan Bakıya çağırmışdır. Ondan Bakıya gələrək onların düşdüyü bu bəlada yardımçı olmasını xahiş etmişdir. Qohumluq əlaqələri olduğundan o razılaşmışdır. Elman Tağıyevin əmri ilə xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-nin direktoru təyin olunmuşdur. Elmanla arasında hər hansı təhvil-təslim aktı tərtib edilməmişdir. O, 2011-ci ilin noyabr ayında "xxxx" MMC-nin inşa etdiyi binanı faktiki olaraq təhvil alanda binanın vəziyyəti 1-ci, 2-ci və 3-cü bloklarda 7 mərtəbə inşa edilmişdir. 4-cü blok isə təxmini olaraq 7-ci mərtəbəyə qədər ucaldılmışdı. 5-ci blokun zirzəmi və qeyri-yaşayış hissəsi inşa edilib yarımçıq vəziyyətdə durmuşdur. Layihədə 12 mərtəbəli olsa da, sonradan 14 mərtəbəli olmasına dair FHN-nin icazəsi və ekspertiza rəyi alınmışdır. 2011-ci ilin noyabrında Elmanın qardaşı Rafiq bildirmişdir ki, cəmiyyətin rəsmi olaraq direktoru qalmağı onlara bir neçə ay üçün lazımdır. 2 ay keçdikdən sonra vəziyyəti görüb Rafiqdən onu direktor vəzifəsindən azad etməsini xahiş etsə də, Rafiq ondan rəsmi olaraq direktor vəzifəsində qalmağını xahiş etmiş və bütün problemləri Elman ev dustaqlığına çıxdıqdan sonra onun tərəfindən həll ediləcəyini bildirmişdir. Elman 2012-ci ilin martında ev dustaqlığına buraxılmışdır. 2011-ci ilin noyabrından, yəni adı direktor kimi rəsmiləşdirildikdən sonra 2012-ci ilin martınadək, yəni Elman Tağıyevin ev dustağlığına buraxılmasınadək o, rəsmi olaraq heç bir yerə imza atmamışdır. Direktor kimi əmri veriləndən sonra işə gələndə ofisdə heç bir sənəd olmamışdır. O, 2011-ci ilin noyabrından ofisə gələndə binadan mənzil alanlar gördülər ki, yeni direktor gəlib və müqavilələrini göstərərək ona müraciət etməyə başlamışlar. Rafiq ondan xahiş etmişdir ki, "xxxx" MMCdəki zərərçəkmiş şəxslər bu binada mənzillə təmin olunacaqları təqdirdə onlar Elman Tağıyevdən şikayətçi olmayacaqlar və Elman azadlığa çıxaraq bütün məsələləri özü həll edəcəkdir. O, nə qədər onlardan binadakı mənzillərin satışı zamanı bağlanılan müqavilələrin siyahısını istəsə də, ona təqdim etməmişlər. O, Elman Tağıyev ev dustağlığına çıxanadək ona müraciət edən mənzil sahiblərinin siyahısını tutmaqla məşğul olmuşdur. Elman Tağıyev 2012-ci ilin mart ayında azadlığa çıxmış və ona bildirmişdir ki, müqavilələri istintaq və vergi orqanları götürüb, onluq bir şey yoxdur. Direktor olduğu müddətdə Payçıların Hüquqlarının Müdafiə Təşkilatı "xxxx" MMC-nin vaxtında rəsmi ümümi yığıncağın qərarı ilə 23 noyabr 2014-cü il tarixdə 2 saylı protokolda yaradılmış və qərara alınmışdır ki, "xxxx" MMC-də mənzil əldə etmiş şəxslər ödədikləri puldan əlavə hər kvadratmetrəyə görə 100 manat olmaqla Şahid tərəfindən açılmış bank hesabına köçürülsün və əldə edilmiş məbləğlər binanın tikintisinin davam etdirilməsinə xərclənsin. Həmin pullara o sərəncam verməmişdir, yığılan 100 manatlara sərəncam vermək səlahiyyəti Şahid olmuşdur. Bildiyi qədər həmin pullar da binaya xərclənmişdir. Sonradan "xxxx" MTK yaradılmış, 2016-cı ilin mart ayının 15-də qeydiyyatdan keçmişdir. Həmin vaxt Elman artıq həbsdə idi, o isə xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-nin təsisçisi Tağıyev Elmandan bütün payı notarial təsdiqli müqavilə ilə satın almışdır. 2014-cü ilin noyabrından 2018-ci ilin avqust ayına qədər olan müddət ərzində bütün fəaliyyəti PHMT-nın nəzarətində olmuşdur. 2017-ci ilin mayın 1-də binanın 4-cü blokunu 10-cu mərtəbədən, 5ci blokunu zirzəmi və qeyri-yaşayış hissəsindən olmaqla X58 Təsərrüfat aparılması haqqında müqavilə əsasında vermişdir və təhvil-təslim aktı tərtib edilərək, bütün sənədlər təqdim edilərək, imzalar atılmışdır. 2018-ci ilin sentyabr ayında ona təklif edilmişdir ki, Elman Tağıyevin 2006-cı ildən 2012-ci ilədək satmış olduğu ikili mənzillərdən 142 nəfər zərərçəkmiş şəxsi mənzillə təmin edə bilməyəcəksə, bütün işləri Emil Səməndərova təhvil versin, X66 öhdəsinə götürmüşdür ki, bütün zərərçəkən şəxslərin zərərini təmin edəcəkdir. O, həmin vaxtlarda ürək xəstəsi olub, beyninə qansızmanın fəsadları, şəkər, təzyiq baş qaldırdığından və PHMT-nın nəzarəti ilə şəxslərin zərərlərinin ödənilməsi, yəni mənzillə təmin edilməsinin mümkün olmayacağını bildirdiyindən ona "xxxx" MTK-nı Emil Səməndərova təhvil verməsini bildirmişlər. X66 öhdəsinə götürmüşdür ki, bütün zərərçəkənləri mənzillə təmin edəcəkdir. PHMT-nın nəzarəti ilə 2014-cü ilin noyabr ayından 2018-ci ilin sentyabr ayınadək həmin təşkilatın nəzarəti ilə Namiq Qaraşov və Zərərçəkmiş şəxs15la podrat müqavilələri bağlanmış və PHMT-nın nəzarəti ilə satılmış mənzillər ikinci dəfə podratçıların təqdim etdikləri şəxslərin adlarına rəsmiləşdirilməklə barter üsülu ilə ödənilməsi öhdəliyi götürülmüşdür. Həmin podratçılar həqiqətən də öz malmaterial və işçi qüvvəsi hesabına götürmüş olduqları öhdəlikləri yerinə yetiriblər. Tərəfindən MTK Emil Səməndərova təhvil verilərkən podratçılara verilməli olan mənzillərlə bağlı məsələ Emilə bildirilmiş, onların vermiş olduğu Forma 2-lər də Emil Səməndərova təhvil verilmişdir. Onun, əleyhinə ifadə verən şəxslərin heç birindən adlarına qeyd olunmuş mənzil qarşılığında nağd və ya köçürmə üsulu ilə heç bir məbləğdə pul almamışdır. Sadəcə bağladığı podrat müqaviləsinin şərtlərinə uyğun olaraq onların göstərdikləri şəxslərin adlarına yeni müqavilə və maliyyə arayışı tərtib edib möhür vurmaqla imzalayaraq onlara təqdim etmişdir. Podratçılar həmin şəxslərdən aldıqları pulları binanın tikintisinə sərf edilən mal-materialların və işçilərin maaşlarına ödəmişlər. Geriyə qalan məbləğlər isə onların qazancı olmuşdur. Zərərçəkmiş şəxslərə saxta müqavilə və maliyyə arayışları tərtib edib verməkdə əsas səbəb binanın tikintisini başa çatdırmaq omuşdur. İttiham aktında qeyd olunan zərərçəkmiş şəxslərin adlarına müqavilə bağlayıb, onlara maliyyə arayışları verməkdə məqsədi heç də dələduzluq etmək olmamışdır. Onlara maliyyə arayışları versə də həmin şəxslərdən demək olar ki, heç bir məbləğdə nağd pul almamışdır, həmin vaxt binada tikinti işləri apararkən orada bir sıra tikinti materiallarını barter yolu ilə almış və onun əvəzində də mənzilləri həmin tikinti materiallarını verən şəxslərin istəyi ilə müəyyən şəxslərin adlarına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında işin bu yerə gəlib çatdığına görə peşmançılığını bildirərək, onkoloji xəstə olmasının, yaşının nəzərə alınaraq onun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 12 iyul 2008-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 96.2 m2 ölçüdə olan, 2 otaqlı, 24 nömrəli mənzili həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X16 44.252 manat ödəməklə öz adına rəsmiləşdirmişdir. Ondan sonra isə ev başqasına satılıb, məhkəmə isə evi Sadıqova verib. Hal-hazırda həmin ev boşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, ondan ya evini, ya da pulunun geri qaytarmasını tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 19 iyun 2013-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, 96 m2 ölçüdə olan, 2 otaqlı 24 nömrəli mənzili həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilkin ödəniş olaraq 42.300 manat pul ödəməklə öz adına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs ilkin ödənişi ondan alıb "xxxx" MMC tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmiş 19 iyun 2013-cü il tarixli alqısatqı müqaviləsini təqdim etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs dövründə qalan 5.988 manatı da ödəmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs dövründə "xxxx" MMCnin adı dəyişdirilib "xxxx" MTK qoyulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs rəhbərliyi ilə sakinlər tərəfindən ümumi yığıncaq yaradılmaqla ümumi yığıncağın qərarı ilə binada yarımçıq qalmış tikinti işlərinin başa çatdırılması məqsədilə hər bir sakin tərəfindən öz mənzilinin ölçüsünə uyğun hər kvadrat metrə görə əlavə olaraq 100 manat pul ödənilməsi qərara alınmışdır. Lakin o, binada tikinti işləri aparılmadığı üçün MTK-ya əlavə ödəniş etməmişdir. O, mənzili alanda həmin mənzil başqa heç kimə satılmayıb,yəni o, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs deyil, hazırda da həmin ev onun mülkiyyətindədir və həmin evdə yaşayır. Odur ki, o, Təqsirləndirilən şəxs şikayətçi deyil, ondan heç bir tələbi yoxdur və məhkəmədən onun zərərçəkmiş şəxs kimi statusuna xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, "xxxx" MMC-dəki mənzillərin tikintisində usta kimi işləmiş və 68.000 manatlıq iş görmüşdür. Gördüyü işlərin qarşılığında Təqsirləndirilən şəxs ona 20.000 manat dəyərində mənzil verib və o, həmin mənzili qızı X22 adına rəsmiləşdirib. Daha sonra o, 18 fevral 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 4-cü blok, 5-ci mərtəbə, 75.1 m2 ölçüdə olan, 2 otaqlı 17 nömrəli mənzili həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs ona olan borcunun qarşılığında 30.040 manata alıb və qızı X22 adına rəsmiləşdirib. Onun mənzili ilə bağlı heç bir problemi yoxdur, mənzil ondadır. Lakin onun gördüyü işlərin qarşılığında almalı olduğu 48.000 manat Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə Zərərçəkmiş şəxs3 nümayəndəsi X47 bildirdi ki, atası Zərərçəkmiş şəxs3 22 fevral 2010-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83.7 m2 ölçüdə olan 2 otaqlı 32 nömrəli mənzili həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Elman Tağıyevə ilkin ödəniş kimi 20.000 manat pul ödəməklə öz adına rəsmiləşdirib. Həmin mənzilin qiyməti ümumilikdə 30.132 manat olmuşdur. Bundan sonra atası Elman Tağıyevin direktor olduğu dövrdə "xxxx" MMC-yə 15 iyul 2010-cu il tarixdə 4225 manat, 23 fevral 2011-ci il tarixdə 907 manat pul ödəyib. Beləliklə, Elman Tağıyevin direktor olduğu dövrdə atası MTK-nın direktoru vəzifəsinə Təqsirləndirilən şəxs adlı şəxs təyin edilib. Atası Təqsirləndirilən şəxs dövründə "xxxx" MMC-yə xx.xx.2015-ci il tarixədək dövr ərzində binada tikinti işlərinin aparılmaması səbəbindən bir dəfə 500 manat pul ödəyib və 21 noyabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs atasına satılmış mənzilin Elman Tağıyev tərəfindən ondan qabaq başqa şəxsə satıldığını, ona görə onu başqa mənzillə təmin edəcəyini bildirib. Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixli müqavilə əsasında binanın 4cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 75.1 m2 olan 2 otaqlı, 17 nömrəli mənzili atasının adına rəsmiləşdirilmişdir. Bir müddət sonra sakinlərin ümumi yığıncağının qərarı ilə binanın tikintisinin başa çatdırılması məqsədilə hər bir sakin öz adına rəsmiləşdirilmiş mənzilin ölçüsünə uyğun olaraq hər kvadrat metr üçün əlavə olaraq 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, atası da öz növbəsində Təqsirləndirilən şəxs 3000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs atasına verdiyi 27 mart 2016-cı il tarixli, 04 saylı müqavilə ilə 4-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 75.1 m2 olan 2 otaqlı 17 nömrəli mənzil onun adına rəsmiləşdirilib. Təqsirləndirilən şəxs atasına vurduğu zərər sonradan ödədikləri 3000 manat puldur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 bildirmişdir ki, o, xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC-nin satış ofisində MMC-nin rəhbəri X12 binanın 2-ci blokunda yerləşən 11 nömrəli mənzilini almışdır. Sonradan onun istəyi ilə mənzilini dəyişib 1 otaqlı ev alıb, lakin həmin mənzilinin də sonradan başqa şəxsə satıldığını öyrənib. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 27 yanvar 2007-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "HAYAN-E” MMC tərəfindən inşa edilən yaşayış binasının 2-ci blok, 3cü mərtəbə, 96 m2 ölçüdə olan, 3 otaqlı, 11 nömrəli mənzilini həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X16 ilkin ödəniş olaraq 5.220 manat pul ödəməklə 27 yanvar 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. Qeyd etmişdir ki, mənzilin ümumi dəyəri 37.584 manat olduğu üçün o, ilkin ödənişdən sonra aybaay olmaqla Elman Tağıyevə ümumilikdə 27.364 manat pul ödəmişdir. Bir müddət sonra Elman Tağıyev "xxxx" MMC-dən kənarlaşdırılmış, əvəzinə MTK-nın direktoru vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmişdir. O, Təqsirləndirilən şəxs dövründə MTK-ya 5.000 manat pul ödəmişdir. Həmin ödənişdən sonra Təqsirləndirilən şəxs tərəfindən ona “PROGRESS-2016" MTK-nın adından xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. Həmin maliyyə arayışı əsasında binanın 2-ci blok, 3-cü mərtəbə, 96 m2 ölçüdə olan, 3 otaqlı, 11 nömrəli mənzilinin dəyərinin, yəni 37.584 manat pulun tam şəkildə ödənildiyi təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs dövründə sakinlər tərəfindən ümumi yığıncaq yaradılmışdır və ümumi yığıncağın qərarı ilə binada yarımçıq qalmış tikinti işlərinin başa çatdırılması məqsədilə hər bir sakin tərəfindən öz mənzilinin ölçüsünə uyğun hər kvadrat metrə görə əlavə olaraq 100 manat pul ödənilməsi qərara alınmışdır. O da öz növbəsində Təqsirləndirilən şəxs dövründə MTK-ya əlavə olaraq 3.000 manat pul ödəmişdir. Daha sonra Emin Səməndərov adlı şəxs onun mənzilini Rasim adlı şəxsə verib, lakin Rasim adlı şəxs həmin evin Zərərçəkmiş şəxs5 məxsus olduğunu bildiyindən həmin evdən imtina etmiş və mülki qaydada Emin Səməndərovdan öz evini almışdır. Daha sonra Emin Səməndərov onun mənzilini sənədlərdə saxtalaşdırma edərək Lətafət adlı şəxsə satıb. Bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət edib və işi hazırda məhkəmədə hazırkı cinayət işinə görə dayandırılıb. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi statusuna xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 03 avqust 2007ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü blokun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 m2 ölçüdə olan 4 otaqlı 24 nömrəli mənzilini həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X16 56.913 manat pul ödəməklə öz adına rəsmiləşdirmişdir. Elman Tağıyev ödənişi alıb "xxxx" MMC tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmiş 03 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı təqdim etmişdir. Sonradan Təqsirləndirilən şəxs dövründə onun evinin başqa şəxsə satıldığını öyrənib. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 27 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 133.8 m2 ölçüdə olan, 4 otaqlı 24 nömrəli mənzilini həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs 56.913 manat ödəniş etməklə öz adına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs ödənişi alıb “HAYANE" MMC tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmiş 27 may 2014-cü il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışını təqdim etmişdir. Sonradan ona məlum olub ki, həmin mənzil Təqsirləndirilən şəxs dövründə başqa şəxsə satılıb. Təqsirləndirilən şəxsdən şikayətçidir, evini və ya pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 03 fevral 2007-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 5-ci blok, 7-ci mərtəbə, 49.3 m2 ölçüdə olan, 1 otaqlı 28 nömrəli mənzilini həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X16 5.220 manat ilkin ödəniş etməklə öz adına rəsmiləşdirmişdir. Elman Tağıyev ödənişi ondan alıb "xxxx" MMC tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmiş 03 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsi vermişdir. Müqavilədə mənzilin ümumi dəyəri 23.171 manat olmaqla, 5220 manat ilkin ödəniş edildiyi, 14938 manat qalıq qaldığı qeyd edilmişdir. O da həmin vaxtdan sonra Elman Tağıyevin dövründə MMC-yə 9.225 manat əlavə ödəniş etmişdir. Sonradan mənzilin tikintisinə başlanmadığından o, məhkəməyə şikayət etmiş və məhkəmə onun ödədiyi pulun geri qaytarılması barədə qərar qəbul etmişdir. Bir neçə ay bundan əvvəl ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 2012-ci ilin yay aylarında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC-nin satış ofisində həmin MMCnin direktoru X16 7850 (yeddi min səkkiz yüz əlli) manat ödəniş etməklə binada 3-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 133.8 m2 ölçüdə olan, 4 otaqlı 24 nömrəli mənzili öz adına rəsmiləşdirmişdir. Daha sonra Elman Tağıyevin əvəzinə MMC-nin dirüktoru vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmişdir. Təqsirləndirilən şəxs dövründə o, MMC-yə əlavə olaraq 4250 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs ödənişi alıb "xxxx" MTK tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmiş 25 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsini təqdim etmişdir. Həmin müqavilə əsasında binada 5-ci blok, 4-cü mərtəbə, 59.66 m2 ölçüdə olan, 1 otaqlı 28 nömrəli mənzil onun adına rəsmiləşdirilmişdir. Sonardan ona məlum olub ki, həmin mənzil həm ondan əvvəl, həm də ondan sonra başqa şəxslərə satılıb. Təqsirləndirilən şəxsdən şikayətçidir, ya ona ona vurulmiş ziyanı ödəməsini, ya da evinin verilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 2016-cı ilin sonlarında tanışı Namiq ona Xırdalanda inşa edilən binada tikinti işlərinin başa çatdırılması üçün tikinti materiallarının lazım olduğunu bildirib. Həmin vaxt imkanı olduğundan Təqsirləndirilən şəxs 48 min manat dəyərində tikinti materialları və 13 min nağd pul verib. Bir müddət sonra Təqsirləndirilən şəxs ona maliyyə arayışı "xxxx" MTK-da yerləşən bir mənzili qohumu Qənbərov Asifin adına rəsmiləşdiriblər. Sonra Təqsirləndirilən şəxs MTK-dan kənarlaşdırılıb və o, həmin vaxtdan sonra heç bir əlavə ödəniş etməyib. Səməndərov Emil dəfələrlə ondan müqaviləni geri istəyib, lakin o qaytarmayıb, hazırda isə bilir ki, evi başqa adama veriblər. Təqsirləndirilən şəxsdən şikayətçidir, ondan pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 26 dekabr 2006cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC-nin satış ofisində X16 30.902 manat pul ödəməklə yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, 88.8 m2 ölçüdə olan 2 otaqlı 21 nömrəli mənzilini həyat yoldaşı X11 adına rəsmiləşdirmişdir. Elman Tağıyev ödənişi ondan alıb "xxxx" MMC tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmiş alqı-satqı müqaviləsi və maliyyə arayışı vermişdir. Sonradan Təqsirləndirilən şəxs MTK-nın direktoru olduğu dövrdə onun mənzili başqa şəxslərə satılıb və bu məsələ ilə bağlı mülki qaydada da məhkəmə prosesləri olub və sonuncu Ali Məhkəmənin qətnaməsi ilə mənzilin ona məxsus olduğu təsdiq edilib. Hazırda həmin mənzildə heç kim yaşamır. Təqsirləndirilən şəxsdən şikayətçidir, ondan mənzilini və ya pulunun qaytarılmasını tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 2011-ci ilin iyun ayında o, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa edilən binadan MMC-nin sədri Elman Tağıyevə 44.040 manat pul ödəməklə həmin binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78 m2 olan 2 otaqdan ibarət nömrəsini xatırlamadığı mənzili almışdır. Sonradan həmin MMC-nin adı dəyişdirilərək "xxxx" MTK qoyulmuş və həmin MTK-nın sədri Təqsirləndirilən şəxs təyin edilmişdir. 2016ci ildə bina tam tikilmədiyindən o, Rafiqdən mənzili hazır mənzilə dəyişməyi xahiş etmişdir, Təqsirləndirilən şəxs da öz növbəsində onun adına rəsmiləşdirilmiş mənzili həmin binanın 3-cü blokunun, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 m2 olan 2 otaqdan ibarədə 21 nömrəli mənzilə dəyişmişdir və buna görə ondan 14.000 manat pul almışdır. Ona ümumilikdə 41 min manat ziyan dəyib, evi isə Bəsti Məlikovaya qaytarılıb. Təqsirləndirilən şəxsdən şikayətçidir, ya ona ona vurulmiş ziyanı ödəməsini, ya da evinin verilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X34 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, xx.xx.2013-cü il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa edilən binanın MMC-nin satış ofisində həmin MMC-nin sədri Təqsirləndirilən şəxs 38.112 manat pul ödəməklə həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 m2 olan 3 otaqdan ibarət 55 nömrəli mənzilini qardaşı oğlu X23 adına rəsmiləşdirmişdir. Sonardan Təqsirləndirilən şəxs onlara ərizə yazıdrıb ki, ev satılsın və pulları geri qaytarılsın, lakin Təqsirləndirilən şəxs onlara heç bir məbləğ qaytarmayıb. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 06 yanvar 2017-ci il tarixdə ünvan 6 ünvanında yerləşən "xxxx" MTK-nın satış ofisində MTK-nın direktoru Təqsirləndirilən şəxs 61.440 manat məbləğində ödəniş edib binanın 2-ci blok, 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 96.0 m2 olan 3 otaqlı, 55 saylı mənzilini və 48.064 manat ödəniş etməklə binanın 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 75.1 m2 olan, 2 otaqdan ibarət 56 nömrəli mənzilini öz adına rəsmiləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, evi ondan əvvəl də, ondan sonra da başqa şəxslərə satılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, xx.xx.2012-ci il tarixdə oğlu Orxan Xanəliyevlə "xxxx" MTK-nın rəhbəri Təqsirləndirilən şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışı əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa edilən binanın 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 75.1 m2 olan, 2 otaqdan ibarət 56 nömrəli mənzil qardaşı X24 adına rəsmiləşdirilmişdir. Bundan əvvəl o, Həzi Aslanovdan ev almışdı, lakin orada onu aldadıb "xxxx" MTK-ya yönləndiriblər. Hal-hazırda evi özündədir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 05 aprel 2007-ci il tarixdə”HAYAN-E” MMC-nin direktrou vəzifəsində işləyən Tağıyev Elmandan 02 ədəd mənzil alıb. Hər iki mənzil üçün ayrı-ayrılıqda 41.305 manat məbləğində ödəniş edib. X59 tutulduğundan MTK-nın direktoru vəzifəsinə Təqsirləndirilən şəxs gəlib. Bundan sonra o bir neçə dəfə aldığı mənzillərin tikintisi ilə maraqlansa da, Təqsirləndirilən şəxs hər dəfəsində onu aldadıb, tezliklə mənzillərinin tikintisinə başlanacağını deyib. Bundan sonra o, 2015-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət edib və məhkəmə mənzillərin alqı-satqısı ilə bağlı müvaliləri etibarsız hesab edərək, "xxxx" MMC tərəfindən ona vurulmuş ziyanın ödənilməsi barədə qərar çıxarıb, lakin Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməyib. Sonradan 2016-cı il tarixdə "xxxx" MTK-nın hüquqi varisi kimi "xxxx" MTK təşkil edilib və Emin Səməndərov həmin MTK-nın direktoru olub. Daha sonra ona məlum olub ki, onun mənzilləri Təqsirləndirilən şəxs tərəfindən başqa şəxslərə də satılıb. Təqsirləndirilən şəxsdən şikayətçidir, ondan pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 2017-ci ilin yay aylarında Abşeron rayonu, Xırdalan şəhərində ev almaq üçün "xxxx" MTKnın ünvan 7 ünvanında yerləşən binasına baş çəkmişdir. Orada həmin MMC-nin rəhbəri Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt ona bir neçə iki otaqlı mənzilin siyahısını göstərmişdir. Həmin vaxt o, 15 mərtəbəli binanın 2-ci blokunda 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 75.1 m2 olan, 2 otaqlı, 56 nömrəli mənzili almaq barədə qərara gəlmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs həmin evi 48.815 manata satdığını bildirmişdir. Belə ki, o, 01 iyun 2017-ci il tarixdə Təqsirləndirilən şəxsla "xxxx" MTK-nın ofisində görüşüb sonuncuya 48.815 manat məbləğində pul vəsaitini təqdim etmişdir. Təqsirləndirilən şəxs elə həmin vaxt binanın 2-ci blokunda 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 75.1 m2 olan, 2 otaqlı, 56 nömrəli mənzilin onun adına rəsmiləşdirilməsi barədə 01 iyun 2017-ci il tarixli, 255 nömrəli müqaviləni və həmin tarixli maliyyə arayışını təqdim etmişdir. Sonradan evin tikintisi ilə maraqlanmaq üçün MTK-ya getdikdə X68 Nəsirovun işdən çıxdığını, onun aldadıldığını və evinin 2012-ci ildə başqa şəxsə satıldığını demişdir. Sonra o, məhkəməyə müraciət etmiş və məhkəmə onun ödədiyi məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 05 noyabr 2009cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə, 71.2 m2 ölçüdə olan 2 otaqlı 35 nömrəli mənzilini həmin vaxt “HAYAN-E" MMCnin direktoru vəzifəsində işləyən Elman Tağıyevə 20.480 manat pul ödəməklə öz adına rəsmiləşdirmişdir. Bir müddət sonra Elman Tağıyev “HAYAN-E" MMC-dən kənarlaşdırılmış, onun əvəzinə MTK-nın direktoru vəzifəsinə Təqsirləndirilən şəxs adlı şəxs təyin edilmişdir. Təqsirləndirilən şəxs dövründə “HAYAN-E" MMC-nin adı dəyişdirilib "xxxx" MTK qoyulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs rəhbərliyi ilə sakinlər tərəfindən ümumi yığıncaq yaradılıb və ümumi yığıncağın qərarı ilə binada yarımçıq qalmış tikinti işlərinin başa çatdırılması məqsədilə hər bir sakin tərəfindən öz mənzilinin ölçüsünə uyğun hər kvadrat metrə görə əlavə olaraq 100 manat pul ödənilməsi qərara alınmışdır. O da öz növbəsində Təqsirləndirilən şəxs dövründə MTK-ya 7.120 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində ona xx.xx.2018-ci il tarixli, 300 nömrəli müqavilə və xx.xx.2018-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Həmin maliyyə arayışı və müqavilə əsasında yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə, 71.2 m2 ölçüdə olan, 2 otaqlı 35 nömrəli mənzil onun adına rəsmiləşdirilmişdir. Ona vurulmuş zərər, yəni Təqsirləndirilən şəxs verdiyi 7.120 manat "xxxx" MTK tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MTK-nın satış ofisində MTK-nın sədri Təqsirləndirilən şəxs 55.880 manat pul verib həmin binada 2-ci blok, 13-cü mərtəbə, 101.6 m2 ölçüdə olan 3 otaqlı 50 nömrəli mənzili öz adına rəsmiləşdirmişdir. Lakin həmin evin sənədləri Təqsirləndirilən şəxs tərəfindən ona verilməyib, ona görə də o, evə faktiki sahiblik edə bilmir. Təqsirləndirilən şəxsdən şikayətçidir, mənzilini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 14 iyun 2007-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü blok, 11-ci mərtəbə, 43.4 m2 ölçüdə olan 1 otaqlı 62 nömrəli mənzilini həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Elman Tağıyevə 12.933 manat pul ödəməklə öz adıma rəsmişləşdirib. Elman Tağıyev ödənişi alıb onun adına "xxxx" MMC tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmiş 14 iyun 2007-ci il tarixli, 140 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı verib. Sonradan o, mənzilinin başqa şəxsə də satılmasını bilib. Təqsirləndirilən şəxsdən şikayətçidir, evini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 01 sentyabr 2006-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, 49.3 m2 ölçüdə olan 1 otaqlı 13 nömrəli mənzilini həmin vaxt "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X16 ilkin ödəniş olmaqla 5.220 manat ödəyib öz adına rəsmiləşdirmişdir. Elman Tağıyev ödənişi alıb "xxxx" MMC tərəfindən verilmiş, imza və möhürlə təsdiq edilmiş 01 sentyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi vermişdir. Həmin vaxtdan sonra Elman Tağıyevin MMC-nin direktoru olduğu dövrdə MMC-yə əlavə olaraq 11.674 manat pul ödəmişdir. Elman Tağıyev həmin vaxt ona 1 otaqlı 13 nömrəli mənzili binanın 2-ci blok, 8-ci mərtəbəsində yerləşən, 97 m2 ölçüdə olan, 3 otaqlı 30 nömrəli mənzillə əvəz etməyi təklif etmişdir. O da Elman Tağıyevlə razılaşmışdır. Belə ki, Elman Tağıyev tərəfindən ona verilmiş xx.xx.2011-ci il tarixli müqavilə əsasında binanın 2ci blok, 8-ci mərtəbəsində yerləşən, 97 m2 ölçüdə olan, 3 otaqlı 30 nömrəli mənzili onun adına rəsmiləşdirilmişdir. Həmin müqavilədə 16.894 manat ilkin ödəniş edildiyi, 12.206 manat qalıq qaldığı qeyd edilmişdir. Bir müddət sonra Elman Tağıyev "xxxx" MMC-dən kənarlaşdırılmış, əvəzinə MTK-nın direktoru vəzifəsinə Təqsirləndirilən şəxs adlı şəxs təyin edilmişdir. Təqsirləndirilən şəxs dövründə MMC-yə mənzilin qalıq pulundan 7.546 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli müqavilə ilə binanın 1-cİ blok, 8-ci mərtəbəsində yerləşən, 88.8 m2 ölçüdə olan, 2 otaqlı 30 nömrəli mənzili onun adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs MTK-ya rəhbərlik etdiyi dövr ərzində 1300 manat ödəniş etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs MTK-dan kənarlaşdırıldı və onun əvəzinə direktor vəzifəsinə X48 təyin edilmişdir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 2005-2006-cı illərdə "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X16 25.000 manat ödəniş etməklə mənzil almışdır. Sonra həmin MMC tərəfindən tikilmiş binada mənzillərin ikili satış əsasında müxtəlif şəxslərə satıldığı müəyyən edilmiş və Elman Tağıyev MMC-dən kənarlaşdırılmışdır. Daha sonra MMC-nin direktoru vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda “HAYAN-E" MMC tərəfindən inşa edilən yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 88.8 m2 ölçüdə olan, 2 otaqlı 30 nömrəli mənzili onun adına rəsmiləşdirmişdir. Sonradan öyrənib ki, Elman Tağıyevin dövründə evi ondan başqa 2 nəfərə də satılıb, lakin müqaviləsini Təqsirləndirilən şəxs dövründə yeniləyib. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 10 sentyabr 2008-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilən 12 mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 133.6 m2 ölçüdə olan 4 otaqlı, 72 nömrəli mənzilini öz adına rəsmiləşdirmişdir. 72 nömrəli mənzili öz adına rəsmiləşdirmək üçün həmin vaxt "Hayan-E” MMC-nin direktoru vəzifəsində işləyən Elman Tağıyevə ilkin olaraq 13100 manat pul ödəmişdir. Mənzilin ümumi qiyməti 54.108 manat təşkil etmişdir. O, Elman Tağıyevlə danışıb ilkin ödənişdən sonra aybaay mənzilin pulunu ödəməyə razılıq almışdır. Həmin vaxtdan sonra təxminən 2 il ərzində Elman Tağıyevə hissə-hissə olmaqla ümumilikdə 7550 manat pul ödəmişdir. Sonradan MTK-nın direktoru olan Təqsirləndirilən şəxs 15 min manat ödəniş etmişdir. Lakin onun mənzili faktiki olaraq ona verilməmişdir və bildiyinə görə başqa şəxsə satılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o, 2017-ci ilin aprel ayında tanışı X50 "xxxx" MTK tərəfindən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa edilən binanın özünə məxsus 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133 m2 ölçüdə olan, 4 otaqlı, 72 saylı mənzilini 42.500 manat satdığını bildirmişdir. O, Vidadi Əsgərovla birlikdə həmin mənzilə baxıb sonuncu ilə razılaşmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın satış ofisində Vidadi Əsgərova 42.500 manat pul ödəmişdir. Vidadi Əsgərov da öz növbəsində binanın 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133 m2 ölçüdə olan, 4 otaqlı, 72 saylı mənzilindən imtina etməsi və həmin mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizə ilə MTK-ya müraciət etmişdir. Bundan sonra MTK-nın sədri Təqsirləndirilən şəxs ona "xxxx" MTK-nın adından xx.xx.2017-ci il tarixli, 232 nömrəli müqaviləni təqdim etmişdir. Müqavilə əsasında binanın 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133 m2 ölçüdə olan, 4 otaqlı, 72 saylı mənzili onun adına rəsmiləşdirilmişdir. Sonradan ona məlum olub ki, evi ondan sonra başqa şəxsə də satılıb. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "HAYAN-E” MMC-nin satış ofisində MMC-nin rəhbəri Təqsirləndirilən şəxs 28.771 manat ödəniş edib binada 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 88.8 m2 olan iki otaqlı 26 nömrəli mənzili qızı X25 adına rəsmiləşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra ona öz imzası və "HAYAN-E” MMC-nin möhürü lə təsdiqlənmiş 05 aprel 214-cü il tarixli, 626 nömrəli müqavilə və həmin tarixli maliyyə arayışını təqdim etmişdir. Məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs23 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, 15 fevral 2006-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda “HAYAN-E" MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə, 71.2 m2 ölçüdə olan 2 otaqlı 35 nömrəli mənzilini həmin vaxt “HAYAN-E" MMC-nin direktoru vəzifəsində işləyən Elman Tağıyevə 21.120 manat pul ödəməklə öz adına rəsmiləşdirmişdir. Bundan başqa o, xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MTK-nın satış ofisində Təqsirləndirilən şəxs 63.505 manat ödəniş etməklə yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə, 97.7 m2 ölçüdə olan, 3 otaqlı, 50 nömrəli mənzilini öz adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs16 Müseyib oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, xx.xx.2009-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "HAYAN-E” MMC-nin satış ofisində MMC-nin rəhbəri X12 binanın 1-ci blokunda yerləşən 2 nömrəli mənzilini almışdır. Bir müddət sonra MMC-nin direktoru vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2016-cı il tarixli müqavilə ilə onun mənzili dəyişdirilərək binada 1-ci blok, 7-ci mərtəbəsində, ümumi sahəsi 88,8 m2 olan, 2 otaqlı 26 nömrəli mənzil onun adına rəsmiləşdirilmişdir. Məhkəmədə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs25 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, 29 oktyabr 2014-cü il tarixdə X35 15.000 manat ödəniş edib "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış binasının 3-cü blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 43.6 m2 ölçüdə olan, 1 otaqlı 62 nömrəli mənzilini bacısı X9 adına rəsmiləşdirmişdir. Həmin vaxt MMC-nin direktoru vəzifəsində işləyən Elman Tağıyev, Malik Sultanovun mənzildən imtina barədə ərizəsini aldıqdan sonra "xxxx" MMC tərəfindən verilmiş, imza və möhürlə Şamama Mustafayevanın adına təsdiq edilmiş 19 oktyabr 2014cü il tarixli alqı- satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı vermişdir. Maliyyə arayışında mənzilin eləyəri 12.000 manat qeyd edilmişdir. Bir müddət sonra Elman Tağıyev "xxxx" MMC-dən kənarlaşdırılmış, onun əvəzinə MTK-nın direktoru vəzifəsinə Təqsirləndirilən şəxs adlı şəxs təyin edilmişdir. Təqsirləndirilən şəxs dövründə "xxxx" MMC-nin adı dəyişdirilib "xxxx" MTK qoyulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs rəhbərliyi ilə sakinlər tərəfindən ümumi yığıncaq yaradılmış və ümumi yığıncağın qərarı ilə binada yarımçıq qalmış tikinti işlərinin başa çatdırılması məqsədilə hər bir sakin tərəfindən öz mənzilinin ölçüsünə uyğun hər kvadrat metrə görə əlavə olaraq 100 manat pul ödənilməsi qərara alınmışdır. O da öz növbəsində Təqsirləndirilən şəxs dövründə MTK-ya əlavə olaraq 4.330 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində ona "xxxx" MTK-nın adından binanın 3-cü blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 43.3 m2 ölçüdə olan, 1 otaqlı 62 nömrəli mənzilin bacısı Şamama Mustafayevanın adına rəsmiləşdirilməsinə dair xx.xx.2016-cı il tarixli, 163 nömrəli müqavilə və həmin tarixli maliyyə arayışı vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs MTK-dan kənarlaşdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs25 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ondan hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, payçılar öz aralarından 9-11 nəfər seçərək işçi qrupu yaratsa da, Təqsirləndirilən şəxs bu qrupun rəsmi qeydiyyatdan keçməsinə imkan verməmişdir. Odur ki, bu işçi qrupun nəinki heç bir sərəncamverici hüququ olmadığı səbəbindən Təqsirləndirilən şəxs idarəetmə işlərinə heç bir halda müdaxilə edə bilmirdilər, əksinə işçi qrupun fəaliyyət göstərməsi üçün adi otaqları olmadığı səbəbindən bütün hallarda Təqsirləndirilən şəxs asılı vəziyyətə salınmışdır. Bu işçi qrup yalnız həftədə bir dəfə Təqsirləndirilən şəxs icazəsi ilə toplanaraq, icra olunmuş işlər və qabaqda görülməsi zəruri olan işlər barəsində payçılara məlumat vermiş, payçılarla məsləhətləşmələr apararaq Cəmiyyətin rəhbərliyinə müvafiq tövsiyyələr verirmişlər, tikintinin sürətlənməsi üçün payçıların yaxından iştirak etməsinə köməklik göstərmişlər. Daha sonra o, qeyd etmişdir ki, həmin dövrdə Cəmiyyətin bank hesabı bağlı olduğundan və payçıların etimadsızlığı səbəbindən pul yığımı çox ləng getmişdir. Odur ki, 2014-cü ilin sonlarında payçıların tələbi ilə Cəmiyyətin yaxınlığında yerləşən Texnika Bankda onu adına hesab açılaraq 2015-ci ilin oktyabr ayınadək aktiv olmuş, həmin hesaba payçılar tərəfindən ianə formasında pul ödənişləri olmuş, köçürülmüş həmin pullar nəzarət qrupunun nümayəndələrinin iştirakı ilə bank hesabından götürülərək Cəmiyyətin xəzinəsinə təhvil verilərək, ödəyicilərin hər birinin adına müvafiq qəzv verilmişdir. Bu pullar Cəmiyyətin xəzinəsinə daxil olduqdan sonra aidiyyatı üzrə sərf edilmiş və pul uçotunda təyinatları üzrə göstərilmişdir. Bu dövrdə həm onun adına açılmış hesaba, həm də etimad edən payçılar paralel olaraq Cəmiyyətin xəzinəsinə pul ödəmişlər. Odur ki, bu metodla pul ödənişi əlverişsiz olduğundan və payçıların bir başa bu işdə nəzarəti olduğundan 2015-ci ilin oktyabr ayından onun bank hesabı dayandırılmış və bundan sonra isə pullar birbaşa Cəmiyyətin xəzinəsinə ödənilmişdir. Onun bank hesabı aktiv olduğu və sonrakı dövrlərdə mən şəxsən heç kimdən nağd pul almamışdır və bunu qadağan etdiyi üçün, bütün hallarda pullar ya banka, ya da Cəmiyyətin xəzinəsinə ödənilmiş və hər bir ödəniş üçün MMC-nin möhürü ilə təsdiq olunmuş müvafiq qəbz verilmiş, pullar təyinatı üzrə sərf edilmişdir. MTK-nın möhürü Təqsirləndirilən şəxs olduğundan o özü istədiyi adama mənzil satmışdır. Bəzi alqı-satqı müqavilələrindən onların ümumiyyətlə xəbəri olmamışdır. O cümlədən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X51, Zərərçəkmiş şəxs6, X44, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, X56, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 mənzil satmasından xəbəri yoxdur, onlardan alınmış pul vəsaiti MTK-nın xəzinəsinə daxil edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən tərtib edilmiş xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı əmlak müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs14 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, X22 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs16 Müseyib oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi, X25 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, 626 nömrəli “Alqı-satqı” müqaviləsi və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs17 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsi, Zərərçəkmiş şəxs18 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsi, Zərərçəkmiş şəxs6 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs19 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, 156 nömrəli alqı-satqı müqaviləsi, X13 adına rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, 107 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2017-ci il tarixli maliyyə arayışı, X23 adına rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 203 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X24 adına rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs9 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 255 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 203 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X36 adına rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs11 adına rəsmiləşdirilmiş xx.xx.2009 və xx.xx.2018-ci il tarixli, 300 nömrəli alqı-satqı müqavilələri və xx.xx.2018-ci il tarixli maliyyə arayışı, X17 adına rəsmiləşdirilmiş 01,06.2017-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X37 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli “Alqı-satqı” müqaviləsi və həmin tarixli maliyyə arayışı, bundan başqa X9 adına rəsmiləşdirilmiş 14 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs27 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs26 adına rəsmiləşdirilmiş 01 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs28 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs24 adına rəsmiləşdirilmiş 10 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi, X5 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs kimi statuslarına xitam verilməsi barədə vəsatətləri ilə bağlı qeyd edir ki, məhkəmə tərkibi həmin vəsatətləri yerində müşavirə edərək rədd etsə də, hazırkı hökmdə də həmin vəsatətlərə qiymət verməyi zəruri hesab edir. Belə ki, Cinayət Prosessual Məcəllənin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Göründüyü kimi şəxsə hətta mənəvi zərər dəyməsinə kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Məhkəmə zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 münasibətdə qeyd edir ki, həmin şəxslərin aldıqları mənzillərin daha əvvəl və ya sonradan direktoru Təqsirləndirilən şəxs olan MTK tərəfindən başqa şəxslərə satılması ilə əlbəttə ki, həmin şəxslər bu əməli törətmiş şəxsin hərəkəti ilə zərər görmüşlər. Yəni cinayət əməli törədilən vaxt qeyd edilən şəxslər artıq CPM-nin 87.1-ci maddəsində nəzərdə tutulan zərərçəkən şəxslərə aid olurlar. Sonradan mülki icraat qaydasında mübahisəli mənzilin hansı şəxsə aid olmasının, mənzilə dair kimin hüququnun tanınması isə cinayət mühakimə icraatı qaydasında həmin şəxsi zərərçəkmiş şəxs statusundan məhrum edə bilməz. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs verilən ittihamda qeyd edilən mənzillərlə bağlı məhkəməyə təqdim edilmiş mülki icraat qaydasında baxılan işlərlə əlaqədar qəbul edilmiş məhkəmə aktlarına münasibətdə qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə artıq qanuni qüvvəyə minib icra olunmuş məhkəmə aktı ilə mənzil Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Digər mülki qaydada mübahisələndirilən mənzilin isə Zərərçəkmiş şəxs5 və ya başqa şəxsə aid olması, həmin mənzilə hansı şəxsin hüququnun tanınması məsələsi mülki icraat qaydasında həll oluna bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı şəxslərə qarşı dələduzluq cinayəti törətməməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin buna dair fikirlərinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əmələrlinin zərərçəkmiş və şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanmaqla ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. O, Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə irəli sürülün ittiham üzrə CM-in 75-ci maddəsinə əsasən cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə ona cəza təyin edilməməlidir. Belə ki, qeyd edilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və CM-in 75-ci maddəsinə əsasən həmin cinayətlər üzrə onların törədildiyi gündən hökm qəbul edilib qanuni qüvvəsini alanadək iki il müddət keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş sayılır və belə olan halda həmin şəxsə qeyd edilən cinayət əməli üzrə cəza təyin edilə bilməz. Həmçinin CM-nin 75.2-ci maddəsinə görə, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır və şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, məhkəmə həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarmalıdır. Cinayət işi materiallarında görünür ki, Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini sonuncu dəfə 2018-ci il tarixində törətmişdir. Odur ki, hazırkı iş üzrə ona CM-nin 75-ci maddəsinin tələbləri tətbiq edilməli və təqsirli bilindiyi CM-nin 313-cü maddəsi ilə ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarına əlavə edilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs mədə xərçəngi, “həzm traktatının qanaxması, ürəyin işemik xsətəliyi, koronar damarların stentləşməsi cərrahi əməliyyatından sonrakı hal, şəkərli diabet İİ tip” xəsətəliklərindən əziyyət çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qismi ilə barışması və xəstəliyinin olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 münasibətdə cinayətin təkrar törədilməsini həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi CMnin 178.3.2 və 308.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və CM-nin 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın və CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.3.2-ci maddəsi ilə də müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın, daha dəqiq hər iki maddə ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini öz qulluq mövqelərindən istifadə etməklə törətdiyindən, ona təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmadığı halda CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə cinayət qanunvericiliyinin Ümumi hissəsində nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə, daha dəqiq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 26 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 01 (bir) ay 28 (iyirmi səkkiz) gün olmaqla 23 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay olmaqla 23 aprel 2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli qərarı ilə 02 (iki) ay olmaqla 23 iyun 2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli qərarı ilə 01 (bir) ay olmaqla 23 iyul 2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixli qərarı ilə 03 (üç) ay olmaqla 23 oktyabr 2023-cü il tarixədək uzadılmış, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası CM-nin qeyd olunan müddəasına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasını çəkdiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş materiallarında olan Zərərçəkmiş şəxs14 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, X22 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs16 Müseyib oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi, X25 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, 626 nömrəli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs17 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs18 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs6 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs19 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, 156 nömrəli alqı-satqı müqaviləsi, X13 adına rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, 107 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2017-ci il tarixli maliyyə arayışı, X23 adına rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 203 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X24 adına rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli müqaviləsi, Zərərçəkmiş şəxs9 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 255 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 203 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X36 adına rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs11 adına rəsmiləşdirilmiş xx.xx.2009 və xx.xx.2018-ci il tarixli, 300 nömrəli alqı-satqı müqavilələri və xx.xx.2018-ci il tarixli maliyyə arayışı, X17 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X37 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışı, bundan başqa X9 adına rəsmiləşdirilmiş 14 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs27 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs26 adına rəsmiləşdirilmiş 01 noyabr 2012-ci il tarixli alqı- satqı müqaviləsi, Zərərçəkmiş şəxs28 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs24 adına rəsmiləşdirilmiş 10 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi, X5 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışının cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə Təqsirləndirilən şəxs cəza təyin olunmasın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2022-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmlə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs14 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli alqı- satqı müqaviləsi, X22 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs16 Müseyib oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli alqı- satqı müqaviləsi, X25 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, 626 nömrəli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs17 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs18 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs6 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı- satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs19 adına rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, 156 nömrəli alqı-satqı müqaviləsi, X13 adına rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, 107 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2017-ci il tarixli maliyyə arayışı, X23 adına rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 203- nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X24 adına rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli müqaviləsi, Zərərçəkmiş şəxs9 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 255 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 203 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X36 adına rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs11 adına rəsmiləşdirilmiş xx.xx.2009 və 27.01,2018-ci il tarixli, 300 nömrəli alqı-satqı müqavilələri və xx.xx.2018-ci il tarixli maliyyə arayışı, X17 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs12 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı, X37 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli “Alqı-satqı” müqaviləsinə və həmin tarixli maliyyə arayışı, bundan başqa X9 adına rəsmiləşdirilmiş 14 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs27 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs26 adına rəsmiləşdirilmiş 01 noyabr 2012-ci il tarixli alqı- satqı müqaviləsi, Zərərçəkmiş şəxs28 adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı, Zərərçəkmiş şəxs24 adına rəsmiləşdirilmiş 10 sentyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi, X5 adına rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışının cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar