Məhkəmə qərarları › İş №1(124)-160/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-160/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-160/2024 12.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərəçəkmiş şəxsin nümayəndəsi Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi – Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına həmin Məcəllənin 69.3 və 70.1-ci maddələri tətbiq edilməklə 02 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, 6 A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.3.2-ci və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xüsusi texnika hesab edilən ekskovator almaq üçün 2022-ci ilin avqust ayında cinayətdən xəbərsiz tanışı Şahid1 vasitəsi ilə özünə müraciət etmiş Balakən rayonu, Katex kənd sakini Zərərçəkmiş şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə danışıqları zamanı sonuncuya guya özünün ona ekskovator alınmasında köməklik göstərmək imkanına malik olmasını yalandan bildirib xx.xx.2022-ci il tarixdə Bakı-Sumqayıt şosesi 7km ünvanında yerləşən, "Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında fəaliyyət göstərən avtomobil təmiri sexində Zərərçəkmiş şəxsla görüşləri zamanı qohumu, Şahid2 Rüxsat oğlunun istifadəsində olan “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W" markalı ekskovatoru ona göstərib, həmin ekskovatorun satış qiymətinin 120.000 manat olduğunu, qeyd edilən ekskovatorun Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsində köməklik göstərilməsi üçün özünün və qohumu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliklərində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin məsələlərin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni ekskovatorun sonuncunun adına rəsmiləşdirilməsinə görə birbaşa yolla özü vasitəsilə alınacaq 120.000 manat pul vəsaitindən 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla xx.xx.2022-ci il tarixdə sonuncudan Bakı- Sumqayıt şosesi 7km ünvanında yerləşən, “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında fəaliyyət göstərən avtomobil təmiri sexinin qarşısında özünə məxsus “Hyundai Santafe” markalı avtomobildə- 48.500 (qırx səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini alaraq, həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu 'ilə Zərərçəkmiş şəxs məxsus 48.500 (qırx səkkiz min beş yüz) məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz İradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitini ona küli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Aqili tanısa da onunla birlikdə olan zərərçəkmişi tanımamışdır. Onlar kran istəmişlər. O, bir neçə yerdən kran barədə maraqlansa da kran tapa bilməmişdir. Daha sonra Qudbiddin bir neçə yerə kran üçün getsə də kran tapa bilməmişdir. Sonra Aqilə kranı göstərmiş, lakin onlar kranı bəyənməmiş və qiymətdə razılaşmamışlar. Onun bacanağının oğlu Məqsəd alqı-satqı ilə məşğul olmuşdur. Əvvəl bacanağının oğlu ekskovator üçün 140000 (yüz qırx min) manat demiş, lakin Aqilgil razılaşmamışlar. Sonradan isə 120000 (bir yüz iyirmi min) manata razılaşmışlar. O da Məqsədlə məsləhətləşmiş Məqsəd isə pul tam ödənməyəndən sonra texnikanı onun adına keçirə bilməyəcəyini və müqavilə ilə verə bilməyəcəyini söyləmişdir. Məqsəd texnikanın ilini 2011 demiş, lakin 2007-ci il olduğu məlum olmuşdur. Həmin vaxtı onlar kranı sürmüş və çatışmayan cəhətlərinin olduğunu bildirmişlər. Onlar özlərinin ustalarının olduğunu söyləmiş və həmin usta onları texnikaya yaxın buraxmayaraq texnikaya Məqsəd gəldikdən sonra baxa biləcəyəni söyləmişdir. Daha sonra Məqsədlə danışmış, Məqsəd vaxtı olmadığına görə gəlməmişdir. Sonra Qudbiddin və Aqil özü gedib usta gətirsə də, işləri düzəlməmişdir. İkinci gün gəlib yoxlayanda usta Habil pulsuz düzəltmişdir. Məqsədlə danışmış 48500 (qırx səkkiz min beş yüz) manat pulu Xırdalan dairəsində Məqsədə vermişdir. Axşam isə pulu Okean saunada bir nəfərə vermişdir. Qudbiddin ilə Aqil şənbə günü yarım iş günü bu texnikanı aparmalı olduqlarını söyləmişlər. O bir tanışına ondan 50000 (əlli min) manata istədiyi texnikanı 55000 (əlli beş min) manata onlara satmışdır. Axşam da Fövqəladə Hallar Nazirliyinə getmişlər. Fövqəladə Hallar Nazirliyindən Qardaşlar firmasından gəlməli olan həmin sənədin ora gəlmədiyini söyləmişlər. Texnikanın nömrəsi yadında qalmamışdır. O, Sumqayıt yolunda açarı verərək ona Santafeni aparmasını söyləmiş, lakin o bu təklifi qəbul etməmişdir. X7 restoranında görüşmüşlər. Məqsəd onlara öz maşınının açarını verərək maşınını onlara etibarnamə ilə verməyi və pulu olanda isə pulu verərək maşınını geri götürməyi təklif etmişdir. Onlar Məqsədin bu təklifi ilə razılaşmamışlar. Qudbiddin ona zəng edərək Balakənə gedəcəyini bildirmiş və 10-15 günə pulu hazır etməsini istəmişdir. Daha sonra o Qudbiddinlə Avtovağzalda çayxanada çay içərkən 5 nəfər Korrupsiyaya Qarşı Mübarizənin əməkdaşları onu oradan tutub aparmış və izahat almışlar. Onlar Məqsədi gətirərək, onun da izahatını almışlar. Məqsəd orada pulun ona verildiyini boynuna almışdır. Məqsəd orada ona borclu olduğu üçün belə etdiyini bildirmiş, lakin Məqsədə onun heç bir borcu olmamışdır. O, əvvvəllər 178-ci maddə ilə məhkum olunmuş, sonuncu dəfə iki il müddətinə şərti cəza almış və may ayının 21-də şərti cəzasını çəkib qurtarmışdır.Onun Məqsəd ilə hər hansı düşmənçiliyi olmamışdır. Məqsəd ondan texnikanı satmağını istəmişdir. O da satıb pulun hamısını Məqsədə vermişdir. O, zərərçəkmişdən birdəfəyə 48000 manat pul almışdır. Traktora 50000 manat verəcək və borclu qalacağı 12000 manatı isə 3 aya verəcəkmiş. Pul veriləndə o, Aqil və Qudbiddin ilə birlikdə olmuşlar. Pulu Ər-Riyadda vermişlər. Şirkət texnikanı sürmək üçün vermişdir. Şirkət Məqsədin və qardaşlarının olmuşdur. O, ziyanın 23500(iyirmi üç min beş yüz) manatını ödəmişdir. Onlardan 48500(qırx səkkiz min beş yüz) manat pulu alanda texnikanın onların adına keçməyəycəyini bildirmişdir. Onlar texnikanı aparmalı idilər, o da verilən ekskovatoru gətirməli imiş. Qalan 13000 manat pul ilə əlaqədar müqavilə bağlamalıymışlar. O əvvəlki alqı-satqılarda Aqillə müqavilə bağlamamışdır. Aqil iş gördükləri üçün texnikanın onlara bu gün lazım olduğunu söyləmiş, hətta bu barədə öz müdiri ilə onu telefonda danışdırmışdır. Həmin texnikanı 120000 manata satmışdılar, ustalarla əlaqə saxladıqdan sonra, onların 65000 manata başqa texnika tapdıqlarını və ona görə də bu texnikanı qaytardıqlarını öyrənmişdir. Onlara maşını rayona gətirməklə bağlı söz verməmişdir. O, həmçinin texnikanın işlənmiş olduğunu və Qudbiddinin ondan kran istədiyini bildirmişdir. Məqsəd ondan aldığı pulları 3 nəfər adama borclarını bağlamaq üçün vermişdir. Məqsəd 13000(on üç min) manat pulu boclarına vermiş və ona nə 48500(qırx səkkiz min beş yüz)manat puldan, nə də onda qalan 13000(on üç min)manat puldan mənə heç nə verməmişdir. Məqsəd zəzərçəkmiş şəxsə heç nə ödəməmişdir. Məqsədlə başqa alqı-satqılarım da olmuş, lakin heç bir faiz almamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən “Çinarlı” kafesini icarə əsasında işlədir, bundan əlavə ağır texnikaların alqı-satqısında vasitəçilik edir. 2020-ci il tarixdə barəsində edilmiş şikayət üzrə Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən ona 2 il sınaq müddətində şərti cəza verilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə onun və Şahid2 barəsində şikayət etmişdir. O, Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid1 bir neçə ildir ki, tanıyır. Həmin şəxs əvvəllər ona müraciət edərək texnika almaq istədiyini bildirmişdir. O da Aqili həmin vaxt hazırda xatırlamadığı texnika satan bir tanışı İlə əlaqələndirmişdir. Bundan sonra Aqillə demək olar ki, əlaqəsi olmamışdır. 2022-ci ilin avqust ayında Aqil onunla əlaqə saxlayaraq, dostu Zərərçəkmiş şəxsla birlikdə kran almaq istədiyini bildirmiş, o da maraqlanıb məlumat verəcəyini bildirmişdir, Bir neçə gün sonra o, Aqillə əlaqə saxlayaraq satışda olan bir neçə kran tapdığını demişdir. xx.xx.2022-ci il tarixdə Aqil Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhərinə gəlmişlər, o, həmin şəxslərə Bakı və Sumqayıt şəhəri ərazilərində bir neçə kran göstərmiş, həmin şəxslər isə baha olduğunu bildirərək rayona çıxıb getmişlər. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs istifadəsində OİƏfl ***-***-**-** saylı telefonla onunla əlaqə saxlayaraq, dostu Aqillə Bakı şəhərinə gəldiklərini, artıq kran deyil, ekskvator almaq istədiyini bildirmişdir. O da maraqlanacağını demişdir. Həmin ərəfədə də bacanağının oğlu Şahid2 Rüsxət oğlu özünə məxsus “DOSAN 180” markalı ekskavatoru satırdı. O, hər ehtimala Məqsədlə danışaraq ekskavatorunu satıb-satmadığını soruşmuş, Məqsəd isə 140.000 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra Məqsəddən ekskvatorun Bakı-Sumqayıt yolunun üstündə, ƏrRiyad ticarət mərkəzinin yaxınlığında olan maşın emalatxanasında (ağır texnika təmir sexi) Habil ustanın yanında olduğunu öyrənmiş və müştəriləri həmin yerə apararaq texnikanı həmin şəxslərə göstərəcəyini bildirmişdir və Məqsəd də onunla razılaşmışdır. Bundan sonra Qudbiddinlə əlaqə saxlayaraq Məqsədin ekskavatorunu təklif etmiş və həmin şəxsləri avtomobili ilə qeyd etdiyi maşın emalatxanası olan yerə aparmışdır. Həmin vaxt orada olan Habil usta bildirmişdir ki, ekskavatorun yiyələri kimi Rəşad və Məqsədi tanıyır və həmin şəxslərin bundan xəbəri olmalıdır, həmin şəxslərin razılığı əsasında texnikanın açarını onlara verə bilər. Daha sonra Habil Rəşada zəng etmiş, lakin telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, özü Şahid2 zəng etmiş, bildirmişdir ki, adamlarla gəlmişdir, texnikaya baxmaq istəyirlər, usta Habil texnikanın açarını vermir, deyir ki, yiyəsinin xəbəri olmalıdır. Bundan sonra Məqsəd Habilə zəng edərək texnikanın açarını ona verməyi tapşırmışdır. Habil də daha sonra texnikanın açarını ona vermiş və onlar da ekskavatoru işə salaraq sürüb yoxlamışlar. Qudbiddin və Aqil texnikaya baxış keçirmişlər və işlək vəziyyətdə olduğunu görmüşlər. Daha sonra ondan texnikanın qiymətini soruşmuşlar, o qiymətin 140.000 manat olduğunu və həmin qiymətə qeyd edilən texnikanın Fövqəladə Hallar və Kənd Təsərüffatı Nazirliyində ekskavatorun sənədləşdirməsin! də həyata keçirəcəyini bildirdikdə Qudbiddin və Aqil qiymətin çox olduğunu, bundan əlavə, əllərində o qədər nağd pul olmadığını, ekskavatoru ən çox 120.000 manata ala biləcəklərini bildirmişlər. Bundan əlavə Qudbiddin 120.000 manatın da əllərində nağd şəkildə olmadığını, həmin məbləğə razılaşacaqları halda qeyd olunan məbləğin 60.000 manatını nağd şəkildə, qalan 50.000 manatın əvəzinə isə Aqilə məxsus daha kiçik ölçülü başqa bir ekskavator verə biləcəklərini, qalap 10.000 manatı isə qısa müddətdə verə biləcəklərini bildirmişlər. O, Qudbiddingilin bütün bu təklifləri barədə Məqsədə bildirdikdə sonuncu həmin şərtlərlə razılaşmadığını demiş, belə ki, nağd pul verilməsini istəmiş, pulun bir hissəsinin texnika ilə barter edilməsini istəməmişdir. Məqsəd 120.000 manat nağd pul veriləcəyi halda texnikanı sata biləcəyini bildirmişdir. Daha sonra o, Qudbiddingilin barter kimi təklif etdikləri texnikanı 50.000 manata hesablayaraq satmaq üçün özünə götürüb, Məqsədə həmin məbləği vermək qərarına gəlmişdir. Daha sonra Qudbiddingil ona bildirmişlər ki, Aqilə məxsus daha kiçik ölçülü ekskavatoru 55.000 manata almaq istəyən şəxslər var və həmin sözügedən ekskavatoru sata bilərlər. O da həmin texnikanı 55.000 manata sata biləcəyi halda satmalarını bildirmiş, belə olan halda Məqsədə məxsus texnikaya görə borcları 5.000 manat olacaq, həmin 5.000 manatı da Məqsədlə öz aralarında başqa işlərlə bağlı olan ödənişlərdə hesablaşacaqlar, Qudbiddingil həmin 5.000 manatı ona borclu qalacaqlar. Beləliklə, yuxarıda göstərilən şərtlərlə Qudbiddingillə razılaşmış və Qudbiddin ilkin olaraq həmin vaxt üzərində olan 48.500 manatı və özünə məxsus şəxsiyyət vəsiqəsini avtomobil təmir sexinin qarşısında ona məxsus “Hyundai Santafe” markalı avtomobildə ona vermişdir. Həmin vaxt razılaşmalarına uyğun olaraq, xx.xx.2022-ci il tarixdə o, həmin texnikanı Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfat Nazirliyində çalışan tanışları vasitəsilə Qudbiddinin adına keçirməyi söz vermişdir. O, sənədləşmə işində Məqsədə arxayın olmuş, Məqsəd özü ona demişdir ki, sənədləşməni özü həyata keçirəkdir. O da buna görə arxayın şəkildə Qudbiddingilə bu barədə söz vermişdir. Bundan sonra, o, 48.500 manat pulu alan kimi, yəni xx.xx.2022-ci il tarixdə Şahid2 sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefona zəng vuraraq texnikaya görə 48.500 manat pulu aldığını bildirmiş və Abşeron rayonu, Xırdalan dairəsinin yanında, Araz marketin qarşısında Məqsədlə görüşərək Qudbiddindən aldığı 48.500 manatın üzərində olduğunu bildirmiş, kağıza bükülü şəkildə olan həmin pul vəsaitini Məqsədin avtomobilinə qoymuş, eyni zamanda sənədləşməni həyata keçirməsi üçün Qudbiddinin şəxsiyyət vəsiqəsinin sürətini də Məqsədə vermişdir. Bundan sonra Məqsədlə birlikdə Xırdalan dairəsinin yanında Gilan kafesinin qarşısına getmişlər, orada Məqsəd qardaşının qaynatası olan, soyadını xatırlamadığı, lakin üzdən tanıdığı Kamalla görüşmüşdür. Həmin vaxt Məqsəd 48.500 manat puldan 23.800 manat pulu sayıb götürərək onun yanında Kamala öz aralarında olan pul məsələsi ilə bağlı 20.000 manat pulu vermişdir. Qalan pulu isə özündə saxlamışdır. Bundan dərhal sonra Məqsədlə birlikdə Məqsədin iş qonşusu olan, Seymur Abubəkirovla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Cənnət” kafesinin qarşısında görüşmüşlər. Məqsəd Seymurla görüşməmişdən əvvəl ona demişdir ki, Seymura borcu vardır, münasibətləri yaxşı olmadığı üçün onun da iştirak etməyini xahiş etmişdir. Ona görə də o da Məqsədlə birlikdə Seymurla görüşə getmişdir. Məqsədin xahişi ilə Qudbiddindən alınan məbləğdən qalan 24.700 manat pulu götürərək Məqsədin tələbi və iştirakı ilə Seymura öz aralarında olan pul məsələsi ilə bağlı vermişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə Məqsədlə danışdığı zaman sonuncu sənədləşmənin edilməsi üçün texnikanın və Qudbiddinin sənədlərini FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən qiymətləndirmə işinə baxan idarəsinə verdiyini bildirmişdir. Lakin Məqsəd sənədləşmənin bir neçə gün çəkəcəyini demişdir. O da bu barədə Qudbiddinə olduğu kimi məlumat verdikdən sonra birlikdə xx.xx.2022-ci il tarixdə Xətai rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin idarəsinə gedərək sənədləşmənin vəziyyətilə maraqlanmağa razılaşmışdır. Həmin tarixdə Nazirliyin hazırda adını bilmədiyi, Xətai metrostansiyasının yaxınlığında yerləşən idarəsinə müraciət etmişlər, bu zaman texnikanın sənədlərinin həmin idarəyə gəlib çıxmadığını xatırlamadığı əməkdaşlardan öyrənmişdir. Bu barədə Məqsədə dedikdən sonra sonuncu Xırdalanda yerləşən texnikaların sənədləşməsi işinə baxan Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarəsində çalışan Arif adlı şəxsə müraciət etmələrini tapşırmışdır. Oraya getdikdən sonra Arifin işdə olmadığını öyrənmiş, orada maraqlandıqda sənədin gəlmədiyini, sənəd gəldikdən sonra texnikanın Qudbiddinin adına sənədləşdiriləcəyini öyrənmişdir. Bundan sonra Qudbiddin həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə texnikanı Balakən rayonuna aparmalı olduqlarını, axşam 23:00-dək texnikanı həmin yerə çatdırmadıqları halda iş görmələri ilə bağlı əldə etdikləri razılığın əllərindən çıxacağını, belə olduğu halda texnikaya ehtiyacları olmadığını bildirərək verdikləri 48.500 manat pulu qaytarmalarını tələb etmişdir. O, sənədləşmənin yekunlaşmayacağını bir daha bildirərək, yeni sənəd verilənədək istədikləri halda texnikanı dərhal götürüb Balakən rayonuna apara biləcəklərini, sənədləşməni isə 1-ci günə, yəni xx.xx.2022-ci ilə saxlamağı təklif etmişdir. Qudbiddin razılaşmayaraq dediyi kimi verdiyi 48.500 manat pulu geri tələb etmişdir. Qudbiddin və Aqil daha sonra artıq texnikanı istəmədiklərini, pullarını geri qaytarmalarını bir daha tələb etmişlər. Bundan sonra Məqsədə Qudbiddinin pulunu geri istədiyini demiş, Məqsəd də həmin gün pul tapa bilməyəcəyini, sabah bu işlə məşğul olacaqlarını bildirmişdir. Bundan sonra Qudbiddingilin Zahir adlı tanışı Məqsədə zəng vuraraq həmin şəxslərin qohumu olduqlarını, həmin şəxslərin pulunu qaytarmaq lazım olduğunu bildirmişdir. Məqsəd də məsələni həll edəcəyini, pulu qaytaracaqlarını həmin şəxsə söz vermişdir. Bundan sonra 1 dəfə Məqsəd, Zahir, Qudbiddin və Aqil görüşmüşlər. Abşeron rayonu, Ceyran batan qəsəbəsində “Ovqat” restoranında həmin tərkibdə ikinci görüş zamanı o da iştirak etmişdir. Görüş zamanı Məqsəd Qudbiddingilin 48.500 manat pulunu şəxsən ondan almasını etiraf etmiş və həmin pulu yaxın zamanda qaytarılacağına söz vermişdir. Hətta Məqsəd 48.500 manat pulu qaytara bilməsə öz şəxsi avtomobili olan “Mersedes Galenvagen’l pul əvəzində verəcəyinə söz vermişdir. Həmçinin həmin avtomobilin açarını Qudbiddinə vermək üçün təklif etmişdir. Lakin Qudbiddin həmin avtomobilin açarını götürməyərək pulunu nə vaxta qaytaracağını soruşduqda Məqsəd Qudbiddindən pulu qaytarmaq üçün 1 həftə vaxt istəmişdir. Adıçəkilən şəxslərin hamısı buna şahid olmuşlar. Buna baxmayaraq, Məqsəd hazırkı dövrədək Qudbiddingilin pulunu qaytarmamışdır. Ona görə də Qudbiddin və Aqil onun və Məqsədin barəsində xx.xx.2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt" əlaqə mərkəzinə şikayət etmişdir. Məqsəd Qudbiddinə məxsus pulu qaytarmadığı üçün, bu işdə onun vasitəsi ilə pul alındığına görə peşmançılıq hissi keçirdərək məcbur qalıb Qudbiddindən alınmış 48.500 manat puldan 22.000 manat pulu Qudbiddinə qaytarılması üçün istintaqa təqdim etmişdir. O, Qudbiddindən alınmış 48.500 manat puldan özünə 1 manat olsun belə götürməmiş, bütün pul vəsaiti Məqsədə çatmışdır, dediyi kimi, Məqsəd pulu qaytarmadığı üçün o, dediyi məbləği öz şəxsi hesabına Qudbiddinə qaytarmışdır. O, sadəcə olaraq 48.500 manat pul vəsaitinin alınmasında iştirak edib həmin pulu Şahid2 çatdırdığı üçün özünü ona verilmiş ittiham üzrə qismən təqsirli bilir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, həqiqətən 48.500 manatı kağıza bükülü şəkildə Məqsədin avtomobilinə qoymuş, Məqsədlə birlikdə Məqsədin qardaşının qaynatası Kamalla görüşmüşlər. Onun yanında Məqsəd həmin puldan 20.000 manatını götürüb, görüşdükləri yer olan Xırdalan dairəsinə yaxın “Gilan” kafesinin qarşısında qardaşının qaynatası olan Kamal adlı şəxsə vermişdir, 24.700 manat pulu isə Məqsədlə birlikdə Seymura hər ikisinin öz aralarında olan işlə bağlı məsələlərə görə vermişlər. Yəni Şahid2 həmin pulun özünün tapşırığı əsasında özünə məxsus texnikasının satışından əldə edilmiş pul olduğunu çox gözəl bilmişdir. Elə buna görə də Zahirin iştirakı ilə olan görüşdə aldığı 48.500 manat pulu qaytaracağını Qudbiddingilə söz vermişdir. Həmin vaxtı Məqsədin sözlərinə Qudbiddin, adını bilmədiyi qardaşı, Aqil və Zahir şahid olmuşlar. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Şahid2 ifadəsində yalan göstərmişdir, belə ki, Məqsədin qonşusu Seymurdan o, 5 ədəd texnika yəni, 3 ədədi ekskavator, 2 ədəd isə buldozer almışdır. Həmin texnikaları aralarında olan razılığa görə o tapsa da, pulunu Məqsəd ödəməli idi. Həmin texnikaları aldıqları qiymətdən daha baha məbləğə sataraq qazancına şərik olmalı idilər. Məqsədin imkanı olmadığından qeyd olunan texnikaların ümumi qiymətinin 390.000 manat olduğu təqdirdə çox hissəsini ödəmiş, 80.000 manat isə Seymura borclu qalmışdır. Şərik olmalarına baxmayaraq Məqsəd ondan xəbərsiz "Kat 330” markalı 2 ədəd ekskavatoru guya aldıqları qiymətə satdığını ona bildirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, həmin texnikaları satarkən 40.000 manat qazanc əldə etmiş, lakin bu barədə ona bildirməmişdir. Həmçinin Seymura onun borcu yox, Məqsədin 80.000 manat borcu qalmışdır, ona görə də Seymur 3 ədəd texnikanı onlara təhvil verməmişdir. Məqsəd Qudbiddinin 48.500 manat pulundan sayıb götürdüyü 23.800 manatından 20.000 manatını qardaşının qaynatası olan Kamala öz işləri ilə bağlı vermişdir, qalan pulu da şəxsi ehtiyaclarına sərf etmişdir. Sonra Məqsədlə birlikdə başqa məsələlərlə bağlı 24.700 manat pulu Məqsədin tələbi ilə Seymura dediyi kimi vermişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Şahid2 48.500 manat pulu alarkən həmin pulun özünə məxsus ekskavatorun Qudbiddinə satılmasına görə alınmış pul olduğunu bilmişdir. Həmçinin bundan başqa Kamala onun borcu deyil, Məqsədin özünün 20.000 manat borcu olmuş, həmin borcun alınıb verilməsində də o dediyi kimi iştirak etmişdir. Onun Kamalla heç bir telefon əlaqəsi olmamış və sonuncunun telefon nömrəsi də ona məlum deyildir. (cild 1 iş vərəqəsi, 26-29, 144- 152, 259-267) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Balakən rayonu, Katex kəndində yaşayır. Zaqatala Suvarma İdarəsində təmir ustası vəzifəsində işləyir. 2022-ci ilin yay aylarında dostu - Şahid1 ilə birlikdə kran və ya ekskavator alaraq ölkənin müxtəlif ərazilərində qazıntı işləri və sair ilə məşğul olmaq qərarına gəlmişlər. Texnika axtarmağa başladıqda Şahid1 xüsusi texnikanın alış-satışı ilə məşğul olan Təqsirləndirilən şəxs tanıdığını, bir neçə il bundan əvvəl həmin şəxsdən ekskvator aldığını, bu şəkildə tanış olduqlarını bildirmişdir. Daha sonra dostu Şahid1 Təqsirləndirilən şəxsla əlaqə saxlamış və ekskavator və ya kran almaq istədiklərini bildirmişdir. 22 avqust 2022-ci il tarixdə dostu - Aqil ilə birlikdə Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu satış üçün olan bir neçə xüsusi texnikanı onlara təqdim etmişdir. Həmin zaman Feyruzun onlara təqdim etdiyi texnikaların bəzilərinin qiyməti, bəzilərinin isə texniki göstəriciləri onların işinə yaramadığı üçün texnika almaq fikrindən daşınmışlar və Balakən rayonuna geri qayıtmışlar. xx.xx.2022-ci il tarixdə onlar təkrar Bakıya gələrək xüsusi texnika olan ekskavator axtarmağa başlamış və yenə də uyğun bir texnika tapa bilməmişlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla yenidən əlaqə saxlamışlar və satış üçün yeni bir texnikasının olub-olmaması barəsində maraqlanmışlar. Bu dəfə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon vasitəsi ilə onlara bildirmişdir ki, satışda qohumu - Şahid2 məxsus olan bir ekskavator var və həmin ekskavatoru istədikləri şərtlərlə onlara sata biləcəkdir. O, dostu ilə həmin ekskavatora baxmaq qərarına gəlmiş və Bakı-Sumqayıt şosesində, Ər-Riyad ticarət mərkəzi yaxınlığında yerləşən bir böyük ərazini əhatə edən qaraja getmişlər. Həmin qaraja çatdıqda Təqsirləndirilən şəxs artıq onları orada gözləmiş və satmaq istədiyi ekskavatoru onlara təqdim etmişdir. Qeyd edilən qarajda Şahid2 işçilərinin və Feyruzun iştirakı ilə sözügedən ekskavatoru bir neçə dəfə yoxlayaraq istismara yararlı olduğuna əmin olmuşlar və ekskavatoru almaq qərarına gəlmişlər. Həmin qarajda olduqları müddətdə Feyruz onların yanında Şahid2 ilə mobil telefonla danışdıqdan sonra qeyd edilən texnikanın qiymətinin 140.000 manat olduğunu demiş, bu qiymət onlar üçün çox baha olması səbəbindən razılaşmamışlar və qarajı tərk etmişlər. Həmin zaman onun üzərində 48.500 manat məbləğində pul vəsaiti olduğundan və onun real alıcı olmağından Təqsirləndirilən şəxs öncədən xəbəri olmuşdur. Çünki o, Feyruza söhbətləri zamanı üzərində pul olduğunu, real alıcı olduğunu bildirmişdir. Sözügedən qarajı tərk edəndən 2 saat sonra Təqsirləndirilən şəxs onlarla yenidən əlaqə saxlayaraq ekskavatorun qiymətini Şahid2 ilə razılaşdırdığını və Fövqəladə Hallar və Kənd Təsərrüfatı Nazirliklərində işləyən vəzifəli tanışları vasitəsi ilə texnikanın onun adına sənədləşdirməsini də həyata keçirməklə ekskavatoru onlara 120.000 manata sata biləcəyini bildirmişdir. Hətta bildirmişdir ki, verəcəyi 120.000 manatdan 20.000 manat pul vəsaiti sözügedən Nazirliklərin vəzifəli şəxslərinə sənədləşmə işlərinin aparılması üçün veriləcəkdir. Təqsirləndirilən şəxs şərtləri və Şahid2 ilə razılaşdırdıqdan sonra onlara dediyi 120.000 manat qiymət onları qane etdiyi üçün həmin gün ora geri qayıtmışlar. Aralarında baş tutmuş razılığa əsasən qeyd edilən texnikanı Feyruzdan və Məqsəddən almaq üçün 60.000 manat məbləğində pul vəsaitini nağd şəkildə, 50.000 manat dəyərində qiymətləndirdikləri, dostu Şahid1 məxsus kiçik həcmli ekskavatoru isə barter şəklində Feyruza verməli olmuşlar. 10.000 manat pulu isə yaxın zamanda verəcəklərini bildirmişdir. Yenidən qayıdıb Feyruzla görüşən zaman Feyruz onun üzərində nağd şəkildə 48.500 manatın olduğunu bilməsi səbəbindən, Şahid2 həmin gün təcili pul lazım olduğunu bildirmişdir, o da Feyruza inanaraq üzərində olan 48.500 manat məbləğində pul vəsaitini həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Bakı-Sumqayıt şosesində yerləşən, Ər-Riyad ticarət mərkəzinin yaxınlığında yerləşən qarajın qarşısında Feyruza məxsus “Hyudai Santafe” markalı avtomobildə Feyruza vermişdir və razılaşmışlar ki, xx.xx.2022-ci il tarixdə Feyruz qeyd edilən Nazirliklərdə işləyən vəzifəli şəxslər vasitəsi ilə ekskavatoru onun adına sənədləşdirsin, həmin gün də ekskavatoru götürərək rayona geri qayıtsınlar. Almaq istədiyi sözügedən ekskavator 10 Z-756 dövlət qeydiyyat nişanlı, “Dossan 180W" markalı olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Feyruz ilə əlaqə saxlayaraq texnikanın onun adına nə vaxt rəsmiləşdirilməsini soruşmuş, sonuncu isə öz növbəsində həmin gün bu məsələni həll edəcəyini bildirmişdir. Həmin günün sonuna kimi gözləmiş, lakin Feyruzdan heç bir xəbər gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Feyruz ilə yenidən əlaqə saxlayaraq məsələnin nə yerdə olduğunu soruşmuş, sonuncu isə öz növbəsində qeyd edilən Nazirliklərin işçiləri günorta saat 3-də onun alacağı texnikaya baxış keçirməli olduqlarını və bundan sonra həmin texnikanı onun adına rəsmiləşdirə biləcəyini bildirmişdir. O, yenidən həmin günün sonuna kimi gözləmiş, lakin Feyruzdan yenə bir xəbər çıxmamışdır. xx.xx.2022-ci il tarixdə o və dostu yenidən Feyruzla görüşmüşlər və Təqsirləndirilən şəxs deməsinə görə ekskavatoru onun adına rəsmiləşdirmək üçün Fövqəladə Hallar Nazirliyinə getmişlər. Nazirlikdə olduqları zaman Feyruz qəbul şöbəsinə yaxınlaşaraq onun alacağı texnikanın qeydiyyat nömrəsin səhv dedikdə, başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etmiş və ona məxsus 48.500 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Qəbul şöbəsindən demişlər ki, alacaqları ekskavatorla bağlı sənədlər FHN-nə daxil olmamışdır. Feyruz bundan sonra demişdir ki, Xırdalanda yerləşən texnikaların sənədləşməsi işinə baxan Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarəsinə getsinlər, həmin idarədə çalışan, tanış olan Arif adlı şəxslə görüşsünlər. O və Aqil də Feyruzla birlikdə həmin idarəyə getmişlər. Feyruz özü yaxınlaşaraq orada kiminləsə danışmış, daha sonra onların yanına gələrək demişdir ki, Arif adlı şəxs işdə yoxdur, lakin sənədləşmə aparılacaqdır. Sumqayıta getmələrini, orada bir nəfər tanışından pul alaraq onun pulunu qaytaracağını demişdir. Çünki onlar artıq yol boyu gələ-gələ dediyi kimi aldadıldıqlarını başa düşmüşlər, pulu israrlı şəkildə tələb etmişdir. Feyruzla birlikdə Sumqayıta getmişlər, orada da Feyruz onları xeyli gözlətmiş, pul alacağı adam gəlməmiş, bir sözlə yenə də aldatmışdır. Bundan sonra, Feyruz onları Sumqayıt şəhərində icarəyə götürərək işlətdiyi “Çinarlı adlı kafeyə aparmış, vaxt istəmiş, guya hansısa dostunun pul gətirməli olduğunu demişdir. Lakin kimsə gəlməmiş, Feyruz onun pulunu qaytarmamışdır. Bundan sonra, o, artıq Təqsirləndirilən şəxs ekskavatorun alınması üçün Feyruza verdiyi 48.500 manat məbləğində pulu konkret olaraq təcili şəkildə geri qaytarmağını tələb etmişdir. Feyruz isə pulu ona geri qaytaracağını vəd etmiş, lakin müxtəlif bəhanələr gətirərək vaxtı uzadaraq pulu ona geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə o, dostu Aqillə birgə Bakı-Sumqayıt şosesində, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Ovqat” restoranında texnikanın sahibi olan Şahid2 ilə görüşmüşdür. Həmin vaxt həmkəndlisinin qohumu Şahid8 də görüşdə iştirak etmişdir. Zahir Məqsədi tanıdığından onlar həmin şəxsə onları Məqsədlə görüşdürməsi üçün müraciət etmişlər. Görüş zamanı, Şahid2 sözügedən texnikanın ona satılması barədə məlumatının olmadığını, özünə məxsus texnikanın qiymətinin 120.000 deyil, 140.000 olduğunu və Feyruzun ondan aldığı 48.500 manat məbləğində pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Həmin görüş zamanı Feyruz iştirak etməmişdir. xx.xx.2022-ci il tarixdə o, Aqil və Zahir yenidən Feyruz və Məqsəd ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Ovqat” restoranında görüşmüşlər, görüş zamanı Məqsəd Feyruzun ələ keçirdiyi 48.500 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixdə geri qaytaracağını bildirmişdir. Hətta Məqsəd bildirmişdir ki, Feyruz 48.500 manat pulu qaytara bilməsə, öz şəxsi avtomobili olan “Mersedes Galenvagen”i pul əvəzində onlara verəcəkdir. Həmçinin həmin avtomobilin açarını ona vermək üçün təklif etmişdir. Lakin o, həmin avtomobilin açarını götürməyərək pulunu nə vaxta qaytaracağını soruşduqda Məqsəd dediyi kimi pulu qaytarmaq üçün ondan 1 gün vaxt istəmişdir. Lakin həmin tarixdə də Feyruz, eləcə də Məqsəd pulu ona geri qaytarmamışlar. Bundan sonra, Feyruz ilə aralarında baş tutan telefon danışıqları zamanı, Feyruz ona açıq şəkildə etiraf edərək bildirmişdir ki, ondan aldığı 48.500 manat məbləğində pul vəsaitini həmin günü Məqsədə vermişdir, Məqsəd isə həmin pulu borclu olduğu şəxslərə qaytarmışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan səs yazılarını və video çəkilişləri ilkin araşdırma zamanı vermiş olduğu izahatına əlavə etmişdir. Həmçinin ona satılacaq olan ekskavatorun da şəkillərini əvvəl vermiş olduğu ifadəsinə əlavə etmişdir. Sözügedən texnikanın faktiki sahibi Şahid2dur, Təqsirləndirilən şəxs isə bu məsələdə sadəcə vasitəçi kimi xidmət göstərmişdir, o, belə düşünür ki, Məqsədin məlumatı olmadan Feyruz həmin ekskavatorun satışı ilə bağlı onunla razılığa gələ bilməzdi. Həmin şəxslər onun pulunu qaytarmadıqları üçün, o da bundan sonra xx.xx.2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmişdir. Yalnız müraciətindən sonra başlanmış cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ona 25300 manat pul vəsaitini qaytarmış, qalan pulu da qaytaracağına söz vermişdir. Zərərçəkmiş şəxs o cümlədən göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı-Sumqayıt şosesində yerləşən qarajda olduqları zaman orada Feyruzdan əlavə Məqsədin işçiləri də olmuş və sözsüz ki, Şahid2 məxsus ekskavatorun Feyruz tərəfindən ona satılması barədə məlumatları olmuşdur. Bundan əlavə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ekskavatorun istismara yararlı olduğunu yoxlamaq məqsədi ilə qarajda olmuş, texnikanı istifadə etmişlər, təmir elətdirmişdir. Bundan başqa texnikanı ilk görən zaman, Feyruz onların yanında texnikanın istifadə qaydası ilə bağlı Məqsədə zəng edərək soruşmuş və həmçinin ekskavatorun qiyməti ilə bağlı müzakirələr aparmışdır. Həmin vaxt da yanında Aqil, Feyruz və onlara yaxınlıqda ətrafda işləyən qarajın ustası Habil adlı şəxs olmuşdur. Texnikada nasazlıq olduğu üçün Feyruz texnikanı təmir etməsi üçün usta Habilə müraciət etmişdir, lakin sonuncu Feyruzun sözü ilə texnikanı təmir etməmiş, bildirmişdir ki, yalnız Məqsədin tapşırığı ilə texnikanı təmir edə bilər. Bu vaxt Feyruz bu barədə Məqsədə məlumat vermiş, sonuncu Habilə zəng etdikdən sonra Habil texnikanı təmir etməyə başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, 2007-ci ildən fərdi qaydada tikinti işləri üçün istifadə olunan texnikaların sifarişi ilə məşğul olur. 2007-ci il tarixdə lizinq qaydasında “Dosan 180" markalı ekskavator almış, 2011-ci il tarixdə lizinq ödənişini tam ödəməklə həyat yoldaşı X2 adına rəsmiləşdirilmişdir. 2007-ci il tarixdən sürücüsü olmaqla qeyd olunan ekskavatorla sifarişlər alaraq tikinti yerlərində işləmişdir. Təxminən bir il müddətdir ki, "xxxx" MMC şirkətini təsis etmiş və həmin şirkətin direktoru vəzifəsində çalışır. Həmin şirkətin fəaliyyət istiqaməti xüsusi texnikaların müxtəlif şirkətlərə icarəyə verilməsindən ibarətdir. Təqsirləndirilən şəxs onun xalasının yoldaşı, həmçinin atasının bibisi oğludur. Hər hansı bir düşmənçilik və ədavətləri yoxdur. 2022-ci ilin təxminən avqust ayının əvvəllərində qohumu Təqsirləndirilən şəxs ona 3 ədəd “Kat” markalı bulduzer texnikasını 390.000 manata iş qonşusu Seymurdan alaraq ona satacağını bildirmişdir. Çünki o, qonşusu Seymurla torpaq mübahisəsi olduğuna görə həmin şəxslə danışmamışdır. Həmin texnikaları alması üçün o, Təqsirləndirilən şəxs ilkin olaraq 45000 manat, növbəti 15 gün müddətində qalan pulları yəni, ümumilikdə 350000 manat pul vermişdir. Həmin pulun 200.000 manatını “Paşa bank”dan kredit götürmüşdür. Hazırda da kredit ödəyir. Həmçinin Seymura hazıradək 40.000 manat borcu qalmışdır. Qeyd olunan 3 ədəd “Kat” markalı bulduzer texnikasının 2 ədədi Seymur tərəfindən ona verilmişdir. Həmin texnikanın 3- cü ədədinin ona verilməməsi səbəbini aydınlaşdırdıqda Seymur Feyruz tərəfindən ödəniş edilmədiyini demişdir. Feyruza isə bunu öyrənmək üçün dəfələrlə zəng etsədə sonuncu telefonlarına cavab verməmişdir. Məcbur qalaraq Seymura 3-cü texnika üçün 47.000 manat pul ödəmişdir. Sonradan bilmişdir ki, Feyruz ona məxsus 47000 manat pulu ələ keçirmişdir. Ona görə də onun Seymura hazıradək 40000 manat borcu qalmışdır. Bu səbəbdən 3- cü texnika Seymur tərəfindən ona təhvil verilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xüsusi texnikaların alış-satışı ilə məşğul olduğundan Feyruzun qardaşının qaynatası - Kamala 20.000 manat, qonşusu olan Seymura isə 23.700 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə Feyruz onunla əlaqə saxlayaraq, əlində müəyyən məbləğdə pul vəsaitinin olduğunu və qeyd edilən pul vəsaiti ilə borclarını ödəmək istədiyini bildirmişdir. Həmin gün onlar Xırdalan şəhərində “Ot bazarı” adlanan ərazidə Feyruzla görüşmüş və həmin vaxtı Feyruz Kamalı yanlarına çağıraraq onun iştirakı ilə olan 20.000 manat borcunu ödəmişdir. Daha sonra onlar Bakı şəhəri, Xətai rayonu ərazisində Seymur ilə görüşmüş və həmin vaxtı Feyruz Seymura da 23.700 manat məbləğində olan borcunu ödəmişdir. Ona olan borcundan isə 3000 manat pul qaytarmışdır. Ona qalan 47000 manat borcu isə dediyinə görə istifadəsində olan “Volvo Bekalatr” texnikasını satacağını və borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs 055-856-7116 və ***-***-**-** nömrələrini istifadə etmişdir. Həmin nömrələrdən biri ilə ona zəng etmişdir. Həmin vaxt Feyruz onunla telefonla danışarkən ona məxsus "Dosan 180” markalı ekskavatoru satıb-satmadığını soruşmuşdur. O isə həmin ekskovatoru özünə lazım olduğu üçün satmayacağını qəti olaraq bildirmişdir. xx.xx.2022-ci il tarixdə dostunun qaynı - Zahir adlı şəxs ona zəng edərək, Təqsirləndirilən şəxs ona məxsus “Dosan 180” markalı ekskavatoru Zərərçəkmiş şəxs satmaq adı ilə sonuncuya məxsus 48.500 manat məbləğində pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Həmin gün o, Feyruzla bir neçə dəfə əlaqə saxlasa da sonuncu onun zənglərinə cavab verməmişdir. Bir neçə saatdan sonra Feyruz gecə vaxtı onunla əlaqə saxlayaraq etdiyi əməlləri etiraf etmiş və tez bir müddətdə 48.500 manatı Zərərçəkmiş şəxs geri qaytaracağını vəd etmişdir. Bundan əlavə o, Feyruzun Qudbiddinin pulunu ələ keçirməsi ilə bağlı Feyruzun oğlu Qənimətə, qardaşı Novruza və yeznəsi Dilavərə məlumat vermişdir. Həmin şəxslər də ona söz vermişlər ki, Feyruza məxsus avtomobili və digər əmlakları satıb Zərərçəkmiş şəxs pulunu yaxın vaxtlarda ödəyəcəklər. xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs və sonuncunun dostu - Şahid1 ilə Ceyranbatan yolunda görüşərək Feyruzun ələ keçirdiyi pul vəsaitinin sonuncu tərəfindən geri qaytarılacağına söz vermişdir. Çünki Feyruzun ailəsi də ona söz vermişdir. Həmin görüşdə Feyruz iştirak etməmişdir. Həmin günün səhəri, yəni xx.xx.2022ci il tarixdə o, Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs və Zahir adlı şəxs Ceyranbatan qəsəbəsində yerləşən kafelərdən birində görüşmüşlər. Həmin görüş zamanı, Təqsirləndirilən şəxs bankda pulunun olmasını, ələ keçirdiyi 48.500 manat məbləğində pul vəsaitini 2 gün ərzində geri qaytaracağını, qeyd edilən pul vəsaitini 2 gün ərzində qaytarmadığı halda isə özünə məxsus “Hyundai” markalı nəqliyyat vasitəsini 48.500 manat məbləğin əvəzində Qudbiddinə verəcəyini bildirmişdir. Həmin vaxtdan 2 gün keçsə də Təqsirləndirilən şəxs qeyd edilən pul vəsaitini Zərərçəkmiş şəxs geri qaytarmamışdır. Bundan sonra Feyruz onunla yenidən əlaqə saxlayaraq Zahirdən əlavə 1 gün də gözləməsini xahiş etdikdə o, Feyruza inanaraq Zahirdən 1 gün əlavə vaxt istəyərək gözləməsini bildirmişdir. Sonra qeyd olunan vaxt da tamam olmuş, lakin Feyruz bu vədinə də əməl etməyərək telefonlarına cavab verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onunla bir neçə dəfə əlaqə saxlayaraq, Feyruz tərəfindən ələ keçirilmiş 48.500 manat pulunun geri qaytarılmadığını bildirmişdir. O isə bu məsələdə artıq heç bir köməklik göstərə bilməyəcəyini bildirmişdir. Çünki Feyruz onunla heç bir əlaqə yaratmayaraq ondan qaçmışdır. Həmin vaxtdan da bu məsələdən heç bir xəbəri olmamışdır. Hazırda da Feyruzun ona 47000 manat borcu olduğu üçün telefonlarına cavab verməyərək ondan qaçmaqda davam edir. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 yalan danışmışlar, çünki Feyruz heç vaxt ona zəng etməyərək ekskavatorun qiymətini soruşmamışdır. Qeyd etdiyi kimi Feyruz bir dəfə ona zəng edərək “Dosan 180” markalı ekskavatorunu satıb- satmadığını soruşduqda o, özünə lazım olduğu üçün qəti olaraq satmayacağını bildirmişdir. Həmin vaxt Feyruz 4-5 gün idi ki, yuxarıda qeyd etdiyi Seymur və Kamala olan borcunu qaytarmışdır. O, yəqin edir ki, Feyruz başqa bir şəxsə zəng edərək onunla danışdığını yalandan həmin şəxslərə demişdir. Təqsirləndirilən şəxs xüsusi texnikaların alış-satışı ilə məşğul olduğundan qardaşının qaynatası - Kamala 20.000, qonşusu olan olan Seymura isə 23.700 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə Feyruz onunla əlaqə saxlayaraq, əlində müəyyən məbləğdə pul vəsaitinin olduğunu və qeyd edilən pul vəsaiti ilə borclarını qaytarmaq istədiyini bildirmişdir. Həmin gün Xırdalan şəhərində Feyruz Kamala olan 20.000 manat borcunu və sonra isə Bakı şəhəri, Xətai rayonu ərazisində Seymura olan 23.700 manat borcunu ödəmiş, ona olan borcundan İsə 3000 manat pul qaytarmış, 47000 manat borcu isə hazıradək qalmışdır. Şahid2 bundan başqa ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dediklərinin hamısı yalandır. Feyruz yalan danışaraq Qudbiddin və Aqili aldadaraq həmin şəxslərin pulunu ələ keçirmişdir. Feyruz ümumiyyətlə hər hansı sənədləşmə barədə ona zəng etməmiş, həmçinin görüşərək danışmamışdır. Eləcə də, "Dosan 180" markalı ekskavatorun texniki şəhadətnaməsi onda ola-ola Feyruzun guya sənədləşmə işlərini aparması həmçinin Qudbiddin və Aqilin qarajda təmirdə olan ekskavatorunun üzərində olan telefon nömrəsinə zəng etməyərək bunu ondan soruşmamaqları ona aydın olmayaraq qalır. O, elə başa düşür ki, Feyruz həmin şəxslərin pullarını ələ keçirmək üçün onun adından yalan danışmış və dələduzluq niyyətini həyata keçirtmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Rüsxat oğlu ifadəsində göstərdi ki, Şahid2 Rusxat oğlu onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs onun xalasının əridir, qohumluq münasibətləri vardır. Şahid1 və Zərərçəkmiş şəxs şəxsən görməmiş, həmin şəxslərlə hər hansı bir yaxın münasibətləri olmamışdır. Bildiyi məlumat o olmuşdur ki, həmin şəxslər qardaşı Şahid2 məxsus, Məqsədin yoldaşının adına olan “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W" markalı ekskavatoru almaq istəmişlər, lakin qardaşı Şahid2, eləcə də onun bundan xəbərləri olmamışdır. Qohumları Təqsirləndirilən şəxs Qudbiddin və Aqili aldadaraq həmin şəxslərə texnikanı göstərmiş və Məqsədin adından satışını həyata keçirtdiyini deyib 48.500 manat pul vəsaitlərini ələ keçirtmişdir.2022-ci ilin avqust ayının ortalarında Kəlbəcər rayonunda olduğundan işlətdikləri 10 Z-756 dövlət qeydiyyat nişanlı, Dossan 180W markalı ekskovatoru təmir olunması üçün Bakı-Sumqayıt yolunun üstündə yerləşən “Riyad" Ticarət Mərkəzinin yanında fəaliyyət göstərən sexə Şahid3 yanına göndərmişdir. Həmin texnikanın təmir edilməsini xahiş etmişdir. Habil də onunla razılaşmışdır. Həmin günü qeyd olunan ekskavatoru Xudat rayonundan yük qoşqusu üzərində qeyd etdiyi sexə göndərmişlər. Təxminən 2-3 gün sonra qardaşı Məqsəd sexə gələrək ekskavatorun radiatorunu və silindirini təmir olunacağını bildirmişdir. Təmir zamanı Məqsəd hətta bir neçə dəfə lazım olan ehtiyat hissələrini alıb ustaya aparmışdır. Qeyd olunan vaxtlarda ekskavatorun gidravlik problemi də var idi, ekskavatorun qazma gücü çox zəif idi. Həmin vaxtdan sonra onlar ekskavatoru sexdən götürə bilməmişlər, texnika Habil ustanın yanında qalmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində (tarixi konkret xatırlamır) Bakı- Sumqayıt yolunun üstündə yerləşən "Riyad" Ticarət Mərkəzinin yanında fəaliyyət göstərən sexdə usta çilingər işləyən Şahid3 onun istifadəsində olan telefona zəng edərək demişdir ki, iki nəfər gəlmişdir, deyirlər ki, texnikanı Təqsirləndirilən şəxs almışlar, danışıqları bu olmuşdur ki, texnikanın nasazlığını aradan qaldırsınlar. O da Habilə demişdir ki, bu məsələdən əsla xəbəri yoxdur, Məqsəd heç bir texnika satmamışdır. Daha sonra qardaşı ilə bu məsələni dəqiqləşdirmişdir. Məqsədə zəng etmiş, demişdir ki, Habil usta zəng edib bu sözləri ona deyir. Məqsəd isə demişdir ki, heç bir texnika satmamışdır, Feyruz yalan danışır, özündən xəbərsiz hərəkət etmişdir, bu barədə təzəcə özü də məlumat almışdır. Həmin vaxt o, Kəlbəcər rayonunda olmuşdur. Bakıya gələrək qardaşı Məqsədlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər. Xalasıgilə izah etmişlər ki, Feyruzun telefonuna zəng çatmır, telefonlara cavab vermir, onlardan xəbərsiz texnikanı hansısa vətəndaşlara satmışdır. Xalası Reyhan demişdir ki, bu 1-ci iş deyil, Feyruz dəfələrlə belə hərəkətlər etmişdir, Feyruzun borcunu ödəməkdən artıq bezmişlər. Feyruzun oğlu Qənimət də bunu təsdiq etmişdir.Həmin gün bir neçə saatdan sonra Feyruz onlarla əlaqə saxlayaraq etdiyi əməlləri etiraf etmiş və tez bir müddətdə 48.500 manatı Zərərçəkmiş şəxs geri qaytaracağını vəd etmişdir. Bundan əlavə o və qardaşı X11 pulunu ələ keçirməsi ilə bağlı Feyruzun oğlu Qənimətə, qardaşı Novruza və yeznəsi Dilavərə də məlumat vermişlər. Həmin şəxslər də söz vermişlər ki, Feyruzla danışacaqlar, lazım gəlsə, Feyruza məxsus avtomobili və digər əmlakları satıb Zərərçəkmiş şəxs pulunu yaxın vaxtlarda ödəyəcəklər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, o, 2019-cu ildən "xxxx" MMC-də kəsim briqadiri vəzifəsində işləyir. 2022-ci ilin sentyabr ayının əvvəllərində qaynı Eldəniz Hüseynov ona zəng edərək həmkəndliləri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və sonuncunun bacanğının oğlu Şahid2 texnika aldığını, bununla bağlı həmin şəxslərə 48.500 manat pul verdiyini, lakin adı çəkilən şəxslərin sonradan nə texnikanı ada keçirdiklərini, nə də aldıqları 48.500 manat pulu qaytardıqlarını bildirərək, həmin şəxsləri tanıyıb- tanımadığını soruşmuşdur. O isə Şahid2 tanıdığını bildirmişdir. X8 probleminin həll edilməsinə köməklik göstərməyini, Məqsədlə bu barədə danışmağını ondan xahiş etmişdir. O da bu barədə Məqsədlə danışacağını demişdir. Bundan sonra Məqsədə zəng vuraraq Qudbiddin adlı tanışlarının özündən və qohumu Feyruzdan texnika aldıqlarını, lakin texnikanı Qudbiddinin adına keçirmədiklərini, pulu da qaytarmadıqlarını bildirmişdir və Qudbiddinin probleminin həll edilməsini xahiş etmişdir. Məqsəd ona bildirmişdir ki, qohumu Feyruz əlaqə saxlayaraq, özünə məxsus texnikanı dəyərinin bir hissəsini nağd pul şəklində, qalan hissəsini isə təxminən 50.000 manat dəyərində başqa bir texnika ilə barter etməklə almaq istəyən şəxslərin olduğunu, lakin özünün razılaşmayaraq həmin texnikanı yalnız nağd pula satdığını bildirdiyini demişdir. O, Feyruzun həmin texnikanın satılması ilə bağlı Qudbiddindən 48.500 manat aldığını Məqsədin nəzərinə çatdırmışdır, bu məsələnin yoluna qoyulması ilə bağlı görüşməyi təklif etmişdir, Məqsəd də razılaşmışdır. Beləliklə o, Feyruz, Məqsəd, Qudbiddin və Aqil 2 dəfə görüşmüşlər. 1-ci görüşdə söhbət etdikdən sonra Məqsəd Feyruzun qardaşı və oğlunu çağırıb bu barədə danışacağını, məsələni yoluna qoyacaqlarını bildirmişdir. Həmin vaxt Məqsəd tək gəlmişdir. Onun yanında isə Qubiddin və Aqil olmuşdur. Həmin şəxslər də Məqsədin dediklərinin şahidi olmuşlar. Bundan 1-2 gün sonra təkrarən görüşmüşlər, bu görüş zamanı Məqsəd lazım gəlsə öz sürdüyü avtomobili vermək yolu ilə və ya başqa yolla 1-2 gün ərzində Qudbiddingilə vurulmuş ziyanı aradan qaldıracağını bildirmişdir. Çünki o, Məqsəddən xahiş etmişdir ki, bu məsələni həll etsin. Məqsəd də onun sözünü yerə salmayaraq razılaşmışdır. Bundan sonra Məqsəd söz verdiyi müddətdə ziyanı ödəyə bilmədiklərinə görə, onunla təkrarən əlaqə saxlamış və pulun qaytarılması üçün Feyruzun qardaşı və oğlu ilə danışdığını, ona görə də Qudbiddindən əlavə olaraq 1 gün vaxt alması üçün xahiş etməyini istəmişdir. O da Qudbiddinlə danışaraq 1 gün də gözləməsini xahiş etmişdir. Həmin vaxt da gəlib çatdıqda Məqsəd onunla əlaqə saxlayaraq, Feyruzun ziyanın ödənilməsi ilə bağlı hər hansı məbləğdə pul vermədiyini, buna görə də özünün də pul verə bilməyəcəyini bildirmişdir. O da həm Məqsədə, həm də Qudbiddinə artıq bu məsələdən çəkildiyini bildirərək, istədikləri yolla pullarını tələb edə biləcəklərini bildirmişdir. Bundan sonra bu məsələdə onun hər hansı iştirakı olmamışdır. Şahid2 Rusxat oğlunu bir neçə ildir ki, tanıyır, belə İ ki, əmisi oğlu X20 birlikdə işləmişdir, ona görə də tanışlıq münasibətləri yaranmışdır, hazırda da Məqsədlə normal münasibətləri vardır, aralarında hər hansı bir düşmənçilik, ədavət yaşanmamışdır. Şahid1 və Zərərçəkmiş şəxs ilə isə münasibətləri olmamışdır, həmin şəxsləri qaynı Eldəniz Hüseynovun sayəsində tanımışdır. Həmin şəxsləri tanıdıqdan sonra məlum olmuşdur ki, Qudbiddin və Aqil Şahid2 məxsus, sonuncunun yoldaşının adına olan “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W" markalı ekskavatoru almaq istəmişlər, lakin Şahid2, eləcə də Məqsədin ailə üzvülərinin bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Qudbiddin və Aqili aldadaraq həmin şəxslərə texnikanı göstərmiş və Məqsədin adından satışını həyata keçirtdiyini deyib 48.500 manat pul vəsaitlərini ələ keçirtmişdir. Şahid2la ilk olaraq telefonla danışan zaman aralarında baş tutmuş söhbəti əvvəlki ifadəsində ümumi şəkildə hadisələri tam olaraq bildiyi üçün təsvir etmişdir. Bəli, Qudbiddingilin texnika məsələsi ilə bağlı Məqsədlə telefonla əlaqə saxlayan zaman Məqsəd ona konkret olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs və Aqil Məmmədova hər hansı bir texnika satmamışdır, “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W” markalı ekskavatorun həmin şəxslərə satılmasından xəbəri yoxdur. Hətta Məqsəd onunla telefonda danışan zaman çox pis əsəbləşmiş, ona demişdir ki, yaxşı ki, bu barədə özünə məlumat vermişdir, özünün şəxsən heç nədən xəbəri yoxdur. Məqsəd hətta demişdir ki, bütün bu işlər qohumu Təqsirləndirilən şəxs işidir, bununla bağlı təcili Feyruzla danışacaqdır. Hətta qeyd etmişdir ki, Feyruza qəti şəkildə əvvəllər də demişdir ki, ekskavatorunu satmır. Satsa belə, texnikanı nağd şəkildə satacaqdır, hər hansı bir texnika ilə barter edib satmayacaqdır. Daha sonra o, Məqsəddən bu problemin həll edilməsini xahiş etmişdir. Qalan məsələlər barədə ifadəsində ətraflı məlumat vermişdir. O, sonradan iki dəfə Məqsəd və digərləri ilə görüşmüşdür, bütün görüşlərdə Şahid2 Feyruz qohumu olduğu üçün özünü irəli verərək Feyruzun adından Qudbiddingildən üzr istəmiş, Qudbiddingildən alınmış 48.500 manat pulun qaytarılmasına şəxsən özünün nəzarət edəcəyini, Feyruzu pulu qaytarmağa məcbur edəcəyini demişdir. Sonradan hamıya məlum olmuşdur ki, Feyruz Qudbiddingili aldatmışdır, Qudbiddingillə Məqsədin adından istifadə etməklə belə razılaşmışlar ki, guya 48.500 manat puldan əlavə yerdə qalan pulu başqa bir texnikanı barter etmək yolu ilə ödəsinlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, hal-hazırda Bakı-Sumqayıt yolunun üstündə yerləşən “Riyad” Ticarət Mərkəzinin yanında fəaliyyət göstərən sexdə çilingər işləyərək yol tikinti texnikalarının təmiri ilə məşğul olur. 2022-ci ilin avqust ayının ortalarında təxminən bir il müddətdir ki, tanıdığı Rəşad adlı şəxs Kəlbəcər rayonunda olduğunu bildirərək özlərinə məxsus 10 Z-756 dövlət qeydiyyat nişanlı Dossan 180W markalı ekskavatorun təmir olunması üçün işlədiyi sexə göndərəcəyini bildirmiş və həmin texnikanın təmir edilməsini xahiş etmişdir. O da razılaşmışdır. Həmin günü qeyd olunan ekskavator yük qoşqusu üzərində tanımadığı sürücü tərəfindən sexə gətirilmişdir. Təxminən 2-3 gün sonra Rəşadın qardaşı Məqsəd sexə gələrək ekskavatorun radiatorunu və silindirini təmir olunacağını bildirərək çıxıb getmişdir. Təmir zamanı Məqsəd bir neçə dəfə lazım olan ehtiyat hissələrini alıb ona gətirmişdir. Qeyd olunan vaxtlarda Məqsəd həmçinin ona ekskavatorun gidravlik probleminin olmasını da demişdir. Çünki ekskavatorun qazma gücü çox zəif olmuşdur. Həmin vaxtdan sonra 1-2 gün ərzində ekskavatorun radiator və silindirini təmir etsə də texnikanı nə Rəşad, nə də Məqsəd gəlib aparmamışdır. Həmçinin onun əlində başqa işləri olduğu üçün vaxt azlığı səbəbindən ekskavatorun gidravlik problemini həll edə bilməmişdir. Təxminən sentyabr ayının əvvəllərində Rəşad və Məqsədin qohumu Feyruz kimi tanıdığı şəxs yanında tanımadığı iki nəfər şəxslə birlikdə sexə gələrək ekskavatoru yoxlayacaqlarını demişlər. O da elə başa düşmüşdür ki, Feyruzu ekskavatorun ardınca Məqsəd və ya Rəşad göndərmişdir. Həmçinin elə başa düşmüşdür ki, Feyruzun yanında olan şəxslər də ekskavator sürücüləridir. Rəşad və Məqsədin telefonları onda olmadığı üçün, həmçinin Rəşadın zəng etdiyi nömrə silindiyi üçün həmin şəxslərə bu barədə məlumat verə bilməmişdir. Həmin günü Feyruz və yanında olan iki nəfər ekskavatoru yoxladıqdan sonra çıxıb getmişlər. Təxminən 1-2 gün sonra Feyruzun yanında gəlmiş adını bilmədiyi, sonradan adlarının Aqil və Qudbiddin olduğunu bildiyi şəxslər qeyd olunan ekskavatoru aldıqlarını bildirərək ekskovatorun gidravlik probleminin onun tərəfindən düzəldilməsini istəmişlər. O da həmin texnikanın Rəşad və Məqsədin olduğunu deyərək həmin şəxslərin ona zəng etdikdən sonra təmirə başlayacağını demişdir. Həmin vaxt Aqil və ya Qudbiddin yanında Feyruza zəng edərək onun dediklərini Feyruza bildirmişlər. Sonra isə telefonu ona verdikdə bu barədə Feyruza da bildirmişdir. Həmin vaxt Feyruzdan Rəşad və ya Məqsədin nömrəsini istəsə də Feyruz nömrələri ona verməmişdir. Həmin günü ekskavatorun gidravlik problemini təmir etmiş, çünki Rəşad ekskavatorda olan nasazlığı təmir etməsini ona onsuz da demişdir. Qeyd olunan vaxtda Aqil və Qudbiddin özləri də texnikanı yoxlayaraq nasazlığın aradan qalxdığını görmüşlər. Həmin günü isə çıxıb getmişlər. Həmin şəxsləri birdə heç yerdə görməmişdir. Həmin günün və ya səhəri günün axşamı Məqsəd onun telefonuna zəng edərək özünə məxsus qeyd olunan ekskavatorun özündən xəbərsiz satıldığını bildirmişdir. O isə Məqsədə ekskavatorun qarajda olmasını bildirərək Rəşad və özünün gəlib təmir ödənişini etməsə, ekskavatorun kiməsə verilə bilməyəcəyini Məqsədə demişdir. Həmin günü səhəri Məqsəd ona zəng edərək sexdə olduğunu və ekskovatorun təmir pulunu verib aparacığını bildirmişdir. O isə sexdə olmadığını, yaxın saatlarda gələcəyini demişdir. Məqsəd isə vaxtının olmadığını bildirərək razılaşdıqları kimi 400 manat təmir pulunu sexdə köməkçisinə verərək ekskavatoru kiminləsə sürərək aparacağını demişdir. O, sexə qayıdarkən Xırdalan dairəsi istiqamətində həmin ekskvatorun getməsini görmüş, lakin ekskavatorun kim tərəfindən idarə olunmasını görə bilməmişdir. Bundan sonrakı hadisələrdən heç bir xəbəri olamamışdır. Şahid3 həmçinin ifadəsində göstərdi ki, ekskavatorun yan şüşəsinin üzərində Məqsədin istifadəsində olan ********** nömrəsinin qeyd olunmasına həmin vaxtı başı qarışıq olduğundan fikir verməmişdir. Həmin vaxt həmin nömrəni görsəydi, təbii ki, əlaqə saxlayacaqdı. Qeyd olunan ekskavator qarajda təmirdə olarkən Aqil və Qudbiddindən başqa digər alıcı kimin digər şəxslər ekskavatora baxmağa gəlməmişlər. Feyruz da həmin ekskavatordan başqa hər hansı ekskavatora görə qaraja gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Əhmədov X5 Qardaşov və Şahid1lə birlikdə "Riyad” Ticarət Mərkəzinin yanında fəaliyyət göstərdiyi sexə gələrək 10 Z-756 dövlət qeydiyyat nişanlı, Dossan 180W markalı ekskavatorla tanış olmuşlar. Həmin vaxt o da orada olmuşdur. O, siftə elə başa düşmüşdür ki, Feyruzu ekskavatorun ardınca Məqsəd və ya Rəşad göndərmişdir. Həmçinin elə başa düşmüşdür ki, Feyruzun yanında olan şəxslər də ekskovator sürücüləridir. Lakin sonradan ona agah olmuşdur ki, Feyruz və həmin şəxslər ekskvatora baxmaq, işləmə vəziyyəti ilə tanış olmaq üçün gəlmişlər. Feyruz ondan ekskavatoru sürüb yoxlamaq üçün açarını istədikdə, o, Feyruza demişdir ki, ekskvatorun yiyələri kimi Rəşad və Məqsədi tanıyır və həmin şəxslərin bundan xəbəri olmalıdır, həmin şəxslərin razılığı əsasında o, texnikanın açarını verə bilər. Daha sonra o, Rəşada zəng etmiş, lakin həmin şəxsin telefon nömrəsinə zəng çatmamışdır. Bunu görən Feyruz özü Şahid2 zəng etmiş, bildirmişdir ki, usta Habil texnikanın açarını vermir ki, texnikanı yoxlasınlar. Yalnız bundan sonra Məqsəd onun telefonuna zəng edərək texnikanın açarını Feyruzgilə verməyini tapşırmışdır. O da bundan sonra texnikanın açarını Feyruzgilə vermiş və həmin şəxslər ekskavatoru işə salaraq sürüb yoxlamışlar. Ekskvatorda müəyyən nasazlıqlar olduğu aşkar edilmiş və həmin günü Feyruz və yanında olan qeyd etdiyi Qudbiddin və Aqil birlikdə çıxıb getmişlər. Daha sonra Feyruz bir daha sexə, ekskavatora baxmaq üçün gəlməmişdir. Lakin təxminən sabahısı və ya o biri günü Feyruzun yanında gəlmiş Aqil və Qudbiddin yenidən sexə gəlmişlər, ona demişlər ki, Feyruzla gəlib baxdıqları ekskavatoru almışlar. Ekskavatorda aşkar edilmiş gidravlik probleminin də onun tərəfindən düzəldilməsini ondan xahiş etmişlər. O da həmin texnikanın tam olaraq satılmasından əmin olmadığı üçün Rəşad və Məqsədin yalnız ona zəng etdikdən sonra təmirə başlayacağını demişdir. Həmin vaxt Aqil və Qudbiddin yanında Feyruza zəng edərək onun dediklərini olduğu kimi çatdırmışlar. Sonra isə telefonu ona verdikdə bu barədə Feyruza da bildirmişdir. Həmin vaxt Feyruz ona demişdir ki, həmin şəxslər texnikanı almışlar, texnikanı düzəltsin, Məqsədin məlumatı vardır. Rəşadın nömrəsinə zəng çatmadığı üçün Məqsədin nömrəsini istəmiş, Feyruz da demişdir ki, Məqsəd özü onu yığacaqdır. Məqsədin nömrəsi telefonunda qalmamışdır. Ekskavatorun yan şüşəsinin üzərinə Məqsədin istifadəsində olan ********** nömrəsi qeyd edilməsinə də düzü fikir verməmişdir. Həmin günü ekskavatorun gidravlik problemini Qudbiddingilin xahişləri əsasında təmir etmişdir, çünki onsuz da Rəşad ekskavatorda olan nasazlığı təmir etməsini ona əvvəlcədən demişdir. Qeyd olunan vaxtda Aqil və Qudbiddin özləri də texnikanı yoxlayaraq nasazlığın aradan qalxdığını görmüşlər. Həmin günü isə çıxıb getmişlər. Həmin şəxsləri birdə heç yerdə görməmişdir. Həmin gündən təxminən bir neçə gün də keçmişdir. Məqsəd onun telefonuna zəng edərək özünə məxsus qeyd olunan ekskavatorun özündən xəbərsiz satıldığını bildirmişdir. O isə belə şeyin mümkün olmadığını, ekskovatorun qarajda olmasını bildirərək Rəşad və ya özünün gəlib təmir ödənişini etməsə, ekskavatorun heç kimə verilə bilməyəcəyini Məqsədə bildirmişdir. Həmin günün səhəri Məqsəd ona zəng edərək sexdə olduğunu və ekskovatorun təmir pulunu verib aparacağını bildirmişdir. O isə sexdə olmadığını, yaxın saatlarda gələcəyini demişdir. Məqsəd isə vaxtının olmadığını bildirərək razılaşdıqları 400 manat təmir pulunu sexdə köməkçisinə - əmisi oğlu Şahid5 verərək ekskovatoru kiminləsə sürərək aparacağını demişdir. O, bir neçə saatdan sonra sexə qayıdarkən Xırdalan dairəsi istiqamətində həmin ekskavatorun getməsini görmüş, lakin ekskavatoru kim tərəfindən idarə olunmasını görə bilməmişdir. Mürşüd də ona Məqsədin gəldiyini, 400 manat pulu verərək ekskavatoru apardığını demişdir. Daha sonra öyrənmişdir ki, ekskavator Xocasən dairəsi yaxınlığına aparılmış, orada boş meydançada saxlanılmışdır. Bundan sonrakı hadisələrdən isə heç bir xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, o, tikinti şirkəti olan "xxxx" MMCdə menecer vəzifəsində çalışır. MMC-nin rəhbəri Ələkbərov Seymur Vəkil oğludur. Seymur Ələkbərov "Qardaşlar Təmir Tikinti Yol” MMC şirkətinin rəhbəri Şahid2 2 ədəd “Kat” markalı bulduzer və 3 ədəd “Kat” markalı ekskavator texnikası almışdır. Texnikanın alınmasında Məqsədin qohumu Təqsirləndirilən şəxs iştirak etmişdir. Texnikalar təhvil verilsə də texnikanın pulu 390.000 manat tam olaraq Feyruzdan ahna bilməmişdir. Məqsədin MMC-nin rəhbəri Seymur Ələkbərovla soyuq münasibətləri olduğu üçün işin icrasını Təqsirləndirilən şəxs tapşırmışdır. Qeyd olunan “Kat" markalı texnikanın bir çoxu Seymur tərəfindən Məqsədə verilmişdir. Feyruz Məqsədin adından hissə-hissə olmaqla qeyd olunan texnikaların pulunu müəyyən müddət ərzində vermişdir. Lakin yerdə qalan bir neçə texnikanın pulu Feyruz və Məqsəd tərəfindən ödənilmədiyindən həmin texnikalar Məqsədə təhvil verilməmişdir. Ona görə də Feyruz texnikanın pulunu gətirib çatdırmadığına görə Seymur Feyruz vasitəsi ilə Məqsədə xəbər vermiş, Məqsəd də gəlib Seymurla texnikanın pulunu ödəmək istiqamətində söhbətlər aparmış, texnikanın pulunu Məqsəd özünün verəcəyini demişdir. Məqsəd Feyruzla aralarında texnikanın pulu ilə bağlı olan məsələni özlərinin həll edəcəyini bildirmişdir. Bundan sonra Seymurdan eşitdiyinə görə təxminən 2022-ci ilin avqust ayının sonlarında Şahid2la Təqsirləndirilən şəxs birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində Seymur Ələkbərovla görüşmüşlər və həmin vaxtı Feyruz Şahid2 yanında texnikadan yaranmış borc olan 23.700 manat məbləğində pulu Seymura vermişdir. Bir müddət sonra Şahid2la görüşən zaman sonuncu ona demişdir ki, onlarla bağlı texnikanın pulunu ödədikdən sonra qohumu Təqsirləndirilən şəxs özünün adından istifadə etmiş, özünün “10 Z-756" dövlət qeydiyyat nişanlı, “Dossan 180W” markalı ekskavatorunu icazəsi olmadan başqa kiməsə satmışdır. Hətta həmin vaxt Məqsəd Feyruzun alçaq hərəkət etdiyini, adından 48.500 manat pulu bir vətəndaşdan aldığını bildirmişdir. Hətta yanında Feyruzun ünvanına nalayiq ifadələrdə işlətmişdir. Onun deyəcəkləri bu qədərdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, fərdi qaydada sürücü kimi çalışır. Tez-tez xarici ölkələrə işi ilə əlaqədar gedib-gəlir. Şahid2 Rusxat oğlu onun qızının qaynıdır. Təqsirləndirilən şəxs ilə də bu səbəbdən qohumluq münasibətləri vardır. Belə ki, Feyruz Məqsədin xalasının əridir. Hər ikisi ilə həm Feyruz, həm də Məqsədlə normal münasibətləri vardır, aralarında hər hansı bir düşmənçilik, ədavət yaşanmamışdır. Şahid1 və Zərərçəkmiş şəxs isə şəxsən görməmiş, həmin şəxslərlə hər hansı bir yaxın münasibətləri olmamışdır. Bildiyi məlumat o olmuşdur ki, həmin şəxslər Şahid2 məxsus, sonuncunun yoldaşının adına olan “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W” markalı ekskavatoru almaq istəmişlər, lakin Şahid2, eləcə də ailə üzvlərinin bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Qudbiddin və Aqili aldadaraq həmin şəxslərə texnikanı göstərmiş və Məqsədin adından satışını həyata keçirtdiyini deyib 48.500 manat pul vəsaitlərini ələ keçirmişdir. Bu Feyruzun 1-ci hərəkəti olmamışdır, Təqsirləndirilən şəxs əvvəllər də müxtəlif şəxslərə qarşı belə dələduzluq əməllərinə yol vermişdir. 2022-ci ilin avqust ayında (tarixi konkret olaraq xatırlamır) 1 ədəd buldozer texnikası almaq istəmişdir, buna görə texnika alveri ilə məşğul olan Təqsirləndirilən şəxsla məsləhətləşmişdir. Feyruz da ona demişdir ki, bir texnika vardır, satılır, texnikaya baxa bilərlər. Bundan sonra Feyruz onu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qaraş kimi fəaliyyət göstərən bir yerə aparmış, dəmir setkanın içərisində olan buldozer texnikanı aralıdan ona göstərmiş və demişdir ki, satılır, sahibi tapşırmışdır, texnikanın qiymətinin təxminən səhv etmirsə, 70.000 manat olduğunu demişdir. O da bundan sonra Feyruza inanaraq razılaşmış, texnikanı almaq istədiyini demişdir. Feyruz ona demişdir ki, bugün mütləq beh verilməlidir, ona görə də 20.000 manat pul beh istəmişdir. O da həmin günü Təqsirləndirilən şəxs inanaraq 20.000 manat pulu beh kimi vermişdir. Daha sonra təxminən bir həftə ərzində ona məlum olmuşdur ki, Feyruz onu aldatmışdır, başqa şəxsə məxsus bir texnikanı satılır adı ilə ona göstərmişdir. Şahid2la söhətləri zamanı da məlum olmuşdur ki, Məqsədlə Feyruz arasında texnikalarla bağlı problemlər vardır. O da düzü bundan şübhələnmiş, texnika ilə maraqlandıqda satılmadığını öyrənmişdir. O da qeyd etdiyi kimi bunu biləndən sonra Feyruzdan konkret olaraq 20.000 manat pulunu tələb etmişdir. Feyruz da ona bir neçə gün gözləməyini, pulunu qaytaracağına söz vermişdir. Nəhayət, 2022-ci ilin avqust ayının sonlarında onun iş yerində, Xırdalan şəhərində “Ot bazarı” adlanan ərazidə Təqsirləndirilən şəxs və Şahid2la görüşmüşlər və həmin vaxtı Feyruz Şahid2 yanında ona olan 20.000 manat borcunu ödəmişdir. Bununla da onun Feyruzla aralarında olan pul məsələsi bağlanmışdır. Bundan sonra həmin şəxslər sağollaşıb getmişlər. Onun digər məsələlərdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs yalan danışmışdır, ifadəsində dediyi məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs ona 20.000 manat pul borcu yaranmışdır. Şahid2 ona nə vaxtsa pul borcu olmamışdır. Şahid5 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2, Xavər Əliyeva küçəsində kirayədə yaşayır. Bakı-Sumqayıt yolunun üstündə yerləşən “Riyad” Ticarət Mərkəzinin yanında fəaliyyət göstərən avtomobil (ağır texnika) təmiri sexində (qarajmaşın emalatxanası) çilingər işləmişdir. Hazırda isə Binəqədi-Novxanı yolunun üstündə yerləşən ağır texnika üçün nəzərdə tutulmuş təmir sexində işləyir. Bakı-Sumqayıt yolunun üstündə yerləşən “Riyad" Ticarət Mərkəzinin yanında fəaliyyət göstərən avtomobil (ağır texnika) təmiri sexində (qaraj- maşın emalatxanası) çilingər işləmişdir. Əmisi oğlu Şahid3 köməkçisi olmuşdur. 2022-ci ilin təxminən avqust ayının sonu, sentyabr ayının əvvəllərində (tarixi konkret xatırlamır) sonradan adlarının Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 bildiyi şəxslər “Riyad" Ticarət Mərkəzinin yanında fəaliyyət göstərdikləri sexə gələrək "10 Z- 756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W” markalı ekskavatorla tanış olmuşlar. Həmin vaxt o və əmisi oğlu Habil də orada olmuşdur. O, ümumiyyətlə həmin şəxslərə yaxın getməmiş, aralarında nə söhbətlərin getdiyini də bilməmişdir. Sadəcə gördüyü o olmuşdur ki, texnikanın sahibi kimi bildikləri Məqsəd Habilə zəng etdikdən sonra, əmisioğlu Şahid3 texnikanın açarını Feyruzgilə vermiş, həmin şəxslər da texnikanı yaxın ətrafda sürərək saz vəziyyətdə olubolmamasını yoxlamışlar. Daha sonra isə birlikdə çıxıb getmişlər. Daha sonra isə xatırlayır ki, bu hadisədən təxminən 6-7 gün keçdikdən sonra Şahid2 işlədikləri sexə gələrək əmisioğlu Şahid3la danışdığını, texnikanın təmiri üçün danışdığı 400 manat pulu vermək istədiyini və texnikanı aparacağını demişdir. Əmisi oğlu Habil işdə olmamış, harasa ehtiyat hissəsi dalınca getmişdir. O da bundan sonra əmin olmaq üçün Habillə telefonla danışaraq 400 manat pulu Məqsəddən qəbul etmiş, Məqsəd də texnikanı özü ilə gətirdiyi hazırda xatırlamadığı adam vasitəsi ilə aparacağını demişdir. Daha sonra həmin şəxs texnikanı idarə edərək sürüb aparmışdır. Lakin həmin vaxt texnikanı idarə edərək hara apardıqlarını bilməmişdir. Yalnız sonradan məlum olmuşdur ki, həmin texnika Xocasən dairəsi yaxınlığına aparılmışdır. Onun bildikləri bu qədərdir. Şahid5 bundan başqa ifadəsində göstərmişdir ki, Şahid2, eləcə də Təqsirləndirilən şəxs tərəfindən “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W” markalı ekskavatorun Zərərçəkmiş şəxs və Şahid1 satılması, hansı qiymətə aralarında razılıq əldə edilməsi, bu barədə avtomobil təmir sexində aparılmış söhbətləri, eləcə də nə qədər pul vəsaitinin alınması barədə hər hansı bir məlumatı yoxdur. Texnika satılmışdırsa belə, o, bu barədə aparılan söhbətlərə şahidlik etməmiş, məlumatı olmamışdır. Sadəcə olaraq ifadəsində də dediyi kimi Feyruz, Qudbiddin və Aqil birlikdə gələrək əmisioğlu Habildən texnikanın açarını aldıqdan sonra texnikaya baxmışlar, idarə edərək yoxlamışlar. Buna da Məqsəd əmisioğluna zəng edərək icazə vermişdir. O, kənardan bunun şahidi olmuşdur. Qalan baş verənlər barədə hər hansı bir məlumata malik deyildir. Şahid2 sexə gələrək "10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W’ markalı ekskavatoru aparan zaman ona texnikanın özünün xəbəri olmadan kiməsə satılması barədə, eləcə də digər bu kimi hansısa bir məsələ barədə məlumat verməmiş, nəsə soruşmamışdır. Məqsəd həmin vaxt Təqsirləndirilən şəxs barəsində də nəsə danışmamışdır. (cild.2, i.v.29-33) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsləri və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən daxil olmuş 21 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən fiziki şəxslərdən yalnız Şahid2 adına 4 ədəd texnika: AZ10BC-317 dövlət qeydiyyat nişanlı DOOSAN S255 LC-V, AZ10BC-012 dövlət qeydiyyat nişanlı HYUNDAİ 210LC-7, AZ10BA-909 dövlət qeydiyyat nişanlı HYUNDAİ R320LC-7A markalı ekskvatorlar və AZ10BC-020 dövlət qeydiyyat nişanlı YUTONG 961A markalı frontal yükləyici dövlət qeydiyyatına alınmışdır. Sorğuda qeyd edilən AZ10Z-756 dövlət qeydiyyat nişanlı DOOSAN S180W-V markalı ekskvator xx.xx.2014-cü il tarixində X1 adına dövlət qeydiyatına alınmış və sonuncu dəfə xx.xx.2016-cı il tarixdə dövlət texniki baxışına təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 12-ci hissəsinin birinci abzasına əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkərlətinin aparılmasına dair reyestr, jurnal və kompyuter bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədləri beş il müddətində saxlanılır. “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli Qərarın tələblərinə uyğun olaraq X23 X12 nəzarətin təşkili sektorunun fəaliyyəti nəticəsində yaranmış 2010-2016cı ilə aid sənədlər akt əsasında məhv edilmişdir. (cild 1, iş vərəqə134-139) Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X13 Agentliyindən daxil olmuş 24 oktyabr 2022-ci il tarixli, xx/xx-07401 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs və ünvan 4 ünvanında yaşayan Şahid2 adına texnoloji və digər mexaniki nəqliyyat vasitəsi Agentlikdə qeydiyyatdan keçirilməmişdir. (cild İ, i. v. 142-143) Cinayət işi materiallarında olan və Şahid2 istintaqa verdiyi ifadəsinə əlavə etdiyi texnikaya dair Qeydiyyat Şəhadətnaməsindən görünür ki, sözügedən ağır texnika “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W" markalı ekskavator olmaqla, X1 mülkiyyətindədir, xx.xx.2014-cü il tarixində dövlət qeydiyyatına alınmışdır. (cild İİ, i. v. 40-41) Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında, eyni zamanda Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında, o cümlədən Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 yanvar 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. (cild.1, i.v.163) Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2022-xx.xx.2022-ci il tarixədək olan dövrdə 74 dəfə telefon danışıqları həyata keçirilmişdir. (cild.1, i.v.218) Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə baxış protokolundan görünür ki, təqdim olunmuş 1 ədəd CD diskdə cəmi 7 olmaqla səs yazısı və videogörüntü olan fayllar vardır: “WhatsApp Audio 2022-09-13 at 10.27.46 (online-audio-converte” - faylında ümumi müddəti 05 dəqiqə 49 saniyə olan audioyazı, “WhatsApp Audio 202209-13 at 10.30.54 (online-audio-converte” - faylında ümumi müddəti 01 dəqiqə 01 saniyə olan audioyazı, “WhatsApp Video 2022-09-13 at 10.27.35" - faylında ümumi müddəti 30 saniyə olan videogörüntü, "WhatsApp Video 2022-09-13 at 10.27.41 (1)"faylında ümumi müddəti 02 dəqiqə 50 saniyə olan videogörüntü, “WhatsApp Video 2022-09-13 at 10.27.41"- faylında ümumi müddəti 02 dəqiqə 50 saniyə olan videogörüntü, “WhatsApp Video 2022-09-13 at 10.27.45’’- faylında ümumi müddəti 01 dəqiqə 59 saniyə olan videogörüntü, "WhatsApp Video 2022-09-13 at 10.27.46"- faylında ümumi müddəti 19 saniyə olan videogörüntü aşkar edilmişdir. Aşkar edilmiş qeyd olunan “WhatsApp Audio 2022-09-13 at 10.27.46 (online-audio-converte” və "WhatsApp Audio 2022-09-13 at 10.30.54 (onlineaudio-converte” fayllarında bir nəfər kişi cinsindən olan şəxsin qarşı tərəf bir nəfər kişi cinsindən olan şəxsə “Feyruz" deyərək müraciət etdiyi, eyni zamanda "Feyruz” deyilərək müraciət edilən şəxsin isə öz növbəsində qarşı tərəfə "Qudbiddin” deyərək müraciət etdiyi müəyyən edilmişdir. Bütün səs yazılarının məzmunundan görünür ki, Zərərçəkmiş şəxs adlı şəxs Feyruz adlı şəxsə müraciət edərək aralarında "10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W” markalı ekskovatorun alınması ilə bağlı baş tutmuş razılıqları əsasında ilkin olaraq verdiyi 48.500 manat pulu nə vaxt geri alacağını, həmin pulun Şahid2 doğurdan verilibverilmədiyini, bunu təsdiq edəcək başqa şahidinin olub-olmadığını, lazım gələrsə, birlikdə oturub görüşmələrini, söhbət etmələrini, bu məsələni həll etmələrini xahiş edir, daha sonra 48.500 manat pulunu geri tələb edərək artıq səbrinin qalmadığını, bu işin çox uzandığını, Bakı şəhərinə gəldiyini, övladlarının üzünə həsrət qaldığını bildirir. Məqsədlə aralarında nə problemin olmasının ona dəxli olmamasını, onun pulunun geri qaytarılmasını tələb edir. Feyruz adlı şəxs isə Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək sonuncuya müraciətdə bugün-sabah deməklə məsələni həll edəcəyini, saat 3 tamamda onunla görüşəcəklərini, “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W” markalı ekskovatorun satılması ilə bağlı şəxsən aldığı 48.500 manat pulu Şahid2 verdiyini, Məqsədin də pulu digər şəxslərə verərək borcunu ödədiyini, Məqsəddən xəbərsiz texnikanı satmadığını, hazırda özünün pulunun olmadığını, Məqsədin isə varlı-imkanlı adam olduğunu, pulu qaytarmaq istəmədiyini bildirmişdir. Eyni zamanda məsələni özünün həll edəcəyini, özünün ordan-burdan pul taparaq onu yola salacağını, daha sonra lazım gələrsə, birlikdə oturub söhbət edəcəklərini, məsələni Məqsədlə öz aralarında həll edəcəyini bildirir. Eyni zamanda pulun hazır olduğunu, günortaya qədər və ya günortadan sonra pulu qaytaracağını, onu yola salacağını deyir. “WhatsApp Video 2022-09-13 at 10.27.35”, “WhatsApp Video 2022- 0913 at 10.27.41 (1)”, "WhatsApp Video 2022-09-13 at 10.27.41”, “WhatsApp Video 2022-09- 13 at 10.27.45”, "WhatsApp Video 2022-09-13 at 10.27.46” - videogörüntü fayllarından görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 ilə avtomobili idarə edən Təqsirləndirilən şəxs arasında “10 Z-756” dövlət qeydiyyat nişanlı, “Dossan 180W” markalı ekskovatorun satılması və sənədləşdirilməsi işi ilə bağlı söhbətlər gedir. Zərərçəkmiş şəxs texnikanı almağa razılaşdığını, bunun üçün danışdıqları və razılaşdıqları kimi ilkin olaraq 48.500 manat pul verdiyini, məsələnin həll edilməsini, texnikanına dına rəsmiləşdirilməsini və texnikanı götürərək çıxıb getmək istədiyini bildirir. Təqsirləndirilən şəxs da bunun üçün çalışdığını, Fövqəladədən sənədi çıxardacağını, bu işin ola bilər 1 saat, ola bilər bir neçə günə alınacağını, onları hər bir halda razı yola salmaq istədiyini qeyd edir Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyd olunan fayllardakı səs yazılarında və videogörüntüdə danışan şəxs odur və Təqsirləndirilən şəxsdur. O, göründüyü kimi Təqsirləndirilən şəxsla dəfələrlə istifadəsində olan ***-***-**-** saylı telefonla, eləcə də WhatsApp proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək dəfələrlə danışmışdır. Aralarında baş tutmuş danışıqlardan bəzilərini telefonunda xüsusi proqram vasitəsi ilə qeydə almış, eyni zamanda Təqsirləndirilən şəxsla görüşən zaman onun avtomobilində hərəkətdə olarkən telefonu vasitəsi ilə videoçəkiliş aparmış və bütün bunları 1 ədəd “CD” diskinə köçürdərək könüllü olaraq ilkin araşdırma zamanı izahatına əlavə etmişdir. Qeyd olunan danışıqlarının məzmunu almaq istədiyi “10 Z-756” dövlət qeydiyyat nişanlı, "Dossan 180W" markalı ekskavatorla bağlı olmuşdur, həmin ekskavator üçün verdiyi 48.500 manat pulu Feryuz Əhmədovdan geri tələb etmişdir. O, texnika ilə tanış olan zaman 48.500 manat pulu dostu Şahid1 yanında Təqsirləndirilən şəxs şəxsən vermişdir. Sonuncu isə bundan sonra texnikanı guya onun adına sənədləşdirəcəyini bildirərək aldığı pulu texnikanın sahibi Şahid2 verdiyini, həmin şəxsin sənədləşmə işini həll edəcəyini demişdir. Hətta Feyruz onu bir neçə tanımadığı idarəyə də apararaq guya özünü məsələni həll edən şəxs kimi göstərmişdir. Daha sonra isə artıq o, aldadıldığını başa düşmüş, pulunu Təqsirləndirilən şəxs geri tələb etmişdir, sonuncu isə bugün-sabah aldığı 48.500 manat pulu qaytaracağını deyərək pulunu qaytarmamışdır. ( cild 1, iş vərəqəsi 176-178) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. (cild 1, iş vərəqəsi 179-180) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********17 nömrəli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Stansiya Sumqayıt ünvanında yerləşən 6A saylı fərdi yaşayış evi üzərində Təqsirləndirilən şəxs tam mülkiyyət hüququ qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. (cild 1, iş vərəqəsi 185-202) Cinayət işi materiallarında olan istintaq sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ümumi 48.500 manat ziyanın ödənilməsi məqsədi ilə sonuncuya təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixdə 13.000 manat bir, xx.xx.2023-cü il tarixdə 9.000 manat bir, xx.xx.2023-cü il tarixdə 1.800 manat bir, xx.xx.2023-cü il tarixdə 1.500 manat bir olmaqla, cəmi 25.300 manat pul vəsaiti istintaqa təqdim edilmiş və qeyd olunan pul vəsaiti sənədləşdirilərək zərər çəkmiş Zərərçəkmiş şəxs təqdim edilmişdir. (cild İ, iş vərəqə. 122-126, 238-243, cild İİ, i. v. 57-59, 65-71) Cinayət işi üzrə özündə səs yazılarını və videogörüntünü əks etdirən 1 ədəd “CD” disk, “Azercell” və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, “10 Z- 756” dövlət qeydiyyat nişanlı ekskvatora dair şəkillər, dəymiş maddi ziyanın qismən ödənilməsini təsdiq edən istintaq sənədləri maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına həmin Məcəllənin 69.3 və 70.1-ci maddələri tətbiq edilməklə 02 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. (cild 1, iş vərəqəsi 114-116) İstintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, 23 saylı MKS-dən verilmiş 13 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Sumqayıt şəhəri, st.Sumqayıt fərdi ev №6A-da qediyyatdadır və ailə tərkibi arvadı X6, qızı X10, oğlu X4 ibarətdir. (cild.1, i.v.51) İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, 23 saylı MKS-dən verilmiş 13 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, qeydiyyatda olduğu ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild.1, i.v.52) Məhkəmə, Təqsirləndirilən şəxs dələduzluq etməməsi, Zərərçəkmiş şəxs aldığı 48.500 manat pul vəsaitini Şahid2 tam şəkildə verməsi, Şahid2 istifadəsində olan, “10 Z-756” dövlət qeydiyyat nişanlı ekskovatorun Zərərçəkmiş şəxs satılmasından məlumatının olması, Şahid2 tapşırığı əsasında həmin ekskvatorunun qiymətinin 120.000 manat müəyyən edilməsi, sonuncunun həmin pul vəsaitini alaraq öz borclarını ödəmək üçün istifadə etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa təqsirləndirilən şəxsin əvvəllər də eyni üsulla yəni ekskavator alınması ilə bağlı dələduzluq edərək məhkum olunması təqsirləndirilən şəxsin məqsədinin məhz dələduzluq yolu ilə zərərçəkmiş şəxsin külli miqdarda pulunu ələ keçirmək olduğunun bilavasitə təzahürüdür. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Appelyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə rüşvət” şəkilndə pul və sair nemətlər verilməsi halında” rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərərçəkmişin xeyrinə hər hansı hərəkət etmək, ona kömək etmək niyyəti olmsmış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməllərini korrupsiya cinayətinin obyektinə- dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Bundan başqa dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsinin söz olaraq ittihamdan çıxarılmasını istədiyindən, həmçinin, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş eyni əməllər 178.3.2-ci maddəsi ilə ehtiva olunduğundan təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 29, 178.3.2-ci maddəsinə tövsif olunmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmamış cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına həmin Məcəllənin 69.3 və 70.1-ci maddələri tətbiq edilməklə 02 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə yəni sınaq müddəti ərzində baş vermişdir. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2 il sınaq müddəti ilə tətbiq olunmuş şərti məhkum etmə ləğv edilməli, həmin hökmlə ona təyin edilmiş 04 (dörd) il 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin vurduğu ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cinayətlərin residivi olması onun cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, 20 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və Binəqədi RPİ-nin X17 yerləşdirilmişdir. 21 fevral 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış özündə səs yazılarını və videogörüntünü əks etdirən 1 ədəd “CD” disk, “Azercell” və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, “10 Z- 756” dövlət qeydiyyat nişanlı ekskvatora dair şəkillər, dəymiş maddi ziyanın qismən ödənilməsini təsdiq edən istintaq sənədləri cinayət işinin materiallarına saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, 29, 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2 il sınaq müddəti ilə tətbiq olunmuş şərti məhkum etmə ləğv edilsin, həmin hökmlə ona təyin edilmiş 04 (dörd) il 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 7 (yeddi) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 12 iyun 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 03 ədəd disk, “10 Z756” dövlət qeydiyyat nişanlı ekskvatora dair şəkillər, dəymiş maddi ziyanın qismən ödənilməsini təsdiq edən istintaq sənədləri iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar