Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-160/2025 12.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Nizami oğlunun sədrliyi, X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı qara rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə külli miqdarda, yəni, ümumi təmiz çəkisi 5,187 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” və həmin siqaret qutusunun içərisində qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,79 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - “qurudulmuş marixuana” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməfyyat məlumatı əsasında 27 iyul 2024-cü il tarixdə saat 00:20-də həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan küçəsi, 4-cü məhəllədə yerləşən 10/21 nömrəli yaşayış binasının qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib həmin tarixdə orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən çəkisi 5,187 qram olan həmin psixotrop maddə metamfetamin və çəkisi 1,79 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni almaq üçün danışdığı şəxsi tanımamışdır. Onunla aralarında sadəcə marixuana barədə razılaşmışlar. Həmin bükümü götürəndə içərisində nə olduğunu bilməmişdir. Birinci dəfə narkotiki ona təklif edən şəxsə narkotiki pulu olmadığına görə istəmədiyini bildirmişdir. Həmin şəxs də sadəcə 2-3 qram marixuananı ona pay verəcəyini bildirmiş, yəni onların aralarında pul məsələsi olmamışdır. Həmçinin həmin şəxs ona paydan sonra pulu ilə narkotik vasitələr verməyi boyun almışdır. Bundan sonra ora getmişdir. O həmin bükümdə olan narkotik vasitələrinin 300-350 manat dəyəri olduğunu deyərək, içərisində nə olduğunu bilsəymiş ora getməyəcəyini bildirmişdir. Həmin yerə marixuana arxasınca getmişdir. Onun fikrincə həmin şəxs marixuanadan başqa olan maddəni səhvliklə həmin bükümün içərisinə qoymuşdur, çünki ondan marixuanadan başqa bir nakotik vasitə istəməmişdir. Əvvəllər o, metamfetamindən də istifadə etmişdir. Narkotik vasitəni konumdan götürəndən sonra təxminən 150 metr həmin yerdən uzaqlaşmışdır. Polislər onu saxlayana qədər götürdüyünün içərisinə baxmamışdır. Həmin İran vətəndaşından əvvəllər narkotik vasitə almamışdır. Həmin iranlıdan ilk dəfə olaraq narkotik götürəcəkmiş. Həmin iranlı onunla sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamışdır. O, narkotik vasitələrinin istifadəçisi kimi özünü təqsirli bilmişdir. İstintaq zamanı iranlı ilə metamfetamin haqqında danışmağı ilə bağlı olan ifadəsini təsdiq etməmişdir. Ona fiziki olaraq zor tətbiq etməmişlər. Əməlindən peşman olduğunu bildirmişdir. İbtidai istintaq zamanı məhkəmə istintaqından fərqli ifadə verən Təqsirləndirilən şəxs həmin ifadəsi elan olunmaqla araşdırılmış və sonuncu həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, ünvan 5 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2də yaşayır, heç yerdə işləmir, hazırda barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. O, heç vaxt ruhi-əsəb xəstəliyi keçirtməmiş, bununla bağlı müalicə almamışdır. Əvvəllər məhkum olunmamışdır. Psixotrop maddə olan “patı” kimi tanınan matemfetamindən və narkotik vasitə olan “nəyşə” kimi tanına marixuanadan 1 ildir ki, yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir. O, xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində şəxsi istifadəsində olan üzərində Bakcell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi olan “SAMSUNG” markalı mobil telefonu vasitəsi ilə “İnstaqram” sosisal şəbəkəsində tanış olduğu, daha sonra mobil telefonunda olan “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə yazışdığı, şəxsiyyətini bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə danışıqdan sonra ona öz şəxsi istifadəsi üçün narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin verəcəyi barədə razılıq əldə etmişdir. Bir neçə saat sonra həmin şəxs ona “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə narkotik vasitəni qoyduğu yerin ünvanını konum vasitəsi ilə göndərmişdir. Həmin tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, “Səda Store” dükanı istiqamətində olan zaman əvvəllər tanıdığı Şahid3 görmüş, sonuncu maşınla olmuşdur. O, Nurlandan onu Sumqayıt şəhəri, Mərkəzi Poçtun yanına aparmağı xahiş eləmiş, həmçinin, Nurlana bir nəfər Müşviq adlı tanışını götürməyi, sonra gedib birlikdə çay içməyi xahiş eləmişdir. Nurlan razılaşmış, oradan Nurlanın maşını ilə yoldan Daş bazarı tərəfdən dostu Müşviqi də götürüb Mərkəzi Poçt istiqamətində getmişdir. Deyilən ünvana çatdıqdan sonra o, maşından düşüb Nurlan və Müşviqə bir nəfərə pul verib qayıdacağını demişdir. Maşından düşüb konum üzrə həmin ünvana çatıb binanın küncündən 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunu götürüb içərisini açıb orada 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə və 01 (bir) ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə bükümlərin olduğu görmüşdür. Həmin “Sobranie” markalı siqaret qutusunu götürüb onu əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoyub maşına tərəf piyada hərəkət edən zaman 02 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdirlər. Polis əməkdaşları ondan üzərində natkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşanda o, üzərində narkotik vasitə bükümləri olduğunu bildirmiş, bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Pİ-yə getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polis əməkdaşları birlikdə Pİ-yə getmişdir. Pİ-ya çatdıqdan sonra xidməti otaqların birində Azərbaycan Respublikası CM-nın 234.1 -ci maddəsi ilə şübhəli şəxsə qismində saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, özü hüquqlarının vəkil siyahısında adı olan X9 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X9 təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X6 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-yə gəldiklərini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd etmiş, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X7 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra baş təhqiqatçı, ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməyini xahiş etmişdir. O, əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunu, şalvarın sağ yan cibindən isə 01 (bir) ədəd özünə məxsus olan “Samsung” markalı, üzərində ***-***-**-** saylı “Bakcell” mobil operatoruna məxsus mobil telefonunu çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Baş təhqiqatçı ondan 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində nə olduğunu soruşduqda o, həmin qutunun içərisində narkotik vasitə olduğunu demişdir. Daha sonra baş təhqiqatçı tərəfindən həmin 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə və 01 (bir) ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə bükümlərin olması müəyyən edilmişdir. Baş təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilən zaman qızılı rəngli siqaret kağızı kəsiyinə bükülmüş vəziyyətdə olan bükümdə narkotik vasitə - bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - “qurudulmuş marixuana”-ya bənzər kütlə, qara rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan bükümdə isə ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin”-ə bənzər kütlənin olması müəyyən olunmuşdur. Baş təhqiqatçı ondan həmin kütlələrin nə olduğunu, onları haradan və nə məqsədlə əldə etdiyimi soruşanda o, həmin kütlələrdən qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olanı narkotik vasitə olan el arasında “nəyşə” kimi tanınan qurudulmuş marixuana, qara rəngli sellofan kəsiyində olan bükümdəki maddə isə el arasında “şüşə” kimi tanınan psixotrop maddə olan matemfetamin olduğunu demişdir. Daha sonra o, həmin kütlələri xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə yazışdığı adını və barəsində digər məlumatları bilmədiyi İran İslam Respublikası vətəndaşından danışıq əsnasında aldığını, lakin hələ pulunu ödəmədiyini, sonununun ona həmin kütlələri məkan yeri (konum) üzrə göndərdiyini və onları Sumqayıt şəhəri, 4-cü məhəllə, Azərbaycan küçəsində yerləşən Mərkəzi Poçtun yanındakı binanın küncündən götürdüyünü deyib həmin narkotik vasitə və psixotrop maddəni yalnız öz şəxsi istifadəsi üçün aldığını, üzərində gəzdirdiyini, pulunu isə həmin İran Respublikası vətəndaşına malı götürdükdən sonra ödəyəcəyini demişdir. Bundan sonra baş təhqiqatçı onun üzərinə, şəxsi axtarışı davam etdirmiş, lakin üzərindən əlavə qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Ardınca baş təhqiqatçı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni büküldüyü qara rəngli sellofan kəsiyi ilə birlikdə Çin istrehsalı olan elektron məşiət tərəzisinə qoyub çəkdikdə çəkisinin 5.41 qram, digər narkotik vasitə marixuanaya bənzər kütləni büküldüyü qızılı rəngli siqaret kağızı ilə birlikdə Çin istehsalı olan elektron məişət tərəzisinə qoyub çəkisini ölçüldükdə, çəkisinin 2,16 qram olması müəyyən edilmişdir. Bundan sonra baş təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş hər iki kütləni ayrı-ayrılıqda Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün ağ rəngli içərisi boş olan zərfə qoyaraq üzərini DİN-in 124 saylı möhürü ilə möhürləyib qablaşdırmış, bu barədə protokol tərtib olunmuş, ona ucadan oxunmuş, sonra qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Həmçinin, üzərindən aşkar olunmuş 01 (bir) ədəd özünə məxsus olan “Samsung” markalı mobil telefon da ağ rəngli içərisi boş olan zərfə qoyaraq üzərini DİN-in 124 saylı möhürü ilə möhürləyib qablaşdırılmış və götürülmüşdür. Sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video Çəkliş dayandırılmışdır. O, tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. O, saxlanılarkən və polis idarəsində olarkən, lakin çəkilişdən qabaq üzərinə şəxsi keçirilməmiş, üzərində şəxsi axtarış yalnız bir dəfə video çəkiliş zamanı aparılmışdır. O, narkotik vasitə və psixotrop maddələri aldığı İran İslam Respublikası vətəndaşının anket məlumatlarını, istifadəsində olan mobil nömrəsini bilməmişdir. O, narkotik vasitəni və psixotrop maddəni götürməyə getdiyi tanışları X10 və Şahid3 onun narkotik vasitə götürməyindən, üzərində saxlanılan zaman narkotik vasitə və psixotrop maddə olmasından məlumatları olmadıqlarını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin CAŞ-ına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra Sumqayıt ŞPİ-nin ƏİÜ rəis müavini vəzifələrini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Yelmar Mehdiyevin rəhbərliyi altında əməliyyat qrupu yaradılmış. Daxil olmuş əməliyyat məlumatı əsasında 27 iyul 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, Azərbaycan küçəsi, "Mərkəzi Poçtun" yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşdür. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə sonuncunu 27 iyul 2024-cü il tarixdə saat 00:20-də Sumqayıt şəhəri, Azərbaycan küçəsi, 4-cü məhəllə, 10/21 nömrəli yaşayış binasının qarşısında piyada hərəkətə olarkən saxlamışdır. Özünü təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayıb sonuncunun üzərində şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getməli olduğunu demiş, Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Pİ-yə getmişdir. Təqsirləndirilən şəxs Pİ-yə gətirilərək bu barədə İdarə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqlardan birində baş təhqiqatçı, polis kapitanı X6 özünü təqdim edərək İlqar Qələnədərova hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkillərinin adlarının siyahısını sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil X9 dəvət edildikdən sonra İlqar Qələnədərovun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunu, sağ yan cibindən isə 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı davam etdirmiş, lakin sonradan sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunu açdıqda, qutunun içərisindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızı bükümündə yaşıl rəngli, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - “qurudulmuş marixuana”-ya bənzər kütlə, digər 01 (bir) ədəd qara rəngli sellofan kəsiiynə bükülmüş bükümdə isə ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin”-ə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı şübhəli şəxs İlqar Qələnədərovun üzərindən aşkar olunaraq götürülmüş hər bir bükümü ayrı-ayrılıqda Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfə qoyaraq qablaşdırmış, qablaşdırılmış zərfin üstü DİNin 124 nömrəli möhürü ilə möhürlənmiş, daha sonra təhqiqatçı, müdafiəçi və şübhəli şəxs İlqar Qələnədərov tərəfindən imzalanmışdır. Həmçinin, 01 (bir) ədəd üzərində ***-***-**-** saylı “Bakcell” mobil oparetoruna məxsus mobil nömrə olan “SAMSUNG” markalı mobil telefonu da müvafiq qaydada qablaşdırmış, zərfin üzəri də həmçinin, eyni tərkibdə imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 Yaşar oğlunun, şahid Dövlət ittihamçısı ifadəsinə uyğun ifadə verməsi müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, o, təqsirləndirilən şəxsi beş ildir tanıyır. Təqsirləndirilən şəxsi işlə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs qapı və pencərə sexində işləmişdir. Tanışlıqları o cür yaranmışdır. Mənzilləri təmir edirmişlər. Sonuncu dəfə də qapı lazım olmuşdur. O, Novxanı ərazisinə ad gününə gəlmişdir. Novxanı ərazisindən çıxanda Sumqayıt şəhərində Store market adlı yerdə təqsirləndirilən şəxslə görüşmüşdür. Ona başqa bir dostunun gələcəyini və onunla iş barəsində söhbət edəcəyini bildirmişdir. Dostunu götürəndən sonra ona beh almalı olduğunu və Sumqayıt şəhərində yerləşən poçtun yanında onu düşürməsini xahiş etmişdir. Həmin yerdə təqsirləndirilən şəxsi düşürmüşdür. On dəqiqədən sonra ona iki və ya üç dəfə zəng etməyisinə baxmayaraq onunla əlaqə yarada bilməmişdir. Tanımadığı bir nəfər də təqsirləndirilən şəxsin yanında olmuşdur. Həmin şəxsə Təqsirləndirilən şəxs zəng etməsini söyləmiş, lakin İlqar həmin şəxsin zənginə də cavab verməmişdir. Özü daha sonra getməli olduğunu deyərək Sumqayıt şəhərinin çıxışına həmin şəxsi düşürmüş, oradan da Bakı şəhərinə getmək istəmişdir. Özü Bakı şəhərində yaşamışdır. Sumqayıt şəhərinin çıxışında onu yol polisinin əməkdaşları saxlayaraq polis idarəsinə dəvət etmişlər. Onlarla polis idarəsinə getmişdir. O, şəxsin tutulmasını görməmişdir. O, geri qayıdanda İlqarı görməmişdir. Ümumiyyətlə, sonradan İlqarı görməmişdir. Polis idarəsində İlqarı görmüşdür. Onun üzərinə və avtomobilinə baxış keçirmişlər. Heç bir şey aşkar olunmamışdır. İlqarın üzərinə baxışın keçirilib-keçirilməməsini ona deməmişlər. Müşviqlə onun üzərinə eyni vaxtda baxış keçirmişlər. O, İlqarı səhərə yaxın İdarədə görmüşdür. Onunla söhbət etməmişdir. Səhərə qədər onları polis idarəsində saxlamışlar. Səhərə yaxın onları buraxmışlar. Sonradan Təqsirləndirilən şəxs tutulması ona məlum olmuşdur. Narkotiklə bağlı tutulduğunu bilmişdir. Onlar işi danışmaq məqsədi ilə Təqsirləndirilən şəxs ilə birlikdə getmişlər. Polis idarəsində İlqarın narkotik vasitələrindən istifadə etməsini bilməmişdir. Onun üzərindən narkotik vasitə aşkar olunduğunu polislər ona demişlər. Həm istintaq, həm də məhkəmə zamanı olduğu kimi ifadə vermişdir. Onu döyən və incidən olmamışdır. Sərbəst şəkildə ifadə vermiş və ifadəsini oxumuşdur. İfadəsinin altında yazılan sözlər öz xətti ilə yazılmışdır. Özü məhkum olunmamışdır. Narkotik vasitələrin istifadəçisi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nə xx.xx.1990-cı il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 49-cu məhəllə ev 41 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1990-cı il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 49-cu məhəllə ev 41 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1990-cı il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 49-cu məhəllə ev 41 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs və yanında olan xx.xx.1996-cı il təvəllüdlü Şahid3, Çəndirob Müşfiq Tahir oğlu Sumqayıt şəhəri, 4-cü məhəllə ev 10/21-in qarşında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdirlər. “Şəxsi axtarış və götürmə” haqqında 27 iyul 2024-cü il tarixli protokoldan, eyni tarixli istintaq hərəkətinin videoçəkilşini əsk etdirmiş 01 (bir) ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə istintaqı zamanı araşdırılmış DVD diskə əsasən görünür ki, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməsini xahiş edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunu, sağ yan cibindən isə 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı, şübhəli şəxs İlqar Qələnədərovun üzərinə şəxsi axtarışı davam etdirir, lakin sonradan sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmur. Sonra təhqiqatçı şübhəli şəxs İlqar Qələnədərovun üzərindən aşkar olunmuş 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunu açdıqda, qutunun içərisindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızı bükümündə yaşıl rəngli, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - “qurudulmuş marixuana”-ya bənzər kütlə, digər 01 (bir) ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş bükümdə isə ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin'-ə bənzər kütlə aşkar olundu. Bundan sonra təhqiqatçı şübhəli şəxs İlqar Qələnədərovun üzərindən aşkar olunaraq götürülmüş hər bir bükümü ayrı-ayrılıqda Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfə qoyaraq qablaşdırdı, qablaşdırılmış zərfin üstü DİN-in 124 nömrəli möhürü ilə möhürləndi, daha sonra təhqiqatçı, müdafiəçi və şübhəli şəxs İlqar Qələnədərov tərəfindən imzalanır. Məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 124” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan “metamfetamin”-ə bənzər kütlələr; Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş 01 (bir)- №-li ədəd zərfdəki 01 (bir) ədəd bükümdətəmiz çəkisi 5,187 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1221 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “124” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan marixunaya bənzər kütlə; Təqsirləndirilən şəxs “imza” və digər ad. soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkisi 1,79 qram olan bitki mənzəli kütə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş “Marixuana” -dir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli “5805” saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulmsı haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdə hesablanmaqla həbs qətimkqn tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1990-cı il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 49-cu məhəllə ev 41 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə marixuana və psixotrop maddə olan metanfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə qiymət verməyi zəruri hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsədə məhkəmə istintaqı zamanı müəyyən olundu ki, o həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən özünü tam təqsirli bilmiş və üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün almaq barədə razılığı gələrək həmin yerə getmişdir. Bundan başqa təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona qarşı hər hansı bir fiziki və psixi təsirin olmadığını bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, onun özünün qismən etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoludan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 132 (bir yüz otuz iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,087 qram çəkidə psixotrop maddə “metamfetamin” və 1,77 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 132 (bir yüz otuz iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,087 qram çəkidə psixotrop maddə “metamfetamin” və 1,77 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-160/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-160/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver