Məhkəmə qərarları › İş №1(124)-161/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-161/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-161/2023 25.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Qubadlı rayonu Dondarlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Q.Qarayev küçəsi yataqxana 8 mənzil 22-də yaşamış, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmək cəzasına məhkum edilmiş, hazırda AR ƏN PX-nin 1 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə saat 14:15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinin 4-cü hissəsinin tələblərini pozub, yəni sürücülük vəsiqəsi olmadan Sumqayıt şəhəri ərazisindən Quba rayonu istiqamətində «X8» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı-Quba yolunun 30-cu kilometrliyində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərini pozaraq maksimum icazə verilən hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitənin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq öz hərəkət istiqamətində yolu soldan sağa keçən piyada X2 vurub ehtiyyatsızlıqdan sonuncuya beyin maddəsinə və mədəciklərinə qansızma, subdural hematoma, alın sümüyünün, gicgah sümüyünün, solda kəllə əsasına keçən sınığı, sol alın-gicgah nahiyəsinin yarası, sol alın-yanaq-qulaq seyvanın qançır və sıyrıqları, alnın sağ yarısının qançır və sıyrıqları, hər iki bud sümüyünün, sol baldır sümüklərinin, sağ bazu sümüyünün qapalı sınığı, sağ baldır sümüklərinin orta 1/3-nin açıq sınığı, sol ağ ciyərin cırılması, döş qəfəsinin sol yarısında İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınığı, bədən səthinin qançır və sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zülfiyyə Abışovanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, sərbəst ifadə vermək istəmir, istintaq zamanı verdiyi ifadəni təsdiq edir və hazırda ünvanlanan sualları cavablayaraq ifadə vermək istəyir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobil qonşunun olmuşdur. Belə ki, həmin gün o, həmin qonşu ilə birlikdə işləmiş, avtomobil yolda xarab olduqdan sonra qonşu avtomobili orada qoyaraq getmişdir. O, isə həmin avtomobil ilə evə qayıdarkən qəza baş vermişdir. Anası xəstə olduğu üçün hadisə günü məntəqə tipli cəzaçəkmə müəssisəsindən icazə almışdır. Məntəqə tipli cəzaçəkmə müəssisəsindən icazə almaq üçün əvvəldən bu barədə ərizə yazılmalıdır. Anasının xəstəliyi ilə bağlı məntəqə tipli cəzaçəkmə müəssisəsindən üç günlük icazə almışdır. Anası şəkər xəstəsidir, həmin xəstəlik ilə bağlı olaraq onun ayaqları tutulmuşdur. Məntəqə tipli cəzaçəkmə müəssisəsindən icazə alarkən anasının xəstəliyi ilə bağlı həkim rəyi olmamış, cəzaçəkmə müəssisəsinə hər hansı arayış verməmişdir. Hadisə onun məntəqə tipli cəzaçəkmə müəssisəsindən icazə aldığı gün baş vermişdir. Cəzaçəkmə müəssisəsindən tez-tez icazə almamışdır. O, avtomobili sürərkən tək olmuş, yanında heç kim olmamışdır. “Sumqayıt kruqu” adlanan əraziyə yaxın yerdə avtomobil xarab olmuş və həmin avtomobilin sahibi ona “gedib usta tapıb gətirəcəm” demiş və getmişdir. Daha sonra o, mühərriki işə salmağa çalışmış və mühərrik işləmişdir, o, “Sumqayıt kruqu”nu dönən zaman isə qəza baş vermişdir. O, 60-70 km/saat sürət ilə hərəkət etmişdir. Hadisənin baş verdiyi yolda hərəkət sürəti 80 km/saat idi. O, zərər çəkəni hadisədən əvvəl görməmiş, həmin şəxs avtomobilin qabağından çıxmışdır. Hadisə zamanı onun yanında olan avtomobil “Mercedes” markalı idi. Hadisənin baş verdiyi yolda piyada keçidi olmsmış, o, 5-6 metr qabaq əyləcə basmışdır. Əyləcə basdıqdan sonra idarə etdiyi avtomobil sürüşmüşdür. O, üç ildir ki cəza çəkir, cəza çəkdiyi müddətdə iki və ya üç dəfə icazə almışdır. Məntəqə tipli cəzaçəkmə müəssisəsindən əvvəllər aldığı icazələr də anasının xəstəliyi ilə bağlı olmuşdur. Törətdiyim əməldən peşmandır. Zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin sullarına cavab olaraq göstərmişdir ki, hadisə zamanı onun üzərində mobil telefon olmamışdır, nəqliyyat vasitəsini idarə etməklə bağlı asılılığı yoxdur. İdarə etdiyi avtomobilin sahibi onu yolda qoyub getdiyi üçün əsəbləşmişdir. O, evə gəldiyi zaman anasının dərmanları üçün evdə pul olmadığını bilmişdir. Həyətə çıxan vaxt tanışını görmüş və ondan “Kömək lazımdırmı,” deyə soruşmuş, ona kömək məqsədilə “İşlə, axırda pulunu verəcəm” demişdir. İşlədiyi zaman avtomobil yolda xarab olmuşdur. Ona “Gözlə, usta tapıb gətirəcəm, maşın da qalsın burada” deyə bildirmişdir. O getdikdən sonra mühərriki işə sala bilmiş, avtomobili idarə edərkən də qəza baş vermişdir. Avtomobilin sahibi onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilmiş, avtomobilini ona idarə etmək üçün verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, arvadı X4 nəvəsinin yanına getdiyi zaman yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. O, hadisənin birbaşa şahidi olmamışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmətdə olan zaman efir vasitəsilə yol patrul xidməti onları Sumqayıtın çıxışına, hadisə olan yerə dəvət etmişdirlər. Hadisə yerinə yaxınlaşmış, hadisə yerində bir qadın, yerə uzanıb, artıq keçinmiş vəziyyətdə olmuşdur. Hadisə də “Ford” markalı avtomobillə törədilmişdir. Yol Patrul Xidmətinin əməkdaşları sürücünü onlara işarə edərək hadisəni Təqsirləndirilən şəxs törətdiyini bildirmişdirlər. Onlar da efir vasitəsilə məlumat verib onun Sumqayıt Şəhər Polis İdarəsinə gətirilməsini təmin etmişdirlər. Şəxsi təhvil verdikdən sonra xidmətə davam etmişdirlər. Yol-nəqliyyat hadisəsinin canlı şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Yol Patrul Xidməti hadisə ilə əlaqədar onları Sumqayıtın girişinə çağırmışdır. Onlar da oraya yaxınlaşmışdırlar. Hadisə nəticəsində bir nəfər qadın ölmüşdür. Daha sonra onlar aidiyyatı üzrə hadisəni törətmiş Təqsirləndirilən şəxs polis idarəsinə aparmış və oraya təhvil vermişdirlər. Onlar hadisə yerinə gedən zaman Spartak hadisə yerində idi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə yerinə yaxınlaşmışdırlar. Həmin vaxt mərhum dünyasını dəyişmişdir. Mərhumdan bir qədər qabaqda nəqliyyat vasitəsi var idi. Hadisə yerini mühafizə etmişdirlər. Bir qədər sonra müstəntiq gəlmişdir. Təqsirləndirilən şəxs özü hadisə yerində bir az qarşıda olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə yerinə yaxınlaşanda görmüşdürlər ki, mərhum artıq ölmüşdür. Spartak özü də bir qədər qarşıda olmuş, onlar Təqsirləndirilən şəxs yaxınlaşmış və təhlükəsizlik tədbirlərini həyata keçirmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Sumqyaıt şəhəər TTYS-nın həkimi Məmmədova ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilməsi haqqında 29 yanvar 2022-ci il protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisəsi yerinin sxemi və fotoşəkilləri protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər Narkoloji dispanserindən daxil olmuş 321 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə sərxoş olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 29 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 11 saylı rəyindən görünür ki, mərhum X1 meyitinin bədəni üzərində beyin maddəsinə və mədəciklərinə qansızma, subdural hematoma, alın sümüyünün, gicgah sümüyünün, solda kəllə əsasına keçən sınığı, sol alın-gicgah nahiyəsinin yarası, sol alın-yanaq-qulaq seyvanın qançır və sıyrıqları, alnın sağ yarısının qançır və sıyrıqları, hər iki bud sümüyünün, sol baldır sümüklərinin, sağ bazu sümüyünün qapalı sınığı, sağ baldır sümüklərinin orta 1/3-nin açıq sınığı, sol ağ ciyərin cırılması, döş qəfəsinin sol yarısında İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınığı, bədən səthinin qançır və sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. X5 ölümünə səbəb kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitinin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir.X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/1283 saylı rəyindən görünür ki, «X8» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum icazə verilən hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobil 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qubadlı rayon İHB-nın Dondarlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər İnşaatçılar qəsəbəsi Q.Qarayev küçəsi 8 saylı yataqxanada müvəqqəti məskunlaşmış və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmək cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin materiallarında olan və məhkmə istintaqı zamanı tədqiq edilmiş 1 saylı məntəqə tipli cəza çəkmə müəssisəsindən daxil olmuş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər probasiya şöbəsi tərəfindən göndərilərək 1 saylı MTCM-nin qeydiyyatına götürülmüşdür, cəzanın əvvəli xx.xx.2019-cu il, cəzanın sonu isə xx.xx.2024-cü il tarixdir. Məhkum Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə 03 gün müddətinə ailə üzvlərinin yaşadığı Sumqayt şəhəri İnşaatçılar qəsəbəsi Q.Qarayev küçəsi yataqxana 8 otaq 22 ünvanına getməsinə icazə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş məktubda sürücülük hüququndan məhrum etmə müddətinin vətəndaş həbsdən azad olunduqdan sonra hesablandığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkmə istintaqı zamanı tədqiq edilmiş 1 saylı məntəqə tipli cəza çəkmə müəssisəsindən daxil olmuş 19 sentyabr 2023-cü il tarixli məktubuna əsasən qeyd olunan tarixə Təqsirləndirilən şəxs çəkilməmiş əsas cəzası 01 il 12 gün təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayət olmaqla ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə--- barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 19 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının hökmün elan olunduğu 25 dekabr 2023-cü il tarixədək çəkilməmiş 2 il nəqliyyat nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilmə əlavə cəzası və azadlıqdan məhrum etmə əsas cəzasının çəkilməmiş 09 ay 6 gün hissəsi hazırki hökmlə təyin ediləcək nəqliyyat nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilmə əlavə cəzası və azadlıqdan məhrum etmə əsas cəzasına ilə qismən birləşdirmək yolu ilə qəti əsas cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Odur ki, cəza çəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidi Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş 9 (doqquz) ay 6 (altı) gün hissəsi qismən birləşdirilməklə, Azərbaycan Respulikası CM-nin 67.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 4 (dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar