Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-161/2024 30.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 5,162 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:20-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4ıt Şəhər Polis İdarəsinə aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 5,162 qram çəkidə narkotik vasitə heroin əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə həmin ittihamın əsassız olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd olunanlar yalandır. Belə ki, o, 08 dekabr 2022-ci il tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarix günorta saat 1-2 radələrində sahə rəisi Rüstəm qapını döymüş, atası qapını açmışdır. Rüstəm atasına onu axtardığını demiş, qapının ağzına yaxınlaşanda Rüstəm ona əynini dəyişib aşağı düşməsini, ondan izahat alacaqlarını demişdir. O, narahatçılıq olmasın deyə əynini dəyişib aşağı düşmüş, binanın yaxınlığında qara rəngli “Toyota Prado” markalı avtomobil olmuşdur. Avtomobildən iki nəfər polis əməkdaşı aşağı düşərək özlərini təqdim etmiş və onlarla Badamdara kimi gəlməli olduğunu demişlər. 5-ci məhəlləyə çatanda sahə rəisi Rüstəm avtomobildən düşmüş, daha sonra o polis əməkdaşları ilə söhbət etməyə başlamışdır. O, polis əməkdaşlarından nə səbəbə onu apardıqlarını soruşmuş, polislər ona onun narkotik vasitə istifadə etdiyini demişlər. O da polis əməkdaşlarına “üzgözü”ndən narkomana oxşuyub oxşamadığını soruşmuş, narkoman olmadığını demişdir. “Heydər Əliyev”in heykəlinə çatan zaman ondan mobil telefonunu soruşmuş, o da həmin vaxt mobil telefonunun üzərində olmadığını, evdə olduğunu demişdir. Bundan sonra yanındakı polis əməkdaşı sahə rəisi Rüstəmə zəng edərək atası ilə əlaqə saxlayıb ona mobil telefonunu aşağı düşürməsini tapşırmış, binaya çatanda atası telefonu aşağı düşürmüşdür. Telefonu götürdükdən sonra yenidən Batandart tərəfə getməyə başlamış, yolda yenə də onunla söhbət edərək mobil telefonuna baxa-baxa onu sorğu-sual etmişlər. Ona narkotik vasitə istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişlər. Batandartın binasına çatdıqdan sonra onu təxminən beş-on dəqiqə gözlətmiş, sonra sorğu-suala başlayaraq narkotik vasitəni kimdən, haradan alması, harada istifadə etməsi barədə suallar verməyə başlamışlar. O da telefonunun onların qarşısında olduğunu, əgər şübhələri varsa telefonu yoxlamağı, qanından analiz verə biləcəyini demiş, beləcə onlarla beş-on dəqiqə söbət etmişdir. Onun mobil telefonunda “Binance” proqramı olmuş və indi də qalmaqdadır. Sonra ona sən “kripto valyuta yatırımı etmisən, kripto valyuta ticarəti ilə məşğul olmusan.” demişlər. Artıq narkotik söhbəti kənarda qalmış, ondan kripto valyutanı soruşmuşlar. Ona “sən kripto valyuta ticarəti ilə məşğul olursan, çox pulun var” demişlər. O da kripto valyuta ilə məşğul olmaq üçün yüz dolların belə kifayət etdiyini, kripto valyuta üçün külli miqdarda pul vəsaitinə ehtiyac olmadığını demiş, bu minvalla təxminən beş-on dəqiqə də söhbət etmişlər. Daha sonra ona 25.000 (iyirmi beş min) manat pul verməli olduğunu, əks halda tutulacağını demişlər. Söhbət əsnasında atasının gəldiyini eşitmiş, onunla danışan polis əməkdaşı atası ilə söhbət etməyə getmişdir. Həmin vaxt yandakı polis əməkdaşı ilə danışaraq narkoman olmadığını, mebel işi ilə məşğul olduğunu bildirmiş, təxminən iyirmi dəqiqə sonra atası ilə danışdıqlarını və onun 10.000 (on min) manat pul gətirəcəyinə razılaşdıqlarını demişlər. O, bununla razılaşmamış, şikayətlənmişdir. Təxminən bir saat sonra ona atasına zəng vurub pulu soruşmağı demişlər. O, atasına zəng vurmuş, atası Mameddən borc pul almağa getdiyini demişdir. Bir müddət sonra yenidən atasına zəng etməyi tapşırmışlar. Bu dəfə atası Mameddən on min manat pul vəsaitini borca götürüb Əfqana verdiyini, pulu Əfqanın gətirəcəyini demişdir. Telefon danışığını sonlandırdıqdan sonra Əfqan kim olduğunu soruşmağa başlamış, digər mövzular yaddan çıxmış, Əfqandan danışmışlar. Beləcə gecəni idarədə keçirmiş, səhər yenidən atasına zəng vurmağı tapşırmış, atasına zəng edəndə balansında pul qalmadığını görüb bu barədə yanındakı polis əməkdaşlarına demişdir. Yanındak polis əməkdaşına onun telefonu ilə zəng vurmağı xahiş etmiş, o da öz kartından onun mobil telefonuna iki manat göndərəcəyini demişdir. Beləliklə, polis əməkdaşı onun “***-***-**-**” mobil nömrəsinə öz bank kartından iki manat pul yükləmişdir. Atasına zəng edib danışan zaman sonuncu pul vəsaitini Əfqana verdiyini deyərək Əfqanın çatıb çatmadığını soruşmuş, bu zaman polis əməkdaşları telefon zəngini sonlandırmışlar. Təxminən bir saat yenə gözləmiş və ardınca qara rəngli “Hyundai Elantra” markalı avtomobilə əyləşib Sumqayıtdakı məhlələrinə gəlmişlər. Məhəlləyə çatdıqdan sonra ona Əfqana zəng edib olduğu yerə çağırmasını tapşırmış, o Əfqana zəng edərək həyətdə olduğunu demiş, lakin bu Əfqana inandırıcı gəlməmişdir. Polis əməkdaşı mobil telefonu əlindən alaraq məhəllənin şəklini çəkib Əfqana göndərmiş, sonra telefonu ona qaytarıb Əfqana zəng etməyi, onu yanlarına çağırmağını söyləmişdir. Əfqan gəlmiş, polis əməkdaşları yaşadığı binanın qarşısında Əfqanı da tutmuş, sonra onları Sumqayıt şəhər Polis İdarəsinə aparmışlar. Polis əməkdaşlarının bir qismi və Əfqan polis idarəsinə girmiş, o və yanındakı polis əməkdaşları isə idarəyə girməmiş, yanındakı iki polis əməkdaşı ona “çay içməyə normal yer varsa, gedək çay içək, söhbət edək” demişdir. “Göyərçinin” heykəli tərəfi gəzmiş, sonda polis idarəsinin yaxınlığındakı çayxanada oturmaq qərarına gəlmişlər. Daha sonra polis idarəsinin inzibati binasına daxil olmuş, orada təhqiqatçı Anar otağa gələrək 05 (beş) qram narkotik vasitəni boynuna almalı olduğunu, bir ildən sonra azadlığa çıxacağını demişdir. O nə səbəbə beş qramın onun olmadığı halda boynuna götürməli olduğumu soruşduqda, onlarla “oyun oynadığını gah Mamedin, gah Əfqanın adını və s. çəkdiyini, onları ələ saldığını” demişlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının verdiyi suallara cavab olaraq 08 dekabr 2022-ci il tarixdə, saat 1-2 radələrində saxlanıldığını, “ittiham olunduğu 05 qram 05 kiloqram olmasın” deyə hazırda bildirdiyi xüsusatlar barədə qətimkan tədbiri seçilən zaman məhkəməyə, heç kimə heç nə demədiyini bildirmişdir. Özü mebel dizayneri olmuş, kriptovalyuta əsas işi olmamış, oradan neftin və s. qiymətinin dəyişməsinə görə əlavə pul qazanmışdır. Ondan pul istəyən admaların adlarını bilməmiş, sadəcə olaraq ona DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını söyləmişdirlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq “kontur”un 09 dekabr 2022-ci il tarixdə səhər saatlarında yükləndiyini, “kontur” yükləyən şəxsin adını bilmədiyini, ayın səkkizi onu saxlayan polis əməkdaşları ilə doqquzu polis idarəsinə gətirən polis əməkdaşlarının fərqli adamlar olduğunu bildirmişdir. Məhkəmə istintaqı ittiham tərəfinin sübutlarını tədqiq etməklə başlamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadələrində özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, bir ay əvvəl külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddələri sərhəddən qanunsuz olaraq ona məlum olmayan öz adamları vasitəsilə Azərbaycan Respublikasına keçirən İran İslam Respublikasının vətəndaşı «Cümşüd» adlı şəxslə «İnstaqram» sosial şəbəkəsində tanış olmuş və onunla «Whatsapp»la əlaqə saxlayıb münasibət yaratmışdır. «Cümşüd»lə əlaqə yaradandan sonra sonuncu ona öz adamları vasitəsi ilə Azərbaycana keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni qoyulduğu yerlərdən götürüb özündə saxlamasını, sonra onun dediyi yerlərə atmasını təklif edib bunun müqablində isə ona pul verəcəyini vəd etmiş, o da «Cümşüd»lə razılaşmışdır. 08 dekabr 2022-ci il tarixdə «Cümşüd» onunla əlaqə saxlayıb Sumqayıt şəhərinə heroin qoydurduğunu və həmin heroini götürüb özündə saxlamasını, sonradan onun tapşırığı ilə başqa yerlərə qoymasını istəmişdir. O da bundan sonra «Cümşüd»ün tapşırığına əsasən heroini Şərq bazarının yaxınlığından, qoyulduğu yerdən götürüb özündə saxlamış və «Cümşüd»ün növbəti tapşırığını gözləmişdir. 09 dekabr 2022-ci il tarixdə saat 14:20 radələrində ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edərkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin iki nəfər mülki geyimdə olan əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Orada ona hüquq və vəzifələri elan olunmuş, hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində narkotik vasitə, psixotrop maddə və ya başqa qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmiş, o da bu təklifdən sonra əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd «iphone» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və heroinin kütləsi sellofan bağlama ilə birlikdə 6 qram olmuşdur. Sonra aşkar olunmuş heroin polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Nərimanov küçəsində saxlayıb Sumqayıt şəhər Polis İdarəsinə apardıqlarını, orada təhqiqatçı və vəkilin iştirakı ilə sənədləşdirmə işləri apardıqlarını, Təqsirləndirilən şəxs üzərindən heroin aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran vətəndaşı “Cəmşid” adlı şəxsdən “zaklatka” yoluyla götürdüyünü, əməliyyat məlumatının Təqsirləndirilən şəxs Sumqayıt şəhərində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olduğunu, əməliyyat qrupunda Miryusif Seyidovun da olduğunu və Emili saxlamağa Miryusiflə birlikdə getdiklərini, əməliyyat tədbirində onunla Miryusifdən başqa heç kimin olmadığını, Emili saxlayandan sonra nə qədər vaxta Sumqayıt şəhər Polis İdarəsinə gətirdiklərinin yadında olmadığını, yolda olan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmadığını, polis idarəsinə gətirildikdən sonra Emilin ailəsinə məlumat verilibverilmədiyinin yadında olmadığını, polis idarəsində olanda Təqsirləndirilən şəxs onun yanında mobil telefon istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verən polis əməkdaşını tanıdığını, onu 09 dekabr 2022-ci il tarixdə, səhər saatlarında gördüyünü, dekabrın 8-i, günorta saatlarında tutulduqdan sonra səhərə kimi Badamdarda saxlanıldığını, 9-u hazırda ifadə verən şəxs tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə gətirildiyini “Göyərçin”-in heykəli tərəfi dövrələdikdən sonra polis idarəsinin yaxınlığındakı çayxanada bir stəkan çay içib sonra idarəyə aparılıb “yüklənildiyini” bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq “Cəmşid” adlı şəxsi tanımadığını, ümumiyyətlə narkotik vasitədən heç vaxt istifadə etmədiyini, nə səbəbə görə 10 aydır həbsdə olduğunu hələ də başa düşmədiyini, 05 qram narkotik vasitəni ona elə təhqiqatçı Anarın əməliyyat müvəkkillərinin yanında verdiyini, otağa girəndə narkotik vasitə heroinin Anarın əlində olduğunu, video çəkilişdə söylədiyi sözləri çəkilişdən qabaq ona əzbərlətdirdiklərini, polis əməkdaşlarının ona verdikləri narkotik vasitənin heroin olduğunu dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X13 oğlu ifadəsində göstərmişdir ki, Emili 09 dekabr 2022-ci il tarixdə saat 14 radələrində saxlamış, əməliyyat məlumatı şəxsin narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi, daşıması və müəyyən ünvanlara çatdırması barədə olmuşdur. Əməliyyat tədbirində Şahid1la birlikdə iştirak etmiş, Emil saxlandıqdan sonra idarəyə aparılmış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Emili idarəyə ona məxsus nəqliyyat vasitəsi ilə aparılmış, saxlanan zaman əllərinə qandal vurulmamışdır. Saxlanılan şəxslərin üzərində külli miqdarda narkotik vasitə olanda DİN-nin BNMİ-nin inzibati binasına, az miqdarda narkotik vasitə olanda yerlərdə sənədləşdirmə aparıldığını bildirmişdir. İdarəyə aparana kimi Emilin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməmiş, idarəyə gətirildikdən sonra xidməti otaqların birində saxlanılmış, şəxsi axtarış zamanı Emilin gödəkçəsindən 06 (altı) qrama yaxın heroin aşkar edilmişdir. Emil polis idarəsinə gətirildikdən sonra sonuncunun ailə üzvləri ilə əlaqə saxlanılmamışdır. Təqsirləndirilən şəxs hazırda ifadə verən polis əməkdaşını tanıdığını, 09 dekabr 2022-ci il tarixdə səhər saat 10-11 radələrində DİN-nin BNMİ-dən Sumqayıt ŞPİ-yə gətirilərkən avtomobili bu şəxsin idarə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış keçirilməsi barədə protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış Sumqayıt ŞPİ-nin xidməti otaqlarından birində keçirilir. Protokolda baxışın keçirilmə saatı 15:50-15:59 kimi göstərilmişdir. Təhqiqatçının sualından sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol cibindən bir ədəd qara rəngli bükümü çıxardaraq həmin bükümün heroin olduğunu, özünə məxsus olduğunu, Sumqayıt şəhəri ərazisində İran vətəndaşı Cəmşid adlı şəxsin təlimatı ilə “Şərq bazarı” yaxınlığından əldə etdiyini və onun təlimatı ilə deyiləcək ünvana qoyacağını, özünün narkotik vasitədən istifadə etmədiyini və başqa ünvanda “narkotik” saxlamadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 dekabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, həmin protokol saat 15:20-də tərtib edilmiş, protokolda Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarix saat 14:20-də ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanıldığı və ünvan 7sına gətirildiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09 dekabr 2022-ci il tarixli 6/6973 nömrəli rəyi ilə tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,162 qram qəhvəyi rəngli maddə kütləsinin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 5,062 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 X17 X10 11 mart 2023-cü il tarixli 1430 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan əzab çəkmir, narkonaiyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “telefona baxış keçirilməsi” barədə 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hala rast gəlinməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskin tədqiq edilməsi barədə 20 fevral 2023-cü il tarixli protokoldan da görünür ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İttiham tərəfinin əsas sübutları tədqiq edildikdən sonra təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsə verilən ittihamın əsassız olduğunu, ittiham aktında təqsirləndirilən şəxsin saxlanma saatı və yeri kimi göstərilən “09 dekabr 2022-ci il tarix 14:20-də ünvan 3 ünvanının həqiqəti əks etdirmədiyini”, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi 08 dekabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə evdə olarkən sahə rəisinin mənzilin qapısını döyərək onu çağırması, birlikdə həyətə düşdükdən sonra həyətdə saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını göstərmiş və həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Müdafiə tərəfinin təqdim etdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mia.gov.az saytından əldə olunmuş məlumatda Sumqayıt şəhər polis idarəsinin tabeliyində olan polis sahə məntəqələrinin və əlaqə telefonlarının olduğu siyahıda 5-ci mikrorayonun polis sahə rəisi, polis kapitanı X9 əlaqə nömrəsi kimi (055) *** ** ** nömrəsi qeyd olunmuşdur. Həmçinin "xxxx" Telecom ASC-dən alınmış 12 dekabr 2022-ci il tarixli izahlı sənədin məzmunundan görünür ki, ünvan 8 ünvanında yaşayan abonent X1 istifadəsində olan (050) *** ** ** nömrəsindən polis sahə rəisi X9 istifadəsində olan (055) *** ** ** nömrəsinə xx.xx.2022-ci il tarix saat 14:57:05, 17:33:19 və 17:36:05-də zənglər olunmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə saat iki-üç arası qapı döyülmüş, qapını açanda sahə müvəkkili Rüstəm Fərəcovun olduğunu görmüşdür. O, Emili soruşmuş, oğlunun evdə olduğunu deyərək içəriyə dəvət etmiş, evin dəhlizində Rüstəm Emilə aşağı düşüb söhbət edəcəklərini demişdir. O, nə məsələ olduğunu soruşmuş, ona heç nə bildirməmişdir. Emil Rüstəmlə aşağı düşmüş, o da əynindəki idman geyimini dəyişib aşağı düşəndə Rüstəmlə oğlunun orada olmadığını görmüşdür. Bundan sonra sahə müvəkkilinin məntəqəsinə getmiş, qapısı bağlı olmuşdur, oradan da mənzil istismar sahəsinə getmiş, oradakı işçilərin birindən Rüstəmin mobil nömrəsini götürmüşdür. Həmin nömrəyə zəng edib Rüstəmdən harada olduqlarını soruşanda Rüstəm də ondan harada olduğunu soruşmuşdur. O da yaşadığı ərazisində olduğunu, Rüstəm Emilin telefonunun ona lazım olduğunu demişdir. Geri qayıdanda həyətin ortasında qara cip olduğunu görmüş, yuxarıda qapıda da Rüstəmi görmüşdür. Rüstəmdən nə məsələ olduğunu soruşduqda and-aman edərək heç nə bilmədiyini söyləmiş, o da əlində telefonla gələnlərin yanına düşmüş, həmin şəxslərdən nə məsələ olduğunu soruşduqda, özləri məlumat verəcəklərini demişlər. Avtomobilin arxa qapısını açdıqda Emilin yanında bir nəfər şəxs olmaqla avtomobilin arxasında əyləşdiyini görmüş, onu avtomobilə buraxmamış və getmişlər. Daha sonra bir neçə dəfə sahə müvəkkilinə zəng etmiş, onun telefonu bağlı olmuşdur. Saat 18:00-da ona zəng gəlmiş, iki saata Badamdardakı DİN-nin NMBİ-yə gəlməyi tapşırmışlar. Məhəmməd Əliyev adlı qonşudan onu deyilən ünvana aparmasını xahiş etmiş, saat 19:30 radələrində gəlməyi tapşırılan ünvana çatmışdır. Bütün bu danışıqlar ayın 8-i olmuşdur. Onu qarabuğdayı bir oğlan qarşılamış, daha sonra onunla birlikdə yuxarı qalxmışlar. Otaqda iki nəfər mülki geyimdə əməkdaş olmuş, ona oğlunun narkotik vasitə satdığını demişlər. O da bundan xəbəri olmadığını demişdir. Daha sonra nə qədər pul verə biləcəyini soruşmuş, 25.000 (iyirmi beş min) manat pul gətirməsini söyləmişlər. Ömründə bu qədər məbləğdə pulu görmədiyini dedikdə, gücünün nəyə çatdığını soruşmuş, 10.000 (on min) manat tapıb gətirə biləcəyini demişdir. Bu zaman ona 15.000 (on beş min) manat pul vəsaitini tapıb gətirməsini demiş, o da kor-peşman çıxıb getmişdir. Emilin dostları məhləyə yığışmış, nə məsələ olduğunu öyrənmək üçün onu kafeyə aparmış, o da olanları danışmışdır. Orada Əfqanla tanış olmuş, Əfqanın adını eşitsə də özünü görməmişdir. O, Əfqana həyatında rüşvət vermədiyini və ya almadığını demiş, Əfqan da pul vəsaitini polislərə verə və məbləği aşağı sala biləcəyini demişdir. Əfqanla Badamdara gəlmiş, həmin vaxt özünü pis hiss etmişdir. Əfqan onu evə yola salıb özünün bu işi həll edəcəyini demişdir. Bundan sonra Xansuyla evə qayıtmışdır. Emil bir iki dəfə ona zəng etmiş, o da pulun Əfqanda olduğunu demişdir. Bir də səhər saat 10-da oğlu Emil ona zəng edib pulun nə olduğunu soruşmuş, o da pulun Əfqanda olduğunu söyləmişdir. Əfqan vaxtın bitməyini və pulun məbləğini aşağı salmaq istədiyini demişdir. Özünün belə şeylərdən başı çıxmır. Saat 10-da avtomobilə əyləşib Sumqayıtda İcra Hakimiyyətinin yaxınlığındakı çayxanaya gedib gözləməyə başlamış, çayxanada gözləyən zaman Emil Əfqana zəng edərək həyətdə olduğunu demiş, binanın qarşısında şəkil çəkib göndərmişdir. O da evə qayıtmış, bir qədər sonra Xansu gələrək Əfqanla Emili polis əməkdaşlarının apardığını demişdir. Sonra taksi tutub Badamdara getmiş, Emil zəng edib Sumqayıt şəhər Polis İdarəsində olduğunu demiş, o da Sumqayıt şəhər Polis İdarəsinə qayıtmışdır. Lakin onu polis idarəsinə buraxmamışlar. Evə qayıtmış, saat dördün yarısı üçün sonu “75-75” olan mobil nömrədən ona zəng gəlmiş, onu gözlədiklərini demişlər. Ora gedib qapıya yaxınlaşmış, orada onun 10.000 manat pulunu qaytarmışlar. Sonradan oğlunun Bakı İstintaq Təcridxanasında olduğunu öyrənmişdir. Şahid ona verilən suallara cavab olaraq 10.000 manat pul vəsaitini Əfqanın cibindən götürdüklərini, dekabr ayının 8-i saat 7-8 radələrində Badamdara Emilin yanına Məhəmmədlə birlikdə getdiklərini, Emil saxlandıqdan sonra onunla təxminən üç-dörd dəfə danışdıqlarını, danışıqların pul barəsində olduğunu, axırıncı dəfə Emilin səhər saat 10-da zəng etdiyini, pulu soruşanda pulun Əfqanda olduğunu dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin polis sahə rəisi, polis kapitanı X16 ifadəsində göstərmişdir ki, sahə müvəkkili olduğu ərazi böyükdür və Emili əvvəllər görməmişdir. Adətən, məsul olduğu ərazidə cinayət törədilən, məhkumluq həyatından qayıdan, barəsində material olan və ya münaqişəsi olan vətəndaşlarla bilavasitə görüşmüşdür. Ancaq bu xüsusatlar olmadığı üçün Emillə şəxsən görüşüb söhbət aparmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsindən, Baş Mütəşəkkildən və ya başqa bir idarədən tədbir keçirmək üçün polis əməkdaşları baş idarəyə və ya polis bölməsinə gəlir və tədbir keçiriləcək ərazini yaxşı tanıyan polis əməkdaşını soruşurlar. Bu iş üzrə idarədən əməkdaşlar gəldikdə Təqsirləndirilən şəxs yaşadığı ərazinin sahə müvəkkili olaraq köməklik üçün təyin edilmişdir. Bu məqsədlə Emilgilə getmiş, qapını döymüş, Emilin atası qapını açmış, oğlunu çağırmışdır. Emil həmin vaxt evdə olmuş, o Emillə birlikdə aşağı düşmüşdür. Aşağıdakı polis əməkdaşları ona yaxınlaşmış və avtomobilə əyləşib getmişdirlər. Əgər idarənin əməkdaşı hər hansı şəxsə yaxınlaşırsa bunun səbəbini onlardan soruşmağa icazələri yoxdur. Emilin hansı tarixdə və necə aparıldığı yadında qalmamış, o da avtomobilə əyləşmiş, təxminən 200 metr sonra məntəqənin yaxınlığında düşmüşdür. Evin qapısını döyərək Emili çağıranda gününü birinci yarısı olmuşdur. Emili aparan polis əməkdaşları ya DİN-nin BNMİ-nin, ya da DİN-nin BMCMİ-nin əməkdaşları olmuşlar. Emil polis əməkdaşları tərəfindən aparıldıqdan sonra Emilin atası Tərlan bir iki dəfə ona zəng edərək Emili soruşmuş, o da məlumatı olmadığını bildirmişdir. Rüstəm Fərəcov dövlət ittihamçısının sualına cavab olaraq Emilgilin ünvanının 5-ci Mikrorayon, ev 27 olduğunu, ünvan 9diyini, həmin vaxta kimi Emili harsa dəvət etmədiyini və tanımadığını bildirmişdir. Şahid Tərlan Muxtarov verilən çarpaz suala cavab olaraq Rüstəmlə ilk olaraq saat 14:47-14:58-də telefon əlaqəsi saxladığını, Rüstəmin ona Emilin telefonunu götürmək lazım olduğunu, Emil saxlanmamışdan qabaq Rüstəmlə ünsiyyəti olmadığını bildirmiş, şahid Rüstəm Fərəcov həmin halı təsdiq edərək Emilin atası Tərlanın oğlunun mobil telefonunu ona verməsi xüsusatını xatırladığını, Emilin mobil telefonu sonuncunu aparan polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X14 bildirmişdir ki, 08 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin əməkdaşları tutmuşdur. Bundan sonra o, Emilin atası ilə əlaqə saxlamış, nə baş verdiyini soruşmuş, Emili Badamdarda BNMİ-yə çağırdıqlarını, ondan BNMİ-nin əməkdaşlarının pul tələb etdiyini bildirmişdir. O, bundan sonra BNMİ-nin inzibati binasının qarşısına gəlmiş, saat 5-ə kimi orada gözləmişlər. Emilin atasını bir az tez göndərmiş, saat beşdə Sumqayıta qayıtmış, sonra Emilin atası ilə görüşmüş və səhər 9-da görüşməyi qərarlaşdırmışlar. Emilin atasında olmuş pulu BNMİ-yə verməyi planlamış və orada gözləmişlər. Bundan sonra BNMİ-nin əməkdaşları onları Sumqayıt şəhər Polis İdarəsinə aparmış, orada adama 05 (beş) qram narkotik vasitə heroini qabaqlarına qoymuş və “göstəriş” olduğunu demişlər. Polis əməkdaşlarının onlara qərəzinin səbəbinin hələ də ona qaranlıq qaldığını bildirmişdir. Emili dekabr ayının 8-i tutmuş, 9-u Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər. Guya Emil ayın 9-u saxlanılmış, Sumqayıt şəhər Polis İdarəsinə gətirilmiş kimi sənədləşmə Sumqayıt ŞPİ-də başlamışdır. Bir gün arada fərq olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, Emili körpəliyindən tanımış, gözünün qabağında böyümüşdür. Emil universiteti qurtardıqdan sonra onu işçi kimi götürmüş, uzun müddət yanında işləmişdir. Bu günə kimi onun hansısa mənfi hərəkət və ya davranışı ilə qarşılaşmamışdır. Dekabrın 8-i axşam radələrində Emilin atası Tərlan ona zəng etmiş, sahə müvəkkili Rüstəmin oğlu Emili evdən apardığını bildirmişdir. İlk öncə Emilin haraya aparıldığını tapa bilməmişlər. Daha sonra Tərlana tanımadıqları nömrədən zəng gəlmiş və Emilin Badamdarda Baş Narkotiklərlə Mübarizə İdarəsində olduğu bildirilmişdir. O, öz avtomobili ilə Tərlanla birlikdə sözügedən ünvana getmiş, orada avtomobilini çöldə saxlamış, Tərlan içəri girmiş, özü isə çöldə gözləmişdir. Təxminən iyirmi dəqiqə-yarım saat sonra Tərlan bayıra çıxmış və ondan 25.000 (iyirmi beş min) manat pul vəsaitinin tələb edildiyini, pul verilməyəcəyi təqdirdə Emilin narkotik vasitələrin satışından tutulacağını bildirmişdir. Köməklik məqsədilə 10.000 (on min) manat tapa biləcəyini düşünmüş, həmin dövrdə də o, kredit götürdüyü üçün evdə bir az pulu olmuşdur. Evə gəldikdən sonra Tərlana zəng gəlmiş, zəng edənin adı səhv etmirsə, “Ramil” olmuşdur. Onlar məhəllədə görüşəsi olmuşlar. O da öz növbəsində pulu hazırlayıb Tərlan Muxtarova vermişdir. Görüşdükdən sonra elə olmuşdur ki, həmin gecə idarəyə getməmiş, çayxanada qalmış, idarəyə isə səhər gedəsi olmuşlar. Hətta gecə saat 1-də Tərlana zəng edərək nə səbəbə gedib pul verərək oğlunu çıxarmadığını soruşmuşdur. Onlar da Emilin “Əfqan” adlı tanışı olduğunu, həmin şəxsin keçmiş polis əməkdaşı olduğunu, sonuncunun məsələni həll edəcəyini bildirmişlər. Səhər Tərlana bir də zəng etmiş, Tərlan uşaqlarla görüşüb gedəcəyini demişdir. Məhəmməd günorta zəng edəndə öyrənmişdir ki, Emili həyətə gətirmiş, daha sonra onunla birlikdə Əfqanı da tutub aparmışlar. Bildiyi qədərilə pulu da Sumqayıt şəhər Polis İdarəsində Tərlana qaytarmışlar. 08 dekabr saat 19:20-də onlar Badamdardakı idarənin qarşısına çatmış, hətta mənzərə qəşəng olduğu üçün üç qülləni videoya çəkmişdir. Özü mebel sexi işlətmiş, Emil də 2015ci il tarixdən yanında oyulma işləri görən qurğunun operatoru işləmiş, işi Emilə özü öyrətmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi digər dəlillər də məhkəmə tərəfindən araşdırılmışdır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi abunəçinin müraciəti əsasında "xxxx" Telecom ASC-dən verilmiş 25 aprel 2023-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) *** ** ** nömrəsinə xx.xx.2022-ci il tarix saat 10:04-də “X20” vasitəsilə 2 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə qeyd olunan halı dəqiqləşdirmək məqsədilə "xxxx" Telecom ASC-ə sorğu vermiş, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarix saat 10:04-də (050) *** ** ** nömrəsinə 2 manat məbləğində ödənişin bankomat və ya hər hansı bir bank tətbiqi vasitəsilə həyata keçirildiyi üçün daha təfsilatlı məlumat əldə etmək üçün Mərkəzi Banka müraciət edilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab olaraq sorğu edilən ödəniş əməliyyatının Unibank ASC tərəfindən emissiya edilmiş ödəniş kartı ilə aparıldığını və bu səbəbdən də detallı məlumatın əldə edilməsi üçün banka müraciət olunmalı olduğunu bildirmişdir. Unibank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə saat 10:04:15-də (050) *** ** ** "xxxx" mobil nömrəsinə 2 manat məbləğində vəsait 409858******1147 nömrəli kartdan ödənilmişdir. Həmin kart xx.xx.1990-cı il tarixdə Masallı şəhərində doğulmuş X6 məxsus olduğu qeyd olunmuşdur. Eyni zamanda Sehran Əkbərovun digər eyniləşdirmə məlumatları məktubda qeyd olunmuşdur. Qeyd olunan halın dəqiqləşdirilməsi məqsədilə X11 məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, ifadəsində hal hazırda Nizami RPİ-nin əməkdaşı olduğunu, 2022-ci ilin dekabr ayında isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili olduğunu bildirmiş, Təqsirləndirilən şəxs saxlanması ilə bağlı hal hazırda heç bir halı xatırlamadığını qeyd etmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxsla əvvəlcədən tanışlığının və “Unibank”a məxsus kartının olmadığını, Təqsirləndirilən şəxs saxlanılmasında və aparılmasında iştirak etmədiyini, ona məxsus kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə ödənişin olunmasını izah edə bilmədiyini, bunun çox güman ki, əməliyyat tədbiri ilə bağlı ola biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq tutulduğu gün gecədən-səhərə kimi Sehran Əkbərovun yanında qaldığını, onun telefonunda şəkillərə baxaraq söhbət etdiklərini, 08 dekabr 2022-ci il tarixdən əvvəl Sehran Əkbərovu görmədiyini, saxlanıldıqdan sonra atası ilə danışa bilməsi üçün Sehran tərəfindən onun nömrəsinə 2 manat kontur göndərildiyini, evdəkilərlə telefonla danışanda Sehran Əkbərovun yanında olduğunu, atası ona pul gətirməli olduğundan telefonla danışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş X7 hökmündən görünür ki, X11 məhkəmədə şahid qismində dindirilmiş və ifadəsində 09 dekabr 2022-ci il tarixdə Əfqan Hüseynovun saxlanmasında iştirak etdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) *** ** ** və (051) *** ** ** saylı telefon nömrələrinə 01 yanvar 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədək daxil olan və çıxan məlumatların götürülməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan məlumatları əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən (050) *** ** ** nömrəsinin anten məlumatlarından aydın olur ki, yoxlanılan müddət ərzində təqsirləndirilən şəxs əsasən Sumqayıt şəhərində irəliləyən tarixlərdə təkrarlanan ərazilərdə olmaqla xx.xx.2022-ci il tarix saat 10:43-də Sumqayıt şəhəri ərazisində olmuş, saat 18:15-dən etibarən Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə gələn SMS-lərin müəyyən etdiyi anten məlumatına əsasən təqsirləndirilən şəxs həmin saatdan başlayaraq xx.xx.2022-ci il tarix saat 10:19-dək Bakı şəhəri Abbasqulu Abbaszadə küçəsində olmuş, saat 13:50-də isə yenidən Sumqayıt şəhəri ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun dərkənarında və internet resurslarından əldə olunmuş məlumatdan görünür ki, qeyd olunan orqanın inzibati binasının yerləşdiyi ünvan Abbasqulu Abbaszadə küçəsi 17-dir. Məhkəmə müdafiə tərəfinin gətirdiyi dəlilləri- sənədləri, həmin sənədlərlə uzlaşan əlavə şahid ifadələrini tədqiq edib qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs və şahid Tərlan Muxtarovun məhkəmə istintaqı zamanı verdikləri ifadənin Təqsirləndirilən şəxs saxlanma tarixi, vaxtı, yeri və şəraiti barədə olan hissəsi, həmçinin şahid Rüstəm Fərəcovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş üzrə araşdırılan digər sübutlarla tam təsdiq olunduğu üçün iş üzrə mötəbər sübut kimi qəbul edilməli, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00-14:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin sahə rəisi Rüstəm Fərəcovun DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının təlimatı ilə yaşadığı mənzilin qapısı döyülməklə çağrılması, onunla birlikdə yaşadığı binanın həyətinə düşərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilməsi, bununla da təqsirləndirilən şəxsin saxlanmasının xx.xx.2022-ci il tarixdə saat 13:00-14:00 radələrində reallaşmasını qəbul edir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan sübutlarla təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarix saat 13:00-14:00 radələrində saxlanması işin mübahisəsiz halı kimi qəbul edilməklə ittiham tərəfinin digər sübutları şəxsin saxlanma tarixi və vaxtı “xx.xx.2022-ci il tarix saat 13:00-14:00 radələri” qəbul edilməklə qiymətləndiriləcəkdir. Odur ki, yuxarıda göstərilən hallar cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 “əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarının sübut kimi qəbul edilməsini mümkünsüz edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, həmin protokol 09 dekabr 2022-ci il tarix, saat 15:20-də tərtib edilmiş, təqsirləndirilən şəxs, müdafiəçi və protoklu tərtib edən təhqiqatçı tərəfindən imzalanmışdır. Yuxarıda göstərilən sübut kimi qəbul edilən halları rəhbər tutub məhkəmə bildirir ki, qeyd olunan protokol iş üzrə tədqiq edilmiş digər mötəbər sübutlar tərəfindən təkzib olunduğu üçün sübut kimi mümkünsüz hesab edilməlidir. İttiham tərəfi cinayət işinin materiallarında olan “şəxsi axtarış keçirilməsi barədə” protokol və həmin protokolun video görüntüsünü əks etdirən diskdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən 5,162 qram narkotik vasitə heroinin aşkar edilməsini ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın əsas sübutu kimi məhkəməyə təqdim edir. Qeyd olunan video görüntünü əks etdirən disk və protokol məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, həmin video çəkiliş xx.xx.2022-ci il tarixdə aparılmaqla həmin tarixdə də protokollaşdırılmışdır. Yuxarıda göstərilən sübut kimi qəbul edilən halları rəhbər tutub məhkəmə bildirir ki, qeyd olunan protokol və video çəkiliş iş üzrə tədqiq edilmiş digər mötəbər sübutlar tərəfindən təkzib olunduğu üçün sübut kimi mümkünsüz hesab edilməlidir. Beləliklə Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarix saat 13:00-14:00 radələrində yaşadığı ünvan 10 mənzil 39-un qapısı ərazinin sahə rəisi Rüstəm Fərəcov tərəfindən döyülüb, qapını açan atası X18 izahat verməsi üçün onunla getməli olması barədə məlumat verilərək çağrılmış, sahə rəisi ilə yaşadığı binanın həyətinə düşüb orda gözləyən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilmiş, polis əməkdaşları ona birlikdə “Badamdar”a getməli olduqlarını deyib nəqliyyat vasitəsinə əyləşdirmiş, sahə rəisi Rüstəm Fərəcov da onlarla birlikdə nəqliyyat vasitəsinə əyləşib xidmət etdiyi məntəqəyə çatanda düşmüş, yolda olarkən polis əməkdaşları Təqsirləndirilən şəxs mobil telefonunun üzərində olmamasını görüb yenidən sahə rəisinə zəng vurub telefonu gətirməsini xahiş etmişdir. Tərlan Muxtarov oğlunun saxlanılmasından sonra ilk öncə sahə rəisinin ərazidə yerləşən məntəqəsinə getmiş, oranın bağlı olduğunu gördükdən sonra mənzil istismar sahəsinə gedib sahə rəisinin mobil nömrəsini alıb zəng vurmuş, sahə rəisi həmin vaxt-xx.xx.2022-ci il tarix saat 14:57:05-də oğlunun aqibəti ilə maraqlanmaq üçün ona zəng vuran Tərlan Muxtarovun zənginə cavab verərək telefonu gətirməsini demiş, Tərlan Muxtarov sahə rəisi ilə danışdıqdan sonra telefonu götürərək oğlunun olduğu nəqliyyat vasitəsinə yaxınlaşmış, polis əməkdaşları ona məlumat veriləcəyini deyib getmişlər. Tərlan Muxtarov xx.xx.2022-ci il tarix saat, 17:33:19 və 17:36:05-də oğlunun aqibəti ilə maraqlanmaq üçün təkrarən sahə rəisinə zəng vurmuş, bu hal cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən verilmiş 12 dekabr 2022ci il tarixli izahlı sənəddə əks olunan məlumatlar və həmin məlumatlarla uzlaşdığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən sahə rəisi Rüstəm Fərəcov və Tərlan Muxtarovun məhkəmə istintaqı zamanı verdikləri ifadə ilə öz təsdiqini tapır və həqiqəti əks etdirdiyinə heç bir şübhə qalmır. “Şəxsi axtarış keçirilməsi barədə” video çəkilişdə Təqsirləndirilən şəxs üzərində olan “İphone 14” markalı telefonun üzərində olan nömrənin (050) *** ** ** olduğunu qeyd edir. Təqsirləndirilən şəxs məxsus üzərində (050) *** ** ** nömrəsinin olduğu “İphone 14” markalı telefonun xx.xx.2022-ci il tarixdə artıq polis əməkdaşlarının sərəncamında olduğunu “telefonla aparılan danışıqların ələ keçirilməsi” barədə Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı "xxxx"MMC-dən götürülmüş qeyd olunan nömrəyə gələn və gedən məlumatları əks etdirən diskin məhkəmə istintaqı zamanı tədqiq edilməsi zamanı aşkar olunan məlumatlar bir daha təsdiq edir. Həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarix saat 10:43-də Sumqayıt şəhəri ərazisində olmuş, (050) *** ** ** telefon nömrəsinə saat 18:15-dən etibarən gələn SMSlərin müəyyən etdiyi anten məlumatına əsasən həmin saatda Bakı şəhəri Abbasqulu Abbaszadə küçəsində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olduğu məlum olur. Həmçinin cinayət işinin materiallarında olan “sübutların qiymətləndirməsi barədə qərar”dan görünür ki, istintaqın gedişində qeyd olunan telefona baxış keçirilmiş və müstəntiq tərəfindən təqsirləndirilən şəxsin müdfiəçisinə qaytarılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarix saat 13:00-14:00 radələrində yaşadığı ünvan 10 mənzil 39-da saxlanılıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, xx.xx.2022-ci il tarix günün ikinci yarısı artıq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirmiş, xx.xx.2022-ci il tarix saat 10 radələrində polis əməkdaşlarının təlimatı ilə atası Tərlan Muxtarova zəng vurmuş, həmin vaxt (050) *** ** ** nömrəsində balans olmadığı üçün zəng getməmiş, o, yanında olan polis əməkdaşı X4 onun telefonu vasitəsi ilə atasına zəng vurmağı xahiş etmiş, Sehran Əkbərov onun zəng vurmasına şəarit yaratmaq üçün telefonunda olan “Hökumət Ödəniş” portalı vasitəsilə “Unibank”a məxsus bank kartından (050) *** ** ** mobil nömrəsinə 2 manat məbləğində ödəniş etmişdir. Qeyd olunan hal Unibank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə təsdiq olunur. Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarix saat saat 12 radələrində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və X2 müşayiəti ilə yaşadığı ünvan 10 ünvanının qarşısına gəlmiş, X14 da həmin vaxt saxlanılmış, Təqsirləndirilən şəxs isə ünvan 7sına aparılmış və onun üzərindən narkotik vasitənin aşkar edilməsini göstərən həmin video çəkiliş aparılmışdır. Yuxarıda tədqiq olunan "xxxx"MMcdən əldə olunmuş diskdə olan məlumatlardan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarix saat 13:50-də yenidən Sumqayıt şəhəri ərazisində olduğu təsdiqini tapır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarix saat 13:00-14:00 radələrində “şübhəli şəxsin tutulması” haqqında protokolun tərtib olunduğu 09 dekabr 2022-ci il tarix, saat 15:20-dək polis əməkdaşlarının nəzarətində olmaqla bu barədə hər hansı bir rəsmləşdirmə aparılmamış, istintaq orqanı şəxsin polisin nəzarətində olmasını 24 saata yaxın müddət keçdikdən sonra qəbul etməklə protokolla rəsmləşdirmişdir. Qeyd edilən hal “şəxsi axtarış keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş, şəxsin üzərindən ittihamda qeyd olunan 5,162 qram narkotik vasitə heroinin aşkar edilməsini göstərən video çəkilişə də aiddir. Qeyd olunan video çəkiliş və onun protokolundan müvafiq çəkilişin xx.xx.2024-cü il tarix saat 15:50-15:59 çəkildiyi görsənir ki, bu da şəxsin saxlanmasından 24 saata yaxın müddət keçdikdən sonraya aiddir. Şəxsin “şübhəli şəxsin tutulması” haqqında protokolda qeyd olunan saatda saxlanmadığını iş materiallarına əlvə edilmiş Unibank ASC-dən verilmiş arayşdan da müəyyən etmək mümkün olur. Belə ki, Təqsirləndirilən şəxs gecəni idarədə keçirdikdən sonra polis əməkdaşlarının təlimatı ilə xx.xx.2022-ci il tarix saat 10 radələrində atasına zəng vurmuş, bu vaxt telefonunda kontur olmadığından zəng getməmiş, yanında olan polis əməkdaşı onun nömrəsinə telefonunda olan bank proqramı vasitəsilə 2 manat pul göndərmiş, məhz telefona gələn həmin SMS -in verdiyi anten məlumatından Emil Muxtaovun protokolda göstəriləndən 6 saat əvvəl idarədə olduğunu, unibank ASC-dən verilmiş arayışdan isə həmin pulu polis əməkdaşı Sehran tərəfindən göndərildiyi məlum olur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi özünə qarşı verdiyi ilkin ifadələri də mötəbər sübut hesab etməyərək bildirir ki, təqsirləndirilən şəxs 24 saata yaxın müddət ərzində polisin nəzarətində olmaqla həmin halın hər hansı bir formada rəsmləşdirilməmiş, müdafiəçi ilə təmin olunmamış, saxlanmanın səbəbi və mümkün ola biləcək nəticələri barədə özünə hər hansı məlumat verilməməklə saxlandığı saatdan ona hər hansı bir status-şübhəli şəxs kimi tutulmamış, ittiham elan edilməmiş, qeyd olunan statuslarından irəli gələcək hüquqlarından istifadə etmək imkanından məhrum edilməklə hüquqi vəziyyəti özünə də məlum olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tutulma anını müəyyən edərkən nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. X24 Məhkəməsinin De Vilde, Ooms və Versip Belçikaya qarşı iş üzrə qəbul etdiyi 18 iyun 1971 -ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin könüllü gəlməsi belə heç bir əhəmiyyət daşımır. Azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması da, xüsusi əhəmiyyət daşımır. Əgər şəxs konkret yeri sərbəst surətdə tərk edə bilmirsə, bu kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 25.2.1 insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla ldə edilmiş məlumatlar, sənədlər bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda onlar sübut kimi qəbul edilə bilməzlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, yuxarıda qeyd olunan mövcud qeyri-müəyyənlik vəziyyətində Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin ibtidai istintaq zamanı ifadə vermiş ittiham tərəfinin şahidləri- Şahid1 və X2 ifadələrində göstərdiyi xüsusatlar yuxarıda təhlil olunmuş sübuların məcnusu ilə tam təkzib olunduğundan mötəbər sübut kimi qəbul edilə bilməzlər. Beləliklə məhkəmə Emil Muxtaova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın sübutu kimi məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi barədə” qərar və raportu, 09 dekabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərarı, 09 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və həmin protokola əlavə edilmiş videçəkilişi verilmiş ittihamın həllində sübut kimi qəbul edilməsini mümkünsüz, Təqsirləndirilən şəxs ibttidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi verdiyi ifadələri, şahidlər Şahid1 və X2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri isə mötəbər sübut hesab etməyərək həmin sənədləri və ifadələri sübutların siyahısından çıxarır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma” haqqında 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,062 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan qalıq çəkisi 5,062 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “İphone 14” markalı telefonun təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması nəzərə alınmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı ümumilikdə 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin və o verilmiş ittiham üzrə təqsirsiz hesab olunsun.Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar – DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, qalıq qalmış 5,062 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə sübut kimi qiymətləndirilmiş, bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-161/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-161/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver