Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-161/2025 12.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ermənistan Respublikası Sisyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penıtensıar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan "Cabir” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun tapşırığı ilə narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində hər 100 qramı üçün 30 manat pul müqabilində müxtəlif ünvanlara çatdıraraq satışını həyata keçirmək barədə ümumi razılığa gəldikdən sonra 29 iyun 2024-cü il tarixdə ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun "Cabir" adlı üzvünün Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində qoydurduğu 387,62 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək, öz yaşadığı Abşeron rayonu. Saray qəsəbəsi, Azadlıq küçəsi, 40 nömrəli evə daşıyıb hissələrə ayıraraq, 380 qram çəkidə olan hissəsini yaşadığı evin ikinci mərtəbəsinin giriş hissəsində olan otaqdakı döşəyin sol tərəfində, 7.62 qram çəkidə hissəsini isə bır bükümdə əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxlamış. 01 iyul 2024-cü ıl tarixdə saat 20:10 radələrində Azərbaycan Respublikası Daxılı İşlər Nazirliyinin Baş Narkotıklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq kuçəsı, 40 nömrəli evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin X6 inzibati binasına gətirilib, orada həmin gün saat 21:30-dan 21:40-a kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən həmin 7,62 qram çəkidə və əməliyyat tədbirinin davamı olaraq 01 iyul 2024-cü ıl tarixdə saat 22:20-dən 22:33-ə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotıklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, ev 40 ünvanına keçirilmiş baxış zamanı evin ikinci mərtəbəsinin giriş hissəsində olan otaqdakı döşəyin sol tərəfində 01 ədəd polıetılen bağlamada 380 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, İran İslam Respublikasının vətəndaşı sosial şəbəkə vasitəsi ilə onunla əlaqəyə keçmişdir. İran İslam Respublikasının vətəndaşı özünü ona Cabir adlı şəxs kimi tanıtmışdır. 30 manat pulun müqabilində narkotikləri konuma atmağını ona təklif etmişdir. Ona etiraz etmiş və narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə almışdır. Özü narkotik vasitələrdən istifadə etmişdir. Onun səhlənkarlığı evində narkotik vasitə saxlaması olmuşdur. Videoçəkiliş zamanı da özünə məxsus olduğunu bildirmişdir. 380 qramlıq narkotik vasitə onun olmuşdur. İran vətəndaşı ona əlbir olmağı təklif etmişdir. Narkotikləri dediyi yerlərə qoymağını təklif eləmişdir. 100 qramlıq narkotik üçün 30 manat məntiqə uyğun olmamışdır. Onu döyən və söyən olmamışdır. Sadəcə özü şok vəziyyətində olmuşdur. İki övladı vardır. Fərdi əməklə məşğul olmuşdur. Valideynlərinin köməkliyi ilə övladlarına baxmışdır. Tutulmamışdan 5-6 ay əvvələ qədər işsiz olmuşdur. 387 qram olan narkotik vasitəni 900 manata almışdır. Həmin narkotik vasitəni borca götürmüşdür. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şəxsi istifadəsi məqsədi ilə əldə etmişdir. 380 qram narkotik vasitəni öz şəxsi vəsaiti hesabına almışdır. Öz istifadəsi məqsədi ilə almışdır. Həmin narkotik vasitəni harasa qoymaq fikri olmamışdır. Ona edilən təklifi də qəbul etməmişdir. Çəkiliş zamanıda şok vəziyyətində olmuşdur. Səhlənkarlıq edərək çəkiliş zamanı narkotikləri iranlının dediyi yerlərə qoyacağını bildirmişdir. Həmin sözü şok vəziyyətində olduğu üçün demişdir. Onu döyən, incidən və ya nəyisə zorla yazdıran olmamışdır. Həbs qətimkan tədbirinin seçilməsi zamanı məhkəmədə verdiyi ifadəsini özündə olmadığını bildirərək təsdiq etməmişdir. Yazdıqları yadında qalmamışdır. Onlar daş deyəndə marixuananı nəzərdə tutmuşlar. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, həmin ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 iyul 2024-cü il tarixdə saat 20:10 dəqiqədə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, ev 40 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmiş, daha sonra isə onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPl-nin X6 inzibatı binasına dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nın Saray polis bölməsinə getmişdir Saray PB-nın inzibatı binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psıxotrop maddə olub-olmaması sorğu edilmiş o da qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükülünü təqdim edərək həmin bükülünün içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir Həmin bükülünü açdıqda içərisindən qurudulmuş marixuana aşkar olunmuşdur Bundan başqa şalvarının sol yan cibindən üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan "Redmı" markalı mobil telefon, şalvarının sağ yan cibindən ümumilikdə 4 manat məbləğində pul, 2 ədəd "xxxx" ASC-nə aid üzərlərində 4169 7388 1159 7800 və 5239 1517 9272 31 19 rəqəmləri yazılmış bank kartları və özünə aid şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bır əşya, maddə və ya predmet aşkar edilməmişdir Bundan sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 6 qram olması müəyyən olunmuşdur Aşkar olunmuş qurudulmuş marixuana içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalarla təsdiq olunmuşdur. Əhəmiyyət kəsb etdiyi uçün aşkar olunmuş mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartları götürülmüş, pul məbləği isə ona geri qaytarılmışdır. Şəxsi axtarış zamanı verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, aşkar olunmuş marixuananı 29 iyun 2024-cu ıl tarixdə "Cabir" adlı İran islam Respublikasının vətəndaşının Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində qoydurduğu yerdən götürdüyünü, narkotik vasitəm 'Cabir' adlı şəxsin deyəcəyi yerlərə qoymağa razılaşdığını, gördüyü işin müqabilində, yəni "Cabir" adlı şəxsin ona dediyi yerlərə atacağı hər 100 qram qurudulmuş marixuana müqabilində 30 manat pul verəcəyini, "Cabir" adlı şəxsi sosial şəbəkə vasitəsilə tanıdığını, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə şəxsi axtarış keçirilmədiyim, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyim demişdir Bundan sonra yaşadığı evə gedilərək oraya baxış keçirilmiş, baxış keçirilməzdən öncə ona yaşadığı evdə saxladığı narkotik vasitəni təqdim etməsi bildirilmiş, o da yaşadığı evin ikinci mərtəbəsinin giriş hissəsində olan otaqdakı döşəyin sol tərəfinə qoyduğu 1 ədəd sellofan bağlamanı göstərərək həmin bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir Həmin bağlamanın içərisinə baxdıqda orada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, aşkar olunmuş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 396 qram olması müəyyən olunmuşdur Bundan sonra polis əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı evin digər otaqlarına da baxış keçirilmiş, lakin təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan sellofan bağlamadan başqa yaşadığı evdən qanunla qadağan olunmuş hər hansı bır əşya, maddə və ya predmet aşkar edilməmişdir Aşkar olunmuş kütlə isə qablaşdırılmış, möhürlənmiş və uzərı imzalarla təsdiq olunmuşdur O, baxış zamanı verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş narkotik vasitəm 29 iyun 2024- cü il tarixdə "Cabir" adlı İran İslam Respublikasının vətəndaşının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində qoydurduğu yerdən götürdüyünü, narkotik vasitəm "Cabir" adlı şəxsin deyəcəyi yerlərə qoymaq barədə razılaşdığını, gördüyü işin müqabilində, yəni "Cabir" adlı şəxsin ona dediyi yerlərə atacağı hər 100 qram qurudulmuş marixuana müqabilində 30 manat pul verəcəyim, "Cabir" adlı şəxsi sosial şəbəkə vasitəsilə tanıdığını yaşadığı evdən və üzərindən aşkar olunmuş narkotik vasitəm eyni yerdən götürdüyünü, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa duşduyunu. ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyim demişdir O, ifadəsində əlavə olaraq üzərindən və evindən aşkar olunmuş narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan adının “Cabir’ olduğunu bildiyi şəxslə əvvəlcədən razılaşaraq sonuncunun Bakı şəhəri. Sabunçu rayonu. Balaxanı qəsəbəsi ərazisində qoyduğu yerdən 29 iyun 2024-cü il tarixdə götürüb "Cabir" adlı şəxsin ona dediyi yerlərə atmaq uçun əldə etdiyim, narkotik vasitələri əldə etməkdə məqsədinin isə pul qazanmaq olduğunu, belə kı "Cabir” adlı şəxslə aralarında olan razılaşmaya əsasən deyilən ünvanlara atacağı hər 100 qram qurudulmuş marixuana müqabilində ona 30 manat pul verilməli olduğunu, “Cabir” adlı şəxslə sosial şəbəkə, eləcə də sonuncunun istifadəsində olan +98 914 *** **** və +98 914 *** **** mobil nömrələrlə əlaqə saxladığını, 29 iyun 2024-cü il tarixdə "Cabir" adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində qoyduğu yerdən götürən zaman narkotik vasitənin bütöv halda, yəni bağlamanın içərisində olduğunu, narkotik vasitəni götürdükdən sonra yaşadığı evə gətirdiyim, bundan sonra bağlamanın içərisindəki narkotik vasitədən bir miqdarını bükümə ayıraraq üzərində saxladığını, istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 2 ədəd "Kapital Bank ASC-nə aid üzərlərində 4169 7388 1159 7800 və 5239 1517 9272 31 19 rəqəmləri yazılmış bank kartlarını tanışlarının ona verdiyini, lakin həmin bank kartlarından xeyli müddətdir ki. istifadə etmədiyim, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən, Saray polis bölməsinə gətirilərkən və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bır digər formada təsir olunmadığını göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-nin Baş Narkotıklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan və DİN-nın Baş Narkotıklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsində əməliyyat axtarış tədbirləri keçirmişlər və 01 iyul 2024-cü ıl tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 20:10-da ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərim nəzərə alaraq Abşeron rayon polis İdarəsinin X6 inzibati binasına gətirilmişdir. Abşeron rayon polis İdarəsinin X6 inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum oldu ki, bölməyə gətirdikləri şəxs xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla. ünvan 6 yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron rayon polis idarəsinin X6 inzibatı binasında təhqıqatçı Nicat Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi uçun dəvət edilmiş müdafiəçinin, onun və DİN-nin Baş Narkotıklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə vıdeoçəkılış aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetın olubolmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə yaşıl rəngli, bitki mənşəli narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş, həmin şəffaf rəngli sellofan bükümdə yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Redmi" markalı mobil telefon aşkar edilmişdir Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsi, 4 manat pul, 2 ədəd "Kapital Bank” ASC-nə aid bank kartları aşkar edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bır əşya, maddə və ya predmet aşkar edilməmişdir Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 6 qram olmuşdur Sonra təhqıqatçı tərəfindən aşkar edilmiş kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürləndi, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartları bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra təhqıqatçı tərəfindən götürülmüş, dörd manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələri internet vasitəsilə tanıdığı İran İslam Respublikası vətəndaşı “Cabir" adlı şəxsin 29 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində qoydurduğu yerdən götürdüyünü, narkotik vasitəni "Cabir” adlı şəxsin deyəcəyi yerlərə qoymalı olduğunu və gördüyü işin müqabilində “Cabir” adlı şəxsin dediyi yerlərə atacağı hər 100 qram qurudulmuş marixuanaya görə 30 manat pul verəcəyini, əlavə olaraq yaşadığı evində narkotik vasitə saxladığını, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin X6 inzibatı binasında ış otaqlarının birində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkıliş aparılmışdır. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır Daha sonra 01 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Rafıl oğlunun, sonuncunun müdafiəçisinin təhqiqatçı Nicat Osmanovun, onun, DİNnın Baş Narkotıklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 yerləşən fərdi yaşayış evinə getmişlər. Saat 22:20də ünvan 6 yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə başlanmış, baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etmək təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsinə qalxaraq giriş hissəsində olan otaqdakı döşəyin sol tərəfində qoyulmuş 01 ədəd sellofan torbanı təqdim etmiş, təqdim edilmiş sellofan torba baxış keçirilməsi məqsədi ilə götürülmüş, həmin sellofan torbaya baxış keçirilən zaman içərisində yaşıl rəngli narkotik vasitə quruduluş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxıd ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 396 qram olmuşdur. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən və üzərindən aşkar olunmuş kütlələri eyni vaxtda, yəni 29 iyun 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı “Cabir” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində qoydurduğu yerdən götürdüyünü narkotik vasitəni "Cabir” adlı şəxsin deyəcəyi yerlərə qoymalı olduğunu və gorduyu işin müqabilində “Cabir” adlı şəxsin dediyi yerlərə atacağı hər 100 qram qurudulmuş marixuanaya görə 30 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütun iştirakçılar tərəfindən imzalanmışdır O, ifadəsində Təqsirləndirilən şəxs kullı miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olduğunu, həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxladıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilmədiyini qeyd etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9an Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9an Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raportdan” görünür ki, həmin tarixdə xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9an Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi 40 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə gətirilmişdir. Məhkəmə-bıolojı ekspertizasının 02 iyul 2024-cü ıl tarixli 3-16-16- 2-7/1082 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." yazısı və imzalar olan kağız paketdəkı 01 (bır) ədəd sellofan bükülüdə təmiz çəkisi - 7,62 qram və üzərində 'Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ...” yazısı və imzalar olan kağız bağlamadakı 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi - 380 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 387,62 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 387,62 qram (1-2 №lı ob), tədqiqata istifadə olundu - 0,2 qram, (hər obyektdən 0,1 qram götürüldü) qalıq 387,42 qram. Məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2024-cü il tarixli 5521 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 sentyabr 2024-cü il tarixli, 2414 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinı dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nın 21-cı maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxsi axtarış və goturmə aparılması haqqında 01 iyul 2024-cu ıl tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdə BNMİ-nın əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümün içərisindən yaşıl rəngli, bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. Protokola dair DVD disk iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı araşdırılmışdır. Evə baxış keçirilməsi və götürmə aparılması haqqında 01 iyul 2024- cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsinin giriş hissəsində olan otaqdakı döşəyin sol tərəfində bir ədəd polietilen bağlamanın içərisindən yaşıl rəngli, bitki mənşəli narkotik vasitə quruduluş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Protokola dair DVD disk iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı araşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon aparatına xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən "Redmi” markalı mobil telefonun qarşı və arxa hissəsi qara rəngdə olmaqla, yuxarı hissəsində kamera yeri vardır Qarşı hissənin çoxunu sensorlu ekran tutur. Mobil telefonun arxa tərəfinin aşağı hissəsində sol tərəfdə 'Redmi' sözu yuxarı sol tərəfində 01 ədəd kamerası vardır. Mobil telefon işə salınaraq içərisində olan fayllara, daxil olan və çıxan SMS, zənglərə baxış keçirildi. Təqsirləndirilən şəxs məxsus "Redmi” markalı mobil telefondakı "Телефон” adlı faylın “Контакты” hissəsinə keçirilmiş baxış zamanı “Cabir” adı ilə qeyd olunmuş şəxsin nömrəsinin +98 914 750 4089, “Cabir Qərdes” adı ilə qeyd olunmuş şəxsin nömrəsinin isə +98 914 *** **** olması müəyyən olundu. Təqsirləndirilən şəxs məxsus "Redmi” markalı mobil telefonun “Телефон” adlı faylın zəng siyahısında isə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmadı. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefondakı “Фото” adlı fayla keçirilmiş baxış zamanı “WhatsApp İmages” qovluğunda ayrı- ayrı vaxtlarda çəkilmiş, müxtəlif ölçülərdə elektron tərəzinin üzərinə qoyulmuş narkotik vasitə marixuanaya bənzər kütlələrin və müxtəlif ünvanların şəkillərinin olması müəyyən olundu. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Redmi" markalı mobil telefondakı “Сообщения" adlı fayla baxış keçirildi və ış üçün əhəmiyyət kəsb edən hər hansı bır məlumat aşkar olunmadı. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına istifadəsində olan ***-***- **-** və ***-***-**-** mobil nömrələrinə daxıl olan və çıxan zənglərin siyahısının, həmin nömrələrə zəng edən abunəçilərin tam anket məlumatlarının, daxil olan və çıxan SMS mətnlərinin, həmçinin göstərilən tarixlər uçün qeyd olunan nömrələrdən daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların əks olunduğu "Bakcell” MMC-dən daxil olmuş xx.xx.2024-cü ıl tarixli, BKC/LGL-13608/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə 05 oktyabr 2024-cü il tarixdə tərəfimdən baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd “Mushteri zenglerinin detallashmasi_MSİSDDN_554070508” adlı, 1 ədəd “Mushteri zenglerinin detallashmasi_MSİSDDN_559533256” adlı, 1 ədəd “SMS detallashmasi_MSİSDDN_554070508” adlı, 1 ədəd “SMS detallashmasi_MSİSDDN_559533256” adlı, 1 ədəd “Zenglerin mexsusluq tarixcheleri_MSİSDDN_554070508” adlı, və 1 ədəd “Zenglerin mexsusluq tarixcheleri_MSİSDDN_559533256” adlı adlı PDF formatlı fayllar aşkar olundu. PDF formatlı 01 ədəd “Mushteri zenglerinın detallashmasi MSİSDDN 554070508" adlı birinci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-407-05- 08 saylı mobil nömrəsinə 01 04.2024-cü il tarixdən 03 07 2024-cü il tarixə kimi ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin və mesajların anten dairələri barədə məlumatlar göstərilmişdir. Həmin faylda iş üçun əhəmiyyətli heç bır hal müəyyən edilməmişdir. İkinci "Mushteri zenglerinin detallashmasi_MSİSDDN_559533256” adlı PDF formatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ayrı-ayrı operatorlara məxsus mobil nömrələrdən daxil olan və çıxan zənglərin və mesajların anten dairələri barədə məlumatlar göstərilmişdir. Həmin faylda iş üçün əhəmiyyətli heç bır hal müəyyən edilməmişdir. Üçüncü "SMS detallashması_MSİSDDN_554070508" adlı PDF formatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən 03 07.2024-cü ıl tarixədək daxil olan və çıxan mesajların mətnləri göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman xx.xx.2024-cü ıl tarixdə saat 20:09:34də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 055-273- 82-83 mobil nömrəsi arasında Qaqa saat 9 00 da zeng vuracam çıxarsan bockaya heresınnen 5.5" sözləri, xx.xx.2024-cü il tarixdə saat 20:15:45-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi arasında "Qaqa dostuva di 1000 faiz sabaha 30 manatliq mene daw saxlasin qaqdawımın qebrı götrecem 5 manatda saxladığına göre kontur vuracam qaqawa" sözləri, xx.xx.2024-cu ıl tarixdə saat 20:18:38də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi arasında “İndi gelende 9 da qaqamsan 5 daw 5 kola imkan daxilinde qaqavi padv” sözləri, xx.xx.2024-cü il tarixdə saat 20:46:57-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi arasında “Qaqa 15 azn var nese elemek olar diyim gelsin” sözləri, xx.xx.2024-cü il tarixdə saat 03:51:08-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 055-273- 82-83 mobil nömrəsi arasında “Qaqa sen qaqawsan 5 manatliq daw ver allah hakqı seher verrem pisem” sözləri, xx.xx.2024-cü ıl tarixdə saat 04 08 16-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrə ilə ***-***-**-** mobil nömrəsi arasında "Qaqa falqadakinen biraz ver gede bilim ıwe alah hakqi agriyiram agrida qoyma meni" sözləri. xx.xx.2024-cü il tarixdə saat 04:13:47-də Təqsirləndirilən şəxs istifadəsində olan 055-407-05- 08 mobil nömrə ilə ***- ***-**-** mobil nömrəsi arasında 'Kimınse satdıg payınan ver diyersen bır nefer ağrıyırdı bawa duweler gelim otur cekım gedim ıwe sözləri yazılmış sms mətnlərinin olması aşkar edildi. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Abşeron RPİ-nın Cinayət axtarış şöbəsinin məktubunda göstərilmişdir kı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş narkotik vasitələr olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs əldə etdiyi mənbəni müəyyən etmək, narkotik vasitəm ona satmış şəxsi müəyyən etmək məqsədi ilə tərəfimizdən bır sıra əməliyyat-axtarış təbirləri keçirilsə də. heç bır müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılan müşahidələr zamanı onun evinə narkotik vasitələrdən istifadə edən şəxslərin gəlibgetməsi, onun əlaqədə olduğu şəxslərin bır qisminin narkotik vasitələrin aludəçiləri olması, yaşadığı qəsəbə sakinlərinin məlumatlarına görə onun narkotik vasitə marixuananın satışı ilə məşğul olması müəyyən edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmamış övladları vardır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü ıl tarixli tələbnamədən görunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 12.01 2012-cı ıl tarixli hökmu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx.xx.2015-cı ıl tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 317-1.1-ci maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-521/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(012)-969/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən 01 aprel 2024-cü il tarixdən 03 iyul 2024-cü il tarixədək olan müddət ərzində edilən zənglər və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatların "xxxx" MMC operatorundan götürülməsinə icazə verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(012)-968/2024 saylı qərarından müəyyən olunur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd “Kapital Bank" ASC-yə aid 4169 7388 1159 7800 və 5239 1517 9272 3119 nömrəli kart hesablarının kimə məxsus olması (anket məlumatları göstərilməklə) 2024-cü ilin may-iyul aylarında həmin hesaba və həmin hesabdan köçrülən pul vəsaitlərinin nə vaxt və hansı üsulla köçürülməsi, hesabdan pulun nə vaxt və harada çıxarılması, pul vəsaitlərinin köçürüldüyü hallarda, köçürülmüş hesabdan pul vəsaitinin başqa hansı hesaba köçürülməsi və ya nağd formada çıxarılması barədə kamera görüntüsü və məlumatların "xxxx" ASC-dən götürülməsinə icazə verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9an Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, həmçinin şəxsin evinə baxış və götürmə aparılmış, şəxsi axtarış zamanı üzərindən bitki mənşəli narkotik vasitə quruduluş marixuanaya bənzər kütlə, evinə baxış və götürmə zamanı da bitki mənşəli narkotik vasitə quruduluş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və evinə baxış və götürmə keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilsə də, o, ibtidai istintaq zamanı şəxsi axtarış və evə baxış keçirilməsi prosessual hərəkətləri aparılarkən, narkotik vasitənin hər 100 qramını 30 manat qarşılığında başqabaşqa ünvanlara qoyacağını bildirmişdir. Nəyə görə ibtidai istintaq zamanı o cür ifadələr verdiyini soruşarkən əsaslı cavablar verməmiş, qeyd olunan halları şok vəziyyətində olması, özündə olmaması ilə izah etmişdir. Həmçinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ona psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılarkən özünü təqsirli bildiyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə daxil olan smslərə baxış keçirilən zaman onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən smslər müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında zamanı verdiyi ifadələri təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai araşdırma zamanı vermiş olduğu etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla, təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 78 (yetmiş səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 387,42 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmı" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD disk və 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 78 (yetmiş səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 387,42 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmı" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD disk və 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-161/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-161/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver