Məhkəmə qərarları › İş №1(124)-163/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-163/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-163/2023 14.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Kaykent rayonu, Kaykent kəndində doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, sürücü işləyən, subay, məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kaykent rayonu, Kaykent kəndi, Komsomolski küçəsi, ev 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan 3 (üç) nəfər şəxsin ölümü, iki nəfər şəxsin isə az ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnən cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə saat 12:45-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu, Ağalıq kəndi ərazisindən keçən 6-cı kilometrliyində yolun Yalama istiqamətindəki hərəkət hissəsi ilə 60 km/saat sürətlə düzünə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riyaət etməyərək idarəetməni itirməsi səbəbindən yük avtomobili sol tərəfə istiqamətlənməklə yolun Gəndob istiqamətindəki əks hərəkət hissəsinə daxil olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə həmin vaxt yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 60 km/saat sürətlə hərəkət edən, sürücü Zərərçəkmiş şəxs5 idarə etdiyi «VAZ 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi arasında, sonra yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 70 km/saat sürətlə düzünə hərəkət edən, sürücü Şahid2 idarə etdiyi «Opel Vectra» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı və sol arxa qanadı arasında yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermiş, o anda arxadan gələn, yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 60 km/saat sürətlə düzünə hərəkət edən, sürücü Zərərçəkmiş şəxs4 toqquşmadan yayınmaq üçün idarə etdiyi «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkəti istiqamətinə yönəltməklə dayandırsa da, onun idarə etdiyi avtomobilin qabaq tərəfi ilə həmin yük avtomobilinin qabaq sağ hissəsi arasında yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə, yəni «VAZ 211440» markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 başın və gövdənin müştərək küt travması, baş beynin yumşaq qişasına qansızmalar, sağ ağciyər və qara ciyər toxumasının cırılmaları, sağ 4-5- 6-7-ci, sol 3-4-5-ci qabırğaların və döş sümüyünün cisminin qapalı köndələn sınıqları, alt çənənin və sağ bud sümüyünün aşağı üçdəbirinin qapalı qəlpəli sınıqları, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol dizin əzilmiş yarası və sıyrıqları, sağ dizin və sağ baldırın syırıqları, başın və gövdənin dəri örtüyü altına qansızmalardan ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs2 gövdənin küt travması, sol ağ ciyər, qara ciyər və dalağın cırılmaları, sağ 2,3,4,5,6,7-ci, sol 2,3,4,5,6,7,8-ci qabırğaların qapalı köndələn sınıqları, sol bud və sol said sümüklərinin qapalı qapalı qəlpəli sınıqları, sol dizin və sağ baldırın sınıqlarından ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, «VAZ 2106» markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 baş beyin toxumasına və baş beynin yumşaq qişasına geniş qansızmalar, sol ağciyərin cırılması, sol 5-6-7-ci qabırğaların qapalı sınıqları, sol bud sümüyünün qapalı qəlpəli sınığı, başın sağ alın-təpə və orta təpə nahiyələrinin, üzün sol yarısının və alt çənənin əzilmiş-cırılmış yaraları, sol çanaq nahiyəsinin qançırı və sol budun sıyrığı, başın və gövdənin yumşaq örtüyü altına qansızmalardan ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölmələrinə səbəb olmaqla, «VAZ 211440» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 sağ içəri və bayır topuq sümüklərinin sindesmozun qırılması ilə qapalı yerdəyişən sınıqları, sol 3-4-5-ci qabırğaların qapalı sınıqları və sol dirsəyin əzilmiş yarası və «VAZ 2106» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs5 2-ci bel fəqərə cisminin pazvari deformasiya ilə kompression sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, İran İslam Respublikasından Rusiya Federasiyasına doğru getmiş, bu, onun Azərbaycan Respublikasına ilk səfəri olmuş, yol ilə avtomobili sürərkən qarşısına it çıxmış və o da bir anda yolun qarşı istiqamətinə keçmiş, həmin vaxt məlum hadisə baş vermişdir. Hadisədən sonra təcili tibbi yardımın, həmçinin polis əməkdaşlarının oraya gəldiyini, üç avtomobil ilə toqquşduğunu, ilk olaraq hansı avtomobil ilə toqquşduğunu xatırlamadığını, xəsarət alan üç nəfərin öldüyünü polis şöbəsində olarkən bildiyini, baş verənlərdən sonra hadisə yerindən uzaqlaşmadığını bildirmişdir. Hadisədən sonra avtomobilində oturduğu şəxsi tanımamış, həmin tanımadığı şəxs polislər gələnə qədər ona avtomobilində gözləməyini söyləmiş, o, səbəbini soruşduqda isə “Birdən qohumları səni döyərlər, ona görə də polis gələnə qədər burada gözlə” demiş, oturub gözlədiyi avtomobilin markası “Toyota” olmuşdur. O, hadisə zamanı şok vəziyyətində olduğunu, polis şöbəsində olarkən müstəntiq dedikdən sonra hadisə nəticəsində ölənlərin olduğunu bildiyini, hadisə yerindən qaçmadığını, qarşı tərəfdən gələn avtomobillərin heç birini görmədiyini, toqquşmadan sonra qarşı tərəfdə olan avtomobilləri gördüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən “B, B1, C, C1” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini xx.xx.2021-ci il tarixdə dəyişmişdir. Hazırki sürücülük vəsiqəsi “B, B1, C, C1, CE, C1E, M” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yolnəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. Rusiya Federasiyası vətəndaşı X4 mülkiyyətində olan «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, Rusiya Federasiyası vətəndaşı X8 mülkiyyətində olan «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilini 10 gündür ki yol vərəqəsi əsasında idarə edir. Bildirmişdir ki, 09 fevral 2022-ci il tarixdə saat 12:45-dəa texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Gəndob-Yalama avtomobil yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə 60 km/saat sürətlə düzünə hərəkətdə olarkən avtomobilinin yük yerində müxtəlif növ göyərtilərdən ibarət 20 ton yük olsa da, avtomobilin kabinasında sərnişin olmamışdır. Yolun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən 6cı kilometrində Yalama istiqamətində hərəkətdə olduğum zaman yolun sağ ehtiyat hissəsindən hərəkət hissəyə bir it qaçmış, o, həmin iti vurmamaq üçün idarə etdiyi yük avtomobilini sol tərəfə manevr etdirmiş, it geri qayıtdığı üçün onu avtomobillə vurmasa da, avtomobili sol tərəfə manevr etdirdiyi üçün avtomobil idarəetmədən çıxıb yolun Gəndob istiqamətindəki hərəkət hissəsinə daxil olmuşdur. İdarəetmədən çıxmış avtomobili yolun Gəndob istiqamətindəki əks hərəkət hissəsinə daxil olan kimi Yalama istiqamətindən Gəndob istiqamətində hərəkətdə olan ağ rəngli «VAZ 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi ilə avtomobilimin qabaq sol künc hissəsi arasında, sonra eyni istiqamətdə hərəkət edən göy rəngli «Opel Vectra» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi ilə avtomobilinin qabaq sol künc hissəsi arasında, daha sonra ağ rəngli «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə avtomobilinin qabaq sağ hissəsi arasında yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Bundan sonra avtomobili Yalama istiqamətində yolun sağ kənarına çıxaraq sağ yanı üstə aşmışdır. Avtomobil aşandan sonra o, avtomobilin kabinasının sol qapısını açmaqla avtomobilin kabinasından çıxmışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Dərhal ondan 2-3 kilometr irəlidə hərəkət edən, dostları olan sürücülərə zəng vurub hadisə barədə məlumat vermişdir. Onlara yanına gəlmələrini xahiş etmişdir. Onlar da ona taksi çağırıb yanına gələcəklərini bildirmişlər. Bir neçə dəqiqə ərzində hadisə yerinə tanımadığı şəxslər yığışmışdır. Həmin şəxslərdən biri ona demişdir ki, «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən bir nəfər kişi ölmüş, digər şəxslər xəsarət almış, təcili tibbi yardıma da məlumat vermişlər. Tanımadığı şəxslərdən digər bir yaşlı kişi də ona yaxınlaşıb demişdir ki, hadisə nəticəsində ölmüş və xəsarət almış şəxslərin qohumları hadisə yerinə gələn kimi ona xəsarət yetirə bilərlər. Həmin şəxs onu hadisə yerində, yolun kənarında olan özü idarə etdiyi boz metal rəngli, dövlət qeydiyyat nişanına fikir vermədiyi «Toyota Camry» markalı avtomobilinə əyləşdirmiş, polis əməkdaşlarının və ya dostlarının gəlməsini gözləməli olduğunu demişdir. Hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. O, sonradan bilmişdir ki, hadisə zamanı xəsarət almış şəxslərdən, «VAZ 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişinlərdən biri olan azyaşlı qız və «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişinlərdən biri olan yaşlı qadın da ölmüşdür. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət surəti 60 km/saatdan çox olmamış, onun diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb olmamış, onun səhhəti ilə bağlı heç bir problem olmamış, hadisə vaxtı yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfalt olmuş, hadisə nəticəsində o, heç bir xəsarət almamış, hadisədən əvvəl spirtli içki və hər hansı bir narkotik vasitə qəbul etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonundan Dəvəçi rayonuna getdiyi zaman xalası Zərərçəkmiş şəxs2 və onun əri Zərərçəkmiş şəxs3 ilə birlikdə olmuş, həmin vaxt o «VAZ 211440» markalı avtomobili idarə etmiş, hadisə ərəfəsində bir zolaqlı yolda 60 km/saat sürətlə avtomobili idarə etmiş, təxminən günorta saat 13-14 radələrində avtomobili idarə edərkən tır avtomobili üzərlərinə çıxmış, həmin tırın qarşısına hansısa heyvan çıxmış və tır üzərlərinə gəlmişdir. Bu zaman üç avtomobilin ardıcıl şəkildə getdiyini, aralarında xeyli məsafə olduğunu qeyd etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, həmin gün o xəstəxanadan qayıtmış, bu zaman «VAZ 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, avtomobildə dörd nəfər olmuş, iki nəfər arxada oturmuşdur. O, 60 km/saat sürətlə gedərkən tır avtomobilinin qarşılarına çıxdıqlarını, hətta onun mümkün qədər avtomobili kənarlaşdırmağa çalışmağına baxmayaraq qəzanın baş verdiyini, hadisədən sonra Şabran rayon xəstəxanasına aparıldığını, vurulan zərər ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, hadisə zamanı avtomobildə atası, arvadı və səkkiz yaşında qızı olmuş, hadisə nəticəsində qızı rəhmətə getmiş, arvadı isə yaralanmışdır. Təqsirləndirilən şəxslə barışdıqlarını, vurulan zərərin ödənildiyini qeyd etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, hadisə günü təxminən günorta saatlarında evdə olarkən bacısı ona zəng edərək məlum hadisənin baş verdiyini söyləmiş, lakin ilk əvvəl xalası oğlunun qəza törətdiyini bildirilmiş, anasının və atasının başına nəsə gəldiyi barədə heç nə söyləməmişdir. Daha sonra isə həmin qəzada anasının və atasının da olduğunu bilmiş, lakin o, anasının və atasının öldüyünü xəstəxanada olarkən öyrənmiş, baş verən hadisədən sonra oraya getdiyini göstərmişdir. X12 həmçinin hadisə nəticəsində ölmüş atası Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində tanınmış qardaşı X14 hal hazırda Türkiyə Respublikasında olduğunu və orda işlədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində hadisə zamanı gəlini ilə birlikdə nəvəsini Xaçmaz şəhərində olan xəstəxanadan gətirdiyini, bir anda tır avtomobilinin üzərlərinə gəldiyini, bu zaman onun sürücünün yanında, gəlini və nəvəsinin isə arxa oturacaqda oturduğunu, qəza nəticəsində özünün xəsarət aldığını, lakin nəvəsinin vəziyyəti pis olduğundan fikri nəvəsində olduğu üçün onlardan başqa zərər çəkənlərin olduğunu xəstəxanada olarkən öyrəndiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində hadisə günü işə gedərkən qarşıdan gələn tırın qabağında olan «VAZ 2106» markalı avtomobili vurduğunu görüb öz avtomobilini kənarlaşdırdığını, lakin həmin tırın onun avtomobilini arxa tərəfdən zədələdiyini, həmçinin qəza nəticəsində tırın ondan sonra gələn avtomobili də vurduğunu, daha sonra təcili tibbi yardıma zəng edildiyini, kömək çağırıldığını bildirmişdir. Ondan qabaqda «VAZ 2106» markalı avtomobil, ondan sonra isə «VAZ 211440» markalı avtomobil getdiyi zaman tır onların yoluna çıxmış, nəticədə qəza baş vermiş, o, tırın qarşıdan gəldiyini görmüş, qəza baş verərkən həmin tırı idarə edən şəxs heç bir reaksiya vermədən avtomobili sürərək qəzaya səbəb olmuş, o, tır üzərlərinə gəldiyi zaman toqquşmamaq üçün avtomobilini sağ tərəfə kənarlaşdıraraq otluq tərəfə atmış, lakin tır onun avtomobilini də arxadan vurmuş, tır digər avtomobilləri vurduqdan sonra aşmışdır. Qəza nəticəsində onun avtomobilinə təxminən 2.400 manat zərər dəymiş, lakin o, xəsarət almamışdır. Tırın onların yoluna çıxdığını 30 metr məsafədən gördüyünü, həmin tırı sürən şəxsi görmədiyini, belə ki, qəzadan sonra hadisə yerində təqsirləndirilən şəxsi axtardığını, lakin tapa bilmədiyini, həmin vaxt təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin qapısının açıq olduğunu gördüyünü, hadisə baş verməzdən əvvəl yolun boş olduğunu, heç bir heyvanın orada olmadığını, hadisədən sonra təqsirləndirilən şəxsi ətrafda axtarkən kənd camaatının ona “Qaçıb, yoxdur burada” dediyini, daha sonradan təqsirləndirilən şəxsi müstəntiqin avtomobilində gördüyünü qeyd etmişdir. Təcili tibbi yardım hadisə yerinə gəldikdən sonra o, sənədləri ilə bağlı olaraq polis əməkdaşlarına yaxınlaş və həmin vaxt təqsirləndirilən şəxsi görmüş, həmçinin orada iki nəfər rus vətəndaşı da olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi X18 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs3 atası, mərhum Zərərçəkmiş şəxs2 anasıdır. Atası və anasının ondan yaşca böyük üç qız övladı da var. O, subay olsa da, bacıları X15, X12, X16 ailəlidirlər. O, subay olduğu üçün atası və anası ilə eyni ünvanda yaşamışdı. Mərhum atası Zərərçəkmiş şəxs3 xx xxxxxxxx 1958-ci ildə Dəvəçi rayonu, Molla Kamallı kəndində anadan olmuşdur. Mərhum atası Əli orta təhsilli idi, həqiqi hərbi xidmətdə olmuş, fərdi əməklə məşğul olan sürücü olmuşdur. Mərhum atası Əli tam sağlam olmuş, heç bir xroniki xəstəlikdən əziyyət çəkməmişdir. 09 fevral 2022-ci il tarixdə saat 14:20-də mənə telefon zəngi ilə xəbər verilmişdir ki, həmin gün saat 12:45-də atası Zərərçəkmiş şəxs3 anam Zərərçəkmiş şəxs2 ilə birlikdə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu, Ağalıq kəndi ərazisindən keçən 6-cı kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş, onların sərnişini olduğu «VAZ 21014» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, xalası oğlu Zərərçəkmiş şəxs4 bədən xəsarətləri almışlar, Tural Xaçmaz rayon mərkəzi xəstəxanasındadır, atası Əli və anası Səlminazın meyiti isə Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin meyitxanasındadır. O, bunu bilən kimi dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına getmişdir. Ora çatandan sonra ona məlum olmuşdur ki, 09 fevral 2022-ci il tarixdə saat 12:45-də Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən 6-cı kilometrində sürücü Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Yalama istiqamətində idarə etdiyi «Volvo » markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə əvvəl Gəndob istiqamətində hərəkətdə olan, sürücü Zərərçəkmiş şəxs5 idarə etdiyi «VAZ 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil, sonra Gəndob istiqamətində hərəkətdə olan, sürücü Şahid2 idarə etdiyi «Opel Vectra» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil, daha sonra Gəndob istiqamətində hərəkətdə olan, xalası oğlu Zərərçəkmiş şəxs4 idarə etdiyi «VAZ 21014» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobil yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşmuş, toqquşmadan sonra «Volvo» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili yolun Gəndob istiqamətində sağ kənarına çıxaraq aşmış, nəticədə «VAZ 21014» markalı avtomobildə olan sərnişinlər atası Zərərçəkmiş şəxs3, anası Zərərçəkmiş şəxs2, «VAZ 2106» markalı avtomobildə olan azyaşlı Zərərçəkmiş şəxs1 ölmüş, «VAZ 21014» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4, «VAZ 2106» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs5 və həmin avtomobildə olan digər sərnişinlər Şahid1, Şahid3 bədən xəsarətləri almışdır. Xaçmaz rayon mərkəzi xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin meyitxanasında məhkəmə tibbi müayinələri keçirildikdən sonra atası Əlinin meyiti 10 fevral 2022-ci il tarixdə saat 02:30-da, anam Səlminazın meyiti 10 fevral 2022-ci il tarixdə saat 10:00-da dəfn edilməsi üçün onlara təhvil verilmişdir. Mərhum atası Əlinin və mərhum anası Səlminazın cənazələrini birlikdə 10 fevral 2022-ci il tarixdə saat 12:30-da Şabran rayonu Molla Kamallı kənd qəbristanlığında dini adətlərə uyğun dəfn etmişlər. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, 09 fevral 2022-ci il tarixdə saat 12:45-də həyat yoldaşı X13 mülkiyyətində olan, sürücü Zərərçəkmiş şəxs5 idarə etdiyi «VAZ 2106» markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gəndob-Yalama avtomobil yolunun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə 60 km/saat sürətlə düzünə hərəkətdə olarkən avtomobildə yük olmasa da özü daxil olmaqla üç nəfər sərnişin olmuşdur. Qayınatası Şahid1 avtomobilin salonunda qabaq sağ oturacaqda, o, arxa oturacağın sağ tərəfində, azyaşlı qızı Zərərçəkmiş şəxs1 arxa oturacağın sol tərəfində əyləşmişdi. Yolun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən 6-cı kilometrində hərəkətdə olarkən əks istiqamətdən gələn, yolun Yalama istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət edən «Volvo» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin adını sonradan bildiyi sürücüsü, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs ona məlum olmayan səbəbdən idarəetməni itirməsi nəticəsində qəfildən gözləmədiyi halda həmin yük avtomobili sol tərəfə yönəlib yolun Gəndob istiqamətindəki hərəkət hissəsinə daxil olmuşdur. Belə olan halda həmin «Volvo» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin qabaq sol hissəsi ilə onun sərnişini olduğu «VAZ 2106» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan tərəfi arasında yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermiş və zərbənin təsirindən sərnişini olduğu minik avtomobili yoldan çıxaraq yolun Gəndob istiqamətində sağ kənarına düşmüşdür. Onlar avtomobildən düşəndən sonra görmüşdür ki, o, sinə nahiyəsindən, qayınatası Akif baş nahiyəsindən xəsarət almışdır. Azyaşlı qızı Həqiqət də baş və sifət nahiyəsindən aldığı xəsarətlərə görə ağır vəziyyətdə olmuşdur. Sürücü Zəbişahın da xəsarətləri ciddi olmuşdur. O, qayınatası Akiflə birlikdə qızı Həqiqəti yoldan keçən tanımadığı bir şəxsin markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi minik avtomobilinə qoyub ilkin tibbi yardım üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırmışlar. Xəstəxanada həkim müayinəsindən sonra onalara məlum olmuşdur ki, qızı Həqiqət aldığı xəsarətlər nəticəsində ölmüşdür. Xəsarətlər aldığı üçün qayınatası Akifə və ona xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Qızı Həqiqətin meyiti məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü xəstəxanadan Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin meyitxanasına verilmişdir. Xəstəxanada olarkən bilmişdir ki, sürücü Zəbişahı da ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ona o da məlum olmuşdur ki, «Volvo» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili sərnişini olduğum minik avtomobili ilə toqquşduqdan sonra onların arxasınca Gəndob istiqamətində düzünə hərəkət edən adını sonradan bildiyi sürücü Şahid2 idarə etdiyi «Opel Vectra» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra eyni istiqamətdə düzünə hərəkətdə olan, adını sonradan bildiyi sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi «VAZ 21014» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobillə yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşmuş və yolun Gəndob istiqamətində sağ kənarına çıxıb aşmışdır. Sonradan bildiyinə görə yük avtomobilinin sürücüsü Abduljalil və «Opel Vectra» markalı avtomobilin sürücüsü Cəbrayıl hadisə zamanı heç bir xəsarət almasa da, «VAZ 21014» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ölmüş, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 müxtəlif bədən xəsarətləri almışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxslərin hüquqi varislərinin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli raportdan görünür ki, 09 fevral 2022-ci il tarixdə saat 12:45 radələrində Gəndob-Yalama yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən 6-cı kilometrində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 09 fevral 2022-ci il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarxli 21 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli raportdan görünür ki, Xaçmaz rayon X5 Əli Hacıbaba oğlunun yolnəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli raportdan görünür ki, Xaçmaz rayon Mərkəzi X1 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli raportdan görünür ki, Xaçmaz rayon X3 Həqiqət Kamil qızının yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli raportdan görünür ki, Xaçmaz rayon X6 Tural Əjdər oğlunun yol-nəqliyyat hadisəsi nəticəsində “sağ içəri və bayır topuğun qapalı yerdəyişən sınıqları” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli raportdan görünür ki, Şabran rayon Mərkəzi Xəstəxanasından Zərərçəkmiş şəxs5 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 03 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər başın və gövdənin müştərək küt travması, baş beynin yumşaq qişasına qansızmalar, sağ ağciyər və qara ciyər toxumasının cırılmaları, sağ 4-5-6-7-ci, sol 3-4-5-ci qabırğaların və döş sümüyü cisminin qapalı köndələn sınıqları, alt çənənin və sağ bud sümüyünün aşağı üçdə birinin qapalı qəlpəli sınıqları, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol dizin əzilmiş yarası və sıyrıqları, sağ dizin və sağ baldırın syırıqları, başın və gövdənin dəri örtüyü altına qansızmalardan ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olmaqla 09 fevral 2022-ci il tarixə uyğun gəlir və canlı adamlarda hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Ölümünə səbəb başın və gövdənin müştərək zədələnməsi nəticəsində qara ciyərin və ağ ciyərin cırılmaları, sağ 4-5- 6-7-ci, sol 3-4-5-ci qabırğaların, döş sümüyünün, alt çənə və sağ bud sümüyünün sınıqlarından törəyən ağır travmatik şok olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2022-ci il.saat 17.00) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanın məhkəmə kimya laborator tədqiqatında qanda etil spirti, narkotik vasitələr və psixotrop maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasına və baş beynin yumşaq qişasına geniş qansızmalar, sol ağciyərin cırılması, sol 5-6-7-ci qabırğaların qapalı sınıqları, sol bud sümüyünün qapalı qəlpəli sınığı, başın sağ alın-təpə və orta təpə nahiyələrinin, üzün sol yarısının və alt çənənin əzilmiş-cırılmış yaraları, sol çanaq nahiyəsinin qançırı və sol budun sıyrığı, başın və gövdənin yumşaq örtüyü altına qansızmalardan ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olmaqla 09 fevral 2022-ci il tarixə uyğun gəlir və canlı adamlarda hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Ölümünə səbəb başın küt zədələnməsi nəticəsində baş beyin toxumasına və onun yumşaq qişasına qansızmalar olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən meyidinin meyitxanada müayinə anından (xx.xx.2022-ci il.saat 15.30) 6 saata qədər əvvələ uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 04 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin üzərində aşkar edilmiş xəsarətlər gövdənin küt travması, sol ağ ciyər, qara ciyər və dalağın cırılmaları, sağ 2,3,4,5,6,7-ci, sol 2,3,4,5,6,7,8-ci qabırğaların qapalı köndələn sınıqları, sol bud və sol said sümüklərinin qapalı qəlpəli sınıqları, sol dizin və sağ baldırın sınıqlarından ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olmaqla 09 fevral 2022-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Ölümünə səbəb gövdənin küt zədələnməsi nəticəsində sol ağ ciyərin, qara ciyərin və dalağın cırılmaları, sağ 2,3,4,5,6,7ci, sol 2,3,4,5,6,7,8-ci qabırğaların, sol bud və sol said sümüklərinin sınıqlarından törəyən ağır travmatik şok olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2022-ci il.saat 23.00) 6-12 saata qədər əvvələ uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 96 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər – 2-ci bel fəqərə cisminin pazvari deformasiya ilə kompression sınığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 85 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ içəri və bayır topuq sümüklərinin sindesmozun qırılması ilə qapalı yerdəyişən sınıqları, sol 3-4-5-ci qabırğaların qapalı sınıqları və sol dirsəyin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə trasoloji ekspertizasının 11 may 2022-ci il tarixli 8/813 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilin üzərində olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən «VAZ 2106» markalı, **-BD-***, «Opel Vectra» markalı, **- BK-*** və «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin toqquşması nəticəsində yaranması mümkündür. Ekspertizanın təyini haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izinin qalması haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrinin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ardıcıl olaraq «VAZ 2106» markalı, **-BD-***, «Opel Vectra» markalı, **-BK-*** və «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq öz ilkin formasını itirdiyindən onların hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan, «VAZ 2106» markalı, **-BD-***, «Opel Vectra» markalı, **-BK-*** və «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində olan zədələr qabaqdan arxaya doğru istiqamətlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 iyul 2022-ci il tarixli 8/1702 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2022-ci il tarixli 1411 nömrəli ziyan aktından görünür ki, “VAZ 211440” markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6578 manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili, «VAZ 2106» markalı, **-BD-***, «Opel Vectra» markalı, **-BK-*** və «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 mart 2022-ci il tarixli qərardan aydın olur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qızı X12 onun hüquqi varisi qismində tanınmışdır. X12 24 yanvar 2023-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli qərardan aydın olur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 oğlu X18 onun hüquqi varisi qismində tanınmışdır. Məhkəməyə təqdim edilmiş 14 sentyabr 2022-ci il tarixli etibarnamədən aydın olur ki, X18 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” vəkil bürosunun vəkili Nümayəndə onun qanuni mənafeyini təmsil etməklə yanaşı, təmsil etdiyi şəxsin mövqeyini öyrənməklə barışıq məsələsinə münasibət bildirmək səlahiyyəti vermişdir. Nümayəndə məhkəmə iclası zamanı ərizə yazaraq təmsil etdiyi şəxs X14 Təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödəndiyini, təmsil etdiyi şəxsin təqsirləndirilən şəxsdən hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 aprel 2022-ci il tarixli qərardan aydın olur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 atası X17 onun hüquqi varisi qismində tanınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tamamilə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında X17 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol- nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə və zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü tam təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2022-сi il tarixli qərarı ilə həbs etmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının Qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət Posessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılmas zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparamış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vs saitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili, «VAZ 2106» markalı, **-BD- ***, «Opel Vectra» markalı, **-BK-*** və «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 253 (iki yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqların və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət şləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- osessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəiıəsin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut olan «Volvo FH 12» markalı, H 454 XO 05 RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, AX 0414 66 RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili, «VAZ 2106» markalı, **-BD-***, «Opel Vectra» markalı, **-BK-*** və «VAZ 211440» markalı, H 954 OH 05 RUS dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq mərhələsində qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 253 (iki yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar