Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-164/2023 23.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 4 uşağı olan, orta təhsilli, işləməyən, Quba rayonu, Səbətlər kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə Quba rayonu, Səbətlər kəndində yaşadığı evdə “Zolotoy Koltso” markalı 0,3 ml həcmində spirtli içki olan arağı təkbaşına qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra faktiki ayrı yaşadığı arvadı Zərərçəkmiş şəxs onun 4 uşağının anası olmasına rəğmən başqa kişilərlə sevgi məzmununda danışa biləcəyini düşünərək qısqanclıq hisləri keçirib məsələni aydınlaşdırmaq üçün həmin gün saat 14 radələrində Quba rayonu, Səbətlər kəndi ərazisində yerləşən qayınanası Şahid2 məxsus birmərtəbəli fərdi yaşayış evinə gələrək həmin evin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs xəyanətdə günahlandırdıqdan sonra Zərərçəkmiş şəxs xəyanətini etiraf etməyib əlavə olaraq onu alçaldaraq təhqir etməsindən əsəbiləşərək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşını ona xəyanət etməsi səbəbindən bu hərəkətlərinə görə cəzalandırmaq qərarına gələrək qəsdən öldürmək məqsədilə həmin vaxt yerdə olan baltanı götürərək çapıcı-kəsici tərəfi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə 2 dəfə, çiyin nahiyəsinə isə 1 dəfə olmaqla ümumilikdə 3 dəfə zərbə endirməklə sonuncuya başın alın nahiyəsində sağda 5x0,2 sm ölçüdə, başın alın nahiyəsində solda 4x0,2 sm ölçüdə, sol saidin orta 1/3-nin bayır səthində bir yerdə 2x0,1 sm ölçüdə çapılmış yaralar, sağ çiynində bir yerdə səthi kəsilmiş 3x0,1 sm ölçüdə yara tipli dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya xarakterik bədən xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs yerə yıxılmasına baxmayaraq məqsədinə nail olmaq üçün öz cinayətkər əməlini davam etdirib onu buraxmayaraq hər iki əli ilə sonuncunun boğaz nahiyəsindən yapışaraq onu boğmuş, bu zaman Zərərçəkmiş şəxs kömək çağırışlarına gələn qızı Şahid1 onları görməsini dərk etdiyi halda Şahid1 gözləri qarşısında əzab və iztirab verdiyini dərk edib bunu arzu edərək müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs boğmağa davam etmiş, Zərərçəkmiş şəxs aktiv müqavimət göstərərək onun sol əlinin ikinci barmağını dişlədiyindən və qızı Şahid1 atasının ona əhəmiyyət verməməsini görüb şüşə materialdan olan stəkanla onun baş nahiyəsinə zərbə endirməsi səbəbindən öz iradəsindən asılı olmayaraq Zərərçəkmiş şəxs buraxmış, nəticədə bilavasitə xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Zərərçəkmiş şəxs onunla faktiki ayrıldıqdan sonra öz evlərinə getmişdir. Ayrılmaqlarından heç bir ay keçməmiş Gülnar başqalarıyla danışmağa başlamışdır. Hansı ki Gülnarə Muradova dörd uşaq anasıdır. O, özü taksi fəaliyyəti ilə məşğul olmuşdur. İşləyib ailəsini saxlamış, tüfeyli həyat tərzi sürməmişdir. Gülnara həmişə demişdir ki, hər şey yaxşı olacaq. Ayrılsalar da, o, uşaqlarına görə Gülnargilə gedib-gəlmişdir. O, Gülnarı izləmiş, onu gedib kafedən tapmışdır. Hadisə gününə gəldikdə, o, həmin gün üç dəfə Gülnargilin evinə getmiş, onun hansısa oğlanla mobil telefonda danışdığını görmüşdür. Uşaqların məktəbdən gələn vaxtı olduğu üçün ona heç nə deməmişdir. Daha sonra uşaqları evdən göndərmişdir. Gülnar həmin vaxt ona qarşı “sən kişi deyilsən” tipli ona yaraşmayan ifadələr işlətməyə başlamışdır. Hadisə zamanı da o, balta zad götürməmiş, balta Gülnarın dayandığı yerdə olmuşdur. Əksinə baltanı götürüb Gülnara vermişdir ki, onu vurub öldürsün, o da gülnarın bu hərəkətlərini görməsin. Gülnar da baltanı ona qaytararaq onu öldürmək istəmədiyini bildirmişdir. Gülnar söhbət əsnasında ona qarşı nalayiq təhqiredici ifadələr işlətməyə davam etmiş, onu o həddə çatdırmışdır ki, o, bilmədən onun baş nahiyəsinə xəsarət yetirmişdir. Xəsarət yetirəndən sonra balta yenə də onun əlində olmuşdur. Faktiki onu öldürmək niyyəti olsa idi, onu bir balta zərbəsi ilə öldürə bilərdi. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs bir dəfə baltayla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs hansı bədən nahiyəsinə balta zərbəsi endirməsini xatırlamamışdır. O, Gülnarı boğmağa çalışmamış və boğmamışdır. Münaqişə əsnasında Gülnar onun barmağını dişləmiş, balta da faktiki olaraq Gülnarın əlində olmuşdur. Gülnar onun barmağını dişləyib buraxmamışdır, ona görə o, da o biri əli ilə Gülnarın boğazını sıxmışdır ki, barmağını buraxsın. Qızının onu stəkanla vurmasından sonradan xəbəri olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, Gülnarın yalnız baş nahiyəsinə xəsarət yetirmişdir. Deyəsən Zərərçəkmiş şəxs bud nahiyəsinə də xəsarət yetirmişdir. Uşaq gələndə onun xəbəri olmamışdır. Uşağın ona xəsarət yetirdiyini sonradan bilmişdir. Uşaq onu vuranda o, Gülnarın üstündə olmuş, barmağı da onun ağzında imiş. Gülnar onun barmağını möhkəm şəkildə tutub sıxmış, buraxmamışdır ki, onun üzərindən qalxsın. Sonunda barmağını Gülnarın ağzından çıxardıqdan sonra ayağa qalxmışdır. Hadisə günü Gülnargilə üç dəfə getmiş, üçüncü dəfə gedən zaman Gülnara xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirən zaman sərxoş olmuş, alkoqollu içki qəbul etmişdir. O, üçüncü dəfə gedəndə Gülnar mobil telefonda kimləsə danışmışdır. Hadisədən təxminən 10-11 ay əvvəl Gülnardan ayrılmışdır. Ayrılsalar da, övladlarına görə o, Gülnarı qısqanmışdır. Törətmiş olduğu əməldən övladlarına görə peşmandır. Gülnara xəsarət yetirməyinə görə də peşmandır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs bir dəfə balta ilə zərbə endirmişdir. X4 xəsarət yetirməyini övladları görməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının 24-də o, əmisigildəki yığıncaqdan evlərinə gəlmişdir. Elşən içkili olmuşdur. Elşən dəfələrlə onun üstünə içkili vəziyyətdə gəlmişdir. Qaynana, qaynata yanında yaşamışdır. Elşənin psixoloji problemləri olmuşdur. Bunu bütün kənd bilmişdir. Qaynanası və qaynatası dəfələrlə ona evdən çıxıb getməsini bildirmişdirlər. Elşən həmçinin atası və anasına da əl qaldırmışdır. Hadisə baş verən zaman isə onlar artıq on bir ay idi ki, ayrılmışdırlar. Mart ayında rəsmən boşanmışdırlar. Hadisə aprel ayında baş vermişdir. Hadisə günü Elşən onlara gələndə o, telefonla danışmışdır. Həmin gün Elşən onlara üç dəfə gəlmişdir. Bir dəfə çörək üçün gəlmişdir. Pulu da balaca qızına vermişdir. Bir dəfə də gəlib, şor almışdır. Üçüncü dəfə isə hadisə törətməyə gəlmişdir. Həmin ərəfədə Elşən onunla barışmaq istəmişdir. Ona dörd uşaqlarının olduğunu bildirib onlara yazığı gəlməyini bildirmişdir. O da Elşənə yazığı gəlmədiyini, uşaqların onun yanında pis olduğunu, təhqiredici ifadələrin və mübahislərin şahidi olduğunu bildirmişdir. Hadisə günü Təqsirləndirilən şəxs üçüncü dəfə onlara gələndə telefonla bibisi ilə danışmışdır. Elşən yolda onlara doğru gələndə anası onu görmüş və ona qapını kilidləməyini tapşırmışdır. O, da qapını kilidləmişdir. Bibisi ilə video görüntülü danışıq zamanı bibisi Elşənin evlərinə gəldiyini görmüş və danışıqlarını sonlandırmışdır. Elşən ondan kiminlə danışdığını soruşduqda, o, kiminlə danışmağının ona heç bir dəxli olmadığını, ondan ayrıldığını, çıxıb getməsini demişdir. Elşən ondan son şans istədikdə, bu təklifini rədd etmişdir. Bu zaman ona demişdir ki, son dəfə ona su versin və bundan sonra o gedəcəkdir. Elşən evə gələndə kiçik qızı ilə böyük oğlu evdə olmuşdur. Təqsirləndirilən şəxsla uşaqlara onunla təkbətək söhbətinin olduğunu bildirib uşaqları nənəsigilə göndərmişdir. Onlar gedəndə böyük qızı məktəbdən gəlmişdir. Elşən böyük qızının da qolundan tutub bayıra çıxarmışdır. Uşaq heç olmasa əynini dəyişib getməsini dedikdə, Elşən ona nənəsigildə yemək yeməsini, daha sonra evə gəlməsini tapşırmışdır. Bundan sonra qızı aralanıb getmişdir. O, Elşənə gətirib su vermişdir. Elşən suyu içib stəkanı kərpiclərin üzərinə qoymuşdur. Bundan sonra Elşən barışmaqdan bəhs etsə də, onunla razılaşmamışdır. Bir də onu görmüşdür ki, Elşən baltanı əlinə götürüb. Elşən sərxoş olduğuna görə ondan xahiş etmişdir ki, baltanı ona versin. Elşənin bu hərəkətdən diksinmişdir. Bu zaman Elşən ona gülümsəyərək “Gülüş, narahat olma, mən səni çox sevirəm, sənə heç vaxt xəsarət yetirmərəm” demişdir. O da Elşənin bu sözlərinə inanmışdır. O, fırlanmaq istədikdə görmüşdür ki, arxadan başına nəsə dəydi. Fırlananda zərbənin biri başının ortasına, üçüncü zərbə isə çiyninə dəymişdir. O, Elşənin əlindən baltanı alaraq üzü aşağı yıxılmışdır. Yıxılanda onu artıq qan götürmüşdür. Elşən də onun kürəyinə oturmuşdur. Qızı da səs eşidib əmisinə demişdir ki, Elşən anasını öldürür. Əmisigillə onların evlərinin arasındakı məsafə çox az olmuşdur. Həmin vaxt qışqırmışdır. Uşaq gəlib Elşəni onun üzərində görmüşdür. Həmin vaxt Elşənin əlini dişləmişdir. Çünki Elşən onu boğazından tutub boğurmuş. Boğulduğuna görə onun barmağını tutub bir dəfə dişləmiş və daha sonra buraxmışdır. Elşən yenə də onun boğazından tutub onu boğmağa çalışan zaman barmağını bu dəfə dərindən tutub dişləmişdir. Elşən onun üzərindən qalxan zaman görmüşdür ki, qızı Elşənin başına stəkanla vurub. Təqsirləndirilən şəxs ayağa qalxıb uşağın arxasıyca qaçırmışdır ki, “bura gəl, öldürəcəm səni”. Uşaq yola doğru qaçmış, əmisi də uşağa doğru qaçmışdır. Təqsirləndirilən şəxs əmisini gördükdən sonra bağın içərisinə doğru qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, 13 il ailəli olmuş və çox vaxt mobil telefon işlətməmiş, telefonu olmamışdır. Telefonu da son dönəmlərdə onlayn dərsə görə almışdır. Telefonun kodunu Təqsirləndirilən şəxs bilmiş, telefon çox vaxt onun əlində olmuşdur. Bəzən telefonu cibinə qoyaraq çıxıb getmişdir. Telefon çox vaxt Təqsirləndirilən şəxs olursa və onun başqa mobil telefonu yoxdursa, necə ola bilər ki o, başqaları ilə danışmışdır. Elşən onunla barışmaq istədikdə ona bildirmişdir ki, madam ki onu əxlaqsızlıqla günahlandırır, necə onun qeyrəti çatır ki, onu yenidən arvad etsin. Təqsirləndirilən şəxs əsəbi olduğu üçün ona qarşı belə bir ifadələr işlətdiyini söyləsə də, onunla razılaşmamış və barışmamışdır. Təqsirləndirilən şəxs münaqişə zamanı onu öldürməkdə qərarlı olmuşdur. Uşaq onların yanına gələrkən Təqsirləndirilən şəxs onu boğmasının şahidi olmuşdur. Hətta hadisədən sonra uşaq travma almışdır. O, hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, o fırlanıb Elşəndən uzaqlaşan zaman Təqsirləndirilən şəxs ona xəsarət yetirmişdir. Elşənə doğru fırlananda bir dəfə də baş nahiyəsinə zərbə endirmiş, daha sonra kürək nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra o, baltanı ondan almış və yerə yıxılmışdır. Münaqişə başlayanda, Elşən onu baltayla vuranda qızı evdə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə zamanı evin həyətində olmuşdur. Gülnargil də bir tin onlardan aşağı küçədə yaşamışdırlar. Günorta vaxtı idi. Səs-küy gəldiyini eşitmişdir. Küçəyə çıxanda görmüşdür ki, Ayşən qaça-qaça gəlir. Ayşənin qarşısına çıxıb nə baş verdiyini soruşduqda, atasıyla anasının dava etdiyini söyləmişdir. Bundan sonra o, da uşağın arxasıyca qaçmışdır. Evə 20-30 metr qalmış Elşən evin qabağında olmuşdur. Elşənin onu görüb görmədiyini bilməmişdir. Elşən Təranənin həyətindən üzaşağı getmişdir. Gülnarın qan içində olduğunu görüb təcili tibbi yardıma zəng etmişdir. Başqa heçnə görməmişdir. X5 arasında arada mübahisə olmuşdur. Gülnar daha sonra hadisəni ona danışarkən bildirmişdir ki, Elşən onlara gələn zaman yerdə balta olmuşdur və necəsə olmuşdursa onlar tutaşmışdırlar. Elşən içəri girən kimi Gülnar baltanı götürüb ki, Təqsirləndirilən şəxs baltanı götürüb ona xəsarət yetirməsin. Elşən baltanı Gülnarın əlindən alarkən sonuncuya üç dəfə xəsarət yetirməsi məntiqli deyildir. İstintaq zamanı necə ifadə vermişdirsə, hazırda da o cür ifadə verir. Hadisə Gülnarın anasının evində baş vermişdir. Elşən Gülnarın anasının evində qalmamış, öz atasının evində qalmışdır. Elşən hadisədən də qabaq Gülnarın anasının evinə gedib-getmişdir. Elşənin Gülnargilə gedib-gəldiyini bilmişdir, amma gəlib Gülnargildə nə etdiyini bilməmişdir. Elşən uşağın arxasıyca gəlməmişdir. O, evə çatmamış Elşən qaçıb getmişdir. Evin girişində görmüşdür ki, Gülnar qan içindədir. Evin içərisinə girməmişdir, hadisə bayırda olmuşdur . Latın qrafikalı əlifba ilə yazıb-oxuya bilir. İstintaqa vermiş olduğu ifadəyə qol çəkmiş, amma oxumamışdır. Gülnar ona demişdir ki, baltanı o götürüb. Ona görə götürüb ki, Elşən baltayla onu vurmasın. Ayşən ona dava düşəndə atasının başına stəkan vurduğunu demişdir. Ayşən anasıyla atasının dalaşmaması, atasının anasını buraxması üçün sonuncunun başına stəkanla vurmuşdur. Məhkəmədəki ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Səbətlər kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşı qızıdır. Belə ki, qardaşı Böyükağa 1998-ci ildə Rusiya Federasiyasında öldürülmüşdür. Gülnar Quba rayonu, Səbətlər kəndində anası Təranə ilə birlikdə yaşamışdır. Gülnarın qardaşı Qoşqar Rusiyada, digər qardaşı Məmməd isə Ukraynada yaşamışlar. Gülnar sonradan Quba rayonu, Səbətlər kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Elşəngilin ailəsi ilə münasibətləri yaxşı olmuş, aralarında heç bir problem, ədavət və düşmənçilik olmamışdır. Elşənlə Gülnarın münasibəti normal olsa da, Elşən mütəmadi spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul edən zaman bəzən evdə dava salmışdır. O, Gülnargilin ailəsinə çox qarışmamış, sadəcə bildiklərinə əsasən aralarında bəzən söz-söhbət olmuşdur. Elşənin yersız qısqanclıqları olmuşdur. Sonradan 2021-ci ildə eşitmişdir ki, Gülnar Elşəndən boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Onların ailədaxili məsələsinə qarışmamış və onları barışdırmaq üçün səy göstərməmişdir. Belə ki, Gülnar boşanmaq istəməmişdən əvvəl bir neçə dəfə anasıgilə gəlmiş, sonradan Elşən içməyəcəyini bildirərək Gülnarı aldadaraq barışmış, lakin eyni problemlər yenə təkrarlanmışdır. Bu səbəbdən Gülnar qəti qərarını verən zaman o, qarışmamışdır. Gülnargilin birgə nikahdan Ayşən, Hacıbala, Adil, Banu adlı 4 övladı vardır. Gülnar boşanmağı qərarlaşdırandan sonra anası Təranəgildə qalmışdır. Uşaqlardan Ayşən, Hacıbala, Banu Gülnarla, Adil isə Elşənlə qalmışdır. Bu müddət ərzində Elşən barışmaq istəsə də, Gülnar barışmaq istəməmişdir. Lakin, Elşən tez-tez barışmaq bəhanəsi ilə Təranəgilə gedib gələrək Gülnarı narahat etmiş, onun şəxsi həyatına qarışmışdır. 25 aprel 2022-ci il tarixdə o kənddə olmuş, saat 13-14 radələrində evinə tərəf gedərkən Ayşənin Təranənin evindən qaça-qaça çıxmasını və üzərinə doğru gəlməsini görmüşdür. Ayşən ona Elşən Gülnarı öldürməsini demişdir. Bu zaman Elşən Ayşənin arxasınca gəlmiş, onu görüb istiqamətini dəyişmiş və bağ sahələri istiqamətində getmişdir. O, evə gəlmiş, evin girişində xalçanın üzəri bütün qan olmuş, yerdə üzərində qan olan balta olmuş, Gülnarın baş nahiyəsi və bütün paltarları qan içərisində olmuşdur. O, “102”-ə bu barədə məlumat vermiş, Gülnarı da Quba RMX-ya gətirmişdir. Onunla Elşən arasında heç bir mübahisə olmamışdır. Hadisədən hardasa 2 saat əvvəl Elşəni görmüş, lakin problemli nəsə hiss etməmişdir. Gülnar ona Elşənin qəflətən ona balta ilə zərbələr endirməsini, sonra isə onu boğaraq öldürməyə çalışmasını, nə qədər çabalasa da, barmağını dişləsə də, Elşənin onu buraxmamasını, yalnız Ayşən stəkanla başına vurandan sonra onu buraxıb Ayşənin dalınca düşməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə onların evində olmamışdır. O, hadisəni görməmişdir. Oğlunun adı Elşən, gəlinin adı Gülnar idi. Hadisə deyəsən Elşənin qaynanasıgildə olmuşdur. Hadisə vaxtı Elşənlə Gülnar məhkəmə qaydasında boşanmışdırlar. Ayrılandan sonra bir yerdə yaşamışdırlar. Ayşənlə danışığı zamanı sonuncu ağlayaraq ona bildirmişdir ki, nənəsi onu məcbur edib ki, atasının üzünə dursun. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Səbətlər kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Atası Elşən, anası Gülnar, qardaşları Hacıbala, Adil, bacısı Banu, babası Adil, nənəsi Kiçixanım ilə birlikdə Quba rayonu, Səbətlər kəndində yaşamışdır. Yaşadığı ev baba evi olmuşdur. Sonradan o, Hacıbala, Banu və anası Gülnar nənəsi Təranənin evində yaşamışdır. Qardaşı Adil isə atası Elşənlə babası Adilin evində yaşamışdır. O, Quba rayonu, Səbətlər kənd tam orta məktəbinin 7-ci sinif şagirdidir. Məktəbin direktoru X2r. Qardaşı Hacıbala isə 5-ci sinif şagirdidir. Atası Elşənlə anası Gülnarın münasibətləri yaxşı olmamışdır. Belə ki, atası bəzən anasını döymüşdür. Evdə atasının anasını şillə ilə vurmasını, tez-tez mübahisə etmələrini bir neçə dəfə görmüşdür. 25 aprel 2022-ci il tarixdə günorta saatlarında məktəbdən çıxaraq evə gəlmiş, o, evə gələndə atası Elşən nənəsi Təranənin evinin giriş qapısında olan boşluq yerdə anası Gülnarla mübahisə etmişdir. Onların mübahisəsinin nə üstündə olmasını bilməmişdir. Atası onu görən kimi babası Adilgilə getməsini tələb etmişdir. Həmin vaxt bacısı Banu və qardaşı Hacıbala evdə olmamışdır. Atası onları babasıgilə göndərdiyini demiş, o da atasının sözünə görə evin həyətindən çıxıb kəndin əsas yoluna tərəf getmişdir. Lakin, atası ilə anasının mübahisə etmələrini gördüyü üçün atasının anasını döyməsindən qorxmuşdur. Bu səbəbdən də kənd yolu tərəfdə gizlənərək atasının evdən çıxmasını gözləmişdir. Bir qədər sonra evdən anasının qışqıraraq kömək istəməsini eşitmiş, qorxduğu üçün evə tərəf getmiş, darvavazadan içəri girəndə evin giriş qapısının qarşısındaki qapısı olmayan tikilidə anasının üzüüstə yerdə uzanıqlı vəziyyətdə olmasını, atasının isə anasının kürəyi üstündə əlləri ilə anasının boğaz nahiyəsindən yapışaraq onu boğmasını görmüşdür. Bu zaman anası və atasının üzəri qan içərisində olmuş, balta da yanlarında olmuş, atası anasını boğmuşdur. Ora gələndə atası onu görmüş və evə getməsini tələb etmişdir. O isə getməmiş, atası onu gördükdən sonra da anasını boğmağa davam etmiş, atasının anasını buraxmamasını və boğmağa davam etməsini görüb yerdəki stəkanı götürərək atasının baş nahiyəsinin arxa tərəfindən vurmuş, bundan sonra stəkan qırılmış və atası yalnız bundan sonra anasını buraxmış və onun arxasınca düşmüş, o, isə atasından qaçmış və yolda anasının əmisi Baba ilə rastlaşmış və hadisə barədə ona bildirmişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. O, bir neçə dəfə atasının anasını öldürməklə hədələməsini eşitmişdir. Sonuncu dəfə, hadisədən 1 həftə əvvəl atası Elşən evə gələrək anasını öldürməklə hədələmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Səbətlər kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma qızıdır. 1987-ci ildə Quba rayonu, Səbətlər kənd sakini Böyükağa Məmmədovla ailə qurmuşdur. Birgə nikahdan 1989-cu ildə təvəllüdlü Qoşqar Məmmədov, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs, 1996-cı il təvəllüdlü Məmməd Məmmədov adlı övladları olmuşdur. Qoşqar Məmmədov hazırda Rusiya Federasiyasında yaşayır, Məmməd isə bir müddətlik Ukraynaya getmiş, yenidən Quba rayonu, Səbətlər kəndinə gəlmişdir. Əri Böyükağa 1998-ci ildə vəfat etmişdir. Gülnar 2008-ci ildə Səbətlər kənd sakini Təqsirləndirilən şəxsla ailə qurmuşdur. Əvvəlcə o, Gülnarın Elşənlə ailə qurmasına razı olmamış, belə ki, həm Elşən, həm də atası spirtli içkiyə meylli olmuş, bu səbəbdən qızına yaxşı baxa bilməyəcəklərini düşünmüşdür. Elşən sonradan qızı Gülnarı öz razılığı ilə qaçırmış və onlar rəsmi nikaha daxil olaraq evlənmişlər. Bundan sonra, onların evliliyini qəbullanmışdır. O, Elşənlə Gülnarın evlənməsini əvvəlcədən istəməmişdir. Ailə qurduqları vaxtdan etibarən Gülnar Elşənlə birlikdə Səbətlər kəndində Elşən, atası Adil və anası Kiçixanım ilə birlikdə yaşamışlar. Elşənin atası Adil və anası Kiçixanım qızına çox yaxşı baxmışlar. Onun Elşənin atasından və anasından hər hansı şikayəti olmamışdır. Belə ki, Adil və Kiçixanım qızını daim Elşəndən qorumuşlar. Gülnarın Elşənlə nikahında Ayşən, Hacıbala, Adil və Banu adlı övladları dünyaya gəlmişdir. Elşən ailə qurduqları vaxtdan etibarən qızına yaxşı münasibət göstərməmişdir. Elşən tez-tez xırda şeylərə görə qızı ilə mübahisə etmiş, bəzən onu döymüşdür. Qızı ailəsinə görə heç yerə şikayət etməmişdir. Belə ki, Elşən Gülnarla evləndikdən bir müddət sonra qızını ona xəyanət etməkdə günahlandırmışdır. Bəzən evə gəlib Gülnarı həyətdə kimləsə gördüyünü iddia etmiş, bəzən isə telefonla oynamasına görə onun başqa kişilərlə danışmasını iddia etmişdir. Elşən adətən içkili evə gəlib nəsə bir şey taparaq qızını xəyanət etməkdə günahlandırmışdır. Elşənin qısqanclığı həddindən artıq çox olmuş, bu isə qızının ailəsində mütəmadi söz-söhbət yaranmasına səbəb olmuşdur. 2021-ci ildə Elşənin bu kimi mənasız qısqanclıqlarına və evdəki dava-dalaşa görə Gülnar Elşəndən boşanmaq qərarına gəlmiş və Quba rayon məhkəməsinə müraciət etmişdir. Belə ki, Elşən hər gün spirtli içki içərək evə gəlib Gülnarın telefonla başqa kişilərlə danışmasını iddia etmişdir. Qızı onunla və ya bibisi ilə danışanda onun başqa kişi ilə danışmasını iddia etmişdir. Bu kimi hərəkətlər qızını bezdirmişdir. Bu səbəbdən də boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra qızı Gülnar övladları Ayşən, Hacıbala, Banu ilə birlikdə onun evində qalmışdır. Bəzən isə bibisi Pərvanənin evində qalmışdır. Pərvanə Rusiya Federasiyasında yaşamışdır. Lakin, çox vax Gülnar onun evində qalmışdır. Elşən mütəmadi evə gəlib-gedərək Gülnarla barışmaq istəmişdir. Gülnar isə onunla barışmaq istəməmişdir. Elşən bir neçə dəfə qızı Gülnarı öldürməklə hədələmişdir. O, bəzən bağ sahələrində fəhləlik etmişdir. Çox vaxt evə qayıdanda uşaqlar ona Elşənin evə gələrək Gülnarı öldürməklə hədələməsini və çıxıb getməsini demişdir. Uşaqların yanında dəfələrlə Gülnarı öldürməklə hədələmiş, uşaqlara onları yetim qoyacağını və sonra özünü də öldürəcəyini demişdir. 25 aprel 2022-ci il tarixdə evdə olmamış, kəndin içərisində bağ sahəsində işləmişdir. Saat 13 radələrində o Elşəni kəndin içərisində görmüşdür. Elşən onu kəndin içərisində tutaraq qınamağa başlamış, aliment pulunu ödəməkdə çətinlik çəkməsini, qızı ilə barışmaq istəməsini bildirmiş və onları barışdırmaq üçün təzyiq etmişdir. O, isə Elşənə qızına yaxşı baxmamasını, onu döyməsini, incitməsini, qızına xəyanət etməsinə dair böhtan atmasını bildirmişdir. Elşən isə onların ailəsini onun dağıtmasını bildirmiş, bu formada Elşənlə aralarında kiçik mübahisə olmuş, Elşən sonra peşman olacağını bildirmişdir. Elşən Gülnardan 5 ədəd çörək almasını, uşağa 1 manat pul verməsini, meşəyə qalxacağını bildirmişdir. O da ona inanaraq bağ sahəsinə tərəf getmişdir. O, Elşənin onu aldadaraq evinə gedə biləcəyini düşünməmişdir. Bağ sahəsinə getmiş, bir qədər yemək yedikdən sonra qaynı Babanın arvadı zəng edərək Elşənin onun evinin giriş hissəsində Gülnara balta ilə zərbələr endirməsini demiş, o, tez evə gəlmiş, evə gələndə qızı Gülnarın huşu yerində olmamış, evin həyətində huşsuz vəziyyətdə uzanmış, başı qan içində olmuş, balta da evin giriş hissəsində olmuşdur. Sonradan Elşənin evə gələrək baltanı götürərək qızının baş nahiyəsinə 2 dəfə, çiyin nahiyəsinə isə 1 dəfə zərbə endirməsini bilmişdir. Nəvəsi Ayşən səs-küyə evə gəlməsini, evə gələn zaman Gülnarın üzüstə yerdə uzanıqlı vəziyyətdə olmasını, Elşənin isə arxada Gülnarın boğazından tutaraq onu boğmasını görmüş, Elşənin Gülnarı öldürəcəyindən qorxaraq buraxması üçün stəkanla Elşənin başına vurmuşdur.Elşənin iddiaları tam əsassıdır. Onlar boşanmış, qızının Elşəndən heç bir asılılığı olmamış, onun şəxsi həyatına heç kim qarışa bilməz. Elşənin onun qızının şəxsi həyatına qarışmaq haqqı olmamışdır. Elşən hadisədən sonra kəndə gedərək məktəbin xadiməsi Nigarla rastlaşmış və Nigara Gülnarı öldürdüyünü demişdir. Bu səbəbdən Elşənin məqsədi qızını öldürmək olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Səbətlər kəndində ailəsi ilə birlikdə yaşamış, Quba rayonu, Səbətlər kənd tam orta məktəbində texniki işçi işləmiş, 25 aprel 2022ci il tarixdə saat 14 radələrində günorta növbəsində işdə olduğu üçün məktəb istiqamətində getmiş, bu zaman Elşən qarşısına çıxmış, üstü-başı qan içində olmuş, Elşən ona arvadı Gülnarı vurmasını demiş, o da bu vəziyyətdən həyəcanlanmış, işə getmiş, hadisənin təsirindən çıxa bilməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münasibətlərinin nə yerdə olması barədə məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Səbətlər kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Ailədə atası Elşən, anası Gülnar, qardaşı Adil, bacıları Ayşən və Banu, babası Adil, nənəsi Kiçixanım ilə birlikdə Quba rayonu, Səbətlər kəndində yaşamışdır. Yaşadığı ev baba evi olmuşdur. Sonradan o, Ayşən, Banu və anası Gülnar nənəsi Təranənin evində yaşamışdır. Qardaşı Adil isə atası Elşənlə babası Adilin evində yaşamışdır. O, Quba rayonu, Səbətlər kənd tam orta məktəbinin 5-ci sinif şagirdidir. Məktəbin direktoru X2r. Bacısı Ayşən isə 7-ci sinif şagirdidir. Atası Elşənlə anası Gülnarın münasibətləri yaxşı olmamışdır. Belə ki, atası bəzən anasını döymüşdür. Evdə atasının anasını şillə ilə vurmasını, tez-tez mübahisə etmələrini bir neçə dəfə görmüşdür. 25 aprel 2022-ci il tarixdə günorta saatlarında məktəbdən çıxaraq evə gəlmiş, o, evə gələndə atası Elşən nənəsi Təranənin evinin girişində olan boş yerdə anası Gülnarla söhbət etmişdir. Həmin vaxt balaca bacısı Banu da evin həyətində olmuş, atası bu zaman onu və bacısı Banunu babası Adilin evinə göndərmişdir. O, da atasının sözünə görə bacısını götürərək babasıgilə getmişdir. Bundan sonra, baş verənlərdən xəbəri olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Səbətlər kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanımamışdır. Zərərçəkmiş şəxs isə təsadüfən avtomobillə gedəndə tanımışdır. Belə ki, dostları ilə Bakı şəhəri istiqamətində gedərkən Gülnar əl edərək avtomobili saxlatmışdır. O, Şabran rayonu, Günəşli kəndində getdiyini bildirmiş, yolüstü olduğu üçün onu avtomobilə mindirmişdir. Yolda Gülnar ailə vəziyyətinin çətin olmasından, əri ilə yola getməməsindən gileylənmişdir. Onun problemlərinə qulaq asmış, ürəyi ağrımış, yazığı gəlmiş, bu səbəbdən də əri ilə barışmasını məsləhət görmüşdür. Avtomobildən düşəndə Gülnar mobil nömrəsini ona vermiş, sonradan “Whatsapp” sosial şəbəkəsi ilə Gülnarla danışmağa başlamışdır. Onun Gülnarla danışmaqda məqsədi ona kömək etmək olmuşdur. Onun ailə vəziyyəti ürəyini ağrıtmışdır. Sonradan danışanda bir-birinə sevgi məzmunlu mesajlar göndərmişlər. 25 aprel 2022-ci il tarixdə Gülnarla danışan zaman Gülnarın əri Elşənin onu balta ilə vuraraq xəsarət yetirməsini və Quba RMX-da olmasını bildirmişdir. Gülnar ona boşanmasını demişdir. O, Gülnarla heç görüşüb harasa getməmiş, aralarında cinsi münasibət olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Həmin şəxslə heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs da tanımamışdır. Həmin şəxslə real həyatda görüşməmişdir. “İnstagram” sosial şəbəkəsində “turalamirov” adlı istifadəçi profili vardır. Həmin profil ona məxsusdur, özü öz şəxsi mobil telefonu ilə həmin adla qeydiyyatdan keçmişdir. Zərərçəkmiş şəxs ilə münasibəti təsadüfən yaranmışdır. Belə ki, Gülnar istifadəçi adı ilə “İnstagram” sosial şəbəkəsində xatırlamadığı bir mövzuya rəy bildirmişdir, o isə onu orda görərək onun rəyinə cavab yazmışdır. Sonradan “İnstagram”ın “direct” bölməsində Gülnarla elə-belə danışmışlar. Gülnarla heç vaxt görüşməmiş, telefonla səsli danışmış və yazışmışdır. Gülnar ona əvvəllər ailəli olduğunu, sonradan boşandığını demişdir. O isə Gülnarın boşanmasına görə onunla danışmışdır. Gülnarla sözü tutmuş, bu səbəbdən aralarında sevgi xarakterli münasibət yaranmışdır. Sonradan isə Gülnar ondan yaşca böyük olduğu üçün münasibəti alınmamışdır. Bundan başqa, baş verənlərdən xəbəri yoxdur. Gülnarla münasibəti yalnız sosial şəbəkə üzərindən olmuşdur. Gülnarla heç vaxt görüşməmiş və aralarında cinsi münasibət olmamışdır. Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsində olan yazışmalar ona məxsusdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Quba rayonu, Səbətlər kəndində yerləşən vətəndaş Şahid2 məxsus fərdi yaşayış evinin giriş hissəsidir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 30 aprel 2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş bir ədəd “Samsung A51” markalı mobil telefona baxış keçirilmişdir. Telefonun zənglər bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. Telefonun “mesajlar” bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. Telefonun “instagram” sosial şəbəkəsi bölümünə daxil olduqda Zərərçəkmiş şəxs şəbəkədə “gulnarmuradova1” istifadəçi adı və “revane_91_” istifadəçi adı ilə qeydiyyatdan keçməsi və hər iki profilin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, “revane_91_” adlı profil elə-belə açılmış profildir. Həmin profilin mesajlar bölümündə, mesaj istəkləri bölümündə və digər bölmələrin iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı yazışmaya rast gəlinməmişdir. “gulnarmuradova1” bölümündə mesajlar hissəsinə keçid etdikdə orada mesajlar bölməsində “turalamirov” adlı istifadəçi ilə yazışmaların olması, tərəflərin bir-birinə sevgi məzmunlu yazılar, smayllar və videolar göndərməsi müəyyən edilmişdir. Həmçinin, telefonun “Whatsapp” sosial şəbəkəsinə daxil olduqda Zərərçəkmiş şəxs “***-***-**-**” mobil nömrəsi ilə qeydiyyatda keçməsi müəyyən edilmiş, mesajlar bölümünə baxış zamanı Zərərçəkmiş şəxs “TT” adı ilə qeyd etdiyi “***-***-**-**” mobil nömrəsi ilə sevgi məzmununda yazışması, Zərərçəkmiş şəxs özünə məxsus fotoşəkilləri həmin şəxsə göndərməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 aprel 2022-ci il tarixli, 262 nömrəli ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – başın sağ və sol alın nahiyəsində hərəsində bir yerdə, sol saidin aşağı 1/3-nin arxa səthində bir yerdə çapılmış yara, sağ çiynində səthi kəsilmiş yara çapıcı əşyanın, boynunda sağ yan tərəfdə qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni, 25 aprel 2022ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başın sağ və sol təpə nahiyəsində, sol said nahiyəsindəki çapılmış yaralar ekspertizaya təqdim edilən və ya ona oxşar başqa balta ilə yetirilə bilər, bu xəsarətlər üç ayrı-ayrı zərbənin təsirindən törənmişdir, xəsarətlərin yetirilmə ardıcıllığı haqqında dəqiq fikir söyləmək mümkün deyildir, boyun nahiyəsindəki qançır əllə boğma zamanı əmələ gələ bilər, hər bir xəsarətin ağırlıq dərəcəsini ayrı-ayrılıqda müəyyən etmiş olsaq bu zaman boyun nahiyəsindəki qançır sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə, başın təpə nahiyəsində sağda və solda olan yaralar, sol saidin nahiyəsindəki yara istər ayrı-ayrılıqda, istərsə də birlikdə dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 aprel 2022-ci il tarixli, 261 nömrəli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – başın təpə nahiyəsində ortada səthi kəsik yara kəsici əşyanın, sol əlin İİ barmağında, sağ saidin orta 1/3nin bayır səthində sıyrıqlar küt əşyanın (əşyaların ola bilsin ki, dişlərin) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni, 25 aprel 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başın təpə nahiyəsindəki səthi kəsik yara baş nahiyəsinə stəkanla zərbə yetirmə, sol əlində və sağ saidin nahiyəsindəki sıyrıqlar dişləmə nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 aprel 2022-ci il tarixli, 276 nömrəli ekspert rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Şahid1 bədəni üzərində aşkar olunan xəsarət – sağ əlin baş barmağının yastıqcığında səthi kəsilmiş yara kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən şəraitdə, yəni stəkanla zərbə vurarkən stəkanın sınması nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 03 iyun 2022-ci il tarixli, 288/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə göstəricisi: AB/H/(İV). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus lifçik, qısaqol kofta və idman şalvarı, Təqsirləndirilən şəxs məxsus uzunqol kofta, idman şalvarı və uzunqol gödəkçə, bir ədəd balta və xalça üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B” və “H” antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB/H/(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus 05 ədəd sol əl dırnaq kəsiyi və 05 ədəd sağ əl dırnaq kəsiyi və 03 ədəd fraqmentindən üzərində qan və hər hansı bir toxumaya şübhəli hissəciklər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 31 may 2022-ci il tarixli, 235/2022-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək, şalvar və büstqalterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və gödəkçə üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş baltanın işçi metallik hissəsi zavod üsulu ilə və dəstəyi kustar üsulla hazırlanmış, kəsici-çapıcı, vurucu-dağıdıcı xassəyə malik məişət-təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 13 may 2022-ci il tarixli, 1298 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə baş verən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərara əsasən hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd balta, 1 ədəd qırmızı rəngli üzərində qara naxışlar olan xalça, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd boz rəngli idman şalvarı, bir ədəd narıncı rəngli uzunqol kofta, 1 ədəd qırmızı rəngli gödəkçə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş bir ədəd boz rəngli idman şalvarı, 1 ədəd yaşıl rəngli qısaqol kofta, bir ədəd ağ rəngli büstqalter, Təqsirləndirilən şəxs götürülmüş sağ və sol əlin dırnaq nümunələri maddi sübut kimi tanınaraq Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RPŞ-nin 27 aprel 2022-ci il tarixli 146-9/1-10343-1212 №-li məktubu ilə daxil olmuş protokolla müəyyən edilmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs 0,356 promilli sərxoşluq müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli SDS-1665 nömrəli məktubundan görünür ki, məhkəmədə Zərərçəkmiş şəxs iddia ərizəsi əsasıda başlanmış nikahın pozulması və aliment tələbinə dair mülki iş vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 10 may 2022-ci il tarixli 820 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1984-cü il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 10 may 2022-ci il tarixli 841 nömrəli məktubundan görünür ki, sonuncu dəfə Zərərçəkmiş şəxs 06 may 2022-ci il tarixdə “İTS” sistemi üzərində “başın tüklü hissəsinin açıq yarası” diaqnozu ilə həkim-travmatoloqun qəbulunda olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, Quba rayon İcra Hakimiyyəti Başçısının Çiçi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2022-ci il tarixli 145 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Səbətlər kəndində yaşayır. Zərərçəkmiş şəxs və övladları anası Şahid2 məxsus olan Quba rayonu, Səbətlər kəndində yerləşən fərdi yaşayış evində Şahid2 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs xx xxxx 1990-cı il tarixdə Quba rayonu, Səbətlər kəndində anadan olmuşdur. Zərərçəkmiş şəxs barəsində Quba rayon Çiçi İƏD üzrə nümayəndəliyinə heç bir irad və şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü il tarixdə Quba rayonu, Səbətlər kəndində anadan olmuşdur. Təqsirləndirilən şəxs barəsində Quba rayon Çiçi İƏD üzrə nümayəndəliyinə heç bir irad və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü Şahid1, azyaşlı xx.xx.2011-ci il təvəllüdlü Şahid4, xx.xx.2014-cü il təvəllüdlü Şahid5 Elşən oğlu, xx.xx.2017-ci il təvəllüdlü X3 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, balta ilə zərərçəkmiş şəxsin başına vuraraq xəsarət yetirməsini aralarında yaranmış münaqişə vaxtı təsadüfən dəyməsi, Gülnar onun barmağını möhkəm dişlədiyi üçün onun üzərindən qalxa bilməməsi, əslində onu boğmadığı barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Həmçinin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını da 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində Quba rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd balta məhv edilməli, 1 ədəd qırmızı rəngli üzərində qara naxışlar olan xalça, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd boz rəngli idman şalvarı, bir ədəd narıncı rəngli uzunqol kofta, 1 ədəd qırmızı rəngli gödəkçə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş bir ədəd boz rəngli idman şalvarı, 1 ədəd yaşıl rəngli qısaqol kofta, bir ədəd ağ rəngli büstqalter sahiblərinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş sağ və sol əlin dırnaq nümunələri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd balta məhv edilsin, 1 ədəd xalça, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd idman şalvarı, bir ədəd kofta, 1 ədəd gödəkçə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş bir ədəd idman şalvarı, 1 ədəd kofta, bir ədəd büstqalter sahiblərinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş sağ və sol əlin dırnaq nümunələri məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-164/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-164/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver