Məhkəmə qərarları › İş №1(124)-164/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-164/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-164/2024 04.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviriəsaslandırıcı hissəsində CM) 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hədə qorxu ilə tələb etmə məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə olduğu intim münasibətlər zamanı sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərin və video görüntülərin Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** GSM mobil nömrələrin «Whatsapp» proqram təminatına göndərərək həmin fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələmiş, 26 dekabr 2021-ci il tarixdə axşam radələrində Bakı şəhəri, «Koroğlu» metrostansiyasının qarşısındakı ərazidə 2000 manat pulunu alıb həmin videoların köçürüldüyü yaddaş kartını sonuncuya verərək, zərərçəkmiş Ceyhun Abıyevin əmlakını hədə-qorxu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmə məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə yaşadığı intim həyatın sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərini və video görüntülərini özünə məxsus mobil telefonun yaddaşında saxlayaraq silmədiyini bildirib, həmin çılpaq fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələyərək, 05 yanvar 2022-ci il tarixdən başlayaraq müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** saylı GSM mobil nömrələrə zənglər edərək həmin çılpaq fotoşəkillərin və video görüntülərin sosial şəbəkələrdə yaymaması müqabilində zərər çəkmiş Zərərçəkmiş şəxs 10.000 manat məbləğində xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, iş üzrə şahid qismində olan Şahid ilə “Tik-tok” adlı sosial şəbəkə vasitəsi ilə tanış olmuş, bir müddətdən sonra görüşməyə başlamışdırlar. Ülkərin evli olduğunu bilməmiş, Ülkər ona özünü subay kimi təqdim etmişdir. Bir müddətdən sonra Ülkərin əri Zərərçəkmiş şəxs ona zəng etməyə başlamış, Ülkərin əri olduğunu, onun nömrəsini Ülkərin telefonunda tapdığını, Ülkəri hardan tanıması barədə soruşmuşdur. Ceyhun ona “Ülkər məni necə birlikdə yaşaya-yaşaya aldadıbsa, səni də elə aldadıb” demiş və onu söymüşdür. Bundan sonra o dəstəyi asmış, onunla danışmamışdır. Ceyhun ona hər dəfəsində görüşmək istədiyini bildirdiyi üçün onunla razılaşmışdır. Daha sonra Ülkər ona zəng edərək artıq boşanmaq üçün sənədlərini verdiyini, ev tutacağı halda onunla birlikdə yaşayacağını demişdir. Cinayət işinin materiallarında olan videolar Ülkərin ona təzə tanış olduqları vaxtlarda göndərdiyi videolardır. O heç bir video çəkməmişdir. Ülkər onu həmişə görüşməyə təhrik etmiş, yaşadığı evin ünvanını özü ona vermişdir. Daha sonra Ülkər ona onda olan video görüntü və şəkilləri Ülkərin özünə göndərməsini, əks halda onu tapıb öldürəcəyini demişdir. O da hamısını ona göndərmişdir ki, artıq ondan əl çəksinlər. Daha sonra o nömrəsini dəyişmişdir. Onun iki nömrəsi olmuş, Ülkər həmin nömrələrin ikisini də bilmişdir. Bir müddət keçəndən sonra məktəblərin başlanmağına bir ay qalmış Ülkər ona zəng edərək Ayna Soltanov tərəfdə şirniyyat sexində işlədiyini demiş, ev tapıb bir yerdə yaşamaqlarını təklif etmişdir. Ülkərin anasının da onların münasibətlərindən xəbəri olmuş, ev tutduqdan sonra Ülkər anası və uşaqları ilə birlikdə həmin evə gəlmişdirlər. Ülkərin anası onun anası ilə kəbin kədirmək brəsində söhbət etmiş, Ülkərin anası 3-4 gün qaldıqdan sonra getmişdir. Daha sonra Ülkər ona qaldıqları yerin çox uzaq olduğunu, uşaqları ordan məktəbə apara bilməyəcəyini demiş, bunan sonra 33 nömrəli məktəbin yaxınlığında bir ev tapmış, həmin evdə 10 günə yaxın müddətdə qalmışdırlar. Sonra Ülkərə “ər”inin zəng edərək video görüntüləri istədiyini demiş, Ülkər də ona onunla yaşadığı üçün Ceyhunun acığa düşdüyünü demişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Ülkərlə dəqiq hansı tarixdə tanış olduqlarını xatırlamır. Əvvəldən Ülkərin evli olduğunu bilməmiş, Ülkər özünü subay kimi təqdim etmişdir. Ülkərlə görüşmüş, amma həmin intim videoları və şəkilləri o, çəkməmiş, Ülkərin özü çəkib ona göndərmişdir. Həmin videoları registratorda saxlamqda başqa bir niyyəti olmamışdır. Həmin videolar Ülkərin telefonunda olmuşdur. Registrator onun maşınında Ülkəri tanımamışdan qabaq da olmuş, həmin videolar onun telefonunda qalmış, Ceyhunla danışıqdan sonra videoları silmişdir. Daha sonra Ceyhunu bloka atmışdır. Həmin videolarda onun görüntüsü olmamış, Ülkərin də üzü görsənməmişdir. O, tutulduğu vaxta qədər Ülkərlə bir yerdə yaşamışdır. Öz şəxsi istifadəndə olan mobil telefon vasitəsilə Ceyhuna zəng etməmiş, ondan pul istəməmişdir. Pul məsələsini Ceyhun özü uyudurub ki, o, tutulsun. Ceyhundan 2.000 manat pul almamış, sonradan 10.000 manat pul istəməmiş, ümumiyyətlə, onun pula ehtiyacı olmamışdır. Ceyhunun özü nömrəsini taparaq ona zəng etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid təxminən 2020-ci il tarixdən tanıyır, onunla arasındakı münasibəti sosial şəbəkə vasitəsi ilə olmuşdur. 2020-ci il tarixdə təxminən yanvar-fevral ayları ərzində Şahid ilə onun razılığı ilə onun idarə etdiyi Opel markalı avtomaşının salonunda gizlin bir yerdə əlaqədə olmuş, sonuncu ilə intim və lüt video görüntülərini öz telefonuna çəkərək istifadəsində olan mobil telefonunun qaleriyasında saxlamışdır. Sonradan öyrənmişdir ki, Ülkər ailəlidir. Buna baxmayaraq Ülkərlə olan münasibəti davam etmiş, bəzən onunla olan intim vəziyətini və ya onun lüt şəkillərini Ülkərin istifadəsində olan mobil telefonun votsapına atmışdır. Münasibəti gizlin olaraq xeyli müddət davam etmiş, sonradan Ülkərlə arasında narazılıqlar yaranmış və sonuncu onunla görüşmək istəməmişdir. O da sonuncunu qorxutmaq üçün özündə olan Ülkərin lüt şəkillərini sosial şəbəkələrdə yayacağını deyərək Ülkərlə görüşmüşdür. O, Ülkəri bir daha qorxutmaq üçün sonuncunun əri Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələrinə istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsi ilə 25 dekabr 2021-ci il tarixdə zəng vurub onunla Bakı şəhəri, Koroğlu metrostansiyasının qarşısında görüşmək üçün razılaşmışdır. 26 dekabr 2021 -ci il tarixdə axşam radələrində razılaşdığı yerdə Ceyhunla görüşmüş, ona əlində olan telefonun yaddaş kartını içərsindəki Şahid ilə arasında olan intim lüt vidiogörüntü olan kartı Ceyhuna vermişdir. Bundan sonra Ülkərlə olan münasibəti daha da sınmışdır. Bundan sonra gizli nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonuna mesajlar göndərərək Şahid özündə olan intim və lüt video görüntülərini silmədiyini Ülkər Abiyevlə olan həmin görüntüləri rüsvayedici məlumatlar yaymaqla, hədələyərək xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ondan pul tələb etmiş, lakin həmin pulu ala bilməmiş və eşitmişdir ki, Ceyhun onun barəsində polisə şikayət ərizəsi yazıb, ona görə də həmin vaxtdan sonra Ceyhunla olan əlaqəni kəsmişdir. Göstərmişdir ki, sosial şəbəkədə instaqram «Elvin- official» adlı səhifəsi vardır, həmin səhfədən tanışları ilə özünə aid görüntüləri vardır və həmin görüntüləri paylaşmamışdır. Zərərçəkmiş şəxs istifadəsində olan 050 611 17 22 və 055 *** ** ** mobil telefon nömrələrinə 25 dekabr 2021-ji il tarixdə həmin video görüntüləri sosial şəbəkərərdə yayacağı ilə hədələyərək Bakı şəhəri Koroğlu metrostansiyasının qarşısında 26 dekabr 2021-ci il tarixdə axşam radələrində Ceyhunla təkbətək görüşmüş ona telefonunda olan onunla Ülkərin lüt video görüntüsü olan kartı çıxarıb Ceyhuna vermişdir. Lakin ondan pul almamış, bundan sonra onun şəxsi istifadəsində olan mobil telefonuna gizli nömrədən mobil telefonla onun istifadəsində olan mobil telefonuna mesajlar göndərərək Ülkər arasında olan intim və lüt video görüntüləri silmədiyini həmin görüntüləri rüsvayedici məlumatları yaymağını bildirmiş, ondan pul tələb etmiş, amma Cehundan pul almamış, yəni sonuncu ona pul verməmişdir. O, Ceyhuna arvadı Ülkər Abiyevlə arasında olan lüt şəkillərini mobil telefonunda nümayiş etdirərək rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağım deyib hədə-qorxu gəlsə də, pul ala bilməmiş, yəni pul almamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Ceyhundan pul istəməmiş, ibtidai istintaq dövründə verdiyi ifadənin həmin hissəsini müstəntiq özü yazmışdır. Həmin hissə ilə razı deyildir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2012-ci ildə Lənkəran rayonunun Liman şəhərində Şahid ilə ailə həyatı qurmuş, Ülkərlə aralarında 9 yaş fərq olmuşdur. Həmin nikahdan iki oğlu var. Lənkəran rayonundan Bakı şəhərinə köçmüş, hal-hazırda Abşeron rayonu, Masazır kəndi Yeni Bakı şəhərciyində yaşayır. Özü restoranda inzibatçı işləmiş, səhər saat 09:00-dan işə gedib və gecə saat 01:00-03:00 radələrində evə gəlmişdir. Arvadının ona xəyanət etdiyini heç vaxt düşünməmişdir. Günlərin birində Qara Qarayev ərazisində olan zaman onun telefonuna zəng gəlmiş, həmin şəxsin kim olduğunu soruşmuşdur. Zəng edən şəxs ona “Tez evə get və evə çatanda mənə xəbər elə. Ülkərə heç nə demə” demişdir. Bu zəngdən sonra evə getmiş və qapıya çatanda onun istifadəsində olan mobil nömrəsinə yüzlərlə intim video görüntü və şəkillər göndərilmişdir. Həmin şəkillər və video görüntülər təqsirləndirilən şəxs Elvinin idarəyə etdiyi “Opel” markalı avtomobildə, onların yaşadığ evdə və həmçinin Qurtuluş 32-ci binada Elvinlə Ülkərin kirayə tutduqları evdə olan gizlin çəkilmiş görüntülər olmuşdur. Bunları görəndən sonra sarsılmış, amma özünü itirməyərək, Ülkərə “Səbirli ol, mən araşdıracam, görüm nə məsələdir?” demişdir. Elvin videokartları ona verməyi müqabilində ondan 2.000 manat pul gətirməyini istəmiş, ondan əvvəl daha çox məbləğdə pul tələb etmiş, o qədər məbləğdə pulu olmadığını demişdir. Lakin Elvin demək olar ki, Ülkərlə birlikdə bütün günü onun evində olduğundan onun pulunun olmasını bilmiş, bu barədə həm də Ülkər ona demişdir. Gecə saatlarında Elvinlə Bakıda Əzizbəyov metrosunun yaxınlığında görüşmüş, həmin vaxt Elvin ona iki ədəd yaddaş kartı verərək “Bundan başqa daha heç nə yoxdur” demişdir. Görüş zamanı Elvinə 2.000 manat pulu vermiş, Elvin də yaddaş kartını ona vermişdir. Daha sonra bir müddət keçəndən sonra istifadəsində olan nömrəyə ayrı-ayrı nömrələrdən, xarici nömrələrdən zənglər gəlmişdir. Həmin görüşdən 10-15 gün keçəndən sonra Elvin yenidən ondan 10.000 manat pul istəmiş və əgər həmin məbləği verməyəcəyi təqdirdə video görüntüləri, şəkilləri yayacağı ilə hədələmişdir. Lakin o, həmin pulu – 10.000 manatı ona verməmişdir. Həmin söhbətdən sonra Elvin mütəmadi olaraq onu həmin görüntüləri yayacağı ilə hədələmişdir. Bundan sonra o, Baş Mütəşəkkil Cinayətlarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Birinci dəfə Elvinə o özü zəng etmişdir. Buna səbəb Ülkərin telefonunda bloklanmış nömrənin olmasını görməyi olmuşdur. Ülkərə demədən həmin bloklanmış nömrəyə zəng etmişdir. Telefonu kişi açmış və Safuranın əri olduğunu demişdir. Safuranın kim olduğunu soruşduqda Masazırda onlar yaşadıqları evin yaxınlığında olan məktəbdə guya ki, uşaqlarının bir yerdə oxuduğunu və Safuranın da həmin uşaqların anası olduğunu demişdir. Bu hadisədən sonra şübhələnmiş və həmin nömrəni saxlamışdır. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq pulu Elvinə yaddaş kartını ondan almaq və el-oba içində biabır olmamaq üçün verdiyini, Elvini əvvəldən tanımadığını, ona göndərilən video görüntülərdə, şəkillərdə Ülkərin üzünün açıq-aydın göründüyünü bildirmişdir. Rəsmi olaraq bir ilə yaxındır ki, boşanmışdırlar. Ona vurulan ziyan ödənməmiş, Təqsirləndirilən şəxs şikayətçidir. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Elvinə 2.000 manat pul vermişdir. Elvin ondan ikinci dəfə də 10.000 manat pul istəmiş, lakin o, ikinci dəfə həmin pulu verməmişdir. Elvin pulu verməyəcəyi təqdirdə həmin video görüntüləri yayacağı ilə hədələmişdir. Ona vurulan ziyan geri ödənilməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq Elvinin ondan əvvəlcə 4.000 manat pul istədiyini, lakin o qədər məbləğdə pulu olmadığından Elvinə Əzizbəyov metrosunun yaxınlığından 2.000 manat pul verib ondan yaddaş kartlarınıını götürdüyünü bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, X5 ilə 2012-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan 2 övladı doğulmuşdur. Təxminən 10 dekabr 2021-ci tarixdə saat 18 radələrində yaşadığı ünvan 2 ünvanıda olan vaxtı Təqsirləndirilən şəxs adlı şəxs onun istifadəsində olan ***-***-**-** və 055-671-17¬22 saylı mobil nömrələrinə zəng vuraraq həyat yoldaşı Ülkərin onda intim görüntüləri olan video olduğunu bildirib həmin video görüntüləri sosial şəbəkədə yaymaması üçün ondan 2000 manat pul tələb etmişdir. O, sonuncuya inanmayıb onun kim olduğunu və həyat yoldaşını haradan tanımasını soruşduqda, ona Ülkərlə internet vasitəsi ilə tanış olduğunu bildirmiş və sübut üçün onun nömrəsinin votsapına çoxlu sayda Ülkərlə ona aid olan video və fotolarını göndərmişdir. Bundan sonra Ülkərdən bu barədə soruşduqda sonuncu etiraf edib «əcəb etmişəm» deyərək ona cavab vermişdir. O, isə qohum-əqrəba və dost-tanış içərisində biabır olmaması üçün Elvinin göstərdiyi ünvana getmək üçün təxminən 15 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxslə Bakı şəhərində Koroğlu metrostansiyasınm yaxınlığında görüşüb ona göndərdiyi videoları sosial şəbəkələrdə yaymaması üçün tələb etdiyi 2000 manat pulu verib, sonuncuda olan görüntülərin olduğu yaddaş kartını almışdır. Həmin kartı evə gətirib videoları Ülkərə göstərmiş, sonuncu isə ondan xəbərsiz həmin görüntüləri biabır olmaması üçün silmişdir. Buna baxamayaraq Təqsirləndirilən şəxs təxminən 5 yanvar 2022-ci il tarixdən etibarən ona müxtəlif nömrələrdən zəng vuraraq yenidən Ülkərə məxsus intim video görüntüləri yaymaqla ona hədə qorxu gələrək 10.000 manat ödəmədiyi təqdirdə həmin görüntüləri sosial şəbəkədə yaymasını bildirmişdir. O, isə onunla dəfələrlə danışıb demişdir ki, imkanı yoxdur. Buna baxmayaraq Elvin mütəmadi olaraq ona zəng vurub pul tələb etməkdə davam etmişdir. Demək olar ki, Elvin hər gün gizli nömrələrdən ona zəng vurub narahat etmiş, bu səbəbdən Elvinin qanunsuz hərəkətləri barədə tədbir görülməsi üçün DİN-nin BMCMİ-nin rəhbərliyinə müraciət etməli olmuşdur. Göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs ona X2 lüt çılpaq halda görüntülərini Watsaap sosial şəbəkəsi vasitəsilə ona atıb demişdir ki, «bax bu videonu paylaşacam», o həmin videoya baxdıqda görmüşdür ki, həqiqətəndə video görüntüdə olan şəxs arvadı X2 onunla olan görüntüsüdür. O, ilk əvvəl şikayət etmək istəməmiş, fikirləşmişdir ki, pul verdikdən sonra ondan uzaqlaşar, lakin təxminən 5 yanvar 2022-ci il tarixdən etibarən ona müxtəlif nömrələrdən zəng vuraraq yenidən Ülkərə məxsus intim video görüntüləri yaymaqla ona hədə qorxu gələrək 10.000 manat ödəmədiyi təqdirdə həmin görüntüləri sosial şəbəkədə yaymasını bildirməsi və ondan əl çəkməməsini bildikdən sonra polisə şikayət etmişdir. Bundan sonra isə Elvin onun polisə şikayət etdiyi bilmiş və onunla əlaqələrini kəsmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2012-ci ildə iş üzrə Zərərçəkmiş şəxsla ailə həyatı qurmuşdur. Həmin nikahdan iki oğlu var. İş üzrə Təqsirləndirilən şəxslə tanışlıqları 2018-2019-cu illərə təsadüf etmişdir. Elvinlə tanışlığı təsadüfi olmuşdur. Elvinlə öz istəyi ilə yox məcburiyyət qarşında danışmışdır. Elvin ona qarşı hədə-qorxu etmiş və o da buna görə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Elvin onların münasibətlərinə aid olan videoları, fotoşəkilləri onun keçmiş ərinin istifadə etdiyi telefona göndərmişdir. Bununla da onlar arasında mübahisə, dava-dalaş başlamışdır. “Tiktok” sosial şəbəkəsində uşağının ad günü videosunu paylaşmışdır. İş üzrə təqsirləndirilən şəxs Elvin də həmin videonu götürərək onun üzü düşən kadrı ayrı-ayrı səhifələrdə paylaşmışdır. Daha sonra Elvin artıq onu təhdid etməyə başladı ki, “Ya səni görəcəm, ya da ki, sənin şəkilərini paylaşacam”. Elvin onunla danışması üçün hədə-qorxu gəlmişdir. O, bununla bağlı olaraq polisə şikayət etmişdir. Elvinin bu hərəkətlərini valideynlərinə də, keçmiş ərinə də demişdir. Elvin onu öldürəcəyi ilə hədələmişdir. Elvinə lüt şəkillərini, videolarını göndərməmişdir. Elvinin Ceyhundan pul istəməyi haqqında məlumatı olmayıb. Keçmiş əri Elvinin ona verdiyi videolar, şəkillər olan yaddaş kartını ona göstərmişdir. Həmin şəkilləri, videoları Elvinin özü çəkmişdir. Həmin videoların nə vaxt çəkilməsi ilə bağlı onun xəbəri olmamışdır. Elvin videoları, fotoşəkiləri gizlin çəkmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Onun iş üzrə təqsirləndirlən şəxs Elvinin tutulmağı ilə heç bir əlaqəsi yoxdur, bununla bağlı şikayət etməmişdir. Birinci dəfə Elvin ona yazmağa başlamış, o da ona ailəli olduğumu demişdir. Həmin videoları, şəkilləri Elvinə göndərməmiş, hamısı yalandır. Əgər, həmin şəkillərin biri gerçəkdirsə, digərləri qurmadır. Şahid məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə el adəti ilə ailə qurmuş, birgə nigahdan 2 övladı doğulmuşdur. 2022-ci ilin may ayından əri Ceyhunla ailədə yaranmış narazılığa görə mübahisələri yaranmışdr. Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, sosiyal şəbəkə tik-tok vasitəsi ilə tanyır, elə həmin vaxtdan yəni təxminən 2019-cu il tarixdə Elvinlə Abşeron rayonu Masazır kəndində həyətdə gizlin olaraq görüşmüşdür. Elvin onunla görüşən vaxtı ondan xoşu gəldiyini və onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, isə razı olmadığını dedikdə Elvin isə ona «narahat olma bunu heç kəs bilməyəcək» demişdir. Lakin Elvin günün bütün saatlarında onun istifadəsində olan 051 *** ** ** mobil nömərnin vatçapına davamlı olaraq zənglər etmiş, onunla danışıb görüşmək istəmişdir. Həmin vaxtı onun bu hərəkətlərinə görə əri Ceyhuna bu barədə məlumat vermişdir. Lakin əri Ceyhun əhəmiyyət verməmiş, təxminən sonrakı günlərdə, yəni 2020-ci ilin sonlarında Elvinlə onun idarə etdiyi markasını və qeydiyat nişanını xatırlamadığı avtomaşında görüşmüşdür. Həmin vaxtı Elvin avtomaşını gizlin əraziyə sürərək kimsənin olmadığı yerdə onunla cinsi əlaqədə olmuş, həmin vaxtı Elvin onunla olan intim əlaqənin yəni lüt şəkillərini öz telefonuna çəkmişdir. Bu görüşdən sonra Elvin ona zənglər etmiş, o, isə telefona cavab vermək istəməmiş, hətta bildirmişdir ki, evlidir və ondan əl çəksin. Lakin Elvin onu hədələyərək onunla görüşməyəcəyi təqdirdə özündə olan lüt şəkillərimi sosial şəbəkələrdə yayıb ərinə göstərəəyini bildirmişdir. O da, bundan sonra Elvinlə onun kirayədə tutuğu tanımadığı mənzillərdə görüşmüş, həmin mənzillərdə Elvinlə cinsi əlaqədə olmuşdur, elvinlə cinsi əlaqə görüşlərin, yəni onun lüt şəkillərini telefonunda vidioya səkmişdir. Elvindən ayrılandan sonra onunla yenidən görüşmək üçün əvvəlcədən həmin görüntüləri onun istifadəsində olan NOT-8 markalı mobil telefonuna atmışdır. Onun bu kimi hərəkətləri ilə davamlı olaraq görüşüb cinsi əlaqədə olmuşdur. Bundan sonra, yəni 2021-ci ilin dekabr ayının sonlarında Elvin ona zəng edib görüşmək istədiyini bildirəndə ona telefonda bildirmişdir ki, bunun bir sonu olmalıdır və ondan əl çəkməsini demişdir. Lakin Elvin bunu qəbul etmək istəmədiyini deyib onun telefonunda olan yaddaş kartında bizim cinsi əlaqələrin görüntülərinin olduğunu demişdir. Bundan sonra eşitmişdir ki, Elvin əri Ceyhunun mobil telefonuna zəng vuraraq onunla Bakı, şəhəri Koroğlu metorstansiyasının yaxınlığında görüşərək intim çəkliş vidio kartını əri Ceyhuna vermişdir. Bundan sonra Ceyhun evə gələndə bu barədə onunla danışıb Elvinlə görüşünü dedikdə əvvəl inkar etmiş, lakin sonra Ceyhun həmin kartdakı görüntüləri ona göstərdikdə o, Elvinlə olan intim münasibətlərinin doğru olduğunu etiraf etmişdir. Elə həmin vaxtdan, yəni 2021-ci ilin dekabr ayından sonra əri Ceyhunla faktiki olaraq ər- arvad kimi ayırılmış və hazırda ayrı yaşayırlar. Göstərmişdir ki, Təqsirləndirilən şəxs qorxur, sonuncunun tutulması gələcəyi üçün təhlükəli olar. Elvin özü də onu əvvəllər hədələdiyi üçün onun əleyhinə hansı hərəkət edərsə, ona mənə qarşı təhlükə yaradar, bu səbəbdən də Təqsirləndirilən şəxs şikayətçi deyildir. Təqsirləndirilən şəxs onunla olan qeyri rəsmi münasibətdə olduğu özündə olan intim və lüt video görüntülərini ünvan 4 ünvanına istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələrinə 25 dekabr 2021-ci il tarixdə göndərib rüsvayedici məlumatları olan həmin vidio görüntüləri sosial şəbəkərərdə yayacağı ilə hədələyərək 2000 manat məbləğində pulu verməsini əri Ceyhundan eşitmiş, lakin Təqsirləndirilən şəxs, yenidən istifadəsində olan gizli nömrəli mobil telefonla Ceyhun istifadəsində olan mobil telefonuna mesajlar göndərərək özündə olan intim və lüt video görüntülərini silmədiyini həmin görüntüləri rüsvayedici məlumatlar yaymaqla, hədələyərək xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Masazır kəndi yeni Bakı şəhərciyi ev İC, mənzil 87-də Zərərçəkmiş şəxs 10.000 manat pulu hədə-qorxu ilə tələb etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ərizə yazaraq Təqsirləndirilən şəxs hədə-qorxu gəlməklə və şantaj etməklə ondan külli miqdarda pul tələb etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqdim etmə və götürmə aparılması haqqında” 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs özündə olan arvadı Şahid intim video görüntülərinin köçürüldüyü bir ədəd yaddaş kartını və həmin görüntülərdən çıxardığı 16 ədəd fotoşəkili təqdim edərək həmin görüntələri ona Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini bildirdi. Təqdim edilmiş Şahid intim və çılpaq video görüntülərinin köçürüldüyü bir ədəd yaddaş kartı və həmin görüntülərdən çıxarılmış 16 ədəd fotoşəkil sübut əhəmiyyətli olduğundan götürüldü və qablaşdırıldı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış 11 noyabr 2022-ci il tarixli, 5/1278 nömrəli rəylə müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd «Anroid 9» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiaomi Note8» markalı «G1908C3JG» modelli, «**********33996, **********33992» imei kodlu mobil startfon hal hazırda işlək vəziyyətdədir. Təqdim olunan «Xiaomi Note 8» markalı «Ğ1908C3JG» modelli mobil startfonun yaddaşında (kontaktlar, zənglər, SMS, mesajlar, foto, video, audiofayllar, VVhatsApp, Teleqram proqram təminatları, İntaqram sosial şəbəkəsi vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış 03 aprel 2023-cü il tarixli, 4/408-4/413 nömrəli rəylə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunan 1 ədəd fləş yaddaş kartında qeydə alınmış mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqinin adından eyniləşdirici tədqiqat tələb olunan X3 eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından X4 və ya hər hansı digər şəxsə məxsus olub- olmadığını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan mübahisəli fonoqramlarda diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montay əlamətləri müəyyən olmadı. Mübahisəli fonoqramlardakı danışıqlar eyni bir danışığın tam olmayan hissələridir. Lakin mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu (qurğuları) ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında” 06 aprel 2023-cü il tarxili qərarla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsun təqdim etdiyi 16 ədəd fotoşəkil, 2 ədəd yaddaş kartı, bir ədəd CD diski, bir ədəd sensor ekranlı «Anroid 9» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiaomi Note8» markalı «Ğ1908C3JG» modelli, «**********33996, **********33992» imei kodlu mobil smartfon sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, 16 ədəd fotoşəkil, 2 ədəd yaddaş kartı, bir ədəd CD diski iş materiallarına əlavə edilmiş, «Xiaomi Note8» markalı «G1908C3JG» modelli, «**********33996, **********33992» imei kodlu mobil startfon sahibinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Şahid ilə intim əlaqədə olan zaman qeydə aldığı video görüntüləri, Şahid çılpaq video görüntüləri və həmin video görüntülərdən çıxarılmış foto şəkilləri sosial şəbəkələrdə yaymaqla zərər çəkmiş şəxsi rüsvay edəcəyi barədə hədə-qorxu gələrək ondan 2.000 manat məbləğində pul tələb edərək almaması, eyni əsaslarla yenidən zərər çəkmiş şəxsə hədə-qorxu gələrərk ondan 10.000 manat məbləğində pul tələb etməməsi, Zərərçəkmiş şəxs onu “tutdurmaq” üçün bütün iş materiallarında göstərilən halları uydurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 16 ədəd fotoşəkil, 2 ədəd yaddaş kartı, bir ədəd CD diski iş materiallarında saxlanmalı, «Xiaomi Note 8» markalı «G1908C3JG» modelli mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 230 (iki yüz otuz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 230 (iki yüz otuz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan 16 ədəd fotoşəkil, 2 ədəd yaddaş kartı, bir ədəd CD diskin iş materiallarına saxlanması, «Xiaomi Note8» markalı «G1908C3JG» modelli mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar