Məhkəmə qərarları › İş №1(124)-165/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-165/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-165/2023 07.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Siyəzən rayonu Eynibulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Siyəzən rayonunun Eynibulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurma, həmçinin qanunsuz olaraq soyuq silah əldə etmə, gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, o 25 mart 2022-ci il tarix saat 14:00 radələrində atası Şahid6 yaşadığı evin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs 24 mart 2022-ci il tarixdə kəndin mal-qara növbəsindən heyvanları tez gətirməsinə irad bildirdiyinə görə aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs Şahid6 qəsdən yumruqla vuraraq ona sağ qaş qövsü nahiyəsinin bir ədəd qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə görə 25 mart 2022-ci il tarixdə saat 22 radələrində qeyd edilən məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs təklifi ilə Eynibulaq kəndində bulağın qarşısında onunla görüşmüş, həmin vaxt söhbət zamanı Zərərçəkmiş şəxs “mənim traktorum sənin atan Şərifxanın evindən bahalıdır” deməsinə görə daha da əsəbləşərək əvvəlcədən özü ilə gətirdiyi istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxladığı zavod üsul ilə hazırlanmış, qatlanan tipli, döyüş təyinatlı soyuq silah hesab edilən bir ədəd bıçaqla bir dəfə sonuncunun qarın nahiyəsinə vuraraq qarnın ön divarının sol yarısının bir ədəd qarın boşluğuna keçib nazik bağırsaq ilgəklərinin zədələnməsi ilə nəticələnən deşilmiş kəsilmiş yarası kimi xəsarətlər yetirməklə, həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra isə yumruqla Zərərçəkmiş şəxs qarnının sol divarına qəsdən vuraraq qarnın sol divarının bir ədəd qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə kəndin mal-qarasını örüşdən vaxtından tez kəndə gətirmiş, sonrakı gün əmisi Ömər yük avtomobilini təmir edərkən maşın yağı lazım olduğundan Mərahimdən onun atasının yaşadığı evə gedib maşın yağı gətirməsini xahiş etmiş, Mərahim də həmin gün yağı götürüb Buludun atasının evinin həyətinə gəlmişdir. Həyətdə olarkən atası Mərahimi görüb mal-qaranı tez kəndə gətirdiyinə görə öz iradını bildirmiş, buna görə aralarında mübahisə yaranmış, Mərahim yumruğu ilə atasının üzünə bir dəfə vurmuş, həmin vaxt əmisioğlu Polad və qonşuları Pənah onları ayırmış, daha sonra Mərahim çıxıb getmişdir. Həmin gün saat təxminən 14 radələrində Bulud baş çəkmək üçün atasının yanına getmiş, onun evdə məyus olduğunu görüb səbəbini soruşmuş, atası ona Mərahimin ona yumruq atdığını demişdir. O, mübahisənin səbəbini öyrənmək üçün Mərahimə zəng etmiş, həmin vaxt Mərahim ona mübahisənin səbəbi kimi atasının ona qarşı nalayiq ifadələr söylədiyini bildirmiş və “Kim olsa eyni cür hərəkət edər” deyərək özünə haqq qazandırmışdır. Daha sonra, görüşmək üçün Mərahimin evinin yaxınlığına getmiş, Mərahimdən atasını niyə vurduğunu soruşmuş, o isə atasının ona nalayiq ifadələr söylədiyini, mübahisəni atasının başlatdığını bildirmişdir. Daha sonra o, məsələni aydınlaşdırmaq üçün atasından və əmisioğlu Poladdan atasının mübahisə zamanı söyüş söyüb-söymədiyini soruşduğunu, onun isə atasının söyüş söymədiyini, bu söhbətdən sonra qardaşı Mətinin məsələni eşidib ondan xəbərsiz Mərahim ilə kənddə görüşüb bulağa tərəf gedən zaman onları gördüyünü, həmin vaxt Mətinin Mərahim ilə mübahisə edəcəklərini düşünüb onlar ilə getmək istədiyini, Mərahimin isə Mətinlə sadəcə söhbət etdiklərini bildirdiyini, daha sonra o, evdə olarkən Mərahimin zəng edərək “Sözlü adama oxşayırdın, sözünü deyə bilmədin” dediyini və ona kənddə olan bulağa gəlməyini söylədiyini, bu sözlərdən sonra evdən çıxıb bulağa tərəf getdiyini, yol ilə gedərkən Savalan ilə rastlaşdığını, Buluddan hara getdiyini soruşduğunu bildirmişdir. Mərahimin zəng edərək görüşmək istəməsini Savalana bildirmiş, o da mübahisə edəcəklərini düşünərək Mərahim ilə aralarında münaqişə baş verməsin deyə onunla birlikdə gəlmiş, bulağa çatdıqda Mərahim ilə söhbət edərkən Saleh də gəlmiş, orada olarkən Savalan və Saleh Mərahimi sakitləşdirərək mübahisə etməməsini söyləmiş, Mərahim ilk başda atasını vurmadığını söyləsə də daha sonradan vurduğunu etiraf etmiş, Mərahimin saymazyana hərəkətləri, atasını vurduğunu etiraf etməsi, bunu fəxr kimi söyləməsi, “mənim traktorumun təkəri Şərifxanın evindən bahadır” deməsindən sonra ona bir bıçaq xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Mərahimlə ilk mübahisəsinin 25 mart 2022-ci il tarixdə olduğunu, ilk dəfə sözlü mübahisə etdiklərini, aralarında dava-dalaş olmadığını, hadisə yerində yanlarında Saleh və Savalanın da olduğunu, bıçaqlanma olana qədər Mərahimlə 3-4 dəqiqə söhbət etdiyini, mal-qara otardığı üçün gödəkcəsinin cibində bıçaq olduğunu, həmin bıçaqla pendir, çörək kəsdiyini, bıçağı həmişə üstündə gəzdirmədiyini, həmin gün hava soyuq olduğu üçün gödəkcəsini geyindiyini, bıçağın da həmin gödəkcənin cibində olduğunu, Mərahimi bıçaqla yaraladıqdan sonra Mərahimin ona təpik atdığını, lakin həmin zərbənin ona dəymədiyini, Mərahimi vurduqdan sonra bıçağı kənara atdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, 25 mart 2022-ci il tarixdə evdə olduğu vaxt Buludun əmisi Ömər ona zəng edərək traktoru üçün yağ verməyini xahiş etmiş və qardaşı Şərifxanın evində olduğunu söyləmişdir. Daha sonra o, yağı götürüb Buludun atası Şərifxanın evinə getmiş, həmin vaxt Şərifxan heyvanları növbədən tez qaytardığını söyləyərək onu təhqir etmiş, Mərahim ona “Hava pis idi, məcbur oldum, elə tez gətirdim” demiş, Şərifxan onu söydükdə isə ona söyüş söyməməsini bildirmişdir. Bu zaman Şərifxanın bacısı onlara çay gətirmiş, o, Şərifxana “Ayıbdır, söyüş söymə” deyə irad tutmuş, Şərifxan sakitləşməyib stolun üstündən çay stəkanını götürüb Mərahimə tərəf atmışdır. Özünün Şərifxanı itələyib oradan çıxıb getdiyini, bundan təxminən 1-2 saat sonra Buludun ona zəng edərək söhbət etməyə çağırdığını, kəndin içərisində söhbət etdiklərini və aralarında heç bir mübahisə olmadan ayrıldıqlarını bildirmişdir. Daha sonra axşam radələrində Buludun qardaşı Mətin zəng edərək görüşmək üçün onu bulağın yanına çağırmış, Mərahim oraya getmiş, həmin vaxt Mətin və Bulud orada olmuş, onlar söhbət edərkən Mərahim Mətinə “Günahım yoxdur, lakin atandan üzr istəyərəm, səhv etdiyimi bildirərəm” demiş, lakin Bulud həmin vaxt onunla kobud danışmışdır. O, Buluda “Günorta səninlə danışdıq da, razılaşdıq da, indi də üzr istəyəcəyimi bildirirəm. Sən isə mənimlə yenə kobud danışırsan, sözün var idi, günorta deyərdin” deyə söyləmiş, həmin vaxt Bulud onunla söhbət edəcəyini bildirmişdir. Axşam radələrində Buluda zəng edərək bulağın yanında söhbət etmək istədiyini, Buludun da Savalanla birlikdə həmin yerə gəldiyini, bu zaman özünün Savalan ilə mübahisə etdiyini, ona “Sənə aidiyyəti yoxdur, söhbətə qarışma” dediyini, həmin vaxt Salehin də həmin yerə gəldiyini, Saleh hadisə yerinə gəldikdən sonra Buludun bıçaq ilə onu vurduğunu və Savalanla birlikdə oradan uzaqlaşdığını bildirmişdir. Təqsirləndirilən şəxslə barışdığını, şikayət və ya tələbinin olmadığını bildirmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 göstərdi ki, 24 mart 2022-ci ildə Mərahim kəndin mal növbəsinə getmiş, lakin o, vaxtından tez növbədən qayıtmışdır. 25 mart 2022-ci il tarixdə qardaşı Ömər Mərahimə zəng edərək traktorundan artıq qalan işlənmiş yağdan avtomobilinə tökmək üçün onun həyətinə gətirməyini xahiş etmiş, Mərahim də təxminən saat 14 radələrində yağı götürüb həyətə gəlmiş, Şərifxan ondan nə səbəbə heyvanları tez qaytardığını soruşduqda Mərahim ona “Həm hava pis idi, həm işim var idi, ona görə tez gəldim” demiş, o Mərahimə “Mən də tez qaytaracam” deyə söylədikdə Mərahim ona ”Sənin başın üçün deyil” demişdir. Buna görə aralarında mübahisə yarandığını, mübahisə zamanı Mərahimin yumruqla onun sağ gözünə vurduğunu, Mərahimi qorxutmaq üçün stolun üstündə olan stəkanı ona atdığını, lakin stəkanın ona dəymədiyini, daha sonra Mərahimin ona söyüş söyüb getdiyini, axşam saat 23 radələrində oğlu Buludun Mərahimi bıçaqladığını öyrəndiyini, istintaq zamanı verdiyim ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində kənddəki dükanın qarşısında olarkən Buludun qardaşı Mətin dükana gələrək Mərahimi görüb salamlaşdıqdan sonra onu kənara çağırıb işi olduğunu söyləmiş, daha sonra Mətin ilə Mərahim söhbət etmək üçün dükandan çıxıb getmiş, bundan təxminən 10 dəqiqə sonra avtomobili ilə evə gedərkən bulağın yaxınlığından yüksək danışıq səsləri eşitmiş, oraya yaxınlaşdıqda isə Mətini, Mərahimi, Buludu və Məftunu görmüşdür. Bu zaman Bulud onu görüb evə aparmağını xahiş etmiş, o da Buludla birlikdə evə getmişdir. Daha sonra dükana tərəf gedən zaman Buludu görüb hara getdiyini soruşduğunu, Buludun ona Mərahimin zəng etdiyini, sözü olduğunu, onu bulağa çağırdığını dediyini, Buludla birlikdə bulağa çatdıqda Mərahimin orada olduğunu gördüyünü, həmin vaxt Salehin də oraya gəldiyini, bu zaman Mərahimin Buluddan sözlü adama oxşadığını, ürəyində sözünün qalıb-qalmadığını soruşduğunu bildirmişdir. Bulud həmin vaxt Mərahimə heç bir sözü olmadığını bildirmiş, Savalan onlara mübahisəyə son qoymaları barədə irad bildirmiş, bu zaman Mərahim ona bu məsələyə qarışmamağı, öz işi ilə məşğul olmağını söyləmişdir. Mərahim Buluda atasını yaxşı edib vurduğunu, traktorunun onların evindən baha olduğunu, bu sözlərdən sonra Buludun əlini ataraq Mərahimə tərəf zərbə atdığını, ardınca Bulud ilə Mərahimin əlbəyaxa olduqlarını və birbirilərinə yumruq atdıqlarını gördüyünü, onları ayırıb Mərahimi evinə apardığını, yol ilə gedərkən Mərahimin Buludun ona bıçaq çıxartdığını dediyini, həmin vaxt Saleh Mərahimə köməklik etdiyindən onlardan ayrılıb yenidən bulağa tərəf qayıtdığını, hava qaranlıq olduğu üçün Mərahimdən qan gəldiyini görmədiyini, Mərahim ilə Şərifxan arasında olan mübahisə ilə əlaqədar həmin hadisə baş verdiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 göstərdi ki, 25 mart 2022-ci il tarixdə ailəsi ona Mərahimlə Buludun atası Şərifxan arasında mübahisə olduğunu söyləmiş, həmin gün, axşam saatlarında avtomobili ilə bacısı Gülsümü evinə apararkən bulağın yanında Mərahimi, Buludu və Savalanı görmüş, bacısını evə düşürdükdən sonra evinə geri qayıdarkən onları yenidən həmin yerdə görmüşdür. Avtomobilini saxlayıb onlara yaxınlaşdığını, həmin vaxt Mərahimin Şərifxana xəsarət yetirməsi barədə danışdıqlarını eşitdiyini, Mərahimin Buluda “Mən bir tərəfdən düz eləməmişəm, sənin atan məndən yaşca böyükdü, bir tərəfdən də düz eləmişəm, çünki, atan məni nalayiq söyüşlərlə söyüb” dediyini, Savalan Mərahimə “Mərahim, qurtarın bu söhbəti, lazım deyil” dedikdə Mərahim ona “Sənlik deyil, öz işinlə məşğul ol” deyə söylədiyini, Buluda isə “Mənim sürdüyüm traktor sənin atanın evindən bahalıdır” dedikdən sonra Bulud qəflətən onu bıçaqladığını bildirmişdir. Mərahimi vurana qədər Buludun əlində bıçaq olduğunu görməmiş, çünki Buludun əli arxasında olmuş, Bulud Mərahimi vurduqdan sonra Mərahim Buluda yumruq, təpik atmağa başlamış və yumruqlardan bir neçəsi Buludun qarnına dəymiş, daha sonra Saleh və Savalan Mərahimi tutub kənara çəkmiş, sakitləşdirməyə çalışmış, Bulud isə bıçağı yerə atmış, həmin vaxt Mərahim Buluda “Sən məni bıçaqla vurdun?” demiş, Bulud isə Mərahimə “çıx get, məni zibilə salma” deyə bildirmişdir. Bundan sonra Buludun oradan aralandığını, Savalanın da onun arxası ilə getdiyini, özünün Mərahimi uzadıb, əynində olan paltarın qabağını açdığını, bıçağın onun qarnının sol tərəfinə xəsarət yetirməsini, qarnından qan axmasını gördüyünü və ardınca Mərahimi evlərinə apardığını, Mərahimi evinə aparan vaxt Buludun geri qayıdıb bıçağı götürməsini gördüyünü, Buludun Mərahimi bir dəfə bıçaqla vurduğunu, bıçaqdan başqa heç nə ilə vurmadığını, daha sonra onu vurmağa cəhd etmədiyini, hadisədən sonra bıçağı yerə atdığını bildirmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, hadisə günü o, işdən qayıtdıqdan sonra atasının məyus olduğunu görüb nə baş verdiyini soruşmuş, atası isə Mərahimin onu vurduğunu söyləmiş, bu məsələni aydınlaşdırmaq üçün Mərahimlə kənddə olan bulağın qarşısında görüşmüş, ondan atasını niyə vurduğunu soruşduqda ona atasını vurmadığını, bu söhbətin yalan olduğunu demişdir. Həmin vaxt həmkəndlisi Məftun, daha sonra bibisi oğlu Heydər, Heydərin atası Bəşir, qardaşı Bulud, digər həmkəndlisi Savalan oraya gəlmişdir. Bəşir və Məftun onlara iradını bildirdikdən sonra Mərahim ilə söhbəti kəsib öz yaşadığı evə getdiyini, daha sonra Buludun evə gələrək Mərahimi bıçaqladığını söylədiyini bildirmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 xx.xx.2022-ci ildə təxminən saat 20 radələrində evdə olarkən dayısı Şərifxanın arvadı X5 ilə görüşdüyünü, hər ehtimala qarşı xoşagəlməz hadisə baş verməsin deyə onun arxasınca getməyini xahiş etdiyini, Mətin ilə Mərahimin kənddə olan bulağın qarşısında olacağını düşünüb bulağa tərəf getdiyini, orada Mətinin, Mərahimin, Buludun və Məftunun söhbət etdiklərini gördüyünü bildirmişdir. Onlara yaxınlaşıb hal-əhval tutuduqdan sonra Mətinə evdəkilərin narahat olduqlarını, evə qayıtmasını demiş, sonra həmin yerə atası Bəşir, həmkəndliləri Savalan gəlmiş, atası gəldikdən sonra o, Mərahim, Mətin, Məftun dükana getmiş, atası, Bulud və Savalan isə evə getmişlər. O, evdə olarkən qardaşı X6 bıçaqladığını eşitmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid7 göstərdi ki, 24 mart 2022-ci il tarixdə Mərahim kənddə mal növbəsinə getmiş, o, saat 13 radələrində növbədən qayıdıb heyvanları gətirmiş, atası Ömər avtomobili xarab olduğu üçün onu əmisi Şərifxanın həyətində saxlamış, 25 mart 2022-ci ildə Ömər Mərahimə zəng edərək traktorundan artıq qalan işlənmiş yağdan avtomobilə tökmək üçün Şərifxanın həyətinə gətirməsini xahiş etmiş, Mərahim də Şərifxanın həyətinə gəlmişdir. Daha sonra Şərifxan Mərahimdən nə səbəbə heyvanları tez qaytarmasını soruşduqda Mərahim “Həm hava pis idi, həm işim var idi, ona görə tez gəldim” demiş, Şərifxan ona “Mən də mal növbəsinə gedən vaxt heyvanları tez qaytaracam” deyə söyləmiş, onlar arasında münaqişə yaranmış, bu vaxt Mərahim yumruqla Şərifxanı vurmuş, Şərifxanın başında olan papaq yerə düşmüşdür. Şərifxan əsəbləşib stolun üstündə olan stəkanı götürüb Mərahimə tərəf atmış, amma stəkan Mərahimə dəyməmiş, onlar aralanmış, Mərahim çıxıb getmişdir. X8 zəng edib Mərahimin onu yumruqla vurduğunu demiş, bundan sonra Buludun Mərahimi bu məsələyə görə yaranmış mübahisə zamanı bıçaqladığını eşitmiş, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid8 göstərdi ki, 25 mart 2022-ci il tarixdə mən Mərahimə zəng edib traktorundan artıq qalan işlənmiş yağdan avtomobilinə tökmək üçün Şərifxanın həyətinə gətirməsini xahiş etmiş, Mərahim təxminən saat 14 radələrində yağı götürüb Şərifxanın həyətinə gəlmiş, yağı verdikdən sonra o, Mərahimlə deyib-gülüb zarafatlaşmışdır. Təxminən 15 dəqiqə sonra qayıdıb ora gələndə Şərifxanı və oğlu Poladı gördüyünü, Şərifxanın sağ qaş nahiyyəsi qızardığını, Mərahim və Şərifxan arasında mübahisə olduğunu öyrəndiyini bildirmişdir. Daha sonra o bu məsələyə görə yaranmış mübahisə zamanı Buludun Mərahimi bıçaqladığını eşitmişdir. Şahid8 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Siyəzən RMDM-dan Siyəzən rayon Eynibulaq kəndində yaşayan 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “qarının sol yarısının ön divarın daxilə nüfuz etmiş bıçaq yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 mart 2022-ci il tarixli “baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, cinayət hadisəsi Eynibulaq kəndində yeni inşa edilmiş bulağın qarşısında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 mart 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı təqdim edir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi xx.xx.2022-cı il tarixli 59 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarnın ön divarının sol yarısının bir ədəd qarın boşluğuna keçib nazik bağırsaq ilgəklərinin zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası və qarnın sol yan divarının bir ədəd qançırıaşkar edilmişdir. Həmin xəsarətlərdən qarnın ön divarının sol yarısının deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alət) təsirindən yaranmışdır, ekspertizaya təqdim olunmuş və yuxarıda təsvir edilmiş bıçaq ilə yaxud buna bənzər digər bıçaq ilə yetirilə bilər, özü tərəfindən özünə yetirilməsi və hündürlükdən yıxılması nəticəsində yaranan xəsarətlərə xarakterik deyil, yaranma müddəti 25 mart 2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. Qarnın sol yan divarının qançırı bərk küt əşyanın təsirindən törənmiş , törənmə müddəti 2-3 günə qədərdir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 Məhkəmə -X1 ekspertinin 158-2022/MTKŞ saylı 08 aprel 2022-ci il tarixli rəyinə əsasən:1.Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthinin sol yarısının aşağı hissəsinə 01 (bir) ədəd və arxa səthinin orta nahiyyəsində 02 (iki) ədəd cəmi (03 (üç) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd iti kənara malik olan və hər hansı bir iti alətin (predmetin) təsirindən əmələ gəlməyə xarakterik kənarı kəsilmiş zədə və 01 (bir) ədəd küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik məhdud cırılma zədəsi vardır.3. Ekspertiza təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində olan deşilmiş–kəsilmiş və kənarı kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü istisna edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 Məhkəmə -X7 ekspertinin 191-2022/MTBŞ saylı 14 aprel 2022-ci il tarixli rəyinə əsasən:1)Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu : B /İİİ/.2) Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə B /İİİ/ qruplu şəxsə , o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər.3)Ekspertizaya təqdime dilən 01 ədəd bıçaq üzərində qan aşkar olunmadı. 4.Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsüuli ilə hazırlanmış, qatlanan tiplu, döyüş təyinatlı bıçaqdır və deşici-kəsici xassəyə malikdir soyuq silahdır. Təqdim olunmuş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Kompleks komisyon ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasi CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Aparılan müayinə zamanı Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarından və emosional halından asılı olaraq öz hərəətlərini tam dərk etmək , hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. 13 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu dəstəyinin rəngi qara, göy və qəhvəyi rənglərdən ibarət, 1(bir) ədəd üzərində olan knopka vasitəsi ilə açılıb bağlanan bıçaq və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş iki ədəd köynək maddi sübut hesab edilmiş və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağın təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma və həmçinin qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə cinayət əməllərini törətmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Siyəzən RİHB-nın Eynibulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır. Məhkəmə istintaqı zamanı məhkəməyə təqdim olunmuş “doğum haqqında tibbi şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə üçüncü uşağı doğulmuşdur. Nümayəndəlikdən daxil olmuş xasiyyətnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Əliyev X4 rayonu Zarat kəndində qeydiyyatdadır və barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs səmimi peşman olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, həmçinin himayəsində yenidoğulmuş uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə almaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri ləğv edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsnın üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 01 ədəd bıçaq məhv edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 ədəd uzunqol köynək, 01 ədəd qolsuz mayka, 01 ədəd şalvar sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla 01(bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Siyəzən rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, 1(bir) ədəd açılıb-bağlanan bıçaq məhv edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsa məxsus 02(iki) ədəd köynək sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar