Məhkəmə qərarları › İş №1(124)-166/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-166/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-166/2023 19.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı ildə Quba rayonu Orta Xuc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu Aşağı Xuc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış və satmış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərini xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə külli miqdarda yəni, 666,379 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Quba rayonu, Orta-Xuc kəndində yerləşən evdə müxtəlif hissələrə bölməklə saxlamış, 30 mart 2022-ci il tarixdə saat 22 radələrində həmin marixuanadan 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,385 qram, 0,216 qram olmaqla ümumi təmiz çəkisi 0,917 qram qurudulmuş marixuananı tanışı Şahid1 20 manat borcunun qarşılığında satmışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edərək 2022-ci ilin fevral ayının sonlarında yaşadığı Quba rayonu, Orta-Xuc kəndindəki evin həyətində dibçəklərdə əkərək həmin toxumlardan cücərmiş xeyli miqdarda yəni, 04 (dörd) ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə kultivasiya etmiş, 30 mart 2022-ci il tarixdə saat 23 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Orta-Xuc kəndində saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman evin qarşısında həyətdə 04 ədəd dibçəkdə hər birində 1 ədəd olmaqla, ümumi çəkisi 35 qram olan aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə bitkiləri, habelə yaşadığı evin qonaq otağındakı pəncərənin qarşısında bir ədəd sellofan torbanın içərisində külli miqdarda, yəni ümumi təmiz çəkisi 660 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd sellofan torbada 14 (on dörd) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,320 qram, 0,430 qram, 0,411 qram, 0,388 qram, 0,415 qram, 0, 408 qram, 0,490 qram, 0,547 qram, 0,323 qram, 0,428 qram, 0,356 qram, 0,237 qram, 0,483 qram, 0,226 qram olan, ümumi çəkisi 5,462 qram, ümumilikdə külli miqdarda, yəni 665,462 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 03 (üç) ədəd qara rəngli karton kağızlarda siqaret üçün kalka kağızları, həmin pəncərədən 01 (bir) ədəd qırmızı rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olduğu üçün hər gün istifadə etmiş, sentyabr ayında Sumqayıt şəhərində bir nəfərdən marixuana almış, ayın 29-u, təxminən saat 14 radələrində Şahid1 onun evinə qonaq gəlmiş və onlar axşam saat 20-21 radələrinə qədər evdə olmuşlar. Nison evdən çıxan zaman 5-6 nəfər evə gəlmiş, evinin pəncərəsində üç ədəd, 15 sm ölçüsündə çətənə kolu olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, 2011-ci ildən bəri narkotik vasitədən istifadə etmiş, axırıncı dəfə isə tutulmazdan əvvəl, yəni sentyabr ayından yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Evdə 66 qram narkotik vasitə olmuş, elektron tərəzi olmamış, narkotik vasitə aldığı şəxs ilə telefonla əlaqə saxlamış, axırıncı dəfə narkotik vasitəni 600 manata almışdır. Aldığı zaman narkotik vasitə bir bükümdə olmuş, şəxsi istifadəsi üçün bükümlərə ayırmış, təxminən 11-12 büküm olmuşdur. Şahid1 2004-cü ildən tanımış, onunla heç bir düşmənçiliyi olmamış, onun narkotik vasitədən istifadə etməsini kənd camaatından eşitmiş və Nisona borcu olmamışdır. Şahid1 təxminən saat 14:00-dan 21:00-dək onun yanında olmuş, həmin gün o, həyətdə işlədiyi zaman Şahid1 da orada oturmuşdur. Polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etməmiş, əvvəllər də məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilərkən baş verənləri demiş və narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu ilk olaraq evinin həyətində tutmuş, daha sonra evin içərisinə girmişlər. Sellofan torbada olan narkotik vasitəni polis əməkdaşlarına özü təqdim etmiş, tərəzini isə onlar özləri ilə gətirmişlər. Polis əməkdaşları 66 qram narkotik vasitəni ilk olaraq tərəzidə yoxlamamış, digər otağa keçmiş və daha sonra narkotik vasitəni tərəzidə çəkmişlər. Onda 660 qram narkotik vasitə olmamış, yaxın məsafəni yaxşı görmədiyi üçün istintaq zamanı sənədləri oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, heç bir zaman Şahid1 narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, 2021-ci ilin yaz aylarında istifadə etdiyi “nəşə”lərin içərisindən aşkar etdiyi toxumları yığmış və bir neçə ədəd toxumu yaşadığı evin həyətində dibçəkdə əkmiş və avqust ayında yetişmiş, həmin dibçəkdə yetişmiş bir ədəd kolun üzərində olan kütləni yığıb istifadə etməsi üçün qurutmuşdur. Həmin kütləni sellofan torbaya yığıb yaşadığı evdə saxlamışdır. Saxladığı narkotik vasitə olan marixuanadan özü üçün istifadə etmiş və bəzən də tanışlarından istəyən olduqda əvəzsiz olaraq istifadə etmələri üçün vermişdir. Həmçinin əldə etdiyi toxumlardan bir neçəsini 2022-ci ilin fevral ayının sonlarında dibçəklərdə əkmişdir ki, yetişsin, lakin kollar tam böyüməmişlər. O, Şahid1 tanıdığını və münasibətlərinin normal olmduğunu bildirmişdir. Nisona 20 manat borcu olmuş, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Nison onun evinə gəlmiş və ondan 20 manat pulunu istəmiş, o da Nisona 20 manat pulun əvəzində qurudulmuş marixuana təklif etmiş, Nisona 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Nison ondan 3 ədəd bükümdə qurudulmuş marixuananı götürdükdən sonra çıxıb getmişdir. X5 da kənddə işləməsinə görə onunla birlikdə qalır və ayrı mərtəbədə yaşayır. xx.xx.2022-ci il tarixdə Nison evdə olan zaman Yaşar evə gəlmiş və onlarla görüşüb otağına getmiş, Nisonla aralarında olan narkotik vasitə ilə bağlı məsələdən məlumatı olmamışdır. Ümumiyyətlə, Yaşar onunla birlikdə qaldığı müddət ərzində Yaşarın yanında narkotik vasitədən istifadə etməmiş, həmçinin dibçəklərdə əkdiyi çətənə kollarının da gül şitilləri olduqlarını deyərək Yaşarı aldatmışdır. Yaşar da narkotik vasitələrdən istifadə etmədiyindən, həmçinin tanımadığından çətənə kollarının gül şitilləri olduqlarına inanmışdır. Təxminən saat 23 radələrinə yaxın evdə olan zaman darvaza qapısı döyülmüş və qapını açdıqda Əlövsət Bayramov həyətə daxil olmuşdur. Əlövsət ilə görüşdükdən sonra artezian sularına nəzarət etməsinə və su borusunu kənd əraizisində olan bağ sahələrinə gedən vintilin açılıbbağlanmasına nəzarət etməsi səbəbindən həmin boru vasitəsilə gələn sudan istifadə etməyi ilə bağlı olaraq pul verməli olduğunu bildirmiş, O da Əlövsətlə razılaşmış və bu zaman küçədən səs eşitdiyindən darvazanı açıb küçəyə çıxmışdır. Təxminən saat 23 radələrində yaşadığı evin qarşısında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq çağırmışlar və narkotik vasitələri əldə etməkdə, saxlamaqda və satışında şübhəli olduğunu, buna görə üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılacağı və bu məqsədlə video çəkilişdən istifadə ediləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış apardıqdan sonra, üzərində qanunla qadağan olunmuş əşya aşkar edilməmiş və ondan narkotik vasitə saxlamağı barədə soruşduqda, yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Onun razılığı ilə yaşadığı evə daxil olmuşlar və həyətdə dibçəklərdə olan çətənə kolllarını təqdim edərək, həmin kolları əkdiyini bildirmişdir. Daha sonra yaşadığı evə daxil olmuşlar və evdə olan zaman qonaq otağında pəncərənin qarşısında saxladığı sellofan torbada olan narkotik vasitələri təqdim etmişdir. Həmin sellofanlara da baxış keçirilmiş və içərisində aşkar olunmuş bükümlərlə birlikdə qurudulmuş kütlədə götürülmüş və elektron tərəzidə ölçülərək qablaşdırılmışdır. Həmçinin toxumlarda aşkar olunub götürülmüşdür. Sellofanda olan qurudulmuş marixuananı özü əkdikdən sonra əldə etdiyi çətənə bitkisini qurutmaqla əldə etmiş və həmin kütlənin böyük hissəsini bir sellofan torbada, qalan hissələrini isə istifadə etməyi üçün ayrı-ayrı bükümlərə yığmış, həmçinin toxumları da əkdiyi çətənə kollarından əldə etmişdir. Həmçinin aşkar olunmuş elektron tərəzi və narkorik vasitələri istifadə etməyim üçün aldığı kağız qablarda olan kalkalar da aşkar olunub götürülmüş, dibçəklərdə olan kollar da çıxarılıb qablaşdırılmışdır. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzidə ölçüldükdən sonra ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış və müdafiəçim ilə birlikdə imzaladıqdan sonra müdafiəçisi ilə birlikdə polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 Təqsirləndirilən şəxs çətənə kolu əkib-becərməsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında 30 aprel 2022-ci il tarixdə onun yaşadığı evə getdiklərini, Təqsirləndirilən şəxs onda qanunsuz maddə olub-olmadığını soruşulduqda evində qanunsuz maddə olduğunu bildirdiyini, onun razılığı əsasında içəri girdiklərini, həyətində 3-4 dibçək çətənə kolu, həmçinin plastmas yeşiklərdə kiçik ölçüdə çətənə kolu olduğunu, bununla yanaşı evində sellofanda və bükümlərə ayrılmış marixuana, tərəzi və çətənə kolunun toxumları aşkar edildiyini bildirmişdir. Həmçinin digər polis əməkdaşları Şahid1 saxlamış, lakin onun saxlanmasında özü iştirak etməmiş, Şahid1 Elmandan narkotik vasitə aldığını demişdir. Polis əməkdaşları tərəfindən marixuananın miqdarı artırılmamış, aşkar edilənlər Təqsirləndirilən şəxs məxsus olmuşdur. Baxış istintaq hərəkəti gecə saat 23 radələrində keçirilmiş, təqsirləndirilən şəxsin üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilən marixuananın miqdarını xatırlamamış, təxminən 15 büküm olmuş, 5-6 bükümdə çətənə kolu toxumları, həmçinin sellofanda da çəkisini xatırlamadığı marixuana olmuşdur. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. xx.xx.2022-il tarixdə əməliyyat aparatına daxil olmuş məlumatın yoxlanılması məqsədilə, o və NMQ-nun əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrindən sonra Şahid1 Quba rayonu Orta Xuc kəndində saxlanılmış və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilməklə üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olması soruşulduqda, üzərində marixuana olduğunu bildirmişdir. Nison onlarla birlikdə Quba RPŞnə gətirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Nison vəkil İbrahim müəllim tərəfindən müdafiə olunmasına etiraz etməmişdir. Şəxsi axtarış zamanı Nisona üzərində olan əşyaları təqdim etməsi bildirildikdə əynində olan gödəkcənin cibindən 3 ədəd bükülünü çıxarıb təqdim etmiş və içərisində marixuana olduğunu, həmin bükümləri 20 manata Orta Xuc kənd sakini olan tanışı Elmandan aldığını bildirmişdir. Aşkarlanmış bükümlərə baxıldıqdan sonra elektron tərəzidə ölçülmüş və kağız zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumatın yoxlanılması məqsədilə o və NMQ-nun əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs Quba rayonu Orta Xuc kəndində saxlanılmış və üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitələrin satışında şübhəli olduğu bildirilməklə şəxsi axtarış və baxış keçirilməsi məqsədilə təhqiqatçı Mübariz Zəkəryəyev dəvət edilmiş və Təqsirləndirilən şəxs saxlanılmasının əsasları izah edilməklə üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş heç bir əşya aşkarlanmamışdır. Elmandan yaşadığı evdə narkotik vasitə olması barədə soruşulduqda etiraf edərək narkotik vasitəsi olduğunu bildirmiş və özünün icazəsi ilə onlar darvazadan içəri daxil olmuşlar. Həyətdə dibçəklərdə çətənə kolları aşkarlanmış və Elman səmimi etiraf edərək çətənə kollarının özünə məxsus olduğunu və özü tərəfindən əkilib becərildiyini bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri aqronomun iştirakı ilə götürülmüşdür. Daha sonra Elman yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Elmanın iştirakı ilə yaşadığı evə daxil olmuş və o, pəncənin yanında saxladığı iki ədəd sellofanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofanda olan kütləyə baxış keçirilmiş və qurudulmuş marixuana aşkarlanmış, elektron tərəzidə ölçülmüşdür. Daha sonra digər sellofana baxış keçirilmiş və içərisində xırda bükümlər aşkarlanmışdır. Həmin bükümlərdən 14 ədəd bükümdə qurudulmuş marixuana və 5 ədəd bükümdə isə toxumlar, həmçinin 03 ədəd qara rəngli karton kağızlardakı siqaret üçün kalka kağızları aşkarlanmış, aşkarlanmış predmetlər elektron tərəzidə ölçülərək qablaşdırılmışdır. Həmin zərfləri Elman və müdafiəçisi imzalamışdır. Baxış yekunlaşdıqdan sonra sənədləşmənin aparılması üçün Elman müdafiəçisi ilə birlikdə Quba RPŞ-nə dəvət olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, 2022ci ilin mart ayının 30-u əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs yaşadığı kəndə getmiş, yaşadığı həyətin qarşısında ona yaxınlaşaraq özlərini tədqim etmiş, narkotik vasitələrin saxlanılması barədə təqsirləndirilən şəxsə sual verilmiş və o, evdə narkotik vasitə olduğunu bildirmişdir. Etirazı olmadığı üçün təhqiqatçı tərəfindən ərizəsi alınaraq evinə daxil olduqlarını, Təqsirləndirilən şəxs evində olan 14 büküm sellofan torbadakı marixuananı, beş bükümdə olan narkotik tərkibli toxumları, bununla yanaşı bir ədəd tərəzini təqdim etdiyini, həmçinin onun həyətində çətənə kolları olan dörd ədəd dibçək olduğunu bildirmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması və satışında şübhəli olması barədə olmuş, ondan əvvəl Şahid1 saxlanılmışdır. Şahid1 Təqsirləndirilən şəxs ona 20 manat borclu olduğunu və bunun qarşılığında Təqsirləndirilən şəxs üç büküm marixuana verdiyini söyləmişdir. Təqsirləndirilən şəxsin evindən elektron tərəzi götürülmüş, o, həmin tərəzini məişətdə istifadə etdiyini söyləmişdir. Narkotik vasitənin çəkisi 660 qrama yaxın olmuş, həmin narkotik vasitənin hansı tərəzi ilə çəkildiyini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs evinə təxminən saat 20-21 radələrində qonaq getmiş, orada çay içib söhbət etdikdən sonra öz evinə qayıtmaq istəyərkən polis əməkdaşları evə girmişdir. Həmin vaxt onun üzərində olan üç ədəd narkotik vasitə axtarış zamanı aşkar edilmişdir. O narkotik vasitəni qəsəbədə mağazanın qarşısından, siqaret qutusunun içərisindən tapmış, qonaq getdiyi zaman isə həmin narkotik vasitənin gödəkcəsinin cibində olduğunu unutmuşdur. Onun Elmanla heç bir düşmənçiliyi olmamış, Elmana dəmir parçaları satmış, buna görə də ondan 20-30 manat alacağı olmuş, Elmanın evinə Novruz bayramı ilə əlaqədar getmiş, həmin vaxt ondan borcunu qaytarmasını istəməmişdir. Elmanın evindən təxminən saat 22-23 radələrində getmək istəmiş, bu zaman evdə o, Elman və onun Əlövsət adlı qonşusu olmuşdur. O, istintaq zamanı Təqsirləndirilən şəxs adını verməmiş, polis əməkdaşları ona fiziki və ya psixi zor tətbiq etməmiş, onlara narkotik vasitəni Elmandan aldığını söyləməmişdir. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, bildirmişdir. Onu saxlayan polis əməkdaşlarından Ruslan adlı şəxsi tanımış, digərinin adını bilməmişdir. Polis əməkdaşları Elmanın həyətində onu saxlayıb üzərinə baxıb narkotik vasitəni aşkar etdikdən sonra onu avtomobilə mindirib polis bölməsinə aparmışlar. Elman onun tutulduğunu görməmiş, həmin vaxt o da Elmanın tam olaraq harada olduğunu bilməmişdir. O, latın əlifbası ilə oxuya bilmədiyi üçün təqdim edilən sənədləri oxumadan imzalamış, kiril əlifbası ilə ifadə ilə tanış olduğu barədə yazı yazmışdır. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində Quba rayonu Orta Xuc kəndinə Elmanın evinə getmişdir. Elmanın evinə getməyinə səbəb ona olan 20 manat borcunu almaq üçün olmuşdur. Elmanın evinə gəlmiş və birlikdə çay içmişlər. Bu zaman Elmandan ona olan 20 manat borcunu qaytarmasını istəmiş, həmin vaxt Elman ona olan 20 manat borcunun əvəzində narkotik vasitə olan marixuana verməyi təklif etmiş, o da Elmanın təklifi ilə razılaşmışdır. Elman da ona olan 20 manat borcunun əvəzində 3 ədəd bükümdə narkotik vasitə marixuana vermişdir. Elmandan narkotik vasitəni aldıqdan sonra şəxsi istifadəsi üçün əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoymuş və Elmanla sağollaşıb evdən çıxmışdır. Orta Xuc kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etməklə üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olması barədə soruşmuşlar, o da səmimi etiraf edərək üzərində narkotik vasitə olmasını bildirmişdir. Bu məqsədlə onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılacağına görə ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyi bildirilmişdir. O da əynində olan qara rəngli gödəkcənin sol yanında cibində olan 3 ədəd bükümdə narkotik vasitəni çıxarıb stolun üzərinə qoymuşdur. Ondan həmin bükümlərdə nə olması və haradan əldə etməyi barədə soruşulduqda, həmin bükümlərdə narkotik vasitə marixuana olduğunu və bükümləri tanışı Elmandan 20 manat borcunun əvəzində aldığını bildirmişdir. Aşkar olunmuş bükümlərə baxış keçirildikdən sonra elektron tərəzidə ölçülmüş, ardıncada zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfi müdafiəçisi ilə birlikdə imzalamışdır. Bu barədə video çəkiliş aparılmasına heç bir etiraz etməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 mart 2022-ci il tarixli “təxirə salınmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Quba rayonu, Aşağı-Xuc kəndində yaşayan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, üzərində gəzdirməsi, satması, qanunsuz olaraq kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu Orta-Xuc kəndində yaşadığı evdir. Evin qarşısında həyətdə 04 ədəd dibçəkdə hər birində 1 ədəd olmaqla narkotik tərkibli çətənə bitkiləri, yaşadığı evin qonaq otağıdankı pəncərənin qarşısında bir ədəd sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana və 03 (üç) ədəd qara rəngli karton kağızlarda siqaret üçün kalka kağızları, həmin pəncərədən 01 (bir) ədəd qırmızı rəngli elektron tərəzi aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/307 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs mənzilindən ...” yazısı və imzalar olan 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi – 660 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs evindən ...” yazısı və imzalar olan kağız paketdəki sayı 14 (on dörd) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri : 0,320 qram, 0,430 qram, 0,411 qram, 0,388 qram, 0,415 qram, 0, 408 qram, 0,490 qram, 0,547 qram, 0,323 qram, 0,428 qram. 0,356 qram, 0,237 qram, 0,483 qram, 0,226 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 665,462 qramdır. Təqsirləndirilən şəxs götürülmüş marixuanalar və Şahid1 götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdə 05 (beş) ədəd kağız bükümlərdə ümumi çəkisi 0,965 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs həyətindən...” yazısı və imzalar olan kağız paketdəki sellofan torbanın içərisində sayı 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 35 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyi olmadığı üçün həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunub-olunmaması sualına cavab verilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/321 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ...” yazısı və imza olan kağız paketdəki 01 (bir) ədəd qırmızı rəngli elektron tərəzinin üzərində və 03 (üç) ədəd qara rəngli karton kağızlardakı siqaret üçün kalka kağızlarının içərisində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2022-ci il tarixli 2408 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 06 aprel 2022-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 03 ədəd kağız paketdə 664,562 qram (1-15 №-li ob) qurudulmuş marixuana, 34,92 qram 04 ədəd (17-20 №-li ob) çətənə bitkisi, 0,915 qram (16 №-li ob) toxumlar, 0,797 qram (21-23 №-li ob) marixuana, 01 ədəd kağız paketdə 0,857 qram marixuana, 01 ədəd kağız paketdə qırmızı rəngli elektron tərəzi və 03 ədəd qara rəngli kalka kağızları Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Quba RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanan maddi sübutların saxlanc anbarına təhvil verilmiş 3 ədəd kağız paketdə 664,562 qram (1-15 №-li ob) qurudulmuş marixuana, 34,92 qram 04 ədəd (17-20 №-li ob) çətənə bitkisi, 0,915 qram (16 №-li ob) toxumlar, 0,797 qram (21-23 №-li ob) marixuana, 1 ədəd kağız paketdə 0,857 qram marixuana, 03 ədəd qara rəngli kalka kağızları məhv edilməlidir. 1 ədəd qırmızı rəngli elektron tərəzi məcburi qaydad dövlət nəfinə müsadirə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 312 ( üç yüz on iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 30 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 03 ədəd kağız paketdə 664,562 qram (1-15 №-li ob) qurudulmuş marixuana, 34,92 qram 04 ədəd (17-20 №-li ob) çətənə bitkisi, 0,915 qram (16 №-li ob) toxumlar, 0,797 qram (21-23 №-li ob) marixuana, 01 ədəd kağız paketdə 0,857 qram marixuana, 03 ədəd qara rəngli kalka kağızları məhv edilsin. 01 ədəd qırmızı rəngli elektron tərəzi məcburi qaydad dövlət nəfinə müsadirə olunsun. Təqsirləndirilən şəxs 312 (üç yüz on iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar