Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-166/2024 29.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Masallı rayonu Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu Əhmədli kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhərində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 182.2.2, 182.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmiş, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərilməsi, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrarən tələb etmiş, vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünün istifadəsində olan (050) 713 73 72, (070) 278-26-66, (055) ***-**-** mobil telefon nömrələrindən 02 dekabr 2020-ci il tarixdən 2021-ci ilin avqust ayının təxminən sonlarına qədər olan müddətdə, müxtəlif vaxtlarda Quba, Qusar, Ağdaş rayonlarında, Gəncə şəhərində olarkən, 2020-ci ilin yanvar ayından etibarən tanış olduğu Quba şəhər sakini Zərərçəkmiş şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə zəng edərək aralarında sevgi münasibətləri olduqları vaxt, sonuncu ilə yaşadığı evində 2 dəfə onunla cinsi əlaqədə olarkən onu videokamera ilə çəkdiyini, həmin görüntüləri ərinə göstərəcəyi, həmin videogörüntüləri yaymaqla onu biabır edəcəyi, Quba rayonunda əxlaqsız qadın olması barədə söz çıxaracağı, Türkiyə Respublikasında ali təhsil alması ilə əlaqədar yaşayan oğlunu və ərini döydürəcəyini, onları öldürəcəyini deyib hədə-qorxu gələrək, onun haqqında rüsvayedici məlumatlar yayma, yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə, vahid niyyətlə, ilk dəfə 02 dekabr 2020-ci il tarixdə, saat təxminən 11 radələrində Ağdaş şəhərində olarkən Zərərçəkmiş şəxs1 zəng edərək 1.000 manat, təxminən bir neçə gün sonra, yəni 2022-ci ilin təxminən dekabr aynın əvvəllərində 600 ABŞ dollar olmaqla həmin dövrün məzənnəsi ilə 1020 manat, 2021-ci ilin təxminən yanvar ayının əvvəllərində 500 manat, 2021-ci ilin təxminən yanvar ayının sonu, fevral ayı ərzində, müxtəlif günlərdə hər dəfə 500 manat məbləğində olmaqla 3 dəfəyə cəmi 1.500 manat, 2021-ci ilin təxminən iyun ayının əvvəllərində 500 manat, 2021-ci ilin iyun ayının təxminən sonlarında 1.000 manat, 2021-ci ilin təxminən iyul ayının sonunda 300 manat, sonuncu dəfə isə 2021-ci ilin təxminən avqust ayının sonlarında, saat təxminən 10 radələrində Gəncə şəhərində olarkən Zərərçəkmiş şəxs1 zəng edərək 750 manat məbləğində pulları təkrarən hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs1 da onun bu hədələrinin təsiri altında qorxaraq, 03 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona “whatsapp” mobil tətbiqi vasitəsi ilə şəxsiyyət vəsiqəsinin şəkilini göndərdiyi X6 adına "xxxx" MMC-nin Quba poçt şöbəsindən 1.000 manat, 12 dekabr 2020-ci il tarixdə ona “whatsapp” mobil tətbiqi vasitəsi ilə şəxsiyyət vəsiqəsinin şəkilini göndərdiyi X11 adına 600 ABŞ dollarına görə həmin dövrün məzənnəsi ilə 1.020 manat məbləğində pul göndərməklə, 2021-ci ilin təxminən yanvar ayının əvvəllərində, saat təxminən 08:30 radələrində Quba şəhəri, Heydər Əliyev prospekti, Quba Poçt şöbəsinin yaxınlığında yerləşən "xxxx" MMC-nə məxsus "xxxx" adlı aptekdə 500 manat məbləğində pulu ətir qutusunun içərisinə qoyub verməklə, 2021-ci ilin fevral ayı ərzində, müxtəlif günlərdə, saat təxminən 17 radələrində Quba şəhəri, Vaqif küçəsi, 25-ci məhəllə, 32/33 kvartalda yerləşən “Jalə” adlı marketə hər dəfə 500 manat olmaqla 3 dəfəyə ümumilikdə 1.500 manat, 2021-ci ilin təxminən iyun ayının əvvəllərində, saat təxminən 17 radələrində Quba şəhəri məhəllə 29 ünvanında yerləşən əvvəllər işlədiyi "xxxx" MMC-nə məxsus “Zəfəran” adlı aptekə 500 manat məbləğində pul qoymaqla, 2021-ci ilin iyun ayının sonu, iyul ayının əvvəllərində, saat təxminən 17 radələrində 1.000 manat məbləğində pulu Quba şəhəri məhəllə 29 ünvanında yerləşən həmin aptekdə şəxsiyyəti istintaq məlum olmayan şəxsə verməklə, 03 avqust 2021-ci il və 04 avqust 2021-ci il tarixlərdə "xxxx" MMC-nin Quba poçt şöbəsindən Təqsirləndirilən şəxs hədələrinin təsiri altında X12 adına hər dəfə 150 manat məbləğində olmaqla ümumilikdə ona 2 dəfəyə 300 manat məbləğində pul göndərməklə Təqsirləndirilən şəxs onun hədələrinin təsiri altında cəmi 5.820 manat məbləğində pul vermişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin təxminən noyabr ayında Qusar şəhərində tanış olduğu Zərərçəkmiş şəxs2 oğlu Şahid1 2021-ci ilin təxminən may ayının əvvəllərində Quba şəhərində iş qurduğunu, bu işi qaydasına qoymaq üçün 300 ABŞ dolları pul lazım olduğunu, 1 həftəyə bu pulu qaytarcağını yalandan vəd verib aldatmaqla 2021-ci ilin təxminən may ayının əvvəllərində, saat təxminən 18 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət”-in qarşısında Şahid1 şəxsiyyəti istintaqa məlum olmayan, cinayətdən xəbərsiz bir nəfər kişi cinsli şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus həmin vaxtın məzənnəsi ilə 510 manat olan 300 ABŞ dolları nağd pul almış, eyni niyyətlə təxminən bir neçə gün sonra Şahid1 Quba rayonunda işlətdiyi fəhlələrin zəhmət haqlarını ödəmək üçün 450 manat pul lazım olduğunu 2 gün əvvəl aldığı 300 ABŞ dolları ilə birlikdə 1 həftə ərzində qaytaracağını yalandan vəd verib aldatmaqla 2021-ci ilin təxminən may ayının əvvəllərində, saat təxminən 16 radələrində Quba şəhərində, “Zamin Bank”-ın yaxınlığında, “Şah Plov” restoranının qarşısında Şahid1 idarə etdiyi “Mersedec Sprinter” markalı, AZ **-BE-*** qeydiyyat nişanlı avtomobilin içərisində sonuncudan Zərərçəkmiş şəxs2 məxsus 450 manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 960 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin təxminən noyabr ayında Qusar şəhərində tanış olduğu Zərərçəkmiş şəxs3 2021-ci ilin təxminən may ayının ortalarında “X27” qonaqlarının gəlib istirahət etdiklərini, onları qonaq etməkdən ötrü təcili olaraq 800 manat məbləğində pul lazım olduğunu, qısa müddət ərzində qaytaracağını yalandan vəd verib aldatmaqla 2021-ci ilin təxminən may ayının ortalarında, saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən “Vega” marketdə sonuncunun arvadı Şahid3 Zərərçəkmiş şəxs3 məxsus 800 manat məbləğində nağd pulu almış, eyni niyyətlə təxminən bir neçə gün sonra Zərərçəkmiş şəxs3 əvvəl aldığı 800 manat məbləğində pulla birlikdə qaytaracağını yalandan vəd verib aldatmaqla Qusar rayonu “X9” olan qonaqlarının istirahəti adı ilə 2021-ci ilin may ayının təxminən sonlarında, saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən evində ondan 400 manat məbləğində nağd pul almış, eyni niyyətlə təxminən bir neçə gün sonra gələn həftə aldığı bütün pulu qaytaracağını yalandan vəd verib, “X9” qonaqları saxlamaqdan ötrü çox xərcinin çıxdığını yalandan bildirib aldatmaqla xərclik adı ilə 2021-ci ilin may ayının təxminən sonlarında, saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən evinin həyətində Zərərçəkmiş şəxs3 500 manat məbləğində nağd pul almış, 2021-ci ilin təxminən iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs3 zəng edərək Gəncə şəhərində təzə iş qurduğunu, işlətdiyi fəhlələrə zəhmət haqlarını vermək üçün 500 manat məbləğində pul lazım olduğunu, bir neçə gün sonra Qusar şəhərinə gəlib istədiyi 500 manat da daxil olmaqla ondan aldığı 2.200 manat məbləğində pulu bir yerdə qaytaracağını yalandan vəd verib aldatmaqla 2021-ci ilin iyun ayının təxminən əvvəllərində, saat təxminən 12 radələrində, şəxsiyyəti istintaqa məlum olmayan, cinayətdən xəbərsiz kişi cinsli şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən “Vega” adlı mağazasında ondan 500 manat məbləğində nağd pul alıb öz şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 2.200 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin təxminən iyun ayının ortalarında Qusar şəhər sakini Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostu vasitəsi ilə onun arvadı Şahid2 işlədiyi Qusar şəhər 2 nömrəli tam orta məktəbdə pensiya yaşına çatması ilə əlaqədar çalışma müddətini 1 il əlavə uzatdırcağına yalandan söz verib onu inandıraraq, bu məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 600 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib onu aldatmaqla, özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşib, bu adla 2021-ci il iyun ayının təxminən ortalarında, saat təxminən 13 radələrində Xaçmaz rayonu Xudat şəhərində yerləşən Dəmiryol Vağzalının yaxınlığında Zərərçəkmiş şəxs2 600 manat məbləğində nağd pul alıb, həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 600 (altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar arvadı Şahid2 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsi ilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin təxminən iyun ayının sonlarında Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostu vasitəsi ilə onun oğlu Şahid1 “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də sürücü vəzifəsinə təyin etdirəcəyinə yalandan söz verib onu inandıraraq, bu məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin vacib olmasını bildirib onu aldatmaqla, özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşib, bu adla 2021-ci ilin təxminən iyun ayının sonlarında, saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanda yerləşən evində 1.500 manat, növbəti gün, saat təxminən 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus həmin evdə eyni niyyətlə əlavə 500 manat almaqla, bu işə görə vahid niyyətlə iki dəfəyə ümumilikdə 2.000 manat məbləğində nağd pul alıb həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 2.000 manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar oğlu Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsi ilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin təxminən iyun ayından etibarən Ağdaş şəhərində tanış olduğu Zərərçəkmiş şəxs4 “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsində işləyən tanışı X44 vasitəsi ilə onu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də mühafizəçi vəzifəsinə təyin etdirəcəyini yalandan söz verib onu inandıraraq, bu məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsində işləyən X28 xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin vacib olmasını bildirib onu aldatmaqla, Zərərçəkmiş şəxs4 900 manat məbləğində pul düzəldə bildiyini, bundan əlavə pul verməyə imkanı çatmadığını deyəndə, onun xətrini istədiyinə, aralarında olan dostluq münasibətlərinə görə, ona kömək etmək adı ilə istədiyi qalan 600 manat pulu onun yerinə özünün verəcəyini yalandan deyərək, özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşib, bu adla 2021-ci ilin təxminən iyul ayının ortalarında, saat təxminən 13 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən parkda olan kafedə 900 manat məbləğində nağd pul alıb, həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 900 manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsi ilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə onu təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin təxminən iyun ayından etibarən Ağdaş şəhərində tanış olduğu, siqaret məmulatlarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, cəbhə bölgəsində yerləşən hərbi hissələrə yardım göndərəcəyini deyib, ona müxtəlif markalı siqaretlərin siyahısını verərək almaq istədiyini yalandan bildirib aldatmaqla, 2021-ci ilin təxminən iyul ayının sonlarında, saat təxminən 12 radələrində Zərərçəkmiş şəxs5 Ağdaş şəhəri, Müşfiq İsayev küçəsində, nömrəsiz ünvanda yerləşən mağazasında ondan alacağını dediyi cəmi 1.113 manat dəyərində olan, hər blokda 10 qutu olmaqla, 10 blok nazik “Kent-4”, 5 blok “Kent-8”, 4 blok qalın “Kent-4”, 6 blok göy qutuda olan nazik “Sobranie”, 2 blok ağ qutuda olan nazik “Sobranie”, 3 blok ağ qutuda olan qalın “Sobranie” markalı siqaretlərini götürüb pulunu ödəmək üçün avtomobildən pul qabını götürüb dərhal qayıdacağını yalandan bildirib, onu aldadıb siqaretlərin olduğu paketlə birlikdə mağazadan çıxıb taksi fəaliyyəti ilə məşğul olan Ağdaş şəhər sakini X7 məxsus “Vaz 2115” markalı, **-OB-*** qeydiyyat nişanlı avtomobilə əyləşib oradan gedərək Zərərçəkmiş şəxs5 məxsus cəmi 1.113 manat dəyərində siqaretlərin pulunu ödəməyərək onun cəmi 1.113 manat dəyərində əmlakını aldadıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ifadə vermək və suallara cavab vermək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 178.2.2, 182.2.2, 182.2.4, 32.4,312.2-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, əslən Masallı rayonu Əhmədli kəndindəndir. 1999-2022-ci illərdə Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən Peşə liseyini sürücü ixtisası üzrə bitirmişdir. X4 1998-ci ildə vəfat etmişdir. Ailələri 62 yaşlı anası X18 və qardaşı X13 ibarətdir. X3 ailəlidir, təxminən 15 ildir öz ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Evin sonbeşiyi qardaşı X33 isə Masallı rayonu Əhmədli kəndində yaşayır, kənd təsərrüfatı ilə məşğul olur. Ailə üzvləri ilə heç bir əlaqəsi, görüşü yoxdur. 2010-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərinə gedərək, orada bir müddət fəhlə işləmişdir. Rusiya Federasiyasına gedəndən sonra da ailə üzvləri ilə əlaqələrini kəsmişdir, hal-hazırki vaxta qədər onlarla heç bir əlaqəsi qalmamışdır. Özü əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, məkhum olunmamışdır. Hərbi xidmətdə olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2012-ci ildə Bakı şəhər sakini, soyadını unutduğu Günay adlı qadınla el adəti ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Günayla təxminən 1 ay ərzində ailəli qalmışlar, onunla Masallı rayonu Əhmədli kəndində yaşamaq istəmədiyinə görə ayrılmışlar. Günayla övladları olmamışdır. Günaydan sonra bir daha ailə həyatı qurmamışdır. Bir müddət Bakı şəhərində xırda məişət avadanlıqlarının alqı-satqısı ilə məşğul olub özünü dolandırmışdır. Özünün daimi evi olmamış, kirayələrdə yaşamışdır. Sonradan al-ver etdiyi şəxslərlə əlaqələri yarandığına görə Xaçmaz şəhərinə gəlmişdir. 2018-ci ildən hal-hazıradək Xaçmaz şəhərində gündəlik kirayə verilən evdə kirayədə qalır. Qaldığı evin ünvanını dəqiq bilmir, Xaçmaz şəhərində bazarın yaxınlığında gündəlik kirayə verilən evlərdən biridir. Orda əsasən Xaçmaz bazarında işləyən işçilər günü 3 manata kirayədə qalmışlar. Özü isə qab-qacaq, ətriyyat, kosmetik vasitələr satmaqla özünü dolandırmışdır. Həmin malları Bakı şəhərindən “Sədərək” ticarət mərkəzindən ucuz qiymətə alıb üstünə pul qoyub gətirib əsasən Xaçmaz, Quba, Qusar, Ağdaş, Kürdəmir, Balakən, Zaqatala rayonlarında, Gəncə şəhərində satışını həyata keçirib çörək pulu qazanmışdır. Eləcə də, Xaçmaz şəhər bazarında meyvə alqı-satqısı ilə də məşğul olur. Özü ağır şəkər xəstəsidir, qara ciyər serrozundan əziyyət çəkir. Əsgərlikdə olarkən sümük vərəmi xəstəsi olmuş, müalicə kursları keçəndən sonra səhhəti normallaşmışdır. Quba rayon sakini Zərərçəkmiş şəxs1 2020-ci ilin təxminən yanvar ayından etibarən tanımış, onların tanışlıqlarından sonra aralarında sevgi münasibətləri yaranmış, bir müddətdən sonra münasibətləri pisləşmişdir. 2018-ci ilin təxminən payız aylarından etribarən Quba, Qusar, Xaçmaz rayonlarında məişət əşyalarının, ətir, kosmetika, eləcə də, meyvə-tərəvəz məhsullarının alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 da Quba şəhər bazarında yerləşən "xxxx" adlı aptekdə satıcı işləmiş, bir neçə dəfə ondan şəkərə qarşı dərman almış, Zərərçəkmiş şəxs1 ilə də bu zaman tanış olmuşdur. Sonradan Ulduzla yaxın münasibətləri yarananda, söhbət zamanı Ulduz ona aptekdə işləməklə yanaşı Quba şəhərində yerləşən Qan Bankında da işlədiyini demişdir. Ulduzu özünə inandırmaq, onda özünə qarşı nüfuzlu şəxs obrazı yaratmaqdan ötrü yalandan Prezidentin mühafizə xidmətində mühafizəçi işlədiyini, eyni zamanda biznes fəaliyyəti ilə də məşğul olduğunu, əlinin hər yerə çatdığını, nə vaxt ehtiyacı olsa zəng edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 ilk vaxtlar onunla münasibət qurmağa çəkinsə də, sonradan bir neçə dəfə onun işlədiyi aptekə gedib onunla söhbətləşəndən sonra bir-birlərinə mobil telefon nömrələrini verib telefonla danışmağa başlamışlar. Get-gedə Zərərçəkmiş şəxs1 ilə münasibətləri daha da yaxınlaşmış, aralarında səmimiyyət yaranmışdır. Ulduza sevgi etirafını etmiş, ondan xoşu gəldiyini bildirmişdir. Sonra onların münasibətləri daha da dərinləşməyə başlamış, Ulduz da onu sevdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ailəli qadın olduğuna görə onunla gizli əlaqə saxlamış, hətta əri evdə olmayanda onu Quba şəhərində yerləşən evinə çağırmış, onun razılığı, istəyi ilə də onun evində 2 dəfə qarşılıqlı cinsi əlaqədə olmuşlar. Ulduzla aralarında sevgi münasibətləri olduğuna görə, Ulduz ona özü və ailə üzvləri haqqında danışmışdır. Zərərçəkmiş şəxs1 dediyinə görə oğlu Toğrul Türkiyə Respublikasında Universitetdə oxumuşdur. Ulduzun ərini də qiyabi tanımış, onun ərinin adı Laçın olmuş, Laçın da Quba bazarında mebel mağazasında işləmişdir. Laçının Ulduzun əri olduğunu bilsə də, onunla aralarında heç bir yaxınlıq, dostluq münasibətləri olmamışdır. Özü də Ulduzla aralarında səmimi münasibət olduğunu əri Laçına hiss etdirməmiş, bilmişdir ki, əgər əri Ulduzun onunla aralarında olan sevgi münasibətlərindən xəbər tutsa, Ulduzu boşayar, ailələrində ciddi problemlər olar, eyni zamanda özünə də problem yaradar. Ona görə də, Ulduzla aralarında olan yaxın münasibəti gizli saxlamağa çalışmış, Ulduzun özü də ərindən çox çəkinmişdir. Zərərçəkmiş şəxs1 ilə əsasən onun daimi istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlamışdır. Məhz bu nömrədən Ulduz ona sevgi məzmunlu mesajlar yazmışdır. Ulduzun inamını, etibarını qazanmaq üçün ona özünü nüfuzlu, imkanlı, şəxs kimi tanıtmış, ona bizneslə məşğul olduğunu, geniş əlaqələri olduğunu, tez-tez xarici ölkələrə gedib-gəldiyini demiş, Ulduz da onun bu sözlərinə inanmışdır. Ulduza lazım olduğunu deyib şəxsiyyət vəsiqəsinin fotoşəklini “whatsapp” ilə ona göndərməsini tapşırmış, Ulduz da ona inanaraq, öz şəxsiyyət vəsiqəsinin fotoşəkilini “whatsapp” ilə istifadəsində olan (070) *** ** ** mobil telefon nömrəsinə göndərmişdir. Sonradan Ulduzun ona fotoşəklini göndərdiyi şəxsiyyət vəsiqəsindən istifadə edərək onun adından özünə (050) *** ** ** mobil nömrəsini almışdır. Üstündən xeyli müddət keçdiyinə görə bu mobil telefon nömrəsini hansı mağazadan aldığını xatırlamır. Ulduzla tez-tez zəngləşib danışmışlar, onunla istifadəsində olan (070) *** ** ** mobil telefon nömrəsindən “whatsapp” ilə videogörüntü ilə əlaqə saxlamışlar. Bir müddət sonra Ulduza yalandan onunla cinsi əlaqədə olarkən ondan xəbərsiz videoçəkiliş apardığını, bu videogörüntüləri diskə köçürüb saxladığını, bu diski onun ərinə verəcəyini deyib hədələmişdir. Bu sözləri Ulduza yalandan demiş, onunla cinsi əlaqədə olarkən heç bir videoçəkiliş aparmamışdır. Zərərçəkmiş şəxs1 bu sözlərindən sonra çox qorxaraq bircə aralarında olan bu məsələləri heç kəsə danışmaması, onu rüsvay etməməsi üçün ona yalvarmışdır. Görəndə ki, Zərərçəkmiş şəxs1 bu sözünə inanıb ondan çox qorxmağa başlamışdır, bundan istifadə edərək ondan pul almaq qərarına gəlmişdir. Ona əlaqəni kəsərsə, telefon zənglərinə cavab verməzsə aralarında olmuş intim münasibətlər barədə ərinə deyəcəyini bildirmişdir. Ulduzu daha da qorxudub təsir altında saxlamaqdan ötrü onun üçün adam öldürməyin çox rahat iş olduğunu, əlinin uzun olduğunu, lazım olsa ərini və oğlunu da öldürə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 ərinin mağaza müdiri olduğunu, həm əri, həm özünün maşın sürdüyünü, imkanlarının yaxşı olduğunu onların evlərində olduğu üçün bilmişdir. Ulduzu qorxudub ondan pul ala biləcəyini fikirləşmişdir. 2020-ci ilin dekabr ayının əvvəlində Ağdaş rayonunda olduğu vaxt pula ehtiyacı olduğundan, istifadəsində olan (050) *** ** ** nömrəli mobil telefondan Zərərçəkmiş şəxs1 (050) ***-**-** nömrəli telefonuna zəng edərək ondan tez bir vaxtda 1000 manat pul verməsini, yoxsa ərini və oğlunu öldürəcəyini, özünü də Quba rayonunda biyabır edib əxlaqsız qadın olması haqqında söz çıxaracağını, onunla cinsi əlaqədə olarkən çəkdiyi videogörüntüləri də yayacağını deyib onu şantaj etmişdir. Ulduz onun şantajından qorxaraq razılaşmış, 03 dekabr 2020-ci il tarixdə istifadəsində olan 070 *** ** ** nömrəli mobil telefon nömrəsindən “whatsapp” proqramı ilə şəxsiyyət vəsiqəsinin surətini ona göndərdiyi X19 adlı qadının adına poçt vasitəsi ilə 1000 manat məbləğində pul göndərmişdir. X36 da Ulduzun onun adına göndərdiyi 1000 manat pulu "xxxx" MMC-nin Ağdaş poçt şöbəsindən çıxardıb ona vermişdir. X37 şəhər sakini olmuş, Ağdaş şəhərində alver edərkən onun evində kirayədə yaşadığına görə tanış olmuşdur. Ofelya Rüstəmovaya yalandan şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, alverlə bağlı malın pulu olduğunu demiş, Dövlət ittihamçısı bu pulu Zərərçəkmiş şəxs1 hədələyərək qorxudub şantaj etməklə onun adına poçtla göndərtdiyini bilməmişdir. Dövlət ittihamçısıya həmin puldan heç bir məbləğdə verməmişdir. Bundan bir neçə gün sonra təkrarən Ağdaş rayonunda olarkən, istifadəsində olan (050) *** ** ** nömrəli mobil telefondan Zərərçəkmiş şəxs1 (050) ***-**-** nömrəli telefonuna zəng edərək yenə də onu rüsvay edəcəyi ilə hədələmiş, onunla cinsi əlaqədə olarkən çəkdiyi videogörüntü olan diski ərinə göstərəcəyini deyib qorxutmuş və ondan 600 ABŞ dolları məbləğində pul tələb etmişdir. Ulduza öz 070 *** ** ** nömrəli mobil telefonumun “whatsapp” proqramı ilə X29 adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini göndərmişdir ki, pulu bu adamın adına yollasın. Elnur Kərimov da Ağdaş rayon sakinidir, taksi xidməti ilə məşğul olurdu, Ofelya Rüstəmovanın evində kirayədə qalarkən onun küçəsində görüb tanımışdır. Ulduza bu şəxsin adına 600 ABŞ dolları məbləğində pul göndərməsini tələb etmiş, lakin Ulduz poçt vasitəsi ilə ABŞ dolları əskinası ilə pul göndərmək mümkün olmadığını bildirib, 600 ABŞ dollarının məzənnəsinə uyğun olaraq 1020 manat məbləğində pul tapıb göndərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 12 dekabr 2020-ci il tarixdə həmin pulu Qubadan poçt vasitəsi ilə göndərmişdir. X20 yalandan şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, alverlə məşğul olduğunu, onun adına göndərilən bu 1020 manat pul da malın pulu olduğunu demişdir. Elnur da ona inanmış, bu pulu şantajla Zərərçəkmiş şəxs1 almasından xəbərsiz halda 1020 manat məbləğində pulu Ağdaş şəhərində yanında poçtdan çıxardıb ona vermişdir. Bundan sonra ona yenə pul lazım olduğuna görə 2021-ci ilin təxminən yanvar ayının əvvəllərində Qusar şəhərində olarkən, Ulduza zəng edib ondan 500 manat məbləğində pul tələb etmişdir. Ulduza pulu bu dəfə "xxxx" MMC-nin Quba Poçt şöbəsi ilə üzbəüz yerləşən "xxxx" aptekə qoymasını, gedib ordan götürəcəyini demişdir. Ulduz pulu dediyi kimi həmin aptekə qoyandan sonra 2021-ci ilin təxminən yanvar ayının əvvəllərində gedib pulu ordan götürmüş və istifadəsində olan 050 *** ** ** nömrəsi ilə ona zəng vurub pulu götürdüyünü demişdir. Ulduz pulu qutunun içində qoymuş, üzərində də adını və həmin mobil telefonunu qeyd etmişdir. Bu pulu həmin aptekdə işləyən bir qızdan götürmüşdür. Ulduzun ona çatdırmaq üçün aptekə qoyduğu 500 manat pulu götürdüyü aptekdə işləyən bu qızı tanımamış, onun Zərərçəkmiş şəxs1 şantaj etməsindən məlumatı olmamış, həmin qıza adına bir qutu qoyulduğunu, öz nömrəsini deyib bu qutunu götürmüşdür. Bu pulu alandan bir müddət sonra 2021-ci ilin təxminən yanvar-fevral aylarında, müxtəlif günlərdə, səhv etmirsə (050) 713 73 72, mobil telefon nömrələrindən 3 dəfə Ulduza zəng etmiş, onu rüsvay edəcəyi ilə hədələmiş və hər dəfəsində 500 manat pul verməsini tələb etmişdir. Xatırladığına görə Ulduza zəng edib ondan şantaj yolu ilə bu pulları istəyərkən Qusar rayonunda qalmış, ona Qusar şəhərinin ərazisində olarkən müxtəlif yerlərdən bu zəngləri etmişdir. Sonra ona bu pulları aparıb Quba şəhərində fəaliyyət göstərən “Jalə” marketdə satıcı qızın yanına qoymasını tapşırmışdır. Ulduz da onun dediklərini yerinə yetirmişdir. 2021-ci ilin təxminən fevral-mart ayları ərzində, ayrı-ayrı günlərdə 3 dəfə Quba şəhərində, yeni avtovağzalın yaxınlığında, Vaqif küçəsində yerləşən “Jalə” marketə gedib orada kassada kassir işləyən tanımadığı qızlardan hər dəfə 500 manat olmaqla toplam 1500 manat pulu Ulduzdan bu yolla alıb götürmüşdür. Ulduz həmin pulları sellofan torbanın içərisinə qoyub, üzərinə də ona zəng etdiyi telefon nömrələrini yazmışdır. O da gedib həmin “Jalə” marketin kassasında işləyən qızlara özünü təqdim edib, adına pul qoyulduğunu bildirib götürmüşdür. “Jalə” marketin kassasında işləyən qızları tanımamış, onların bu pulları Zərərçəkmiş şəxs1 şantaj edərək almasından məlumatları olmamışdır. 2021-ci ilin təxminən iyun ayının əvvəllərində Ağdaş rayonunda olarkən yenə də ona pul lazım olduğu üçün özünün 070 ***-**-** mobil telefon nömrəsindən Ulduzun 050 ***-**-** mobil telefon nömrəsinə zəng edərək ondan təkrar 500 manat məbləğində pul göndərməsini tələb etmişdir. Bu zaman Ulduz yalvarmağa başlamışdır ki, daha verməyə pulu yoxdur, borc tapıb verməyə də adam tapmır, pis vəziyyətdədir, lakin Ulduza mütləq pulu tapıb verməsini, əgər pulu çatdırmasa ərinin yanına bazara gedib onu biyabır edəcəyini, onunla cinsi əlaqədə olarkən çəkdiyi videgörüntü olan diski də ərinə verəcəyini bildirmişdir. Ulduza pulu təşkil edib əvvəl özü işlədiyi adı "xxxx" olmuş, sonradan adı dəyişib “Zeytun” olan aptekə qoymasını tapşırmışdır. Təxminən 2-3 gün sonra Ulduz pulu təşkil etdiyini, aparıb ona dediyi “Zeytun” aptekə qoyacağını demişdir. Bundan sonra hazırda adını xatırlamadığı bir nəfər kişini aptekə göndərib 500 manat məbləğində pulu oradan götüzdürmüşdür. Həmin kişiyə tanışından alacağı olduğunu, işi çox olduğundan özü gedib bu pulu götürməyə vaxtı olmadığını deyib, aptekin yerini ona izah edib, özünün yerinə bu pulu götürməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs1 şantaj edib bu pulu almasından xəbərsiz halda pulu götürüb ona vermişdir. Daha sonra 2021-ci ilin təxminən iyun ayının sonlarında da Ağdaş rayonu ərazisində olarkən, yenə ona pul lazım olduğuna görə 070 ***-**-** nömrəli mobil telefonundan Zərərçəkmiş şəxs1 050 ***-**-** nömrəli mobil telefonuna zəng edərək ona əvvəlki kimi eyni sözlərini deyib təcili 1000 manat məbləğində pul verməsini tələb etmişdir. Bu dəfə də, Ulduz çox yalvar-yaxar etmişdir ki, daha pul tapa bilmir, imkanı yoxdur, ancaq Ulduza təcili pulu çatdırmasını, pulunun olmamasının onun vecinə olmadığını, əgər rüsvay olmaq, oğlunun ölməyini, onunla cinsi əlaqədə olarkən çəkdiyi videogörüntü olan diskin ərinin əlinə düşməsini istəmirsə, bu pulu tezliklə təşkil edib ona verməsini bildirmişdir. Ulduz da çıxılmaz vəziyyətdə qalıb pulu tapıb ona xəbər edəcəyini demişdir. Ulduza Quba şəhərində yerləşən əvvəllər işlədiyi adı "xxxx" olmuş, sonradan adı dəyişib “Zeytun” olmuş aptekə pulu qoymasını, adam göndərib pulu götürəcəyini bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 pulu düzəltdiyini xəbər vermiş, Quba şəhərinə gəlib 2021-ci ilin təxminən iyun ayının sonu, iyul ayının əvvəlində, təxminən saat 18 radələrində hazırda adını xatırlamadığı, Zərərçəkmiş şəxs1 iyun ayının əvvəlində 500 manat pulu götürən tanışına bir daha çatmalı pul olduğunu deyib onun vasitəsi ilə aptekdən pulu götüzdürüb özünə almışdır. Ona bir daha vaxtı olmadığından özünün yerinə gedib pulu götürüb ona gətirməsini xahiş etmiş, bu şəxs də Ulduzu şantaj etməsindən xəbərsiz halda gedib bu pulu aptekən götürüb daha sonra ona vermişdir. Bundan sonra 2021-ci ilin təxminən iyul ayının sonu, avqust ayının əvvəllərində xatırladığına görə Gəncə şəhərində olarkən ona pul lazım olduğundan, özünün (055) ***- **-** mobil nömrəsindən Ulduzun (050) ***-**-** mobil nömrəsinə zəng edərək, 300 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs1 yenə də yalvar-yaxar edib ondan əl çəkməsini desə də, Ulduza başqa yolu olmadığını, pulu verməli olduğunu, əgər pulu verməsə adına söz çıxardıb biyabır edəcəyəni, aralarında olan söhbətləri ərinə gedib danışacağını bildirmişdir. Ulduz da pulu düzəltmək üçün bir az vaxt istəmişdir. Ulduza 3 gün vaxt verdiyini deyib pulu poçt vasitəsi ilə ona deyəcəyi adamın adına göndərməsini tapşırmışdır. 03 avqust 2021-ci il tarixdə Ulduz zəng edib 150 manat pul düzəltdiyini, qalan 150 manatı da sonrakı gün tapıb göndərəcəyini demişdir. Ulduza poçta gedib ona zəng edib poçtun işçisinə telefonu verməsini tapşırmış, Ulduz da onun dediyi kimi 03 avqust 2021-ci il tarixdə, saat təxminən 17 radələrində getdiyi poçtdan ona zəng vurub, telefonu poçtun işçisinə vermişdir. Onunla danışan poçtun qadın işçisinə Gəncə şəhərində bazarda işləyən tanışı X12 adını, soyadını demiş, o da pulu Elşənin adına köçürtmüşdür. 04 avqust 2021-ci il tarixdə də eyni qaydada Ulduz Elşənin adına poçtla 150 manat məbləğində pul göndərmişdir. Elşən Axundluya da işlə əlaqədar adına pul gələcəyini, şəxsiyyət vəsiqəsi olmadığına görə bu pulu onun adına göndərmələrini tapşırdığını demişdir. Elşən də problem olmadığını deyərək, adına göndərtdiyi bu pulu Gəncə şəhərində poçtdan alıb ona vermişdir. Bir müddətdən sonra, yəni 2021-ci ilin təxminən avqust ayının sonlarında, dəqiq xatırlamadığı gündə pul lazım olduğuna görə, Ulduza zəng edərək ondan 750 manat pul tələb etmiş, Ulduz pul verməkdən imtina edəndə, ona yenə istədiyi 750 manat pulu çatdırmasa, ərinə onunla cinsi əlaqədə olduğuna dair videogörüntülər olan diski verəcəyini, oğlu Toğrulun başına oyun açacağını bildirib hədə-qorxu gəlmişdir. Üstündən xeyli vaxt keçdiyinə görə Ulduza bu zəngi edərkən dəqiq olaraq hansı rayonun ərazisində olduğunu, ona haradan zəng etdiyini xatırlamamış, ancaq Ulduz artıq onda pul olmadığını, bundan sonra ona heç bir məbləğdə pul verməyəcəyini, barəsində polisə şikayət edəcəyini demişdir. Ulduzun polisə gedib şikayət etməsindən qorxduğuna görə ona Quba rayon polis şöbəsində tanışlarının olduğunu, lazım olarsa orada olan ayaqyolunu ona yuduzduracağını deyib qorxuzmuşdur. Ancaq Ulduzun ondan polisə şikayət etmək fikrinin olduğunu görüb, ona bir müddət zəng vurmamışdır. Bir müddət keçəndən sonra isə, yenidən onu şantaj edib pul almaq məqsədi ilə müxtəlif nömrələrdən Ulduza zəng etsə də, onun telefon zənglərinə cavab verməmiş, Ulduzu axtarsa da, onunla heç bir yolla əlaqə saxlaya bilməmişdir. 2022-ci ilin dekabr ayında pula ehtiyacı olduğuna görə yenə də, Zərərçəkmiş şəxs1 şantaj edib, ona hədəqorxu gəlib pul almaq fikrinə düşmüşdür. Ulduz telefon zənglərinə cavab vermədiyinə görə, onunla üz-üzə danışmaq qərarına gəlmiş və 30 dekabr 2022-ci il tarixdə işlədiyi Quba şəhərində yerləşən Qan Bankına gedib, Ulduzla orada görüşüb onunla danışmaq istəsə də, Ulduz söhbət etməkdən imtina edib əsəbi şəkildə getməsini tələb etmişdir. Orada başqa adamlar olduğuna görə Ulduza hədə-qorxu gələ bilməmiş, Ulduz da ona rədd ol deyərək oradan qovmuşdur. Ulduzun öz xoşu ilə onunla danışmayacağını, bu yolla onu qorxuda bilməyəcəyini görüb X52in telefon nömrəsinə zəng etməklə Ulduza ərini tanıdığını, aralarında olan intim münasibətləri ona danışa biləcəyini göstərib, bu yolla ona hədə-qorxu gəlməyə çalışmışdır. Ulduzun əri Laçının mobil telefon nömrəsini 2020-ci ilin dekabr ayında Ulduza hədə-qorxu gəlməyə başladığı vaxtlarda Quba bazarında işləyən tanışlarına işlə bağlı lazım olduğunu deyib onlardan almışdır. Pula çox ehtiyacı olduğundan, heç yerdən pul tapa bilmədiyindən Ulduzu qorxudub ondan pul almaqdan başqa yolu qalmamışdır. Ona görə də, 2023-cü ilin yanvar ayının əvvəlində Laçının telefonuna zəng edərək, ona yalandan arvadı Ulduzun ətir alaraq 180 manat borclu qaldığını, ona olan borcunu təsdiq edən diskin də olduğunu demişdir. Laçın Abdullayev bu məsələni Ulduza danışıb ondan soruşacağını, bildiyinə görə də Ulduzun onun şantajını başa düşüb qorxması üçün bu sözləri üstüörtülü şəkildə Laçına demişdir ki, Ulduza çatdırsın. Bu söhbətdən sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayacağını gözləsə də, Zərərçəkmiş şəxs1 ona geri zəng etməmiş, bir neçə gün sonra isə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Qusar şəhər sakini Zərərçəkmiş şəxs2 2020-ci ilin noyabr ayından tanımışdır. Həmin ərəfələrdə Qusar şəhəri, T.İsmayılov küçəsində Fəxrəddin adlı şəxsə məxsus olan evdə kirayədə qalmışdır. Tez-tez ora yaxınlıqda yerləşən “Vega” mağazasından ərzaq alarkən, həmin mağazanın sahibi Zərərçəkmiş şəxs3 üzünə Zərərçəkmiş şəxs2lə tanış olmuşdur. Zərərçəkmiş şəxs3la da həmin mağazadan gündəlik alış-veriş zamanı tanış olmuşdur. Ona yalandan oğlunun Qusar şəhərindəki “N” saylı hərbi hissədə xidmət etdiyini, ondan muğayət olmaq üçün kirayə ev tutub orada qaldığını bildirmişdir. Mağazadan alış-veriş edərkən, çox vaxt malları nağd pul ödəməklə almış, bəzi hallarda isə nisyə götürüb sonradan ödəmişdir. Ona özünü biznes fəaliyyəti ilə məşğul olan, böyük nəslin nümayəndəsi kimi təqdim etmiş, 7 qardaş olduqlarını, hər birinin böyük vəzifələrdə işlədiklərini demişdir. Münasibətləri yaxınlaşandan sonra aralarında etibarlı münasibət yaranmışdır. Tez-tez Qusar şəhərində qonşu kimi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 evində qonaqlıqlarda olmuş, hətta səhv etmirsə 2 dəfə Zərərçəkmiş şəxs2 Qusar şəhəri, H.Əliyev prospekti 116 ünvanında olan evində də qonaq kimi gecələmişdir. Bir neçə dəfə də, Zərərçəkmiş şəxs2 onu sonradan Qusar rayonu Samur qəsəbəsində kirayədə qaldığı üçün oğlu Çingizlə öz maşınları ilə Samur qəsəbəsinə aparıb-gətirmişlər. Onlara yalandan əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olduğunu, qardaşının 2 ədəd TİR tipli yük avtomobili olduğunu, həmin avtomobillərlə xaricdən Azərbaycan Respublikasına müxtəlif mallar gətirib payladıqlarını, qardaşına məxsus yük avtomobilləri gömrük keçid məntəqəsindən keçərkən nəzarət etməkdən ötrü Qusar rayonu, Samur qəsəbəsində kirayə ev tutub arada həmin evdə də qaldığını, bu səbəbdən Samur qəsəbəsinə getdiyini bildirmişdir. 2021-ci ilin təxminən may ayının əvvəllərində pul lazım olduğuna görə Zərərçəkmiş şəxs2 oğlu Şahid1 zəng edərək yalandan ona Quba şəhərində guya iş qurduğunu, həmin işlə əlaqədar 300 ABŞ dolları pul lazım olduğunu, ən geci 1 həftə ərzində qaytaracağını yalandan deyib ondan 300 ABŞ dolları pul istəmişdir. Özünü onlara bizneslə məşğul olan adam kimi tanıtdığına görə, Şahid1 də yalandan guya iş qurduğunu dediyi üçün ona inanmışdır. Ancaq faktiki olaraq, Quba şəhərində heç bir işi olmamış, bu sözü yalandan ona inanıb 300 ABŞ dollarını ona verməsi üçün yalandan demişdir. Elə fikirləşdiyi kimi də olmuş, Şahid1 bu sözlərinə inanıb pulu verməyə razı olmuş, 2021-ci ilin təxminən may ayının əvvəllərində, Bakı şəhərindən qayıdarkən, saat təxminən 18 radələrində idarə etdiyi “Mersedec Sprinter” markalı avtomobili ilə Quba şəhərində yerləşən “Asan Xidmət”-in qarşısına gəlib ona zəng etmiş, o da hazırda adını xatırlamadığı bir nəfər kişini göndərib onun vasitəsi ilə Çingizdən 300 ABŞ dollarını almış, Çingizə də zəng edib pulu göndərdiyi həmin kişiyə verməsini tapşırmışdır. Çingizi aldadıb 300 ABŞ dollarını alandan sonra bu pulu öz şəxsi məqsədlərinə sərf etmişdir. Bu pulu Şahid1 istəyərkən pulu ona geri qaytarmaq fikri olmamışdır. Həmin pulu Çingizdən götürən kişi də onun Çingizi aldatdığından xəbərsiz olmuş, həmin şəxsə tanışının verəcəyi olduğunu, pulu ondan götürüb gətirib ona verməsini xahiş etmiş, bu şəxs də heç nədən xəbəri olmadan onun xahişi ilə Çingizdən 300 ABŞ dolları məbləğində pulu alıb, Quba şəhərində gətirib ona vermişdir. Təxminən 2 gün sonra, yəni 2021-ci ilin təxminən may ayının əvvəllərində təkrarən Şahid1 zəng edərək, yenə də yalandan Quba rayonunda işlətdiyi fəhlələrin zəhmət haqlarını vermək üçün 450 manat pul lazım olduğunu, bu pulu da ondan əvvəlcədən aldığı 300 ABŞ dolları ilə birlikdə 1 həftəyə cəm şəklində ona qaytaracağına dair vəd vermişdir. Ancaq bu pulu da Çingizdən istəyərkən, məqsədi pulları ələ keçirmək olmuş, aldığı pulları Çingizə qaytarmaq fikri olmamışdır. Çingiz də ona inanıb etibar etdiyindən, həmin gün saat təxminən 16 radələrində Quba şəhərində “Şah Plov” olan restoranın qarşısında onunla görüşmüş, idarə etdiyi “Mersedec Sprinter” markalı avtomobilin içərisində, Çingizin özündən 450 manat məbləğində nağd pulu bu adla aldadıb, əlbəəl alıb bu pulu da öz şəxsi məqsədləri üçün xərcləmişdir. 2021-ci ilin təxminən may ayının ortalarında Zərərçəkmiş şəxs3 mobil telefon nömrəsinə zəng edərək yalandan qonaqlarının gəlib Qusar rayonu “X27” istirahət etdiklərini deyərək, onları qonaq etməkdən ötrü 800 manat məbləğində pul lazım olduğunu deyib istəmişdir. Ancaq faktiki heç bir qonağı gəlməmiş, Qusar rayonu “X27” heç bir tanışı istirahət etməmişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2lə tanış olarkən, onları inandırmaq, etibarlarını qazanmaq üçün özünü əsilli-köklü, tanışlı-bilişli, bizneslə məşğul olan adam kimi tanıtdığından, Zərərçəkmiş şəxs3 pul istəyərkən inandırıcı olsun deyə guya dostlarının gəlib Qusar rayonu “X27” istirahət etdiklərini, onları qonaq etdiyini yalandan demişdir. Aydın da ona çox etibar etdiyindən bu yalan sözünə inanmış, ona pul verməyə razı olub, Bakı şəhərində olduğunu, ancaq arvadı Bənurənin mağazaya nəzarət etdiyini, gedib ona məxsus Qusar şəhərində yerləşən “Vega” adlı marketdə arvadı Bənurədən bu pulu götürməsini demişdir. O da 2021-ci ilin təxminən may ayının ortalarında, saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Qusar rayonu “Vega” marketdə arvadı Şahid3 800 manat məbləğində pulu əlbəəl şəkildə almış, bu pulu öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra, yenə pul lazım olduğuna görə Zərərçəkmiş şəxs3 bir daha yalandan Qusar rayonu “X9” istirahət edən qonaqlarını saxlamaq üçün əlavə olaraq pul lazım olduğunu deyib 400 manat məbləğində pul istəmiş, pul verməkdən imtina etməməsindən ötrü də yalandan bir neçə gün əvvəl götürdüyü 800 manatı da üstünə qoyub 1200 manat pulu tam qaytaracağına söz vermişdir. Aydın da onun yalan sözünə inanıb, yenə də pul verməyə razı olmuş, 2021-ci ilin təxminən may ayının sonlarında, saat təxminən 16 radələrində Qusar şəhərində yerləşən evində ondan 400 manat məbləğində nağd pulu aldadıb almışdır. Bu söhbətdən bir neçə gün sonra, 2021-ci ilin təxminən may ayının sonlarında Zərərçəkmiş şəxs3la Zərərçəkmiş şəxs2 evindən qonaqlıqdan çıxandan sonra, saat təxminən 22 radələrində yenə də onu aldadıb pulunu ələ keçirmək məqsədilə Qusar rayonu “X9” dostlarını qonaq etmək üçün çox xərci çıxdığına görə xərclik kimi əlavə olaraq 500 manat məbləğində bir də pul verməsini xahiş etmişdir. Aydının inanıb pulu verməsi üçün də yalandan bir həftəyə ondan indiyə qədər aldığı bütün pulu qaytaracağına bir daha söz vermişdir. Zərərçəkmiş şəxs3 mağaza işlətdiyinə, al-ver etdiyinə görə üstündə həmişə pul olduğunu bilmiş, aralarında da dostluq münasibəti olduğuna, onun etibarını qazandığı üçün, Aydından pul istəyəndə ona yox deməyə utandığını bilmişdir. Elə fikirləşdiyi kimi də olmuş, Aydın elə Zərərçəkmiş şəxs2 evinin həyətində cibindən 500 manat pul çıxardıb ona vermişdir. 2021-ci ilin səhv etmirsə iyun ayının əvvəllərində Aydınla telefonla danışarkən təkrarən onu aldadıb pulunu ələ keçirmək məqsədilə Aydından 500 manat məbləğində pul istəmişdir. Aydına özünü iş adamı kimi tanıtdığından ondan şübhələnməməsi, istədiyi pulu verməsi üçün yalandan Gəncə şəhərində olduğunu, orada təzə iş qurduğunu, əlimyandıda olduğunu, istədiyi 500 manat pulla da işlətdiyi fəhlələrin əmək haqlarını ödəyəcəyini, Gəncə şəhərində olan işini yekunlaşdırandan sonra da, Qusar rayonuna qayıdıb ondan aldığı cəmi 2200 manat məbləğində pulu bir yerdə qaytaracağını demişdir. Aydın da bu sözlərindən sonra heç bir şübhə etmədən, pulu verməyə razı olmuşdur. 2021-ci ilin iyun ayının təxminən əvvəllərində, təxminən saat 12 radələrində Quba şəhərində hazırda adını xatırlamadığı, tanımadığı bir nəfər kişiyə Aydının işlədiyi mağazanın yerini izah edib ona pul çatmalı olduğunu, vaxtı olmadığına görə özü gedə bilmədiyini, həmin pulu götürməsini xahiş edib, Zərərçəkmiş şəxs3 Qusar şəhərində yerləşən mağazasına göndərib onun vasitəsi ilə 500 manat məbləğində pulu Aydından almışdır. Bu pulu həmin şəxs ona Quba şəhərində gətirib vermişdir. Onun Aydını aldatmasından xəbəri olmamışdır. Aydından bu pulu istəyərkən Gəncə şəhərində iş qurduğunu desə də, bu sözləri onu özünə inandırıb pulunu ələ keçirmək üçün demiş, həmin vaxt Gəncə şəhərində deyil, Quba şəhərində olmuşdur. Pul ona çatandan sonra bu pulu da öz şəxsi məqsədləri üçün sərf etmişdir. Zərərçəkmiş şəxs3 aldığı cəmi 2200 manat məbləğində pulları ondan istəyib alarkən heç vaxt bu pulları ona qaytarmaq fikri olmamışdır. Bundan başqa, 2021-ci ilin təxminən iyun ayının əvvəllərində, saat təxminən 14 radələrində Zərərçəkmiş şəxs2 Qusar şəhərində yerləşən evində qonaq olarkən söhbət zamanı Zərərçəkmiş şəxs2 ona arvadı Şahid2 pensiya yaşına çatdığına görə təqaüdə çıxma ərəfəsində olduğunu, ancaq arvadı Hədiyyənin daha 1 il müddətinə işləmək istədiyini demişdir. Bildiyi qədər Şahid2 Qusar şəhəri 2 saylı tam orta məktəbində müəllimə işləmişdir. Yalandan Habilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən yaxın dostu olduğunu, bu işi onunla danışıb yoluna qoyacağını demişdir. Habilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri işləyən dostu olduğunu desə də, onun konkret olaraq hansı şöbənin müdiri vəzifəsində işlədiyini, kim olduğunu, ad-soyadını deməmişdir. Həmin söhbətdən bir neçə gün sonra onlarda olarkən, yalandan guya bu işi danışdığını, 700 manat pula Şahid2 işdə qalmaq müddətini 1 ilə uzatmaq məsələsini həll edə biləcəyini bildirmişdir. Ancaq onlar yaxın olduğu üçün 600 manata bu işi həll edəcəyini demişdir. Onlar da razılaşmışlar, bir neçə gün sonra tanışı Zərərçəkmiş şəxs2 zəng edib Xaçmaz rayonu Xudat şəhərində olduğunu bildirib, 600 manatı çatdırmasını, gedib onun arvadının məsələsini həll edəcəyini demişdir. Danışdıqları kimi, 2021-ci ilin təxminən iyun ayının ortalarında, saat təxminən 13 radələrində Xudat şəhərində dəmiryol vağzalının yaxınlığında Zərərçəkmiş şəxs2 600 manat pulu almışdır. Həmin vaxt yanlarında başqa heç kəs olmamış, Zərərçəkmiş şəxs2 də yalandan narahat olmamasını, işi həll edəcəyini demişdir. Habil arvadının sənədlərinin lazım olub olmadığını soruşanda, heç bir sənədə ehtiyac olmadığını, hər şeyi özünün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostu ilə artıq danışdığını, bu işi həll edəcəyini bildirmişdir. Ancaq tanışı Zərərçəkmiş şəxs2 bunu yalandan demişdir. Düzdür, ondan həmin 600 manat pulu Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostunun adı ilə alsa da, orada heç kimi tanımamış, həmin idarədə heç bir sıravi işçi, şöbə müdiri və ya hər hansı vəzifəli şəxs olan dostu, tanışı olmamışdır. Pulu özünə götürüb şəxsi problemlərinin həllinə xərcləmiş, Zərərçəkmiş şəxs2gilə isə yalandan işi yüksək səviyyədə həll etdiyini demişdir. 2021-ci ilin iyun ayının təxminən sonlarında, günorta saatlarında Zərərçəkmiş şəxs2gildə qonaq olarkən, yenə də Habilin pulunu ələ keçirmək məqsədi ilə ona yalandan oğlu Çingizi də Respublikası Dövlət Gömrük Komitəsin Samur gömrük məntəqəsinə kargüzar kimi işə düzəldə biləcəyini, Çingizin 600 manat da əmək haqqı alacağını bildirmişdir. Ona inanmaları üçün də yalandan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləyən yüksək vəzifədə işləyən qohumları olduğunu demişdir. Çingiz onun təklifi ilə razılaşmamış, ona “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Təcili yardım avtomobilinin sürücüsü kimi işə düzəlmək istədiyini demişdir. Çingiz “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də təcili yardım avtomobilinin sürücüsü kimi işə düzəlsə onun üçün daha yaxşı olacağını, orada sürücülərin 1 gün işdə, 2 gün istirahətdə olduqlarını və onun özünün də hazırda mikroavtobus sürücüsü olduğundan bu işin ona daha uyğun olduğunu bildirmişdir. O da Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininin yaxın dostu olduğunu, qohumluqları olduğunu, onunla danışıb bu məsələni həll edə biləcəyini, ancaq Çingizi “Qusar RMX” PHŞ-də təcili yardım sürücüsü kimi işə qoymaq üçün 1500 manat pul lazım olduğunu, bu pulu da Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininə verib bu işi onunla danışıb həll edəcəyini demişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavinin adı ilə onlardan pul istəsə də, orada belə bir tanışı, qohumu olmamış, bu vəzifədə işləməmişlər. Onlara ümumi şəkildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininin dostu olduğunu, konkret olaraq Səhiyyə Nazirinin hansı müavini olmasını, ad-soyadını, hansı sahə üzrə Səhiyyə Nazirinin müavini işlədiyini deməmişdir. Özü məqsədli şəkildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavinin adını çəkmişdir ki, onlar çəkdiyi ada görə inanıb, etibar edib pulu versinlər. Nazir müavini vəzifəsinin adını deməklə pulu tələb etməsə, ona inanıb, pulu verməzdilər. Həmin gün də elə evlərində 1500 manat pulu Habildən almışdır. Pulu Zərərçəkmiş şəxs2 evdə oğlu Çingizin və arvadı Hədiyyənin yanında vermişdir. Pulu Habildən alandan bir gün sonra, səhər vaxtı onlarda olarkən yalandan Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini olan qohumu ilə danışdığını, lakin Şahid1 “Qusar RMX” PHŞ-nə sürücü kimi işə qoymaq üçün onlardan aldığı 1500 manat pulun üzərinə əlavə 500 manat da qoyub vermək lazım olduğunu, nazir müavini işləyən dostunun bu işi 2000 manata düzəldəcəyini dediyini bildirmişdir. Onlar da ona inanıb, dediklərini ciddi qəbul etmişlər və Zərərçəkmiş şəxs2 evində ona 500 manat əlavə pul vermişdir. Şahid1 “Qusar RMX” PHŞ-nə sürücü düzəltmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininə vermək adı ilə Zərərçəkmiş şəxs2 1500 manat bir, səhəri gün 500 manat da olmaqla toplam 2000 manat pul almışdır. Ancaq pulu heç kimə verməmiş, onları bu yolla aldadıb pulu ələ keçirib öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bu pulları da Habildən alarkən iş düzəltmək məqsədi olmamış, həmin pulları aldadıb ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs2 belə yalanlar danışmışdır. Sonradan öhdəsinə götürüb vəd verdiyi həm arvadı Şahid2 iş müddətinin uzadılmaması, həm də oğlu Çingizin işinin düzəlməməsinə görə onu çox axtarmışlar, pullarını tələb etsələr də onlarla görüşməkdən yayınmış, pullarını da bu günə qədər qaytarıb verməmişdir. Ağdaş rayon sakinləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 2021-ci ilin təxminən iyun ayından etibarən Ağdaş rayonunda olarkən tanımışdır. Həm Zərərçəkmiş şəxs4, Həm də Zərərçəkmiş şəxs5 ilə aralarında etibarlı münasibətlər olmuş, onlara da özünü nüfuzlu, imkanlı, tanışlı-bilişli adam kimi göstərib özünə inandırıb etibarlarını qazanmışdır. Zərərçəkmiş şəxs4la Ağdaş şəhərində Maisə adlı qadının evində birlikdə kirayədə qalmışlar. Zərərçəkmiş şəxs4 Ağdaş şəhəri yaxınlığında yerləşən meyvə bağında fəhlə işlədiyinə görə Ağdaş şəhərində müvəqqəti kirayədə qalmışdır. Mayisə adlı qadının evini tapmaqda ona Ağdaş rayonunda taksi fəaliyyəti göstərən Əbülfət adlı orta yaşlı bir şəxs kömək etmişdir. Əbülfət adlı taksi sürücüsünü 2020-ci ildə Ağdaş şəhərinə gedib orada qaldığı vaxtlardan tanımışdır. Əbüləfətə də əslən Naxçıvan Muxtar Respublikasından olduğunu, bizneslə məşğul olduğunu deyib, guya biznesinə görə Ağdaş rayonuna gəldiyini bildirmiş, Əbülfət də ona inanmışdır. 2021-ci ilin təxminən iyun ayında da Ağdaş rayoununa gedib, Ağdaş şəhərinin girəcəyində yerləşən “Ağdaş” restoranının qarşısında Əbülfət Məmmədovun gümüşü rəngli, “Vaz 2115” markalı, taksi avtomobili ilə müştəri gözlədiyini görüb onun avtomobilinə əyləşmişdir. Əbülfətə tanışlıq verib yenə də şəxsi biznesi ilə əlaqədar meyvə almaqdan ötrü Ağdaş rayonuna gəldiyini, ona müvəqqəti qalmaq üçün kirayə ev tapmaqda kömək etməsini xahiş etmişdir. Əbülfət Məmmədov da tanışlarından maraqlanıb, onu Mayisə adlı qadının evinə aparmışdır. Əbülfət Məmmədovun telefon nömrəsini götürüb harasa getmək lazım olanda əsasən onu çağırmışdır. Muradla da elə Mayisə adlı qadının evində qalarkən tanış olmuşdur. Mayisə adlı qadının evində bir otağı kirayə götürüb qalmış, Murad isə bu evin həyətində tikilən otaqda qalmışdır. Axşam vaxtlarında isə Zərərçəkmiş şəxs4 işdən gələndən sonra evin həyətində oturub onunla söhbətləşmişlər. Zərərçəkmiş şəxs4 yalandan özünü böyük bir nəslin nümayəndəsi kimi göstərib əslən Qərbi Azərbaycandan olduğunu, meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu, Ağdaş rayonuna da bu məqsədlə gəldiyini demişdir. Murad da onun nüfuzlu, tanışlı-bilişli adam olmasına inanmışdır. Zərərçəkmiş şəxs4la bir evdə qaldıqlarına görə bir müddət sonra onunla aralarında dostluq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs5lə də elə həmin ərəfələrdə Ağdaş şəhərində tanış olmuşdur. Zərərçəkmiş şəxs5 Ağdaş şəhərində, yaşadığı evin yaxınlığında siqaret məmulatlarının satışını həyata keçirən mağazası olmuş, tez-tez onun mağazasına gedib siqaret aldığına görə aralarında tanışlıq yaranmışdır. Sonradan Fəxrəddinin də etibarını qazanmaqdan ötrü, ona da eyni qaydada yalanlar danışıb, özünü nüfuzlu, tanışlı-bilişli adam kimi göstərib özünə inandırmışdır. Fəxrəddinə yalandan Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olduğunu, bir çox qohumunun müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işlədiklərini, özünün isə guya keçmiş “MTN”, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini, Ağdaş rayonunda bu orqanın xüsusi tapşırıqlarını yerinə yetirdiyini, əlinin hər yerə çatdığını, həmçinin Naxçıvan Muxtar Respublikasından olan imkanlı şəxslərin Ağdaş rayonunda yerləşən meyvə bağlarına da nəzarət etdiyini demişdir. Zərərçəkmiş şəxs5 bu yalan sözlərinə aldanıb ona etibar etmiş, həqiqətən nüfuzlu, varlı-harlı bir adam olmasına inanmışdır. Hətta Fəxrəddinin ona inanmasından ötrü taksi xidmətindən istifadə etdiyi Əbülfət Məmmədovun guya şəxsi sürücüsü olduğunu da demişdir. Get-gedə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4la aralarında yaxın, etibarlı münasibətlər yaranmış, hər ikisi ona inanıb etibar etmişlər. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 etibarını qazanandan sonra, onları aldadıb hanısa yolla pullarını ələ keçirtmək istəmiş, bunun üçün yollar axtarmışdır. 2021-ci ilin təxminən iyul ayının ortalarında Muradı aldadıb pulunu ələ keçirməkdən ötrü dostu olduğuna görə ona kömək etmək istədiyini bildirib, dövlət işinə düzəltməyi təklif etmişdir. Muradın fəhləliklə məşğul olduğunu, imkanının da yüksək olmadığını, daimi maaşı olan iş axtardığını bildiyinə görə, ona inanması üçün “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞnin direktoru Nuru Nuriyevin yaxın tanışı olduğunu, aralarında yaxşı münasibətlər olduğunu, Nuru Nuriyevə tapşırıb onu xəstəxanaya mühafizəçi işinə qoya biləcəyini bildirmişdir. Murada bu cür işləri 3000 manata düzəltdiyini, ancaq yaxını olduğuna görə, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsində işləyən Nuru Nuriyevlə özü danışıb, ona 1500 manat pul verib bu işi həll edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs4 da onu nüfuzlu adam kimi tanıdığından bu yalanına inanmışdır. “Ağdaş RMX” PHŞnin dirketoru vəzifəsində işləyən Nuru Nuriyevlə heç bir tanışlığı, qohumluğu, əlaqəsi olmamış, bu şəxsin ancaq adını eşitmiş, xəstəxananın direktoru olduğunu bilmişdir. Zərərçəkmiş şəxs4 da bu yalan sözlərinə aldanaraq inanmış, ona 1500 manat pulu verməyə razı olmuşdur. Ancaq imkanı olmadığına görə bu pulu düzəltmək üçün ona vaxt verməsini xahiş etmiş, bir neçə gün sonra 900 manat pul düzəldə bildiyini, əlavə pul düzəltməyə imkanının çatmadığını demişdir. Murad kasıb adam olduğuna görə 1500 manat pulu tam verməsində təkid etsə, bu işdən əl çəkə biləcəyini fikirləşib, yalandan ona problem olmadığını, aralarında dostluq münasibətləri olduğuna görə 1500 manat pulun qalan 600 manatını onun yerinə guya özünün verəcəyini deyib, 900 manat pulu tez bir vaxtda çatdırmasını, yaxın günlərdə Rusiya Federasiyasına gedəcəyini, qayıdandan sonra 600 manatı ondan alacağını demişdir. 2021-ci ilin təxminən iyul ayının ortalarında, saat təxminən 13 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən parkda olan kafedə Zərərçəkmiş şəxs4 onu mühafizəçi işinə düzəltdirmək üçün “Ağdaş RMX” PHŞ-nin direktoru vəzifəsində işləyən Nuru Nuriyevə vermək adı ilə 900 manat məbləğində pulu aldadıb almışdır. Zərərçəkmiş şəxs4 900 manat məbləğində pulu istəyib alarkən məqsədi bu pulu ələ keçirmək olmuş, heç vaxt Zərərçəkmiş şəxs4 işə qoymaq kimi fikri, niyyəti olmamışdır. Bir neçə gün sonra isə Murada ondan aldığı 900 manat pulun üstünə 600 manat qoyub 1500 manat pulu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsində işləyən Nuru Nuriyevə verdiyini, sənədləşmə işləri qurtarandan sonra yaxın günlərdə onu işə çağıracaqlarını demişdir. Ancaq Zərərçəkmiş şəxs4 aldığı 900 manat pulu nə Nuru Nuriyevə, nə də başqa bir adama verməmiş, bu pulu da ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etmişdir. Muradı aldadıb pulunu alandan sonra Zərərçəkmiş şəxs5 də aldadaraq onun pulunu ələ keçirmək istəsə də, Fəxrəddinin ona pul verməyəcəyini fikirləşib siqaret alqı-satqısı ilə məşğul olduğuna görə onu aldadıb siqaretlərini ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin təxminən iyul ayının sonlarında Zərərçəkmiş şəxs5 cəbhə bölgəsində yerləşən hərbi hissələrə yardım edəcəyini yalandan bildirib 100 manat dəyərində müxtəlif markalı siqaretlər almışdır. Onun etibarını qazanmaq üçün üçün həmin siqaretləri götürəndən sonra, yalandan üstündə pul olmadığını, bir azdan gətirib verəcəyini demiş, həmin gün axşam saatlarında da Fəxrəddindən aldığı siqaretlərin pulunu aparıb ona vermişdir. Bu hərəkətindən sonra Fəxrəddinin ona olan etibarı daha da artmışdır. Bu söhbətdən bir neçə gün sonra isə Zərərçəkmiş şəxs5 daha böyük məbləğdə əmlakını ələ keçirmək üçün ona Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəbhə bölgəsində yerləşən hərbi hissələrinə yardım məqsədilə siqaret göndərmək adı ilə çox sayda müxtəlif markalı siqaretlərin siyahısını vermişdir. Həmin siqaretlər onun hesablamasına görə ümumilikdə təxminən 1000 manat dəyərində olmuşdur. Zərərçəkmiş şəxs5 də həqiqətən də ondan bu siqaretləri almaq istəyinə inanaraq, verdiyi siyahıda olan siqaretləri təşkil edib ona xəbər vermişdir. 2021-ci ilin təxminən iyul ayının sonlarında, saat təxminən 16 radələrində Fəxrəddinin Ağdaş şəhərində yerləşən mağazasına getmiş, Zərərçəkmiş şəxs5 sifariş verdiyi siqaretləri sellofan paketə yığaraq ona vermişdir. Siqaretləri alandan sonra yalandan pul qabının avtomobildə olduğuna görə pulu götürüb qayıdacağını deyərək, Zərərçəkmiş şəxs5 siqaretləri götürüb mağazadan çıxıb ora getdiyi Əbülfət Məmmədovun taksi avtomobilinə əyləşmişdir. Ə.Məmmədova da avtomobili yaşadığı evə sürməsini tapşırmışdır. Zərərçəkmiş şəxs5lə aralarında etibarlı münasibətlər olduğundan siqaretləri götürüb pul gətirmək adı ilə mağazadan çıxarkən ona etiraz etməmişdir. Zərərçəkmiş şəxs5 bu siqaretləri alarkən, eləcə də bu siqaretləri alacağını bildirib ona siyahını verərkən məqsədi həmin siqaretləri ələ keçirmək olmuş, onların dəyərini ödəmək kimi fikri olmamışdır. Əbülfət Məmmədovun da Zərərçəkmiş şəxs5 aldatmasından xəbəri olmamış, onu bizneslə məşğul olan, varlı-karlı adam kimi tanıdığından bu siqaretləri Zərərçəkmiş şəxs5 aldadıb ələ keçirməsindən şübhələnməmişdir. Avtomobilə əyləşəndən sonra ona yalandan bu siqaretləri hərbi hissələrə yardım kimi göndərmək üçün aldığını demişdir. Siqaretləri alandan sonra Əbülfət Məmmədovun taksi avtomobili ilə birlikdə Ağdaş şəhərində yaşadığı Mayisə adlı qadının evinə getmiş, növbəti gün isə, Zərərçəkmiş şəxs5, eləcə də Zərərçəkmiş şəxs4 onu axtarıb tapmamalarından ötrü onlarla əlaqə saxladığı 070 *** ** ** saylı telefon nömrəsini söndürüb Gəncə şəhərinə getmişdir. Həmin vaxtdan sonra isə onlarla heç bir əlaqəsi olmamış, Zərərçəkmiş şəxs5 aldadıb aldığı siqaretləri də Gəncə şəhər bazarında olarkən az-az satıb pula çevirib özü üçün xərcləmişdir. Tutduğu bu işlərə görə çox peşimandır, bu mənfi hərəkətlərə görə xəcalət çəkir. Məqsədli şəkildə Masallı rayonundan olduğunu gizlətmişdir. Çünki bu adamları hər cür variantla, yolla aldadıb pullarını ələ keçirtmək istədiyindən, əsl mənsub olduğu Masallı rayonun adını çəkməmişdir ki, hansısa yolla sonradan maraqlanıb onu tapa bilməsinlər. Məhz gah Naxçıvan MR-dan, gah da Qərbi Azərbaycanın Sisiyan bölgəsindən olduğunu deməkdə məqsədi onu ciddi qəbul etmələri olmuşdur. Həmin bölgələrdən vəzifədə işləyən adamları qohum, tanış kimi onlara qələmə verdiyi üçün, inandırıcı olmaqdan ötrü bu bölgələrin adını çəkmişdir. Onun heç bir daimi iş yeri, peşəsi olmamış, xırdavat, qab-qacaq, ətriyyat satıb özünü dolandırmaqla məşğul olmuşdur. Aldatdığı şəxslərin inam və etibarını qazanmaq, pullarını almaqdan ötrü, ona inanmaqları məqsədilə bu cür yalan sözlər demişdir ki, ona bel bağlayıb etibar etsinlər. Faktiki onun heç bir yüksək vəzifədə işləyən qohumu, tanışı və yaxud belə şəxslərlə hər hansı əlaqəsi olmamışdır. Özü heç bir ali təhsili olmayan, orta məktəbi çətinliklə bitirən, çətin ailə şəraitində yaşayan, atasını erkən itirən bir adam olmuşdur. Çıxılmaz vəziyyətdə dolanışığı pis olduğuna görə belə fırıldaqçılıq, ona-buna kələk gəlməklə özünü dolandırmışdır. Zərərçəkmiş şəxs1 ilə telefon danışıqlarında tələb etdiyi pulu verməsə, onu biyabır, rüsvay edəcəyini, ərinə, yaxınlarına bu haqda gedib məlumat verəcəyini demiş, o da tələblərini yerinə yetirib pulları vermişdir. Ancaq onun tələblərini yerinə yetirməyəcəyi halda real olaraq onu doğurdan da rüsvay, biyabır edəcəyini konkret planlaşdırmamışdır. Amma bu sözləri ona demişdir. Etməyəcəyi halda nə edəcəyini isə yəqin, həmin vaxt qərar qəbul edərkən deyə bilərdi. Zərərçəkmiş şəxs1 tələblərini yerinə yetirdiyi üçün buna ehtiyac olmamışdır. Ancaq real olaraq onu hədələmiş, şantaj etmiş və bu yolla da ondan pullar almışdır. Bu işə onu ehtiyac vadar etmiş, onun pul sıxıntıları olmuşdur. Ulduz isə işləmiş, münasibətdə olduğu müddətdə Zərərçəkmiş şəxs1 özünə “BMW” markalı avtomobil almışdır. Ərinin də “Prado” markalı avtomobili olmuş, mebel mağazasının müdiri işləmişdir. Onların pullu ailə olduğunu bilmiş, bu yolla da Zərərçəkmiş şəxs1 pul qopartmaq fikrinə düşdüyü üçün bu addımları atmışdır. Zərərçəkmiş şəxs1 onun barəsində dedikləri doğrudur, onun dediklərini təsdiq edir. Zərərçəkmiş şəxs1 hədə-qorxu gəlib ondan müxtəlif məbləğlərdə pulları alarkən, bu hərəkətlərinə görə onun haqqında hüquqmühafizə orqanlarına şikayət edə biləcəyi ilk vaxtlar ağlına gəlsə də, hədə-qorxu tələbinə əsasən pulları verməyə başladığına görə əmin olmuşdur ki, Ulduz qorxub tələblərini axıra kimi yerinə yetirəcəkdir. Belə də olmuşdur, ona görə də, ondan pulları tələb etməyə davam etmişdir. Həqiqətən də Zərərçəkmiş şəxs2 arvadı Şahid2 Qusar şəhər 2 saylı orta məktəbdə müəllim kimi növbəti 1 ilə iş müddətini uzatmaq adı ilə ondan 600 manat məbləğində pul almışdır. Onlara yalandan guya Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz regional təhsil idarəsində şöbə müdiri vəzifəsində işləyən dostu olduğunu, bu işi də onunla danışıb həll edəcəyini demişdir. Ancaq faktiki olaraq nə Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz regional təhsil idarəsində, nə də bu sahənin başqa hər hansı bir qurumunda işləyən heç bir dostu, tanışı, yaxın adamı olmamışdır. Onun məqsədi onlara belə yalan söz deyib özünə inandırmaqla Zərərçəkmiş şəxs2 600 manat məbləğində pulunu ələ keçirmək olmuş, Zərərçəkmiş şəxs2 də bu yalan sözlərinə inanıb, bu pulu Xaçmaz rayonu Xudat şəhərində ona vermişdir. Xaçmaz rayonunda regional təhsil idarəsi deyilən bir qurumun olmamasından əvvəlcə xəbəri olmamışdır. Zərərçəkmiş şəxs2gilə belə demiş, onlar da inanmışlar. Çox sonradan bilmişdir ki, Xaçmaz rayonunda sən demə heç regional təhsil idarəsi deyilən bir qurum fəaliyyət göstərməmişdir. Əvvəllər orada Xaçmaz regional təshilin mühasibatlıq xidməti deyilən bir idarəsi olmuşdur. Zərərçəkmiş şəxs3 müxtəlif vaxtlarda, hissə-hissə olmaqla ayrı-ayrı adlarla aldadıb 2200 manat məbləğində pulunu ələ keçirmişdir. Bunu da etiraf edir. Sonradan Zərərçəkmiş şəxs3la telefonla əlaqə saxlayarkən, ondan aldığı pulları qaytaracağını desə də, bunu yalandan demişdir. Zərərçəkmiş şəxs3 bu pulları istəyərkən, məqsədi ancaq bu pulları ələ keçirmək olmuşdur. Ondan hər dəfə pul istəyərkən heç vaxt bu pulları geri qaytarmaq məqsədi, fikri olmamışdır. Bu hərəkətinə görə də peşimandır. Zərərçəkmiş şəxs3 ona həmişə yaxşı münasibətdə olmuşdur. Onu aldatdığına görə xəcalət çəkir. Bir çox mobil telefon nömrələri olmşudur. 055 612-61-06, 050 994-33-22, 051 311-90-31, 050 389-90- 77, 055 471-12-04, 070 278-26-66, 050 713-73-72, 055 ***-**-** mobil telefon nömrələri özünə məxsus olmuşdur. Bu mobil telefon nörmələrindən Ulduzun istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə müxtəlif tarixlərdə zəng edib onunla danışmış, bu nömrələrdən onunla danışarkən də, onu şantaj edib hədə-qorxu yolu ilə ondan pul almışdır. 050 ***-**-** mobil nömrəsini də Zərərçəkmiş şəxs1 ona göndərdiyi şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək almışdır. Ancaq bu mobil telefon nömrəsini hansı rayonda yerləşən mağazadan aldığını xatırlamamışdır. Zərərçəkmiş şəxs1 ilə aralarında sevgi məzmunlu yazışmalar olmuş, ona sevgi etirafı etmiş, Ulduzla 2 dəfə evində cinsi əlaqədə olmuşdur. Ulduz da onu sevdiyinə inanaraq, bu sevgi məzmunlu mesajları yazmışdır. Nömrələrini də tez-tez dəyişmiş, əsasən 070 278-26-66, 050 713-73-72, 055 407-76-66, 070 278-26-66, 055 612-61-06, 055 471-12-04, 050 994-33-22, ***-***-**-**, 051 ***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmişdir. Bundan başqa da istifadəsində telefon nömrələri olmuşdur, ancaq bu nömrələri hal-hazırda xatırlamır. Sadaladığı mobil telefon nömrələrindən 050 ***-**-** saylı mobil telefon nömrəsini Zərərçəkmiş şəxs1 adına almış, son vaxtlar isə istifadəsində 055 *** ** ** nömrəsi olmuşdur. Bu nömrədən də Zərərçəkmiş şəxs1 zənglər etmişdir. Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 3 ədəd fotoşəkillər ona məxsus olmuş, bu fotoşəkillərdən 2-si Zərərçəkmiş şəxs2 bağ sahəsində olarkən çəkilmiş, biri isə Zərərçəkmiş şəxs2 həyətində çəkilmişdir. Həmin vaxt özü də onlarla birlikdə olmuş, ona görə də şəkillərdə onun da görüntüləri düşmüşdür. Törətdiyi əməllərdən peşimandır, təqsirini də boynuna alır. Törətdiyi cinayət əməllərini tam məsuliyyəti ilə səmimi etiraf etməsini, bir daha bu cür qanunsuz əməllərlə məşğul olmayacağına söz verdiyini, ağır şəkər, qara ciyər serrozu xəstəsi və sümük vərəmi xəstəsi olmasını nəzərə alıb, ona törətdiyi bu işə görə haqqədalətlə köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, aptekdə saat 4-dən 9-a kimi ikinci növbədə işləmişdir. Elmar bir dəfə aptekə gəlib bir-iki dərman alıb getmiş, həmin vaxt öz mobil nömrəsini də qoymuşdur. Təqsirləndirilən şəxs ona iş adamı olduğunu, nəsə lazım olsa zəng etməsini söyləmişdir. Haradasa 02 ay sonra Elmar yenidən gəlmiş və yenə mobil nömrəsini qoymuşdur. Elmar üçüncü dəfə gələndə artıq pandemiya vaxtı olmuş, həmin vaxt oğlu Türkiyədə təhsil almış, pandemiya ilə əlaqədar olaraq oğlunu Türkiyədən gətirdə bilməmişdir. Təqsirləndirilən şəxs üçüncü dəfə gəlib yenidən iş adamı olduğunu, prezidentin mühafizəsində işlədiyini bildirdikdə Elmarın nömrəsini nə vaxtsa lazım olma ehtimalı ilə götürmüşdür. Elmardan xahiş edərək uşaqları ölkəyə gətirdə bilibbilməyəcəyini soruşmuş, Elmar da ondan pul istəmişdir. Pul verəndən sonra Təqsirləndirilən şəxs öz əməllərinə başlamış, “whatsapp” proqramında ona bəzi mesajlar yazmış, bir gün də pulu almağa gələndə onu qucaqlayaraq istəməyərəkdən ona toxunmuşdur. Bundan sonra pulu alıb çıxıb getmişdir. Bu hadisənin üzərindən bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək 1.000 (bir min) manat pul verməyəcəyi təqdirdə onu iş yerində rüsvay edəcəyini, ərinin yanına gedəcəyini demiş, beləcə hədə-qorxu ilə həmin pulları ondan almışdır. Uşaqların da biletini almamış, başqa bir şəxs vasitəsilə uşaqları ölkəyə gətirmişdir. Zərərçəkmiş şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq Elmara 1.000, 600, 1.200 manat və s. verdiyini, pulu ona poçt vasitəsilə göndərdiyini, hər dəfə də öz vəsiqəsini göndərmədiyini, öz vəsiqəsinin iş yerində olduğunu dediyini, hər dəfə başqa adamların vəsiqəsini ataraq pulu poçtla göndərməyini tapşırdığını göstərmişdir. Ümumilikdə Elmara haradasa 6.000 (altı min) manata yaxın pul verdiyini, Təqsirləndirilən şəxs onu rüsvay edəcəyindən qorxduğu üçün onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmədiyini bildirmişdir. Elmar ona yanına gələndə üzərində kamera olduğunu, aralarında olan münasibəti videoya çəkdiyini deyərək ona hədə-qorxu gəlmişdir. Sonuncu dəfə özünə qəsd etmək həddinə çatdığını, nəsə olsa da daha pul verməyəcəyini demişdir. Bir neçə Aydan sonra Elmar ondan aldığı pulları qaytarmaq bəhanəsi ilə əvvəlcə maaş kartının şəklini istəmiş, o maaş kartının şəklini atmaqdan imtina etdikdə şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini istəmiş, o da sonuncunu göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsi ilə özünə mobil nömrə alıb həmin mobil nömrəylə kimlərəsə zəng etmişdir. Onun barəsində Qusar rayon prokurorluğunda araşdırma başlayan zaman nömrə onun adına olduğu üçün onu da prokurorluğa dəvət etmişlər. Zərər çəkmiş şəxs ona dəymiş ziyanın heç bir şəkildə ödənilmədiyini, Elmara ümumilikdə 6.000 manata yaxın, təxminən 6.500 (altı min beş yüz) manat pul verdiyini, israrlarına baxmayaraq Təqsirləndirilən şəxs ondan əl çəkməyərək pul tələb eməyə davam etdiyini, hətta sonda ərinin mobil nömrəsini tapdıb ona zəng etdiyini, ona görə də ondan şikayətçi olduğunu və barışmayacağını bildirmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba şəhərində əri X21 ilə birlikdə yaşayır. Oğlu X1 Respublikasının İstanbul şəhərində, İstanbul Universitetinin idarəetmə və iqtisadiyyat ixtisası üzrə magistr təhsili alır. 2013-cü ildən Quba şəhərində “Birja” adlanan yerin yaxınlığında yerləşən müxtəlif apteklərdə, 2014-cü ildən 2021-ci ilin mart ayına qədər isə Quba şəhəri məhəllə 29 ünvanında yerləşən hal-hazırda adı “Zeytun”, əvvəlki adı isə "xxxx" olan aptekdə satıcı işləmişdir. Eyni zamanda 2014-cü ildən etibarən X51 Quba regional bölməsində qeydiyyatçı işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən yanvar ayının əvvəllərindən tanıyır. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəllərində Quba şəhəri məhəllə 29 ünvanında yerləşən həmin vaxtlar adı "xxxx" olan aptekdə işləyərkən, təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs aptekə gələrək dərman almış və aldığı dərmanı içmək üçün ondan su istəmiş, Elmara su verdikdən sonra onunla bir qədər söhbətləşib tanış olmuşlar. Elmarın danışıq ləhcəsindən başqa rayondan olduğunu hiss edib ondan haralı olduğunu soruşanda, Elmar hansı rayondan olduğunu deməmiş, lakin özünün iş adamı olduğunu, işi ilə əlaqədar Quba şəhərinə gəldiyini demişdir. Elmar söhbət zamanı ona iş adamı olmasından əlavə anasının da göz həkimi işlədiyini, professor olduğunu, göz klinikasının olduğunu, arvadının Polis Akademiyasında işlədiyini, bir oğlunun da Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə hərbi xidmət keçdiyini, qardaşlarının da özü kimi biznesmen olduqlarını deyərək, ona özünün alicənab, nüfuzlu insan olmasına inandırmışdır. Sonradan Elmar ona arvadının vəfat etdiyini, bunu ancaq ona dediyini, bu səbəbdən çox fikir çəkdiyini demişdir. Elmar öz telefon nömrəsini ona təqdim edib bir daha iş adamı olduğunu, əlinin hər yerə çatdığını, nə isə lazım olsa, istənilən vaxt ona zəng edə biləcəyini desə də öz nömrəsini Elmara verməmişdir. Təqsirləndirilən şəxs da öz mobil telefon nömrəsini kağıza yazaraq ona təqdim edib aptekdən çıxıb getmiş, ancaq ərli qadın olduğuna görə Elmara zəng etməmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən yanvar ayında, saat təxminən 19 radələrində işlədiyi aptekə gələrək yenə onunla söhbət etmiş, söhbət əsnasında bir daha iş adamı olduğunu, yüksək vəzifələrdə işləyən dostları olduğunu, əlinin çox yerə çatdığını deyib, nə lazım olsa ona müraciət edə biləcəyini bildirmişdir. Elmarın bu sözlərindən sonra onun dediklərinə inanıb nə işlə məşğul olduğunu soruşanda, Elmar prezident mühafizəsində mühafizəçi işlədiyini, prezidentin “X31” səfəri ilə bağlı onun da mühafizəçi kimi gəldiyini demişdir. Elmar bir daha ondan mobil telefon nömrəsini istəsə də, ona nömrəsini verməkdən imtina etmişdir. 2020-ci ilin təxminən fevral ayının əvvəllində yenidən Elmar işlədiyi aptekə gələrək, işi ilə əlaqədar Quba rayonundan keçdiyini, ona baş çəkmək üçün gəldiyini demişdir. Elmarla bir qədər söhbət edəndən sonra, öz nömrəsini deyib ona zəng etməsini istəmişdir. Təqsirləndirilən şəxs iş adamı, vacib insan olduğunu, çox adamın ona zəng etdiyini, hər adamın zənginə də cavab vermədiyini bildirmişdir. Yenə də öz mobil telefon nömrəsini ona vermədiyinə görə Elmar öz nömrəsini kağıza yazaraq, ona təqdim etmişdir. Elmar adlı bu şəxsin 3 dəfə işlədiyi aptekə gələrək ona baş çəkməsindən sonra nədənsə səmimi insan olması qənaətinə gəlmiş, Təqsirləndirilən şəxs da hər dəfə təkidlə iş adamı olduğunu, prezident mühafizəsində işlədiyini, ailə üzvlərinin də biznesmen, ziyalı insanlar olmasını, nə lazım olsa ona müraciət edə biləcəyini deyərək onda özünə qarşı inam yaratmışdır. Bu səbəbdən Elmar 3-cü dəfə işlədiyi aptekə gələndən sonra onun verdiyi nömrəni özündə saxlamışdır ki, nə vaxtsa lazım ola bilər. Elmarla bu görüşlərindən təxminən 2-3 gün sonra onun mobil telefon nömrəsinə zəng edib bir qədər söhbət etmiş, bundan sonra arabir mobil telefon vasitəsi ilə danışmağa başlamışlar. Beləliklə aralarında səmimi münasibət yaranmış, bir müddət sonra isə Təqsirləndirilən şəxsla aralarında olan bu səmimi münasibət sevgi münasibətlərinə çevrilmiş, onunla tez-tez, demək olar hər gün ərindən gizlin mobil telefonla əlaqə saxlayıb danışmışlar. Bu telefon danışıqları zamanı da Təqsirləndirilən şəxs hər dəfə guya onu çox sevdiyini deyib özünə inandırmışdır. 2020-ci ilin təxminən may ayında 3-4 dəfə Təqsirləndirilən şəxs əri işdə olduğu vaxt, gizlindən yaşadıqları Quba şəhəri, 3233-cü kvartalda yerləşən nömrəsiz evə çağırmış, onunla evlərində görüşərkən də, 2 dəfə aralarında qarşılıqlı istək, könüllü intim münasibət də olub, cinsi əlaqədə olmuşlar. Təqsirləndirilən şəxs onu həqiqətən sevdiyini fikirləşmiş, həmin vaxtlarda ona çox etibar edib inanmışdır. Elmardan ona nə vaxtsa hər hansı bir pislik dəyə biləcəyini ağlına gətirməmişdir. Elmar özü də bu ərəfələrdə ounla çox mehriban, hörmətli şəkildə danışıb özünə inandırmış, sanki onu özünə ovsunlamışdır. Elmarın onda dediyi bütün sözlərinə heç bir şübhə etmədən inanmışdır. Elmarın çox mobil telefon nömrələri olmuş, ona müxtəlif nömrələrdən zəng etmişdir. 2020-ci ilin təxminən noyabr ayının sonlarından başlayaraq Təqsirləndirilən şəxs onunla kobud formada danışmağa başlamış, onunla söhbət edərkən adam öldürməyin onun üçün çox rahat olması, hər cür pislik etməyi bacarması barədə söhbətlər etməklə onu qorxutmuş, hətta onunla “whatsapp” proqramından video ilə danışarkən əlində bıçaq fırlatmaqla üstüörtülü şəkildə onu qorxudub təsir etmişdir. Təqsirləndirilən şəxsla 2020-ci ilin təxminən iyun ayının sonlarında Quba şəhərində yerləşən evində görüşəndən sonra onunla başqa görüşləri olmamış, onunla mobil telefonla, “whatsapp” proqramından videogörüntülü şəkildə əlaqə saxlayıb danışmışlar. Elmar da ona işləri çox olduğuna görə Quba rayonuna gələ bilmədiyini demişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən noyabr ayının sonlarından başlayaraq ona aralarında olan sevgi münasibətləri, cinsi əlaqədə olmaları haqqında ərinə, ailə üzvlərinə və yaxın qohumlarına danışaraq onların yanında rüsvay, biyabır edəcəyini, onunla 2020-ci ilin may ayında yaşadığı evdə cinsi əlaqədə olarkən xəbəri olmadan videokamera ilə onu çəkdiyini, əlində bu görüntülər olan disk də olduğunu, əgər onun dediklərini etməsə, onunla əlaqəsini kəssə, bu videogörüntüləri internetdə yaymaqla, X52ə göstərməklə onu hər yerdə biyabır edəcəyini deməklə qorxudub, hədə-qorxu gəlib onu şantaj etməyə başlamışdır. Elmarla aralarında sevgi münasibətləri olduğu müddət ərzində 2020-ci ilin təxminən may ayında yaşadığı evdə 2 dəfə onunla cinsi əlaqədə olduğuna görə, onun bu sözlərinə inanıb çox qorxmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə onunla cinsi əlaqədə olduğu vaxt xəbərsiz şəkildə onu çəkdiyini, əlində bu videogörüntülər olan disk olduğunu desə də, heç vaxt bu videogörüntüləri ona göstərməmiş, heç bir yerdə yaymamışdır. Ancaq onunla cəmi 2 dəfə, yalnız öz yaşadığı evdə cinsi əlaqədə olduğuna görə, bu sözlərinin həqiqiliyinə inanmış, onda real bu videogörüntülərin olmasından, həmin videogörüntüləri yaymasından çox qorxmuşdur. 02 dekabr 2020-ci il tarixdə, saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan (050) *** ** ** nömrəli mobil telefondan onun (050) ***-**-** nömrəli telefonuna zəng edərək “mən əlimi uşaq qanı ilə yuyan adamam” deyib oğlu Toğrul Abdullayev ilə X52i öldürəcəyini, onun barəsində Quba rayonunda əxlaqsız qadın olması barədə söz-söhbət çıxaracağını, onunla cinsi əlaqədə olduğu vaxt çəkdiyi videogörüntüləri yayıb hər yerdə biyabır edəcəyini deyərək, hədəqorxu gəlib ondan 1000 manat məbləğində pul tələb etmişdir. Elmarın bu sözlərindən sonra məcbur qalaraq onun bu hədə-qorxularının təsiri altında 03 dekabr 2020-ci il tarixdə Elmarın (070) ***-**-** saylı mobil telefon nömrəsindən “whatsapp” ilə özünün (050) ***-**- ** mobil telefon nömrəsinə şəxsiyyət vəsiqəsinin şəkilini göndərdiyi X5 adına "xxxx" MMCnin Quba poçt şöbəsindən 1000 manat məbləğində pul göndərmişdir. Bundan bir neçə gün sonra, saat təxminən 12 radələrində Elmar təkrarən eyni mobil telefon nömrəsindən zəng edərək, onu rüsvay edəcəyi, oğlunu və ərini öldürəcəyi ilə hədələyərək (070) ***-**-** saylı mobil telefon nömrəsindən “whatsapp” ilə onun (050) ***-**-** mobil nömrəsinə X29 adlı şəxsin şəxsiyyət vəsiqəsinin şəkilini göndərdib poçt vasitəsi ilə həmin şəxsin adına da 600 ABŞ dolları məbləğində pul göndərməsini yenidən tələb etmişdir. Elmara poçt vasitəsi ilə ABŞ dolları göndərməsinin mümkün olmadığını deyəndə, Elmar bu pulun dəyəri olan 1020 manat məbləğində pul göndərməsini tələb etdiyindən, 1020 manat məbləğində pulu düzəltmiş, 12 dekabr 2020-ci il tarixdə, saat təxminən 15 radələrində "xxxx" MMC-nin Quba poçt şöbəsindən 1020 manat məbləğində pulu X11 adına göndərmişdir. Təqsirləndirilən şəxs bu pulu da ondan hədə-qorxu yolu ilə alandan sonra ona mütəmadi olaraq müxtəlif vaxtlarda zəng edib, onunla münasibəti kəsəcəyi halda onu biabır edəcəyini, ailə üzvlərini öldürəcəyini deyib hədə-qorxu gəlməklə, onunla əlaqəsini kəsməməsini bildirmişdir. 2021-ci ilin təxminən yanvar ayının əvvəllərində, saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs (050) ***-**-** nömrəsindən onun (050) ***-**-** nömrəsinə zəng edərək təkrarən onu rüsvay edəcəyi, ailə üzvlərini öldürəcəyini deyib 500 manat məbləğində pul tələb edərək, bu pulu "xxxx" MMC-nin Quba Poçt şöbəsi ilə üzbəüz yerləşən "xxxx" aptekə qoymasını, oradan götürəcəyini bildirmişdir. O da bu hədələrinin təsiri altında 500 manat məbləğində pulu ətir qutusunun içərisinə qoyaraq, 2021-ci ilin təxminən yanvar ayının əvvəllərində, saat təxminən 08:30 radələrində işə gedərkən yolunun üstündə olan "xxxx" MMC-nin Quba Poçt şöbəsi ilə üzbəüz yerləşən "xxxx" aptekdə tanımadığı satıcı qadına verib bir nəfər şəxsin gəlib bu qutunun götürəcəyini bildirmişdir. Həmin qadını tanımır, onun bu pulu Elmara hədə-qorxularının təsiri altında çatdırmasından məlumatı olmamışdır. Özü də bu məsələni gizli saxlamağa çalışdığına görə bu barədə heç kəsə heç bir söz deməmişdir. Qutunun üzərinə Elmarın adını və ona son zəng etdiyi (050) ***-**-** mobil telefon nömrəsini də yazmışdır. Elmar elə həmin gün pulu götürəndən sonra təxminən saat 13 radələrində ona zəng edib pulu götürdüyünü bildirmişdir. Bundan bir müddət sonra 2021-ci ilin təxminən yanvar ayının sonu, fevral ayı ərzində müxtəlif günlərdə, saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs (050) ***-**- ** nömrəsindən onun (050) ***-**-** nömrəsinə zəng edərək yenə də, həmişəki kimi onun barəsində rüsvayedici məlumatlar yayacağı, oğlunu və ərini öldürəcəyi ilə şantaj edib hədələyərək, hər dəfə 500 manat məbləğində olmaqla müxtəlif günlərdə 3 dəfə pul tələb edib bu pulları da Quba şəhərində yerləşən, deməsinə görə guya özünə məxsus olan “Jalə” marketə verməsini tələb etdiyinə görə, 2021-ci ilin fevral ayı ərzində, saat təxminən 17 radələrində 3 dəfə, hər dəfə də 500 manat olmaqla Quba şəhərində yeni avtovağzalın yaxınlığında, Vaqif küçəsində yerləşən “Jalə” marketə gedib mağazanın kassasında kassir işləyən tanımadığı qızlara cəmi 1500 manat məbləğində 3 dəfəyə pul vermişdir. Bu pulları sellofan torbanın içərisinə qoyub, üzərinə də Elmarın ona axırıncı zəng etdiyi mobil telefon nömrələrini və onun adını yazaraq kassir qızlara verib gəlib götürəcəklərini bildirmişdir. Həmin qızlar da pulları götürüb kassanın yanına qoymuşlar, ancaq bu pulları sonradan “Jalə” marketdən kimin, nə vaxt götürdüyünü bilməmişdir. Pulları verdiyi kassir işləyən qızları da tanımır, onlara bu pulları Təqsirləndirilən şəxs hədə-qorxularının təsiri altında verdiyini deməmiş, həmin kassir qızların bu məsələlərdən məlumatları olmamışdır. Elmar pulları verəndən sonra hər dəfə telefonla zəng edib pulları götürdüyünü ona demişdir. Bundan sonra təxminən 2 ay ərzində Elmar arabir ona müxtəlif telefon nömrələrindən zəng edərək, onu qorxudub onunla əlaqəsini kəsməməsini tapşırırdı. 2021-ci ilin təxminən iyun ayının əvvəllərində, saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs (070) ***-**-** telfon nömrəsindən onun (050) ***-**-** nömrəsinə zəng edərək təkrarən onunla cinsi əlaqədə olarkən çəkdiyini bildirdiyi videogörüntüləri artıq yayacağını, ərinə və yaxınlarına göstərib onu rüsvay edəcəyini, oğlu Toğrul Abdullayevi və Laçın Abdullayevi döydürəcəyini deyib şantaj etməklə ondan 500 manat məbləğində pul tələb edərək, bu pulu da əvvəllər işlədiyi adı "xxxx" olmuş, həmin vaxt isə artıq adı “Zeytun” olan aptekə qoymasını tapşırmışdır. Təqsirləndirilən şəxs şantajından qorxaraq, növbəti gün 500 manat pulu zərfə qoyub, saat təxminən 16 radələrində əvvəllər işlədiyi, Quba şəhəri məhəllə 29 ünvanında yerləşən əvvəlki adı "xxxx" olan, sonradan isə "xxxx" MMC-nə məxsus aptekə gedib orada işləyən Firuzə və Sevinc adlı keçmiş iş yoldaşlarına verib Elmara da bu barədə xəbər vermişdir. Həmin gün, yəni 2021-ci ilin təxminən iyun ayının əvvəllərində, saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs göndərdiyi kişi cinsli şəxs həmin aptekə gedib zərfə qoyulmuş 500 manat pulu Sevinc adlı keçmiş iş yoldaşından götürmüşdür. İş yoldaşları Firuzə və Sevincin Təqsirləndirilən şəxs bu pulları ondan hədə-qorxu yolu, şantaj etməklə almasından xəbərləri olmamış, özü də onlara bu haqda heç nə deməmişdir. Təqsirləndirilən şəxs sonrakı günlərdə ona zəng edib pulun ona çatdığını, zəng edəndə onun telefonlarına cavab verməli olduğunu deyib, əks halda əlindəki video çəkilişləri ərinə göstərəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayının təxminən sonlarında, saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs (070) ***-**-** mobil nömrəsindən onun (050) ***-**-** mobil nömrəsinə təkrarən zəng edərək əvvəllər ona Türkiyədə ali məktəbdə təhsil alan oğlu üçün minik avtomobili almaq barədə söhbət etdiyini bildirərək, guya bu sözünə əsasən qardaşı oğluna məxsus Bakı şəhərində yerləşən avtosalonda maşın saxlatdırdığını, bir müddət keçəndən sonra, guya onun sözünə görə maşını satmadıqları üçün maşının təkərlərinin buraxdığını əsəbi halda söyləyərək, buna görə həmin dəqiqə 1000 manat pul verməsini ondan tələb etmişdir. Elmara maşın söhbətini o vaxtı elə belə söhbət zamanı dediyini, maşını belə almadıqlarını, maşın almaq üçün maşının markasını, ilini, rəngini seçmək, özünə baxmaq lazım olduğunu bildirib, ona nə vaxt maşın almaqla bağlı konkret bu işdə kömək etməklə bağlı söz dediyini soruşmuşdur. Bu söhbətin Elmarın növbəti uydurduğu bəhanə olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs yenə də əvvəlki kimi onunla cinsi əlaqədə olarkən çəkdiyi videoçəkilişi aparıb X52ə göstərəcəyi ilə hədələyərək, təkrarən ondan 1000 manat məbləğində pul tələb etimişdir. Elmara bu qədər pul verməyə imkanı olmadığını, artıq pul tapa bilmədiyini, əvvəl verdiyi pulları da birtəhər əlavə işlər görərək ərindən xəbərsiz yığıb ona verdiyini deyib, çox yalvar-yaxar etsə də, Təqsirləndirilən şəxs onun bu sözünə, ona yalvar-yaxarına məhəl qoymamış, ona “elə etmə ki, durub bu dəqiqə qapınıza gəlim” deyərək, təhqir edib, tezliklə ona 1.000 manat məbləğində pulu çatdırmasa onunla cinsi əlaqədə olarkən çəkdiyi videoçəkiliş olan diski gətirib X52ə verəcəyini demişdir. Elmardan möhlət istəmiş, məcbur qalaraq qohumlarından borc götürüb, qara gün üçün yığdığı əmək haqlarını da toplayıb güclə 1.000 manat məbləğində pul düzəldib 2021-ci ilin təxminən iyun ayının sonu, iyul ayının əvvəlində Təqsirləndirilən şəxs zəng edib pulu götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs bu pulu da əvvəllər işlədiyi "xxxx" aptekə qoymasını tapşırdığına görə həmin gün saat təxminən 17 radələrində əvvəllər işlədiyi, Quba şəhəri məhəllə 29 ünvanında yerləşən əvvəlki adı "xxxx" olan, sonradan isə "xxxx" MMC-nə məxsus aptekə gedib Elmara zəng etmişdir. Həmin gün, tanımadığı kişi cinsli bir nəfər şəxs aptekə gələrək onu Elmarın göndərdiyini bildirib telefonunu vermiş, həmin şəxsdən telefonu götürmüş və Elmar telefonda pulu həmin şəxsə verməsini demişdir. O da “Zeytun” aptekdə Elmarın göndərdiyi şəxsə zərfin içərisinə qoyduğu 1000 manat məbləğində pulu vermişdir. Həmin vaxt apetkdə Sevinc adlı qız olmuş, lakin Sevinc aptekdə dərmanların yığıldığı anbara keçdiyinə görə bu zaman onları görməmiş, özü də Sevincə bu məsələ haqqında heç nə deməyib bunu ondan gizlətmişdir. Pulu verəndən sonra Təqsirləndirilən şəxs sonrakı günlərdə zəng edib telefonla danışarkən 1.000 manat pulun ona çatdığını demişdir. Təqsirləndirilən şəxs bu söhbətdən sonra bir müddət ona zəng edib narahat etməmişdir. 2021-ci ilin təxminən iyul ayının sonunda, saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs (055) ***-**-** nömrəsindən onun (050) ***-**-** nömrəsinə zəng edərək, yenə də əxlaqsız olduğu barədə ərinə və tanışlarına danışacağını, onunla cinsi əlaqədə olarkən çəkdiyi videoçəkilişi yayıb biyabır edəcəyini bildirib, tez bir vaxtda ona 300 manat məbləğində pul göndərməsini tələb etmişdir. Elmar Gəncə şəhərində olduğunu, şantaj yolu ilə istədiyi 300 manat pulu da poçt vasitəsi ilə dediyi şəxsin adına Gəncə şəhərinə göndərməsini tapşırmışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olduğu vaxt çəkib diskə köçürüb saxladığını dediyi videoçəkilişi yenə də yaymasından, ərinə, tanışlarına verməsindən qorxduğuna görə, məcbur olub onunla razılaşmışdır. Başa düşmüşdür ki, bu çox mundar, şərəfsiz adamdır, lap onda belə bir videoçəkiliş olmasa belə, belə bir sözü dilinə gətirdiyinə görə ondan hər cür pislik gözləmişdir. Amma artıq pul tapa bilmədiyinə, özünün yığdığı pul da qurtardığına görə, Elmara yalvarıb bir dəfəyə 300 manat pul tapmasının mümkün olmadığını deyərkən Elmar da ona 3 gün vaxt verdiyini, 300 manatı hissə-hissə ona çatdırmasını, yoxsa pis olacağını, onu hər yerdə biyabır edəcəyini bir daha bildirmişdir. Elmar pulu poçt vasitəsi ilə göndərməsini tələb etsə də, ona heç kəsin şəxsiyyət vəsiqəsinin şəklini göndərməmiş, poçta gedib oradan ona zəng vurmasını tapşırmışdır. 03 avqust 2021-ci il tarixdə, saat təxminən 17 radələrində 150 manat pul düzəldib "xxxx" MMC-nin Quba poçt şöbəsinə getmiş, orada Elmara zəng edib onun tapşırığına əsasən telefonu poçtda işləyən təxminən 25 yaşında, arıq bədən quruluşlu, adını bilmədiyi bir xanıma vermişdir. Elmar poçtda işləyən həmin qıza pulu kimin adına göndərməli olduğunu demiş, bundan sonra öz şəxsiyyət vəsiqəsini və Elmara göndərmək üçün poçt rüsumu ilə birlikdə ümumilikdə 155 manat pulu həmin qıza vermiş, o da onun adından 150 manat məbləğində pulu X30 adlı şəxsin adına göndərmiş, bu puldan 4.7 manat da poçt rüsumuna çıxılmışdır. Elmar poçtun işçisi ilə telefonla danışarkən ona pulu səhv etmirsə Gəncə şəhərinə göndərməsini deməsini eşitmişdir. 04 avqust 2021-ci il tarixdə də 150 manat məbləğində pul tapıb saat 17 radələrində "xxxx" MMC-nin Quba poçt şöbəsinə gedib Elmara zəng etmiş, Elmar da ona poçtun işçisinə yaxınlaşıb telefonu ona verməsini bildirmiş, əvvəlki gün də adından pul göndərmiş, poçtun həmin xanım işçisinə yaxınlaşaraq telefonu ona vermişdir. Həmin xanım da telefonda Elmarla danışıb yenidən ondan şəxsiyyət vəsiqəsini və 155 manat pulu götürüb onun adından 150 manat məbləğində pulu yenə də X30 adlı şəxsin adına göndərmiş, həmin puldan da 4.7 manat poçt rüsumuna çıxılmışdır. Həmin gün axşam saatlarında Elmar ona zəng edərək pulun ona çatdığını bildirmişdir. Poçtda işləyən bu qızın da Elmarın onu şantaj etməsindən xəbəri olmamış, ona bu pulu nəyə görə Elşən Axundlunun adına göndərdiyini deməmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayı ərzində arabir ona zəng edərək söhbət edib hər dəfə də onunla münasibətini kəsəcəyi halda aralarında olan intim münasibətlər haqında tanışlarına, qohumlarına danışıb onu biyabır edəcəyini, ərini və oğlunu öldürəcəyini deyib qorxudaraq, onunla əlaqəsini kəsməyə qoymamışdır. Elmar hətta bir neçə dəfə ona zəng edəndə cavab vermədiyinə görə sonradan zəng edib ona görə pulsuz qaldığını deyib onu təhqir etmiş, bir də ona cavab verməsə onun üçün pis olacağını deyib telefonu söndürmüşdür. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən avqust ayının sonlarında, saat təxminən 10 radələrində (055) ***-**-** mobil nömrəsindən onun (050) ***- **-** mobil nömrəsinə zəng edərək, ona 750 manat məbləğində pul verməli olduğunu, bu pulu ona çatdırmasa ərinə aralarında olan məsələlər barədə danışacağını, özündə saxladığı, onu çəkdiyi videoçəkiliş olan diski də ona verəcəyini, oğlu Toğrulun başına oyun açacağını deyib hədə-qorxu gəlmişdir. Elmar ona “sənin kimi insanları məhv etmək, mənim üçün qələm sındırmaq kimi bir şeydir” deyib hədələyərək bu pulu tezliklə ona göndərməsini tələb etmişdir. O da Elmarın hədə-qorxularından bezərək Quba rayon Polis şöbəsinə gedib onun barəsində şikayət edəcəyini deyəndə, Təqsirləndirilən şəxs “elə eləmə ki, səndən əlavə on min pul alım, sənə polis idarələrində ayaqyolunu yuduzduraram” deyib hədələməkdə davam etmişdir. Ancaq artıq Elmarın bu hədələrindən bezdiyindən Elmara “nə istəyirsən et” deyib onun barəsində polisə şikayət edəcəyini bildirib telefonu söndürmüşdür. Lakin Elmar ona dəfələrlə hədə-qorxu gələrkən, X23 yüksək vəzifələrdə işləyən yaxın adamlarının olduğunu, lazım gəlsə onun başına oyun açdıracağını deyib hədə-qorxu gəldiyinə görə, çəkinib polisə müraciət etməmişdir. Bu söhbətdən sonra Elmarla ünsiyyəti olmamışdır. 2021-ci ilin təxminən noyabr ayında və 2022-ci ilin fevral ayının əvvəllərində tanımadığı nömrələrdən ona zənglər gəlmiş, telefonu götürəndə ona zəng edən şəxsin səsi Elmarın səsinə oxşamışdır. Həmin şəxs telefonda “salam, doktordu?” deyə sual vermiş, o da cavabında yox deyəndən sonra telefonu söndürmüşdür. Onun fikrincə bu zəngləri edən şəxs yenə də Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra 2022-ci ilin dekabr ayının sonuna qədər onunla danışığı, əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ona zəng edəndə, hər dəfə söhbət əsnasında müxtəlif rayonlarda olduğunu, hansısa iş dalınca getdiyini, gah Quba, Qusar, Xaçmaz, Ağdaş rayonlarında, gah da Bakı, Gəncə şəhərlərində olduğunu yalandan demişdir. Ancaq bunları düzgün və ya yalandan dediyini bilmir. Onu artıq yalançı, fırıldaq, hiyləgər, şeytan xislətli insan kimi tanıdığından, heç bir sözünün düzgün, yoxsa yalan dediyini bilməmişdir. 30 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi X51 Quba regional bölməsinə gəlib onunla danışmaq istəmişdir. Ancaq orada adam çox olduğuna görə onu hədələyə bilməmiş, üstüörtülü şəkildə diski hələ də saxladığını bildirib öz nömrəsini ona deməyə başlamışdır. Elmarın bu hədələrindən, şantajlarından bezdiyinə görə ona “rədd ol burdan” deyərək qovmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ilin təxminən yanvar ayının əvvəllərində X52ə zəng edərək yalandan guya ondan 180 manatlıq ətir aldığını, pul borclu olduğunu, bu haqda onda disk də olduğunu bildirib bu yolla ona mesaj vermiş, öz şantaj hərəkətlərini yenə davam etdirmişdir. X52 nə ətir, nə borc olduğunu soruşanda Təqsirləndirilən şəxs bunları ona disklərdə göstərəcəyini deyib, bu yolla ona xəbər, ismarıc kimi göndərib aralarında baş verənlərə işarə etmişdir. Əri bu söhbəti ona deyəndə Elmarın nəyə işarə etdiyini başa düşmüşdür. Sonradan bilmişdir ki, bu şəxs tüfeyli həyat sürən, işsiz, dələduz, bu cür fırıldaq yolu ilə pul qazanan şərəfsiz, ləyaqətsiz bir adamdır. Bu şərəfsizin fikri ancaq onu hədə, şantaj altında pullarını almaq, sındırıb təhdid altında saxlamaq olmuşdur. Onun bu cür şantaj, hədə-qorxu yolu ilə pullarını alan, bezdirən, şərəfsiz bir məxluq olan Təqsirləndirilən şəxs barəsində ciddi tədbir görülməsini, azadlıqdan məhrum edilərək ona ən ağır cəza təyin olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsla 2020-ci ilin təxminən may ayında Quba şəhərində yerləşən evində 2 dəfə cinsi əlaqədə olarkən, onun videoçəkiliş aparmasını görməmiş, buna fikir verməmişdir. Lakin Təqsirləndirilən şəxs ona bu barədə deyəndə, onun sözünü ciddiyə almış, fikirləşmişdir ki, çəkdiyinə görə belə deyir, yoxsa niyə desin. Onu yaxından tanımamış, onunla cinsi əlaqədə olarkən videoçəkiliş apardığını ona göstərmədən dediyi üçün bu sözlərini ciddi qəbul etmişdir. Risq etmək istəməmiş, videoçəkilişin yayılıb biyabır olacağından qorxduğuna görə, Təqsirləndirilən şəxs bu pulları göndərmişdir. Fikirləşmişdir ki, əgər belə bir sözü dilinə gətiribsə yəqin gizlindən çəkmişdir. Təqsirləndirilən şəxsla münasibətləri 2020-ci ilin təxminən noyabr ayında pozulmağa başlamışdır. Təqsirləndirilən şəxs ondan hər dəfə hədə-qorxu, şantaj yolu ilə pul alarkən onların arasında ona hansısa müddət ərzində, konkret məbləğdə pul verəndən sonra əl çəkməsi barədə heç bir danışıq, razılaşma olmamış, Elmar heç vaxt hansısa məbləğdə pul alandan sonra ondan əl çəkəcəyini deməmiş, mütəmadi olaraq ona zəng edib şantaj edib qorxudub pulunu almışdır. O da qorxusundan çıxılmaz vəziyyətdə onun tələblərini yerinə yetirmişdir. Təqsirləndirilən şəxsla sonuncu dəfə üzbəüz görüşü 2020-ci ilin təxminən iyun ayının sonlarında yaşadığı Quba şəhəri məhəllə 29 ünvanında yerləşən evində olmuşdur. Bundan başqa heç vaxt Elmarı şəxsən görməmiş, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamış, “whatsapp” ilə onunla videogöürüntlü danışmışdır. Təqsirləndirilən şəxsla sonuncu telefon danışıqları da 2021-ci ilin avqust ayının təxminən sonlarında olmuşdur. Təqsirləndirilən şəxsla əvvəllər işlədiyi, Quba şəhəri məhəllə 29 ünvanında yerləşən əvvəlki adı "xxxx" olan, sonradan isə Zeytun Pharmaceutucals” MMC-nə məxsus aptekdə ilk dəfə görüşəkən, tək olmuşdur. 2021-ci ilin təxminən iyun ayının əvvələrində ondan hədə qorxu ilə 500 manat almaq üçün aptekə adam göndərəndə bu pulu ona Sevinc adlı aptekin işçisi vermişdir. Bundan başqa 2021-ci ilin iyun ayında onun göndərdiyi adama bu aptekdə 1.000 manat məbləğində pulu verərkən aptekdə Sevinc adlı qız olsa da həmin vaxt Sevinc bunu görməmişdir. Çünki həmin aptekin ümumi otağından əlavə dərmanların ayrıca otaq da olmuş, Sevinc həmin vaxt dərman götürmək üçün həmin otağa keçmişdir. Əvvəllər işlədiyi, Quba şəhəri məhəllə 29 ünvanında yerləşən əvvəlki adı "xxxx" olan, sonradan isə Zeytun Pharmaceutucals” MMC-nə məxsus aptekdə və Elmara çatdırılması üçün 500 manat pulu qutuda qoyduğu Quba poçt şöbəsi ilə üzbəüz yerləşən "xxxx" aptekdə kamera müşahidəsi aparılmır. Heç vaxt (050) ***-**-** saylı mobil telefon nömrəsini işlətməmiş, belə bir nömrə də almamışdır. 2008-ci ildən X52in alıb ona verdiyi (050) ***-**-** saylı mobil nömrəsini daimi işlədir. Onun başqa mobil telefon nömrəsi olmamış, qeyd etdiyi mobil nömrədən başqa nömrə işlətməmişdir. Ola bilsin, bu nömrəni Təqsirləndirilən şəxs ona “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi şəxsiyyət vəsiqəsinin şəkilindən istifadə edərək, onun adından, xəbərsiz almışdır. Elmarın bu nömrəni onun adından almasını indi bilmişdir. Buna qədər bu məsələdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə ona hədə-qorxu gələrək Quba rayon Polis şöbəsinin rəisinin onun tanışı olduğunu, özünün prezident mühafizəsində işlədiyini, əlinin hər yerə çatdığını, ətraflı, tanışlı-bilişli şəxs olduğunu demiş, əgər ondan şikayət etsə onu tutduracağını deyərək qorxutmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs hər dəfə onun barəsində rüsvayedici məlumatlar yayacağını, əlində onunla cinsi əlaqədə olduğuna dair videoçəkiliş olduğunu, bu çəkilişi tanışlarına, X52ə verəcəyini, oğlu Toğrulu öldürəcəyini deyərək, ona hədə-qorxu gəlib qorxutmuşdur. Ona görə də Təqsirləndirilən şəxs onu biyabır edəcəyindən, ailə üzvlərini öldürəcəyindən qorxduğuna görə, onun əməlləri barədə heç bir dövlət orqanına məlumat verməmiş, hər dəfə pul istəyəndə məcbur qalaraq onun hədələrindən qorxub Elmara pul göndərmişdir.Sonradan artıq Elmarın şantajından bezərək onun barəsində şikayət etmək qərarına gəlmişdir. Görünür səhv iş tutmuşdur. Gərək elə ilk gündən onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edərdi. Təqsirləndirilən şəxsla aralarında sevgi münasibətləri olduğuna, onunla yaşadığı evdə görüşüb 2 dəfə cinsi əlaqədə olduğuna görə onun haqqında X52ə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olduğu vaxt videoçəkiliş apardığını, onun dediklərini etməsə bu videoçəkilişi yayacağını, eləcə də yüksək vəzifələrdə işləyən çox dost-tanışı olduğuna, oğlu Toğrulu və ərini öldürəcəyini dediyinə görə bu məsələləri ərindən və digər ailə üzvlərindən gizli saxlayaraq, özü bu işi qaydasına qoymağa çalışmışdır. X49 Respublikasının Zonguldak şəhərində olan ünvanını dediyinə görə Elmar oğlunun yaşadığı ünvanı bildiyinə görə ona xətər yetirməsindən qorxmuşdur. Bu səbəblərdən hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Təqsirləndirilən şəxsla onun arasında adətən uzunmüddətli telefon danışıqları olmuşdur. 050 713-73-72, 055 407-76-66, 070 278-26-66, 055 612-61-06, 055 471-12-04, 050 994-33-22, ***-***-**-**, 051 ***-**-** saylı mobil telefon nömrələri Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. 070 ***-**-** saylı mobil telefon nömrəsi eyni zamanda Təqsirləndirilən şəxs “whatsapp”nın da nömrəsi olmuş, Təqsirləndirilən şəxs qeyd olunan mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsapp” proqramı ilə onunla dəfələrlə əlaqə saxlamış, aralarında həm telefon danışıqları, həm yazışmalar, həm də videogörüntü ilə danışıq aparılmışdır. Ofeliya Rüstəmova və Elnur Kərimovun şəxsiyyət vəsiqələrinin şəkillərini də 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsapp” ilə ona göndərmişdir. Təqsirləndirilən şəxs əsasən sadə telefon işlətmiş, həmin telefonunda da bildiyinə görə “whatsapp” proqramı olmamışdır. Ona görə də, Təqsirləndirilən şəxsla əsasən adi qaydada danışmışlar, arabir sms vasitəsi ilə yazışmışlar. Təqsirləndirilən şəxs müxtəlif telefon nömrələrindən istifadə etmiş, tez-tez öz mobil telefon nömrələrini dəyişmişdir. Xatırladığına görə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsində “whatsapp” olmuş, o, bu nömrənin “whatsapp” proqramı ilə onunla əlaqə saxlamış, görüntülü danışmışlar. Onun başqa nömrələrində “whatsapp” proqramı olmamış, o cümlədən “viber”, “instagram”, “facebook” kimi digər sosial şəbəklərdən istifadə etməmiş, bu sosial şəbəkələr vasitəsi ilə onunla əlaqə saxlamamışdır. Onunla sevgi münasibətləri olmuş, 2 dəfə cinsi əlaqədə olmuşlar. Ona görə də Təqsirləndirilən şəxsla aralarında sevgi məzmunlu yazışmalar olmuşdur. Elmarla səmimi münasibətləri olduğu müddətdə onunla etdiyi söhbətlər zamanı, Elmar onun ailə üzvləri, qohumları haqqında ondan məlumat əldə etmişdir. İbtidai istintaq zamanı iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 hüquqi varisi kimi tanınmış Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ondan heç nə istəmədiyini, nə alıbsa, atası Habildən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs evə gəlib atasından pul alan vaxt görmüş, Elmar atasından 1.000, 500, 1.500 manat və s. məbləğdə pul vəsaiti almışdır. Təqsirləndirilən şəxs atasından nə qədər, necə pul almağının hamısı istintaq materiallarında atasının ifadəsində qeyd olunmuşdur. Şahid1 dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs atasından onu X57 Xidmətində sürücü kimi işə düzəltmək adı ilə təxminən 4.000 (dörd min) manat pul aldığını, 300 (üç yüz) ABŞ dolları məbləğindəki pul vəsaitini şəxsən Elmar tərəfindən göndərilmiş şəxsə verdiyini, dəymiş ziyanın ödənilmədiyini, hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs2, anası Şahid2, arvadı Pirəliyeva Olqa Hicran qızı, 2 azyaşlı oğlu Timur Pirəliyev və Alim Pirəliyev ilə birlikdə yaşayırlar. Rəsmi olaraq heç bir yerdə işləmir. X17 məxsus olan “Mercedes Sprinter” markalı, Az **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü işləməklə pul qazanır. Atası Zərərçəkmiş şəxs2 1997-ci ildən 2005-ci ilə qədər Qusar RPŞ-nin DYB-də polis işləmiş, 2006-cı ildən təqaüdə çıxaraq həmin vaxtdan fərdi təsərrüfatla məşğul olmuşdur. Anası Şahid2 1976-cı ildən 2021-ci ilədək Qusar şəhəri 2 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi işləmişdir. 2021-ci ildə pensiya yaşına çatdığına görə təqaüdə çıxmışdır. X40 işləmir, evdar qadındır. Masallı rayon sakini Təqsirləndirilən şəxs 2020-ci ilin səhv etmirsə noyabr-dekabr aylarından tanımışdır. Təqsirləndirilən şəxs yaşadıqları Qusar şəhəri, H.Əliyev prospekti 116 ünvanında yerləşən evilərinin qonşuluğunda kirayədə qalmış, tez-tez onların da ərzaq aldıqları “Vega” mağazasından ərzaq almış, beləliklə də 2020-ci ilin noyabr aylarından atası Zərərçəkmiş şəxs2 və həmin mağazanın sahibi, qonşuları Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, bundan sonra onların aralarında dostluq münasibətləri yaranmışdır. Elmar tez-tez Qusar şəhərində yaşadıqları evdə qonaq olmuşdur. Elmar Qusar şəhərindən əlavə Samur qəsəbəsində də kirayədə qalmış, biznes işləri olduğunu, ona görə də, arabir Qusar rayonu Samur qəsəbəsində qalıb işlərinə nəzarət etdiyini demişdir. Özü dəfələrlə Elmarı Samur qəsəbəsinə aparıb-gətirmişdir. Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olduğunu, əsli-kökünün isə Sisiyan rayonundan olmaqla yüksək vəzifəli şəxslərin qohumu olduğunu, oğlunun guya Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə hərbi xidmət keçdiyinə görə Qusar şəhərində kirayə ev tutub müvəqqəti qaldığını demişdir. Elmarın deməsinə görə qardaşının da 2 ədəd TİR markalı yük avtomobili olmuş, həmin avtomobillərlə xaricdən Azərbaycan Respublikasına müxtəlif mallar gətirib paylamaqla məşğul olmuşlar. Təqsirləndirilən şəxs ailədə 7 qardaş olduqlarını, bir qardaşının biznesmen, birinin Azərbaycan Respublikası DTX-də şöbə müdiri, digər qardaşlarının da hər birinin oxumuş ziyalı insanlar oluqlarını, anasının da Bakı şəhərində apteklər şəbəkəsi olduğunu demişdir. Elmar tez-tez müxtəlif dövlət orqanlarının rəhbərləri ilə dostluğunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu cür söhbətlərlə onları guya çox geniş əlaqələri olan, nəsilli-köklü, hər yerə əli çatan, çox varlı, tanışlı-bilişli, bacarıqlı, ətraflı bir insan olmasına inandıraraq, bu yolla etibarlarını qazanmışdır. Sonradan bilmişlər ki, onun bu dediklərinin hamısı yalan olmuş, bu şəxs belə sözlər danışıb başqalarının etibarını qazanaraq dəlduzluqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs tez-tez yaşadıqları evdə qonaq olduğuna görə həm onun, həm atası Zərərçəkmiş şəxs2, həm də anası Şahid2 inamını qazanmış, daha sonra da ona olan inamlarından istifadə edərək, fırıldaqçılıq edib atası Zərərçəkmiş şəxs2 pullarını ələ keçirmişdir. 2021-ci ilin təxminən may ayının əvvəllərində Təqsirləndirilən şəxs onların pulunu ələ keçirmək məqsədilə ona zəng edərək, yalandan guya Quba şəhərində iş qurduğunu, bu işi qaydasına qoymaq üçün ona 300 ABŞ dolları pul lazım olduğunu, tez bir vaxtda bu pulu qaytaracağını deyib onu aldadaraq, ondan 300 ABŞ dolları pul istəmişdir. Təqsirləndirilən şəxs çox inandığına, daimi olaraq evlərinə gedib-gələn şəxs olduğuna görə, onun bu yalan sözlərinə inanıb razılaşaraq, atası Habil Pirəlieyvin evdə qoyduğu puldan 300 ABŞ dolları pul götürüb 2021-ci ilin təxminən may ayının əvvəllərində, özünə məxsus “Mersedec Sprinter” markalı, AZ **-BE-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən qayıdarkən, saat təxminən 18 radələrində Quba şəhərində yerləşən “Asan Xidmət”-in qarşısına çatanda Təqsirləndirilən şəxs zəng edib onu gözlədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra tanımadığı, hal-hazırda adını xatırlamadığı, təqribən 50 yaşlarında, 1.70 sm boyunda olan, sarımtıl rəngli kostyum geyinmiş bir nəfər kişi cinsli şəxs “Mercedes Sprinter” markalı, AZ **-BE-*** qeydiyyat nişanlı avtomobilinə yaxınlaşaraq Elmarın göndərdiyi adam olduğunu demişdir. Elmara zəng edərək həmin şəxsin adını deyəndə, Elmar pulu ona verməsini bildirmiş, o da avtomobilin pəncərəsindən 300 ABŞ dolları, yəni həmin vaxtın məzənnəsi ilə 510 manat pulu bu şəxsə vermişdir. Pulu verəndən sonra Elmarla danışanda, Elmar Pulun ona çatdığını deyərək, təşəkkür edib tez bir vaxtda gətirib ona qaytaracağını bildirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs ona olan inam və etibarından sui-istifadə edərək, onu aldadıb tanımadığı bu şəxs vasitəsi ilə ondan 300 ABŞ dolları pul alıb ələ keçirmişdir. Təxminən 1-2 gün sonra, yəni 2021-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs təkrarən onların pulunu ələ keçirmək məqsədilə, ona zəng edərək yalandan Quba rayonunda işlətdiyi fəhlələrin zəhmət haqlarını ödəməkdən ötrü yenə də 450 manat pul lazım olduğunu deyib 300 ABŞ dolları ilə birlikdə həmin pulu da 1 həftəyə qaytaracağına yalandan söz vermişdir. Təqsirləndirilən şəxs çox etibar etdiyindən, onu bizneslə məşğul olan bir adam kimi tanıdığından həqiqətən onun iş qurmasına, qaytaracağına inanaraq, yalan sözlərinə aldanıb təkrarən 450 manat pul verməyə razı olmuşdur. Atası Zərərçəkmiş şəxs2 evə qoyduğu puldan 450 manat məbləğində pul götürüb həmin gün, yəni 2021-ci ilin təxminən may ayının əvvəllərində, saat təxminən 16 radələrində Quba şəhərində, “Zamin Bank”-ın yaxınlığında, “Şah Plov” restoranın qarşısında idarə etdiyi “Mersedec Sprinter” markalı, AZ **-BE-*** qeydiyyat nişanlı avtomobilin içərisində Təqsirləndirilən şəxsla görüşüb 450 manat pulu əlbəəl şəkildə ona vermiş, daha sonra avtomobildən düşüb Elmarla birlikdə “Şah Plov” restoranının həyətində çay içmişlər. Elmar pulu alandan sonra bir daha ona əvvəl aldığı 300 ABŞ dolları ilə birlikdə bu pulu tezliklə qaytaracağına söz versə də, üstündən uzun müddət keçməsinə baxmayaraq aldıqları pulları qaytarmamışdır. Aralarında olan yoldaşlığa, atası Zərərçəkmiş şəxs2lə Elmarın arasında olan dostluq münasibətlərinə görə ondan bu pulu geri istəməyə utanmış, fikirləşmişdir ki, işlərini qaydasına qoyandan sonra özü pulları qaytaracaqdır, bu barədə ona nəsə deməyə ehtiyac yoxdur. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs fırıldaqçı olduğunu bilmədiyinə görə, ona çox inanmış, fikirləşmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi bu pulları qaytaracaqdır. Lakin sonradan başa düşmüşlər ki, Təqsirləndirilən şəxs əvvəlcədən məqsədi onları aldadıb aldığı bu pulları ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs 2 dəfəyə verdiyi 300 ABŞ dolları, yəni həmin vaxtın məzənnəsi ilə 510 manat və 450 manat da daxil olmaqla cəmi 960 manat pul atası Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. 2021-ci ilin iyun ayının təqribən əvvəllərində Elmarla yaşdıqları evdə yemək yeyərkən, söhbət əsnasında Qusar şəhəri 2 saylı tam orta məktəbdə müəllimə işləyən anası Şahid2 Elmara pensiya yaşına çatmasına baxmayaraq 1 il əlavə olaraq məktəbdə müəllimə kimi işləməyə davam etmək istədiyini deyib gileylənmiş, Elmar bu söhbəti eşidən kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostunun olduğunu, bu işi onunla danışıb yoluna qoyacağını, növbəti gün zəng edib atasına xəbər verəcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs2 zəng edib, anasının işini danışdığını, bu iş üçün 700 manat məbləğində pul lazım olduğunu, ancaq onun tanışı olduğumuza görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna 600 manat pul verməli olduğumuzu demiş, atası da onun sözünə inanıb bu pulu verməyə razılaşmışdır. Təxminən bir neçə gün sonra Elmar atası Habilə zəng edib Xaçmaz rayonu Xudat şəhərinə gəlməsini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna vermək üçün özü ilə 600 manat pul gətirməsini tapşırmış, atası da Elmarın bu yalan sözlərinə inanaraq, tək özünün “Toyota” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xudat şəhərinə gedib Xudat şəhər dəmiryol vağzalının yanında Elmarla görüşüb bu işə görə ona 600 manat nağd pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra atası Zərərçəkmiş şəxs2 600 manat məbləğində pulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna verəcəyini, 2021-ci ilin sentyabr ayına kimi anasının məsələsinin həll olunacağını, 2021-ci ilin sentyabr ayından anası Şahid2 Qusar şəhəri 2 saylı tam orta məktəbində işinə davam edəcəyini yalandan deyib onu arxayın salmışdır. Bir müddət sonra, yəni 2021-ci ilin iyun ayının təxminən sonlarında ünvan 3 ünvanında olan evlərində Təqsirləndirilən şəxs onlarla birlikdə yemək yeyərkən onu Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Samur gömrük məntəqəsinə kargüzar kimi işə düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşmayaraq Samur gömrük məntəqəsinin uzaqda yerləşdiyini deyəndə, Təqsirləndirilən şəxs ona hansı işdə işləməsini soruşduğuna görə, ona “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də təcili yardım sürücüsü kimi işləyə biləcəyini demiş, anası Şahid2, atası Zərərçəkmiş şəxs2 də onun sözləri ilə razılaşmışlar. Çünki eşitdiklərinə görə təcili yardım sürücüləri 1 gün işdə, 2 gün isə istirahətdə olurlar, o da mikroavtobus sürücüsü olduğundan fikirləşmişlər ki, istirahətdə olduğu günlərdə mikroavtobusu idarə edib əlavə pul qazanar. Elmar onların bu sözlərini eşidən kimi yenə ona olan etibarlarından və inamlarından istifadə edərək, yalandan Respublikası Səhiyyə Nazirinin müavininin yaxın dostu olduğunu və onunla danışıb, ona 1500 manat pul verməklə bu işi həll edə biləcəyini demişdir. Atası Zərərçəkmiş şəxs2 Elmarın bu yalan sözünə inanaraq, onu işə qoymaq üçün bu pulu verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs elə həmin vaxt, yəni 2021-ci ilin təxminən iyun ayının sonlarında, saat təxminən 16 radələrində onun və anası Şahid2 yanında yaşadıqları ünvan 3 ünvanında yerləşən evlərində onu «Qusar RMX» PHŞ-nə təcili yardım sürücüsü kimi işə qoymaqdan ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adı ilə atası Zərərçəkmiş şəxs2 əlbəəl şəkildə 1500 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs növbəti gün təxminən səhər saatlarında onlara gəlib Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini işləyən dostu ilə danışdığını, onu «Qusar RMX» PHŞ-nə sürücü kimi işə qoymaq üçün 1500 manat məbləğində pulun bəs etmədiyini, əlavə 500 manat da lazım olduğunu yalandan deyib istədiyinə görə, atası Zərərçəkmiş şəxs2 bu işi həll etmək üçün ona yenə əlavə 500 manat pul verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs elə həmin gün, yəni, 2021-ci ilin iyunayının təxminən sonlarında, saat təxminən 11 radələrində yaşadıqları ünvan 3 ünvanında yerləşən evində onun və anası Hədiyyənin yanında onu «Qusar RMX» PHŞ-də təcili yardım sürücüsü kimi işə qoymaqdan ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adı ilə əlavə olaraq 500 manat məbləğində pul almışdır. Bir neçə gün sonra Elmar guya onun işini həll etməkdən ötrü onunla birlikdə “Qusar RMX” PHŞ-nə getmiş, xəstəxanaya çatanda Elmar ona maşında gözləməsini, özünün tezliklə onun işini danışıb gələcəyini bildirmiş, lakin onun işini kiminlə danışacağını deməmişdir. O da avtomobildə qalıb Elmarı gözləmişdir. Elmar xəstəxananın inzibati binasına daxil olub, təxminən 30 dəqiqə sonra xəstəxanadan çıxıb avtomobilinə qayıtmışdır. Avtomobildə Elmar ona arxayın olmasını, işinin demək olar, həll olunduğunu, telefon nömrəsini lazımi adamlara verdiyini, tezliklə ona zəng gələcəyini və sənədlərini istəyəcəklərini, rəsmi qaydada əmək müqaviləsi bağlanılacağını, yaxın günlərdə “Qusar RMX” PHŞ-nin TTYŞ-nə təzə maşınlar gəldikdən sonra işə başlayacağını demişdir. Elmarın bu yalanlarına inandıqlarına görə tezliklə onun və anasə Şahid2 işinin həll olunacağını gözləmişlər. 2021-ci ilin iyul ayının əvvəllərində Elmar atası Zərərçəkmiş şəxs2 guya, 150.000 manata kombayn aldığını, Quba rayonunda taxıl biçini olduğuna görə həmin işə nəzarət etməkdən ötrü bir müddət Quba rayonuna gedərək orada qalacağını, işlərini düz-qoş etdikdən sonra qayıdacağını, onların işlərindən narahat olmamasını, bütün işləri danışdığını, lazımı adamlara pulları çatdırdığını tezliklə xəbər gələcəyini bildirib, Qusar şəhərindən çıxıb getmişdir. 2021-ci ilin iyul ayının təxminən sonlarından etibarən isə Elmarın telefon nömrələrinə zəng çatmamışdır. Elmar onlarla əsasən (070)-278-26-66 və (050)-713-73-72 mobil telefon nömrələri ilə əlaqə saxlamış, lakin onun başqa bir neçə hazırda xatırlamadığı mobil telefon nömrələri də olmuşdur. Elmar bəzən ona bir neçə müxtəlif mobil telefon nömrələrindən də zəng etmişdir. Təqsirləndirilən şəxs 2 mobil telefondan istifadə etmiş, həmin telefonlardan biri sadə telefon, ikincisi isə sensor ekranlı smartfon telefon olmuşdur. (070)-278-26-66 nömrəsi də Elmarın sensor telefonunda olmuş, bu nömrədə həm də Elmarın “Whatsapp”ı olmuşdur. Elmarla “Whatsapp” vasitəsi ilə də əlaqə saxlayıb, zəngləşib, danışmışlar. Elmarın telefon nömrələrinə zəng çatmadığını görüb başa düşmüşlər ki, Təqsirləndirilən şəxs müxtəlif aldadıcı vədlər verib atası Zərərçəkmiş şəxs2 aldatmaqla, onun pullarını ələ keçirmişdir. Elmar bu pulları ələ keçirib aradan çıxdıqdan sonra bilmişlər ki, qonşuları Zərərçəkmiş şəxs3 da aldatmış, onunla da aralarında olan etibarlı münasibətdən, qarşılıqlı inamdan istifadə edib tez müddətdə qaytaracağını yalandan vəd verərək müxtəlif adlarla onun da 2200 manat məbləğində pulunu almışdır. Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu, özünün və ailəsinin ziyalı insanlar olmalarını, bizneslə məşğul olduğunu deməklə onları özünə inandıraraq etibarlarını qazanıb, daha sonra isə onun və anası Şahid2 işlərini həll etmək, eləcə də Quba şəhərində iş qurduğunu deyib tezliklə qaytaracağını vəd etməklə həmin işə görə dələduzluq yolu ilə atası Zərərçəkmiş şəxs2 pullarını ələ keçirtmişdir. Təqsirləndirilən şəxs anası Şahid2 işləmək müddətini 1 il artırmaq üçün ondan aldığı 600 manat pulu Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna vermək adı ilə, onu «Qusar RMX» PHŞ PHŞ-nin təcili Yardım Şöbəsinə sürücü kimi işə düzəltmək üçün 2000 manat məbləğində pulu da Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adı ilə almışdır, ancaq bu şəxslərin adlarını onlara deməmişdir. Təqsirləndirilən şəxs onu işə qoymaq adı ilə atasından 2 dəfəyə aldığı 2000 manat məbləğində pulu onların yaşadıqları ünvan 11 ünvanında onun və anası Şahid2 yanında götürmüşdür. Lakin anasının işləmək müddətini artırmaqdan ötrü atasından Xaçmaz rayonu Xudat şəhərində dəmir yolu vağzalında 600 manat məbləğində pulu alarkən onların yanında başqa heç kəs olmamışdır. Ondan Quba şəhərində qurduğu işə görə tez bir vaxtda qaytaracağını deyib aldığı 300 ABŞ dolları və 450 manat pulu Quba şəhərində ona vermiş, 450 manatı ona öz avtomobilində əlbəl şəkildə, 300 ABŞ dolları məbləğində pulu isə onun tapşırığı ilə yanına göndərdiyi adını xatırlmadığı şəxs vasitəsi ilə vermişdir İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, arvadı Şahid2, oğlu Şahid1, oğlu Çingizin arvadı Pirəliyeva Olqa Hicran qızı, onların 2 azyaşlı övladları Timur Pirəliyev və Alim Pirəliyev ilə birlikdə yaşayırlar. 1981-ci ildən X23 polis serjantı, müvəqqəti saxlama yerinin rəisi vəzifələrində, 1997-ci ildən Qusar RPŞ-nin DYPB-də inspektor vəzifəsində işləmişdir. 03 fevral 2005-ci il tarixdən təqaüdə çıxmışdır. Təqaüdə çıxandan sonra arıçılıq təsərrüfatı ilə məşğul olmuşdur. Oğlu Şahid1 qonşuları Zərərçəkmiş şəxs3 məxsus olan “Mercedes Sprinter” markalı, Az **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü işləməklə pul qazanır. Arvadı Şahid2 1976-cı ildən 2021-ci ilədək Qusar şəhəri 2 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi işləmişdir. 2021-ci ilin iyun ayından pensiya yaşına çatdığına görə təqaüdə çıxmışdır. X41 işləmir, evdar qadındır. Masallı rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında dostluq münasibətləri olmuş, heç bir narazılıq, dava-dalaş olmamış, lakin Təqsirləndirilən şəxs aralarında olan bu etibarlı münasibətləri istifadə edərək ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr aylarından etibarən tanımışdır. Təqsirləndirilən şəxs yaşadıqları Qusar şəhəri, H.Əliyev prospekti, 116 ünvanında yerləşən evlərinin qonşuluğunda qonşusu Fəxrəddinə məxsus olan evdə kirayədə qalmış, tez-tez onun də ərzaq aldığı “Vega” mağazasından ərzaq almışdır. Təqsirləndirilən şəxsla tez-tez “Vega” mağazasında rastlaşdıqlarına görə, mağazanın sahibi Zərərçəkmiş şəxs3 və onunla aralarında dostluq münasibətləri yaranmışdır. Elmarla aralarında o qədər etibarlı münasibətlər olmuşdur ki, dəfələrlə Qusar şəhərində onun və qonşusu Aydının evində qonaq olmuş, hətta 2 dəfə onun Qusar şəhəri, H.Əliyev prospekti, 116 ünvanında olan evində də gecələmişdir. Elmarın deməsinə görə bizneslə məşğul olmuş, qardaşına məxsus yük avtomobilləri ilə xaricdən Azərbaycan Respublikasına gətirdikləri ərzaq məhsullarını bütün respublika üzrə mağazalara paylamış, biznes işlərinə görə Qusar rayonu Samur qəsəbəsində də kirayədə qalmışdır. Özü və oğlu Çingiz dəfələrlə Elmarı Samur qəsəbəsinə aparıb-gətirmişlər. Elmar onlara demişdir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır, əsli-kökü isə Sisiyan rayonundan olmaqla yüksək vəzifəli şəxslərin qohumudur. Təqsirləndirilən şəxs deməsinə görə oğlu Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə hərbi xidmət keçdiyinə görə, oğlundan muğayat olmaqdan ötrü Qusar şəhərində kirayə qalır. Bundan başqa qardaşının 2 ədəd TİR tipli yük avtomobili vardır, həmin avtomobillərlə xaricdən Azərbaycan Respublikasına müxtəlif mallar gətirib paylayırlar. Qardaşına məxsus yük avtomobilləri gömrük keçid məntəqəsindən keçərkən nəzarət etməkdən ötrü Qusar rayonu, Samur qəsəbəsində kirayə ev tutub arada həmin evdə də qalır. Elmarın dediklərinə görə onlar 7 qardaş olmuşlar, bir qardaşı böyük biznesmendir, digər qardaşı Azərbaycan Respublikası DTX-də şöbə müdiridir, qalan qardaşları da hər biri oxumuş ziyalı insanlardır, anası göz həkimidir, onun da Bakı şəhərində apteklər şəbəkəsi vardır. Qardaşı oğlu da Korrupsiya idarəsində işləyir, bir çox dövlət orqanlarında da rəhbər vəzifələrdə işləyən dostları vardır, eləcə də, Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional idarəsinin və Quba Asan Xidmətin rəhbərləri də onun yaxın dostlarıdır. Elmar bu sözlərlə çox geniş əlaqələri olan, nəsilliköklü, hər yerə əli çatan, çox varlı, tanışlı-bilişli, bacarıqlı, ətraflı bir insan olmasına onları inandıraraq, etibarlarını qazanmışdır. Lakin Təqsirləndirilən şəxs heç vaxt ondan soruşanda, ailə üzvlərinin adlarını, dəqiq olaraq hansı vəzifədə işləmələrini, nə işlə məşğul olduqlarını, o cümlədən rəhbər vəzifələrdə işləyən dostlarının adlarını deməmişdir. Hətta qonşusu Aydın bir dəfə Elmarla söhbət zamanı ondan DTX-də şöbə müdiri işləyən qardaşının kim olmasını, hansı şöbənin müdiri olmasını soruşanda, Elmar cavab verməkdən yayınaraq bu suala görə Aydına acıqlanmışdır. Təqsirləndirilən şəxs Qusar şəhərində olan hərbi hissədə xidmət edən oğlunu görməyə getmək istədiklərini deyəndə də, Elmar razılaşmamış, müxtəlif bəhanələrlə söhbətdən yayınmışdır. Təqsirləndirilən şəxs arabir həm onun, həm də qonşusu Aydının evinə qonaq gələndə, özü ilə bahalı içkilər və siqaretlər gətirib hədiyyə etməklə onlarda varlı insan olmasına özünə inam formalaşdırmışdır. Elmarla aralarında o qədər etibarlı münasibətlər yaranmışdı ki, özü və tanışı Zərərçəkmiş şəxs3 onu tez-tez yaşadıqları evə dəvət edərək qonaq edir, bu minvalla da ailə üzvlərinin də Elmarla etibarlı münasibətləri yaranmışdır. Elmarın oğlu Çingiz və arvadı Hədiyyə ilə də yaxşı münasibətləri olmuş, tez-tez oğlundan onu müxtəlif yerlərə çatdırmasını xahiş etmiş, Çingiz onu da aparmışdır. Elmarı qonşuları Nəriman, Fəxrəddin də tanımış, onlarla da yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin iyun ayının təxminən əvvəllərində, saat təxminən 14 radələrində Elmar Qusar şəhəri, H.Əliyev prospekti 116 ünvanında olan yaşadıqları evə qonaq gəlib oğlu Çingiz, arvadı Şahid2 ilə birlikdə yemək yeyərkən, söhbət zamanı arvadı Hədiyyə pensiya yaşına çatdığına görə təqaüdə çıxdığını, 1 il də bu vaxtadək işlədiyi Qusar şəhəri 2 saylı tam orta məktəbində işləmək istədiyini deyib gileylənəndə, Təqsirləndirilən şəxs Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostu olduğunu, bu işi onunla danışıb yoluna qoya biləcəyini, növbəti gün onunla əlaqə saxlayıb xəbər verəcəyini bildirmişdir. Bir neçə gün sonra isə mənə zəng edib Hədiyyənin işini danışdığını, bu iş üçün 700 manat məbləğində pul lazım olduğunu, ancaq onun tanışı olduqlarına görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna 600 manat pul verməli olduğunu dediyi üçün onun sözünə inanıb bu pulu verməyə razılaşmışdır. Təxminən bir neçə gün sonra Elmar ona zəng edib özü ilə 600 manat məbləğində pul götürüb Xaçmaz rayonu Xudat şəhərinə getməsini tapşırmışdır. Elmara arvadı Hədiyyənin sənədlərinin lazım olub-olmadığını soruşanda, Elmar sənədlərə ehtiyac olmadığını, hələki 600 manat məbləğində pulu çatdırmasını demişdir. Elmarın sözlərinin yalan olmasından, onun məqsədinin arvadı Hədiyyənin işini həll etmək deyil, pulunu ələ keçirmək olduğundan şübhələnməyərək, 2021-ci ilin təxminən iyun ayının ortalarında, özünə məxsus “Toyota” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək Xaçmaz rayonu Xudat şəhərinə gedib, saat təxminən 13 radələrində Xudat dəmiryolu vağzalının yaxınlığında Elmarla görüşmüşdür. Elmar “Mercedes Vito” markalı gümüşü rəngli avtomobildən düşüb onun avtomobilinə yaxınlaşmış, həmin avtomobili başqa şəxs idarə etmiş, lakin avtomobili idarə edən şəxsin kim olduğunu, avtomobilin dövlət qeydiyyat nömrəsini görə bilməmişdir. Avtomobilindən düşərək Elmarla salamlaşıb 6 ədəd 100 manatlıq əskinasları Elmara vermişdir. Elmar 600 manat məbləğində pulu alandan sonra 2021-ci ilin tədris mövsümü başlayana kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaçmaz Regional Təhsil İdarəsindən zəng edib işin düzəldiyini xəbər edəcəklərini, arvadı Hədiyyənin də təqaüdə çıxmasına görə, sənədlərinin Qusar Təhsil Şöbəsindən götürməsinə və təqaüdə çıxması ilə əlaqədar son hesablaşmanın aparılmasına ehtiyac olmadığını bildirib onu daha da arxayın salmışdır. Bundan sonra Elmar gəldiyi avtomobilə əyləşib harasa getmiş, o da öz avtomobili ilə Qusar şəhərinə qayıtmışdır. Bu söhbətdən bir müddət sonra, 2021-ci ilin iyun ayının təxminən sonlarında, günorta saatlarında Təqsirləndirilən şəxs Qusar şəhərində yaşadıqları evdə özü, arvadı Hədiyyə, oğlu Çingiz ilə günorta yeməyi yeyərkən, söhbət əsnasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin qohumları olduğunu, oğlu Çingizin də daimi işi olmadığına görə, onu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Samur gömrük məntəqəsinə kargüzar kimi işə düzəldə biləcəyini, 600 manat məbləğində də əmək haqqı alacağını demişdir. Samur gömrük məntəqəsi uzaq olduğuna görə Çingiz Elmarın təklifi ilə razılaşmamışdır. Elmarın bu yalan sözlərinə, onun yüksək vəzifəli şəxslərin qohumu olduğuna inandıqlarına görə ona Çingizi “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə təcili yardım avtomobilinin sürücüsü kimi işə düzəldə bilibbilməyəcəyini soruşmuşlar. Təcili yardım sürücülərinin 1 gün işdə, 2 gün istirahətdə olduqlarını eşidib, Çingizin istirahətdə olduğu günlərdə mikroavtobusu idarə edib əlavə pul qazanacağını fikirləşmişlər. Elmar onların bu sözlərini eşidən kimi yalandan Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininin onun yaxın dostu olduğunu, qohumluğu çatdığını, onunla danışıb bu məsələni həll edəcəyini, lakin Çingizi «Qusar RMX» PHŞ-də təcili yardım sürücüsü kimi işə qoymaqdan ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini işləyən dostuna 1500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Elmarın sözünə inandığından oğlu Çingizi işə qoymaq üçün bu pulu ona verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs elə həmin vaxt, yəni 2021-ci ilin təxminən iyun ayının sonlarında, saat təxminən 16 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evində oğlu Şahid1 «Qusar RMX» PHŞ-nə təcili yardım sürücüsü kimi işə qoymaqdan ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adı ilə ondan əlbəəl şəkildə 1500 manat məbləğində pul almışdır. Bu pulu Təqsirləndirilən şəxs verərkən oğlu Çingiz və arvadı Hədiyyə də onların yanında olmuşlar. Təqsirləndirilən şəxs növbəti gün təxminən səhər saatlarında yaşadığı evə gəlib Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini işləyən dostu ilə danışdığını, Çingizi «Qusar RMX» PHŞ-nə sürücü kimi işə qoymaq üçün 1500 manat məbləğində pulun bəs etmədiyini, əlavə 500 manat da lazım olduğunu yalandan deyib, onu aldadaraq yenə pul istədiyinə görə, işi həll etmək üçün ona əlavə olaraq 500 manat məbləğində pul verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs elə həmin gün, yəni, 2021-ci ilin iyun ayının təxminən sonlarında saat təxminən 11 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evində oğlu Çingiz və arvadı Hədiyyənin yanında Şahid1 «Qusar RMX» PHŞ-də təcili yardım sürücüsü kimi işə qoymaqdan ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adı ilə əlavə olaraq 500 manat məbləğində pul almışdır. Bir neçə gün sonra Elmar oğlu Çingizlə birlikdə guya ki, onun işini həll etməkdən ötrü «Qusar RMX» PHŞ-nə getmişlər. Xəstəxanaya çatanda Elmar Çingizə maşında gözləməsini deyib xəstəxananın inzibati binasına daxil olmuş, təxminən 30 dəqiqə sonra xəstəxanadan çıxıb Çingizin avtomobilinə əyləşmişdir. Bu yolla Elmar guya Çingizin işini həll etmək görüntüsü yaratmışdır. Elmar Çingizə işinin həll olunduğunu, onun telefon nömrəsini lazımi şəxslərə verdiyini, tezliklə ona zəng gələcəyini və sənədlərini istəyəcəklərini, «Qusar RMX» PHŞ-nın TTYŞ-nə təzə maşınlar gəldikdən sonra rəsmi qaydada əmək müqaviləsi ilə işə başlayacağını demişdir. Daha sonra Elmar onlarda qonaq olarkən həm oğlu Çingizin, həm də arvadı Hədiyyənin işinin həll olunduğunu, bu işləri düzəltmək üçün ondan aldığı pulları vəzifəli şəxslərə çatdırdığını deyib onları arxayın salmışdır. 2021-ci ilin iyul ayının təxminən əvvəllərində Elmar yaşadığı evin həyətində onunla söhbət edərkən, guya 150.000 manata kombayn aldığını, Quba rayonunda taxıl biçini olduğuna görə, həmin işə nəzarət etməkdən ötrü bir müddət Quba rayonuna gedərək orada qalacağını, ona zəng çatmasa narahat olmamasını, işlərini düz-qoş etdikdən sonra qayıdacağını, oğlu Çingizin və arvadı Hədiyyənin işləri danışdığını, lazımı vəzifəli şəxslərə pulları çatdırdığını və tezliklə onlara xəbər gələcəyini bildirib onunla sağollaşıb getmişdir. 2021-ci ilin iyul ayının təxminən sonlarından etibarən isə onun telefon nömrələrinə də zəng çatmamışdır. Təqsirləndirilən şəxs onlarla əsasən (070)-278-26-66 və (050)-713-73-72 mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Lakin onun bir neçə hazırda xatırlamadığı başqa mobil telefon nömrələri də olmuş, çünki Elmar bəzən ona bir neçə müxtəlif mobil telefon nömrələrindən də zəng etmişdir. O da Elmarla özünün (050) ***-**-** nömrəsindən zəng etməklə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs 2 mobil telefondan istifadə etmiş, həmin telefonlardan biri sadə telefon, ikincisi isə sensor ekranlı telefon olmuşdur. (070)-278-26-66 nömrəsi də Elmarın sensor telefonunda olmuş, bu nömrədə həm də Elmarın “Whatsapp”ı olmuşdur. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs onda olan hər iki telefon nömrəsinə zəng etsə də telefon nömrələri sönülü olmuş, heç bir nömrəsinə zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona yalan danışıb, özünü iş həll edən, hər yelə əli çatan adam kimi göstərib, uydurma vədlər verib pulunu ələ keçirmişdir. Elmar onun pullarını ələ keçirib aradan çıxandan sonra qonşusu Zərərçəkmiş şəxs3 bu barədə danışanda, Aydın Elmarın onu da aldadaraq ona olan etibarından sui-istifadə edib tez müddətdə qaytaracağına inandıraraq, müxtəlif adlarla onun 2200 manat məbləğində pulunu alıb ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 aldığı 2200 manat məbləğində puldan 500 manatını elə onun yanında, 2021-ci ilin təxminən may ayının sonlarında, onun evində qonaq olandan sonra, təxminən gecə vaxtı onları yola salarkən, evinin həyətində almışdır. Təqsirləndirilən şəxs onunla bərabər Zərərçəkmiş şəxs3la da yaxın münasibətləri olduğundan, bu məsələnin ikisinin arasında olduğunu fikirləşib, sonradan Aydından ətraflı şəkildə Elmara verdiyi pulla bağlı söhbət etməmişdir. Təqsirləndirilən şəxs onu aldadıb aradan çıxdığını fikirləşəndən sonra, Aydınla söhbət edərkən, Aydın bu barədə ətraflı şəkildə ona danışmışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən may ayının əvvəllərində də oğlu Şahid1 Quba şəhərində yeni iş qurduğunu deyib, Quba şəhərində ondan 300 ABŞ dolları, yəni həmin vaxtın məzənnəsi ilə 510 manat, təxminən bir neçə sonra da işlətdiyi fəhlələrin zəhmət haqlarını ödəmək adı ilə aldadaraq 450 manat məbləğində pul almışdır. Çingizin Elmara verdiyi 300 ABŞ dolları və 450 manat məbləğində pullar da onun pulları olmuş, Çingiz bu pulları həmin vaxt ona xəbər etmədən evdən götürüb Elmara vermişdir. Çingiz sonradan bu məsələni ona deyəndə, ona icazəsi olmadan pullarını Elmara verdiyinə görə hirslənsə də, həmin vaxtlar Elmara çox etibar edib onun dostu olduğuna inandığına görə bu pulları özünün qaytaracağına ümid etmişdir. Təəssüf ki, Təqsirləndirilən şəxs onları aldadıb bu pulları ələ keçirərkən onu yaxşı tanımamış, onları aldatdığını, pulunu ələ keçirtdiyini ağlına da gətirməmişdir. 2021-ci ilin sentyabr ayında arvadı Şahid2 işləmək müddətinin artırılması və oğlu Çingizin “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə sürücü kimi işə düzəlməsi ilə əlaqədar onlara heç bir xəbər verilməmiş, bundan sonra tam əmin olmuşdur ki, Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu, özünün və ailəsinin ziyalı insanlar olduğunu, bizneslə məşğul olduğunu deməklə, onları özünə inandıraraq onun və ailə üzvlərinin etibarını qazanıb ona olan inamlarından və etibarlarından istifadə etməklə vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə arvadı Hədiyyənin və oğlu Çingizin işlərini həll edəcəyinə onu inandırıb aldadaraq, dələduzluq yolu ilə pulunu ələ keçirtmişdir. Təəssüf ki, Təqsirləndirilən şəxs vaxtında tanıya bilməmişlər, həm özü, həm qonşusu Zərərçəkmiş şəxs3 pullarını ələ keçirib aradan çıxandan sonra başa düşmüşlər ki, onun əvvəlcədən ancaq bir məqsədi olmuşdur, o da fırıldaq, hiylə yolu ilə onların pullarını ələ keçirmək. Təqsirləndirilən şəxs onların pullarını ələ keçirib aradan çıxandan sonra onun haqqında maraqlanarkən öyrənmişdir ki, o, tüfeyli, dələduz bir adam olmuş, heç bir biznesi, işi, vəzifədə işləyən dostu-tanışı olmamış, bu cür adamların adlarından istifadə etməklə onlar kimi insanların inamını qazanıb pullarını ələ keçirməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs arvadı Şahid2 işləmək müddətini 1 il artırmaq üçün ondan aldığı 600 manat pulu Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna vermək, oğlu Şahid1 «Qusar RMX» PHŞ PHŞ-nin təcili Yardım Şöbəsinə sürücü kimi işə düzəltmək üçün 2000 manat məbləğində pulu da Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adları ilə almış, ancaq bu şəxslərin adlarını onlara deməmişdir. Təqsirləndirilən şəxs oğlu Şahid1 işə düzəltmək və arvadı Şahid2 işləmək müddətini 1 il artırmaqla bağlı söhbətləri onun yaşadığı Qusar şəhəri, H.Əliyev prospekti 116 ünvanında olan evində oğlu Çingiz və arvadı Hədiyyənin yanında etmişdir. Eyni zamanda gəlini Olqa da Elmarı tanımış, Elmar bu söhbətləri edərkən evdə olmuşdur. Lakin gəlini Qazaxıstan Respublikasında doğulub böyüdüyü üçün Azərbaycan dilini bilmədiyindən, Elmarla onların arasında olan söhbətləri başa düşməmişdir. Arvadı Şahid2 işləmək müddətini artırmaqdan ötrü Təqsirləndirilən şəxs 600 manat məbləğində pulu 2021-ci ilin təxminən iyun ayının ortalarında, saat təxminən 13 radələrində Xaçmaz rayonunun Xudat şəhərində vermişdir. Həmin vaxt onların yanlarında başqa heç kəs olmamışdır. Oğlu Çingizi işə qoymaq üçün 1500 və 500 manat məbləğində pulları isə 1 gün fərqlə 2021-ci ilin iyun ayının sonlarında yaşadığı Qusar şəhəri, H.Əliyev prospekti 116 ünvanında arvadı Hədiyyənin və oğlu Çingizin yanında vermişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından fəaliyyət göstərən mağazasında alış-verişə gəlmiş, özü də onunla qonşluqda kirayə yaşamışdır. Elmar ona oğlunun rayondakı hərbi hissədə xidmət apardığını, mağazadan alış-veriş edib oğluna pay apardığını demişdir. Habil də Təqsirləndirilən şəxs onun mağazasında görmüş, söhbətləşərək aralarında tanışlıq münasibəti yaranmışdır. Daha sonra Elmarla sıx münasibəti-gediş-gəliş olmuş, onlara qonaq gəlmiş, Habilin evinə qonaq gedib, orada oturub yeyib-içmişlər. Təqsirləndirilən şəxs onlara qardaşının ailəsinin vəzifəli şəxslər olduğunu, qardaşının Şirvanda bağ sahələrinin olduğunu, bağ sahələrini idarə etdiyini demiş, hətta Elmar Şirvanda da kirayə ev tutmuş, taksiylə oraya da gedibgəlmişdir. Ayrı-ayrı vaxtlarda Elmar gəlib ondan pul almış, dəfələrlə ondan pul alıb qaytarmışdır, həmin pulların məbləği az olmuşdur. Tanışlıq daha səmimi hal aldıqdan sonra təxminən may ayında Təqsirləndirilən şəxs yenidən yanına gələrək X9 qonaqlarının olduğunu, qonaqları yola salmalı olduğunu, bu səbəbdən pul lazım olduğunu demiş, pulu qaytaracağını da söyləmişdir. Daha sonra Elmar o evdə olmayan zaman pulu mağazada arvadından götürmüşdür. Yenə də ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs ondan pul götürmüş, pul götürəndən sonra Təqsirləndirilən şəxs pulu qaytarmağa imkanının çatmadığını, əlinə pul gələcəyini, mal satıb pulu gətirəcəyini demişdir. Ümumilikdə Təqsirləndirilən şəxs ona 2.200 (iki min iki yüz) manat maddi ziyan vurmuşdur. İyun ayından sonra Elmara zəng çatmamış, telefonlara cavab verməmiş və Elmarla əlaqə kəsilmişdir. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs pulu alan zaman pulu 10-15 gün ərzində qaytaracağını bildirmişdir. 06-07 ay müddətində Elmar onların etibarınızı qazanmış, bu səbəbdən Elmara etibar edib pul vermişdir. Təqsirləndirilən şəxs telefonlarına zəg çatmadıqdan sonra Habillə Elmarı araşdırmaq qərarına gəlmiş, onun kirayə qaldığı evə getmiş, evin sahibəsi Elmarın kirayə pulunu verərək çıxıb getdiyini demişdir. Beləcə, sözügedən şəxsdən şikayət etmişlər. Ona dəymiş zərər ödənilməmiş, ona görə də şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, əvvəlcədən heç bir münasibəti olmamışdır. Ağdaş rayonunda olan dükanında tütün məmulatlarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs da həmin dükana tez-tez gəlib getmiş, tanışlıqları elə oradan başlamışdır. Təqsirləndirilən şəxs dükana gəlmiş, pulunu verib, özünə lazım olan məmulatı alıb getmişdir. Bəzən pulu çatmamış, məmulatı nisyə alıb ertəsi günü həmin nisyəsini bağlamışdır. Müharibə vaxtı Təqsirləndirilən şəxs ona hərbi hissəyə tütün məmulatları göndərmək istədiyini deyib lazım olan tütün məmulatlarının adını soruşmuşdur. O da onun istədiyi məmulatların hamısının olmadığını, olanları verib, olmayanları da tapıb düzəldəcəyini demişdir. O, pul tapıb lazım olan bütün tütün məmulatlarını gətirmişe, ertəsi günü saat 15:00-16:00 radələrində Təqsirləndirilən şəxs gəlib tütün məmulatlarını götürmüş, sürücünü yola salıb dələcəyini demişdir. Əvvəlcədən də Təqsirləndirilən şəxs ona, həmin şəxsin onun şəxsi sürücü olduğunu demişdir. Bir az keçəndən sonra nə sürücü, nə də Elmarın gəlmədiyini görüb Elmara zəng etmiş, Elmar zəngi açmamışdır. Növbəti dəfə zəng etdikdə, bu dəfə də məşğula atmışdır. Daha sonra iş üzrə şahid qismində çıxış edən Şahid4 zəng etmiş, Fərhad da ona Fəxrəddin, narahat olma, çox güman ki, Elmarın işi çıxıb, 1040 manat nə puldur ki, ona görə özünü biabır edəsi deyil ki?!” demişdir. Ertəsi günü yenidən Elmara zəng etmiş, onun zəngini yenə də açmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, evin sahibəsi ona Təqsirləndirilən şəxs artıq canını qurtardığını, onu polisdə olan dostları ilə hədələdiyini, amma artıq pulunu aldığını bildirmişdir. Elmara 1040 manatlıq tütün məmulatı vermiş, sonra sürücünü tapdmış, sürücü ona “Elmarı magistral yolda bir avtobusa mindirib yola saldığını demişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 dövlət ittihamçısının sualına cavab olaraq ona dəymiş zərərin ödənmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, sadəcə olaraq Elmarın yaşadığı ünvanı tanıdığını, Ağdaş rayonunda yaşadığını, Elmarın ona “Murad, sən cavan uşaqsan, niyə belə əziyyət çəkirsən, gəl mən səni bir işlə təmin edim” demiş, bir qardaşının prokuror, bir qardaşının rəis, anasının isə elmlər doktoru olduğunu, özlərinin şəxsi klinikası olduğunu, anasının da oranın direktoru olduğunu demişdir. Həmin klinikaya adətən 3.000 manat işə düzəltdiklərini, ona görə 1.500 manata həll edəcəyini demişdir. Atası saxladıqları heyvanın birini 700 manata satmış, üzərinə 200 manat pul qoyub Elmara 900 manat pul verdiyini, Elmarın ona “Bu qədər məbləğlə düzəlmir” dediyini, daha sonra həmin pulun üstünə 600 manat pul qoyacağını, daha sonra kredit götürüb həmin pulu geri qaytaracağını demişdir. Elmara 900 manatı Ağdaş rayonunda çay evində verdiyini, işinin 3 günə həll olunacağını demişdir. Daha sonra Elmara zəng etmiş, lakin zəngləri açmamışdır. 3-4 gündən sonra Zərərçəkmiş şəxs5 yaşadığı ünvana gəlib Təqsirləndirilən şəxs soruşmuş, ondan sonra Elmarın dələduz olduğunu başa düşmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, boş vaxtlarında Zərərçəkmiş şəxs5 kömək etmiş, Təqsirləndirilən şəxs da dükanda görmüşdür. O, hərbi hissəyə göndərmək adı ilə Fəxrəddindən siqaret istəmişdir. Fəxrəddin Elmarla sürücünü yola salandan sonra ona zəng edərək belə bir iş tutduğunu, lakin nəsə şübhə olduğunu demişdir. Bir neçə saatdan sonra Elmarın telefonuna zəng etmiş, mesaj yazmış, amma o telefonunu söndürmüşdür. Daha sonra ertəsi gün Elmar yaşadığı ünvana getmiş, evin sahibəsi ilə danışandan sonra Elmarın artıq malları da götürüb getdiyi məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs2, oğlu Şahid1, oğlu Çingizin arvadı Pirəliyeva Olqa Hicran qızı, onların 2 azyaşlı övladları Timur Pirəliyev və Alim Pirəliyev ilə birlikdə yaşayırlar. 1976-cı ildə Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş, həmin ildən də Qusar şəhər 2 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliməsi işləmişdir. 01 noyabr 2020-ci il tarixdə 65 yaşı tamam oalndan sonra işləmək müddəti 2020-2021-ci dərs ilinin sonuna qədər uzadılmışdır. 14 iyun 2021-ci il tarixdə isə çalışmaq müddətinin son yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilərək, həmin tarixdən təqaüdə çıxmışdır. Əri Zərərçəkmiş şəxs2 əvvəllər X23 işləmiş, 2005-ci ildən təqaüdə çıxmışdır. Oğlu Şahid1 qonşuları Zərərçəkmiş şəxs3 məxsus olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü işləməklə pul qazanır. X41 işləmir, evdar qadındır. Masallı rayon sakini Təqsirləndirilən şəxs tanıyır, onunla əri Zərərçəkmiş şəxs2 arasında dostluq münasibətləri olmuş, heç bir narazılıq, dava-dalaş olmamış, lakin Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs2, o cümlədən ailə üzvləri ilə olan bu etibarlı münasibətlərdən istifadə edərək ərinə qarşı dələduzluq edərək onun pulunu ələ keçirtmişdir. Təqsirləndirilən şəxs ilə əri Zərərçəkmiş şəxs2 2020-ci ilin təxminən noyabr ayında tanış olmuşlar. Təqsirləndirilən şəxs yaşadıqları Qusar şəhəri, H.Əliyev prospekti 116 ünvanında yerləşən evlərinin yaxınlığında kirayədə qalmışdır. Təqsirləndirilən şəxs tez-tez ərinin də ərzaq aldığı, qonşuları Zərərçəkmiş şəxs3 məxsus “Vega” mağazasından al-ver etdiyinə görə əri Zərərçəkmiş şəxs2 və qonşuları Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxsla bu mağazada tanış olaraq aralarında dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxsla əri Habil və qonşuları Aydın get-gəl etməyə başlamış, Elmar dəfələrlə Qusar şəhərində yaşadıqları evdə qonaq olmuş, hətta 2 dəfə gecə də qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3la da etibarlı münasibətləri olmuş, Elmar Aydının da evinə dəfələrlə qonaq getmişdir. Təqsirləndirilən şəxs özünü yalandan iş adamı kimi təqdim edib, guya özünün çox imkanlı, varlı-karlı, geniş əlaqləri olan insan olduğunu bildirib, inamlarını qazanmışdır. Elmarın deməsinə görə, onun özündən başqa 6 qardaşı olmuş, biri böyük biznesmen, digər qardaşı Azərbaycan Respublikası DTX-də şöbə müdiri işləmiş, qalan qardaşları da hər biri oxumuş ziyalı insanlar olmuşlar, onun bir qardaşı oğlu da guya Korrupsiya idarəsində işləyir, anası göz həkimi, professordur, Bakı şəhərində apteklər şəbəkəsi və göz klinikası vardır. Elmar guya özünün Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan, əsli-kökünün isə Sisiyan rayonundan olmaqla, yüksək vəzifəli şəxslərin qohumu olduğunu demişdir. Təqsirləndirilən şəxs yalandan guya oğlunun Qusar rayonunda hərbi xidmət keçdiyinə görə Qusarda kirayə qaldığını, bundan başqa xaricdən Azərbaycan Respublikasına ərzaq gətizdirib mağazalara topdan satışını həyata keçirtdiyinə görə, malları gətirən yük avtomobillərinin gömrük işlərini həll etməkdən ötrü Qusar rayonu Samur qəsəbəsində də kirayə ev tutub orada da qaldığını demişdir. Lakin Elmar heç vaxt nə oğlunun, nə qardaşlarının, nə də anasının, eləcə də yüksək vəzifədə işlədiyini bildirdiyi dostlarının ad və soyadlarını deməmiş, bu barədə soruşanda da, cavab verməkdən yayınmışdır. Sonradan onun haqqında maraqlananda bilmişlər ki, Elmarın özü haqqında danışdıqlarının hamısı yalan olmuş, Elmar əslən Masallı rayonundandır, yalandan Naxçıvan Muxtar Respublikasının, Qərbi Azərbaycan bölgəsinin adlarını çəkməklə, özü haqqında nəsilli-köklü bir adam obrazı yaradıb, onların etibarını qazanaraq, bundan istifadə edib pullarını ələ keçirmişdir. Elmar bu cür söhbətlər elədiyinə görə özü və ailə üzvləri elə bimişlər ki, Təqsirləndirilən şəxs çox imkanlı, ziyalı, ətraflı, nüfuzlu, bacarıqlı adamdır. Ona görə də, ona çox etibar etmişlər. Təqsirləndirilən şəxs onlara qonaq gələrkən arabir özü ilə bahalı içkilər gətirib əri Habilə vermişdir. Elmarı oğlu Çingiz də tanımış, Elmar tez-tez oğlundan onu müxtəlif yerlərə çatdırmasını xahiş etmiş, Çingiz də heç vaxt onun xahişlərini yerə salmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən may ayının əvvəllərində oğlu Şahid1 yalandan guya Quba şəhərində iş qurduğunu, bu işi qaydasına qoymaq üçün 300 ABŞ dolları pul lazım olduğunu, tez bir vaxtda bu pulu qaytaracağını deyib onu aldadaraq, 300 ABŞ dolları pul istəmiş, Çingiz də ona etibar etdiyindən bu yalan sözlərinə inanıb razı olmuşdur. Çingiz bu barədə ona danışanda, o da Elmara çox etibar etdiyinə görə, onun oğluna danışdığı bu yalan söhbətə inanaraq, Elmara Həsənova verməsi üçün Çingizə əri Habilin evdə qoyduğu puldan 300 ABŞ dolları məbləğində pul vermişdir. Oğlu Çingiz də 2021-ci ilin təxminən may ayının əvvəllərində bu pulu Quba şəhərində Elmara vermişdir. Təxminən 1-2 gün sonra, yəni 2021-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs təkrarən onların pullarını ələ keçirmək məqsədilə, oğlu Çingizə yalandan Quba rayonunda işlətdiyi fəhlələrin zəhmət haqlarını ödəməkdən ötrü yenə də 450 manat pul lazım olduğunu deyib, əvvəl aldığı 300 ABŞ dolları ilə birlikdə bu pulu da 1 həftəyə qaytaracağına yalandan söz verib təkrarən oğlu Çingizi özünə inandırıb aldatdığına görə, Çingiz yenə də Təqsirləndirilən şəxs əlavə 450 manat verməyə razı olmuşdur. Bu 450 manat məbləğində pulu da özü əri Zərərçəkmiş şəxs2 evdə qoyduğu puldan götürüb, Təqsirləndirilən şəxs verməsi üçün oğlu Şahid1 vermişdir. Təqsirləndirilən şəxs bu pulu da 2021-ci ilin təxminən may ayının əvvəllərində, saat təxminən 16 radələrində Quba şəhərində, “Zamin Bank”-ın yaxınlığında, “Şah Plov” restoranının qarşısında oğlu Şahid1 idarə etdiyi “Mersedec Sprinter” markalı, AZ **-BE-*** qeydiyyat nişanlı avtomobilin içərisində ondan əlbəəl şəkildə almışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs fırıldaqçı olduğunu bilmədiklərinə görə, ona çox inanmışlar, elə bilmişlər ki, o, oğlunu aldadaraq ələ keçirdiyi bu pulları qaytaracaqdır. Lakin sonradan başa düşmüşlər ki, Təqsirləndirilən şəxs əvvəldən məqsədi onları aldadıb aldığı bu pulları ələ keçirmək olmuşdur. 2021-ci ilin iyun ayının təxminən əvvələrində, saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evdə günorta yeməyi yeyərkən, onun təqaüdə çıxdığını öyrənib ondan işinin nə yerdə olduğunu soruşmuş, o da yaşı ilə əlaqədar artıq təqaüdə çıxdığını, işləmək müddətinin dərs ilinin sonuna qədər uzadılsa da, növbəti il üçün uzadılmasının mümkün olmadığını bildirmişdir. Elmar da bunu eşidib onun işləmək müddətini uzada biləcəyini, bunun onun üçün rahat bir iş olduğunu demişdir. Elmar Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostu olduğunu, bu işi onunla danışıb yoluna qoya biləcəyini, onunla əlaqə saxlayıb xəbər verəcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra Elmar evlərində qonaq olarkən ona və əri Zərərçəkmiş şəxs2 onun məsələsni məsələsini danışdığını, bu iş üçün 700 manat məbləğində pul lazım olduğunu, ancaq onun tanışı olduqlarına görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna 600 manat pul verib işini həll edəcəyini demişdir. Onlar da Təqsirləndirilən şəxs yalan sözünə inanıb bu pulu verməyə razı olmuşlar. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs2 zəng edərək, onun işləmək müddətini 1 il də artırmaqla əlaqədar məsələni həll etmək üçün özü ilə 600 manat pul götürüb, Xaçmaz rayonu Xudat şəhərinə gəlməsini bildirmişdir. Əri Habil də Təqsirləndirilən şəxs onları aldadıb pullarını ələ keçirəcəyindən şübhələnməyərək, 600 manat məbləğində pulu götürüb, Xudat şəhərinə gedib Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən iyun ayının ortalarında, saat təxminən 13 radələrində Xudat dəmiryolu vağzalının yaxınlığında əri Zərərçəkmiş şəxs2 onun işləmək müddətini 1 il artırmaq üçün, Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna vermək adı ilə onu aldadaraq, 600 manat məbləğində pulu ondan almışdır. Elmara inandıqlarına görə bu sözlərindən sonra işinin həll olunduğunu, növbəti dərs ilində də müəllimə kimi Qusar şəhər 2 saylı tam orta məktəbdə işləyəcəyini fikirləşib arxayın olmuşlar. Bu söhbətdən bir müddət sonra, 2021-ci ilin iyun ayının təxminən sonlarında, Təqsirləndirilən şəxs yenidən evlərində qonaq olarkən, oğlu Çingizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Samur gömrük məntəqəsinə kargüzar kimi işə düzəltməyi təklif etmişdir. Elmar onun işləmək müddətini uzatmaq məsələsini həll etdiyini deyib onları inandırdığına görə, ona olan inamları daha da artmışdır. Elmarın bu yalan sözlərinə, onun yüksək vəzifəli şəxslərin qohumu olduğuna inandıqlarına görə ona Çingizi “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə təcili yardım avtomobilinin sürücüsü kimi işə düzəldə bilib-bilməyəcəyini soruşanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininin onun yaxın dostu olduğunu, qohumluğu çatdığını, onunla danışıb bu məsələni həll edəcəyəni, Çingizi «Qusar RMX» PHŞ-də təcili yardım sürücüsü kimi işə qoymaqdan ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna 1500 manat məbləğində pul verməli olduqlarını demişdir. Əri Zərərçəkmiş şəxs2 Elmarın bu yalan sözünə inanaraq, oğlu Şahid1 işə qoymaq üçün bu pulu verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs elə orada, yəni 2021-ci ilin təxminən iyun ayının sonlarında, saat təxminən 16 radələrində onun və oğlu Çingizin yanında yaşadıqları evlərində oğlu Şahid1 «Qusar RMX» PHŞ-nə təcili yardım sürücüsü kimi işə qoymaqdan ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adı ilə əri Zərərçəkmiş şəxs2 əlbəəl şəkildə 1500 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs növbəti gün təxminən səhər saatlarında onlara gəlib Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostu ilə danışdığını, Çingizi «Qusar RMX» PHŞ-nə sürücü kimi işə qoymaq üçün 1500 manat məbləğində pulun bəs etmədiyini, əlavə olaraq 500 manat da lazım olduğunu yalandan deyib istədiyinə görə, əri Habil bu işi həll etmək üçün ona yenə əlavə 500 manat pul verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs həmin gün, yəni, 2021-ci ilin iyul ayının təxminən sonlarında, saat təxminən 11 radələrində yaşadıqları ünvan 3 ünvanında yerləşən evlərində onun və oğlu Çingizin yanında oğlu Şahid1 «Qusar RMX» PHŞ-də təcili yardım sürücüsü kimi işə qoymaqdan ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adı ilə əlavə olaraq 500 manat məbləğində pul almışdır. Pulu aladan sonra Təqsirləndirilən şəxs iş həll etmək görüntüsü yaradıb gözlərindən pərdə asmaqdan ötrü, oğlu Çingizlə birlikdə guya onun işini həll etmək adı ilə “Qusar RMX”-na getmiş, Çingizə avtomobildə gözləməsini deyib, xəstəxananın inzibati binasına daxil olub, təxminən 30 dəqiqə sonra xəstəxanadan çıxıb, Çingizin avtomobilinə qayıdaraq, ona işinin demək olar həll olunduğunu deyib arxayın etmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs2 150.000 manata kombayn aldığını, Quba rayonunda taxıl biçini olduğuna görə həmin işə nəzarət etməkdən ötrü bir müddət Quba rayonuna gedərək orada qalacağını, ona zəng çatmasa narahat olmamalarını, işlərini düz-qoş etdikdən sonra qayıdacağını, onun və oğlu Çingizin işlərindən narahat olmamasını, bütün işləri danışdığını, lazımı vəzifəli şəxslərə pulları çatdırdığını tezliklə xəbər gələcəyini bildirib getmişdir. 2021-ci ilin təxminən iyul ayının sonlarından etibarən isə onun heç bir telefon nörmələrinə zəng çatmamışdır. 2021-ci ilin sentyabr ayında yeni dərs ili başlasa da onun işə başlaması ilə əlaqədar heç bir məlumat, çağırış gəlməmişdir. Təqsirləndirilən şəxs oğlu Çingizin də işi ilə bağlı tezliklə xəbər gələcəyini desə də, onun da işindən bir xəbər çıxmamışdır. Bundan sonra başa düşmüşlər ki, Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu, özünün və ailəsinin ziyalı insanlar olduğunu, bizneslə məşğul olduğunu deməklə, onları özünə inandıraraq etibarlarını qazanıb, ona olan inamlarından və etibarlarından istifadə etməklə vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə əri Habildən aldığı pulları aldadıb ələ keçirmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qonşuları Zərərçəkmiş şəxs3 da aldadaraq, ona olan etibarından sui-istifadə edib tez müddətdə qaytaracağına inandıraraq, müxtəlif adlarla onun toplam 2200 manat məbləğində pulunu alıb ələ keçirmişdir. Çox sonradan bilmişlər ki, Elmar adlı bu fırıldaqçı heç bir işi-gücü olmayan, dələduz bir adam olmuş, heç bir biznesi, vəzifədə işləyən dostutanışı olmamış, bu cür adamların adlarından istifadə etməklə onlar kimi insanların inamını qazanıb pullarını ələ keçirməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onun işləmək müddətini 1 il artırmaq üçün ərindən aldığı 600 manat pulu Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən dostuna vermək adı ilə, oğlu Şahid1 «Qusar RMX» PHŞ-nin Təcili yardım şöbəsinə sürücü kimi işə düzəltmək üçün 2000 manat məbləğində pulu da Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən dostuna vermək adı ilə almış, ancaq bu şəxslərin adlarını onlara deməmişdir. Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Cardam kəndində oğlu Zərərçəkmiş şəxs4, arvadı X26 ilə birlikdə yaşayırlar. Ağdaş rayon Kommunal müəssisələr kombinatında fəhlə işləyib ailəsini dolandırır. X50 işləmir, evdar qadındır. Oğlu Zərərçəkmiş şəxs4 rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik etməklə dolanır. Oğlu Zərərçəkmiş şəxs4 başqa övladı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər-hansı yaxın tanışlıq, dostluq münasibəti, eləcə də narazılıq, davadalaş olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən iyun ayından etibarən, Ağdaş şəhərində oğlu Muradla eyni evdə müvəqqəti kirayədə yaşaması ilə əlaqədar tanımışdır. 2021-ci ilin təxminən iyun ayının əvvəllərində oğlu Zərərçəkmiş şəxs4 Ağdaş şəhərində meyvə bağında fəhlə işlədiyinə görə, Ağdaş şəhəri, Padar deyilən ərazidə, Maisə adlı qadının evində müvəqqəti kirayədə yaşamışdır. 2021-ci ilin təxminən iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs da Maisə adlı qadınla danışaraq, oğlu Muradla bir evdə kirayədə qalmağa başlamışdır. Bir neçə dəfə oğlu Murada baş çəkmək üçün Ağdaş şəhərində yerləşən, Elmarla birlikdə qaldıqları evə gedərkən Təqsirləndirilən şəxs orada görüb onunla tanış olmuşdur. Elmar söhbət zamanı əslən Qərbi Azərbaycandan olduğunu, ailədə 7 qardaş olmaqla, qardaşlarının da hər birinin oxumuş, ali savadlı, imkanlı insanlar olduqlarını, özünün də müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyən çox sayda dost-tanışlarının olduğunu yalandan deyərək, onlarda varlı, nüfuzlu, əli hər yerə çatan bir adam olması barədə fikir yaratmışdır. Elmar özünün meyvə-tərəvəz biznesi olduğunu, Ağdaş rayonuna da bu biznesi ilə əlaqədar gəldiyini demişdir. Lakin nə özü, nə də oğlu Murad onun konkret olaraq nə biznesi ilə məşğul olduğunu, harada işlədiyini, kimlərlə oturub-durduğunu bilməmişlər. Muradın deməsinə görə Təqsirləndirilən şəxs işi barədə suallara cavab verməkdən yayınmışdır. Eyni evdə yaşadıqlarına görə oğlu Muradla Elmar arasında dostluq münasibətləri yaranmış, Murad ona çox etibar etmiş, Elmarın özü barədə danışdığı yalan sözlərdən sonra onun haqqında yüksək fikirdə olmuşdur. 2021-ci ilin təxminən iyul ayının ortalarında Murad Təqsirləndirilən şəxs onu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə mühafizəçi işini qoymağı təklif etdiyini, bu işə görə ondan 1500 manat məbləğində pul istədiyini bildirmişdir. Muraddan Elmarın bu işi hansı qaydada düzəldəcəyini soruşanda, Murad Təqsirləndirilən şəxs ona “Ağdaş RMX” PHŞ-nin direktoru Nuru Nuriyevin tanışı olduğunu, bu işi də onunla danışacağını, başqaları üçün belə işləri 3000 manata həll etsə də, yaxın olduqlarına görə, onun üçün bu məsələni 1500 manat pula həll edəcəyini bildirmişdir. Elmar oğlu Murada ondan istədiyi 1500 manat məbləğində pulu da tanışı olduğunu bildirdiyi “Ağdaş RMX” PHŞ-nin direktoru Nuru Nuriyevə verməklə məsələni həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs onları özünün nüfuzlu, əli hər yerə çatan adam olmasına inandırdığına görə, “Ağdaş RMX” PHŞ-nin direktorunun tanışı olmasına, onunla danışıb oğlu Muradı 1500 manat pula həqiqətən xəstəxanaya mühafizəçi işinə düzəldəcəyi barədə yalan vədinə inanmışlar. Təqsirləndirilən şəxs oğluna “Ağdaş RMX” PHŞ-nin dirketorunu tanıdığını desə də, onu haradan tanıdığını, qohum olub-olmamaları, aralarında nə münasibət olması barədə heç bir söz deməmişdir. Elmarın oğlunu aldadıb pulunu ələ keçirdiyini biləndən sonra öyrənmişlər ki, bu dələduz yalandan “Ağdaş RMX” PHŞ-nin direktoru vəzifəsində işləyən Nuru Nuriyevin onun tanışı olduğunu deyib, adını çəksə də, faktiki olaraq onunla heç bir dostluq, qohumluq münasibəti olmamış, bu şəxsin adını yalandan oğluna çəkmişdir ki, Murad onun yalanına inanıb istədiyi pulu versin. Lakin həmin vaxt Elmarın fırıldaqçı olduğunu başa düşmədiklərinə görə, onun bu kələyinə aldanmışlar, elə bilmişlər ki, həqiqətən onun yalandan “Ağdaş RMX” PHŞ-nin direktoru vəzifəsində işləyən Nuru Nuriyevlə tanışlığı vardır. Maddi imkanları çox zəif olduğuna görə Təqsirləndirilən şəxs oğlunu işə qoymaq adı ilə ondan istədiyi 1500 manat pulu düzəltmək üçün saxladıqları 1 baş inəyi 700 manat pula satmışlar, oğlu Murad baldızı Xalidə Məmmədovadan da bu işə görə 200 manat məbləğində borc alıb, cəmi 900 manat pul düzəldə bilmişdir. Onlara böyük məbləğdə borc verə biləcək tanışları da olmadığından, başqa pul tapa bilməmişlər. Elmar hər dəfə oğlu Muradı tələsdirib ona tez bir vaxtda pulu çatdırmasını demişdir. Zərərçəkmiş şəxs4 da Elmara 900 manat pul düzəldə bildiyini, bundan əlavə pul verməyə imkanları çatmadığını deyəndə, Elmar yalandan onunla aralarında dostluq münasibətləri olduğuna görə, istədiyi 1500 manat pulun qalan 600 manatını da özü verəcəyini bildirib, 900 manat pulu gətirib ona verməsini tapşırmışdır. Elmar Muradı özünə inandırmaq üçün yalandan demişdir ki, guya biznesi ilə əlaqədar Rusiya Federasiyasına gedib, təxminən 5 ay orada qalacaqdır, qayıdandan sonra Muradı işə qoymaq üçün özünün də verdiyi 600 manatı ondan alacaqdır. Oğlu da Təqsirləndirilən şəxs çox etibar etdiyinə görə, onun bu yalan sözlərinə inanmış və 2021-ci ilin təxminən iyul ayının ortalarında, saat təxminən 13 radələrində Təqsirləndirilən şəxsla Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən parkda olan kafedə görüşəndə, Elmar ona “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru ilə danışıb razılıq aldığını, 1500 manat pulu tanışı olan “Ağdaş RMX” PHŞ-nin direktoru vəzifəsində işləyən Nuru Nuriyevə verib, onu bu xəstəxanaya mühafizəçi işinə düzəltdirəcəyini deyərək yalandan vəd vermiş, oğlu Zərərçəkmiş şəxs4 da Elmarın bu yalan vədinə inanaraq, onu işə qoymaq üçün Xəstəxananın direktoruna vermək adı ilə 900 manat pulu Elmara əlbəəl şəkildə vermişdir. Bir neçə gün sonra isə Elmar yalandan oğlundan aldığı 900 manat pulun üstünə özünün də 600 manat pul qoyub cəmi 1500 manat pulu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsində işləyən Nuru Nuriyevə verdiyini, sənədləşmə işləri qurtarandan sonra yaxın günlərdə oğlunu işə çağıracaqlarını deyib, guya onun işini həll etmək görüntüsü yaratmışdır. 2021-ci ilin təxminən iyul ayının sonlarında isə Təqsirləndirilən şəxs oğluna 2 gün sonra onu “Ağdaş RMX” PHŞ-nə işə çağıracaqlarını deyib telefonunu söndürmüş, oğlu həmin gün evə qayıdanda, Təqsirləndirilən şəxs bütün əşyalarını, palatarlarını götürüb birdəfəlik Ağdaş şəhərindən getdiyini bilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs heç bir mobil telefon nömrələrinə zəng çatmamamışdır. Təqsirləndirilən şəxs Ağdaş şəhərindən gedəndən sonra onun dediyi vaxt gəlib çatsa da, işdən bir xəbər çıxmamışdır. Özləri də Elmara inandıqlarına, onları aldatdığını başa düşmədiklərinə görə, heç yerə müraciət etməyib xəbər gözləmişlər. X58 mobil telefonlarına zəng çatmadığını, onunla Ağdaş rayonundan gedəndən sonra əlaqə saxlaya bilmədiyini deyəndə, barmağını dişləmişdir ki, Təqsirləndirilən şəxs deyəsən fırıldaqçıdır, oğlu Zərərçəkmiş şəxs4 yalan deyib onu işə qoymaq adı ilə 900 manat pulunu ələ keçirmişdir. 2021-ci ilin təxminən avqust ayının əvvəllərində Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs5 adlı şəxs Muradı taparaq Təqsirləndirilən şəxs onu aldadıb 1040 manat məbləğində siqaretini alıb, pulunu verməyib getdiyini bildirib ondan Elmar haqqında soruşmuşdur. Bundan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 də özünü imkanlı, əli hər yerə çatan insan kimi göstərmiş, ona yalandan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi tapşırıqlarını yerinə yetirdiyini demiş, oğlu Muradın işlədiyi bağ sahəsi haqqında ona etdiyi söhbət zamanı eşitdiklərindən yalanlar düz-qoş edərək, Fəxrəddinə guya özünün də Naxçıvan MR-dan olmaqla, həmin bağ sahəsinə nəzarət etdiyini bildirmişdir. Bundan sonra onlara tam aydın olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu Muradın ona olan inamından istifadə edərək, onu aldadıb “Ağdaş RMX” PHŞ-nə mühafizəçi işinə düzəldəcəyini yalandan vəd verib, bu işə görə xəstəxananın direktoruna vermək adı ilə ondan 900 manat məbləğində pul alıb ələ keçirmiş, fakitiki olaraq bu pulu heç kəsə verməmiş, oğlunun işi ilə əlaqədar heç kəslə danışmamışdır. Bu günə qədər də oğlu Muradı “Ağdaş RMX” PHŞ-nə işə düzəlməsi məsələsi ilə əlaqədar heç kəs çağırımamış, bu barədə onlara heç bir məlumat gəlməmişdir. Sonradan bilmişlər ki, Elmar adlı bu dələduz heç kəsə, eləcə də “Ağdaş RMX” PHŞ-nin direktoru vəzifəsində işləyən Nuru Nuriyevə müraciət etməmiş, ümumiyyətlə Nuru Nuriyevin, eləcə də, başqa şəxsin bu məsələdən heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs onunla tanışlığı, dostluğu, ümumiyyətlə heç bir münasibəti, əlaqəsi olmamış, Muradın pulunu ələ keçirmək üçün yalandan bu şəxsin adını vermişdir. Təqsirləndirilən şəxs oğlu Muradı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə mühafizəçi işinə qoyacağını yalandan vəd verib aldadaraq 900 manat pulunu ələ keçirməsində başqa heç kəsin iştirakı olmamışdır. Elmar Murada bütün işi özü gördüyünü, bu məsələni xəstəxananın direktoru ilə özü danışıb həll edəcəyini demişdir. Fakitiki olaraq onun “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru vəzifəsində işləyən N.Nuriyevlə heç bir tanışlığı, dostluğu, başqa yaxın münasibətləri olmamış, bu sözləri oğlunu inandırmaq üçün yalandan demiş, onu aldadıb ələ keçirdiyi 900 manat pulu da heç kəsə verməmişdir. Təqsirləndirilən şəxs oğlu Muradı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə mühafizəçi işinə qoymaq adı ilə aldadıb 900 manat pulunu ələ keçirmişdir. Elmar Zərərçəkmiş şəxs4 yalandan bu pulun üstünə özünün də guya 600 manat pul qoyub “Ağdaş RMX” PHŞ-nin direktoru vəzifəsində işləyən tanışı Nuru Nuriyevə verib bu işi həll edəcəyini demişdir. Ancaq faktiki olaraq bu pulu ələ keçirib, nə N.Nuriyevə nə də başqa şəxs verməyib heç bir iş görməyib oğlunu aldatmışdır. Təqsirləndirilən şəxs oğlundan başqa Ağdaş şəhərində mağaza işlədən Zərərçəkmiş şəxs5 də aldadaraq oun 1040 manat dəyərində siqaret məmulatlarını ələ keçirmiş, sonradan eşitdiklərinə görə Qusar, Quba rayonlarında da bir çox şəxsləri onlar kimi aldadaraq dələduzluq yolu ilə həmin şəxslərin də pullarını ələ keçirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs3, oğlu Şamxal Mirzəmətov, Rüstəm Mirzəmətov ilə birlikdə yaşayırlar. Digər oğlu X32 Federasiyasının Dərbənd şəhərində yaşayır, həmin şəhərdə “Marmelad” restoranında administrator işləyir. Böyük oğlu Şamxal hal-hazırda işləmir, kiçik oğlu Rüstəm isə Qusar şəhər 3 saylı tam orta məktəbininin 8-ci sinfində təhsil alır. Rəsmi olaraq heç bir yerdə işləmir, əri Zərərçəkmiş şəxs3 Qusar şəhərində yerləşən “Vega” mağazasının fəaliyyətində ərinə kömək edir. Zərərçəkmiş şəxs2 qonşusu kimi tanıyır, Habilə Pirəliyev və onun ailəsi ilə onların ailələri arasında dostluq münasibətləri vardır, narazılıqları dava-dalaşları olmamışdır. Təqsirləndirilən şəxs da tanımış, onunla əri Zərərçəkmiş şəxs3 arasında dostluq münasibətləri olmuş, heç bir narazılıqları, dava-dalaşları olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əri Aydının etibarından sui-istifadə edib, onu aldadaraq 2200 manat məbləğində pulunu ələ keçirtmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən noyabr ayından etibarən tanımış, mütəmadi olaraq əri Aydının mağazasından alver etdiyinə görə əri ilə onun arasında yaxın münasibətlər yaranmış, get-gedə onların arasında etibarlı münasibətlər əmələ gəmişdir. Özü də mağazada olarkən, dəfələrlə Təqsirləndirilən şəxs mağazalarından al-ver etmişdir. Əri Aydının deməsinə görə Elmar Qusar şəhər sakini Fəxrəddinə məxsus qonşuluqlarında yerləşən evdə kirayədə qalmışdır. Elmar onların mağazasında olarkən, qonşuları Zərərçəkmiş şəxs2lə də tanış olmuş, onunla da münasibətləri yaranıb dostlaşmışdır. Təqsirləndirilən şəxsla əri Zərərçəkmiş şəxs3 və qonşuları Zərərçəkmiş şəxs2lə aralarında yaxın, etibarlı münasibətlər yarandığından, tez-tez onlarla get-gəl etməyə başlamış, dəfələrlə həm onların, həm də Zərərçəkmiş şəxs2 evində qonaq olmuşdur. Təqsirləndirilən şəxs özünü yalandan iş adamı kimi təqdim edib, guya özünün çox imkanlı, varlı-karlı insan olduğunu bildirib inamlarını qazanmışdır. Elmarın deməsinə görə, onun özündən başqa 6 qardaşı olmuş, biri böyük biznesmen, digər qardaşı Azərbaycan Respublikası DTX-də şöbə müdiri işləmiş, qalan qardaşları da hər biri oxumuş ziyalı insanlar olmuşlar. Təqsirləndirilən şəxs deməsinə görə, onun bir qardaşı oğlu da guya Korrupsiya idarəsində işləmiş, anası göz həkimi, professor olmuş, Bakı şəhərində apteklər şəbəkəsi və göz klinikası olmuşdur. Həmçinin demişdir ki, özü guya Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır, əsli-kökü isə Sisiyan rayonundan olmaqla, yüksək vəzifəli şəxslərin qohumudur. Təqsirləndirilən şəxs yalandan guya oğlunun Qusar rayonunda hərbi xidmət keçdiyinə görə Qusarda kirayə qaldığını, bundan başqa xaricdən Azərbaycana ərzaq gətizdirib mağazalara topdan satışını həyata keçirtdiyini, malları gətirən yük avtomobillərinin gömrük işlərini həll etməkdən ötrü Qusar rayonu Samur qəsəbəsində də kirayə ev tutub orada da qaldığını demişdir. Lakin Elmar heç vaxt nə oğlunun, qardaşlarının, nə də anasının, eləcə də yüksək vəzifədə işlədiyini bildirdiyi dostlarının ad və soyadlarını deməmiş, bu barədə soruşanda da, cavab verməkdən yayınmışdır. Çox sonradan bilmişlər ki, Elmarın özü haqqında danışdıqları bu söhbətlərin hamısı yalan olmuş, özü əslən Masallı rayonundan olduğu halda, onlara yalandan Naxçıvan Muxtar Respublikasının, Qərbi Azərbaycan bölgəsinin adlarını çəkməklə, özü haqqında nəsilliköklü bir adam obrazı yaradıb, etibarlarını qazanaraq, bundan istifadə edib pullarını ələ keçirtmək məqsədi güdmüşdür. 2021-ci ilin təxminən may ayının ortalarında, əri Zərərçəkmiş şəxs3 Bakı şəhərində olarkən, ona zəng edərək, Təqsirləndirilən şəxs ona qonaqlarının Qusar rayonu “X27” istirahət etdiklərini bildirib, onları qonaq etməkdən ötrü təcili olaraq ondan 800 manat məbləğində pul istədiyini və bir-iki günə qaytaracağına söz verdiyini, ona görə də Elmara 800 manat məbləğində pul verməsini tapşırmışdır. O da evdən 800 manat məbləğində pul götürüb özündə saxlamış, 2021-ci ilin təxminən may ayının ortalarında, saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən “Vega” adlı mağazaya gəlib, ondan 800 manat məbləğində pulu əlbəəl şəkildə almışdır. Təqsirləndirilən şəxs bu pulu ondan alarkən mağazada ikisindən başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs bundan bir neçə gün sonra, yəni 2021-ci ilin may ayının təxminən sonlarında, günorta vaxtı onların evində qonaq olarkən, əri Zərərçəkmiş şəxs3 qonaqlarının Qusar rayonu “X9” istirahət etdikləri üçün ona yenə də pul lazım olduğunu bildirib, təkrarən ayın sonunda qaytaracağını yalandan vəd edib əlavə olaraq ərindən 400 manat məbləğində pul istəmiş, Elmar pulu istəyərkən əri Aydına alacağı olduğunu, bir neçə günə həmin pulu alıb, 800 manatı da üstünə qoymaqla, 1200 manat pulu tam şəkildə qaytarcağına yalandan söz vermişdir. Elmar Həsənoa çox etibar etdiklərinə görə, onun bu sözlərinə inanmışlar, onu bizneslə məşğul olan, varlı-karlı, nüfuzlu nəslin nümayəndəsi kimi tanıdıqlarından, heç ağıllarına da gəlməmişdir ki, Təqsirləndirilən şəxs bu pulları ələ keçirmək məqsədilə onlardan istəyib alır. Ona görə də, Təqsirləndirilən şəxs şübhələnmədən onun sözlərinə inandıqlarından, əri Aydın istədiyi pulu ona verməyə razı olmuş və 2021-ci ilin təxminən may ayının sonlarında, saat təxminən 16 radələrində ünvan 14 ünvanında yerləşən evlərində, onun yanında Təqsirləndirilən şəxs əlbəəl şəkildə 400 manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs bu pulu alandan sonra da, ərini aldatmağa davam etmiş, bir neçə gün sonra da, qonşuları Zərərçəkmiş şəxs2 evində qonaq olub, evindən çıxarkən, əri Zərərçəkmiş şəxs3 “X9” qonaqları saxlamaqdan ötrü çox xərcinin çıxdığını deyərək, xərclik kimi əlavə olaraq, 500 manat məbləğində də pul istəmiş, 1 həftəyə bütün pulları qaytaracağına yalandan söz verib onu aldatmışdır. Əri Aydın da onun bu yalan sözünə inanaraq, qonşuları Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən evinin həyətində, 2021-ci ilin may ayının təxminən sonlarında, saat təxminən 22 radələrində 500 manat məbləğində pulu Elmara vermişdir. Təqsirləndirilən şəxs ərindən 1 həftəyə qaytaracağını yalandan vəd verib pul alsa da, bir müddət ümumiyyətlə nə onlara, nə də mağazalarına gəlməmişdir. Ona görə də, əri Zərərçəkmiş şəxs3 onunla maraqlanmaqdan ötrü 2021-ci ilin iyun ayının təxminən əvvəllərində Elmarla əlaqə saxlayanda, Elmar ona işi ilə əlaqədar Gəncə şəhərində olduğunu, tezliklə qayıdıb ondan aldığı pulları qaytaracağını deyib arxayın etmişdir. 2021-ci ilin iyun ayının təxminən əvvələrində isə, Təqsirləndirilən şəxs bir daha ərinə zəng edərək, iş qurduğunu deyib, işlətdiyi fəhlələrə pul vermək üçün əlavə olaraq 500 manat məbləğində pul istəmişdir. Təqsirləndirilən şəxs bu pulu istəyərkən də ərinə bir neçə gün sonra Qusar şəhərinə gəlib, sonuncu dəfə istədiyi 500 manat da daxil olmaqla ondan aldığı 2200 manat məbləğində pulu bir yerdə qaytaracağını yalandan vəd edib, bir daha onu özünə inandırmışdır. Əri Zərərçəkmiş şəxs3 da Elmarın bu yalan vədinə bir daha inanaraq, ona 500 manat məbləğində pul verməyə razı olmuşdur. Elmar ərinə pulu götürmək üçün mağazalarına adam göndərəcəyini demişdir. Elə onun dediyi kimi, 2021-ci ilin təxminən əvvəllərində, saat təxminən 12 radələrində, bir nəfər kişi cinsli şəxs “Vega” adlı mağazalarına gəlib ərinə Elmarın adından gəldiyini bildirib, 500 manat məbləğində pulu ondan almışdır. Pulu verəndən bir müddət sonra isə, Təqsirləndirilən şəxs ərinə zəng edərək pulun ona çatdığını deyib, təşəkkür etdmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının ortalarından iyun ayının əvvələrinədək olan müddətdə, 4 dəfəyə olmaqla, hər dəfə müxtəlif aldadıcı sözlərlə, yalan vədlərlə ərini aldadaraq, ondan ümumilikdə 2200 manat məbləğində pulu aldatmaq yolu ilə alıb ələ keçirmişdir. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs Qusar şəhərinə gələrək, əri Zərərçəkmiş şəxs3 və qonşuları Zərərçəkmiş şəxs2lə görüşsə də, ərindən aldığı pulu qaytarmaqla bağlı heç bir söhbət etməyib, pulu qaytarması barədə vədinin üstündən keçmiş, söhbəti heç açmamışdır. Əri Aydın da onu ciddi bizneslə məşğul olan, sözü bütöv adam kimi tanıdığından, yəqin özünün bir neçə günə qaytaracağını fikirləşib, utandığından pul barədə ondan heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs bu görüşlərindən sonra da, onlara gəlməmiş, əri ilə görüşməkdən yayınmışdır. Ona görə də, əri Zərərçəkmiş şəxs3 Elmara zəng edib ondan aldığı 2200 manat məbləğində pulu nə vaxt qaytaracağını soruşanda, Elmar onu yola vermək üçün yalandan iyun ayının 29-u pulu qaytaracağını bildirmişdir. Lakin Elmar söz verdiyi vaxtda pulu qaytarmamış, ümumiyyətlə əri ilə görüşməkdən yayınaraq, onun telefon zənglərinə cavab verməmişdir. Hətta bildiyinə görə 2021-ci ilin iyun ayının sonlarında Qusar şəhərinə gəlib Zərərçəkmiş şəxs2 evində qonaq olmuş, lakin həmin vaxt da əri Aydınla görüşməkdən yayınmışdır. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs bu ərəfədə də Zərərçəkmiş şəxs2 oğlu Çingizi “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Təcili yardım şöbəsinə sürücü düzəldəcəyini yalandan vəd verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirinin hansısa müavininin onun yaxın qohumu olduğunu, guya bu şəxsə pul vermək adı ilə Habili aldadıb ondan 2000 manat məbləğində pul alıb vədinə əməl etməyib pulu ələ keçirmiş, oğlunu da işə düzəltməmişdir. 2021-ci ilin təxminən may ayının əvvəllərində də, Zərərçəkmiş şəxs2 oğlu Şahid1 Quba şəhərində yeni qurduğu işi qaydasına qoymaq adı ilə 300 ABŞ dolları, bir-iki gün sonra da 450 manat məbləğində pul almış, bu pulları da alarkən tezliklə qaytaracağını vəd etsə də, qaytarmayaraq aldadıb ələ keçirmişdir. 2021-ci ilin iyun ayının təxminən ortalarında da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 arvadı Şahid2 pensiya yaşını Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaçmaz Regional Təhsil İdarəsində şöbə müdiri vəzifəsində işləyən hansısa dostu vasitəsi ilə danışıb uzatdıracağını yalandan vəd verib, guya bu iş üçün həmin vəzifəli dostuna verəcəyini yalandan deyərək, Zərərçəkmiş şəxs2 Xaçmaz rayonu Xudat şəhərində 600 manat məbləğində pul almış, ancaq bu işi də həll etməyərək ona verilən 600 manat məbləğində pulu da ələ keçirmişdir. Təqsirləndirilən şəxs bu cür fırıldaqçı işlərlə məşğul olduğunu biləndən sonra onlar tam başa düşmüşlər ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs3 aldadaraq onun 2200 manat məbləğində pulunu da aldadıb ələ keçirmiş, bu pulları istəyərkən də onun heç vaxt bu pulları nə vaxtsa ərinə qaytarmaq məqsədi olmamışdır. Əri Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs arasında heç bir borc söhbəti olmamışdır, Təqsirləndirilən şəxs bu pulları ərindən müxtəlif adladıcı vədlərlə, istəyib, onu aldadaraq ələ keçirmişdir. Əri Zərərçəkmiş şəxs3, eləcə də özü ona çox inanmışlar, onu bizneslə məşğul olan, böyük adam kimi tanımışlar. Həm də Elmar dəfələrlə onların evində olub, əri ilə çörək kəsmişdir. Əri Aydın da, aralarında olan bu etibarlı münsibətə xatir Elmarın yalan sözlərinə, aldadıcı vədlərinə inanıb, hər dəfə ondan pul istəyəndə bu pulları ona vermişdir. Ancaq Təqsirləndirilən şəxs məqsədi elə əvvəlldən, bu pulları alarkən ərini aldadıb pulları ələ keçirmək olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid6 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai və məhkəmə istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X14, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 qarşı törətdiyi cinayət əməllərini səmimi etiraf edib təqsirini boynuna aldığını, peşimançılıq hissi keçirdiyini bunları nəzərə alıb ona köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 22784, xx.xx.2022-ci il tarixli, 5788 nömrəli məktublarından görünür ki, 050 *** ** ** saylı mobil telefon nömrəsi Zərərçəkmiş şəxs1 adına alınmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, AZF/LGL-31394/21 nömrəli məktubundan görünür ki, 070 *** ** ** saylı mobil telefon nömrəsi xx.xx.2020-ci il tarixdə xx.xx.1984-cü il təvəllüdlü, Masallı rayonu Əhmədli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına aktivləşdirilmişdir. "xxxx" MMC-nin ********* nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixdə X15 tərəfindən X5 adına Quba poçt şöbəsindən 1.000 manat məbləğində pul köçürülmüşdür. "xxxx" MMC-nin mədaxil qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixdə X11 adına Quba poçt şöbəsindən 1020 manat məbləğində pul köçürülmüşdür. "xxxx" MMC-nin ********* nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə X15 tərəfindən Axundlu ELşən Natiq oğlunun adına 1 nömrəli Quba poçt şöbəsindən 150 manat məbləğində pul köçürülmüşdür. "xxxx" MMC-nin ********* nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə X15 tərəfindən Axundlu ELşən Natiq oğlunun adına Quba poçt şöbəsindən 150 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Quba poçt filialının xx.xx.2022-ci il tarixli, QPF011 nömrəli məktubundan və məktuba əlavə edilmiş cədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2020-ci il tarixdə X5 adına göndərilmiş 1.000 manat məbləğində pul vəsaiti şəxsiyyət vəsiqəsinin FİN kodu 1CB4G5Y olan Ofeliya Rüstəmova tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin Ağdaş mərkəzi poçt şöbəsindən alınmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hər dəfəsində 150 manat olmaqla X16 adına göndərilmiş pul vəsaitləri şəxsiyyət vəsiqəsinin FİN kodu 3PU6ZAH olan Elşən Axundov tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-nin Gəncə regional poçt filialının 19 saylı poçt şöbəsindən alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 103-3-24-705 və xx.xx.2022-ci il tarixli, 103-3-24-718 nömrəli məktublarından və məktublara əlavə edilmiş cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2020-ci il tarixdə X5 adına göndərilmiş 1.000 manat məbləğində pul vəsaiti Ofeliya Rüstəmova tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin Ağdaş mərkəzi poçt şöbəsindən alınmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hər dəfəsində 150 manat olmaqla X16 adına göndərilmiş pul vəsaitləri Elşən Axundov tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-nin Gəncə regional poçt filialının 19 saylı poçt şöbəsindən alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qusar rayon təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli, 115 nömrəli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1955-ci il tarixdə Qusar rayonunda anadan olmuş, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan Şahid2 xx.xx.1976-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər Qusar şəhər 2 saylı tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləmiş, xx.xx.2020-cil il tarixdə çalışmanın son yaş həddinə (65 yaş) çatmış, dərs ilinin sonuna qədər əmək müqaviləsinin müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Digər hər hansı məktbədə pedaqoji fəaliyyətlə məşğul olmamışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-66-31/2-04/2023 nömrəli məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ərazidə yaşamır. Ərazidə yaşadığı müddətdə özünün davranışı ilə cəmiyyətdə mənfi fikir formalaşdırmışdır. Davranışı mənfi xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə müxtəlif yerlərdən yazılı və ya şifahi formada şikayətlər daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1566 nömrəli rəyindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən, yəni Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən iyul ayının sonlarında Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edərək onu aldadıb ələ keçirdiyi 06 adda siqaretlərin birlikdə orta bazar qiyməti 2021-ci ilin iyul ayında 1113,0 (min yüz on üç) manat olmuşdur. Diskə baxış keçirilməsi haqqında 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi ilə 07 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək 055 ***-**-** saylı, 29 aprel 2020-ci il tarixdən 10 may 2020-ci il tarixədək 050 ***-**-** saylı, 11 may 2020-ci il tarixdən 29 iyun 2020-ci il tarixədək 051 ***-**-** saylı, 09 iyul 2020-ci il tarixdən 18 oktyabr 2020-ci il tarixədək 050 ***-**-** saylı, 07 iyul 2020-ci il tarixdə 055 ***-**-** saylı, 03 noyabr 2020-ci il tarixdən 03 iyul 2021-ci il tarixədək 070 ***-**-** saylı, 13 noyabr 2020-ci il tarixdən 09 fevral 2021-ci il tarixədək 050 ***-**-** saylı, 30 iyul 2021-ci il tarixdən 22 avqust 2021-ci il tarixədək 055 ***-**-** saylı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələri arasında telefon danışıqları olmuş, həmçinin çoxsaylı sms danışıqları da aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 5790 nömrəli məktubundan görünür ki, *** *** ** **, *** *** ** **, 051 *** ** ** saylı mobil telefon nömrələri Təqsirləndirilən şəxs məxsus olmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-5204/22 nömrəli məktubundan görünür ki, 055 *** ** ** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsus olmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-6578/22 nömrəli məktubundan görünür ki, *** *** ** **, 055 *** ** ** saylı mobil telefon nömrələri əvvəllər Təqsirləndirilən şəxs məxsus olmuş, hal-hazırda yenidən satış üçün təyin olunmuş və hər hansı abunəçinin adına aktivləşdirilməmişdir. Diskə baxış keçirilməsi haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər mütəmadi olaraq müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 *** ** ** saylı, 2021-ci ilin may ayı ərzində Şahid1 istifadəsində olan 070 *** ** ** saylı, 2021-ci ilin may, iyun, iyul ayları ərzində Zərərçəkmiş şəxs3 istifadəsində olan 055 *** ** ** saylı, 2021-ci ilin iyul ayı ərzində Zərərçəkmiş şəxs5 istifadəsində olan 051 *** ** ** saylı, Zərərçəkmiş şəxs4 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrələri ilə telefon danışıqları aparılmış, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsi 2020-ci ilin dekabr ayının əvvəllərində Ağdaş rayonu, xx.xx.2020-ci il tarixdən etibarən əsasən Quba, Qusar, Xaçmaz rayonları, 2021-ci ilin may ay ərzində Quba, Qusar rayonları, 2021ci iyun-iyul ayları ərzində Ağdaş, Quba, Qusar, Xaçmaz rayonları, eləcə də Xudat şəhəri ərazilərindəki anten dairələrində olmuş, Zərərçəkmiş şəxs2 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsinə “Salam Elmar qardaş Nə var nə yox” məzmununda sms göndərilmişdir. Diskə baxış keçirilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 *** ** ** saylı, Zərərçəkmiş şəxs2 istifadəsində olan 050 *** ** ** saylı, Zərərçəkmiş şəxs3 istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrələri ilə çoxsaylı telefon danışıqları aparılmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər mütəmadi olaraq müxtəlif tarixlərdə, həmçinin 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar, fevral ayları ərzində Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları aparılmış, Təqsirləndirilən şəxs bu nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 *** ** ** nömrəsinə 2020-ci ilin dekabr ayında edilən zənglər zamanı Ağdaş rayonu, 2021-ci ilin yanvar-fevral ayları ərzində edilən zənglər zamanı Quba, Qusar rayonlarının ərazilərindəki anten dairələrində olmuşdur. Diskə baxış keçirilməsi haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 *** ** ** saylı mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 050 *** ** ** saylı mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 050 *** ** ** saylı mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları və sms yazışmaları aparılmışdır. Diskə baxış keçirilməsi haqqında 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 *** ** ** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqları, eləcə də sms yazışmaları aparılmış, həmçinin xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 070 *** ** ** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə “Seni sevirem cooooox El.mar” məzmununda sms göndərmişdir. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, poçt vasitəsilə pul vəsaitinin göndərilməsinə dair 04 ədəd qəbz, Təqsirləndirilən şəxs təqdim etdiyi “Nokia 5310” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanmışdır. Beləliklə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 182.2.2, 182.2.4, 32.4,312.2-ci maddələri ilə tövsif edilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Appelyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə rüşvət şəkilndə pul və sair nemətlər verilməsi halında” rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərər çəkmişin xeyrinə hər hansı hərəkət etmək, ona kömək etmək niyyəti olmamış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə-dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O, cümlədən, hakim qanunu və vicdanı rəhbər tutraq sübutların məcmusuna hərtərəfli, tam və obyektik baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməlləri qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.2, 182.2.2 və 182.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Qusar rayon məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarı ilə axtarışda olan Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, o, 10 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhəri ərazisində tutularaq istintaq orqanına təhvil verilmişdir. Məhkəmə icraatı dövründə də təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınan 04 ədəd qəbzin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalı, “Nokia 5310” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. 07 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 182.2.2-ci və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Nokia 5310” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. 07 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-166/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-166/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver