Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-167/2022 13.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X2 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(124)-167/2022 №-li Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında keçirilən ilkin dinləmələr zamanı dövlət ittihamçısı və müdafiəçi vəsatət verərək məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 303-cü maddəsində göstərilmiş kobud qanun pozuntularına yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmiş, təqsirləndirilən şəxs vəsatətlərlə razı olduğunu ifadə edib vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlmişdir ki, qeyd edilən cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcuddur o, cümlədən ibtidai araşdırma zamanı mümkün qədər aradan qaldırılması mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmnin hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı müstəntiq tərəfindən cinayət işinin materiallarının ona təqdim olunmadığını və ibtidai istintaq zamanı cinayət işinin materialları ilə tanış olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan 03.12.2021-ci il tarixli “Təqsirləndirilən şəxs və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X3 ilə cinayət işinin materialları ilə tanış olmuşlar. Cinayət işinin materiallarından görünür ki, 03 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən alınmış 06.05.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 və X3 03 dekabr 2021-ci il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində olmamışlar. Göründüyü kimi, ibtidai araşdırma zamanı faktiki olaraq Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış edilməmiş, lakin müstəntiq tərəfindən həqiqi olmayan protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Bununla da, Azərbaycan Respublikası CPM-nin 284, 285, 286, 287 və 289-cu maddələrinin tələbləri pozulmuş, təqsirləndirilən şəxsin CPM-nin 91.5.22-ci maddəsi, yəni ibtidai araşdırma qurtardığı andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ pozulmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməmişdir ki, bununla da, onun müdafiə hüququ kobud formada pozulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1. və 303.3.8-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntularına yol verildiyindən, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər nazirinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 25 dekabr 2021-ci il tarixədək həbs növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan olunduğu gündən 1 ay müddətinə, yəni 13 iyun 2022-ci il tarixədək uzadılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs müdafiəçisinin həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatətini əsassız hesab edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş prosessual əsaslar aradan qalxmamış və müdafiə tərəfi ağır cinayətin törədilməsində ittiham olunan təqsirləndirilən şəxsin məhkəmədən gizlənməyəcəyi ilə bağlı hər hansı bir qarantiya təqdim etməmişdir. Hazırda təqsirləndirilən şəxsin barəsində qüvvədə olan həbs qətimkan tədbirini ləğv olunması yolverilməzdir və təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdə qalmasına mütləq zərurət vardır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmasına dair müdafiəçisinin vəsatəti təmin edilməməli və hazırki vəziyyətdə təqsirləndirilən şəxsin həbsdə saxlanılması davam etdirilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2-ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı :
1. Dövlət ittihamçısının və müdafiəçinin vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan olunduğu gündən 1 ay müddətinə, yəni 13 iyun 2022-ci il tarixədək uzadılsın.
4. Təqsirləndirilən şəxs müdafiəçisinin həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatəti əsassız olduğundan təmin edilməsin.
5. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Sumqayıt şəhər Polis idarəsinin, İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılsın.
6. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.
7. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
8. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.
Sədrlik edən: İmza Hafiz Əliyev Hakim: imza Fikrət Əliyev Hakim: İmza Fəhmin Hümbətov
Əsli ilə düzdür, Sədrlik edən Hakim: Hafiz Əliyev