Məhkəmə qərarları › İş №1(124)-167/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-167/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-167/2024 23.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şamaxı rayonunun Meysəri kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonunun Meysəri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən fərdi yaşayış evində yaşamış, hazırda Azerbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs 5 ay əvvəl yaşadıqları evi tərk edərək onunla görüşməyən arvadı - xx.xx.1994-cü il tarixdə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olmaqla Şamaxı rayonunun Meysəri kəndində qeydiyyatda olmuş və “AAAF”yaşayış kompleksində yaşamış Zərərçəkmiş şəxs bu hərəkətinə görə faktiki ailə münasibətləri davam etmədiyindən və bunun nəticəsində azyaşlı oğlu X5 ilə görüşməsində məhdudiyyətlər yarandığından arvadı ilə barışmaq üçün səy göstərməsi, arvadının bu səylərə mənfi münasibət göstərməklə ondan boşanmaq istəməsi səbəbindən arvadının başqa kişilərlə görüşüb intim əlaqədə olaraq ona xəyanət etməsindən şübhələnib arvadı ilə aralarında olan narazılıqları həll etmək və gələcək münasibətlərinə aydınlıq gətirmək məqsədi ile xx.xx.2022-ci il tarixdə saat 16 radelərində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF" yaşayış kompleksinə gələrək sonuncu ilə həmin yaşayış kompleksinin 1 saylı küçəsində söhbət edən zaman arvadının ona kobud cavab verməsinə görə onunla bir daha barışmayacağına əmin olub, ondan qəti şəkildə ayrılmaq istədiyi üçün başqa kişilərlə intim əlaqədə olaraq ona xəyanət etməsi şübhələrinin əsaslı olması qənaətinə gələrək arvadını öldürmək məqsədi ilə əvvəlcədən üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 105 mm, dəstəyinin uzunluğu 115 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağını götürərək Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, yəni döş qəfəsindən 3, sağ bazu oynağı nahiyəsindən 1, sağ kürəkaltı nahiyədən 1, eləcə də sol əlindən xəsarətlər yetirməklə sonuncuya döş qəfəsinin döş və qarın boşluğuna nüfuz edərək ürəyi, ağciyəri və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmədən ölümünə səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin 1 ədəd, döş qəfəsinin sol yan səthinin 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin 1 ədəd deşilmiş- kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin sağ bazu oynağı nahiyəsinin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ kürəkaltı nahiyənin 1 ədəd deşilmiş-kəsilmiş yarası, habelə sol əlin li, İİİ, İV, V barmaqlarının kəsilmiş yaraları kimi hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə arvadı Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadə vermək istəmədiyini, ünvanlanan sualları cavablandırmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, evdən qaçıb getdiyinə görə arvadını öldürmüşdür. Arvadı 3-4 ay olardı ki, evdən qaçıb getmişdir. O, arvadının evdən qaçıb harada qaldığını bilməmişdir. Arvadına neçə bıçaq zərbəsi endirdiyi yadından çıxmışdır. Bıçaq götürməkdə məqsədi arvadını öldürmək olmamış, sadəcə olaraq hadisə zamanı özündən çıxmışdır. Hadisəni törətdikdən sonra Yasamalda polisə təslim olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, arvadı ona xəyanət etdiyinə görə öldürmüşdür. Özü dediyinə görə ona xəyanət etmişdir. Arvadı ilə görüş zamanı nə səbəbə evdən qaçdığını soruşub evə qayıtmalı olduqlarını bildirmişdir. O da ona demişdir ki, həyatı çöldədir. Başqa kimsə ona arvadının xəyanət etməsi barədə məlumat verməmişdir. Onun arvadını öldürmək fikri olmamışdır. Arvadının neçə vaxtdır harda qalmağı barədə məlumatı olmamışdır. Sonra ona demişdir ki, Xırdalanda qalır. Xırdalanda AAAF parkda qalmışdır. Ona demişdir ki, uşağı götürək gedək danışaq görsün fikri nədir. Arvadı da ona fikrinin azad həyat yaşamaq olduğunu, neyləyib neyləməli olduğunu özünün bildiyini demişdir. O, da buradan başa düşmüşdür ki, arvadı dəyişilib. O, özü də əziyyət çəkmişdir. İstəməzdi belə olsun, uşağı yetim qalsın. O, usta işləmiş və iş zamanı anidən nəyisə kəsmək üçün bıçaq lazım olduğundan üzərində gəzdirmişdir. Sumqayıtda fasad işi görmüşdür. Bıçaq işdə olmuş, bu dəfə nəsə oldu, bıçaq üzərində olmuşdur. Bıçaq yadından çıxıb üstündə qalmışdır. Arvadını öldürməyi əvvəldən planlaşdırmamışdır. Getməkdə məqsədi arvadı ilə görüşüb uşağı görmək olmuşdur. Ancaq özü tək gəlmiş və ona yuxarı qalxmalı olduğunu bildirmişdir. O, da yuxarı qalxmaq istəmədiyini, tanımadığı insanın evinə getmək istəmədiyini bildirmişdir. Qayınları ilə münasibəti yaxşı olmuşdur. Qayınları bacılarının evdən qaçdığını bilmiş, amma pis yola düşdüyünü bilməmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs bacısı X6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərmişdir ki, anası cavan öldükdən sonra bacısını doqquz yaşından on yeddi yaşına kimi o saxlamışdır. Bacısı on yeddi yaşına çatdıqda Səadətdinlə evlənmiş, nikaha girmişdir. Pis dolanmamış, can deyib can eşitmişdirlər. Onun övladı məktəbə qəbul olduqdan sonra Bakıya köçəsi olmuşdur. Səadətdingilin dolanışıqları zəif olduğu üçün Bakıya gəlmişdirlər. Səadətdin meşədən qoz ləpələri yığıb satırdı. Sonra dolana bilmədiklərini bildirib ailəlikcə Bakıya köçmüş, qəşəng dolanmışdırlar. Sonra aralarında olanlar barəsində bacısı ona heç bir şey deməmişdir. Bacısıgil kirayə yaşamışdırlar. Bacısıgilin on bir yaşında epilepsiya xəstəsi olan övladları vardır. O, bacısın evdən getdiyini bildirəndə düşünmüşdür ki, yəqin yenə də uşağın istiliyi qalxmış, bacısı onu həkimə aparmışdır. Gözlədilər, bacısı gəlmədi. Səadətdin də o yan bu yana getdi, bacısı tapılmadı. Bundan sonra aralarında nə olub-olmadığını bilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Onu anasının ağ tellərinə və övladına görə bağışlamışdır. Özü də yaxşı bilir ki, epilepsiya xəstəsi olan övladı ortada qalıb. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, 17 yaşına kimi bacısına o, baxmışdır. Bacısı dərdini və s. bölüşən adam deyildir. Heç vaxt bacısı ailəsində münasibətlərin pozulması barədə ona nəsə deməmişdir. Bacısıgilin ailəsində münasibətlərin pozulmağa başladığını gedəndə bilmişdir. Ona dedilər ki, bacın evdə yoxdur, o, da hara getdiyini soruşmuşdur. Ancaq onu bilmişdir ki, uşaq xəstədir, epilepsiyadır, tez-tez qızdırması olur. Günə çıxanda, ya hansısa şirə içəndə dərhal zəhərlənmə vermişdir. O, da həmin vaxt bacısının uşağı həkimə apardığını düşünmüşdür. Bacısı uşağı həkimə Sumqayıta gətirmişdir. Orada boğazını yudurtmuş, sistem qoşdururdu. Təqsirləndirilən şəxsin də haqqını vermək lazımdır ki, bütün bunların pulunu verirdi. Belə demək mümkünsə, tərəzinin bir gözünə pulu qoyublar, bir gözünə də uşağı. O uşağı müalicəylə qurtarırdılar. Təqsirləndirilən şəxsi bağışlayır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə tərkibin suallarına cavab olaraq bildirmişdir ki, bacısı evdən çıxanda uşağı götürüb həkimə getmişdir. Bacısıgilin ailəsində arada söhbət olmuşdur, o da hər ailədə olan şeydir. Bacısı getdikdən sonra axşamı evə gəlməmişdir. Bacısının hara getdiyini, gecəni harada qaldığını bilməmişdir. Bacısının telefonuna zəng çatmamış, nömrəsi olmamışdır. Telefonun “whatsapp”-ı var idi, ancaq nömrəsi yox idi. Bacısı evdən gedəndən təxminən üç ay sonra hadisə baş vermişdir. Bacısı evdən getməmişdən qabaq müxtəlif restoranlarda, “Bravo” marketdə və bir çox yerdə xadimə işləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Fərhad oğlu göstərmişdir ki, bacısı evlənəndə o, Rusiya Federasiyasında olmuşdur. Daha sonra Rusiya Federasiyasından gəlmişdir. Bir az rayonda qalmış, sonra şəhərə gəlib burada işləməyə başlamışdır. Səadətdin də gəlib onun yanında işləmişdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları evə gələndə onları məlumatlandırmışdır. Hadisə zamanı işdə olmuşdur. Elə bil Səadətdin dörd-beş gün işə gəlməmişdir. O, ona bir dəfə zəng vurmuşdur ki, işə gəl. O da ona bir az işinin olduğunu bildirmişdir. Üç-dörd gün eləcə də qalmışdır. Ancaq onu da qeyd etmişdir ki, bacısının evdən getməsi ilə bağlı o, sonuncunu axtarmamışdır. O, bacısını axtarmamışdır. Bacısı ilə bir dəfə telefonda danışığı olmuşdur. O, telefonda bacısına evdən getməsinin yaxşı bir şey olmadığını bildirib evə qayıdıb gəlməsini tapşırmışdır. Bacısı da onun sözünü eşitməyəndən sonra o, bacısı ilə əlaqəsini kəsmişdir. Bacısının pis yola düşməsi ilə bağlı onda məlumat olmamışdır. Səadətdinlə bacısının pis yola düşməsi ilə bağlı danışmamışdır. O, ancaq bacısına evdən getdiyinə görə irad bildirmiş, açığı ondan üz döndərmişdir. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə əri tərəfindən “AAAF PARK” yaşayış kompleksində qətlə yetirilən 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 2022-ci il avqust ayında tanımışdır. Belə ki, həmin vaxt evini təmizlətmək üçün 166 təmizlik xidmətinə zəng etmişdir. Gələnlər arasında Əfsanə də olmuşdur. Bu gündən sonra yaxın rəfiqə kimi əlaqələri yaranmışdır. Əfsanə bir müddət sonra zəng edərək “Oğlumla birlikdə sənin evində qala bilərikmi?” deyə soruşmuşdur. Kirayədə qaldığı mənzildə tək qaldığı üçün buna razılıq vermişdir. Əfsanə atasının və anasının vəfat etdiyini, qardaşının birinin isə cəzaçəkmə müəsisəsində olduğunu bildirmişdir. Həmçinin Əfsanə əri ilə xoşbəxt olmadığını bildirmişdir. Əfsanənin ərindən etiraz etməsinin şahidi olmamışdır. Əfsanənin qardaşı Mais dəfələrlə zəng edərək Əfsanənin geri qayıtmasını İstəmişdir. Əfsanə də qardaşından qorxduğu üçün Tunarı baldızıgilə aparmışdır. Təxminən 1 ay əvvəl Əfsanənin qardaşı Təbriz cəzasını çəkib qurtarmış və azadlığa çıxmışdır. 13 noyabr 2022-ci il tarixdə Təbriz Tunarı da götürərək onlara gəlmişdir. Təbriz Əfsanəni başqa evdə kirayədə qalmasını istəmişdir. Lakin nə Əfsanə, nə də o buna razı olmamışlar. Təbriz onlarla razılaşmışdır. 16 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Səadətdin Əfsanəyə zəng edərək Tunarı və onu görmək istədiyini demişdir. Əfsanə onun yanında danışmışdır. Bu səbəbdən onların dialoqlarını eşitmişdir. Əfsanə ərinə “Yağış yağır mən Tunarı gətirə bilmərəm, sən binanın içinə gir” demişdir. Əfsanə Səadətdinin qabağına çıxmaq üçün aşağı düşmüşdür. Çünki Səadətdin onun yaşadığı mənzili tanımamışdır. Pəncərədən həyətə baxmış və Əfsanənin həyətin çıxışına doğru getdiyini görmüşdür. Bir müddətdən sonra isə Əfsanənin Səadətdinlə birlikdə yenidən həyətə doğru gəldiyini görmüşdür. Səadətdini əvvəllər görməmişdir. Onlar yaşadığı mənzilin yerləşdiyi binanın qarşısındakı binanın qarşısında olan zaman Səadətdin sağ əlini Əfsanənin boynuna dolamışdır. Səadətdinin Əfsanəni öpdüyünü zənn edərək və bunu görmək istəməyərək onlara baxmamış və kənara çəkilmişdir. Çox az müddət sonra yenidən onlara baxdıqda Əfsanəni yerdə Səadətdini isə həmin vaxt ayaq üstə görmüşdür. Bu vaxt Səadətdinin Əfsanəni vurduğunu başa düşmüş və qışqırmağa başlamışdır. Elə bu vaxt Səadətdin hadisə yerindən qaçmağa başlamışdır. Bütün bu olanlar baş verəndə Tunar da onunla birlikdə pəncərədən olanları görmüşdür. Dərhal həyətə düşmüş və Əfsanəni qanlar içində qarşı binanın blokunun qarşısındakı pilləkənin qarşısında arxası üstə uzanmış vəziyyətdə görmüşdür. Orda olan insanlar səs- küyə yığılmışlar. Kimsə 103 xidmətinə zəng etmiş. Lakin təcili tibbi yardım briqadası gec gəldiyi üçün ordakı insanlardan kimsə Əfsanəni avtomobillə xəstəxanaya aparmışdır. Bir müddət sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmiş və onlardan Əfsanənin yolda öldüyünü öyrənmişdir. Şahid1 ifadəsində Səadətdini əvvəllər tanımadığını bildirmişdir. Sonuncu barəsində Əfsanənin pis danışmasının şahidi olmamışdır. Əfsanə sadəcə əri ilə xoşbəxt olmadığını demişdir. Əfsanə ilə dörd ay birlikdə yaşamış və ondan heç bir qeyri-əxlaqi hərəkətin şahidi olmamışdır. Əfsanə sadəcə olaraq xoşbəxt olmadığını ona demişdir. Həmçinin Əfsanə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 2011-ci ildə məhkum olunmuş, 2022-ci ilin sentyabr ayında isə cəzasını çəkərək azadlığa çıxmışdır. 16 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF" yaşayış kompleksində əri Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilən 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Səadətdinlə Əfsanə 2012-ci ildə ailə həyatı qurmuş, bu nikahdan onların Tunar adlı oğulları dünyaya gəlmişdir. Bütün bunlar olan zaman o, cəza çəkmişdir. Cəzasının sonuna az qalmış Əfsanə ilə Səadətdin arasında münaqişənin olduğunu bilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Tərtər rayonuna getmişdir. Qohumlarından Əfsanənin bir neçə aydır evdən çıxıb getdiyini və sonuncu ilə heç bir əlaqə qura bilmədikərini öyrənmişdir. Bundan sonra Sabunçu RPl-nin 12-ci PB-nə gedərək bacısının itkin düşməsi barədə ərizə ilə müraciət etmişdir. Şikayət etdikdən təxminən 10 gün sonra bölmədən zəng gəlmiş və Əfsanəni tapdıqlarını bildirmişlər. Əfsanə ilə danışmışdır. Əfsanə ilə bundan sonra mobil telefon ilə əlaqə saxlamışdır. Əfsanə ilə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri “AAAF" yaşayış kompleksində yerləşən mənzildə görüşmüşdür. Əfsanə Sevinc adlı qadınla birlikdə yaşamışdır. Əfsanədən nəyə görə evi tərk etdiyini soruşduqda sonuncu “Mən Səadətdinlə xoşbəxt deyiləm" demişdir. Əfsanəyə rəsmi boşanmağı və özü ilə birlikdə yaşamağı təklif etmişdir. Bundan sonra Əfsanə “Yaxşı ki, sən gəldin, məni bir sən başa düşdün, lakin mən bu qızı (Sevinci) buraxıb gedə bilmərəm" demişdir. Bundan 3 gün sonra Səadətdinin valideynlərinin yaşadığı Şamaxı rayonu, Meysəri kəndinə gedərək Əfsanənin oğlu Turanı ordan götürüb Əfsanənin yanına aparmışdır. Bu gedişində bazarlıq da etmişdir. Əfsanəyə yenə de getməyi təklif etsə də sonuncu yenə də təklifini qəbul etməmişdir, Bütün bunlar barəsində Səadətdinlə söhbət edəndə sonuncu “Vallah mən heç nə bilmirəm, heç bir söz demədən çıxıb gedib” demişdir. 16 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Əfsanənin birlikdə qaldığı Sevinc zəng edərək “Səadətdin gəldi Əfsanəni blokun qabağında öldürdü" demişdir. Sevincdən məsələni aydınlaşdırmaq üçün sual verdikdə Sevinc “Gəlmişdi, uşağı aparsın, Əfsanə onu qarşılamaq üçün həyətə düşdü, blokun qabağında Əfsanəni öldürdü” demişdir. Həmin vaxt Tərtər rayonunda olmuşdur. Səadətdinə zəng etsə də sonuncuya zəng çatmamışdır. 17 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Əfsanənin meyitini təhvil aldıqdan sonra onu Bəyimsarov kənd qəbristanlığında dəfn etmişlər. Şahid3 ifadəsində Səadətdinin fəhlə işləyərək öz zəhməti ilə pul qazandığını və ailəsini dolandırdığını bildirmişdir. Əfsanə isə xadiməlik edərək pul qazanmışdır. Səadətdinin belə bir hərəkət etməsini heç gözləməmişdir. Onların dəqiq hansı problem yaşadıqlarını bilməmişdir. Çünki həmin vaxt cəza çəkmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksi, 1-ci küçə, 1 saylı binanın qarşısıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində Yasamal RPİ-yə könüllü gələrək arvadı Nuriyeva (Həsənova) Əfsanə Fəhrad qızını qısqanclıq zəminində saat 16:00 radələrində Abşeron rayonu, “AAAF Park” yaşayış kompleksinin yaxınlığında yerləşən evin qarşısında üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə bədəninin müxtəlif yerlərinə qəsdən vurmaqla öldürdüyünü bildirmiş və həmin bıçağı da könüllü olaraq təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd jaket, 01 ədəd məmədan, 01 ədəd alt paltarı (trusik) götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış və götürülməsi haqqında” 17 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd qərmızı və sarı rəngli, açılıb qatlanan və kəsici yeri 9 sm, açılanda uzunluğu 23 sm olan bıçağı təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “götürmə aparılması haqqında ” 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kurtka və şalvarını könüllü təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 173 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaralar, sol əlin barmaqlarının kəsilmiş yaraları aşkar edilmişdir. Deşilmiş-kəsilmiş yaralardan 3 (üç) ədədi daxilə nüfuz etmişdir. Qeyd edilən xəsarətlər aşağıdakılardır: Döş qəfəsinin sağ yarısının ön səthində döşyanı xətt üzrə İV qabırğa səviyyəsində yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x0,7 sm ölçüdə). Yara İV qabırğanı kəsərək sol plevra boşluğuna nüfuz edərək ağciyərin yuxarı payını, ürək kisəsini, ürəyin sağ mədəciyini dəlib keçərək mədəcik boşluğunda sərbəst qurtarır. Yara kanalının istiqaməti öndən-arxaya bir qədər yuxarıdan- aşağı və sağdan-sola doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 8- 9 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır; Döş qəfəsinin sol yan səthində orta qoltuqaltı xətt üzrə İV-V qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası (2,0x1,0 sm ölçüdə). Yara sol İV-V qabtrğarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin yuxan payını dəlib keçərək kor qurtarır Yaranın istiqaməti yuxarıdan- aşağı, öndən-arxaya, soldan-sağa doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 8-9 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır; Döş qəfəsinin sağ yarısının ön səthində döşyanı xətt üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası (5,5x1,5 sm ölçüdə). Yara sağ Vİİ-Vİİİ qabırğarası sahədən döş və qarın boşluğuna nüfuz edərək diafraqmanı dəlib keçir, qaraciyərin sol payını zədələyərək kor qurtarır. Yaranın istiqaməti yuxandan-aşağı, öndən-arxaya, və bir qədər sağdan-sola doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 8-9 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır; Sağ bazu oynağı nahiyəsinin arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,0x1,0 sm ölçüdə) Yaranın kənarları hamar, yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 7 sm-dir, istiqaməti soldan-sağa, arxadan-önə və aşağıdan-yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır; Sağ kürəkaltı nahiyənin deşilmiş-kəsilmiş yarası (2,0x0.9 sm ölçüdə). Yaranın kənarları hamar yuxarı ucu iti, aşağı ucu kütdür Yara kanalının dərinliyi 5 sm-dir, istiqaməti soldan- sağa, arxadan-önə və aşağıdan-yuxarıya doğrudur Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Kəsilmiş yaralar: Sol əlin İİ.İİİ.İV.V barmaqlarının kəsilmiş yaralan. Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), sol əlin barmaqlarının kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlərdən 3 (üç) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar və sol əlin barmaqlarının kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin döş və qarın boşluğuna nüfuz edərək edərək ürəyi, ağciyəri və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmə olmuşdur İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün çoxlu qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (16.11 2022-cl İİ. saat 19:00-dan) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş- kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 5 (beş) ədəd deşilmiş- kəsilmiş yaraların və kəsilmiş yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətləri nəzəre alaraq demək olar ki, qeyd olunan deşilmiş- kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici- kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 631-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol nahiyəsində bir ədəd, sviterin arxa səthinin orta nahiyəsində bir ədəd, sviterin arxa səthinin sağ nahiyəsində bir ədəd, sviterin sol qolunun arxa səthində üç ədəd deşilmişkəsilmiş və büstqalterin arxa səthinin sol nahiyəsində bir ədəd kənari zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş və kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş məhrum Zərərçəkmiş şəxs məxsus şalvar və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci rl tarixli 797/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B- alfa/H//lll/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/l/. (Sonuncunun şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus ev geyimi - kofta, ev şalvarı, büstqalter, trusik, bir ədəd qatlanan cib bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 01 ədəd gigiyenik çubuğun bir ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda В, H antigenİəri və ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//lll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə O/l/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halda mümkündür (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). Təqdim olunan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan gödəkçə üzərində qana şübhəli hər hansı bir ləkə, ona məxsus cins şalvar üzərindəki ləkədə isə insan qanı aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27;03.2023-cü il tarixli, 797 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərkj etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, eqoasentrizm, özünə qarşı hörmət tələb etmək kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində hadisəni törətməyə meyl oyadan qətiyyətlilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 07 dekabr 2022-ci il tarixli 11853 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli PHŞ/6-72-2- 2022-310 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Şamaxı RMX-nin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdurlar. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “Süd vəzisinin xoşxassəli yeni törəməsi” diaqnozu ilə Şamaxı RMX- na müraciət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkolojl Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 04 dekabr 2022-ci il tarixli xx/xx-15959 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli, yun materialdan olan sol ayağının yuxarı hissəsində “Dmagilan” sözün yazılmış şalvar, 01 ədəd boz rəngli, yun materialdan olan sol döş hissəsində “Dmagilan” sözü yazılmış jaket, 01 ədəd qırmızı rəngli, üzərində qara rəngli naxışları olan məmədan, 01 ədəd bənövşəyi rengli, etiketində “ROMANTİC" sözü yazılmış alt paltarı (trusik); Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli, qabaq hissəsi zəncirbəndli, hər iki tərəfində cibləri olan, iç etiketində "HUANQİU” hərfləri yazılmış kurtka və 01 ədəd qara rəngli, bel kəmər hissəsində “LX DESİGN JNS” hərfləri yazılmış cins şalvar; hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 01 ədəd nümunə, 01 ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş tələbnamələrdən görünür ki, X4 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. “Elektron məhkəmə sistemi”ndən əldə edilmiş məlumatdan və cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X1 uşağı X7 xx.xx.2013-cü təvəllüdlü olmaqla azyaşlıdır. Məhkəmə, Təqsirləndirilən şəxs arvadı zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək istəməməsi, hadisə zamanı özündən çıxması və bıçağı işdə istifadə etdiyi üçün üzərində gəzdirməsi barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü olaraq gəlib təqsirini boynuna alması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan- Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd jaket, 01 ədəd məmədan, 01 ədəd alt paltarı yaxın qohumlarına qaytarılmalı qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd kurtka və 01 ədəd cins şalvar sahibinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 01 ədəd nümunə və 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd jaket, 01 ədəd məmədan, 01 ədəd alt paltarı yaxın qohumlarına qaytarılısın qəbul etmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd kurtka və 01 ədəd cins şalvar sahibinə qaytarılsın qəbul etmədikdə məhv edilsin, hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 01 ədəd nümunə və 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar