Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-167/2025 12.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Nizami oğlunun sədrliyi, X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası artırılaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs internetdə sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Səyid” adlı İran İslam Respublikası vətəndaşının «Watsapp» tətbiqi vasitəsi ilə 3 ay əvvəl ***-***-**-** nömrəsinin Watsapına göndərdiyi məkanla bağlı məlumatlara əsasən sonuncunun Bakı şəhəri, Binəqədi rayonu ərazisində qoyduğu 1 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış çəkisi 12,964 qram olan xeyli miqdarda narkotik vasitə tiryəki, 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 5,702 qram və 0,476 qram olmaqla ümumi çəkisi 6,178 qram külli miqdarda narkotik vasitə heroini və 3 ədəd konvolyutda ümumi sayı 29 ədəd olmaqla üzərində «F/M40» yazısı olan tərkibində təsiredici maddənin miqdarı 1,16 qram külli miqdarda narkotik vasitə metadon həblərini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək yaşadığı ünvan 3 ünvanına daşıyıb, hissələrə ayıraraq 1 ədəd bükümdə çəkisi 12,964 qram olan tiryəki və narkotik vasitə metadon həblərindən 1 ədəd konvolyutda 9 ədəd tərkibində ümumi təsiredici maddənin miqdarı 0,36 qram hissəsini əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 5,702 qram və 0,476 qram olmaqla ümumi çəkisi 6,178 qram narkotik vasitə heroini kibrit qutusunda və 2 ədəd konvolyutda 20 ədəd tərkibində ümumi təsiredici maddənin miqdarı 0.8 qram olan narkotik vasitə metadon həblərini isə yaşadığı qeyd edilən mənzilin girişində sol tərəfdə yerləşən elektrik qutusunun içərisində saxlamışdır. 25 iyul 2024-cü il tarixdə saat 15:15-də Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində 9 saylı binanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılıb, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikdən sonra orada həmin gün saat 17:20-dən 17:28-dək üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə çəkisi 12,964 qram olan narkotik vasitə tiryək, 1 ədəd konvolyutda 9 ədəd tərkibində ümumi təsiredici maddənin miqdarı 0,36 qram narkotik vasitə metadon həbləri və şalvarının sol yan cibindən 1 ədəd üzərində narkotik vasitənin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı kimi yaşadığı ünvan 3-ə həmin gün saat 18:30-dən 18:38-dək baxış keçirilərkən mənzilin giriş hissəsində sol tərəfdə yerləşən elektrik qutusunun içərisindən 2 ədəd bükümlərdə ayrıayrılıqda çəkiləri 5,702 qram və 0,476 qram olmaqla ümumi çəkisi 6,178 qram narkotik vasitə heroini və 2 ədəd konvolyutda 20 ədəd tərkibində ümumi təsiredici maddənin miqdarı 0.8 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, təxminən səhər saat on birdə vəziyyəti pis olması ilə bağlı xəstəxanaya getməli olduğu üçün taksi sifariş vermişdir. Gələn taksi proqramda gördüyü taksi olmamışdır. Üçüncü mərtəbədən baxanda aşağıdan kameraya çəkildiyini görmüşdür. Taksi ona proqram vasitəsi ilə ayrı avtomobillə gəldiyini demişdir. O, uşaqları taksi ilə xəstəxanaya yola salmışdır. Ondan sonra özü evdə olmuşdur. Bir az ağrıları olmuşdur. Bir saat keçəndən sonra iki və ya üç nəfər qapını döymüş, qapıya tərəf keçəndə isə qapıda heç kimi görünməmişdir. Daha sonra bu hal yenə təkrarlanmışdır. Təxminən saat iki olanda siqaret almaq üçün bloka düşmüşdür. Yaşadığı ünvanla market arasında 20 metr məsafə olmuşdur. Araz marketin qapısına iki və ya üç metrə qalmış marketin qarşısında bir nəfər avtomobildən düşmüş və yanındakına “həmin şəxs budur və onu tut” demişdir. Daha sonra kiməsə zəng edərək “onu tutmuşuq” demişdir. Bir nəfər anidən solundan qoluna girərək onu avtomobilə əyləşdirmişdir. Həmin şəxslər ona polis olduqlarını bildirmişlər. Əvvəl iki nəfər olmuş, daha sonra dörd nəfər gəlmişlər. Ümumilikdə 6 nəfər olmuşlar. Araz marketin qarşısında avtomobilin içərisində üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə baxış keçiriləndə üzərindən telefon, 10 manat pul, içərisində bir ədəd siqarət olan siqaret qutusu və evin açarı çıxmışdır. Üzərinə axtarış aparılanda üzərindən heç bir şey aşkar olunmamışdır. Avtomobildə olarkən əlləri qandallı olmuşdur. Daha sonra iki nəfər əməkdaş evə çıxmış, iki nəfəri isə onun yanında qalmışdır. Həmin iki nəfər şəxsin evə çıxmaqda məqsədi, yəqin ki, evdə axtarış etmək olmuşdur. O, həmin iki nəfər şəxsi üzdən tanıya bilcəyini bildirmişdir. Həmin şəxslər şahid qismində yazılmışdır. Təxminən 5- 10 dəqiqədən sonra evdən çıxmışlar. Onlar binadan çıxanda binanın digər tərəfindən də uşaqları çıxmışdır. Uşaqlar evə beş dəqiqə tez gəlsələr, polis əməkdaşlarını evdə görəcəkmişlər. Evdəkilər onu avtomobildə görməmişlər. Avtomobilin də açarını evdən götürmüşlər. Avtomobili xəstə olduğu üçün özü sürməmişdir. Polislərə uşaqların xəstə olduğunu, blokun qarşısında qaldıqlarını və açarı uşaqlarına vermələrini demişdir. İki nəfər şəxs aparıb açarı vermişdir. Açarın dəqiq hansı polis əməkdaşında olduğunu bilməmişdir. Əvvəlcə ondan narkotiki hara qoyduğunu soruşmuşlar. O da polislərə onda narkotik vasitə olmadığını bildirmişdir. Onlar gələndə uşaqlar artıq xəstəxanadan qayıtmışlar. Avtomobilə əyləşmiş və ona narkotik vasitəni göstərərək həmin narkotik vasitəni stolun üstündən tapdıqlarını demişlər. Onlar evə çıxanda özü maşında qalmışdır. Onun avtomobilinin də açarını götürmüşlər. O, avtomobili iki yüz metr aralıda ağacın altında saxlamışdır. Onlar onunla birlikdə avtomobildə axtarış aparmaq üçün avtomobilin yanına getmişlər. Ona “səndə külli miqdarda narkotik vardır” demişlər. Onlar sonra avtomobilin açarını verməyə getmişlər. Təxminən 40 dəqiqə uşaqlar blokun qarşısında gözləmişlər. O, polislərə evdə geyinmədiyi ayaqqabının içərisində balaca bükümdə marixuana olduğunu və istifadə etmədiyini bildirmişdir. Daha sonra onu idarəyə gətirmişlər. İdarədə etiraz etsə də, məcbur qalaraq hər şeyi boynuna almışdır. Ona fiziki təsir göstərmiş, yəni onu döymüşlər. Daha sonra onu boğmağa başlamışlar. Nəfəsi kəsildiyinə görə razılaşdığını demişdir. Daha sonra onlarla razılaşmayanda evdəkiləri də gətirəcəkləri ilə bağlı onu hədələmişlər. Evə külli miqdarda narkotik qoyaraq külli miqdarla yükləyin demişlər. Ona “ biz hələ sənə hörmət edib və səni 234.1-ci maddə ilə ittiham elan edirik, boynuna götür” demişlər. Generala məruzə etdiklərini bildirmiş və ondan başqa bir şəxsin adını verməsini istəmişlər. Əvvəlcə elə bir şəxs tanımadığını demiş, daha sonra məcbur qalaraq onlarla razılaşmışdır. Narkotikin yarısını onun cibinə, yarısını isə elektrik yuvasının içərisində olduğunu deməyini istəmişlər. Daha sonra bir kişi cinsi nümayəndəsi olan şəxs gəlmiş və həmin şəxsin onun vəkili olduğunu sonradan bilmişdir. Çəkiliş olmuş və çəkilişdən sonra evə getmişlər. Evə giriş edəndə uşaqları bloka çıxarmışlar. Elektrik yuvasının içərisinə narkotiki qoymuşlar. Gözlə görünən xəsarəti olmuşdur. Abşeron rayon Məhkəməsinə şikayət etmişdir. Məhkəmədən ona məsələni yoluna qoyacaqlarını və şikayətini geri götürməsini demişlər. Həmin ərizələr də özündədir. Abşeronun MSY-də üzləşdirmə olmuşdur. 234.1-ci maddəsi ilə onun əvvəllər məhkumluğu olmuşdur. Üç övladı vardır. Polislərə müalicə üçün təxminən 28 gündür ora gəldiyini, lakin övladının astması tutduğuna görə birinci uşağını müalicə etdirmək qərarına gəldiyini demişdir. İttihamda göstərilən narkotik vasitələr onda olmamışdır. Həmin narkotik vasitələri polis əməkdaşları qoymuşdur. Polislər onda külli miqdarda narkotikin olması barədə məlumatlarının olduğunu demişlər. Onu birinci iki nəfər şəxs tutmuşdur. Daha sonra zəng etdikləri üçün polis əməkdaşlarının sayı artmışdır. Onu döyən də həmin polis əməkdaşlarıdır. Onun başından, qulağından və kürəyindən vurmuşlar. Ayağındakı yırtıq xəsarətlə bağlı yaranmışdır. Onun böyrək ağrısından başqa ağrıları olmamışdır. Həmin xəsarətin müalicəsi yoxdur. Digər polislər qara rəngli avtomobillə gəlmişlər. Avtomobilin modelinə fikir verməmişdir. Sedan tipli avtomobil olmuşdur. O saxlanılan vaxtı hava isti olmuşdur. Arxa oturacaqda əyləşmişdir. İki nəfər şəxs arxada onun ciblərinə baxmışlar. Onun üzərinə axtarış keçirilən zaman çəkiliş aparılmamışdır. Avtomobillə bir az dolanandan sonra yenidən binanın qarşısına gəlmişlər. Evə baxış keçirilməmişdir. Narkotiki elektrik yuvasının içərisinə qoymuşlar. İdarədə onun əlini və qolunu bağlamışlar. Çəkiliş olanda orada vəkil olmuşdur. Çəkilişdən əvvəl vəkil gəlmişdir. İki nəfər şəxsə kameraya düşməmələri üçün o tərəfdə durmaqlarını demişlər. Onu ekspertizadan keçirmiş və kürəyində və başında xəsarətlərini müəyyən etmişlər. Eyni zamanda qandal onun ayağını kəsmişdir. Ziqzaq formada ayaqlarını bağlamışlar. Xəsarətlərini qeyd etmişlər. Açarı aparanda kiməsə zəng etmişlər. O, ayaqqabısının içərisində marixuana olduğunu demişdir. Marixuananı ümumiyyətlə ittihama salmamışlar. Həmin marixuana balaca bir bükümdə 1-2 qram olmuşdur. O, polislərin onunla olan düşmənçiliyinin səbəbini bilməmişdir. Polislər ona dörd ay əvvəl onu tutmağa gəldiklərini demişlər. Narkotik vasitələrdən tez-tez istifadə etməmişdir. O, kirayə çadır işinə baxır, yəni xeyir və şər üçün çadırları kirayə verirmiş. Aya təxminən 1000-1500 manat qazanmışdır. Ara bir narkotik vasitə olan heroindən istifadə etmişdir. Metadon həblərindən istifadə etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi həmin gün tanımışdır. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əvvəllər həmin şəxs barədə ona əməliyyat məlumatı daxil olmamış və əməliyyat qeydiyyat işi açılmamışdır. Təxirə salınmaz tədbir kimi keçirilmişdir. Masazır ərazisinə yollanmışlar. Üç radələrində, təxminən saat 15:15-də Masazır ərazisində şəxsə yaxınlaşaraq və özlərini təqdim etmişlər. Həmin vaxtı şəxsin üzərinə baxış keçirməmişlər. Əlverişli hava şəraiti olmadığına, yəni hava küləkli olduğuna görə şəxsi idarəyə dəvət eləmişlər. Şəxsi baş idarə gətirmişlər. Şəxsin üzərinə baxış keçiriləndə təhqiqatçı, müdafiəçi və digər əməkdaş olmuşdur. Şəxsi idarəyə dəvət etmişlər. İdarədə təhqiqatçının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Üzərindən narkotik vasitə və tərəzi aşkar olunmuşdur. Narkotik vasitə qablaşdırılmışdır. Evində də narkotik vasitənin olduğunu bildirmişdir. Evinə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə almışlar. Evə baxış keçirilmişdir. Elektrik yuvasının içərisindən narkotik vasitə aşkar olunaraq və qablaşdırılmışdır. Bir neçə ay əvvəl Binəqədi ərazisindən Seyid adlı bir şəxsdən həmin narkotik vasitəsini əldə etdiyini bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyata özü rəhbərlik etmişdir. Əməliyyat qrupunda iki nəfər olmuşlar. Şəxsi saxlayarkən ona hər hansı bir təzyiq göstərməmişlər. Şəxs özünü müdafiə etmək məqsədi ilə ona təzyiq edildiyini demişdir. Əməliyyatda iştirak edən digər şəxs X5 olmuşdur. Narkotik vasitəsini başqa şəxsə satması ilə bağlı onlarda məlumat olmuşdur. Daha sonra həmin məlumat öz təsdiqini tapmamışdır. Faktiki olaraq onlar tərəfindən ona xəsarət yetirilməmişdir. İdarədə baxış keçiriləndən sonra evə baxış keçirmişlər. Vəkillə təhqiqatçı olmadığına görə onlar evə baxış keçirməmişlər. Əvvəlcə idarəyə dəvət etmiş, daha sonra isə evə getmişlər. Təqsirləndirilən şəxsi saxladıqları gün onun ailə üzvlərini görməmişlər. Şəxsə qarşı hər hansı bir zor tətbiq etməmişlər. Şəxs də onlara hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin evində heç kim olmamışdır. Şəxs özü onlara xəstəliyinin olduğunu və müalicə aldığını bildirmişdir. Təqsirləndirilən şəxsi heç kim döyməmişdir. Baş İdarənin əməkdaşları olduqları üçün şəxsi Baş İdarəyə aparmışlar. O, Baş İdarədə 18 ildir əməliyyat müvəkkili vəzifəsində işləyir. Yeni plenum qərarına əsasən artıq həmin qərarın tələbləri əsasında işləyirlər. Bundan başqa Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis mayorudur. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəssiz mənbədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə onun müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfimdən qərar qəbul olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru X2 iştirakı ilə əməliyyat qrupu yaradılmşdır. 25 iyul 2024-cii il tarixdə saat 15:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, bina 9 ünvanının yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək tərəimdən saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından və qaçmağa cəhd göstərdiyi üçün onu tutub saxlayaraq avtomobilə əyləşdirib üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron rayon Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ona şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə tünd qəhvəyi rəngli, tiryəkə bənzər, 9 (doqquz) ədəd metadon həbinə bənzər kütlələri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elşadın əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, «Samsunq» markalı mobil telefon və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və 14 qram olduğu məlum olmuşdur. Sonra həmin kütlə, 9 ədəd dərman həbləri, 1 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, mənzil açarları isə Elşadın özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı «Səyid» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində 3 ay əvvəl gizlədilən yerdən şəxsi istifadəsi üçün götürdüyünü, mobil telefonundan Səyidin adını və nömrəsini sildiyini, elektron tərəzidən isə narkotiklərin çəkisini müəyyən etmək üçün istifadə etdiyini, şəxsi axtarış aparılmazdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, əlavə olaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, evində saxladığı narkotik vasitələri də təqdim edə biləcəyini bildirmişdir. Ona yaşadığı evə baxış keçirilməsi ilə bağlı bildirildikdə evinə baxış keçirilməsinə etiraz etməmiş, bundan sonra şəxsi axtarış başa çatırılmış və Təqsirləndirilən şəxs, hüquqlarını müdafiə edən vəkilin və bizim iştirakımızla təhqiqatçı tərəfindən onun yaşadığı ünvan 4 ünvana gəlmişlər. Video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və evində saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs həmin mənzilə girişdən sol tərəfdə yerləşən elektrik qutusunun içərisində gizlətdiyi 2 ədəd bükümdə qəhvəyi rəngli heroinə bənzər kütləni və 20 ədəd metadon həblərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 8 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlə və həblər qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış keçirilmiş və əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq evində aşkar olunmuş narkotik maddəni İran vətəndaşı Səyid adlı şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlədilən yerdən özünün istifadəsi üçün götürdüyünü, evində narkotik vasitə saxlamasından heç kimin məlumatının olmadığını bildirmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolu imza edərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 istintaqa verdiyi ifadəsini təsdiq edərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirdi ki, 25 iyun tarixdə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Onunla bir yerdə günorta radələrində Masazır ərazisinə getmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxsi marketin yaxınlığında saxlamış, lakin üzərinə həmin vaxtı baxış keçirməmişlər. Təqsirləndirilən şəxs onlarla bir yerdə idarəyə getmişdir. Əməliyyat şəraiti yerində baxış keçirməyə imkan vermədiyi, yəni həmin ərazidə çoxlu sayda insanlar olduğu üçün baş idarədə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən metadon həbi və tiryək aşkar olunmuşdur. Baxış keçirilən zaman, o, Şahid1, təhqiqatçı və müdafiəçi olmuşdur. Şəxsin üzərindən tiryək və M40 həbləri aşkarlanmışdır. Həmin narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsin üzərinə baxış keçiriləndə təxminən saat dörd və ya beş olmuşdur. İdarədə üzərinə baxış keçirilən sonra evinə baxış keçirilmişdir. Şəxsin evində kimsə olmamışdır. Eyni tərkibdə evinə baxış keçirmişlər. Daha sonra şəxsin evinə baxış keçirmişlər. Şəxs özü evində də narkotik olduğunu bildirmişdir. Qapıdan içəriyə giriş edəndə elektrik yuvası olmuş və həmin elektrik yuvasının içərisindən də heroin və M40 həbləri aşkar olunmuşdur. Həmin narkotiklər də qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi saxlayarkən ona hər hansı bir təzyiq göstərilməmişdir. İki nəfər getmişlər. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə altı nəfər olduqlarını demişdir. Şəxsi saxlayarkən şəxs onlara müqavimət göstərməmişdir. Həmçinin onlar tərəfdən ona zor tətbiq olunmamışdır. Şəxsin özü illərdir xəstə olduğunu, dizində problemin olduğunu, yeriyə bilmədiyini bildirmişdir. Əməliyyat məlumatı digər əməkdaşa daxil olmuşdur. O, şəxsi istifadəçi kimi bilmişdir. Bina ilə market eyni yerdə olmuşdur. Bundan başqa şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis mayorudur. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəssiz mənbədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə onun müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Şahid1 tərəfindən qərar qəbul olunaraq özünün də iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 25 iyul 2024-cii il tarixdə saat 15:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, bina 9 ünvanının yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək tərəimdən saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından və qaçmağa cəhd göstərdiyi üçün onu tutub saxlayaraq avtomobilə əyləşdirib üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron rayon Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ona şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə tünd qəhvəyi rəngli, tiryəkə bənzər, 9 (doqquz) ədəd metadon həbinə bənzər kütlələri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elşadın əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, «Samsunq» markalı mobil telefon və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və 14 qram olduğu məlum olmuşdur. Sonra həmin kütlə, 9 ədəd dərman həbləri, 1 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, mənzil açarları isə Elşadın özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı «Səyid» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində 3 ay əvvəl gizlədilən yerdən şəxsi istifadəsi üçün götürdüyünü, mobil telefonundan Səyidin adını və nömrəsini sildiyini, elektron tərəzidən isə narkotiklərin çəkisini müəyyən etmək üçün istifadə etdiyini, şəxsi axtarış aparılmazdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, əlavə olaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, evində saxladığı narkotik vasitələri də təqdim edə biləcəyini bildirmişdir. Ona yaşadığı evə baxış keçirilməsi ilə bağlı bildirildikdə evinə baxış keçirilməsinə etiraz etməmiş, bundan sonra şəxsi axtarış başa çatırılmış və Təqsirləndirilən şəxs, hüquqlarını müdafiə edən vəkilin və bizim iştirakımızla təhqiqatçı tərəfindən onun yaşadığı ünvan 4 ünvana gəlmişlər. Video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və evində saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs həmin mənzilə girişdən sol tərəfdə yerləşən elektrik qutusunun içərisində gizlətdiyi 2 ədəd bükümdə qəhvəyi rəngli heroinə bənzər kütləni və 20 ədəd metadon həblərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 8 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlə və həblər qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış keçirilmiş və əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq evində aşkar olunmuş narkotik maddəni İran vətəndaşı Səyid adlı şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlədilən yerdən özünün istifadəsi üçün götürdüyünü, evində narkotik vasitə saxlamasından heç kimin məlumatının olmadığını bildirmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolu imza edərək təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsin həyat yoldaşıdır. Onunla rəsmi nikahdadır. Onların qızının belində problem olmuşdur. O, qızını Masazır ərazisində yerləşən masaj salonuna aparmışdır. O, evə gələndə qapını döymüş və qapını açan olmamışdır. O, evdən gedəndə Təqsirləndirilən şəxs evdə olmuşdur. O, yoldaşına zəng edəndə yoldaşı cavab verməmişdir. Daha sonra sms yazmış, lakin yenə də cavab verməmişdir. Qapının ağzında yarım saat gözləmişdir. Əvvəlcə yoldaşının yatdığını düşünmüşdür, çünki yoldaşı hər zaman çox bərk yatmışdır. Şahid kimi dindirilmiş polis əməkdaşları həmin vaxtı gəlib evin açarını ona təqdim eləmişdir. Polislər əvvəlcə ondan kim olduğunu soruşmuşlar. Onlara Təqsirləndirilən şəxs yoldaşı olduğunu bildirmişdir. Onlardan Elşadın harada olduğunu soruşmuşdur. Elşadı saxladıqlarını bildirmişlər. Açarı ona təqdim edəndə hansı əsasla tutduqlarını deməmişlər. Sonra qapını açaraq evə girmişdir. Evə giriş edəndə ondan Təqsirləndirilən şəxs ayaqqabısının harada olduğunu soruşmuşdur. O, qapını bağlamaq istəyəndə həmin idarənin iki nəfər başqa əməkdaşı da içəri daxil olmuşdur. Onun ayaqqabısını axtarmışlar. Ev dağılmış formada olmuşdur. Onların evi iki otaqdan ibarətdir. Daha sonra evdən getmişlər. O, evə getmək istəyəndə ona imkan verməmişlər. Daha sonra Təqsirləndirilən şəxs özünü iki və ya üç saat sonra gətirmişlər. Həmin idarənin əməkdaşlarından iki nəfər şəxs evdə oturmuşdur. Onun və qızının telefonunu söndürmüşlər. Onlardan yoldaşının hansı əsasla tutulduğunu soruşduqda, ona narkotiklə əlaqədar tutduqlarını bildirmişlər. Həmçinin Şahid1 ona “narahat olmayın və hər şey qaydasındadır” demişlər. Elşadı evə gətirdiklərində Elşadın rəngi özündə deyildi. Üzünə baxanda yoldaşına nə isə etdikləri bilinmişdir. Daha sonra yenidən getmişlər. Təqsirləndirilən şəxs ilə 12 ildir evlidir. Yoldaşı narkotik vasitələrindən istifadə etmişdir. Yoldaşı narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələrin hansı növündən istifadə etməsini bilməmişdir. Ayaqqabının içərisindən ot kimi nəsə çıxmışdır. Şahid1 ona “buna görə adam tuturlar” demişdir. Onun yoldaşının səhhətində heç bir problem olmamışdır. Heç baş ağrı dərmanından da istifadə etməmişdir. Yoldaşının ayağında yırtıq olmamış və axsamağı olmamışdır. Polislər ona yoldaşından ona nə etdikləri ilə bağlı nəsə soruşmağa imkan verməmişlər. O, fiziki olaraq yoldaşında göyərti görməmişdir. Onun yoldaşını qolunda qandal gətirmişlər. Beş və ya altı nəfərlə gəlmişdir. Yoldaşını evə saldıqlarında yanında müdafiəçi də olmuşdur. Onlara həmin vaxtı içəri girməyə icazə vermədikləri üçün onlar çöldə qalmışlar. Pilləkanın yanında dayanmışdır. Evdə nə danışdıqlarından onun xəbəri olmamışdır. Müdafiəçi həmin vaxtı onun yanında olmuşdur. O həmin şəxsdən kim olduğunu soruşanda şəxs ona dövlət tərəfindən təyin olmuş müdafiəçi olduğunu bildirmişdir. Baxış keçirilən zaman müdafiəçi iştirak etməmişdir. Onların nə tapdıqlarını bilməmişdir. Polislər ona yoldaşını tutduqlarını, Abşeron rayon Polis İdarəsinə təhvil verəcəklərini, 3-5 aya çıxacağını bildirmişlər. Yoldaşının rəngi ağarmışdır. Yoldaşımın rənginin qaçmasına səbəbin onun polislərdən qorxması və ya başqa bir şeydən olmasını bilməmişdir. O, polislərin evə nəyisə gətirib qoyduqlarının şahidi olmamışdır. Onun özü işləmir, azyaşlı övladlarına baxır. Övladlarından biri ürək əməliyyatı olmuşdur. Digər övladı isə astma-bronxit xəstəsidir. Yoldaşının kirayə çadır avtomobili vardır. Böyük qardaşı istifadə edir. Öz xəstəliyi və övladlarının xəstəliyi ilə bağlı sənədləri müstəntiqə təqdim etmişdir. Bundan başqa Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Elşadla 2013-cii ildə rəsmi olaraq ailə qurmuş və birgə nigahıdan 3 övladı vardır. Elşad 2 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. 2022-ci ildə Kürdəmir məhkəməsinin hökmünə əsasən narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Elşad 06 iyun 2023-cü il tarixdə vaxtından əvvəl cəzadan şərti olaraq azad edildikdən sonra təxminən 2 ay narkotik vasitələrdən istifadə etməmiş, ancaq bədənində olan ağrılar səbəbindən yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Artıq Elşad mütəmadi olaraq narkotik vasitə istifadə etmiş və bu da onun səhhətinə pis təsir göstərmiş, bu səbəbdən qərara gəlmişdir ki, Elşadı Bakı şəhərində yerləşən reablitasiya mərkəzinə yerləşdirsinlər. Buna görə 2 ay olar ki, Abşeron rayonu, Masazır qəsəbəsində kirayə ev tuturaq orada qalmış, Elşadın “İnam” reablitasiya mərkəzinə yerləşdirilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. 25 iyul 2024-cii il tarixdə saat 11 radələrində asma xəstəliyindən əziyyət çəkən 10 yaşlı qızı Zəhra Məmmədovanı həkimə aparmış, digər uşaqları isə anasıgildə qalmışdır. Elşad isə evdə yatmış, o həkimdən saat təxminən 16 radələrində qayıdanda qapını döysə də qapını açan olmamış, bundan sonra Elşada zəng vurmuş, ancaq ona cavab verməmişdir. Sonra onun vatsapına səs atmış ki, “yatmısın dur qapını aç”. Bundan təxminən 1 saat sonra 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını və ondan sənədini tələb etmiş və Elşadın nəyi olduğunu soruşmuşlar. O, isə Elşadın həyat yoldaşı olduğunu onlara bildirmiş, bundan sonra sonuncular ona demişlər ki, Elşadı narkotik vasitə ilə bağlı saxlayıblar. Təxminən saat 18 radələrində Elşadı evə gətirilmiş və vəkilin, 2 nəfər polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilmiş, həmin vaxt o, digər otaqda olduğu üçün oradan nə götürüldüyünü görməmiş, lakin Elşad orada danışarkən narkotik vasitələri xəstə olduğuna görə özünün istifadəsi üçün İran vətəndaşıdan almasını və evdə saxladığını deməsini eşitmiş, polis əməkdaşları evin digər otaqlarına baxıdıqdan sonra çəkilişi bitirib Elşadla birlikdə getmişlər. Elşadın narkotik vasitəni haradan almasını bilməmiş, yalnız bədənindəki ağrılar səbəbindən evdə qəbul etdiyni görmüş, Elşadın evdə narkotik saxlamasından məlumatı olmamış, Elşad xəstə olduğu üçün narkotik vasitədən yalnız özü istifadə etmiş, başqalarına narkotik vasitə satmamış və verməmiş, demək olar ki, Elşad hər gün evdə olmuş, belə ki, ağrıdan heç bir yerə getməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan və axtarışda olan, fərdi əməklə məşğul olan, Kürdəmi şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan və axtarışda olan, fərdi əməklə məşğul olan, Kürdəmi şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 15:15-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan və axtarışda olan, fərdi əməklə məşğul olan, Kürdəmi şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, bina 9 ünvanının yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş İdarənin inzibati binasına gətirilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/3815 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «....şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə..» yazısı və imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi 12,964 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; 1 ədəd konvolyutda ümumi sayı 9 ədəd üzərində «F/M40» yazısı hək olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddənin miqdarı 0,36 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə - metadondur və 01 ədəd elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Tədqiqata təqdim olunmuş üzərində AR DİN «Zərflər üçün №7» möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə ;Təqsirləndirilən şəxs» yazılar olan 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri ; -5,702, qr., -0,476 qram: ümumi təmiz çəkisi: -6,178 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, heroin kütlələri kimyavi komponent tərkiblərinə və xarici görünüşlərinə görə iz aralarında eynilik təşkil edirlər. 2 ədəd konvolyutda ümumi sayı 20 ədəd üzərində «F/M40» yazısı hək olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddənin miqdarı 0,8 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə - metadondur. Metadonlar kimyavi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunan ümumi sayı 29 ədəd olan metadon həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 1,16 qramdır, həmin metadonlar kimyavi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli «5341» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1687 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthinin və sağ diz oynağı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər)in bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə saat 15:15- də DİN-nin BNMİ-nə gətirildikdən sonra orada həmin gün saat 17:20dən 17:28-dək üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən ədəd bükümdə narkotik vasitə tiryək, 1 ədəd konvolyutda 9 ədəd tərkibində narkotik vasitə metadon həbləri və şalvarının sol yan cibindən 1 ədəd üzərində narkotik vasitənin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli «evə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvamndakı evinə saat 18:30-dən 18:38-dək baxış keçirilərkən mənzilin giriş hissəsində sol tərəfdə yerləşən elektrik qutusunun içərisindən 2 ədəd bükümlərdə narkotik vasitə heroin və 2 ədəd konvolyutda 20 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli Kürdəmir RİHB-nın Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 adlı 3 (üç) azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Məmmədov X12 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası artırılaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən - az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilmiş və əməlində cinayətin residivi vardır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-568/2024 qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, təqdim olunmuş “Samsung Galaxy” mobil telefonuna keçirilən baxış zamanı telefonun “WhatsApp” hissəsində iş üzrə əhəmiyyətli olan hər hansı SMS-lərə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları dəqiqləşdirmək məqsədilə Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına əsasən müəyyən olunur ki, istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri haradan və nə məqsədlə əldə etməsi istiqamətində əməliyyat tədbirləri keçirilməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları dəqiqləşdirmək məqsədilə Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına əsasən müəyyən olunur ki, istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs kirayə yaşadığı binanın üzərində və girişində quraşdırılmış videomüşahidə kameralarının sahiblərinin müəyyən edilməsi və qeyd olunan müddətə uyğun çəkilişlərin çıxarılaraq istintaqa təqdim edilməsi zəruridir. xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış kompleksi, 9 saylı binanın üzərində və girişində quraşdırılmış videomüşahidə kameralarının sahiblərinin deməsinə görə giriş hissədə olan kamera işləməmiş, binanın qarşı tərəfində quraşdırılmış kamera görüntüləri isə yaddaşda 3 gündən artıq saxlanılmamışdır. Buna görə də xx.xx.2024-cü il tarixə olan görüntülərin istintaqa təqdim edilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan və axtarışda olan, fərdi əməklə məşğul olan, Kürdəmi şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq baş idarəyə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış və yaşayış yerinə baxış keçirilmiş, şəxsi axtarış və evinə baxış zamanı onun üzərindən və yaşadığı mənzildən narkotik vasitə olan tiryək, heroin, metadon həbləri və bir ədəd tərəzi aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşayış yerinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və baxış keçirilərək narkotik vasitələr, həblər və tərəzinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və həbləri məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitələri və həbləri əldə edərək üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri və həbləri məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Həmçinin cinayət işinin materiallarında olan əməliyyat tapşırığı və ona verilən cavabdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edə bilməmişlər. Həmçinin təqsirləndirilən şəxsin mobil nömrəsindən əldə edilmiş məlumatlarda və telefonuna keçirilmiş baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində və yaşadığı mənzildə saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaq müddətində özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən qiymətləndirməyi zəruri hesab edir. Belə ki, məhkəmə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının iş üzrə şahid qismində dindirilməsinin münasibət bildirərək qeyd edir ki, polis əməkdaşlarının sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə bu hala həssaslıqla yanaşmış, həmin şəxsin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadəsinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalmasını, döyülməsini bildirsə də, məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərlə əlaqədar müvafiq prokurorluq orqanında araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdiyi bu halları onun özünü müdafiə məqsədi ilə verdiyi ifadə kimi qiymətləndirilir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs arvadının ifadələrinə qiymət verərək qeyd edir ki, sözü gedən şahid təqsirləndirilən şəxsin yaxın qohumudur. Ona görə də məhkəmə hesab edir ki, həmin şahid təqsirləndirilən şəxsin mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadələr vermişdir. Həmçinin həmin şahidin ifadələrində göstərdikləri hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitə və həbləri əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 (üç) azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən isə cinayətlərin residivini onun cəzasını ağırlaşdıran halların müəyyən olunduğunu qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. İş materiallarından müəyyən olunur ki, Məmmədov X12 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası artırılaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsa da məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-568/2024 qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 60 (altımış) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 12,864 qram tiryək, 27 ədəd metadon həbləri, 5,978 qram heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 60 (altımış) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 12,864 qram tiryək, 27 ədəd metadon həbləri, 5,978 qram heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-167/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-167/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver