Məhkəmə qərarları › İş №1(124)-168/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-168/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-168/2023 09.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi F.Qayıbov küçəsi ev 10 mənzil 10-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1990-cı il tarixdə Qubadlı rayonu Mahruzlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu Mahruzlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, xx xxxx 1992-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri yataqxana 7 Nərimanov küçəsi məhəllə 14-də qeydiyyatda olan və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “polis nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 8,574 qram çəkidə külli miqdarda xarici görünüş əlamətlərinə, kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroini və ümumilikdə 4,569 qram çəkidə külli miqdarda xarici görünüş əlamətlərinə, kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib, daşıyaraq narkotik vasitə heroinin 3,021 qram çəkidə külli miqdar və psixotrop maddə metamfetaminin 2,780 qram çəkidə külli miqdar təşkil edən hissəsini üzərində, narkotik vasitə olan heroinin 5,299 qram çəkidə külli miqdar və psixotrop maddə metamfetaminin 1,924 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən hissəsini yaşadığı mənzildə saxlamış, daha sonra ümumilikdə 0,254 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini 20 (iyrimi) manat, ümumilikdə 0,065 qram çəkidə şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamini 5 (beş) manat müqabilində Təqsirləndirilən şəxs2 satmış, sonradan isə 12 aprel 2022-ci il tarixdə, saat 01:00-da ünvan 1 ünvanında yerləşən binanın qarşısında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 09 (doqquz) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə, ayrı ayrılıqda çəkiləri 0,403 qram, 0,233 qram, 0,273 qram, 0,435 qram, 0,412 qram, 0,398 qram, 0,112 qram, 0,388 qram 0,367 qram, ümumi təmiz çəkisi 3,021 qram külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə, ümumi təmiz çəkisi 2,780 qram külli miqdarda ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, əynində olan qolsuz gödəkçənin sağ yan cibindən üzərində narkotik vasitə heroinə məxsus izlər olan 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün, saat 02:15-də Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilərkən, mənzilin yataq otağındakı “servantın” rəfinə qoyulmuş şüşə materialından hazırlanmış qabın içərisindən satış məqsədilə əldə edib daşıyaraq yaşadığı mənzildə saxladığı 12 (on iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə, ayrı ayrılıqda çəkiləri 0,353 qram, 0,187 qram, 0,396 qram, 0,366 qram, 0,371 qram, 0,384 qram, 0,395 qram, 0,414 qram 0,351 qram, 1,250 qram, 0,435 qram 0,397 qram, ümumi təmiz çəkisi 5,299 qram külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə, ümumi təmiz çəkisi 1,924 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi 3-də yerləşən X1 təsisçisi olduğu "xxxx" MMC-nin polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə qanunsuz daxil olub, orada yerləşən qeyri-yaşayış sahəsi hesab edilən sexin nazik metal divarının nisbətən sökülmüş yerindən içəriyə daxil olaraq oradan 5700 (beş min yeddi yüz) manat dəyərində iki hissədən ibarət 32 diametrli dirsək keçidini (02 ədəd dəmir qəlibləri) gizli talayaraq, "xxxx" MMC-yə 5700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evin ətrafına çəkilmiş hasarından aşaraq evin həyətinə qanunsuz daxil olub, ordan 14 (on dörd) ədəd ümumilikdə 120 (bir yüz iyrimi) manat dəyərində olmaqla hər biri 2 metr uzunluğunda olan dəmir boruları, 08 (səkkiz) ədəd ümumilikdə 80 (səksən) manat dəyərində olmaqla hər biri 1 metr uzunluğunda olan dəmir boruları, 01 (bir) ədəd 50 (əlli) manat dəyərində dəmir stolu və 28 (iyrimi səkkiz) ədəd ümumilikdə 85 (səksən beş) manat dəyərində tameti gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 335 (üç yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində tanışları Təqsirləndirilən şəxs3 və X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evin hasarından evin damına qalxaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin damına bərkidilmiş hər biri 3 metr uzunluğunda, 2 metr enində, 0,5 mm qalınlığında və 60 (altmış) manat dəyərində olan ümumilikdə 05 (beş) ədəd alüminium listləri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 25 (iyrimi beş) manat pul ödəyərək ondan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,254 qram çəkidə narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında 0,065 qram çəkidə psixotrop maddə olan metamfetamini alıb daşıyaraq üzərində saxlamış, 11 aprel 2022-ci il tarixdə, saat 22:20-də ünvan 4 ünvanında yerləşən binanın qarşısında Sumqayıt ŞPİ-nin 2ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,254 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,065 qram ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi 3-də yerləşən X1 təsisçisi olduğu "xxxx" MMC-nin polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə qanunsuz daxil olub, orada yerləşən qeyri-yaşayış sahəsi hesab edilən sexin nazik metal divarının nisbətən sökülmüş yerindən içəriyə daxil olaraq oradan 5700 (beş min yeddi yüz) manat dəyərində iki hissədən ibarət 32 diametrli dirsək keçidini (02 ədəd dəmir qəlibləri) gizli talayaraq, "xxxx" MMC-yə 5700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında tanışı X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi 3-də yerləşən X1 təsisçisi olduğu "xxxx" MMC-nin polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə qanunsuz daxil olaraq orada yerləşən qeyriyaşayış sahəsi hesab edilən sexin nazik metal divarının nisbətən sökülmüş yerindən içəriyə daxil olub oradan 2600 manat dəyərində çəkisi təxminən 50 kq olan iki hissədən ibarət 32 diametrli 01 ədəd muftanın (traynikin) bir hissəsini, 2650 manat dəyərində çəkisi təxminən 50 kq olan iki hissədən ibarət 32 diametrli dirsəyin bir hissəsini (02 ədəd dəmir qəlibləri) gizli talayaraq, "xxxx" MMC-yə 5250 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində tanışları Təqsirləndirilən şəxs2 və X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evin hasarından evin damına qalxaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin damına bərkidilmiş hər biri 3 metr uzunluğunda, 2 metr enində, 0,5 mm qalınlığında və 60 (altmış) manat dəyərində olan ümumilikdə 05 (beş) ədəd aliminium listləri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 aprel 2022-ci il tarixdə polis əməkdaşları onu evindən aparmışdırlar. Polis əməkdaşları onu öz dedikləri ilə razılaşmağa məcbur etmiş və ona həbs olunmalı olduğunu söyləmişdirlər. İttiham aktında göstərilən narkotik vasitələr onun üzərindən aşkar edilməmiş, həmçinin polis əməkdaşları onun evində də axtarış aparmamışdırlar. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq heroin və metamfetamindən istifadə etdiyini, saxlanılan zaman onun üzərində narkotik vasitə olmadığını bildirmişdir. Həmçinin evində də narkotik vasitə olmamış, narkotik vasitəni onun evinə polis əməkdaşları qoymuşdurlar. Heç kim ondan narkotik vasitə istəməmiş, o heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs1 məhhkəmə tərkibinin suallarına cavab olaraq mənzilində tək yaşadığını demişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 evinin yaxınlığında 20 manat qarşılığında ona heroin vermişdir. Gülağanı yaşadığı məhəllədən tanımış, məhəllədə yaşayan uşaqlar onu Gülağa ilə tanış edərək onun narkotik vasitə satdığını söyləmişlər. Digər epizod üzrə isə o, Təqsirləndirilən şəxs3 ilə birlikdə "xxxx" MMCyə daxil olmuş və dəmirlər götürmüşdür. O, Təqsirləndirilən şəxs3 və X7 ilə birlikdə Zərərçəkmiş şəxs1 evinin damına bərkidilmiş beş ədəd alüminium materialdan hazırlanmış lövhələri götürüb 52 manata satmışdır. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq o, Zərərçəkmiş şəxs2 evindən dəmir borular, dəmir stol oğurladığını, bu cinayəti törədərkən tək olduğunu, Zərərçəkmiş şəxs2 evindən oğurladıqları metal qəbulu məntəqəsinə və tanımadığı bir şəxsə satdığını bildirmişdir. Kamranı 3-4 ildir ki tanıdığını və əldə etdikləri pulları bərabər böldükərini və törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə "xxxx" MMC-dən və Zərərçəkmiş şəxs1 evindən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 dövlət ittihamçısının suallarına cavab olaraq "xxxx" MMC-dən oğurluq etmək təklifini kiminsə irəli sürmədiyini, "xxxx" MMC-dən oğurluq etdikdən təxminən bir ay sonra Zərərçəkmiş şəxs1 evindən oğurluq etdiklərini, Zərərçəkmiş şəxs1 əvvəldən tanıdığını, onunla eyni məhəllədə yaşadığını qeyd etmişdir. "xxxx" MMC-dən iki dəfə oğurluq etdiklərini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 Gülağanı yaşadığı məhəllədən, Vüsalı da, Talehi də əvvəldən tanıdığını, Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyi təklif etmədiyini demişdir. Ailəli olduğunu, 6 və 7 yaşlı iki övladı olduğunu, əməlindən peşman olduğunu qeyd etmişdir Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, yaşadığı evin damından ümumi dəyəri 500 manat olan beş ədəd alüminium materialdan hazırlanmış listlərin oğurlandığını aşkar etmiş və baş vermiş hadisə barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının 4-7 aralığında "xxxx" MMC-dən oğurluq olmuş və nəticədə təxminən 50.000 manat ziyan vurulmuşdur. Belə ki, MMC-dən qəliblər oğurlanmışdır. Təqsirləndirilən şəxs2 və anası oğurluqla bağlı ziyanı ödədiyi və üzrxahlıq etdikləri üçün onları bağışlamış, lakin Təqsirləndirilən şəxs3 baş verən hadisə ilə bağlı heç bir üzrxahlıq etməmişdir. Həmçinin onun tərəfindən heç bir ziyan ödənməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təxminən avqust-sentyabr aylarında onun evindən oğurluq hadisəsi olmuşdur. Belə ki, onun anası rəhmətə getdiyi üçün yas mərasimi ilə bağlı bəzi əşyalarını bağa yerləşdirmişdir. O, bağa gəldiyi zaman əşyaların oğurlandığını bilib 102 xidmətinə müraciət etmişdir. Sabahı gün də eyni hadisə baş vermiş və o yenidən 102 xidmətinə xəbər vermişdir. Ümumillikdə, ona 500 manat ziyan vurulmuşdur. Ona vurulan ziyan Təqsirləndirilən şəxs2 tərəfindən ödənmişdir, onunla barışmışdır, şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 evinin yanında saxlanılmış, o, narkotik vasitənin üzərində gəzdirməsi və satışında şübhəli olduğu üçün polis bölməsinə dəvət edilmiş, şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmiş, raport əsasında əməliyyat qrupu ilə birlikdə onun olduğu yer müəyyən edilərək polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilmiş və o, evində də narkotik vasitə olduğunu bildirmişdir. Vəkilin iştirakı ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 evindən narkotik vasitə aşkar edilmişdir. Hətta evinə baxış keçirilərkən o, qabın içərisində olan narkotik vasitəni gizlətməyə çalışmış, həmin an çəkilişə də düşmüşdür. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ- nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Taleh adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı vardır. Ona görə də Taleh adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcədə qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə əməliyyat müvvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olundu ki, Taleh adlı şəxs xx.xx.1990-cı ildə Qubadlı rayonu Mahruzlu kəndində anadan olmuş, Qubadlı rayonu Mahruzlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi ərazisində yaşayan Təqsirləndirilən şəxs2dur. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirildi və həmin gün saat 22:20-də ünvan 5 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs2 və həmin vaxt onun yanında olan X12 Sumqayıt ŞPİ-nin 2ci PB-nin əməliyyat müvvəkkilləri Şahid1 və Şahid3la yaxınlaşaraq Təqsirləndirilən şəxs2 və yanında olan şəxsi saxlamışdırlar. Daha sonra onlara özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduqlarından saxlandıqlarını izah edib, onlara onlarla birlikdə Sumqayıt ŞPİ- nin 2-ci PB-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs2 və yanında olan şəxs etiraz etmədən onlarla birlikdə gedəcəklərini bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxs2 və yanında olan Tunar Abbaslını 2-ci PB-nə gətirib, raport tərtib etməklə təhvil vermişdirlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvvəkkilləri Şahid1 və Şahid3, eləcədə Təqsirləndirilən şəxs2 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirildi. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirdi. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs2 ilk əvvəl sol əlini əynində olan qara rəngli idman şalvarının sol yan cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu və bir ədəd siqaret qutusunu, bundan sonra sağ əlini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə salaraq həmin cibindən iki ədəd bükümü çıxarıb ardıcıl olaraq xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 üzərinə bundan sonra şəxsi axtarış keçirilsədə, lakin onun üzərindən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş bükümlərə baxış keçirildikdə, şəffaf rəngli sellofan bükmdəki bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə aşkar edildi. Həmin bükümdəki maddə elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,39 qram olduğu müəyyən edildi. Bundan sonra ikinci gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən isə ağ rəngli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edildi. Həmin bükümdəki maddə elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,08 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs2 aşkar edilmiş bükümlərdəki maddənin nə olmasını, kimdən və harda, nə vaxt, nə məqsədlə və neçəyə əldə etməsini soruşduqda, o şəffaf rəngli sellofan bükümdəki maddənin “kakos” adlandırılan və narkotik vasitə olan heroin olduğunu, gümüşü rəngli siqaret kağızma bükülmüş bükmüdəki maddənin “şüşə” adlandırılan və psixotrop maddə olan metamfetamin olduğunu, narkotik vasitə və psixotrop maddəni saxlanılmamışdan təxminən qırx dəqiqə əvvəl Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi F.Qayıbov küçəsində Gülağa adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını, Gülağa adlı şəxsə narkotik vasitə olan heroin üçün iyirmi manat, psixotrop maddə metamfetamin üçün isə beş manat pul verərək aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edildi, həmin protokol ucadan oxundu, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edildi, o, da öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Daha sonra narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcədə qəbulu ilə məşğul olmaqda şübhəli olduğundan saxlanılaraq polis bölməsinə gətirdikləri Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə oxşar maddəni və psixotrop maddə olan metamfetaminə oxşar maddəni Gülağa adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirdiyindən Gülağa adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasım nıüəyyən etmək məqsədi ilə əməliyyat-axtanş tədbirlərinin keçirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olundu ki, Gülağa adlı şəxs xx.xx.1967-ci ildə Sumqayıt şəhəridə anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi i F.Qayıbov küçəsi ev 10 mənzil 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1dur. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirildi və xx.xx.2022-ci il tanxdə saat 01:00-da Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi F.Qayıbov küçəsi ev 10 Ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİnin 2-ci PB-nin əməliyyat müwəkkıləri Şahid1 və Şahid3la yaxınlaşaraq Təqsirləndirilən şəxs1 saxlamışdırlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona onlarla birlikdə 2-ci PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs1 etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 2-ci PB-nə gətirib, raport tərtib etməklə təhfil vermişdirlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvvəkkıləri Şahid1 və Şahid3, eləcədə Təqsirləndirilən şəxs1 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirildi. Şəxsi axtarış apanlmamışdan əvvəl Təqsirləndirilən şəxs1 video kameranın yaddaşma qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığım bildirdi. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs1 ilk əvvəl sağ əlini əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə salaraq həmin cibindən şəffav rəngli sellofana bükülmüş bükümlərdəki maddələri, daha sonra əynində olan qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəziyə oxşar əşyanı, sonda isə əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd mənzil açannı, metal və kağız pul əskinazlarını çıxarıb ardıcıl olaraq xidməti otaqdakı masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsədə, onun üzərindən digər hər hansı əşya və ya predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş ümumilikdə on ədəd şəffav rəngli sellofana bükülmüş bükümlərin içərisinə baxış keçirildikdə ilk doqquz ədəd bükümlərin içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddələr aşkar edildi. Sonuncu yəni digərlərinə nisbətdə böyük olan onuncu şəffav rəngli sellofan bükmdəki bükümün içərisinə baxış keçirdikdə isə həmin bükümün içərisindən ağ rəngli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edildi. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bükümlərdəki maddənin nə olmasını, kimdən və harda, nə vaxt, nə məqsədlə və neçəyə əldə etməsini soruşduqda, o həmin bükümlərdəki maddələrin “kakos” adlandırılan, narkotik vasitə olan heroin və “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu, saxlanılmamışdan iki üç gün əvvəl Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində ancaq adının Zakir olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün ümumilikdə yüz manat pul ödəyərək aldığını və üzərində gəzdirdiyini, elektron tərəzinin isə ailə üzvülərinə məxsus olduğunu, təsadüfən üzərində gəzirdiyini bildirdi. Qundan sonra şəffav rəngli sellofana bükülmüş bükmlərdəki maddələr elektron tərəzidə çəkildi, həmin maddələrin ayrı-ayrılıqda və ümumilikdə çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlədən başqa yaşadığı evdə və digər yerlərdə ona məxsus narkotik vasitə və ya psixotrp maddə, eləcədə qalıqlarının olub olmamasını, həmin narkotik vasitə və psixotrop maddəyə bənzər kütlədən hər hansı şəxsə satıb satmadığını soruşduqda, o yaşadığı mənzildə hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını, hər hansı digər şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını, bunun dəqiqləşdirilməsi üçün yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Bundan sonra onun yaşadığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi F.Qayıbov küçəsi ev 10 mənzil 10 Ünvanında yerləşən mənzilə getdik. Həmin mənzil üç otaqdan ibarət idi. Təqsirləndirilən şəxs1 mənzilə onun razılığı ilə baxış keçirildikdə isə içərisində sol tərəfdə çarpayı» sağ tərəfdə televizor, televizorla üzbəüz masa, masadan sonra isə servant yerləşən otağa baxış keçirildikdə Təqsirləndirilən şəxs1 otaqdakı servantın rəfindəki şüşə materialından hazırlanmış qabın içərisindən nəsə götürüb cibinə qoymağa cəhd etdi. Ona iradlarını bildirdikdə isə o götürdüyü bükümləri yerinə qoydu. Həmin yerə baxış keçirildikdə servantın rəfindəki şüşə materialından hazırlanmış qablardan birinin içərisində olan bükümlər aşkar edildi. Servantın içərisində olan əşyalara və mənzilə əlavə olaraq baxış keçirilərkən isə iş üçün əhəmiyyət kəsb edən digər əşya və ya predmet aşkar edilmədi. Şüşə materialından hazırlanmış qabın içərisinə baxış keçirildikdə ümumilikdə 13 (on üç) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar edildi ki, ilk on iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisinə baxış keçirildikdə hər birinin içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddələr aşkar edildi. Sonuncu yəni, on üçüncü şəffaf rəngli sellofana bükülmüş bükümün içərisinə baxış keçirildikdə isə həmin bükümün içərisindən ağ rəngli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edildi. Təqsirləndirilən şəxs1 aşkar edilmiş bükümlərdəki maddənin nə olmasmı, kimdən və harda, nə vaxt, nə məqsədlə və neçəyə əldə etməsini soruşduqda, o həmin bükümlərdəki maddələrin “kakos” adlandırılan, narkotik vasitə olan heroin və “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu, saxlanılmamışdan iki üç gün əvvəl Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində ancaq adının Zakir olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün ümumilikdə yüz manat pul ödəyərək aldığmı və bir qismini üzərində gəzdirdiyini, qalan hissəsini isə sonradan istifadə etmək üçün yaşadığı mənzildə saxladığını, üzərinə şəxsi axtanş keçirilərkən unutduğundan yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlaması barədə məlumat vermədiyini bildirdi. Bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkildi, həmin maddələrin arı-ayrılıqda və ümumilikdə çəkisi müəyyən edildikdən sonra isə qablaşdınlaraq götürüldü. Daha sonra 2-ci PB-nə geri qayıtdıq. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edildi, həmin protokol ucadan oxundu, protokola əlavə və düzəlişlər daxıl olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edildi, məndə öz növbəmdə tərtib edilmiş protokolu imzaladım. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X4 xeyli müddət əvvəl tanımış, onlar günəmuzd işlədiyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Əkinçi küçəsində yerləşən metal qəbulu məntəqəsinin yerləşdiyi ərazinin yaxınlığında yaşamış və əvvəllər mütəmadi olaraq işlədiyi metal qəbulu məntəqəsinə topladıqları müxtəlif növ metlları gətirib təhvil vermişlər, həmin şəxslərlə əvvəllər aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamış, sonuncu dəfə təxminən xx.xx.2022-ci il tarixdə Kamran, Taleh və Elgün işlədiyi metal qəbulu məntəqəsinə yaxınlaşıb topladıqları metalı satmaq istədiklərini bildirmişlər, onların satmaq istədikləri metallarla tanış olduqda, həmin metalların beş ədəd alüminium metaldan hazırlanmış lövhələr (list) olduğunu görmüş, onlardan həmin alüminium lövhələri hardan aldıqlarını soruşduqda onlar həmin lövhələri metal toplayarkən tapdıqlarını və satıb əldə etdikləri pulla maddi ehtiyaclarını ödəyəcəklərini bildirmiş, onlardan həmin alüminium metaldan hazırlanmış lövhələri oğurluq yolu ilə əldə edib etmədiklərini soruşduqda isə həmin şəxslər həmin lövhələri oğurlamadıqlarını, metal toplayarkən tapdıqlarını bildirmiş, bundan sonra özündə həmin şəxslərin anket məlumatlarını qeyd edib, alüminium metaldan hazırlanmış lövhələri qəbul etmiş, bunun əvəzində həmin şəxslərə 52 (əlli iki) manat pul ödəmiş, aradan bir müddət keçdikdən sonra Kamran, Elgün və Taleh yenidən işlədiyi metal qəbulu məntəqəsinə polis əməkdaşları ilə gəldikdə həmin şəxslərdən aldığı alüminium metaldan hazırlanmış lövhələri Vüsal adlı şəxsə məxsus evin damından sökərək oğurladıqlarını və ona satdıqlarını öyrənmiş, bundan sonra həmin lövhələri polis əməkdaşlarına təqdim etmiş, sonradan baş verənlərdən məlumatsız olmuşdur. Bundan başqa sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Taleh işlədiyi metal qəbulu məntəqəsinə yaxınlaşıb metal toplayıb satmaqla məşğul olduğunu, topladığı metalı satmaq istədiyini bildirmiş, onun satmaq istədiyi metallarla tanış olduqda, həmin metalların 14 (on dörd) ədəd təxminən iki metr uzunluqda dəmir metaldan hazırlanmış borudan, 08 (səkkiz) ədəd təxminən bir metr uzunluqda dəmir metaldan hazırlanmış borudan və 01 (bir) ədəd dəmir metaldan hazırlamış stoldan ibarət olduğunu görmüş, ondan həmin boruları və stolu hardan aldığını soruşduqda o, boru və stolu metal tolayarkən tapdığını və satıb əldə etdiyi pulla maddi ehtiyaclarını ödəyəcəyini bildirmiş, ondan həmin dəmir metaldan hazırlanmış boruları və stolu oğurluq yolu ilə əldə edib etmədiyini soruşduqda isə o, bir daha həmin dəmir metaldan hazırlanmış boru və stolu oğurluq yolu ilə əldə etmədiyini, metal toplayarkən tapdığını bildirmiş, bundan sonra özündə həmin şəxsin anket məlumatlarını qeyd edib, dəmir metaldan hazırlanmış boruları və stolu qəbul etmiş, bunun əvəzində Talehə 25 (iyrimi beş) manat pul ödəmiş, sonradan isə həmin əşyaları başqa bir tanımadığı şəxsə 50 (əlli) manata satmış, aradan bir müddət keçdikdən sonra Taleh yenidən işlədiyi metal qəbulu məntəqəsinə polis əməkdaşları ilə gəldikdə ondan aldığı dəmir metaldan hazırlanmış boru və stolu Pərviz adlı şəxsə məxsus evin həyətindən oğurladığını və ona satdığını öyrənmiş, bundan sonra həmin boru və stolun aqibəti barədə polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, alqı-satqı ilə məşğul olması və yaşadığı ünvanda saxlaması, eyni zamanda xx.xx.2022-ci il tarixdə saxlanmış və üzərindən narkotik maddə aşkar olunaraq götürülmüş, Qubadlı rayonu Mahruzlu kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xəzər yaşayış massivi fərdi evdə yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 həmin narkotik maddəni satmaqda şübhəli olması barədə Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarına əsasən “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qeyd olunan qərarın qanunauyğunluğu məhkəmə tərəfindən yoxlanmışdır. “Şəxsi axtarışın keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs1 özü əynində olan şalvarın sağ yan cibində saxlamış olduğu 10 ədəd şəffaf rəngli sellofan bükümləri və əynində olan gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli elektron tərəzini təqdim etdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 10 ədəd şəffaf rəngli sellofan bükümünlər açılan zaman 9 ədəd bükümün hər birinin içərisində heroin, digər 1 ədəd bükümün içərisində metamfetamin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş maddələrin ”kakos və şüşə” olduğunu, həmin maddələri 2-3 gün əvvəl Kimyaçılar qəsəbəsi ərazisində Zakir adlı şəxsdən şəxsi istifadəsi üşün ümumilikdə 100 manat pul ödəməklə aldığı, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, üzərindən aşkar olunmuş elektron tərəzinin isə uzun müddətdir ki, özündə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suala cavab olaraq yaşadığı məznildə narkotik vasitə saxlamadığını və mənzilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını deyir. Aşkar olunmuş maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq möhürlənir. “Mənzilə baxış keçirilməsi və götürmə aparılması barədə” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi ilə əlaqədar olaraq heç bir etirazının olmadığını deyərək mənzilin giriş qapısını açır. Mənzilə daxil olduqdan sonra hər otağa Təqsirləndirilən şəxs1 ilkin olaraq keçməsi təmin edilməklə ardıcıllıqla baxış keçirilir. Evin yataq otağında yerləşən müxtəlif məişət əşyalarının yığıldığı dolabın qapısı olmayan orta hissəsindəki süşə qabın içərisində olan bükümlər baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən götürülmək istəyərkən polis əməkdaşlarının xəbərdarlığı ilə o, həmin bükümləri yerinə qoyur. 13 ədəd şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunmuş maddələrin ”kakos və şüşə” olduğunu, həmin maddələri 2-3 gün bundan əvvəl Kimyaçılar qəsəbəsi ərazisində Zakir adlı şəxsdən şəxsi istifadəsi üşün ümumilikdə 100 manat pul ödəməklə aldığı, şəxsi istifadəsi üçün yaşadığı ünvanda saxladığını, əvvəllər heç kimə narkotik vasitə satmadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2055 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqdim edən şəxs: Baxşiyev…” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 9 (doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram, 0,233 qram, 0,273 qram, 0,435 qram, 0,412 qram, 0,398 qram, 0,112 qram, 0,388 qram 0,367 qram, ümumi təmiz çəkisi 3,021 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2,780 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs1 H. oğlunun evindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 12 (on iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,353 qram, 0,187 qram, 0,396 qram, 0,366 qram, 0,371 qram, 0,384 qram, 0,395 qram, 0,414 qram 0,351 qram, 1,250 qram, 0,435 qram 0,397 qram, ümumi təmiz çəkisi 5,299 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükmdə təmiz çəkisi 1,924 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunləri ilə müqyisəli tədqiqatı aparılmadı.Tədqiqata təqdim edilmiş 22 (iyrimi iki) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,204 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “...oğlunun üzərindən aşkar... Təqdim edən şəxs: Baxşiyev…” sözləri olan zərfdəki olan 9 ədəd bükümdə ümumi təmiz çəkisi 2,571 qram olan və üzərində “Təqsirləndirilən şəxs1 H. oğlunun evindən aşkar...” sözləri olan zərfdəki 12 ədəd bükümdə ümumi təmiz çəkisi 4,699 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,035 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminlə üzərində “...oğlunun üzərindən aşkar... Təqdim edən şəxs: Baxşiv…” sözləri olan zərfdəki olan 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2,730 qram olan və üzərində “...Təqsirləndirilən şəxs1 H. oğlunun evindən aşkar...” sözləri olan zərfdəki 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,874 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3095 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi ilə bağlı Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə daxil olmuş məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarına əsasən “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qeyd olunan qərarın qanunauyğunluğu məhkəmə tərəfindən yoxlanmışdır. “Şəxsi axtarışın keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs2 özü əynində olan şalvarın sol yan cibindən Arqo markalı siqaret qutusunu, Samsung markalı mobil telefonu, sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü, içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü rəngli bükümü çıxardaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş maddələrin “kakos və şüşə” olduğunu, həmin maddələri saxlanmamışdan 40 dəqiqə əvvəl Gülağa adlı şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 25 manat pul ödəməklə - “şüşə” adlanan maddəni 5 manata, “kakos” adlanan maddəni 20 manata aldğını, narkotik vasitəni almağa qaynı X16 ilə birlikdə getdiyini, lakin qaynı Tunarın narkotik vasitə istifadə etmədiyini bildirir. Aşkar olunmuş həmin maddələr qablaşdırılaraq möhürlənir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2054 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,254 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükmdə təmiz çəkisi 0,065 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə - narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2020 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 10 sentyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, hadisə yeri polietilen istehsalı ilə məşğul olan "xxxx" MMC-nin yerləşdiyi Sumqayıt şəhəri Xəzri yaşayış massividir. 17 sentyabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, hadisə yeri vət.Zərərçəkmiş şəxs1 məxsus H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində yerləşən fərdi evdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, iş üzrə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra o özünün göstərdiyi marşurutla hadisə yeri olan Sumqayıt şəhəri Xəzri yaşayış massivində yerləşən Ağbaba” MMC-nin ərazisində, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evin həyətində və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evin qarşısında özünün hərəkət trayektoriyasını izah etməklə əyanı şəkildə göstərir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7298 saylı rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 05 adda hər birinin uzunluğu 3 metr eni 2 metr qalınlığı 0,5 metr olan alüminium dəmir listlərin orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 300 manat (05 ədədx60 manat) müəyyən olunur. Ekspertiza təyini haqqında qərarda göstərilən 17 adda mallar üzrə qiymətləndirmə aparılmadı. Bir qayda olaraq əmtəələrin qiymətləndirilməsi üçün onlara ekspert əmtəəşünas tərəfindən baxış keçirilməli onların markası, modeli, istehsal yeri texniki göstəriciləri, hazırlandığı materialı əmtəə görünüşü müəyyən edilməlidir. Sadalanan əlamətlər müəyyən edildikdən sonra əmtəələrin qiymətləri müəyyən edilə bilər. Belə ki, eyni markaya məxsus malların qiymətləri onların modelinə, ölçülərinə, əmtəə görünüşünə görə və sair müxtəlif olur. (Cild 1, iş vərəqlər 210- 213) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, iş üzrə Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra o özünün göstərdiyi marşurutla hadisə yeri olan Sumqayıt şəhəri Xəzri yaşayış massivində yerləşən Ağbaba” MMC-nin ərazisində və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evin qarşısında özünün hərəkət trayektoriyasını izah etməklə əyanı şəkildə göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən cinayət işi üzrə özündə video çəkilişləri əks etdirən 02 (iki) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd disk, 02 (iki) ədəd zərfdə ekspertiza tədqiqatından sonra 0,154 qram və 7,060 qram qalıq çəkiləri qalmış narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra 0,025 qram və 4,504 qram qalıq çəkiləri qalmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünrü ki, Təqsirləndirilən şəxs1 ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi F.Qayıbov küçəsi ev 10 mənzil 10-da qeydiyyatdadır, onun barəsində 1 nömrəli Mənzil- İstismar sahəsinə qəsəbə sakinləri tərəfindən şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Xəzri MK-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məhəllə komitəsinə hər hansı bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs3 barəsində Sumqayıt şəhər 21 saylı MKS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 övladları X9 xx.xx.2015-ci il təvəllüdlü, X13 isə xx.xx.2019-cu il təvəllüdlü olmaqla azyaşlıdırlar. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən Müharibəsi” iştirakçısıdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 övladları X6 xx.xx.2016-cı il və X2 xx.xx.2015-cı il təvəllüdlü olmaqla azyaşlıdırlar. İş materiallarına əlavə edilmiş 27 aprel 2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 08 may 2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs2 ilə barışdığını, müəssisəyə dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 30 may 2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs3 ilə barışdığını, lakin ona dəymiş ziyanın ödənilmədiyini bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş 08 may 2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və onlara qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, digər Təqsirləndirilən şəxs2 narkotik vasitəni məhz Təqsirləndirilən şəxs1 almasını bir daha məhkəmə iclasında deməsi Təqsirləndirilən şəxs1 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs1 məsuliyyətini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 Vətən Müharibəsində iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci tarixədək, 12 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 5 (beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılmalıaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzadan 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci tarixədək tutulduğu 03 (üç) gün müddəti çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə özündə video çəkilişləri əks etdirən 02 (iki) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,154 qram və 7,060 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,025 qram və 4,504 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd gümüşü rəngli elektron tərəzi müsadirə edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 265 manat (iki yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 173 manat (yüz yetmiş üç) manat və Təqsirləndirilən şəxs2 117 manat (yüz on yeddi) manat, Təqsirləndirilən şəxs3 25 manat (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 aprel 2022-il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 5 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 10 gün müddətinə bərabər tutulmaqla təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 20 (iyirmi) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan, cinayət işi üzrə özündə video çəkilişləri əks etdirən 02 (iki) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 02 (iki) ədəd zərfdə ekspertiza tədqiqatından sonra 0,154 qram və 7,060 qram qalıq çəkiləri qalmış narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra 0,025 qram və 4,504 qram qalıq çəkiləri qalmış psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd gümüşü rəngli elektron tərəzi dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 265 manat (iki yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 173 manat (yüz yetmiş üç) manat və Təqsirləndirilən şəxs2 117 manat (yüz on yeddi) manat, Təqsirləndirilən şəxs3 25 manat (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar