Məhkəmə qərarları › İş №1(124)-168/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-168/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-168/2024 13.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs -Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Quba rayonu, Adur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə saat 22 radələrində Quba rayonu, Aşağı Atuc kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədə olarkən Zərərçəkmiş şəxs onu arvadı Şahid1 ilə sevgi münasibətində olmasını iddia etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlini cibinə atması nəticəsində onu öldürəcəyini və ya alçaldıcı hərəkət edə biləcəyini ehtimal edərək onu öldürmək qərarına gəlib bu məqsədlə əvvəlcədən üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bir ədəd məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib sonuncuya döş qəfəsinin ön səthində döşyanı xətt üzrə bir yerdə, döş qəfəsinin sol tərəfindən məmə xətti üzrə Vİ qabırğa səviyyəsində bir yerdə olmaqla döş boşluğuna nüfuz edən 2 yerdə, qarının ön divarında xəncərvari çıxıntı səviyyəsində sağda bir yerdə, göbəkdən aşağıda sağda və solda hərəsində bir yerdə olmaqla qarın boşluğuna keçərək müvafiq olaraq mədə, qaraciyər və nazik bağırsağın divarının zədələnməsi ilə nəticələnən 3 yerdə deşilmişkəsilmiş yaralar kimi həyat üçün təhlükə törətdiklərindən 5 sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti, sifətində sağda, sağ və sol qulaq seyvanında, boynunda sağda, sağ əlin ovuc sahəsində və arxa səthində, sağ və sol çiyin sahəsində hərəsində bir yerdə deşilmiş-kəsilmiş yaralar olmaqla dərəcəsinə görə sağlamlın qısa müddətdə pozulmasına səbəb olan 8 yüngül dərəcəli bədən xəsarəti olmaqla, ümumilikdə 13 bədən xəsarəti yetirdikdən sonra sonuncunun zərbələrin təsirindən öləcəyini yəqinləşdirməsi və sonuncu dəfə övladını görmək istəməsi səbəbindən ona ölümündən əvvəl bu şəraiti yaratmaq üçün əlavə zərbələr endirməmiş, Zərərçəkmiş şəxs vaxtında Quba rayon mərkəzi xəstəxanasına çatdırılaraq ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirsiz bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxslə aralarında mübahisə sonuncunun ondan şübhələnməsinə görə baş vermişdir. Hansı ki həmin şübhənin də əsası, səbəbi olmamışdır. Mübahisə birinci dəfə Hikmətgilin evində olmuşdur. İkinci dəfə münaqişə olan zaman hadisə baş vermiş, bıçaqlanma hadisəsi olmuşdur. Zərərçəkmiş şəxs öldürmək kimi niyyətinin olmaması izahatda açıq-aşkar yazılmış, buna baxmayaraq hazırda adam öldürməyə cəhdlə ittiham olunmuşdur. İttiham olunduğu əməl doğru olmamışdır. Münaqişə əsnasında Hikmətin onu vurub xəsarət yetirəcəyi qənaətinə gəldiyi üçün Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, cinayət işi materiallarında zərər çəkmiş şəxsə 13 bıçaq zərbəsi endirdiyi qeyd edilsə də, o hazırda 6-7 bıçaq zərbəsi endirdiyini xatırlamışdır. Hadisə zamanı özündə olmamış bu səbəbdən 6-7 bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt öldürmək niyyəti olmamışdır. Öldürmək istəsəydi elə oradaca zərrəçəkmiş şəxsi öldürərdi, heç evinə getməyə şərait yaratmazdır. Bıçaqla xəsarət yetirdikdən sonra təxminən on-on beş dəqiqə söhbət etmişdirlər. Daha sonra qarşı tərəfin özünün bildirməsi ilə təcili tibbi yardı xidmətinə zəng etmişdir. Hikmət ona 103-ə yığmağını bildirmişdir. O da zəng etmişdir. Zəng çatmamışdır. İkinci dəfə zəng edib danışmaq istəyəndə Zərərçəkmiş şəxs ona zəngi sonlandırmağını tapşırmışdır. Bunu zərər çəkmiş şəxsin özü də təsdiq edə bilər. Zərər çəkmiş şəxs Hikmətin axırıncı dəfə övladını görməyi ondan xahiş etməsi məsələsi yadına gəlməmişdir. Hikmətə zərbə endirməyi ondan övladını görməyi xahiş etdiyi üçün dayandırmamışdır. Zərər çəkmiş şəxsin özündə olmadığını görüb onu daha vurmamışdır. Bıçağı sırf münaqişəyə görə götürməmişdir. Bıçaq əvvəldən onda olmuşdur. İşdə olan zaman bıçaqdan istifadə etmişdir. Bıçaq hər dəfə ona lazım olmamış, həmişə üstündə gəzdirməmişdir. Sadəcə hadisə olan gün işdə olmuşdur. Özüm muzdlu işçi olmuş, hadisə ərəfəsində qələm əkməklə məşğul olmuşdur. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə günü olan münaqişədən əvvəl də Hikmətlə mübahisələri olmuşdur. Hikmətlə həmişə məhəllədə görüşmüşdür. Məhəlldə Hikmətlə aralarında qısa dialoqlar olmuşdur. Hətta bir-iki dəfə Hikmətin evində də söhbət etmişdirlər. Zərərçəkmiş şəxslə aralarındakı birinci mübahisə də sonuncunun ondan şübhələnməsinə görə baş vermişdir. Onlar həmişə məhəllədə söhbətləşib qeyd olunan mövzu barədə söhbət etmişdirlər. Bir-iki dəfə də şübhələrə görə Hikmət onu evlərinə çağırıb və söhbətlərini davam etdirmişdirlər. Hadisə günü zərər çəkmiş şəxslə görüşməmişdən qabaq Hikmətin onu axtarması barədə məlumatı olmuşdur. Tanışları ona demişdir ki, Hikmət onu axtarır. Marketin yanındakı tanışları Hikmətin onu axtardığını söyləmişdir. Hadisə günü Hikmət onun evinə də gəlmişdir. O, evə gələndə Zərərçəkmiş şəxs artıq onu qapının ağzında gözləmişdir. Hadisə günü zərər çəkmiş şəxslə görüşənə kimi sonuncunun onu axtardığından məlumatlı olmuşdur. Hikmətin onu telefona görə axtardığını düşünmüşdür. Hikmətgil onların qapı qonuşusudur. Evə gələndə Zərərçəkmiş şəxslə üzləşmişdir. Həmin vaxt Hikmət onu gözləmişdir. Zərərçəkmiş şəxs onu içəriyə dəvət etmişdir. Daha sonra bir qədər həyətdə söhbət etmiş, yüngülvarı tutuşmuşdurlar. Bu zaman qızı onları görmüşdür. Qızı gedəndən sonra söhbətlərini tövlədə davam etdirmişdirlər. Tövlədə söhbət etməyi Zərərçəkmiş şəxs təklif etmişdir. Tövlədə təxminən bir-iki dəqiqə söhbət etmişdrilər. Birinci dəfə tutuşanda Hikmət əlini cibinə atmaq istəmişdir. Elə düşünmüşdür ki, cibindən bıçaq çıxaracaq. Ona görə tövlədə söhbət edən zaman elə düşünmüşdür ki, Zərərçəkmiş şəxs cibində bıçaq var. Birinci dəfə münaqişə edəndə zərər çəkmiş şəxs cibindən heç nə çıxarmamışdır. Hadisə zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra sonuncunun üzərində olmuş bıçağı yanlarından tapmışdır. O bıçağın Hikmətin əlindən düşməsi nəticəsində və ya necəsə yanlarında olduğunu bilməmişdir. Münaqişə əsnasında əlindən xəsarət almışdır. Onun bıçağı açılıb-qatlanan olmuşdur. Ola bilsin ki, əlində xəsarət öz bıçağından yaransın, ya da qarşı tərəfin bıçağı kəsmişdir. Bədənindəki xəsarətlə bağlı xüsusat dəqiq yadında qalmamışdır. Bıçaqla xəsarət yetirdikdən sonra Hikmətlə təxminən 5- 10 dəqiqə söhbət etmişdir. Həmin 5-10 dəqiqə müddətində onun Zərərçəkmiş şəxs əlavə xəsarət yetirmək imkanı olmuşdur. Zərər çəkmiş şəxsin təklifi ilə X17 xidmətinə zəng etmiş, daha sonra da elə Hikmətin ona söyləməsi ilə zəngi dayandırmışdır. Zərərçəkmiş şəxs nə səbəbə ona X17 xidmətinə zəng etməməyini söylədiyini bilməmişdir. Həyətdən çıxanda Zərərçəkmiş şəxs evlərinə getmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir-iki dəfə qapısında dayanmışdır. Onda da bu səbəbdən şübhələr yaranmışdır. Həmin gecə də bir qədər alkoqollu içki qəbul etmişdir. Şübhə beyninə düşmüş, şübhələri aydınlaşdırmaq üçün Təbrizi çağırmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, söhbət etmək üçün tövləyə getmişdir. Siqaret çəkmək üçün əlini cibinə atmışdır. Bir də görmüşdür ki, Təbriz bıçağı çıxarıb ona xəsarət yetirir. Təqsirləndirilən şəxs ona ardıcıl bıçaq zərbələri endirmişdir Hadisə zamanı üzərində bıçaq olmamışdır. Zərbələrin nəticəsindən özünü itirmiş və yerə oturan zaman Təqsirləndirilən şəxs ona vurmuş olduğu bıçaq zərbələrini dayandırmışdır. Uşağını görmək üçün ona şərait yaratmasını demişdir. Tövlədə olan zaman qeyd etdiyi ifadəni işlətməmişdir. Həyətdə olan zaman demişdir. Beş-on dəqiqə oturmuşdurlar. Münaqişə əsnasında heç nədən ona xəsarət yetirməyə başlamışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, həyətdə təxminən 5-10 dəqiqə söhbət etmişdirlər. Saat dəqiq yadında deyildir. Biz həyətdə olan zaman ətrafda gediş-gəliş olmamışdır. Təbriz məhəllə yoldaşıdır, həmişə gedib-gələn adamdır. Sadəcə söhbət etmək üçün tövləyə getmişdirlər. Təqsirləndirilən şəxs xəsarət yetirmək istəməmişdir. İstəsəydi, elə həyətdə xəsarət yetirərdi. Sadəcə söhbət etmək üçün tövləyə getmiş, tövləyə getməkdə xüsusi bir səbəb olmamışdır. Tövləyə gedib söhbət etməyi o təklif etmişdir. Tövlədə yaba, bel, qısacası, tövlədə olmalı olan məişət xarakterli əşyalar olmuşdur. Tövlədə saman da var idi. Tövləyə girəndə siqaret çıxarmışdır. Tövlədə söhbət etmişdir. Əlini cibinə atan kimi onu vurmağa başlamışdır. Hadisə zamanı üzərində bıçaq olmamışdır. Təbrizin ifadəsində guya ona məxsus olduğunu qeyd etdiyi, ayaqyoluna atdığı bıçağı haradan götürdüyünü bilməmiş, həmin bıçaq ona məxsus olmamışdır. Təbrizə demişdir ki, öz bıçağını atsın. Özü hadisə zamanı sərxoş olmuşdur. Təbriz də qorxudan ona xəsarət yetirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Təbriz ona xəsarət yetirdikcə o halsızlaşmışdır. Bundan sonra ona xəsarət yetirməyi dayandırmışdır. X17 Xidmətinə o bildirdikdən sonra Təbriz zəng etmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirməyə davam etmək imkanı olsa da, Təqsirləndirilən şəxs onu vurmamışdır. Onu xəstəxanaya qonşu Ramil aparmışdır. Onu xəstəxanaya aparanda Təbriz evdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisənin bilavasitə şahidi olmamış, sonradan eşitmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs atasıdır. Heç bir şikayət və tələbim yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu evə gəlib bildirmişdir ki, bayırda dalaşıb. Onlar da hadisə barədə polisə məlumat vermiş ki, bıçaqlama hadisəsi olmuşdur. Hadisə də anlaşılmazlıqdan olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, axşamüstü idi, evdə oturmuşdur. Qonşu Zərərçəkmiş şəxs qapını döymüşdür. Qapını açdıqda Zərərçəkmiş şəxs ondan oğlu Təqsirləndirilən şəxs soruşmuşdur. Təbrizi niyə axtardığnı soruşduqda Hikmət telefondan nəsə köçürəcəyini bildirmişdir. Hadisə barədə başqa heç nə bilməmişdir. Yaxşı qonşu olmuşdurlar. Zərər çəkmiş şəxslə barışmışdırlar Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Aşağı Atuc kəndində əri Zərərçəkmiş şəxs və azyaşlı övladları - 2015-ci il təvəllüdlü Mədinə, 2020-ci il təvəllüdlü Təranə və 2022-ci il təvəllüdlü Yunis adlı övladları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə 2014-cü İldə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Zərərçəkmiş şəxslə din vasitəsilə tanış olmuşdur. Özü dindardır, Hikmət də ailə qurduğu vaxt dindar biri olmuşdur. Ailə qurduğu vaxtdan etibarən Quba rayonu, Aşağı Atuc kəndində yaşamışlar. Təqsirləndirilən şəxs üzbəüz qonşusudur. Təbriz onlarla üzbəüz evdə atası Yalçın, anası Həcər, qardaşı Pərvinlə birlikdə yaşamışdır. Pərvin özü də dindar biridir, bu səbəbdən də əvvəllər Hikmətlə yaxın dost olmuşlar. Hikmət dindən uzaqlaşdıqdan sonra Pərvinlə münasibətləri kəsilmişdir. O, dindar olduğu üçün niqab geyinmiş, əlavə olaraq evdən çölə çıxmamışdır. Hikmət onun tək evdən çölə çıxmasına, mobil telefon işlətməsinə icazə verməmişdir. Təbrizin sadəcə qonşu kimi üzbəüzdə yaşamasını bilmiş, onunla heç bir münasibəti, yaxınlığı olmamışdır. Ümumiyyətlə Təbrizin ona qarşı hislərinin olmasını, ona və ya evinin qapısına, pəncərəsinə baxmasının şahidi olmamışdır. Təbriz özü də nə vaxtsa ona söz göndərməmiş, heç vaxt pqa sataşmamışdır. Hikmətin nəyə görə Təbrizin ona baxmasını, göz-qaş atmasını iddia etməsini bilməmişdir. Məlum hadisəyə qədər Hikmətin belə bir şeydən şübhələnməsini bilməmişdir. Evdə olan zaman da Hikmət ona Təbrizlə bağlı belə bir şey deməmiş, Təbrizin ona göz-qaş atmasını, evinə, pəncərəsinə baxmasını və ya onun Təbrizə baxmasını irad tutmamış, buna görə aralarında mübahisə, problem yaşanmamışdır. Hikmət dindən uzaqlaşdıqdan sonra spirtli içki qəbul etmiş, buna görə də, bir neçə dəfə ona irad bildirmişdir. İradlarla bağlı, aralarında sözlə mübahisə olmuşdur, mübahisə zamanı Hikmət onu vurmamış, ona hər hansı xəsarət yetirməmiş, mübahisələri ilə əlaqədar Quba RPŞ-də hər hansı araşdırma aparılmamışdır. 06 fevral 2023cü il tarixdə azyaşlı övladları ilə birlikdə evdə olmuşdur. Ev işləri görmüş, uşaqlara baxmışdır. Hikmət həmin gün evə bir neçə dəfə girib-çıxmış, axşamüstü xörəyini yemiş, çayını içib evdən çıxmışdır. O, uşaqlarla və ev işləri ilə məşğul olduğu üçün konkret saata fikir verməmişdir. Həmin gün saat 22 radələrində Hikmət evə gəlmiş, üstü-başı qan içərisində olmuş, çətinliklə yerimiş, nəfəs almaqda çətinlik çəkmişdir. Nə baş verməsini soruşmuş, Hikmət danışa bilməmişdir. O, Hikmətin mobil telefonu ilə qayınatası Arifə zəng etmiş və Hikmətin evə qan içərisində gəlməsini demişdir. Bir qədər sonra qaynı Əskər evə gəlmiş və Hikmətdən hadisə barədə soruşmuşdur. Hikmət ona da bu barədə cavab verməmiş və nəfəsinin çatmamasını bildirmişdir. Əskər X17 briqadası çağırmış, lakin gec ola biləcəyini düşündüyü üçün Hikməti qonşu Ramilin avtomobili ilə təcili yardımı gözləmədən RMX istiqamətində aparmışlar. O isə evdə qalmışdır. Hikməti apardıqdan sonra heyvanlara yem vermək üçün gedən zaman tövlədə qan ləkələrinin olmasını görmüş və başa düşmüşdür ki, hadisə burada olmuşdur. Sonradan qayınatası Ariflə Hikmət barəsində danışan zaman hadisəni Təbrizin evin tövləsində törətməsini öyrənmişdir. Əlavə olaraq səhər yuxudan oyanan zaman evinin həyətində evi ilə bağ sahəsinin arasındakı arakəsmənin qarşısında da qan ləkələrinin olmasını görmüşdür. O, hadisə zamanı tövlədən hər hansı səs eşitməmişdir. Səs eşitsəydi, bu barədə qayınatası Arifə məlumat verərdi. Hikmət evə gəlməmişdən əvvəl qızı Mədinə evə gələrək Hikmətin evin həyətində kimləsə mübahisə etməsini demişdir. Hikmət ümumiyyətlə kimləsə danışan zaman yüksək səs tonu ilə danışan biri olduğundan adi bir vəziyyət olmasını düşünmüş və həyətə belə baxmamışdır. Yaşadığı evin tövləsində dəstəyi ağ rəngli olan bıçaq daimi evin tövləsində olmuş, pres iplərini kəsmək üçün istifadə edilən bıçaq olmuşdur. Hadisədən sonra həmin bıçaq tövlədə olmamışdır. O, tövləyə baxmış, lakin bıçaq orada olmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Aşağı Atuc kəndində atası Hikmət, anası Vəsilə, bacısı Təranə və qardaşı Yunislə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. 06 fevral 2023- cü il tarixdə axşam həyətə düşərkən atası Hikmətin evin həyətində kimləsə dalaşmasını görmüş, onlar bir-birlərinin yaxalarından tutaraq danışmışlar. Həmin vaxt atasının əlində bıçaq olmamışdır. Qaranlıq olduğu üçün həmin şəxsin kim olmasını bilməmişdir. Atası onu görən kimi evə keçməsini bildirmiş, o da evə gələrək anasına atasının həyətdə kimləsə mübahisə etməsini demişdir. Bir qədər sonra atası evə paltarları qan içində gətmişdir. 06 fevral 2023-cü il tarixdə yaşadığı evin həyətində atası Zərərçəkmiş şəxs kimləsə mübahisə edərkən əlində bıçaq olmamış, onlar bir-birlərinin yaxalarından tutmuşdular. Bıçaq görməmişdir. Atası ona getməsini dediyi üçün o evə keçmişdir. Onların hara getməsinə baxmamışdır. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Aşağı Atuc kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs üzbəüz qonşuluqda arvadı və azyaşlı övladları ilə birlikdə yaşamışdır. Hikmətlə və onun ailəsi ilə münasibətləri yaxşı olmuşdur. Hikmətlə, onun qardaşı Əskərlə və atası Ariflə hər hansı problemi olmamışdır. Ailələrarası da hər hansı ədavət, nifaq olmamışdır. Hikmətlə Təbriz arasında əvvəllər hər hansı problem, münaqişə, mübahisə olmasını bilməmişdir. Hikmətin arvadı qara çadra (niqab) geyinmiş, demək olar ki, çölə-bayıra çıxmamışdır. Hikmət özü də əvvəllər qatı dindar olmuşdur. Özü də dindardır, Hikmət əvvəllər dindar olan zaman yaxın olmuş, sonradan Hikmət dindarlığı buraxmış, spirtli içkiyə qurşanmış, dinin yalan olmasını demişdir. Bu səbəbdən də onun küsülü olmuş, danışmamışdır. Təbrizin Hikmətin arvadı ilə heç bir münasibəti olmamışdır. Hikmətin arvadı bağlı geyimdə olmuşdur ki, nəinki Təbrizin, kiminsə ona baxması, sataşması, söz atması mümkün deyildir. Həmin qadın çölə-bayıra çıxan biri deyildir. 06 fevral 2023-cü ildə evdə olmuş, atası Yalçın, anası Həcər də evdə olmuşlar. Təbriz həmin gün evdə olmuş, günorta bir neçə saat evdə olmamışdır. Kənddə qələm əkməyə getmişdir. Təbriz axşamüstü evə gəlmiş və bir qədər sonra evdən çıxmışdır. Təbriz evə gələn zaman Hikmətin onu axtarması barədə nəsə deməmişdir. Onun da hələ bu vaxta qədər Hikmətin Təbrizi axtarmasından xəbəri olmamışdır. Təbriz evdən çıxdıqdan sonra Hikmət öz mobil nömrəsi ilə onun istifadəsində olan “+**********07” mobil nömrəsinə və “+**********76” mobil nömrəsinə dəfələrlə zəng etmiş, ondan Təbrizin harada olmasını təkidlə soruşmuş, mobil telefonda nəsə problem olmasını, Təbrizin mobil telefondan anlayışı olmasını bildirmiş və ondan Təbrizin mobil telefonunu istəmişdir. O, Təbrizin nömrəsini “Whatsapp’la Hikmətin “Whatsapp” hesabına göndərmişdir. Bir qədər sonra qapı döyülmüş, atası qapını açmış, qapını döyən Hikmət olmuş, atası Hikmətdən nə istəməsini soruşmuş, Hikmət mobil telefonda nəsə köməyə ehtiyacının olmasını, Təbrizi axtarmasını demişdir. Bu zaman o, Hikmətin ona da zəng edərək Təbrizi axtarmasını demiş, bu hadisəyə qədər Hikmətin Təbrizi onun arvadına baxmaqda, qaş-göz eləməkdə ittiham etməsini bilməmişdir. Bu səbəbdən də Hikmətin Təbrizi axtarmasında nəsə problem olmasını düşünməmişdir. Əlavə olaraq, Hikmət ondan Təbrizi soruşan zaman gülə-gülə "səninlə də bir gün oturub dərdləşirik” demişdir. O, həmin vaxt Hikmətin bunu nəyə görə deməsini bilməmiş, düşünmüşdür ki, barışmaq üçün onu çağırmış, hadisədən sonra isə başa düşmüşdür ki, əgər onun qardaşını söhbət adı ilə çağırıb başına oyun gətirirsə, onu da dərdləşməyə dəvət edən zaman yəqin nəsə fikirləşə bilər. Həmin gün evdə olarkən Hikmətgilin evindən hər hansı səs eşitməmişdir. Həmin gün saat 22 radələ’rində Təbriz evə gəlmiş, onun paltarları və əli qan içərisində olmuş, əlində kəsik olmuş və qan axmışdır. Təbrizdən nə baş verməsini soruşan zaman Hikmətin onu “söhbət” etmək üçün evinə dəvət etməsini, evə girdikdən sonra darvazanı arxadan bağlamasını və onu arvadına baxmaqda, sataşmaqda ittiham etməsini, daha sonra evinin tövləsinə aparmasını, burada üzərinə bıçaq çıxarmasını, bu söhbətə bu gün son qoyulacağını bildirməsini, Hikmətin onu öldürəcəyindən və ya nəsə alçaldıcı hərəkət edəcəyindən qorxaraq bıçaqla ona xəsarət yetirməsini demişdir. Bundan başqa, Təbriz Hikmətin onu satmayacağını, öz-özünə xəsarət yetirəcəyini deyəcəyini, bu səbəbdən də Hikmətin sözünə əsasən Hikmətin bıçağını ayayqoluna atmasını, öz bıçağını isə Hikmət nəsə edə biləcəyi halda özünü müdafiə edə bilmək üçün atmayaraq saxlamışdır. Atası bunu bilən kimi Təbrizə cinayəti etiraf etməsini, heç nəyi gizlətməməsini bildirmiş və Təbriz hadisənin şokunda olduğu üçün atası “102” Zəngxidmət mərkəzinə müraciət edərək oğlunun Hikmətlə mübahisə zamanı ona xəsarət yetirməsini bildirmişdir. Bundan sonra, Təbriz paltarları qan olduğu üçün paltarlarını dəyişmişdir. Bir qədər sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Şahid7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda tək yaşamışdır. Əvvəllər evli olub sonradan boşanmışdır. Zərərçəkmiş şəxs doğma qardaşıdır. Hikmət Quba rayonu, Aşağı Atuc kəndində arvadı Vəsilə və 3 azyaşlı övladı ilə oirlikdə yaşamışdır. Atası isə bağ sahəsinə baxdığı üçün bağda olan evdə yaşamışdır. Hacıyev X4 üzbəüz qonşusudur. Təbrizlə və onun ailə üzvləri ilə münasibətləri yaxşı olmuşdur, aralarında ədavət, düşmənçilik, problem olmamışdır. Bu hadisəyə qədər Hikmətin onlarla münasibətinin yaxşı olmasını bilmişdir. Hikmət əvvəllər dindar olmuş, Təbrizin qardaşı Pərvin də dindardır. Bu səbəbdən onlar yaxın olmuşlar. Sonradan Hikmət dindən uzaqlaşmışdır. Hikmətin Təbrizin özü ilə də münasibəti yaxşı olmuşdur. Aralarında yaş fərqi olduğu üçün tay-tuş olmamışlar, daimi oturubdurmayıblar, lakin problemlərinin olmamasını bilmişdir. Hikmətin Təbrizdən şübhələnməsini, onun arvadına baxmaqla əlaqədar şübhələrinin olmasını bilməmişdir. Hikmət özü bu barədə ona və ya atasına deməmişdir. Təbrizin Vəsiləyə baxmasına inanmır. Birincisi, Vəsilə dindar biridir, niqab qara çadra) geyinir, yalnız gözləri görünür. İkincisi, Hikmət Vəsiləyə mobil telefon işlətməyə, evdən tək çölə çıxmağa, mağazaya getməyə belə icazə vermir. Belə olan halda, Təbrizin Vəsiləni hardasa görməsi, ona baxması, göz-qaş eləməsi, söz atması,sataşması qeyri-mümkündür. Həmçinin, hadisədən sonra Vəsilədən bu barədə soruşmuşdur. O da belə bir şeyin olmamasını, Hikmətin şübhələrinin yersiz və əsassız olmasını demişdir. Hikmət xasiyyətcə biraz əsəbi biridir, qısqancdır, həkim-psixiatr yanında müalicə alıb, stasionar müalicə almasa da, gedib-gəlib, dərmanlar qəbul etmişdir. Ola bilsin ki, bu dərmanların təsiri altında Təbrizin onun arvadına baxmasını düşünmüş, beyninə gətirmiş, özündən belə bir hal olmasını fikirləşmişdir. Lakin, bir daha bildirmişdir ki, belə bir şey olmamışdır. Vəsilə özü də ona nə vaxtsa Təbrizin onu narahat etməsini, ona göz-qaş eləməsini, evinə, pəncərəsinə baxmasını, sataşmasını deməmişdir. 06 fevral 2023-cü il tarixdə kənd ərazisində olmuşdur. Həmin gün Hikməti və ya Təbrizi görməmişdir. Həmin gün Hikmətlə mobil telefonla danışmamış, axşam saat 22 radələrində Hikmətdən ona zəng gəlmiş, sonra danışacağını düşünərək açmamışdır. 1-2 dəqiqə sonra atası Arif zəng etmiş, nəsə ciddi bir şey ola biləcəyini düşünərək açmışdır. Atası ona Vəsilənin ona zəng etməsini, Hikmətin evə qanlar içərisində gəlməsini dedi. O, təcili olaraq Hikmətgilə gəlmiş, Hikmət qan içərisində idi, hadisə barədə soruşsa da, ona deməmişdir. Təcili yardım çağırmış, lakin gələnə qədər gözləməmiş və qonşu Ramilin avtomobili ilə Hikməti RMX istiqamətində aparmışdırlar. Yolda olarkən X17 avtomobili ilə rastlaşmış və Hikməti X17 avtomobilinə yerləşdirərək RMX-ya gətirmişdirlər. Burada ona tibbi yardım göstərildi, hazırda vəziyyyəti normaldır. Hikmət RMX-ya daxil olan zaman əvvəlcə öz-özünə xəsarət yetirməsini bildirsə də, RMX-da Təbrizin bu hadisəni törətməsini eşitmişdir. Hadisədən sonra Hikmətin özündən də hadisə barədə soruşmuş, Hikmətin deməsinə əsasən onun Təbrizi bıçaqla vurmaq kimi fikri olmamışdır, sadəcə şübhələrinə görə onunla söhbət etmək, məsələni aydınlaşdırmaq üçün onu əvvəlcə evinə çağırmış, həyətdəki tövlədə söhbət zamanı Təbriz bıçaq çıxardaraq ona xəsarət yetirmişdir. O, hadisənin şahidi olmamış, sadəcə Təbrizin deməsinə əsasən bilmişdir. Əlavə olaraq Hikmət onda bıçaq olmamasını, Tövlədə samanlığın üzərində bıçaq olmasını, lakin həmin bıçağı əlinə almamasını ona demişdir. Şahid8 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Aşağı Atuc kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun yan qonşusu, Təqsirləndirilən şəxs isə onun üzbəüz qonşusudur. Onların hər ikisi ilə münasibəti yaxşıdır. Hikmət arvadı və 2 azyaşlı uşağı ilə birlikdə yaşamışdır. Təbriz isə atası Yalçın, anası Həcər, qardaşı Pərvin ilə birlikdə yaşamışdır. Hər iki ailə ilə münasibətləri normal olmuşdur. Hikmət və Təbriz arasında nə kimi problem olmasını bilməmişdir. Kənd içərisində də Hikmət və Təbriz arasında nəsə problem, narazılıq, söz-söhbət olmasını eşitməmişdir. 06 fevral 2023-cü il tarixdə saat 22-23 radələrində yaşadığı evin həyətində olmuş, bu zaman çöldən ayaq səsləri gəldiyi üçün qapıya çıxmış, insanların kütlə şəklində yuxarı-aşağı qaçdığını görmüşdür. Bu zaman Hikmətin qardaşı Əskəri görmüş, nə baş verməsini soruşan zaman Hikmətin bıçaqlanmasını və xəstəxanaya aparmaq üçün avtomobil axtarmasını demişdir. Atasına məxsus “VAZ-2107” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili vardır. Əskərin xahişinə əsasən avtomobilin mühərrikini işə salmış, Hikməti avtomobilin arxasına yerləşdirmiş, qardaşı Əskər ön tərəfdə onun yanında oturmuş, bir nəfər Hikmətin xatırlamadığı qohumu isə arxada Hikmətin yanında oturmuşdur. Quba RMX istiqamətində hərəkətdə olarkən əvvəlcədən Əskərgilin çağırdığı X17 avtomobili ilə üz-üzə gəlmiş və Quba rayonu, Vladimirovka kəndi ərazisində Hikməti X17 avtomobilinə yerləşdirmişlər. Daha sonra isə birlikdə Quba RMX-ya gəlmiş, Hikmət əməliyyata götürülmüşdür. Hikmətin bütün üz-gözü, paltarları qan içərisində olmuş, bir ədəd dəsmalla qanaxmanı dayandırmağa çalışmış, həmin dəsmal da bütün qan içərisində olmuşdur. Bir qədər gözlədikdən sonra yaşadığı evə qayıtmışdır. Avtomobildə olarkən Əskər Hikmətdən hadisəni kimin törətməsini nə qədər soruşsa da, Hikmət onu kimin vurmasını deməmişdir. Sonradan evə qayıtdıqdan sonra eşitmişdir ki, Təbrizin atası zəng edərək Hikmətin vəziyyətini soruşmuş və hadisəni oğlu Təbrizin törətməsini bildirmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında olmuş mübahisənin şahidi olmamışdır. O, hadisədən sonra ayaq səslərinə səs-küyə çölə çıxmışdır. Bu vaxta qədər qəribə bir hal müşahidə etməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öldürməklə hədələməsinin, onu arvadına sataşmaqda ittiham etməsinin şahidi olmamışdur. Zərərçəkmiş şəxs arvadı ilə Təqsirləndirilən şəxs arasında hər hansı bir kontakt, danışma müşahidə etməmişdir. Hikmətin arvadı demək olar çölə bayıra çıxan qadın deyildir. Başı örtülüdür, Təbrizlə onun arasında nəsə bir danışma, kontakt görməmiş, belə bir şey də eşitməmişdir. Onların arasında nəsə ola biləcəyinə ehtimal vermir. Şahid9 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Aşağı Atuc kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Təbriz həmyaşıd olduğu üçün uşaqlıqdan münasibəti vardır, Hikmət isə ondan böyük olduğu üçün sadəcə kənd sakini kimi salam-sağolu vardır. Hikmət və Təbriz arasında problem olmasını bilməmişdir. Bu günə qədər də Təbriz ona Hikmətlə bağlı nəsə deməmişdir. Ümumiyyətlə, onların arasmda nəsə narazılıq olmasını bilməmişdir. 06 fevral 2023-cü il tarixdə saat 21 radələrində kənddə çayxanada çay içib domino oynamışdır. Kənd sakini Yaşar, Üzeyir də onunla birlikdə olmuş, Yaşarla birlikdə çayxananın çölündə siqaret çəkən zaman kənd sakini Hikmət gəlmiş və ondan Təbrizin mobil telefon nömrəsini soruşmuşdur. Hikmət nəyə görə Təbrizi axtarmasını deməmiş, sadəcə lazım olmasını demişdir. O, kənd sakini kimi ona Təbrizin mobil telefon nömrəsini vermişdir. Təqribən 30 dəqiqə sonra Təbriz çayxanaya gəlmiş, onlarla görüşmüşdür. Bu zaman o Təbrizə Hikmətin onu axtarmasını demişdir. Təbriz Hikmətin onu nəyə görə axtarmasının səbəbini soruşmamış, bir qədər sonra Təbriz getmişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Gecə evdə olarkən Təbrizin Hikməti bıçaqlamasını eşitmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında olmuş, mübahisənin şahidi olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öldürməklə hədələməsinin, onu arvadına sataşmaqda ittiham etməsinin şahidi olmamışdır. Hikmətlə onun yaxın münasibəti olmamışdır. Zərərçəkmiş şəxs arvadı ilə Təqsirləndirilən şəxs arasında hər hansı bir kontakt, danışma müşahidə etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 fevral 2023-cü il tarixli təqrirdən görünür ki, Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinin kəsicideşici xəsarətləri qiaqnozu ilə “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Quba rayonu, Aşağı Atuc kəndində yerləşən kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədir. Baxış zamanı samanlığın üzərində olan topa şəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla 1 nümunə, topa şəkilli qanabənzər ləkələrdən 12 sm məsafədə samanlığın üzərində qurumuş qanabənzər ləkələrdən pambığa hopdurulmaqla 1 nümunə, heyvanların ağ rəngli taxta materialdan olan yemliyi üzərindəki qanabənzər ləkələrdən pambığa hopdurulmaqla 1 nümunə, tövlənin ortasında sütun kimi qoyulan dəmir turbanın üzərindəki qanabənzər ləkələrdən pambığa hopdurulmaqla 1 nümunə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş paltarlara baxış keçirilməsi və götürülməsi haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Quba Rayon Mərkəzi Xəstəxanasında təhlükəsizlik bölməsinin növbə rəisi işləyən X1 Hikmət Arif oğlunun hadisə zamanı üzərində olmuş və cərrahi əməliyyat zamanı üzərindən çıxarılmış paltarları könüllü təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış keçirilməsi haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin avtomobil X2 məxsus “VAZ-2107” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobildir, qırmızı rəngdədir. Baxışda iştirak edən Şahid8 həmin avtomobillə Zərərçəkmiş şəxs Quba RMX istiqamətində aparmasını və yarı yolda X17 avtomobilinə təhvil verməsini bildirmişdir. Baxışda iştirak edən Şahid8 Zərərçəkmiş şəxs avtomobilin arxa oturacaqlarında oturmasını, hadisədən sonra dəsmalla oradakı qanabənzər ləkələrin çox hissəsini silməsini, lakin müəyyən qədər izlərin qalmasını bildirmişdir. Baxış zamanı avtomobilin arxa oturacaqları üzərində qanabənzər ləkələr aşkar edilmiş və pambığa hopdurulmaqla 1 nümunə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini tam təsdiq edərək hadisənin qısa məzmunu danışmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd mobil telefona rayon prokurorluğunun inzibati binasında, xidməti otağımda Şahid5 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan “+**********95” mobil nömrəsi ilə Şahid5 istifadəsində olmuş “+**********07" və “+**********76” mobil nömrələrinə 06 fevral 2023-cü il tarixdə saat 20.37-də zəng edərək 17 saniyə danışması, həmin gün saat 20.54-də zəng edərək onunla 59 saniyə danışması, saat 21.29- da zəng etsə də, telefona cavab verilməməsi, saat 21.40-da zəng etsə də, telefona cavab verilməməsi, saat 2T44-də 2 dəfə zəng etsə də, telefona cavab verilməməsi, saat 21.46-da zəng edərək 4 dəqiqə 43 saniyə danışması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid5 Zərərçəkmiş şəxs ona bir neçə dəfə zəng edərək Təbrizi soruşmasını, səbəb kimi isə mobil telefonla əlaqədar Təbrizin köməyinə ehtiyacının olmasını bildirməsini, Hikmətin soruşmasına əsasən qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan “+**********36” mobil nömrəsini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs göndərməsini bildirdrnişclir.' Telefonun “Whatsapp” sosial şəbəkəsinə baxış zamanı Şahid5 “Whatsapp” sosial şəbəkəsində “+**********07” mobil nömrəsi ilə qeydiyyatdan keçməsi, 06 fevral 2023-cü il tarixdə, saat 20.40-da “Hikmət” adı ilə qeyd edilən “+**********95” mobil nömrəsinə “Təbriz bro” adı ilə qeyd edilmiş "+**********36” mobil nömrəsini göndərməsi müəyyən edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sanitar qovşağa baxış keçirilməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs əlində olmasını iddia etdiyi və hadisədən sonra Zərərçəkmiş şəxs göstərişi əsasında həyətdəki sanitar qovşağa atdığını bildirdiyi bıçağın tapılması məqsədilə Quba rayonunda fərdi olaraq idarə etdiyi "**-OH-***” dövlət qeydiyyat nişanlı kanalizasiya işləri zamanı istifadə edilən xüsusi təyinatlı avtomobilin borusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən sanitar qovşağa salınmış, daha sonra avtomobilin çəkmə qurğusu işə salınmış və avtomobilin mexanizmi çəkə bilənə qədər qurğu işləmiş, daha sonra ayaqyolunda butulka və sair borunun qəbul edə bilməyəcəyi həcmdə olan əşyaların olması səbəbindən avtomobilin borusu artıq çəkə bilmədiyi üçün avtomobilin çəkmə qurğusu söndürülmüş və çəkilmiş tullantılar kənd ərazisində qeyri-yaşayış sahəsi olan boşluq əraziyə buraxılmışdır. Lakin, buraxılmış tullantılar arasında hər hansı bıçağa rast gəlinməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 22 fevral 2023-cü il tarixli PHŞ-6-56/2-266/2023 №-li sorğuya cavab məktubundan görünür ki, Quba rayonu, Aşağı Atuc kənd sakini Təqsirləndirilən şəxs Quba RMX-nın Poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur, həmçinin stasionar və ambulator müalicə üçün xəstəxanaya müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 22 fevral 2023-cü il tarixli PHŞ-6-56/2-264/2023 №-li sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs Quba RMX-nın Poliklinika şöbəsində psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur, Zərərçəkmiş şəxs 06 fevral 2023-cü il tarixdə Cərrahiyyə şöbəsində “bədəninin bir neçə nahiyələrinin! əhatə edən digər müştərək açıq yaralan” diaqnozu ilə stasionar müalicədə olmuş, daha sonra isə həmin tarixdə Reanimasiya Anesteziologiya və X7 sövq olunaraq 06 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək stasionar yatış verilmiş və yenidən cərrahiyyə şöbəsinə sövq olunaraq 10 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək stasionar müalicədə olmuşdur. . Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 22 fevral 2023-cü il tarixli PHŞ-6-56/2-267/2023 №-li sorğuya cavab məktubundan görünür ki, Quba rayonu, Aşağı Atuc kənd sakini Zərərçəkmiş şəxs barəsində 06 fevral 2023-cü il tarixdə saat 22.25-də Quba RMX-nın X17 Stansiyasına çağırış daxil olmuşdur. Aşağı Atuc kəndinə tibbi yardım göndərildiyi zaman xəstəyə "sağ yanağın, sağ boyun nahiyəsinin, sağ əlin və qarın boşluğunun çoxsaylı kəsilmiş, deşilmiş yaraları” diaqnozu təyin edilmişdir. Daha sonra isə X17 heyəti tərəfindən ilkin tibbi yardım göstərilərək Quba RMX-nın İİ korpusunda yerləşən “Cərrahiyyə” şöbəsinə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 15 fevral 2023-cü il tarixli 216 №-li sorğuya cavab məktubundan görünür ki, Hacıyev X6 müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 15 fevral 2023-cü il tarixli 217 №-li sorğuya cavab məktubundan görünür ki, Ağayev X10 müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 20 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 21 №-li protokoldan görünür ki, Zərərçəkmiş şəxs alkoqol qəbulu əlamətləri müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 fevral 2023-cü il tarixli 111 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ əlin İİ barmağının arxa səthində, sağ əlin arxasında hərəsində bir yerdə, sol əlin İİ barmağının arxa səthində 3 yerdə kəsilmiş yara kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 06 fevral 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə ekspertizaya təqdim olunan, yəni Təqsirləndirilən şəxs məxsus bıçaqla və ya ona oxşar digər bıçaqla yetirilə bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 fevral 2023-cü il tarixli 112 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sifətində sağda, sağ və sol qulaq seyvanında, boynunda sağda, sağ əlin ovuc sahəsində və arxa səthində, sağ və sol çiyin sahəsində hərəsində bir yerdə - cəmisi 8 (səkkiz) yerdə kəsilmiş yara kəsici əşyaların, döş qəfəsinin ön səthində döşyanı xətt üzrə bir yerdə, döş qəfəsinin sol tərəfində məmə xətti üzrə Vİ qabırğa səviyyəsində bir yerdə döş boşluğuna nüfuz edən yaralar, qarının ön divarında xəncərvari çıxıntı səviyyəsində sağda bir yerdə, göbəkdən aşağıda sağda və solda hərəsində bir yerdə cəmisi 3 (üç) yerdə qarın boşluğuna keçərək müvafiq olaraq mədə, qaraciyər və nazik bağırsağın divarının zədələnməsi ilə deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 06 fevral 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə ekspertizaya təqdim edilən və ya ona oxşar digər bıçaqla yetirilə bilər, hər bir xəsarətin ayrı-ayrılıqda dərəcəsini təyin etmiş olsaq bu zaman döş boşluğuna nüfuz edən iki yara, qarın boşluğuna nüfuz edərək mədə, qaraciyər və nazik bağırsağın zədələnməsi, ilə nəticələnən yaralar həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya, qalan 8 ədəd yara - sifətində sağda, sağ və sol qulaq seyvanında, boynunda sağda, sağ əlin ovuc sahəsində və arxa səthində, sağ və sol çiyin sahəsində hərəsində bir yerdi olan yaralar dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 13 mart 2023-cü il tarixli 94/2023- MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 07 ədəd pambıq tampon, hamam dəsmalı, Zərərçəkmiş şəxs məxsus sviter, alt köynək, jilet, şalvar, alt şalvar, Təqsirləndirilən şəxs məxsus şalvar, 02 ədəd kofta, gödəkcə və qısaqol mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə mənsubdursa, Balfa (H) /İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Əgər onun qanında müşayiətçi H antigeni varsa. Qanın qarışıq olduğu və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbikriminatistik ekspertizasının 14 mart 2023-cü il tarixli 68/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkcənin ön səthinin sol yarısında bir ədəd, alt köynəyinin və uzunqol koftanın hər birinin ön səthinin sol və sağ yarısında çoxsaylı deşilmil-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus cins şalvarın sol ayağının ön səthində bir ədəd kəsilmiş zədə var. Bu zədə kəsici kənara malik hər hansı bir iti alətin təsirindən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın arxa səthinin sol yarısında bir ədəd, cins şalvarın sağ ayağının arxa səthinin aşağı hissəsində bir ədəd cırılmış zədə var. Bu zədələr küt mexanizmdən, paltarın həmin nahiyəsinin kəskin dartılması (o cümlədən hər hansı predmetə ilişib dartılması) nəticəsində törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus alt şalvarının üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan kəsilmiş və deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqsirləndirilən şəxs məxsus uzunqol gödəkcənin so! qolunun ön səthində bir ədəd dəlib-keçməyən cırılmış zədə, uzunqol koftanın sağ qolunun ön səthində bir ədəd dəlibkeçməyən cırılmış zədə, uzunqol koftanın sağ qolunun ön səthinin aşağı hissəsində bir ədəd, ön səthinin aşağı hissəsində bir ədəd cırılmış zədə, qısaqol köynəyin sol qolunun ön səthində bir ədəd sökülmüş zədə var. Bu zədələr küt mexanizmdən, paltarın həmin nahiyələrinin kəskin dartilması nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus belində kəməri olan cins şalvarın və uzunqol yun koftanın üzərində zədə aşkar edilməmişdir. Elmi ədəbiyyatlarda paltar üzərində olan zədələrə görə həmin zədələri törənmə müddətini təyin etməyə imkan verən metodika mövcud deyildir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. . Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrikpsixoloji ekspertizasının 04 mart 2023-cü il tarixli 600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı psixi (ruhi) xəstəlik keçirməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” hadisə yerinə baxış zamanı samanlığın üzərində olan topa şəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, samanlığın üzərində olan topa şəkilli qanabənzər ləkələrdən 12 sm məsafədən qurumuş qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, heyvanların ağ rəngli taxta materialdan olan yemliyi üzərindəki qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, tövlənin ortasında sütun kimi qoyulan dəmir turbanın üzərindəki qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, tövlədən evə keçid kimi qoyulan dəmir barmaqlığın üzərində qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, bağ sahəsi ilə evin kəsişdiyi hissədə, mişar daşlarından yaradılmış arakəsmənin qarşısında yerdə topa şəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli üzərində qırmızı rəngli “Balmain” və ağ rəngli “Paris” yazıları olan uzunqol yun kofta, 1 ədəd boz rəngli qabağı düyməli uzunqol kofta, 1 ədəd tünd göy rəngli qısaqol köynək, 1 ədəd sol cib nahiyəsində qanabənzər ləkələr olan qara rəngli şalvar belində kəmər, 1 ədəd dəstəyi qara rəngli qatlanan bıçaq, avtomobilə baxış zamanı avtomobilin arxa oturacaqları üzərində olan qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd boz rəngli yun alt şalvarı, 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qolsuz gödəkçə, 1 ədəd sarı rəngli yun kofta, 1 ədəd boz rəngli alt köynəyi və 1 ədəd qanaxmanı dayandırmaq üçün istifadə edilmiş ağ rəngli dəsmal maddi sübut kimi tanınaraq Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, Quba RİHB-nın Aşağı Atuc İƏD üzrə nümayəndəliyin 05 aprel 2023-cü il tarixli 141 №-li arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Aşağı Atuc kəndində atası Şahid3, anası X5, qardaşı Şahid5 ilə birlikdə yaşamışdır. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödürmək niyyətinin olmaması, özünü müdafiə məqsədilə zərər çəkmiş şəxsə çoxsaylı bıçaq zərbələri vurması barədə verdiyi ifadələr özünü müdafiə xarakteri daşımaqla yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş 24 aprel 2023cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən, yəni 10 il 06 ay müddətindən çox ola bilməz. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 10 il 06 ay cəzanın müddətinin dördə üçü müddətindən artıq olmayan cəza təyin etməklə Təqsirləndirilən şəxs qəti olaraq 07 il 10 ay 15 gün müddətindən artıq cəza təyin edə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarına əsasən, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində Quba rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Quba Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş hadisə yerinə baxış zamanı samanlığın üzərində olan topa şəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, samanlığın üzərində olan topa şəkilli qanabənzər ləkələrdən 12 sm məsafədən qurumuş qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, heyvanların ağ rəngli taxta materialdan olan yemliyi üzərindəki qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, tövlənin ortasında sütun kimi qoyulan dəmir turbanın üzərindəki qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, tövlədən evə keçid kimi qoyulan dəmir barmaqlığın üzərində qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, bağ sahəsi ilə evin kəsişdiyi hissədə, mişar daşlarından yaradılmış arakəsmənin qarşısında yerdə topa şəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli yun kofta, 1 ədəd boz rəngli uzunqol kofta, 1 ədəd tünd göy rəngli qısaqol köynək, 1 ədəd şalvar belində kəmər, 1 ədəd dəstəyi qara rəngli qatlanan bıçaq, avtomobilə baxış zamanı avtomobilin arxa oturacaqları üzərində olan qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd alt şalvarı, 1 ədəd cins şalvar, 1 ədəd qolsuz gödəkçə, 1 ədəd kofta, 1 ədəd alt köynəyi və 1 ədəd qanaxmanı dayandırmaq üçün istifadə edilmiş ağ rəngli dəsmal məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Quba Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş hadisə yerinə baxış zamanı samanlığın üzərində olan topa şəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, samanlığın üzərində olan topa şəkilli qanabənzər ləkələrdən 12 sm məsafədən qurumuş qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, heyvanların ağ rəngli taxta materialdan olan yemliyi üzərindəki qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, tövlənin ortasında sütun kimi qoyulan dəmir turbanın üzərindəki qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, tövlədən evə keçid kimi qoyulan dəmir barmaqlığın üzərində qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, bağ sahəsi ilə evin kəsişdiyi hissədə, mişar daşlarından yaradılmış arakəsmənin qarşısında yerdə topa şəkilli qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli yun kofta, 1 ədəd boz rəngli uzunqol kofta, 1 ədəd tünd göy rəngli qısaqol köynək, 1 ədəd şalvar belində kəmər, 1 ədəd dəstəyi qara rəngli qatlanan bıçaq, avtomobilə baxış zamanı avtomobilin arxa oturacaqları üzərində olan qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş 1 nümunə, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd alt şalvarı, 1 ədəd cins şalvar, 1 ədəd qolsuz gödəkçə, 1 ədəd kofta, 1 ədəd alt köynəyi və 1 ədəd qanaxmanı dayandırmaq üçün istifadə edilmiş ağ rəngli dəsmal edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar