Məhkəmə qərarları › İş №1(124)-168/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-168/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-168/2025 15.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X8 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək faktiki olaraq Türkiyə Respublikasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən qapalı məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan 25 noyabr 2020-ci il tarixli hökmü ilə məhkum olunmuş Şahid qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha artıq şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə 2016-cı ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının İstanbul şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu xx.xx.2016-ci il tarixdə, saat 19:47-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb 14 yanvar 2016-cı il tarixdə həmin şəhərin Aksaray bölgəsində yerləşən “Sur” hotelində yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus pasportu götürüb saxlamaqla 15 yanvar 2016-cü il tarixdə qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə, 2016-cı ilin yanvar ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən “Whatsapp” ani mesaj laşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb onun 15 yanvar 2016-cı il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılıq verdikdən sonra onu 21 yanvar 2016-cı il tarixdə, saat 15:41-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb həmin şəhərdə Aksaray bölgəsində yerləşən “Sur” hotelinə yerləşdirdikdən sonra 22 yanvar 2016-cı il tarixdən 19 fevral 2016-cı il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə, 2016-cı ilin fevral ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən “Whatsapp” ani mesaj laşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb onun 22 yanvar 2016-cı il tarixdən 19 fevral 2016-cı il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılıq verdikdən sonra onu 25 fevral 2016-cı il tarixdə, saat 20:05-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb həmin şəhərdə Aksaray bölgəsində yerləşən ‘*Sur* hotelinə yerləşdirdikdən sonra 26 fevral 2016-cı il tarixdən 20 mart 2016-cı il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə tanışı Şahid ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Şahid 2016-cı ilin mart ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş. Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra 10 mart 2016-cı il tarixdə saat 19:04-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid onu qarşılayıb həmin şəhərin Aksaray bölgəsində yerləşən “Sur” hotelində yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə 2016-cı ilin mart ayının ortalarından 10 aprel 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə, 2016-cı ilin aprel ayının ortalarında ünvan 3 ünvanında yerləşən mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 2016-cı ilin mart ayının ortalarından 10 aprel 2016-cı il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 21 aprel 2016-cı il tarixdə, saat 14:22-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb həmin şəhərdə Aksaray bölgəsində yerləşən “Sur” hotelinə yerləşdirdikdən sonra 21 aprel 2016-cı il tarixdən 12 oktyabr 2016cı il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə tanışı Şahid ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Şahid 2016-cı ilin iyun ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ünvanı istintaqa tam bəlli olmayan mənzildə yaşayan Keskin (Seyfullayeva) Günay Yaqub qızı ilə danışaraq Türkiyə Respublikasında çörək sexində işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 (Seyfullayeva) razılıq verdikdən sonra Şahid 05 iyul 2016-cı il il tarixdə, saat 20:40-da onu Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb 07 iyul 2016-cı il tarixdə həmin şəhərin Aksaray bölgəsində yerləşən “Sur” hotelində yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 (Seyfullayevaya) məxsus pasportu götürüb Təqsirləndirilən şəxs təqdim etməklə sonuncu ilə birlikdə həmin hoteldə pul qarşılığında kişi müştəriləri ilə cinsi əlaqədə olmasını tələb edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə tanışı Şahid ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Şahid 2016-cı ilin iyun ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsində yerləşən ünvanı istintaqa tam bəlli olmayan mənzildə yaşayan X2 ilə danışaraq Türkiyə Respublikasında çörək sexində işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Bilnur Seyfullayeva razılıq verdikdən sonra Şahid 05 iyul 2016-cı il il tarixdə, saat 20:40-da onu Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb 07 iyul 2016-cı il tarixdə həmin şəhərin Aksaray bölgəsində yerləşən 'Sur" hotelində yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Bilnur Seyfullayevaya məxsus pasportu götürüb Təqsirləndirilən şəxs təqdim etməklə sonuncu ilə birlikdə həmin hoteldə pul qarşılığında kişi müştəriləri ilə cinsi əlaqədə olmasını tələb edərək tamah niyyəti ilə iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə Şahid ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Şahid 2017-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2-ci döngədə yerləşən ünvanı istintaqa tam bəlli olmayan mənzildə yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdikdən sonra Şahid 31 oktyabr 2017-ci il il tarixdə, saat 18:49-da onu Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb həmin şəhərin Aksaray bölgəsində yerləşən mənzildə yerləşdirdikdən sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 məxsus pasportu götürüb saxlamaqla 15 noyabr 2017-ci il tarixdən 18 may 2018-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə tamah niyyəti ilə iki və daha aıtıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə, 2016-cı ilin oktyabr ayının ortalarında ünvan 3 ünvanında yerləşən mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 21 aprel 2016 cı il tarixdən 12 oktyabr 2016-cı il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 22 oktyabr 2016-cı il tarixdə, saat 19:36-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb həmin şəhərdə Aksaray bölgəsində yerləşən “Sur” hotelinə yerləşdirdikdən sonra 24 oktyabr 2016-cı il tarixdən 28 oktyabr 2016-cı il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə, 2016-cı ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 24 oktyabr 2016 cı il tarixdən 28 oktyabr 2016-cı il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 02 noyabr 2016-cı il tarixdə, saat 18:55-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb həmin şəhərdə Aksaray bölgəsində yerləşən “Sur” hotelinə yerləşdirdikdən sonra 04 noyabr 2016-cı il tarixdən 28 dekabr 2016-cı il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə, 2017-cı ilin oktyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 04 noyabr 2016 cı il tarixdən 28 dekabr 2016-cı il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 15 oktyabr 2017-ci il tarixdə, saat 16:42-də Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb həmin şəhərdə Aksaray bölgəsində yerləşən “Sur” hotelinə yerləşdirdikdən sonra 17 oktyabr 2017-ci il tarixdən 13 noyabr 2016-cı il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə, 2017-cı ilin noyabr ayının ortalarında ünvan 3 ünvanında yerləşən mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə 'Türkiyə Respublikasının İstanbul şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb onun 17 oktyabr 2017-ci il tarixdən 13 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 21 noyabr 2017-ci il tarixdə, saat 16:25-də Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb həmin şəhərdə Aksaray bölgəsində yerləşən “Sur“ hotelinə yerləşdirdikdən sonra 23 noyabr 2017-ci il tarixdən 20 mart 2018-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə 2018-ci ilin yanvar ayının əvvəllərində ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan tanışı Zərərçəkmiş şəxs6 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən “Whatsapp" ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının İstanbul şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs6 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 09 yanvar 2018-ci il tarixdə, saat 18:37-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb 11 yanvar 2016-cı il tarixdə həmin şəhərin Aksaray bölgəsində yerləşən “Sur” hotelində yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus pasportu götürüb saxlamaqla 12 yanvar 2018-ci il tarixdən 08 fevral 2018-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir.. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarda qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, işdə adı qeyd olunan zərərçəkmiş şəxslərin heç birini aldadıb Türkiyəyə aparmayıb, onların xarici pasportlarını da götürməyib. Həmin zərərçəkmiş şəxslər onun telefon nömrəsini başqa şəxslərdən alaraq könüllü şəkildə özləri onun yanına Türkiyəyə gəliblər. O, ilk dəfə Türkiyəyə ticarətlə məşğul olmaq üçün gedib və evi olmadığından İstanbulda hoteldə qalıb. Orada bir neçə qadınla tanış olub və bir-birlərinin əlaqə nömrələrini alıblar, beləcə münasibətləri yaranıb. Zərərçəkmiş şəxs olan Əminəni, Sevinci və digər qadınları ora Mehriban adlı qadın aparıb və o da qaldığı hoteldə qadınları kişi müştərilərlə görüşdürüb. O, 2015-ci ildən Türkiyədə daimi yaşayıb və Aksarayda “Sur” hotelində yaşayıb. Əminəni və Sevinci əvvəldən tanımayıb, onları ilk dəfə hoteldə görüb. Onları oraya Mehriban aparıb, Əminəni işə düzəltmək barədə aralarında telefon danışığı olmayıb. Qızların Türkiyəyə getməsi üçün yol xərcini o qarşılamayıb. Əminə və Sevinc də həmin hoteldə qalıblar. Əminəni və Sevinci bir neçə dəfə pul qarşılığında kişilərlə görüşdürüb. Hoteldəki qızları 100 dollara müştərilərə təqdim edib. Onlara müştəri tapdığı üçün kişilərdən aldıqları pulu da yarıbayarı bölüblər. Əminə və Sevinclə aralarında heç bir münaqişə olmayıb. Bir müddət sonra qızlar Bakıya qayıtmaq istədklərini bildiriblər, bu zaman o, qızlara mane olmayıb və hədə-qorxu gəlməyib. Əminə, Sevinc, Namilə hoteldə təxminən 1 ay qalıblar. Qızların müştərilərdən aldığı puldan Mehribana verməyib. Qızlara qarşı heç bir fiziki təzyiq göstərməyib. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı daha ətraflı və geniş ifadə verdiyindən onun həmin ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamışdır. Anadan olduqda anket məlumatları X7 olmuşdur. Təxminən 2007-ci ildə məhkəməyə müraciət edərək ad və soyadını dəyişdirmişdir. Buna səbəb Türkiyə Respublikası ərazisindən deport edilməyi ilə bağlı olmuşdur. 2004-cü ildən etibarən mütəmadi olaraq Tükiyə Respublikasına gedib gəlmişdir. Türkiyə Respublikasında ləqəbi Aygün olmuşdur. İlk illərdə Türkiyə Respublikasında ticarətlə məşğul olmuşdur. Orada bir müddət yaşadıqda Türkiyə Respublikasında olan hotellərdə qalan qadınların pul müqabilində kişi müştərilərlə görüşüb cinsi əlaqədə olduqlarını müəyyən etmişdir. Əlavə qazanc əldə etmək məqsədilə həmin qadınlarla ticarət etdiyi kişi müştəriləri görüşdürüb qazanc əldə etməyə başlamışdır. Bu qaydada həm ticarətlə həm də qadınları pul müqabilində görüşdürərək qazanc əldə etmişdir. Türkiyə Respublikasında müxtəlif hotellərdə işləmişdir. Təxminən 2016-2018-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərinin Aksaray bölgəsində yerləşən Sur hotelində yaşamağa başlamışdır. Həmin hoteldə müxtəlif qadınlar fahişəliklə məşğul olmuşdur. Onlara müştəri tapmışdır. Müştəri tapdığına görə alınan pulun yarısını qazanc olaraq özünə götürmüşdür. Yanında işləyən qadınlar onu Aygün deyə tanımışlar. Şahid da təxminən 2016-cı ildən tanımışdır. Mehriban yanına gəlib fahişəliklə məşğul olmuşdur. Lakin Mehribandan qazanc əldə etməmişdir. O özü fahişəliklə məşğul olub pul qazanmışdır. Mehriban bir neçə dəfə tanışlarının da gəlib burada fahişəliklə məşğul olmaq istədiyini bildirmişdir. Həmin qadınların gəlib fahişəliklə məşğul ola biləcəklərini ona bildirmişdir. Cinayət işi üzrə adları çəkilən Zərərçəkmiş şəxs1 Mehribanın tanışı olmuş və onun vasitəsilə yanına gəlmişdir. Həmin qadın bir neçə dəfə yanına gəlib fahişəliklə məşğul olmuşdur. Bir dəfə gəldikdə cəmi 1 həftə işləyib əməliyyat edilib geri qayıtmışdır. Bundan başqa X6 və X1 Şahid vasitəsilə yanına gəlmişlər. Onlar çox az müddət yanında qalıb fahişəliklə məşğul olmuşlar. Daha sonra əlavə borc pul istəmişlər, vermədiyinə görə araları pozulmuş və yanından getmişlər. Daha sonra Zərərçəkmiş şəxs4 da Şahid vasitəsilə yanında gəlmişdir. Zərərçəkmiş şəxs4 da bir neçə dəfə yannına gəlib fahişəliklə məşğul olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs5 necə tanıdığını hazırda xatırlamır, lakin bir neçə dəfə yanına gəlib fahişəliklə məşğul olduğunu bildirmişdir. Lakin Əminə əsasən Türkiyə Respublikasında filmlərə çəkilib modelliklə məşğul olmaq üçün gəlmişdi. Bundan başqa Zərərçəkmiş şəxs6 da bir dəfə gəlib yanında qalmışdır. Aidə də yanında fahişəliklə məşğul olmuşdur. Adları qeyd edilən qadınlara müştəri tapmış və müştəri tapdığı üçün müştəridən cinsi əlaqədə olmaq üçün alınan pulun yarısını qazanc olaraq götürmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Aidə Llüseynova, Bilnur Seyfullayeva, Günay Seyfullayeva və Zərərçəkmiş şəxs1 pasportlarını ələ keçirməmişdir və onların Türkiyəyə gəlmələri üçün bilet aldığını da xatırlamır. Həmin qadınların fahişəliklə məşğul olmaq üçün yanına gəldiklərini və onların könüllü olaraq müştərilərlə cinsi əlaqədə olduqlarını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdam sonra təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, əvvəl adı Solmaz Şabanova olub, vizası olmadığından Türkiyədən deport olunub, təkrar ora qayıda bilmək üçün ad və soyadını dəyişdirib. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzgündür və həmin ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ona hər hansı təsir və təzyiq göstərilməyib. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2016-cı ildə maddi vəziyyəti çətin olduğundan işləmək üçün Samirə adlı qadınla İstanbula gedib. Pulu olmadığından yol xərcini Samirə verib. Orada onları həmin vaxt Aygün adı ilə tanıdığı hazırda təqsirləndirilən şəxs olan Lalə qarşılayıb. Sonra onu Aksaraydakı “Sur” hotelə aparıblar. İlk günlər nə üçün hoteldə olduğunu bilməyib. Samirə onun xarici pasportunu alıb özündə saxlayıb. 2-3 gün sonra Samirə ona Lalənin onu burada kişi müştərilərlə pul qarşılığında görüşdürəcəyini deyib. Sonra Lalə onu bir neçə dəfə müştərilərlə görüşdürüb və müştəridən aldığı pulun hamısını Laləyə verib. Bir müddət belə davam edib və sonra vizasının vaxtı bitdiyindən Bakıya qayıdıb. Sonra Lalə onun əlində şəkilləri və videolarının olduğunu, onları yayacağını və onu rüsvay edəcəyini bildirərək ona hədə-qorxu gəlib və o, məcbur qalıb yenidən Türkiyəyə qayıdıb. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ona verilən suallara cavab olaraq bildirdi ki, Samirə onu İstanbulda restoranda işə düzəldəcəyini deyib. Amma elə bir şey olmayıb. Samirə Lalənin tanışı olub, orada onlardan başqa qadınlar da olub. Ora çatandan 2-3 gün sonra restoranda işləmək söhbətinin yalan olduğunu və bura nə üçün gəldiyini bilib. Lalə ona hədə-qorxu gəlib. Kişi müştərilərlə görüşəcəyini biləndə Laləyə etirazını bildirib, lakin xarici pasportu Lalədə olduğuna və pula ehtiyacı olduğuna görə məcbur qalıb razılaşıb. Hoteldə qaldığı müddət ərzində xərclərini Lalə qarşılayıb. O, kişilərlə görüşə könüllü getməyib. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, onu bağışlayır. Ona hansı cəza təyin ediləcəyini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı daha geniş və ətraflı verdiyi ifadəsi hissəvi şəkildə elan edilmiş, zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Aygün onun dediklərini etməli olduğunu, buraya gəlməyi üçün xərc çəkdiyini və ona borclu olduğunu bildirmişdir. Ona bu işi görmək istəmədiyini bildirmişdir. Aygün isə onun dediklərini etmədiyi halda polisə verib tutduracağını, Bakı şəhərində rüsvay edəcəyini bildirmişdir. Məcbur olub Aygünün dediklərini etməyə razılıq vermişdir. 15 yanvar 2024-cü il tarixdə Aygün kişi müştəriləri tapmağa başlamışdır. Bir gün ərzində Aygünün tapdığı 3-4 kişi müştəri ilə cinsi əlaqədə olduqdan sonra artıq buna dözə bilməmişdir. Aygünə sərt şəkildə etiraz etmişdir. Aygünə müştərilərlə görüşmək istəmədiyini bildirmişdir. Artıq Aygün məcburi şəkildə saxlaya bilməyəcəyini görüb getməyini bildirimişdir. İstanbul şəhərində olan hava limanına gedib oradan təyyarə vasitəsilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən təxminən bir neçə gün sonra hazırda xatırlamadığı mobil nömrəsinə Whatsapp vasitəsilə zəng gəlmişdir. Telefonu götürdükdə danışan şəxsin Aygün olduğunu görmüşdür. Aygünə əl çəkməsini bildirmişdir. Bu zaman Aygün bildirmişdir ki, əgər yenidən onun yanına qayıtmasa Hövsan qəsəbəsində olan tanışları vasitəsilə rüsvay edəcəkdir. Aygün ailəsinə İstanbul şəhərində fahişəliklə məşğul olacağı barədə məlumat verəcəyini, bildirmişdir. Aygünə bunu etməməsini xahiş etmişdir. Aygün tələb etmişdir ki, yenidən onun yanına qayıtmalıdır. Rüsvay olmamaq üçün məcbur olub Aygünün yanma qayıtmışdır. xx.xx.2016-cı ildə Bakı şəhərində olan hava limanından təyyarəyə minərək İstanbul şəhərinə getmişdir. İstanbul şəhərində taksiyə əyləşərək Sur otelinə aparmağını bildirmişdir. Yenidən həmin otelə Aygünün yanma getmişdir. Aygün bildirmişdir ki, pasportunu ona verməlidir. Təkidlə pasportunu ona verməyəcəyini bildirmiş və Aygün məcbur olub razılaşmışdır. Yenidən həmin hoteldə qalaraq Aygünün tapdığı kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmağa başlamışdır. Aygün gün ərzində məcbur 2-3 kişi müştəri ilə görüşdürürmüş. Aygün 400- 600 türk lirəsi müqabilində görüşdürmüşdür. Həmin puldan az miqdarda pul vermişdir. Bunu nə üçün etdiyini soruşduqda isə Aygün gəlməyi üçün xərc çəkdiyini, oteldə qalmaq üçün pul ödədiyini bildirib müxtəlif bəhanələrlə pulunu verməmişdir. Aygün təxminən bu qaydada 19 fevral 2016-cı il tarixədək orada cinsi istismar etmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə təyyarə vasitəsilə Bakı şəhərinə gəlmişdir. Təxminən bir neçə gün sonra Aygün yenidən zəng vuraraq onun yanma gəlməli olduğunu bildirmişdir. Etiraz etdikdə Aygün yenə də hədə-qorxu gəlib rüsvay edəcəyini bildirmişdir. Ailəsinə gördüyü iş barədə məlumat verəcəyini demişdir. Məcbur olub yenidən Aygünlə razılaşmışdır. xx.xx.2016- cı il tarixdə təyyarə vasitəsilə yenidən istanbul şəhərinə oradan da Aksaray adlanan ərazidə yerləşən Sur otelinə getmişdir. Bu dəfə də Aygün pasportunu istəsə də verməmişdir. Aygün yenə də hədə-qorxu gələrək tapdığı kişi müştəriləri ilə görüşdürmüşdür. Bunun müqabilində isə çox az miqdarda pul vermişdir. Aygün bu qaydada xx.xx.2016-cı il tarixədək cinsi istismar etmişdir. Gün ərzində 2-3 kişi müştəri ilə görüşdürmüşdür. Müştərilər hamısı onun tanışı olduğu üçün Aygünün sözlərinə əməl edirmişlər. Müştəriyə öz problemi barədə danışdıqda o heçbir reaksiya verməmişdir. Çünki Aygün onları uzun müddət idi ki, tanımışdır. Aygün uzun müddət orada yaşadığı üçün əlaqələri geniş olmuşdur. Bakı şəhərinə gəldikdən sonra 2016-cı ilin mart ayının sonlarında Aygün zəng vuraraq onun yanma gəlməli olduğunu bildirmişdir. Artıq ondan bezdiyini onun dediklərini etmək istəmədiyini bildirmişdir. Aygünə bildirmişdir ki, əgər hədəqorxu gəlsə onun barəsində polisə şikayət edəcəkdir. Bundan sonra artıq Aygün əlaqə saxlamamışdır. Bundan sonra da Türkiyə Respublikasına model kimi fəaliyyət göstərmək üçün getmişdir. X9rşı Mübarizə Baş İdarəsi barədə internətdə məlumat öyrəndiyi üçün qərara almışdır ki, Aygün barəsində müraciət etsin. Qeyd etmişdir ki, həmin vaxtadək Aygündən şikayət etməməyinin səbəbi onlardan qorxmağı olmuşdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Şahid onu hoteldə işə düzəldəcəyini bildirərək İstanbula aparıb. Maddi vəziyyəti zəif olduğundan onunla razılaşıb. Yol və orada qalmaq xərcini Mehriban qarşılayıb, Türkiyədə “Sur” hotelində onu Lalə qarşılayıb və özünü Aygün adı ilə təqdim edib. Mehriban xarici pasportunu alıb və ona işinin kişi müştərilərlə görüşməkdən ibarət olduğunu deyib. Pula ehtiyacı olduğuna görə razılaşıb və Lalə onu və tanımadığı digər qızları pul qarşılığında kişi müştərilərlə görüşdürüb. Aldığı pulu Mehriban Laləyə verib, Lalə də az bir hissəni ona verib, qalanını özünə götürüb. Bir müddət sonra Bakıya qayıdıb, lakin Lalədə pulu və başqa əşyaları qaldığından təkrar geri qayıdıb. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, onları kişilərlə görüşməyə Lalə məcbur edib.İstanbula ikinci dəfə gələndə kişilərlə görüşməyib. Türkiyəyə gedənə qədər Laləni tanımayıb. Lalə və Mehriban birlikdə bu işlə məşğul olublar. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, onu bağışlayır. Ona hansı cəza təyin ediləcəyini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, təxminən 5-6 il əvvəl köhnə qonşusu Şahid ona və bacısı Günaya yüksək qazanclı iş təklif edib. Onlar da maddi vəziyyətləri çətin olduğuna görə razılaşıblar. Sonra Mehribanın vasitəsilə Türkiyəyə gediblər. Orada onları Təqsirləndirilən şəxs qarşılayıb. O, özünü Aygün adı ilə təqdim edib. Onların xarici pasportlarını əllərindən alıb. Mehribanın onları aldadıb gətirdiyini və burda heç bir işin olmadığını bildikdən sonra Lalə onlara hədə-qorxu gəlib, lakin o və bacısı orada heç bir kişi müştəri ilə görüşməyiblər. Zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ona verilən suallara cavab olaraq bildirdi ki, Lalə sənədlərini aldıqdan sonra onun evində qalıblar. Orada onlardan başqa bir neçə qadın da olub. Qısa bir müddət sonra Bakıya qayıdıblar. Lalə onlara kişi müştərilərlə görüşəcəklərini deyəndə ona etirazını bildirib və Türkiyəyə normal bir iş üçün gəldiklərini deyib. Onları kişi müştərilərlə görüşə həm Lalə, həm də Mehriban aparıb. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışıb. Ona hansı cəza təyin ediləcəyini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Şahid onu və bacısını yaxşı maaşlı bir işə düzəldəcəyi vədi ilə Türkiyəyə aparıb. Orada onları Aygün adı ilə tanıdıqları Təqsirləndirilən şəxs təhvil verib. Orada bir həftə Lalənin evində qalıblar və Lalə onlara işlərinin pul qarşılığında kişi müştərilərlə görüşməkdən ibarət olduğunu deyib. O isə etirazını bildirərək belə bir işlə məşğul olmayacağını deyib. Aralarında mübahisə yaranıb. Daha sonra xarici pasportlarını da alıb geri qayıdıblar. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirdi ki, həm Mehriban, həm də Lalə onlara hədə-qorxu gəlib. O, Türkiyədə heç bir kişi ilə görüşməyib və pul almayıb. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışıb. Ona hansı cəza təyin ediləcəyini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, təxminən 5-6 il əvvəl tekstil fabrikində və restoranda işləmək üçün Şahid ilə birlikdə Türkiyəyə gedib. Orada 2-3 ay kirayədə qalıb. Sonra Mehriban onu başqa evə aparıb. Orada Aygün adı ilə tanıdığı Təqsirləndirilən şəxs onun xarici pasportumu alıb özündə saxlayıb. O, bir müddət həmin evdə qalıb. Həmin müddət ərzində Lalə onu evdə və evin yaxınlığında olan hoteldə kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağa məcbur edib. Daha sonra Lalənin tanışı olan Rahib adlı şəxsin köməyi ilə Azərbaycana qayıdıb. 20-25 gün burada qaldıqdan sonra Lalə onun əlində şəkillərinin və videolarının olduğunu və onları yayacağını bildirərək ona hədə-qorxu gəlib və o, məcbur qalıb yenidən Türkiyəyə qayıdıb. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ona verilən suallara cavab olaraq bildirdi ki, tekstil fabrikində bir neçə gün işlədikdən sonra Laləni tanıyıb. Orada heç bir quruma şikayət edə bilməyib. Laləyə etirazını bildirib, lakin Lalə ona polisə fahişəliklə məşğul olmağı barədə məlumat verəcəyini deyib. Lalə təxminən 3 aya yaxın onun xarici pasportunu özündə saxlayıb. Kişi müştərilərdən aldığı pulun hamısını Laləyə verib, o da sonradan pulun otuz faizini ona qaytarıb. Şahid barəsində olan cinayət işində də zərərçəkmiş şəxs olub. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirsə də, məhkəmə icraatının sonrakı gedişində məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2017-ci ilin sonlarında “A Klass” dondurma şirkətində satış meneceri işlədiyi dövrdə işdən çıxdıqdan sonra adını xatırlamadığım bir qadınla tanış olub. Həmin şəxs ona tanışının Türkiyədə tekstil fabrikində işlədiyini və əgər istəsə, onu da ora işləməyə göndərə biləcəyini deyib. O da razılaşıb və həmin qadın onuTürkiyəyə göndərib. Orada onu Arzu və İlhamə adlı şəxslər qarşılayıblar və bir evə aparıblar. Aygün adı ilə tanıdığı Təqsirləndirilən şəxs da həmin evdə olub və Lalə onun xarici pasportunu alıb özündə saxlayıb. Sonra İlhamə onu hotelə aparıb və orada onu hədə-qorxu ilə kişi müştərilərlə görüşdürüb. Aldığı pulu İlhaməyə sonuncu isə Laləyə verib. Lalə 20-25 gün sonra xarici pasportunu ona qaytarıb və o, Azərbaycana gəlib. Sonra Lalə ona yenidən hədə-qorxu gələrək Türkiyəyə getməli olduğunu dediyindən o məcbur qalıb yenidən Türkiyəyə gedib. Orada 15 gün qalıb və Lalə onu təkrar kişi müştərilərlə cinsi əlaqədə olmağa məcbur edib. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ona verilən suallara cavab olaraq bildirdi ki, Lalə ilə barışmaq fikri yoxdu. Kişi müştərilərdən aldığı pulun hamısını İlhamə Laləyə verib, Bakıya gələndən sonra isə həmin pulun az bir hissəsini ona qaytarıb. Şahid cinayət işi üzrə məhkəmədə olmayıb. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirsə də, məhkəmə icraatının sonrakı gedişində məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, 2016-cı ildə restoranda işlədiyi dövrdə Günel adlı bir qadınla tanış olub. Günellə birlikdə Türkiyəyə gedib. 1 aydan az müddətdə orada qalıb. Günel onu Lalə ilə tanış edib və o, bir neçə qadınla birlikdə Lalənin evində qalıb. Həmin evdə Lalə onu 1-2 dəfə kişi müştərilərlə pul qarşılığında görüşdürüb. Sonra o, Bakıya gəlib və burada bir həftə qaldıqdan sonra Namilə və digər qadınlarla birlikdə işləmək adı ilə Türkiyəyə qayıdıb. Namiləni, Sevinci və digərlərini Laləyə təhvil verib. Özünün və digər qadınların kişilərdən aldığı pulun yarısını Laləyə verib, yarısını da özündə saxlayıb. Lalənin qadınları kişi müştərilərlə görüşdürməsini görüb. Bu əməlinə görə məhkum olunub və cəzasını çəkib qurtarıb. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Şahid arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Şahid və Təqsirləndirilən şəxs (Aygün) tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Şahid arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Şahid və Təqsirləndirilən şəxs (Aygün) tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Şahid arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Şahid və Təqsirləndirilən şəxs (Aygün) tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Şahid və Təqsirləndirilən şəxs (Aygün) tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 “C00839496” nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2016-cı il tarixdə, saat 19:04-də “Şıxlı” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 23:50-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur, həmin pasportdan istifadə etməklə xx.xx.2016-cı il tarixdə, saat 14:22-də Bakı Hava Limanından keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 01:49-da həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur, həmin pasportdan istifadə etməklə xx.xx.2016-cı il tarixdə, saat 19:36-da “Şİxlı” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 16:10-da həmin sənəddən istifadə etməklə Bakı Hava Limanından Respublikaya daxil olmuşdur, həmin pasportdan istifadə etməklə xx.xx.2016cı il tarixdə, saat 18:55-də “Şıxlı” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 05:18-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə, saat 16:42-də “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə, saat 02:19-da həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə, saat 16:25-də “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 21:12-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur, həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə, saat 16:31-də “Sədərək” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, 1 1.06.2018-ci il tarixdə, saat 20:28-də həmin sənəddən istifadə etməklə “Şıxlı" sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur. Baxış zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 “C00006124” nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2017-ci il tarixdə, saat 18:49-da “Şıxlı” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 00:15-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur. Baxış zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 “C00844369” nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2016-cı il tarixdə, saat 20:40-da “Şıxlı” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 02:03-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur (Baxış zamanı Zərərçəkmiş şəxs3 bildirmişdir ki. əvvəlki soyadı “Qulamova” olduğu üçün ümumvətəndaş pasportu vasitəsilə ölkə sərhədini "Bilnurə Gulamova” anket məlumatlarından istifadə edərək keçmişdir). Baxış zamanı müəyyən olunur ki, Keskin (Seyfullayeva) Günay Yaqub qızı “P5232867” nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2016-cı il tarixdə, saat 20:40-da “Şıxlı” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 01:00-da həmin sənəddən istifadə etməklə “Şıxlı" sərhəd buraxılış məntəqəsindən Respublikaya daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə, saat 03:37 dəqiqədə “P4359112” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmişdir. Zərərçəkmiş şəxs5 xx.xx.2016-cı il tarixdə, saat 19:47 dəqiqədə “C00381924” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 01:46 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2016-cı il tarixdə, saat 15:41 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 17:35 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2016-cı il tarixdə, saat 20:05 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə, saat 02:02 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs6 qızı xx.xx.2018-ci tarixdə, saat 18:37 dəqiqədə “C00656856” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə, saat 20:35 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədəqorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir. Hüquq ədəbiyyatında qeyd edilir ki, zəiflik vəziyyətindən sui-istifadə dedikdə insan alverinin qurbanının maddi məzmunlu ehtiyacından, ağıl və ya iradə zəifliyindən, psixi sağlamlığının dayanıqsız olmasından istifadə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərdən pasportlarını almaması, onları heç nəyə məcbur etməməsi və sair ilə bağlı bildirdiklərinə gəldikdə isə təqsirləndirilən şəxsin bu cür ifadə verməsini məhkəmə kollegiyası müdafiə taktikasından irəli gələn və törətdiyi cinayətlərə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144- 3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi zərərçəkmiş şəxslərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən baxış və üzləşdirmə protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 144-3.4-cü maddəsi ilə irəli sürülən ittiham üzrə CM-in 75-ci maddəsinə əsasən cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə ona cəza təyin edilməməlidir. Belə ki, qeyd edilən cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir və CM-in 75-ci maddəsinə əsasən həmin cinayətlər üzrə onların törədildiyi gündən hökm qəbul edilib qanuni qüvvəsini alanadək yeddi il müddət keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş sayılır və belə olan halda həmin şəxsə qeyd edilən cinayət əməli üzrə cəza təyin edilə bilməz. Həmçinin CM-nin 75.2-ci maddəsinə görə, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır və şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, məhkəmə həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 144-3.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini sonuncu dəfə 2018-ci ilin fevral ayında törətmişdir. Odur ki, hazırkı iş üzrə ona CM-nin 75-ci maddəsinin tələbləri tətbiq edilməli və təqsirli bilindiyi CM-nin 144-3.4-cü maddəsi ilə ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi məhkəmə tərəfindən, CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin qadın olması və yaşı CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəliliyini spesifikləşdirən hallar həmin əməllərin törədilməsi ilə beynəlxalq hüquqi aktlarla, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan qul əməyinin və qul ticarətinin yayılması və insanın alqı-satqı obyekti olmasını pisləyən ictimai-mənəvi normaların pozulmasıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, cinayət əməllərinin 13 epizoddan ibarət olmasını, zərərçəkmişlərin sayının çoxluğu, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 28 sentyabr 2024-cü il tarixdə tutulmuş və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə taleyi həll ediləcək maddi sübut, eləcə də məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 144-3.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə Təqsirləndirilən şəxs cəza təyin olunmasın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar