Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-169/2023 29.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran şəhəri Tereşkova küçəsi ev 6-da qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ev 714-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi S.Bəhlulzadə küçəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və sosial şəbəkə vasitəsilə tanış olduğu «Rza» adlı İran İslam Respublikası vətəndaşı ilə sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 350 manat müqabilində tapşıracağı yerə çatdırması və bu yolla Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2022ci il tarixdə bir qrup şəxs halında «Rza» adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib Sumqayıt şəhəri ərazisindən keçən Bakı-Quba yolunun kənarında yolun sağında yol nişanının yaxınlığındakı ərazidə qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na daxil edilmiş 593,713 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”-na daxil edilmiş 300,344 qram külli miqdarda ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 714 saylı evə daşımış, 248,419 qram narkotik vasitə heroini və 151,029 qram psixotrop maddə metmfetamini satılması üçün Təqsirləndirilən şəxs1 vermiş, 53,765 qram narkotik vasitə heroini və 50,384 qram psixotrop maddə metamfetamini üzərində, 291,529 qram narkotik vasitə heroini və 98,931 qram psixotrop maddə metamfetamini yaşadığı həmin mənzildə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 02:05 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 1 ədəd 53,765 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə 50,384 qram çəkidə psixotrop maddə metamfetamin, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 714 nömləri ünvanda baxış keçirilən zaman otaqdakı televizorun yanındakı yerdən bir ədəd bağlamada 291,529 qram narkotik vasitə heroin, bir ədəd bükümdə 98,931 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan «Aosai» yazılı qara rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs1 üzərində sellofan bağlamada 248,419 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd bükümdə 151,029 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun təxminən 19 fevral 2022-ci il tarixdə Rza adlı İran İslam Respublikasının vətəndaşından əldə edib daşıdığı və saxladığı 593,713 qram külli miqdarda narkotik vasitə heroin və 300,344 qram külli miqdarda psixotrop maddə metamfetamindən satılması üçün Abşeron rayonu, Xırdalan şəhərində ona verdiyi 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na daxil edilmiş 248,419 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”-na daxil edilmiş 151,029 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, saxlamış və daşımış, xx.xx.2022-ci il tarixdə saat 02:05 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2la birlikdə Abşeron rayonu, Xırdalan şəhərində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək onun üzərində şəxsi axtarış zamanı sellofan bağlamada təmiz çəkisi 248,419 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 151,029 qram psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd təmiz çəkisi 53,765 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 50,384 qram psixotrop maddə olan metamfetamin, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 714 nömləri ünvanda baxış keçirilən zaman otaqdakı televizorun yanındakı yerdən bir ədəd bağlamada təmiz çəkisi 291,529 qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 98,931 qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan «Aosai» yazılı qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, beş ildir ki, narkotik vasitədən istifadə edir. Belə ki, “İnstagram” sosial şəbəkəsindən İran İslam Respublikası vətəndaşı olan şəxsin nömrəsini tapmışdır. Həmin şəxsin kartına pul göndərdikdən təxminən yarım saat sonra o, narkotik vasitənin yerləşdirildiyi ünvanı ona göndərmişdir. O, da həmin ünvandan narkotik vasitəni götürərək istifadə etmişdir. Şəxsi istifadəsi üçün həftədə bir dəfə ondan narkotik vasitə əldə etmişdir. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı olan şəxsin göndərdiyi karta pul köçürdükdən sonra qeyd etdiyi ünvandan narkotik vasitəni əldə etmişdir. İran İslam Respublikası vətəndaşı olan şəxsin adı Rza olmuşdur. “Whatsapp”da həmin şəxslə telefon danışıqları olmuşdur. Onunla təxminən 15 dəfə əlaqə saxlamışdır. O, Rza adlı şəxsdən 6-7 dəfə narkotik vasitə əldə etmişdir. O, yük avtomobili sürməklə pul qazanmışdır. Gündəlik olaraq 50-100 manat aralığında gəliri olmuşdur. O, gün ərzində 1-1,5 qram narkotik vasitədən istifadə etmişdir. Bir qram narkotik vasitə almaq üçün təxminən 25 manat xərcləmişdir. O, harasa qoymaq üçün Rzadan narkotik vasitə götürməmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs1 dost kimi uzun müddətdir ki tanımışdır. Pərvinlə birlikdə narkotik vasitədən istifadə etmişdir. Axırıncı dəfə Rzadan 110 qram narkotik vasitə olan heroin götürmüşdür. O, əsasən heroindən, aradabir metamfetamindən istifadə etmişdir. Rzaya heroin üçün pul ödəmiş, o da metamfetamini ona pay etmişdir. Axırıncı dəfə Rzadan metamfetamin götürməmişdir. Nə üzərindən, nə də ki evindən metamfetamin aşkar edilməmişdir. Saxlanıldığı zaman evdən 20 qram narkotik vasitə aşkarlanmışdır. O, Pərvinə narkotik vasitə verməmişdir. Onun evindən dəftərçə aşkar edilməmişdir. Kiməsə narkotik vasitə satmağı ilə bağlı qeydlər etməmişdir. Təxminən saat 00:00 radələrində evə daxil olaraq onu tutmuşdurlar. Saxlanıldığı zaman narkotik vasitə evdə, stolun üzərində olmuşdur. Rzanı aldatmaq istəmiş, belə ki, 110 qram narkotik vasitə üçün ona 50 manat pul göndərmiş, qalan məbləği də göndərəcəyini bildirmişdir. Daha sonra isə Rzaya həmin narkotik vasitənin oğurlandığını demişdir. O, 110 qram narkotik vasitə üçün təxminən 1800 manat verməli olmuşdur. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, Rzanı “İnstagram”dan tapmışdır. O, Rza ilə şəxsən görüşməmişdir. Rza övladının şəklini sosial şəbəkədə profil şəkli olaraq yerləşdirmişdir. O, Rzanı üzdən tanımamış, harada yaşadığını bilməmişdir, lakin o, İran İslam Respublikasına məxsus nömrədən istifadə etmişdir. O, Rzaya buraya mal göndərməsini, həmin malı satacağını söyləməmişdir. Rzaya pulu kart vasitəsilə göndərmişdir. O, Rzaya nə qədər narkotik vasitə istədiyini əvvəldən demişdir. Pulu köçürdükdən sonra Rza ona ünvanı göndərmişdir. O, axırıncı dəfə ondan 110 qram heroin almış, narkotik vasitəni sifariş etdikdən sonra həmin gün malı olduğu yerdən götürmüşdür. Həmin 110 qram narkotik vasitə Sumqayıt şəhərinə gedən yol istiqamətində ağacın dibinə qoyulmuşdur. Rzanın narkotik vasitəni ünvanlara necə çatdırdığını bilməmişdir. O, evdə olarkən qapı döyülmüş, qapını açdığı zaman polislər evə girmişdir. Onlar Baş Narkotiklərlə Mübarizə İdarəsindən gəldiklərini bildirmiş və ondan “Rzaya pul atmısan, haradadı onun malı” deyə soruşmuşdur. O, Rzanı aldatmış, 110 qram narkotik vasitə üçün az məbləğdə pulu ona göndərdikdən sonra qalanını da daha sonra verəcəyini söyləmiş, onun zənglərinə cavab verməmişdir. Daha sonra ona malların oğurlandığını söylədiyində Rza ondan “Kim oğurlayıb” deyə soruşmuş və o, da Pərvin adlı dostunun oğurladığını demişdir. Həmçinin ona “Bir az səbrli ol, özüm pulunu düzəldib atacam” deyə bildirmişdir. O, Rzaya guya Pərvinin malları oğurladığını gördüklərini söyləmişdir. Onun üzərində narkotik vasitə olmamış, narkotik vasitə evindən aşkarlanmışdır. Polis əməkdaşları evinə daxil olmaq üçün ondan icazə almamışdırlar. Onlar stolun üzərində narkotik vasitəni gördükdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışdırlar. Daha sonra video-çəkiliş aparılması üçün yenidən evə qayıtmışdırlar. Video-çəkiliş ikinci dəfə evə gəldikləri zaman olmuşdur. Təqsirləndirilən şəxs1 ilə ayrı-ayrılıqda saxlanılmışdır. Təqsirləndirilən şəxs1 daha öncə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları yaşadığı evə baxış keçirməyə gələndə Pərvinlə birlikdə gəlmişdirlər. Pərvin yaşadığı ünvana polis əməkdaşaları ilə birlikdə gələn zaman su içində olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 20 qram narkotik vasitə olmuş, başqa bir maddə olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə götürməyə Pərvin ilə birlikdə getmişdir, lakin onun bundan xəbəri olmamışdır. O, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Evində 20 qram narkotik vasitə olmuşdur. Pərvin ilə birlikdə 110 qram narkotik vasitədən 10 gün ərzində istifadə etmiş, buna görə də 20 qram narkotik vasitə qalmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. 2 il bundan əvvəl İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Elə həmin vaxtdan da narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul etdiyi üçün “whatsapp” vasitəsilə İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə vastsap vasitəsilə yazışmışdır. Belə ki, Rza adlı şəxs ona bank kartının şəklini “whatsapp”a atmış, o, da e-manat vasitəsi ilə həmin kartın hesabına pul qoyduqdan sonra “whatsapp” vasitəsilə İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxs ona narkotik vasitə olan heroini və psixotrop maddənin haradan götürəcəyi yeri deyir. O, da həmin yerə gedib psixotrop maddə olan metamfetamini götürür. Eyni zamanda Rza adlı şəxsə başqa şəxslərdə narkotik vasitə sifariş verirdi, pulunu isə həmin şəxslər onun göndərdiyi karta göndərmişdir. Rza isə ona zəng vurub demişdir ki, «həmin sənə göndərdiyim maldan apar lazım olan əraziyə qoy gəlib götürəcəklər», o da Rza adlı şəxsin dediyi kimi etmişdir. Pərvini isə 1 ay olar ki, tanıyır. Pərvinin də psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bilir. Lakin, Pərvin onun Rza adlı İran vətəndaşından narkotik vasitə aldığını bilməmişdir. Qeyd etmişdir ki, ara sıra Pərvin onun evinə gəlmiş, onunla birlikdə narkotik vasitə heroin və ya psixotrop maddə olan metamfetamin qəbul etmişlər. Pərvin özü də bilmişdir ki, onun evində həmişə narkotik vasitə yaxud psixotrop maddə vardır. Pərvin özü taksilik fəaliyyəti ilə məşğul olur o, da bu məqsədlə Rza adlı İran vətəndaşı ona göndərdiyi narkotik vasitəni və psixotrop maddəni Sumqayıt şəhər ərazisindən götürməyə gedəndə Pərvinlə taksi kimi gedib onu götürüb gəlmişdir. Ancaq, o, Sumqayıt şəhərində kiminlə nə üçün görüşdüyünü Pərvinə deməmişdir. O, Rzanın malı qoyduğu ərazidən aralıda Pərvinə maşını saxlamasını bildirmiş, o, piyada tək həmin əraziyə gəlib malı götürüb Pərvinin maşınına gedib minib çıxıb getmişlər. O, tez-gec tutulacağını fikirləşib İran vətəndaşı Rza adlı şəxsdən ayrılmaq qərarına gəlmişdir. O, da bu barədə Pərvinə demişdir ki, o, Rza adlı şəxsdən narkotik vasitə alır, indi ondan ayrılmaq istəyir, bunun üçün Rza adlı şəxsin onda olan malının pulunu sonuncuya vermək istəmir. Demişdir ki, «istəyirəm deyim ki, narkotik vasitəni oğurlayıblar onun pulunu verə bilmirəm». Bildirmişdir ki, «Rza mənə desəki, narkotik vasitəni kim hardan oğurlayıb mən ona deyəcəm ki, narkotik vasitəni mən evdə olmayanda tanışım Pərvin adlı şəxs oğurlamışdır». Pərvində onunla razılaşmışdır. O, Rzaya Pərvinlə razılaşdığı kimi demişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə gecə saat 02:05 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı evin yaxınlığında dayanıb söhbət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını demişlər. Sonra isə onları BNMİ-nə dəvət etmişlər. Həmin vaxtı onun hüquqlarının müadafiə olunması üçün vəkil dəvət etmişlər və ona hüquq və vəzifələrinin izah edilməklə bildiriş almışdır. Müdafiəçisinin iştirakı ilə onun və Pərvinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu, sağ cibindən 1 ədəd içərsində narkotik vasitə heroin olan sarı rəngli sellofanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə müdafiəçisinin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi yaşadığı evin açarı özünə qaytarısa da “Samsung” markalı mobil telefonu ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin və metamfetamin olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və heroinin çəkisinin qablaşdırılma ilə birlikdə 56 qram, metamfetaminin çəkisinin isə 52 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. O, həmin maddənin qalan hissəsini yaşadığı Xırdalan şəhərində yerləşən evində də saxladığını həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra bütün iştirakçılar ilə birlikdə onun yaşadığı evə getmişlər. Evdə olarkən qonaq otağında saxladığı 1 ədəd qara rəngli sellofan bağlamanı, 1 ədəd elektron tərəzinə və 1 ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı qeyd dəftərini təqdim etmişdir. Həmin bağlamanın içərisində də 1 bükümdə qablaşdırma ilə birlikdə çəkisi 298 qram olan heroin və 102 qram olan metamfetamin aşkar edilmişdir. Həmin maddələr və elektron tərəzi zərfə qoyulmaqla götürülmüşdür. Əlavə olaraq ona izah edilməklə qeyd dəftəri də ondan götürülmüşdür. O, ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Bir sözlə Pərvin onun evindən narkotik vasitə və psixotrop maddə oğurlamamışdır. Şifahi sorğu zamanı o, üzərindən və yaşadığı evdən aşkar edilmiş sellofan bükümlərdə olan maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu həmin maddənin bir hissəsini ona deyilən yerlərə qoymağı üçün müəyyən miqdarını öz istifadəsi üçün saxladığımı, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran islam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə bir neçə gün öncə Sumqayıt şəhəri ərazisində yolun kənarından götürdüyünü, özünün uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin yerlərə narkotik maddələr qoyduğunu saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, qeyd etdiyi kimi aşkar edilmiş narkotik vasitə olan heroini və psixatrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsindir yəni, həmin malları sonuncu ona göndərir o da onun satışını təşkil edir. Belə ki, Rza dalı şəxs ona “whatsapp” vasitəsi ilə malı qoyduğu ərazini yazır və deyir ki, “get ordan götür”. O,da sonradan harasa mal qoymaq lazım olanda onun sözü ilə dediyi ünvana qoyur, bunun müqabilində isə Rza adlı İran vətəndaşı ona öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə metamfetamin göndərir. Onun narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etməyindən və yaxud İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxs ilə əlaqəsinin olmasından heç kimin məlumatı olmamış, o, Abşeron rayonu Xırdalan şəhərində yaşadığı evdə təxminən 1 aydır ki, tək yaşayır. Əvvəl Lənkəran şəhərində yaşamışdır. O, sonuncu dəfə Rza adlı şəxsdən götürdüyü mala görə sonuncunun ona göndərdiyi karta 350 manat pul göndərmiş, Pərvinə tutulmamışdan öncə təmənnasız öz şəxsi istifadəsi üçün narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini özü vermişdir. Evindən aşkar olunmuş dəftərdə narkotik vasitələri satdığı şəxsləri qeyd etmişdir ki, sonda kimə nə qədər mal satdığını və kimlərdən nə qədər alacağı olduğunu bilsin. O, bir sözlə narkotik vasitlərin satışı ilə bağlı qeydiyyatını aparmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək göstərmişdir ki, ya 21, ya da ki 22 fevral 2022-ci il tarixində o telefonunun enerjisi bitdiyi üçün telefon dükanında çalışan dostunun yanına getmişdir. O, dostuna telefonunu enerjiyə qoymasını, özünün də avtomobildə gözlədiyini bildirmişdir, o da onunla razılaşmışdır. Ardınca dostu ona “Maşını mənə verə bilərsən?” deyə soruşmuş, o isə ona “Gəl, məni evə düşür, sonra da maşını götürərsən” demişdir. O, avtomobilini dükanın yanında saxlamışdır, həmin vaxt bir nəfər balaca boy şəxs ona yaxınlaşmış və ona “Pərvin, necəsən” deyə soruşmuşdur. O, ilk başda onun Xırdalan şəhərində yaşayanlardan biri olduğunu düşünmüş və əlini uzatmışdır. Bu zaman o, ona “Sakit dur, çölə çıxaq” demiş və o, da razı olmuşdur. Qapıdan çıxan kimi onu avtomobilə oturtmuş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını söyləmişdirlər. Həmin vaxt onu tutmaq üçün beş avtomobil gəlmişdir. Avtomobildə olan bir nəfər ona “Pərvin, necəsən” deyə soruşmuş, o, da yaxşı olduğunu bildirmişdir. Daha sonra o, ondan “Rzanın malı haradadır” deyə sual vermiş, o, isə ona Rza adlı şəxsi tanımadığını söyləmişdir. O isə “Uşaqlıq eləmə, malı ver” dedikdə o, Rzanı tanımadığına and içmişdir. Ardınca o, kimləsə telefonla yazışdıqdan sonra malın Cəmilin evində olduğunu demiş, o, isə Cəmildə mal görmədiyini bildirmişdir. Daha sonra onu 26-cı məhəlləyə, yəni Cəmilin evinə gətirmişdirlər və onu bir otağa salaraq döymüşdürlər. Onlar ondan harada yaşadığını soruşmuş, ardınca rəis onun evinə baxış keçirilməsini tapşırmışdır. Yaşadığı evə polis əməkdaşları ilə birlikdə getdiyi zaman anası qapını açmış, həmin vaxt onun əllərini bağlamışdırlar. Onlar evə girərək hər yeri dağıtmış, lakin evdən qanunsuz heç nə aşkar edə bilməmişdirlər. Daha sonra onu çölə çıxartmış və döyməyə başlamışdırlar. Onlar ona malı verməyini dediklərində o, nə evdə, nə də ki, üzərində narkotik vasitə olmadığına and içmişdir. Onlar təkrar evə girdiklərində o, onlara çölə çıxmağlarını, anasının yanında bu hərəkətləri etməmələrini söyləmişdir. Bu sözlərdən sonra onlar çölə çıxmışdırlar. Orada olan papaqlı bir nəfər ona “Pərvin, sənə deyirəm, malı verməsən, ananı da, bacını da tutduracam” demişdir. O, bu sözlərdən sonra onların dedikləri ilə razılaşmışdır, daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmiş, oradan da Cəmilin evinə aparmışdırlar. Cəmilin evində olarkən narkotik vasitəni kreslonun arxasına qoymuş və Cəmilə “İndi video çəkəcəyik, narkotik vasitənin orada olduğunu deyəcəksən və gedib götürəcəksən” demişdirlər. Daha sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə yenidən gətirmişdirlər. Onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, heroindən əvvəllər istifadə etmişdir. O, narkotik vasitə üçün Cəmilə pul verməmişdir. Saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. Onun evində də narkotik vasitə olmamışdır. O, ancaq heroindən istifadə etmişdir. Rza adlı şəxsi, ümumiyyətlə, görməmişdir. Cəmil ona narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, təxminən saat 20-21 radələrində saxlanılmışdır. Tutulmağından bir gün əvvəl Rza ona səs ataraq “2.000 pul vermişəm, səni tutduracam, onun malını qaytar” demişdir. Rza 21 fevral 2022-ci il tarixdə ona həmin səsi atmış və o, bundan bir gün sonra tutulmuşdur. Onun Rza ilə əlaqəsi olmamışdır, Cəmil ona Rzanın nömrəsini vermiş və ona “Rzaya demişəm ki, malı sən götürmüsən” deyə söyləmişdir. Telefon dükanında işləyən dostu Asim Abdullayev olmuşdur. Onu Asimin yanında saxlamışdırlar. Onu saxladıqdan sonra Cəmilin evinə gətirmişdirlər. Təxminən saat 20-21 radələrində saxlanılmışdır. Onu öz evinə gətirdiklərində anası evdə olmuş, onun döyülməyini görmüşdür. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən tək olmuş, sonradan Cəmilin evinə gətirilmişdir. İki nömrəli məktəbin qarşısındakı dükanda saxlanılmışdır. Saxlanıldıqdan təxminən 40 dəqiqə sonra Cəmilgilə aparılmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılmağını inkar etməmişdir. Sadəcə olaraq o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı dövriyyəsi qadağan olumuş maddə olmamış və ya Cəmillə birlikdə saxlanılmamışdır. Polis əməkdaşları onun evinə gəlmişdirlər. Belə ki, Cəmilin yaşadığı mənzildən çıxdıqdan sonra onun yaşadığı mənzilə gəlmişdirlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ay olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. Təxminən 1 ay olarki Cəmil adlı şəxsi Abşeron rayonu Xırdalan şəhəri ərazisindən tanımışdır. Onun da psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bilmişdir. Cəmil Xırdalan şəhərində yaşayır. Ara-sıra onun yanına yəni evinə gedib gəlir. Həmişə Cəmildə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmuşdur. O, Cəmilin evinə gedəndə həmin narkotik vasitədən və psixotrop maddədən qəbul etmişdir. Bunun üçün o, Cəmilə pul və.s heç nə verməmişdir. O, öz avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olur. Ara-sıra hara getmək lazım olanda Cəmil ona demiş, o, da Cəmili həmin ünvana taksi kimi aparıb gətirmişdir. Ona Cəmil xidmət haqqı vermişdir. Ancaq, Cəmil Sumqayıt şəhərində kiminlə görüşüb nə danışdığını o, bilməmiş və soruşmamışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 02:05 radələrində Cəmil ilə birlikdə onun yaşadığı evin yaxınlğında dayanıb söhbət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını demişlər. Sonra isə onları BNMİ-nə dəvət etmişlər. Həmin vaxtı onun hüquqlarının müadafiə olunması üçün vəkil dəvət etmişlər, ona hüquq və vəzifələri izah edilməklə bildiriş verilmişdir. Müdafiəçimin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli üst idman geyimimin sağ yan cibindən 1 ədəd “ NOKİA “ markalı mobil telefonumu, sol yan cibindən 13 manat pulunu, sol yan cibindən 1 ədəd sürücülük vəsiqəsii və üzərində **********513004 və **********235231 rəqəmləri əks olunmuş 2 ədəd plastik bank kartlarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərimə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir şey aşkar edilməmişdir. Ona məxsus 13 manat pul özünə qaytarsada sürücülük vəsiqəsi, mobil telefonu və bank kartları ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin və metamfetamin olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və heroinin çəkisinin qablaşdırılma ilə birlikdə 250 qram, metamfetaminin çəkisinin isə 153 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Sifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Cəmilin yaşadığı evdən evdə olan zaman götürdüyünü və götürməkdə məqsədinin həm özü istifadə etmək həm də satıb pul əldə etmək niyyəti olduğunu hətta üzərindəki sarı rəngli plastik karta narkotik vasitələrin satışından əldə etdiyi 200 manat pul göndərildiyinidə bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, uzun müddətdirki, narkotik vasitə qəbul edir və polis əməkdaşları onu döymədiyinidə göstərmişdir. Hazırda isə BNMİ-də əvvəl verdiyi izahatını təsdiq etmir. Tam dolğun və düzgün ifadəni istintaqa verir. Beləki, o, Cəmilin evindən Cəmil evdə olan zaman narkotik vasitə oğurlamamış, o, narkotik vasitəni satışı ilə məşğul deyil, onun kartınada heç kim narkotik vasitə ilə bağlı 200 manat pul göndərməmiş, həmin kartın içərisində olan pul onun özünə məxsusdur. Onda olan karta isə narkotik vasitədən pul köçməsini BNMİ-nin əməkdaşların sözləri ilə o, belə demişdir. Əsl həqiqətdə həmin pul ona məxsusdur. Həmin vaxtı BNMİ-nin əməkdaşları onu döyüb demişlər ki, video çəkiliş və izahatının alınan zaman onlar dedikləri kimi ifadə verməlidirlər, o, da onların onu döyməyinə tap gətirməyərək belə bir izahat və video çəkiliş vaxtı sözlər demişdir. Qeyd etmişdir ki, onu BNMİ-nin əməkdaşları döyüb hər şeyi zorla boynuna qoymuşlar. O, Cəmilin evindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin oğurlamamış, nədəki o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Nədə ki, kimsə onun kartına narkotik vasitələrin satışı ilə bağlı pul göndərməmişdir. Sadəcə olaraq tutulmamışdan təxminən 2-3 gün əvvəl Cəmil ona demişdir ki, o, Rza adlı İran vətəndaşından narkotik vasitə götürür, indi istəyir ondan aralansın və onun Rza adlı şəxsə verəcəyi var bunun üçün Rza adlı şəxsin onda olan narkotik vasitəsini sonuncuya verməyəcəyini, deyəcək ki, oğurlanıb. Əgər ondan soruşsaki, kim hardan necə oğurlayıb Rza adlı şəxsə deyəcək ki, o, evdə olmayan zaman tanışı Pərvin oğurlayıb O, da Cəmillə razılaşmışdır. BNMİ-nin əməkdaşları onları tutan zaman o, bu məqsədlə belə bir söz demiş, ancaq, əsl həqiqətdə oğurluq etməmiş sadəcə olaraq Cəmilin qona dediyi sözlərə görə belə bir söz demişdir. Tutulan zaman üzərindən aşkar olunmuş narkotik vasitəni Cəmil özü ona təmənnasız şəkildə öz istifadəsi üçün vermişdir. İstifadəsində olan nömrə ***-***-**-**-dir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Cəmilin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşı “Rza“ adlı şəxs əldə etməyindən və onunla əlaqəsinin olmasından məlumatı olmamış, hadisədən təxminən 2-3 gün əvvəl ona demişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə onlara məlumat daxil olmuşdur. 22 fevral 2022-ci il tarixdə gecə saatlarında keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Baxşalı X3 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 714 ünvanının qarşısında saat 02 radələrində saxlanılmış və həmin şəxslər Abşeron RPİ-nə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vəkillərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə sözügedən şəxslərin üzərlərinə baxış və şəxsi axtarış keçirilmiş, hər iki şəxsin üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddələri İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsdən götürdüyünü, sonuncunun ona verəcəyi məlumat əsasında deyəcəyi ünvana həmin maddələri qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə üzərindən aşkar olunmuş maddələri şəxsi istifadəsi məqsədilə Cəmil Qurbanovdan götürdüyünü, hətta həmin maddələrin bir qismini Cəmilin xəbəri olmadan gizli yolla əldə etdiyini bildirmişdir. Bundan sonra Cəmil adlı şəxsin kirayə yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı həmin şəxsin yaşadığı evdən nakotik vasitə heroin, psixotrop maddə metamfetamin, elektron tərəzi və kitabça aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış onun da iştirakı ila təhqiqatçı tərəfindən keçirilmişdir. Cəmilin üzərindən, ümumilikdə, 350 qrama yaxın heroin, 150 qram metamfetamin, digər şəxsin üzərindən 250 qram heroin, 150 qram metamfetamin aşkar olunmuşdur. Cəmilin üzərindən və evindən, ümumilikdə, 350 qram heroin və 150 qram metamfetamin aşkar olunmuşdur. Cəmilin evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin miqdarı cibindən aşkar olunmuş maddələrə nisbətdə çox olmuşdur. Təqsirləndirilən şəxs1 isə evindən deyil, yalnız üzərindən dövriyyəsi qadağa olunmuş maddələr aşkar olunmuşdur. Onun da üzərində heroin və metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 evindən aşkar olunmuş əşyaların ona məxsus olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 fevral 2022-ci il tarixdə gecə saat 02 radələrində saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış aparılmamışdır. Pərvin Baxışlının da üzərindən narkotik vasitə aşkar olunmuş, üzərində narkotik vasitənin olduğunu da təsdiq etmişdir ki, videoçəkilişdən də Pərvinin həmin halı təsdiq etməsi aydın şəkildə görünür. Pərvin üzərindən aşkar olunmuş maddənin bir qismini oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 döyülməmiş və ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə gecə saatlarında hər iki şəxsi Xırdalan şəhəri ərazisində, 26-cı məhəllə kimi tanınan ərazidə saxlamışdırlar. Daha sonra hər iki şəxsi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişdirlər. İdarədə hər iki şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış və hər iki şəxsin üzərindən bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Tədbirin davamı olaraq Cəmilin yaşadığı ünvana da baxış keçirilmişdir. Mənzildən də bir büküm heroin, bir büküm metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sorğu zamanı Cəmil evindən aşkar olunanları “Rza” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Əməliyyat məlumatı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə olmuşdur. Cəmil və Pərvin piyada şəkildə hərəkət edən zaman birlikdə saxlanılmışdırlar, daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdırlar. Şəxslər saxlanıldıqdan sonra onlarla birlikdə avtomobilə əyləşmiş və onlarla birlikdə idarəyə getmişdirlər. İdarədə də təhqiqatçı tərəfindən hər iki şəxsin üzərində müdafiəçilərin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxslərin üzərində şəxsi axtarış aparıldıqdan sonra Cəmilin yaşadığı mənzilə baxış keçirilmişdir. X15 Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində aparılmışdır. Abşeron RPİ-yə isə onları təhvil vermişdirlər. Şəxslər saxlanılarkən onlara “Rzanın malı hanı?” məzmununda sual verilməmişdir. Sadəcə olaraq Pərvingilin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra onlar üzərilərində aşkar olunmuş maddələri “Rza” adlı şəxsdən aldıqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra yaşadığı mənzilə aparılmamışdır. Onlar yalnız Cəmilin evinə getmişdirlər. Cəmilin evinə hər iki şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra getmişdirlər. Şəxslər tərəfimizdən təxminən gecə saat 2-3-ün yarısı saxlanılmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getməmiş və həmin ünvana baxış keçirməmişdirlər. Hər iki şəxsin üzərindən aşkar olunmuş maddənin miqdarı təxminən bir kiloqrama yaxın olmuşdur. Cəmilin yaşadığı mənzildən təxminən 400 qram dövriyyəsi qadağan olunmuş maddə aşkar olunmuşdur. Həm metamfetamin, həm də heroin aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri Şahid3 Nurəddin oğlu ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə gecə saatlarında Xıradalan şəhərində 26-cı məhəllə kimi tanınan ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmışdırlar. Daha sonra həmin şəxsləri DİN-nin BNMİ-nin inzibati binasına dəvət etmişdirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədikdən sonra həmin şəxslər onlarla birlikdə idarəyə gəlmişdirlər. Orada müdafiəçilərin iştirakı ilə video çəkiliş vasitəsilə şəxslərin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxslər özləri üzərilərindəki dövriyyəsi qadağan olunmuş maddələri könüllü şəkildə təqdim etmişdirlər. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərindən 250 qram narkotik vasitə heroin və 150 qram psixotrop maddə metamfetamin olmaqla, ümumilikdə 400 qram çəkidə dövriyyəsi qadağan olunmuş maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən isə 50 qram narkotik vasitə heroin və 50 qram psixotrop maddə metamfetamin olmaqla, ümumilikdə 100 qram çəkidə dövriyyəsi qadağan olunmuş maddə aşkar olunmuşdur. Daha sonra Cəmilə yaşadığı mənzildə narkotik vasitə və ya psixotrop maddələrin olub-olmaması ilə bağlı sual verildi və sonuncu yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 gecə saat 02 radələrində birlikdə saxlanılmışdırlar. Həmin şəxlsər saxlanıldıqdan sonra DİN-nin BNMİ-nin inzibati binasına aparılmışdırlar. Şəxslər saxlanılan zaman üç nəfər olmuşdurlar. Belə ki, əməliyyat tədbirində onunla yanaşı, Şahid1 və Şahid2 də iştirak etmişdirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarış və götürmə istintaq hərəkəti DİN-nin BNMİnin inzibati binasında aparılmışdır. Cəmilin evinə şəxslərin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti apaırldıqdan sonra baxış keçirilmişdir. Hətta inzibati binada şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 da etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 2022-ci ilin fevral ayının 21-də səhər tezdən onu oyadıb öz maşını ilə işə aparıb qoymuşdur, axşam saat 8 radələrində o Pərvinə zəng vurmuş, lakin telefona cavab verən olmaışdır. Həmin gün gecə saat 12-ə 20 dəq işləmiş qapı döyülmüş, qapıya yaxınlaşıb kim olduğunu soruşduqda, oğlu “ana mənəm, qapını aç amma qorxma” demişdir. Qapını açanda Pərvin əli qandallı, yanında da 3 nəfər polis əməkdaşı evə daxil olmuşlar. Ona ev telefonu və mobil telefondan uzaq durmaq tapşırılmış, heç bir icazə sənədi göstərmədən evində axtarış aparılmış, lakin heç bir qadağan edilmiş əşya tapılmamışdır. Pərvini də götürüb aparmış, çölə çıxanda Pərvinin qışqırıq səslərini eşitmiş, Pərvini zorla maşına mindirmişlər. Sonra Pərvin ona baş idarədən zəng edib “mama dükanda tutulmuşam, get maşını götür” demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Abşeron rayon məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 21 fevral 2022-ci il qərarı qanuni hesab edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 22 fevral 2022-ci il tarixdə, saat 02:05-də Abşeron rayonu, Quşçuluq yaşayış massivi, S.Bəhlulzadə küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsininin inzibati binasına gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 22 fevral 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs1 əynində olan üst geyiminin sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu, bir ədəd ağ rəngli sellofan torbanı, əynindəki şalvarının sol yan cibindən bir ədəd özünə məxsus sürücülük vəsiqəsi, iki ədəd plastik bank kartını çıxardaraq təqdim edir. Ağ rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf bükümdə psixotrop maddə metamfetamin aşkar edilir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 yaşadığı evdən həm öz istifadəsi, həm də satmaq üçün gizlincə oğurladığını, özünün təxminən bir hissəsinin ona deyilən yerə qoyması üçün üzərində saxlamısını, hətta plastik bank kartlarından birinin içərisində narkotik vasitələrin dövriyyəsindən əldə etdiyi 200 manat pul olmasını deyir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi və götürmə aparılması” haqqında 22 fevral 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanındakı qonaq otağına baxış zamanı televizorun yanındakı yerdən bir ədəd qara rəngli sellofan bağlama, bir ədəd qara rəngli elektron tərəzi və bir ədəd içərisində qeydlər olan qəhvəyi rəngli qeyd dəftəri aşkar edilir. Həmin sellofan torbaya baxış zamanı içərisində bir ədəd çəhrayı rəngli sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddələri Sumqayıt şəhəri ərazisindən həm onu deyilən yerlərə qoyması, həm də bunun müqabilində özünün istifadə etməsi üçün İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxsin vasitəsi ilə əldə etdiyini, bu əməlindən heç kimi xəbərinin olmamasını və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş..» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 53,765 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 50,384 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilmiş..» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkimi 291,529 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 98,301 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 345,294 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 149,315 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş..» yazısı və imzalar olan kağız paketdə 1 (bir) ədəd bağlamada təmiz çəkimi 248,419 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) bükümdə təmiz çəkisi 151,029 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs2 və Pərvin Baxşlıdan aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 və Pərvin Baxşlıdan aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş..» yazısı və imzalar olan kağız paketdə 1(bir) ədəd bağlamada təmiz çəkimi 248,419 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 151,029 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət.Təqsirləndirilən şəxs2 və Pərvin Baxşlıdan aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs2 və Pərvin Baxşlıdan aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı1) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1222 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətlərinin olub-olmaması və cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan vəziyyətində olub-olmaması barəsində qərarda qoyulmuş suallar ekspert-psixoloqun səlahiyyətlərinə aid olduğu üçün cavablandırılmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1226 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətlərinin olub-olmaması və cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan vəziyyətində olub-olmaması barəsində qərarda qoyulmuş suallar ekspert-psixoloqun səlahiyyətlərinə aid olduğu üçün cavablandırılmır. Cinayət işinin materiallarında olan Azercell Telekom MMC-dən daxil olmuş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən Təqsirləndirilən şəxs2 istifadəsində olan “509725050” mobil nömrəyə gələn və həmin nömrədən göndərilən narkotik vasitələrin sartışını ehtiva edən aşağıdakı məzmunlu mesaj mətnləri müəyyən edilmişdir: xx/xx/2022,20:00:21,**********49,**********50 Sənə mən lazım deyilmisəm sənə ev mal satmaqa lazım imiş heyif ki sən kimi adama inandım ona görə kucələrdə qaldım səni hecvaxd baqislamaram. /01/2022,20:36:35,**********50,**********49,Neyiyeceysen ozuve eliyeceysen mene neyniye bilersen ki. Polisle qorxu gelirsense prablem deyil ged ele. xx/xx/2022,20:32:20,**********50,**********78 Hələliy burdayam qorxuram gəlməyə. Tutarlar birdən. Tutsalar ən azı 7 ildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2676 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2673 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 02 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 345,294 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 149,315 qram psixotrop maddə metamfetamin, bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi, Pərvinin Baxşalının üzərinə şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 248,419 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 151,029 qram psixotrop maddə metamfetamin, 2 ədəd DVD disk və bir ədəd dəftərçə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün narkotik vasitə və psixotrop maddə qalıqları Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, iki ədəd DVD diski və bir ədəd dəftərçə isə iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 4№-li MTİİTS-dan verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Baxşalı X2 şəhəri, Quşçuluq massivində qeydiyyatdadır və orda yaşayır, 4№-li MTİİTS-nə onun barəsində heç bir şikayət və ərziə daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 övladı X6 xx.xx.2014-cü il təvəllüdlü olmaqla azyaşlıdırlar. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda ünvan 4 ünvanında yaşayır, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinə onun barəsində yazılı vəşifahi şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 övladları X8 xx.xx.2016-cı il, X9 xx.xx.2020-ci il, X7 xx.xx.2021-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxs Cəmil Qənbərli barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cəmil Qənbərli barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X11 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs2 tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin saxlanc otağında saxlanılan bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 345,294 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 149,315 qram psixotrop maddə metamfetamin, Pərvinin Baxşalının üzərinə şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 248,419 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 151,029 qram psixotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd DVD disk və bir ədəd dəftərçə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 manat (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin saxlancı ambarına təhvil verilmiş qalıq çəkisi – Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 345,294 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 149,315 qram psixotrop maddə metamfetamin, Pərvinin Baxşalının üzərinə şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 248,419 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 151,029 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. iki ədəd DVD diski və bir ədəd dəftərçə cinayət işinin materiallarında saxlanılsın. 114 manat (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-169/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-169/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver