Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-169/2024 13.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1990-cı ildə Lənkəran rayonun Balıqçılar kəndində doğulmuş, subay, orta təhsilli, məhkumluğu olan, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonunun Balıqçılar kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kristal Abşeron 2, ev 59 F, blok 5, mənzil 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Mohsen” adlı şəxslə istifadəsində olan “Samsung Galaxy A 03” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəlmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Mohsen” adlı şəxs istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda – qəhvəyi rəngli kustar üsulla hazırlanmış 10,541 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış 3,490 qram çəkidə psixotrop maddə metamfetamini Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Xəlifə” şadlıq sarayının yaxınlığında gizlədib yerləşdirərək yerləşdirilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümlərinin yerinin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A3” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu İran İslam Respublikasının vətəndaşı “Mohsen” adlı şəxsin təlimatı və şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Sumqayıt şəhəri Kristal ünvan 1 ünvanına gətirib həmin narkotik vasitə heroinin 0,523 qram və 0,638 qram olmaqla ümumi təmiz çəkisi 1,161 qram hissəsıni ayıraraq 2 ədəd bükümdə üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 noyabr 2022-ci il tarixdə saat 23:40 dəqiqədə Sumqayıt şəhəri Bulvar küçəsi Kristal Abşeron 2 ev 59 F blok 5 ünvanın qarşısında saxlanılaraq ünvan 2 ŞPİ-nin 3-cü polis bölməsinin inzibati binasına gətirilərək 26 noyabr 2022-ci il tarixdə saat 00:35 -də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümdə satış məqsədilə qanunsuz olaraq daşıyaraq saxladığı 0,523 qram və 0,638 qram olmaqla ümumi təmiz çəkisi 1,161 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 02:40 dəqiqədə yazlığı razılığı əsasında yaşadığı Sumqayıt şəhəri Bulvar küçəsi Kristal ünvan 4 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilən zaman mənzilin yataq otağında yerləşən yataq dəstinin sol tərəfində olan dolabın 2-ci rəfindən satış məqsədilə qanunsuz olaraq saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,380 qram qalan külli miqdarda narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,490 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 9 ildir ki, narkotik vasitədən istifadə edir, heroin və metamfetamin istifadə etmişdir. Narkotik vasitəni Mohsen adlı şəxsdən satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün almışdır. Tutulduğu ərəfədə narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Azərbaycanda narkotik vasitə almaq ona baha başa gəlmişdir. Sosial şəbəkədə Mohsen adlı şəxslə tanış olmuş və narkotik vasitəni ondan almışdır. Həmin şəxslə üzbəüz görüşməmişdir. Sosial şəbəkədə tanış olduqdan sonra Mohsen narkotik vasitənin orada ucuz olduğunu bildirmiş, 170 manat pul müqabilində metamfetamin və heroin göndərmişdir. Ondan 2 dəfə narkotik vasitə almış, pulu kartına ödəmə terminalları vasitəsilə göndərmişdir. Özü heç vaxt satışla məşğul olmamış, yalnız istifadəçi olmuşdur. İstintaq zamanı da satış məqsədi sübuta yetirilməmişdir. Məhkəmədən bu halın ətraflı araşdırılmasını istəmişdir. Sumqayıt şəhəri ərazisində 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Təxminən 10 günlük istifadəsi üçün narkotik vasitəni götürdükdən sonra evə gəlmişdir. 1-ci mərtəbədə yaşadığı üçün polis əməkdaşları eyvandan içəri daxil olmuşdur. Qızı ilə özü evdə olmuşdur, evə daxil olduqdan sonra təzyiq göstərilmişdir. Polis əməkdaşları narkotik vasitənin harada olduğunu soruşduqda narkotik vasitənin yerini göstərmişdir. İstintaq zamanı telefonunu da könüllü olaraq təqdim etmiş və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik vasitəni əldə edib saxladığını bildirmişdir. Yalnız narkotik vasitənin istifadəsi ilə özünü təqsirli bilmişdir. Telefon nömrəsi vasitəsilə heç bir satış həyata keçirilməmişdir. Videoçəkiliş 3 saat ərzində aparılmış, narkotik vasitənin miqdarını artırılmışdır. 3-cü bölmədə olarkən evə adam göndərilmiş,uşaqla onu hədələmiş, üzərinə tərəzi qoyacaqlarını bildirmişlər. Özü isə belə hərəkət olacağı təqdirdə özünü doğrayacağını bildirmişdir. 25 gün əvvəlki telefon yazışması da narkotik vasitə istifadəçisi olduğunu göstərir. Onda 9 qram heroin, 2 qram yarım metamfetamin, ümumilikdə 11 qram yarım narkotik vasitə olmuşdur. Onu evdən götürdükdə üzərində narkotik vasitə olmamışdır, çəkilişdə narkotik vasitə qoyulmuşdur. Müstəntiqə heç bir vəsatət verməmişdir. Onu bölməyə çağırdıqda getmişdir, 3-4 dəfədən sonra istintaqdan yayındığını bildirərək axtarışa verilmişdir. İlk müstəntiqi Əli, sonra Elman Kərimov olmuşdur. Çox sənədlərə qol çəkməmiş, orada saxta imzalar olmuşdur. İbtidai istintaq zamanı vəkil olmuş, 1-ci çəkilişdə vəkil iştirak etməmiş, 2-ci çəkilişdə iştirak etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri Balıqçılar qəsəbəsində qeydiyyatda olsa da Sumqayıt şəhəri Kristal Abşeron 2, ev 59 F, blok 5, mənzil 1-də yaşamışdır. 2007-ci ildə Masallı rayon sakini Elman Manafov ilə ailə həyatı qurmuş, 2008-ci ildə Elmandan ayrılmışdır. Bu nigahdan 2009-cu ildə Zəhra İsmayılova adlı qız övladı dünyaya gəmişdir. Valideynləri uzun illərdir ki, Rusiya Federasiyasının Krasnoyarski şəhərində yaşayır. Ona görə də Elmandan ayrıldıqdan sonra valideynlərinin yanına getmişdir. Təxminən 1 il valideynlərinin yanında qaldıqdan sonra Bakı şəhərinə qayıtmış və övladı Zəhra ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşamağa başlamışdır. Təxminən 2 il olar ki, Sumqayıt şəhərinə köçmüş və həmin şəhərdə kirayədə yaşayır. Təxminən 6 il olar ki, narkotik vasitənin “kakos” adlandırılan heroin və “patı” adlandırılan metamfetamin növündən istifadə edir. Narkotik vasitə heroini burnuna çəkmə yolu, metamfetamini isə yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. Narkotik vasitələri əvəllər tanımadığı şəxslərdən əldə etmişdir. Lakin sonradan narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşlarından əldə etmişdir. Belə ki, İran vətəndaşlarının dedikləri kart hesablarına pul göndərdirirmiş. Bundan sonra həmin şəxslər Bakı və Sumqayıt şəhərlərində müxtəlif yerlərdə narkotik vasitələri gizlədib gizlətdikləri yerlərin şəkillərini çəkib ona göndərmişdir. O da həmin yerlərdən narkotik vasitələri götürmüşdür. 2021-ci ildə Nizami rayon Polis İdarəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı ilə bağlı olaraq barəsində cinayət işi başlanmış və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin himayəsində 14 yaşına çatmayan övladı olduğuna görə hökmün icrası uşağının 14 yaşı tamam olan vaxtadək təxirə salınmışdır. Hal-hazırda həmin hökmdən ittihamçı prokuror tərəfindən apellyasiya protesti verilmiş və barəsində olan həmin işə Bakı Apellyasiya Məhkəməsində baxılır. Bundan başqa 2022-ci ilin avqust ayının 18-də şəxsi istifadəm üçün narkotik vasitə gəzdirdiyinə görə Sumqayıt şəhər Polis İdarəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Hal-hazırda həmin işə də Sumqayıt şəhər Məhkəməsində baxılır. 2022-ci ilin noyabr ayının ortalarında instaqram sosial şəbəkəsində “Mohsen” adlı İran İslam Respublikasının vətəndaşı ilə təsadüfən tanış olmuşdur. Mohsen ilə söhbət zamanı onun narkotik vasitələrin satışı ilə məşğil olduğunu öyrənmişdir. Möhsen Azərbaycan Respublikası ərazisində olan adamları vasitəsilə narkotik vasitələrin satışını həyata keçirdiyini bildirmişdir. Möhsenlə arasında səmimi ünsiyyət yarandığından onunla vatsap sosial şəbəkəsi vasitəsilə danışmağa davam etmişdir. Mohsendən özü istifadə etmək məqsədilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamfetamin almaq istədiyini bildirmişdir. Mohsen ona Kapital banka aid hesab kartı göndərərək həmin karta pul göndərməyini və pul göndərdikdən sonra ona istədiyi çəkidə narkotik vasitə göndərəcəyini bildirmişdir. 25 noyabr 2022-ci il tarixdə Mohsenin ona göndərdiyi hazırda nömrəsini xatırlamadığım Kapital banka aid hesab nömrəsi göndərmişdir. O da həmin hesab nömrəsinə 400 manat pul göndərmişdir. Mohsendən təxminən 5 qram çəkidə heroin və 5 qram çəkidə metamfetamin göndərməsini xahiş etmişdir. Mohsen də onunla razılaşmışdır. Həmin günü axşam Mohsen ona vatsap sosial şəbəkəsində yazaraq təxminən 10 qram çəkidə heroin və təxminən 4 qram metamfetamin göndərdiyini, həmin narkotik vasitələri Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Xəlifə” şadlıq sarayının yaxınlığında ağacın altında gizlətdiyini bildirmişdir. Mohsen həmin yerin şəklini də vatsap vasitəsilə ona göndərmmişdir. Bundan sonra həmin əraziyə gedərək Möhsenin ona izah etdiyi yerə gedib Mohsenin dediyi yerdən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamini götürüb evinə gəlmişdir. Həmin vaxtı yaşadığı evdə övladı Zəhra və tanışı Anar adlı şəxs olmuşdur. Evə gəldikdən sonra həmin heroindən 2 ədəd büküm ayırmışdır ki, özü istifadə edər. Bundan sonra saat təxminən 23:30 radələrində yaşadığı binanın qarşısına çıxmışdır. Binanın həyətində olduğu zaman 3 nəfər mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla üzərində və yaşadığı mənzildə saxlamağında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt $Pİ-nin 3-cu PB-nə dəvət etmişlər. Heç bir etiraz etməmiş və onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. 3-cü PB-nə gəldikdən sonra, xidməti otaqda hansı səbəbdən saxlanılmağı ona bildirilmiş, hüquq və vəzifələri izah edilmişdir. Daha sonra hüquqlarının müdafiəsi və vəkil çağırılması üçün vəkillərin siyahısı ona təqdim olunmuşdur. Özü şəxsi vəkili olmadığından həmin siyahıdan Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 hüquqlarının müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Həmin vaxt video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış ona hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı şübhəli şəxs qismində tutulmağım barədə tərtib olunmuş protokol, hüquq və vəzifələri barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün özünün seçmiş olduğu Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, üzərinə şəxsi axtarış keçirməli olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin texniki işçisi Şahid4 təqdim olunmuşdur. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmadığı soruşulan zaman özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini həmin gödəkçənin sol yan cibindən isə üzərində ***-***-**-** mobil nömrəsi olan özünə məxsus “Samsung Galaxy A3” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra isə üzərinə Şahid4 tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından tutulduğu gün şəxsi istifadəsi üçün aldığını, həmçinin hazırda yaşadığı ünvanda da narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığını, bununla bağlı yaşadığım ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bükümlərin içərisinə polis əməkdaşı baxan zaman bükümlərin içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar olunmuşdur. Daha sonra isə üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan heroin ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. 1-ci bükümdə olan heroinin çəkisi şəffaf rəngli sellofanla birlikdə 0,91 qram, 2-ci bükümdə olan heroinin çəkisi şəffaf rəngli sellofanla birlikdə 0,72 qram olmuşdur. Həmin maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-nin 127 saylı möhürü ilə möhürlənərək üzərində qeydlər aparılıb imzalanmışdır. Üzərində ***-***-**-** mobil nömrəsi olan Samsung Galaxy A3 markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülərək tərtib olunmuş protokola əlavə olunmuş və bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman iştirak edən qadın texniki işçidən başqa polis əməkdaşları və vəkil ilə birlikdə yaşadığı ünvana video çəkiliş vasitəsi ilə baxış keçirilməsinə getmişlər. İcazəsi ilə mənzilə daxil olmuşlar. Özü yataq otağında olan çarpayının yanındakı 2 rəfli dolabın 2-ci rəfindən 02 ədəd şəffaf rəngli sellofanda olan bükümləri, 01 ədəd falqa listini, bükülmüş 1 manatlıq əskinası, narkotik istifadə etmək üçün şüşədən hazırlanmış predmeti götürüb təqdim etmişdir. Mənzilindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan heroin, digər bükümdə isə patı adlanan psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri üzərinə şəxsi axtarış keçirilən zaman bildirdiyi sosial şəbəkədə tanış olduğum Mohsen adlı İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Yaşadığı mənzilə baxış keçirilən zaman aşkar olunmuş bükümlərin içərisinə polis əməkdaşı baxan zaman bükümün birinin içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroin, digər bükümdən isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Daha sonra isə üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan maddələr elektron tərəzidə çəkilmiş bükümdə olan metamfetaminin şəffaf rəngli sellofanla birlikdə çəkisi 3,92 qram, digər bükümdə olan heroinin çəkisi şəffaf rəngli sellofanla birlikdə 10,25 qram olmuşdur. Həmin maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq DİN-nin 127 saylı möhürü ilə möhürlənərək üzərində qeydlər aparılıb imzalanmışdır. 01 ədəd falqa listi, bükülmüş vəziyyətdə olan 1 manatlıq əskinas, narkotik istifadə etmək üçün şüşədən hazırlanmış predmet əhəmiyyət kəsb etdiyindən götürülərək tərtib olunmuş protokola əlavə olunmuş və bir neçə saniyədən sonra videoçəkiliş dayandırılmışdır. Bundan sonra Sumqayıt ŞPİ-nin istintaq şöbəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq həmin maddə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotop maddə metamfetamini özü istifadə etmək məqsədilə saxlamışdır. Həmin narkotik vasitə və psixotrop maddədən heç kimə satmamış və ya pay verməmişdir. Həmçinin kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Mohsen adlı şəxsin dəqiq şəxsiyyəti barədə heç bir məlumat yoxdur. Özünü Mohsen adı ilə təqdim etmişdir. O da mobil telefonunda onun hazırda əzbərdən xatırlamadığı mobil nömrəsini Mohsen adı ilə qeyd etmiş və onunla özünə məxsus Samsung Galaxy A 3 markalı mobil telefonda olan vatsap proqramı vasitəsilə əlaqə saxlamışdır. Saxlanılan zaman, istərsə də Sumqayıt şəhər Pİ-nin 3-cü polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada psixi və ya fiziki təsirlər olmamışdır. (cild 1, iş vərəqləri 143-147) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 25 noyabr 2022-ci il tarixdə Dünya adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Sumqayıt şəhəri ərazisində üzərində gəzdirməsi və yaşadığı ünvan 7 ünvanında külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin tarixdə saat 23 radələrində yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxs görüb əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində iki ədəd bükümdə narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü Polis bölməsinə gətirmişlər. 3-cü Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra vəkilin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi iki ədəd bükümə baxış keçirilərkən tünd qəhvəyi rəngli spesifik iyə malik kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin “kakos” adlandırılan heroin olduğunu, heroini tutulmazdan bir gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından hər qramı 21 manat olmaqla 250 manat pul qarşılığında əldə etdiyini, özü istifadə etmək etmək məqsədilə saxladığını, qalan narkotik vasitə heroinin isə yaşadığı mənzildə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra Dünyanın yaşadığı qeyd olunan ünvana gedilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs az yaşlı qızı mənzilin qapısını açmışdır. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs evin yataq otağında olan çarpayının sol tərəfində yerləşən 2 rəfli dolabın 2-ci rəfini açıb 02 ədəd şəffaf rəngli sellofan bükümləri, 01 ədəd faliqa listini, bükülmüş vəziyyətdə 1 manatlıq əskinazı, narkotik vasitə istifadə etrmək üçün şüşədən olan predmeti götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərdən bir ədədində narkotik vasitə heroin, digər bükümdə isə patı adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini bir daha təsdiqləyərək sosial şəbəkədə tanış olduğu İran vətəndaşından pul qarşılığında İran vətəndaşının ona göndərdiyi kart hesabına pul ödəməklə əldə etdiyini, İran vətəndaşının həmin bükümləri Sumqayıt şəhəri 10-cü mikrorayonda yerləşən Xəlifə şadlıq sarayının arxasında ağaclardan birinin yanında gizlətdiyini və həmin yerə gedərək oradan götürdüyünü bildirmişdir. Həmin bükümlərin içərisində baxış keçirilən zaman bir ədəd bükümdə olan kütlələrin narkotik vasitə heroinə oxşar kütlə, digər bükümdəkinin isə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid2 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 1, iş vərəqə 193-196) Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində texniki işçi kimi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 noyabr 2022-ci il tarixdə Sumayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək polis bölməsinə gətirilmiş və həmin vaxtı rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi istintaq hərəkətində onun da iştirak edərək Dünyanın üzərini yoxlamağı tapşırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümə baxış keçirilərkən tünd qəhvəyi rəngli kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin olduğunu, heroini tutulmazdan bir gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından pul qarşılığında əldə etdiyini, özü istifadə etmək etmək məqsədilə saxladığını, qalan narkotik vasitə heroinin isə yaşadığı ünvanda saxladığını bildirmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılsa da, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 noyabr 2022-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəsi, üzərində və yaşadığı ünvanda saxlaması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış keçirilməsi barədə” 26 noyabr 2022-ci il tarixli protokoldan və şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkəti əks etdirilmiş “diskə baxış keçirilməsi haqqında” 24 yanvar 2022-ci il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Pərviz Babayev şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişi təqdim edir və sonuncu həmin bildirişlə tanış olur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd şəffa rəngli sellofana bükülmüş büüküm çıxarıb təqdim edir. Sol yan cibindən isə bir ədəd Samsung markalı A 3 markalı mobil telefonu çıxarıb təqdim edir vıə mobil telefon üzərində ***-***-**- ** saylı mobil nömrə olmasını bildirir. Təqsirləndirilən şəxs üzərində başqa heç nə olmadığını bildirir. Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansısa əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərdə olan kütlələrin “kakos” adlandırılan narkotik vasitə heroin olmasını bildirir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə vatsap və instaqram sosial şəbəkələrində tanış olduğu şəxsdən hər qramı 21 manat olmaqla 250 manat pul qarşılığında əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs qalan narkotik vasitənin yaşadığı evdə saxladığını bildirir. Aşkar edilərək götürülmüş bükümlərə elektron tərəzidə çəkilir və çəkilərinin müvafiq olaraq 0,91 qram və 0,72 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə saxladığını, 5 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirərək hazırda yaşadığı Sumqayıt şəhəri Kristal Abşeron 2, ev 59 F, blok 5 mənzil 1-də saxladığını bildirir. Vəkil Səadət Vəliyeva şübhəli şəxs Təqsirləndirilən şəxs polis tərəfindən ona işgəncə verilib verilməməsi haqqında suala verdikdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiq olmadığını bildirir. Vəkil Səadət Vəliyeva təkrar olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olub olmadığını dəqiqləşdirdikdə sonuncu narkotik vasitənin özünə məxsus olduğunu və 1 gün əvvəl əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd bükümlərdə olan narkotik vasitənin iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs və müdafiəçi Səadət Vəliyeva həmin qablaşdırma olunan zərfin üzərini imzalayır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsini etirazı olub olmadığını soruşduqda sonuncu yaşadığı ünvanda baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirir. Şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti 26 noyabr 2022-ci il tarixdə saat 00:35-dən 00:47-dək davam edir. (cild 1, iş vərəqə 25-26, 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış keçirilməsi barədə” və “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “mənzilə baxış keçirilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli protokoldan və mənzilə baxış keçirilməsi haqqında istintaq hərəkəti əks etdirilmiş diskə baxış keçirilməsi haqqında 24 yanvar 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X5, Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 3-cü PB-nin baş əməliyyat müəkkili Şahid1, 3-cü PB-nin kiçik əməliyyat müvəkkili Şahid3, Sumqayıt ŞPİ-nin KTB-nin ekspert krimanilisti polis kapitanı Orxan Aslanovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Kristal Abşeron 2 ev 59 F, blok 5 qarşısına gedilir. Bundan sonra iştirakçılarla birlikdə bloka daxil olunur. Təqsirləndirilən şəxs blokun 1 saylı mənzilinə gedərək qapını döydükdə Təqsirləndirilən şəxs qızı tərəfindən qapı açılır və iştirakçılar birlikdə içəri daxil olurlar. Təqsirləndirilən şəxs mənzilə daxil olduqda sağ tərəfdə yerləşən yataq otağına daxil olaraq taxtın sağ tərəfində yerləşən dolabın alt rəfini açaraq oradan iki büküm çıxarır. Bükümlərdən birində ağ rəngli kristal hissəciklərdən ibarət kütlə olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin kütlənin “patı” adlandırılan metamfetamin olduğunu bildirir. 2-ci bükümün isə “kakos” adlandırılan narkotik vasitə heroin olmasını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs dolabın həmin rəfindən 1 ədəd faliqa listi, 1 ədəd bükülmüş 1 manatlıq əskinaz, narkotik vasitə qəbul etmək üçün istifadə olunan predmet aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilir. Narkotik vasitə heroinə oxşar kütlə, 10,25 qram, psixotrop maddə metamfetaminə oxşar kütlənin isə 3,92 qram olması müəyyən edilir. Aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar kütlələr birlikdə bir ədəd zərfə qoyularaq qablaşdırılır. Bundan başqa aşkar edilmiş bir ədəd faliqa listi, bir ədəd bir manatlıq əskinaz və bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə olunan predmet qablaşdırılaraq götürülür. Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti 26 noyabr 2022-ci il tarixdə saat 01:47-dən 01:58-dək davam edir. ( cild 1, iş vərəqə 28-30, 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mənzilə baxış keçirilməsi haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 6/6759 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan 1 Nö-li zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,523 qram, 0,638 qram.., ümumi təmiz çəkisi 1,161 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üzərində “..Təqsirləndirilən şəxs evindən...” sözləri olan 2 Nö-li zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 9,380 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 3,490 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 1 və 2 Nö-li zərfdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunuilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. (cild 1, İş vərəqə 45-51) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mobil telefona baxış keçirilməsi barədə” 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istintaqa dediyi şifrəni yığaraq həmin telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun "Whattsapp" proqram təminatına daxil olduqda orada +99***-***-**-**" nömrə alıtında qeydə alınmış "Yerindedirrr" adlı profildən +98993791-51- 76 nömrə "Mohsen" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Mohsen" profilə - Yerindedirrr danışıqları görünür. "Mohsen" profilin adı gələcəkdə mətində "M" hərfi ilə qeyd olunacaq. "Yerindedirrr" - adlı profil isə gələcəkdə "Y" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 16:10-da "Y" adlı şəxs "M" adlı şəxsə "mənə 5 dənə patı bağlatdır, kolada qoy 15 dənə, ya 400 yada 450 vuracam. Kolanı pulunu vuracam, patını borcdan atarsan. Bizim aramızda 20 dənəni bağlamışıq qalıb 10 dənəsi, indi əgər 5 dənəni atsan qalacaq 5 dənəsi, onunla da bizim aramızda borc söhbəti bağlanacaq” məzmunlu səsli müsaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 16:32-da "Y" adlı şəxs "M" adlı şəxsə "kart atarsan pulu vuraram ora. Sumqayıt olsun” məzmunlu səsli müsaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:26-da "M" adlı şəxs "Y" adlı şəxsə "Kapitalbank”-a aid 4169-7388-8436-6083 şifrəsini göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:28-də "M" adlı şəxs "Y" adlı şəxsə "zakaza demişəm hazırdı. Çıx pulu vur, çeki at mənə, Sumqayıtdı" məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:53-də "Y" adlı şəxs "M" adlı şəxsə Kapitalbank”-a aid 416973******6083 şifrəsinə köçürülmüş 400 manatlıq qəbzin şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:54-də "M" adlı şəxs "Y" adlı şəxsə "gəldi pul, bəs deyirdin 450 manat atacam, neyniyək atıram ünvanı" məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:55-də "Y" adlı şəxs "M" adlı şəxsə "atacam, narahat olma, yaxşı olacaq" məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 19:03-də "M" adlı şəxs "Y" adlı şəxsə göndərmiş foto şəkildə “ağ rəngli, pəncərəsi olan, birmərtəbəli tikili, qabağında dairəvi oturacaqları olan bisetka” və ”həmin tikilinin pəncərəsinin aşağı hissəsinə istiqamətlənmiş yaşıl rəngli ox işarəsi" görünür. xx.xx.2022-ci il tarixdə saat 19:03-də "M" adlı şəxs "Y" adlı şəxsə məkanı bildirən məlumat göndərir. xx.xx.2022-ci il tarixdə saat 19:03-də "M" adlı şəxs "Y" adlı şəxsə göndərmiş foto şəkildə “ağ rəngli, pəncərəsi olan, birmərtəbəli tikili, qabağında dairəvi oturacaqları olan bisetka” və aşağısında “47məhəllə, Araz marketə çatmamış, sağa yol dönür. Dönüb üzü aşağı düşəndə ilk sağa döngədən dönübgirsin məhləyə. 9 mərtəbələrin arası ilə solunda şəhid plakatı var. 9mrtb sağında aradan girib düz məhləyə girəndə sola dönsün. Domun qabağında 1ci yox 2ci bisetkanın yanında toyxananın qabağında kubikin arasında” məzmunlu tekst mesaj görünür. xx.xx.2022-ci il tarixdə saat 19:57-də "Y" adlı şəxs "M" adlı şəxsə "götürdüm. Mən sənə 5 dənə daş demişəm. Sən mənə iki dənə daş qoymusan. Mən bunu kimə çatdıracam, düz əməlli iş gör. Mən adamlarımı itirirəm belə. 450 dedim alındıra bilmədim, 400 göndərdim. Mənə əsas patı lazım idi. Dedim sənə 5 dənə patı qoy” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:00-da "M" adlı şəxs "Y" adlı şəxsə "Pula görə Allaha and olsun. adamın üstündə az idi deyənə belə atıb. İkinci əli danışacıyam qardaşnan” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:04-də "Y" adlı şəxs "M" adlı şəxsə göndərmiş foto şəkildə "əlin içində açıq sarı selofana bükülmüş içində kənarından çəhrayı zolağ keçən kağız parçası olan bağlama” görünür. xx.xx.2022-ci il tarixdə saat 20:11-də "M" adlı şəxs "Y" adlı şəxsə "neyniyək, atarsan tərəziyə, şəklini atarsan mənə, and ola Allaha danışdım, dedi üstümdə belə imiş” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:13-də "Y" adlı şəxs "M" adlı şəxsə göndərmiş 1-ci foto şəkildə "kənarından çəhrayı zolağ keçən və üzərində 15K 2P yazısı olan kağız parçası və yanında 2 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümlər (həmin bükümün birinin içərisində kənarında yaşıl zolağ olan ağ rəngli kağız parçası” və 2-ci foto şəkildə “birinin içərisində üzərində 10K sözü yazılmış ağ kağız parçası və qəhvəyi rəngli maddə olan büküm, digərinin içərisində üzərində 5K sözü yazılmış ağ kağız parçası və qəhvəyi rəngli maddə olan büküm görünür. Həmçinin, baxış zamanı telefonun "Whattsapp" proqram təminatına daxil olduqda orada +99***-***-**-**" nömrə alıtında qeydə alınmış "Yerindedirrr" adlı profildən yaddaşa vurulmayan +99***-***-**-** nömrə görünür. "Whattsapp" proqram təminatında olan yazışmalardan həmin nömrənin Nicat adlı şəxsin istifadəsində olduğu məlum olur. Mesaj qutusuna daxil olduqda orada +99***-***-**-** nömrə ilə - "Yerindedirrr" profili arasında olan danışıqlar görünür. +99***-***-**-** nömrənin adı gələcəkdə mətində "N" hərfi ilə qeyd olunacaq. "Yerindedirrr" - adlı profil isə gələcəkdə "Y" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 02:17-də "N" adlı şəxs "Y" adlı şəxsə "mənəm Nicatdı. Dejurnuda qalan" məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:18-də "Y" adlı şəxs "N" adlı şəxsə "hə Nicat üzrlü say nömrən məndə silinib. Nəyin var nəyin yoxdu. Bir şey var daşdan kəsəydən?" məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:27-də "N" adlı şəxs "Y" adlı şəxsə "uşaq var belə olsa kolaynan barter eləmək olardı", “daşnan kolanı” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:27-də "Y" adlı şəxs "N" adlı şəxsə "təmiz daşdısa uşaq var çağırım gəlsin yarı yarı dəyişək. həmin uşaq Saraydandı. Təmiz patıdısa problem yoxdu 6-ya 5 dəyişək" məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:30-da "N" adlı şəxs "Y" adlı şəxsə "hə təmiz birşey di” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:47-də "Y" adlı şəxs "N" adlı şəxsə "gətirin gəlin", “oda gəlir”, “birə bir deyişək” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:59-da "N" adlı şəxs "Y" adlı şəxsə "belə puluynan necə nə cür?", “40m versem”, “qram”, “götürmək olar?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:59-də "Y" adlı şəxs "N" adlı şəxsə "puluynan 30du, amma indi dəyişim", “50 ye belke vere” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:59-da "N" adlı şəxs "Y" adlı şəxsə "gəlin də” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:00-da "Y" adlı şəxs "N" adlı şəxsə "daş yoxdursa dartma məni ora” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:00-da "N" adlı şəxs "Y" adlı şəxsə "varki”, “çağırıram da”, “gəl”, “dejurnuya”, “qram kurs qoyarsan gətirsin də” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 04:38-də "N" adlı şəxs "Y" adlı şəxsə "mən”, “qurjonu”, “durmuşam”, “kuruqda” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 04:38-də "Y" adlı şəxs "N" adlı şəxsə "gel kirtal.ikiye”, “göyerçinin pilləkəninə”, “30dan aşağı vermir ozum olum” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 04:46-də "N" adlı şəxs "Y" adlı şəxsə "burdayam”, “pilləkən altında” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 04:47-də "Y" adlı şəxs "N" adlı şəxsə "gelirəm”, “pul 25 di he?”, “yoxsa az deme sen ol 5 men qoyacam” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 04:50-də "N" adlı şəxs "Y" adlı şəxsə "kartıvın kodun denən də mənə” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 04:59-da "Y" adlı şəxs "N" adlı şəxsə üzərində 4098- 5844-6593-2208 şifrəsi olan “Leobank”-a aid plastk, qara rəngli kartın və şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümün şəkillərini göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:01-də "Y" adlı şəxs "N" adlı şəxsə "20 m atmısan”, “ bəs 5 hanı?”, “mən 10 verə bilmirəm” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:01-də "N" adlı şəxs "Y" adlı şəxsə "5m”, “əlimdə”, “burdayam” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:02-də "Y" adlı şəxs "N" adlı şəxsə "piləkenen düşəndə sağa gir”, “kristal iki”, “gir heyete bidende sağa düz axırıncı padezin qapısında ol” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:03-də "Y" adlı şəxs "N" adlı şəxsə "5 59 f yazılan” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:05-də "N" adlı şəxs "Y" adlı şəxsə "burdayam”, “çıx”, “padyezin”, “ağzında” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:05-də "Y" adlı şəxs "N" adlı şəxsə "59 f yazılıb?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:05-də "N" adlı şəxs "Y" adlı şəxsə "açırsan”, “hə” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:06-də "Y" adlı şəxs "N" adlı şəxsə "kameraya gore salavan var verim”, “vur 1”, “vur biri vur aç” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:13-də "N" adlı şəxs "Y" adlı şəxsə "sən canı bu nə yarımdı burda 02sey var” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 05:18-də "Y" adlı şəxs "N" adlı şəxsə "at tereziye”, “mən cekmişəm 45 di”, “lap ozun cira 4.4di” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 19:44-də "N" adlı şəxs "Y" adlı şəxsə "alınır”, “dünən ki söhbətdən?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 19:46-da "Y" adlı şəxs "N" adlı şəxsə "30 he” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 19:49-də "Y" adlı şəxs "N" adlı şəxsə "pulu bütöv elə. Hazır olanda mənə deyərsən” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:36-da "N" adlı şəxs "Y" adlı şəxsə "50m”, “puldu 2dənə normalni yarım denən versinlər də”, “dünən ki söhbətdəndidə?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:33-də "Y" adlı şəxs "N" adlı şəxsə "kart deyəcəm pulu vurarsan ona” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:17-də "Y" adlı şəxs "N" adlı şəxsə üzərində 6768- 6771-7804-0022 şifrəsi olan “Kapital Bank”-a aid plastk kartın şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:25-də "N" adlı şəxs "Y" adlı şəxsə 6768-67****0022 şifrəsi olan karta köçürülmüş 35 manat pulun qəbzin şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:25-də "N" adlı şəxs "Y" adlı şəxsə “kartımda olan 35 manatı göndərdib, qalanıda aparatdan vururam, ürəyin istəyir əlbəəl verim” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:36-da "N" adlı şəxs "Y" adlı şəxsə “15m”, “pul qalıb da”, “burdayam” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:36-da "Y" adlı şəxs "N" adlı şəxsə “1 vurda” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:32-də "Y" adlı şəxs "N" adlı şəxsə üzərində 6768- 6771-7804-0022 şifrəsi olan “Kapital Bank”-a aid plastk kartın şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:38-də "N" adlı şəxs "Y" adlı şəxsə üzərində 676867******0022 şifrəli “Kapitalbank”-a aid plastik karta köçürülmüş 80 manatlıq qəbzin şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:39-da "N" adlı şəxs "Y" adlı şəxsə “həyətdəyəm” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:41-da "Y" adlı şəxs "N" adlı şəxsə “balkonun yanında ol”, “atacam götür” məzmunlu tekst mesaj və 0.44 çəkisi yazılmış elektron tərəzinin və onun üzərində olan şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümün şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:42-da "N" adlı şəxs "Y" adlı şəxsə “burdayam”, “at” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:42-da "Y" adlı şəxs "N" adlı şəxsə “yaxşı”, “gözde” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:44-da "N" adlı şəxs "Y" adlı şəxsə “atırsan?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:44-da "Y" adlı şəxs "N" adlı şəxsə “he” məzmunlu tekst mesaj göndərib. Bundan başqa, baxış zamanı telefonun "Whattsapp" proqram təminatına daxil olduqda orada +99***-***-**-**" nömrə alıtında qeydə alınmış "Yerindedirrr" adlı profildən +99***- ***-**-** nömrə "Kenan" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Kenan" profilə - Yerindedirrr danışıqları görünür. "Kenan" profilin adı gələcəkdə mətində "K" hərfi ilə qeyd olunacaq. "Yerindedirrr" - adlı profil isə gələcəkdə "Y" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 19:34-də "Y" adlı şəxs "K" adlı şəxsə üzərində 6768- 6771-7804-0022 şifrəsi olan “Kapital Bank”-a aid kartın şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:28-də "K" adlı şəxs "Y" adlı şəxsə üzərində 676867******0022 şifrəli “Kapitalbank”-a aid karta köçürülmüş 10 manatlıq qəbzin şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:27-də "Y" adlı şəxs "K" adlı şəxsə “pulu bu karta at”, "35 manat” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:28-də "Y" adlı şəxs "K" adlı şəxsə üzərində 6768- 6771-7804-0022 şifrəsi olan “Kapital Bank”-a aid kartın şəklini göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:57-də "K" adlı şəxs "Y" adlı şəxsə “hardasan” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:59-da "Y" adlı şəxs "K" adlı şəxsə “bulvarda” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 02:59-da "K" adlı şəxs "Y" adlı şəxsə “malın var?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:03-da "Y" adlı şəxs "K" adlı şəxsə “ikisidə var” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:10-da "K" adlı şəxs "Y" adlı şəxsə “hərəsindən 10 düzəlt gelirəm” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:10-da "Y" adlı şəxs "K" adlı şəxsə “yaxşı gəl”, “amma karta 55 m atarsan” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:10-da "K" adlı şəxs "Y" adlı şəxsə “hara gelim?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 03:11-da "Y" adlı şəxs "K" adlı şəxsə “pasedum la uz be uz” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 11:29-da "K" adlı şəxs "Y" adlı şəxsə üzərində 676867******0022 şifrəli “Kapitalbank”-a aid karta köçürülmüş 50 manatlıq qəbzin şəklini göndərib. Bundan başqa, baxış zamanı telefonun "Whattsapp" proqram təminatına daxil olduqda orada +99***-***-**-**" nömrə alıtında qeydə alınmış "ibo" adlı profildən +99***- ***-**-** nömrə "Ferid" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Ferid" profilə - “ibo” danışıqları görünür. "Ferid" profilin adı gələcəkdə mətində "F" hərfi ilə qeyd olunacaq. "ibo" - adlı profil isə gələcəkdə "İ" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 20:32-də "İ" adlı şəxs "F" adlı şəxsə “neyin var” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:42-də "F" adlı şəxs "İ" adlı şəxsə “sen öl hamısını qutardım. Bakıda idim. 4 gün idi ki gelmişəm. Olan qalanımıda apardım payladım” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:45-də "İ" adlı şəxs "F" adlı şəxsə “indi heç neyin yoxdu?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:47-də "F" adlı şəxs "İ" adlı şəxsə “belə çekməyə istəsən senin üçün taparam” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:48-də "F" adlı şəxs "İ" adlı şəxsə “verdiyim sözü deyirsənsə o qüvvədə deyil. Sen öl payladım hamısını” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:35-də "İ" adlı şəxs "F" adlı şəxsə “olsun” məzmunlu səsli mesaj göndərib. Bundan başqa, baxış zamanı telefonun "Whattsapp" proqram təminatına daxil olduqda orada +99***-***-**-**" nömrə alıtında qeydə alınmış "ibo" adlı profildən +99***- ***-**-** nömrə "Ramin Mehle" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Ramin Mehle" profilə - “ibo” danışıqları görünür. “Ramin Mehle" profilin adı gələcəkdə mətində RM" hərfi ilə qeyd olunacaq. "ibo" - adlı profil isə gələcəkdə "İ" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 20:06-da "İ" adlı şəxs "RM" adlı şəxsə “neyin var” məzmunlu səsli ”31 qram malımı yedi, birdə Coratdan Müslüm 27 qram yarım malımı götürdü. Nə pullarını verdilər, nəd ki malımı çıxartdılar ortaya. Özümdə indi qram qramla işləyirəm. Əvvəl iran idi 30-50 qramla işləyirdim. İndidə ki buranın temasıdı.alqı-satqı eliyirəm hələliyinə. Bir nəfərdə 2000 manat pulum qalıb. Danışmışam. deyib bir iki günə malı atacaq. Özümdə Xırdalanda olur. Temanı götürüb əridirəm” səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:33-da "RM" adlı şəxs "İ" adlı şəxsə “kanala gedib tema götürmək istəyirdim. Deyirdim gəlirdinsə elə səndən götürərdim. Başqasına niyə xeyir verim ki” səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:48-də "İ" adlı şəxs "RM" adlı şəxsə üzərində 416973******3811 şifrəli “Kapitalbank”-a aid karta köçürülmüş 60 manatlıq qəbzin şəklini göndərib.Həmin qəbzin üzərində müştərinin adı kimi A...K...M...Manucehr oğlu qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 00:24-da "RM" adlı şəxs "İ" adlı şəxsə “ay qız sebrli ol yığmada men danışıram”, “iranlıynan”, “səni yığacaq” səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 00:29-də "İ" adlı şəxs "RM" adlı şəxsə “dünən məni göndərib, Sarayda içində satılan ev var. Axtardıq tapmadıq. səsli mesaj göndərib. Bundan başqa, baxış zamanı telefonun "Whattsapp" proqram təminatına daxil olduqda orada +99***-***-**-**" nömrə alıtında qeydə alınmış "ibo" adlı profildən +98***- ***-**-** nömrə "iran" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "iran" profilə - “ibo” danışıqları görünür. “iran" profilin adı gələcəkdə mətində “İR" hərfi ilə qeyd olunacaq. "ibo" - adlı profil isə gələcəkdə "İ" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 23:41-də "İR" adlı şəxs "İ" adlı şəxsə “kapital bank- 4169-7388-6543-3811---- k...h..A” yazı olan mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:54-də "İ" adlı şəxs "İR" adlı şəxsə üzərində 416973******3811 şifrəli “Kapitalbank”-a aid karta köçürülmüş 60 manatlıq qəbzin şəklini göndərib. Həmin qəbzin üzərində müştərinin adı kimi A...K...M...Manucehr oğlu qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 00:38-də "İR" adlı şəxs "İ" adlı şəxsə məkanı bildirən məlumatı və ”3k1p” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 00:40-də "İR" adlı şəxs "İ" adlı şəxsə “o adam basdırıb yerə. Təmiz baxacaqsan. Tapacaqsan” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 00:41-də "İ" adlı şəxs "İR" adlı şəxsə “Saray-Novxanıya atıb. Gedirəm” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 01:32, 01:33 və 01:39-da "İ" adlı şəxs "İR" adlı şəxsə ərazidə çəkdiyi videolar göndərib. Həmin videoların məzmununa baxdıqda orada daş hasarın çöl tərəfinin dibində 5k10p-ni axtardıqlarını, sonra naməlum şəxsin 5k10p-ni ora qoymamasından gileyləndiyi görünürdü. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan telefonun Whatssapp proqramında adı “Mohsen” kimi göstərilmiş şəxsdən aldığı narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini ondan satışını həyata keçirmək niyyəti ilə almışdır. Həmçinin, Whatssapp proqram vasitəsi ilə "Kenan", “Ramin məhlə”, “İran”, “Fərid” adlı və +99***-***-**-** nömrəli profillər ilə əlaqə saxlayan şəxsin özü olduğunu və orada olan mətn mesajların və səsli mesajların özünə məxsus olduğunu demişdir. ( cild 1, iş vərəqə 84-91) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7242 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı 218-219) Cinayət işinin materiallarında olan 22 dekabr 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan tədqiqatdan sonra qalıq qalmış ümümlikdə 10,391 qram çəkidə narkotik vasitə heroin və 3,340 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut hesab edilərək saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutlara saxlama anbarına təhvil verilmişdir. 16 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” və onun yaşadığı “mənzilə baxış keçirilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan bir ədəd Samsung Galaxy A 3 markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 93-94, 228-250) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. Məhkəmənin hökmündən apellyasiya protesti verildiyindən hökm qanuni qüvvəyə minməmişdir. ( cild 1, iş vərəqə 170-171) Həmçinin, Sumqayıt şəhər məhkəməsinin 1(060)-4/2024 nömrəli, 23 yanvar 2024cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-4/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli hökmü ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (död) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır ( cild 1, iş vərəqə 217) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X6 adlı bir uşağı vardır.( cild 1. İş vərəqə 224) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma cinayətini informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törətmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X11 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq olunması, üzərində ümumiyyətlə narkotik vasitə və psixotrop maddə olmaması, evində ittihamda qeyd olunan çəkidə narkotik vasitə və psixotrop maddə olmaması, narkotik vasitə satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin (060)- 4/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il təqsirləndirilən şəxs qismində cəlb edilərək Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə, yəni, 25 mart 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 25 mart 2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( cild 1, iş vərəqləri: 8, 18, 60-61, 77-79, 197-200) 12 may 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və o, xx.xx.2023-cü il tarixdə saxlanılaraq məhkəməyə gətirilmişdir və yenidən xx.xx.2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs hazırki iş üzrə 25 noyabr 2022-cü il tarixdən 25 mart 2023-ci il tarixədək barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş 04 (dörd) ay müddət, həmçinin digər işlər üzrə 15 sentyabr 2021-cil il tarixdən 17 sentyabr 2021-ci il tarixədək, 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış ümümlikdə 10,391 qram çəkidə narkotik vasitə heroin və 3,340 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd Samsung Galaxy A 3 markalı mobil telefonun təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 ( səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-4/2024 saylı hökmü ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 25 noyabr 2022-cü il tarixdən 25 mart 2023-ci il tarixədək barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş 04 (dörd) ay müddət, həmçinin 15 sentyabr 2021-cil il tarixdən 17 sentyabr 2021-ci il tarixədək, 19 avqust 2022ci il tarixdən 21 avqust 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 06 ( altı) il 01 ( bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış ümümlikdə 10,391 qram çəkidə narkotik vasitə heroin və 3,340 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materialına əlavə edilmiş 01 ədəd Samsung Galaxy A 3 markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-169/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-169/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver